Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-429/2025 10.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədli Ənnağı Əbdül oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, Katib katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5 və onların qanuni nümayəndəsi Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və sonuncunun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Beyləqan Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, zərərçəkmiş şəxslərin hüquqi varisləri X28, X22, Təqsirləndirilən şəxs və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, mütəxəssis-müəllim X40 iştirakları ilə, - xx xxxx 1995-ci ildə Tərtər şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, XXXX vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla, ünvan 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 28 dekabr 2024-cü il tarixdə, saat 08:38 radələrində idarə etdiyi, özünə məxsus, texniki cəhətdən saz vəziyyətdə olan “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci km-də İmişli rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin, 3-cü bəndinin tələblərini pozaraq, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobilin yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin etməli, hər hansı səbəbdən (yuxusuzluq, yorğunluq və sair) avtomobilin idarə olunmasında çətinliklər olduğu vəziyyətdə avtomobili idarə etməməli olduğu halda bunlara riayət etməyərək, sükan arxasında yatmış və buna görə də, yolun qarşı əks hərəkət zolağına çıxıb, bu zaman qarşı əks hərəkət zolağında Biləsuvar rayonu istiqamətində hərəkətdə olan Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində ehtiyyatsızlıqdan “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X35 “ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, baş beyin toxumasına qansızma, sağ bud və sol baldır sümüklərinin, burun sümüklərinin açıq sınığı, burun, sağ bud, sol baldır və xaya nahiyəsində, əzilmiş yara, alın, sağ və sol qaşüstü, alt çənə, döş qəfəsi, qarın, sol əl, sağ və baldır və sol baldır və sol diz oynağı nahiyəsində sıyrıqlar” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, X17 “alın sümüyünün sağ gicgah sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumaya, baş beynin sərt və yumşaq qişasına, qiş altına və baş beyin toxumnasına qansızma, sağ baldır sümüklərinin orta 1/3-də, sol baldır sümüklərinin yuxarı 1/3-də, sağ said sümüklərinin aşağı 1/3-də açıq, qəlpəli, yerini dəyişmiş sınıqlar, sağ bazu sümüyünün boynunda, sağ bud sümüyünün 1/3də, sol əlin 1-ci daraq sümüyündə yerini dəyişən qapalı sınıqlar, döş sümüyünün yuxarı 1/3-də, sağ və sol 4,5,6,7,8-ci qabırğalarda az yerini dəyişən qapalı sınıqlar, alın nahiyəsində sağda başın tüklü hissəsinə keçid yerində, sifətin sağ yarısında, sol saidin yuxarı 1/3-nin bayır sathində sıyrıqlar, sağ gözətrafı nahiyədə, alt çənə sümüyü proyeksiyasında solda, burun belində, sol əlin arxa səthində 1-4-cü daraq sümükləri proyeksiyasında qançırlar, sol əlin 2-ci barmağının, 2-ci falanqası proyeksiyasında, sol baldırın yuxarı 1/3-nin ön səthində, sol ayaq pəncəsinin üst səthində, sağ saidin aşağı 1/3nin ön səthində, sağ baldırın orta 1/3-nin ön səthində yaralar” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, X10 “ağır qapalı kəllə-beyin travması, baş beynin yumşaq qişasına qansızma, baş beynin toxumasının ağır dərəcəli əzilməsi, hər iki baldır sümüklərinin açıq qəlpəli sınığı, hər iki baldır nahiyəsində əzilmiş yara, başın sağ təpə nahiyəsində, hər iki gözyuvası ətrafında, burun nahiyəsində və sağ əlin arxa səthində qançır və sıyrıqlar” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs1 “ağır kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzilməsi, sağ alın, gicgah və almacıq sümüyünün yerini dəyişən sınığı, sol körpücük sümüyünün sınığı, sağ tərəfli təpə-alın-almacıq nahiyəsini əhatə edən əzilmiş yara, sağ tərəfli ovtolmopilegiya” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş beynin hər iki yarımkürəsinin alın və təpə paylarında subdural hiqroma, beyin kötüyünün əzilməsi, komatoz vəziyyət, beyin ödemi, sağ burun sümüyünün sınığı, sağ bud sümüyünün orta 1/3 hissəsinin qapalı, qəlpəli yerdəyişən sınığı” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X13 “qapalı kəllə beyin travması, beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, solda X-Xİ qabırğaların sınığı” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, X29 “ağır küt travması, dalağın zədələnməsi, sol bazu və sol bud nahiyəsində qançır, sol bayır topuq nahiyəsində əzilmiş yara və sol diz oyanğının ön səthində sıyrıq” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olduğu üçün sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə ölümünə səbəb olmuş, Zərərçəkmiş şəxs2 “alın və sol qaş nahiyəsində əzilmiş yara, alt çənə sümüyünün çox saylı sınıqları” ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, azyaşlı Zərərçəkmiş şəxs4 “baş beyin silkələnməsi və sağ said sümüklərinin qapalı sınığı” ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş az ağır zərərvurmaya aid xəsarətlər yetirmiş, azyaşlı Zərərçəkmiş şəxs5 “başın təpə nahiyəsində əzilmiş yara, baş beyin silkələnməsi və sağ said sümüklərinin qapalı sınığı” ilə nəticələnən dərəcəsinə görə həyat üçün təhlükəli olan az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərə az ağır və ağır zərər vurulmasına, iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuş və bununla da avtomobili idarə edərkən ehtiyyatsızlıqdan zərərçəkmiş şəxslərə az ağır və ağır zərər vurulmasına, iki və daha çox şəxsin ölümünə səbəb olan yol hərəkəti qaydalarını pozmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən XXXX vəzifəsində işləyir (mülki işçi). İdarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil arvadı Zərərçəkmiş şəxs2 məxsusdur. Həmin avtomobili etibarnamə əsasında ABC dərəcəli sürücülük vəsiqəsi ilə idarə etmişdir. 28 dekabr 2024-cü il tarixdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində baldızının toy şənliyinə getmək üçün arvadı Zərərçəkmiş şəxs2, oğlu Zərərçəkmiş şəxs4, qızı Zərərçəkmiş şəxs5, qaynatası X23 və qaynanası X41 ilə birlikdə 28 dekabr 2024-cü il tarixdə, saat 07 radələrində Bakı şəhərindən yola çıxmışlar. “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, qaynX59 avtomobildə ön sağ oturacaqda, ondan arxada qaynatası X55, arvadı Gözəl, onların arasında isə uşaqları əyləşmişlər. İlk dəfə idi ki, Cəbrayıla gedirdi və buna görə də, yolu tanımamışdır. Biləsuvar rayonu ərazisindən saat 08:30 radələrində İmişli rayonu istiqamətində təxminən 80-90 km/saat sürətlə avtomobili idarə etmiş, bu vaxt avtomobildə olan sərnişinlər hamısı yatmışlar və o özü də yuxuya getmişdir. Bu anda qarşıdan gələn avtomobil uzaq məsafə işıqlarını yandırmış, o, ayılmış və anidən toqquşma baş vermişdir. Nəticədə özü, arvadı Gözəl, qaynatası Tofiq, oğlu Hüseyn və qızı Məlahət xəsarət almışlar, qaynanası Şöhlət isə aldığı xəsarətlərdən hadisə yerində rəhmətə getmişdir. Hadisədən sonra “Vaz-21074” markalı avtomibildə olan sərnişinlərdən də bir neçəsinin öldüyünü və xəsarət aldığını görmüşdür. Daha sonra onu xəstəxanaya aparmışlar. Hadisənin necə baş verdiyini tam xatırlamamışdır, ona görə də, yol nəqliyyat hadisəsinin hansı hərəkət zolağında baş verməsi barədə heç bir fikri yoxdur. Hadisə gündüz vaxtı baş vermiş, yol örtüyü asfalt olmuş, yer də quru imiş. İdarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin əyləc sistemində heç bir nasazlıq olmamış, normal işləmişdir. Hadisəni əvvəlcədən görmədiyi üçün hadisə vaxtı əyləcdən istifadə etməsini xatırlamamışdır. Hadisə baş verməmişdən əvvəl “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobili gördüyü ümumiyyətlə yadında deyildir, sadəcə gözünə qarşıdan gələn avtomobilin uzaq işıqları düşmüş və həmin anda da toqquşma baş vermişdir. Hadisədən əvvəl idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı idarə etdiyi avtomaşında yük olmamışdır. Hadisədən əvvəl spirtli içki qəbul etməmiş, hadisə vaxtı xəsarət almış, bununla bağlı ilkin olaraq Cəbrayıl şəhərciyində, daha sonra isə Sumqayıt şəhərində müalicə almışdır. Hadisə 28 dekabr 2024-cü il tarixdə saat 08:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci km-də baş vermişdir. Hadisə vaxtı onu ani olaraq yuxu aparmış, ona görə də qarşı hərəkət zolağına çıxmış və nəticədə ehtiyatsızlıqdan yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə vaxtı ətrafa xeyli sayda adam toplaşmış, həmin vaxtı həyəcanlı olduğu üçün oradakı şəxsləri tanımamışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, iki-üç ildir ki, avtomobil idarə edir, ilk dəfə idi ki, uzun yola çıxmışdır. Hadisə baş verən gün yuxudan durub yola çıxmış, avtomobilin sobasını yandırmamışdır. Əvvəllər qəza törətməmişdir. Hadisənin qarşısını almaq üçün texniki imkanı olmamışdır, olsaydı, qarşısını alardı. Əməlindən peşmandır, zərərçəkmiş şəxslərə vurulmuş ziyanı (yas mərasimi, müalicə üçün xəstəxana xərclərinin qarşılanması, maddi tərəfdən ödəniş edilməsi) ödəmişdir. Digər sürücü Zərərçəkmiş şəxs3 əvvələr tanımamışdır və barəsində olan cinayət işindən də xəbəri yoxdur. Təqsirləndirilən şəxs son sözündə baş vermiş yol-nəqliyyat hadisəsində özünün qayınatası və qayınanası da daxil olmaqla yaxın qohumlarını itirdiyini, baldızının toyunu yasa çevirdiyi üçün qohum-əqrəba arasına çıxa bilmədiyini, qarşı tərəfdən də rəhmətə gedənlərin olduğunu, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, əməlindən səmimi peşimançılığını, zərərçəkmişlərə dəymiş ziyanı həm onların müalicə olunmaları, həm dəfn xərcləri ilə bağlı ödəməsini, bununla əlaqədar borca düşdüyünü, işləyib qaytarmalı olduğunu, bundan başqa himayəsində iki azyaşlı uşağının, məlum hadisə nəticəsində xəsarət almış, bundan başqa onkoloji xəstəlikdən əziyyət çəkən arvadının da onun himayəsində olduqlarını, ailənin yeganə gəlir gətirən fərdi olmasını bildirərək, qeyd etdiklərinin nəzərə alınmaqla yekun qərarda işləməsinə şərait yaradılması üçün azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cinayət prosesi tərəflərinin (təqsirləndirilən şəxsin etirafedici, zərərçəkmiş şəxslər və zərərçəkmiş şəxslərin hüquqi varislərinin) ifadələrini dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, aralarında heç bir ədavət və ya düşmənçilikləri yoxdur. Təqsirləndirilən şəxs ilə 2011-ci ildə ailə qurmuşlar və birgə nikahdan iki azyaşlı övladları var. Xəyyamın idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur və ərinə həmin avtomobili idarə etməsi üçün etibarnamə vermişdir. 28 dekabr 2024-cü il tarixdə, saat 07 radələrində Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində təşkil olunmuş kiçik bacısının toy şənliyinə getmək üçün əri Xəyyam, iki uşağı, atası X23 və anası X41 ilə birlikdə Bakı şəhərindən yola çıxmışlar. X59 avtomobildə ön sağ oturacaqda, onun arxasında atası X55, Xəyyamın arxasında o və yanında uşaqları əyləşmişlər. Biləsuvar rayonu ərazisindən saat 08:30 radələrində İmişli rayonu istiqamətində Xəyyam avtomobili təxminən 80-90 km/saat sürətlə idarə etmişdir. Xəyyamdan başqa avtomobildə olan sərnişinlər hamısı yatmışlar və həmin anda hadisə baş vermişdir. Toqquşmadan sonra huşunu itirmiş, özünə gələndə xəstəxanada olduğunu görmüşdür. Daha sonra həmin avtoqəza zamanı əri Xəyyamın, oğlu Hüseynin və qızı Məlahətin xəsarət aldıqlarını, anasının aldığı xəsarətlərdən hadisə yerində vəfat etməsini bilmiş, atası isə 06 yanvar 2025-ci il tarixdə Salyan rayon xəstəxanasında vəfat etmişdir. Hadisə vaxtı avtomobildə yatdığı üçün hadisənin necə baş verdiyini görməmiş və heç bir məlumatı olmamışdır. Sonradan hadisə barədə danışılmış və nəticədə baş verənləri bilmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, yolboyu avtomobilin yoldan çıxaraq hər hansı istiqamətə hərəkət etməsinin şahidi olmamışdır. Təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayət və ya tələbi yoxdur və ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, 28 dekabr 2024-cü il tarixdə hadisədən əvvəl atası Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə yatmış, buna görə də baş vermiş hadisə vaxtı heç nə görməmişdir. Azyaşlı Zərərçəkmiş şəxs4 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının ona ünvanladıqları suallara cavab olaraq bildirmişdir ki, hal-hazırda səhhəti yaxşıdır, məlum hadisədən sonra onu və bacısını xəstəxanaya aparmışlar. Sonradan hadisənin anidən və ehiyatsızlıqdan baş verdiyini bilmişdir. Atasına qarşı hər hansı incikliyi yoxdur. Məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, 28 dekabr 2024-cü il tarixdə hadisədən əvvəl atası Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə toya gedirlərmiş. Həmin vaxt avtomobildə yatılı vəziyyətdə olduğundan hadisənin şahidi olmamışdır. Halhazırda sağlamlıq vəziyyəti yaxşıdır. Atası ilə anasını çox istəyir, atası ilə barışmışdır. Məhkəmədə nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə ilə əlaqədar tanımışdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Hazırda Beyləqan rayonunun Yuxarı Aran kəndində yaşayır. 28 dekabr 2024-cü il tarixdə, saat 08 radələrində yaşadığı evdən çıxıb Salyan rayonuna hüzür mərasiminə getmək üçün nənəsi X50, atası X53, bacısı Zərərçəkmiş şəxs1 və nənəsinin bacısı X52nı avtomobilə götürmüşdür. “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmiş, avtomobildə onun arxasında Məryəmxanım, ondan sağda nənəsi Səlmixanım, daha sonra isə bacısı Türkanə, ön sağ oturacaqda isə atası əyləşmişdir. Biləsuvar-Bəhrəmtəpə yolu ilə Biləsuvar istiqamətində avtomobili təxminən 70 km/saat sürətlə idarə etmiş, yolun solunda yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında olan zaman yeddi-səkkiz metr məsafədə qarşıdan gələn avtomobilin onun yolunda üstünə gəldiyini görmüşdür. Həmin avtomobil sürətli gəldiyi üçün anidən toqquşma baş vermiş, daha sonra isə huşunu itirdiyi üçün nə baş verdiyini xatırlamamışdır. Yol nəqliyyat hadisəsi onun hərəkət zolağında baş vermiş, hadisə gündüz vaxtı olmuş, yol örtüyü quru asfalt imiş. İdarə etdiyi avtomobilin əyləc sistemi işləmiş, hər hansı bir nasazlığı olmamışdır. Hadisə vaxtı qarşıdan gələn avtomobil anidən və sürətli gəldiyi üçün əyləcdən istifadə etməyə imkanı olmamış, toqquşmamaq üçün sükanı sola çəkmiş, lakin “Opel Astra” markalı avtomobilin sürücüsü ona çatanda sükanı onun üzərinə tərəf döndərmiş və toqquşma baş vermişdir. Hadisədən əvvəl idarə etdiyi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobili təxminən 70-80 km/saat sürətlə idarə etmiş, avtomobildə sərnişinlər olmuş, lakin yük olmamışdır. Məlum hadisədən iyirmi bir gün sonra ayılmış, atası, nənəsi və sonuncunun bacısının hadisə zamanı vəfat etdiklərini, bacısının isə xəsarət aldığını bilmişdir. Hadisədən əvvəl spirtli içki qəbul etməmişdir. Hadisə 28 dekabr 2024-cü il tarixdə, saat 08:30 radələrində Biləsuvar- Bəhrəmtəpə yolunun sol kənarında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısında “Opel Astra” markalı avtomobilin sürücüsünün onun yoluna çıxmasına görə baş vermişdir. Hadisədən əvvəl qarşıdan gələn avtomobilə işıqları yandırmağını xatırlamır. Zərərçəkmiş şəxs3 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bacısı Zərərçəkmiş şəxs1 əsasən baş və alın, özü isə ayaq və baş nahiyələrindən xəsarət almışdır, hal-hazırda vəziyyətləri normaldır. Təqsirləndirilən şəxs ilə barışmışdır. Belə ki, hadisə nəticəsində ona vurulmuş ziyan xəstəxana xərclərinə aid hissədə ödənilmişdir, ona görə də, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələbi yoxdur, onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, 28 dekabr 2024-cü il tarixdə nənəsi X32 rayonunda yaşayan bacısı oğlunun il dönümünə getmək üçün atası X53, sonuncunun xalası X52 və qardaşı Zərərçəkmiş şəxs3 ilə birlikdə atasına məxsus qardaşının idarə etdiyi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 08:10 radələrində yola çıxmışlar. Avtomobildə atası X53 ön sağ oturacaqda, sonuncunun arxasında o, yanında nənəsi Səlmixanım və Məryəmxanım əyləşmişlər. Salyan rayonuna getmək üçün Biləsuvar- Bəhrəmtəpə yolu ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olan zaman anidən hadisə baş vermişdir. Hadisədən sonra nə olduğunu xatırlamamış, özünə gələndə xəstəxanada olduğunu görmüşdür. Hadisə 28 dekabr 2024-cü il tarixdə, saat 08:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunda baş vermiş, lakin hadisənin necə və hansı şəraitdə baş verdiyini görməmişdir. Hadisə zamanı qardaşı Eşqin “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobili öz yolunda idarə etmiş, anidən toqquşma baş vermiş və başqa heç nə xatırlamamışdır. Hətta həmin vaxt hansı avtomobillə toqquşduqlarını belə görməmişdir, çünki hadisə anidən baş vermiş və zərbənin təsirindən huşunu itirmişdir. Ayılanda hadisə barədə yaxınları danışandan sonra məlumatlı olmuşdur. Hadisə nəticəsində avtomobildə olan atası, nənəsi və atasının xalası, həmçinin “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişinlər X54 və X55 aldıqları xəsarətlərdən həyatlarını itirmişlər. Baş vermiş yol nəqliyyat hadisəsi zamanı gözündən, başından və sol çiyin nahiyələrindən sınıq xəsarətləri almışdır. Zərərçəkmiş şəxs1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs məlum hadisə nəticəsində tanımış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. Hazırda ona vurulmuş ziyan ödənilmişdir, Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayəti, tələbi, mülki iddiası yoxdur və məhkəmədən onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxslər X23 və X24 hüquqi varisi X28 ifadəsində göstərmişdir ki, mərhum X55 və X54 onun doğma valideynləridir. Təqsirləndirilən şəxs bacısı Zərərçəkmiş şəxs2 əridir. Onların heç biri ilə aralarında ədavət və ya düşmənçiliyi olmamışdır. 28 dekabr 2024-cü il tarixdə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində kiçik bacısının toy şənliyi təşkil olunmuşdur. Həmin toy şənliyinə getmək üçün bacısının əri Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə Xəyyamın arvadı Zərərçəkmiş şəxs2, oğlu Zərərçəkmiş şəxs4, qızı Zərərçəkmiş şəxs5, qayınatası X55 və qayınX59 ilə birlikdə yola çıxmışlar. Həmin gün saat 08:30 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci km-də yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə bacısı, bacısının əri, oğlu və qızı, atası müxtəlif dərəcəli xəsarət almışlar, anası isə hadisə yerində vəfat etmişdir. Sonradan yəni, xx.xx.2025-ci il tarixdə atası da aldığı xəsarətlərdən Salyan Rayon Mərkəzi Xəstəxanasında rəhmətə getmişdir. Hadisə barədə ona danışılandan sonra bilmişdir. Zərərçəkmiş şəxslərin hüquqi varisi X28 təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və ya tələbinin olmamasını bildirmiş, məhkəmədən bacısının əri barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmədə mərhum zərərçəkmiş şəxs X30 hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi məlum hadisə ilə əlaqədar tanımışdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. Beyləqan rayonu, Yuxarı Aran kəndində ailə üzvləri ilə birlikdə yaşayır. X12 onun əridir. 28 dekabr 2024-cü il tarixdə qayınanası X52 rayonunda yaşayan bacısı oğlunun il dönümünə getmək üçün əri X53, qızı Zərərçəkmiş şəxs1, oğlu Zərərçəkmiş şəxs3 və ərinin xalası X52 ilə birlikdə ərinə məxsus oğlunun idarə etdiyi “Vaz- 21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 08:00 radələrində evdən çıxmışlar. Həmin gün saat 09 radələrində Biləsuvar-Bəhrəmtəpə yolunda oğlu Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobillə yuxarıda qeyd etdiyi qohumları avtoqəzaya düşmüşlər. Belə ki, Biləsuvar-Bəhrəmtəpə yolunda oğlunun idarə etdiyi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Baş vermiş avtoqəza nəticəsində əri, qayınanası və ərinin xalası aldıqları xəsarətlərdən ölmüşlər, qızı ilə oğlu isə ağır bədən xəsarətləri almışlar. Hadisə barədə heç bir məlumatı olmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X51 məhkəmə iclasında cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, hal-hazırda oğlu və qızı ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və ya tələbi yoxdur, onun barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə mərhum zərərçəkmiş X8 hüquqi varisi X42 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 330-cü maddələrinə əsasən, cinayət işinin materiallarında olan və ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, Beyləqan rayonunun Yuxarı Aran kəndində valideynlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. X36 onun doğma anasıdır. X26 xx.xx.2013-cü ildə xəstəlikdən vəfat etmişdir. Dörd bacısı vardır. Bacılarının üçü ailə qurduğu üçün onlarla yaşamır. Hazırda o, qeyd etdiyi ünvanda əqli çatışmazlığı olan bacısı və öz ailə üzvləri ilə birlikdə yaşayır. 28 dekabr 2024-cü il tarixdə anası X52 Salyan rayonunda olan bacısı oğlunun il dönümünə getmək üçün xalası X50, xalasının oğlu X53, xalasının nəvələri Türkanə və Zərərçəkmiş şəxs3 ilə birlikdə, sonuncunun idarə etdiyi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 08:00 radələrində evdən çıxmışlar. Həmin gün saat 09 radələrində ona “anan Biləsuvar-Bəhrəmtəpə yolunda avtoqəzaya düşübdür” sözlərini demişlər. Dərhal Biləsuvar rayonuna, baş vermiş hadisə yerinə getmişdir. Hadisə yerinə çatan zaman anası X52, xalası X50 və xalasının oğlu X53un aldıqları xəsarətlərdən öldüklərini, xalasının nəvələri Türkanə və Zərərçəkmiş şəxs3 isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələrini görmüşdür. Hadisənin harada, nə vaxt və necə baş verdiyini görməmiş və heç bir məlumatı olmamışdır. Biləsuvar-Bəhrəmtəpə yolunda Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz-21074” markalı, **-**- *** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan anası, xalası, xalasının oğlu, həmçinin “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X54 aldıqları xəsarətlərdən ölmüşlər (cild 01, i.v. 78-80). Məhkəmədə mərhum zərərçəkmiş X15 hüquqi varisi X18 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1 və 330-cü maddələrinə əsasən, cinayət işinin materiallarında olan və ibtidai istintaqa verdiyi ifadəsi elan olunmuşdur. O, həmin ifadəsində bildirmişdir ki, Beyləqan rayonunun Yuxarı Aran kəndində valideynlərinə məxsus evdə ailə üzvləri ilə birlikdə yaşayır. X25 doğma anasıdır. X63 da 1976-cı ildə avtoqəza zamanı vəfat etmişdir. X64 ilə anası X50 birlikdə yaşamışlar. 28 dekabr 2024-cü il tarixdə anası Səlmixanım Salyan rayonunda olan bacısı oğlunun il dönümünə getmək üçün o biri xalası X52, X64, qardaşının uşaqları Türkanə və Zərərçəkmiş şəxs3 ilə birlikdə sonuncunun idarə etdiyi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə saat 08:00 radələrində evdən çıxmışlar. Həmin gün saat 09 radələrində ona Biləsuvar- Bəhrəmtəpə yolunda Zərərçəkmiş şəxs3 idarə etdiyi avtomobilin qəzaya düşməsi barədə məlumat vermişlər. Sonradan ona hadisə zamanı xalası X52, anası X50 və X64un aldıqları xəsarətlərdən ölmələri, qardaşı uşaqları Türkanə Zərərçəkmiş şəxs3 isə ağır bədən xəsarətləri ilə xəstəxanada müalicə aldıqları məlum olmuşdur. Baş vermiş hadisənin harada, nə vaxt və necə baş verdiyini görməmiş və heç bir məlumatı olmamışdır. Daha sonra hadisənin Biləsuvar-Bəhrəmtəpə yolunda qardaşı oğlu Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz-21074 markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması ilə baş verməsini bilmişdir. Nəticədə “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan anası, xalası və xalasının oğlu, həmçinin “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobildə olan sərnişin X54 aldıqları xəsarətlərdən hadisə yerində ölmüşlər, digər sərnişinlər isə xəsarətlər alaraq xəstəxaya düşmüşlər. Sonradan “Opel Astra” markalı avtomobildə olan sərnişin X55in də hadisədən bir neçə gün sonra xəstəxanada öldüyünü bilmişdir (cild 01, i.v. 153-155). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, habelə digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-02). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 14:31-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsindən X19, X41 və X30 “meyid” qismində xəstəxanaya daxil olmaları barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 04). Biləsuvar Rayon Polis Şöbəsi Növbətçi Hissəsinin xx.xx.2024-cü il tarixli raportlarından görünür ki, həmin tarixdə, saat 10:50-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsindən Zərərçəkmiş şəxs3 “tromatik şok, sol budun orta 1/3-nin qəlpəli sınığı”; saat 10:55-də Zərərçəkmiş şəxs1 “kəllədaxili travma, başın açıq yarası, sol tərəfli körpücük sümüyünün sınığı” dioqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 05-06). Biləsuvar Rayon Polis Şöbəsi Növbətçi Hissəsinin xx.xx.2024-cü il tarixli raportlarından görünür ki, həmin tarixdə, saat 14:27-də Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsindən X11 “sağ mil biləng oynağının əzilməsi, başın müxtəlif nahiyələrinin sıyrıntısı, sol qulaq seyvanı və alın nahiyəsində çapılmış yara”; saat 14:31-də X8 “hər iki yuxarı ətrafın bazu nahiyəsinin sınığı, sol budun yerdəyişmiş açıq qəlpli sınığı, sağ budun, sağ baldırın qapalı yerinin dəyişmiş sınığı”; saat 14:38-də Təqsirləndirilən şəxs “sağ budun çanağı və bud sümüyünün sınığı”; saat 14:50də Zərərçəkmiş şəxs2 “alt dodağın, sol qaş, alın nahiyəsində çapılmış yara, sol ayaq pəncəsinin üst nahiyəsində kəsilmiş yara, alt çənənin sınığı, döş qəfəsinin səthi travması”; saat 14:42-də Zərərçəkmiş şəxs5 “sağ said sümüklərinin yer dəyişmiş, qapalı sınığı, alın nahiyəsində sıyırılmış yara”; saat 14:36-da Zərərçəkmiş şəxs4 “sağ mil biləng oynağının kapsula-bağının gərilməsi, üst dodaq və burunda sıyrıqlar” diaqnozu ilə xəstəxanaya daxil olmaları barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 08-13). Biləsuvar Rayon Polis Şöbəsi Növbətçi Hissəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 17:20-də İmişli Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsindən X15 “kəskin baldır sümüylərinin orta 1/3 açıq qəlpəli sınıqları, sağ saidin aşağı 1/3 açıq əlpəli yerdəyişən sınığı, baş-beyin əzilməsi travması” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 14). Biləsuvar Rayon Polis Şöbəsi Növbətçi Hissəsinin xx.xx.2024-cü il tarixli raportundan görünür ki, həmin tarixdə, saat 17:20-də Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Acil Şöbəsindən X30 “meyid” diaqnozu ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur (cild 01, i.v. 15). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci kilometrliyində yolun sağında yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin qarşısıdır və bu barədə sxem, fotoşəkillər protokola əlavə edilmişdir (cild 01, i.v. 16-26). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli, xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, hazırki cinayət işi üzrə Fərid Kərimov mərhum anası X52nın, X51 mərhum əri X53un, İlhamə Kərimova mərhum anası X50nın, X28 mərhum X59 və atası X55in hüquqi varisi qismində tanınmışlar (cild 01, i.v. 72-73; 91-92; 147-148; 185-186, 192-193). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 01, i.v. 87). Biləsuvar Rayon Polis Şöbəsi Dövlət Yol Polis Bölməsinin xx.xx.2025-ci il tarixli raportu, qərarlar, protokollar, həmçinin, qeydiyyat şəhadətnaməsi və sürücülük vəsiqəsinin surətlərindən görünür ki, “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobil Zərərçəkmiş şəxs2 məxsusdur, Təqsirləndirilən şəxs həmin avtomobili BB257564 nömrəli, “ABC” dərəcəli sürücülük vəsiqəsi və xx.xx.2033-cü il tarixədək qüvvədə olan etibarnamə əsasında idarə etmiş, sonuncu barəsində yol hərəkəti qaydalarının pozulması barədə İXP ******* və İXP ******* nömrəli inzibati xəta haqqında protokollar vardır (cild 01, i.v. 103-111; 169-170). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 30 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xarici və daxili müayinə zamanı X36da ağır qapalı kəllə-beyin travması, baş beynin yumşaq qişasına qansızma, baş beynin toxumasının ağır dərəcəli əzilməsi, hər iki baldır sümüklərinin açıq qəlpəli sınığı, hər iki baldır nahiyəsində əzilmiş yara, başın sağ təpə nahiyəsində, hər iki gözyuvası ətrafında, burun nahiyəsində və sağ əlin arxa səthində qançır və sıyrıqlar olması müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir, yol nəqliyyat qəzası zamanı əmələ gələ bilməsi inkar olunmur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X21 ölümünə baş beyin toxumasının ağır dərəcəli əzilməsi və baş beyin toxumasına qansızma səbəb olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 2-4 saat əvvəl baş vermişdir (cild 01, i.v. 126-129). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 32 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xarici və daxili müayinə zamanı mərhum X54da bədənin ağır küt travması, dalağın zədələnməsi, sol bazu və sol bud nahiyəsində qançır, sol bayır topuq nahiyəsində əzilmiş yara və sol diz oynağının ön səthində sıyrıqlar olması müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən onun ölümündən bir qədər əvvəl törənmişdir və qərarda göstərilən vaxtda və şəraitdə, yəni 28 dekabr 2024-cü ildə avtomobil qəzası zamanı əmələ gələ bilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X47 ölümünə səbəb dalağın zədələnməsi nəticəsində əmələ gələn qan itirmə olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir (cild 01, i.v. 130-134). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il, xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (cild 01, i.v. 136, 178). Zərərçəkmiş şəxs1 və zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Kərimovun ayrıayrılıqda Biləsuvar Rayon Polis Şöbəsinə ünvanladıqları xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı şikayət, tələb və iddiaları yoxdur (cild 01, i.v. 142-143). Zərərçəkmiş şəxsin hüquqi varisi X34 Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət, tələb və iddiası yoxdur (cild 01, i.v. 156). Zərərçəkmiş şəxsin hüquqi varisi X51nın xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur, bununla bağlı gələcəkdə də tələb və iddiası olmayacaqdır (cild 01, i.v. 157). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “maddi sübutların ekspertizasına dair” 246A/K nömrəli, xx.xx.2025-ci il tarixli məhkəməkimyəvi ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müayinə zamanı götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri aşkar edilməmiş, tədqiqatın aparılması üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik və digər maddələrin təyinatını aparmaq mümkün olmamışdır (cild 01, i.v. 161-162). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 31 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xarici və daxili müayinə zamanı mərhum X53da ağır qapalı kəllə-beyin travması, baş beyin toxumasının ağır dərəcəli əzilməsi, baş beyin toxumasına qansızma, sağ bud və sol baldır sümüklərinin, burun sümüklərinin açıq sınığı, burun, sağ bud, sol baldır və xaya nahiyəsində əzilmiş yara, alın, sağ və sol qaşüstü, alt çənə, döş qəfəsi, qarın, sol əl, sağ və baldır və sol baldır və sol diz oynağı nahiyəsində sıyrıqlar olması müəyyən edilmişdir. Müəyyən olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixinə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdir. X60 ölümünə səbəb baş beyin toxumasının ağır dərəcəli əzilməsi və baş beyin toxumasına qansızma olmuşdur. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 4-8 saat əvvəl baş vermişdir. X60 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti aşkar edilməmişdir (cild 01, i.v. 163-167). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “hadisə yerindən götürülmüş videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, “Lukoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kamerasından götürülmüş və baş vermiş hadisənin fotoşəkilləri olan diskə baxış keçirilmişdir. Həmin diskdə olan fotoşəkillər hadisədən əvvəl və hadisədən sonra hadisə yerini müəyyən edir. Diskdə olan videogörüntülərə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Opel Astra” markalı, **- **-*** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2024-cü il tarixdə, saat 08:38:50-də əks qarşı hərəkət zolağına çıxması, hərəkətini davam etdirməsi və saat 08:38:58-də Zərərçəkmiş şəxs3 idarə etdiyi “Vaz-2107” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması müəyyən edilmiş, həmin diskə məhkəmə iclasında baxış keçirilmişdir (cild 01, i.v. 175-176). "xxxx" MMC-nin 139 və 141 nömrəli zərər aktlarından görünür ki, baş vermiş cinayət hadisəsi “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7.291 (yeddi min iki yüz doxsan bir) manat və “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə 3.835 (üç min səkkiz yüz otuz beş) manat məbləğdə ziyan dəymişdir (cild 01, i.v. 200A-200B). Zərərçəkmiş şəxsin hüquqi varisləri İlhamə Kərimovanın xx.xx.2025-ci il, X28nın xx.xx.2025-ci il, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il, Zərərçəkmiş şəxs3 xx.xx.2025-ci il, Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiqlənmiş ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs şikayətçi deyillər, bununla bağlı gələcəkdə hər-hansı bir tələb və iddiaları olmayacaqdır (cild 01, i.v. 201-205). Zərərçəkmiş şəxsin hüquqi varisi X28nın Biləsuvar Rayon Polis Şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət, iddia və tələbi yoxdur (cild 01, i.v. 206). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 47 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xarici və daxili müayinə zamanı X53da alın sümüyünün sağ gicgah sümüyünə keçən yerini dəyişməyən sınığı, sınıq proyeksiyasında yumşaq toxumaya, baş beynin sərt və yumşaq qişasına, qiş altına və baş beyin toxumnasına qansızma, sağ baldır sümüklərinin orta 1/3-də, sol baldır sümüklərinin yuxarı 1/3-də, sağ said sümüklərinin aşağı 1/3-də açıq, qəlpəli, yerini dəyişmiş sınıqlar, sağ bazu sümüyünün boynunda, sağ bud sümüyünün 1/3də, sol əlin 1-ci daraq sümüyündə yerini dəyişən qapalı sınıqlar, döş sümüyünün yuxarı 1/3-də, sağ və sol 4,5,6,7,8-ci qabırğalarda az yerini dəyişən qapalı sınıqlar, alın nahiyəsində sağda başın tüklü hissəsinə keçid yerində, sifətin sağ yarısında, sol saidin yuxarı 1/3-nin bayır sathində sıyrıqlar, sağ gözətrafı nahiyədə, alt çənə sümüyü proyeksiyasında solda, burun belində, sol əlin arxa səthində 1-4-cü daraq sümükləri proyeksiyasında qançırlar, sol əlin 2-ci barmağının, 2-ci falanqası proyeksiyasında, sol baldırın yuxarı 1/3-nin ön səthində, sol ayaq pəncəsinin üst səthində, sağ sağ saidin aşağı 1/3-nin ön səthində, sağ baldırın orta 1/3-nin ön səthində yaralar olması müəyyən edilmişdir, yaralar həyatidir, bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilir. Xəsarətlər qərarın təsviri hissəsinə göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş toqquşma yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. X50nın ölümü xx.xx.2024-cü il tarixdə İmişli Mərkəzi Rayon Xəstəxanasında baş vermiş və onun ölümünə səbəb başın küt travması nəticəsində kəllə tağı sümüyünün sınığı və baş beyin toxumasına qansızma olmuşdur (cild 01, i.v. 220-224). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar (cild 01, i.v. 235, 240). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Zərərçəkmiş şəxs2 azyaşlı övladları Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs5 hazırki cinayət işi üzrə qanuni nümayəndəsi qismində tanınmışdır (cild 01, i.v. 226-227; 231-232). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 59 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs1 müəyyən olunmuş ağır kəllə-beyin travması, baş-beyinin ağır dərəcəli əzilməsi, sağ alın, gicgah və almacıq sümüyünün yerini dəyişən sınığı, sol körpücük sümüyünün sınığı, sağ tərəfli təpə-alın-almacıq nahiyəsini əhatə edən əzilmiş yara, sağ tərəfli ovtolmopilegiya xəsarətləri bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir (cild 01, 245-247). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “meyitin ekspertizasına dair” 2 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, xarici və daxili müayinə zamanı mərhum X55də qapalı kəllə beyin travması, beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar, solda X-Xİ qabırğaların sınığı müəyyən edilmişdir. Bu xəsarətlər birlikdə həyatidirlər, ölümündən 10 gün əvvəl bərk küt əşya (əşyaların) təsirindən törənmişdir, qərarda göstərilən vaxt və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə sərnişini olduğu minik avtomaşının digər minik maşını ilə toqquşması nəticəsində törənmiş, dərəcəsinə görə həyat üçün təhlükə törədərək ölümə səbəb olduğundan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X55in ölümünə səbəb qapalı kəllə beyin travması, beyin qişaları altına, beyin mədəciklərinə, beyin toxumasına qansızmalar olmuşdur və ölümü xx.xx.2025-ci il tarixdə xəstəxanada baş vermişdir (cild 01, i.v. 248-250). Biləsuvar Rayon Polis Şöbəsinin İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat cinayət törətmiş şəxsin (şəxslərin) müəyyən edilməməsi səbəbindən dayandırılmışdır (cild 02, i.v. 01-02). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 8/606 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən olunmuşdur (cild 02, i.v. 10-14). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, hazırki cinayət işi üzrə icraat təzələnmişdir (cild 02, i.v. 14-15). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 109 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3 qapalı kəllə beyin travması, baş beynin hər iki yarımkürəsinin alın və təpə paylarında subdural hiqroma, beyin kötüyünün əzilməsi, komatoz vəziyyət, beyin ödemi, sağ burun sümüyünün sınığı, sağ bud sümüyünün orta 1/3 hissəsinin qapalı, qəlpəli yerdəyişən sınığı müəyyən olundu və həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan ağır zərər vurmaya aiddir (cild 02, i.v. 19-20). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 121 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs sağ bud-çanağ oynağının travmatik çıxığı, sağ sirkə kasasının damının qapalı, qəlpəli, yerdəyişən sınığı müəyyən olundu və həmin xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 02, i.v. 21-23). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 122 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs2 müəyyən olunan alın və sol qaş nahiyəsində əzilmiş yara, alt çənə sümüyünün çox saylı sınıqları kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 02, i.v. 24-26). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 123 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs4 müəyyən olunan baş beyin silkələnməsi və sağ said sümüklərinin qapalı sınığı kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 02, i.v. 27-29). “Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi” Publik Hüquqi Şəxsin “canlı şəxsin ekspertizasına dair” 124 nömrəli, xx.xx.2025-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs5 müəyyən olunan başın təpə nahiyəsində əzilmiş yara, baş beyin silkələnməsi və sağ said sümüklərinin qapalı sınığı kimi xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat qəzası nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir (cild 02, i.v. 30-32). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Zərərçəkmiş şəxs3 hazırki cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v. 35). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2025-ci il, “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında”, həmçinin “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2025-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş; Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci kilometrliyində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kamerasından götürülmüş və baş vermiş hadisənin fotoşəkilləri olan bir ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmış; maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs3 saxlanılması nəzərə alınmış; Zərərçəkmiş şəxs3 əməlində cinayət tərkibinin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə hazırki cinayət işindən fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə ayrıca icraata cinayət işi ayrılmışdır (cild 02, i.v. 49-60; 62-64; 75-77). Biləsuvar Rayon Polis Şöbəsi İstintaq Bölməsinin 854 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (cild 02, i.v. 117-119). Zərərçəkmiş şəxs3 qanuni nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxs2 və zərərçəkmiş şəxslərin hüquqi varisi X28nın məhkəməyə ünvanladıqları xx.xx.2025-ci il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri yoxdur və onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişlər. Zərərçəkmiş şəxsin hüquqi varisi İlhamə Kərimova tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş teleqramın məzmunundan görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı iddia və tələbi yoxdur, onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Fərid Kərimovun məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı mülki iddia, şikayət və tələbi yoxdur və onun barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan ödənildiyi üçün Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı mülki iddiası, şikayət və tələbi yoxdur və ona azadlıqdan məhrun etmə ilə əlaqədar olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Azərbayan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə hüquqları onun tərəfindən 9 (doqquz) iş saatı həcmində müdafiə olunmuşdur. Məhkəmə cinayət işi üzrə həmçinin aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir və 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Andrey Yevgeniyeviç Orlovun Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özlüyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında hər iki tərəfin hüquqlarına hörmət edilmiş, müdafiə tərəfinə ittiham tərəfin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmək, sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuşdur. Açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisinin vasitəsi ilə iştirak etmişlər, sonuncu tərəfindən cinayət prosesi iştirakçılarına suallar verilmişdir. Təqsirləndirilən şəxsin əleyhinə olan sübutlara etiraz etmək və onları mübahisələndirmək üçün məhkəmə prosesində ona imkan yaradılsa da, o, həmin sübutlara dair öz etirazını bildirməmiş, məhkəmə istintaqında tədqiq edilmiş heç bir sübutu, habelə ittiham tərəfinin ona qarşı irəli sürdüyü ittihamı mübahisələndirməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə kollegiyası onu da qeyd etməyi məqsədə uyğun hesab edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu cinayət əməlinin sübuta yetirilməsi Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyinin müəyyən etdiyi hüquqi prosedurlar daxilində aparılır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Cinayət-Prosessal Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Sözügedən Məcəllənin 139-cu maddəsinə görə cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Barəsində bəhs olunan Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək əməlin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyəti müəyyən edilir. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarının 1 və 2-ci bəndlərində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” xx.xx.1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının xx.xx.1998-ci il tarixli qanunu və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə araşdırılmış sübutlara ayrı-ayrılıqda və məcmu halında qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da onun təqsirliliyi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs "Yol Hərəkəti Haqqında" Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini “məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası”nın 8/606 nömrəli, xx.xx.2025-ci il tarixli rəyində göstərilmiş qaydada və məhkəmənin müəyyən etdiyi məzmunda pozması, bu halın ehtiyatsızlıqdan X41, X49, X19, X31 və X11 ölümü ilə nəticələnməsi əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərini yaratmışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, cinayət işi üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda göstərilən müddəalarına və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən, təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq həmin maddədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, məhkəmə istintaqı zamanı tədqiq edilmiş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin, zərərçəkmişlərin hüquqi varislərinin ifadələri, “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024cü il tarixli protokol, “meyitin ekspertizasına dair” 30 və 32 nömrəli, xx.xx.2025-ci il; 31 nömrəli, xx.xx.2025-ci il; 47 nömrəli, xx.xx.2025-ci il; 2 nömrəli, xx.xx.2025-ci il tarixli, həmçinin “canlı şəxsin ekspertizasına dair” 59 nömrəli, xx.xx.2025-ci il; 109, 121, 122, 123 və 124 nömrəli, xx.xx.2025-ci il tarixli rəylər, “hadisə yerindən götürülmüş videogörüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokol, iş üzrə maddi sübutlar və digər sənədlər, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini ehtiyatsızlıqdan törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə ağır cinayət kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər, zərərçəkmişlərin yaxın qohumları olan hüquqi varisləri ilə barışıq əldə etməsini, onlara hərtərəfli, yəni həm müalicələri, həm dəfn xərcləri, həm də müəyyən məbləğdə kompensasiya ödəməsi ilə bağlı maddi yardım göstərməsini, zərərçəkmişlərin və hüquqi varislərin ona qarşı heç bir şikayət və tələblərinin, mülki iddialarının olmamasını, hadisənin ehtiyatsızlıqdan baş versə belə, yenə də özünü təqsirli bilərək səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində iki azyaşlı uşağının, habelə onkoloji xəstəlikdən əziyyət çəkən arvadının olmasını, ailənin yeganə gəlir gətirən fərdi olduğunu və ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı səmimi peşman olduğunu bildirməklə bərabər, onun əməlindən peşman olması yalnız sözlərində deyil, həm də davranışlarında və hərəkətlərində ifadə olunmuşdur. Belə ki, o, törətdiyi cinayət əməlini etiraf etməklə məhkəmə istintaqı zamanı əməlinin sübut olunmasında çətinlik yaratmamış, məhkəmədə son sözünü qəhərlənərək göz yaşları içərisində söyləmişdir. Bundan başqa, “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarında qeyd olunmuşdur ki, Cinayət-Prosessual Məcəlləsinin 106.6.1-ci maddəsində zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisinin şübhəli və ya təqsirləndirilən şəxslə barışmaq hüququ nəzərdə tutulduğundan, yalnız yaxın qohum olan hüquqi varislə barışığın əldə edilməsi Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hal kimi qiymətləndirilməli və əgər cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişsə, təqsirkara cəza təyin edilərkən həmin Məcəllənin 60-cı maddəsinin tələblərinə əməl olunmalıdır. Barışığın əldə edilməsi zərərçəkmiş şəxsin ərizəsi ilə təsdiq olunmalıdır (21-ci bənd). Cinayət işinin materiallarından görünür ki, mərhum zərərçəkmiş şəxslərdən X54 və X55in hüquqi varisi qismində tanınmış qızı X28, X50nın hüquqi varisi qismində tanınmış qızı İlhamə Kərimova, X52nın hüquqi varisi qismində tanınmış oğlu Fərid Kərimov, X53un hüquqi varisi qismində tanınmış arvadı X51 onların ailə üzvləri olmaqla yaxın qohumlarıdırlar və hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslə barışdıqlarını, ona azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişlər. Məhkəmə onu da xüsusilə qeyd edir ki, məlum yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslərdən X54 və X55 Təqsirləndirilən şəxs arvadının doğma valideynləridir və bu hadisə təqsirləndirilənin öz ailəsini belə dərindən sarsıtmışdır. Bundan başqa, təqsirləndirilənin ehtiyatsızlıqdan törətdiyi məlum cinayət əməli nəticəsində baldızının toy məclisi yasa çevrilmiş, özü də utandığından qohuməqraba arasına çıxa bilmədiyini etiraf etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, təqsirləndirilən şəxs artıq mənəvi baxımdan iztirab çəkir və öz cəzasını almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni hesab edir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyasıdır, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi əməlin cinayət-hüquqi nəticəsidir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2011-ci il tarixli Qərarı). “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunmaqla həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3cü maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Buna görə də, ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsinin sanksiyasında əsas cəza ilə yanaşı əlavə olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası da nəzərdə tutulmuşdur. Məhkəmə heyəti həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə, həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. 45.2-ci maddənin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü azadlıqdan məhrum etmə cəzasına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə əlavə cəzanın tətbiq edilməsi Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəzanın (azadlıqdan məhrum etmə, islah işləri və ya cərimə cəzasının) təyin edilməsindən asılı olmayaraq məcburidir (“Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli, 5 nömrəli qərarının 22 və 23-cü bəndləri). Məhkəmə, hökmün nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etməyə dair əlavə cəza hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1-154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən, nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməli, icra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.4-cü maddəsinə əsasən ağır cinayət hesab olunur. Sözügedən Məcəllənin 56.1.1-ci maddəsinə əsasən, ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər və qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.6-cı maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Vaz-21074” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs3 saxlanılması, habelə Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci kilometrliyində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kamerasından götürülmüş və baş vermiş hadisənin fotoşəkilləri olan bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmalı və həmin disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün məhkəmədə hüquqlarının müdafiəsi məqsədi ilə ona, dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, məhkəmə istintaqı mərhələsində təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca məhkəmə qərarı qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, “Məhkəmə hökmü haqqında” xx.xx.2021-ci il tarixli qərarları və Cinayət- Prosessual Məcəlləsinin müddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-354, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 4 (dörd) il müddətə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə təhvil verilsin, hökmün bu hissədə icrası yaşayış yeri üzrə Abşeron Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair əlavə cəzanın icrası əsas cəzanı icra edən müəssisə (orqan) tərəfindən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3-cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilsin. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış “Opel Astra” markalı, **-**-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs, “Vaz-21074” markalı, **- **-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs3 saxlanılması nəzərə alınsın; Biləsuvar-Bəhrəmtəpə yolunun 50-ci kilometrliyində yerləşən “Lukoil” yanacaqdoldurma məntəqəsinin müşahidə kamerasından götürülmüş və baş vermiş hadisənin fotoşəkilləri olan bir ədəd diskin cinayət işinin materiallarına əlavə olunması nəzərə alınmaqla, həmin disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-429/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-429/2025
10.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver