Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-428/2022 14.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Musayev Aqil Əlisa oğlu (sədrlik edən), Quliyev Nizami Fərzi oğlu və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, müvafiq olaraq onların müdafiəçiləri olan - Lənkəran rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxxxxx 1990-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri, 17 avqust 1984-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “188” yükdaşıma xidmətində yük avtomobilinin sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 2022-ci ilin fevral ayının sonlarında İran İslam Respublikasının (bundan sonra - İran İR) vətəndaşı olan digər şəxslərə (bundan sonra – cinayətkar qrupun digər üzvləri) sonuncuların İran İR-dən Azərbaycan Respublikası ərazisinə Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri istiqamətində yerləşən gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil edəcəkləri külli miqdarda narkotik vasitələri gizlədiləcək yerdən götürəcəyinə dair qabaqcadan vəd verdikdən və həmin şəxslərlə göstərilən kütlələri müəyyən məbləğdə pul müqabilində, yəni satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və Bakı şəhərinə daşıma barədə razılıq əldə edib qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etdikdən bir neçə gün sonra cinayət qrupun digər üzvlərindən külli miqdarda heroin və qurudulmuş marixuananın göstərilən üsul və məqsədlə cinayətkar qrupun başqa üzvü vasitəsilə razılaşdırılmış yerdən İran İR-dən Azərbaycan Respublikası ərazisinə keçirilməsi, Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri ərazisindən keçən dəmiryol xəttinin yaxınlığında gizlədilməsini təmin etdikləri barədə məlumat alıb cinayətkar niyyətini reallaşdırmaq üçün 25 fevral 2022-ci il tarixdə axşam saatlarında işğaldan azad edilmiş ərazilərə, o cümlədən Cəbrayıl rayonuna daxil olmaq üçün xüsusi buraxılışı olan “188” yükdaşıma xidmətində yük avtomobilinin sürücü işləmiş, həmin ərəfədə xidməti işinə görə Cəlilabad rayonunda olmuş tanışı Təqsirləndirilən şəxs2 ilə mobil telefonla danışıb sonuncunun idarə etdiyi yük avtomobilində Cəbrayıl rayonundan Bakı şəhərinə avtomobil ehtiyat hissələrinin daşınması barədə razılaşmış və bununla bağlı Təqsirləndirilən şəxs2 vasitəsilə “188” yükdaşıma şirkətinə sifariş vermiş, 26 fevral 2022-ci il tarixdə başqa avtomobillə Bakı şəhərindən Füzuli rayonu, oradan qanunsuz yolla Cəbrayıl rayonu ərazisinə gəlib Təqsirləndirilən şəxs2la görüşmüş, orada sonuncu ilə satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və Bakı şəhərinə daşıma barədə əvvəlcədən razılıq əldə etməklə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə və qabaqcadan əlbir olan bir qrup şəxsin ümumi niyyəti ilə əhatə olunmuş qaydada Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz” markalı, “**-JD-***” dövlət qeydiyyat nişanlı yük avtomobilində (bundan sonra - yük avtomobili) Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri istiqamətində keçən dəmiryol xəttinin yaxınlığına gəlmiş, orada gizlədilmiş iki ədəd qara rəngli idman çantalarında olmuş bir ədəd bükümdə təmiz çəkisi 996,30 qram olmaqla külli miqdar təşkil edən, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin (bundan sonra - heroin) və on beş ədəd bükümlərdə, ümumi təmiz çəkisi 7057,58 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı (bundan sonra qurudulmuş marixuana) götürməklə əldə etmiş, həmin yük avtomobilinin kabinasının arxa tərəfindəki istirahət yerində gizlətməklə saxlamış və daşımışlar. Təqsirləndirilən şəxs1 əlavə olaraq, həmin kütlələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə göstərilən üsulla keçiriləcəyini qabaqcadan bildiyinə görə gizlədildiyi yerdən götürüb əldə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə köməklik etmişdir. Göstərilən kütlələr Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin (bundan sonra - DTX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı 27 fevral 2022-ci il tarixə keçən gecə Bəhrəmtəpə- Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saxlanılmasından sonra orada dayanmış, sonuncunun idarə etdiyi həmin yük avtomobilinə baxış keçirilərkən kabinanın arxa tərəfindəki istirahət yerində gizlədilmiş iki ədəd idman çantalarından aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilərək, 206.3.2 və 234.4.1-ci maddələri ilə təqsirli bilməyərək göstərmişdir ki, iş üzrə tutulmamışdan təxminən bir il müddətində narkotik vasitələrdən istifadə etməmiş, bundan əvvəl isə arabir qurudulmuş marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olmasa da, “188” yükdaşıma xidmətində yük avtomobilinin sürücü işləmiş tanışı Təqsirləndirilən şəxs2 (bundan sonra - Anar) və digər tanışlarına ona etdikləri xahiş əsasında şəxsi istifadələri üçün lazım olmuş narkotik vasitələr almaqda köməklik etmişdir. İş üzrə tutulmamışdan bir neçə gün əvvəl Anarın telefon danışığı zamanı ona etdiyi xahiş əsasında Anara tanışlarına verməsi üçün 13 ədəd bükümlərdə qurudulmuş marixuana almaqda köməklik etmişdir. Anarla aralarında narkotik vasitələrin satışı ilə bağlı razılaşma olmamışdır. Əvvəllər satışını həyata keçirdiyi, İran İR istehsalı olan avtomobillərə dair ehtiyat hissələri almaq məqsədilə bir neçə dəfə İran İR-də olarkən “Əyyub” və “Şahruz” adlı İran İR vətəndaşları (bundan sonra - “Əyyub”, “Şahruz”) ilə tanış olmuşdur. İş üzrə tutulmamışdan bir neçə gün əvvəl mobil telefonun “WhatsApp” proqramı vasitəsilə “Şahruz”la danışarkən sonuncu ona İran İR-dən Zəngilan rayonu ərazisinə keçirilməsini təmin edəcəyi narkotik vasitələri sonradan göndərəcəyi müəyyən məbləğdə pul müqabilində gizlətdirəcəyi yerdən götürüb Bakı şəhərinə aparıb deyəcəyi yerə qoymasını təklif etmiş, həmin təkliflə razılaşmışdır. “Şahruz”un ona mobil telefon vasitəsilə verdiyi məlumatdan sonra 19 fevral 2022-ci il tarixdə qanunsuz yolla Zəngilan rayonuna getmiş, lakin “Şahruz”un göndərdiyi narkotik vasitələri özündən asılı olmayan səbəbdən götürə bilməmişdir. Həmin gün Anar yükdaşıma fəaliyyəti ilə əlaqədar idarə etdiyi yük avtomobili ilə Zəngilan rayonunda olduğuna görə sonuncu ilə orada görüşmüşdür. Lakin Anar onun Zəngilan rayonuna narkotik vasitələri qəbul etmək üçün gəldiyini bilməmiş, bununla bağlı Anarla razılaşması olmamışdır. Bir neçə gün sonra mobil telefonun “WhatsApp” proqramı vasitəsilə “Şahruz”la danışarkən sonuncu ona İran İR-dən göndərəcəyi narkotik vasitələri Cəbrayıl rayonu ərazisində gizlədiləcəyi yerdən götürüb Bakı şəhərinə aparması və orada deyəcəyi yerə qoymasını tapşırmışdır. Buna görə də həm “Şahruz”un göndərəcəyi narkotik vasitələri, həm də yararsız vəziyyətdə olmuş avtomobillərin ehtiyat hissələrini götürüb Anarın idarə etdiyi yük avtomobili ilə Bakı şəhərinə gətirmək məqsədilə Cəbrayıl rayonuna getməyi qərara almışdır. Telefon danışığı zamanı Anardan ona idarə etdiyi yük avtomobilində Cəbrayıl rayonundan avtomobil ehtiyat hissələrini götürüb Bakı şəhərinə gətirməkdə köməklik etməsini xahiş etmişdir. 25 fevral 2022-ci il tarixdə telefon danışığı zamanı Anar ona idarə etdiyi yük avtomobilində Cəlilabad rayonuna yük gətirdiyini deyib onun təklifi ilə razılaşmışdır. Anarın vasitəçiliyi ilə bu barədə “188” yükdaşıma şirkətinə sifariş vermiş, ödəmək barədə razılaşdığı 650 manat məbləğində pulun 450 manatını ödəmişdir. Buna görə də Bakı şəhərindən Fizuli rayonu, Horadiz qəsəbəsinə getmiş, 26 fevral 2022-ci il tarixə keçən gecə oradan başqa yük avtomobilində Cəbrayıl rayonu ərazisinə qanunsuz olaraq keçmişdir. “Şahruz” və “Əyyub” ona narkotik vasitələri İran İR-dən keçirilməsini təmin edib Cəbrayıl rayonu ərazisində gizlətdirdiklərini demiş, “Şahruz” ona həmin yerin konumu, videosu və fotoşəklini “WhatsApp” proqramı vasitəsilə onun mobil telefonuna göndərmişdir. Lakin “Şahruz” və “Əyyub” ona göndərdikləri narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə neçə nəfər şəxs, kim və ya kimlər tərəfindən keçirilməsini demədiyinə görə bu barədə məlumatı yoxdur. O, “Şahruz”un göndərdiyi yerin konumu, videosu və fotoşəklini Anarın mobil telefonuna göndərmiş, sonuncuya Cəbrayıl rayonunda, həmin yerdə görüşməli olduqlarını demişdir. Həmin yerin videosu və fotoşəkli Anarın mobil telefonundan aşkar edilmişdir. İş materiallarına əlavə edilmiş, 26 fevral 2022-ci il tarixdə saat 12:09 və 12:57-də onunla Anar arasında baş vermiş telefon danışıqlarına dair səs yazılarının məzmunu sonuncunun narkotik vasitələrin deyil, Bakı şəhərinə aparmalı olduqları avtomobil ehtiyat hissələrindən ibarət yükün olduğu yeri tapması ilə bağlı olmuşdur. O, bundan bir neçə dəqiqə sonra Anara dediyi yerə çatmış, “Şahruz” və “Əyyub”un onun üçün İran İR-dən göndərdiyi və gizlətdirdiyi narkotik vasitələri Anarın idarə etdiyi yük avtomobilini saxladığı yerdən təxminən 150-200 metr məsafə aralıdakı qamışlıqdan, iki ədəd qara rəngli idman çantalarının içərisində tapıb götürmüşdür. Anar yük avtomobilinin kabinasında olduğuna görə onun həmin əraziyə gəlməsi və qamışlıqdan idman çantalarını götürməsini görməmişdir. Anarın onun əlində idman çantalarının olmasını və həmin çantaların içərisində olmuş narkotik vasitələri yük avtomobilinin kabinasına yerləşdirib gizlətməsini görməməsi üçün avtomobildən düşməsini gözləmişdir. Sonuncunun “Mercedes Benz” markalı, “**-JD- ***” dövlət qeydiyyat nişanlı yük avtomobilindən (bundan sonra - yük avtomobili) düşüb arxa tərəfinə keçməsi və onun gəlməsini görə bilməyəcəyini zənn edib əlindəki iki ədəd idman çantaları ilə birlikdə həmin avtomobilə tərəf gəlmiş, avtomobilin kabinasının sürücü tərəfdə olan kilidlənməmiş qapısını açıb kabinasına girmiş, idman çantalarını kabinanın arxa tərəfindəki istirahət yerində gizlətmişdir. Bu vaxt Anar onun mobil nömrəsinə zəng etmiş, o, cavabında yük avtomobilinin kabinasında olduğunu demişdir. Anar onunla Cəbrayıl rayonu ərazisində ilk dəfə həmin vaxt görüşmüş, ondan avtomobil ehtiyat hissələrindən ibarət yükün gətirilib-gətirilmədiyini soruşmuşdur. O cavabında avtomobil ehtiyat hissələrinin bir neçə saat sonra gətiriləcəyini demiş, buna görə də Anarla avtomobilin olduğu yerdən təxminən 1-2 km. məsafə aralıda, Füzuli və Cəbrayıl rayonlarının sərhəddində yerləşən çayxanaya getmişlər. Təxminən iki saat sonra Anara avtomobil ehtiyat hissələrinin gətirilməyəcəyini deyib oradan sonuncunun idarə etdiyi yük avtomobilinə tərəf getmişlər. Anar əvvəllər qurudulmuş marixuanadan istifadə etdiyinə görə avtomobilin kabinasına əyləşəndə oradan marixuanaya xas iy hiss etmiş, ondan kabinaya narkotik vasitə qoyubqoymadığını soruşmuşdur. Anara cavabında kabinanın arxa tərəfindəki istirahət yerində qurudulmuş marixuananı gizlətdiyini demişdir. Sonuncu avtomobilin kabinasında narkotik vasitə olmasına görə əvvəlcə avtomobili idarə etməkdən imtina etmişdir. Anara işlədiyi yükdaşıma şirkətinə 450 manat məbləğində pul ödəməsi, həmin kütlələrin özünün olması və ona aidiyyətinin olmamasına görə avtomobili idarə etməli olduğunu demişdir. Anar bundan sonra avtomobili idarə etmiş, İmişli rayonuna kimi üç yoxlama məntəqəsini keçmişlər. Sonuncu həmin məntəqələrdə xidmət etmiş hərbiçilər və polis əməkdaşlarına idarə etdiyi avtomobilə onun tərəfindən narkotik vasitə qoyulduğu barədə məlumat vermək imkanı olsa da, onunla yaxın münasibətdə olması səbəbindən deməmişdir. Anar Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında idarə etdiyi avtomobili saxlayıb narkotik vasitələri Bakı şəhəri istiqamətində aparmaqdan imtina etmiş, ondan avtomobildən düşüb narkotik vasitələri aparmasını tələb etmiş, ona X9 yük götürəcəyini demişdir. Buna görə də avtomobildən düşüb Bakı şəhərinə getmək üçün taksi gəlməsini gözləmişdir. Bu ərəfədə DTX əməkdaşları onu və Anarı həmin yerdə saxlamışlar. Videoçəkiliş aparılmaqla, həmçinin onun və Anarın iştirakları ilə, sonuncunun idarə etdiyi yük avtomobilinə baxış keçirilərkən kabinasının arxa tərəfindəki istirahət yerindən götürülmüş iki ədəd qara rəngli idman çantalarından bir ədəd bükümdə, ümumi çəkisi təxminən 1 kq. heroin və on beş ədəd bükümlərdə, ümumi çəkisi təxminən 7 kq. qurudulmuş marixuana aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür. Bu barədə tərtib edilmiş protokola o və Anar imza etmişlər. Həmin kütlələr Anara deyil, ona aiddir. DTX əməkdaşları, o cümlədən iş üzrə ibtidai istintaq aparmış müstəntiq tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. İbtidai istintaq zamanı bütün ifadələrini müdafiəçisinin iştirakı ilə, hər hansı təsir olmadan, könüllü şəkildə vermişdir. Buna görə də həmin ifadələrindən imtina etmir. Hazırki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında mövcud olan ziddiyyətlərin səbəbini günahların yalnız onunla bağlı olması ilə izah edir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı müdafiəçisinin iştirakı ilə: - 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs və 28 fevral 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 26 fevral 2022-ci il tarixə keçən gecə saat 2-3 radələrində Cəbrayıl rayonu, Maralyan kəndi ərazisində Təqsirləndirilən şəxs2 (bundan sonra - Anar) ilə görüşmüş, sonuncunun idarə etdiyi yük avtomobilində əşləşib avtomobil ehtiyat hissələrinin gətirilməsini gözləmişlər. “Şahruz” və “Eyyub” adlı İran İR vətəndaşları “WhatsApp” proqramı vasitəsilə onun mobil telefonuna narkotik vasitələri gizlətdikləri yerin konumunu göndərmişdir. Həmin yer Maralyan kəndində dəmiryolu xəttindən 1 km. aralıda yerləşmişdir. Orada narkotik vasitələrin gizlədildiyi yeri tək axtarsa da, tapa bilmədiyinə görə Anarı köməyə çağırmışdır. Anar ona çatanda o, dəmiryolu xəttinin kənarından içərisində narkotik vasitələr olmuş iki ədəd qara rəngli çantaları gizlədildiyi yerdən tapıb Anarın idarə etdiyi avtomobilin kabinasında gizlətmişdir (İ cild, səh. 18, 40-43, 77-81). - 21 aprel 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, cinayət işi materiallarına əlavə edilmiş, 18 fevral 2022-ci il tarixdə saat 00:37-də onunla Anar arasında baş vermiş telefon danışığı zamanı sonuncu ilə İran İR vətəndaşının göndərdiyi narkotik vasitələrin gizlədildiyi yerə necə gedəcəklərini planlaşdırmışlar (İ cild, səh. 297-306). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməmiş, Təqsirləndirilən şəxs1 ifadəsində onunla bağlı göstərdiyi hallar barədə eyni məzmunda bildirmiş və əlavə olaraq qeyd etmişdir ki, iş üzrə idarə etdiyi yük avtomobilinin kabinasından aşkar edilmiş heroin və qurudulmuş marixuana ona deyil, tanışı Təqsirləndirilən şəxs1 (bundan sonra - Əliyusif) məxsus olmuşdur. 26 fevral 2022-ci il tarixdə axşam saatlarında idarə etdiyi avtomobili Bəhrəmtəpə-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində saxlayarkən onun fəaliyyətinə rəhbərlik etmiş Şahid onun mobil telefonuna zəng edib ondan idarə etdiyi avtomobildə yanacaq olub-olmadığını və Əliyusifin verdiyi sifarişlə əlaqədar qalan 200 manat məbləğində pulu nə vaxt ödəyəcəyini soruşmuşdur. Cavabında İmişli rayonundakı “Azpetrol” yanacaq doldurma məntəqəsində idarə etdiyi avtomobilə yanacaq vurduğunu və Əliyusifin verdiyi sifarişlə əlaqədar qalan 200 manat məbləğində pulu yaxın vaxtda ödəyəcəyini demiş, amma idarə etdiyi avtomobilə sonuncunun ondan xəbərsiz və ya onun razılığı olmadan narkotik vasitələr qoymasını deməmişdir. Bunun səbəbini Əliyusifi İmişli rayonu ərazisində avtomobildən düşürməsi ilə izah edir. Bundan bir neçə dəqiqə sonra DTX əməkdaşları onu və Əliyusifi saxlamışlar. DTX əməkdaşları, o cümlədən iş üzrə ibtidai istintaq aparmış müstəntiq tərəfindən ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. İbtidai istintaq zamanı bütün ifadələrini müdafiəçisinin iştirakı ilə, hər hansı təsir olmadan, könüllü şəkildə vermişdir. Buna görə də həmin ifadələrindən imtina etmir. Hazırki ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələr arasında mövcud olan ziddiyyətlərin səbəbini izah edə bilmir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CPM-in 327.1.3-cü maddəsinə əsasən məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, ibtidai araşdırma zamanı: - 27 fevral 2022-ci il tarixdə şəxsən yazdığı izahatında göstərmişdir ki, tanışı Təqsirləndirilən şəxs1 təklifi ilə Cəbrayıl rayonunda gizlədilmiş yerdən götürdükləri narkotik vasitələri onun idarə etdiyi yük avtomobilinə qoyub İmişli rayonunda saxlanıldıqları yerə qədər aparmışlar (İ cild, səh. 19). - 27 fevral 2022-ci il tarixdə şəxsən yazdığı izahatı, müdafiəçisinin iştirakı ilə 27 fevral 2022-ci il tarixdə şübhəli şəxs və 28 fevral 2022-ci il tarixdə videoçəkiliş aparılmaqla təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində məhkəmə istintaqı zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, 26 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 (bundan sonra - Əliyusif) ilə Cəbrayıl rayonu ərazisində görüşmüş, sonuncu onun idarə etdiyi avtomobildən düşüb mobil telefonla kiminləsə danışıb kənara getmişdir. Təxminən 10- 15 dəqiqə sonra Əliyusif əlindəki iki ədəd idman çantaları ilə birlikdə onun olduğu avtomobilə qayıtmış, onun verdiyi müvafiq suala cavab olaraq həmin çantaların içərisində narkotik vasitələr olduğunu demiş, həmin kütlələri avtomobilin kabinasının arxa tərəfindəki istirahət yerində gizlətmiş və üzərində uzanmışdır (İ cild, səh. 19, 65, 66, 92-95). Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində ədalətli qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində Təqsirləndirilən şəxs2 ifadəsində onunla bağlı göstərdiyi hallar barədə eyni məzmunda bildirmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı tədqiq edilmiş: - ilkin araşdırma materiallarından, yəni Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli, 5(009)5071/2021 nömrəli qərarı, keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticəsi barədə tərtib edilmiş arayış və avtomobilə baxış keçirilməsi haqqında 27 fevral 2022-ci il tarixli protokoldan görünür ki, DTX-ya Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilmiş külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatı üzrə həmin məhkəmə qərarı ilə sonuncu barəsində bir sıra əməliyyat-axtarış tədbirlərinin aparılması qərara alınmış, bununla əlaqədar DTX əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri zamanı 27 fevral 2022-ci il tarixə keçən gecə Təqsirləndirilən şəxs1 və Əsgərov X5-Hacıqabul avtomobil yolunun İmişli rayonu ərazisindən keçən hissəsində yerləşən “Azpetrol” yanacaqdoldurma məntəqəsinin qarşısında saxlanılmış, orada sonuncunun idarə edib saxladığı “Mercedes Benz” markalı, “**-JD-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinə videoçəkiliş aparılmaqla baxış keçirilərkən kabinanın arxa tərəfindəki istirahət yerində gizlədilmiş iki ədəd idman çantalarından bir ədəd bükümdə ümumi çəkisi 1015,00 qram heroinə oxşar, on beş ədəd bükümlərdə ümumi çəkisi 7615,00 qram qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmiş, qablaşdırılıb götürülmüşdür (İ cild, səh. 10-15). - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 dekabr 2021-ci il tarixli qərarı əsasında 17 fevral 2022-ci il tarixdə saat 05:08-dən 26 fevral 2022-ci il tarixə saat 12:57-dək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə və “Şahruz”un istifadəsində olmuş, İran İR mobil operatoruna məxsus olan +**********79 mobil nömrə arasında baş tutmuş telefon danışıqlarına dair səs yazıları, onlara baxış keçirilməsi barədə 01 mart 2022-ci il tarixli protokol, həmin danışıqların tədqiq edildiyi məhkəməfonoskopik ekspertizasının 06 aprel 2022-ci il tarixli, 4/385 nömrəli rəyi (ekspertiza xərci 150 manatdır), göstərilən mobil nömrələrə dair anten məlumatları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefonlara baxış keçirilməsi barədə 01 mart 2022-ci il tarixli protokoldan görünür ki, 17 fevral 2022-ci il tarixdə saat 05:08-dən 26 fevral 2022-ci il tarixə saat 12:57-dək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 20 fevral 2022-ci il tarixdə saat 01:49, 01:54, 02:08, 02:52-də Təqsirləndirilən şəxs1 və “Şahruz” adlı İran İR vətəndaşı arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin təmin edilməsinə birbaşa işarə edən məzmunda danışıqlar aparılmış, bu zaman həmin mobil nömrələrin qeydə alınmış anten məlumatlarına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 19 fevral 2022-ci il tarixdə saat 19:04-də və 20 fevral 2022-ci il tarixə keçən gecə Zəngilan rayonu, “Şahruz” adlı İran İR vətəndaşı 20 fevral 2022-ci il tarixə keçən gecə İran İR, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 21 fevral 2022-ci il tarixdə saat 17:49-da Bakı şəhəri, 25 fevral 2022-ci il tarixdə saat 20:08-də Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 saat 21:09-da Biləsuvar rayonu, 26 fevral 2022-ci il tarixdə saat 10:45 və 12:57-də Cəbrayıl rayonu ərazisində olmuşlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında 26 fevral 2022-ci il tarixdə saat 12:09-da baş vermiş telefon danışıqlarının səs yazıları: “Əliyusif: Neynirsən brat? Anar: Heç nə qaqaş, axtarıram da. Əliyusif: Videoya bidənə diqqətnən bax, biliceysen haradı. Anar: Necə? Əliyusif: Videoya bax, diqqətnən, biliceysən haradı. Anar: Baxıram da qaqaş. Bidənə diyan görüm, maşın gəlir. İki dənə maşın gəlir, qəmişin içindəyəm e (söyüş). Diyan qaqaş, yığıram səni, diyan.”, 26 fevral 2022-ci il tarixdə saat 12:57-də baş vermiş telefon danışıqlarının səs yazıları: “Anar: Bu ... azdırmışam. Əliyusif: Hə. Anar: Gəlirəm qırdırma yolnan da, qaqaş. Sən bidənə şeydən haiş elə. Əliyusif: Hə. Anar: Bir damcı çıxartsın da üzü bu yana. Əliyusif: Hayana? Anar: A qırdırma dal yolnan dinən gəlsin üzbəüz məniynən də, qaqaş. Əliyusif: Gəlir də, dal yolnan gəlir elə. Anar: Gəlirsiz? Hə gəlin, gəlin, qaqaş gəlin.” məzmununda olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A02” və bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefonlara baxış keçirilərkən “Samsung Galaxy A02” markalı mobil telefonun üzərində ***-***-**-** və ***-***-**-**, “Samsung Galaxy A10” markalı mobil telefonun üzərində ***-***-**-** mobil nömrələrin aktiv olduğu, İran İR mobil operatoruna məxsus +**********78 mobil nömrədən “Samsung Galaxy A02” markalı mobil telefonun “WhatsApp” proqramına 27 fevral 2022-ci il tarixdə saat 00:20 və 01:31-də sual işarəsi, saat 00:43-də naməlum kişi fotoşəkli, “Samsung Galaxy A10” markalı mobil telefonun “WhatsApp” proqramına 26 fevral 2022-ci il tarixdə saat 23:00-da sual işarəsi, saat 23:12-də buraxılmış zəng, 27 fevral 2022-ci il tarixdə saat 01:06-da “Gardaş” sözü və buraxılmış video zəng, 01:22-də “Gardaş” sözü, 01:22, 01:30 və 02:09da buraxılmış zəng, 02:16-da “Zəng elə mene” sözünün göndərildiyi müəyyən edilmiş, qeyd edilənlərin ekran çəkilişi çap edilərək protokola əlavə olunmuşdur. Təqsirləndirilən şəxs2 istifadəsində olmuş bir ədəd “Samsung Galaxy A15” markalı mobil telefona baxış keçirilərkən üzərində ***-***-**-** mobil nömrənin aktiv olduğu, həmin mobil telefonun “WhatsApp” proqramına İran İR mobil operatoruna məxsus +**********70 mobil nömrədən 18 fevral 2022-ci il tarixdə saat 14:17-də “Salam” sözü, 15:41-də “salam, necəsən” səsli mesajı, 15:44-də “Nejasan” sözü, 21 fevral 2022-ci il tarixdə saat 15:13 və 25 fevral 2022-ci il tarixdə saat 15:29-da “Salam, Nejasan” sözlərinin göndərildiyi, “Qalereya” bölməsində 26 fevral 2022-ci il tarixdə avtomobildə torpaq yol ilə gedilərkən dəmir yolu və onun altında quraşdırılmış beton konstruksiya, ətrafdakı qamışlığın çəkilmiş videosu və fotosunun olduğu müəyyən edilmiş, həmin foto və qeyd edilənlərin ekran çəkilişi çap edilərək protokola əlavə olunmuşdur (İ cild, səh. 20-22, 134-157, 250-258). - 27 fevral 2022-ci il tarixli, 3 nömrəli mütəxəssis rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş təmiz çəkisi 996,30 qram təşkil edən maddə kustar üsulla hazırlanmış heroin, ümumi təmiz çəkisi 7057,58 qram təşkil edən maddələr isə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 996,25 qram, qurudulmuş marixuananın ümumi qalıq çəkisi 7057,38 qram təşkil edir (İ cild, səh. 16, 17). - Materialların məhkəmə ekspertizasının 31 mart 2022-ci il tarixli, 6/1312 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bükümdə təmiz çəkisi 996,25 qram təşkil edən maddə kustar üsulla hazırlanmış heroindir. Tədqiqata sərf edildikdən sonra heroinin qalıq çəkisi 996,20 qram təşkil edir. Ekspertiza xərci 81 manat təşkil edir (İ cild, səh. 261, 262). - Məhkəmə-bioloji ekspertizasının 18 mart 2022-ci il tarixli, 7/208 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş on beş ədəd bükümlərdə ümumi təmiz çəkisi 7057,38 qram təşkil edən bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuanadır. Tədqiqata sərf edildikdən sonra qurudulmuş marixuananın ümumi qalıq çəkisi 7056,63 qram təşkil edir. Ekspertiza xərci 78 manat təşkil edir (İ cild, səh. 266, 267). - Məhkəmə-narkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli, 1882 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. O, narkomaniya xəstəliyindən əzab çəkmir. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 287, 288). - Məhkəmə-narkoloji ekspertizasının 11 aprel 2022-ci il tarixli, 1723 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 opioidlərin və kannabinoidlərin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür (İ cild, səh. 285, 286). Cinayət işi materiallarından görünür ki, iş üzrə məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrində təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs1 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlillər qaçaqmalçılıq cinayət əməlini törətməməsi və Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməməsi, təqsirləndiriln şəxs Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil isə iş üzrə hər hansı cinayət əməlini törətməməsi və idarə etdiyi yük avtomobilinin kabinasından aşkar edilmiş narkotik vasitələrin ona aidiyyətinin olmamasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-in 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci və “Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarlarında göstərilmişdir ki, “cinayətin tövsifi” törədilən konkret cinayət əməlinin faktiki hallarının cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi proses olmaqla, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə və ona ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Məhkəmə göstərilən hüquqi mövqeyə uyğun olaraq, iş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittihama və onların irəli sürdükləri dəlillərə düzgün hüquqi qiymət verilməsi üçün aşağıdakı halların qeyd edilməsini zəruri hesab edir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3cü maddələrində müvafiq olaraq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma, bundan əlavə, Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittiham üzrə həmin Məcəllənin 206.3.2-ci maddəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsi cinayət əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli Qərarında göstərilmişdir ki, malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi yolu ilə törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan mal və ya əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. Şəxsin mal və ya digər əşyaları qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirilməmişdən əvvəl bu barədə məlumat aldıqdan sonra qəbul etməsi əməlində qaçaqmalçılıq cinayətinin tərkib əlamətlərini yaradır. Məhkəmə hesab edir ki, qaçaqmalçılıq cinayətinin predmeti olan mal və ya əşyaları Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl bu barədə məlumat almış, onları Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd etmiş və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən, yəni cinayət başa çatdıqdan sonra bilavasitə keçirildiyi yerdə deyil, yaşayış məntəqəsi və ya digər yerdən götürmüş şəxs cinayətin köməkçisi kimi qəbul edilməlidir. Bu baxımdan, Təqsirləndirilən şəxs1 iş üzrə ona qarşı irəli sürülmüş ittihamda göstərilən narkotik vasitələri İran İR-dən Azərbaycan Respublikası ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsindən əvvəl cinayətkar qrupun İran İR vətəndaşı olan digər üzvlərindən bu barədə məlumat aldıqdan, sonunculara Azərbaycan Respublikası ərazisində qəbul edəcəyini qabaqcadan vəd verdikdən və Azərbaycan Respublikasının ərazisinə gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi, yəni qaçaqmalçılıq cinayətinin başa çatmasından sonra bilavasitə qaçaqmalçılıq yolu ilə keçirildiyi yer hesab edilməyən Cəbrayıl rayonunun Aşağı Maralyan və Şükürbəyli kəndləri istiqamətində keçən dəmiryol xəttinin yaxınlığında gizlədilmiş yerdən götürdüyünə görə qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçisi kimi iştirak etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 02 iyun 2016-cı il tarixli, 10 nömrəli Qərarında göstərilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş Azərbaycan Respublikası CM-in 34.2-ci maddəsinin tələblərinə əsaslanmaq lazımdır. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsini etməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bu hüquqi mövqedən belə nəticə hasil olur ki, əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq kimi tövsif edilməsi üçün həmin cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərdən hər hansı biri və ya bir neçəsinin bu barədə əvvəlcədən razılaşmış iki və ya daha çox şəxs tərəfindən törədilməsinin müəyyən edilməsi tələb olunur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CPM-in): - 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olmasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. - 139.0.3-cü maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. - 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. - 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. - 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin göstərilən müddəalarının tələblərinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı həm sübutlar, həm də hüquqi tövsif baxımından sübuta yetirmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda göstərilən cinayət əməlini törətməkdə təqsiri ehtimalla deyil, yalnız mötəbər və yekun nəticəyə gəlməyə imkan verən sübutların məcmusuna əsasən müəyyən edilməlidir. Həmin ittihamın sübut olunmasında digər sübutlarla aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə hökmündə şəxsin cinayət əməlini törətməkdə təqsiri ehtimal əsasında deyil, yalnız sübutlara əsasən müəyyən edilməlidir. İş üzrə Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamın məzmunundan və “Cinayət işindən başqa cinayət işinin ayrıca icraata ayrılması” barədə 27 may 2022-ci il tarixli qərardan (İ cild, səh. 343, 344) görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamda cinayətkar qrupun “Şahruz” və “Əyyub” adlı İran İR vətəndaşları tərəfindən İran İR-dən göndərilmiş narkotik vasitələrin Azərbaycan Respublikası ərazisinə şəxsiyyətləri müəyyən edilməmiş şəxslər vasitəsilə qaçaqmalçılıq yolu ilə keçirilməsi barədə nəticəyə gəlsə də, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin konkret olaraq neçə nəfər və hansı şəxslər tərəfindən törədildiyini müəyyən edə bilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində “Şahruz” və “Əyyub” adlı İran İR vətəndaşlarının ona göndərdikləri narkotik vasitələrin İran İR-dən Azərbaycan Respublikası ərazisinə hansı şəxs(lər) tərəfindən keçirilməsini bilmədiyini göstərmişdir. Məhkəmə göstərilənlərlə əsasən belə nəticəyə gəlir ki,: - Təqsirləndirilən şəxs1 iş üzrə ona qarşı irəli sürülmüş ittihamda əldə etdiyi göstərilmiş narkotik vasitələrin qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin iki və ya daha çox şəxs tərəfindən törədilməsi ehtimal şəklində müəyyən edilə bilməz. Bu hal konkret sübut növləri ilə müəyyən edilməli və ya sübut edilməlidir. - İbtidai istintaq orqanı və dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamda göstərilən qaçaqmalçılıq cinayət əməlinin obyektiv cəhətinin iki və ya daha çox şəxs tərəfindən törədilməsini sübut edə bilməmişlər. - Buna görə də ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamın qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin iki və ya daha çox şəxs tərəfindən icra edilməsi hissəsinin sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələri təqsirləndirilən şəxs kimi sonuncunun xeyrinə həll etməli olduğu halda, onun qaçaqmalçılıq cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməsi barədə şübhə və ehtimallar üzrə nəticəyə gəlməsi əsassız olmuşdur. - Beləliklə, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən deyil, cinayətkar qrupun üzvü tərəfindən tək halda törədilmiş qaçaqmalçılıq cinayətinə köməkçilik etmişdir. Bu səbəbdən iş üzrə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinə münasibətdə törətdiyi əməl Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsindən 32.5,206.2-ci maddəsinə tövsif edilməlidir. Göstərilən hallarla Təqsirləndirilən şəxs1 iş üzrə qaçaqmaçılıq cnayət əməlini törətməməsi barədə irəli sürdüyü dəlil tam təkzib edilir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı istintaqı zamanı verdikləri ifadələrində DTX əməkdaşları, o cümlədən iş üzrə ibtidai istintaq aparmış müstəntiq tərəfindən onlara qarşı hər hansı qanunsuz hərəkət edilmədiyi, ibtidai istintaq zamanı bütün ifadələrini müdafiəçinin iştirakı ilə, hər hansı təsir olmadan, könüllü şəkildə verdikləri, buna görə də həmin ifadələrindən imtina etmədiklərini göstərdiklərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdikləri ifadələrinin məhkəmə istintaqı zamanı verdikləri ifadələri ilə ziddiyyət təşkil edən, özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillərlə bağlı olmayan və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edilən hissələri, eləcə də məhkəmə istintaqı zamanı verdikləri ifadələrinin işin faktiki hallarına uyğun olan hissələri iş üzrə sübut kimi qiymətləndirilməlidir. Məhkəmə belə qənaətə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini qabaqcadan əlbir olan bir qrup şəxs halında törətməməsi barədə və Təqsirləndirilən şəxs2 özlərini müdafiə etmək üçün irəli sürdükləri dəlillər: - özlərinin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, - iş materiallarında olan, 17 fevral 2022-ci il tarixdə saat 05:08-dən 26 fevral 2022-ci il tarixdə saat 12:57-dək Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, 20 fevral 2022-ci il tarixdə saat 01:49, 01:54, 02:08, 02:52-də Təqsirləndirilən şəxs1 və “Şahruz” adlı İran İR vətəndaşı arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin təmin edilməsinə birbaşa işarə edən məzmunda aparılmış danışıqlara dair səs yazıları, - xüsusilə də, həmin səs yazılarının 26 fevral 2022-ci il tarixdə saat 12:09 və 12:57-də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 arasında baş vermiş danışıqlara dair hissələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 götürəcəkləri narkotik vasitələrin gizlədilmiş yerini mobil telefonuna göndərdiyi videosu əsasında izah etməsi və bunun nəticələrinin əks olunması, - iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələri götürdükləri yerin videosu və fotoşəklinin sonuncunun istifadəsində olmuş mobil telefona baxış keçirilərkən aşkar edilməsi, - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefonlara baxış keçirilərkən onların cinayət əməlini törətdikləri ərəfədə və ya bundan sonra İran İR mobil operatorlarına məxsus bəzi mobil nömrə istifadəçilərinin onlarla telefon əlaqəsi yaratmaq istəmələrinə işarə edən halların aşkar edilməsi, - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitələrin sonuncunun idarə etdiyi “Mercedes Benz” markalı, “**-JD-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinə baxış keçirilərkən kabinanın arxa tərəfindəki istirahət yerində gizlədilmiş iki ədəd idman çantalarından aşkar edilməsi, - eləcə də, bu vaxta qədər Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobildə narkotik vasitələrin olduğu barədə yolboyu hüquq mühafizə orqanlarına, eləcə də özünün iş rəhbəri olmuş Şahid könüllü şəkildə məlumat verməyə real imkanının olduğu halda, məlumat verməməsi və işin digər faktiki halları ilə tam təkzib edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən heroin və qurudulmuş marixuana narkotik vasitə hesab edilir. Heroin və qurudulmuş marixuananın müvafiq olaraq şəxsi istehlak miqdarından (qramla) artıq miqdarının yuxarı hədləri 0,15 qram və 5,0 qram, külli miqdarının (qramla) aşağı hədləri isə 2,0 qram və 500,0 qramdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma hərəkətlərini məhkəmənin müəyyən etdiyi məzmunda törətmələri onların əməlində Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası CPM-in 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı özlərinin verdikləri ifadələrinin sübut kimi qiymətləndirilən hissələri ilə yanaşı, Şahid qismində verdiyi ifadəsi, avtomobilə baxış keçirilməsi barədə 27 fevral 2022-ci il tarixli protokol, ona əlavə edilmiş diskin yaddaşına yazılmış videogörüntülər, 17 fevral 2022-ci il tarixdə saat 05:08-dən 26 fevral 2022-ci il tarixə saat 12:57-dək Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-**, ***-***-**-** və ***-***-**-** mobil nömrələrdən Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** mobil nömrə və “Şahruz” adlı İran İR vətəndaşının istifadəsində olmuş, İran İR mobil operatoruna məxsus olan +**********79 mobil nömrə arasında baş vermiş telefon danışıqlarına dair səs yazıları, onlara baxış keçirilməsi barədə 01 mart 2022-ci il tarixli protokol, həmin danışıqların tədqiq edildiyi məhkəmə-fonoskopik ekspertizasının 06 aprel 2022-ci il tarixli, 4/385 nömrəli rəyi, göstərilən mobil nömrələrə dair anten məlumatları, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş mobil telefonlara baxış keçirilməsi barədə 01 mart 2022-ci il tarixli protokol, 27 fevral 2022-ci il tarixli, 3 nömrəli mütəxəssis rəyi, materialların məhkəmə ekspertizasının 31 mart 2022-ci il tarixli, 6/1312 nömrəli rəyi, məhkəmə-bioloji ekspertizasının 18 mart 2022-ci il tarixli, 7/208 nömrəli rəyi, məhkəmənarkoloji ekspertizasının 18 aprel 2022-ci il tarixli, 1882 nömrəli rəyi, digər istintaq hərəkəti protokolları və sənədlər, iş üzrə maddi sübut qismində tanınmış heroin və qurudulmuş marixuana qalıqları ilə tam sübut edilir. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iş üzrə törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3cü maddələri, Təqsirləndirilən şəxs2 həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməlidirlər. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - məhkumluq haqqında tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamış şəxsdir (İ cild, səh. 214, 215). - Bakı şəhəri, Suraxan RİHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli arayış və xasiyyətnamə, nikah və doğum haqqında şəhadətnamələr, əlillik haqqında 144024 nömrəli və müharibə veteranı olması haqqında 063855 nömrəli vəsiqələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Onun atası X10 İ Qarabağ müharibəsi veteranı və əlildir (İ cild, səh. 235, 236). - Bakı şəhəri, Suraxan RİHB-nın Bülbülə qəsəbəsi İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 16 mart 2022-ci il tarixli arayış və xasiyyətnamə, şəxsiyyət vəsiqələri, nikah haqqında şəhadətnamə və X15 Xəstəxanasında tərtib edilmiş 460/59 nömrəli epikrizin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 evlidir, himayəsində iki nəfər azyaşlı uşağı vardır, yaşayış yeri üzrə normal xarakterizə edilmişdir. Onun atası X6 “Serebral ateroskleroz. Beyin qan dövranı pozğunluğu, işemik tipli insult. Miopatiya (KOD:166)” xəstəliyindən əziyyət çəkir (İ cild, səh. 233, 234). Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinin himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə, Təqsirləndirilən şəxs1 atası X7 İ Qarabağ müharibəsi veteranı və əlil olması, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmaması, atası X3 “Serebral ateroskleroz. Beyin qan dövranı pozğunluğu, işemik tipli insult. Miopatiya (KOD:166)” xəstəliyindən əziyyət çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən müvafiq qaydada onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Göstərilənlərə əsasən məhkəmə Azərbaycan Respublikası CM-in 8.1, 9, 41.2 və 58.3-cü maddələrini rəhbər tutaraq: - Təqsirləndirilən şəxs1 barəsində cəza təyin edərkən hazırki iş üzrə törətdiyi cinayət əməllərinin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, məhkumluğu olmayan şəxs və yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halları, himayəsində iki nəfər azyaşlı uşağın olması, atasının İ Qarabağ müharibəsi veteranı və əlil olmasından ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini, - Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən hazırki iş üzrə törətdiyi cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsini, yaşayış yeri üzrə normal xasiyyətləndirilməsindən ibarət şəxsiyyətini xarakterizə edən halı, himayəsində iki nəfər azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması, atasının “Serebral ateroskleroz. Beyin qan dövranı pozğunluğu, işemik tipli insult. Miopatiya (KOD:166)” xəstəliyindən əziyyət çəkməsindən ibarət cəzasını yüngülləşdirən halların olduğunu, cəzasını ağırlaşdıran halın olmadığını, təyin olunacaq cəzanın onun islah olunmasına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-in 64.1-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti nəzərə alınır. Məhkəmə hesab edir ki,: Cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alınan hallara, xüsusilə də əldə edib, saxlayıb, daşıdıqları heroinin təmiz çəkisinin 996,30 qram, qurudulmuş marixuananın ümumi təmiz çəkisinin 7057,58 qram olmasına əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur, Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 5 (beş) il müddətə, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə həmin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakının daha fəal və əhəmiyyətli olması nəzərə alınaraq, sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 10 (on) il müddətə təyin edilməsi, Təqsirləndirilən şəxs2 isə həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə sanksiyada nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının 9 (doqquz) il 6 (altı) ay müddətə təyin edilməsi zəruridir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə, Azərbaycan Respublikası CPM-in 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları 27 fevral 2022-ci il tarixdən hesablanmalı və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 28 fevral 2022-ci il tarixli qərarı (İ cild, səh. 109-116) ilə barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyləri nəzərə alınaraq, Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada cəmi 309 (üç yüz doqquz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 996,2 qram təşkil edən heroin və ümumi qalıq çəkisi 7056,63 qram təşkil edən qurudulmuş marixuana məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd “Samsung Galaxy A02” və bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatları (üzərilərindəki SİM kartlarla birlikdə) öz ailə üzvünə, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd “Samsung Galaxy A15” markalı mobil telefon aparatı (üzəriindəki SİM kartla birlikdə) öz ailə üzvünə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə təyin edilməsi üçün hər hansı əsas yoxdur. Cinayət işi materiallarında olan “Cinayət işi materiallarından başqa cinayət işinin ayrıca icraata ayrılması haqqında” 27 may 2022-ci il tarixli qərarla cinayət işindən iş üzrə narkotik vasitələrin qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə edildiyi mənbə ilə bağlı başqa cinayət işinin ayrıldığı nəzərə alınmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 27 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində olan həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər qaydada cəmi 309 (üç yüz doqquz) manat məbləğində pul tutulub Azərbaycan Respublikası Dövlət büdcəsinin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətində saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 996,20 qram təşkil edən heroin və ümumi qalıq çəkisi 7056,63 qram təşkil edən qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş bir ədəd “Samsung Galaxy A02” və bir ədəd “Samsung Galaxy A10” markalı mobil telefon aparatları (üzərilərindəki SİM kartlarla birlikdə) öz ailə üzvünə, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş bir ədəd “Samsung Galaxy A15” markalı mobil telefon aparatı (üzəriindəki SİM kartla birlikdə) öz ailə üzvünə qaytarılsın. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-428/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-428/2022
14.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver