Məhkəmə qərarları › İş №1(099)-427/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-427/2022

06.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-427/2022 06.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Lənkəran rayon vəkil bürosunun vəkili X4 və zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və X5 iştirakı ilə, 01 yanvar 1999-cu ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkumluğu olmayan, İmişli şəhəri, L.Vəliyev küçəsi, 41-də yaşamış, barəsində 23 yanvar 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2019-cu ilin dekabr ayında İmişli rayonunun Bəcrəvan kənd sakini Zərərçəkmiş şəxs2 ilə tanış olaraq onunla bir neçə dəfə İmişli şəhəri ərazisində görüşmüş və aralarında yaranan münasibətlərdən istifadə edərək əmlak əldə etmək məqsədi ilə 2 yanvar 2020-ci ildə “Whatsapp Messenger” mobil proqramında Zərərçəkmiş şəxs2 onunla sevgi münasibətində olduğunu və görüşdüyünü qardaşı X22 və atası Zərərçəkmiş şəxs1 oğluna bildirəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək qızıl-zinət əşyaları verməsini tələb etmiş, Zərərçəkmiş şəxs2 barəsində rüsvayedici məlumatların yayılacağından, gizli sevgi münasibətlərini yaxın qohumlarının biləcəyindən və ləkələnəcəyindən qorxaraq, yaşadığı İmişli rayonunun Bəcrəvan kəndində yerləşən fərdi yaşayış evindən anası X18 məxsus 3900 (üç min doqquz yüz) manat dəyərində 583 əyarlı, 65 qram çəkidə bir ədəd qızıl boyunbağını və 180 (yüz səksən) manat dəyərində 583 əyarlı, 3 qram çəkidə bir ədəd qızıl kulonu, cəmi 4080 (dörd min səksən) manat dəyərində qızıl-zinət əşyalarını götürüb xx.xx.2020-ci ildə saat 12-13 radələrində yaşadığı evin darvazasının qarşısında qohumu X12 vasitəsi ilə ona çatdırmış, bununla da o, özgənin 4080 (dörd min səksən) manat məbləğində əmlakını hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa, o, 2019-cu ilin dekabr ayında tanış olduğu Zərərçəkmiş şəxs2 ilə aralarında yaranan münasibətlərdən istifadə edərək təkrarən əmlak əldə etmək məqsədilə 7 yanvar 2020-ci ildə “Whatsapp Messenger” mobil proqramında Zərərçəkmiş şəxs2 onunla sevgi münasibətində olduğunu və görüşdüyünü, evdən qızıl-zinət əşyaları götürərək ona verdiyini atası Zərərçəkmiş şəxs1 oğluna bildirəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, Zərərçəkmiş şəxs2 2000 (iki min) manat məbləğində qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, gizli sevgi münasibətlərini yaxın qohumlarının biləcəyindən və ləkələnəcəyindən qorxaraq, yaşadığı İmişli rayonunun Bəcrəvan kəndində yerləşən fərdi yaşayış evindən özünə məxsus 900 (doqquz yüz) manat dəyərində 583 əyarlı, 15 qram çəkidə bir ədəd qızıl boyunbağını və atası Zərərçəkmiş şəxs1 məxsus 180 (yüz səksən) manat dəyərində 583 əyarlı, 3 qram çəkidə bir ədəd qızıl üzüyü, cəmi 1080 (min səksən) manat dəyərində qızıl-zinət əşyalarını götürüb 9 yanvar 2020-ci ildə axşam saatlarında yaşadığı evin darvazasının qarşısında qohumu X12 vasitəsilə ona çatdırmış, bununla da o, özgənin 1080 (min səksən) manat məbləğində əmlakını təkrarən hədəqorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, 2019-cu ilin dekabr ayının sonlarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X15 ilə tanış olaraq mobil telefonda danışmış və aralarında yaranan münasibətlərdən istifadə edərək Rufanə Məstəliyevanın yarıçılpaq fotoşəkillərinin əldə olunmasına nail olduqdan sonra təkrarən xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının ortalarında “İnstagram” sosial şəbəkəsində R.Məstəliyevaya yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, pul və qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağı halda, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, bir neçə gün sonra yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində 9000 (doqquz min) manat dəyərində üzərində brilyant qaşları olan qızıl boyunbağı, bilərzik və sırğadan ibarət dəsti ona vermiş, bununla da o, özgənin 9000 (doqquz min) manat məbləğində, yəni xeyli miqdarda əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının sonlarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X8 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 1 fevral 2020-ci ildə saat 12 radələrində yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində qayınanası X2 məxsus 2145 (iki min yüz qırx beş) manat dəyərində 585 əyarlı, 33 qram çəkidə bir ədəd qızıl boyunbağını ona vermiş, bununla da o, özgənin 2145 (iki min yüz qırx beş) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2 fevral 2020-ci ildə “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X8 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 3 fevral 2020-ci ildə İmişli şəhəri, A.Məmmədov küçəsində qaynanası X2 məxsus 1755 (min yeddi yüz əlli beş) manat dəyərində 585 əyarlı, 27 qram çəkidə bir ədəd qızıl boyunbağını ona vermiş, bununla da o, özgənin 1755 (min yeddi yüz əlli beş) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X8 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 2020-ci ilin fevral ayının ortalarında saat 12 radələrində İmişli şəhəri, A.Məmmədov küçəsində qaynanası X2 məxsus 800 (səkkiz yüz) manat dəyərində 585 əyarlı, 20 qram çəkidə bir ədəd qızıl qolbağını ona vermiş, bununla da o, özgənin 800 (səkkiz yüz) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 2020-ci ilin fevral ayının ortalarında “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X8 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, növbəti gün saat 02 radələrində yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsi 83 ünvanında yerləşən evin həyətyanı sahəsində özünə məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü və qaynanası X2 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü ona vermiş, bununla da o, özgənin 650 (altı yüz əlli) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, təkrarən əmlak əldə etmək məqsədi ilə 22 fevral 2020-ci ildə “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini X8 yarıçılpaq şəkillərini ərinə və digər qohumlarına göstərəcəyini və sosial şəbəkələrə yükləyəcəyini deməklə, barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək, qızıl-zinət əşyaları verməsini tələb etmiş, sonuncu barəsində rüsvayedici məlumatların yayılacağından, ləkələnəcəyindən və yaxın qohumlarının yanında biabır olacağından qorxaraq, 2020-ci ildə fevral ayının sonlarında yaşadığı İmişli şəhəri, A.Məmmədov küçəsində özünə məxsus olan 1000 (min) manat dəyərində, 5 qram çəkidə brilyant qaşlı bir ədəd qızıl üzüyü, 325 (üç yüz iyirmi beş) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir cüt qızıl sırğanı və 150 (yüz əlli) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl boyunbağını, əri X9 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü, qaynatası Zərərçəkmiş şəxs3 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində, 585 əyarlı, 5 qram çəkidə bir ədəd qızıl üzüyü, qaynanası X2 məxsus 325 (üç yüz iyirmi beş) manat dəyərində 585 əyarlı, 5 qram çəkidə brilyant qaşlı bir ədəd qızıl üzüyü ona vermiş, bununla da o, özgənin 2450 (iki min dörd yüz əlli) manat məbləğində əmlakını təkrarən hədə-qorxu ilə tələb edərək ələ keçirmişdir. Bundan başqa o, məlum olmayan vaxtda və mənbədən zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olan, soyuq silah hesab edilən bir ədəd süngü-bıçağı qanunsuz olaraq əldə edib gəzdirmiş və həmin bıçağı 26 dekabr 2021-ci ildə saat 16 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində tanışı X23 vermişdir. Bundan başqa o, 22 yanvar 2022-ci ildə saat 21 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində tanışı X1 məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq, yəni 0,378 qram çəkidə psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 22 radələrində İmişli rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi ərazisində “VAZ-2107” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən saxlanılaraq İmişli RPŞ-yə gətirilmiş və şöbənin inzibati binasında üzərində aparılan şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd gümüşü siqaret kağızı bükümdə 0,378 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamlar üzrə özünü tam təqsirli bilərək məhkəməyədək icraat zamanı verdiyi ifadələrini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, himayəsində arvadı və İ qrup gözdən əlil olan anası ilə birgə yaşamış və fərdi əməklə-taksi fəaliyyəti ilə məşğul olmuş, İİ Qarabağ Müharibəsində iştirak etmiş, ordudan tərxis olunarkən özü ilə bir ədəd süngü-bıçağı yaşadığı evə gətirmişdir. 2019-cu ilin dekabr ayının əvvəllərində “İnstagram” sosial şəbəkəsində Zərərçəkmiş şəxs2 adlı qızla tanış olmuş, onlar bir-biri ilə zəngləşərək görüşərkən sonuncuya sevdiyini bildirmiş, dekabr ayının sonlarında Cənanə ilə parkda görüşərkən ondan borca 100 manat pul istəmiş, Cənanənin qohumu ona 100 manat pul vermiş, sonralar aralarında yaranan səmimi münasibətə görə Cənanədən qızıl əşyaları istəmiş və sonuncu evlərində olan özünə və valideynlərinə məxsus qızıl əşyalarını gətirib ona vermiş, Cənanəyə qaytarmağa söz versə də lakin sonralar qaytarmamışdır. 2020-ci ilin yanvar ayının ortalarında Rufanə adlı qızın telefonda paylaşdığı şəkilləri “İnstagram” sosial şəbəkəsində görüb bəyənərək onunla tanış olub yazışmış, bir neçə gün sonra Rufanədən borc olaraq pul və qızıl əşyaları istəmiş, Rufanə pulunun olmadığını, evdə olan qızıl əşyalarını verəcəyinə demiş və onları gətirib ona vermiş, sonralar Rufanəyə qaytarmağa söz versə də qaytarmamışdır. 22 yanvar 2022-ci ildə saat 22 radələrində tanışı Orxan Babazadə ilə görüşüb onu idarə etdiyi “VAZ-21074” markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı minik avtomobillə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsinə aparmış, onunla söhbət zamanı Orxan üzərində iki bükümdə, 1 qrama yaxın çəkidə “patı” (psixotrop maddə metamfetamin) olduğunu demiş, yolda avtomobili saxlayarkən İmişli RPŞ-nin bir neçə nəfər əməkdaşı mülki geyimdə onlara yaxınlaşmı, bu vaxt Orxan avtomobildən düşüb qaçarkən üzərində olan malın bir bükümünü ona vermiş, polis əməkdaşarı onu saxlayıb polis şöbəsinə aparmış, üzərinə videoçəkilişlə şəxsi axtarış aparılarkən Orxanın verdiyi bir ədəd gümüşü kağızın arasında olan psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Əməlindən çox peşman olmasını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, onlarla barışıq əldə etməsini, İİİ qrup əlil olmaqla Qarabağ Müharibəsinin veteranı olmasını, eləcə də, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və İ qrup gözdən əlil anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsini məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətlərin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş X15 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, 2017-ci ildə evləndikdən sonra əri və onun valideynləri ilə bir yerdə yaşayır. 2019-cu ilin dekabr ayının sonunda “İnstagram” sosial şəbəkəsində İmişli şəhər sakini Təqsirləndirilən şəxs ilə tanış olmuş, bir neçə gün sonra Aqşin onun yaşadığı evin yerini öyrənmiş, ondan şəkillərini göndərməsini xahiş etmiş, o, öz şəkillərini çəkib “İnstagram”da Aqşinə göndərmiş, Aqşin həmin şəkilləri əldə etdikdən sonra onu şantaj etməyə başlamış, göndərdiyi şəkilləri ərinə və digər qohumlarına göstərəcəyini, eləcə də sosial şəbəkə vasitəsi ilə yayacağını bildirib əvvəlcə ondan 1500 manat pul tələb etmiş, Aqşinə pulu olmadığını bildirdikdə Aqşin ondan əl çəkməmiş, “İnstagram”da onun şəkillərini yayacağı ilə yenidən onu hədələyərək ondan qızıl əşyaları tələb etmiş, evdə söz-söhbət olacağından qorxub 2020-ci ilin yanvar ayının 28-də özünə məxsus brilyant qaşları olan boyunbağını və bilərzik dəstini Aqşinə vermişdir. Lakin sonralar Aqşin ondan əl çəkməyərək ona telefona dəfələrlə ismarıclar yazaraq onu şantaj edəcəyini bildirib, ona hədə-qorxu gəlmiş, tez-tez onu hədələyərək ondan qızıl-ziynət əşyaları tələb etmiş, o da ailəsində xoşa gəlməyən söz-söhbətlərin olacağından çəkinib nişan və toy zamanı ona gətirilmiş, eləcə də qayınanası və qayınatasına məxsus olan, ümumilikdə 22200 manat dəyərində qızıl-ziynət əşyalarını 2020-ci ilin yanvar-fevral ayında Aqşinə vermişdir. Hazırda Aqşin ona və ərinin valideynlərinə vurduğu maddi ziyanı qaytardığına görə onu bağışladını, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə digər zərər çəkmiş şəxs X5 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, 2020-ci ilin yanvar ayında evindən 22200 manat dəyərində qızıl-ziynət əşyalarının naməlum şəraitdə itməsini öyrənib oğlundan və gəlini Rufanədən qızılların yerini soruşmuş, lakin onlar qızılların yoxa çıxmasından xəbərsiz olduqlarını bildirmiş, buna görə də DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Hazırda Aqşin onun ailə üzvlərinə vurduğu maddi ziyanı qaytardığına görə onu bağışladını, onunla barışdığını və ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirmiş, məhkəmədən təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkəm müəyyən olunur ki, o, ifadəsində göstərmişdir ki, 2019-cu ilin dekabr ayında “İnstagram” sosial şəbəkəsində Aqşin adlı oğlanla tanış olmuş, bir-birilərinə mobil nömrələrini vermiş, Aqşinlə telefonla danışarkən onu sevdiyini bildirmiş və bir neçə dəfə İmişli şəhərində yerləşən mərkəzi parkda görüşmüşlər. 2019-cu ilin dekabr ayının sonlarında Aqşin ona mesaj yazaraq təcili olaraq 100 manat pula ehtiyacı olduğunu bildirib, borc pul verməsini xahiş etmiş, özündə pul olmadığına görə bibisi oğlu Canəlidən Aqşinə pul verməsini xahiş etmiş, sonuncu da Aqşin 100 manat pul vermiş, Aqşin sevgisini sübut etmək üçün ondan evlərində olan qızıl əşyalarından ona verməsini istəmiş, məcbur qalıb özünə məxsus bir ədəd qızıl üzüyü və anasına məxsus bir ədəd qızıl boyunbağını bibisioğlu Canəli vasitəsi ilə Aqşinə vermişdir. 2 yanvar 2020-ci ildə Aqşin onun atası Elşənin rayonda fəaliyyət göstərən “Kredit evin”nin müdiri olduğunu öyrənib ona mesaj yazaraq pula ehtiyacı olduğunu bildirib evdə olan qızılları ona verməsini istəmiş, verməyəcəyi halda Aqşin ona hədə-qorxu gələrək, onunla görüşdüyünü qardaşı Cabirə və atası Elşənə deyəcəyini bildirmiş, Aqşinin bu hədəsindən qorxub evlərində olan bir ədəd qızıl boyunbağını Aqşinə vermişdir. Bir neçə gün sonra Aqşin ona mesaj yazaraq dostunun maşınını vurub əzdiyini, maşını düzəltmək üçün ona təcili 2000 manat pul lazım olduğunu, əgər pulu düzəltməzsə tutulacağını söyləmiş və ondan yenə də qızıl əşyaları istəmiş, qızıl əşyaları verməyəcəyi halda atasına evdən oğurluq etdiyini deyəcəyi ilə ona hədə-qorxu gəlmiş, qorxusundan sonra evdən bir ədəd boyunbağı, bir ədəd kişi üzüyü və bir ədəd qadın üzüyü götürüb Aqşinə vermişdir. 2020-ci ilin yanvar ayının əvvəllərində valideynləri evdən qızıl əşyalarının yoxa çıxdığını bilib atası ondan onun məlumatının olub-olmamasını soruşarkən məcbur qalıb evdən götürdüyü qızıl əşyalarını Aqşinə verdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 oğlunun ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkəm müəyyən olunur ki, o, zərər çəkmiş şəxs – qızı Zərərçəkmiş şəxs2 ifadəsinə uyğun ifadə vermiş və əlavə olaraq ifadəsində göstərmişdir ki, 2020-cilin yanvar ayında arvadı Səidə Əliyev ona evdəki qızılların yerində olmadığını demiş, qızı Canənə ilə söhbət edərkən sonuncu hər şeyi etiraf etmiş, 6000-7000 manat dəyərində olan qızılları tanış olduğu Aqşin adlı oğlanın hədəqorxusuna əsasən ona vermişdir. Məhkəmə baxışında İmişli rayon polis şöbəsinin Cinayət-axtarış bölməsində əməliyyat müvvəkili vəzifəsində işləyən Şahid4 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırkı ifadəsində göstərmişdir ki, 22 yanvar 2022ci ildə ona İmişli şəhər sakinləri Orxan və Aqşin adlı şəxslərin üzərində narkotik vasitə gəzdirdikləri və həmin gün saat 22 radələrində İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisində olacaqları barədə əməliyyat məlumatı daxil olmuş, gecə saat 22 radələrində əməliyyat qrupunun üzvləri Orxan Babazadəni və Təqsirləndirilən şəxs saxlayaraq polis şöbəsinə gətirmiş, şöbədə dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkişlə onların üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki qara gödəkçəsinin sağ yan cibində saxladığı bir ədəd siqaret kağızının içərisindən psixotrop maddə olan metamfetamini polis əməkdaşına təqdim etmiş və həmin metamfetamini ona çəkmək üçün Orxan Babazədənin verdiyini, Orxanın isə həmin metafetamini Yengibar adlı şəxsdən aldığını bildirmiş, sonra psixotrop maddə qablaşdırılmaqla götürülmüş və şəxsi axtarış aparılması barədə protokol tərtib olunaraq orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 da Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 məhkəməyədək icraat zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində göstərmişdir ki, Cənanə Əliyeva onun dayısı qızıdır. 2019-cu ilin dekabr ayının sonlarında Cənanə ona zəng edərək rəfiqəsinin qardaşı Aqşin adlı şəxsə 100 manat pul verməsini xahiş etmiş, o da sonuncuya 100 manat pul vermişdir. 9 yanvar 2020-ci ildə axşam vaxtı Cananə yenidən ona zəng edərək rəfiqəsinin əşyalarının onda qalmasını, sonuncunun qardaşı Aqşini evlərinə gətirməsini və əşyaları qaytaracağını bildirmiş, Aqşinin idarə etdiyi “Mercedes-Benz” markalı avtomobil ilə Cənanəgilə getmiş və Cənanə yaşadığı evin küçə qapısına çıxıb, “kauçuk” qabda Aqşinə nəsə vermiş, 3 gün sonra gecə saat 02 radələrində Cənanənin atası Elşən və dayısı Bəhmənlə Aqşinin yaşadığı evə getmiş, Aqşin orada Cənanəni aldatmasını və qızıl-zinət əşyalarını ələ keçirməsi etiraf etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı Şahid5 Hafis oğlunun ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkəm müəyyən olunur ki, o da Şahid4 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş İmişli rayon polis şöbəsinin əməkdaşı X3 ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunarkəm müəyyən olunur ki, o ifadəsində göstərmişdir ki, İmişli rayon X25 yaşına çatmayanlarla proflaktiki işin təşkili qrupunun baş inspektoru vəzifəsində işləyir. 26 dekabr 2021-ci ildə saat 17 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində yerləşən “Elçin” şadlıq evinin yaxınlığında olarkən bir nəfər oğlanın 3-4 nəfər şəxsin yanında dayanıb bir ədəd süngü-bıçağı çıxarıb onlara göstərməsini görmüş, həmin şəxsə yaxınlaşıb süngü-bıçağı haradan əldə etməsini soruşarkən sonuncu süngü-bıçağı Qarabağ qazisi olan şəxsin avtomobilindən götürdüyünü bildirmiş, həmin şəxsi RPŞ-nə gətirib sorğu-sual edərkən avtomobildən süngü-bıçağı götürülən şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən və zərər çəkmiş şəxsləri, eləcə də şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan baxış keçirilməsi haqqında 6 mart 2020-ci il tarixli protokoldan görünür ki, İmişli şəhəri, Q.İsmayılzadə küçəsində qızıl-zinət əşyaları satışı mağazasında işləyən Rahid adlı şəxsin təqdim etdiyi kitabın 62 və 63-cü vərəqlərində alış qəbzlərində qələmlə qeydiyyat aparılmışdır. 62-ci vərəqdə alış qəbzində qızıl təhvil verən şəxsin soyadı, adı və atasının adının yerində Təqsirləndirilən şəxs, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, yəni ******** nömrə, satılan qızıl əşyanın 1 ədəd qızıl qolbaq olması, qolbağın alış qiymətinin isə 790 manat olması göstərilmiş, sonda qızıl qolbağı təhvil verən və qəbul edən şəxs onu imzalamış, təhvil verənin telefon nömrəsi, yəni “055 273-75-63” qeyd edilmişdir. Həmin kitabın 63-cü vərəqində də alış qəbzində qızıl təhvil verən şəxsin soyadı, adı və atasının adının yerində Təqsirləndirilən şəxs, şəxsiyyət vəsiqəsinin seriyası və nömrəsi, yəni ******** nömrə, satılan qızıl əşyanın 2 ədəd qızıl üzük olması, alış qiymətinin isə 216 manat olması göstərilmiş, sonda qızıl üzükləri təhvil verən və qəbul edən şəxs onu imzalamışdır. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 15 may 2020-ci il tarixli, 9/796 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatı nəticəsində, tədqiq edilən ortada olmayan 8 adda zərgərlik məmulatlarının, Respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama ilə şərti olaraq aşağıdakı kimi müəyyən olunur: 2020-ci ilin fevral ayına X8 məxsus bir ədəd 585 əyarlı 15 qram çəkidə olan qızıl boyunbağı 975,00 manat, X2 məxsus bir ədəd 585 əyarlı 33 qram çəkidə olan qız boyunbağı 2145,00 manat, bir ədəd 585 əyarlı 27 qram çəkidə olan qızıl boyunbağı 1755, 00 manat, 2 ədəd 585 əyarlı, hər biri 5 qram olan qızıl üzüklər 650, 00 manat, bir cüt 585 əyarlı 5 qram çəkidə olan qızıl sırğalar 325,00 manat, bir ədəd 585 əyarlı 5 qram çəkidə olan qızıl yaxalığı 325, 00 manat, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 585 əyarlı 5 qram çəkidə olan qızıl üzük 325, 00 manat, X11 məxsus bir ədəd 585 əyarlı 5 qram çəkidə olan qızıl üzük 325,00 manat olmuşdur. Hazırda, tədqiq edilən ortada olmayan 585 əyarlı 30 qram çəkidə olan brilyant qaşları olan boyunbağı, qolbaq, sırğa və üzük dəstinin, 2 ədəd 585 əyarlı 5 qram çəkidə olan brilyant qaşları olan üzüklərin, 1 ədəd 585 əyarlı 5 qram çəkidə olan brilyant qaşlı olan qızıl üzüyün texniki-keyfiyyət göstəriclərini (o cümlədən təmiz brilyant qaşların çəkisi, təmizliyi, ayrı-ayrılıqda qızılın çəkisi, ekskluziv sayılıbsayılmamasını, markası, modeli, təyinatı, istehsal yeri və ili, sairə) ətraflı tədqiqat etmək mümkün deyildir. İş materiallarında olan məhkəmə-əmətəşünaslıq ekspertizasının 30 mart 2020-ci il tarixli, 9/136 nömrəli rəyindən görünür ki, 2020-ci ilin yanvar ayının əvvəllərində Respublika daxili orta bazar pərakəndə satış qiymətləri nəzəri hesablama ilə şərti olaraq aşağıdakı kimi müəyyən olunur: Bir ədəd toxunma formalı, çəkisi 65 qram, 583 əyarlı boyunbağı 3900,00 manat, bir ədəd toxunma formalı, çəkisi 27 qram, 583 əyarlı boyunbağı 1620,00 manat, bir ədəd “tros” formalı, çəkisi 15 qram, 583 əyarlı boyunbağı 900,00 manat, bir ədəd çəkisi 5 qram, 583 əyarlı kulon 300,00 manat, bir ədəd çəkisi 3 qram, 583 əyarlı kulon 180,00 manat, bir ədəd çəkisi 3 qram, qaşsız, 583 əyarlı kişi üzüyü 180,00 manat, bir ədəd çəkisi 2 qram, 585 əyarlı qadın üzüyü 120,00 manatdır. İş materiallarında olan mobil telefona baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Rufanə Məsətəliyevanın istifadəsində olan və təqdim etdiyi mobil telefon “X38 Plus” markalıdır. Telefonun “Whatsapp-da mənim fayllarım bölümündə” İMG-20200301-WA0010.Jpg faylında mesaj mətnləri vardır. Həmin mətnlər “Aqw” profilindən ona yazılmışdır. Mesaj məntində “Soxum sen bacın bududa”, “Ne isdrsenue mene”, “Neyse me tapmaq isdesen instaqrama yaz davay burda atram bloka”, “Yox insdami sil9mwem”, “Vecimede dol atavın, anavın, qardawvın bawn dik tutmax isdirsense yaz orda”, “ay bedbext özve yazigun gelmir, atavana, anava, qarxawva o, aileli baciva yazigun gelsin uzleri olmayacaxki kiminse uzune baxmagae”, “Men nomremi kimese verenin Allah ANASİN ATASİN O KDURSUN YAXWİ ?” “Oldrecem G.hbe neslundu bawun gedmesin a cirix aqzun daniwigin bil walava blet”, “Bawmi xarab eleme” kimi ismarıclar vardır. Baxış zamanı Rufanə Məstəliyevə həmin ismarıcları ona Təqsirləndirilən şəxs “Whatsapp Messenger” mobil proqramında yazdığını bildirmişdir. R.Məstəliyeva “Ne isdrsenue mene”, “Yox insdami sil9mwem” ”Oldrecem” “Bawmi xarab eleme”mesajların ona aid yazılar olmasını bildirdi. Həmin ismariclər iş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 ədəd tərəfimdən A- 4 vərəqinə əlavə olunmaqla götürüldü. İMG-20200301 –WA0017. Jpg profilində isə şəkil fayılda döşləri əynindəki köynəkdən çölə çıxmış açıq görsənən qadın döşlərinin şəkili görünür. Həmin şəkilin R. Məsəliyeva ona məxsus olmasını və həmin şəkili Təqsirləndirilən şəxs instaqramla göndərməsini bildirdi. Həmçinin baxış keçirilən “X38 +” markalı telefon iş ücün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürülmüşdür. İş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının 12 iyun 2020-ci il tarixli, 5/197 nömrəli rəyindən görünür ki, təqdim edilmiş həssas təzyiqlə (sensorlu) çalışan “Androd 6.0.1” əməliyyat sistemi ilə təchiz olunmuş “X35 Prime +” markalı “SM-G 532 F” modeli “**********48157, **********48155” İMEİ kodlu mobil (smartfon) telefon olmaqla, halhazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. Təqdim edilmiş “X35 Prime +” markalı “SM-G 532 F” modeli mobil (smartfon) telefonun yaddaşında olan “Cellebrite” firmasının “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi “File məlumatın əldə edilməsi metodu (hesabat Report-Otçet”məlumat və silinmiş fayılların izləri “UFED” markalı qurğunun proqram təminatının funksional imkanlarının nəticələridir) məlumatlar müəyyən olundu və həmin müəyyən olunmuş məlumatlar “Ekspertiza 5-197” adlı iş çatasında üzərində “PRİNCO BUDGET” yazısı olan DVD-R diskə köçürülməklə ekspert rəyinə əlavə edildi. Təqdim edilmiş həssas “X35 Prime +” markalı “SM-G 532 F” modeli mobil (smartfon) telefonun hal-hazıda yaddışında və həmin mobil telefonun yaddaşıdan əldə edilmiş “UFED TOUCH 2” markalı qurğunun tərtib etdiyi “Hesabat”da “Whatsapp” proqram təminatı və “İnstagram” sosial şəbəkəsinə aid proqram təminatı müəyyən olunmadı. Rəyin tədqiqi hissəsinin 3-cü bəndində göstərilən səbəblər görə tədqiq olunan “X35 Prime +” markalı “SM-G 532 F” modeli mobil (smartfon) telefonun yaddaşında hər-hansı bir (2020-ci ilin yanvar ayının 01-dən mart ayının 5-dək olan müddət ərzində “Whatsapp” proqram təminatı və “İnstagram” sosial şəbəkəsi vasitəsilə aparılmış məlumat mübadiləsi) məlumatların pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 4-cü bəndində göstərilən səbəblərə görə təqdim edilmiş “X35 Prime +” markalı “SM-G 532 F” modeli mobil (smartfon) telefonun “Menyu” hissəsinin “Mənim fayıllarım/mənim cihazım/ “Whatsapp”/Media/ “Whatsapp”/İmage/sent” qovluğundakı “İMG-202000301-WF0010”.adlı “jpg” formatlı və “İMG-20200301- WF0017”.adlı “jpg” formatlı faylların yazışma mətinlərinin yazılma, göndərilmə, tarixini və hansı abonent nömrəsinə göndərilməsini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında xx.xx.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrədən X5 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə: 24 yanvar 2020-ci il, saat 15:47:22-də: “Rufanə aç da mirətivi, ya da mənə bir xəbər elə, uje əsəbdən ölürəm mən”, saat 16:08:06-da: “heç eybi yoxdur, sən məni arxayın elədin, məni g.. vəziyətinə qoydun, indi sənin səbrin olsun, gör mən neyniyəcəm, uzaq başı sənə 1 saata zəng edəcəklər sizinkilər, onsuz da darıxma, sən indi”, saat 16:20:11-də: “heç də vızıb atb eləmə, sən mənimlə məzələndin, amma səbrin olsun, gör adamla necə məzələnirlər görəssən”, saat 22:01:11-də: “Nəsə özün istədin bele olmağın, heç eybi yox, nə derəmki evdəndə çıxaram, vifi olmayaçaq, getdim rayona, səbirli ol, mən billəm nağayracam”, saat 22:26:18 də: “Yaxşı sen de bildiyivi elə, mən də bildiyim edim, görək kim qalıb gələçəkdir, sən ki, belə çındırlıq elədin ha”, saat 22:32:03-də: “evdəsən lap yaxşı, səbrin olsun uzağı yarım saata yoldaşını gəlib evdən çıxaraçaqlar”, saat 22:44:23-də: “sən məni aldatdın diyə mən də belə etdim, sənə demişdim ki, mənimlə oynama”, saat 23:16:30-da: “üzürlü say sizin qonşu var, mənim yaxım qardaş dediyim uşaqdır, ona demişəm day danışaçaq sabah tezdən yoldaşınla”, 25 yanvar 2020-ci il, saat 11:49:15-də: “Açde miretivini vasib işim var” məzmunlu ismarıclar, Rufanə Məstəliyevanın istifadəsində olan 050 ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrəyə: 25 yanvar 2020-ci il, saat 14:49:39-da: “Neynedin götürə bildin pul onu sruşaqçaqdım” məzmunlu ismarıclar göndərilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan 055 ***-**-** saylı mobil nömrədən Rufanə Məstəliyevanın istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə ilk dəfə xx.xx.2020-ci il tarixdə zəng edilmişdir. 055 ***-**-** saylı mobil nömrədən 050 ***-**- ** saylı mobil nömrəyə edilən zəng tarixçəsi belədir: xx.xx.2022-ci il saat 15:47:22-də 0 saniyə, saat 15:56:57-də 378 saniyə, saat 16:03:54-də 127 saniyə, saat 16:08:06-da 0 saniyə, saat 16:08:07-də 0 saniyə, saat 16:08:08-də 0 saniyə, saat 16:20:11-də 0 saniyə, saat 16:44:29-də 300 saniyə, saat 17:20:08-də 109 saniyə, saat 18:08:06-da 0 saniyə, saat 18:08:26 0 saniyə, saat 19:22:24-də 0 saniyə, saat 22:01:11-də 0 saniyə, saat 22:01:17-də 0 saniyə, saat 22:26:18-də 0 saniyə , saat 22:26:19-da 0 saniyə, saat 22:32:09-da 0 saniyə, saat 22:23:05-də 0 saniyə, saat 22:33:06-da 0 saniyə, saat 22:44:23-də 0 saniyə, saat 23:16:30-da 0 saniyə, xx.xx.2020-ci il saat 12:36:44-də 37 saniyə, 14:43:42-də 0 saniyə. 050 ***-**-** saylı mobil nömrədən 055 ***-**-** saylı mobil nömrəyə edilən zəng tarixçəsi belədir: xx.xx.2020-ci ildə saat 12:49:00-da 197 saniyə, saat 14:49:42-də 0 saniyə, saat 14:50:28-də 485 saniyə, saat 17:35:57-də 51 saniyə, xx.xx.2020-ci ildə saat 10:44:24-də 26 saniyə, xx.xx.2020-ci il saat 11:17:30-da 0 saniyə, xx.xx.2020-ci ildə saat 17:03:21-də 6 saniyə, xx.xx.2020-ci ildə saat 11:29:29-da 253 saniyə, xx.xx.2020-ci ildə saat 10:30:53-də 0, saat 19:33:00-da 0 saniyə. İş materiallarında olan məhkəmə-soyuq silahlar ekspertizasının 26 yanvar 2022-ci il tarixli, 3/27 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, yivli odlu döyüş silahları hesab olunan “Kalaşnikov” konstruksiyalı “AK-47”, “AKM”, “AK-74” markalı avtomat silahların və digər bir sıra yivli odlu silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsidir, süngü-bıçaqdır, soyuq silah hesab edilir. Təyinatı üzrə istifadəyə yararlıdır. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı X16 üzərində olan narkotik vasitə və qanunla saxlanılması, gəzdirməsi və ya daşınması qadağan ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş və Orxan Babazadə əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd ağ rəngdə siqaret kağızının içərisində olan psixotrop maddə olan metafetamini çıxararaq təqdim etmişdir. İş materiallarında olan şəxsi axtarış aparılması haqqında 23 yanvar 2022-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitə və qanunla saxlanılması, gəzdirməsi və ya daşınması qadağan ola biləcək əşyaları təqdim etməsi təklif edilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd siqaret kağızının içərisində olan psixotrop maddə olan metafetamini çıxararaq təqdim etmişdir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci il tarixli, 18/94 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində "X13 üzərindən" sözləri və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,298 qram olan maddə kustar üsulla hazırlanmış psxotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,378 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş X20 və Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə, cəmi 2 ədəd bükümdə ümumi çəkisi - 0,676 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 10 mart 2022-ci il tarixli, 1210 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2066-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərin, habelə narkomanlıq xəstəliyə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslər məcburi müalicə qaydaların 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram olan psixotrop maddə metamfetamin, bir ədəd süngü-bıçaq və zərər çəkmiş şəxs Rufanə Məstəliyevaya məxsus mobil telefon İmişli rayon polis şöbəsində saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-137-ci maddələrinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı və məhkəmədə verdiyi etirafedici, zərər çəkmiş şəxslərin və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi məsələsini müzakirə edərək onun hərəkətini Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, X6 əməli Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.4, 228.4 və 234.1ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onun əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CMin 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs təqsirli bilindiyi hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. İş materiallarında olan qərardan görünür ki, Təqsirləndirilən şəxs 12 yanvar 2020-ci ildə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 14 yanvar 2020-ci ildə ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək həbsdən azad edilmişdir. İş materiallarında olan digər qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2020-ci ildə ona həmin maddələrlə ittiham elan olunmaqla barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri nəzərə alınaraq MSY-dən buraxılmışdır. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun 2020-ci ilin yanvar və mart aylarında şübhəli şəxs qismində tutularaq saxlanıldığı ümumilikdə 4 (dörd) (2+2) gün ona təyin ediləcək cəzaya hesablanmaqla çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onun şübhəli şəxs qismində tutulduğu gündən, yəni – 23 yanvar 2022-ci ildən hesablanmasını əsaslı sayır. Belə ki, iş materiallarında olan İmişli rayon məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli 23 yanvar 2022-ci ildən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Tərtər hərbi məhkəməsinimn xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 333.1-ci maddəsi ilə təqsirli bilinərək 5 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-in 70-ci maddəsinə əsasən cəzası 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilmiş, hazırda məhkumluğu olmayan şəxs hesab olunur. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanlımalıdır. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, zərər çəkmiş şəxslər məhkəməyə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, onu bağışladıqlarını, cinayət nəticəsində onlara vurulmuş maddi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmiş və Təqsirləndirilən şəxs yüngül cəza verilməsini məhkəmədən xahiş etmişlər. İş materiallarına əlavə edilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, İmişli şəhəri, L.Vəliyev küçəsi, 41 nömrəli evdə qeydiyyatda olmaqla himayəsində arvadı və İ qrup əlil olan anası ilə birgə orada yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 065415 nömrəli Vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs anası X17 İ qrup əlil kimi ƏSMN-nin İmişli rayon şöbəsində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş 0331601nömrəli Hərbi Biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə Müdafiə Nazirliyinin N hərbi hissəsinin siyahısına daxil olunmuş və xx.xx.2020-ci ildə hərbi hissənin siyahısından çıxarılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 18 və xx.xx.2020-ci il tarixli, 2353 nömrəli sərəncamları ilə o, “Cəsur döyüşçü” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-in 59.1.12-ci, zərər çəkmiş şəxslərə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini isə CM-in 59.1.13-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eləcə də, zərər çəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda- Cəbrayılın düşməndən azad olunmasında gedən döyüşlərdə fəal iştirak etməsini, İİİ qrup əlil olmaqla Qarabağ Müharibəsinin veteranı olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində heç bir yerdə işləməyən arvadı və İ qrup gözdən əlil anasının olmasını, təqsirini etiraf etməklə əməlindən peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, gənc olmasını, ilk məhkumluğunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını isə CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul, əmlak və s. müəyyən edilmədiyindən onun barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd süngü-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, zərər çəkmiş şəxs Rufanə Məstəliyevaya məxsus mobil telefon isə sonuncuya qaytarılmalıdır. İş üzrə ekspertiza xərcləri olan 278 manat (iki yüz yetmiş səkkiz) manat 68 qəpik Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 182.2.2, 182.2.4, 228.4 və 234.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-in 182.2.2,182.2.4-cü maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 228.4-cü maddəsi ilə 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti cəza -5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmə baxışınadək, yəni – 2020-ci ilin yanvar ayının 12-dən 14-dək və 2020-ci ilin mart ayının 06-dan 08-dək şübhəli şəxs qismində həbsdə saxlanıldığı müddət, yəni ümimilikdə 4 (dörd) (2+2) gün ona təyin olunmuş cəzaya hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 5 (beş) il 5 (beş) ay, 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq İmişli rayon polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,328 qram olan psixotrop maddə metamfetamin və 1 ədəd süngü-bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, zərər çəkmiş şəxs Rufanə Məstəliyevaya məxsus mobil telefon isə sonuncuya qaytarılsın. İş üzrə 278 manat (iki yüz yetmiş səkkiz) manat 68 qəpik məbləğində məhkəmə ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan iyirmi gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar