Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-437/2022 07.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxx 1984-cü ildə Sabirabad rayonunun Suqovuşan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyn, Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 22, mənzil 54-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-1230,622 qram narkotik vasitə olan tiryəki və külli miqdarda-205,0 qram psixotrop maddə olan metamfetamini əldə edib, saxlayıb, daşıyaraq yaşadığı Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 22, mənzil 54 ünvanına aparmış, bundan sonra həmin maddələrin satışını realizə etmək üçün tiryəkin 30 qram hissəsini xırda hissələrə bölüb 12 ədəd bükümlərə qablaşdırıb üzərində, tiryəkin qalan 1200,0 qram hissəsini bir ədəd bağlamada və bir ədəd bağlamada 205,0 qram metamfetamini bir ədəd sellofan torbanın içərisində yaşadığı mənzilin yataq otağında şüşəli dolabda gizlədib saxlamışdır. Daxil olmuş məlumat əsasında Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən 25 fevral 2022-ci il tarixdə, saat 21 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 22, mənzil 54 ünvanına baxış keçirilən zaman mənzilin yataq otağındakı şüşəli dolabın aşağı siyirməsindən bir ədəd sellofan torbada bir ədəd bağlamada 1200,0 qram tiryək və bir ədəd bağlamada 205,0 qram metamfetamin aşkar edilib götürülmüş, habelə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı əynindəki gödəkcənin cibindən eyni tərkibli 12 ədəd bükümdə, ayrı-ayrılıqda 2,746 qram, 2,416 qram, 2,366 qram, 3,031 qram, 3,048 qram, 2,603 qram, 1,800 qram, 2,269 qram, 2,601 qram, 2,391 qram, 2,493 qram, 2,858 qram olmaqla cəmi-30,622 qram tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində üç azyaşlı uşağı vardır.Rəsmi olaraq heç bir yerdə işləməmişdir. Narkotik maddələrdən istifadə etmir. Tutulmamışdan bir gün əvvəl (24 fevral 2022-ci il tarixdə) günorta saatlarında Şirvan şəhərində parkında gəzərkən yerdən tapdığı sellofan torbanın içərisində “qara” adlı narkotik maddələr olmuşdur. İçərisində “qara” adlı narkotik maddə olan həmin sellofan torbanı yaşadığı mənzilə gətirmişdir ki, narkotiklərdən bir az istifadə etsin, qalan hissəsini isə aparıb polisə təhvil versin.Narkotik maddələrin adını bilmədiyi üçün həmin maddələri “qara” adı ilə tanıyır.Sonradan istintaq zamanı ona məlum olmuşdur ki, tapdığı həmin narkotik maddələr tiryək və metamfetamindir.Yerdən tapdığı torbanın içərisində olan narkotik maddələr (tiryək və metamfetamin) ayı-ayrı bir neçə bükümlərdə olmuş, onların neçə bükümdə olmasını dəqiq xatırlamır.Torbanın içərisində olan bükümlərdən 10-12 ədədini götürüb əynindəki gödəkcənin cibinə qoymuşdur ki, özü istifadə etsin.Sonra o, torbanı yaşadığı mənzildə yataq otağındakı şüşəli paltar dolabın aşağıdakı siyirməsinə qoymuşdur.25 fevral 2022-ci il tarixdə arvadı uşaqları ilə birlikdə anasının evində olduqlarından o, evdə tək olmuşdur. Həmin gün axşam saatlarında Şirvan ŞPŞ-nin bir qrup əməkdaşı evinə gəlib ona yaşadığı evdə narkotik maddələr saxlamaqda şübhəli olduğu bildirilib evinə baxış keçiriləcəyi izah edilmiş, o da etiraz etməmişdir.Sonra polis əməkdaşları özünün iştirakı ilə və videoçəkilişlə evinə baxış keçirməyə başlamışlar.Evə baxış keçirilərkən özü yataq otağındakı şüşəli paltar dolabının aşağı gözündə gizlətdiyi, içərisində narkotik maddələr olan sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı həmin torbanı yerdən tapdığını, torbanın içərisində “qara” adlı narkotik maddələr olduğunu bildirmişdir.Torbada aşkar olunmuş maddələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüş, sonra polislər onu tutub şəhər polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparmışlar. Həmin vaxt özü əynindəki gödəkcənin cibində olan bükümləri çıxarıb polislərə təqdim edib “qara” adlanan narkotik maddələr olduğunu, özünün şəxsi istifadəsi üçün üstündə saxladığnı bildirmişdir. Polis əməkdaşları həmin bükümləri saymış 12 ədəd olmuşdur.Aşkar olunmuş həmin bükümlərdə olan maddələr polis əməkdaşları tərəfindən qablaşdırılıb götürülmüşdür.Polis əməkdaşlarının danışığından sonra bilmişdir ki, “qara” dediyi narkotik maddə tiryək, “ağ” rəngli maddə isə metamfetamindir.Polisdə sorğu-sual zamanı o, narkotik maddələri evində və üzərində saxlamaqda məqsədinin onlardan istifadə etmək olduğunu bildirmişdir.Lakin həqiqətdə isə o, tapdığı narkotik maddələri evinə aparıb saxlamaqda məqsədi, sonradan həmin maddəri aparıb polisə təhvil vermək olmuş, 12 bükümdə olan narkotik maddəni isə özünün şəxsi istifadəsi üçün üstündə saxlamışdır.O, əvvəllər narkotik maddələrdən istifadə etməmiş, həmçinin narkotik maddələrin satışı ilə məşğul olmamışdır.Yaşadığı evə baxış keçirilərkən, həmçinin üzərində axtarış zamanı onun heç bir narazılığı və şikayəti olmamış, tutulduğu vaxt və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq və ya təsir halları da olmamışdır.Evində və üzərində aşkar olunmuş narkotik maddələr özünə məxsusdur, evinə baxış zamanı və ilkin izahatında həmin maddələrin əmisinə məxsus olması barədə dediklərini təsdiq etmir.Törətdiyi əməlindən peşmandır. Eyni zamanda məhkəmədə elan edilməklə tədqiq edilmiş, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə ümumən uyğun ifadə vermiş, habelə həmin ifadəsində göstərmişdir ki, o, 24 fevral 2022-ci il tarixdə tapdığı sellofan torbada iki ədəd bağlama və bu bağlamaların içərisində tiryək və metamfetamin olmuşdur. Tapdığı torbanı evinə gətirdikdən sonra 25 fevral 2022-ci il tarixdə günorta saatlarında o, həmin bağlamada olan tiryəkdən bir az ayırıb onlardan 12 ədəd büküm düzəldib cibinə qoyub saxlamışdır ki, istifadə etsin.Evinə baxış zamanı özünün polislərə təqdim etdiyi bağlamaların içərisində tiryək və metamfetamin olmuşdur.Həmçinin polis şöbəsində üzərində axtarış zamanı əynindəki gödəkcənin cibindən çıxarıb polislərə təqdim etdiyi 12 ədəd bükümlərin içərisində tiryək olmuşdur.Şifahi sorğu zamanı o, əvvəllər narkotik və psixotrop maddələrin satış ilə məşğul olmamasını, evində tiryək və metamfetamini, həmçinin üzərində tiryəki saxlamaqda məqsədinin onlardan istifadə etmək olmasını, başqa niyyətinin olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o,Şirvan şəhər ŞPŞ-nin əməkdaşıdır.25 fevral 2022-ci il tarixdə ona, Şirvan şəhər sakini Təqsirləndirilən şəxs yaşadığı mənzildə narkotik maddələr saxlaması və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur.Həmin məlumat əsasında əməliyyat qrupu yaradılıb həmin gün əməliyyat-axtarış tədbiri keçirilmişdir.Belə ki, 25 fevral 2022-ci il tarixdə, saat 21 radələrində əməliyyat qrupu Təqsirləndirilən şəxs yaşadığı ünvana (Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 22, mənzil 54-ə) getmişdir.Mənzildə Təqsirləndirilən şəxs başqa heç kim olmamışdır.Mənzilə daxil olduqdan sonra təhqiqatçı X11 Zeynalova izah etmişdir ki, mənzilində narkotik maddələr saxlaması barədə məlumat vardır, mənzilə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs mənzilinə baxış keçirilməsini etiraz etməmişdir.Sonra Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə mənzilə baxış keçirilmişdir.Baxış zamanı mənzilin yataq otağındakı dolabın aşağı gözündən bir ədəd sellofan torba, torbanın içərisində tiryəkə və metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Aşkar edilmiş kütlələr təhqiqatçı Nabil Abdullayev tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur.Sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirilmiş və şöbədə təhqiqatçı Nabil Abdullayev tərəfindən müdafiəçinin iştirakı və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış aparılmışdır. Axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 12 ədəd bükümləri çıxarıb təqdim edib bükümlərdə tiryək olduğunu, özünün istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar edilmiş kütlələr təhqiqatçı Nabil Abdullayev tərəfindən qablaşdırılıb götürülmüş, sonra protokol tərtib olunmuşdur. Mənzilinə baxış zamanı və üzərində axtarış zamanı Təqsirləndirilən şəxs heç bir narazılığı və şikayəti olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Şirvan ŞPŞ-nin əməkdaşının 25 fevral 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, ünvan 2-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələr əldə edib yaşadığı evdə saxlaması və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. İşdə olan, “Baxış keçirilməsi haqqında” 25 fevral 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Nabil Abdullayev tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına baxış keçirilmişdir Baxış zamanı mənzilin yataq otağındakı şüşəli dolabın aşağı gözündən bir ədəd polietilen torbada narkotik vasitə olan tiryəkə oxşar və bir ədəd polietilen torbada psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və baxışla bağlı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 25 fevral 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Nabil Abdullayev tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən 12 ədəd bükümdə narkotik vasitə olan tiryəkə oxşar kütlələr aşkar edilmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və şəxsi axtarışla bağlı aparılmış videoçəkliş 01 ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 26 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı .” sözləri yazılmış polietilen torbadakı üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi-1200,0 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla alınmş narkotik vasitə-tiryəkdir. Üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen torba bağlamada təmiz çəkisi-205,0 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “.. Təqsirləndirilən şəxs üzərindən ..” sözləri yazılmış kağız paketdəki 10 ədəd yaşılımtıl rəngli polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri- 2,746 qram, 2,416 qram, 2,366 qram, 3,031 qram, 3,048 qram, 2,603 qram, 1,800 qram, 2,269 qram, 2,601 qram, 2,391 qram, 2 ədəd ağımtıl rəngli polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri-2,493 qram, 2,858 qram olmaqla ümumi təmiz çəkisi-30,622 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla alınmış narkotik vasitətiryəkdir.Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən götürülmüş cəmi 13 ədəd bükülüdə ümumi çəkisi-1230,622 qram olan tiryəklər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq tiryək 1229,322 qram və qalıq metamfetamin 204,95 qramdır.Aparılmış ekspertiza tədqiqatının dəyəri 49 (qırx doqquz) manat 74 qəpik təşkil edir. İşdə olan, ambulator məhkəmə-psixiatrik ekspertizasının 02 aprel 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik müəyyən edilməmişdir.Təqsirləndirilən şəxs göstərilən cinayəti törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır.Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəlik aşkar olunmur.Təqsirləndirilən şəxs hazırda da öz hərəkətlərini idarə etmək, onları qiymətləndirmək iqtidarındadır və o, istintaq hərəkətlərində iştirak etmək qabiliyyətinə malikdir. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. İşdə olan, ambulator məcburi narkoloji tibbi yoxlamanın 19 may 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur.Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniyadan əzab çəkmir və narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 04 iyun 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 1229,322 qram tiryək və qalıq 204,95 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Şirvan ŞPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutu, ekspertiza rəyləri və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (yaşadığı evdə aşkar olunmuş tiryəki polisə aparıb təhvil vermək fikrində olması, üzərində aşkar olunmuş narkotik maddəni isə şəxsi istifadəsi üçün saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni yaşadığı evdə aşkar olunmuş tiryəki polisə aparıb təhvil vermək fikrində olması, üzərində aşkar olunmuş narkotik maddəni isə şəxsi istifadəsi üçün üstündə saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən şəxsi axtarış və baxışla bağlı aparılmış videoçəkilişlər, eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, aşkar olunmuş narkotik və psixotrop maddələrin özünə məxsus olmasını, onları şəxsi istifadəsi üçün yaşadığı evdə və üzərində saxlamasını bildirmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Habelə şahidlər Şahid1 və Fuad Sıxəliyevin ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik və psixotrop maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ və İİ Siyahıya əsasən beynəlxalq adı “Tiryək” olan maddə narkotik vasitə, “Metamfetamin” olan maddə psixotrop maddədir. Tiryəkin 0,5 qamdan və metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, tiryəkin 50 qramı və metamfetaminin 2 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 1230,622 qram narkotik vasitə olan tiryək və 205,0 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə Təqsirləndirilən şəxs götürülmüş maddələrin ayrı-ayrı növlərdən ibarət olmasını, onların bir hissəsinin çoxsaylı bükümlərə qablaşdırılmaqla üzərində saxlamasını, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələrdən istifadə etməməsini nəzərə alaraq onun həmin maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirilməyə əsas verən hallardan biri kimi qəbul edilir. Beləliklə, məhkəmədə tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik və psixotrop maddələr etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Şirvan Şəhər Məhkəməsinin 27 fevral 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli, tutulduğu tarixdən-25 fevral 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə və Şirvan şəhər İcra və Probasiya Şöbəsinin 06 may 2022-ci il tarixli arayışı ilə müəyyən olunur ki, Sabirabad Rayon Məhkəməsinin 22 may 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, icra qrumu tərəfindən hökm icra olunmuş və məhkumun cəza müddəti 25 oktyabr 2020-ci il tarixdə başa çataraq qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddələrinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsindəonlar cəzasını çəkib qurtardığı gündən bir il keçdikdən məhkumluğu olmayan hesab edilir) məhkəmə hesab edir ki, 22 may 2019-cu il tarixli hökm üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Şirvan şəhər İHB-nın 1 Nömrəli sahə İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 13 mart 20212-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şirvan şəhəri, L-nt İbrahimov küçəsi ev 22, mənzil 54də qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə qənaətbəxş (barəsində şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, 13 mart 20212-ci il tarixli arayış və doğum haqqında şəhadətnamələrin surətləri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs himayəsində 2010-cu il təvəllüdlü X6, 2012-ci il təvəllüdlü X7 və 2014-cü il təvəllüdlü X10 vardır. İşdə olan, İİ-JQ № 490697 saylı ölüm haqqında şəhadətnamənin surəti ilə müəyyən edilir ki, X3 (Təqsirləndirilən şəxs əmisi) 16 fevral 1994-cü ildə ermənilərin Kəlbəcər rayonun Murovdağ kəndində gedən döyüşlərdə həlak (şəhid) olmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün əsaslar (CM-nin 99-1-ci maddəsində göstərilən) yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Şirvan ŞPŞ-nin maddi sübutlar otağında saxlanılan 1229,322 qram narkotik vasitə olan tiryək və 204,95 qram psixotrop maddə olan metamfetaminin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə «Azərbaycan Respublikasının Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyası» tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2022ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar olan və Şirvan Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 1229,322 qram narkotik vasitə olan tiryək və 204,95 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-49 (qırx doqquz) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-437/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-437/2022
07.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver