Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-432/2024 13.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Lənkəran rayonu Daşdaleqjar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Daşdaleqjar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinin “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə digər şəxslə danışaraq külli miqdarda narkotik vasitələrin və külli miqdarda psixotrop maddələnin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, ona ödənilməli olan müəyyən məbləğdə pul müqabilində qoyulduğu yerdən götürməklə ona deyiləcək başqa yerə çatdırılması barədə qabaqcadan razılaşmaqla əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən cinayətkar qrupun digər üzvü bir ədəd polietilen torbada külli miqdarda, 630 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki, bir ədəd polietilen torbada külli miqdarda, 92 qram kustar üsulla hazırlanmış psixrtrop maddə metamfetamini və bir ədəd polietilen torbada külli miqdarda, 605 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək Hacıqabul rayonu Nəvai kəndində yerləşən “Karvan” restoranının qarşısında müəyyən yerə qoyaraq 26 noyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs bu barədə telefonla məlumat verməklə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə narkotik vasitələrin və psixotrop maddənin qoyulduğu yerin fotoşəklini və konumunu göndərmiş, bundan çonra Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə saat 16 radələrində Lənkəran rayonundan yoldan keçən avtomobilə minməklə Hacıqabul rayonuna yollanmış, həmin gün saat 19:45 radələrində Nəvai kəndində yerləşən “Karvan” restoranının qarşı tərəfinə gedərək oradan göstərilən narkotik vasitələri və psixotrop maddəni bir ədəd torbada götürməklə ümumi cinayətkar niyyətlə əldə etmiş, əlində saxlayıb daşıyarkən bu barədə məlumat almış Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq rayon polis şöbəsinə aparılmış, üzərində şəxsi axtarış aparılarkən 630 qram narkotik vasitə tiryək, 92 qram psixotrop maddə metamfetamin və 605 qram narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Rusiya Federasiyasında olan zaman orda Toral adlı iranlı ilə tanış olmuşdur. Toral adlı şəxsin telefon nömrəsini götürmüşdür. Hadisədən təxminən bir ay əvvəl Azərbaycana yaşadığı kəndə qayıtmışdır. Azərbaycana qayıtdıqdan sonra həmin iranlı ilə “Whatsapp” proqramı vasitəsi ilə əlaqə saxlamaqla ona öz istifadəsi üçün 300-400 qram narkotik vasitə qurudulmuş marixuana göndərməsini demişdir. İranlı ilə narkotikin göndərilməsindən sonra ona 2800 manat pul ödəyəcəyi barədə razılaşmışlar. 26 noyabr 2023-cü il tarixdə Toral adlı şəxslə “Whatsapp”da danışan zaman Toral ona narkotik vasitənin Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən «Karvan» restoranın qarşı tərəfinə qoyulacağını, gedib oradan narkotik vasitəni götürməsini demişdir. Bundan sonra o, 26 noyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Lənkəran rayonundan çıxaraq yoldan keçən avtomobilə minərək Hacıqabul rayonu Nəvahi kəndi ərazisinə getmişdir. Toral adlı şəxs ona əvvəlcədən narkotik vasitənin qoyulduğu yernin fotoşəklini və konumu, yəni kordinantlarını göndərmişdir. O, 26 fevral 2023-cü il tarixdə saat 19 radələrində Hacıqabul rayonu Nəvai kəndi ərazisində «Karvan» restoranın qarşı tərəfində çatmış, orada maşından düşərək konum üzrə narkotikin qoyulduğu yerə çatmış, ərazini axtarımış, lakin narkotik vasitələri tapa bilməmişdir. Narkotik vasitələrin olduğu sumkanı götürə bilməmiş və yenidən avtomaşına tərəf qayıtmaq istəyəndə polis işçiləri tərəfindən tutulmuşdur. Polis işçiləri içərisində narkotik vasitələr olan sumkanı gətirib onun qabağına qoymuş və ona məxsus olmasını demişlər. Hansıki həmin sumkada olan metamfetaminin və tiryəkin ona aidiyyəti olmamışdır. O, narkotik vasitəni götürə bilsəydi, aparıb hər hansı şəxsə verməli deyildir. Polis işçiləri onu döyməmişlər, hər hansı fiziki təsir göstərməmişlər. Lakin onun telefonunda olan bütün abunəçiləri işə cəlb etməklə hədələmişlər. Ona görə də polis işçilərinin dedikləri ilə razılaşmış, sumkada aşkar olunmuş bütün narkotik vasitələrin və psixotrop maddənin ona aidiyyətinin olması, narkotik vasitələri götürüb başqa şəxslərə çatdırmasına dair ifadə vermişdir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olnmaqla tədqiq olunmuş ifadəsində göstərmişdir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. Əvvəllər Rusiya Federasiyasında olmuş, təxmini 1 ay olar ki, Rusiya Federasiyasından Azərbaycana gəlmişdir. Rusiya Federasiyasında olan zaman ordakı təsadüfi məclisdə tanıdığı və hazırda adını xatırlamadığı tanışlarından biri ona İran İslam Respublikası vətəndaşı Toral adlı şəxsin telefon nömrəsini vermişdi ki, Azərbaycana qayıdandan sonra həmin şəxslə danışıb narkotik vasitə əldə edə bilsin. Buna görə də o, həmin Toral adlı şəxsin telefon nömrəsini götürmüş və Toralla “Whatsapp” ani mesajlaşma tətbiqi vasitəsilə münasibət qurub danışmışdır. Tanış olandan bu vaxta qədər olan müddət ərzində Toral ona işlər görməyi təklif etmişdir. Həmin işlərin mahiyyəti isə ondan ibarət olmuşdur ki, Toralın Azərbaycan Respublikası ərazisində müxtəlif yerlərə qoydurduğu narkotik vasitə və ya psoxtrop maddələrin olduğu bağlamaları ünvana çatdırsın. Bu işi görmək üçün Toral ona pul təklif etmişdir. 26 noyabr 2023-cü il tarixdə Toral adlı şəxslə “Whatsapp” proqramı ilə danışan zaman Toral ona bildirmişdir ki, Hacıqabul rayonu Nəvahi kəndi ərazisində sellefon torbada narkotik vasitə qoyduracaq, həmin sellofan torbadaki narkotik vasitəni götürüb sonra Toralın deyəcəyi yerə aparsın. Bunun qarşılığında isə ona pul verəcəkdir. Buna görə də o, 26 noyabr 2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Lənkəran rayonundan çıxaraq yoldan keçən avtomobil vasitəsi ilə saat 19 radələrində Hacıqabul rayonu Nəvahi kəndi ərazisinə gəlmişdir. Həmin Toral adlı şəxs ona əvvəlcədən sellefonda olan narkotik vasitənin atıldığı yeri və hardan götürəcəyini bildirmişdir. O da şəkillərdə göstərilən, yəni Hacıqabul rayonu Nəvahi kəndi ərazisində yerləşən «Karvan» restoranının yanına gəlmişdir. Orada narkotik vasitəni axtarmış, lakin tapa bilməmişdir. Həmin vaxtı polis əməkdaşları onu saxlamışdar. Polis işçiləri onu üzərində narkotik vasitələri daşımaqda şübhəli olduğunu bildirmiş və rayon polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya vardırsa, təqdim etməsi təklif edilmişdir. O əlində olan torbanı təqdim etmişdir. Bundan başqa üzərindəki özünə məxsus olan “İnfinix” və “Honor” markalı telefonları da təqdim etmişdir. Həmin torbaya baxan zaman torbanın içərisindən narkotik vasitə tiryəkə, narkotik vasitə marixuanaya və psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan sonra üzərində axtarış davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Əlindəki torbada aşkar edilmiş kütlələr elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Sorğu zamanı o, həmin kütlələrin nə olduğunu bilmədiyini, Toral adlı İran İslam Respublikası vətəndaşının tapşırığı əsasında Hacıqabul rayonu, Nəvahi kəndində qoyulmuş yerdən götürüb Troalın deyəcəyi yerə çatdırmalı olduğunu və buna görə Toralın ona pul verəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs cinayət əməli özünün ziddiyyətli ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Hacıqabul Rayon Polis Şöbəsində Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 26 noyabr 2023-cü il tarixdə Lənkəran rayonu Daşdaleqjar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 26 noyabr 2023-cü il tarixdə saat 19:45 radələrində Hacıqabul rayonu Nəvahi kəndində «Karvan» restoranının qarşısında saxlanılaraq polis şöbəsinə gətirilmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasından əvvəl ona üzərində narkotik vasitə və ya başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əlində saxladığı 01 ədəd polietilen torbadakı kütlələri təqdim etmişdir. Həmin polietilen torbanın içərindəki kütlələr açıldıqda 01 ədəd polietilen torbaya bükülmüş 3 ədəd ayrı-ayrı bükülülərdə narkotik vasitə tiryəkə, narkotik vasitə qurudulmuş marixuanaya və psixotrop vasitə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Bundan başqa o, üzərində olan “İnfinix” və “Honor” markalı mobil telefonları da təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli başqa əşya və predmet aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə və psixotrop maddələri Toral adlı İran İslam Respublikası vətəndaşı ilə vhatsapp vasitəsi ilə danışaraq Hacıqabul rayonu ərazisinə qoydurmasını, həmin maddələri Toral adlı iranlının göstərişi ilə pul qarşılığında başqa ünvana çatdırmalı olmasını bildirmişdir. İlqar Əməeullayevin təqdim etdiyi kütlələr elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təsir-təzyiq göstərməmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 da Şahid1la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsüsatları təsdiq etdi. Şəxsi axtarış və götürmə aparılması barədə 26 noyabr 2023-cü il tarixli protokoldan və videçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs əlində olan polietilen torbada tiryəkə, marixuanaya və metamfetaminəbənzər maddələr aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilməklə qablaşdırılaraq götürülmüşdür. Materialların məhkəmə ekspertizasının 27 noyabr 2023-ci il tarixli, 18/1077-1078 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunmuş 01 ədəd polietilen torbada təmiz çəkisi 630 qram olan, xaşxaş birkisindən kustar üsulla hazrılanmış narkotik vasitə tiryəkdir. 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 92 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd polietilen torbada təmiz çəkisi 605 qram olan bitki mənşəli narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Məhkəmə-narkoloji ekspertizasının 08 dekabr 2023-cü il tarixli, 8065 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 16 dekabr 2023-cü il tarixli, 3494 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Cinayət əməlini törədərkən anlaqlı olmuşdur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-tibbi ekspertizasının 01 dekabr 2023-cü il tarixli, 387 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs bədəni üzərində müayinə zamanı həmin hadisə gününə uyğun hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. Lənkəran Rayon Narkoloji Xəstəxanasından daxil olan xx.xx.2024-cü il tarixli, 16 saylı məktuba əsasən Təqsirləndirilən şəxs həmin xəstəxanasında qeydiyyatda durmur. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında 15 dekabr 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2018 və 2021-ci il təvəllüdlü azyaşlı uşaqları vardır. Təqsirləndirilən şəxs yaşayış yerindən verilmiş xasiyyətnamədə müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək Təqsirləndirilən şəxs saxlanıldığı yerə öz şəxsi istifadəsi üçün 300-400 qram narkotik vasitə qurudulmuş marixuananı götürmək məqsədi ilə getməsi, narkotik vasitəni götürmək üçün onun qoyulduğu yerə getsə də, narkotik vasitəni tapa bilməməsi, polis işçiləri tərəfindən saxlanılarkən onda heç bir narkotik vasitənin olmaması, narkotik vasitələrin və psixotrop maddənin polis işçiləri tərəfindən ona bir ədəd sumkada təqdim edilməsi, sumkada aşkar olounmuş tiryəkin və psixotrop maddə metamfetaminin ona aidiyyətinin olmaması barədə ifadəsini öz məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla qeyriobyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 243.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 629,90 qram narkotik vasitə tiryək, 91,90 qram psixotrop maddə metamfetamin və 604,90 qram qurudulmuş marixuana məhv edilməlidir, 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılmalıdır. Ekspertiza xərci 63 manat 90 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Hacıqabul Rayon Polis Şöbəsində saxlanılan 629,90 qram narkotik vasitə tiryək, 91,90 qram psixotrop maddə metamfetamin və 604,90 qram qurudulmuş marixuana məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materallarında saxlanılsın. Ekspertiza xərci 63 (altmış üç) manat 90 (doxsan) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-432/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-432/2024
13.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver