Məhkəmə qərarları › İş №1(099)-433/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-433/2023

26.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-433/2023 26.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmənin iclas katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1994-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, Şirvan şəhəri, Xaqani küçəsi ev 3, mənzil 24-də qeydiyyatda olan və yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Pentensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində tanışı X2 qabaqcadan aralarında olan razılıq əsasında Şirvan şəhəri, Energetik küçəsində 24 manat pul müqabilində külli miqdarda, yəni 2,200 qram narkotik vasitə heroini alıb üzərində daşımaqla saxlamış, 02 yanvar 2023-cü il tarixdə saat 17:30da Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, Energetik küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,200 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o tutulandan əvvəl 4 ay idi ki, heroindən istifadə etmişdir. 02 yanvar 2023-cü il tarixdə sinif yoldaşı Samir Rəcəbova 24 manat verməklə özü istifadə etmək üçün bir bükümdə heroin almışdır. Həmin gün aldığı bir bükümdə heroini Samirlə birlikdə istifadə etmişlər. O heroini istifadə etdikdən sonra onu Şirvan Şəhər Polis şöbəsinin əməkdaşları saxlayaraq polis şöbəsinə aparmışlar. Orada vəkilinin iştirakı ilə videoçəkilişlə üzərinə baxış keçirilmişdir. Baxış zamanı üzərindən bir bükümdə heroin çıxmışdır. Ona təsir etdiklərinə görə o həmin bir bükümdə olan heroinin ona məxsus olduğunu bildirmişdir. Lakin həmin heroin ona aid olmamışdır. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, ibtidai istintaq zamanı dindirilərkən müstəntiq ona heç bir təsir və ya təzyiq etməmişdir. O üzləşdirilərkən Samir Rəcəbovdan bir bükümdə heroin almasını onun üzünə qarşı da təsdiq etmişdir. Məhkəmədə barəsində həbs seçilərkən narkotikin ona aid olmasını təsdiq etmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə dindirilərkən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək əvvəllər uzun müddət heroindən istifadə etdiyini, 02 yanvar 2023-cü il tarixdə təxminən saat 16-17 radələrində ünvan 1 ünvanında yaşayan sinif yoldaşı X2 24 manat müqabilində 1 bükümdə narkotik vasitə heroin aldığını, həmin gün saat 17 radələrində şəhərin Energetik küçəsində olarkən polis əməkdaşlarının onu saxlayaraq narkotik vasitələrin qanunsuz gəzdirməsi ilə bağlı şübhəli olduğu üçün üzərində şəxsi axtarış aparacaqlarını dediklərini, həmin vaxt ətrafda çoxlu sayda insan olduğundan, həmçinin üzərində heroin olduğu üçün o, şəxsi axtarış aparılmasına etiraz etdiyini, polis əməkdaşları onu polis şöbəsinə dəvət etdiklərini və o da etiraz etməyib onlarla birlikdə Şirvan Şəhər Polis Şöbəsinə getdiklərini, polis şöbəsində vəkilinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı ona üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə olduğu təqdirdə onu təqdim etməsi təklif edildiyini və o, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü çıxarıb masanın üzərinə qoyduğunu, verilən suallara cavab olaraq üzərindən aşkar edilmiş narkotik vasitəni yerdən tapdığını bildirdiyini, daha sonra protokol tərtib olunmuş protokolla tanış olduqdan sonra ona imza etdiyini, lakin istintaqa sonradan üzərindən aşkar edilmiş narkotik vasitə heroini Samir Rəcəbovdan almağı barədə ifadə verdiyini və keçirilən üzləşmə zamanı da ifadəsində göstərilən xüsusatları Samir Rəcəbovun üzünə qarşı dediyini, istintaq zamanı ona qarşı heç bir qanunsuz hərəkətlərə yol verilmədiyini, narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, o, Şirvan Şəhər Polis Şöbəsinə gətirildikdən sonra ona heç bir fiziki və mənəvi təzyiq olunmadığını bildirmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma zamanı verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, tədqiq edilmiş ekspertiza rəyləri, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Beləki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 yanvar 2023cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs Şirvan şəhəri ərazisində qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat axtarış tədbirləri keçirilməsi ilə əlaqədar qərar qəbul olunmuşdur. 02 yanvar 2023-cü il tarixdə saat 17 radələrində o, polis nəfəri Şahid2 ilə birlikdə Şirvan şəhəri, Energetik küçəsinə getmişlər. Orada Təqsirləndirilən şəxs yaxınlaşıb Şirvan şəhər Polis Şöbəsinin əməkdaşı olduqlarını bildirdikdə, o yayınıb getmək istəmiş, lakin onlar Rafaeli saxlayaraq Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Orada Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını və üzərində qanunla qadağan olunmuş əşya varsa könüllü təqdim etməsi təklif olunmuş, da əynindəki şalvarının səhv etmirsə sağ yan cibindən bir ədəd sellofan büküm çəxarıb təqdim etmiş, həmin 1 ədəd sellofan büküm aşılaraq baxılarkən içərisindən narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs 1 ədəd sellofan bükümdə olan maddənin heroin olduğunu onu yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı üzərindən heç bir qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və protokol tərtib olunmuş, Təqsirləndirilən şəxs heç bir etiraz etmədən protokolu imzalamışdır. Şəxsi axtarış vəkilin iştirakı ilə videoçəkilişlə aparılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı psixi və fiziki təzyiq edilməmişdir. Dindirilmiş Şahid2 Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə verdi. Cinayət işi materiallarında olan şəxsi axtarış və götürmə aparılması haqqında 02 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq ondan götürülmüşdür. Sorğu zaman Təqsirləndirilən şəxs həmin bir bükümdə heroini tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 04 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə əlaqədar keçirilən məhkəmə iclasında o özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bildiyini və narkotik vasitəni istfadə etmək üçün üzərində saxladığına görə peşman olduğunu bildirmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 03 yanvar 2023-cü il tarixli 18/01 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “.../imza var/Təqsirləndirilən şəxs... ” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-2,200 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroinidir. Tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,150 qr. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 06 yanvar 2023-cü il tarixli 18/05 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim edilmiş X3 üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdəolan heroin ilə Təqsirləndirilən şəxs üzərindən götürüldüyü qeyd edilən 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyəvi komponentlərinə görə eyni tərkiblidir. Heroinin təmiz çəkisi 2,150 qr, tədqiqata sərf edildi- 0,05 qr, qalıq-2,100. Heroinin təmiz çəkisi-2,219 qr, tədqiqata sərf edildi-0,05 qr, qalıq- 2,169 qr. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlamanın 28 yanvar 2023-cü il tarixli 435 nömrəli rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş Ambulator Məhkəmə psixiatrik ekspertizasının 15 aprel 2023-cü il tarixli 1035 nömrəli rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayəti törədəkən “şəxsiyyətini emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs müəyyən edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmamışdır ki, o, cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmasın. Təqsirləndirilən şəxs cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda “şəxsiyyətin emosional-davamsız tip pozuntusu” müəyyən edilir. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini idarə etmək və onları qiymətləndirmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Cinayət işinin materiallarında olan Bakcell MMC-dən daxil olnmuş CD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı SMS mətnlərində “Brat eto Rafo pul tapdım, svyaza çıx” yazılması və 055 369-37-75 saylı mobil nömrə ilə ***-***-**-** saylı mobil nömrə arasında 02 yanvar 2023-cü il tariuxdə telefon danışıqlarının olması müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qalıq çəkisi 2,100 qram narkotik vasitə heroinin maddi sübut kimi tanınmış və saxlanılması üçün Şirvan Şəhər Polis Şöbəsinin saxlanc anbarına verilmişdir. Cinayət işinin materiallarına olan ibtidai istintaq orqanının 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, hazırki cinayət işindən ayrıca icraata ayrılan X3 barəsində CM-nin 234.4.3-cü maddəsi ilə olan cinayət işi 23 mart 2023-cü il tarixdə baxılması üçün Lənkəran Ağər Cinayətlər Məhkəməsinə göndərilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2,200 qram heroinin ona məxsus olmadığını, həmin maddənin onun polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirməklə öz müdafiəsi üçün dəlil gətirmişdir. Məhkəmə bu ifadəni Təqsirləndirilən şəxs özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübütla təsdiq edilmədiyindən, işin hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmə elan olunmaqla tədqiq edilmiş müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə hərəkətləri aparılması haqqında istintaq hərəkəti protokolu, məhkəmədə elan olunmaqla tədqiq edilmiş ondan aşkar edilərək götürülmüş heroini sinif yoldaşı Samir Rəcəbova 24 manat verməklə alması və üzərinə baxış keçirilərkən ona hər hansı psixi və fiziki zor göstərilməməsi barədə verdiyi ifadəsi, həmçinin məhkəmədə tədqiq edilmiş onun Samir Rəcəbovla üzləşdirmədə dindirmə istintaq hərəkəti keçirilən zaman ifadəsində göstərdiklərini onun üzünə qarşı təsdiq etməsi barədə üzləşdirmədə dindirmə istintaq hərəkəti protokolu, məhkəmədə dindirilmiş şahid ifadələri, həmçinin onun üzərində aşkar edilmiş heroinin Samir Rəcəbovdan aşkar edilmiş heroinlə eyni tərkibdə olması barədə məhkəmə kimyəvi ekspertizasının rəyi ilə təkzib edildiyindən məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübur kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində CM-in 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Onun törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilir. Əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də o, CM-nin həmin maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 1994-cü il tarixdə Əli Bayramlı şəhərində doğulmuşdur. ünvan 2 ünvanda yaşamışdır. Himayəsində 28 iyul 2022-ci il təvəllüdlü oğlu Anur vardır. Öhdəsində İİ qrup əlil olan anası Ellada Atakişiyeva vardır. İşdə olan Şirvan Şəhər Məhkəməsinin 04 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 02 yanvar 2023-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İşdə olan DİN-in BƏSİİ-nin mlumatından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edərkən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, onun şəxsiyyətini, o cümlədən cəzanı ağırlaşdıran və yüngülləşdirən halları habelə təyin olunmuş cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının və CM-nin 59.2-ci maddəsinə əsasən öhdəsində İİ qrup əlil xəstə anasının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran halın olması müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcədə cəzanı yüngülləşdirən halı nəzərə alır və hesab edir ki, onun cəmiyyətdən təcrid etmədən islah edilməsi mümkün deyildir. Ona görə də ona təqsirləndirildiyi maddənin, sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin edilməlidir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq edilməsinə əsas görmür. Məhkəmə hesab edir ki, CM-nin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin başlanğıcı 02 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,100 qram çəkidə narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə məhkəmə xərci olan 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respubilikası CPM-nin 44, 132, 346, 351- 353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-nin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 02 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,100 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. İş üzrə məhkəmə məsrəfi 49 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökm elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hökmdən apellasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar