Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-431/2025 29.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən və məruzəçi), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1979-cu ildə Lənkəran şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)-475/2010 saylı, 11 may 2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.4, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən 15 (on beş) il müdddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-137/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 05 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, 09 iyun 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)- 715/2025 saylı, 10 iyun 2025-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin X1 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 29 avqust 2025-ci il tarixdə, saat 11:50-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 2 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla və məhkəməyə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs kimi məlum olan və şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin və qeyrilərinin sifarişi ilə ona göndərilən maddələrin satışının həyata keçirilməsi üçün məhkəməyə və istintaqa məlum olmayan tarixdə, vaxtda və şəraitdə İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri vasitəsi ilə Astara rayonu ərazisində gizlədilən külli miqdarda 21500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Astara rayonu, Kijəbə qəsəbəsi, Lovayın kəndi ərazisində yerləşən Lovayın su anbarının yaxınlığına daşımış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyun 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 02:37-də qeyd olunan yerdə saxlanılaraq dərhal elə həmin yerdə onun üstünə baxış keçirilən zaman onun qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və əlində saxladığı iki ədəd qara rəngli sintetik torbada iyirmi dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1035,0 qram, 1045,0 qram, 1015,0 qram, 500,0 qram, 1035,0 qram, 1090,0 qram, 1120,0 qram, 1050,0 qram, 1025,0 qram, 1040,0 qram, 1040,0 qram, 1160,0 qram, 495,0 qram, 1045,0 qram, 1100,0 qram, 1070,0 qram, 1035,0 qram, 500,0 qram, 490,0 qram, 500,0 qram, 1050,0 qram, 500,0 qram və 520,0 qram olmaqla ümumilikdə külli miqdarda 21500 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, iranlı ilə mobil telefon vasitəsi ilə danışıb, konumda olan yerə gedərək narkotik vasitəni həmin yerdən götürmək istəmişdir. Həmin narkotik vasitəni götürüb avtombilinə qoymaq istəyərkən polis əməkdaşları onu saxlamışlar. Əməlindən peşmandır. Verilən suallara cavab olaraq bildirmişdir ki, cəza çəkdiyi vaxtlardan tanıdığı iran vətəndaşı ilə telefon vasitəsi ilə danışarkən ona maddi vəziyyətinin pis olmasını bildirmişdir. Həmin iranlı da, başqa bir iranlının nömrəsini ona verərək demişdir ki, həmin iranlı ona köməklik göstərə bilər. Nömrəsini aldığı iranlının adını Əli olaraq bilmişdir. Belə ki, həmin şəxs özünü Əli kimi təqdim etmişdir. Əli ona demişdi ki, İrandan Azərbaycana göndərilən narkotik vasitələri onun dediyi yerdən götürüb müəyyən ünvanlara çatdırmaq müqabilində ona hər kiloqram üçün 500 manat məbləğində pul verəcəkdir. Narkotik vasitənin qoyulduğu yeri Əli ona demişdir. O, da narkotik vasitələri götürmək üçün Əlinin dediyi ünvana, ünvan 3miş və həmin vaxt mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişlər. Əlavə olaraq bildirmişdir ki, azadlığa çıxdıqdan sonra Lənkəranda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Narkotik vasitələri Bakı şəhərinə aparıb Əli adlı şəxsin dediyi yerlərə qoyacaqdı. Əli ona 13.000 (on üç min) manat məbləğində pul verməli idi. Həmin puldan 500 manat ona məxsus plastik bank kartına köçürülmşdür. Narkotik vasitələri deyiləcək ünvanlara qoyduqca pul onun plastik kartına hissə-hissə olmaqla köçürülməliydi. Narkotiki vasitə Lovayn su ambarının yaxınlığında olan körpünün altına qoyulmuşdur. Narkotik vasitəni götürüb maşına yaxınlaşanda onu saxlamışlar. Narkotik vasitələr iki bağlamanın içində olmuşdur. Sonda Təqsirləndirilən şəxs əvvəllər də məhkum olunmasını nəzərə alaraq ona aşağı həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş, təqsirləndirilən şəxs saxlanılarkən tərtib edilmiş protokol, təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, şahid ifadəsi, məhkəmə kimyəvi-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirildi. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, 09 iyun 2025-ci il tarixdə Astara rayonu, Lovayın kəndi ərazisində yerləşən “Su anbarı”nın yaxınlığında Təqsirləndirilən şəxs əlləri ilə iki ədəd torbaları idarə etdiyi Mersedes Benz C180 minik markalı avtomobilin dayandığı yerə tərəf sürüyüb apararkən saxlanılmışdır. Təqsirləndirilən şəxsdən aşkar olunan 23 kiloqrama yaxın narkotik vasitə qablaşdırılmış, möhürlənmiş və götürülmüşüdür. Təqsirləndirilən şəxs narkotik vasitələri İran vətəndaşı olan Əli adlı şəxsin deyəcəyi yerələ aparacağını və hər kiloqrama görə ona 500 manat məbləğində pul veriləcəyini, eləcə də əvvəlcədəndə onun kartına 500 manat məbləğində pul yükləndiyin bildirmişdir. Məlumat daxil olduqdan sonra həmin ərazini müşahidəyə götürmüşlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri satış məqsədi ilə əldə edib Astara rayonu ərazisində dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyun 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs saat 02:37-də qeyd olunan yerdə saxlanılaraq dərhal elə həmin yerdə onun üstünə baxış keçirilən zaman onun əldə edib saxlamaqla daşıdığı və əlində saxladığı iki ədəd qara rəngli sintetik torbada iyirmi dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1035,0 qram, 1045,0 qram, 1015,0 qram, 500,0 qram, 1035,0 qram, 1090,0 qram, 1120,0 qram, 1050,0 qram, 1025,0 qram, 1040,0 qram, 1040,0 qram, 1160,0 qram, 495,0 qram, 1045,0 qram, 1100,0 qram, 1070,0 qram, 1035,0 qram, 500,0 qram, 490,0 qram, 500,0 qram, 1050,0 qram, 500,0 qram və 520,0 qram olmaqla ümumilikdə külli miqdarda 21500 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın aşkar edilib götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1) -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə baxış keçirilməsinə dair” 09 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, 09 iyun 2025-ci il tarixdə saat 02:37-də DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 08 iyun 2025-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:37də saxlanılarkən onun üstünə baxış keçirilən zaman üzərindən öz adına olan şəxsiyyət vəsiqəsi, 1 ədəd “birbank” kartı, cəmi 117 manat pul, 1 ədəd “Samsunq” markalı mobil telefon, 1 qutu “Vinçest” siqaret qutusu, bir ədəd alışqan və avtomobil açarları, həmçinin Təqsirləndirilən şəxs əlləri ilə avtomobilə tərəf sürüdüyü iki ədəd göy-boz rəngli sintetik torbalara baxış keçirilən zaman, torbaların hər birinin içərisində 12 (on iki) ədəd olmaqla cəmi 24 ədəd selofan bükümdə olan külli miqdarda 21500 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz C180 minik markalı, **-NC-*** qeydiyyat nişanlı atomobilə baxış keçirldi, baxış zamanı avtomobilin salonunda öz adıqa olan sürücülük vəsiqəsi, idarə etdiyi nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə, 1 ədəd “ABB” və 1 ədəd "xxxx" bank kartları aşkar olunaraq götürülmüşdür.(i.v.11-14) -“təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 09 iyun 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, təqdim olunan 2 (iki) ədəd göy-boz rəgli sintetik torbalara, 1 (bir) ədəd “Samsung” markalı mobil telefona, 117 manat pula, şəxsiyyət vəsiqəsinə, sürücülük vəsiqəsinə, nəqliyyat asitəsinin qeydiyyat şəhadətnaməsinə, etibarnaməyə, 1 (bir) ədəd “birbank”, 1 (bir) ədəd “ABB” və 1 (bir) ədəd "xxxx" bank kartına və 1 (bir) ədəd DVD diska baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs götürülmüş sözləri yazılan 2 (iki) ədəd göy-boz rəngli sintetik torbaların hər birində 12 (on iki) ədəd olmaqla cəmi 24 (iyirmi dörd) ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələr aşkar olundu. Sonra həmin kütlələr yenidən sintetik torbalarda qablaşdırılıb möhürləndi. Həmçinin 1 (bir) ədəd “Samsung” markalı mobil telefon, 117 manat pul, şəxsiyyət vəsiqəsi, sürücülük vəsiqəsi, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi, etibarnamə, 1 (bir) ədəd “birbank”, 1 (bir) ədəd “ABB” və 1 (bir) ədəd "xxxx" bank kartları götürüldü. 1 (bir) ədəd DVD diskdə olan videogörüntüyə HP markalı kompüterdə baxış keçirildi. Diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik vasitəyə bənzər kütlələrin, həmçinin digər əşyanın aşkar olunması, Təqsirləndirilən şəxs aşkar olunması baradə özü tərəfindən bildirməsi əksini sapmışdır. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirdi ki, aşkar olunmuş narkotik maddələri əvvəllər “Vasif” adlı digər bir İranlı vasitəsi ilə tanış olduğu “Əli” adlı İran vətəndaşı ilə telefonla danışıb əldə etmiş, hər kiloqramına görə 500 manat qarşılığında Bakı şəhərinə aparıb deyiləcək yerlərdə qoyacaqdı, əvvəlcədən 500 manat pul onun kart hesabına köçürülmüşdür. Baxış və götürmə zamanı “SONY” markalı videokamera vasitəsi ilə DİN BNMİ-nin CBRŞ-nin polis nəfəri, polis baş serjantı X7 tərəfindən videoçəkiliş aparılmışdır.(i.v.18-21) -“şübhəli şəxsin tutulması haqqında” 09 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 06:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.35) -“materialların məhkəmə ekspertizası, məhkəmə bioloji ekspertizası”nın 09 iyun 2025ci il tarixli, 19/236 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs aşkar edilmiş 1 dədə sintetik torbanın içərisində olan 12 ədəd bağlamada narkotik vasitə olan marixuanaya bənzər kütlələr..” sözlər və imzalar olan 2 ədəd kisədəki, ümumilikdə 24 ədəd yapışqan lentlə (skoçla) sarılmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi-1040,0 qram, 1035,0 qram, 1045,0 qram, 1015,0 qram, 500,0 qram, 1035,0 qram, 1090,0 qram, 1120,0 qram, 1050,0 qram, 1025,0 qram, 1040,0 qram, 1040,0 qram, 1160,0 qram, 495,0 qram, 1045,0 qram, 1100,0 qram, 1070,0 qram, 1035,0 qram, 500,0 qram, 490,0 qram, 500,0 qram, 1050,0 qram, 500,0 qram və 520,0 qram olmaqla ümumi təmiz çəkisi- 21500,0 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər.(Qalıq: 21 kq 497,6 qram).(i.v.56-60) -“təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 4(005)-715/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir.(i.v.90-91; 110-114) -“maddi sübut hesab edilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə qurudulmuş marixuananın, ekspertiza tədqiqatından sonra qalıq qalmış -21 kq 497,6 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlama yerinə təhvil verilmişdir.(i.v.128-129) -Astara rayon İcra Hakimiyyəti Başçısının X9 Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 10 iyun 2025-ci il tarixli 95 nömrəli arayışından görünür ki, Lovayn su anbarı, Astara rayon Kijəbə qəsəbəsi, Lovayn kəndi ərazisində yerləşir.(i.v.136) -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X14 12 iyun 2025-ci il tarixli 3-28-29/2-5750/2025 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs göstərilən xəstəxanada müalicədə olmayıb.(i.v.137) -“Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 1(101)- 475/2010 saylı, 11 may 2010-cu il tarixli hökm”ünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.4, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, CM-nin 66.3cü maddəsinə əsaən 15 (on beş) il müdddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir.(i.v.151-172) -Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-137/2024 saylı, 29 fevral 2024-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş qalan hissəsinin 05 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir.(i.v.175-178) -“mobil telefon aparatına baxış keçirilməsi haqqında” 18 iyun 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus “Samsunq” markalı mobil telefonun yaddaşında “kontaktlar” bölümündə İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus +98(912)012-77-14 nömrəsinin “Ali” adı altında qeydiyyata alındığı aşkar edilmişdir. Həmin telefonun “WhatsApp” proqramı vasitəsi ilə 09 iyun 2025-ci il tarixdən saat 00:53-dən saat 01:55-dək olan müddət ərzində telefonda İran İslam Respublikasının mobil telefon operatorlarına məxsus “Ali” adı altında qeydə alınmış +98(912)012-77-14 nömrəsi ilə telefon danışıqları aparılması müəyyən edilmişdir.(i.v.179-183) -Astara Rayon Məhkəməsinin 18 iyun 2025-ci il tarixli 5(018)-70/2025 nömrəli “əməliyyat-axtarış tədbirlərinin məhkəmə nəzarəti qaydasında yoxlanılmasının nəticələri haqqında” qərarla Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Cənub X3 əməliyyat müvəkkili Şahid 08 iyun 2025-ci il tarixli qərarı əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri qanuna uyğun hesab edilmişdir.(i.v.193) -“cinayət işi üzrə məlumatlara baxış keçirilməsi haqqında” 15 iyul 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş "xxxx" ASC-nin çıxarış cədvəlindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edlmiş 4169 7416 2094 1870 nömrəli kart arvadı X2 adına olmuşdur. Həmin plastik bank kartı xx.xx.2024-cü il tarixdə aktiv edilmiş, həmin tarixdən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaiti dövriyyə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs aşkar edilmiş 4169 7388 8740 2711 nömrəli bank kartı Təqsirləndirilən şəxs öz adına olmuşdur. Həmin plastik bank kartı xx.xx.2024-cü il tarixdə aktiv edilmiş, həmin tarixdən xx.xx.2025-ci il tarixədək olan müddət ərzində müxtəlif məbləğlərdə pul vəsaiti dövriyyə edilmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi İran İslam Respublikasının vətəndaşı tərəfindən 500 manat pul vəsaitinin köçürülməsi, xx.xx.2025-ci il tarixdə saat 23.37-də ünvan 4 ünvanda yerləşən “Paypal” ödəmə terminalı vasitəsi ilə həyata keçirildiyi müəyyən edilmişdir.(i.v.209-225) -“məhkəmə-tibbi ekspertizası”nın 09 iyun 2025-ci il tarixli 362 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi.(i.v.228-229) -“ambulator məcburi narkoloji tibbi yoxlama”nın 09 iyun 2025-ci il tarixli, 319 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi və fiziki asılılıq olmadan kannabinoidlərdən istifadə halları olub. Asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v.230) -“sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsindən həmin Məcələnin 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif olunaraq ona həmin maddələrlə ittiham elan olunmuşdur.(i.v.231-239) -“sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üstünün yoxlanılmasını və təqdim olunmuş əşyalara baxış keçirilməsini özündə əks etdirən 02 ədəd DVD disk maddi sübut hesab edilərək cinayət işinin materiallarında saxlanılmış, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi nəticəsində əldə etdiyi və üzərindən aşkar edilərək götürülmüş 117 manat pul vəsaiti maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-nin Baş Maliyyə-Plan İdarəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon cihazı maddi sübut hesab ediləprək Azərbaycan Respublikası DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(i.v.231-239) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 21 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir.(i.v.241-242) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” 22 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.247-248) İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Narkotik vasitələrin və psixotrop maddələrin xeyli miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu (bundan sonra – 961-İİQ nömrəli Qanun) ilə müəyyən olunmuşdur. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Həmin Plenum qərarının 8-ci bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində «miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər» şəklində izah verilmişdir. Məhkəmələrə izah edilsin ki, Qanunun həmin maddəsində «digər şəxsi maraq» dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş «digər şəxsi maraq», törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Həmin Plenum qərarının 9-cu bəndində göstərilmişdir ki, Cinayət Mcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs külli miqdarda - 21500,0 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində saxlayaraq daşıması onun narkotik vasitələrin satışı ilə məşğul olduğunu və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiyini sübut edir. Göstərilən hallar Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrə münasibətdə satış niyyətində olması barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmək məqsədi ilə şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, İran İslam Respublikasının vətəndaşı “Əli” adlı şəxsin və qeyrilərinin sifarişi ilə Təqsirləndirilən şəxs ona göndərilən maddələrin satışının həyata keçirilməsi üçün məhkəməyə və istintaqa naməlum tarixdə, vaxtda və şəraitdə Astara rayonu ərazisində gizlədilən külli miqdarda 21500 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Astara rayonu, Kijəbə qəsəbəsi, Lovayın kəndi ərazisində yerləşən Lovayın su anbarının yaxınlığına daşımış, 08 iyun 2025-ci il tarixdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 02:37-də qeyd olunan yerdə saxlanılaraq dərhal elə həmin yerdə onun üstünə baxış keçirilən zaman onun qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı və əlində saxladığı iki ədəd göy-boz rəngli sintetik torbada iyirmi dörd ədəd bükülüdə ayrı-ayrılıqda təmiz çəkiləri 1040,0 qram, 1035,0 qram, 1045,0 qram, 1015,0 qram, 500,0 qram, 1035,0 qram, 1090,0 qram, 1120,0 qram, 1050,0 qram, 1025,0 qram, 1040,0 qram, 1040,0 qram, 1160,0 qram, 495,0 qram, 1045,0 qram, 1100,0 qram, 1070,0 qram, 1035,0 qram, 500,0 qram, 490,0 qram, 500,0 qram, 1050,0 qram, 500,0 qram və 520,0 qram olmaqla ümumilikdə külli miqdarda 21500 qram çəkidə tərkibinə görə eyni olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə və təqdim olunmuş əşyalara baxış keçirilməsinə dair” protokol və ona əlavə edilmiş videoçəkilişlər, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitələr, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 10 iyun 2025-ci il tarixli tələbnamədən, hökm və qərardan görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 may 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.4, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsinin 05 ay 21 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, 20 avqust 2024-cü il tarixdə cəza müddəti başa çatmışdır.(i.v.149-150) -Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Lənkəran Şəhər 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 23 iyun 2025-ci il tarixli, xx-xx/1027 saylı arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamış və qeydiyyatda olduğu ərazi üzrə müsbət xarakterizə edilmişdir.(i.v.190-191) İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 11 may 2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 206.4, 234.1, 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 15 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29 fevral 2024-cü il tarixli qərarı ilə ona təyin olunmuş cəzadan 5 (beş) ay 21 (iyirmi bir) gün vaxtından əvvəl şərti azad edilmiş və 20 avqust 2024-cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza müddəti 20 avqust 2024-cü il tarixdə bitmiş, onun cəzasını çəkib qurtardığı gündən altı il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi sayılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlini etiraf etməsi, əməlindən peşman olması, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs təhlükəli residiv olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təhlükəli residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri üzrə müəyyən edilmiş daha ciddi cəza növünün üçdə ikisindən az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 09 iyun 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 4(005)-715/2025 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Ambulator məcburi narkoloji tibbi yoxlamanın 09 iyun 2025-ci il tarixli, 319 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 120 (bir yüz iyirmi) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 120 (bir yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Cinayət Məcəlləsinin 99-1.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Şərh olunanlara əsasən məhkəmə tərkibi bildirir ki, Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi iş üzrə maddi sübut hesab olunaraq DİN-in Baş Maliyyə-Plan İdarəsində saxlanılan 117 manat pul vəsaiti xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutları saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 21 kq 497,6 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, cinayət işi materiallarına əlavə edilmiş 02 ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 09 iyun 2025-ci il tarixdən hesablansın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 iyun 2025-ci il tarixli, 4(005)- 715/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 21 kq 497,6 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut olan və DİN-in Baş Maliyyə-Plan İdarəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi 117 manat pul vəsaiti xüsusi müsadirə edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs üzərinə, avtomobilinə və onun tərəfindən təqdim olunmuş əşyalara baxış keçirilməsi barədə videogörüntülərin əks olunduğu 02 ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi Narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ənnağı Məmmədli Hakimlər: Cavanşir Nəbiyev Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-431/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-431/2025
29.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver