Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-433/2025 05.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, katib X6, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1993-cü ildə Astara rayonu, Şahağacı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, iki az yaşlı uşağı olan, işsiz, Astara Rayon Məhkəməsinin 1(018)-176/2022 saylı, 24 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il, 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli qərarına əsasən 04 ay, 13 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, 22 oktyabr 2024-cü il tarixdə cəzasını çəkib qurtarmış, məhkumluğu ödənilməmiş, Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla yaşamış, 08 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Astara Rayon Məhkəməsinin 4(018)-30/2025 nömrəli, 10 may 2025-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 05 sentyabr 2025-ci il tarixdə, saat 11:45-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 2 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa və məhkəməyə məlum olmayan tarixdə və mənbədən külli miqdarda - 8,147 qram çəkidə psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlamaqla Astara rayonu, Şahağacı kəndində yerləşən köhnə tikilinin qarşısına daşımış, 08 may 2025-ci il tarixdə, saat 22:30 dəqiqədə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Astara rayonu, Şahağacı kəndində yerləşən köhnə tikilinin qarşısında saxlanılaraq, üzərində şəxsi axtarış və götürülmə aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən salfetkaya bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi külli miqdarda - 8,147 qram olan ağ kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 08 may 2025-ci il tarixdə, saat 19:30 radələrində Astara rayonunda yerləşən “Ceyhun” istirahət mərkəzinə gedən avtomobil yolunda taksi saxlatıraraq evə getmək istəmişdir, bu məqsədlə yoldan keçən “Passat” markalı avtomobilə saxlaması üçün əl etmişdir, həmin avtomobilin üzərində taksi nişanı olmuşdur. Həmin avtomobildən polis əməkdaşları düşərək onu tutmuşlar. Üzərində aşkar edilmiş psixotrop maddə 2 qramdan çox olub, amma 8 qram olmayıb. Onu saat 22:30-da sənədləşdiriblər. Əməliyyatçılardan Həsən adlı şəxsi tanımışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, aprel ayının sonlarında 3 qram psixotrop maddə əldə etmişdir. Həmin psixotrop maddədən bir hissəsini özü istifadə etmiş, yerdə qalan hissəsini üzərində saxlamışdır. Üzərində olan psixotrop maddənin çəkisini çəkməmiş, amma bilir ki, 2 qramdan bir az çox olmuşdur. Üzərində olan psixotrop maddə 8 qram olmamışdır. Həmin günü nahar vaxtı psixotrop maddə, daha sonra isə spirtli içki qəbul etdiyi üçün sərxoş olmuşdur. O, psixotrop maddəni 2011-ci ildə istifadə edir. O, tutulanda heç nəyə məcbur edilməmişlər. Polis əməkdaşları onu tutarkən döyməyiblər, onu avtomobilin kapotunun üzərinə çırpsalar da xəsarət almamışdır. O sərxoş olduğu üçün onu yaxınlıqda olan köhnə daxmanın içinə aparıblar, orda da polis əməkdaşları çəkiliş aparmışdır. O həmin psixotrop maddəni almamış, tapmışdır. Daha sonra Təqsirləndirilən şəxs məhkəmədən ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi və ona elan olunmuş ifadələrində ittiham üzrə özünü təqsirli bilərək demişdir ki, Astara rayonu, Şahağacı qeydiyyatda olmaqla yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, yalnız fəhlə işləyərək ailəsini dolandırmışdır. Təxminən 2016-cı ildən narkotik vasitələr və psixotrop maddələr istifadə edir. Buna görə də 2022-ci ildə Astara Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə 02 il, 02 ay müddətinə azadlıqdan mərhum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən 04 ay, 13 gün vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, xx.xx.2024-cü il tarixdə cəzasını çəkib qurtarmışdır. Azadlığa çıxdıqdan sonra bir müddət narkotik vasitə və psixotrop maddə istifadə etməsə də, lakin 2025-ci ilin aprel ayından etibarən yenidən psixotrop maddə metamfetamin istifadə etməyə başlamış, həmin vaxtdan etibarən də mütəmadi olaraq metamfetamini zərin içərisində qızdırıb çəkmək yolu ilə qəbul etmişdir. 2025-ci ilin aprel ayının sonlarında saat 14 radələrində Astara rayonu, Qamışovka kəndi ərazisində piyada gəzərkən işıq dirəyinin dibindən bir ədəd sellofan büküm tapmış, həmin bükümü açıb baxdıqda içərisində təxminən 10 qram “şişə, patı” dediyi psixotrop maddə metamfetamin olmasını görmüşdür. Mütəmadi olaraq metamfetamin istifadə etdiyinə görə həmin metamfetamini sellofan bükümlə birlikdə əynindəki gödəkçənin cibinə qoymuş, məqsədi isə həmin metamfetamini hissə-hissə istifadə etmək olmuşdur. Buna görə də tapdığı sellofan bükümün içərisində olan metamfetamindən sonrakı vaxtlarda bir neçə dəfə istifadə etmiş, qalan hissəsini isə salfetkaya büküm gödəkçəsinin cibində gəzdirmişdir. 08 may 2025-ci il tarixdə, saat 22:30 radələrində radələrində Astara rayonu, Şahağacı kəndi ərazisində yolun kənarında olan köhnə tikilinin qarşısında dayanan zaman mülki geyimdə olan polis əməkdaşları videoçəkiliş aparmaqla yaxınlaşaraq onu saxlamış və üzərində narkotik vasitə, psixotrop maddə gəzdirməsində şübhəli olduğunu izah etmişlər. Bundan sonra üzərində hər hansı narkotik vasitə, psixotrop maddə, yaxud da qanunsuz əşya, predmet olduğu təqdirdə könüllü olaraq təqdim etməsi təklif olunmuşdur. O, da əynində olan gödəkçənin sağ yan cibindən salfetkanın içərisində şəffaf rəngli sellofana bükülmüş, bir ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdir. Bundan başqa üzərindən başqa qanunsuz predmet aşkar edilməmişdir. Təqdim etdiyi bir ədəd bükülü polis əməkdaşları tərəfindən açılıb baxıldıqda içərisində psixotrop maddə metamfetamin olması, həmin metamfetamin onun iştirakı ilə elektron tərəzidə çəkildikdə 10,52 qram çəkidə olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin metamfetamin zərfə qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan başqa, onun üzərindən bir ədəd mobil telefon aşkar edilərək götürülmüşdür. Qeyd etdiklərindən başqa, üzərindən digər hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya, predmet aşkar edilməmişdir. Bundan sonra onu Astara polis şöbəsinə gətirmişlər və Astara rayonu, Şahağacı kəndi ərazisində saxlanılan zaman üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar tərtib edilmiş protokolu bütün iştirakçılar kimi o, da oxuduqdan sonra doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra təhqiqatçı tərəfindən CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olub hüquqlarının dövlət vəsaiti hesabına müdafiə olunması üçün X3 dəvət edilməsini ərizə yazaraq xahiş etmişdir. Həmin ərizəsi əsasında hüquqlarının müdafiə olunması üçün vəkil Novruz Hacızadə təyin edilmişdir. Vəkilinin iştirakı ilə şübhəli şəxs kimi qanunla müəyyən edilmiş bütün hüquq və vəzifələri izah edilmiş, bundan sonra videoçəkiliş aparılmaqla təhqiqatçı tərəfindən üzərindən aşkar edilmiş içərisində bir ədəd sellofan bükümdə olan ağ rəngli psixotrop maddə metamfetaminin qoyularaq qablaşdırıldığı bir ədəd zərf açılaraq o və vəkili Novruz Hacızadənin iştirakı ilə yenidən baxış keçirilmişdir. Həmin zərfə baxış zamanı Astara rayonu, Şahağacı kəndi ərazisindən saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin olması müəyyən edilmiş, metamfetamin elektron tərəzidə çəkildikdə 10,26 qram olması müəyyənləşdirilmişdir. Baxış zamanı üzərindən aşkar edilmiş kütləni 2025-ci ilin aprel ayında Astara rayonu, Qamışovka kəndi ərazisində gəzən zaman yoldan işıq dirəyinin yanından yerdən tapdığını bildirmişdir. Həmin bükümə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan başqa o, ifadəsində göstərmişdir ki, narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadə məqsədi ilə üzərində saxlamış, həmin metamfetamini ona hər hansı şəxs satmamış, yaxud da istifadə etmək məqsədilə pay verməmiş, hədiyyə etməmiş, həmin metamfetamindən başqa heç bir narkotik vasitə və psixotrop maddə gizlətməmiş, heç kimə verməmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini qismən etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı psixi və yaxud fiziki təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs 08 may 2025-ci il tarixdə, saat 22:30 dəqiqədə Astara Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu, Şahağacı kəndində yerləşən köhnə tikilinin qarşısında saxlanılaraq, üzərində şəxsi axtarış və götürülmə aparılan zaman əynində olan gödəkçənin cibindən salfetkaya bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ kristallardan ibarət psixotrop maddə metamfetamin aşkar edilərək götürülməsini mübahisələndirməmiş, lakin həmin faktla bağlı üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin miqdarının 8,147 qram yox, 2-3 qram olduğunu bildirməsi, üzərindən aşkar olunması qeyd edilmiş 8,147 qram psixotrop maddə metamfetaminin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, özünə məxsus psixotrop maddə metamfetaminin 2-3 qram olması, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təziqlər olunması ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə ağır cinayət əməlini törtəməyə görə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Astara Rayon PŞ-nin CAB-in əməliyyat müvəkkili vəzifəsində işləyir. 08 may 2025-ci il tarixdə Astara rayonu, Şahağacı kəndində qeydiyyatda olmaqla həmin kəndə yaşayan, çoxdan tanıdığı Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə əldə etməsi, saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbə rəhbərliyinin müvafiq göstərişi ilə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi üçün müvafiq qərar qəbul olunmuş və həmin qərarın icrası üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə onunla birlikdə Şahid3, Şahid4 və Şahid2 daxil edilmişdi. Axşam saatlarında Təqsirləndirilən şəxs Astara rayonu, Şahağacı kəndi ərazisində yerləşən köhnə tikilinin qarşısında saxlamışlar, özlərini Təqsirləndirilən şəxs təqdim edərək, üzərində qanunsuz narkotik vasitə və psixotrop maddələrin saxlamaqda şübhəli olduğunu izah edilmişdir. Sonra videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərində qanunla qadağa edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa, təqdim etməsini təklif edilmişdir. Təqsirləndirilən şəxs də könüllü olaraq əynindəki gödəkçənin cibindən salfetə bükülmüş bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğunu və Qamışovka kəndi ərazisində yolda piyada gəzərkən yerdən tapdığını bildirmişdi. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər maddə elektron tərəzidə çəkilmiş və hardasa 10 qram çəkidən çox olması yadında qalıb. Həmin bir ədəd bükümdə olan psixotrop maddə zərfə qoyularaq qablaşdırılmışdır. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, təqsirləndirilən şəxs saxlanılan zaman onlara qarşı heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs onların hərəkət etdiyi avtomobilə saxlamaq üçün əl etməmişdir. Dindirilmiş şahid Astara RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və Şahid4 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən külli miqdarda psixotrop maddə metamfetaminin aşkar olması faktı ilə bağlı Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul olunmaqla istintaq aparılmışdır. (i.v.1-46) -“əməliyyat-axtarış tədbirinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılmasına və əşyaların götürülməsi haqqında” 08 may 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Əliyev X10 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid4 və Şahid2 ibarət tərkibdə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 08 may 2025-ci il tarixdə, saat 22:30 dəqiqədə Astara rayonu, Şahağacı kəndində yolun kənarında yerləşən köhnə tikilinin qarşısında saxlanılmış, videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs də könüllü olaraq əynindəki gödəkçənin cibindən salfetə bükülmüş bir ədəd sellofan bükümü çıxarıb təqdim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə 10,52 qram çəkidə olması müəyyənləşdirilmişdir.(i.v.9-11) -“cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 08 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.22) -“Əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” 09 may 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs saxlanılıb üstü yoxlanılan zaman aşkar edilərək götürülmüş şəffaf rəngli bir ədəd sellofan bükümə Astara RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis baş leytenantı Mahir Tahirli tərəfindən CAB-nin əməliyyat müvəkkili Şahid1 və şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs, onun müdafiəçisi Novruz Hacızadənin iştirakları ilə CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən videoçəkiliş aparılmaqla baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, həmin büküm bir ədəd zərfin içərisindən çıxarılıb açılaraq baxılmış və bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, elektron tərəzidə çəkildikdə isə 10,26 qram olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən ona verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini Astara rayonu, Qamışoba kəndi ərazisində yolda piyada gəzərkən yerdən tapmasını, həmin metamfetamini satmaq və ya vermək niyyətinin olmamasını narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olduğuna görə metamfetamini istifadə etmək məqsədilə üzərində daşımasını bildirmişdir.(i.v.31-34) -“məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 09 may 2025-ci il tarixli, 19/191 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Astara rayonu, Şahağacı kənd sakini Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....” sözlər və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi - 8,147 qram olan ağ rəngli kristallardan ibarət maddə metamfetamindir.(i.v.39-42) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 10 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur.(i.v.60-61) -Astara Rayon Məhkəməsinin 4(018)-30/2025 saylı, 10 may 2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş psixotrop maddəni Astara rayonu Şahağacı kəndində yerdən tapmışdır, həmin psixotrop maddəni öz istifadəsi üçün üzərində saxlamışdır, satmaq niyyəti olmamışdır. Əməlindən peşmandır. İstintaqın Çağırışına vaxtında gələcəkdir. Təqdimatın təmin edilməməsini xahiş etmişdir.(i.v.86-89) -“CD diskə (videogörüntüyə) baxış keçirilməsi haqqında” 10 may 2025-ci il tarixli protokoldan görünür ki, Əliyev X10 RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri Şahid1, Şahid3, Şahid4 və Şahid2 tərkibdə yaradılmış əməliyyat qrupunun üzvləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı 08 may 2025-ci il tarixdə saat 22:30 dəqiqədə Astara rayonu, Şahağacı kəndində yolun kənarında yerləşən köhnə tikilinin içərisində saxlanılmış, videoçəkiliş aparılmaqla üstü yoxlanılarkən üzərində qanunla qadağan edilmiş hər hansısa psixotrop maddə və ya narkotik vasitə varsa təqdim etməsini təklif edilmiş, Təqsirləndirilən şəxs də könüllü olaraq əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən salfetə bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqim etmiş və həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm açılıb baxıldıqda içərisində ağ rəngli kristallardan ibarət psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən edilmiş, həmin maddə elektron tərəzidə çəkildikdə 10,52 qram çəkidə olması müəyyənləşdirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş metamfetaminə qoyularaq qablaşdırılaraq götürülmüş, bundan başqa, onun üstü yoxlanılan zaman onun üzərindən digər narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamini salxanılmazdan 4-5 gün əvvəl astara rayonu, Qamışoba kəndi ərazisində yoldan tapdığını, həmin maddənin özünə məxsus olmasını, psixotrop maddə istifadəçisi olduğuna görə istifadə etmək məqsədilə üzərində gəzdirməsini bildirmişdir.(i.v.90) -“maddi sübutun tanınması və həlli barədə” 11 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq çəkisi - 8,097 qram olan psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Astara Rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir.(i.v.99-100) -Astara Rayon İcra və Probasiya Şöbəsinin 04 iyun 2025-ci il tarixli 891 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Astara Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 02 il, 02 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 07 iyun 2024-cü il tarixli qərarı ilə ona təyin edilmiş cəzanın çəkilməmiş qalan 04 ay, 14 gün hisssəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, Təqsirləndirilən şəxs barədə qərarın surəti və icrası barədə hakimin göstəriş 17 iyul 2024-cü il tarixdə icraata qəbul edilmiş və cəza müddətinin bitməsi səbəbilə 22 oktyabr 2024-cü il tarixdə icraatdan çıxarılmışdır.(i.v.130) -“Astara Rayon Mərkəzi Xəstəxanası” X12 02 iyun 2025-ci il tarixli, 18-1-26/3- 1843/2025, 18-1-26/3-1844/2025 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Astara RMX-nın Poliklinika şöbəsinin narkoloji kabinetində 18 dekabr 2024-cü il tarixdən “Tiryək narkomanlığı” ilə dispanser qeydiyyatda durur. Lakin şöbənin ruhi-əsəb kabinetində dispanser qeydiyyatda durmur.(i.v.136-137) -“Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X12 09 iyun 2025-ci il tarixli, 683 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Şəhər Psixiatriya Xəstəxanasında qeydiyyatda deyil.(i.v.138) -“məhkəmə-tibbi ekspertizası”nın 13 may 2025-ci il tarixli, 116 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində döş qəfəsi nahiyyəsində qançır aşkar edilmişdir. Qeyd edilən xəsarət bərk-küt əşyanın təsirindən törənmişdir, müddəti müayinədən 9-11 gün əvvələuyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir.(i.v.185-186) -“ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 13 may 2025-ci il tarixli, 258 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindorumu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.197) -“cinayət işi üzrə sübutların qiymətləndirilməsi və cinayət işinin ayrılması haqqında” 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs dindirilməsi zamanı çəkilmiş videogörüntülərin köçürüldüyü ik ədəd DVD disk, əməliyyat-axtarış tədbirlərinin gedişatının rəsmiləşdirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk və “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.223-236) -“cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 31 iyul 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir.(i.v.238-239) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət- Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair”a 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadəni məsuliyyətdən boyun qaçırmaq məqsədilə verməsi qənaətinə gəlir. Belə ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 08 may 2025-ci il tarixdə, saat 22:30 dəqiqədə Astara RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Astara rayonu, Şahağacı kəndində yerləşən köhnə tikilinin qarşısında saxlanılaraq, üzərində şəxsi axtarış və götürülmə aparılan zaman əynində olan gödəkçənin sağ yan cibindən salfetkaya bükülmüş bir ədəd şəffaf rəngli sellofan bükümdə ağ kristallardan ibarət psixotrop maddə metamfetamin miqdarının 8,147 qram yox, 2-3 qram olduğunu bildirməsi, üzərindən aşkar olunması qeyd edilmiş 8,147 qram psixotrop maddə metamfetaminin özünə məxsus olmaması, polis əməkdaşları tərəfindən üzərinə qoyularaq götürülməsi, özünə məxsus psixotrop maddə metamfetaminin 2-3 qram olması, polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı təziqlər olunması məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şəxslərin ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən metmafetamin psixotrop maddə, heroin və qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Siyahılara əsasən metamfetaminin 0,15 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 400 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. “X8 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı qismən mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin üzərindən aşkar olunmuş psixotrop maddə metamfetaminin çəkisinin 2-3 qram olması hissələrini məsuliyyətdən yayınma kimi qiymətləndirir. Məhkəmə tərkibi hazırki məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs tərəfindən təziqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq təziqə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “İ.H.Avstriyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, irəli sürülən ittihamlar, o cümlədən məhkəmənin məsələ ilə bağlı hansı hüquqi qiymətləndirməni verə biləcəyi haqqında məlumat ya məhkəmə iclasından əvvəl ittiham aktında, ya da ən azı məhkəmə icraatının gedişində ittihamın rəsmi və ya nəzərdə tutulan əlavəsi kimi təqdim edilə bilər. Aydındır ki, məhkəmənin cinayət əməli ilə bağlı ittiham tərəfindən fərqli qənaətə gəlmək ehtimalının olduğuna adi işarə yetərli deyildir. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, “şəxsi axtarış və götürmə barədə” protokollar, həmin protokollara əlavə edilmiş videoçəkilişlər, “məhkəmə fiziki-kimyəvi ekspertizası”nın 09 may 2025-ci il tarixli, 19/191 nömrəli rəyi, “ambulator məcburi-narkoloji tibbi yoxlama”nın 13 may 2025-ci il tarixli, 258 nömrəli rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış metamfetamin, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 04 iyun 2025-ci il tarixli tələbnamədən və hökmlərin surətlərindən görünür ki, Əliyev X10 Rayon Məhkəməsinin 02 mart 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Astara Rayon Məhkəməsinin 17 yanvar 2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum olunmuş, Astara Rayon Məhkəməsinin 02 iyul 2018-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il azadlıqdan məhrum etmə və 1500 (bir min beş yüz) manat cərimə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 07 fevral 2020-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan 03 ay, 18 gün hissəsindən vaxtından əvvəl şərti azad olunmuşdur. Bundan başqa o, Astara Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli hökmünə əsasən CM-nin 326.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlıqdan məhrum etmə və 311 ( üç yüz on bir) manat cərimə cəzasına məhkum edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 13 sentyabr 2021-ci il tarixli qərarı ilə üzərində 06 ay azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Aministiya Qərarının 2.4-cü bəndinə əsasən 10 noyabr 2021-ci il tarixdə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissədindən azad edilmiş, 10 mart 2022-ci il tarixdə Aministiya Qərarının 2.11-ci bəndinə əsasən cərimə cəzasından azad edilmişdir. Bundan başqa o, Astara Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Astara Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli qərarı ilə 04 ay, 13 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuşdur.(i.v.131-134) -Astara Rayon İcra Hakimiyyəti Başçısının Şahağac kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli, 348 nömrəli arayışlardan, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Şahağac kənd icra nümayəndəliyində daimi qeydiyyatdadır, ailə üzvləri anası, arvadı və iki az yaşlı övladlarından-xx.xx.2021-ci il təvəllüdlü X5 və xx.xx.2025-ci il təvəllüdlü X4 ibarətdir, yaşayış yeri üzrə nümayəndəliyə şikayət daxil olmamışdır.(i.v.140-144) İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs Astara Rayon Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli hökmünə əsasən CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Xəzər Rayon Məhkəməsinin 08 iyun 2024-cü il tarixli qərarı ilə 04 ay, 13 gün vaxtından əvvəl şərti olaraq cəzadan azad olunmuş və cəza müddətinin bitməsi səbəbilə 22 oktyabr 2024-cü il tarixdə qeydiyyatdan çıxarılmışdır. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Cinayət Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs cəza müddəti 22 oktyabr 2024-cü il tarixdə bitmiş, onun cəzasını çəkib qurtardığı gündən iki il keçməmiş, yəni məhkumluğu ödənilməmiş və qanunverciliklə müəyyən edilmiş qaydada götürülməmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilmişdir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarının 7-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilib-ödənilməməsi və yaxud götürülüb-götürülüməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Residivin müəyyən edilməsi zamanı nəzərə alınmayan halları təsbit edən Cinayət Məcəlləsinin 18.4-cü maddəsində əvvəllər Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər xüsusi olaraq göstərilmədiyindən, belə məhkumluq yalnız Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilən şərtlərə cavab vermədikdə (məsələn, şəxs əvvəllər ehtiyatsızlıqdan törədilən cinayətə görə şərti məhkum edildikdə) və yaxud 18.4-cü maddəsində göstərilən hallara aid olduqda (yəni, şəxs əvvəllər yetkinlik yaşına çatmadan törətdiyi cinayətə və yaxud böyük ictimai təhlükə törətməyən cinayətə görə və yaxud əvvəllər azadlıqdan məhrum etmə ilə bağlı olmayan-islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama kimi cəzalara şərti məhkum edildikdə) residivin müəyyən edilməsi zamanı nəzərə alınmamalıdır. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin mənasına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» 6 sentyabr 2010-cu il tarixli qərarında verilmiş rəsmi təfsirə əsasən cinayətlərin residivi yeni cinayətin törədildiyi vaxt şəxsin üzərində əvvəllər qəsdən cinayət törətməyə görə (ödənilməyən və yaxud götürülməyən) məhkumluğun olub-olmamasına görə müəyyən olunduğundan, hökm çıxarıldığı tarixə məhkumluğun ödənilməsi cinayətlərin residivinin müəyyən edilməsinə və cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmasına mane olan hal kimi nəzərdən keçirilə bilməz. Hökmün çıxarıldığı tarixə məhkumluq Cinayət Məcəlləsinin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürüldüyü halda da cinayətlərin residivinin müəyyən edilməsi ilə bağlı məsələ eyni cür həll olunmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki az yaşlı övladlarının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlindən peşman olması, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs cinayətlərin residivi olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran haldır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayət törətməsi nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs residivə görə cəza təyin edilməli, yəni ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti ittiham olunduğu Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi üzrə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamalıdır. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi nəzərə alınmaqla məhkum olunmuş şəxslər üçün) ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan 08 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində Astara Rayon Məhkəməsinin 4(018)-30/2025 nömrəli, 10 may 2025-ci il tarixli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın 13 may 2025-ci il tarixli, 258 nömrəli rəyini nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 65 (altmış beş) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Astara RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 8,097 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd DVD disk və 2 ədəd CD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, həmçinin “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 08 may 2025-ci il tarixdən hesablansın. Astara Rayon Məhkəməsinin 4(018)-30/2025 nömrəli, 10 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs toksikomaniyadan (narkomaniyadan) məcburi müalicə təyin edilsin. Ərazi Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 65 (altmış beş) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Astara Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 8,097 qram təşkil edən psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd DVD disk və 2 ədəd CD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca qərar qəbul edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-433/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-433/2025
05.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver