Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-434/2023 11.10.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X8 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1977-ci ildə Şirvan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə tanışı Şahid4 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, 4,978 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini 90 manat pul müqabilində qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə narkotik vasitənin müxtəlif tərkibli 2,310 qramını tanışı Şahid3 60 manat pul müqabilində qanunsuz olaraq satmış, 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri, T.İsmayılov küçəsində piyada hərəkətdə olarkən Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib, üzərində şəxsi axtarış aparılan zaman üzərində qanunsuz olaraq saxladığı 2,668 qram çəkidə narkotik vasitə heroin əynində olan şalvarın sol yan cibindən bir ədəd bükümdə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, Şirvan şəhəri, A.Mustafayev küçəsi, ev 40-da yaşamış və avtomobil təmiri ustası olmuşdur. Həyətində yerləşən avtomobil təmiri sexində işləmişdir. Özü narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Bəzi hallarda isə narkotik vasitə heroindən istifadə etmişdir. Şahid4 tanımır. Ondan 11 yanvar 2023-cü il tarixdə narkotik vasitə heroin almamışdır. Eyni ilə Şahid3 tanımır, 11 yanvar 2023-cü il tarixdə Şahid3la görüşməmiş və ona narkotik vasitə heroin satmamışdır. 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində həyətində yerləşən avtomobil təmiri sexində iş gördüyü zaman Şirvan şəhər polis şöbəsinin əməkdaşları oraya gələrək onu özləri ilə polis şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində hər hansı narkotik vasitə olmamışdır. Namaz adlı polis işçisi onun cibinə narkotik vasitə heroin qoymuş və ona təzyiq etmişdir ki, narkotik vasitənin özünə məxsus olmasını boynuna alsın. Ona görə də məcburiyyət qarşısında həmin narkotik vasitə heroinin özünə məxsus olması barədə ifadə vermişdir. Şahid4 və Şahid3 üzərlərində aşkar olunan heroinlə onun üzərində aşkar olunan heroinin eyni tərkibli olub-olmaması istintaq vaxtı araşdırılmamışdır. Ona görə də Şahid4, Şahid3 və onun üzərlərində aşkar olunan heroinlərin eyni tərkibli olubolmamasının yoxlanılmasını xahiş edir. Lakin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elant olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 7-8 aydır ki, narkotik vasitə heroindən istifadə etmişdir. 2023-cü ilin yanvar ayının əvvəllərində Şirvan şəhər sakini Şahid4 avtomobilini təmir etdirmək üçün sexə gəlmişdir. Ruslanın da narkotik vasitə heroin istifadəçisi olduğunu bildiyindən söhbət əsnasında Ruslan özündə bir qədər heroin olduğunu və lazım olsa, sata biləcəyini demişdir. Şahid4 onun istifadəçi olduğunu bilirmiş. Lakin əvvəllər heç vaxt Ruslandan narkotik vasitə almamışdır. 11 yanvar 2022-ci il tarixdə saat 13 radələrində tanışı və əvvəllər birlikdə narkotik vasitə heroin istifadə etdiyi Mirdamid adlı şəhər sakini istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə istifadəsində olan yadında qalmayan mobil nömrə ilə zəng edərək narkotik vasitə heroin istifadə etmək istədiyini, lakin tapa bilmədiyini demişdir. O, Mirdamidə tanış adam olduğunu, onunla maraqlanıb xəbər edəcəyini demişdir. Sonra o, Ruslana zəng etmiş və narkotik olubolmadığını soruşmuşdur. Ruslan narkotik vasitə heroin olduğunu bildirmiş və 90 manata sata biləcəyini demişdir. Sonra Mirdamidə zəng edib narkotik tapdığını və pulu varsa, gəlməsini demişdir. Mirdamid idarə etdiyi “Mersedes Benz” markalı avtomobillə yaşadığı evin küçəsinə gəlmiş və birlikdə Ruslanın yaşadığı ünvana getmişlər. Mirdamid ona 60 manat pul vermiş, o, həmin pulun üstünə 30 manat əlavə etmiş və avtomobildən düşüb onu qapıda gözləyən Ruslanın yanına getmişdir. Ruslan özündə olan 1 büküm narkotik vasitəni ona vermişdir. Həmin narkotikin çəkisinin nə qədər olduğunu bilməmişdir. Ruslana 90 manat pul vermişdir. Sonra Ruslanın ona verdiyi narkotiki cibinə qoyub, gəlib avtomobilə əyləşmişdir. Mirdamid həmin bükümdə olan narkotik vasitəni avtomobildə 2 yerə ayırmışdır. Bir hissəsini özündə saxlamış, qalan hissəsini isə ona vermişdir. Bundan sonra yaşadığı ünvana gəlmişlər. O, öz evinə, Mirdamid isə öz evinə getmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində o, narkotiki istifadə etmək məqsədilə evdən çıxıb küçələrində piyada hərəkətdə olan zaman, Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparmaq istədiklərini bildirmişdirlər. Polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqat bölməsində olarkən ona hüquqlarının müdafiə olunması üçün vəkillərin siyahısı təqdim olunmuş və ona həmin siyahıdan hüquqlarını müdafiə etmək üçün vəkil X1. Bir müddət sonra vəkil Salman Fərəcov gəldikdən sonra üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı üzərindən şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin aşkar olunmuşdur. O, üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və Şirvan şəhər sakini Ruslan adlı şəxsdən əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Aşkar olunan bükümdəki maddə bir ədəd zərfdə qablaşdırılmış və bu barədə protokol tərtib edilmışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zmanaı şahid kimi dindirilən Şahid4 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs həbs olunmasından sonra polis şöbəsində görmüş və tanımışdır. O, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla görüşməmiş və ona pul müqabilində narkotik vasitə heroin satmamışdır. Polis işçiləri onu döydüklərinə görə Təqsirləndirilən şəxs narkotik vasitə heroin satmasını demişdir. Eyni ilə özünün polis işçiləri tərəfindən saxlanılması zamanı üzərində hər hansı narkotik vasitə olmamışdır. Polis işçiləri üzərinə narkotik vasitə heroin qoymaqla onu «yükləmişlər». Polis işçiləri tərəfindən döyüldüyünə və təzyiqə məruz qaldığına görə üzərində aşkar olunmuş narkotik vasitə heroinin özünə məxsus olmasını etiraf etmişdir. Lakin Şahid4 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə heroindən istifadə edir. Mərhum qardaşı X5 narkotik vasitələrin alüdəçisi olmuşdur. Belə ki, 2021-ci ilin dekabr ayında qardaşı Əsəd vəfat etmişdir. 03 yanvar 2023-cü il tarixdə həyətdə olan əl damında təmizlik işləri apararkən damın tavanında sellofan büküm tapmışdır. Həmin bükümü açarkən içərisində narkotik vasitə olan heroin olduğunu görmüşdür. Həmin bükümü tapdığı yerə qoymuş və özü istifadə etmək üçün saxlamışdır. 09 yanvar 2023-cü il tarixda Şirvan şəhər sakini, narkotik vasitənin istifadəçisi kimi tanıdığı Təqsirləndirilən şəxsla görüşmüş və məsələni ona danışaraq hazırda onda narkotik vasitə heroin olduğunu, etibarlı adam olsa, satmaq istədiyini bildirmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 14 radələrində istifadəsində olan ***-***-**-** mobil nömrəyə Təqsirləndirilən şəxs yadında qalmayan nömrə ilə zəng vuraraq onda olan heroindən bir qədərini istəyərək 90 manat pulunun olduğunu bildirmişdir. O, Şahinlə razılaşaraq küçələrinə gəlməsini demişdir. Gizlətdiyi heroindən təxmin edərək yarısını bölüb Şahinə vermişdir. Şahin bunun müqabilinda ona 90 manat pul vermiş və çıxıb getmişdir. Həmin heroinin yarısını isə özü istifadə etmək üçün əynində olan şalvarının sol yan cibinə qoymuşdur. Həmin gün, yəni 11 yanvar 2023-cü il tarixdə saat 17 radələrində küçədə dayanıb siqaret çəkərkən polis əməkdaşları onu saxlamışlar. Üzərində narkotik vasitələrin gəzdirilməkdə şübhəli şəxs kimi tutulmuşdur. Müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılarkən üzərində qanunsuz əşya və ya predmet, o cümlədən narkotik vasitə vardırsa, təqdim etməsi təklif etdilmişdir. O, əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan büküm çıxanb masanın üzərinə qoymuş va həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Verilən şifahi suallara cavab olaraq o, üzərində aşkar olunan heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Əslində isə həmin narkotik vasitə heroini 03 yanvar 2023-cü il tarixdə həyətlərində olan əl damının tavanından tapmışdır. Təqdim etdiyi narkotik vasitə heroin götürülərək qablaşdırılmışdır. Daha sonra protokol tərtib olunmuş, o, da bütün iştirakçılar kimi həmin protokolla tanış olduqdan sonra ona imza etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla heç bir münasibəti olmamışdır. Təqsirləndirilən şəxs ilk dəfə istintaq təcridxanasında görmüş və tanımışdır. 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs zəng etməmiş və görüşməmişdir. Təqsirləndirilən şəxs ona həmin gün və ya başqa vaxta narkotik vasitə heroin satmamışdır. O da öz növbəsində 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs mobil telefonla zəng etməmişdir. İbtidai istintaqda polis işçiləri tərəfindən təzyiqə məruz qaldığına görə Təqsirləndirilən şəxs narkotik vasitə heroin alması barədə ifadə vermişdir. Həmin ifadəsini təsdiq etmir. Lakin Şahid3 ibtidai istintaqda verdityi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, təxminən 1 ilə yaxın müddətdir ki, narkotik vasitə heroindən istifadə etmişdir. Avtomobil təmiri ustası, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs iki ildən artıq müddətdir ki, tanımışdır. Şahinin də narkotik istifadəçisi olduğunu bilmişdir. Şahinlə birlikdə 2-3 dəfə birlikdə narkotik vasitə istifadə etmişlər. 11 yanvar 2022-ci il tarixdə istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Şahinin istifadəsində olan, yadında qalmayan mobil nömrəsinə zəng edərək narkotik istifadə əldə etmək istədiyini, lakin tapa bilmədiyini demişdir. Şahin ona narahat olmamasını, ona narkotik tapacağını demişdir. Təxminən saat 13 radələrində Şahin ona zəng edərək yaşadığı evin yerləşdiyi küçəyə çağırmışdır. O, idarə etdiyi «Mersedes Benz» markalı avtomobil ilə Şahingilin küçəsinə getmişdir. Şahinlə görüşmüşdür. Şahin cibindən 1 ədəd bükümdə narkotik vasitə heroin çıxarıb ona vermişdir. Əvəzində isə 60 manat pul istəmişdir. O, həmin narkotikə görə Şahinə 60 manat pulu çıxarıb vermişdir. Narkotiki cibinə qoyub avtomobilə əyləşərək evinə getmişdir. 11 yanvar 2023-cü il tarixdə saat 15 radələrində o narkotiki istifadə etmək məqsədi ilə evdən çıxmış, T.İsmayılov küçəsi ilə piyada hərəkətdə olan zaman Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları onu saxlamış, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərində şəxsi axtarış aparmaq üçün onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı tərəfindən şübhəli şəxs kimi tutulmuş, müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Axtarış zamanı üzərindən şalvarının sağ yan cibindən bir ədəd bükümdə “kokos”, yəni, heroin aşkar olunmuşdur. O üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu və Şirvan şəhər sakini Şahin adlı şəxsdən əldə etdiyini səmimi olaraq etiraf etmişdir. Aşkar olunan bükümdəki maddə zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokola imza etmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Şirvan Şəhər Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 11 yanvar 2023-cü il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq üzərində saxlaması, istifadə və satışı ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra dərhal onun özündən, əməliyyat müvəkkili Şahid1 və digər polis əməkdaşlarından ibarət əməliyyat qurupu yaradılmış, əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə Təqsirləndirilən şəxs 11 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Şirvan şəhəri, A.Mustafayev küçəsində hərəkət edərkən saxlamaqla polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlamaqda və daşımaqda şübhəli şəxs kimi tutulmuş, üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilərək şəxsi axtarış aparılması zamanı onun əynində olan şalvarın sol cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə olan heroinəbənzər maddə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olduğunu və istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Şahin üzərində aşkar edilmiş narkotik vasitəni tanışı Şirvan şəhər sakini Ruslan adlı şəxsdən əldə etdiyini bildirmişdir. Şəxsi axtarış aparılması ilə əlaqədar olaraq protokol tərtib edilmişdirdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şirvan Şəhər Polis Şöbəsinin Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 11 yanvar 2023-cü il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sol yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar kütlə aşkar edilərək bir ədəd kağız zərfə qablaşdırılıb götürülmüşdür. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Şirvan Şəhər Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid2 tərəfindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə xx.xx.2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Materialların məhkəmə ekspertizasının 12 yanvar 2023-cü il tarixli, 18/36 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,668 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın 12 yanvar 2023-cü il tarixli, 18/35 nömrəli rəyindən görünür ki Şahid3 üzərindən götürülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 2,310 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın xx.xx.2023-cü il tarixli, 18/37 saylı rəyindən görünür ki, Şahid4 üzərindən götürülmüş 1 ədəd bükümdə təmiz çəkisi 2,589 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Həmin ekspertizanın xx.xx.2023-cü il tarixli, 18/918 nömrəli rəyindən görünür ki, Şahid Əsədovun üzərindən bir ədəd bükümdə götürülmüş narkotik vasitə heroinlə Şahid4 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroin xarici əlamətlərinə və kimyavi tərkib kompanentlərinə görə eyni tərkiblidir. Həmin heroinlər Şahid3 üzərindən götürülmüş 1 ədəd bükümdə olan heroindən xarici əlamətlərinə və kimyavi tərkib kompanentlərinə görə fərqlidir, eyni tərkibli deyildir. Məhkəmə-narkoloji ekspertizasının 31 mart 2023-cü il tarixli, 1778 nömrəli rəyindən görünür ki, Şahid Əsədovda opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə-psixiatrik ekspertizasının 11 mart 2023-cü il tarixli, 691 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi faəliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, əməli Azərbaycan Respublikası CM-in 21-ci və 22-ci maddələrini təsiri altına düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. “Şirvan şəhər Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 25 yanvar 2023-cü tarixli, 68 nömrəli məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ruhiəsəb narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2012 və xx.xx.2015-ci ildə doğulmuş azyaşlı uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2023-cü il tarixli, 1(099)-431/23 nömrəli hökmü ilə Şahid3 11 yanvar 2023-cü il tarixdə 2,310 qram, külli miqdarda narkotik vasitə heroini satış məqsədi olmadan, qanunsuz olaraq əldə etməyə, üzərində saxlayaraq daşımağa görə CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməklə barəsində cəza təyin edilmişdir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tanışı Şahid4 11 yanvar 2023-cü il tarixdə müxtəlif tərkibdə olan 4,978 qram çəkidə, külli miqdarda narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması, həmin gün onun 2,310 qramını 60 manat pul müqabilində tanışı, Şahid3 satması, qalan 2,668 qramını isə üzərində saxlamaqla daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxs Şahid Əsədovun məhkəmə istintaqında verdiyi-Şahid4 tanımamsı, ondan 11 yanvar 2023-cü il tarixdə narkotik vasitə heroin almaması, Şahid3 tanmaması, 11 yanvar 2023-cü il tarixdə onunla görüşməməsi və ona narkotik vasitə heroin satmaması, 11 yanvar 2023-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitə olmaması, polis işçisinin onun cibinə narkotik vasitə heroin qoyması, təzyiq altında həmin narkotik vasitə heroinin özünə məxsus olmasını etiraf etməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi Şahid4lə münasibətlərinin olması, Şahid4 özünün də narkotik vasitə istifadəçisi olması, 11 yanvar 2022-ci il tarixdə Şahid4 heroin alaraq bir hissəsini 60 manat pul müqabilində digər tanışı Şahid3 verməsi, qalan hissəsini isə polis əməkdaşları tərəfindən saxlanılanadək üzərində saxlaması barədə ifadəsini obyektiv ifadə hesab etməklə sübut kimi qəbul edir. Eyni ilə məhkəmə Şahid4 məhkəmə istintaqında verdiyi Təqsirləndirilən şəxs tanımaması, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla görüşməməsi və pul müqabilində narkotik vasitə heroin satmaması barədə ifadəsini özünü və Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Şahid4 ibtidai istintaqda verdiyi Təqsirləndirilən şəxsla münasibətlərinin olması, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs 90 manat pul müqabilində narkotik vasitə heroin satması barədə ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etməklə obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Bundan başqa məhkəmə Şahid3 məhkəmə istintaqında verdiyi Təqsirləndirilən şəxs əvvəllər tanımaması, 11 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxsla görüşməməsi və ondan narkotik vasitə heroin almaması barədə ifadəsini özünü və Təqsirləndirilən şəxs müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Onun ibtidai istintaqda verdityi Təqsirləndirilən şəxsla əvvəllər bir neçə dəfə birlikdə narkotik vasitə istifadə etmələri, 11 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs 60 manat pul verərək ondan bir ədəd bükümdə narkotik vasitə heroin alması barədə ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs etirafedici ifadəsi ilə şahidllər Şahid4 və Şahid3 etirafedici ifadələri bir-birləri və işin obyektiv halları ilə tam uyğunluq təşkil edirlər. Bundan başqa ekspert rəyinə əsasən Şahid3 aşkar olunan heroinin Təqsirləndirilən şəxs aşkar olunan heroinlə eyni tərkibli olmaması da Mirdamin Xalıqovun etirafedici ifadələri ilə tam uyğunluq təşkil edir. Belə ki, Təqsirləndirilən şəxs ifadəsində Rusaln Səfərəliyevdən bir bükümdə aldıqları heroini Şahid3la öz aralarında böldüklərini göstərsə də, Şahid3 göstərmişdir ki, Şahid Əsədovla hansısa heroin gütləsini öz aralarında bölməmişlər, sadəcə Şahid Əsədova 60 manat pul verərək ondan bir ədəd ayrıca bükümdə narkotik vasitə heroin almışdır. Odur ki, Şahid3 aşkar olunan heroinin Təqsirləndirilən şəxs aşkar olunan heroinlə eyni tərkibdə olmaması ona heroinin Təqsirləndirilən şəxs tərəfindən satılmaması nəticəsinə gəlməyə əsas vermir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs götürülmüş, ekspertiza tədqiqatından sonra qalmış, maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,618 qram narkotik vasitə heroin məhv edilməli, Şahid3 götürülmüş 2,260 qram narkotik vasitə heroininlə bağlı olaraq isə Lənkəran Ağır Cinayətlər məhkəməsinin Şahid3 barəsində olan xx.xx.3023-cü il tarixli, 1(099)-431nömrəli hökmü ilə qərar qəbul edilməsi nəzərə alınmalıdır. Ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 11 yanvar 2023-cü il il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,618 qram narkotik vasitə heroin məhv edilsin. Şahid3 barəsində olan cinayət işi üzrə maddi sübut kimi tanınmış 2,260 qram narkotik vasitə heroinlə bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(099)-431/2023 nömrəli hökmü ilə qərar qəbul edilməsi nəzərə alınsın. Ekspertiza xərci 99 (doxsan doqquz) manat 48 (qırx səkkiz) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-434/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-434/2023
11.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver