Məhkəmə qərarları › İş №1(099)-428/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-428/2023

01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-428/2023 01.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmiov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1966-cı ildə Yardımlı rayonu Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Yardımlı rayon Köryədi kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan başqa bir şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qaçaqmalçılıq yolu ilə əldə olunması ilə bağlı razılığa gələrək bu məqsədlə aralarında aparılmış rolların bölgüsünə əsasən Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil edib qazanc əldə etmək üçün qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilən narkotik vasitə və psixotrop maddələri qəbul edib çatdırılması üçün şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı olan başqa bir şəxslə razılaşdıqdan sonra gömrük nəzarətindən kənar keçirilən, 35395 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 3076,34 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 476,428 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram, 1 ədəd plastik qabda maye formasında 0,260 qram ümumilikdə 1,06 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon və 10 ədəd həb halında təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram olan psixotrop maddə buprenorfini 07 fevral 2023-cü il tarixdə gecə saatlarında qanunsuz əldə edib daşımaqla Yardımlı rayonu Köryədi kəndi ərazisində yerləşən dərədə gizlədərək saxlamış, 09 fevral 2023-cü il tarixdə saat 08-30 radələrində Yardımlı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yardımlı rayon Köryədi kəndində yaşadığı evdə saxlanılmış, onun iştirakı ilə Köryədi kəndi ərazisində yerləşən dərəyə baxış keçirilən zaman 4 ədəd kislərdən 37 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 635 qram, 1020 qram, 1135 qram, 560 qram, 690 qram, 370 qram, 570 qram, 630 qram, 520 qram, 1140 qram, 860 qram, 790 qram, 1015 qram, 1540 qram, 940 qram, 140 qram, 1190 qram, 1120 qram, 770 qram, 1005 qram, 1120 qram, 1250 qram, 660 qram, 510 qram, 505 qram, 2035 qram, 1015 qram, 1030 qram, 1020 qram, 2070 qram, 1000 qram, 1035 qram, 1010 qram, 1040 qram, 1010 qram, 995 qram, 1450 qram ümumi təmiz çəkisi 35395 qram olan külli miqdarda bioloji tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 5 ədəd bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 492,812 qram, 493,528 qram, 490 qram, 810 qram, 790 qram, ümumi təmiz çəkisi 3076,34 qram olan külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə təmiz çəkisi 476,428 qram olan külli miqdarda ağ rəngli kristal şəkilli formada psixotrop maddə metamfetamin, 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram, 1 ədəd plastik qabda maye formasında 0,260 qram çəkidə ümumilikdə 1,06 qram olan şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə metadon və 10 ədəd həb halında təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram olan psixotrop maddə buprenorfin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, narkotik vasitələr ona aid deyil . O İranın Omastan kəndində olmamışdır. İranlı Əlizadəni və Vəhidi tanımır. Onlarla telefon əlaqəsi saxlamamışdır. Telefonunda olan İran İslam Respublikası operatoruna aid olan nömrələrin kimə məxsus olduğunu bilmir. İranlı Vəhid əvvəllər və 7 fevral 2023-cü il tarixdə ona narkotik vasitələr göndərməmişdir. Polis əməkdaşları onu saxladıqdan sonra narkotik vasitələri evindən aşağıda dərədən tapmışlar. Lakin narkotik vasitələr ona aid olmamışdır. Həmin narkotik vasitələr Zülfüqara aid olmuşdur. O Zülfüqarı tanımır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, ifadəsi yoxlanılarkən şəkillər çəkilmişdir. O şəkillərdə narkotik vasitələri götürdüyü yeri göstərmişdir. Narkotik vasitələr götürülən zaman videoçəkiliş olmuşdur. Həmin vaxt ona təsir edildiyindən nakotik vasitələrin ona aid oduğunu bildirmişdir. İstintaq vaxtı vəkilinin iştirakı ilə ondan ifadələr alınmışdır. İfadələrdə olan imzalar onundur. İfadələr alınarkən müstəntiq tərəfindən ona hər hansı təsir və ya təzyiq olunmamışıdır. Məhkəmədə qətimkan tədbiri seçilərkən döyülməsi barədə fikir bildirməmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 3 il bundan əvvəl o, Sumqayıt şəhərində tikinti şirkətində işlədiyi vaxt Əlizadə adlı İran İslam Respublikasının vətəndaşı ilə tanış olmuşdur. Tanış olduqdan sonra onunla həmsöhbət olan zaman bildirmişdir ki, sərhəd açıq olarkən o, İranın Yardımlı rayonu ilə həmsərhədd kəndlərində, həmçinin Omastan kəndində olmuş və həmin kənddə Vəhid adlı İran İslam Respublikası vətəndaşını tanıyır, onun evinə gedib-gəlmişdir. Əlizadə adlı İİR-nın vətəndaşı ona “təxminən bir-iki ay ərzində Vəhidin nömrəsini tapıb, sənə verərəm, sən də Vəhidlə danışarsan” demişdir. Bir dəfə işdə olduğu zaman Əlizadə ona yaxınlaşaraq Vəhidin nömrəsini tapdığını bildirmiş, nömrəni ona vermişdir. O, Vəhidlə “Whatsapp” proqramı vasitəsilə video görüntülü danışmışdır. Telefon danışığı zamanı əvvəlcə Vəhidin hal-əhvalını soruşmuş, sonra onu tanıdığını bildirmişdir. Daha sonra Vəhidin mobil nömrəsini götürüb, onunla telefonla danışmışdır. Telefon danışığı zamanı Vəhid ona “vəziyyət yaxşı deyil, alver yoxdur” demişdir. O da Vəhidə vəziyyətinin yaxşı olmadığını və xeyli borcunun olduğunu bildirmişdir. Vəhid ona “mənimlə əlaqə saxla, mən sənə narkotik vasitələr göndərim, sən də həmin narkotik vasitələri lazım olan şəxslərə çatdırarsan və bunun müqabilində sənə pul verilər” demiş, o da maddi vəziyyəti yaxşı olmadığı üçün onunla razılaşmışdır. Bundan sonra Vəhidlə dəfələrlə telefonla danışmışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Vəhid ona zəng edərək Yardımlı rayon Vəlixanlı kəndi ərazisində meşəlik sahədə 16 kiloqram narkotik vasitə gizlətdiyini, “gəl həmin narkotik vasitəni götür və Yardımlı şəhərinin girişindəki “arko” deyilən yerdə bir nəfər hündür boylu, saqqalı şəxs avtomobil ilə gəlib səndən alıb aparacaq və bunun müqabilində sənə 2400 (iki min dörd yüz) manat pul verəcək”demişdir. O, da Vəhidlə razılaşmış və həmin gün Vəhidin dediyi yerə getmış, bir ədəd ağzı bağlı kisədə olan narkotik vasitəni götürüb, Yardımlı rayon Köryədi kəndi ərazisində “arko” deyilən yerə yaxın dərədə gizlətmişdir. Səhərisi gün Vəhid ona zəng edərək “həmin şəxs gecə vaxtlarında gələcək və həmin ərazidən sənə avtomobil ilə işarə verib, özünü tanıdacaq və səninlə görüşüb, narkotik vasitəni səndən alıb, sənə 2400 (iki min dörd yüz) manat pul verəcək demişdir. Həmin gün təxminən saat 03 radələrində tanımadığı həmin şəxs gələrək ona işarə vermiş, o, da narkotik vasitəni hasarın üzərində dayanaraq yerə atmışdır. Tanımadığı şəxs içərisində narkotik vasitə olan həmin bağlamanı götürüb, avtomobilinə qoyaraq oradan uzaqlaşmışdır. Daha sonra o, hasarın üzərindən yerə düşmüş, həmin şəxsin daşın altına qoyduğu 2400 (iki min dörd yüz) manat pulu götürərək yaşadığı evə getmişdir. 06 fevral 2023-cü il tarixdə təxminən saat 17 radələrində İran İslam Respublikasının vətəndaşı Vəhidin ona zəng edərək Yardımlı rayon Vəlixanlı kəndi ərazisində meşəlik sahəyə təxminən 40 kiloqram çəkidə müxtəlif növ narkotik vasitə qoyacağını və həmin vasitəni də əvvəlki kimi həmin şəxsin gələrək Yardımlı şəhərinin girişində “Arko” deyilən yerdən götürəcəyini və bunun müqabilində ona 5000 manat pul verəcəyini bildirdiyini o da razılaşaraq 07 fevral 2023-cü il tarixdə Vəhid dediyi yerə getdiyini, 4 ədəd bağlamada olan narkotik vasitələri 2 dəfəyə daşıyaraq təxminən saat 21:30 radələrində “Arko”nun yanından təxminən 100 metr kənarda olan dərəyə apararaq orada böyürtkən kolununn altında gizlətdiyini, sonra Vəhidlə yenidən telefon əlaqəsi saxlayarkən Vəhid ona “ondan 16 kiloqram narkotikanı götürən şəxsin gəlib, 40 kiloqram narkotikanı da götürüb, aparacağını və ona 5000 manat pul verəcəyini və onu gözləməsini tapşıdığını o da narkotikanı dərədə gizlədib, arkonun yanına gəldiyini, lakin polis əməkdaşlarını görəndə ərazidən kənarlaşdığını, o həmin ərazidən kənarlaşarkən ondan əvvəl 16 kiloqram narkotik vasitəni götürən şəxsin avtomobilinin surətlə Masallı rayonu istiqamətində getdiyini görüb bu barədə Vəhidlə əlaqə saxladığını, Vəhid isə ona, “narkotikanı gizlət və evinə get” dediyini, o da evinə getdiyini, 09 fevral 2023-cü il tarixdə təxminən saat 08:30 radələrində Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşları yaşadığı evə gələrək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Yardımlı RPŞ-nə dəvət etdiklərini, orada otaqların birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparıldığını, axtarış zamanı əynində olan göy rəngli şalvarının cibindən üzərində ***-***-**-** saylı mobil nömrəsi olan “İNOİ” markalı mobil telefon aşkar olunduğunu, sorğu zamanı 07 fevral 2023-cü il tarixdə təxminən 40 kiloqram narkotik vasitəni Vəhid adlı İran İslam Respublikasının vətəndaşından əldə edib, Yardımlı rayon Köryədi kəndi ərazisində olan dərədə gizlətdiyini etiraf etdiyini, polis əməkdaşları və müdafiəçinin iştirakı ilə videoçəkilişlə narkotik vasitəni gizlətdiyi yerə gedib, gizlətdiyi narkotik vasitələri onlara təqdim etdiyini, həmin narkotik vasitələr olan 4 ədəd kisələrə baxış keçirildiyini, 1 ədəd üzərində “F” hərfi yazılmış sellofan torba, həmin sellofan torbanın içərisindən isə 6 ədəd şəffaf sellofan büküm və 6 ədəd bükümün içərisindən narkotik vasitə marixuanaya oxşar kütlələr olduğunu və həmin kütlələrin çəkilərkən birinci bükümün içərisində 515 qram, ikincisinin içərisində 500 qram, üçüncüsünün içərisində 650 qram, dördüncüsünün çəkisi 1305 qram, beşincisinin çəkisi 640 qram, altıncısının çəkisi 780 qram olmuşdur. Narıncı rəngli kisədən 1 ədəd şəffaf rəngli bağlama, həmin bağlamanın da içərisindən 2 büküm narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin marixuanaya oxşar kütlələr tərəzidə çəkilmiş, birincisinin çəkisi 2080 qram, ikincisinin də çəkisi 2080 qram olmuşdur. Narıncı rəngli kisədən 1 ədəd qara rəngli torba, həmin torbanın içərisindən 3 bağlama narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin marixuanaya oxşar kütlələr tərəzidə çəkilmiş, birincisinin çəkisi 1035 qram, ikincisinin çəkisi 1065 qram, üçüncüsünün çəkisi isə 1055 qram olmuşdur. Narıncı rəngli kisədən 1 ədəd qara rəngli torba, həmin torbanın içərisindən 3 bağlamada narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin marixuanaya oxşar kütlələr tərəzidə çəkilmiş, birincisinin çəkisi 1030 qram, ikincisinin çəkisi 1010 qram, üçüncüsünün çəkisi isə 1130 qram olmuşdur. Narıncı rəngli kisədən 1 ədəd üzərində “A1” yazısı olan torba, həmin torbanın içərisindən 2 bağlama narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuşdur. Həmin marixuanaya oxşar kütlələr tərəzidə çəkilmiş, birincisinin çəkisi 1440 qram, ikincisinin çəkisi 1060 qram olmuşdur. Narıncı rəngli kisədən 1 ədəd üzərində “A1” yazısı olan göy rəngli torba, həmin torbanın içərisindən 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə, 1 ədəd ağ rəngli sellofan bükümdən psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Həmin tiryək və metamfetaminə oxşar kütlələr tərəzidə çəkilmiş, tiryəkə oxşar kütlənin çəkisi 2090 qram, metamfetaminə oxşar kütlənin çəkisi 495 qram olmuşdur. Narıncı rəngli kisədən 1 ədəd üzərində “A1” yazısı olan torba, həmin torbanın içərisindən 3 büküm narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Həmin heroinə oxşar kütlələr tərəzidə çəkilmiş, birincisinin çəkisi 530 qram, ikincisinin çəkisi 485qram, üçüncüsünün çəkisi 500 qram olmuşdur. Hava qarlı, şaxtalı və soyuq olduğu üçün aşkar olunmuş digər 3 ədəd kisəyə aşkar olunduğu yerdə baxış keçirmək və çəkilərini müəyyən etmək mümkün olmadığından həmin kisələr iştirakçılarla birlikdə Yardımlı RPŞ-nin inzibati binasına gətirilmişdir. Yardımlı RPŞ-nin inzibati binasında ikinci narıncı rəngli kisəyə baxış keçirilmişdir. Həmin kisənin içərisindən 1 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuş, tərəzidə çəkildikdə çəkisi 1510 qram olmuşdur. İkinci narıncı rəngli kisədən 1 ədəd sellofan torba da aşkar olunmuşdur. Həmin sellofan torbanın içərisindən 3 ədəd narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuş, tərəzidə çəkildikdə birincisinin çəkisi 1225 qram, ikincisinin çəkisi 1205 qram, üçüncüsünün çəkisi 1150 qram olmuşdur. Üçüncü narıncı rəngli kisəyə baxış keçirilərkən həmin kisənin içərisindən üzərində “M” hərfi olan 6 bağlama narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuş, tərəzidə çəkildikdə, birincisinin çəkisi 1085 qram, ikincisinin çəkisi 1045 qram, üçüncüsünün çəkisi 1070 qram, dördüncüsünün çəkisi 965 qram, beşincisinin çəkisi 1060 qram, altıncısının çəkisi 1035 qram olmuşdur. Həmin kisədən üzərində HA1H sözləri və işarələr olan 2 büküm narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuş, tərəzidə çəkildikdə birincisinin çəkisi 550 qram, ikincisinin çəkisi 830 qram olmuşdur. Dördüncü qara rəngli kisəyə baxış keçirilən zaman həmin kisənin içərisindən 4 ədəd bağlama aşkar olunmuşdur. Birinci bağlamanın içərisindən narkotik vasitə marixuanaya oxşar kütlə aşkar olunmuş, tərəzidə çəkildikdə çəkisi 175 qram olmuşdur. İkinci bağlamanın üzərində HAH2 16009 rəqəmləri və hərfləri yazılmışdır. Həmin bağlamanın içərisindən 2 büküm narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuş, tərəzidə çəkildikdə birincisinin çəkisi 880 qram, ikincisinin çəkisi 965 qram olmuşdur. Üçüncü bağlamanın üzərində “F” hərfi yazılmışdır. Həmin bağlamanın içərisindən 6 bağlama narkotik vasitə marixuanaya oxşar kütlələr aşkar olunmuş, tərəzidə çəkildikdə birincisinin çəkisi 590 qram, ikincisinin çəkisi 415 qram, üçüncüsünün çəkisi 620 qram, dördüncüsünün çəkisi 1175 qram, beşincisinin çəkisi 750 qram, altıncısının çəkisi 670 qram olmuşdur. Dördüncü bükümün içərisindən 1 ədəd plastik materialdan olan qara rəngli, başında ağ rəngli qapağı olan qabda maye halında maddə və 1 ədəd şəffaf sellofan bükümdə üzərində “B2” yazısı olan 10 ədəd həb aşkar olunmuşdur. Həmin sellofan torbadan hər birində 10 ədəd olmaqla, 2 konvalyutda üzərində “methoden 40” sözləri yazılmış 20 ədəd həb aşkar olunmuşdur. Ondan polis əməkdaşları narkotik və psixotrop vasitələri necə əldə etdiyim soruşduqda o, həmin narkotik vasitə, psixotrop maddələri Vəhid adlı İİR vətəndaşından 07 fevral 2023-cü il tarixdə əldə etdiyimi bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr olan qurudulmuş marixuana, heroin, tiryək və psixotrop maddə metamfetaminə oxşar kütlələr və digər preparatlar baxış və götürmədə müdafiəçinin və iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Cinayət işinin materiallarında olan ifadənin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadələrinin yerində yoxlanması zamanı ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməllərini törətməsi özünün məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi səmimi etirafedici ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, işlədiyi Yardımlı Rayon Polis Şöbəsinə Yardımlı rayon Köryədi kənd sakini Təqsirləndirilən şəxs narkotik maddələr əldə etməsi, daşıması, satması və qəbul etməsi ilə əlaqədar əməliyyat məlumatları daxil olmuşdur. 09 fevral 2023-cü il tarixdə əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Sonra da Təqsirləndirilən şəxs saxlanılaraq Polis şöbəsinə gətirilmiş və şöbədə müdafiəçi Mirxan Şahmarov və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun əynində olan şalvarın sol yan cibindən “İNOİ” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı telefonla əlaqə saxladığı, əvvəllər tanıdığı tanışı İran İslam Respublikasının vətəndaşı Vəhid adlı şəxsdən əldə etdiyi narkotik vasitələri 07 fevral 2023-cü il tarixdə gecə saatlarında gətirib Köryədi kəndi ərazisində kəndin aşağı hissəsindəki dərədə gizlətmişdir. Onun üzərində şəxsi axtarış aparıldıqdan sonra narkotik vasitələri gizlətdiyi yerə getmişlər. Köryədi kəndinin aşağı hissəsində yerləşən dərəyə baxış keçirdikləri zaman Təqsirləndirilən şəxs böyürtkən kollarının arasından 3 ədəd qırmızı və 1 ədəd qara rəngli kisələri onlara təqdim etmiş və həmin kisələrdə narkotik vasitələr olduğunu və kisələrdəki narkotik vasitələri ona İran İslam Respublikasının vətəndaşı əvvəllər tanıdığı Vəhid adlı şəxs tərəfindən göndərildiyini və həmin narkotik vasitələri Vəhidin dediyi şəxsə çatdırandan sonra ona 5000 manat pul veriləcəyini bildirmişdir. Həmin narkotik vasitələr olan ayrı-ayrı 4 ədəd kisələrə baxış keçirilmiş narıncı rəngli 1 ədəd kisəyə baxış keçirilərkən həmin kisənin içərisinə 1 ədəd üzərində “F” hərfi yazılmış sellofan torba, həmin sellofan torbanın içərisindən isə 6 ədəd şəffaf sellofan aşkar olunmuşdur. Aşkar olunmuş 6 ədəd bükümün içərisindən narkotik vasitə marixuanaya oxşar kütlələr, narıncı rəngli kisədən 1 ədəd üzərində “A1” yazısı olan göy rəngli torba, həmin torbanın içərisindən 1 ədəd sellofan bükümdə narkotik vasitə tiryəkə oxşar kütlə, 1 ədəd ağ rəngli sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Narıncı rəngli kisədən 1 ədəd üzərində “A1” yazısı olan torba, həmin torbanın içərisindən 3 büküm narkotik vasitə heroinə oxşar kütlələr aşkar olunmuşdur. Hava qarlı, şaxtalı və soyuq olduğu üçün aşkar olunmuş digər 3 ədəd kisəyə aşkar olunduğu yerdə baxış keçirmək və çəkilərini müəyyən etmək mümkün olmadığından həmin kisələr iştirakçılarla birlikdə Yardımlı Rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Orada ikinci narıncı rəngli kisəyə baxış keçirilmişdir. Həmin kisənin içərisindən 1 ədəd sellofan torbada narkotik vasitə marixuanaya oxşar kütlə, dördüncü bükümün içərisindən 1 ədəd plastik materialdan olan qara rəngli, başında ağ rəngli qapağı olan qabda maye halında maddə və 1 ədəd şəffaf sellofan bükümdə üzərində “B2” yazısı olan 10 ədəd həb aşkar olunmuşdur. Həmin sellofan torbadan hər birində 10 ədəd olmaqla, 2 konvalyutda üzərində “methoden 40” sözləri yazılmış 20 ədəd həb aşkar olunmuşdur. Narkotik vasitələr və psixotrop maddələr çəkilməklə qablaşdırılmışdır. O sorğu edilərkən həmin narkotik vasitə, psixotrop maddələri Vəhid adlı İran vətəndaşından 07 fevral 2023-cü il tarixdə əldə etdiyini bildirmişdir. Aşkar olunmuş narkotik vasitələr Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə qablaşdırılıb möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmişdir, lakin evindən hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Dindirilmiş şahidlər Şahid2, Şahid3, Şahid4, Şahid5, Şahid6 Füzuli oğlu Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadələr verdilər. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 09 fevral 2023-cü il tarixli 19/176 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və Yardımlı rayon Köryədi kəndi ərazisindən götürülmüş narkotik vasitələrə oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd narıncı rəngli kisədəki, 19 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -635,0 qr; -1020,0 qr: -1135,0 qr: -560,0 qr: -690,0 qr: -370,0 qr: -570,0 qr: - 630,0 qr: -520,0 qr: -1140,0 qr: -860,0 qr: -790,0 qr: -1015,0 qr: -1540,0 qr: -940,0 qr: - 140,0 qr: -1190,0 qr: -1120,0 qr: -770,0 qram: ümumi təmiz çəkisi: -15635,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və Yardımlı rayon Köryədi kəndi ərazisindən götürülmüş narkotik vasitələrə oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd narıncı rəngli kisədəki, 11 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1005,0 qr; -1120,0 qr: -1250,0 qr: -660,0 qr: -510,0 qr: -505,0 qr: -2035,0 qr: -1015,0 qr: -1030,0 qr: -1020,0 qr: -2070,0 qram: ümumi təmiz çəkisi: - 12220,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və Yardımlı rayon Köryədi kəndi ərazisindən götürülmüş narkotik vasitələrə oxşar kütlələr....” sözlər və imzalar olan bir ədəd qara rəngli kisədəki, 7 ədəd bükülülərdə ayrıayrılıqda təmiz çəkiləri: -1000,0 qr; -1035,0 qr: -1010,0 qr: -1040,0 qr: -1010,0 qr: -995,0 qr: -1450,0 qram: ümumi təmiz çəkisi: -7540,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə birbiriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi və Yardımlı rayon Köryədi kəndi ərazisindən götürülmüş narkotik vasitələrə oxşar maddələr, dərman preparatları və plastik qabda olan maye....” sözlər və imzalar olan bir ədəd narıncı rəngli kisədəki, 3 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -492,812 qr: - 493,528 qr: -490,0 qram; ümumi təmiz çəkisi: -1476,34 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birilər ilə eynidirlər; 2 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -810,0 qr: -790,0 qram: ümumi təmiz çəkisi: -1600,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: -476,428 qram olan ağ rəngli kristalşəkilli formada olan maddə metamfetamindir; 2 ədəd konvalyutda ümumi sayı 20 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşlərinə və təsiredici maddənin miqdarına görə bir-biriləri ilə eynidirlər və həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 0,8 qramdır (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş 01 ədəd plastik qabdakı maye halındakı maddə və ümumi sayı -10 ədəd olan üzərində “B2” sözləri yazılmış ağ rəngli, dairəvi formalı həblərin tədqiqatını müvafiq labarotoriya cihazı olmadığından tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 37 büküm və ümumi təmiz çəkisi: -35395,0 qram olan marixuanalar, xarici görünüşlərinə və bioloji tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus ümumi sayı 3 büküm və ümumi təmiz çəkisi: -1476,34 qram olan heroinlərlə ümumi sayı 2 büküm və ümumi təmiz çəkisi: -1600,0 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə fərqlidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin siyahısına” daxildir (Siyahı İ). Metadon Azərbaycan Respublikasının ərazisində məhdudlaşdırılan narkotik vasitələrin İİ siyahısının İ bəndinə (sıra №6) daxildir. Məhkəmədə tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 03 aprel 2023-cü il tarixli 6/1293 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş və tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X2 X3 1 yazı və imzalar olan paketdə 1 ədəd sellofan paketdə 10 ədəd üzərində “B2” yazılan ağ rəngli, dairəvi formalı həb psixotrop maddə buprenorfin tərkibli dərman peraparatı olub, 10 ədəd həbdə buprenorfin təsiredici maddəsinin ümumi miqdarı 0,02 qram təşkil edir. Bir ədəd plastik qabda 260 ml həcmli maye sintetik narkotik vasitə metadon olub, 260 ml həcmli məhlulun tərkibində metadonun ümumi çəkisi 0,260 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına (siayhı İİ), Buprenorfin adlı dərman peraparatı Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin İİ siyahısına daxildir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 11 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən 35393,89 qram narkotik vasitə qurudulmuş marixuana, 3075, 84 qram narkotik vasitə heroin, 476, 328 qram psixotrop maddə metamfetamin 18 ədəd metadon həbləri maddi sübut kimi tanınmaqla Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 26 aprel 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən 240 ml metadon məhlulu, 9 ədəd buprenorfin həbləri maddi sübut kimi tanınmaqla Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilməsi qərara alınmışdır. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 10 aprel 2023-cü il tarixli 949 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət işi materiallarından və halhazırki psixi müayinənin nəticələrindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Ona görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən aşkar edilərək götürülmüş “İNOİ” markalı telefona baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan İNOİ markalı mobil telefonda 27 dekabr 2022-ci il tarixdən 09 fevral 2023-cü il tarixədək olan müddət ərzində o İran İslam Respublikasına məxsus +98991 801 7514, +98993 003 3877, +98991 519 6486, +98914 742 4007, +98993235 0478, +98993 211 7965, +98904 451 3424, +98914 066 9324, +98993 *** **** nömrələrlə əlaqə saxladığı müəyyən edilmişdir. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, həmin qərara əsasən 1 ədəd “İNOİ” markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokollarından görünür ki, təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq etməklə narkotik vasitələri və psixotrop maddələri əldə edib gizlətdiyi yeri təqdim etmişdir. Cinayət işinin materiallarında olan 09 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən və narkotik vasitələri gizlətdiyi yerə baxış keçirilən zaman videolentə alınmış görüntülərin əks olunduğu 2 ədəd disklərə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, şəxsi axtarış və götürmə həmçinin baxış və götürmə aparılması haqqında istintaq hərəkəti protokolunda göstərilənlərlə disklərdə olan görüntülər üst-üstə düşür. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, qeyd edilən həmin disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İşdə olan ibtidai istintaq orqanının qərarından görünür ki, həmin qərara əsasən "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD iş üzrə əhəmiyyət kəsb etdyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ondan aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitlər, psixotrop maddələr və metadon həblərinin və məhlulunun ona məxsus olmadığını, zor tətbiq edildiyindən ilkin ifadələrində həmin kütlələrin ona məxsus olması barədə ifadələr verdiyini bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşıyan ifadə olmaqla, məhkəmədə heç bir sübutla təsdiq edilımədiyindən və işin hallarına uyğun gəlmədiyindən, habelə məhkəmədə tədqiq edilmiş videoçəkilişlə narkotik vasitələr, psixotrop maddələr və həblər olan bağlamaları təqdim edərkən və həmin bağlamalar baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolu, həmin vaxt qeyd edilən kütlələrin İran İslam Respublikası vətəndaşı Vəhid adlı şəxs tərəfindən ona çatdırılması barədə verdiyi izahatı, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında istintaq hərəkəti protokolu, məhkəmədə elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə verdiyi həm cinayət törətməkdə şübhə edilən, həm də təqsirləndirilən şəxs qismində dindirmə protokolları ilə, dindirilmiş şahidləri ifadələri ilə, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri ilə, əldə olunmuş maddi sübutlar və işin faktiki halları ilə tamamilə təkzib olunduğundan həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsini səmimi, işin hallarına uyğun gələn ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərdə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama, daşıma və satma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin və Metafetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artiq hissəsi şəxsi istehlak miqdarından artiq miqdar, 500 qram hissəsi külli miqdar, 0,02 şəxsi istehlak miqadrından artiq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar və 1,6 qram hissəsi külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 6-cı bəndində izah verilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş narkotik vasitələr və psixotrop maddələr külli miqdar təşkil edir. Habelə məhkəmədə tədqiq olunmuş sübutlarla tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs ilə cinayətkar qrupun digər üzvlərinin arasında olan razılaşmaya əsasən onların, o cümlədən Təqsirləndirilən şəxs niyyəti külli miqdarda narkotik vasitələri və psixotrop maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və satma olmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlərin və təqsirləndirilən şəxsin məhkəmədə tədiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımış, habelə həmin narkotik vasitənin Azərbaycan Respublikasının ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsində köməkçi qismində iştirak etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Eyni zamanda məhkəmə tədqiq olunmuş sübutları, o cümlədən iş üzrə dindirilmiş şəxslərin ifadələrinə hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin hüquqi tövsifi məsələsini də müzakirə edib aşağıdakı nəticəyə gəlir. Belə ki, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni qabaqcadan əlbir olan bir qrup şəxs halında əldə etmə, saxlama, daşıma cinayət əməli törətməsi təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilib həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməli olduğu halda, bu Məcəllənin 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun əməli CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və şəxsiyyəti məlum olmayan İİR-nın vətəndaşı kimi özünü təqdim etmiş Vəhid adlı şəxs əvvəlcədən İrandan qaçaqmalçılıq yolu ilə narkotik vasitəni göndərməsi və həmin narkotik vasitəni Təqsirləndirilən şəxs qəbul edib, Azərbaycan Respublikasında satışını təşkil etməsi barədə razılaşmışlar. Həmin razılaşmadan sonra Vəhid adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitələri və psixotrop maddəni İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına Təqsirləndirilən şəxs tanımadığı şəxs vasitəsi ilə göndərmiş və həmin narkotik vasitəni Yardımlı rayonu ərazisində qoydurmuş, Təqsirləndirilən şəxs satış məqsədi ilə həmin narkotik vasitəni əldə etdikdən sonra polis əməkdaşları tərəfindən saxlanılaraq qeyd edilən külli miqdarda narkotik vasitə və psixotrop maddələr ondan götürülmüşdür. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (şəxsiyyəti məlum olmayan Vəhid adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən bir qrup şəxsin icra etdiyi cinayət iştirakçılığın “bir qrup şəxs” və yaxud “qabaqcadan əlbir olan bir qrup şəxs” formalarını yaratmır. CM-nin 34.1-ci maddəsinə əsasən qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Qabaqcadan əlbir olan bir qrup şəxs”-i CM-nin 34.1-ci maddəsində göstərilən iştirakçılığın formasından fərqləndirilən yeganə cəhət də CM-nin 34.2-ci maddəsinə görə iştirakçılar (icraçılar) arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılaşmanın olmasıdır. Hazırki iş üzrə şəxsiyyəti məlum olmayan Vəhid adlı şəxs tərəfindən külli miqdarda narkotik vasitə qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına gətirilmiş, yəni narkotik vasitənin qaçaqmalçılığı yalnız bir nəfər şəxs tərəfindən icra edilmişdir. Həmçinin müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan Vəhd adlı şəxs tərəfindən həmin narkotik vasitənin qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu narkotik vasitənin İrandan qaçaqmalçılıq yolu ilə gətirildikdən sonra əldə edib, saxlayıb Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran vətəndaşı olan Vəhid adlı şəxs tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitəni əldə edib satışını təşkil etməsi ilə bağlı onunla əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 318-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək hüququna malikdir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 206.2-ci maddəsinə tövsif olunmalı və onun əməli CM-nin 32.5,206.2-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1966-cı ildə Yardımlı rayon Köryədi kəndində anadan olmuşdur. Yardımlı rayon Köryədi kəndində qeydiyyatda olmaqla orada yaşamışdır. Himayəsində 11 mart 2010-cu il təvəllüdlü qızı Aynur və 11 mart 2013-cü il təvəllüdlü Zamiq adlı oğlu vardır. Yaşayış yeri üzrə mənfi tərəfdən səciyyələndirilir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 yanvar 2000-ci il tarixli hökmü ilə Azəzrbaycan Respublikası CM-nin 71.3 və 226.2-ci maddələri ilə 10 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 aprel 2009-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İşdə olan Yardımlı Rayon Məhkəməsinin 10 fevral 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 09 fevral 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunsa da onun məhkumluğu CM-nin 83-cü maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Ona görə də o məhkumluğu olmayan şəxs hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halın olmasını nəzərə alaraq belə hesab edir ki, ona təqsirləndirildiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs bir neçə cinayətdə təqsirli bilindiyindən ona təyin olunacaq cəzalar CM-nin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 09 fevral 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 35393,89 qram narkotik vasitə qurudulmuş marixuana, 3075,84 qram narkotik vasitə heroin, 476,328 qram psixotrop maddə metamfetamin, 18 ədəd metadon həbləri, 240 ml məhlul halında metadon, 9 ədəd həb halında buprenorfin həblər məhv edilməli, 1 ədəd “İNOİ” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 3 ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 218 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CM-nin 32.5,206.2-ci maddəsi ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.3-cü maddəsinin tələbinə əsasən cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Yardımlı Rayon Polis Şöbəsində saxlanılan 35393,89 qram narkotik vasitə qurudulmuş marixuana, 3075,84 qram narkotik vasitə heroin, 476,328 qram psixotrop maddə metamfetamin, 18 ədəd metadon həbləri, 240 ml məhlul halında metadon, 9 ədəd həb halında buprenorfin həblər məhv edilsin, 1 ədəd “İNOİ” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın, 3 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 218 manat Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar