Məhkəmə qərarları › İş №1(099)-427/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-427/2025

13.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-427/2025 13.01.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib1 katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, - xx xxxxxx 1991-ci ildə Beyləqan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, fəhləliklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Lənkəran Penitensiar Kompleksində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 13 aprel 2025-ci il tarixdə, istintaqa və məhkəməyə məlum olmayan vaxtda və mənbədən satış məqsədilə qanunsuz olaraq əldə etdiyi 2,599 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetaminin 1,982 qramını 13 aprel 2025-ci il tarixdə, saat 20 radələrində ünvan 2 ünvanında tanışı Şahid6 40 (qırx) manat pulun qarşılığında satdıqdan sonra, sonuncu satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı 1,982 qram psixotrop maddə metamfetaminin 0,840 qramını 14 aprel 2025-ci il tarixdə, saat 11 radələrində Beyləqan şəhəri, M.Ə.Rəsulzadə küçəsində tanışı Şahid5 20 (iyirmi) manat pulun qarşılığında satmış, 15 aprel 2025-ci il tarixdə, saat 06:12-də Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Şahid5 Beyləqan rayonu, “SMD-42” qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan tünd boz rəngli gödəkçəsinin sol iç cibindən bir ədəd şəffaf polietilen bükümün içərisindəki gümüşü rəngli kağız bükümdə satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı təmiz çəkisi 0,840 qram xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 15 aprel 2025-ci il tarixdə, saat 07:49-da Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlrinin davamında Şahid6 Beyləqan şəhəri, G.Əsədov küçəsində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd şəffaf sellofan bükümün içərisindəki qızılı rəngli kağız bükümdə təmiz çəkisi 1,142 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, 22 aprel 2025-ci il tarixdə, saat 19:54-də Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirinin davamında Təqsirləndirilən şəxs Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılaraq üstü yoxlanılan zaman əynində olan cins şalvarın sol yan cibindən satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd “X7” markalı siqaret qutusunun içərisində bir ədəd qızılı rəngli kağız bükümdə təmiz çəkisi 0,617 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, müharibədə iştirak etdikdən sonra narkotik vasitə olan marixuanadan istifadə etmiş, psixotrop maddə metamfetamin istifadə etməmişdir. Kənan adlı polis əməkdaşı onlardan üç ev məsafədə kirayədə qalmış, onu tanımış, hər dəfə işə gedəndə görmüş, aralarında müsbət mənada dialoqları olmuşdur. Hesab edir ki, onunla bağlı nəsə olsaydı Kənan onu istənilən vaxt tuta bilərdi. Hadisə baş verən gün çiyid alveri ilə məşğul olan qonşusunu fəhlə kimi müşayiət etmiş, çiyidləri payladıqdan sonra axşamüstü evə gəlib yemək yemiş, sonra siqaret almaq üçün dükana getmiş, evinə üç ev qalmış polislər Şahid1 və Şahid2 onu küçədə tutmuşlar. 22 aprel 2025-ci il tarixdə, axşam saat 18-19 radələrində polislərin maşını ondan sol tərəfdə dayanmış, o hərəkətinə davam etmiş, polislər maşından düşərək onun üzərinə doğru gəlmiş və onu tutub qandallayaraq maşına mindirmişlər. Polislərə onu bu formada məhəllədə tutduqları üçün etiraz etmiş, problem olduğu halda şöbəyə dəvət etmələrini bildirmişdir. Belə ki, onun məhəllədə qeyd etdiyi formada aparılması insanlarda onun haqqında yanlış düşüncə yarada bilərdi. Polis bölməsində onu hansı əsasla gətirdiklərini soruşduqda, deyəcəklərini bildirib, üzərində olan əşyaları çıxardıb təqdim etməyi təklif etmişlər. Üzərində olan 106 (bir yüz altı) manat məbləğdə pul vəsaitini, bir ədəd ana yadigarı olan sadə mobil telefonu və siqaretini təqdim etmişdir. Polislər ona narkotik vasitə ilə məşğul olduğunu deyib, qalın kağız bağlayaraq vuraraq, saxlanılmasının səbəbini öyrənməyə macal verməmişlər. Kənan və Ceyhun adlı polis əməkdaşları onu döymüş, digər iki polis isə döyməmişlər. Başını aşağı əymiş, zərbələrin hara dəydiyi belə maraqlı olmamışdır. Ən çox baş nahiyəsinə və böyrünə vurmuşlar. Xəsarətlərini təsdiq edən ekspert rəyi vardır. Polislərə 44 günlük “Vətən müharibəsi” iştirakçısı olduğunu demiş, lakin onu təhqir etmişlər. Polislərə pis təsir edən o olmuşdur ki, narkotik vasitə istifadəçisi olmasına baxmayaraq, üzərində narkotik vasitə olmamışdır. Narkotik vasitə istifadəçisi olduğunu təsdiq etmiş, lakin üzərində qanunsuz heç nə olmadığını üçün polislərə öz etirazını bildirmişdir. Polislər ona balaca büküm verərək qəbul etməsini, əks təqdirdə üzərinə beş kiloqram narkotik vasitə qoyacaqlarını bildirəndə etiraz etmişdir. Ona qarşı mənəviyyata sığışmayan hərəkətlər edəcəklərini bildirmiş, hətta şalvarına əl atmışlar. Məcbur qalıb onların dedikləri ilə razılaşmış, həmin bükümü qəbul etmiş və siqaretinin qabına qoymuşlar. Polislər ona bükümə görə həbs edilməyəcəyini, iki gündən sonra məhkəmədə buraxılacağını, altı-yeddi ay müddətdə çöldə işinin gedəcəyini bildirmişlər. Sabahısı gün Şahid6 ilə üzləşdirilmişdir. Polislərə Zəkariyyəni rayonda taksi sürücüsü kimi tanıdığını, işə gedərkən taksi kimi onun xidmətindən yararlandığını, Zəkariyyənin taksi üçün müştəri olduqda ona bildirməsini dediyini, uzun müddət inşaat sahəsində texnika ilə bağlı iş təcrübəsinin olması ilə bağlı sonuncuya Meliorasiya İdarəsində işlədiyi üçün orada texnika ilə bağlı iş olduğu təqdirdə ona bildirməsini xahiş etdiyini bildirmişdir. Aralarında yalnız dediyi bu kimi formada münasibət olmasına baxmayaraq, Zəkariyyə onun üzünə duraraq ona gah ayın 13-də, gah 14-də, gah 20 (iyirmi), gah da 40 (qırx) manata psixotrop maddə satmasını bildirmişdir. Polislər Zəkariyyəyə də, ona da nə deməli olmalarını öyrətmişlər. Üç ay müddətində 3 saylı istintaq təcridxanasında qalmış, işinin uzanma səbəbini soruşanda, digər şəxslərin üzərindən aşkar olunan narkotikin də güya ondan aşkarlananın üzərinə gələcəklərini bildirmişlər və elə buna görə də, imtina edərək sənədlərə imza etməmişdir. Polislərin dedikləri kimi olmuş, digər iki nəfərin üzərindən çıxan narkotiki də onun üzərinə qoymuşlar. Başına belə bir iş gətirilməsinin səbəbini bilmir. Şahid5 deyə birini tanımamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, orta-ixtisas təhsillidir, ekskavator sahəsi üzrə təhsil almışdır, evlidir, iki azyaşlı uşağı var, 29 sentyabr 2020-ci il tarixdə könüllü olaraq 44 günlük müharibəyə yollanmış, Murov-Kəlbəcər istiqamətində xidmət etmişdir. Müharibədən qayıtdıqdan sonra ona qarşı müsbət münasibət olmuş, rəsmi tədbirlərə çağırılmış və iştirak etmiş, iki-üç medalı hələ hərbi komissarlığa çatmamışdır. Şahid6 əvvəldən tanımış, söhbət əsnasında ona narkotik vasitə istifadəçisi olduğunu bildirmişdir. Söhbəti Zəkariyyə açmış, qolunda iynə izləri görmüşdür. Zəkariyyə narkotik vasitə istifadəçisi olduğunu desə də, əvvəllər tutulması barədə məlumatı olmamışdır. İki dəfə taksi kimi onun xidmətindən istifadə etmiş, aralarında iş və evində su sayğacının işləməməsi ilə bağlı söhbət olmuşdur. Zəkariyyənin müharibədə və ya döyüşdə iştirak etməsi barədə məlumatı yoxdur, onu elə də yaxından tanımamışdır. Zəkariyyənin güya narkotiki ondan almasını deməsinin, onun adını polislərə verməsinin səbəbini bilməmişdir, çünki, aralarında ədavət və ya ziddiyyət olmamışdır. 3 saylı istintaq təcridxanasına etab olunanda Zəkariyyə təzyiq altında olduğu üçün onun adını verdiyini, işinin yüngülləşəcəyi ilə bağlı ona vəd verildiyini, psixotrop maddəni tiktok sosial şəbəkəsindən aldığını bildirmişdir. Öz növbəsində ona bu barədə iradını bildirmişdir. Zəkariyyə ilə birlikdə narkotik vasitə istifadə etməmişdir. Əvvəllər polislə hər hansı ziddiyyəti olmamışdır. Bir dəfə məhəllədə pul kisəsi tapmış, aparıb sahibinə təhvil vermiş, pul kisəsinin yanında mobil telefonu görmədiyini bildirmiş, bu barədə polisə çağırılmış, sonradan zərurət olmadığı üçün getməmişdir. Hazırki işlə bağlı saxlanıldıqdan sonra bölmədə ondan sidik nümunəsi götürülmüş və narkoloji rəy verilmişdir. Heroin istifadə etməmişdir. Ailəsi narkotik vasitə istifadəçisi olduğunu bilməmişdir. Yəqin ki, narkotik vasitə aldığı şəxs polisə onun barəsində məlumat vermişdir. Mirani adlı şəxs narkotik vasitə istifadə etməmiş və onun narkotik vasitə istifadə etməsindən xəbərsiz olmuşdur. Narkotik vasitəni Beyləqan rayonu ərazisindən əldə etmişdir. Mirani barədə polislərə özü bildirmiş və bu məlumat videoçəkiliş üçün ərazi ilə bağlı olmuşdur. Onu öz evindən dörd-beş ev aralıda, H.Hacıyev küçəsi 3 ünvanında, təxminən saat 19:16 dəqiqədə tutmuşlar. Saxlanıldığı yerlə polis şöbəsinin arasında yol maşınla dörd-beş dəqiqə idi. “Toyota” markalı maşında dörd nəfər polis əməkdaşı gəlib videoçəkilişlə onu saxlamışlar. Həmin vaxt telefon arada yanıb sönmüş, polislər maşının xəbərdarlıq işığını yandırdıqda hərəkət etməsini bildirmişlər. Avtomobildə polis əməkdaşlarından qabaq sağ oturacaqda Ceyhun əyləşmiş, maşını özünə məxsus olmaqla Kənan idarə etmiş, Peyman və Cahid isə arxada əyləşmişlər. Onu birbaşa polis şöbəsinə inzibati binanın ikinci mərtəbəsinə sağdan ikinci otağa, yəni əməliyyatçıların otağına aparmışlar. Daxil olanda otaq boş olmuş, sonra iki nəfər otağa daxil olmuş, daha sonra arada bir gəlib baxıb getmişlər. Ceyhun və Kənan saxlanılandan şöbəyə gətirilərkən və şöbədə olarkən əvvəldən axıra kimi yanında olmuşlar. Maşında ona saxlanılma səbəbinin deyiləcəyi bildirilmiş, iki qalın vərəq gətirib qoluna bağlamışlar. Üzərində olan pul vəsaitinin narkotik vasitənin pulu olduğunu bildirdikdə, qonşu təqaüdçü qadının darvazasını rənglədiyi üçün ona verildiyini demişdir. Həmin pulu tutulan günü səhəri təqaüdünü aldığı üçün həmin qadın ona vermişdir. Polis əməkdaşlarına narkotik vasitə satan adam fəhləlik etməz deyə bildirmişdir. Saxlanılması ilə bağlı videoçəkiliş gecə saatlarında olmuş, lakin saatı 19:55 dəqiqəyə düzəltmişlər. Birinci başqa yerə aparılmış, orada şəraitin əlverişli olmadığını görüb, baytarlıq idarəsi deyilən yerə gətirilmiş və orada videoçəkiliş aparmaq qərarına gəlmişlər. Orada yerləşən idarənin mühafizəçisi polis əməkdaşlarından kim olduqlarını soruşanda, polis olduqlarını, içəri girməsini bildirmişlər. Mirani adlı şəxsin bacısı da çıxıb soruşanda ona da eyni qaydada cavab verilmişdir. Həmin vaxt gecə saat 12-01 radələri idi. Polislər qurduqları ssenari əsasında bir neçə dəfə çəkiliş etməyə cəhd etmişlər. Həmin vaxt işinə aid olmayan müstəntiq də orada iştirak etmiş, üzərində olan iki ədəd siqaretin birini çəkmişdir. Həmin vaxt qaçmağa şəraiti olsa da, cinayətkar olmadığı üçün bunu etməmişdir. Onlar Baytarlıq İdarəsinin kamerasına düşmüşlər, ətrafdakı şəxslər də bunu görmüşlər, çünki, gecə olmuş və bu insanlarda maraq yaratmışdır. Onu döyüb otaqdan gətirəndə vəkili Fəxri müəllimi görmüş, həmin vaxt aldadılmış, təcrübəsiz olmuş və vəkilini tanımamışdır. Fəxri müəllim onu niyə tanımadığını, baş verənləri niyə ona demədiyini, o da səmimiyyət görmədiyini bildirmişdir. Barəsində qətimkan tədbiri seçilib gələndə aldadıldığını anlamışdır. Müraciət əsasında müvəqqəti saxlama yerində olarkən gecə vaxtı prokurorluq əməkdaşı döyülməsi ilə bağlı izahatını almışdır. Xəsarətləri gözlə görünən olmuş və məhkəmədə də bunu görmüşlər. Vəkil qolunda olan xəsarətlər barədə məhkəməyə bildirmişdir. Məhkəmə iclasının audio-video yazı ilə aparılıb-aparılmamasına fikir verməmişdir. Döyülməsi nəticəsində başında yaranan şişi yatızdırmaq məqsədilə əməliyyatçı Ceyhun gürcü xəngəlini gətirib həmin nahiyəyə qoymuşdur. Müvəqqəti saxlama yerində dörd gün müddətində olarkən qida qəbulundan imtina etmiş, buna görə ona tibbi xidmət göstərilmişdir. Zəkariyyənin tutulmasını eşitmişdir. 3 saylı istintaq təcridxanasında mayor İlqar müəllim onun izahatını almış, sonra onu müayinəyə aparmışlar. Xəsarətləri orada da qeydə alınmışdır. Beyləqan Rayon Polis Şöbəsində müayinədən keçirilməmişdir. Qətimkan tədbiri seçiləndə poilislərin öyrətdiyini demiş, çünki ona verdikləri vədə inanmışdır. Belə ki, müstəntiq Zəkariyyənin narkotik vasitəni hardan alması ilə bağlı araşdırma aparılmasını bildirmişdir. Polis əməkdaşı olan Ceyhun onu tanıyıb-tanımadığını kobud şəkildə soruşduqda, tanımaq məcburiyyətində olmadığını demiş, ona yalan vədi də Ceyhun vermişdir. Ceyhun məhkəmədə yalan ifadə verir, çünki ittiham aktında qeyd olunan küçədə saxlanılmamışdır. Dəmir dubinka ilə ayağının altına vurmuşlar. Videoçəkilişin küçədə aparılmasına etiraz etmişdir. Ceyhun ssenarını ona demişdir. Ceyhuna onu döyməsi ilə bağlı etirazını bildirmişdir. Zəkariyyə psixotrop maddə aldığı şəxsin adını polislərə demiş, lakin bunu bildirməməyi ona demişlər. Həmin şəxsin kim olmasını bilmir. Zəkariyyə məhkəmədə yalan ifadə verir, onun evində olmamış, ona narkomanlara taksi xidməti göstərməsi səbəbindən öz iradını bildirmişdir. Mobil telefonunun anten dairəsi məlumatları dəqiq olaraq saxlanılma vaxtını göstərə bilər. Sonu 41-11 rəqəmləri ilə bitən mobil nömrə dostuna, 13-66 rəqəmləri ilə bitən mobil nömrə isə qonşusu Əliyə məxsus olmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadələr arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadələri ziddiyyət yaranmış hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmişdir. O, şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 23-24 aprel 2025-ci il tarixli ifadələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılmamışdan dörd-beş gün əvvəl Beyləqan rayonu ərazisində yerləşən “Həmlə” adlanan hərbi hissənin yaxınlığında olan zibilliyin ətrafından satmaq üçün dəmir yığan zaman yerdə bir ədəd qızılı rəngli büküm olduğunu görüb götürmüş, bükümü açıb baxarkən içərisində ağ rəngli, kristal formada maddənin olduğunu görmüş, əvvəllərdə həmin maddədən gördüyü üçün “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu bilmiş, narkotik vasitə və psixotrop maddə aludəçisi olmasa da, həmin maddəni gələcəkdə istifadə etmək üçün üzərində götürmüş, lakin istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Beyləqan şəhəri, “SMD-42” qəsəbəsində yaşayan tanışı Miranini çağırmaq üçün onun evinə getmiş, həmin vaxt tapdığı psixotrop maddəni də üzərində götürmüş və bükümlə birlikdə çəkdiyi siqaret qutusunun içərisinə qoymuşdur. Miraninin evinə gedib onu çağırsa da, evdə heç kim olmamış, bir neçə dəqiqə Miranini çağırdıqdan sonra saat 19:50 radələrində geri qayıtmışdır. Həmin küçə ilə gedən zaman qarşıdan avtomobil gəldiyini görmüş, avtomobil ona yaxınlaşdıqda içərisində olan şəxslərdən biri ondan həmin ərazinin “Şitilçilik” qəsəbəsi olub-olmadığını soruşmuş, ora olduğunu bildirdiyi anda avtomobildə olanlardan birinin telefonla videoçəkiliş apardığını görmüş, bu zaman avtomobildə olan şəxslər avtomobildən düşüb onun üzərinə gəlmişlər. Həmin şəxslərin hər biri mülki geyimli olsalar da, polis əməkdaşları olduqlarını hiss edərək qorxub qaçmaq istəsə də, şəxslər onu tutub saxlamış və tərpənməməyi bildirmişlər. Videoçəkiliş davam etmiş, avtomobildən düşən şəxslərdən biri Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını deyib, özünü təqdim etməsini təklif etmiş, özünü təqdim etdikdən sonra sonuncu onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, üzərində narkotik vasitələr saxlamağı barədə məlumat daxil olmasını və bununla bağlı saxlanıldığını bildirmiş, hüquq və vəzifələri izah edildikdən sonra üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı qanunsuz əşya, predmet olub-olmaması soruşulduqda, olduğunu bildirərək, əynində olan şalvarın sol cibindən “X7” markalı siqaret qutusunun içərisinə qoyduğu bükümü təqdim etmişdir. Ona ünvanlanmış suallara cavab olaraq həmin maddənin metamfetamin olduğunu və tapdığı cavabını vermişdir. Sonra təqdim etdiyi büküm açılaraq baxış keçirilmiş və içərisindən ağ rəngli, kristal formalı, qoxusuz hissəciklər aşkar edilmişdir. Həmin büküm sıfırlanmış elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,79 qram olması müəyyən edilmiş və ağ rəngli zərfə qoyularaq qablaşdırılıb, üzəri Daxili İşlər Nazirliyinin 86 saylı möhürü ilə möhürlənmiş və üzərinə imzalar edilmişdir. Daha sonra baxış keçirilməsi haqqında protokol tərtib edilməsi üçün onu üzərindən aşkar edilmiş bükümlə birlikdə Beyləqan Rayon Polis Şöbəsinə gətirmişlər və orada üzərinə baxış keçirən mülki geyimli polis əməkdaşı protokol tərtib etmiş, digər iştirakçılarla bərabər protokola imza etmişdir. Polis Şöbəsinin inzibati binasında digər xidməti otağa aparılmış, orada hüquq və vəzifələri müstəntiq tərəfindən elan olunduqdan sonra hüquqlarının müdafiəsi üçün dəvət olunmuş vəkilin iştirakı ilə ona ünvanlanmış suallara cavab olaraq üzərindən aşkar olunmuş metamfetamini Beyləqan rayonu ərazisində yerləşən “Həmlə” adlanan hərbi hissənin ətrafında olan zibillik ərazidən tapdığını bildirmişdir. Müdafiəçi Fəxri Rüstəmovun suallarına cavab olaraq üzərində, sol qolunda olan qızartıların dəmir və sahədə torba yığan zaman yarandığını, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini bildirmişdir (cild 01, i.v. 244-247; cild 02, i.v. 36-41). Təqsirləndirilən şəxs məhkəmə iclasında elan olunmuş ifadəsini təsdiq etmədiyini, həmin ifadələri təzyiq altında verdiyini, ibtidai istintaq zamanı 01 və 04 iyul 2025-ci il tarixlərində, bir də hazırda məhkəməyə verdiyi ifadələrini təsdiq etdiyini, qalan ziddiyyətli ifadələrini təsdiq etmədiyini bildirmiş, son sözündə məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə cinayət prosesi iştirakçılarını (şahidlərin ifadələri) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alıb, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs məhəllə sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. 22 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitələri və psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşıması barədə əməliyyat məlumatı daxil olmuş, dərhal bu barədə polis şöbəsinin rəisinə raport ilə məruzə edərək, Babəkin ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün göstəriş verməyi xahiş etmiş, müvafiq göstəriş verildikdən sonra Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri Şahid2 və Şahid3, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili Şahid4 iştirakı ilə əvvəlcədən qurulmuş plan əsasında Təqsirləndirilən şəxs yeri dəqiqləşdirilmiş və sonuncu Beyləqan şəhəri, SMD 42 yaşayış massivi ərazisində piyada hərəkət edərkən saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanılma səbəbini bildirildikdən sonra hüquq və vəzifələri izah edilmiş, üzərində dövriyyəsi qanunla qadağan olunmuş hər hansı qanunsuz əşya, predmet olub-olmaması soruşulmuş, Babək də olduğunu bildirərək, əynində olan cins şalvarın sol yan cibindən “X7” markalı siqaret qutusunun içərisində qızılı rəngli kağıza bükülmüş formada psixotrop maddənin olduğunu bildirərək, təqdim etmişdir. Həmin büküm açılaraq baxış keçirilən zaman içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmiş, elektron tərəzidə çəkildikdə çəkisinin 0,77-0,79 qram olması müəyyən edilmiş, sonra zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və üzəri imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin psixotrop maddə metamfetamin olduğunu və həmin kütləni rayon ərazisindən tapıb, üzərində saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş başqa predmet olub-olmadığı soruşulmuş, sonuncu olmadığını bildirmiş, bundan sonra onun əynində olan cins şalvarın sol yan cibinə baxış zamanı bir ədəd alışqan, sağ yan cibindən isə bir ədəd “F-Mobile” markalı sadə telefon aşkar edilmiş və sonuncu əşya iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Bundan sonra onun üzərindən başqa qanunsuz əşya və ya predmet aşkar olunmadığı üçün ondan aşkar olunmuş pretmetlərlə birlikdə gətirilərək müvafiq təhqiqat və istintaq orqanına təhvil verilməsi və protokolun tərtib edilməsi üçün videoçəkiliş dayandırılmışdır. Sonra Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək müstəntiqin xidməti otağına aparılmış, müstəntiq tərəfindən saxlanılma və polis şöbəsinə gətirilmə səbəbi deyildikdən sonra şübhəli şəxs kimi hüquq və vəzifələrini ona elan etmiş və ərizəsi əsasında dövlət hesabına müdafiəçi ilə təmin olunmuş, müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş psixotrop maddənin qablaşdırıldığı zərfə və bükümə videoçəkiliş vasitəsilə yenidən baxış keçirilməsinə və götürülməsinə başlanılmış, əvvəlcə iştirakçılara hüquq və vəzifələr elan edilmiş, sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminə bənzər kütlənin qablaşdırıldığı ağ rəngli zərf açılaraq içərisinə baxış keçirilmişdir. Baxış zamanı həmin zərfin içərisində bir ədəd qızılı rəngli büküm, bükümün içərisində isə ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Sonra həmin büküm elektron tərəzidə çəkilmiş və çəkisinin 0,77- 0,79 qram olması müəyyən edilmiş, Təqsirləndirilən şəxs həmin bükümün özünə məxsus metamfetamin olduğunu və zibillikdən tapdığını, istifadəçisi olmadığını, götürməkdə məqsədini isə izah edə bilməmişdir. Həmin büküm yenidən qablaşdırılıb möhürlənib, üzəri imzalandıqdan sonra ekspertizaya təqdim olunacağı və ekspertin rəyi ilə tanış ediləcəyi Təqsirləndirilən şəxs bildirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş “F-Mobile” markalı sadə telefon da baxış keçirilməsi üçün qablaşdırılıb götürülmüş, ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, üzəri möhürlənmiş və üzərinə imzalar edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə baxış keçirilən zaman ona qarşı zorakılıq edilmədiyini demişdir. Müstəntiq Təqsirləndirilən şəxs Beyləqan rayon sakini Şahid6 tanıyıb-tanımadığını soruşmuş, ardınca Zəkariyyənin polis əməkdaşları tərəfindən saxlanıldığını və sonuncunun üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddələri Təqsirləndirilən şəxs almasını bildiridiyini demiş, Babək isə Zəkariyyəyə psixotrop maddə satmadığını, Zəkariyyənin yalan danışdığını, narkotik vasitə və psixotrop maddələrin satışı ilə ümumiyyətlə məşğul olmadığını bildirmişdir. Müdafiəçisi Təqsirləndirilən şəxs üzərində olan xəsarətlə, aşkarlanan narkotiklə bağlı soruşanda, Babək həmin xəsarəti işləyən zaman aldığını, başqa xəsarətinin olmadığını, psixotrop maddə metamfetaminə bənzər kütlənin özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs harada və nə vaxt saxlanıldığı barədə suala cavab olaraq, saat 19:51-19:55 aralığında, “Baytarlıq Apteki” tərəfdə saxlanıldığını bildirmişdir. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Şahid6 məlumatı əsasında Təqsirləndirilən şəxs əməliyyat nəzarətinə götürmüşlər, lakin qeydiyyat işi açılmamışdır. Şahid5 ilə Şahid6 saxlanılmaları ilə bağlı əməliyyat tədbirində də iştirak etmişdir. Təqsirləndirilən şəxs barədə məlumat olmuş, lakin onu faktla saxlamaq istəmişlər. Şahid6 məlumatı faktı təsdiqləmişdir. Təqsirləndirilən şəxs müşahidə etməmişlər. Saxlanılarkən Təqsirləndirilən şəxs qarşı hər hansı təzyiq, təsir olmamış, həmçinin Babək də etirazını bildirməmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yerlə polis şöbəsi arasında məsafə dörd-beş dəqiqədir. Baxışın şəxs saxlanılandan bir müddət sonra aparılması müdafiəçinin gəlmə vaxtı ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs yalan ifadə verir, təzyiq görməsində Şahid2la onun adını çəkməsinin səbəbini bilmir. Mənbə dəqiq olduğu üçün Təqsirləndirilən şəxs dərhal saxlamışlar. Əməliyyat tədbiri zamanı üzərində 051 ***-**-** nömrəli mobil telefon olmuşdur. Təqsirləndirilən şəxs evinə baxış keçirməmişlər, avtomobili isə olmamışdır. Babəkin üzərindən pul aşkarlanmasını, həmin pulun sahibinə qaytarılması barədə məlumatı yoxdur. Beyləqan Rayon Polis Şöbəsi Cinayət-Axtarış Bölməsinin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid3, polis baş leytenantı Şahid2, Narkotiklərlə Mübarizə Qrupunun əməliyyat müvəkkili, polis kapitanı Şahid4 Şahid1 ifadəsində bildirdiyi xüsusatları təsdiq edərək, onunla oxşar məzmunlu ifadə vermişlər. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, əməliyyat tədbiri zamanı təxminən on dəqiqə müddətində müşahidə aparılmış, Təqsirləndirilən şəxs saxlanılması ümumi olaraq on beş-iyirmi dəqiqə çəkmişdir. Əməliyyat tədbirində videoçəkilişi özü aparmış, üzərində 051 ***-**-** mobil nömrəsi olmuşdur. Əməliyyat tədbirinə eyni maşında getmişlər. Şahid3 əlavə olaraq bildirmişdir ki, Polis şöbəsi ilə hadisə yerinə olan məsafə təxminən 15-20 dəqiqə olar. Şöbədən çıxıb gedib Babəki saxlmaq təxminən 20-30 dəqiqə müddət çəkmişdir. Təxminən 5 dəqiqə müşahidə olmuşdur. Səhv etmirsə, Təqsirləndirilən şəxs pul aşkar edilmişdir. Tədbir vaxtı üzərində olan telefondakı nömrə 050 ***-**-**-dir. Babəkin saxlanılma anı ilə vəkilin gəlməyi arasındakı müddəti xatırlamadığını bildirmişdir. Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs hardasa axşam saat 7-8 arası saxlanılmış, əməliyyat tədbiri zamanı üzərində olan mobil telefonda 055 ***-**-** saylı nömrə olmuşdur. Təqsirləndirilən şəxs yalan danışır, birinci Cahid, sonra Zəkariyyə tutulmuşlar. Hadisələr çox olduğu üçün Təqsirləndirilən şəxs saxlanılmağı o qədər müddət çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, əsgərliyə gedib-gələndən sonra Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxsla arasında narkotik söhbəti olmuşdur. Şahid6 məhkəmədə cinayət prosesi iştirakçıları tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs axrıncı dəfə 30 (otuz) manat müqabilində “patı”, yəni metamfetamin almış, çəkisini dəqiq bilməmişdir. Cüzi miqdarda psixotrop maddə ilə saxlanılmışdır. Təqsirləndirilən şəxs aldığı metamfetamini Şahid5 ilə birlikdə istifadə etmiş, sonra Cahid işə getmək adı ilə çıxıb getmiş və yolda tutulmuşdur. Şahid5 həmin maddəni ondan aldığını bildirdiyi üçün o da tutulmuşdur. Narkotiki Təqsirləndirilən şəxs aldığını istintaqa bildirmiş, bununla belə Babəklə münasibətləri pozulmamışdır. Əvvəllər də Təqsirləndirilən şəxsla arasında psixotrop maddə ilə bağlı alış-veriş olmuş, birlikdə sayını bilmədiyi qədər dəfələrlə narkotik istifadə etmişlər. Təqsirləndirilən şəxs düz danışmır, onu döyməmişlər və o, təzyiq altında kiməsə qarşı ifadə verməmişdir. Tutulandan sonra Təqsirləndirilən şəxs müvəqqəti saxlama yerində görmüşdür. Təqsirləndirilən şəxsla aralarında söhbət olmamış, Babəkin avtomobili ilə birlikdə Birinci Şahsevən kəndinə getmişlər, tanımadığı şəxsdən Babək malı götürmüş və evdə bölüb ona da vermişdir. Psixotrop maddədən istifadə etməmişdir. Su sayğacı məsələsi çoxdan olmuşdur. Ancaq Babəkdən psixotrop maddə almışdır. Əvvəllər narkotik vasitə istifadə etmiş, uzun müddət istifadə etməmiş, sonra isə Təqsirləndirilən şəxsla başlamışdır. Babəki qohumu Ceyhunun vasitəsilə tanımış, Babək taksi şirkətində işləmiş, şəxsləri istədikləri yerə aparıb-gətirmişdir ki, bu da narkotikin daşınması mənasına gəlmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımır, Şahid6 psixotrop maddə almışdır. Narkotikə təzəcə başlamış, Zəkariyyə ilə birgə işləmiş, narkotik istifadə edəndə ona da vermişdir. Narkotikin çəkisindən asılı olaraq Zəkariyyəyə hər dəfə 10-20 (on-iyirmi) manat arası pul vermişdir. Narkotiki alıb gətirmiş, satan adamı isə tanımamışdır. Şahid5 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, astama xəstəsidir, hazırda ofisian işləyir və qazandığı pulla psixotrop maddə almışdır. Öz iradəsi ilə artıq psixotrop maddə istifadə etmir. Psixotrop maddəni kimdən alması sualı şahid tərəfindən cavablandırılmamış, Zəkariyyə Babək adını çəkməmişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin eksperti Şahid7 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, müxtəlif kimyəvi tədqiqat üsulları vardır:- rəng testi, nazik təbəqəli xromatoqrafiya (NTX), infraqırmızı spektroskopiya (İQS), qaz xromatoqrafiyası, kütlə spektrometriyası. Rəng testi və nazik təbəqəli xromatoqrafiya BMT-nin standart metodika üsullarıdır. Hazırki cinayət işi üzrə rəng testi və nazik təbəqəli xromatoqrafiya kimyəvi analiz metodlarından istifadə etmişdir. Labarotoriyada adətən rəng testi və nazik təbəqəli xromatoqrafiya metodundan istifadə edirlər. Ekspert nümunəni düzgün hazırlayıbsa, nazik təbəqəli xromatoqrafiya və qaz xromatoqrafiyası ən dəqiq və həssas metodlardır. Hər metodun özünün nəticəsi vardır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şahidlərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə istintaq olunan ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 234.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokolundan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Şahid5 üzərindən 1,29 qram çəkidə psixotrop maddə olan metamfetamini təqdim edərək, həmin kütləni bir gün əvvəl Beyləqan rayon sakini Zəka adlı şəxsdən aldığını bildirmişdir (cild 01, i.v. 15-16). Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokolundan görünür ki, şübhəli şəxs qismində saxlanılmış Şahid6 üzərindən aşkarlanan 1,52 qram çəkidə psixotrop maddə olan metamfetamini təqdim edərək, 40 (qırx) manat müqabilində Beyləqan rayon sakini Babək adlı şəxsdən aldığını, həmin kütlənin bir hissəsini Şahid5 20 (iyirmi) manata satdığını bildirmişdir (cild 01, i.v. 54-56). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/309 nömrəli, xx.xx.2025-ci il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: "...Şahid5 üzərindən..." sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,840 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; üzərində: "...Şahid6 üzərindən..." sözləri və imzalar olan kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 1,142 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid5 aşkar olunmuş psixotrop maddə metamfetaminlə Şahid6 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir (cild 01, i.v. 111-114). Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddələri əldə edib üzərində saxlamaqla daşımaqda və Beyləqan rayon sakini Şahid6 satmaqda şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur (cild 01, i.v. 205). Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-i il tarixli qərarı, eyni tarixli əmri və məktublarından görünür ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin şöbənin əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu yaradılmış, bu barədə cinayət-prosessual qanunvericiliyə uyğun olaraq aidiyyəti prokurorluğa və məhkəməyə məlumat verilmişdir (cild 01, i.v. 206-208). Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun “əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il və “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, aparılmış videoçəkilişlə həmin tarixdə, saat 19:54-də Təqsirləndirilən şəxs Beyləqan rayonu, “SMD-42” yaşayış massivi ərazisində küçədə piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılmış, əynində olan cins şalvarın sol cibindən “X7” markalı siqaret qutusunun içərisində olan qızılı rəngli kağıza bükülmüş psixotrop maddəyə bənzər kütləni çıxarıb təqdim etmiş, eyni zamanda üzərində olan şalvarın sağ yan cibindən bir ədəd “F telekom” markalı mobil telefon aşkar edilmiş, həmin kütlə elektron tərəzidə çəkilərək 0,79 qram olması müəyyən edilmiş, verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin metamfetamin olduğunu və Beyləqan rayonundan tapdığını bildirmişdir. Aşkar edilmiş həmin predmetlər qablaşdırılaraq götürülmüş, bu barədə protokollara əlavə edilmiş DVD disklərə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 211-213; 239-242) Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərar və protokolundan görünür ki, azadlığı faktiki olaraq 22 aprel 2025-ci il tarixdə, saat 19:54-də məhdudlaşdırılmış Təqsirləndirilən şəxs 23 aprel 2025-ci il tarixdə, saat 09:10 dəqiqədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və yaxın qohumuna məlumat verilməsi təmin olunmuşdur (cild 01, i.v. 215-216; 228-229). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Şahid6 məxsus “Redmi Note 12 Pro” markalı mobil telefonda “Telefon” bölməsinə daxil olunaraq baxış keçirilən zaman telefonun üzərində (051) ***-**-** saylı mobil nömrənin olması, telefonda X4 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrəni “Cakoo” adı ilə qeyd etməsi, həmin nömrədən sonuncu dəfə 15 aprel 2025-ci il tarixdə, saat 02:08-də Zəkariyyənin istifadəsində olan nömrəyə zəng daxil olmuşdur. Bundan başqa, həmin nömrədən xx.xx.2025-ci il tarixdə, saat 08:58-də zəng daxil olması, saat 10:11-də həmin nömrəyə zəng edilməsi; xx.xx.2025ci il tarixdə, saat 12:18-də, 13:09-da, 18:57-də, 19:49-da, 19:51-də həmin nömrəyə zəng edilməsi, saat 13:10-da, 18:33-də, 19:33-də, 19:35-də, 19:55-də, 21:01-də, 21:29-da, 21:41-də həmin nömrədən zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 15:12-də, 17:24-də həmin nömrəyə zəng edilməsi, saat 15:16-da həmin nömrədən zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 18:13-də zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 12:14-də həmin nömrəyə zəng edilməsi, xx.xx.2025-ci il tarixdə, saat 09:15-də, 09:54-də, 11:56-da həmin nömrəyə zəng edilməsi, saat 19:53-də zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 10:19-da, 16:28-də, 17:21-də, 18:17-də, 19:13-də, 19:19-da, 21:18-də, 21:42-də, 21:47-də zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 08:41-də, 09:10-da, 10:20-də, 10:51-də zəng edilməsi, saat 08:54-də, 09:17-də, 10:39-da, 10:48-də, 21:27-də, 22:55-də, 22:59-da zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 00:29-da, 01:29-da, 01:38-də, 02:08-də zəng daxil olması müəyyən olunmuşdur. Daha sonra baxış zamanı Şahid6 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2025ci il tarixdə, saat 10:39-da, 10:41-də, 11:07-də, 11:08-də, 11:11-də, 11:21-də, 11:29-da, 11:56-da, 12:04-də 12:19-da, 13:02-də, 14:54-də, 14:57-də, 15:03-də, 15:12-də, 15:16da, 20:12-də, 20:16-da zəng edilməsi, həmin nömrədən saat 11:46-da, 11:49-da, 15:12-də zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 12:38-də, 17:58-də, 18:04də, 18:11-də, 18:24-də, 18:30-da, 18:33-də, 18:42-də, 18:51-də, 18:54-də, 21:57-də zəng daxil olması, saat 15:51-də, 13:04-də, 15:53-də, 14:24-də, 15:06-da, 15:09-da, 17:57-də, 18:00-da, 18:03-də, 18:45-də, 18:57-də, xx.xx.2025-ci il tarixdə, saat 14:11də, 14:20-də, 16:05-də zəng edilməsi; xx.xx.2025-ci il tarixdə, saat 16:52-də zəng edilməsi, saat 20:07-də zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 11:00-da, 19:24-də, xx.xx.2025-ci il tarixdə, saat 13:25-də, 14:00-da, 14:01-də, 14:26-da, 14:27də, 14:29-da, 15:03-də, 15:28-də, 15:44-də, 15:47-də, 15:50-də, 16:43-də, 17:02-də, 17:41-də, 18:45-də, 18:46-da, 19:09-da, 20:06-da, 20:07-də, 20:12-də, 21:09-da, 22:06da zəng edilməsi, saat 14:31-də, 14:34-də, 15:32-də, 15:45-də zəng daxil olması; xx.xx.2025-ci il tarixdə, saat 08:59-da, 09:03-də, 09:51-də, 09:52-də, 11:46-da, 11:47də, 11:48-də, 13:58-də, 23:39-da, 23:44-də zəng edilməsi, saat 13:58-də, xx.xx.2025-ci il tarixdə, saat 11:47-də 18:20-də, 18:35-də, 19:00-da, 19:09-da, 19:20-də, 19:35-də zəng daxil olması, saat 18:23-də, 19:08, 19:34, 19:39, 19:41-də iki dəfə ardıcıl olaraq zəng edilməsi müəyyən olunmuş, bu barədə protokola əlavə edilmiş CD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 02, i.v. 01-03) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/340 nömrəli, xx.xx.2025-ci il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdə bir ədəd bükümdə təmiz çəkisi 0,617 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxsla Şahid5 aşkar olunmuş psixotrop maddə metamfetamin və Şahid6 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminin 0,517 qram qalığı ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik müəyyən edilmişdir (cild 02, i.v. 04-08). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “üzləşdirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs və Şahid6 arasında üzləşdirmə keçirilmiş, onlar ifadələrində bildirdiklərini bir-birilərinin üzünə qarşı söyləmişlər və bu barədə protokola əlavə edilmiş DVD diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 02, i.v. 21-26). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 27-28). Beyləqan Rayon Məhkəməsinin 4(020)-36/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 22 aprel 2025-ci il tarixdə, saat 19:54-dən hesablanmaqla iki ay iyirmi üç gün müddətə seçilmiş həbs qətimkan tədbirinin müddəti həmin məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixədək uzadılmışdır (cild 02, i.v. 53-59; 233-239). Azərbaycan Respublikası Baş Prokurorluğu Beyləqan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-i il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir (cild 02, i.v. 82-83). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şahid5 üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,690 qram psixotrop maddə metamfetamin, Şahid6 üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,992 qram psixotrop maddə metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkisi 0,517 qram psixotrop maddə metamfetamin, həmçinin Şahid6 üzərindən aşkar edilərək götürülmüş “Redmi Note 12 Pro” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanması üçün həmin şöbənin “maddi sübutların saxlanması otağı”na təhvil verilmişdir (cild 02, i.v. 84-85). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs məhkum olunması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (cild 02, i.v. 102). Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il, Beyləqan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz davranış və fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 02, i.v. 113-116, 126-129). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protkola əlavə edilmiş bir ədəd DVD disk, “üzləşdirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi nəzərə alınaraq maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, i.v. 130- 131). Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmlərini İdarəetmə Birliyi” PHŞəxs “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın hər hansı kabinetində qeydiyyatda deyildir (cild 02, i.v. 133-134). Beyləqan Rayon İcra Hakimiyyəti başçısının Beyləqan Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Beyləqan şəhəri, M.Müşfiq küçəsi 5 saylı ünvanda qeydiyyatdadır, himayəsində 2016 və 2019-cu il təvəllüdlü iki azyaşlı uşağı var və qeydiyyat yeri üzrə müsbət xarakterizə olunmuşdur (cild 02 , i.v. 140-141). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman Şahid6 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə arasında 13 aprel 2025-ci il tarixdə, saat 18:35-də, 19:09-da, 19:20-də və digər saatlarda, bundan başqa Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə arasında xx.xx.2025-ci il tarixdə, saat 08:55-də, 09:18-də, 10:39-da və digər saatlarda mütəmadi olaraq danışıqlar aparılması aşkar edilmişdir. Qeyd olunan mobil nömrələr arasında həmin tarixlər və vaxtlardan başqa da danışıqlar aparılmışdır (cild 02, i.v. 160-162). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, "xxxx" MMC-dən daxil olmuş və yaddaşında telefon məlumatları olan CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (cild 02, i.v. 162). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “üzləşdirmədə dindirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs və iş üzrə şahidlər Şahid1, Şahid2 arasında ayrı-ayrılıqda üzləşdirmə istintaq hərəkətləri keçirilmiş və onlar ifadələrində bildirdiklərini bir-birilərinin üzünə qarşı söyləmişlər (cild 02, i.v. 180-187). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.4.3-cü maddəsinə tövsif edilmişdir (cild 02, i.v. 188). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 02, i.v. 191-192). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik Hüquqi Şəxsin Ambulator Məcburi Narkoloji Tibbi Yoxlamanın xx.xx.2025-ci il tarixli, 3705 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halı olub, lakin hal-hazırda müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur və ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (cild 02, i.v 215-216). “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsin kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2025-ci tarixli, 1906 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür (cild 02, i.v. 217-220). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 218 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilən xəsarətlər sol gözaltı nahiyədə, sol gözaltı bazuda qançırlar; sol dirsək oynağında, sol baldırda, sol bayır topuqda sıyrıqlar küt əşyanın təsirindən törənmişdir, şəxsin göstərdiyi şəraitdə əmələ gələ bilərdi, yetirilmə müddəti məhkəmə-tibbi müayinədən üç-dörd sutka əvvələ uyğun gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir (cild 02, i.v. 221-222). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli protokollarından görünür ki, Təqsirləndirilən şəxs və iş üzrə şahidlər Şahid3, Şahid4 arasında ayrı-ayrılıqda üzləşdirmə keçirilmiş, onlar ifadələrində bildirdiklərini bir-birilərinin üzünə qarşı söyləmişlər (cild 02, i.v. 240-247). Beyləqan Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi barədə” xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvəsində saxlanılmış; psixotrop maddə metamfetaminin mənbəyinin müəyyən edilməsi məqsədilə hazırki cinayət işindən icraata ayrıca cinayət işi ayrılmışdır (cild 02, i.v. 252-273). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xx.xx.2025-ci il tarixli müşayiət məktubu ilə daxil olmuş Tibb Baş İdarəsinin 3510/2025 nömrəli “Məhkumun Tibbi Kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı sol göz ətrafı nahiyyədə bənövşəyi rəngli qançır, sağ dirsək, sol topuğun bayır səthində qərtməkli yaralar, sol said, sol diz nahiyələrdə köhnə çapıq toxumaları aşkar olunmuş, müvəqqəti saxlama yerində xəsarət aldığını bildirmişdir. Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2025 nömrəli, xx.xx.2025-ci il tarixli və 1(020)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmlərindan görünür ki, Şahid6 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,992 qram psixotrop maddə metamfetaminin və Şahid5 üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,517 qram psixotrop maddə metamfetaminin məhv edilməsi qərara alınmışdır. Beyləqan Rayon Məhkəməsinin Şahid5 barəsində olan cinayət işi üzrə 1(020)- 49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, həmin məhkəmənin 1(020)- 49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünün əsaslandırıcı və nəticə hissələrində iş üzrə maddi sübut Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,517 qram psixotrop maddə metamfetamin məhv edilsin sözlərinə “iş üzrə maddi sübut Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan tədqiqatdan sonra qalıq qalmış 0,690 qram çəkidə psixotrop maddə metamfetamin məhv edilsin” kimi düzəliş edilmişdir. Beyləqan Rayon Polis Şöbəsinin xx.xx.2025-ci tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə, saat 19:54-də həmin polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılaraq faktiki azadlığı məhdudlaşdırlmış, həmin tarixdə, saat 20:40-da polis şöbəsinə gətirlən şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınmış, 23 aprel 2025-ci il tarixdə müvəqqəti saxlama yerinə təhvil verilmiş, həmin tarixdə Təcili-tibbi yardıma müraciət edilmiş, 29 aprel 2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına, xx.xx.2025-ci il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerinə, xx.xx.2025-ci il tarixdə 3 saylı istintaq təcridxanasına keçirilmiş, xx.xx.2025-ci il tarixdə polis şöbəsinin müvəqqəti saxlama yerinə, xx.xx.2025-ci il tarixdə yenidən 3 saylı istintaq təcridxanasına keçirilmiş və müayinələr zamanı onda xəsarət aşkar edilməmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(099)-427/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** saylı mobil nömrənin müvafiq operatorda qeydə alınmış 01 yanvar 2025-ci il, saat 00:00-dan 25 aprel 2025-ci il, saat 00:00-dək olan müddətə giriş-çıxış zəngləri, sms mətnləri, anten dairəsi məlumatları, bundan başqa iş üzrə şahid qismində keçən polis əməkdaşları Şahid1 istifadəsində olan 051 ***-**-**, Şahid4 istifadəsində olan 051 ***-**-**, Şahid3 istifadəsində olan 050 ***-**- **, Şahid2 istifadəsində olan 055 ***-**-** saylı mobil nömrələrin müvafiq operatorlarda qeydə alınmış 20 aprel 2025-ci il, saat 00:00-dan 25 aprel 2025-ci il, saat 00:00-dək olan müddətə giriş-çıxış zəngləri, anten dairəsi məlumatları müvafiq olaraq "xxxx" və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətlərindən götürülmüş, CD disklərdə olan materiallar məhkəmə iclasında tədqiq edilərkən iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3898 nömrəli, xx.xx.2025-ci il tarixli materialların məhkəmə ekspertizasının rəyi və ona əlavə edilmiş aktdan görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsi Tədqiqat obyekti №3” ştamp əksi olan üç ədəd paketdəki vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetamin, Şahid6 və Şahid5 aşkar edilərək götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil edirlər. Ekspertiza tədqiqatından sonra psixotrop maddə metamfetaminlərin 0,640 qram (Şahid5 münasibətdə), 0,942 (Şahid6 münasibətdə) və 0,467 qram (Təqsirləndirilən şəxs münasibətdə) qalıqları ibtidai istintaq orqanına qaytarılmış, aparılmış tədqiqatın dəyəri 114 (bir yüz on dörd) manat təşkil etmişdir. Müdafiə tərəfinin məhkəməyə təqdim etdiyi Təqsirləndirilən şəxs adına olan AO seriyalı, ******* saylı hərbi biletin, xx.xx.2016-cı il tarixli Fəxri Fərmanın və Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinin 29.11.202-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu müvəffəqqiyyətlə bitirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmuş, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsi tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsinə ünvanlanmış məktubunda “Beyləqan rayon sakini xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixində “44 günlük Vətən müharibəsi”ndə N nömrəli hərbi hissənin tərkibində Kəlbəcər rayonu istiqamətində aparılan döyüş əməliyyatlarında iştirak etmiş və “Müharibə Veteranı” adı alması üçün müvafiq sənədləri Müdafiə Nazirliyinin Aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrin”in verilməsi üzrə komissiyaya göndərilmişdir. Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyə Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım ilə əlaqədar cəmi 25 (iyirmi beş) iş saatı həcmində vaxt sərf etməsi barədə hesabat təqdim etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsi, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulub-pozulmaması, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa verilmiş müxtəlif məzmunlu vəsatətlər təmin edilmiş, bununla da ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirilmişdir. Müdafiə tərəfi irəli sürülmüş ittihamı mübahisələndirsə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Sözügedən Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Barəsində bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər, yəni, müharibədə iştirak etdikdən sonra narkotik vasitə olan marixuanadan istifadə etməyə başlasa da, psixotrop maddə metamfetamindən istifadə etməməsi, heç bir narkotik vasitə və ya psixotrop maddənin satışı ilə məşğul olmaması, 22 aprel 2025-ci il tarixdə, axşam saat 19:16 dəqiqədə öz evindən dörd-beş ev aralıda, H.Hacıyev küçəsi 3 ünvanında polis əməkdaşları tərəfindən saxlanılması, videoçəkilişin gecə saatlarında həyata keçirilməsi, lakin saatın 19:55 dəqiqəyə düzəldilməsi, birinci başqa yerə aparılması, orada şəraitin əlverişli olmadığını görüb, baytarlıq idarəsi deyilən yerə gətirilməsi və orada videoçəkiliş aparmaq qərarına gəlinməsi, Mirani adlı şəxs barəsində polislərə videoçəkiliş üçün ərazi ilə bağlı özünün bildirməsi, saxlanılarkən üzərində heç bir qanunsuz predmetin olmaması, polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən təzyiqlərə məruz qalması, qalın kağız bağlayaraq döyülməsi, ən çox baş nahiyəsinə və böyrünə vurmaları, polislərin ona balaca büküm verərək qəbul etməsi, əks təqdirdə üzərinə beş kiloqram narkotik vasitə qoyacaqlarını, ona qarşı mənəviyyata sığışmayan hərəkətlər edəcəklərini bildirmələri, hətta şalvarına əl atmaları, məcbur qalıb onların dedikləri ilə razılaşması, Şahid6 taksi sürücüsü kimi tanıması, aralarında narkotiklə bağlı söhbət olsa da, ona narkotik satmaması, ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində vermiş olduğu ilkin ifadələrini təzyiq altında verdiyi üçün təsdiq etmədiyi barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinin yuxarıda göstərilən hissəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən videoçəkiliş aparılmaqla xx.xx.2025-ci il tarixdə, saat 19:54-də Beyləqan rayonu, “SMD-42” yaşayış massivi ərazisində küçədə piyada hərəkətdə olarkən şübhəli şəxs qismində saxlanılarkən əynində olan cins şalvarın sol cibindən “X7” markalı siqaret qutusunun içərisində olan qızılı rəngli kağıza bükülmüş psixotrop maddəyə bənzər kütləni çıxarıb təqdim etmiş, verilmiş suallara cavab olaraq aşkar olunmuş kütlənin metamfetamin olduğunu və Beyləqan rayonundan tapdığını bildirmiş (həmin istintaq hərəkətinin videogörüntüsünü özündə əks etdirən DVD diskdən görünür), şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 23-24 aprel 2025-ci il tarixli ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək polis əməkdaşları tərəfindən saxlanılmamışdan dörd-beş gün əvvəl Beyləqan rayonu ərazisində yerləşən “Həmlə” adlanan hərbi hissənin yaxınlığında olan zibilliyin ətrafından satmaq üçün dəmir yığan zaman yerdə bir ədəd qızılı rəngli büküm olduğunu görüb götürməsini, bükümü açıb baxarkən içərisində ağ rəngli, kristal formada maddənin olduğunu görüb, əvvəllər də həmin maddədən gördüyü üçün “patı” adlanan psixotrop maddə metamfetamin olduğunu bilməsini, narkotik vasitə və psixotrop maddə aludəçisi olmasa da, həmin maddəni gələcəkdə istifadə etmək üçün üzərində götürməsini, lakin istifadə etməməsini, xx.xx.2025-ci il tarixdə, saat 19:30 radələrində Beyləqan şəhəri, “SMD- 42” qəsəbəsində yaşayan tanışı Miranini çağırmaq üçün onun evinə gedərkən həmin vaxt tapdığı psixotrop maddəni də üzərində götürüb bükümlə birlikdə çəkdiyi siqaret qutusunun içərisinə qoymasını, sol qolunda olan qızartıların dəmir və sahədə torba yığan zaman yarandığını, saxlanıldığı zaman polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini bildirmişdir (cild 01, i.v. 211-213; 239-242, 244-247; cild 02, i.v. 36-41). Bundan əlavə, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünə məxsus olduğunu etiraf etdiyi psixotrop maddə metamfetaminlə bağlı materialların məhkəmə ekspertizasının rəyi ilə tanış olarkən heç bir vəsatətinin olmadığını qeyd etmişdir (cild 02, i.v. 44). Bundan başqa, Beyləqan Rayon Polis Şöbəsi Narkotiklərlə Mübarizə Qrupunun xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokolunda qeyd olunmuşdur ki, şübhəli şəxs qismində saxlanılmış Şahid6 üzərindən aşkarlanan 1,52 qram çəkidə psixotrop maddə olan metamfetamini təqdim edərək, 40 (qırx) manat müqabilində Beyləqan rayon sakini Babək adlı şəxsdən aldığını, həmin kütlənin bir hissəsini Şahid5 20 (iyirmi) manata satdığını bildirmiş, bununla əlaqədar Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Şirvan Regional Bölməsinin 18/309 nömrəli, xx.xx.2025-ci il tarixli, Məhkəmə Ekspertizası Mərkəzinin 6/3898 nömrəli, xx.xx.2025-ci il tarixli “materialların məhkəmə ekspertizası” rəylərində vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş metamfetaminin Şahid6 və Şahid5 aşkar edilərək götürülmüş metamfetaminlərlə xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə öz aralarında eynilik təşkil etməsi göstərilmişdir (cild 01, i.v. 54-56; 111-114). Bundan əlavə, "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilən zaman Şahid6 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə arasında 13 aprel 2025-ci il tarixdə, saat 18:35-də, 19:09-da, 19:20-də və digər saatlarda, bundan başqa Şahid5 istifadəsində olan (050) ***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan (051) ***-**-** saylı mobil nömrə arasında xx.xx.2025-ci il tarixdə, saat 08:55-də, 09:18-də, 10:39-da və digər saatlarda mütəmadi olaraq danışıqlar aparılması aşkar edilmişdir (cild 02, i.v. 160-162). Məhkəmənin sorğusu əsasında Beyləqan Rayon Polis Şöbəsinin “gətirilən şəxslərin qeydiyyatı jurnalından çıxarış” da Təqsirləndirilən şəxs 22 aprel 2025-ci il tarixdə, saat 19:54-də həmin polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Beyləqan şəhəri, “SMD-42” qəsəbəsi ərazisində saxlanılaraq, saat 20:40-da polis şöbəsinə gətirlən şəxslərin qeydiyyatı jurnalında qeydiyyata alınması əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli Qərarının 25-ci bəndinə əsasən, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin ifadələri arasındakı ziddiyyəti araşdırarkən məlum olmuşdur ki, Təqsirləndirilən şəxs mövcud ziddiyyəti 22 aprel 2025-ci il tarixdə saxlanılarkən polis əməkdaşları Şahid1 və Şahid2 tərəfindən ona göstərilmiş fiziki və psixoloji təzyiqlə əlaqələndirmiş, bununla əlaqədar şikayəti nəticəsində Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il, Beyləqan Rayon Prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarları ilə onun Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz davranış və fiziki işgəncələrə məruz qalması faktı öz təsdiqini tapmadığı üçün toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsi olmadıqda) əsasən cinayət işinin başlanması rədd edilmişdir (cild 02, i.v. 113-116, 126- 129). Məhkəmə heyəti bir daha qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 23-24 aprel 2025-ci il tarixli ifadələrində saxlanıldığı vaxt polis əməkdaşları tərəfindən ona qarşı zorakılıq edilmədiyini, sol qolunda olan qızartıların sahədə dəmir və torba yığan zaman yarandığını bildirmişdir. Və elə təqsirləndirilən şəxsin özünün anket məlumatları dəqiqləşdirilərkən dəmir və torba yığması ilə məşğul olması barədə dedikləri onun üzərində olan xəsarətləri də həmin vaxt almasına dair ifadəsini bir daha təsdiq edir. Bundan əlavə, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalması barədə deməsinə əsasən onun saxlanılandan sonra polis şöbəsinə və istintaq təcridxanasına aparıldığı, habelə polis şöbəsinin müvəqqəti saxlama yerində olduğu müddətlərdə üzərində xəsarət olubolmamasını müəyyənləşdirmək üçün verilmiş sorğulara alınmış cavablarda polis şöbəsində olarkən aparılmış tibbi müayinələr zamanı onda xəsarət izlərinin olmaması, istintaq təcridxanasına daxil olarkən keçirilmiş müayinə zamanı isə sol göz ətrafı nahiyyədə bənövşəyi rəngli qançır, sağ dirsək, sol topuğun bayır səthində qərtməkli yaralar, sol said, sol diz nahiyələrdə köhnə çapıq toxumaları aşkar olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs müayinə zamanı aşkar olunmuş xəsarətlər qərtməkli yara və köhnə çapıq toxumaları olmuşdur ki, bunlar da ona saxlanılarkən xəsarət yetirilmiş olduğu halda belə həmin vaxtdan istintaq təcridxanasına keçirildiyi vaxtadək qərtmək bağlaya, habelə köhnə çapıq toxuması kimi qiymətləndirilə bilməzdi. Bundan başqa, Təqsirləndirilən şəxs şöbənin müvəqqəti saxlama yerində olduğu vaxt ona tibbi yardım göstərilməsini orada olduğu dörd gün müddətində qida qəbulundan imtina etdiyi üçün tibbi xidmət göstərilməsi məqsədi ilə əlaqələndirmişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları, o cümlədən, məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, ümumi olaraq təzyiq və təsirlərə məruz qaldığını göstərməsini nəzərə alaraq, göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Bu səbəbdən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək dövrdə şübhəli şəxs və təqsirləndirilən qismində özünə qarşı verdiyi ilkin ifadələrin məhz təsir nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxsin tutulduqdan sonra polis əməkdaşları tərəfindən təsirə məruz qalması ilə bağlı göstərdiyi xüsusatlar işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onun izahat və ifadələrinin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “Con Murrey Birləşmiş Krallığa qarşı” iş üzrə xx.xx.1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissələrini müvafiq cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyan ifadə kimi qiymətləndirib sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən təqsirləndirilən şəxsin ibtidai araşdırma zamanı şübhəli şəxs və təqsirləndirilən qismində verdiyi 23-24 aprel 2025-ci il tarixli ifadələrini müdafiəçisinin iştirakı ilə, habelə polis əməkdaşları tərəfindən hər hansı zorakılığa məruz qalmadan verməsini bildirdiyinə, bunların da işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Bundan başqa, cinayət işi üzrə Şahid6 məhkəmə iclasında bir daha bildirmişdir ki, Təqsirləndirilən şəxs axrıncı dəfə 30 (otuz) manat müqabilində psixotrop maddə metamfetamin almış, həmin kütləni Şahid5 ilə birlikdə istifadə etmiş, sonra Cahid işə getmək adı ilə çıxıb getmiş və yolda tutulmuşdur. Şahid5 həmin maddəni ondan aldığını bildirdiyi üçün o da tutulmuşdur. Əvvəllər də Təqsirləndirilən şəxsla arasında narkotiklə bağlı alış-veriş olmuş, hətta birlikdə narkotik qəbul etmişlər. Kimsə tərəfindən döyülməmiş, kiminsə təzyiqi altında kiməsə qarşı ifadə verməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə eyni zamanda cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində satış məqsədi ilə külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud satma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində göstərilən cinayət əməli alternativ tərkibli olmaqla, obyektiv cəhətdən külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq satmada ifadə olunur. Belə ki, bu cinayət bir hərəkətin, yaxud alternativ hərəkətlərin mövcudluğu ilə səciyyələnir. Bundan başqa, göstərilən cinayət əməli formal tərkibli olduğundan onun başa çatmış hesab olunması üçün təqsirkarın qeyd edilən maddə ilə nəzərdə tutulan hərəkətləri külli miqdarda törətməsi faktının müəyyən edilməsi kifayətdir. Həmçinin cinayətin subyektiv cəhətinin ünsürlərindən biri olan “məqsəd” Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinə cinayət tərkibinin zəruri əlaməti olmaqla Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139.0.3-cü maddəsinə əsasən sübut edilməli olan hallardan biridir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 959-İİQ nömrəli Qanununun 1.0.8, 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə; ... qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə; ... qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü tarixli, 8 nömrəli Qərarının 8 və 9-cu bəndlərində deyilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə bu barədə qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 960-İİQ nömrəli Qanununu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların İ Siyahısı”nın 2-ci hissəsinin 27-ci bəndinə əsasən metamfetamin dövriyyəsi qadağan olunmuş psixotrop maddədir; Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə İİ Siyahısı”nın 118-ci bəndinə əsasən təmiz halda 2 (iki) qramdan 400 (dörd yüz) qramadək çəkidə psixotrop maddə metamfetamin külli miqdar təşkil edir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Sözügedən Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Barəsində bəhs olunan Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Cinayət-Prosessual Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin kommentariyasında göstərilir ki, ictimai təhlükəlilik əlaməti cinayətin maddi əlaməti sayılmaqla, əməlin qanunla mühafizə edilən ictimai münsibətlərə zərər yetirə bilmək xassəsini əks etdirir. İctimai təhlükəlilik əlaməti obyektiv kateqoriya sayılır və qanunverici orqanın mülahizəsindən asılı olmayaraq mövcud olur. Məhz bu əlamətin köməyi ilə qanunverici orqan bu və ya digər əməli kriminallaşdırır. Əməlin ictimai təhlükəiliyinə cinayət tərkibinin bütün əlamətləri təsir göstərir. Lakin əməlin qəsd etdiyi ictimai münasibətlərin onun bu xassəsinə təsiri daha mühümdür. Cinayət qanunvericiliyi cinayətin ictimai təhlükəliliyinin kəmiyyət və keyfiyyət tərəfini fərqləndirir. Belə ki, ictimai təhlükəliliyin xarakteri əməlin qəsd etdiyi ictimai münasibətlərin xarakteri ilə müəyyən edilir və cinayətin bu xassəsinin keyfiyyət göstəricisi sayılır, ictimai təhlükəliliyin dərəcəsi isə yetirilən zərərin miqdarı, həcmi və dərəcəsi, qəsdin özünün xüsusiyyətləri, bəzi hallara cinayətin subyektinin xüsusiyyətləri ilə müəyyən edilir və ictimai təhlükəliliyin kəmiyyət tərəfi sayılır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Narkomanlıq insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə ciddi zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına böyük təhlükə yaradan, həmçinin cinayətkarlığın artmasına səbəb olan əsas amillərdən biridir. Narkomaniya insanları tədricən məhv edən və ölümə sürükləyən sosial bəladır. Əfsuslar olsun ki, narkotik aludəçilərinin əksəriyyəti gənc nəslin nümayəndələridir. Bunun sonunda dayanan faciəni təsəvvür etmək belə çətindir. Çünki, gənclər hər bir millətin gələcəyi, dövləti inkişaf etdirən başlıca sütundur. Ona görə də, bu sahədə qətiyyətli mübarizənin təmin edilməsi labüddür. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində iki azyaşlı uşağının olmasını, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursunu müvəffəqqiyyətlə bitirdiyinə, döyüş və ictimai-siyasi hazırlıqda əldə etdiyi nailiyyətlərə görə Fəxri Fərmanla təltif olunmasını, “44 günlük Vətən müharibəsi” zamanı döyüş əməliyyatlarında iştirak etməsini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, narkotik vasitə olan marixuana istifadəçisi olduğu üçün səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal, habelə, cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunduğundan və 56.1.2-ci maddəyə əsasən qəsdən törədilmiş ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyənləşdirildiyindən, qanunun qeyd edilən tələbi baxımından ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, iş üzrə məhkəmə-narkoloji eskpertizasının rəyi nəzərə alınmaqla, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.4 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Şahid6 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,992 qram psixotrop maddə metamfetaminin Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə məhv edilməsi, Şahid6 məxsus “Redmi Note 12 Pro” markalı mobil telefonun özünə qaytarılması, Şahid5 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,690 qram psixotrop maddə metamfetaminin Beyləqan Rayon Məhkəməsinin 1(020)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə məhv edilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,467 qram psixotrop maddə metamfetamin məhv edilməli; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protkola əlavə edilmiş bir ədəd DVD disk, “üzləşdirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk olmaqla ümumilikdə doqquz ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən, belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, cinayət işi üzrə məhkəmə mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat, 95 (doxsan beş) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli tutulduğu gündən, yəni 22 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 22 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Cinayət işi üzrə ekspertiza tədqiqatlarının dəyəri 145 (bir yüz qırx beş) manat, 95 (doxsan beş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Beyləqan Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Şahid6 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,992 qram psixotrop maddə metamfetaminin Beyləqan Rayon Məhkəməsinin 1(020)-48/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmü ilə məhv edilməsi, ona məxsus “Redmi Note 12 Pro” markalı mobil telefonun özünə qaytarılması, Şahid5 üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,690 qram psixotrop maddə metamfetaminin Beyləqan Rayon Məhkəməsinin 1(020)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə məhv edilməsi nəzərə alınsın; Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqata sərf edildikdən sonra qalmış təmiz çəkisi 0,467 qram psixotrop maddə metamfetamin məhv edilsin; “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokollara əlavə edilmiş iki ədəd DVD disk, “əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, “əməliyyataxtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protkola əlavə edilmiş bir ədəd DVD disk, “üzləşdirmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş bir ədəd CD disk olmaqla ümumilikdə doqquz ədəd diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar