Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-426/2024 11.09.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Saatlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Saatlı şəhəri, H.Əliyev prospekti döngə 6, ev 3-də qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilən və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarından iyun ayının sonlarınadək istintaqa məlum olmayan müxtəlif vaxtlarda onunla qonşuluqda, ünvan 1-də yaşayan, əmisi arvadı Zərərçəkmiş şəxs külli miqdarda əmlakını tamah məqsədilə və əvəzsiz götürməkdən ötrü vahid niyyətlə bir neçə dəfə sonuncunun evinin dam örtüyünə çıxıb, oradan evin üçüncü mərtəbəsindəki otağın pəncərəsini açıb qanunsuz olaraq yaşayış sahəsi olan evə daxil olub, oradan isə evin ikinci mərtəbəsinə düşərək yataq otağındakı başqa saxlanc yeri hesab olunan dəmir seyfin qapısını açarla qanunsuz olaraq açaraq ******* Rusiya rublu (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 100500 manat), 50000 Azərbaycan manatı, 128 800 ABŞ dolları (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 218 960 manat), 12000 Avro (Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 22225,2 manat), ümumilikdə külli miqdarda 391.685 manat 20 qəpik pulu, 7680 manat dəyərində 96 qram çəkidə “reket” qızıl boyunbağı, 6880 manat dəyərində 86 qram çəkidə “reket” qızıl qolbağı, 3680 manat dəyərində “mactime” markalı qızıl saatı, 1600 manat dəyərində 20 qram çəkidə 5 barmaq formasında qızıl kişi üzüyünü, 6400 manat dəyərində 80 qram çəkidə paxlava formasında böyük qızıl qolbağı, 2880 manat dəyərində 36 qram çəkidə paxlava formasında qızıl qolbağı, 6500 manat dəyərində 5 barmaq formasında qızıl dəsti, 4000 manat dəyərində 50 qram çəkidə qızıl boyunbağı, 2400 manat dəyərində 30 qram çəkidə qızıl boyunbağı, 4000 manat dəyərində 50 qram çəkidə paxlava formasında qızıl boyunbağı, 1760 manat dəyərində 22 qram çəkidə üzərində klon olan “reket” qızıl boyunbağı, 1760 manat dəyərində 22 qram çəkidə sapfir qaşı klonu olan “reket” qızıl boyunbağı, 1600 manat dəyərində 20 qram çəkidə sapfir qaşlı “reket” qızıl qolbağı, 2500 manat dəyərində brilliant qaşlı qızıl boyunbağı, 1760 manat dəyərində 22 qram çəkidə qızıl qolbağı, 1 ədədinin dəyəri 2200 manat, 2 ədəd ümumilikdə dəyəri 4400 manat qızıl saatları, 2500 manat dəyərində 1 ədəd qızıl saatı, 1 ədədinin dəyəri 1600 manat, ümumilikdə 4800 manat dəyərində 3 ədəd 20 qram çəkidə qızıl qolbağı, 2500 manat dəyərində 1 ədəd “Dord Mind” markalı qızıl kişi saatı, 2500 manat dəyərində 1 ədəd “Telya” markalı qızıl kişi saatı, 4000 manat dəyərində 2 ədəd “Luc” markalı qızıl saat, 1 ədədinin dəyəri 1100 manat, ümumilikdə 5500 manat dəyərində 5 ədəd qızıl onluq, 8000 manat dəyərində xırda qaşlı qızıl kişi üzüyü, 4000 manat dəyərində zümrüd qaşlı qızıl üzük və sırğa dəsti, 2500 manat dəyərində 1 ədəd zümrüd qaşlı qızıl klon, 3500 manat dəyərində 1 ədəd böyük qızıl klon, 3000 manat dəyərində 1 ədəd qızıl dəsti, ümumilikdə külli miqdarda 102.600 manat məbləğində qızıl-zinət əşyalarını götürüb aparıb oğurlamaqla, özgə əmlakını gizli olaraq talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi 494.285 manat 20 qəpik məbləğdə külli miqdarda maddi ziyan vurmuş, yəni yaşayış sahəsinə və başqa saxlanc yerinə qanunsuz daxil olmaqla külli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilərək göstərmişdir ki, 2023-cü ilin fevral ayının axırlarında çənin üstünə çıxaraq pəncərədən evə daxil olmuşdur. Həmin vaxt 1350 manat borcu olmuşdur. Pəncərənin aşağısı açıq olduğundan oradan evə, sonra isə seyf olan otağa daxil olmuş, xalçanın künc hissəsinin altına baxarkən açarı təsadüfən görmüşdür. Seyfi açdıqdan sonra orada pul və qara çanta görümüş, oradan 700 Amerika dolları, 4 dənə 5 minlik rus rublu, 400 manat pul götürüb getmişdir. 2-3 gün sonra yenidən həmin yolla seyf olan otağa girmiş, seyfdən 800 Amerika dolları, 400-500 manat pul götürmüşdür. Təxmini 2-3 dəfə bu şəkildə pul götürmüş, sonra isə oradan 5-10 min manat götürmüşdür. Seyfdə olan qızılları isə ən axırda götürmüşdür. Sabirabad rayonunda yerləşən lombard da işləyən Tofiq adlı şəxsin yanına gedərək boyunbağını orada qoyub əvəzinə 5.000 manat almışdır. Səhərisi günü həmin şəxsə qolbaq verib pul götürmüş, üçüncü dəfə isə qızılı ona satmışdır. Tofiq adlı şəxs ondan qızılların haradan gətirdiyini soruşmuş, o, da Rusiyada adam tutulduğunu, ona pul lazım olduğu üçün qızılları satdığını bildirmişdir. Tofiq adlı şəxs daha sonra onun çox qızıl gətirdiyini deyib bir daha həmin qızılları hardan əldə etdiyini soruşmuş, o, da Tofiqə birinin oğurluq etdiyini, lakin onun üçün heç bir problem olmadığını demişdir. Buna görə də Tofiq qızılların oğurluq olduğunu bilib həmin qızılları ondan almağa razılaşmışdır. Belə ki, qızılları gətirib ona verəcəyini, onunda qızılları aşağı qiymətə alacağı barədə razılaşmışdır. Tofiq ucuz qiymətə qızılları ondan almışdır. 10 gün ərzində oğurladığı qızılları 5-6 dəfə lombarda qoyub əvəzinə pul götürmüş, 2-3 dəfə isə satmışdır. Sonradan İmişli rayonu ərazisində yerləşən lombard fəaliyyəti göstərən yerə getmiş, orada da qızıl qoymuş, ona 8500 manat pul vermişlər. 3-5 gün sonra həmin lombardın Sabirabad rayonu ərazisində olan filialına gedib ora da qızıl qoymuş və 3025 və 7700 manat pul götürmüşdür. Bundan 5-10 gün sonra Tofiqə zəng edib onunla görüşmüş, ona başqa yerə qızıl qoyduğunu, onlarında vaxt istədiyini və həmin qızılı oradan necə götürə biləcəyini soruşmuşdur. Tofiq isə ona etibarnamə verəcəyi halda qızılı oradan götürüb sata biləcəyini demişdir. Buna görə də “Asan” xidmətə gedib Tofiqin işçisinə etibarnamə vermiş, onlar da lombarddan qızılları götürüb əlavə olaraq ona 600 manat da pul vermişlər. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, qızılların oğurluq olmasını qızılları satdığı Tofiq adlı şəxs bilmişdir. Tofiqə 8-10 dəfə qızılı şəxsən vermiş, 3 dəfə isə 12 minlik qızılı sinif yoldaşı Rafael Tofiqə vermişdir. Rafael qızılların oğurluq olduğunu bilməmiş, oraya taksi kimi getmişdir. Tofiq isə qızılların haradan oğurladığını bilməmişdir. Qızılların mağazadakı dəyərini bilməmişdir. Tofiq qızılın qramını 40-45 manatdan hesablamış, razılaşdığı üçün Tofiqə həmin qiymətə qızılları satmışdır. Qızılları Tofiqə verəndə əgər onu lombard kimi təfil alırdısa Tofiq ona sənəd vermişdir. Əksərən qızılları lombarda qoymaq üçün vermiş, lakin sonradan qızılların heç birini geri almamışdır. Pulu olacağı halda qızılları geri alacağını Tofiqə demiş, qızılları geri almaq fikri olmuşdur. Onlayn kazino oynayan zaman pul udmuş, Tofiqə zəng edib qızılları götürmək istədiyini dedikdə Tofiq Bakıda olduğunu 2-3 günə gələcəyini demiş, sonrakı gün həmin pulları da uduzduğuna görə qızılları götürə bilməmişdir. İmişlidəki lombardan qızılı götürdükdən sonra onu ucuz qiymətə ondan ala biləcəyini demişdir. Tofiq İmişli rayonundakı lombarddan qızılı götürdükdən sonra pulunun olmadığını bildiyi üçün ona xəbər etməmişdir. Qızıl onluqları Tofiqə vermiş, həmin onluqları satmamış, lombarda qoymuşdur. Şübhəli şəxs kimi saxlanıb buraxıldıqdan sonra Tofiqlə əlaqə saxlamış, onun səsini yazmaq istəmiş, lakin Tofiq telefonda danışmayıb özünü şübhəli aparmış, buna görə onun yanına gedib niyə belə elədiyini, camaatın qızıllarını qaytarmaq lazım olduğunu demiş, lakin Tofiq onunla danışmamışdır. Sonra Tofiqin anasının yanına gedib qızılları gətirən şəxsin özü olduğunu, oğlu ilə razılaşdığını demiş, lakin həmin qadın - Aybəniz ona əmisinin həyat yoldaşını tanıdığını, ondan 5 dəfə daha imkanlı olduğunu, onlarda qızılın olmadığını demişdir. Müstəntiqə və istintaqın rəisinə Tofiqin anası Aybənizin yanına getdiyini demişdir. Müstəntiq isə ona bildirmişdir ki, əgər Tofiq oğurluq qızılları almışdırsa həmin qızılları ondan zərərçəkmişə qaytaracağına söz vermişdir. Tofiqin yanına gedib qızılları istəməyini əmisinə və onun yoldaşına deməmişdir. Tofiqlə 15-20 dəfə, bəlkə də daha çox görüşüb ona qızıl vermişdir. Tofiq qızılların onun tərəfindən oğurlandığını bilməsə də oğurluq olduğunu bilmişdir. Tofiq onun əvvəllər məhkum olduğunu bilməmiş, onun ailəsini tanımamışdır. Bakıda lombardda olmamış, Sabirabad və İmişli rayonunda lombarda qızıl verərkən müqavilə bağlamışdır. Seyfdən ilkin olaraq pulları sonra isə qızılları götürmüşdür. Oğurladığı pulları və qızılın əvəzinə aldığı pulları onlayn kazinoda xərcləmiş və uduzmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü CM-in 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını nəzərə alıb barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini qeyd edərək ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə Rusiyadan uşaqların yanından Bakıya, oradan isə toyda iştirak etmək üçün Saatlı rayonuna gəlmişdir. Evi yığışdırarkən seyfin açarını axtarıb tapmamış, qızına zəng edib açarı tapa bilmədiyini demişdir. Qızı isə onun yorğun olduğunu, ona görə açarı hara qoyduğunu xatırlamadığını, yanına gəlib ona köməklik edib açarı tapacağını demişdir. Sonra da açarı çox axarmış, lakin tapa bilməmişdir. Qızında seyfin ehtiyat açarı olmuşdur. 25 iyunda qızı onda olan ehtiyat açarı taksi ilə göndərmişdir. Həmin axşam toya getməli olduğundan saat 3-4 radələrində sanki kimsə ona “get seyfi aç” demişdir. Həmin vaxt evdə heç bir yerdə tör-töküntü olmamış, seyfi açdıqda seyfin boş olduğunu görmüş, lakin gözlərinə inanmayaraq seyfi örtüb yenidən açmış və seyfin boş olduğunu bir daha şahidi olmuşdur. Sonra orada qışqırmış, uşaqları DİN-nin 102 xidmətinə zəng etmişlər. Polis əməkdaşları evinə gəlib kimdən şübhələndiyini soruşsalar da ağlına heç kim gəlməmişdir. Evin açarını kimə verdiyi soruşulduqda ehtiyat açarı baldızının oğluna verdiyini, evinzdə kamera olduğunu, kameranın xarab olduğu zaman onun gəlib təmir etdiyini bildirmişdir. Polis əməkdaşları ona zəng etməyi və gəlməsini deməyini istəmişlər. Sonra ona qızıllarından birinin şəklini göstərib həmin qızılın ona tanış gəlib gəlmədiyini soruşmuşlar. O, da həmin qızılı tanıdığını bildirdikdən sonra qızılın özünü ona göstərmişlər. Oğurlanan qızıllar gəlinlərinin, nəvələrinin və özünün qızılları olmuş, qızılların şəkilləri də onda olmuş, pulları həyat yoldaşı hesablayıb seyfə qoymuşdur. Zərərçəkmiş şəxs Mahirə Vəliyevə ona verilən suallara cavab olaraq bildirmişdir ki, qaynı və onun oğlu ilə də münasibəti çox yaxşı olmuş, Elvinə öz övladı kimi davranmışdır. Evdəki seyf hündür və qapağı nazik seyflərdən olmuşdur. Seyfin açarını mebel şkafının arxa ayağı tərəfdə xalçanın altına qoymuşdur. Seyfin açarını oraya qoymasını heç ailə üzvləri də bilməmişdir. Seyfdə nələrin olduğu barədə Təqsirləndirilən şəxs haradan bilməsi barədə heç nə deyə bilməz. Onun ailəsi Elvinə həmişə köməklik etmişdir. Elvin onların evinə tez-tez gəlmiş və onların evinin uşağı kimi olmuşdur. Qızılların şəklini görənədək oğurluğun Elvin tərəfindən edilməsi heç ağlından belə keçməmişdir. Qızılların hamısı satışda olmuş, qızıl pullar dedikdə qızıl onluqları nəzərdə tutmuş, qızıl onluqlar 6 ədəd “Nikolay” onluqları olmuşdur. Qızılların harada olması barədə heç kim bilməmişdir. Evin aşağı mərtəbələrində kameralar olmuş, 3-cü mərtəbədə isə kamera olmamışdır. X2 adlı bir şəxsdə olduğu haqqda məlumat almış, Tofiq isə onlarda üç ədəd saatın olduğunu bildirmişdir. Həyat yoldaşı birinin onun olduğunu dedikdə, Tofiqə həmin saatlardan birinin uşaqlarının saatı olduğunu bildirmiş, həmin saatları dəyərindən 1-2 manat artıq ödəməklə almağa razı olduğunu bildirsə də Tofiq saatın artıq onlarda olmadığını demişdir. Dəymiş zərərdən təqsirləndirilən şəxs ona heç nə qaytarmamış, yalnız qolbağını müstəntiqin köməkli ilə qaytarmışdır. Oğurlanmış pulları Elvinin atasına - qaynına görə bağışlayır, lakin qızılların qaytarılmasını tələb edir. Sonuncu dəfə seyfə aprelin əvvəllərində baxmış, həmin vaxt qızıllar seyfdə olmuşdur. Seyfin açarlarından biri evdə digər isə qızında olmuşdur. Evdə olan açarı axtarsa da tapa bilməmiş, 25 iyunda seyfi açanda artıq seyf boş olmuşdur. Seyfdə nə gədər pulun olmasını həyat yoldaşı bilmiş, həyat yoldaşı Rusiyada yaşamışdır. Qızıllar arasında “reket” boyunbağı və qolbaq olmuş, boyunbağı təxmini 87 qram olmuşdur. “Moskva univermağı”nda qızılların qiyməti ilə maraqlanmış, orada olan qiymətlərə görə qızıllara qiymətlər yazmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı notarial qaydada təsdiq edilmiş ərizəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxslə barışmış, onun barəsində heç bir şikayəti, iddiası və tələbi yoxur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ona bir neçə dəfə qızılları lombarda qoymuş, buna görə də Elvinə pul vermişdir. 2023-cü ilin iyun ayında Elvin ona yaxınlaşıb İmişlidə yerləşən kredit evində qızıllarının olmasını, ödəniş edə bilmədiyini və həmin qızılların əmisinin olmasını, Rusiyada problemlər yaşadıqlarını və onlara pul göndərməli olduğunu bildirmiş, həmin qızılları da götürməyib, əvəzində ona pul verməyi xahiş etmişdir. Buna görə də dostunu notariusa göndərmiş, Elvin qızılları götürmək üçün etibarnamə vermişdir. Sabirabad rayonunda 11.200 manat və İmişli rayonunda 9.800 manat qızıllara görə pul ödəmişdir. Elvin qızılları qoyub pulunu vaxtında ödəmədiyinə görə üstünə faiz gəlmişdir. 7.000 manat pulu qızılları qoyarkən götürmüş, ödəmələri vaxtında etmədiyi üçün gecikmələr olmuş, qızılları həmin yerlərdən götürməsini Elvin ondan xahiş etmişdir. Qızılları hər qramında 1 manat, 1 manat 50 qəpik, 2 manat xeyrinə almışdır. Elvin 4 dəfə lombarda qızıl qoyub pul götürmüş, onlardan 3 dənəsi öz ailəsinin qızılları, birinin öz üzüyü olduğunu bildirmiş, qızılların bir dənəsi polisə təhvil verilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Elvinin verdiyi qızılların oğurluq olduğunu bilməmiş, buna görə də heç kimə məlumat verməmişdir. Təqsirləndirilən şəxs kredit evindən başqa qızıl qəbul etməmişdir. Təqsirləndirilən şəxs davamlı olaraq 5.300, 3.300 manat lombarddan pul verilmiş, sonradan kredit evindən götürdüyü qızıllara görə 20.000 manat pul vermişdir. Mən "xxxx" MMC lombard-ın 1 №-li filialında işləmişdir. Aldığı qızılların sənədlərini istintaqa təqdim etmişdir. İstintaqda göstərdiyi qızıllardan başqa qızıl almamışdır. Cinayət işində olan girov biletinin kötüylərindən göründüyü kimi Təqsirləndirilən şəxs qızılları ondan təhvil almışdır. Girov biletinin kötüylərində “təhvil aldı” yazısı müştəriyə qızılın təhvil verilməsi mənasını verir.Təqsirləndirilən şəxs ona qızıl onluq verməmişdir. Qızılları vətəndaşlardan götürdükdən sonra qızıllar yığıldıqca ofisə təhvil vermişlər. Təqsirləndirilən şəxs qızılları az müddətdə verdiyi üçün, o qızılları ofisə təhvil verməmişdir. Az qızıl yığıldığı üçün 5 ay keçməsinə baxmayaraq yığılan qızılları ofisə təhvil verməmişdir. Lombarda müştəri qızıl gətirdikdə, qızılın həmin gün olan qiymətinə baxıb dəyərləndirmişlər. Lombarda qızıl həmin günki qiymətdən 4,5 yaxud da 6 manat aşağı qiymətə qoyulur. Həmin şəxs də şəxsiyyət vəsiqəsini və qızılını təqdim edir, sənədlərə qol çəkir, girov vərəqəsinin isə biri müştəriyə verilir, digəri isə özündə qalır. Təqsirləndirilən şəxs ondan pulu kredit kimi götürmədiyindən kredit müqaviləsi bağlamamışdır. Təqsirləndirilən şəxs dediyi kimi Şahid2 ona qızıl vermiş ola bilər, lakin o, Rafael adlı şəxsi tanımır. Təqsirləndirilən şəxs tutulmasından tutulduğu günün sabahısı xəbəri olmuşdur. Təqsirləndirilən şəxs buraxılanda ona yaxınlaşıb zərərçəkmişə ödəniş edilməsində ona köməklik göstərməyi xahiş etmiş, o, isə qızılları satdığını bildirmişdir. 3 ədəd qızıl saatla bağlı zərərçəkmiş şəxslər ona yaxınlaşmış, zərərçəkmiş şəxsin qonşuları ona zəng edib, oğurluq barədə məlumat vermişlər. Təqsirləndirilən şəxs qızılların əmisinə məxsus olmasını ona demiş, lakin Elvinin əmisini tanımamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, atasının ölümü ilə əlaqədar olaraq Bakı şəhərində işlədiyi yerdən çıxıb Sabirabad rayonuna ailəsinin yanına gəlib orada işləməyə başlamışdır. Tofiq onunla dostluq etdiyinə görə işlə təmin olunmağına köməklik göstərmiş, onun yanında işləmişdir. Bakıda çəkilişləri olduğu halda tez-tez Bakıya gedib-qayıtmışdır. Lombarda olarkən Təqsirləndirilən şəxs ona yaxınlaşıb qızıl təqdim etmiş, onun şəxsiyyət vəsiqəsini alıb pulunu vermişdir. Qısa müddət sonra Təqsirləndirilən şəxs yaxınlaşaraq Bakıya getdiyini, başqa yerdə də qızılının olduğunu demiş, həmçinin həmin qızılları götürmək üçün ona etibarnamə vermişdir. Bundan sonra Tofiq müəllimdən pul alıb Sabirabad və İmişli rayonunda lombardlarda olan qızılları ödəniş edərək götürmüş, sonradan həmin qızılları Tofiqə təqdim etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2019-cu ildən "xxxx" ASC-nin İmişli filialında kredit işçisi vəzifəsində işləyir. İlk öncə bildirmək istəyir ki, müştəri işlədiyi yerə gəlib qızılını təqdim etdikdə onların əməkdaşı olan zərgər ekspert həmin qızılı dəyərləndirir, bu barədə öz sistemdə proqram açılır, sənədləşmə aparılır və ona uyğun kredit rəsmiləşdirir. Müştəri olaraq Təqsirləndirilən şəxs onlara yaxınlaşıb qızıl təqdim etmiş, buna görə də kredit rəsmiləşdirib Elvinə vermişlər. Bir ay sonra Elvinin kreditini etibarnamə əsasında başqa bir şəxs bağlamış və qızılları götürmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun sinif yoldaşıdır, sonuncunu uşaqlıqdan tanıyır. Səhv etmirsə Elvin özünə aldığı qızıl ilə Tofiq adlı şəxsə aid lombarddan kredit götürmüşdür. Elvin kreditini ödəyə bilmədiyini deyib ona qızıllar vermiş, qızılları verib öz adına adına kredit götürməsini xahiş etmiş, o, da Elvinlə razılaşmışdır. Elvin iki dəfə onun adına kredit götürmüş, üçüncü dəfə də qızıl verib kredit götürmüş və Elvinə vermişdir. Şahid Rafael Abbasov ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxslə münasibəti çox yaxşı olmuşdur. İlk dəfə ayın tarixini xatırlamadığı vaxt səhər Elvin ona zəng edib xəstəsinin olduğunu və evində olan qızılı qoyub kredit götürəcəyini bildirmiş və onu taksi kimi evinə çağırmışdır. Lombardda adına gecikmə olduğu üçün, həmin qızılları lombarda onun verməsini istəmişdir. Elvinin yoldaşının xəstə olduğunu bildiyi üçün qızılların Elvinə aid olacağını fikirləşmişdir. Qızılın qolbaq və üzük olduğunu xatırlıyır. Qızılları Sabirabad rayonunda yerləşən lombarda verməyi Elvin ona demişdir. Sonuncunun lombarda bir neçə dəfə qızıl verməsindən şübhələnməmişdir. Elvinin maddi vəziyyətinin necə olmasını yaxşı bilmişdir. Qızılların neçə parça olmasını xatırlamır. Lombarddan ilk dəfə 3000 manat, sonra 2000 manat almış, lombarda Elvinlə getmiş, lakin lombardda Elvinlə əlaqəsinin olmasını bilməmişlər. Elvin qızılların ailəsinə aid olduğunu ona demişdir. Lombardda işləyən şəxsin adının Tofiq olduğunu sonradan öyrənmiş, Tofiqlə telefonla da danışmışdır. Girov qoyduğu qızıllara görə Elvin ödəniş edə bilmədiyinə görə satmışdılar. Elvinin yoldaşının xəstə olduğunu bildiyindən pulların ona lazım olduğunu düşünmüşdüm. Elvinlə 11 il bir sinifdə oxumuş, onun atasını da tanımış, atası İsaxan sakit bir adam olmuş və dükan işlətmişdir. Elvinin anası bağca müdiridir. Təqsirləndirilən şəxs qaz idarəsində işləmiş, həmçinin çayxana işlətmişdir. Elvin qızılları satdıqdan sonra özünə “VAZ 21011” markalı avtomobili almışdır. Elvindən qızılları niyə satdığını soruşduqda ehtiyacının olduğunu bildirmişdir. Qızılları lombarda qoymaqları barədə Elvinin valideyinlərinə məlumat verməmişdir. Elvindən başqa heç kim üçün lombarda qızıl verməmişdir. Elvin üçün lombara qızılı verməkdə heç bir marağı olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - Zərərçəkmiş şəxs İbrahim qızının xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, o, Saatlı RPŞ-nin rəisinə müraciət edərək təxminən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan dövrdə yaşadığı evin yataq otağındakı seyfin qapısını açma yolu ilə oradan təxminən 20 min manat pul və 30 min manat dəyərində qızıl-zinət əşyalarının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını aşkar etdiyini bildirmiş və həmin şəxs və ya şəxslərin məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. (İ cild, i.v.04) - “baxış keçirilməsi haqqında” 25 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Saatlı şəhəri, H.Əliyev prospekti döngə 6, ev 10-da yerləşən evindəki yataq otağında olan dəmir seyfi göstərək pul və qızıl-zinət əşyalarını həmin seyfdə saxladığını bildirmiş, həmin seyfə baxıldıqda seyfin boş olması müəyyən edilmişdir. (İ cild, i.v. 05-11) - xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Saatlı RPŞ-nin CAB-ın rəisi bildirmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1-də yerləşən evdəki seyfdən pul və qızıl-ziynət əşyalarını oğurlamaqda şübhəli olan şəxsin Təqsirləndirilən şəxs olmasını müəyyən edilmişdir. (İ cild, i.v. 24) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” 26 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:45-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild, i.v. 30; 44-45) - “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 27 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanına daxil olduğu və pəncərəsini açdığı yeri, yataq otağına daxil olaraq dəmir seyfin açarlarını götürdüyü yeri, pulları və qızıl-zinət əşyalarını oğurladıqdan sonra evdən çıxdığı pəncərəni, qızıl-ziynət əşyalarını İmişli və Sabirabad şəhərlərindəki “kredit ev”lərinə lombarda qoyduğunu və Sabirabad şəhər sakini Şahid1 işlədiyi lombarda qoyduğu yeri əyani olaraq göstərmişdir. (İ cild, i.v. 52-62) - 28 iyun 2023-cü il tarixli protokoldan görünür ki, 28 iyun 2023-cü il tarixli Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi səhifəsindən çıxarılmış 26 iyun 2023-cü il tarixinə aid olan AZN Məzənnələrinə baxış keçirilməsi haqqında protokolla müəyyən edilmişdir ki, 1 avro Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 1.8521 manat, 1 ABŞ dolları Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 1.7000 manat və 1 Rusiya rublu Azərbaycan Respublikası Mərkəzi Bankının xx.xx.2023-cü il tarixə olan məzənnəsi ilə 0.0201 manatdır. (İ cild, i.v. 71-73) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild, i.v. 74-75) - Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(055)-33/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin təmin edilməməsi qərara alınmışdır. (İ cild, i.v. 123-127) - 28 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (İ cild, i.v. 92-93) - 29 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. (İ cild, i.v. 116-117) - 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraat təzələnmişdir. (İ cild, i.v. 128-129) - “baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 34” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. (İ cild, i.v. 139) - “baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 34” markalı mobil telefondakı “Google Chrome” tətbiqində axtarış hissəsində “Pin up” yazıb axtarış verdikdən sonra Təqsirləndirilən şəxs məxsus online mərc səhifəsini aşkar olunmuş, Təqsirləndirilən şəxs online mərc oyunları zamanı ödəniş etdiyi səhifələrin şəkilləri çəkilərək 54 vərəqdə printer vasitəsilə çap edilərək protokola əlavə edilmişdir. (İ cild, i.v. 140-193) - 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 34” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Saatlı RPŞ-nin məsul saxlanışına verilmişdir. (İ cild, i.v. 194-195) - “baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 ədəd 28 qram çəkidə, 583 əyarlı 1 ədəd qızıl qolbaq “GOLD-1 MMC”-dən aşkar edilərək götürülmüşdür. (İ cild, i.v. 232-242) - 17 iyul 2023-cü il tarixli qərardan görünür ki, 28 qram çəkidə, 583 əyarlı 1 ədəd qızıl qolbaq iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanımış, saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmişdir. (İ cild, i.v. 243-246) - Şirvan Apellyasiya Məhkəməsinin 17 iyul 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan təbiri seçilməsindən imtina edilməsi barədə Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından Saatlı rayon prokuroru tərəfindən verilmiş apellyasiya protesti təmin edilmiş, qərar ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 12 iyul 2023-cü il tarixdən hesablanmışdır. (İ cild, i.v. 252-258) - məhkəmə-komputer texniki ekspertizasının 01 avqust 2023-cü il tarixli, 9/982 nömrəli rəyində göstərilmişdir ki, təqdim edilmiş bir ədəd sensor ekranlı “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A34” markalı “SM-A346E/DSN” modelli “**********61641, **********61644” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Smartfonun yaddaşında (kontaklar, zənglər, “SMS” mesajlar, texniki qeydlər, foto fayllar, video fayl, “WhatsApp” proqram təminatı vasitəsilə aparılmış audio, foto, video fayllar və sairə) mövcud olan məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş bir ədəd DVD-R diskə). Rəyin “Tədqiqi hissəsi”nin 3-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “Samsung Galaxy A34” markalı “SM-A346E/DSN” modelli mobil smartfonun yaddaşından hər hansı bir məlumatın (kontakt, zəng, “SMS” mesaj, foto, audio, video fayllar, “WhatsApp” proqram təminatı, “Facebook”, “İnstagram” sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadilələri və sairə) pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Smartfonun yaddaşına yüklənmiş “Mostbet” adlı “on-line mərc” oyunları üçün nəzərdə tutulmuş proqram təminatı, “Google Chrome” brauzerin (Browser) tarixçəsində “www.hpin-up49.com” adlı və “www.pinupazerbaijan.com” adlı “on-line mərc” oyunları üçün “Link”lər müəyyən olundu (bax mobil smartfonun yaddaşına). Təqdim edilmiş “Samsung Galaxy A34” markalı “SM-A346E/DSN” modelli mobil smartfonun yaddaşına yüklənmiş “Mostbet” adlı “on-line mərc” oyunları üçün nəzərdə tutulmuş proqram təminatının və “Facebook” sosial şəbəkəsinə aid proqram təminatının yaddaşlarında hər hansı bir məlumatın olub-olmamasını müəyyən etmək üçün mobil smartfonların aktiv (on-line) internet şəbəkəsinə qoşulması tələb olunduğundan və internet şəbəkəsinə qoşulma ekspertin səlahiyyətinə aid olmadığından ekspert qarşısında qoyulmuş 2-ci, 6-cı və 7-ci suallar üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. (İİ cild, i.v. 98-103) - Saatlı Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsdə saxlama müddəti 03 ay müddətə, 10 fevral 2024-cü il tarixədək uzadılmışdır. (İİ cild, 116-118) - baxış keçirilməsi haqqında 02 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Beynəlxalq Bank ASC-dən 22 noyabr 2023-cü il tarixli 6-2-41/2-32582/2023 nömrəli məktub ilə daxil olmuş bank məlumatlarına baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" ASC-nin Saatlı filialında xx.xx.2023-cü il tarixində ******************** saylı hesaba bağlı olan “TamKart” debet kartı (552209****3257) və xx.xx.2023-cü il tarixində isə ******************** saylı hesaba bağlı olan “Azercell Co- Brand” debet kartı (552209****9043) sifariş vermişdir. “Azercell Co-Brand” debet kartındakı (552209****9043) məlumatlara baxış keçirilərkən ümumilikdə 380.967,71 manat məbləğində pulun mədaxil edildiyi və 380.965,46 manat məbləğində pulun isə məxaric edildiyi müəyyən edilmişdir. Yuxarı hissədə “DR/CR” qeyd edilən məzmunda “C” karta mədaxil edilmiş məbləğlər, “D” isə kartdan məxaric edilmiş məbləğlərdir. Bank məlumatlarında əməliyyat təsviri hissəsində “Top up”, “ABA”, “ABA PAY”, “textasy.org”, “PSG” və məzmununda şəhər adları qeyd edilən əməliyyatlar online mərc oyunlarına pul qoyularaq aparılmış, “İBA MOBİLE” sözü yazılmış əməliyyatlarda mobil tətbiq vasitəsilə digər kartlara pul vəsaitləri göndərilmiş, ATM və KAPS sözləri yazılmış hissələrdə isə bankomatlardan nağd şəkildə çıxarılmış pullar qeyd edilmişdir. Mədaxil edilmiş pulun 279.294,70 manatı ümumilikdə 311 dəfə əməliyyat aparılmaqla “Top up” sözü yazılmış proqram vasitəsilə online mərc oyunlarına, 7890,12 manatı ümumilikdə 19 dəfə əməliyyat aparılmaqla “ABA” sözü yazılmış online mərc oyunlarına, 806 manatı ümumilikdə 4 dəfə əməliyyat aparılmaqla “Online pay” sözü yazılmış online mərc oyunlarına, 31.154,81 manatı ümumilikdə 44 dəfə əməliyyat aparılmaqla “textasy.org” sözü yazılmış və digər online mərc oyunlarına yüklənmiş, 46.651,05 manatı ümumilikdə 25 dəfə əməliyyat aparılmaqla ATM-dən və 3425 manatı ümumilikdə 7 dəfə əməliyyat aparılmaqla “Kapital bank”ın bankomatından nağd şəkildə çıxarılmış, 11.733,78 manatı ümumilikdə 18 dəfə əməliyyat aparılmaqla “İBA MOBİLE” sözləri yazılmış proqram vasitəsilə online şəkildə digər plastik kartlara göndərilmiş, 10 manat məbləğində pulun isə kart sifarişi üçün rüsum ödənilmişdir. “Azercell Co-Brand” debet kartı vasitəsilə ümumilikdə 319.145,63 manat məbləğində pul online mərc oyunlarına qoyulmuşdur. “TamKart” debet kartındakı (552209****3257) məlumatlara baxış keçirilərkən ümumilikdə 265.670,64 manat məbləğində pulun mədaxil edildiyi və həmin məbləğdə pulun isə məxaric edildiyi müəyyən edilmişdir. Mədaxil edilmiş pulun 227.003,51 manatı ümumilikdə 419 dəfə əməliyyat aparılmaqla “Top up” sözü yazılmış proqram vasitəsilə online mərc oyunlarına, 5137,66 manatı ümumilikdə 49 dəfə əməliyyat aparılmaqla “PSG” sözü yazılmış online mərc oyunlarına, 4214,73 manatı ümumilikdə 38 dəfə əməliyyat aparılmaqla “ABA” və “ABA PAY” sözləri yazılmış online mərc oyunlarına, 150 manatı 1 dəfə əməliyyat aparılmaqla “MPAY” sözü yazılmış digər hesablara, 408,48 manatı ümumilikdə 5 dəfə əməliyyat aparılmaqla digər online mərc oyunlarına yüklənmiş, 13.796,15 manatı ümumilikdə 35 dəfə əməliyyat aparılmaqla “Kapital bank”ın bankomatından və 501,20 manatı 1 dəfə əməliyyat aparılmaqla ATM-dən nağd şəkildə çıxarılmış, 3424 manatı ümumilikdə 7 dəfə əməliyyat aparılmaqla “İBA MOBİLE” sözləri yazılmış proqram vasitəsilə online şəkildə digər plastik kartlara göndərilmiş, 34,91 manat məbləğində pulu isə telefon nömrələrinə yüklənmiş və digər əməliyyatlar aparılmışdır. “TamKart” debet kartı vasitəsilə ümumilikdə 236.764,38 manat məbləğində pul online mərc oyunlarına qoyulmuşdur. (İİ cild, 188-202; 206-207) - məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli 9/8591 nömrəli rəyində 1 ədəd 50 qram çəkidə moruq sep 4250 manat, 1 ədəd 22 qram çəkidə reket sep 1870 manat, 1 ədəd 40 qram çəkidə reket sep 3400 manat, 1 ədəd 26 qram çəkidə reket qolbaq 2210 manat, 1 ədəd 50 qram çəkidə paxlava sep 4250 manat, 1 ədəd 30 qram çəkidə paxlava sep 2550 manat, 1 ədəd 40 qram çəkidə reket sep 3400 manat, 2 ədəd ümumilikdə 32 qram çəkidə kişi üzüyü 2720 manat, 6 ədəd qədimi ümumilikdə 42 qram çəkidə qızıl onluqlar 6600 manat olduğu göstərilmişdir. Ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda qızıl-zinət əşyalarının 2023-cü ilin iyun ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 31250,00 manat müəyyən edilir. Digər qərarda göstərilən qızıl-zinət əşyaları barədə ətraflı məlumat (çəkisi, üzərindəki qaşların sayı, ölçüsü, saatların markası, modeli, xalis qızıl çəkisi və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qiymətləndirilən qızıl-zinət əşyalarının ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (İİ cild, 260-263) - “Sübutların əlavə qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 oğurlanmış qızıl-zinət əşyalarını almasını qabaqcadan vəd etməsə də Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını alarkən həmin əşyaların oğurluq əmlak olduğunu bildiyinə əsaslı şübhələr olduğuna görə əməlinə hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır. (İİİ cild, 178-211) - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavələr edilərək o, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddələrlə yenidən ittiham elan edilmişdir. (İİİ cild, 213-214) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlili, yəni: -məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evində olan seyfdə olan bütün pul və qızıl-zinət əşyalarını oğurlamaq niyyətinin olmadığını, evə üçdörd ay ərzində iyirmi-iyirmi beş dəfə girib külli miqdarda olan pulu və qızıl-ziynət əşyalarını hissə-hissə oğurladığını və bu əməlləri vahid niyyətlə etmədiyini, niyyətinin pulu və qızıl-ziynət əşyalarını tam oğurlamaq olmadığını, buna görə də əməlinin Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsüf edilməli olduğunu, bundan başqa onun etdiyi cinayətdən Tofiq Süleymanovun da xəbərinin olmasını bildirməsi ilə bağlı ifadələri obyektiv həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq törətdiyi cinayətə görə məsuliyyətdən kənarda qalmasına hesablanaraq bildirilmişdir. Azərbaycan Respublikasi Ali məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli 1 nömrəli qərarın müvafiq bəndində göstərilmişdir ki, talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. X7 17-ci bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin qeydinin 3-cü bəndinə görə müvafiq olaraq oğurluq, soyğunçuluq və quldurluq cinayətlərinin “təkrar törədilməsi” əlaməti üzrə tövsif edilməsi üçün CM-in 177, 180, 181-ci maddələri ilə, habelə CM-in 178, 179, 182, 183-cü maddələri ilə nəzərdə tutulan iki və ya daha çox cinayətlərin (hər hansı ardıcıllıqla) törədilməsi tələb olunur. Oğurluq, soyğunçuluq, quldurluq cinayətlərindən əvvəl Cinayət Məcəlləsinin 213-3, 217, 227, 232 və 235-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərdən hər hansı biri törədildiyi hallar da oğurluq, soyğunçuluq, quldurluq “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə tövsif edilməlidir. Cinayət Məcəlləsinin 16.3-cü maddəsinə müvafiq olaraq oğurluq və ya soyğunçuluq və ya quldurluq cinayətini törətmiş şəxsin əməlini “cinayətlərin təkrarən törədilməsi” əlaməti üzrə o halda tövsif etmək olar ki, yeni cinayəti törədən vaxt şəxs əvvəllər törətdiyi cinayətə görə məhkum edilmiş (o cümlədən məhkumluğu götürülmüş və ya ödənilmiş) və yaxud cinayət məsuliyyətindən azad edilmiş olmasın, eləcə də əvvəlki əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməsin. Cinayətin predmetinin eyni mənbədən götürülməsi yolu ilə törədilən, bir cinayəti təşkil edən oxşar hərəkətlər məcmusundan ibarət olub vahid qəsdlə əhatə olunan davam edən talamanı təkrar törədilən talamadan fərqləndirmək lazımdır. Cinayət qanununa görə vahid davam edən oğurluq eynicinsli olsa da, bir neçə təkrar hərəkətətlə törədildiyindən (məsələn, anbardan hər gün xırda partiyalarda ərzaq oğurlanması) təkrar oğurluğa bənzəyir. Lakin bir sıra obyekiv amillər (vahid davam edən oğurluqda cinayət aktlarının eynicinsli olması, bir-birindən qısa zaman fasiləsi ilə ayrılması və ümumiyyətlə, vahid cinayətin ayrı-ayrı epizodları olması) və subyektiv amillər (vahid davam edən oğurluqda təqsirkarın özgənin əmlakını qanunsuz və əvəssiz götürməyə yönəlmiş vahid məqsədi, ayrı-ayrı cinayət aktlarının vahid kriminal niyyətlə əhatə olunması) nəzərə alınmaqla təkrar oğurluq vahid davam edən oğurluqdan fərqlənir. Özgənin əmlakına qanunsuz yiyələnə kimi ümumi bir məqsəd daşıyan, təqsirli şəxsin vahid qəsdi ilə əhatə olunan və öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət olan özgənin əmlakını dəfələrlə qanunsuz götürmə və ya talama davam edən qanunsuz götürmə və ya talama hesab edilir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin ifadələrində göstərmişdir ki, birinci dəfə 4 ədəd 5000 rubl və 7 ədəd 100 ABŞ dolları pulu götürmüş, həmin pulları həmin gün öz ehtiyaclarına xərcləmişdir. Bundan sonra yenə eyni ilə hava qaralan vaxtı evə daxil olmuş, açarı götürüb seyfi açıb 4 ədəd 5000 rubl və 8 ədəd 100 ABŞ dolları pulu götürmüşdür. Bundan sonra də hər iki-üç gündən bir təxminən 5 dəfə eyni ilə evə daxil olub 4 ədəd 5000 rubl və 8 ədəd 100 ABŞ dolları pulu götürmüşdür. Sonuncu üç dəfə isə seyfdə qalan pulların hamısını götürmüş, dəqiq məbləğini bilmir təxminən 10- 11 paçka 100 ABŞ dolları, 7-8 paçka 100 manatlıq pullar və 10 paçka 5000 rus rublu, bunlardan əlavə çoxlu sayda qızıl əşyalar, təxminən hər biri 10 ədəddən çox qızıl boyunbağı, qızıl qolbağı, qızıl üzük, qızıl sırğa və qızıl saatlar oğurlamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini, eləcə də iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə qarşılıqlı olaraq təhlil edib bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli vahid davam edən oğurluq kimi qiymətləndirilməlidir. Belə ki, onun əməli əmisinin əmlakına qanunsuz yiyələnmə kimi ümumi bir məqsəd daşımış, vahid qəsd ilə əhatə olunan öz cəminə görə bir cinayət təşkil edən bir sıra eyni cinayətkar hərəkətlərdən ibarət əmisinin əmlakını dəfələrlə qanunsuz talama hesab olunmalıdır. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tövsifedici əlamətlərindən biridə 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əməlinin yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq daxil olmaqla törədildikdədir. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs qeyd edilən oğurluq hadisəsini, yəni pulları və qızıl-ziynət əşyalarını evə qanunsuz olaraq daxil olmaqla törətmişdir. Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi həmin Məcəllənin 177.3.2-ci maddəsi ilə tam əhatə olunduğundan Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz olaraq daxil olması düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə elan olunmuş ittihamın həcminə daxil edilmişdir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin tövsifedici əlamətlərindən biridə 177.3.2-ci maddəsində nəzərdə tutulmuş zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdədir. Azərbaycan Respublikası CM-in 177-ci maddəsinin qeyd hissəsində göstərilmişdir ki, “külli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs təxminən 2023-cü ilin mart ayından iyun ayınadək Zərərçəkmiş şəxs məxsus evdən ümumilikdə 494.285,2 manat məbləğində əmlakını oğurlamışdır. Buna görə də onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.3.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli barədə Tofiq Süleymanovun da məlumatının olmasını bildirsə də sonuncuya qabqcadan əlbir olan bir qrup şəxs tərəfindən külli miqdarda ziyan vurmaqla oğurluq etmə cinayəti üzrə ittiham elan edilməmiş, məhkəmə iclasında da nə dövlət ittihamçısı, nə də zərərçəkmiş şəxs və onun ümayəndəsi tərəfindən təqsirləndirilən şəxsə ağır ittiham elan edilməsi üçün cinayət işinin baxşılmasına xitam verilməsi və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyat keçiriən prokurora qaytarılması barədə hər hansı vəsatətlə müraciət etməmişdir. Bundan əlavə cinayət işi materiallarına əlavə edilmiş “Sübutların əlavə qiymətləndirilməsi, cinayət işi materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 oğurlanmış qızıl-zinət əşyalarını almasını qabaqcadan vəd etməsə də Təqsirləndirilən şəxs qızıl-zinət əşyalarını alarkən həmin əşyaların oğurluq əmlak olduğunu bildiyinə əsaslı şübhələr olduğuna görə əməlinə hüquqi qiymət verilməsi üçün ********* nömrəli cinayət işindən fakta görə Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılması qərara alınmışdır. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı tam etirafedici ifadələri ilə yanaşı, şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs, şahidlər - Şahid1, Şahid2, Şahid3 və Şahid6 ifadələri, “baxış keçirilməsi haqqında” 25 iyun 2023-cü il tarixli, “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 27 iyun 2023-cü il tarixli, “valyuta məzənnələrinə baxış eçirilməsi barədə” 28 iyun 2023-cü il tarixli, “mobil telefona baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli, “ mobil telefondan aşkar edilmiş sənədlərə baxış keçirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli, “Gold 1 MMC-nin yerləşdiyi binaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 iyul 2023-cü il tarixli, “ABB-dən daxil olmuş sənədlərə baxış keçirilməsi haqqında” 02 dekabr 2023-cü il tarixli protokollar, digər istintaq hərəkəti protokolları, məhkəmə-komputer texniki ekspertizasının 01 avqust 2023-cü il tarixli 9/982 nömrəli və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 dekabr 2023-cü il tarixli 9/8591 nömrəli rəyləri və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış qolbaq və mobil telefon ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də o, Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında tələbnamədən, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə oğurluq Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin müxtəlif bəndləri, 1 dəfə isə həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzaya məhkum olunmuş, cəzalarını tam baş vurduğundan və həmin əməllərə görə məhkumluğun ödənilməsi müddətləri keçdiyindən hazırda məhkumluğu olmayan şəxsdir. (i.v. 12-13) -Saatlı rayon İcra Hakimiyyəti başçısının Saatlı şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15 avqust 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs H.Əliyev prospekti, döngə 6, ev 3 ünvanında yaşamış, yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Ailə tərkibi atası, anası və həyat yoldaşından ibarətdir. (İ cild, i.v. 292-293) Zərərçəkmiş şəxs İbrahim qızının məhkəməyə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, Mahirə Vəliyevə Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı şikayət, iddia və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, Azərbaycan Respublikası CM-in 59.2-ci, zərərçəkmiş şəxslə barışıq əldə etməsini isə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən maddəsinə əsasən cəzasını yüngülləşdirən hal olduğunu, Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdıqda - Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi) təqsirləndirilən şəxsə təyin ediləcək cəza Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs 05 ildən 07 il 06 ayadək olan müddətə cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə barəsində həbs qətimkan tədbirinin seçildiyi 12 iyul 2023-cü il tarixdən hesablanmalı və Şirvan Apellyasiya Məhkəməsinin 12 iyul 2023-cü il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün 130 (bir yüz otuz) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 130 (bir yüz otuz) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-nin maddi sübutların saxlanılması otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Galaxy A 34” markalı mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə maddi sübut kimi tanınan 28 qram çəkidə, 583 əyarlı 01 ədəd qızıl qolbağın ibtidai istintaq orqanı tərəfindən qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.3.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 28 iyun 2023-cü il tarixədək iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına hesablanıb həmin cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı şübhəli şəxs qismində tutulduğu 12 iyul 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 130 (bir yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Saatlı RPŞ-də saxlanılan, Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A 34” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra sonuncunun yaxın qohumlarına qaytarılsın. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-426/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-426/2024
11.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver