Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-429/2022 07.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Yardımlı rayonu Zevin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, işləməyən, Yardımlı rayonu, Zevin kəndində kəndində qeydiyyatda olan, və yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələrin qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilərək əldə olunması və Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə “Mehdi” adı ilə tanıdığı İran İslam Respublikası vətəndaşı olması guman edilən şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən maddələri həmin “Mehdi” adlı şəxsin gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində 4000 (dörd min) manat qazanc alacağı vədi ilə razılaşaraq 27 mart 2022-ci il tarixdə saat 16:00 radələrində Yardımlı rayonu Mirimli kəndi ərazisində yerləşən “Şələ güneyi” adlanan yerdən sonucunun gizlətdiyi içərisində 5003,97 qram çəkidə külli miqdarda narkotik vasitə heroin, 941,42 qram çəkidə külli miqdarda narkotik vasitə tiryək, 251,3 qram çəkidə külli miqdarda narkotik vasitə asetilə edilən tiryək, 28,820 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə həşiş qətranı, təsir maddəsinin ümumi miqdarı 41 qram olan külli miqdarda 1025 ədəd həb halında narkotik vasitə metadon, 2307,38 qram çəkidə külli miqdarda psixotrop maddə metamfetamin, təsir maddəsinin ümumi miqdarı 3 qram olan külli miqdarda 30 ədəd plastik qabda güclü təsir edən maddə tropikamid, təsir maddəsinin ümumi miqdarı 0,8 qram olan 7 ədəd həb və 2 ədəd kapsula halında güclü təsir edən maddə tramadol hidroxlorid və təsir maddəsinin ümumi miqdarı 4,8 qram olan 32 ədəd kapsula halında güclü təsir edən maddə preqabalin olan bir ədəd çantanı əldə edərək qanunsuz saxlayıb bel nahiyəsində daşımış, 27 mart 2022-ci il tarixdə saat 17:00 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yardımlı rayonu Ləzran kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman bel nahiyəsində olan bir ədəd çantadan 12 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 498,4 qram, 410,9 qram, 500,8 qram, 497,5 qram, 501,0 qram, 500,0 qram, 500,8 qram, 500,2 qram, 500,6 qram, 500,2 qram, 87,37 qram, 6,2 qram olmaqla ümumilikdə külli miqdarda 5003,97 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 516,5 qram, 374,7 qram, 17,02 qram, 33,2 qram olmaqla ümumilikdə külli miqdarda 941,42 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, 1 ədəd bükümdə 251,3 qram çəkidə külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryək, 1 ədəd bükümdə 28,820 qram çəkidə şəxsi istehlak miqdarından artıq miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qətranı, təsir maddəsinin ümumi miqdarı 41 qram olan külli miqdarda 1025 ədəd həb halında narkotik vasitə metadon, 5 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 784,9 qram, 1006,4 qram, 495,8 qram, 16,8 qram, 4,2 qram olmaqla ümumilikdə külli miqdarda 2307,38 qram çəkidə xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, təsir maddəsinin ümumi miqdarı 3 qram olan külli miqdarda 30 ədəd plastik qabda güclü təsir edən maddə tropikamid, təsir maddəsinin ümumi miqdarı 0,8 qram olan 7 ədəd həb və 2 ədəd kapsula halında güclü təsir edən maddə tramadol hidroxlorid və təsir maddəsinin ümumi miqdarı 4,8 qram olan 32 ədəd kapsula halında güclü təsir edən maddə preqabalin aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022ci ilin oktyabr ayında elan edilmiş qismən səfərbərliklə bağlı xidmətə cəlb olunmuş və Vətən Müharibəsində iştirak etmişdir. Əmisi oğlu və qaynı vətən müharibəsində şəhid olmuşdur. Himayəsində bir azyaşlı uşağı vardır. Hadisədən təxminən bir ay əvvəl “Facebook” sosial şəbəkəsində İran İslam Respublikası vətəndaşı ilə tanış olmuşdur. Həmin şəxs ona adının Mehdi olduğunu bildirmişdir. Həmin şəxsin soyadını və atasının adını bilmir. Onunla bir müddət mesajlaşdıqdan sonra WhatsApp” vasitəsi ilə danışmağa başlamışlar. Hadisədən təxminən on gün əvvəl Mehdi adlı İran İslam Respublikası vətəndaşı ona Yardımlı rayonu ərazisinə qaçaq yolla narkotik maddələr göndərəcəyini bildirmiş və həmin narkotik maddələri o deyən yerə çatdıracağı təqdirdə 4000 manat pul verəcəyini təklif etmişdir. O da Mehdi adlı şəxslə razılaşmışdır. Mehdi adlı şəxs narkotik maddələri Yardımlı rayonu ərazisində gizlətdikdən sonra məlumat verəcəyini demişdir. 27 mart 2022-ci il tarixdə saat 09 radələrində Mehdi adlı şəxs “WhatsApp” proqramı vasitəsilə zəng vuraraq Yardımlı rayonu Mirimli kəndi ərazisində yerləşən “Şələ güneyi” adlı sahədə içərisində narkotik vasitələr olan çanta gizlətdiyini demiş, həmin çantanı gizlədildiyi yerdən götürüb saxlamağı, səhəri gün Bakı şəhərinə gedərək deyən yerə çatdırmağı tapşırmışdır. O yenə də Mehdi adlı şəxslə razılaşmışdır. Bundan sonra yaşadığı evdən çıxaraq piyada Yardımlı rayonu Mirimli kəndi ərazisində yerləşən “Şələ güneyi” adlı sahəyə getmiş və həmin tarixdə saat 16 radələrində həmin yerə çatmışdır. Orada da “WhatsApp” vasitəsi ilə Mehdi adlı şəxslə əlaqə saxlamış, sonuncu çantanın gizlədildiyi yeri dəqiq izah etmiş, o da içərisində narkotik maddələr olan çantanı tapmışdır. Bundan sonra həmin çantanı bel nahiyəsinə keçirtmiş və piyada yaşadığı evə doğru hərəkət etməyə başlamışdır. 27 mart 2022-ci il tarixdə saat 17 radələrində Yardımlı rayonu Ləzran kəndi ərazisində polis əməkdaşları onu saxlamış, ona narkotik vasitələr daşımaqda şübhəli olduğunuu bildirmişlər və çantada nə olduğunu soruşmuşlar. O, da çantada narkotik vasitələr olduğunu bildirmişdir. Bundan sonra onu Yardımlı Rayon Polis Şöbəsinə gətirmişlər. Orada üzərində olan çantaya baxış keçiriləndə içərisində küllü miqdarda müxtəlif növ narkotik vasitələr, psixotrop maddələr və güclü təsir edən dərmanlar aşkar edilərək götürülmüşdür. Əməlindən peşimandır. Məhkəmədən ona yüngül cəza nəzərə alınmasını xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, 27 mart 2022-ci il tarixdə Yardımlı rayonu Zevin kəndində yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə etməsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 17:00 radələrində Yardımlı rayonu Ləzran kəndi ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Həmin vaxt onun bel nahiyəsində bir ədəd qara rəngli çanta olmuşdur. Təqsirləndirilən şəxs həmin çantada nə olduğunu soruşmuş, sonuncu çantada narkotik vasitələr, psixotrop maddələr və dərmanlar olduğunu bildirmişdir. Buna görə də Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər. Şöbədə şəxsi axtarış zamanı onun üzərindəki çantadan külli miqdarda metamfetamin, narkotik vasitə tiryəkə oxşar kütlə, heroinə oxşar kütlə, methadon 40 sözləri yazılmış hər bir konvalyutda 10 ədəd olmaqla ümumilikdə 52 konvalyutda 990 həb, 32 həb üzərində Neurica sözləri yazılmış dərman preparatları, 7 həb üzərində tramadol sözləri yazılmış dərman preparatları, 3 həb üzərində anti sözləri yazılmış dərman preparatları, 30 ədəd flakonda üzərində Maydrax sözləri yazılmış dərman preparatları, 30 həb üzərində heç bir söz yazılmamış dərman preparatları aşkar olunmuşdur. Aşkar edilmiş maddələr elktron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Şofahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddələri sosial şəbəkədə tanış olduğu Mehdi adlı iranlıdan aldığını bildirmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Yardımlı rayon polis şöbəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə-fiziki kimyəvi ekspertizasının 28 mart 2022-ci il tarixli 6/1665 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN zərfələr üçün № 82 dairəvi möhür əksi və “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş....” yazısı və imzalar olan qara rəngli idman çantasındakı, 10 (on) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 498,4 qr, 410,9 qr, 500,8 qr, 497,5 qr, 501,0 qr, 500,0 qr, 500,8 qr, 500,2 qr, 500,6 qr, 500,2 qr ümumi təmiz çəkisi 4910,4 qram qəhvəyi rəngli tozşəkilli maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. - 3 (üç) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 784,9 qr, 1006,4 qr, 495,8 qram ümumi təmiz çəkisi 2287,1 qram ağ rəngli kristallardan ibarət maddələr kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. - 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 516,5 qr, 374,7 qram, ümumi təmiz çəkisi 891,2 qram tünd qəhvəyi rəngli qətranabənzər, spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla alınmış narkotik vasitə- tiryəkdir. - 1(bir) ədəd ağ-yaşıl rəngli polietilen bükümdə təmiz çəkisi 251,3 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilmiş tiryəkdir. - göy rəngli polietilen bükümdəki təmiz çəkisi 16,08 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir və təmiz çəkisi 87,37 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - qara rəngli polietilen bükümdə 2(iki) ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 17,02 qr və 33,2 qr, ümumi təmiz çəkisi 50,22 qram tünd qəhvəyi rəngli qətranabənzər spesifik iyli maddələr xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir, 1(bir) ədəd bükülüdə təmiz çəkisi 6,2 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və 1(bir) ədəd bükülüdə təmiz çəkisi 4,2 qram ağ rəngli kristallardan ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - üzərində “Methadone 40” markalanma göstəricisi olan 87 ədəd konvalyutda 870 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər, 120 ədəd konvalyutda 120 ədəd üzərlərində “Z/40” yazısı həkk olunmuş ağ rəngli dairəvi formalı həblər, 5 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər və bir ədəd polietilen bükümdə 30 ədəd ağ rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və ümumilikdə 1025 ədəd həbdən ibarət metadon təsiredici maddəsinin ümumi miqdarı 41 qram təşkil edir(üzərlərindəki göstəricilərinə əsasən bir həbdə 0,04 qram metadon olmaqla). Metadon tərkibli həblər tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. - Üzərində “Neuric...(preqabalin)” markalanma göstəricisi olan konvalyutlarda üzrələrində “TC 150” yazısı olan ümumi 32 ədəd ağ rəngli kapsul preqabalin tərkibli dərman preparatıdır və 32 ədəd kapsuldan ibarət preqabalin təsiredici maddəsinin ümumi miqdarı 4,8 qram təşkil edir(üzərində qeyd olunmuş göstəricisinə əsasən bir kapsulda 0,15 qram preqabalin olmaqla). Preqabalin tərkibli kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. - Üzərində “Allati...(tramadol) 100 mq” markalanma göstəricisi olan konvalyutdakı 7 ədəd ağ rəngli dairəvi formalı həb və üzərində “Tramadol 50 mq” markalanma göstəricisi olan konvalyutdakı 2 ədəd ağ-göy rəngli kapsul tramadol hidroxlorid tərkibli dərman preparatıdır. 7 ədəd həbdə və 2 ədəd kapsulda tramadol hidroxlorid təsirdici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir(üzərində qeyd olunmuş göstəricilərinə əsasən bir ədəd həbdə 0,1 qram və bir ədəd kapsulda 0,05 qram tramadol hidroxlorid olmaqla). Həblər və kapsullar ayrı-ayrılıqda öz aralarında xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. - Üzərində “Mydrax 1% 10 ml” markalanma göstəricisi olan 30 ədəd plastik qablardakı şəffaf rəngsiz maye tropikamid tərkibli dərman preparatıdır və 30 ədəd qablarda tropikamid təsirdici maddəsinin ümumi miqdarı 3 qramdır(üzərində qeyd olunmuş göstəricilərinə əsasən 10 ml(bir qab) 0,1 qram tropikamid olmaqla).Tropikamid tərkibli dərman preparatı tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidir. Beləliklə, vət. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş Heroinin ümumi təmiz çəkisi 5003,97 qramdır(5 kq 3,97 qram) və həmin heroinlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidirlər. Metamfetaminin ümumi təmiz çəkisi 2307,38 qramdır(2 kq 307,38 qr) və həmin metamfetaminlər xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir.Tiryəkin ümumi təmiz çəkisi 941,42 qramdır və tiryək xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eynidir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin, tiryək(asetilə edilmiş tiryək) “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin”-in İ siyahısına, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin”in İİ siyahısına daxildirlər. Preqabalin, tramadol hidroxlorid və tropikamid tərkibli dərman preparatları 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxildirlər. Tədqiqata təqdim edilmiş üzərində “Antipolisay” markalanma göstəricisi olan konvalyutdakı 3 ədəd tünd qəhvəyi rəngli dairəvi formalı həb 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorlar”-ın və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”-na daxil deyildirlər. Heroinin ümumi təmiz çəkisi- 5003,97 qram, tədqiqata sərf edildi- ümumi 0,4 qram, qalıq-5003,57 qram, Metamfetaminin ümumi təmiz çəkisi- 2307,38 qram, tədqiqata sərf edildi- ümumi 0,5 qram, qalıq-2306,88 qram, Tiryəkin ümumi təmiz çəkisi-941,42 qram, tədqiqata sərf edildiümumi 0,4 qram, qalıq-941,02 qram, Asetilə edilmiş tiryəkin təmiz çəkisi: 251,3 qram, tədqiqata sərf edildi 0,2 qram, qalıq 251,1 qram, Metadon d/p 1025 həb, tədqiqata sərf edildi-12 həb, qalıq-1013 həb, Tramadol d/p 7 həb və 2 kap., tədqiqata sərf edildi-1 həb və 1 kap., qalıq-6 həb və 1 kap, Preqabalin d/p 32 kap., tədqiqata sərf edildi-2 kap., qalıq-30 kap., Tropikamid d/p 30 qab, tədqiqata sərf edildi-1 qab(10 ml), qalıq-29 plas. qab. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 114 (yüz on dörd) manatdır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 mart 2022-ci il tarixli 7/292 saylı rəyində qeyd edilmişdir ki: tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş...” yazı və imzalar olan çantada 1 ədəd göy rəngli polieltilen paketdə sellofan kəsiyi bükümündə təmiz çəkisi 28,820 qram olan maddə çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-həşiş qətranıdır. Həşiş qətranının təmiz çəkisi 28,820 qr, tədqiqata sərf edilən miqdar-0,05 qr, qalıq-28,770 qram. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 88 (səksən səkkiz) manatdır. İş materiallarında olan 07 may 2022-ci il tarixli 1144 saylı ambulator məhkəməpsixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 19 may 2022-ci il tarixli 583 saylı ambulator məcburi-narkoloji tibbi yoxlama rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan narkotik maddələrdən istifadə etmə halları istisna olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 27 manat 2022-ci il tarixli «şəxsi axtarış və götürmə haqqında» protokoldan görünür ki, Şirbəyli X2 Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində vəkilin və polis əməkdaşlarının iştirakları ilə şəxsi axtarış aparılan zaman Yardımlı RPŞ-nin TQ-nun təhqiqatçısı, polis baş leytenantı Samir İbişli şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsinə nəzərdə tutulmuş hüquq və vəzifələrinə dair bildiriş təqdim etmişdir. X5 istintaq hərəkətinin aparılması zamanı videoçəkilişdən istifadə ediləcəyi barədə istintaq hərəkətinin işçtirakçılarına məlumat verərək etirazlarının olub-olmamasını soruşmuş, iştirakçılar videoçəkilişin aparılmasına etiraz etmədiklərini bildirmişlər. X5 şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya varsa təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs bel nahiyəsində olan qara rəngli çantanı çıxararaq təqdim etmişdir. X5 həmin çantada nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs çantada dərman preparatları və narkotik maddələr olduğunu bildirmişdir. Həmin çantadakı 1 ədəd sellofan torbadan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 1005 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 790 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 525 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 380 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 250 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə tiryəkə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 100 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 115 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 415 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 505 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 500 qram olmuşdur. Çantadakı 1 ədəd sellofan torbadan narkotik vasitə heroinə oxşar kütlə aşkar olunmuş, elektron tərəzidə çəkilmiş, çəkisi 500 qram olmuşdur. Baxış zamanı çantadan üzərində Methadon 40 sözləri yazılmış hər bir konvalyutda 10 ədəd olmaqla ümumilikdə 52 konvalyutda 990 həb aşkar olunmuşdur. Baxış zamanı çantadan 32 həb üzərində Neurica sözləri yazılmış dərman preparatları aşkar olunmuşdur. Baxış zamanı çantadan 7 həb üzərində tramadol sözləri yazılmış dərman preparatları aşkar olunmuşdur. Baxış zamanı çantadan 3 həb üzərində anti sözləri yazılmış dərman preparatları aşkar olunmuşdur. Baxış zamanı çantadan 30 ədəd flakonda üzərində Maydrax sözləri yazılmış dərman preparatları aşkar olunmuşdur. Baxış zamanı çantadan 30 həb üzərində heç bir söz yazılmamış dərman preparatları aşkar olunmuşdur. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs İran vətəndaşı ilə telefon vasitəsi ilə əlaqə qurduğunu, həmin şəxs “Şələ güneyi” adlanan ərazidə içərisində narkotik vasitələr, psixotrop maddələr və dərman preparatları olan 1 ədəd çantanı gizlətdiyini ona deməsini bildirmişdir. O da həmin çantanı əldə etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən 1 ədəd Redmi Note 9 markalı mobil telefon aşkar olunmuşdur. Aşkar olunmuş narkotik vasitələr heroin, tiryək, psixotrop maddə metamfetaminə oxşar kütlələr və dərman preparatları, 1(bir) ədəd Redmi Note 9 markalı mobil telefon şəxsi axtarış və götürmədə iştirak edən şəxslərin iştirakları qablaşdırılıb möhürlənmiş və götürülmüşdür. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 02 fevral 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspert təhqiqatından sonrakı qalıq - 5003,57 qram narkotik vasitə heroin, 2306,88 qram psixotrop maddə metamfetamin, 941,02 qram narkotik vasitə tiryək, 251,1 qram asetilə edilmiş narkotik vasitə tiryək, 1013 ədəd metadon həbləri, 6 ədəd və bir ədəd kapsula formasında tramadol, 30 kapsula pereqebalin, 29 plastik qabda tropikamid və bir ədəd qəhvəyi rəngli kağız paketdə 28,770 qram narkotik vasitə həşiş qətranı maddi sübut kimi nanınaraq Yardımlı rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 03 iyun 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi Note 9» markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Yardımlı rayon polis şöbəsinin saxlama kamerasına təhvil verilmişdir. İş materiallarında olan 03 iyun 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarı ilə “Mehdi” adlı İran İslam Respublikası vətəndaşı və digər şəxslər barəsində hazırki cinayət işinin materiallarından Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3, 240.3.2 və 318.2-ci maddələri ilə ayrı icraatda cinayət işi ayrılmışdır. Həmin tarixli qərarla şəxsi axtarış aparılmasını əks etdirən 1 ədəd CD disk və Azercell Telekom MMC-dən alınmış bir ədəd CD disk iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan 27 mart 2022-ci il tarixli protokolla X3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 29 mart 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 27 mart 2022-ci il tarixdən hesablanmmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. İş materiallarında olan Yardımlı rayon, X8 ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 iyun 2022-ci il tarixli yaşayış yeri və ailə tərkibi haqqında arayışdan və xasiyyətnamədən görünür ki, Şirbəyli X2 rayon, Zevin kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi 2002-ci il təvəllüdlü arvadı Zəhra Mirzəli və himayəsində olan 2022-ci il təvəllüdlü oğlu Röyal Şirbəylidən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Səfərbərlik və hərbi Xidmətə Çığırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon bölməsinin 02 iyun 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci qismən səfərbərlik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən Dövlət Sərhəd Xidmətinə təlimlərə cəlb edilmişdir. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin külli miqdarda narkotik vasitəni, psixotrop maddə və güclü təsir edən maddələri əldə edib, özündə saxlamaqla daşımasına görə pul qazanmaq niyyətində olması, həmin maddələri məhz əvəzli olaraq yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə tövsif edilmişdir. Habelə məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirakı təsdiq olunduğundan məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun qeyd olunan əməli CM-nin 32-ci maddəsinə istinad edilmədən həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif olunmadan bu Məcəllənin 32.5, 206.3.2-ci maddəsi ilə düzgün tövsif olunmamışdır. Bu səbəbdən onun bu əməli Azərbaycan Respublikası CM-nin 32-ci maddəsinə istinad olunmaqla həmin Məcəllənin 206.2-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs və “Mehdi” adlı şəxs əvvəlcədən razılaşmışlar ki, sonuncunun İrandan qaçaqmalçılıq yolu ilə keçirəcəyi narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri Təqsirləndirilən şəxs qəbul edib Azərbaycan Respublikasında həmin maddələrin saxlama, daşıma, satma, bir sözlə realizə olunmasını təmin edəcəkdir. Həmin razılaşmadan sonra “Mehdi” adlı şəxs məlum olmayan mənbədən qanunsuz olaraq əldə etdiyi sözü gedən qanunsuz maddələri İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsini təmin edərək qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin yerdən bu maddələri satış məqsədi ilə əldə edib, üzərində daşımaqla saxlamışdır. Məhkəmə hesab edir ki, iş üzrə müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (“Mehdi” adlı şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişdir. Həmçinin Təqsirləndirilən şəxs qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitə və psixotrop maddənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah edilir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2-ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslanmaqla nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Hazırki iş üzrə müəyyən edilmişdir ki, şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı tərəfindən sözü gedən qanunsuz maddələri qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycan Respublikasına keçirilməsi təmin edilib bu maddələrin qoyulduğu yer barədə məlumat verdikdən sonra Təqsirləndirilən şəxs həmin maddələri əldə etmiş, yəni göstərilən halda qaçaqmalçılıq yalnız bir nəfər şəxs tərəfindən icra etmişdir. Eyni zamanda müəyyən edilmiş hallara əsasən Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi maddələrin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin satış məqsədi ilə əldə edilməsi üçün şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı tərəfindən həmin maddələrin qaçaqmalçılıq yolu ilə keçiriləcəyini əvvəlcədən bilmiş, həmçinin bu maddələrin İrandan qaçaqmalçılıq yolu ilə keçirildikdən sonra əldə edib, realizə olunmasını təmin edəcəyinə vəd verərək qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişdir. Azərbaycan Respublikası CM-in 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan “Mehdi” adlı İran vətəndaşı tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş külli miqdarda narkotik vasitə, psixotrop və güclü təsir edən maddələri əldə edib, saxlama, daşıma və satışına əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-in 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-in 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. CM-in cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən CM-in 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında və icraçı kimi deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiyindən onun hərəkətləri Azərbaycan Respublikası CM-in 32-ci maddəsinə istinad edilməklə CM-nin 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 32.5,206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə və psixotrop maddələr “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü azyaşlı ovldının olmasını, həmçinin İkinci Qarabağ müharibəsi zamanı təlimlərə cəlb edilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq - Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 5003,57 qram narkotik vasitə heroin, 2306,88 qram psixotrop maddə metamfetamin, 941,02 qram narkotik vasitə tiryək, 251,1 qram asetilə edilmiş narkotik vasitə tiryək, 1013 ədəd metadon həbləri, 6 ədəd və bir ədəd kapsula formasında tramadol, 30 kapsula pereqebalin, 29 plastik qabda tropikamid və bir ədəd qəhvəyi rəngli kağız paketdə 28,770 qram narkotik vasitə həşiş qətranı məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi Note 9» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 1 (bir) ədəd CD və Azercell Telekom MMC-dən alınmış bir ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalıdır. İş üzrə 202 (iki yüz iki) manat məbləğində ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməsini, cəzasının çəkilmə müddətinin əvvəlinin 27 mart 2022ci il tarixdən başlanılmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5, 206.2-ci maddəsi ilə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-in 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 11 (on bir) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 mart 2022-ci ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə 202 (iki yüz iki) manat məbləğində ekspertiza Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış - Yardımlı Rayon Polis Şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 5003,57 qram narkotik vasitə heroin, 2306,88 qram psixotrop maddə metamfetamin, 941,02 qram narkotik vasitə tiryək, 251,1 qram asetilə edilmiş narkotik vasitə tiryək, 1013 ədəd metadon həbləri, 6 ədəd və bir ədəd kapsula formasında tramadol, 30 kapsula pereqebalin, 29 plastik qabda tropikamid və bir ədəd qəhvəyi rəngli kağız paketdə 28,770 qram narkotik vasitə həşiş qətranı məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs məxsus bir ədəd «Redmi Note 9» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış keçirilən zaman qeydə alınmış videogörüntüləri əks etdirən 1 (bir) ədəd CD və Azercell Telekom MMC-dən alınmış 1 (bir) ədəd CD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəs ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-429/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-429/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver