Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-436/2022 05.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Talışlı Röyalə Mirsaleh qızının katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1989-cu ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Şirvan şəhəri, G.Şıxbalaoğlu küçəsi ev 189, mənzil 8-də qeydiyyatda olan və Şirvan şəhəri, 1 May küçəsi ev 61-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda -2,369 qram narkotik vasitə heroini əldə edib üzərində daşımaqla saxlamış, 14 mart 2022-ci il tarixdə saat 15:05-də Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Şirvan şəhəri, 1 May küçəsində saxlanaraq polis şöbəsinə gətirilib üzərinə şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 01 ədəd bükümdə təmiz çəkisi-2,369 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, narkotik vasitə istifadəçisidir, lakin narkotik maddələrin satışı ilə məşğul olmamışdır. 14 mart 2022-ci il tarixdə saat 15 radələrində evdə olduğu zaman polis işçiləri onu tutaraq Şirvan Şəhər Polis Şöbəsinə aparmışlar. Həmin vaxt onun üzərində heç bir narkotik vasitə olmamışdır. Üzərinə narkotik vasitə polis əməkdaşları tərəfindən qoyulmuşdur. Polis işçiləri ona təzyiq etdiklərinə və CM-nin 234.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunacağına söz verdiklərinə görə videoçəkiliş zamanı narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında tədqiq olunan ifadəsində isə göstərmişdir ki, əvvəllər öz istifadəsi üçün narkotğik vasitə əldə etməyə görə məhküm ounmuş və 2021-ci ildə azadlığa buraxılmışdır. 14 mart 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən çıxıb məhəllədə gəzərkən yerdə bir ədəd sellofan bükümdə narkotik vasitə heroin tapmış və öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün saat 15 radələrində Şirvan şəhərində 1 May küçəsində gəzərkən polis əməkdaşları onu saxlamışlar. Üzərində narkotik vasitə saxlamaqda şübhəli olması bildirilməklə polis şöbəsinə dəvət olunmuşdur. Polis şöbəsində üzərində müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmazdan əvvəl qanunsuz əşya, o cümlədən narkotik vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin maddə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürlümşdür. Onun fikrincə üzərindəki narkotik vasitə 1 qramdan artıq olmuşdur. Lakin çəkidə 2 qramdan artıq olması barədə dəqiq bir söz deyə bilməz. Narkotik vasitəni satmaq məqsədi olmamış, şəxsi istifadə üçün əldə edib üzərində saxlamışdır. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə şahid kimi dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, Şahid1 məhkəmədə göstərdi ki, Şirvan Şəhər Polis Şobəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 14 mart 2022-ci il tarixdə Şirvan şəhər sakini Təqsirləndirilən şəxs üzərində öz istifadəsi üçün narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təxirəsalınmaz əməliyyat axtarış tədbirləri həyata keçirilməklə 14 mart 2022-ci il tarixdə saat 15 radələrində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Şirvan şəhəri 1 May küçəsində saxlamaqla, narkotik saxlamaqda şübhəli şəxs kimi şəhər polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, təhqiqatçı tərəfindən üzərində müdafiəçinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasından əvvəl narkotik vasitə və başqa qanunsuz əşya vardırsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Həmin büküm açılıb içərisində baxıldıqa, içərisindən narkotik vasitə heroninə bənzər kütlə olması müəyyən olunmuşdur. Şifahi sorğuya cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin 1 ədəd bükümdə olan kütlə narkotik vasitə heroindir, həmin maddəni yerdən tapmış və istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, başqa qanunla qadağan olunmuş əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə qablaşdırılaraq möhürlənmiş və götürülmüşdür. Bu barədə protokol tərtib olunmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq-təsir göstərməmişlər. Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla özü sərbəst olaraq üzərində olan narkotik vasitəni təqdim etmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat olmamışdır. Şahid2 da məhkəmədə Şahid1 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş şəxsi axtarış və götürmə aparılması haqqında 14 mart 2022-ci il tarixli protokoldan və məhkəmə baxışında nümayiş etdirilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılan zaman sonuncunun əynində olan tünd göy rəngli idman şalvarının sağ yan cibindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs narkotik vsitəni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Materialların məhkəmə ekspertizasının 15 mart 2022-ci il tarixli, 18/316 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş, 01 ədəd bükümdə təmiz çəkisi-2,369 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Məhkəmə-psixiatrik ekspertizasının 06 aprel 2022-ci il tarixli, 939 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamış, törətdiyi cinayət əməli barəsində anlaqlıdır, əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Məhkəmə-narkoloji ekspertizasının 19 may 2022-ci il tarixli, 2611 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanerində qeydiyyata alınması məsləhət görülür. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şirvan şəhər Məhkəməsinin 13 avqust 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bilinərək, 01 il 02 ay 27 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 07 may 2021-ci ildə Qaradağ Rayon Məhkəməsinin qərarı ilə CM-nin 76cı maddəsinə əsasən 26 gün vaxtından əvvəl şərti azad olunmuş, 07 iyun 2021-ci ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Ailə tərkibi haqqında xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subaydır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə onun barəsində ərazi üzrə nümayəndəliyə şikayət daxil olmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci ildə doğulmuş azyaşlı uşağı vardır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdlarından artıq miqdarda narkotik vasitə heroini əldə etməsi, saxlaması və daşıması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi-polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində hər hansı narkotik vasitənin olmaması, narkotik vasitənin üzərinə polis işçiləri tərəfindən qoyulması barədə ifadəsini özünü müdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə hesab edir və sübut kimi qəbul etmir. Məhkəmə onun ibtidai istintaqda verdiyi ifadəsini obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Eyni zamandı Təqsirləndirilən şəxs ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsini göstərsə də, həmin xüsusatlar təsdiq edilməmişdir. Belə ki, məhkəmədə şahid kimi dindirilən polis əməkdaşları Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir təzyiq-təsir göstərmədiklərini göstərmişlər. Bundan başqa Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması zamanı aparılmış videoçəkilişdən görünür ki, o, müdafiəçisinin iştirakı ilə, heç bir təsir-təzyiq göstərilmədən üzərində olan narkotik vasitəni təqdim edir və narkotik vasitənin özünə məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 2,369 qram miqdarda heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ittiham verilsə də, onun həmin miqdarda narkotik vasitə olan heroini satış məqsədi ilə əldə etməsi həm məhkəmə istintaqında, həm də ibtidai istintaq zamanı toplanmış sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması barədə protokolan görünür ki, o, üzərində bir bükümdə heroin aşkar olunduğu zaman həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Eyni zamanda ibtidai istintaqda verdiyi ifadələrində də narkotik vasitəni öz istifadəsi üçün əldə edib üzərində saxladığını göstərmişdir. Bundan əlavə məhkəmə istintaqında şahid kimi dindirilmiş polis əməkdaşlarının ifadələrindən məlum olur ki, onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi ilə məşğul olması barədə məlumat olmuşdur. Onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs üzərində aşkar olunan narkotik vasitəni satmaq üçün hər hansı şəxslə və ya alıcı ilə sövdələşməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs özünün narkomaniya xəstəsi olması, narkotik vasitənin miqdarı (2,369 qram) və bir bükümdə olması, xırda bükümlərə ayrılmaması da onun narkotik vasitəni satmaq məqsədinin olmamasını, öz şəxsi istifadəsi üçün əldə etməsini təsdiq etməklə yanaşı onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsi nəticəsinə gəlməyə əsas vermir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriəyəsiən dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 mart 2011-ci il tarixli, 2 №-li Qərarında da qeyd edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqları ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi və onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verəmklə və Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qeyd olunan qərarına istinadən hesab edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi təsdiq edilmədiyindən və onun narkotik vasitəni öz şəxsi istifadəsi üçün əldə etməsi sübuta yetirildiyindən əməli CM-nin 234.4.3-cü maddəsindən 234.1-ci maddəsinə tövsif olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinəəsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, əməlində cinayətlərin residivi olduğundan və əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 14 marat 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs CMnin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,319 qram narkotik vasitə heroin məhv edilməlidır. Ekspertiza xərci 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 14 mart 2022-ci il il tarixdənhesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsində nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbir tədbiq edilməklə cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Şirvan Şəhər Polis Şöbəsində saxlanılan 2,319 qram narkotik vasitə heroin məhv edilsin. Ekspertiza xərci 31 manat 95 qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi iləŞirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-436/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-436/2022
05.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver