Məhkəmə qərarları › İş №1(099)-43/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-43/2023

22.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-43/2023 22.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), Musayev Aqil Əlisa oğlu və X4 ibarət tərkibdə, məhkəmə iclasının katibi X10 qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs və onun nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs2 qanuni numayəndəsi Qanuni nümayəndə, təqsirləndiriən şəxlərin müdafiəçiləri Bakı şəhəri 13 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx xxxx 2002-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.1 və 150.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair və 31 avqust 2005-ci ildə Sabirabad şəhərində anadan olmuş, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 150.2.1 və 150.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının ortalarında saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində dayanmış, tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb intim münasibətdə olmalarını təklif etmiş, sonuncu imtina etdikdə, yumruğu ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə vurub zor tətbiq etməklə qorxutmuş, daha sonra birlikdə Sabirabad şəhəri M.Ə.Sabir adına parkda yerləşən internet klubun arxasına gələrək, orada, Təqsirləndirilən şəxs2, xx xxxxxxxx 2004-cü ildə anadan olmaqla, həmin an üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, əqli inkişafında gerilik və psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması səbəbindən, ona qarşı edilən seksual hərəkətlərin xarakter və mənasını tam həcmdə anlamaq, sosial mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmayan, seksual hərəkətlər zamanı psixi-emosional vəziyyətində qorxu, həyəcan keçirməklə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə qollarından tutub müqavimətini qırmış, o da zorakılıq hərəkətlərini davam etdirərək iradəsi ziddinə əyninə geydiyi şalvarını və trusikini dizlərinə kimi aşağı çəkərək ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeritməklə, eləcə də ağız boşluğuna daxil etməklə cinsi ehtirasını təmin edərək, sonuncunun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi ilə müşayiət olunan uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs2 cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə 2020-ci ilin yanvar ayının ortalarında saat 10 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabirabad şəhəri İ.İsgəndərov küçəsində dayanmış, tanışı Zərərçəkmiş şəxs yaxınlaşıb intim münasibətdə olmalarını təklif etmiş, sonuncu imtina etdikdə, Təqsirləndirilən şəxs1 yumruğu ilə Zərərçəkmiş şəxs ağız nahiyəsinə vurub zor tətbiq etməklə qorxutmuş, daha sonra birlikdə Sabirabad şəhəri M.Ə.Sabir adına parkda yerləşən internet klubun arxasına gələrək, orada Təqsirləndirilən şəxs1 xx xxxxxxxx 2004-cü ildə anadan olmaqla, həmin an üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, əqli inkişafında gerilik və psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması səbəbindən, ona qarşı edilən seksual hərəkətlərin xarakter və mənasını tam həcmdə anlamaq, sosial mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmayan, seksual hərəkətlər zamanı psixi-emosional vəziyyətində qorxu, həyəcan keçirməklə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə qollarından tutub müqavimətini qırmış, o da zorakılıq hərəkətlərini davam etdirərək iradəsi ziddinə əyninə geydiyi şalvarını və trusikini dizlərinə kimi aşağı çəkərək ereksiya vəziyyətində olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsinə yeritməklə, eləcə də ağız boşluğuna daxil etməklə cinsi ehtirasını təmin edərək, sonuncunun arxa keçəcək dəliyinin açılması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi ilə müşayiət olunan uşaqbazlıq və seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o Bakı şəhərində yaşamışdır. Ona Sabirabad Rayon Polis Şöbəsindən zəng edərək Zərərçəkmiş şəxs ondan şikayət etdiyini bildirdiklərindən o da rayona getmişdir. Lakin hadisə vaxtı o rayonda olmamışdır. Onun bu hadisədən xəbəri olmamışdır. O nə Arazı, nə də Elmini görməmişdir. Daha sonra sualları cavablandırarkən o 17 il olar ki, Sabirabad rayonunda yaşadığını, 2019-cu ilin dekabr ayında Bakı şəhərinə köçüb kirayədə yaşadığını, il yarımdan çox Bakı şəhərində küçədə yaşadığını, 2020-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində olduğunu, 2020-ci ilin yanvar ayında bir-iki gün gəlib Sabirabad şəhərində qalıb, sonra da Bakı şəhərinə getdiyini, Sabirabadda olarkən Araza qarşı heç bir zoraklıq hərəkətləri etmədiyini və kiminsə ona qarşı zorakılıq hərəkətləri etməsindən məlumatlı olmadığını, özünün və Elvinin Arazla cinsi əlaqədə olması barədə yazdığı izahatları təsir altında yazdığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, noyabr ayının 18-də Bakı şəhərinə getmiş, Bakıya getdikdən sonra mart ayında karantin olduğu üçün və karantin ağır keçdiyinə görə anası ilə danışmış və anası onu rayona göndərmişdir. Aprel ayının təxminən axırlarında, səhv etmirsə 18-19-u olardı onlara polis bölməsindən zəng edərək, ona belə bir hadisə olduğunu dediklərindən, onlar polis şöbəsinə getmişlər. O ifadəsinə əlavə olaraq Kənanı çoxdan tanıdığını, Araza qarşı heç bir cinsi zorakılıq hərəkəti etmədiyini, həmin ərəfələrdə Bakı şəhərində anasının yanında olduğunu, Əhmədilidə bina evlərinin yanında meyvə-tərəvəz alveri ilə məşğul olduğunu, orada olarkən nənəsi X2 adına olan 077 ***-**-** nömrəli telefonu o, işlətdiyini və başqa telefonu olmadığını bildirmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunan cinayət əməllərini törətmələri məhkəmədə dindirilmiş zərərçəkmiş şəxsin və dindirilmiş şahidlərin ifadələri, cinayət işinin materiallarında olan istintaq hərəkəti protokolları, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri və cinayət işinin faktiki halları ilə onlara aşağıdakı qaydada sübuta yetirilmişdir. Belə ki, məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o Kənan və Elminlə İnternetklubda plsteyşn oynayarkən tanış olmuşdur. 2020-ci il yanvar ayının ortalarında, o yaşadığı binanın baş tərəfindəki oturacaqda oturarkən, Kənanla Elmin onun yanına gəlib onun dostu olduqlarını bildirib, onlarla getmələrini təklif etmişlər. O isə getmək istəmədiyini bildirdikdə Kənan onun ağzına yumruqla vurub partlatmışdır. Bundan sonra o qorxmuş və onlar onun qollarından tutaraq internetklubun arxasına aparmışlar. Orada əvvəlcə Kənan onunla arxadan cinsi əlaqədə olmuş, sonra da cinsiyyət orqanınını onun ağzına vermişdir. Həmin vaxt o müqavimət göstərsə də Elmin onun qollarından tutub saxlamışdır. Sonra da Kənan onu tutub saxlamış, eyni qaydada Elmin də onunla cinsi əlaqədə olmuşdur. Həmin vaxt ona bu barədə kiməsə desə onu öldürəcəklərini dediklərindən o bu barədə heç kimə heç nə deməmişdir. Lakin evə gələrkən atası Pərvin ağzına nə olduğunu soruşmuş, o isə uşaqlarla dalaşdığını demişdir. Sonralar o özünə qapandığından anası ondan şübhələnmiş və nə baş verdiyini soruşmuş, o isə əvvəlcə ona heç nə deməmiş, anası ona Prado markalı maşın alacağını dediyindən o da anasına həqiqəti danışmış və onunla birlikdə polis şöbəsinə gedib şikayət etmişlər. O polisdə izahat verərkən həqiqəti demiş və ona heç kim o cür danışmasına görə təsir etməmişlər. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onu Kənanla Elvin internetklubun arxasına sürüyərək aparmışlar. Əvvəlcə Elvin onun qollarından tutmuş Kənan isə arxadan, sonra da ağzından onunla olmuşdur. Sonra da Kənan onun qollarından tutmuş Elvin onunla arxadan və ağzından olmuşdur. Orada tanımadığı bir nəfər azyaşlı uşaqda olmuşdur. Kənan onu yumruqla vuranda həmin uşaq da görmüşdür. Həmin uşaq balaca olmuş və onunla cinsi əlaqədə olmamışdır. Hadisə baş verən vaxt internetklub bağlı olmuş, ətrafda isə heç kim olmamışdır. O məhkəmədə bildirdiklərini polisdə də demişdir. İfadə verərkən onu heç kim məcbur etməmişdir. Dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o evə gələndə oğlu Arazı otağında ağzı partdağ vəziyyətdə görmüş və olduğunu soruşduqda Araz ona savaşdığını bildirmiş, o isə bunun savaşs oxşamadığını güman etmişdir. Araz günügündən özünə qapanmış və 3-4 ay bu proses getmiş, uşağının vəziyyəti pisləşmişdir. Onu küçədə görən cavan uşaqlar Arazda söz var get onunla danış və bir gün mağazadan çörək alan vaxt iki nəfər ona yaxınlaşaraq get Arazdan soruş onda nəsə var dediklərindən mağazadan evə gələndən sonra oğluna ona maşın alacağını deyib, onu çox dilə tutandan sonra o Araz cinsi zorakılığa məruz qaldığını bildirmiş və hadisə barədə nə var hamısını ona danışmışdır. Sonra da o Arazı götürüb Qanqanı (Kənanı) soruşmuş, ona dayısı var onlarda olar dediklərindən o Kənanın dayısı Amilgilə getmiş, Kənanın dayısının evinin tinində dayandığını görmüşdür. Amilə hadisə barədə demiş, “Amil isə heç yerə şikayətə getmə, əgər polisə şikayətə getsən hər şey pulun başındadır həll edəcəm” demiş o da ordan çıxıb uşağı polisə aparıb hadisə barədə polis şöbəsində şikayət etmiş, Araz isə izahat vermişdir. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə yanvar ayının ortalarında olmuşdur. O evə gələrkən Arazın ağzının partladığını görmüş, nə hadisə baş verdiyini soruşmuş, Araz heç nə deməmiş, atası Pərvin isə Arazın uşaqlarla savaşdığını demişdir. Lakin sonradan oğlunun özünə qapandığını görüb onu dilə tutmuş Araz da başına gələnləri atasının yanında ona danışmışdır. O özü süpürgəçi olduğundan əvvəllər də Kənan, Elmin və bir nəfər uşağı bir yerdə gəzərkən görmüşdür. Onları Bağ deyilən yerdə görmüşdür. Bir dəfə də Kənan Arazın telefonunu almış, o gedib Kənandan oğlunun telefonunu alıb qaytarmışdır. Kənan və Elminin adını ona oğlu Arazdan başqa heç kim çəkməmişdir. Kənanın anası onlara gəlib, yalvararaq şikayəti geri götürməsini xahiş etmişdir. İstintaq vaxtı ona heç bir təsir və ya təzyiq olunmamışdır. Şahid4 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün oğlu Araz evə gələndə dodağı partlamış vəziyyətdə olmuşdur. Arazdan dodağına nə olduğunu soruşanda Araz ona çöldə savaşdığını bildirmişdir. Sonra Arazın anası Afiqə evə gəlmiş və uşağa nə olduğunu soruşmuş, o da Afiqəyə çox üstünə getmə çöldə savaşıb demişdir. 2020-ci il aprel ayında Afiqə Araza səndə nəsə var niyə demirsən, sonra da onu dilə tutub ona təzə prado markalı avtmobil alacağını demiş, Araz da sonra başına gələn hadisəni onun yanında anasına danışmışdır. Dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən aprel ayında Afiqə ilə rastlaşan zaman, Afiqə ona Kənan və Elminin Arazla zorla cinsi əlaqədə olmalarını və onları bağışlamaq istədiyini bildirmişdir, o da Afiqəyə onları bağışlamasını məsləhət bilmişdir. Deyib ki, “xala Allah da bağışlayandır, sən də bağışla getsin.” Dindirilmiş şahid Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, deyilən vaxt və tarixlərlə heç cürə razılaşmır. Deyilən günlər-vaxtlar üst-üstə gəlmir, həmin deyilən tarixdə və vaxtda oğlu Elmin rayonda olmayıb, uşaq Bakıda anasının yanında olmuş, o özü isə xəstəliyi ilə bağlı iki aya yaxın Bakı şəhərində olmuşdur. Covid xəstəliyi ilə bağlı karantin olduğu üçün və Bakı şəhərində karantin şərtləri ağır keçdiyindən Elmin aprel ayının 18-də Bakı şəhərindən rayona gətmişdir. Elmin rayona getdikdən sonra polislər yaxınlaşıb belə bir iş olduğunu deyib onları polis şöbəsinə dəvət etmişlər. Orada Araz belə bir ifadə verib. 2019-cu ilin noyabr ayının 18-də uşağı anasının yanına göndərmiş, 2019-ci ilin noyabr ayının 24-də anasının il mərasimini yola verib xəstəliyi ilə əlaqədar qardaşı oğlu ilə birlikdə Bakı şəhərinə xəstəxanaya getmişdir. Noyabr ayının 27-də ürəyi ilə bağlı exodan keçmiş, dekabr ayının 3-də ürəyində anjudan keçmiş, 10-11 gün müayinələrdən olmuşdur. Qeyd edilən vaxtlarda uşaq rayonda ola bilməzdi, bu mümkün deyil. Məhkəmədə CPM-nin 329.1-ci maddəsinin tələbinə əsasən gəlməyən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. O həmin ifadəsində göstərmişdir ki, 2020-ci ilin təxminən fevral ayında kim olduğunu xatırlamadığı bir nəfər şəxs, kafedə olarkən ona Kənan və X5 internet klubun yaxınlığında zorla cinsi əlaqədə olduğunu bildirmişdir. Həmin vaxtdan çox müddət keçdiyindən ona bu barədə deyən şəxsin kim olduğunu xatırlamamışdır. Həmin ərəfədə Afiqə kafeyə gələn zaman, o, xəlvətcə Afiqəni kənara çəkib, kafedə danışılan söhbətləri, yəni Kənan və Elminin birlikdə Arazla zorla cinsi əlaqədə olduqlarını eşitdiyini demişdir. Afiqə əvvəlcə belə halın olmadığını bildirmiş, lakin həmin ilin aprel ayının sonlarında Afiqəni görəndə, o, bir daha Afiqədən bu barədə soruşduqda, Afiqə onun doğru dediyini, Kənan və Elminin Arazla zorla cinsi əlaqədə olduqlarını və bu barədə polisə şikayət etdiyini bildirmişdir. Şahid2 ifadəsini davam etdirərək göstərmişdir ki, Kənanın atası Azər Hüseynov tez-tez işlətdiyi kafeyə gəldiyindən, Azərlə bu barədə söhbətləri olmuş, Azərə uşaqların böyük qələt etdiklərini deyib, söhbətin çox böyüməməsi üçün Afiqədən barışıq almasını demiş, Azər də Afiqədən barışıq almaq üçün cəhdlər edəcəyini demişdir. O, hadisə barədə ona təkcə bir nəfərin deyil, kafeyə gələn müştərilərdən bir çoxunun, eləcə də Sabirabad şəhərində bu barədə danışıldığını demişdir. Həmin vaxtlar Kənan və Elminin ona Arazla cinsi əlaqədə olmaları barədə heç bir söz demədiklərini, lakin Kənan və Elmini yaxşı tanıdığını, onların xarakterinə də bələd olduğundan Kənan və Elminin Arazla zorla cinsi əlaqədə olduqlarını düşünmüşdür. O, Arazın yalan danışan uşaq olmadığını, ona görə də bu cür düşündüyündən, dəfələrlə Kənanın atası Azərə Arazın atası Afiqə ilə barışıq yaratmasını məsləhət görmüş, belə ki, Azərə oğlu Kənanın bu hala görə tutulduğu təqdirdə yaxşı olmayacağını demiş, Azər də onunla həmfikir olub barışmaq üçün əlindən gələni edəcəyini bildirmişdir. Bundan əlavə o, insan olaraq, eləcə də Azərlə münasibəti olduğundan Şahid1 da barışıq yaratmasını məsləhət görmüşdür. Cinayət işinin materiallarında olan 20 iyun 2021-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə Sabirabad şəhəri 20 Yanvar küçəsində yerləşən M.Ə.Sabir adına parkda baş vermişdir. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş məhkəmə tibbi ekspertizasının 30 aprel 2020-ci il tarixli 202 saylı rəyindən görünür ki, müayinə zamanı Zərərçəkmiş şəxs onunla qeyri təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi) aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı xəsarət aşkar edilmədikdə, müddəti təyin etmək mümkün deyildi. Zərərçəkmiş şəxs bədəni üzərində hər hansı bir xəsarət izləri aşkar edilmədi. Məhkəmədə tədqiq edilmiş məhkəmə-psixoloji ekspertizasının 16 iyun 2020-ci il tarixli 1546 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs yüngül kəmağıllıq müəyyən edilir. Bunu anamnestik məlumatlar, təqdim edilmiş tibbi sənəd və hal-hazırki psixiatrik müayinənin nəticələri (anamnestik məlumatlara görə doğuş zədəsi ilə andan olması, erkən psixi inkişafının ləngimə ilə keçməsi, nitqində kəkələmənin biruzə verməsi, məktəbdə formal səkkiz sinif təhsil alması, Sabirabad MRX-nin Poliklinika şöbəsində 2019-cu ildən “yüngül əqli gerilik” diaqnozu ilə dispanser qeydiyyatında olması, hazırki müayinə zamanı mülahizələrin səthiliyi, intellektual imkanlarının aşağı olması, bilik ehtiyyatının kasadlığı, təfəkkürünün konkretliyi və sair sübut edir. Bununla yanaşı qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs müəyyən edilən kəmağıllıq o dərəcədə ifadə olunmayıb ki, o, təqsirləndirilən şəxslərin 2019-cu ilin yay aylarında, yaxud 2020-ci ilin yanvar, fevral aylarında ona qarşı etdiyi hərəkətləri düzgün qavramaq, təsvir etmək və istintaqa ifadə vermək qabiliyyətində olmasın. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunur. Fərdi-psixi xüsusiyyətlərində səthilik, sadəlövhlük, acizlik, iradi zəiflik müəyyən edilir. Mühakimələrində səthilik, təfəkkürünün ümumiləşdirmə və analizetmə proseslərinin zəif çıxış etməsi, maraq dairəsinin məhdudluğu, dünya görüşünün və elmi biliklərinin kasad olması aşkar olunmaqla intellektual imkanlarının aşağı səviyyədə olması, psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edilir. Buna baxmayaraq Zərərçəkmiş şəxs onunla baş vermiş hadisənin qavraya, təsvir edə və bu barədə məlumat verə bilər. Onda özündən uydurmağa, təlqinə qapılmağa və başqalarının təsir altında hərəkət etməyə meyillilik əlamətləri müşahidə olunmadı. Zərərçəkmiş şəxs əqli inkişafında gerilik və psixoloji yaşının yaş xüsusiyyətlərinə uyğun olmaması müəyyən edildiyindən o, ona qarşı edilən seksual hərəkətlərin xarakter və mənasını tam həcmdə anlamaq, sosial mahiyyətini tam dərk etmək qabiliyyətinə malik deyildir. Zərərçəkmiş şəxs ona qarşı edilən seksual hərəkətlər zamanı psixi-emosional vəziyyətində qorxu, həyəcan yarana bilərdi. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 iyul 2020-ci il tarixli 1754 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 2019-cu ilin yay ayından hazırki vaxtadək, o cümlədən 2020-ci ilin yanvar-fevral aylarında hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs1 davranışında ictimailəşdirilməmiş pozuntusu qeyd edilmişdir. Təqsirləndirilən şəxs1 davranışın ictimailəşdirilməmiş pozuntusu primitiv şəxsdə aşkar olunur. Bununla yanaşı qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs1 aşkar edilən psixi pozuntu onu törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. H.A.Hüseynov ona törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimaqi təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1, Zərərçəkmiş şəxs ilə zorla qeyri-təbii yolla əlaqədə olduğu zaman (zərərçəkənin deməsinə görə təxminən 2020-ci ilin yanvar-fevral aylarında) qeyri-təbii yolla əlaqənin sosial mahiyyətini dərk etmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda da, qeyri-təbii yolla əlaqənin sosial mahiyyətini dərk edir. Təqsirləndirilən şəxs1 iş üçün əhəmiyyət kəsb edən hallalrı düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs1 müstəqil yaşamağa meyillilik, impulsivlik, özünü psixoloji müdafiə etməyə meyillilik, qıcığa qarşı tez reaksiya vermək, başqalarının hiss və yaşantılarına qarşı biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik və ya ləngimə aşkar olunmadı. İntellektual imkanları nəzərə alınmaqla, o, Zərərçəkmiş şəxs qarşı etdiyi hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla əlaqədə zamanı psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixi-emosional gərginlik, nevrotik hal və s.) baş verməmişdir. Təqsirləndirilən şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, özündən uydurmağa meyillik əlamətləri müşahidə edilmədi. Lakin o, özünü psixoloji müdafiə etmək məqsədilə situasiyanı öz xeyrinə yönəldib danışa bilərdi. Məhkəmədə tədqiq edilmiş ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 2648 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 2019-cu ilin yay ayından hazırki vaxtadək, o cümlədən 2020-ci ilin yanvar-fevral aylarında hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 cinayət işində təsvir olunan əməl dövründə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs2 xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Eqosentrizm, inadkarlıq, kobudluq, çılğınlıq, tez özündən çıxmaq, hövsələsizlik kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğundur, əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. İntellektualmnestik imkanları normaya uyğun olduğundan qərarın təsviri hissəsində göstərilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ilə qeyri-təbii yolla əlaqədə olduğu zaman hərəkət və davranışını idarə edilməsinə, məhdudlaşdıra bilməsinə təsir göstərə biləcək vəziyyətdə olmamış, psixi-emosional sferasında iş üçün əhəmiyyət kəsb edəcək hər hansı bir dəyişiklik (stress, psixiemosional gərginlik, fizioloji affekt və s.) yaranmamışdır. Təqsirləndirilən şəxs2 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə, yalan danışmağa və özündən uydurmağa patoloji meyillilik əlamətləri aşkar edilmədi, lakin özünü psixoloji müdafiə etmək məqsədi ilə situasiyanı öz xeyrinə yönəldib danışa bilər. Təqsirləndirilən şəxs2 əqli və psixi inkişafı normaya uyğun olduğundan o, Zərərçəkmiş şəxs ilə zorla qeyri-təbii yolla əlaqədə olduğu zaman (zərərçəkənin deməsinə görə təxminən 2020-ci ilin yanvar-fevral aylarında) qeyri-təbii yolla əlaqənin sosial mahiyyətini dərk edə bilərdi. Məhkəmədə Təqsirləndirilən şəxs2 vəkili Müdafiəçi3 vəsatətlə müraciət edərək Təqsirləndirilən şəxs2 istifadəsində olan nənəsi X2 adına qeydə alınmış ***-***-**-** saylı mobil telefonun 2020-ci ilin yanvar-fevral aylarında anten dairəsinin müəyyən edilməsi ilə əlaqədar Azerfon MMC-dən məlumatlar götürülməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 14 aprel 2023-cü il tarixli qərarı ilə vəsatət təmin edilmiş və qərar icra edilməsi üçün adı qeyd edilən təşkilata göndərilmişdir. Məhkəməyə daxil olmuş Azərfon MMC-nin 24 may 2023-cü il tarixli AZF/LGL- 6462/23 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan nənəsi X2 adına qeydə alınmış ***-***-**-** saylı mobil telefon sorğulanantarixlərdə, 2020-ci ilin yanvar-fevral aylarında Azerfon şəbəkəsində istifadə edilməmişdir. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ziddiyyətli ifadələr verərək zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı heç bir zorakılıq hərəkətləri etmədiklərini bildirmişlər. Məhkəmə onların bu ifadələrinin özünü və biri digərini müdafiə məqsədi daşıdığından, məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və işin faktiki hallarına uyğun gəlməyən ifadələr olduğundan, habelə zərərçəkmiş şəxsin və şahididlərin ifadələri, onların zərərçəkmiş şəxslə üzləşdirmədə dindirmə istinaq hərəkəti protokolları , zərəçəkmiş şəxslə qeyri təbii yolla cinsi əlaqəni göstərən əlamətlərin olmasını təsdiq edən məhkəmə tibbi ekspertizasının rəyi ilə, cinayət işinə əlavə edilmiş telefon danışıqlarına dair Azerfon MMC-nin məktubu və işin faktiki halları ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadələrə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Bundan başqa məhkəmədə dindirilmiş şahidlər Təqsirləndirilən şəxs2 yaxın qohumları və qohumları olan Qanuni nümayəndə atası, X3 nənəsi, X2 anası, X8, X7 və X6 əmiləri olmaqla verdikləri ifadələri onu müdafiə məqsədi daşımaqla, məhkəmədə heç bir sübutla təsdiq edilməyən, işin faktiki hallarına uyğun gəlməyən ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə çıxışları mərhələsində Zərərçəkmiş şəxs məhkəməyə ərizə göndərərək ona qarşı zorakılq hərəkətlərinin Təqsirləndirilən şəxs2 tərəfindən deyil, Təqsirləndirilən şəxs1 və digər tanımadığı uşaq tərəfindən törədildiyini göstərsə də növbəti gün məhkəməyə teleqram vasitəsi ilə ibtidai istintaq və məhkəmənin əvvəlki iclaslarında verdiyi ifadələri təsdiq etdiyini və son məhkəmə iclasında verdiyi ifadəni nəzərə alınmamasını xahiş etmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində CM-nin 150.2.1 və 150.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və onlara istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş, cinayət hadisəsi məhz onlarin tərəfindən törədilmişdir və bu cinayətin törədilməsində onlar təqsirlidirlər. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdırlar. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx xxxx 2002-ci ildə Sabirabad rayonu, Yolçubəyli kəndində doğulmuşdur. Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Təqsirləndirilən şəxs2 31 avqust 2005-ci ildə Sabirabad şəhərində anadan olmuşdur. Sabirabad şəhəri ünvan 5 ünvanda yaşayır. İşdə olan Ləhkəran Ağır Cinayətlər Məhkəməsinin 21 iyul 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış verilmiş və o 26 iyul 2023-cü il tarixdə tutularaq məhkəməyə təqdim edilmişdir. İşdə olan Daxili İşlər Nazirliyinin Baş əməliyyat və Statistik İnformasiya İdarəsinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-nin 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmayan olduqlarından bu halı onların cəzalarını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən onların məsuliyyətini ağırlaşdıran hal müəyyən etmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixi qərarının 2ci hissəsində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qanunun qeyd edilən tələblərini və Ali Məhkəmə Plenumunun tövsiyələrini rəhbər tutaraq təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, cəzanı ağırlaşdıran hallar olmamaqla yüngülləşdirən halları və işin vəziyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə yaxın və Təqsirləndirilən şəxs2 barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə cəza təyin edilməli və onlar həmin cəzaları çəkməlidirlər. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 26 iyul 2023-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs2 qarşı seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməli və o məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli o həbsə alındığı vaxtdan 22 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H ö k m e t d i: İ.Təqsirləndirilən şəxs1 CM-in 150.2.1 və 150.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 26 iyul 2023-cü il tarixdən hesab edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. İİ. Təqsirləndirilən şəxs2 CM-in 150.2.1 və 150.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri dəyişdirilsin, onun barəsində həbs qətimkan tədbiri seçilsin və o məhkəmə iclas zalından dərhal həbs edilsin.Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 22 sentyabr 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs2 qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə olan məhkumlar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar