Məhkəmə qərarları › İş №1(099)-432/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-432/2025

27.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-432/2025 27.08.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X18 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi – Hüseynli Misrabim Məmməd oğlunun katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi üzrə Şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, müdafiəçi – Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi, müəllim-mütəxəssis X13 iştirakları ilə, xx.xx.1992-ci ildə Hacıqabul rayonu, İkinci Udullu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Hacıqabul rayonu, İkinci Udullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdə saxlanılan X5 (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 150.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə 27 avqust 2025-ci il tarixdə saat 12:40-da Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 2 nömrəli məhkəmə iclas zalında qapalı məhkəmə baxışı iclasında baxaraq, m ü ə y y ə n e t d i: X14 20 may 2025-ci il tarixdə, saat 17 radələrində X9 mülkiyyətində olmaqla etibarnamə əsasında idarə etdiyi VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, Şorbaçı kəndində hərəkətdə olan zaman yolun kənarı ilə hərəkət edən xx xxxxxxxx 2014-cü ildə anadan olmaqla xarici görkəmi və ümumi inkişaf səviyyəsinə görə onun üçün aşkar surətdə on dörd yaşına çatmadığı məlum olan Zərərçəkmiş şəxs görüb ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmək qərarına gələrək avtomobili sonuncunun yanında saxlamış, Zərərçəkmiş şəxs tanımadığı şəxsin avtomobilinə əyləşmədiyini deməsindən sonra atasının tanışı olması barədə yalan məlumat verərək onun avtomobilin arxa sərnişin oturacağında əyləşməsinə nail olub törədəcəyi cinayət əməlini maneəsiz və gizli şəkildə həyata keçirmək məqsədilə avtomobili kəndin kənarında yerləşən dağlıq sahəyə tərəf idarə edərək dağlıq hissəsinin kənarında saxlamış, daha sonra özü avtomobilin arxa sərnişin oturacağına keçərək Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edib, sonuncunun öncədən müqavimətini qırmaq məqsədilə gedəcəyi təqdirdə onu avtomobildə olan bıçaqla öldürəcəyini deməklə avtomaşının qapısını açmasına imkan verməyib ilk öncə özünün əynində olan şalvarını və alt geyimini aşağı endirərək ereksiya vəziyyətində olan cinsi orqanını nümayiş etdirmiş və əli ilə Zərərçəkmiş şəxs başından tutaraq zor tətbiq etməklə ereksiya vəziyyətində olan cinsi orqanını öpməsinə və ağzına salıb-çıxartmasına məcbur etmiş, Zərərçəkmiş şəxs əynində olan corabını (kalqotka) və alt geyimini çıxardıqdan sonra cinsi ehtirasını pozğun formada təmin etmək niyyəti ilə sonuncunu qucağına götürüb ereksiya vəziyyətində olan cinsi orqanını onun cinsi orqanı, arxa nahiyəsi və ayaqlarına sürtməklə özünün boşalmasını (eyakulyasiya) təmin etmiş, bununla da o, onun üçün aşkar surətdə on dörd yaşına çatmayan Zərərçəkmiş şəxs köməksiz vəziyyətindən istifadə edərək zor tətbiq etməklə ona qarşı seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və onun ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.1ci maddəsinə (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan olunmuş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan edilmişdir. X10 həmin ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti aydındır və özünü həmin cinayət hadisəsində tam təqsirli bilir. Ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərə bilər ki, rəsmi olaraq heç bir yerdə işləmir. 18 sentyabr 2014-cü ildə X11 ilə ailə həyatı qurmuşdur. Həmin evlilikdən Binyamin və Damla adında iki övladı olmuşdur. 2017ci ildə ailə daxili məsələlərlə bağlı ailə həyatlarına son vermişdirlər. VAZ 2106 markalı, **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili qardaşı Abdul Məmmədov onun üçün baş etibarnamə ilə onun adına almışdır. Həmin avtomobili baş etibarnamə ilə Hacıqabul rayonu ərazisində idarə edir. Avtomobil idarə etmək üçün sürücülük hüququ yoxdur. Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Onunla və ailə üzvləri ilə heç bir düşmançılığı olmamışdır. O, 20 may 2025-ci il tarixdə, saat 11 radələrində evdən çıxaraq, həyətyanı sahədə işləmək üçün aldığı otbiçən maşının dişliyini almaq məqsədilə mağazaya getmişdir. Təqribən 10 dəqiqə sonra o, dişliyi alıb evə qayıtmış və həyətyanı sahələrində təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin gün saat 13 radələrində işlərini bitirdikdən sonra yuyunmuş və əynini geyinib kəndlərində yerləşən kafeyə getmişdir. Həmin gün saat 16 radələrində kafedə 03 bakal spirtli içki olan pivə və 01 ədəd “GO" markalı spirtli içki qəbul etdikdən sonra onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə qardaşı Abdul Məmmədovun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən zəng gəlmişdir. Qardaşı ona Muğan kəndinə gedib VAZ 2106 markalı, 51-BH- 512 dövlət qeydiyyat nişanlı avtomobilə 04 ədəd təkər almağını bildirmişdir. O, evə qayıdaraq avtomobili götürmüş və Hacıqabul rayonu, Muğan kəndi istiqamətində hərəkət etməyə başlamışdır. Saat təxminən 17 radələrində Hacıqabul rayonu, 2-ci Paşalı kəndindən keçən zaman Şorbaçı kənd tam orta məktəbinin yaxınlığında tanımadığı az yaşlı qızın piyada hərəkət etməsini görmüşdür. Həmin qızı gördükdə o qıza qarşı ehtiras hisləri oyanmış və həmin qızı aldadaraq avtomobilə mindirib kəndin kənarında heç kimin olmadığı ərazidə onunla cinsi ehtirasını təmin etməyi düşünmüşdür. O, idarə etdiyi VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə qızın yanına yaxınlaşıb pəncərəni endirmiş və qızın hara getməsini soruşmuşdur. Qız ona cavab olaraq evə getdiyini bildirmişdir. O, qıza avtomobilə əyləşməsini və onu evə aparacağını bildirmişdir. O, ona tanımadığı şəxsin avtomobilinə minmədiyini bildirmişdir. Həmin vaxt o, ona atasını tanıdığını və onu evə aparacağını bildirmişdir. Qız avtomobilin arxa hissəsinin sağ oturacağına əyləşmiş və hərəkət etməyə başlamışdır. O, düşünmüşdür ki, dağlıq əraziyə sürsə heç kim onları görməz. Ona görədə kənddən biraz uzaqlıqda olan dağlıq əraziyə doğru hərəkət etməyə başlamışdır. Yolda gedən zaman ehtirasını azyaşlı qıza bildirmək üçün arxaya tərəf dönüb onu qucaqlayıb öpmüşdür. Təqribən 10 dəqiqə sonra həmin yerə çatmış və ətrafda heç kimin onu görmədiyinə əmin olub avtomobili saxlamışdır. Arxa oturacağa qızın yanına keçmişdir. Arxa oturacaqda sol tərəfdə əyləşdikdən sonra ilk öncə əynində olan göy rəngli cins şalvarının zamok hissəsini açmışdır. Alt paltarını və şalvarını aşağı endirmişdir. Azyaşlı qız ona nə etdiyini soruşduqda ona narahat olmamağını demişdir. O, sərtləşmiş cinsiyyət orqanından öpməsi üçün onu məcbur etmiş və onun başından tutaraq cinsiyyət orqanını onun ağzına salıb çıxartmağa başlamış və öpməsinə nail olmuşdur. Daha sonra qızın əynində olan göy rəngli ətəyini, ağ rəngli kalqotkasını və çəhrayı rəngli alt paltarını aşağı çəkmişdir. Qızı qucağına almış və arxası ona qucağında oturtmuşdur. O, sərtləşmiş cinsiyyət orqanını qızın arxa nahiyyəsinə, cinsiyyət orqanına və ayaqlarının arasına sürtməyə başlamışdır. Təqribən bir dəqiqə sonra onun cinsiyyət orqanından sperma gəlməyə başlamışdır. Həmin vaxt qız onun cinsiyyət orqanından gələn spermanın nə olmasını soruşub, qaçmağa cəhd göstərmişdir. Əli ilə qapıdan tutub açmaq istəyəndə, onu düşməyə qoymamışdır. Sperma gələn zaman qızın ayağına dəymişdir. O, həmin vaxt avtomobilin oturacağının üzərində olan göy rəngli dəsmal ilə cinsiyyət orqanından gələn spermanı silmiş və dəsmalı oturacağın üzərinə qoymuşdur. O, paltarlarını geyinmişdir. Qız özü paltarlarını geyinməyə başlamışdır. O, ona qorxmamasını, onu götürdüyü yerə qəbiristanlığın yaxınlığında düşürəcəyini bildirmişdir. Arxa oturacaqdan düşüb avtomobilin sürücü sükanı arxasına minmiş və həmin yerdən uzaqlaşmağa başlamışdır. Təqribən 10 dəqiqə sonra kənddə yerləşən qəbiristanlığın yanına çatmış və qızı orada düşürtmüşdür. Bundan sonra o, Hacıqabul rayonu, Muğan kəndinə doğru hərəkət etməyə başlamışdır. O, təqribən 30 dəqiqə sonra Muğan kəndində dayanıb, avtomobilin təkərlərini dəyişən zaman tanımadığı bir nəfər şəxsin ona yaxınlaşmasını görmüşdür. Həmin şəxsin ətrafına baxanda qızın da orda olmasını görmüş və məsələnin ortaya çıxmasını başa düşmüşdür. Bundan sonra polis əməkdaşları olduğu yerə yaxınlaşmış və onu Polis şöbəsinə gətirmişdirlər. Məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan olunduqdan sonra Tarix Məmmədov verilən suallara cavab olaraq göstərmişdir ki, ifadəsində qeyd olunanları təsdiq edir, törətdiyi cinayət əməlindən peşmandır. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmədə qanuni nümayəndəsinin və mütəxəssis-müəllimin iştirakı ilə dindirilmiş azyaşlı Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, atası Sədi, anası Aysel, qardaşı Səid və bacısı Nurayla birlikdə Hacıqabul rayonu Birinci Paşalı kəndində yaşayır. O, Şorbaçı kənd orta məktəbinin 5-ci sinif şagirdidir. 20 may 2025-ci il tarixdə saat 13 radələrində dayısı Həzi avtomobili ilə onu məktəbə imtahana aparmışdır. O, imtahanda iştirak etdikdən sonra saat 16 radələrində məktəbdən çıxaraq sinif yoldaşı Hüseynlə birlikdə evlərinə doğru piyada hərəkət etməyə başlamışdır. Az müddət sonra Hüseyn yolda olan mağazaya getmiş, o isə Hüseynin gəlib ona çatacağını düşünərək yoluna davam etmişdir. Bir qədər piyada hərəkət etdikdən sonra qırmızı rəngli avtomobil onun yanında dayanmış, avtomobilin sürücüsü, adını sonradan bildiyi Tarix pəncərəni endirərək ona avtomobilə minməsini bildirmişdir. O, Tarixə tanımadığı şəxslərin avtomobilinə minmədiyini bildirdikdə, Tarix onun atasını tanıdığını, onu avtomobillə evlərinə aparacağını demişdir. Bundan sonra o, Tarixin sözlərinə inanaraq avtomobilin arxa oturacağında əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Tarix avtomobili idarə edərək onun yaşadığı evə gedən yoldan başqa istiqamətə doğru hərəkət etməyə başlamış, o, bu barədə Tarixə bildirdikdə Tarix ona qorxmamasını, onu gəzməyə apardığını bildirmişdir. Onlar kəndin yaxınlığındakı dağlıq əraziyə gəlmiş, ora çatdıqda Tarix avtomobilin arxa sərnişin oturacağına keçərək onun yanında oturmuşdur. O, avtomobildən düşərək qaçmaq istəsə də Tarix buna imkan verməmiş, şalvarını aşağı çəkərək cinsiyyət orqanını ona göstərməklə əxlaqsız hərəkətlər etməsini tələb etmişdir. O, Tarixə onu buraxmasını, tələb etdiyi əxlaqsız hərəkətləri etmək istəmədiyini desə də, Tarix ona “elə etmə ki, avtomobilimdə olan bıçağı çıxarım” deyərək hədələmişdir. O, bundan çox qorxmuş və Tarixin dediklərini eləmişdir. Bundan sonra Tarix onun üzərində olan geyimləri və alt paltarını çıxarmış, ona qarşı zorla əxlaqsız hərəkətlər etmişdir. Tarix ona qarşı əxlaqsız hərəkətlər etdikdən sonra paltarlarını geyinmiş, Tarix onu avtomobillə evlərinin yaxınlığına gətirərək avtomobildən enməsini bildirmişdir. O, avtomobildən endikdən sonra üzərində olan qələmlə avtomobilin qeydiyyat nömrəsini əlinə yazmış, evə qaçaraq baş vermiş hadisə barədə anasına məlumat vermişdir. Anası bu barədə atasına dedikdən sonra atası evə gəlmiş, o anası və atası ilə birlikdə Polis şöbəsinə gedərkən yolda həmin qırmızı rəngli avtomobili görmüşlər. O, avtomobilin sürücüsü Tarixi tanımış, bundan sonra Polis əməkdaşları gələrək Tarixi saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş azyaşlı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində bildirmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs onun qızıdır. 20 may 2025-ci il tarixdə saat 13 radələrində qohumları Həzi qızı Səidəni məktəbə monitorinq imtahanında iştirak etmək üçün aparmışdır. Həmin gün saat 17 radələrində Səidə ağlayaraq evə gəlmiş, tanımadığı şəxsin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Səidə ona qarşı əxlaqsız hərəkətlər etmiş şəxsin idarə etdiyi avtomobilin qırmızı rəngdə olduğunu bildirmiş, həmçinin həmin avtomobilin qeydiyyat nömrəsini əlinə yazdığını demişdir. O, dərhal bu barədə həyat yoldaşı Sədiyə məlumat vermiş, Sədi qısa zaman ərzində evə gəlmiş, baş verənləri ona danışdıqdan sonra onlar birlikdə Polis şöbəsinə yollanmışlar. Yolda olarkən qızı Səidə yol kənarında dayanmış qırmızı rəngli avtomobili tanımış, onlar birlikdə həmin avtomobilə yaxınlaşmış, Səidə avtomobilin sürücüsü Tarixi tanıyaraq Tarixin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Polis əməkdaşları qısa zaman ərzində həmin yerə gələrək Tarixi saxlamışlar. Verilən suallara cavab olaraq Qanuni nümayəndə bildirmişdir ki, baş vermiş hadisədən qızı Səidə psixi travma almışdır, mütəmadi olaraq psixoloq müayinəsinə aparılır, təqsirləndirilən şəxslə barışmamışdır, ondan şikayətçidir və təqsirləndirilən şəxsi qanunla nəzərdə tutulmuş ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid Əligullah oğlu ifadəsində göstərmişdir ki, azyaşlı Zərərçəkmiş şəxs onun qızıdır. 20 may 2025-ci il tarixdə o, evlərinin yaxınlığındakı bağda təsərrüfat işləri ilə məşğul olmuşdur. Həmin gün qohumları Həzi qızı Səidəni imtahanda iştirak etməsi üçün məktəbə aparmışdır. Təxminən saat 17 radələrində həyat yoldaşı Aysel ona zəng edərək tanımadığı şəxsin avtomobillə Səidəni qaçırdığını, Səidənin həmin avtomobilin nömrəsini əlinə qeyd etdiyini bildirmiş, o dərhal evə gəlmiş, qızı Səidə ona qırmızı rəngli avtomobilin sürücüsünün onu aldadaraq avtomobilə əyləşdirdiyini, daha sonra ona qarşı əxlaqsız hərəkətlər etdiyini demişdir. O, bu barədə mobil telefon vasitəsilə polis orqanına məlumat verərək, həyat yoldaşı Aysel və qızı Səidə ilə birlikdə Polis şöbəsinə yolda düşmüş, yolda olarkən qırmızı rəngli avtomobili görmüş, avtomobilə yaxınlaşdıqda Səidə avtomobilin sürücüsü Tarixi tanıyaraq Tarixin ona qarşı əxlaqsız hərəkətlər etdiyini bildirmişdir. Polis əməkdaşları həmin yerə gələrək Tarixi saxlamışlar. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə məhkəmədə dindirilmiş (azyaşlı zərərçəkmiş şəxs, onun qanuni nümayəndəsi və şahid) və ifadəsi elan olunmuş (yetkinlik yaşına çatmayan təqsirləndiriliən şəxs) şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: İşdə olan, Hacəqabul RPŞ-nin İB-nin müstəntiqi, polis leytenanatı Camaləddin Rzayev tərəfindən qəbul edilmiş 20 may 2025-ci il tarixli “cinayət işinin başlanması və icraatına qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraatına qəbul edilməsi qərara alınmışdır. (Cild 1, i.v. 01;) İşdə olan, “Götürmə aparılması haqqında” 20 may 2025-ci il tarixli protokoldan və DVD diskdən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd çəhrayı rəngli alt paltarı (tuman), bir ədəd ağ rəngli uzunqol köynəyi, bir ədəd göy rəngli ətək, bir ədəd göy rəngli pencəyi və bir ədəd ağ rəngli corabı (kalqotkası) yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs atası Şahid Əligullah oğlundan Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 1-də yerləşən Hacıqabul rayon polis şöbəsinin inzibati binasında götürülmüşdür. (Cild 1, i.v. 54-57;) İşdə olan, 20 may 2025-ci il tarixli raportdan görünür ki, xx.xx.1992-ci ildə Hacıqabul rayonu, Udullu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Hacıqabul rayonu, 2-ci Udullu kəndində qeydiyyatda olmaqla yaşayan X10 xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində etibarnamə əsasında idarə etdiyi X15 məxsus VAZ 2106 markalı, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Hacıqabul rayonu, 1-ci Paşalı kəndində hərəkətdə olan zaman məktəbin qarşısında piyada hərəkət edən xx.xx.2014-cü ildə anadan olan Zərərçəkmiş şəxs atasının tanışı olması adı ilə aldadıb avtomobilə mindirərək həmin ərazidən bir qədər kənarda ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Həmin vaxt hadisəyə şahid olan olmamışdır. X2 Hacıqabul rayonu, Udulu kəndində həmin vaxta uyğun avtomobil ilə hərəkət trayektoriyası müvafiq təhlükəsizlik kameralarından çıxarılması təmin edilmiş, həqiqətən də tapşırıqda qeyd olunan tarixlərdə hərəkətin həyata keçirilməsi müəyyən edilmişdir. Bundan başqa X1 rayonu, Udulu kəndi ərazisində müəyyən olunaraq saxlanılmışdır. (Cild 1, i.v. 58;) İşdə olan, 20 may 2025-ci il tarixli, 38 nömrəli "Alkoqolun qəbulu faktı və sərxoşluq vəziyyətini təyin edən tibbi müayinə” protokoldan görünür ki, X10 alkoqol sərxoşluğu vəziyyətindədir. X10 20 may 2025-ci il tarixdə, saat 16 radələrində VAZ 2106 markalı **- BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyindən barəsində inzibati qaydada tədbir görülməsindən ötrü material ayrılaraq Hacıqabul rayon Polis şöbəsinin X30 bölməsinə göndərilmişdir. (Cild 1, i.v. 60;) İşdə olan, 20 may 2025-ci il tarixli qərardan və protokoldan görünür ki, X10 20 may 2025-ci il tarixdə, saat 21:00 dəqiqədə tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v. 63; Cild 1, i.v. 73;) İşdə olan, 21 may 2025-ci il tarixli qərardan görünür ki, X5 idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20 may 2025-ci il tarixdə, saat 16 radələrində hərəkət trayktoriyasını əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild 1, i.v. 88;) İşdə olan, 21 may 2025-ci il tarixli “üzləşdirmədə dindirmə aparılması haqqında” protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, üzləşdirmədə dindirmə zamanı yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları şübhəli şəxs X5 üzünə qarşı demiş, X27 Əmirli ilə razılaşaraq onun göstərdiyi xüsusatları qəbul etmişdir. (Cild 1, i.v. 93-97;) İşdə olan, “götürmə aparılması haqqında” 21 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş DVD diskdən görünür ki, X5 hadisə vaxtı əynində olmuş bir ədəd qara rəngli mayka, bir ədəd bəzəkli uzunqol köynək, bir ədəd tünd göy rəngli cins materialından olan şalvar və bir ədəd qara rəngli alt paltarı (tuman) X4 Hacıqabul şəhəri, İ.Qayıbov küçəsi, 1-də yerləşən Hacıqabul rayon polis şöbəsinin inzibati binasında götürülmüşdür. (Cild 1, i.v. 105-108;) İşdə olan, 22 may 2025-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. (Cild 1, i.v. 109;) İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 4(071)-23/2025 nömrəli qərardan görünür ki, X10 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbsetmənin əvvəlinin 20 may 2025-ci il tarixdən saat 17:00-dan hesablanması qərara alınmışdır. (Cild 1, i.v. 128-131;) İşdə olan, “Məhkəmə-Tibbi Ekspertiza və X17” X29 tərəfindən 10 iyun 2025-ci il tarixli, 304 nömrəli X5 bədən səthində heç bir xəsarət aşkar olunmamışdır. (Cild 1, i.v. 169- 170;) İşdə olan, 27 iyun 2025-ci il tarixli, 18-1-41/2-569/2025 nömrəli Hacıqabul Rayon Mərkəzi X19 Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, X1 Rayon Mərkəzi X19 Şəxsinin konsultativ-poliklinika şöbəsində narkoloji və ruhi-əsəbdən qeydiyyatda deyildir. (Cild 1, i.v. 179;) İşdə olan, “Məhkəmə-Tibbi Ekspertiza və X17” X29 tərəfindən verilmiş 228 nömrəli ekspert rəyindən görünür ki, X5 cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Xarici cinsiyyət üzvü nahiyəsində vizual olaraq cinsi əlaqəyə mane olacaq hər hansı bir patologiya, anomaliya aşkar edilmədi. (Cild 1, i.v. 181-183;) İşdə olan, “Məhkəmə-Tibbi Ekspertiza və X17” X29 tərəfindən verilmiş 229 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anotomik quruluşuna görə tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan vermir. Zərərçəkmiş şəxs arxa keçəcək nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olunmanı göstərən əlamətlər aşkar edilmədi. (Cild 1, i.v. 185-188;) İşdə olan, “Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası”nın 17 iyun 2025-ci il tarixli, 1933 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs hadisədən əvvəl və hadisə anında öz hərəkətlərini mənasını dərk etmək və onları idarə etmək, ona qarşı olan əməlin mənasını başa düşmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs xroniki psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Zərərçəkmiş şəxs aktivlik, ünsiyyətçillik, çeviklik, həssaslıq, adaptiv kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Ona qarşı seksual xarakterli məcburi hərəkətlər törədilərkən azyaşlı Zərərçəkmiş şəxs emosional vəziyyətində qorxu, həyəcan kimi hallar əmələ gəlməsi müəyyən edilir. Azyaşlı Zərərçəkmiş şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, i.v. 190-192;) İşdə olan, “Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20 iyun 2025-ci il tarixli, 1975 nömrəli rəydən görünür ki, X6 törətdiyi əməl dövründə hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi pozuntu əlamətləri aşkar olunmayıb. X10 törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də X10 anlaqlı hesab olunmalıdır. X6 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. X10 hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. X5 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. X5 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyyacı yoxdur. X10 xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik aşkar olunmur. X10 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyyac yoxdur. X10 inadkarlıq, məsuliyyətsizlik, laqeydlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qarşı seksual xarakterli məcburi hərəkətlər törədilərkən X10 cinsi tələbatını ödəməklə əlaqədar emosional vəziyyətdə olmuşdur. X10 hadisə vaxtı fizioloji affekt vəziyyətində olmamışdır. X10 emosional vəziyyətdən asılı hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. (Cild 1, i.v. 194-196;) İşdə olan, 04 iyul 2025-ci il tarixli DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, X10 əvvəllər məhkum olunmamışdır. (Cild 1, i.v 197-198;) İşdə olan, “Məhkəmə tibbi-bioloji ekspertizası”nın 23 iyun 2025-ci il tarixli, 310/2025-TBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus trusik, yubka, gödəkçə, X7 məxsus trusik, alt mayka, avtomobildən götürülmüş təmizlik dəsmalı üzərində spermatozoidlər aşkar olundu. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus köynək üzərindəki ləkələrdə spermatozoidlər aşkar olunmadı. Tədqiq olunan Zərərçəkmiş şəxs məxsus kalqotka, alt mayka, X7 məxsus köynək, şalvar və avtomobilin arxa oturacağının üzlüyü üzərində spermaya şübhəli ləkələr aşkar olunmadı. (Cild 1, i.v 200-203;) İşdə olan, materialların tədqiqi ekspertizasının 10 iyul 2025-ci il tarixli, 6/2136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X7, Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının, bir ədəd dəsmalın və avtomobilin arxa oturacağına məxsus olduğu qeyd edilən örtüyün səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X7 məxsus olduğu qeyd edilən şalvarın üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən ətəyin, boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə avtomobilin arxa oturacağına məxsus olduğu qeyd edilən örtüyün tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən gödəkçənin üzərindən aşkar edilmiş bozumtul göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X7 məxsus olduğu qeyd edilən şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş avtomobilin arxa oturacağına məxsus olduğu qeyd edilən örtüyün üzərindən aşkar edilmiş tünd göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən ətəyin tərkib liflərinə uyğun gəlirlər. Aparılmış tədqiqatın dəyəri 89 (səksən doqquz) manatdır. (Cild 1, i.v 209-211;) İşdə olan, 10 iyul 2025-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd çəhrayı rəngli alt paltarı, bir ədəd ağ rəngli uzunqol köynəyi, bir ədəd göy rəngli ətək, bir ədəd göy rəngli pencəyi və bir ədəd ağ rəngli kalqotkası, təqsirləndirilən şəxs X5 bir ədəd qara rəngli mayka, bir ədəd bəzəkli uzunqol köynək, bir ədəd tünd göy rəngli cins materialından olan şalvar və bir ədəd qara rəngli alt paltar, X5 etibarnamə əsasında idarə etdiyi Vaz 2106 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunmuş spermanı silmək üçün istifadə etdiyi bir ədəd göy rəngli dəsmal və Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkərlərini həyata keçiridiyi avtomobilin arxa oturacağının üzərinə çəkilmiş bir ədəd boz rəngli oturacaq örtüyü maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Hacıqabul rayon Polis şöbəsinin “maddi sübutlar”ın saxlanması otağına təhvil verilmişdir. (Cild 1, i.v 215-216;) İşdə olan, Hacıqabul rayon İcra Hakimiyyəti Başçısının ikinci Udullu kənd inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 iyul 2025-ci il tarixli, 120 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, X1 rayonu, İkinci Udullu kəndində ailə üzvləri ilə birlikdə yaşayır, boşanıb və yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Onun aşağıdakı tərkibdə ailə üzvləri vardır: 1.X12. (Cild 1, i.v 226-227;) İşdə olan, 13 iyul 2025-ci il tarixli “sübutların qiymətləndirilməsinə dair” qərardan görünür ki, iş üzrə toplanmış “Baxış aparılması haqqında” 20 may 2025-ci il tarixli və 21 may 2025-ci il tarixli protokollar və onlara əlavə edilən foto-şəkillər və bir ədəd DVD disk, “Götürülmə aparılması haqqında” 20 may 2025-ci il tarixli və 21 may 2025-ci il tarixli protokollar və onlara əlavə edilən iki ədəd DVD disk, yetkinlik yaşına çatmayan zərər çəkmiş şəxsin ifadəsi və ona əlavə edilən bir ədəd DVD disk, X5 etiraf xarakterli ifadələri və ona əlavə edilən bir ədəd DVD disk, X5 ifadəsinin yerində yoxlanılması haqqında protokol və ona əlavə edilən bir ədəd DVD disk, üzləşdirmədə dindirmə aparılması haqqında protokol və ona əlavə edilən bir ədəd DVD disk, şahid ifadələri, məhkəmə-tibbi ekspertizasının 23 may 2025-ci il tarixli, 304 nömrəli, 05 iyun 2025-ci il tarixli, 228 nömrəli, 05 iyun 2025-ci il tarixli, 229 nömrəli, Kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının 20 iyun 2025-ci il tarixli, 1975 nömrəli və 17 iyun 2025-ci il tarixli, 1933 nömrəli, lifli materialların tədqiqi ekspertizasının 10 iyul 2025-ci il tarixli, 6/2136 nömrəli, məhkəmə tibbi-bioloji ekspertizasının 23 iyun 2025-ci il tarixli, 310/2025-TBŞ nömrəli rəyləri, maddi sübutlar və digər sənədlər, onların həqiqiliyinə, yaranma mənbələrinə və əldə edilmə hallarına şübhələr olmadığından həmin cnayət işi üzrə sübut kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsi, Zərərçəkmiş şəxs yaşı və təqsirləndirilən şəxs tərəfindən bıçaq nümayiş etdirilərək onun müqavimətinin qırılması onun köməksiz vəziyyəti kimi qiymətləndirilməsi, X5 idarə etdiyi VAZ 2106 markalı **-BH- *** dövlət qeydiyyat nişanlı avtomobilin 20 may 2025-ci il tarixdə, saat 16 radələrində hərəkət trayktoriyasını əks etdirən bir ədəd DVD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd çəhrayı rəngli alt paltarı, bir ədəd ağ rəngli uzunqol köynəyi, bir ədəd göy rəngli ətək, bir ədəd göy rəngli pencəyi və bir ədəd ağ rəngli kalqotkası, təqsirləndirilən şəxs X5 bir ədəd qara rəngli mayka, bir ədəd bəzəkli uzunqol köynək, bir ədəd tünd göy rəngli cins materialından olan şalvar və bir ədəd qara rəngli alt paltar, X5 etibarnamə əsasında idarə etdiyi Vaz 2106 minik markalı 51- BH-512 dövlət qeydiyyat nişanh avtomobilindən aşkar olunmuş spermanı silmək üçün istifadə etdiyi bir ədəd göy rəngli dəsmal və Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkərlərini həyata keçiridiyi avtomobilin arxa oturacağının üzərinə çəkilmiş bir ədəd boz rəngli oturacaq örtüyü maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılmasından ötrü Hacıqabul rayon Polis şöbəsinin “maddi sübutlaf’ın saxlanması otağına təhvil verilməsinin alınması, X10 20 may 2025-ci il tarixdə, saat 16 radələrində VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə etdiyindən barəsində inzibati qaydada tədbir görülməsindən ötrü material ayrılaraq Hacıqabul rayon Polis şöbəsinin X30 bölməsinə göndərilməsinin nəzərə alınması qərara alınmışdır. (Cild 1, i.v 228-237;) Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şenk İsveçrəyə qarşı” Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.1988-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, 6-cı maddə ədalətli məhkəmə araşdırması hüququnu təmin etsə də, sübutların qəbul edilməsinin mümkünlüyünə dair hər hansı qaydaları təsbit etmir və bu ilk növbədə milli qanunvericiliklə tənzimlənməli olan məsələdir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, hazırki cinayət işi üzrə tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, cinayət işinin materiallarında olan şəxsi və ailə sirrini təşkil edən məlumatların qorunması üçün qapalı məhkəmə iclasında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən, habelə müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmək üçün imkan yaradılmış, əleyhinə ifadə verən şahidlərə müdafiəçisi tərəfindən suallar verilmişdir. Cinayət-Prosessual Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Sözügedən Məcəllənin 145.1 və 145.2-ci maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Haqqında bəhs olunan Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs ona qarşı irəli sürülən ittiham üzrə özünü tam təqsirli bilərək müdafiəsi üçün heç bir dəlil irəli sürməmişdir. Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Məhkəmə bununla bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrindən görünür ki, Zərərçəkmiş şəxs Tarix Məmmədov tərəfindən seksual xarakterli zorakılıq hərəkətlərinə məruz qaldıqdan sonra avtomobilin qeydiyyat nömrəsini qələmlə əlinə yazmış, bu barədə evə gəldikdən sonra anası və atasına məlumat vermiş, eləcə də Polis şöbəsinə gedərkən yolda Tarix Məmmədovun idarə etdiyi qırmızı rəngli VAZ 2106 markalı avtomobili tanımış, həmin avtomobilə yaxınlaşdıqda avtomobilin sürücüsü Tarix Məmmədovu tanıyaraq məhz Tarix Məmmədovun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyini bildirmişdir. Həmçinin 21 may 2025-ci il tarixli “üzləşdirmə keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş CD diskdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Tarix Məmmədovun üzünə demiş, Tarix Məmmədov da hadisənin törədilmə yeri, vaxtı, şəraiti və mexanizmi barədə Zərərçəkmiş şəxs göstərdiklərini təsdiq etmişdir. Bundan başqa “baxış aparılması haqqında” 20 may 2025-ci il tarixli protokoldan görünür ki, Səidə X16 aldadaraq avtomobilə mindirdiyi yeri, eləcə də, sonuncunun ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi yeri göstərmişdir. Məhkəmə bununla bağlı bildirir ki, yuxarıda qeyd olunan protokolda əks olunmuş xüsusatlar "şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 21 may 2025-ci il tarixli protokolla da öz təsdiqini tapmışdır. Hacıqabul rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Tarix Məmmədoov çıxış edərək törətdiyi cinayət əməlini etiraf etmiş və əməlindən peşman olduğunu bildirmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il 228 saylı rəyi də Tarix Məmmədovun cinsi əlaqədə olma qabiliyyətini təsdiq edən məlumatların müsbət olduğunu göstərir. İş üzrə daha bir təkzibedilməz sübut Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli 310/2025-TBŞ nömrəli rəyidir ki, həmin rəy Zərərçəkmiş şəxs məxsus trusik, yubka və gödəkcədə eləcə də, Tarix Məmmədova məxsus trusik, alt mayka və sonuncunun istifadəsində olmuş avtomobildən götürülmüş dəsmalda spermatozoidlər aşkar olunduğunu göstərir. Qeyd olunanlar Tarix Məmmədovun ifadəsində Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətlərini realizə edərkən boşalması, boşaldıqdan sonra ifraz olunmuş spermatozoidlərin Zərərçəkmiş şəxs bədən səthinə, paltarlarına təmas etməsi, sperma ləkələrini avtomobildə olan dəsmalla silməsi ilə bağlı göstərdiklərini təsdiq edir. Məhkəmə ekspertiza mərkəzinin 10 iyul 2025-ci il tarixli 6/2136 nömrəli rəyi də Tarix Məmmədova məxsus şalvarın üzərində aşkar edilmiş kimyəvi tərkibinə görə Zərərçəkmiş şəxs məxsus ətəyin kimyəvi liflərinə, eləcə də, Zərərçəkmiş şəxs məxsus gödəkcənin üzərində aşkar edilmiş kimyəvi liflərin Tarix Məmmədova məxsus şalvarın tərkib liflərinə uyğun gəldiyini göstərir. Bu isə cinayətin törədilmə mexanizmi ilə bağlı Tarix Məmmədovun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.3.3-cü maddəsində həmin Məcəllənin 150.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin (zərərçəkmiş şəxslərə və ya başqa şəxslərə zor tətbiq etməklə və ya belə zorun tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıq və ya seksual xarakterli digər zorakılıq hərəkətləri etmə) on dörd yaşına çatmayan şəxs barəsində törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyasına görə seksual xarakterli zorakılıq hərəkətləri cinayətinin obyektiv cəhəti fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə uşaqbazlıqda və ya seksual xarakterli digər zorakılıq hərəkətlərində ifadə olunur. Cinayət Məcəlləsinin 149-cu maddəsinin şərhinə görə zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə zorlama müxtəlif hallarla əlaqədar olaraq törədilir. 14 yaşına çatmamış zərərçəkmiş şəxs o halda köməksiz vəziyyətdə olan şəxs sayılır ki, təqsirkarın onun iradəsi əleyhinə onunla cinsi əlaqəyə girdiyinin mənasını dərk etməsin və bu fakt təqsirkar tərəfindən dərk edilmiş olsun. Uşaqbazlıq (homoseksualizmin bir növü, pedarastiya) zorakı yolla kişinin kişi ilə cinsi əlaqədə olmasıdır. Qanunverici yalnız zorakılıqla, yaxud zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə törədilən uşaqbazlığa görə cinayət məsuliyyəti müəyyən edir. Uşaqbazlıqda cinayətdən zərərçəkmiş həmişə kişi olur. Seksual xarakterli digər zorakılıq hərəkətlərinə uşaqbazlıq istisna olmaqla, cinsi ehtirasın pozğun formada təmin edilməsinə yönələn qalan bütün zorakılıq hərəkətləri aiddir. Bu hərəkətlərə həm də kişinin kişiyə (uşaqbazlıq istisna olmaqla) və ya qadına, habelə qadının kişiyə qarşı (onanizm və s.) zorakılıq hərəkətləri aiddir. Sözügedən cinayət formal tərkiblidir və dispozisiyada göstərilən hərəkətlər edildiyi andan başa çatmış sayılır. Seksual xarakterli zorakılıq hərəkətləri subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Təqsirkar zor tətbiq etməklə və ya belə zor tətbiq etməklə hədələmə yolu ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətlərinə yol verdiyini dərk edir və bunu arzu edir. Cinayətin motivi, bir qayda olaraq, cinsi ehtirası təmin etməkdir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, X5 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirilən şəxsin məhkəmə istintaqı və ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxs və şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “baxış aparılması haqqında” 20 may 2025-ci il tarixli protokol, “götürmə aparılması haqqında” 20 may 2025-ci il tarixli protokol, “ifadənin yerində yoxlanılması haqqında” 21 may 2025-ci il tarixli protokol, “CD diskə baxış aparılması haqqında” 21 may 2025-ci il tarixli protokol, “Avtomobilə baxış keçirilməsi haqqında” 21 may 2025-ci il tarixli protokol, “götürmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokol, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il 228 saylı, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PA Birliyi PHŞ-nin xx.xx.2025-ci il tarixli 310/2025-TBŞ nömrəli, Məhkəmə ekspertiza mərkəzinin 10 iyul 2025-ci il tarixli 6/2136 nömrəli rəyləri digər sənədlər, iş üzrə maddi sübutlar, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, X5 törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də X10 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsinin sanksiyasında üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə on beş ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət işinin materiallarından məlum olur ki, təqsirləndirilən şəxs X10 xx.xx.1992-ci il təvəllüdlüdür, hazırda otuz üç yaşı var, orta təhsillidir, fərdi qaydada əməklə məşğul olmuş, yəni fəhlə işləmişdir. Bundan başqa, onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəzanın aşağı həddi on beş ildən başlayır. Belə olan halda, məhkəmə hesab edir ki, onun barəsində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsi məqsədəmüvafiq deyildir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Azərbaycan Respublikası CM-nin 15-ci maddəsinə əsasən X5 törətdiyi cinayət əməli xüsusilə ağır cinayətlər kimi təsnif edilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, X10 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd çəhrayı rəngli alt paltarı, bir ədəd ağ rəngli uzunqol köynəyi, bir ədəd göy rəngli ətək, bir ədəd göy rəngli pencəyi və bir ədəd ağ rəngli kalqotkası, təqsirləndirilən şəxs X5 bir ədəd qara rəngli mayka, bir ədəd bəzəkli uzunqol köynək, bir ədəd tünd göy rəngli cins materialından olan şalvar və bir ədəd qara rəngli alt paltar, X5 etibarnamə əsasında idarə etdiyi Vaz 2106 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunmuş spermanı silmək üçün istifadə etdiyi bir ədəd göy rəngli dəsmal və Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkərlərini həyata keçiridiyi avtomobilin arxa oturacağının üzərinə çəkilmiş bir ədəd boz rəngli oturacaq örtüyü məhv edilsin. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən X4 89 (səksən doqquz) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193, 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: X10 Azərbaycan Respublikası CM-nin 150.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 18 (on səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. X10 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 20 may 2025-ci il tarixdən hesablansın. X10 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd ağ rəngli mayka, bir ədəd çəhrayı rəngli alt paltarı, bir ədəd ağ rəngli uzunqol köynəyi, bir ədəd göy rəngli ətək, bir ədəd göy rəngli pencəyi və bir ədəd ağ rəngli kalqotkası, təqsirləndirilən şəxs X5 bir ədəd qara rəngli mayka, bir ədəd bəzəkli uzunqol köynək, bir ədəd tünd göy rəngli cins materialından olan şalvar və bir ədəd qara rəngli alt paltar, X5 etibarnamə əsasında idarə etdiyi Vaz 2106 minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunmuş spermanı silmək üçün istifadə etdiyi bir ədəd göy rəngli dəsmal və Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkərlərini həyata keçiridiyi avtomobilin arxa oturacağının üzərinə çəkilmiş bir ədəd boz rəngli oturacaq örtüyü məhv edilsin. İş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan X5 idarə etdiyi VAZ 2106 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin 20 may 2025-ci il tarixdə, saat 16 radələrində hərəkət trayektoriyasını əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 89 (səksən doqquz) manat məbləğində pul X4 tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan X10 hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar