Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-436/2025 19.02.2026 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçilər- Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, təqsirləndirilən şəxslərin qanuni nümayəndələri-Qanuni nümayəndə1 və Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı aparatının X4ın işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Qanuni nümayəndə2 iştirakı ilə xx xxxx 2010-cu ildə İmişli rayonun Soltanmuradlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, İmişli rayonun Soltanmuradlı kəndində qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkən, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.2.1 və 232.2.2-ci maddələri ilə, xx xxx 2008-ci ildə İmişli rayonun İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, İmişli şəhəri, Babək küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə məhkum olunmuş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkən, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 232.2.1 və 232.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında (videokonfrans əlaqə sistemindən istifadə edilməklə) açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli yolla talama niyyəti ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq xeyli miqdarda maddi ziyan vurub təkrar törətməklə oğurluq etmiş, həmçinin talama məqsədi olmadan qanunsuz olaraq təkrar törətməklə avtomobil ələ keçirmiş, qabaqcadan əlbir olan bir qrup şəxs halında döyüş sursatını təkrar törətməklə talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz olub həmin evin yataq otağındakı paltar dolabının içərisindən 2000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı paltar dolabının içərisində 2 ədəd kağız yeşiyin içərisində 3000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02 mart 2025ci il tarixdə, saat 19 radələrində İmişli şəhəri, ünvan 1 ünvanında yerləşən, Zərərçəkmiş şəxs2 müvəqqəti yaşadığı yaşayış sahəsi olan fərdi yaşayış evinə giriş qapısından qanunsuz daxil olaraq başqa saxlanc yerləri hesab edilən evin zalında olan divardakı kitab rəfinin içərisindən bir qutu “Winiston” markalı 4 manat dəyərində siqareti, rəfin içərisindən 480 manat dəyərində bir ədəd “Samsung” markalı smart qol saatını, evin digər zalındakı stolun üzərindən 1000 manat dəyərində bir ədəd “Honor” markalı planşeti, həmin otağda olan kitab rəfinin üzərindən 600 manat dəyərində bir ədəd “Apple” markalı qulaqcığı, 70 manat dəyərində bir ədəd “Huawei” markalı qulaqcığı, həmin otaqdakı dolabın üzərindən qabın içərisindən 800 manat dəyərində bir ədəd “Samsung Note 9” markalı mobil telefonu, evin yataq otağındakı dolabın üzərində olan qabın içərisindən 80 manat dəyərində bir ədəd 4 qram çəkidə olan 925 əyar gümüş üzük və 50 manat dəyərində bir ədəd 2 qram çəkidə olan 925 əyarlı gümüş üzüyü, həmin yataq otağındakı paltar dolabında olan çantadakı 10 manat dəyərində içərisində bir manat pul olan çəhrayı rəngli pul qabını gizli yolla talamaqla Zərərçəkmiş şəxs2 3095 (üç min doxsan beş) manat maddi ziyan vurub təkrar törətməklə oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə ilə 12 mart 2025-ci il tarixdə saat 19 radələrində, zərərçəkmiş şəxs X2 yaşadığı İmişli şəhəri, H.Əliyev prospekti, dalan 02 ünvanında yerləşən yaşayış sahəsi olan fərdi yaşayış evinin pəncərəsini özü ilə gətirdiyi dəmir parçası ilə açaraq evin içərisinə qanunsuz daxil olub başqa saxlanc yeri hesab edilən yataq otağında olan çarpayının üzərindəki döşəyin altından 8600 (səkkiz min altı yüz) manat məbləğdə nağd pulu gizli yolla talamaqla zərərçəkmiş şəxs Müstəcəb Əliyevə 8600 (səkkiz min altı yüz) manat dəyərində xeyli miqdarda maddi ziyan vurub təkrar törətməklə oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 2025-ci il tarixdə, təxminən mart ayının ortalarında saat 07 radələrində Zərərçəkmiş şəxs6 məxsus İmişli şəhəri, Nəsimi küçəsi, ev 06-da yerləşən yaşayış sahəsi olan ikimərtəbəli fərdi yaşayış evinin həyətinə mişar daşlarından inşa edilmiş hasardan tullanmaqla qanunsuz daxil olaraq evin həyətində yerləşən evə bitişik çardağın dəmir dirəyinə dırmaşaraq oradan evin ikinci mərtəbəsinin hündürlüyü səviyyəsinə qalxıb evin pəncərəsinə əlləri ilə güc tətbiq edərək açıb qanunsuz daxil olduqdan sonra evin birinci mərtəbinə düşərək başqa saxlanc yeri hesab edilən qonaq otağındakı bir ədədi 550 (beş yüz əlli) manat dəyərində olan “SAFT SQUARE” markalı velosipedi gizli yolla talamaqla Zərərçəkmiş şəxs6 cəmi 550 (beş yüz əlli) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə oğurluq etmişdir. Bundan başqa o, 12 iyun 2025-ci il tarixdə, saat 02:50 radələrində Zərərçəkmiş şəxs3 məxsus, İmişli şəhəri, S.Bəhlulzadə küçəsi ev 4 ünvanının qarşısında dayanmış VAZ-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə sürücü tərəfdə yerləşən qapının açıq olmasını müəyyən etdikdən sonra avtomobilə daxil olaraq, avtomobilin içərisində “Kül qabı” kimi istifadə edilən saxlanc yerindən açarı götürərək avtomobil idarə etmək həvəsinə gəlib avtomobilin sahibi Zərərçəkmiş şəxs3 icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşərək mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib İmişli şəhəri ərazisində idarə etməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Bundan başqa o, 17 iyun 2025-ci il tarixdə, saat 02:00 radələrində Zərərçəkmiş şəxs4 məxsus İmişli şəhəri, M.Əsədov küçəsi, ev 13 mənzil 16 ünvanında yerləşən binanın qarşısında dayanmış VAZ-21074 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə etmək həvəsinə gəldiyindən avtomobilin sahibi Zərərçəkmiş şəxs4 icazəsi olmadan həmin avtomobilin sükanı arxasına əyləşərək mühərriki işə saldıqdan sonra avtomobili hərəkət etdirib İmişli şəhəri ərazisində idarə edərək təkrar törətməklə talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında döyüş sursatını təkrar törətməklə talamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 dekabr 2024-cü il tarixdə saat 22:00 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 30 dekabr 2024-cü il tarixdə, saat 21 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 03 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 08 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz olub həmin evin yataq otağındakı istilik sisteminin qarşısında olan 10 ədəd plastik materiallı qabın içərisindəki 1000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 1000 (bir min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında 11 yanvar 2025-ci il tarixdə, saat 20 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz olub həmin evin yataq otağındakı paltar dolabının içərisindən 2000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 2000 (iki min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Bundan başqa o, tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində İmişli şəhəri, Vaqif küçəsi, 7A ünvanında yerləşən zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evinə pəncərədən qanunsuz daxil olub həmin evin yataq otağındakı paltar dolabının içərisində 2 ədəd kağız yeşiyin içərisində 3000 ədəd döyüş sursatı hesab edilən hamar lüləli yivsiz ov silahına məxsus patronları gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 3000 (üç min) manat məbləğində maddi ziyan vurub təkrar törətməklə talamışdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.2.1 və 232.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, İmişli rayonun Soltanmuradlı kəndində qeydiyyatda olmaqla yaşamış, natamam orta təhsili olmaqla heç bir yerdə işləməmişdir. O, İmişli rayon ərazisində müxtəlif yerlərdən müxtəlif vaxtlarda oğurluq etdiyi üçün məhkum olunmuş, hazırda ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını cəzaçəkmə müəssisəsində çəkir. Digər Təqsirləndirilən şəxs2 tanıyır və onunla munasibəti yaxşı olmuşdur. İş üzrə olan zərərçəkmiş şəxslər tanımamışdır. Hazırki iş üzrə dəqiq xatırlamadığı vaxtlarda bir neçə dəfə oğurluq etmişdir. Vüsal birlikdə 2024-cü ilin dekabr ayında gecə saatlarında (22 dekabr 2024-cü il tarixdə, saat 22 radələrində) İmişli şəhəri, Vaqif küçəsində olan tanımadığı bir evə, yəni sonradan adını bildiyi Anar adlı şəxsin evinə girib oradan çoxsayda, dəqiq xıtırlamadığı sayda patronlar oğurlamışdır. Evdə yaşayış olmadığına görə ora oğurluq üçün girmişlər. Evə girməyi Vüsalla razılaşandan sonra Vüsal onu küçədə, hasarın yanında gözləmiş, özü isə hasardan aşıb həyətə düşmüş, sonra evin pəncərəsini açıb evə daxil olmuşdur. Evi axtarmış, pul və ya başqa bir şey tapa bilməmiş, həmin vaxt otaqda olan qutunun içərisində plastik qablarda ov tüfəngi üçün patronların olduğunu görüb bir qədər götürüb evdən çıxmış və hasarı aşıb küçəyə düşəndən sonra Vüsala evdən ov tüfəngi üçün partorlar götürdüyünü Vüsala demiş, sonra onlar birlikdə həmin patronları götürüb Vüsalın yaşadığı evə getmişlər. Sonra Vüsal həmin patronları götürüb aparıb kiməsə satmış, Vüsal ona patronları 60 manat pula satdığını deyib ona 20 manat pul vermişdir. Həmin vaxtdan bir neçə gün sonra gecə saatlarında (30 dekabr 2024cü il tarixdə, saat 21:00 radələrində) o, Vüsalla görüşüb əvvəl oğurluq etdikləri evdən yenə də partonlar oğurlamaq qərarına gəlib həmin ünvana getmişlər. Vüsal onu küçədə dayanıb gözləmiş, özü isə eyni qaydada hasarın üzərinə çıxıb oradan həyətə tullanmış, sonra evin həyət tərəfdə olan pəncərəsindən evə daxil olmuşdur. Evin otaqların birində olan qabın içərisindən dəqiq bilmədiyi sayda patronları götürüb eyni qayda ilə evdən çıxmış və hasardan aşıb küçəyə düşüb patronları Vüsala vermiş, sonra birlikdə Vüsalın yaşadığı evə getmişlər. Bundan sonra Vüsal aparıb satıb gəlmiş və patronları 60 manata satdığını bildirib ona 15 manat pul vermiş və o, həmin pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Həmin gündən bir neçə gün sonra gecə saatlarında (03 yanvar 2025-ci il tarixdə, saat 21 radələrində) o, Vüsalla birlikdə həmin evdən yenidən patron oğurlamaq qərarına gəlib evin qarşısına gəlmişlər və Vüsal çöldə onu gözləmiş, o isə evin darvazasının yanındakı hasarın üzərinə çıxıb oradan həyətə tullanmış, sonra evin pəncərəsindən əvvəlki qayda ilə daxil olmuş və otaqda olan qabın içərisindən dəqiq sayını xatırlamadığı qədər patronları götürüb evdən çıxmış və hasardan aşıb küçəyə düşən kimi patronları Vüsala vermiş, sonra birlikdə Vüsalın yaşadığı evə getmişlər. Vüsal ona yaşadığı evin qarşısında gözləməsini, oğurladıqları patronları satıb gələcəyini deyib patronları götürüb getmiş, bir az keçdikdən sonra Vüsal gəlmiş və patronları 50 manata satdığını deyib ona 17 manat pul vermişdir. Həmin gündən bir neçə gün sonra gecə saatlarında (08 yanvar 2025-ci il tarixdə, saat 22 radələrində Vüsalla birlikdə həmin evdən yenidən patron oğurlamaq qərarına gəlib həmin evin qarşısına gəlmişlər və Vüsal çöldə onu gözləmiş, o da əvvəlki qaydada evə girib dəqiq sayını xatırlamadığı qədər patronları götürüb evdən çıxmış və hasardan aşıb küçəyə düşən kimi patronları Vüsala vermiş, sonra birlikdə Vüsalın yaşadığı evə getmişlər. Sonra o, Vüsalın yaşadığı evin qarşısında gözləmiş, Vüsal da patronları aparıb satıb gəlmiş və ona patronları 55 manata satdığını deyib ona 20 manat pul vermişdir. Sonra yenə də bir dəfə də gecə saatlarında (11 yanvar 2025-ci il tarixdə, saat 20:00 radələrində) Vüsalla birlikdə həmin evdən yenidən patron oğurlamaq qərarına gəlib həmin evin qarşısına getmişlər və Vüsal çöldə onu gözləmiş, o da əvvəlki qaydada evə girib oradan dəqiq sayını xatırlamadığı qədər patronları götürüb evdən çıxmış və hasardan aşıb küçəyə düşən kimi patronları Vüsala vermiş, sonra birlikdə Vüsalın yaşadığı evə getmişlər. Vüsal ona yaşadığı evin qarşısında gözləməsini, oğurladıqları patronları satıb gələcəyini deyib patronları götürüb getmiş, bir az keçdikdən sonra Vüsal gəlmiş və patronları 60 manata satdığını deyib ona 25 manat pul vermişdir. Sonuncu dəfə də gecə saatlarında (16 yanvar 2025-ci il tarixdə, saat 22:00 radələrində) o, Vüsalla birlikdə həmin evdən yenidən patron oğurlamaq qərarına gəlib həmin evin qarşısına getmişlər və Vüsal çöldə onu gözləmiş, o da əvvəlki qaydada evə daxil olub patronların olduğu yerə baxanda orada 2 ədəd iri qutularda patronların olmasını görmüşdür. Həmin qutular ağır olduğu üçün darvazanın qarşısında küçədə onu gözləyən Vüsalı köməyə çağırmış, sonra Vüsal hasarı aşıb həyətə düşmüş və onlar birlikdə pəncərəsindən evə daxil olmuşlar. Evin otağında içərisində patrorar olan iri qutuları götürüb darvazasını açıb küçəyə çıxartmışlar. Sonra o, darvazanı bağladıqdan sonra hasarın üzərinə çıxıb oradan küçəyə tullanmışdır. Bundan sonra oğurladıqları içərisində patronlar olan iki ədəd qutuları küçədəki zibil qabının yanına qoymuşlar. Vüsal ona yaşadığı evin qarşısında gözləməsini və patronları satıb gələcəyini bildirmiş, o da Vüsalı yaşadığı evin qarşısına gedib orada onu xeyli gözləmiş, lakin Vüsal gəlməmiş, o da çıxıb evinə getmişdir. Həmin patronları Vüsalın satıb-satmamasını bilməmişdir. Vüsalla birlikdə həmin evdən patronları oğurlamış, başqa bir yerdən Vüsalla birlikdə oğurluq etməmişdir. Tutulduqdan sonra ona məlum olmuşdur ki, oğurluq etdikləri evdə olan patronlar Anar adlı şəxsə məxsus olmuşdur. Həmin evdən nə qədər patron oğurladıqlarını bilmir, bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin o, zərərçəkmiş Zərərçəkmiş şəxs2 tanımamış, sonradan bilmişdir ki, İmişli şəhərində olan bir evə girib oğurluq etdiyi evin sahibi bu şəxsdir. Dəqiq xatırlamadığı tarixdə, axşam saatlarında (02 mart 2025-ci il tarixdə, saat 19 radələrində) İmişli şəhərində olarkən pulu olmadığına görə oğurluq etmək qərarına gəlmiş və olduğu küçədə (İmişli şəhəri, Nəsimi küçəsində) tanımadığı bir evin qapısından keçərkən qapısında kilid olduğunu görüb evdə heç kimin olmadığın düşünüb hasarı aşıb həyətə düşmüşdür. Evin qapısı bağlı olduğu üçün içəri daxil ola bilməmişdir. Sonra o, evin həyətində axtarış edərkən evin giriş qapısının açarını qapının kənarında dolabın içərisindən tapmış və bundan sonra açarla evin giriş qapısını açıb evə daxil olmuşdur. Evi axtarmağa başlamış, otaqların birində kitab rəfinin içərisindən bir ədəd “Samsung” markalı qol saatını və bir qutu siqaret olduğunu görüb cibinə qoymuş, sonra evin digər otağında olan stolun üzərində bir ədəd planşeti götürüb qarın nahiyəsində gizlətmişdir. Həmin otaqda kitab rəfinin üzərindən iki ədəd qulaqcığı götürüb cibinə qoymuşdur. Sonra otaqda olan şüşə qabın içərisində bir ədəd “Samsung” markalı mobil telefonu görüb götürüb cibinə qoymuşdur. Bundan sonra evin başqa bir otağında şkafının üzərində olan saxsı qabın içərisində iki ədəd üzük görüb götürüb cibinə qoymuşdur. Həmin otaqda paltar dolabının içərisində bir ədəd pulqabını görüb götürmüşdür. Sonra o, evdən çıxıb evin giriş qapısını açarı ilə bağlamış və açarı da götürdüyü dolabın içərisinə qoymuş və evin həyətindən çıxıb oradan uzaqlaşıb su kanalının yanına getmişdir. Orada oğurladığı əşyaları bir ədəd sellofan torbaya yığmış, bir ədəd qulaqcıq və pul qabını lazımsız olduğunu bilib su kanalına atmış, bir ədəd qol saatını və mobil telefonu cibinə qoymuş, digər əşyalar olan sellofan torbanı su kanalının yanında gizlətmiş və bundan sonra o, İmişli rayonun Soltanmuradlı kəndinə, yaşadığı evə getmişdir. Bir neçə gündən sonra (05 mart 2025-ci il tarixdə) o, İmişli şəhərinə gəlmiş, həmin vaxt oğurladığı qol saatı və mobil telefon üstündə olmuşdur. Pulu olmadığına görə İmişli şəhərində telefon mağazasına gedib orada işləyən Elvin adlı şəxsə 30 manata mobil telefonu satmışdır. Qol saatını sata bilmədiyinə görə qoluna taxmışdır. Ertəsi gün (06 mart 2025-ci il tarixdə) yaşadığı kənddə evində olarkən tanışı Elxan adlı şəxsin polisdə işləyən qardaşı Orxan ona zəng edib qonşusu Elçinin evindən oğurluq olduğunu və həmin oğurluqda Elxanın adının hallandığını bildirmiş, o da Elçinin kim olduğunu soruşmuş, Orxan da Elçinin yaşadığı yeri telefonda ona bildirmişdir. Bundan sonra o, Elçinin yaşadığı evin onun oğurluq etdiyi ev olduğunu bilmişdir. Orxan ona telefonda əgər həmin evdən o, oğurluq etmişsə oğurladığı əşyaları gətirib verməsini və polisə təqdim etməsini bildirmiş, o da qorxduğu üçün oğurladığı əşyaları su kanalının yanında gizlətdiyini demişdir. Orxana satdığı mobil telefon və özündə saxladığı saatla bağlı heç bir şey deməmişdir. Ertəsi gün (07 mart 2025-ci il tarixdə) o, yaşadığı kənddən çıxıb İmişli şəhərinə getmiş, küçədə polis əməkdaşları onu saxlayıb polis şöbəsinə aparmışlar. Polis şöbəsində o, oğurluq əməlini etiraf etmişdir. Elçin adlı şəxsin evin oğurluq etməsi ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Habelə o, zərərçəkmiş şəxs Müstəcəb Əliyevi tanımamışdır. 2025-ci ilin mart ayında (12 mart 2025-ci il tarixdə) o, İmişli şəhərində olarkən haradansa oğurluq etmək qərarına gəlib axşam saatlarında qapısı bağlı və işıqları sönmüş bir ev axtararkən bir küçəyə girmiş orada bir evin işıqlarının sönmüş olduğunu görmüşdür. O, evin hasarını aşıb həyətə düşmüş, sonra evin pəncərəsini açıb evə daxil olmuşdur. Sonra alışqanın fənərini yandırıb evi axtarmağa başlamış, otaqdakı çarpayının üzərində olan döşəyi qaldırıb baxanda rezinə bükülü pulun olduğunu görüb həmin pulu götürüb cibinə qoyub, sonra əlavə heç nə götürmədən evdən çıxmışdır. Sonra oğurladığı puldan 300 manat götürmüş, qalan pulu torbaya büküb cibinə qoymuşdur. O, oğurladığı pulu İmişlidə xərcləməkdən qorxduğu üçün, taksi ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində qalmağa yeri olmadığı üçün “20 Yanvar” deyilən ərazidə olmuş, üstündə olan puldan özü üçün xərcləmişdir. Orada olduğu vaxt, gecə saatlarında (13 mart 2025-ci il tarixdə, saat 03 radələrində) polis avtomobili onun dayanması və bir nəfər polis əməkdaşının avtomobildən düşüb ona tərəf gəldiyini görüb qaçmış, polis əməkdaşları da onun qaçdığını görüb arxasınca qaçarkən o, üzərində olan torbada pulu torba qarışıq zibil yeşiyinə tullamış, sonra qaçıb oradan uzaqlaşmışdır. Səhər açıldıqdan sonra o, “20 Yanvar” deyilən yerdə bir nəfər tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşib İmişli rayonuna getmişdir. İmişli rayonunda olarkən tanışı Elxanla görüşüb söhbət edərkən ona yaşadığı evə getmədiyini və qalmaq üçün ev tapmasını xahiş etmiş, Elxan da onu evinə aparmış və burada qalmasını bildirmişdir. O, Elxana oğurluq etməyi barədə heç nə deməmişdir. Həmin ev təmirsiz olmuşdur. Orada qalarkən o, üzərində olan 270 manat pulun 200 manatını həmin evin otaqlarının birində taxtanın altında gizlətmişdir. Qalan 70 manat pulu rayon ərazisində öz ehtiyacları üçün xərcləmişdir. Tutulandan sonra o, həmin evdə gizlətdiyi pulun yerini polis əməkdaşlarına göstərmiş və 200 manat pulu polislər götürmüşdür. Müstəcəb adlı şəxsin evində pul oğurlaması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bundan başqa o, Zərərçəkmiş şəxs6 tanımamışdır. Dəqiq yadında qalmadığı tarixdə, səhər saatlarında (2025-ci ilin mart ayının ortalarında, saat 07 radələrində) İmişli şəhərində (İmişli şəhəri, Nəsimi küçəsində) qapısı bağlı olan evə girmək qərarına gəlib evin hasarından aşıb həyətə düşmüş, evin qapısı bağlı olduğundan evin pəncərəsini əli ilə itələyib açıb evin 1-ci mərtəbəsinə daxil olmuş, oradan evin otaqlarına daxil olmaq üçün qapını açmaq istəsə də, daxil ola bilməyib evdən həyətə çıxmışdır. Sonra həyətdə olan, evə bitişik həmin çardağın dəmir borusu ilə dırmaşa-dırmaşa evin ikinci mərtəbəsinin pəncərəsinə qədər qalxıb pəncərəni əli ilə itəliyib açıb oradan evə daxil olmuşdur. Evin ikinci mərtəbəsində olan otaqları axtarmış, oğurlamaq üçün heç nə tapa bilməmişdir. Sonra evin birinci mərtəbəsinə düşüb otaqların birində olan velosipedi götürüb birinci mərtəbənin giriş otağının pəncərəsindən çölə çıxarmışdır. Sonra evin həyət darvazasının iki böyük qapısını açıb velosipedi küçəyə çıxarmış, sonra yenidən evin həyətinə daxil olub darvazanı içəridən bağlayıb hasarın üzərinə çıxıb küçəyə tullanmışdır. Bundan sonra velosipedi idarə edib İmişli rayonun Soltanmuradlı kəndinə, yaşadığı evə getmişdir. Oğurluqla bağlı tutulduqdan sonra o, həmin velosipedi polis əməkdaşlarına təqdim etmişdir. Tahir adlı şəxsin evindən velosipedi oğurlaması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Həmçinin o, Zərərçəkmiş şəxs3 tanımamışdır. Dəqiq yadında qalmadığı tarixdə, yay ayında, gecə saatlarında (12 iyun 2025-ci il tarixdə, saat 02 radələrində) İmişli şəhərində adını bilmədiyi küçədə piyada gəzərkən orada dayanmış qırmızı rəngli “VAZ-2106” markalı avtomobilə yaxınlaşıb sürücü tərəfdən qapısını açıb avtomobilin içərisinə girib siqaret axtarmağa başlamışdır. Həmin vaxt avtomobilin kül qabı deyilən yerində avtomobilin açarını görüb götürmüş və açarın avtomobilin açarı olduğuna əmin olduqdan sonra avtomobili əli ilə itələyib təxminən 20 metr irəli aparmışdır. Sonra açarla avtomobili işə salmışdır ki, avtomobili bir az sürsün. Bundan sonra o, avtomobili idarə edib bir az gəzdikdən sonra avtomobili yerinə qoymaq üçün geri qayıdarkən yolda avtomobilin idarə etməsini itirib avtomobili elektrik dirəyinə vurmuşdur. O, avtomobili idarə etməsini mobil telefonu ilə videoqeydə aldığından qəzanı törətdiyi an da videoçəkilişə düşmüşdür. Qəza vaxtı avtomobilin siqnalı öz-özünə qoşulmuş, sürücü tərəfdən qapı açılmadığı üçün digər tərəfdən qapını açıb avtomobildən düşüb oradan uzaqlaşmışdır. Qəza nəticəsində avtomobilin sol tərəfi əzilmişdir. Həmçinin qəza zamanı başı avtomobilin qabaq şüşəsinə dəyərək xəsarət almışdır. Daxil adlı şəxsin avtomobilini qaçırıb aparması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Habelə o, Zərərçəkmiş şəxs4 tanımamışdır. Dəqiq yadında qalmadığı tarixdə, yay ayında, gecə saatlarında (17 iyun 2025-ci il tarixdə, saat 01 radələrində) İmişli şəhərində adını bilmədiyi küçədə piyada gəzərkən ağ rəngli “VAZ-2107” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobilin binanın qarşısında dayandığını görüb avtomobilə yaxınlaşmışdır ki, həmin avtomobili götürüb rayon ərazisində sürsün. Avtomobilin qabaq qapıları bağlı olmuş, lakin arxa sağ qapısının açıq olduğunu gördüyü üçün həmin qapını açıb avtomobilə daxil olmuşdur. Açar avtomobilin üstündə olmuşdur. Bundan sonra o, avtomobili işə salıb binanın qarşısından İmişli şəhər mərkəzinə doğru hərəkət etmiş, hərəkətdə olarkən qarşıdan gələn avtomobilin fənərlərinin işığı gözünə düşdüyü üçün avtomobilin idarə etməsini itirmiş və avtomobil yolun sağındakı bardürə dəyərək yolun sağ tərəfində dayanmışdır. Həmin zaman onun mobil telefonu avtomobilin oturacağının üzərində olmuş, lakin avtomobil ilə qəza törətdikdən sonra telefonu oturacağın üstündə tapa bilməmiş və bu vaxt həmin yerə polis əməkdaşlarının gəldiyini görüb avtomobildən düşüb qaçmağa başlamışdır. Arxadan gələn polis əməkdaşları ona çatıb onu tutub saxlayıb polis şöbəsinə gətirmişlər. Azad adlı şəxsin avtomobilini qaçırıb aparması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. O, oğurluq və avtomobillərin qaçırılması cinayət əməllərini törətməsinə görə peşmandır. Eyni zamanda Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı (verilmiş ittihamda göstərilən bütün epizodlar üzrə) məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, habelə həmin ifadələr yerində yoxlanılarkən o, bu ifadələrində göstərilənləri bir daha təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 232.2.1 və 232.2.2-ci maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, subaydır, İmişli şəhəri, Babək küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış, heç bir yerdə işləməmiş, anasının himayəsində olmuşdur. Əvəllər oğurluq cinayəti etdiyinə görə məhkum olunmuş, hazırda ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını cəzaçəkməsində çəkir. Digər Təqsirləndirilən şəxs1 tanıyır, onunla münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs1 tanımamışdır. 2024-cü ilin dekabr ayında (22 dekabr 2024-cü il tarixdə) İmişli şəhərində tanışı Zaurla birlikdə olarkən oğurluq etmək qərarına gəlmişlər, sonra şəhərdə piyada gəzərək münasib ev tapan kimi həmin evdən oğurluq etməyi planlaşdırmışlar. İmişli şəhəri, Vaqif küçəsində piyada gəzərkən bir evin işığının yanmadığını görüb həmin evdən oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra Zaurla birlikdə həmin evin hasarına yaxınlaşmışlar, sonra Zaur hasarın üzərinə çıxıb oradan həyətə düşmüş, özü isə küçədə dayanıb onu gözləmişdir. Az sonra Zaur həyətdən çıxmış, evdən patron oğurladığını deyib patronları satmasını bildirmiş, o da Zaurla razılaşmışdır. O, Zaura yaşadığı evin qarşısında gözləməsini deyib, Zaurun ona verdiyi 3 ədəd qabda olan patronları götürmüşdür ki, aparıb satsın. Sonra o, tanışı Orxan adlı şəxsə zəng edib onda patronlar olduğunu, həmin patronları satmaq istədiyini demiş, Orxan da həmin patronları alacağını bildirib evlərinə gəlməsini demişdir. Bundan sonra o, Orxanın yaşadığı evə getmiş və evdə Orxanın atası, ovçuluq mağazasında işləyən Süleymanla görüşüb patronları ona 95 manata satmışdır. Sonra Zaurun yanına qayıdıb ona patronları 90 manata satdığını bildirib Zaura 20 manat pul vermişdir. Həmin gündən təxminən 1 həftə sonra Zaur yaşadığı evə gəlib içərisində patronlar olan 8 ədəd qabı satmaq üçün ona vermiş, o da həmin patronları aparıb Orxanın atası Süleymana 100 manata satmış və həmin puldan Zaura 50 manat vermişdir. Bir müddət sonra Zaurla İmişli şəhərində görüşmüş və qərara almışlar ki, gedib həmin evdən patron oğurlayıb satsınlar. Həmin gün gecə saatlarında Zaur həmin evə girib patonları götürmüş, sonra gətirib ona vermiş, o da bu patronları Orxanın atası Süleymanla görüşüb 95 manata satmışdır. Süleyman pulu oğlu Orxanın vasitəsilə sonradan ona verdiyi üçün bu puldan Zaura verməmişdir. Sonra yenə də Zaurla görüşüb İmişli şəhəri, Vaqif küçəsində olan evə patron oğurlamaq üçün girməyi razılaşmışlar. Bundan sonra o və Zaur birlikdə həmin evin yaxınlığına getmişlər. O, evə daxil olmamış, Zaur isə hasardan aşıb həyətə düşmüşdür. Az sonra Zaur həyətdən çıxıb içərisində patron olan qutunu ona vermiş, sonra Zaur qayıdıb bir qutu patron da gətirib gəlmişdir. Sonra onlar həmin iki ədəd qutuları götürüb yaşadığı evə getmişlər. Bundan sonra o, həmin iki ədəd qutuda olan patronları da aparıb tanışı Orxanın atası Süleymana 500 manata satmış və həmin pulun yarısını Zaura vermişdir. O, Zaurla birlikdə nə qədər patron oğurlayıb satmalarını bilmir. O, patron oğurlanan evə girməmiş, evə Zaur girmiş, o isə onu küçədə gözləmişdir. Zaur oğurladığı patronları gətirib ona vermiş, o da həmin patronları aparıb satmış, əldə olunan pulun bir hissəsini Zaura vermiş, qalan hissəsini özünə götürmüşdür. Bir dəfə əvvəllər (22 dekabr 2024-cü il tarixdə, saat 22:00 radələrində) o, Zaurla birlikdə həmin evə (İmişli şəhəri, Vaqif küçəsində yerləşən evə) oğurluq etmək məqsədi ilə girmiş, lakin evdən heç nə oğurlamamışlar. Həmin vaxt evdə plastik qablarda ov tüfəngi üçün patronlar olmasını görsələr də, patronları götürmədən evdən çıxmışlar. Həmin vaxtdan sonra o, bu evə girməmiş, lakin Zaur evə girib patronları oğurlayıb gətirib ona vermiş, o da aparıb satmışdır. Patronları satdığı şəxs Süleyman həmin patronları haradan əldə etdiyini soruşanda o, bu patronları Bakı şəhərində əldə etdiyini demişdir. Zaurun patron oğurladığı evə neçə dəfə girməsini bilmir və Zaurun satmaq ücün ona nə qədər patron verdiyini xatırlamır. Həmçinin Zaur patronları Vaqif küçəsində olan evdən oğurlamışdır, Zaurun başqa bir yerdən patron oğurlaması barədə məlumatı yoxdur. Zaurla birlikdə patron oğurlayıb satması ilə bağlı ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edir. Oğurluq əməli törətməyinə görə peşmandır. Eyni zamanda Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı (verilmiş ittihamda göstərilən epizodlar üzrə) məhkəmədə verdiyi ifadəsinə uyğun ifadələr vermiş, habelə həmin oğurluqla bağlı ifadəsi yerində yoxlanılarkən o, bu ifadəsində göstərilənləri bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zaman ifadəsi elan olunmaqla tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhərində ailə üzvləri ilə birlikdə yaşayır və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Ov etməyə həvəsi olduğu üçün ov mövsümündə İmişli rayonu ərazisində qanunla müəyyən edilmiş ərazidə özünə məxsus ov tüfəngi ilə ovçuluq etmiş, bunun üçün onun bütün icazə sənədləri və tüfəngin ona məxsus olması ilə bağlı sənədləri vardır. Həmçinin o, İmişli şəhəri, Vaqif küçəsi, 7A saylı ünvanda yerləşən evi müvəqqəti olaraq kirəyə götürmüş və hər dəfə İmişli rayonuna ov etmək üçün gəldikdə həmin evdə yaşamışdır. Sonuncu dəfə 18 yanvar 2025-ci il tarixdə o, Bakı şəhərindən ov üçün İmişli rayonuna gəlmiş və kirayə götürdüyü İmişli şəhəri, Vaqif küçəsi, 7A saylı ünvanda yerləşən evə getmişdir. Evə daxil olduqdan sonra o, evdə ov üçün hazırlığa başlamış və ona lazım olan ov ləvazimatlarını bir yerə yığmışdır. Bundan sonra evin yataq otağında olan paltar dolabının içərisinə yığdığı mülkü ov silahının patronlarını götürmək istədikdə həmin patronların orada olmadığını görmüşdür. Bundan sonra o, evdə axtarış etmiş və yataq otağındakı istilik sisteminin yanına yığdığı patronların da yerində olmadığını görüb evdə oğurluq olduğu bilmişdir. Bundan sonra o, İmişli rayonunda yaşayan tanışı X3 zəng vurub bu barədə məlumat vermiş və bir müddət gözləmişdir ki, oğurluq edən şəxslər oğurladığı patronları gətirib qaytarıb yerinə qoyarlar. Lakin nəticə olmadığını görüb o, 31 yanvar 2025-ci il tarixdə İmişli RPŞ-nə ərizə ilə müraciət edib İmişli şəhəri, Vaqif küçəsində yerləşən kirayə qaldığı evdən mülki ov silahına məxsus patronların oğurlanması barədə məlumat vermişdir. Elə həmin ərəfədə tanışı Kərimdə Avropa istehsalı BSP markalı, Avropa istehsalı Sterling markalı, Amerika istehsalı OLYMPİA markalı, hamısı 12 kalibirli mülkü ov silahı üçün patronlarının olduğunu görüb həmin patronları haradan aldığını soruşan zaman Kərim ona həmin patronları İmişli rayonunda Süleyman adlı şəxsin işlətdiyi ovçuluq mağazasından aldığını bildirmişdir. O, həmin patronlara baxıb bu patronların ona məxsus olduğunu demiş, sonradan da həmin patronlar yaşadığı evdən oğurlanan patronlar olması məlum olmuşdur. Kərim 50 ədəd patron aldığını və həmin patrondan 47 ədədini istifadə etdiyini bildirmişdir. O, Kərimdən xahiş etmişdir ki, onda qalan 3 ədəd patronu ona versin, Kərim də həmin vaxt onda olan Süleymandan almış olduğu 3 ədəd patronu ona vermişdir. O, Kərimdən həmin patronları neçəyə aldığını soruşan zaman Kərim ona 50 ədəd patron üçün Süleymana 38 manat pul verdiyini demişdir. Bundan sonra o, həmin 3 ədəd patronları istintaqa təqdim etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, evdən oğurluq edən şəxslər polis əməkdaşları tərəfindən müəyyən edilmiş, onlar yetkinlik yaşına çatmayan Zaur və Vüsal adlı şəxslər olmuşlar. Daha sonra Vüsalın qohumları tərəfindən ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Buna görə də hazırda o, evdən oğurluq etmiş şəxslər Təqsirləndirilən şəxs1 ilə və Təqsirləndirilən şəxs2la barışmış və onlardan heç bir şikayət və tələbi yoxdur. İmişli şəhəri, Vaqif küçəsi 7A saylı ünvanda yerləşən fərdi yaşayış evindən oğurlanmış patronları o, 2024-cü ilin sentyabr ayından başlayaraq həmin ilin dekabr ayının ortalarına qədər hər dəfə İmişli şəhərinə gələrkən özü ilə gətirmişdir. O, həmin evdə sonuncu dəfə 18 yanvar 2025-ci il tarixdə saat 22 radələrində olmuşdur. Buna görə də fikirləşir ki, həmin evdən ona məxsus patronlar 2024-cü ilin dekabr ayının ortalarından 18 yanvar 2025-ci il tarixədək olan müddət dövründə talanmış və ümumilikdə evdən 9000 ədəd mülki ov silahı üçün nəzərdə tutulmuş patron oğurlanmışdır. Həmin patronlardan 5000 ədədi yataq otağındakı paltar dolabının içərisindən, 4000 ədədi isə istilik sisteminin yanından talanmışdır. Beləliklə evdən ona məxsus bir ədədinin qiyməti 1 manat olmaqla 5000 ədəd Avropa istehsalı olan BPS markalı, 12 kalibirli, bir ədədinin qiyməti 1 manat olmaqla 3200 ədəd Avropa istehsalı olan Sterling markalı, 12 kalibirli və bir ədədinin qiyməti 1 manat olmaqla 800 ədəd Amerika istehsalı olan OLYMPİA markalı, 12 kalibirli olan ümumilikdə 9000 ədəd patronun oğurlanması nəticəsində ona 9000 manat məbləğində maddi ziyan dəymişdir. Ona məxsus talanmış 9000 ədəd patronların bir hissəsini Bakı şəhərində yerləşən müxtəlif ovçuluq mağazalarından satın almışdır. Bundan başqa qalan hissəsini isə İmişli şəhərində Ovçuluq mağazası işlədən Elmar adlı şəxsdən almışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsi tərəfindən 12 kalibrli, “Winchester” markalı, “WİPT-19794YM-11K nömrəli və 12 kalibrli, “Stoeger” markalı, 75-G23YT-001307 nömrəli silahlar onun adına sənədləşdirilmiş və həmin silahlar onun istifadəsində və bu silahların sənədləri qaydasındadır. Bundan başqa o, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti "xxxx" MMC-nin üzvüdür. Bununla bağlı ona Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin 1219 nömrəli ovçuluq bileti verilmişdir. İşdə olan, Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı 16 fevral 2026-cı il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslərlə barışmış və ona vurulmuş maddi ziyanı (9000 manat) təqsirləndirilən şəxslərdən tələb etmir və hazırda onun təqsirləndirilən şəxslərə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində o, ailəsi ilə birlikdə İmişli şəhərində İmişli şəhəri, ünvan 2 ünvanında olan evdə kirayə yaşayır. O, İmişli şəhəri, Heydər Əliyev prospektində yerləşən kompüter təmiri mağazasında işləyir, yoldaşı Xalidə İmişli rayon 2 saylı orta məktəbdə müəllim işləyir. Onlar hər gün səhər 09 radələrində işə gedirlər. 02 mart 2025-ci il tarixdə o, işdən evə gəlmiş, “Oruc olduğu” üçün bir az istirahət edib yenidən evin qapılarını bağlayıb evdən çıxıb işə getmişdir. Bir qədər sonra yoldaşı Xalidə işdən evə gəlib saat 18:16 radələrində ona zəng edib anasıgilə gedəcəyini bildirmiş, o da razılaşıb “get daha sonra mən səni taksi ilə gəlib götürərəm” demişdir. O, həmin gün saat 20:15 radələrində evə daxil olub siqaretini axtarmış, “Oruc olduğu” üçün siqaretini hər gün zaldakı divardan asılmış kitab rəfinin üzərinə qoyduğu siqaretinin yerində olmadığını görmüşdür. Sonra o, yoldaşı Xalidəyə zəng edib siqaretini hara qoyduğunu soruşmuş, o da siqareti götürmədiyini və xəbəri olmadığını bildirmişdir. Bundan sonra o, evdən çıxıb evin yaxınlığındakı mağazadan siqaret almış, həmin vaxt Xalidə ona zəng edib evə gəldiyini bildirmiş, 10 dəqiqədən sonra Xalidə yenidən ona zəng edib planşetin stolun üzərində olmadığını demiş və o, dərhal evə getmişdir. Evə çatandan sonra Xalidə ona evə nə üçün ayaqqabı ilə girdiyini soruşmuş, həmin zaman stulun və televizor altlığının üzərində ayaqqabı izləri olduğunu görmüşlər. Bundan sonra onlar evdə oğurluq olduğunu bilmişlər və evdə axtarış etmişlər. Ona məlum olmuş ki, ona məxsus 2 ədəd airpods qulaqcıq, bir ədəd planşet, bir ədəd qol saatı, mobil telefon, 2 ədəd gümüş üzük və bir ədəd içərisində bir manat olan çəhrayı rəngli pul qabı oğurlanmışdır. Sonra o, DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, az sonra polis əməkdaşları evə gəlib araşdırma aparmağa başlamışlar. 02 mart 2025-ci il tarixdə saat 18:16 radələrindən saat 20:15 radələrinə qədər o və yoldaşı Xalidə evdə olmamışlar. Həmin zaman o, işdə olmuş, yoldaşı Xalidə isə anasıgildə olmuşdur. Evin zalında olan divardakı kitab rəfinin içərisindən bir qutu “Winiston” markalı 4 manat dəyərində siqareti, həmin otaqda rəfin içərisindən bir ədəd “Samsung” markalı, 480 manat dəyərində smart saatı, evin digər zalındakı stolun üzərindən “Honor” markalı 1000 manat dəyərində planşeti, həmin otağda olan kitab rəfinin üzərindən bir ədəd “Apple” markalı 600 manat dəyərində airpods qulaqcığı, bir ədəd “Huawei” markalı 70 manat dəyərində airpods qulaqcığı, həmin otaqdakı dolabın üzərindən qabın içərisindən “Samsung Note 9” markalı 800 manat dəyərində mobil telefonu evin yataq otağındakı dolabın üzərində “qız qalasına” bənzər qabın içərisindən bir ədəd 4 qram çəkidə 925 əyarlı, 80 manat dəyərində gümüş üzük və bir ədəd 2 qram çəkidə 925 əyarlı 50 manat dəyərində gümüş üzüyü, həmin yataq otağındakı paltar dolabından çantantın içərisindən çəhrayı rəngli 10 manat dəyərində içərisində bir manat pul olan pul qabını naməlum şəxs(lər) oğurlamaqla ona ümumilikdə 3095 (üç min doxsan beş) manat maddi ziyan vurmuşdur. İşdə olan, Zərərçəkmiş şəxs2 məhkəməyə ünvanladığı 11 dekabr 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, iş üzrə təqsirləndirilən şəxsə qarşı tələb, mülki iddia və şikayəti yoxdur. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, zərərçəkmiş şəxs X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, H.Əliyev prospekti dalan 2 ünvanında olan fərdi yaşayış evində yaşayır və İmişli rayonunda mal-qara alveri ilə məşğuldur. 11 mart 2025-ci il tarixdə o və qardaşı Elməddinlə birlikdə İmişli rayonunda mal-qara bazarından yaşadığı evə gəlmişlər. Onlar evdə onun satdığı mal-qaranın qazancının siyahısını etdikdən sonra o, 8600 manat pulu anası Mehparəyə vermiş ki, evdə saxlasın. Anası Mehparə həmin pulu yaşadıqları evdə çarpayının üzərindəki döşəyin altında qoyub saxlamışdır. Ümumiyyətlə onlar, yəni o, anası və atası özlərinə məxsus pulu həmin çarpayının altında saxlamışlar. 12 mart 2025-ci il tarixdə, saat 06:30 radələrində o, atası Camal və anası Mehparə ilə birlikdə Bakı şəhərinə anasını xəstəxanaya aparmaq üçün evdən çıxmışlar. Həmin gün axşam 22 radələrində yaşadıqları İmişli rayonunda yerləşən evlərinə gəlmişlər. O, evin giriş qapısını açıb evə daxil olmuş, əynindəki gödəkçəni soyunub daha sonra paltarlarını dəyişib qardaşı Elməddinin evinə getmişdir. Elməddinin evi onların yaşadığı evin yanındadır. Bundan sonra anası evə daxil olub, pəncərənin və pərdənin açıq olduğunu görüb qardaşı Elməddinə zəng etmiş, bundan sonra o və Elməddin birlikdə evə anası Mehparənin yanına getmişlər. Onlar evə daxil olana qədər anası Mehparə çarpayının altına baxmış və pulun yerində olmadığını görüb evdə oğurluq olduğunu bilmişdir. O, anasına yenidən hər yerə baxmasını və pulu bəlkə başqa yerə qoymasını soruşmuş, anası da evdə axtarış etdikdən sonra pulu evin yataq otağındakı çarpayının altında saxladığını bildirmişdir. Bundan sonra o, evdə oğurluq olduğunu bilib DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları evə gəlib araşdırma aparmağa başlamışlar. Onlar 12 mart 2025-ci il tarixdə saat 06 radələrindən 22 radələrinə qədər evdə olmamışlar. Evindən oğurlanmış 8600 manatın 40 ədəd 100 AZN nominallı, 80 ədəd 50 AZN nominallı, 60 ədəd 20 AZN nominallı pul əskinazları olmuşdur. İşdə olan, zərərçəkmiş şəxs Müstəcəb Əliyevin məhkəməyə ünvanladığı 12 fevral 2026-cı il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışmamış və ondan şikayətçi olmaqla ona vurulmuş maddi ziyanın-8600 manatın tam ödənilməsini tələb edir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Zərərçəkmiş şəxs6 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birlikdə ünvan 3 ünvana ona məxsus yaşayış evi vardır, həmin evdə heç kim yaşamamış, ailə üzvüləri hərdənbir gəlib evə baş çəkmişlər. 26 mart 2025-ci il tarixdə, saat 12 radələrində o, evinə baxmaq üçün Bakı şəhərindən İmişli şəhərinə gəlib yaşadığı evin həyətinə daxil olub evin birinci mərtəbəsinə gərərkən evin giriş tərəfdən birinci mərtəbəsinin pəncərəsinin açıq olduğunu görmüşdür. O, evdən oğurluq ola biləcəyindən şübhələndiyi üçün dərhal evin otaqlarına baxış keçirən zaman evin baş tərəfində olan otaqdakı bir ədəd “Saft Square” markalı velosipedin yerində olmadığını görmüşdür. Bundan sonra evin digər otaqlarına baxan zaman evdən başqa hər hansı bir əşyanın oğurlanmasını aşkar etməmişdir. Bundan sonra o, evindən ona məxsus bir ədəd velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanması barədə 26 mart 2025-ci il tarixdə İmişli RPŞ-nə şikayət ərizəsi yazmışdır. Polis əməkdaşları trəfindən aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində ona məxsus evdən bir ədəd “Saft Square” markalı velosipedi oğurlayan şəxsin İmişli rayonun Soltanmuradlı kənd sakini yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs1 olması müəyyən edilmişdir. Ona məxsus evdən oğurlanmış bir ədəd “Saft Square” markalı velosipedin təxminən 550 manat qiyməti olmuşdu. Ona təqdim olunan "xxxx" ASC-nin bir ədəd “Saft Square” markalı velosipedlə bağlı qiymətləndirilməsi ilə razıdır. Ona məxsus fərdi yaşayış evindən hansı tarixdə oğurluq hadisəsinin baş verdiyini dəqiq bilmir. O, həmin evdə axırıncı dəfə 2025-ci ilin yanvar ayının əvvəllərində olmuş, həmin vaxt evindən oğurluq hadisəsi baş verməmişdir. Sonuncu dəfə evində olarkən evindən bir ədəd “Saft Square” markalı velosipedin oğurlanmasını bilmişdir. Polis əməkdaşları tərəfindən ona məxsus bir ədəd “Saft Square” markalı velosiped tapılıb ona qaytarılmışdır. Hazırda o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İşdə olan, Zərərçəkmiş şəxs6 məhkəməyə ünvanladığı 12 dekabr 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışmış, ona vurulmuş maddi ziyan ödənilmiş (bir ədəd velosiped qaytarılmış) və hazırda onun təqsirləndirilən şəxsə qarşı tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, S.Bəhlulzadə küçəsi ev 4 ünvanda yaşayır və onun 1990-cı il buraxılışlı VAZ-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Bir qayda olaraq avtomobili yaşadığı evin qarşısında, küçədə saxlamışdır. Xeyli müddətdir ki, avtomobilin sürücü tərəfdə olan qapısı bağlanmasa da, digər qapıları bağlanır. Avtomobilin mühərrikini işə salan açarı iki ədəd olmuş, bir ədədini üzərində saxlamış, bir ədədini isə avtomobildə kül qabı kimi istifadə edilən yerə qoymuşdur. 11 iyun 2025-ci il tarixdə, gecə saatlarında avtomobili yaşadığı evin qarşısında küçədə saxlayıb evinə getmişdir. 12 iyun 2025-ci il tarixdə, saat 08 radələrində küçəyə çıxan zaman avtomobilinin küçədə, saxladığı yerdə olmadığını görüb dərhal Daxili İşlər Nazirliyinin 102-i xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, sonra da avtomobili axtarmağa başlamışlar. Elə həmin gün polis əməkdaşları avtomobili yaşadığı küçəsinin arxasındakı küçədə, yəni İ.Səmədov küçəsində əzik vəziyyətdə, yəni avtomobilini idarə edən şəxs avtomobilin ön hissəsini işıq dirəyinə vuraraq əzmiş vəziyyətdə aşkar etmişlər. Polis araşdırması zamanı məlum olmudur ki, avtomobili Zaur adlı şəxs, yəni Təqsirləndirilən şəxs1 tərəfindən gecə saatlarında qaçırıldıqdan sonra küçədə işıq dirəyinə vuraraq qəza törətmişdir. O, Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. Avtomobili əzilmiş vəziyyətdə ona qaytarılmışdır. Bu hadisə nəticəsində ona 3029 manat miqdarında maddi zərər dəymiş və həmin ziyanın ödənilməsini tələb edir. İşdə olan, Zərərçəkmiş şəxs3 məhkəməyə ünvanladığı 12 dekabr 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışmamış və ona vurulmuş maddi ziyanın (3029 manat zərərin) ödənilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki o, İmişli şəhəri, M.Əsədov küçəsi ev 12, mənzil 16-da yaşayır. VAZ-2107 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili arvadı Şəkurə Quliyevanın adına olsa da, etibarnamə ilə avtomobili özü idarə etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər tanımamışdır. 16 aprel 2025 ci il tarixdə o, avtomobili yaşadığı binanın qarşısında saxlamışdır. Həmin vaxt avtomobil idarə etmək üçün açarı maşının üzərində saxlamış, avtomobilin qapılarını bağlamaq üçün olan açar isə özündə olmuşdur. Sonra o, avtomobilin qapılarını bağlayıb yaşadığı evə getmişdir. 17 iyun 2025-ci il tarixdə ona məlum olmuşdur ki, avtomobili kimsə tərəfindən gecə saatlarında qaçırıldıqdan sonra İmişli rayonu “Azərpoçt” binasının qarşısında qəza törətmişdir. Sonra o, İmili RPŞ-nə ərizə müraciət etmişdir, Bundan sonra polis əməkdaşları tərəfindən müəyyən edilmişdir ki, avtomobili Zaur adlı şəxs, yəni Təqsirləndirilən şəxs1 tərəfindən gecə saatlarında qaçırıldıqdan sonra küçədə qəza törətmişdir. Bu hadisə nəticəsində ona 1458 manat miqdarında maddi zərər dəymiş və həmin ziyanın ödənilməsini tələb edir. VAZ-2107 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. İşdə olan, Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanladığı 12 dekabr 2025-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 ilə barışmamış və ona vurulmuş maddi ziyanın (1458 manat zərərin) ödənilməsini tələb edir. Məhkəmə iclasında Şahid6 ifadəsində göstərmişdir ki, o, İmişli şəhəri, N.Savalanov küçəsində telefon mağazasına işləyir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla normal münasibətləri olmuşdur. Digər Təqsirləndirilən şəxs2 tanımır. 2025-ci ilin mart ayında (05 mart 2025-ci il tarixdə) Zaur mağazaya onun yanına gəlib ona bir ədəd “Samsung” markalı mobil telefonu göstərib satmaq istədiyini bildirmişdir. Həmin telefon “Samsung NOTE 9” markalı smartfon tipli mobil telefon olmuşdur. O, telefona baxdıqdan sonra Zaura kimin telefonu olduğunu və neçəyə satdığını soruşmuş, Zaur da ona həmin telefonun anasına aid olduğunu və 50 manata satdığını bildirmişdir. O, telefonun modelinin köhnə olduğunu və telefonu yandırdıqda yenidən sönrərək telefonda problem olduğunu bildirdib 30 manata ala biləcəyini demiş, Zaur da onunla razılaşmış və telefonu ona vermiş, o da Zaura 30 manat pul vermişdir. Bundan sonra həmin telefonu işlədiyi mağazaya qoymuşdur. İki gündən sonra (07 mart 2025-ci il tarixdə) o, polis şöbəsinə çağırılmış və orada ona məlum olmuşdur ki, Zaurun ona satdığı mobil telefon oğurluq telefon olmuşdur. Sonra o, Zaurdan aldığı “Samsung NOTE 9” markalı, mobil telefonu polisə təqdim etmişdir. Zaurun həmin mobil telefonu haradan əldə etməsi və ya oğurlaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında Şahid5 ifadəsində göstərmişdir ki, o, İmişli rayonunda Dəmiryolu nəqliyyatında polis şöbəsində işləyir. İmişli şəhər sakini Zərərçəkmiş şəxs2 tanyır, qonşusudur, onunla münasibətləri yaxşıdır. Elxan Məmmədli qardaşıdır. Qardaşı Elxan rayon ərazisində əvvəllər oğurluq cinayəti törətdiyinə görə məhkum edilmişdir. 03 fevral 2025-ci il tarixdə qonşusu Elçinin yaşadığı evdən oğurluq olduğunu eşitmişdir. Həmin ərəfədə qardaşı Elxanın həmin oğurluqda iştirak etməsi barədə söz-söhbətlər eşitmişdir. 04 mart 2025-ci il tarixdə Elxan evdə olmadığı üçün o, Elxanla zəng edib ondan həmin oğurluqda iştirak edib-etməməsi barədə soruşmuş, Elxan da oğurluq etmədiyini, həmin günü isə dostları ilə kafedə olduğunu bildirmişdir. O, Elxana inanmayıb işi ətraflı öyrənmək üçün 06 mart 2025-ci il tarixdə, axşam saatlarında Elxanın Zaur adlı tanışını tapıb ondan oğurluq barədə soruşmuş, Zaur da həmin evdən, yəni Elçinin yaşadığı evdən oğurluq etdiyini və oğurladığı əşyaları İmişli şəhərində su kanalının yanında gizlətdiyini bildirmişdir. Sonra o, Zaurla həmin yerə getmiş və Zaurun dediyi yerdən sellofan torba aşkar edilmiş və bu torbanın içərisində bir ədəd planşet, bir ədəd qulaqcıq və iki ədəd üzük olmuşdur. Səhərisi günü, yəni 07 mart 2025-ci il tarixdə sellofan torbada olan əşyaları götürüb İmişli RPŞ-nə gəlmiş və həmin əşyaları Elçinin yaşadığı evdən oğurluqla bağlı işi araşdıran müstəntiqə təqdim etmişdir. Polis şöbəsində ona məlum olmuşdur ki, Zaur adlı şəxs (Təqsirləndirilən şəxs1) İmişli rayonunda oğurluqla məşğul olmuş və onun barəsində müxtəlif oğurluqlarla bağlı iş araşdırılır. İşdə olan, “Baxış keçirilməsi haqqında” 27 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki, vət. Zərərçəkmiş şəxs6 məxsus əmlakın oğurluq hadisəsi İmişli şəhəri, Nəsimi küçəsi, ev 6 üvanında yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş vermişdir. Yaşayış evi ikimərtəbəli olub mişar daşlarından inşa edilmiş, evin ətrafı mişar daşları ilə hörülmüş hasarla əhatələnmiş, evin pəncərələri taxta materialdandır, giriş qapısı dəmir seyf qapıdır və evin qarşısında evin hündürlüyü səviyyəsində çardaq vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs6 evin birinci mərtəbəsinin baş otağını göstərib həmin otaqda olan bir ədəd təxminən 550 (beş yüz əlli) manat dəyərində “Saft Square” markalı velosipedin naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını bildirmişdir. İşdə olan, istintaq orqanından verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı İmişli RPŞ-nin 28 aprel 2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri, Nəsimi küçəsi, ev 06-da yerləşən fərdi yaşayış evindən bir ədəd “Saft Square” markalı velosipedi oğurlamaqda şübhəli bilinən şəxsin İmişli rayonun Soltanmuradlı kəndində qeydiyyatda olmaqla yaşayan xx xxxx 2010-cu il təvəllüdlü Təqsirləndirilən şəxs1 olması müəyyən edilib istintaqa təqdim olunmuşdur. İşdə olan, "xxxx" Açıq Səhimdar Cəmiyyətinin 28 aprel 2025-ci il tarixli arayışı ilə müəyyən edilir ki, 2025-ci ilin mart ayının ortalarında bir ədəd “Saft Square” markalı velosipedin orta bazar satış qiyməti 380 (üç yüz səksən) manat təşkil edir. İşdə olan, “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” 3 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki, vət. Zərərçəkmiş şəxs2 məxsus yaşayış evi İmişli şəhəri, Nəsimi küçəsində yerləşir. Evin həyəti mişar daşları ilə hörülmüş, evinin bütün pəncərələri dəmir barmaqlıqlarla təhciz olunmuş və evin giriş qapısı dəmir seyf qapıdır. Evin giriş qapısından evə daxil olduqda sağda sanitar qovşağı, ön hissədə isə zaldır. Zalda stulun və televizorun altlığının üzərində palçıqlı ayaqqabı izləri vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs2 zaldakı stolun üstündən 1000 manat dəyərində “Honor” markalı planşetin, həmin otaqdan sol tərəfdə kitab rəfindəki 600 manat dəyərində “Apple” və 70 manat dəyərində “Huawei” markalı airpodsun, digər otaqdakı divardan asılmış rəfdən 480 manat dəyərində 1 ədəd “Samsung” markalı qol saatının, dolabın üzərindəki qabın içərisindən 800 manat dəyərində “Samsung Note 9 S” markalı mobil telefonun, yataq otağındakı dolabın üzərindəki Qızqalasına bənzər qabın içərisindən 80 manat dəyərində 4 qram çəkidə olan bir ədəd 925 əyarlı gümüş üzüyün, yataq otağındakı geyim dolabının içərisindəki çantanın içərisindən 10 manat dəyərində çəhrayı rəngli pul qabının oğurlanmasını bildirməklə qeyd olunan əçyaların yerlərini əyani olaraq göstərmişdir. İşdə olan, “Təqdim etmə, götürmə aparılması və baxış keçirilməsi haqqında” 7 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki, vət. Şahid5 təqdim etdiyi bir ədəd “HONOR” markalı planşet, bir ədəd “Apple” markalı qulaqcıq və iki ədəd gümüşə bənzər üzük istintaq orqanı tərəfindən götürülmüşdür. İşdə olan, istintaq orqanından verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı İmişli RPŞ-nin 7 mart 2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində İmişli şəhəri, ünvan 2 ünvanında yerləşən evdən əşyaların oğurlanmasında şübhəli şəxsin İmişli rayonun Soltanmuradlı kənd sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 7 mart 2025-ci il tarixdə İmişli şəhəri, Babək küçəsində saxlanılmış və saxlanılan zaman onun üzərində olan bir ədəd “Samsung” markalı qol saatı aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin saatı İmişli şəhəri, ünvan 4 ünvanda yerləşən evdən oğurladığını bildirmişdir. Saxlanılan şəxs Təqsirləndirilən şəxs1 və bir ədəd qol saatı istintaqa təqdim edilmişdir. İşdə olan, istintaq orqanından verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı İmişli RPŞ-nin 7 mart 2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İmişli şəhəri, ünvan 2 ünvanında yerləşən evdən oğurlanan əşyaların yerinin müəyyən edilməsi istiqamətində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində daxil olmuş əməliyyat məlumatına uyğun olaraq evdən oğurlanmış bir ədəd “Samsung Note 9” markalı mobil telefonu İmişli şəhəri, N.Savalanov küçəsində telefon mağazası işlədən Şahid6 olduğu müəyyən edilmiş və Şahid6 istintaqa təqdim edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” 12 mart 2025-ci il tarixli protokolla müəyyən edilir ki, vət. X5 məxsus fərdi yaşayış evi İmişli şəhəri, H.Əliyev prospekti, dalan 02 ünvanında yerləşir. Evin ətrafı mişar daşları ilə hörülmüş hasarla əhatələnmiş, evin pəncərələri plastik materiallardan olmaqla həyət istiqamətindədir. Evin qəhvəyi rəngli darvazası vardır və yaşayış evi giriş darvazasından 8 metr kənarda yerləşir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs5 evin pəncərəsini göstərib naməlum şəxs və ya şəxslərin oradan evə daxil olduğunu bildirmiş, həmçinin evə daxil olduqda evin yataq otağında çarpayı və paltar dolabı vardır. Zərərçəkmiş şəxs5 yataq otağındakı çarpayını göstərib 8600 manat pulun çarpayının altından oğurlandığını bildirmişdir. İşdə olan, istintaq orqanından verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı İmişli RPŞ-nin 12 aprel 2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, İmişli RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində müəyyən edilmişdir ki, İmişli şəhəri, Heydər Əliyev prospekti, dalan 02 ünvanında (vət.Zərərçəkmiş şəxs5 yaşadığı fərdi yaşayış evindən) oğurluq hadisəsini törətməkdə şübhəli bilinən şəxs İmişli rayonun Soltanmuradlı kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs1dur. İşdə olan, “Təqdim etmə, götürmə aparılması və baxış keçirilməsi haqqında” 12 aprel 2025-ci il tarixli protokolla müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 X6 müvəqqəti yaşadığı evin otaqlarından birində taxta parçalarının altında gizlətdiyi bir ədəd 100 AZN, iki ədəd 50 AZN olmaqla 200 AZN nominallı pul vahidini təqdim etmiş və həmin pul vahidləri istintaq orqanı tərəfindən iş üzrə maddi sübut kimi götürülmüşdür. İşdə olan, materialların məhkəmə ekspertizasının 15 may 2025-ci il tarixli rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş zərgərlik məlumatlarının ayrı-ayrılıqda tərkibi, əyarı və digər göstəriciləri (damğası, adları, qaşları və s.) Cədvəl 1-də göstərilmişdir. Habelə təqdim edilən iki ədəd üzük kustar üsulla hazırlandığından istehsal yerini müəyyən etmək mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 manat təşkil edir. İşdə olan, “Baxış keçirilməsi və götürülmə aparılması haqqında” 31 yanvar 2025-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı fərdi yaşayış evi İmişli şəhəri, Vaqif küçəsində yerləşir. Evin ətrafı mişar daşları ilə örtülmüşdür. Fərdi yaşayış evinin yataq otağında istilik cihazı vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs1 həmin cihazın qarşısında plastik qablarda, habelə yataq otağında yerləşən paltar dolabında plastik qablarda və kardon yeşikdə patronların olduğunu və həmin patronlarında oğurlandığını bildirmişdir. Nümunə olaraq Zərərçəkmiş şəxs1 oğurlanan patronlarda özündə olan və sonradan aldığı patronları təqdim etmişdir. Həmin patronlar Avropa istehsalı “BPS” markalı və “Sterling” markalı patronlardır. İşdə olan, istintaq orqanından verilmiş əməliyyat tapşırığının icrası ilə bağlı İmişli RPŞ-nin 12 aprel 2025-ci il tarixli məktubu ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 müvəqqəti yaşadığı İmişli şəhəri, Vaqif küçəsində yerləşən fərdi yaşayış evindən oğurluq edən şəxsin İmişli rayonun Soltanmuradlı kənd sakini Təqsirləndirilən şəxs1 olması müəyyən edilmiş və həmin şəxs istintaqa təqdim edilmişdir. İşdə olan, “Təqdim etmə, götürmə aparılması və baxış keçirilməsi haqqında” 05 fevral 2025-ci il tarixli protokolla müəyyən edilir ki, Zərərçəkmiş şəxs1 Adəm oğlu 3 ədəd mülki ov silahına məxsus patronları istintaq orqanına təqdim etmişdir. Təqdim edilmiş 3 ədəd mülki ov silahına məxsus patronların bir ədədi Avropa istehsalı “Sterling” markalı patron, bir ədədi Amerika islehsalı “Olimpia” markalı patron, bir ədədi isə Avropa istehsalı “BPS” markalı patronlardır. Həmin patronlar tədqiqat aparılması məqsədi ilə istintaq orqanı tərəfindən qablaşdırılıb götürülmüşdür. İşdə olan, Azərbaycan Respublikasının DİN-i Kriminalistik Tədqiqatlar İdarəsinin 01 aprel 2025-ci il tarixli, ekspert rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş 03 ədəd patronlar zavod üsulu ilə, xarici dövlətdə istehsal olnumuş 12X70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli yivsiz ov silahlarından atəş açmaq üçün nəzərdə tuutlmuş ov sursatlarıdır və atəş üçün yararlıdırlar. İşdə olan, “Baxış keçirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə İmişli şəhəri, İ.Səmədov küçəsində VAZ-2106 markalı, 90-BP483 dövlət qeydiyyat nişanlı avtomobili aşkar edilmişdir. Avtomobilin ön hissəsi küçədə işıq dirəyinə dəyərək əzilmiş vəziyyətdədir. Avtomobilin hadisə yerindəki vəziyyətindən görünür ki, avtomobil İmişli şəhəri, İ.Səmədov küçəsindən İmişli şəhəri, S.Fətəliyev küçəsi istiqamətində hərəkətdə olmuşdur. Avtomobilin ön sol hissəsi əzilmiş vəziyyətdədir. Hadisə yerində avtomobilin sol farasının sınmış hissələri aşkar edilərək götürülmüşdür. Baxışda iştirak edən Zərərçəkmiş şəxs3 həmin avtomobilin ona məxsus olmasını bildirmişdir. İşdə olan, “Avtomobilə və nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında” 12 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, baxış keçirilən avtomobil VAZ-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil 1990-cı ilin buraxılışı olmaqla, albalı metallik rəngdədir. Avtomobilin ban nömrəsi XTA 210630L2385472-dir. Avtomobilin “BD631143” seriya və nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən avtomobil Zərərçəkmiş şəxs3 mülkiyyətindədir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin salonu və bayır kuzov hissəsi təmiz vəziyyətdədir. Avtomobilin ehtiyyat açarı avtomobilin üzərindədir. İşdə olan, "xxxx" MMC-nin 12 iyun 2025-ci il tarixli, 108 №-li “Zərər aktı” arayışı ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs3 məxsus VAZ-2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobilə 3029 (üç min iyirmi doqquz) manat maddi ziyan dəymişdir. İşdə olan, “Mobil telefona baxış keçirilməsi haqqında” 17 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, baxış keçirilən mobil telefon “Samsung A23” markalıdır. Telefonun giriş kodu “username**********0” rəqəmləridir. Həmin rəqəmləri yığdıqdan sonra telefonun menyu bölməsinə daxil olundu. Telefonun “Qaleriya” bölməsində 12 iyun 2025-ci il tarixdə, saat 03:20-də yol nəqliyyat hadisəsini özündə əks etdirən videogörüntü vardır. Baxış iştirakçısı Təqsirləndirilən şəxs1 həmin görünütünü 12 iyun 2025-ci il tarixdə VAZ- 2106 markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomobili (Zərərçəkmiş şəxs3 məxsus) qaçırdıqdan sonra idarə edərkən qeydə aldığını, qəzanın da həmin görüntüdə əks olunduğunu bildirmişdir. İşdə olan, “Baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, baxış keçirilən yer İmişli şəhəri, H.Aslanov küçəsində “Azərpoçt” binasının qarşısıdır. Baxış zamanı yolun sağında olan bardurda sərt əşyanın təsirindən əmələ gələn izlər vardır. Orada dayanmış avtomobil ağ rəngli olmaqla VAZ-2107 markalı və üzərində **-MP-*** saylı dövlət qeydiyyat nişanı vardır. Baxış zamanı PPXB-nin polis nəfəri Nurlan Şahbazlı sürücünün Təqsirləndirilən şəxs1 olduğunu, hadisəni törətdikdən sonra qaçdığını bildirir. İşdə olan, İmişli RPŞ-nin PPXB-nin əməkdaşının 17 iyun 2025-ci il tarixli “Raport”u ilə müəyyən edilir ki, 17 iyun 2025-ci il tarixdə, saat 02 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində “Azərpoçt” binasının qarşısında İmişli rayonun Soltanmuradlı kəndində yaşayan Təqsirləndirilən şəxs1 VAZ-2107 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə idarəetməni itirib yolun sağ tərəfində olan bardurə vuraraq qaçmışdır. İmişli RPŞ-nin PPXB-nin polis kiçik serjantı Elmir Novruzovla xidmətdə olarkən 17 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 İmişli şəhəri, "xxxx" ASC-nin binasının qarşısında saxlanılıb İmişli RPŞ-nə gətirilmişdir. İşdə olan, “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və götürmə aparılması haqqında” 17 iyun 2025-ci il tarixli protokolla müəyyən edilir ki, baxış keçirilən avtomobil VAZ-21074 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Avtomobil 2004-ci ilin buraxılışı olmaqla, ağ rəngdədir. BD № 389874 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil X1 mülkiyyətindədir. Avtomobilin ön sağ hissəsi qəza nəticəsində əzilmişdir. Avtomobilin ön sağ təkəri və diskisi yararsız vəziyyətdədir. Avtomobilin içərisində “Samsung” markalı mobil telefon vardır. Təqsirləndirilən şəxs1 həmin mobil telefonun özünə məxsus olduğunu və hadisəni törətdikdən sonra avtomobildən düşüb qaçdığı üçün telefonu avtomobildə unutduğunu bildirmişdir. Həmin mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İşdə olan, "xxxx" MMC-nin 17 iyun 2025-ci il tarixli, 110 №-li “zərər aktı” arayışı ilə müəyyən edilir ki, Zərərçəkmiş şəxs4 idarə etdiyi VAZ-21074 markalı, **-MP-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 1458 (min dörd yüz əlli səkkiz) manat ziyan vurulmuşdur. İşdə olan, "xxxx" ASC-nin 21 iyul 2025-ci il tarixli məktub-arayışı ilə müəyyən edilir ki, 02 mart 2025-ci il tarixdə bir qutu “Winiston” markalı siqaretin orta bazar satış qiyməti 4 (dörd) manat, bir ədəd “Samsung” markalı smart qol saatının orta bazar satış qiyməti 480 (dörd yüz səksən) manat, bir ədəd “Honor” markalı planşetin orta bazar satış qiyməti 1000 (min) manat, bir ədəd “Apple” markalı qulaqcığın orta bazar satış qiyməti 600 (altı yüz) manat, bir ədəd “Huawei” markalı qulaqcığın orta bazar satış qiyməti 70 (yetmiş) manat, bir ədəd “Samsung Note 9” markalı mobil telefonun orta bazar satış qiyməti 800 (səkkiz yüz) manat, 4 qram çəkidə olan 925 əyar gümüş üzüyün orta bazar satış qiyməti 80 (səksən) və 2 qram çəkidə olan 925 əyarlı gümüş üzüyün orta bazar satış qiyməti 50 (əlli) manat və bir ədəd pul qabının orta bazar satış qiyməti 10 (on) manat təşkil etmişdir. İşdə olan, "xxxx" ASC-nin 21 iyul 2025-ci il tarixli məktub-arayışı ilə müəyyən edilir ki, 20 dekabr 2024-cü il tarixdən 16 yanvar 2025-ci il tarixədək olan dövrdə Avropa istehsalı “Sterling” markalı, Amerika islehsalı “Olimpia” markalı, Avropa istehsalı “BPS” markalı patronun bir ədədinin orta bazar satış qiyməti 1 (bir) manat təşkil etmişdir. İşdə olan, məhkəmə-psixiatrik ekspertizasının 24 iyun 2025-ci il tarixli, 2033 №-li və 23 iyul 2025-ci il tarixli, 2389 №-li rəyləri ilə müəyyən edilir ki, yoxlanılan şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməllərini törətdiyi zaman və ona qədər xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxslər hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır və onalara ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdırlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. İşdə olan, “Maddi sübut kimi tanıma və əşyanın sahibinə qaytarılması haqqında” 09 mart, 12 və 28 aprel 2025-ci il tarixli qərarlarla müəyyən edilir ki, istintaq orqanı tərəfindən bir ədəd “Saft Square” markalı velosiped, bir ədəd “Samsung” markalı smart qol saatı, bir ədəd “Honor” markalı planşet, bir ədəd “Apple” markalı qulaqcıq, bir ədəd “Huawei” markalı qulaqcıq, bir ədəd 4 qram 925 əyarlı və bir ədəd 2 qram 925 əyarlı gümüş üzüklər və bir ədəd “Samsung Note 9” markalı mobil telefon, bir ədəd 100 manatlıq və iki ədəd 50 manatlıq pul əskinasları iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar qanuni sahiblərinə qaytarılmışdır. İşdə olan, “Maddi sübut kimi tanıma haqqında” 05 fevral 2025-ci il tarixli qərarla müəyyən edilir ki, bir ədəd Avropa istehsalı “Sterling” markalı patron, bir ədəd Amerika islehsalı “Olimpia” markalı patron və bir ədəd Avropa istehsalı “BPS” markalı patronlar iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanması üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, telefon danışıqlarına dair məlumatları, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Habelə iş üzrə zərərəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4, şahidlər Şahid6 və Şahid5 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdikləri ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni zərərəkmiş şəxslər, şahidlər və təqsirləndirilən şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara verilmiş ittihamda göstərilən cinayəti törətmişlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onlar tərəfindən törədilməsi və onların təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlində təqsirlərini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.2.1, 232.2.2-ci maddələri ilə və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq CM-nin 232.2.1 və 232.2.2-ci maddələri ilə tövsif edilmişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmləri və qərarı ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cəzaçəkmə müddətinin əvvəl 05 avqust 2025-ci il tarixdən hesablanmış, habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 05 avqust 2025-ci il tarixli hökmlə təyin edilmiş cəza 06 ay azaldırılaraq üzərində 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə saxlanılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs1 05 avqust 2025-ci il tarixli hökmdə göstərilən cinayət əməlini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl törətməsi və həmin əməllərinə görə 05 avqust 2025-ci il tarixli hökmlə məhkum olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökm üzrə Təqsirləndirilən şəxs1 məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə (22 dekabr 2024-cü il tarixdə cinayət törədərkən Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır) münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, İmişli RİH başçısının Ölcələr kənd İƏD üzrə Nümayəndəliyindən verilmiş 27 may və 15 iyul 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 İmişli rayonunun Soltanmuradlı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (kənd sakinləri arasında özünəməxsus mənfi xüsusiyyətləri və pis vərdişləri ilə tanınmaqla ondan nümayəndəliyə şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən götürülmüş məlumatlarla müəyyən edilir ki, (AZE ******** №-li 16 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş) Təqsirləndirilən şəxs1 xx xxxx 2010-cu ildə doğulmuşdur. Verilmiş ittihamda göstərilən cinayətlər törədilən vaxt Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər X4 hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayəti törədərkən yetkinlik yaşına çatmayan olması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərlə (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1la) barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və zərərçəkmiş şəxslərə (Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs6 və Zərərçəkmiş şəxs1,) cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə, məhkəmə hökmləri və qərarı ilə müəyyən olunur ki, İmişli Rayon Məhkəməsinin 15 avqust 2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İmişli Rayon Məhkəməsinin 13 may 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.3- 1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib, əvvəlki hökmlə təyin edilmiş cəza CM-nin 66.5-ci maddəsinə əsasən qismən toplanıb qəti olaraq cinayətlərin məcmusu üzrə 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, barəsində seçilmiş “valideyn nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilmiş və cəzaçəkmə müddətinin əvvəl 13 may 2025-ci il tarixdən hesablanmışdır. İmişli Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 29,177.2.1, 29,177.2.2 və 29,177.2.3-cü maddələri ilə təqsirli bilinib, əvvəlki hökmlə təyin edilmiş cəza CM-nin 66.5ci maddəsinə əsasən qismən toplanıb (həm də CM-nin 69.3-cü maddəsinin müddəaları nəzərə alınmaqla) qəti olaraq cinayətlərin məcmusu üzrə 03 il 02 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və cəzaçəkmə müddətinin əvvəl 13 may 2025-ci il tarixdən hesablanmış, habelə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 04 noyabr 2025-ci il tarixli hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzası 06 ay azaldırılaraq üzərində 02 il 08 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 15 avqust 2024-cü il tarixli hökm üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu vardır. Eyni zamanda Təqsirləndirilən şəxs2 13 may və 04 noyabr 2025-ci il tarixli hökmlərdə göstərilən cinayət əməllərini hazırki iş üzrə olan cinayət əməlindən əvvəl törətməsi və həmin əməllərinə görə 13 may və 04 noyabr 2025-ci il tarixli hökmlərlə məhkum olunması nəzərə alınaraq məhkəmə hesab edir ki, qeyd olunan hökmlər üzrə Təqsirləndirilən şəxs2 məhkumluğu olsa da, hazırki iş üzrə törədilmiş cinayət əməlinə (22 dekabr 2024-cü il tarixdə cinayət törədərkən Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır) münasibətdə o, məhkumluğu olmayan şəxs kimi qəbul edilməlidir. İşdə olan, İmişli RİH başçısının İmişli şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 17 iyul 2025-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 İmişli şəhəri, Babək küçəsi, ev 32-də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (ondan nümayəndəliyə heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, “Elektron Məhkəmə İnformasiya Sistemi”ndən götürülmüş məlumatlarla müəyyən edilir ki, (AZE ******** №-li 16 yaşına çatmamış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilmiş) Təqsirləndirilən şəxs2 xx xxx 2008-ci ildə doğulmuşdur. Verilmiş ittihamda göstəriln cinayət törədilən vaxt Təqsirləndirilən şəxs2 yetkinlik yaşına çatmayan olmuşdur. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, on səkkiz yaşına çatmayan şəxslər X4 hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cinayəti törədərkən yetkinlik yaşına çatmayan olması Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə və zərərçəkmiş şəxsə (Zərərçəkmiş şəxs1) cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödəməsi bu Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və Təqsirləndirilən şəxs1 CM-nin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.2.1, 232.2.2-ci maddələrinin və Təqsirləndirilən şəxs2 CM-nin 232.2.1 və 232.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılmaları qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 84.2 və 85.1.4-cü maddələrinə əsasən X4 cinayət törətdikdə onlara cəza, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilər. Həmçinin bu Məcəllənin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayan məhkumlara on ildən çox olmayan müddətə təyin edilir. Habelə həmin Məcəllənin 85.5.2-ci maddəsinə əsasən əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş yetkinlik yaşına çatmayan oğlanlar təyin olunmuş cəzalarınımöhkəm rejimli tərbiyə müəssisələrində çəkirlər. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxslərin islah olunmalarına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün onlara azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Habelə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərinə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, İmişli Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 06 ay azaldırılaraq üzərində saxlanılmış 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmanqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Habelə CM-nin 66.5 və 66.3-cü maddələrinin müddəalarına əsasən, İmişli Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 03 il 02 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzasının Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli qərarı ilə "Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 06 ay azaldırılaraq üzərində saxlanılmış 02 il 8 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmanqla ona cinayətlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əvvəlki hökm üzrə olan məhkumluğunun hazırki hökmdə göstərilən əməlinə münasibətdə onun məhkumluğu olmayan şəxs hesab edilməsi, eləcə də Təqsirləndirilən şəxs2 15 avqust 2024-cü il tarixli hökmlə azadlığın məhdullaşdırılması cəzasının təyin edilməsi (azadlıqdan məhrumetmə növundə cəza çəkməməsi), habelə sonrakı hökmlər üzrə olan məhkumluqların hazırki hökmdə göstərilən əməlinə münasibətdə onun məhkumluğu olmayan şəxs hesab edilməsi nəzərə alınmaqla onların cəzaçəkmə rejimi müəyyən edilməlidir. Qeyd olunanlar nəzərə alınaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 85.5.1-ci maddəsinə əsasən ümumi rejimli tərbiyə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablanmalı və hazırda onların Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkmələri nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxslərə cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququn olması izah edilməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.5-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan bir ədəd Avropa istehsalı “Sterling” markalı patron, bir ədəd Amerika islehsalı “Olimpia” markalı patron və bir ədəd Avropa istehsalı “BPS” markalı patron hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan bir ədəd “Samsung” markalı smart qol saatı, bir ədəd “Honor” markalı planşet, bir ədəd “Apple” markalı qulaqcıq, bir ədəd “Huawei” markalı qulaqcıq, bir ədəd 4 qram 925 əyarlı və bir ədəd 2 qram 925 əyarlı gümüş üzüklər və bir ədəd “Samsung Note 9” markalı mobil telefon qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs2, bir ədəd 100 manatlıq və iki ədəd 50 manatlıq pul əskinaslarından ibarət 200 manat pul vəsatinin qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iş üzrə olan 64 manat ekspertiza tədqiqatı xərci Təqsirləndirilən şəxs1 digər təqsirləndirilən şəxsin iştirakı olmadan törətdiyi oğurluq cinayəti ilə bağlı olduğundan 64 manat ekspertiza tədqiqatı xərci yalnız Təqsirləndirilən şəxs1 tərəfindən ödənilməldir. Qeyd olunanlara əsasən iş üzrə ekspertiza tədqiqatı xərci-64 manat Təqsirləndirilən şəxs1 tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4, 185.2.2, 232.2.1 və 232.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə 2 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 232.2.1 və 232.2.2-ci maddələri ilə 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, İmişli Rayon Məhkəməsinin 05 avqust 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 13 yanvar 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 06 ay azaldırılaraq üzərində saxlanılmış 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 05 avqust 2025-ci il tarixdən hesablansın və hazırda onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 232.2.1 və 232.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 66.3-cü maddələrinə əsasən, İmişli Rayon Məhkəməsinin 04 noyabr 2025-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzası Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 03 fevral 2026-cı il tarixli qərarı ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 3.1-ci maddəsinə əsasən 06 ay azaldırılaraq üzərində saxlanılmış 2 (iki) il 8 (səkkiz) ay 20 (iyirmi) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən toplanmaqla Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 13 may 2025-ci il tarixdən hesablansın və hazırda onun Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X4 üçün Penitensiar Müəssisəsində azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1 (bir) ədəd Avropa istehsalı “Sterling” markalı patron, 1 (bir) ədəd Amerika islehsalı “Olimpia” markalı patron və 1 (bir) ədəd Avropa istehsalı “BPS” markalı patron hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 qaytarılsın. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübutlar olan 1 (bir) ədəd “Samsung” markalı smart qol saatı, 1 (bir) ədəd “Honor” markalı planşet, 1 (bir) ədəd “Apple” markalı qulaqcıq, 1 (bir) ədəd “Huawei” markalı qulaqcıq, 1 (bir) ədəd 4 qram 925 əyarlı və 1 (bir) ədəd 2 qram 925 əyarlı gümüş üzüklər və 1 (bir) ədəd “Samsung Note 9” markalı mobil telefon sahibi Zərərçəkmiş şəxs2, 1 (bir) ədəd 100 manatlıq və 2 (iki) ədəd 50 manatlıq pul əskinaslarından ibarət 200 manat pul vəsatinin qanuni sahibi Zərərçəkmiş şəxs5 təhvil verilməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə izah edilir ki, cinayət əməli nəticəsində dəymiş ziyanın ödənilməsi tələbi ilə təqsirləndirilən şəxslərə qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ vardır. İş üzrə ekspertiza tədqiqatı xərci-64 (altmış dörd) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs1 oğlundan tutulub Azərbaycan Respublikasının Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülsün. Hökmdən elan olunduğu, cəzaçəkmə müəssisəsində olan məhkum olunmuş şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-436/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-436/2025
19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver