Məhkəmə qərarları › İş №1(099)-429/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-429/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-429/2024 23.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X16, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1978-ci ildə Tərtər rayonu Qapanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Tərtər şəhəri Rasul Rza küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə; xx xxxxxx 1990-cı ildə Göygöl rayonunu Qarayeri qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, evli, fərdi əməklə məşğul olan, Samux rayonunun Qarayeri qəsəbəsində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələr ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: X3 İslam Respublikaksında olan tanışları ilə külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması və daşınaraq İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilməsi barədə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlanəsinə girmiş, sonra isə tanışı X14 da ona öz istifadəsi üçün 100 qram narkotik vasitə qurudulmuş marixuana verəcəyini vəd etməklə cinayətkar qrupa cəlb etmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hər ikisi külli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə olunması, saxlanması, daşınması və qaçaqmalçılıq yolu ilə keçirilməsi məqsədi ilə 24 may 2023-cü il tarixdə saat 03 radələrində birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət buraxılış məntəqələrindən kənarda, Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Füzuli rayonunun Fin qəsəbəsi ərazisində yerləşən 19-cu sərhəd zastavasının 28-ci sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz olaraq keçmiş, İran İslam Respublikasında cinayətkar qrupun üzvləri ilə görüşmüş, həmin şəxslərdən külli miqdarda-9387 qram qurudulmuş marixuananı və 25,540 qram tiryəki birgə əldə etmiş, özləri ilə daşıyaraq 29 may 2023-cü il tarixdə saat 03:50 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini təkrarən nəzarət buraxılış məntəqələrindən kənarda Dövlət Sərhəd Xidmətinin «N» saylı hərbi hissəsinin Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən 21-ci sərhəd zastavasının 1-ci sahəsinin xidməti sahəsindən İran İslam Respublikasından Azərbaycan Respublikasına qanunsuz olaraq keçməklə narkotik vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, yəni qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirdikdən sonra hər ikisi Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları tərəfindən saxlanılmış və qeyd olunan miqdarda narkotik vasitələr onlarda aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən X9 ona Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, onun anası iranlıdır, İranda qohumları yaşayır. Mobil telefon vasitə ilə İrandaki qohumları ilə danışıb öz istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana istəmişdir. Bakı şəhərində 4-cü mikrorayon dairəsi ərazisində yerləşən «Qızıl Tac» şadlıq sarayının yaxınlığında maşınyuma sexində yuyucu işləmişdir. Ramiz İbrahimovla hadisədən beş-altı gün əvvəl maşınyuma yerində tanış olmuşdur. Ramiz və o hər ikisi narkotik vasitədən istifadə etmişlər. İran İslam Respublikasında yaşayan qohumları ona öz istifadəsi üçün az miqdarda, 500 qram narkotik vasitə olan qurudulmuş marixuana göndərilməli olmuşlar. Həmin miqdarda narkotik vasitəni götürmək üçün getməli olmuşdur. Narkotik vasitəni Füzuli rayonu ərazisində İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhəd xəttinin Azərbaycan Respublikası tərəfindən götürməli olmuşdur. O, Ramiz İbrahimova təklif etmişdir ki, onunla birlikdə narkotik vasitəni götürmək üçün getsin, narkotik vasitədən istifadəsi üçün ona da verəcəkdir. Ramiz də narkotik vasitə istifadəçisi olduğundan onunla razılaşmışdır. O, Ramizlə 23 may 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhərində «Statistika dairəsi»-nin yaxınlığında görüşmüşdürlər. Həmin gün Füzuli rayonu istiqamətində yola düşmüşlər. 24 may 2023-cü il tarixdə gecə saat 01-02 radələrində Füzuli rayonu ərazisinə çatmışlar. İranlının Ramizin telefonuna atdığı konum üzrə hərəkət etməklə narkotik vasitənin qoyulmalı olduğu yerə çatmışlar. Ancaq sərhəd xəttinin yanında narkotik vasitə olmamışdır. O, iranlı ilə əlaqə saxlamışdır. İranlı demişdir ki, narkotik vasitəni əldə edib Azərbaycan tərəfə keçirə bilməmişlər. Ona görə də İran tərəfə keçmək lazımdır. Ramiz və o Araz çayını İran tərəfə keçmişlər. İki nəfər iranlı onların çaydan keçmələrinə köməklik göstərmişlər. Sonra onların avtomobili ilə Parsabad rayonuna onların evlərinə getmişlər. Onlar 28 may 2023-cü il tarixə kimi həmin evdə qalıb gözləmişlər. Həmin gün iranlılar demişlər ki, narkotik hazırdır. İranlılar onları həmin gün saat 22-23 radələrində İran-Azərbaycan sərhədinə gətirmişlər. Meşəlik ərazi ilə xeyli getmiş və sərhədə çatmışlar. İranlılar içərisində narkotik vasitə olan torbanı onlara vermişlər. Eyni zamanda Ramizə telefon da vermişlər. Onlar iranlıların göstərdiyi dayaz yerdən Araz çayını Azərbaycan tərəfə 29 may 2023-cü il tarixdə gecə saat 02-03 radələrində keçmişlər. Yollarına dvam etmiş, xeyli yol getmişlər. Saat 03-04 radələrində Azərbaycan Sərhədçiləri onlara dayanmaq komandası vermiş və onları saxlamışlar. Bağlamaya orada baxmışlar, içərisində narkotik vasitə olduğunu görmüşlər. Sonra onları bağlama ilə birlikdə hərbi hissəyə aparmışlar. Orada hal şahidləri çağırmışlar. Onların iştirakları ilə bağlamaya baxış kesirmişlər. Bağlamada narkotik vasitələr aşkar olunaraq götürülmüşdür. Narkotik vasitənin külli miqdarda olmasını bilsə idi getməzdi. Lakin təqsirləndirilən şəxs Kamil Tanrıverdiyev ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, onu və Ramiz İbrahimovu tanışları Anar narkotik vasitəni İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı sərhəd çəpərinin Azərbaycan Respublikası tərəfindən götürüb Bakı şəhərinə gətirmək üçün göndərmişdir. 2023-cü ilin may ayının 24-də Anar onları öz idarə etdiyi avtomaşınla Füzuli rayonu istiqamətində İran İslam Respublikası ilə Azərbaycan Respaublikası dövlət sərhəd çəpərinin yaxınlığına aparıb orada vtomobildən düşürmüşdür. Onlar İran tərəfdən göndərilmiş konum üzrə getmiş, ünvana çatmışlar, lakin orada narkotik vasitə olmamışdır. İranlı ilə telefon əlaqəsi saxladıqda iranlı narkotiki Azərbaycan Respublikasına keçirə bilmədiyini demişdir. İranlıların təklifi ilə Araz çayından İran İslam Respublikasına keçmişlər. Onları iranlılar qarşılamış və Parsabad rayonuna, evlərinə aparmışlar. 2023-cü ilin may ayının 28-dək həmin ünvanda qalmışlar. Mayın 28də günorta saatlarında iranlılar onları evdən götürmüş və demişlər ki, narkotik vasitələr artıq avtomobildədir və onlar bu gecə Azərbaycan Respublikasına qayıdacaqlar. Onlar Anara bu barədə məlumat vermiş, sonuncu isə onları Azərbaycan Respublikası tərəfdə qarşılayacağını bildirmişdir. 28 may 2023-cü il tarixdə gecə saat 22-23 radələrində həmin iranlılar avtomobillə onları İran İslam Respublikası - Azərbaycan Respublikası sərhədinə gətirmişlər. Avtomobildən düşdükdən sonra onlar meşəlik əraziyə daxil olmuş və bir qədər getdikdən sonra həmin şəxslər əvvəlcədən qoyulmuş, içərisində narkotik vasitələr olan 1 ədəd çantanı onlara vermişlər. Eyni zamanda həmin şəxslər Anara mobil telefon da vermişlər. Onlar çantanı açmamış, lakin onun içərisində narkotik vasitə olduğunu bilmişlər. 29 may 2023-cü il tarixdə saat 02-03 radələrində çayı keçəndən sonra çantanı növbəli şəkildə aparmaqla yollarına davam etmişlər. Saat 03-04 radələrinə qədər yol qət etdikdən sonra sərhədçilər onları saxlamışlar. Daşıdıqları çantada olan narkotik vasitələr aşkar olunub götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə istifadəçisidir. Tanrıverdiyev Kamil ilə işlədiyi maşınyuma sexində tanış olmuşlar. Kamil də narkotik vasitə istifadəçisidir. Hər ikisi bir-birlərinin narkotik vasitə istifadəçisi olduqlarını bilmişlər. 2023-cü ilin may ayının 21-22-də Kamil ona zəng etmiş və görüşmüşlər. Kamil ona demişdir ki, İranda yaşayan qohumları ona çəkmək üçün 500 qram qurudulmuş marixuana göndərəcəklər, birlikdə gedib həmin maruxananı götürsünlər, qurudulmuş marixuananın 100 qramını ona verəcəkdir. O, Kamilin təklifi ilə razılaşmışdır. Narkotik vasitə İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında sərhəd çəpərinin Azərbaycan tərəfində qoyulmalı olmuşdur. 2023-cü il may ayının 23-də saat 21 radələrində o və Kamil Bakı şəhərində «Statistika dairəsi» nin yaxınlığındakı çayxanada görüşmüş, sonra Füzuli rayonu istiqamətində yola düşmüşlər. 24 may 2024-cü il tarixdə saat 01-02 radələrində onlar Füzuli rayonu ərazisinə çatmışlar. İranlı onun telefonuna konum atmışdır. Onlar konum üzrə hərəkət edərək istiqaməti müəyyən etmişlər. Sonra o və Kamil avtomaşından düşmüş, piyada konum üzrə hərəkət etməklə sərhəd çəpərinin Azərbaycan tərəfindən narkotik vasitəni götürməli olduqları yerə getmişlər. Lakin sərhəd çəpərinin Azərbaycan tərəfindən narkotik vasitə olmamışdır. Kamil iranlı ilə telefonla əlaqə saxlamış, iranlı narkotikin hazır olmadığını, ona görə də Azərbaycan tərəfə keçirə bilmədiklərini demişdir. Onların sərhəddə gözləmələri təhlükəli olduğundan iranlılar onlara Araz çayını İran tərəfə keçmələrini, onları qarşılayacaqlarını demişlər. Sonra Kamil ilə o, Araz çayını İran tərəfə keçmişlər. Çayda su çox olmuş, həm də çay iti sürətlə axmışdır. Ona görə də onlar çayı keçəndə iki nəfər iarnlı çayın ortasına kimi gələrək onları qarşılamış və çaydan keçmələrinə köməklik göstərmişlər. O, özünə məxsus «İrhone 11» markalı mobil telefonu əlində yuxarı tutmuşdur ki, suya batmasın. Lakin çayın dərin yerində telefonu saxlaya bilməmiş, əlimdən çaya salmışdır. İranlılar onları çaydan keçirmişlər, bir qədər piyada getmişlər, sonra təpəlik sahənin arxasında dayanmış avtomaşına minməklə Parsabad şəhərinə onları qarşılayan şəxslərdən birinin evinə getmişlər. Həmin şəxslərin adları Elzamin və Məhəmməd olmuşdur. İranlılar onlara demişlər ki, evdə gözləsinlər, narkotik vasitə hazır olanda onlara bu barədə bildirəcəklər. 28 may 2023-cü il tarixdə iranlılar onlara demişlər ki, narkotik artıq hazırdır, həmin gecə Azərbaycana getməlidirlər. 28 may 2023-cü il tarixdə gecə saat 22-23 radələrində həmin iranlılar onları İran-Azərbaycan sərhədinə gətirmişlər. Onlar avtomaşından düşüb iranlılarla birlikdə meşəlik sahə ilə xeyli getdikdən sonra Araz çayının sahilinə çatmışlar. Orada iranlılar içərisində narkotik olan bir əldəd torbanı Kamilə vermişlər. O, torbanın içində hansı narkotik vasitələrin olmasını biləmişdir. Çünki iranlılar Kamilin qohumları olmuş, onunla razılaşmışlar. Bu dəfə iranlılar onları çayın dayaz hissəsinə gətirmişlər. Onlara demişlər ki, çayı həmin yerdən düz keçsinlər. Onlar da çayı 29 may 2023-cü il saat saat 02-03 radələrində keçmişlər. Onlar xeyli getmiş, qamışlıq əraziyə çatmışlar. Qamışlıq ərazidən çıxanda sərhədçilər onlara «Dayan» komandası vermişlər. Həmin vaxt saat 03-04 radələri olmuşdur. Sərhədçilər onları tutub torba ilə birlikdə hərbi hissəyə aparmışlar. Orada hal şahidlərinin iştirakları ilə torbaya baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuana aşkar olunmuşdur. Kamilin qohumları onlara narkotik vasitənin sərhəd xəttinin Azərbaycan tərəfində olacağını demişlər. X20 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, onu və və X15-Azərbaycan dövlət sərhədinin yaxınlığından narkotik vasitəni götürmək üçün tanışları Anar adlı şəxs göndərmişdir. 2023-cü ilin may ayının 24-də Anar adlı şəxs onlar avtomobili ilə gətirib Füzuli rayonu istiqamətində sərhəd xəttinin yaxınlığında aparmışdır. Onun telefonuna konum göndərilmiş və onlar həmin konum üzrə bir qədər getdikdən sonra Anar onlara demişdir ki, avtomobildən düşsünlər və konum üzrə gedib sərhəd çəpərinin Azərbaycan Respublikası tərəfində içərisində narkotik vasitələr olan bağlamanı götürsünlər. Onlar Anarın avtomobilindən düşüb konum üzrə getmişlər. Təxminən 5-6 kilometr yol qət etdikdən sonra konum üzrə ünvana çatmış və iranlı ilə əlaqə saxlamışlar. İranlı ilə telefon danışıqlarını Kamil aparmış, lakin telefon yalnız onda olmuşdur. Kamilin ümumiyyətlə telefonu olmamışdır. Kamil iranlıya demişdir ki, göndərilən ünvanda heç bir bağlama, narkotik vasitə yoxdur. İranlı isə bildirmişdir ki, narkotik vasitə hazır deyildir. Bu səbəbdən narkotik vasitəni Azərbaycan Respublikasına keçirə bilməmişdir. Orada dayanmaq və gözləmək isə onlar üçün təhlükəli olmuşdur. İranlı onlara demişdir ki, Araz çayından keçməklə qanunsuz yolla İran İslam Respublikasına keçsinlər və onları qarşılayacaqlar. Onlar bu barədə Anara məlumat vermişlər. Anar demişdir ki, əgər keçə biləcəklərsə keçsinlər, alınmayaqsa keçməsinlər. İranlıların köməkliyi ilə Araz çayını İran tərəfə keçmişlər. Çayı keçəndə əlində olan "İphone 11" markalı mobil telefonu suya düşmüşdür. İranlılar onları qarşılayıb bir evə aparmışlar. Həmin şəxslər narkotik vasitənin hazır olmadığını, hazır olan kimi onlara xəbər edəcəklərini demişlər. Onlar may ayının 28-dək həmin evdə qalmışlar. İranlılar narkotik vasitələri hazırladıqdan sonra 28 may 2023-cü il tarixdə saat 22-23 radələrində onları avtomobillə İran İslam Respublikası - Azərbaycan Respublikası sərhədinə aparmışlar. Avtomobildən düşdükdən sonra onlar meşəlik əraziyə daxil olmuş və bir qədər getdikdən sonra iranlılar əvvəlcədən qoyulmuş, içərisində narkotik vasitələr olan 1 ədəd çantanı onlara vermişlər. Eyni zamanda həmin şəxslər ona mobil telefon da vermişlər. Onlar çantanı açmamışlar, lakin çantanın içərisində narkotik vasitə olduğunu bilmişlər. Onlar 29 may 2023-cü il tarixdə saat 02-03 radələrində Araz çayının nisbətən dayaz yerindən Azərbaycan tərəfə keçmişlər. Onları Anar adlı şəxs qarşılamalı olmuşlar. Onlar 1 ədəd çantada olan narkotik vasitəni növbə ilə daşımaqla yollarını davam etmiş, lakin saat 03-04 radələrində sərhədçilər tərəfindən saxlanılmışlar. Çantada olan narkotik vasitə götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyevin və Ramiz İbrahimovun cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət sübuta yetirilmişdir. Belə ki məhkəmə istintaqında şahid kimi dindirilən, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissənin texniki qrup komandiri vəzifəsində xidmət edən Şahid1 göstərdi ki, 28 may 2023-cü il tarixdə saat 22:30-dan 29 may 2023-cü il tarixə saat 04:30dək hərbi qulluqçusu əsgər Şahid2 ilə birlikdə sərhəd zastavasının 1-2-ci sahələrinə sərhəd gözətçi naryadında xidmətə təyin edilmişlər. Qeyd olunan ərazi Beyləqan rayonunun 1-ci Şahsevən kəndinin ərazisində yerləşir. Xidmət zamanı 29 may 2023-cü il tarixdə saat 03:50 radələrində 1-ci sahədə ayaq səsləri eşitmiş və dərhal gizlənməklə müşahidə aparmışdır. Bu zaman qeyd olunan ərazidə 2 nəfərin hərəkət etməsini görüb onlara "Dayan!" komandası vermişdir. Həmin şəxsləri saxlamışlar. Həmin şəxslərdən birinin çiynində 1 ədəd çanta olmuşdur. Həmin şəxslər özlərini Azərbaycan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və X2 təqdim edərək, 24 may 2023-cü il tarixdə Bakı şəhərindən Füzuli rayonunun Fin qəsəbəsinə gələrək hərbi hissənin 19-cu sərhəd zastavasının ərazisindən keçməklə qanunsuz yolla İran İslam Respublikasına getdiklərini, 29 may 2023-cü il tarixdə saat 03:50 radələrində İran İslam Respublikasından qanunsuz yolla keçərək Azərbaycan Respublikasına gəldiklərini, İran İslam Respublikasına getməkdə məqsədlərinin narkotik vasitə əldə edib Azərbaycan Respublikasına gətirmək olduğunu, həmin vaxt onlardan aşkar olunan çantanın içərisində narkotik vasitələr olduğunu bildirmişlər. X10muşdur. Sonra əraziyə sərhəd zastavasının və hərbi hissənin digər hərbi qulluqçuları gəlmişlər. Kamil Tanrıverdiyevi və Ramiz İbrahimovu çanta ilə birlikdə zastavaya aparmışlar. Zastavada çantaya onların özlərinin və hal şahidlərinin iştirakları baxış keçirilərkən bir ədəd böyük bükümdə narkotik vasitə qurudulmuş marixuanaya və kiçik bükümdə narkotik vasitə tiryəkəbənzər maddələr aşkar olumuşdur. Həmin maddələr qablaşdırılıb götürülmüş və bu bardə protokol tərtib edilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunları «N» saylı hərbi hissənin 19-cu sərhəd zastavasının rəisi vəzifəsində xidmət edən Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsüsatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən X17 göstərdi ki, Bakı şəhərində yaşamaqla 2020-ci ildən etibarən fərdi qaydada taksi sürücüsü kimi fəaliyyət göstərir. «Taksi Park» şirkətinə məxsus, «Toyuta Prius» markalı, Az **-FZ-*** qeydiyyat nişanlı avtomobili idarə edir. Təqsirləndirilən şəxs1 və X7 tanıyır. Ramiz və Kamil ilə 23 may 2023-cü il tarixdə Bakı şəhərində "Statistika dairəsi"nin yaxınlığında yerləşən kafedə görüşəndə onlar ona demişlər ki, onları 100 manat pul müqabilində Füzuli rayonuna aparsın. O isə razılaşmışdır. Həmin gün axşam saatlarında Kamil və Ramizlə birlikdə idarə etdiyi avtomaşınla Bakı şəhərindən Füzuli rayonu istiqamətində yola düşmüşlər. Həmin gün gecə saat 23 radələrində Füzuli rayonuna çatmışlar. O, Ramiz və Kamili orada düşürüb Bakı şəhərinə qayıtmışdır. Təqsirləndirilən şəxs1 və Kamil Tanrıverdiyevlə Bakı şəhərində görüən zaman və yolda olarkən onlar ona Füzuli rayonuna hansı məqsədlə getdiklərini deməmişlər. O da onlardan bu barədə soruşmamışdır. Onlar ona Füzuli rayonunda işlərinin olmasını demişlər. Onlar yolda olduqları müddətdə Ramiz və Kamil telefonla kiminləsə danışmışlar. Telefonla əsasən Kamil Tanrıverdiyev danışmış, kiməsə "gəlirik, yoldayıq" sözlərini demişdir. Lakin onların konkret olaraq kimnlə, nə məzmunlu danışmalarını bilmədir. Onun narkotik vasitələrə heç bir aidiyyəti olmamışdır. Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 həbs olunmalarını isə sonradan çayxanada olan zaman eşitmişdir. Kamil və Ramizin güya narkotik vasitə götürməyə onun tərəfindən göndərilmələri barədə ifadələri yalandır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 göstərdi ki, 29 may 2023-cü il tarixdə saat 03-04 radələrində onu və Şahid6 Dövlət Səshər Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 21-ci sərhəd zastavasının inzibati binasına hal şahidi kimi dəvət etmişlər. Onlara bildirilmişdir ki, Azərbaycan Respublikası vətəndaşları qanunsuz yolla Azərbaycan Respublikasından İran İslam Respublikasına getmişlər, orada əldə etdikləri narkotik vasitələri İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə keçirərək Azərbaycan Respublikasına gətirmişlər və həmin şəxslər sərhəd naryadı tərəfindən saxlanılmışlar. Onların iştirakları ilə hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 və X1 yeri göstərmişlər. Həmin yer Beyləqan rayonunun 1-ci Şahsevən kəndi ərazisində yerləşən 21-ci sərhəd zastavasının xidməti ərazisi olmuşdur. Hadisə yerinə baxış zamanı hər hansı əhəmiyyətli digər əşya, predmet və ya iz aşkar edilməmişdir. Onların iştirakları ilə bağlamanın içərisinə baxılan zaman bükümlərdə narkotik vasitələr oxşar maddələr aşkar olunmuşdur. Hərbiçilər həmin maddələrin qurudulmuş marixuana və tiryəkə oxşadığını bildirmişlər. Ramiz və kamil bağlamada olan narkotik maddələrin onlara aid olmasını etiraf etmişlər. Həmin maddələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə Kamil Tarverdiyev və Təqsirləndirilən şəxs1 iştirakları ilə protokol tərtib olunmuşdur. O, protokola hal şahidi kimi imza etmişdir. 29 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış aparılan yer Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 21-i sərhəd zastavasının 1-ci sahəsinin hüdududur. Hadisə yeri Beyləqan rayonu 1-ci Şahsevən kəndinin ərazisində yerləşmiş, həmin yer 57/2 nömrəli sərhəd nişanından 600 metr solda, dövlət sərhəd xəttindən 1000 metr aralıda, mühəndis çəpərindən 20 metr içəridə yerləşən sıx qamışlıq və kolluq ərazi olmuşdur. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 və X1 yeri göstərmiş və bildirmişlər ki, həmin yerə İran İslam Respublikasından qanunsuz yolla keçərək gəlmişlər. X4 1 ədəd bağlama aşkar edilmiş, Təqsirləndirilən şəxs1 və X9 həmin bağlamanın onlara məxsus olduğunu, onun içərisində narkotik vasitələr olduğunu və həmin bağlamanı İran İslam Respublikasından keçirərək qanunsuz yolla Azərbaycan Respublikasına gətirdiklərini, İran İslam Respublikasına da 24 may 2023-cü il tarixdə qanunsuz yolla getdiklərini bildirmişlər. Baxış zamanı saxlanılan şəxslərdən aşkar edilmiş 1 ədəd bağlama baxış keçirilməsi üçün götürülmüşdür. 29 may 2023-cü il tarixli aşkar edilmiş bağlamaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 saxlanıldıqları zaman aşkar edilərək götürülmüş 1 ədəd bağlamada şəffaf yapışqan selafonla sarınmış halda 10 ədəd böyük büküm, 2 ədəd kiçik bükümdə ümumi təxmini çəkisi 9800 qram narkotik vasitə marixuanaya bənzər maddə, həmçinin təxmini çəkisi 28,200 qram tiryəkəbənzər maddə aşkar olunmuşdur. Bundan başqa, həmin bağlamadan 3 ədəd içərisində narkotik vasitə istifadə olunması ehtimal edilən predmetlər aşkar edilmişdir. Narkotik vasitələrə bənzər maddələr və 3 ədəd predmet müvafiq qaydada qablaşdırılmış və götürülmüşdür. 29 may 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının «N» saylı hərbi hissəsinin 4-cü sərhəd komendantlığının 19-cu sərhəd zastavasının 28-ci sahəsidir. Ərazi sıx qamışlıqdan ibarət olmuş, hadisə yeri Füzuli rayonunun Fin qəsəbəsi ərazisində yerləşmişdir. Müqabil tərəfdə İran İslam Respublikasının Aslandüz rayonu Xəlilkənd kəndi yerləşir, oraya qədər olan məsafə təxminən 3000-3500 metrdir. Hadisə yerindən istiqamətində Füzuli rayonunun Fin qəsəbəsi yerləşir, oraya qədər olan məsafə təxminən 1000-1500 metrdir. Baxış zamanı Azərbaycan Respublikası vətəndaşları Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 24 may 2023-cü il tarixdə saat 03 radələrində dövlət sərhədini qanunsuz olaraq İran İslam Respublikası istiqamətində keçdikləri ərazini göstərərək ətraflı təsvir etmişlər və bildirdilər ki, Azərbaycan Respublikasından İran İslam Respublikasına qanunsuz yolla getməkdə məqsədləri İrandan Azərbaycana narkotik vasitə gətirmək olmuşdur. Məhkəmə bioloji ekspertizasının 31 may 2023-cü il tarixli, 7/786 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 10 ədəd üzərləri skoçla bağlanmış sellofan bağlamalarda və 01 ədəd polietilen paketdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1020,5 qram, 799,0 qram, 987,7 qram, 786,3 qram, 930,1 qram, 975,5 qram, 949,2 qram, 1011,0 qram, 958,0 qram, 920 qram, 49,5 qram, ümumi çəkisi 9387 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Materialların məhkəmə ekspertizasının 30 may 2023-cü il tarixli, 6/3096 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş 1 ədəd yaşıl rəngli bel çantasında 1 ədəd sellofanın içərisində təmiz çəkisi 25,540 qram olan tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 2 ədəd borucuq və kolba formalı predmetlərin daxilində psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisi müəyyən etmək mümlükn deyildir. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-axtarış baş idarəsindən daxil olmuş məktubdan görünür ki, “Giriş-çıxış və qeydiyyat” İdarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi (İAMAS) üzrə Azərbaycan Respublikası vətəndaşları Təqsirləndirilən şəxs1 Kamil Tanrıverdiyevin 2023-cü ilin may ayı ərzində dövlət sərhədini rəsmi keçmələri qeydə alınmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 24 iyul 2023-cü il tarixli, 4692 nömrəli və 31 iyul 2023-cü il tarixli, 4860 nömrəli rəylərindən görünür ki, Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1da kannabinoidlərdən istifadə halları olmuş, lakin narkomaniyadan məcburi müalicəyə ehtiyacları yoxdur, ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmaları məsləhət görülür. "Respublika Narkoloji Mərkəzi" X19 arayışından görünür ki, Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 narkoloji xəstəliklə bağlı qeydiyyatda olmamışlar. Cinayət işinin başlanılmasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixlə qərardan görünür ki, Kamil Tanrıverdiyev 02 iyun 2023-cü il tarixdə Bakı İstintaq Təcridxanasına daxil olarkən bədən səthi üzərində xəsarətlər aşkar olunması ilə bağlı olaraq prokurorluq tərəfindən araşdırma aparılmış, X11 Sərhəd Xidmətinin hərbi qulluqçüları tərəfindən döyülməsi və ona qarşı hər hansı qanunsuz hərəkətlərin edilməsi təsdiq olunmadığından cinayət işinin başlanılması rədd edilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyev və Ramiz İbrahimov əvvəllər məhkum olunmamışlar. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Kamil Tanrıverdiyev subaydır. O, yaşayış yeri üzrə verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. İş materiallarında olan sənədlərdən görünür ki, Ramiz İbrahimov ailəlidir, himayəsində bir azyaşlı uşağı vardır. İbtidai istintaq zamanı 04 mart 2024-cü il tarixli qərarla Şahid7 barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən, yəni təqsirliliyi sübuta yetirilmədiyinə görə xitam verilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub bir qrupp şəxs halında cinayət əlaqəsinə girərək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuanı və 25,540 qraam narkotik vasitə tiryəki satış məqsədi ilə qanunusz olaraq əldə etmələri, saxlamaları, daşınmaqla qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına keçirilmələri, Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini bir qrup şəxs halında qanunsuz olaraq nəzarət-buraxılış məntəqəsindən kənarda təkrar keçmələri, əməllərində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirlilikləri tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 500 qram çəkidə qurudulmuş marixuananı götürmək məqsədi ilə getmələri, İran İslam Respublikası vətəndaşlarının onlara verdikləri kisədə daha çox miqdarda narkotik vasitələr qoyulmasından məlumatsız olmaları, narkotik vasitələri götürmək üçün Anar Cəfərovun tapşırığı ilə getmələri barədə ifadələrini özlərinin məsuliyyətlərini yüngülləşdirmək məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Kamil Tanrıverdiyevin və Təqsirləndirilən şəxs1 cinayət əməlləri CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələri ilə düzgün tövsif olunmuş və onlara həmin maddələr ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakterini və dərəcəsini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs Kamil Tanrıverdiyevin cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs1 himayəsinldə bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı halları müəyyən etmədi. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyevə və Təqsirləndirilən şəxs1 CM-nin 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 təyin edilən cəzanın fərdiləşdirərkən həmçinin onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının dərəcəsini və xarakterini nəzərə alır. Yəni məhkəmə narkotik vasitələrin əldə edilməsi və qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsinin bilavasitə Kamil Tanrıverdiyev tərəfindən təşkil olunmasını, bu barədə cinayətkar qrupun İran İslam Respublikasındakı üzvləri ilə danışıqların onun tərəfindən aparılmaqla razılıq əldə edilməsini, sonda isə özünə kömək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ona istifadəsi üçün qurudulmuş marixuana verəcəyini vəd etməklə cinayətkar qrupa cəlb etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Kamal Tanrıverdiyevə münasibətdə nisbətən aşağı həddə cəza təyin edilməlidir. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübut otağında saxlanılan 9386,45 qram qurudulmuş marixuana və 25,440 qram tiryək məhv edilməlidir. Ekspertiza xərci 152 manat təqsirləndirilən şəxslər Kamil Tanrıverdiyev və Təqsirləndirilən şəxs1 hər birindən 76 manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: X9 Azərbaycan Respublikası 206.3.2, 234.4.1, 234.4.3 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə X8 cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın. X5 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X9 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası 206.3.2, 234.4.1, 234.4.3 və 318.2ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinib ona CM-nin 206.3.2-ci maddəsi ilə 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 318.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 29 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin maddi sübut otağında saxlanılan 9386,45 qram qurudulmuş marixuana və 25,440 qram tiryək məhv edilsin. Ekspertiza xərci 152 (yüz əlli iki) manat təqsirləndirilən şəxslər X9 və Təqsirləndirilən şəxs1 hər birindən 76 (yetmiş altı) manat alınmaqla Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (X9 və Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar