Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-43/2025 15.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Vəliyeva Ayşən Umud qızı (sədrlik edən), Əliyev Əli Abdulla oğlu və Cəlilov Oruc Yusif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxsin müdafiəçisi- fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu ildə Yardımlı rayonu Ostayır kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu Ostayır kəndində qeydiyyatda olan, Bakı şəhəri, Nəsimi rayonunda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra ARCM-in) 234.4-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan “Şəkur” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri sonuncunun gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində 5000 (beş min) manat qazanc alacağı vədi ilə razılaşmış və 19 mart 2024-cü il tarixdə saat 20 radələrində Yardımlı rayonu Ostayır kəndi ərazisindən sonuncunun gizlətdiyi içərisində 1865 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 8720 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin, 1985 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 40,8 qram olan külli miqdarda 1020 ədəd həb halında narkotik vasitə metadon olan 1(bir) ədəd çantanı qanunsuz əldə edib daşıyaraq həmin tarixdə Yardımlı rayonu Ostayır kəndində yerləşən özünə məxsus evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə gizlətməklə saxlamış, 20 mart 2024cü il tarixdə saat 11:55 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yardımlı rayonu Ostayır kəndi ərazisində saxlanılmış, 20 mart 2024-cü il tarixdə saat 12:42 radələrində həmin evin həyətyanı sahəsində yerləşən yardımçı tikiliyə baxış keçirilən zamanı onun gizlətdiyi 1(bir) ədəd çantadan 18 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 495 qram, 500 qram, 495 qram, 500 qram, 495 qram, 490 qram, 490 qram, 495 qram, 305 qram, 490 qram, 495 qram, 500 qram, 500 qram, 495 qram, 495 qram, 490 qram olmaqla ümumilikdə 8720 qram çəkidə xüsusilə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükümdə 1865 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 495 qram, 500 qram olmaqla ümumilikdə 1985 qram çəkidə xüsusilə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 40,8 qram olan külli miqdarda 1020 ədəd həb halında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkmə istintaqı zamanı ifadəsində ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Dövlət Sərhət Xidmətinin məxfi əməkdaşıdır. Bu hadisədən əvvəl də əməkdaş kimi buna bənzər işlər görərək narkotik vasitəni deyilən yerə aparmışdır. Norkotik vasitə barədə məlumat ona 19 mart 2024-cü il tarixdə daxil olmuşdur. Şəkur adlı şəxs ona narkotik vasitəni bir nəfərin gəlib götürəcəyini bildirmişdir. O, 20 mart 2024-cü il tarixdə narkotik vasitəni deyilən yerdən götürüb gedərkən polis əməkdaşları tərəfindən saxlanılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu narkotik vasitəni götürməyə göndərən N nömrəli hərbi hissənin əməliyyat rəisi olan Rüfət adlı şəxs olmuşdur. Birinci dəfə getdikdə deyilən yerdə nakotik vasitə tapa bilməmişdir. İkinci dəfə narkotik vasitəni götürməyə gedərkən isə vaxt çatdırıb əməliyyatçılara məlumat verə bilməmişdir. O, Şəkur adlı şəxsi 5-6 il olar ki tanıyırmış, həmin şəxs onun sərhəd xidmətinin məxfi əməkdaşı olduğunu bilməmişdir. Narkotik vasitəni “Dürüst dərə” deyilən ərazidən götürmüş və evə qoyduqdan sonra sərhəd xidmətinə məlumat vermək istəmiş, lakin telefonunun enerjisi bitdiyi üçün bunu edə bilməmişdir. Onu saxlayan polis əməkdaşlarına məxfi əməkdaş olduğunu, onların əməliyyatı pozduqlarını bildirmiş, videoçəkiliş zamanı bu barədə bildirməyi lazım bilməmişdir. O, bildirmişdir ki, bundan əvvəl də 4 kq və 6 kq olmaqla narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərin ifşa olmasında iştirak etmişdir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin ziddiyyətli olan hissəsi elan edilməklə tədqiq edilmişdir. Belə ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 19 mart 2024-cü il tarixdə günortadan sonra “Şəkur” adlı İran İslam Respublikası vətəndaşı “WhatsApp” proqramı vasitəsi ilə ona zəng vuraraq Yardımlı rayonu Ostayır kəndi yaxınlığında “Dürüst dərəsi” adlanan yerdə içərisində narkotik maddələr olan 1 ədəd çanta gizlətdiyini, həmin çantanı bir nəfər şəxsin götürüb Bakı şəhərinə çatdırmalı olduğunu, lakin həmin şəxsin telefona cavab vermədiyini bildirmişdir. “Şəkur” adlı İran İslam Respublikası vətəndaşı ondan həmin çantanı gizlədildiyi yerdən götürməyi, o deyən vaxt Bakı şəhərinə aparmasını xahiş etmişdir. O, əvvəlcə “Şəkur” adlı şəxslə razılaşmamış və qorxduğunu bildirmişdir. Lakin “Şəkur” adlı şəxs qorxulu heç nə olmadığını, çantanı Bakı şəhərinə aparıb deyilən yerə qoyacağı təqdirdə 5000 (beş min) manat pul verəcəyini bildirmişdir. O da “Şəkur” adlı şəxsin xahişlərini və müalicə olunmaq üçün İran İslam Respublikasına gedən zaman ona köməkliklər etməsini nəzərə alıb onunla razılaşmışdır. Həmin tarixdə saat 20 radələrində yaşadığı evdən çıxaraq piyada narkotik maddələrin gizlədildiyi yerə getmişdir. Ora çatdıqda “Şəkur” adlı İran İslam Respublikası vətəndaşı ilə yenidən əlaqə saxlamış, “Şəkur” ona narkotik maddələrin gizlədildiyi yeri dəqiq izah etmiş, o da içərisində narkotik maddələr olan 1 ədəd çantanı tapmışdır. Həmin çantanı götürərək piyada ona məxsus evin həyətyani sahəsinə gəlmiş, çantanı evin həyətində olan yardımçı tikilidə gizlətmişdir. Bundan sonra “Şəkur” adlı İran İslam Respublikası vətəndaşı ilə əlaqə saxlamış, ona narkotik maddələri götürdüyünü bildirmişdir. “Şəkur” isə ona narkotik maddələri o deyən vaxt Bakı şəhərinə aparmasını, ona “Konum” göndərəcəyini, həmin çantanı konumda göstərilən yerə qoyacağını demişdir. O da “Şəkurla” razılaşmışdır.(i.v. 50-54, 64-67, N1-N3, 207-210) Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ifadələr arasındakı ziddiyyətin səbəbini izah edə bilməmiş, məhkəmədə verdiyi ifadəsini təsdiq etmişdir. Sonda təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğunu, aşkar olunmuş çantanı narkotik vasitələrin qanunsuz dövriyəsini həyata keçirən şəxslərin ifşa olunması məqsədilə götürdüyünü, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmadığını bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahi etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni, iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, Məhkəmə istintaqı zamanı dindirilmiş şahid Yardımlı Rayon Polis Şöbəsinin CABnin əməliyyat müvəkkili Şahid1 bildirmişdir ki, 20 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və həmin tarixdə saat 12 radələrində şəxs yaşadığı kəndin ərazisində saxlanılmışdır. Saxlanılan zaman evində narkotik vasitə gizlətdiyini bildirmişdir. Şəxsin razılığı ilə yaşadığı evə və həyətyanı sahəsində yerləşən tikililərə baxış keçirilmiş evin aşağı sahəsi tərəfində yerləşən köhnə tikilidə narkotik vasitə aşkar olunmuşdur. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən aralıda, kəndin mərkəzinə yaxın yerdə saxlamışlar. Onun həyətində köhnə tikilidə marixuana, metamfetamin, metadon və heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki zor tətbiq edilməmişdir, ailəsi ilə təhdid edilməmişdir. Təqsirləndirilən şəxs ilkin sorğu zamanı bildirmişdir ki, narkotiki Dövlət Sərhəd Xidmətinin əməkdaşlarının göstərişi əsasında əldə etmişdir, bununla bağlı onlar sorğu vermiş, lakin təqsirləndirilən şəxsin bildirdiyi məlumat təsdiqini tapmamışdır. Şahid qismində dindirilmiş Yardımlı RPŞ-nin PPXB-nin komandir müavini, polis leytenantı Şahid2, PPXB-nin manqa komandiri, polis serjantı Şahid3, Şahid1 ifadəsi ilə eyniməzmunlu ifadələr vermişlər. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, əməliyyata köməkçi dəstə kimi getmiş, təqsirəndirilən şəxsi saxlayarkən 3 nəfər olmuşlar və onu saxladıqdan sonra vəkil və təhqiqatçı da gəlmişdir, onlar gəlmədən Təqsirləndirilən şəxs evinin həyətinə daxil olmamışlar. Təqsirləndirilən şəxsə qarşı hədə və təzyiq halları olmamışdır.Təqsirləndirilən şəxs onlara Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğunu bildirmiş və bu barədə rəhbərliyə məruzə edilib araşdırma aparılmış, lakin məlumat təsdiqini tapmamışdır. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, təqsirləndirilən şəxsi saxlayarkən 3 nəfər olmuşlar, vəkilin gəlməsini gözləyib daha sonra onun evinə axtarış üçün getmişlər, Təqsirləndirilən şəxs onlara həyətdə yarımtikilidə olan narkotik vasitənin yerini göstərmişdir, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, işdə olan : - «Şübhəli şəxsin tutulması haqqında» 20 mart 2024-cü il tarixli, 203 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs ARCM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur.(i.v.10-11) - «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» 20 mart 2024-cü il tarixli, 454 saylı protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, təsirləndirilən şəxs Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə olan bir ədəd çantadan aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuana, heroin, psixatrop maddə metamfetaminə oxşar kütlələr, dərman peraparatları və 1(bir) ədəd “Samsung J2” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən möhürlənərək götürülmüşdür. (i.v.28-30) - Yardımlı Royan Məhkəməsinin 20 mart 2024-cü il tarixli, 4(038)-10/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. ( i.v. 76-78) - «Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 23 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4- 1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir.( i.v. 200-201) - «Maddi sübutun tanınması haqqında» 21 mart 2024-cü il tarixli, 208 saylı qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 8718,2 qram olan narkotik vasitə heroin, 1864,9 qram olan narkotik vasitə qurudulmuş marixuana, 1984,4 qram olan psixotrop maddə metamfetamin və 988 ədəd metadon həbləri cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə verilmişdir. (i.v 79-80) - «Maddi sübutun tanınması və təhvil verilməsi haqqında» 10 may 2024-cü il tarixli, 231 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1(bir) ədəd “Samsung” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Yardımlı Rayon Polis Şöbəsinə Təhvil verilmişdir.(i.v. 163-164) - «Sübutların qiymətləndirilməsi haqqında» 22 may 2024-cü il tarixli, 240 saylı qərardan görünür ki, şəxsi axtarış, baxış və götürmənin çəkilmiş videogörüntülərini əks etdirən 1(bir) ədəd CD, telefon danışıqlarının anten məlumatlarını əks etdirən 1(bir) ədəd CD və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.( i.v. 177-191) - Kompleks «məhkəmə fiziki-kimyəvi və məhkəmə bioloji ekspertizası»nın 20 mart 2024-cü il tarixli, 19/273 №-li rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində.... “şübhəli şəxs Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələr qurudulmuş marixuana, heroin və psixotrop maddə metamfetaminə oxşar kütlələr və dərman preparatları....” sözlər və imzalar olan bir ədəd çantadakı 18 ədəd bükülüdə ayrıayrılıqda təmiz çəkisi: -495,0 qr; -495,0 qr; -495,0 qr; -500,0 qr; -495,0 qr; -500,0 qr; - 495,0 qr; -490,0 qr; -490,0 qr; -495,0 qr; -305,0 qr; -490,0 qr; -495,0 qr; -500,0 qr; -500,0 qr; -495,0 qr; -495,0 qr; -490,0 qram olmaqla ümumi təmiz çəkisi: -8720,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. 4 ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkisi: -495,0 qr; -495,0 qr; -495,0 qr; -500,0 qram olmaqla ümumi təmiz çəkisi: -1985 qram olan ağ rəngli kristallardan ibarət maddələr metamfetamindirlər, kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi: -1865,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 102 ədəd konvalyutda ümumi sayı 1020 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metodon həbləridir, xarici görünüşlərinə və təsiredici maddəsinin göstəricilərinə görə bir-biriləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 40,8 qramdır (üzərində olan göstəriciyə əsasən bir həbdə 0,04 qr). Heroinin ümumi təmiz çəkisi-8720,0 qr., cəmi tədqiqata sərf edildi-1,8qr., (hər.ob-0.1qr.), qalıq-8718,2 qr.(1-18 №-li ob.) Metamfetaminin ümumi təmiz çəkisi-1985,0 qr., cəmi tədqiqata sərf edildi-0,4 qr., (hər.ob-0.1qr.), qalıq-1984,4 qr.(19-22 №-li ob.) Marixuananın təmiz çəkisi-1865,0 qr., tədqiqata sərf edildi-0,1 qr., qalıq-1864,9 qr.(23 №-li ob.) Metadon həb-1020 ədəd, cəmi tədqiqata sərf edildi-32 ədəd, qalıq-988 ədəd (24-1043 №-li ob).(i.v 39-43) - Ambulator məhkəmə-psixiatrik ekspertizasının N aprel 2024-cü il tarixli, 990 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (i.v.168-169) - «Məhkəmə narkoloji ekspertizası»nın 18 aprel 2024-cü il tarixli 356 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan nakotik vasitədən istifadə halları istisna olunmayır. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür( i.v.166.) - Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqında əldə edilmiş AR DSX İstintaq və Təhqiqat idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətində qulluq etməsi və əməkdaşlığa cəlb edilmiş şəxs qismində qeydiyyatda olması müəyyən edilməmişdir. - Müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqında əldə edilmiş AR DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissədən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Dövlət Sərhəd Xidmətində xidmət etməmiş və əməkdaşlığa cəlb olunmamışdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxsin Dövlət Sərhəd Xidmətinin məxfi əməkdaşı olması, tutulduğu gün narkotik vasitə dolu çantanı əməliyyatın gedişi olaraq özünə məxsus yardımçı tikilidə saxlaması ilə bağlı dəlilinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsin dəlili məhkəmə istintaqında əldə edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, müdafiə tərəfinin vəsatətinə əsasən məhkəmə istintaqında əldə edilmiş AR DSX İstintaq və Təhqiqat idarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X1 Dövlət Sərhəd Xidmətində qulluq etməsi və əməkdaşlığa cəlb edilmiş şəxs qismində qeydiyyatda olması müəyyən edilməmişdir. Bundan başqa, təkrarən müdafiə tərəfinin vəsatətinə əsasən Təqsirləndirilən şəxs bu və ya digər formada əməkdaşlığa cəlb edilib-edilməməsi ilə bağlı AR DSX Sərhəd Qoşunları N nömrəli hərbi hissəyə ünvanlanmış sorğuya xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxs Dövlət Sərhəd Xidmətində xidmət etməmiş və əməkdaşlığa cəlb olunmamışdır. Göründüyü kimi, təqsirləndrilən şəxs ifadəsində Cəlilabad rayonu, Göytəpə ərazisində yerləşən N nömrəli hərbi hissənin məxfi əməkdaşı olduğunu, həmin hərbi hissənin vəzifəli şəxsi Rüfət adlı şəxsin tapşırığı ilə narkotik vasitə və psixotrop maddə dolu çantanı əldə etdiyini bildirsə də, təqsirləndirilən şəxsin qeyd etdikləri öz təsdiqini tapmadığından, əksinə, əldə edilmiş sübutlarla Təqsirləndirilən şəxs Dövlət Sərhəd Xidmətinə heç bir aidiyyəti olmadığı təsdiq olunduğundan məhkəmə tərkibi həmin dəlilləri iş materialları ilə uzlaşmayan, özünü müdafiə xarakterli və qeyri-mötəbər kimi qiymətləndirir. Həmçinin, iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan, məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək, sübut kimi qiymətləndirir. Habelə, məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq, sübut kimi qəbul edir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edilir ki, Təqsirləndirilən şəxs Yardımlı rayonu ərazisinə gələrək özünə məlum olan mənbədən külli miqdarda narkotik vasitələr əldə edərək realizə etmək məqsədi ilə Bakı şəhəri ərazisinə aparmağı planlaşdırması barədə məlumat almış Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının 20 mart 2024-cü il tarixdə saat 11:55 radələrində keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Yardımlı rayonu Ostayır kəndi ərazisində saxlanılmış, 20 mart 2024-cü il tarixdə saat 12:42 radələrində həmin evin həyətyani sahəsində yerləşən yardımçı tikiliyə baxış keçirilən zamanı onun gizlətdiyi 1(bir) ədəd çantadan 18 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 495 qram, 500 qram, 495 qram, 500 qram, 495 qram, 490 qram, 490 qram, 495 qram, 305 qram, 490 qram, 495 qram, 500 qram, 500 qram, 495 qram, 495 qram, 490 qram olmaqla ümumilikdə 8720 qram çəkidə xüsusilə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 1 ədəd bükülüdə 1865 qram çəkidə külli miqdarda çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, 4 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 495 qram, 495 qram, 495 qram, 500 qram olmaqla ümumilikdə 1985 qram çəkidə xüsusilə külli miqdarda kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 40,8 qram olan külli miqdarda 1020 ədəd həb halında narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Toplanmış sübutların məcmusu əsasında kifayət qədər sübuta yetirilir ki, o, xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələrin Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil etmək barədə şəxsiyyəti istintaqa məlum olmayan “Şəkur” adlı İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək xüsusilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələri şəxsiyyəti istintaqa məlum olmayan “Şəkur” adlı İran İslam Respublikası vətəndaşının gizlətdiyi yerdən götürərək onun dediyi yerə qoyduqdan sonra bunun müqabilində 5000 (beş min) manat qazanc alacağı vədi ilə razılaşaraq 19 mart 2024-cü il tarixdə saat 20 radələrində Yardımlı rayonu Ostayır kəndi ərazisindən sonuncunun gizlətdiyi içərisində 1865 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, 8720 qram çəkidə xüsusilə külli miqdarda narkotik vasitə heroin, 1985 qram çəkidə xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və təsir maddəsinin ümumi miqdarı 40,8 qram olan külli miqdarda 1020 ədəd həb halında narkotik vasitə metadon olan 1(bir) ədəd çantanı qanunsuz əldə edib daşıyaraq həmin tarixdə Yardımlı rayonu Ostayır kəndində yerləşən özünə məxsus evin həyətyani sahəsində yerləşən yardımçı tikilidə gizlətməklə saxlamışdır. Məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Heroin” olan maddə narkotik vasitədir. Heroinin 0,N qramdan artıq hissəsi xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi külli miqdar, 800 qramdan artıq hissəsi isə xüsusilə külli miqdar (təmiz halda qramlarla) hesab olunur. Həmin Siyahıya əsasən “qurudulmuş marixuana” narkotik vasitədir və onun 5 qramdan artıq hissəsi xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (50.000 qrama qədər) külli miqdar hesab olunur. Həmin Siyahıya əsasən “metadon” narkotik vasitədir və metadonun 0,02 qram və ondan artıq hissəsi xeyli miqdar, 1,6 qram və ondan artıq hissəsi (160 qrama qədər) külli miqdar hesab olunur. Yenə həmin siyahıya əsasən “metamfetamin” psixotrop maddədir və onun 0,N qram və ondan artıq hissəsi xeyli miqdar, 2 qram və ondan artıq hissəsi külli miqdar və 400 qram və ondan artıq hissəsi xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli Qərarının 9-cu bəndində qeyd edilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə fizikikimyəvi ekspertizası»nın, «ambulator-məcburi narkoloji tibbi yoxlama»nın rəyləri, «təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» protokollar, Təqsirləndirilən şəxs üzərindən və fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş maddi sübut və digər istintaq sənədləri ilə sübuta yetirilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4-1-ci maddəsinin sanksiyasında səkkiz ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - DİN-in BƏSİİ-dən verilmiş 23 oktyabr 2023-cü il tarixli tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.125) - Yardımlı Rayon İcra Hakimiyyəti Başçısının Ostayir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 mart 2024-cü il tarixli, 5-81-30/2-N1 /2024 nömrəli arayış və 3-13-16/2-1893/24 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Yardımlı rayonu, Ostayir kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır. Ailə tərkibi həyat yoldaşından ibarətdir. Orta təhsillidir, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir.(i.v.127-128) Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin N8.2.1, N8.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 20 mart 2024-cü il tarixdən hesablanmalı, Yardımlı Rayon Məhkəməsinin 21 mart 2024-cü il tarixli, 4(038)- 10/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və keçirilmiş məhkəmə-fiziki kimyəvi ekspertizasında tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3(üç) ədəd kağız paketdə 8718,2 qram çəkidə narkotik vasitə heroin, 1864,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1984,4 qram çəkidə psixotrop maddə metamfetamin və 988 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış, baxış və götürmənin çəkilmiş videogörüntülərini əks etdirən 1(bir) ədəd CD, telefon danışıqlarının anten məlumatlarını əks etdirən 1(bir) ədəd CD və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialları arasında saxlanılan 1 ədəd “Samsung J2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 14 iyun 2024-cü il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4-1-ci nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 20 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Yardımlı Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan 8718,2 qram çəkidə narkotik vasitə heroin, 1864,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1984,4 qram çəkidə psixotrop maddə metamfetamin və 988 ədəd metadon həbləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materialları arasında saxlanılan 1(bir) ədəd “Samsung J2” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin ailə üzvlərinə qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış şəxsi axtarış, baxış və götürmənin çəkilmiş videogörüntülərini əks etdirən 1(bir) ədəd CD, telefon danışıqlarının anten məlumatlarını əks etdirən 1(bir) ədəd CD və "xxxx" MMC-dən daxil olmuş 1(bir) ədəd CD cinayət işini materiallarında saxlanılsın. İş üzrə ekpertiza xərci kimi 120 (yüz iyirmi) manat məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Ayşən Vəliyeva Hakimlər: Əli Əliyev Oruc Cəlilov
Məhkəmə qərarları › İş №1(099)-43/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-43/2025
15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver