Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-438/2023 23.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və onların müdafiəçiləri-İmişli Rayon Vəkil Bürosunun vəkili X14 və Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1996-cı ildə Beyləqan rayonu, Qaralılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Beyləqan rayonu, Qaralılar kəndində qeydiyyatda olmaqla yaşayan, 08 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(020)-67/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 xx xxxx 1997-ci ildə Beyləqan rayonu, Qaralılar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olmayan, Beyləqan rayonu, Qaralılar kəndində qeydiyyatda olmaqla yaşayan, 09 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(020)-68/2022 nömrəli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsinin) 144.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 dostu Təqsirləndirilən şəxs1 ilə 06 oktyabr 2022-ci il tarixdə yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs ilə evlənmək məqsədilə onu oğurlayıb tanışı Şahid2 Samux rayonundakı evinə aparmaq barədə razılaşıb qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşdikdən sonra aralarında olan razılaşmaya və niyyətə uyğun olaraq 07 oktyabr 2022-ci il tarixdə, saat 13:30 radələrində Təqsirləndirilən şəxs1 ilə birlikdə özünün idarə etdiyi «VAZ-2109» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs yaşadığı Beyləqan rayonu, Qaralılar kəndindəki evin yerləşdiyi küçəyə getmişlər, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs oğurlayıb gətirmək üçün avtomobildən aşağı düşmüş, özü isə avtomobildə qalıb Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs gətirməsini gözləmiş, Təqsirləndirilən şəxs1 isə həmin vaxt oxuduğu Beyləqan rayonu, Qaralılar kənd tam orta məktəbindən çıxıb həmin küçə ilə piyada öz yaşadığı ev istiqamətində gedən Zərərçəkmiş şəxs qucaqlayaraq onun idarə etdiyi avtomobilə mindirdikdən sonra Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmış, o isə avtomobili sürərək Zərərçəkmiş şəxs Şahid2 yaşadığı Samux rayonu, Kolayır kəndində yerləşən evinə apararaq qabaqcadan əlbir olan bir qrup şəxs halında yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs oğurlamışlar, yəni adam oğurluğu cinayətini törətmişlər. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə elan edilmiş ittihamla tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs1 isə onun dostudur. Zərərçəkmiş şəxs təxminən iki ildir ki, sevir, bu barədə öz valideynlərinə bildirmiş, lakin valideynləri Lalənin azyaşlı olduğunu bildirərək onu sevməməsini demişlər. 2022-ci ilin sentyabr ayının sonlarında Lalənin özünə də onu sevdiyini bildirmiş, Lalə isə ona heç bir söz deməmişdir. Həmin vaxt onların yanında başqa heç kəs olmamışdır. Lalənin anası Gülşənin bundan məlumatı olmuş və Laləyə bu işin baş tutmayacağını bildirmişdir. Laləni çox sevdiyindən evlənmək məqsədilə qaçırmaq qərarına gəlmişdir. 06 oktyabr 2022-ci il tarixdə dostu Orxan ilə kafedə əyləşib çay içən zaman Orxana Laləni sevdiyini və qaçırmaq istədiyini bildirərək Laləni qaçırmaqda ona köməklik etməsini xahiş etmiş, Orxan onunla uşaqlıq dostu olduğu üçün ona köməklik etməyə razılaşmışdır. Həmin gün saat 21 radələrində evdə olan zaman Samux rayonundan olan keçmiş əsgəri Şahid2 zəng edib evlənmək məqsədilə qız qaçırmaq istədiyini bildirərək qızı qaçırtsa onun yaşadığı evə apara bilib-bilməyəcəyini soruşmuşdur. Əli ondan qızın özünün razılığının olub-olmadığını soruşmuş, Əliyə qızın özünün razı olduğunu bildirmişdir. Əli razılaşmış və əgər qızı qaçırtsa onlara apara biləcəyini demişdir. Əli ilə sağollaşmış və telefonu söndürmüş, axşam saatlarında Orxanla görüşüb söhbət edən zaman Orxana səhəri gün dərsdən çıxan zaman Laləni qaçıraraq Samux rayonuna Əlinin yaşadığı evə aparacaqlarını bildirmişdir. Orxan onun təklifini qəbul etmişdir. Orxana səhəri gün Lalə dərsdən çıxan zaman onun idarə etdiyi avtomobillə Laləyə yaxınlaşacağını, Orxanın isə avtomobildən düşərək Laləni tutub avtomobilə əyləşdirməsini bildirmiş və Orxanla razılaşaraq sağollaşıb ayrılmışlar. 07 oktyabr 2022-ci il tarixdə, saat 09 radələrində Əli ona zəng edərək onlara gəlibgəlməyəcəyini soruşmuş, Əliyə hələ dəqiq bilmədiyini, əgər gələsi olsa bu barədə ona məlumat verəcəyini bildirmişdir. Həmin gün saat 12 radələrində yaşadığı evin yaxınlığında Orxanla görüşmüş, Orxanla Laləni qaçırtmaq barədə bir qədər söhbət etdikdən sonra saat 13:30 radələrində idarə etdiyi «VAZ 21099» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaralılar kənd orta məktəbinin qarşısına gəlmişlər, lakin Lalənin orada olmadığını görmüşlər. Avtomobili Lalənin yaşadığı ev istiqamətinə sürmüş, Lalənin yaşadığı küçəyə çatan zaman Lalənin həmkəndlisi Sonayə ilə evlərinə tərəf getdiyini görmüşdür. Laləgilə çatmağa təxminən 5 metr qalmış avtomobili saxlamış, əvvəlcədən razılaşdıqları kimi Orxan avtomobildən düşüb Laləyə yaxınlaşmış və əlindən tutaraq avtomobilə tərəf gətirmişdir. Lalə qışqırıb, əl-qol ataraq onu buraxmasını bildirmiş, lakin Orxan buna fikir verməyərək Laləni zorla avtomobilə əyləşdirmişdir. Lalə müqavimət göstərdiyi üçün Orxan onu avtomobilə tam əyləşdirə bilməmiş və Lalənin ayaqları çöldə qaldığından avtomobilin qapısı açıq qalmışdır. Həyəcanlı olduğu üçün avtomobilin qapısı tam bağlanmamış avtomobili idarə edib oradan uzaqlaşmışdır. Lalə avtomobilin içərisində də qışqıraraq avtomobili saxlayıb onu buraxmalarını, əgər onu buraxsalar, heç bir şikayət etməyəcəyini bildirmişdir. Laləyə onu buraxmayacaqlarını bildirib yollarına davam etmişlər. Lalə qışqırmağa davam etdiyi üçün səsinin çöldən eşidilməməsi üçün Orxan Lalənin başını aşağı əymiş, o isə musiqinin səsini yüksəltmişdir. Onlar kənddən çıxdıqdan sonra Lalə yenə də səs-küy salıb onu buraxmaqlarını, onlarla getmək istəmədiyini bildirmiş, lakin Laləyə onu buraxmayacaqlarını bildirərək sakit durmasını demişdir. Lalə qışqırmayaraq dayanmış və Gəncə şəhəri istiqamətində hərəkət etmişdir. Saat 14 radələrində Əliyə zəng edib dostu ilə birgə qızı qaçırtdığını və Gəncəyə tərəf hərəkət etdiyini bildirmişdir. Əli Gəncə şəhərinin girişində qarşılayacağını bildirmiş və sağollaşmışlar. Gəncə şəhərinin girişinə çatıb Əliyə zəng edərək çatdığını bildirmiş, Əli yanlarına çatan zaman avtomobildən düşüb görüşmüş, Əlinin sözü ilə onun gəldiyi taksinin ardınca getmiş və Əli birbaşa Samux rayonu, Kolayır kəndində yaşadığı evə getmişdir. Lalə avtomobildən düşdükdə Əlinin anası Xaliqə ilə bacısı qapıya çıxmışlar və Laləni evə aparmışlar. Həyətdə oturub Əli və Orxanla çay içmişlər, Əliyə dostu Orxanla birgə Laləni zorla qaçırdığını bildirmiş, Əli ona heç bir söz deməmişdir. Xaliqə həyətə çıxıb qızın azyaşlı olduğunu və onu zorla qaçırtdıqlarını demişdir. Qızın ailəsini qorxutmaq üçün Laləni 2-3 saatlığa qaçırdıqlarını bildirərək bir-iki saat sonra geri qaytarmaq istədiyini bildirmişdir. Əlinin anası Xaliqə evə daxil olmuş və bir neçə dəqiqə sonra çölə çıxaraq bir ədəd kağız parçası göstərib Lalənin həmin kağıza öz istəyi ilə gəldiyini və onunla nişanlanmaq istədiyini yazdığını bildirərək heç bir problem olmadığını demişdir. Lalənin yazdığı yazıya görə onu geri qaytarmamışdır. Həmin gün orada qalmış və axşam yemək yedikdən sonra onlar artıq yatmaq üçün ayrı-ayrı otaqlara keçmişlər. Gecə saat 03 radələrində evdə yatan zaman Xaliqə onları yuxudan oyadıb avtomobili həyətdən çıxararaq qaynatasının həyətində gizlətmələrini, polislərin avtomobili həyətində görməsindən qorxduğunu bildirmişdir. Xaliqə taksi çağıraraq özü taksiyə əyləşib irəlidə getmiş, Əli ilə avtomobilinə əyləşib taksinin arxasınca getmişlər. Avtomobili aparıb Əlinin Goranboy rayonunda yerləşən babası evində qapıya qoymuş və Xaliqənin gəldiyi taksi ilə evə qayıtmışlar. Səhəri gün Xaliqə onlara bir ev taparaq Orxanla onun orada qalmasını və xəbər gözləməsini bildirmişdir. Orxanla birgə həmin evə getmiş və orada gözləməyə başlamışlar. Laləni Xaliqəyə etibar etdiyi üçün Lalənin daha sonra harada olduğunu bilməmiş və evdə qalmışdır. Axşam saatlarında Xaliqə taksi ilə onların qaldıqları evin qarşısına gələrək Lalənin qardaşı ilə telefonda danışdığını, onun evinə polis gəldiyini, buna görə də yer dəyişdirmək lazım olduğunu bildirmişdir. Sonra Xaliqə taksiyə 20 manat pul verməsini bildirmiş, cəmi 30 manat pulu olduğunu söyləyib pul verə bilməyəcəyini demiş, bundan sonra Xaliqə Laləni də götürüb onun evindən çıxmasını bildirmişdir. Orxanla birlikdə Xaliqənin gəldiyi taksiyə əyləşib evdən uzaqlaşmışlar. Onlar şəhər ərazisində olarkən Xaliqənin avtomobili saxladıb düşmüş və təxminən 10 dəqiqə sonra Lalə ilə birlikdə gəlib avtomobilə əyləşmişdir. Əlinin babası evinə getmişlər və avtomobilini oradan götürmüşdür. Xaliqə Laləni də götürüb getmələrini, onlar rayondan çıxana qədər Lalənin onun gəldiyi taksidə Orxanla birlikdə getməsini, onun isə onların arxasınca getməsini bildirərək onun avtomobilinə əyləşmişdir. Samux rayonunun girişinə çatmağa az qalmış polis əməkdaşları saxla işarəsi verib onları saxlamışlar. Polis əməkdaşları Laləni, onu və Orxanı avtomobildən düşürmüşlər və Beyləqan Rayon Polis Şöbəsinə aparmışlar. Əməlindən peşman olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Verilmiş sualları cavablandıraraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Orxan Lalənin əlindən tutaraq onu maşına mindirmiş, Laləyə həmin vaxtı xəsarət yetirməmişlər, sonradan Lalə könüllü gəldiyini yazmışdır. Özünün 25 yaşı, Lalənin isə 16 yaşı olmuşdur. Laləyə əvəllər sevdiyini söyləmiş, Lalə heç bir cavab verməmiş, Laləyə elçi göndərməmişdir. Laləni xalası oğlu Əliheydərə vermək istədiklərindən, Lalənin adının həmin oğlanla çıxmaması üçün onu qaçırmışdır. Lalə ilə evlənmək niyyəti olmuşdur. Laləni qaçırdığı maşın özünə məxsusdur, hadisə zamanı avtomobili özü idarə etmişdir. Hadisə zamanı Lalənin yanında sinif yoldaşı olmuşdur. Lalə ilə barışmışlar, Lalənin onlardan heç bir şikayət və tələbi olmamışdır. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə elan edilmiş ittihamla tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həmkəndlisidir, əvvəllər aralarında ədavət və düşmənçilik olmamışdır. Təqsirləndirilən şəxs2 onun dostudur. Fəqanın Laləni sevdiyini bilmişdir. 06 oktyabr 2022-ci il tarixdə Fəqan ilə kafedə əyləşib çay içən zaman Fəqan ona Laləni sevdiyini və qaçırmaq istədiyini bildirərək Laləni qaçırmaqda köməklik etməsini ondan xahiş etmişdir. Fəqandan qızın özünün razılığının olub-olmadığını soruşmuş və Fəqan ona qızın razılığının olmadığını bildirmişdir. Fəqan onun uşaqlıq dostu olduğu üçün kömək etmək qərarına gəlmiş və razılaşmışdır. Sonra onlar sağollaşıb evə getmişlər. Axşam saatlarında yenə Fəqan ilə görüşmüş, Fəqan səhəri gün Lalə dərsdən çıxan zaman onu qaçıracaqlarını və Samux rayonundan olan keçmiş əsgər yoldaşı Şahid2 yaşadığı evə aparacaqlarını bildirmişdir. Fəqan səhəri gün Lalə dərsdən çıxan zaman idarə etdiyi avtomobillə ona yaxınlaşacağını, onun isə avtomobildən düşərək Laləni tutub avtomobilə əyləşdirməsini bildirmiş və onlar Fəqanla razılaşaraq sağollaşıb ayrılmışlar. 07 oktyabr 2022-ci il tarixdə, saat 12 radələrində Fəqanın yaşadığı evin yaxınlığında Fəqanla görüşmüşdür. X16çırtmaq barədə bir qədər söhbət etdikdən sonra saat 13:30 radələrində Fəqana məxsus «VAZ-21099» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaralılar kənd orta məktəbinin qarşısına gəlmişlər, lakin Lalənin orada olmadığını görmüşlər. Buna görə də Fəqan avtomobillə Lalənin yaşadığı ev istiqamətinə hərəkət etmişdir. Onlar Lalənin yaşadığı küçəyə çatan zaman Lalənin qonşusu Sonayə ilə evlərinə tərəf getdiyini görmüşlər. Onlar Laləgilin yanından keçən zaman Fəqan avtomobili saxlayaraq Laləyə onların evinə tərəf getdiyini bildirərək avtomobilə əyləşməsini bildirmiş, lakin Lalə razılaşmamışdır. Fəqan avtomobili irəli hərəkət etdirmiş və bir qədər qarşıdan geri dönmüşlər. Onlar Laləgilə çatmağa təxminən 5 metr qalmış Fəqan avtomobili saxlamışdır. Bu vaxt razılaşdıqları kimi o, avtomobildən düşüb Laləyə yaxınlaşmış və əlindən tutaraq avtomobilə tərəf gətirməyə başlamışdır. Lalə qışqıraraq onu buraxmasını bildirmiş və əl-qol hərəkətləri ataraq ona mane olmağa çalışmışdır. Laləni zorla avtomobilə əyləşdirmişdir. Lalə əl-qol atdığı üçün ayaqları avtomobildə çöldə qalmış və Fəqan avtomobilin qapısı tam bağlanmamış avtomobili idarə edib oradan uzaqlaşmışlar. Bir az getdikdən sonra Lalənin ayaqlarını içəri salmış və qapını bağlamışdır. Lalə avtomobilin içərisində də qışqıraraq avtomobili saxlayıb onu buraxmaqlarını, əgər onu buraxsalar, onlardan heç bir şikayət etməyəcəyini bildirmişdir. Laləyə onu buraxmayacaqlarını bildirib yollarına davam etmişlər. Lalə qışqırmağa davam etdiyi üçün səsinin çöldən eşidilməməsi üçün Lalənin başını aşağı əymiş, Fəqan isə musiqinin səsini yüksəltmişdir. Kənddən çıxdıqdan sonra Lalə artıq qışqırmağın mənasız olduğunu görüb dayanmış, Gəncə şəhəri istiqamətində hərəkət etmişlər. Saat 14 radələrində Fəqan tanışı Əliyə zəng edib onunla birgə qız qaçırtdığını, Gəncəyə tərəf hərəkət etdiyini bildirmişdir. Beyləqan rayonu, görüş ərazisinə çatdıqda Fəqan marketə düşmüşdür. Bu zaman Lalənin qaçmaması üçün avtomobildə qalmışdır. Fəqan su, siqaret alıb yenidən yola davam etmişdir. Yevlax rayonuna çatan zaman Fəqan yenə də marketə düşmüş, bu vaxtı Lalənin qaçmaması üçün yenə də avtomobildə qalmışdır. Fəqan su aldıqdan sonra onlar yenidən yollarına davam etmişlər. Saat 15 radələrində Fəqan Əliyə zəng edib harada olduğunu soruşmuş və artıq yolun, demək olar ki, yarısına çatdıqlarını bildirmişdir. Əli Gəncə şəhərinin girəcəyində onları qarşılayacağını demişdir. Gəncə şəhərinin girişinə çatdıqdan sonra Fəqan Əliyə zəng etmiş, təxminən 1 saat sonra Əli taksi ilə gələrək onlara yaxınlaşmış, Fəqan Əli ilə söhbət etdikdən sonra avtomobilə əyləşərək Əlinin gəldiyi taksinin ardınca sürmüş və Əli birbaşa Samux rayonunda yaşadığı evə getmişdir. Evə çatdıqda Əli düşüb evin darvazasını açmış, Fəqan avtomobili evin həyətinə salmış və Lalə avtomobildən düşmüşdür. Əlinin anası Xaliqə ilə bacısı Nəzrin qapıya çıxmışlar və Laləni evə aparmışlar. Onlar həyətdə oturub çay içmişlər, Fəqan Əliyə onunla birgə Laləni zorla qaçırdıqlarını bildirmiş, Əli isə heç bir söz deməmişdir. Bir müddət sonra Xaliqə həyətə çıxıb qızın azyaşlı olduğunu və zorla qaçırmalarını onlara bildirmişdir. X22 ailəsini qorxutmaq üçün 2-3 saatlığa qaçırdıqlarını bildirərək bir-iki saat sonra geri qaytarmaq istədiyini demişdir. Xaliqə Lalənin barmağına üzük taxmadan onu qapıdan çıxarmayacağını, heç bir şeyə görə narahat olmamaqlarını bildirərək Gəncə polisləri ilə yaxşı münasibəti olduğunu bildirmişdir. Fəqan Xaliqə ilə razılaşmış və Laləni geri qaytarmamışdır. Bir az sonra Xaliqə evdən çölə çıxaraq Laləyə özünün könüllü gəlməsi və heç kimdən şikayəti olmaması barədə kağıza qeydlər yazırdırdığını və imza etdirdiyini bildirmişdir. Həmin gün onlar orada qalmış və axşam yemək yemişlər. Yemək yedikdən sonra onlar yatmaq üçün ayrı-ayrı otaqlara keçmişlər. Gecə saat 03 radələrində onlar evdə yatan zaman Xaliqə onları yuxudan oyadıb avtomobili həyətdən çıxarmalarını və gizlətmələrini bildirmişdir. Fəqan Xaliqədən avtomobili nəyə görə gizlədəcəklərini soruşmuş, Xaliqə onlara polislərin avtomobili onun həyətində görməsindən qorxduğunu bildirmişdir. Fəqan avtomobili harada gizlədəcəklərini soruşduqda Xaliqə avtomobilini qaynatasının evində gizlətməyi Fəqana bildirmişdir. Bundan sonra Xaliqə bir taksi çağıraraq özü taksiyə əyləşib irəlidə getmiş, Fəqan isə Əli ilə avtomobilə əyləşib onun arxasınca getmişdir. Bu zaman o, Fəqangillə getməmiş və evdə qalmışdır. Fəqangil avtomobili aparıb Əlinin babası evinə qoyduqdan sonra evə qayıtmışlar. Səhəri gün Xaliqə bir ev taparaq Fəqanla onun orada qalmasını və xəbər gözləmələrini bildirmişdir. Fəqanla birgə həmin evə getmiş və orada gözləməyə başlamışlar. Axşam saatlarında Xaliqə taksi ilə onlar qaldığı evin qarşısına gələrək Lalənin qardaşı ilə telefonda danışdığını, onun evinə polis gəldiyini, buna görə də yer dəyişdirmək lazım olduğunu bildirmişdir. X32 taksiyə 20 manat pul verməsini bildirmiş, Fəqan cəmi 30 manat pulu olduğunu söyləyib pul verə bilməyəcəyini demişdir. Bundan sonra Xaliqə Laləni də götürüb onun evindən çıxmalarını istəmişdir. Daha sonra onlar Fəqanla birlikdə Xaliqənin gəldiyi taksiyə əyləşib evdən uzaqlaşmışlar. Onlar şəhər ərazisində olarkən Xaliqə avtomobili saxladıb düşmüş və təxminən 10 dəqiqə sonra Lalə ilə birlikdə gəlib avtomobilə əyləşmişdir. Sonra onlar Xaliqə evinə getmiş və Fəqan avtomobili oradan götürmüşdür. Bu zaman Xaliqə qızı da götürüb getmələrini onlara bildirmişdir. Sonra Əlinin anası onlar rayondan çıxana qədər Lalənin taksidə getməsini, Fəqanla onun isə arxasınca gəlmələrini bildirmişdir. Onlar Samux rayonunun girişinə çatmağa az qalmış polis əməkdaşları saxla işarəsi verib onları saxlamışlar. Onlar Laləni, onu və Fəqanı avtomobildən düşürmüşlər və Beyləqan RPŞ-nə aparmışlar. O və Fəqan Laləyə qarşı fiziki zor tətbiq etməmişlər və Fəqan Lalə ilə cinsi əlaqədə olmamış, gecə ayrı-ayrı otaqlarda yatmışlar. Əməlindən peşman olduğunu bildirib barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Beyləqan rayonu, Qaralılar kənd orta məktəbinin 9-cu sinfində təhsil alır, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onun həmkəndliləridir, həmin şəxslərlə arasında heç bir münasibət, ədavət və düşmənçilik olmamışdır. 07 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində sinif yoldaşı Şahid1 ilə birlikdə məktəbdən çıxıb yaşadığı evə tərəf gedən zaman Fəqan idarə etdiyi «VAZ-21099» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan onlara yaxınlaşmış və avtomobili saxlamışdır. Fəqan ona anası Gülşənlə işi olduğunu bildirərək anasının evdə olub-olmadığını ondan soruşmuşdur. Fəqana anasının harada olduğunu bilmədiyini, gedib özünün baxmasını bildirmişdir. Fəqan ona anasına bir bağlama verməli olduğu üçün onlara getdiyini bildirərək avtomobilə əyləşməsini təklif etmişdir. Fəqanla getmək istəmədiyini bildirmiş və Sonayə ilə yoluna davam etmişdir. Fəqan avtomobili idarə edərək sürüb getmişdir. Təxminən 100 metr getdikdən sonra Fəqanın avtomobilinin irəlidən onlara tərəf gəldiyini görmüşdür. Fəqan onlara çatmağa təxminən 10 metr qalmış avtomobili saxlamış, Orxan telefonla danışa-danışa avtomobildən düşmüş və arxa qapıya yaxınlaşaraq qapını açmışdır. Onlar avtomobilin yanından keçib gedərkən Orxan onu çağıraraq söz demək istədiyini bildirmişdir. Orxana istəmədiyini deyib yoluna davam etmişdir. Həmin vaxtı Orxan arxadan ona yaxınlaşıb əlləri ilə arxadan tutub qucaqlamış və avtomobilə tərəf dartmışdır. Qışqıraraq Orxanın əlindən çıxmağa çalışmış və əl-qol atmağa başlamışdır. Sonayə də Orxana yaxınlaşıb onu buraxmasını bildirmiş, lakin Orxan əli ilə Sonayəni itələmiş, onu zorla avtomobilin arxa oturacağına əyləşdirmiş, lakin müqavimət göstərdiyi üçün ayaqları çöldə qalmışdır. Fəqan onun ayaqları çöldə ola-ola qapı açıq vəziyyətdə avtomobili idarə edib oradan uzaqlaşmış, Orxan bir qədər getdikdən sonra onun ayaqlarını dartıb içəri salaraq qapını bağlamışdır. Orxan onun səsi eşidilməsin deyə başından tutub aşağı əymiş, Fəqan musiqiyə yüksək səs vermişdir. Fəqan avtomobili idarə edərək kənddən çıxmışdır. Yolda qışqırıb səs-küy salaraq onu buraxmalarını bildirmiş, Fəqan ona «ya mənimsən ya qara torpağın» deyərək ilk öncə onunla evlənəcək şəxsi öldürəcəyini, sonra onu öldürəcəyini, axırda isə özünü öldürəcəyini, ya da ki, həbsə girəcəyini ona bildirmişdir. Bir müddət getdikdən sonra Fəqan yolun kənarında olan marketin qarşısında avtomobili saxlamış və marketə girmişdir. Həmin vaxt Orxana onu buraxmasını, onlardan şikayətçi olmayacağını bildirmişdir. Lakin Orxan onu pis vəziyyətə düşürdüyünü, Fəqanın dostu olduğunu və köməklik etdiyini bildirərək onu buraxa bilməyəcəyini demişdir. Fəqan marketdən çıxıb avtomobilə əyləşmiş və yoluna davam etmişdir. Yolda Fəqan telefonla Əli adlı dostu ilə danışaraq Gəncə şəhərinə çatmağa az qaldığını bildirmişdir. Bir müddət sonra Gəncə şəhərinin girəcəyinə çatmışlar və Fəqan avtomobili şəhərin girəcəyində saxlamışdır. Təxminən bir saat sonra Əli adlı şəxs sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nişanını bilmədiyi taksi ilə onlara yaxınlaşmışdır. Fəqan avtomobildən düşüb onunla görüşüb danışmış, Əli taksiyə əyləşərək irəlidə getmiş, Fəqan isə avtomobilə əyləşib onun arxasınca hərəkət etmişdir. Əli taksini saxladıb avtomobildən düşüb bir evin darvazasını açmış və Fəqan avtomobili həyətə sürmüşdür. Onlar avtomobildən düşmüşlər. Həmin evin Əlinin yaşadığı ev olduğunu bilmişdir. Onlar avtomobildən düşdükdə Əlinin anası Xaliqə və bacısı Nəzrin həyətə çıxıb onu evə aparmışlar. Həmin şəxslər ondan zorla və ya könüllü gəldiyini soruşmuşlar, Xaliqə və X5 zorla qaçırdıqlarını bildirmişdir. Xaliqə Nəzrinə vərəq gətirməsini və ona kağıza özünün könüllü gəlməsi barədə izahat yazmasını bildirmişdir. Əlacsız qalaraq vərəqə özünün könüllü gəldiyini yazmış və imza çəkmişdir. Xaliqə əgər geri qayıtsa, kənddə heç kimin onu saymayacağını, onu yox kimi biləcəklərini, Fəqanı həbsə atdırmağın heç bir faydası olmadığını bildirərək əgər həmin sözləri yazsa hər şeyin yaxşı olacağını bildirdiyindən dəftərə özünün könüllü gəldiyini yazmış və imza etmişdir. Xaliqə vərəqi götürüb çölə çıxmışdır. Bir neçə dəqiqə sonra Əli və Xaliqə otağa daxil olmuşlar. Əli ondan zorla və ya könüllü gəldiyini soruşmuş, Əliyə də Fəqanla Orxanın onu zorla qaçırdıqlarını bildirmişdir. Bundan sonra Əli otaqdan çıxmışdır. Həmin gün gecə saatlarında otaqda olan zaman yan otaqda Fəqangilin söhbət etdiyini və Fəqanın avtomobili gizlətməli olduğunu, polislərin avtomobili tapa biləcəyini dediyini eşitmişdir. Buna görə də gecə saatlarında Fəqan Xaliqə ilə avtomobilə əyləşib çıxıb getmişdir. Fəqangil getdikdəın sonra Xaliqə otağa daxil olaraq polislərin gəlib maşını tapmamaları üçün Fəqangilin avtomobili gizlətməyə getdiklərini ona bildirmişdir. Bundan sonra onu yuxu tutmuş və yatmışdır. Səhər saatlarında yuxudan oyandıqda Xaliqə otağa daxil olaraq evdən getməli olduqlarını, avtomobilin kameralara düşdüyü üçün hər an polisin gələ biləcəyini söyləyərək hazırlaşmasını bildirmişdir. Təxminən yarım saat sonra Xaliqə və Nəzrin ilə evdən çıxıb taksi ilə ilk öncə paltar mağazasına getmişlər. Xaliqə və Nəzrin ona bir dəst paltar alaraq geyimini dəyişdirmişlər. Sonra onlar yenidən başqa bir taksiyə əyləşmiş və Xaliqənin qohumunun yaşadığı bina evinə getmişlər. Həmin evdə bir nəfər qız ilə anasının olduğunu görmüş, evə daxil olduqdan sonra Xaliqə çıxıb getmiş, həmin evdə olan Aytac adlı qız ilə söhbət etməyə başlamışdır. Aytaca Fəqangilin onu zorla qaçırdıqlarını bildirmişdir. Bundan sonra Aytaca telefonla danışmaq istədiyini bildirib telefonunu istəmişdir. Aytac bu işdən qorxduğunu bildirib telefonu danışması üçün gizlincə ona vermişdir. Dərhal xalası oğlu Əliheydərə mesaj yazaraq Lalə olduğunu, başqasının telefonu ilə yazdığını və qorxduğunu bildirmişdir. Əliheydər konum atmasını ona bildirmiş, lakin Aytac qorxduğu üçün konum atmamasını ona söyləmişdir. Həmin vaxtı Nəzrin içəri daxil olmuş və onun telefonla danışdığını görmüş, ondan kiminlə danışdığını soruşmuş, qardaşı ilə yazışdığını bildirmişdir. Nəzrin ona qardaşına zəng edərək öz istəyi ilə gəldiyini, onu zorla qaçırmadıqlarını bildirməsini söyləmişdir. Əliheydərə zəng edərək yaxşı olduğunu, anasıgilə yaxşı olduğunu bildirməsini, narahat olmamalarını, öz xoşu ilə gəldiyini demiş və telefonu söndürmüşdür. Nəzrin Xaliqəyə zəng vuraraq onun evə zəng edib danışdığını bildirmişdir. Xaliqə evə gəldikdən sonra evdən çıxararaq aşağı düşürmüşdür. Onlar aşağıda taksiyə əyləşmişlər, Fəqanla Orxanın avtomobildə olduqlarını görmüşdür. Taksiylə Fəqanın avtomobili gizlətdiyi çöllük kimi bir əraziyə getmiş və Fəqan avtomobildən düşərək öz avtomobilinə əyləşib onların arxalarınca getmişlər. Onlar hərəkətdə olan zaman polis əməkdaşları taksini və Fəqanın avtomobilini saxlatmış, onları avtomobildən düşürmüşlər. Bundan sonra polislər onları Beyləqan RPŞ-nə aparmışlar. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Xaliqə əlindən tutaraq onu paltar almaq üçün bazara aparmış, polislərin onu tanımaması üçün paltarını dəyişdirmək istəmişlər. Xaliqə onu qorxudaraq kəndə qayıtsa onu heç kimin saymayacağını bildirdiyindən könüllü gəlməsinə dair əlyazma yazmışdır. Fəqan ona heç vaxt sevdiyini deməmiş, onunla münasibəti olmamışdır. Heç vaxt telefon işlətməmişdir. Fəqan anasıgilə də onu sevdiyi barədə heç bir söz deməmişdir. Fəqan əvvəllər onu yolda görən zaman salam vermiş, o da Faqanın salamına cavab vermişdir. Fəqanla qohumluğu vardır, Fəqan anasının dayısı nəvəsidir. Fəqan və Orxandan şikayət və tələbi olmadığını, onlarla barışdığını bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 07 uyun 2023-cü il tarixli ərizədən görünür ki, 1(099)-438/2023 nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxslərə həbslə bağlı olamayan cəza verilməsini, növbəti məhkəmə iclaslarının onun və anasının iştirakları olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun sinif yoldaşıdır. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmkəndliləridir, həmin şəxslərlə arasında qohumluq münasibətləri, ədavət və düşmənçilik olmamışdır. 07 oktyabr 2022-ci il tarixdə, saat 14 radələrində Zərərçəkmiş şəxs ilə birlikdə təhsil aldığı Qaralılar kənd orta məktəbindən çıxıb yaşadığı evə gedən zaman həmkəndlisi Fəqan idarə etdiyi «VAZ-21099» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə arxadan onlara yaxınlaşmış və Lalənin yanında avtomobili saxlamışdır. Fəqan avtomobili saxlayıb təxminən 1 dəqiqə Laləyə nə isə demiş, Lalə cavab verdikdən sonra Fəqan avtomobili idarə edib getmişdir. Bu vaxt Orxan avtomobildə qabaq sərnişin oturacağında əyləşmişdir. Fəqan getdikdən sonra Lalə ilə yoluna davam etmiş, Lalədən Fəqanın nə dediyini soruşmuş və Lalə ona Fəqanın anasının harada olduğunu soruşduğunu bildirmişdir. Onlar söhbət edə-edə yola davam etmişlər. Təxminən 100 metr getdikdən sonra Fəqanın avtomobilinin irəlidən onlara tərəf gəldiyini görmüşdür. Fəqan onlara çatmağa təxminən 10 metr qalmış avtomobili saxlamış, Orxan telefonla danışa-danışa avtomobildən düşmüş və arxa qapıya yaxınlaşaraq qapını açmışdır. Avtomobilin yanından keçib gedərkən Orxan əlləri ilə Lalənin belindən yapışıb qucaqlamış və avtomobilə tərəf dartmışdır. Lalə qışqıraraq əl-qol hərəkətləri atıb Orxanın əlindən çıxmağa çalışmışdır. O da qışqırıb Orxandan yapışmış, lakin Orxan onu itələyib buna məhəl qoymayaraq Laləni zorla avtomobilin arxa oturacağına mindirmiş, Orxan özü də avtomobilin arxa oturacağına oturub Laləni tutub saxlamışdır. Lalə müqavimət göstərdiyi üçün ayaqları çöldə qalmış, Fəqan Lalənin ayaqları çöldə ola-ola qapısı açıq vəziyyətdə avtomobili idarə edib oradan uzaqlaşmış, bir qədər getdikdən sonra Orxan Lalənin ayaqlarını dartıb içəri salaraq qapını bağlamış və sürətlə çıxıb getmişlər. Lalənin yaşadığı evə gedib zorla qaçırılması barədə Lalənin anasına məlumat vermişdir. Verilən suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Lalə ilə Fəqan arasında sevgi münasibətləri olması barədə Lalə ona heç bir söz deməmişdir. Lalə Fəqan ilə Orxan tərəfindən qaçırılan zaman ətrafda heç kim olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 2019-cu ildən hərbi xidmətdə olarkən tanımış, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 07 oktyabr 2022-ci ildə Lalə Fəqan və Orxan ilə birlikdə onlara gəlmişdir, Fəqan Lalə ilə nişanlı olduğunu, nişanı qayıtdığını, Lalənin özünün razılığı olduğunu, iki gün qalıb sonra qayıdacağını demişdir. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Laləgil onlara gəldikləri günün səhəri Lalənin yetkinlik yaşına çatmadığını bilmiş, Lalənin qarşısında oturaraq onunla söhbət edib evlənəsi vaxtının olmadığını, evinə çıxıb getməyini demiş, Lalə isə cavabında öz xoşu ilə gəldiyini, Fəqanı sevdiyini, onunla nişanlanacağını, gedib orta məktəbi bitirdikdən sonra evlənəcəyini demişdir. Lalə məcburi qaçırılması ilə bağlı heç bir söz deməmişdir. Həmin vaxtı Lalənin əynində məktəbli paltarı olmuşdur, Lalədən neçənci sinifdə oxuduğunu soruşduqda Lalə 10-cu sinifdə oxuduğunu, 15 yaşının tamam olduğunu 16 yaşının içərisində olduğunu, orta məktəbə bir il gec getdiyini bildirmişdir. Laləyə onu evlərinə apara biləcəyini dedikdə Lalə evlərinə getsə özünü öldürəcəyini, öz xoşu ilə gəldiyini demişdir. Lalə onlara gələndə səs-küy salmamış, sakit şəkildə evə keçmişdir. Lalə onlarda gecə qalmış, Fəqan ilə ayrı-ayrı otaqlarda yatmış, Lalə anası Şahid3 ilə gedərək özünə paltar almış, plana uyğun olaraq Lalə 2-3 gün onlarda qalmalı idi. Fəqangil onlara qonaq qismində gəldiklərindən bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişlər. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 Şahid2 düzgün danışdığını, ancaq Lalə ilə Əli arasında olmuş söhbətdə iştirak etmədiyini bildirmiş və şahidə heç bir sual verməmişdir. Təqsirləndirilən şəxs1 Şahid2 danışdıqları ilə bağlı heç bir fikrinin olmadığını bildirmiş və şahidə heç bir sual verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Fəqan oğlu Əlinin əsgər yoldaşı olmuşdur. 07 oktyabr 2022-ci il tarixdə, təxminən saat 17 radələrində Fəqan, Orxan və Lalə birlikdə onlara gəlmişdir. Həmin vaxtı Lalə ilə söhbət etmiş, onun az yaşlı olduğunu bilməmiş, Lalə məktəbə gec getdiyini demişdir. Lalə ilə söhbətindən sonra Lalə özü gəlməsinə dair kağız yazmış, həmin kağızı işi aparan müstəntiqə vermişlər. Laləgil gecə onlarda qalmış, Fəqanla Lalə ayrı-ayrı otaqlarda yatmışlar. Səhər açıldıqdan sonra Lalədən evlərindən kiminsə nömrəsini verməsini xahiş etmişdir. Məqsədi Lalədən nömrəni alaraq zəng edib Lalənin onlarda olması barədə məlumat vermək olmuşdur, lakin Lalə ona nömrə verməyərək heç kimin nömrəsinin onda olmadığını demişdir. Laləyə onu aparıb valideynlərinə təhvil verməsini desə də Lalə bundan imtina edərək getsə, evlərində heç kimin onu qəbul etməyəcəyini, məktəbə gedə bilməyəcəyini, kənddə heç hara çıxa bilməyəcəyini, yaşaya bilməyəcəyini demişdir. Bundan sonra Laləni baldızının qızıgilə aparmış, Fəqangil isə onlara getməmişdir. Lalənin qaçırılmasında nəsə ayrı məsələnin olmasını hiss etmiş, polislər gələrək onların evlərini axtarmışlar. Polislərə qızın onlarda olduğunu, heç bir problemin olmadığını, Lalənin həyatına heç bir təhlükə olmadığını demişdir. Fəqan və Orxanı da taparaq gətirib təhvil verəcəyini demişdir. Dediyi kimi də edərək Fəqanı, Orxanı və Laləni özü əli ilə polislərə təhvil vermişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Lalənin yaxınlarından xəbər çıxmasını gözləmiş, baldızı qızıgildə olan zaman Lalə telefonla zəng edərək qohumu ilə danışmışdır. Lalə onun həyətinə düşən zaman bədəni üzərində xəsarət olmamış, heç kim ona zor tətbiq etməmişdir. Lalə həmin vaxtı sakit olmuş, səs-küy salmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində bildirmişdir ki, hadisə barədə ətarflı heç bir məlumata malik deyildir. Lalə qaçırıldıqdan sonra ona zəng vurmuş, birinci ağlamış, sonra isə özünün gəldiyini demişdir. Bundan sonra heç bir əlaqəsi olmamışdır. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs əvvəllər tanımamış, həmin şəxslərlə arasında ədavət və ya düşmənçilik olmamışdır. 07 oktyabr 2022-ci il tarixdə Beyləqan RPŞ-nin Növbətçi hissəsindən ona Beyləqan rayonu, Qaralılar kəndində yaşayan Zərərçəkmiş şəxs qaçırılması barədə məlumat daxil olmuş, Laləni qaçıran şəxs və ya şəxslərin şəxsiyyətinin və olduqları yerin müəyyən edilməsi göstərişi verilmişdir. Lalənin Fəqanın idarə etdiyi «VAZ-21099» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Fəqan və Orxan tərəfindən evlənmək məqsədilə zorla qaçırılmasını müəyyənləşdirmişdir. Fəqangilin Gəncə şəhəri istiqamətində hərəkətdə olduqlarını öyrənmişlər, lakin Beyləqan rayonu ərazisini tərk etməmiş dayandırılmalarını təmin edə bilməmişlər. Fəqan və X26 rayonuna apardıqlarını müəyyənləşdirmişlər. 08 oktyabr 2022-ci il tarixdə polis əməkdaşları Şahid7 və Şahid9 ilə birlikdə Samux rayonuna getmişlər və Fəqangilin Samux rayonu, Kolayır kəndində yaşayan Şahid3 yaşadıqları evdə olduqlarını və birlikdə Samux rayonunun girişinə doğru hərəkət etdiklərini öyrənmişlər. Həmin istiqamətdə edərək Fəqanın idarə etdiyi «VAZ-21099» markalı, **-LZ-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlatmışlar. Onlar avtomobili saxladıqdan sonra arxasınca gələn taksini də saxlatmışlar və Lalə ilə Xaliqənin həmin taksidə, Fəqan və Orxanın isə Fəqanın idarə etdiyi avtomobildə olduqlarını müəyyən etmişlər. Fəqan və Orxanı özləri ilə birgə Beyləqan RPŞ-nə aparmışlar. İbtidai istintaqa verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsində göstərdiyi xüsusatları olduğu kimi təsdiq edərək eyni məzmunlu ifadə verib, məhkəməyədək icraat mərhələsində vermiş olduğu ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şahidlər Şahid3, Şahid11, Şahid9 və Şahid8 düzgün ifadə verdiklərini bildirməklə onlara hər hansı suallar verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -Beyləqan rayonu, Qaralılar kənd sakini Qanuni nümayəndə Səfiyar qızının 07 oktyabr 2022ci il tarixdə 2008-ci il təvəllüdlü qızı Zərərçəkmiş şəxs naməlum şəxslər tərəfindən evlənmək məqsədilə qaçırılması barədə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin «102» xidməti zəng mərkəzi sisteminə və Beyləqan Rayon Polis Şöbəsinə etdiyi müraciətlər, Zərərçəkmiş şəxs evlənmək məqsədilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən zorla qaçırılması barədə Beyləqan RPŞ-nə yazdığı 08 oktyabr 2022-ci il tarixli ərizəsi əsasında İstintaq Bölməsində toplanmış materiallar əsasında fakta görə 08 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə başlanmışdır. (İ cild. i.v. 1-27) -«baxış keçirilməsi haqqında» 07 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Zərərçəkmiş şəxs Beyləqan rayonu, Qaralılar kəndi ərazisində yerləşən yaşadığı evin yerləşdiyi küçədir. (İ cild. i.v. 11-16) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 08 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 38) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 09 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 01:20-də şübhəli şəxs qismində tutulmuşdur. (İ cild. i.v. 60) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır. (İ cild. i.v. 74) -«yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin təyin edilməsi haqqında» 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Qanuni nümayəndə yetkinlik yaşına çatmayan qızı-Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. (İ cild. i.v. 76) -«cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 09 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə istintaqı aparılan cinayət işi üzrə əməl Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsindən həmin Məcəllənin 144.3-cü maddəsinə tövsif edilmişdir. (İ cild. i.v. 89-90) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild. i.v. 92-93) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 10 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddəsində nəzərdə tutulmuş ittiham elan edilmişdir. (İ cild. i.v. 104-105) -«Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(020)-67/2022 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 08 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (İ cild. i.v. 135- 138) -«Beyləqan Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 4(020)-68/2022 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 09 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. (İ cild. i.v. 131- 134) -«maddi sübut hesab edilmə haqqında» 30 noyabr 2022-ci il tarixli qərardan görünür ki, "xxxx" MMC-dən daxil olmuş yaddaşında telefon məlumatları olan 02 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İ cild. i.v. 223) -«məhkəmə-psixiatrik ekspertizası»nın 03 noyabr 2022-ci il tarixli, 3215 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmamışdır. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (İİ cild. i.v. 18-20) -«məhkəmə-psixiatrik ekspertizası»nın 17 dekabr 2022-ci il tarixli, 3352 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 psixi inkişafında gerilik(kəmağıllılıq) əlamətləri müşahidə edilmir. Təqsirləndirilən şəxs1 ümumiyyətlə psixi pozuntudan əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. (İİ cild. i.v. 21-23) -«məhkəmə-tibbi ekspertizası»nın 10 oktyabr 2022-ci il tarixli, 803/22 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmamışdır. Qızlıq pərdəsinin anatomik quruluşuna görə, tamlığı pozulmadan onunla cinsi əlaqədə olunması mümkün deyildir. Zərərçəkmiş şəxs arxa keçəcək dəliyi nahiyəsində onunla qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik hər hansı bir əlamət aşkar olunmadı. Zərərçəkmiş şəxs bədən səthi üzərində hər hansı bir xəsarət aşkar olunmadı. (İİ cild. i.v. 24-27) -«Beyləqan Rayon Mərkəzi Xəstəxanası»nın 26 yanvar 2023-cü il tarixli, PHŞ-6-29/2- 118/2023 nömrəli məktubundan görünür ki, Beyləqan rayonu, Qaralılar kənd sakinləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» PHŞ-in ruhi əsəb və nevroloji kabinetlərində disoanser qeydiyyatında yoxdur. (İİ cild. i.v.39-40) -«Beyləqan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(020)-5/2023 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlanılma müddəti 3 (üç) ay, yəni 08 fevral 2023-cü il tarixdən, 08 may 2023-cü il tarixədək üzadılmışdır. (İİ cild. i.v. 75-78) -«Beyləqan Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli, 4(020)-5/2023 nömrəli qərarın»dan görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılma müddəti 3 (üç) ay, yəni 08 fevral 2023-cü il tarixdən, 08 may 2023-cü il tarixədək üzadılmışdır. (İİ cild. i.v. 79-82) -«baxış və götürmə haqqında» 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi bir ədəd üzərində yazı yazılmış A4 formatlı kağız götürülərək oxunmuş, kağızın üzərində «X34 özüm öz xoşluğumla istəyin gəlmişəm. Heç bir zorakılıq olmayıb, böyüklərin razılığı olsa nişanlanıb təhsilimi davam edərəm, təhsilimi bitirəndən sonra ailə quraram, A.Lalə. tarix: 10.07..2022.imza: və imza çəkildiyi müəyyən edildi. (İİ cild. i.v. 115-116) -«zərər çəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması barədə» 03 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs istintaq hərəkəti iştirakçılarını Beyləqan rayonu, Qaralılar kəndində yerləşən yaşadığı yaşayış evinin yerləşdiyi küçəyə aparmış, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu 07 oktyabr 2022-ci il tarixdə həmin yerdən zorla oğlurladıqlarını bildirmişdir. (İİ cild. i.v. 129-131) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid4 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid4 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 135-138) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 139-142) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Şahid3 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 143-146) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Şahid2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 147-150) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Şahid4 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid4 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 150-154) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 Şahid3 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 155-158) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid3 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid3 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 159-162) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs Şahid2 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid2 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 163-166) -«üzləşdirmə aparılması haqqında» 04 aprel 2023-cü il tarixli protokola əsasən Zərərçəkmiş şəxs Şahid4 ilə üzləşdirilən zaman ifadəsində göstərdiyi xüsusatları Şahid4 üzünə qarşı da demişdir. (İİ cild. i.v. 167-170) -«kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizası»nın 13 mart 2023-cü il tarixli, 721 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs konfliktə və mübahisəyə meylli olmamaq, az ünsiyətçilik, sakit təbiətlilik və s. kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı fizioloji affekt halında olmamışdır. Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən hadisə zamanı emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. (İİ cild. i.v. 199-203) -Zərərçəkmiş şəxs Beyləqan RPŞ-nə ünvanladığı 17 aprel 2023-cü il tarixli ərizədən görünür ki, 07 oktyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onu iradəsinə zidd şəkildə zorla oğurlamışlar, hazırda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışlar, onlardan heç bir şikayət və tələbi yoxdur. (İİ cild. i.v. 211) -«maddi sübut hesab edilmə haqqında» 17 aprel 2023-cü il tarixli qərardan görünür ki, məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 6 (altı) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (İİ cild. i.v. 212) -«cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında» 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işindən Cinayət Məcəlləsinin 307.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmış və Beyləqan Rayon Prkurorluğuna göndərilmişdir. (İİ cild. i.v. 250-251) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilərək yenidən ittiham elan olunmuşdur. (İİ cild. i.v. 1-2) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında» 18 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə elan olunmuş ittihama əlavələr və dəyişikliklər edilərək yenidən ittiham elan olunmuşdur. (İİ cild. i.v. 14- 15) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin qərarda göstərilmişdir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə istintaqı dövründə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 özlərini müdafiə etmək üçün irəli sürdükləri Zərərçəkmiş şəxs zorla qaçırsalar da sonradan sonuncunun razı olması, Lalənin kağıza öz istəyi ilə gəldiyini və Fəqanla nişanlanmaq istədiyini yazması, həmin yazıya görə Laləni geri qaytarmamaları dəlillər ilə bağlı məhkəmə tərkibi qeyd edir ki, adam oğurluğu cinayətinin obyektini insanın şəxsi azadlığı təşkil edir. Əlavə obyekt qismində isə şəxsin həyatı və sağlamlığı çıxış edir. Yaşından, sosial statusundan, milliyətindən, irqindən və sairədən asılı olmayaraq istənilən şəxs bu cinayətdən zərərçəkmiş şəxs ola bilər. Cinayət Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayətinin obyektiv cəhətini isə zərərçəkmiş şəxsin iradəsinə zidd və iradəsindən kənar surətdə onu daimi və müvəqqəti yaşadığ, yaxud faktiki olduğu yerdən qanunsuz olaraq başqa yerə aparıb saxlama təşkil edir. Zərərçəkmiş şəxsi onun iradəsinə zidd olaraq oğurlama fiziki zor tətbiq etməklə və ya belə zor tətbiq etmək hədəsi ilə edilən hərəkətləri özündə ehtiva edir. Belə hərəkətlərə zərərçəkmiş şəxsin əl-qolunu, ayaqlarını bağlama, nəfəs yollarını tutma, torbaya salma və s. daxildir. Təqsirkarın əməlinin Cinayət Məcəlləsinin 144.1-ci maddəsi ilə tövsif edilməsi üçün fiziki zor tətbiq etmə və belə zor tətbiq etmə hədəsi həyat və sağlamlıq üçün təhlükəli olmamışdır. Həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə adam oğurluğu Cinayət Məcəlləsinin 144.2.4-cü maddəsi ilə tövsüf edilir. Cinayət Məcəlləsinin 144-cü maddəsində nəzərdə tutulmuş adam oğurluğu cinayəti formal tərkiblidir və şəxs tutulduğu və başqa yerdə saxlandığı andan başa çatmış sayılır. Oğurlama hərəkətlərinə şəxsin tutulması, bir yerdən başqa yerə aparılması və orada saxlanılması, yaxud bu hərəkətlərdən yalnız biri daxildir. Zərərçəkmiş şəxsin saxlanma müddətinin (bir saat, iki gün, bir ay və s.) əməlin tövsifü üçün heç bir əhəmiyyəti yoxdur. Bu cinayət subyektiv cəhətdən birbaşa qəsdlə törədilir. Cinayət məsuliyyətinin əsaslarına dair Cinayət Məcəlləsinin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında göstərilmişdir ki, Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Həm qanunvericiliyin tələblərindən, həm də Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyindən, habelə Ali Məhkəmənin Plenumunun izah və tövsiyələrindən çıxış edən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə tövsif edilmişdir. Belə ki, iş materialları ilə tam sübut olunur ki, Zərərçəkmiş şəxs oğurlanması barədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan razılığa gəlmişlər, aralarında olan rol bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs avtomobilə mindirmiş, onu avtomobildə saxlamış, qaçmasının qarşısını almaq üçün özü də avtomobilin arxa oturacağında oturmuş, Zərərçəkmiş şəxs qışqırmağa davam etdiyi üçün səsinin çöldən eşidilməməsi üçün Zərərçəkmiş şəxs başını aşağı əymiş, həmçinin Təqsirləndirilən şəxs2 avtomobili idarə edib Zərərçəkmiş şəxs oğurladıqları yerdən aralandıqda Zərərçəkmiş şəxs əl-qol atdığı üçün ayaqları avtomobildə çöldə qalmasına baxmayaraq avtomobilin qapısı tam bağlanmamış avtomobili idarə edib oradan uzaqlaşmış, bir az getdikdən sonra Zərərçəkmiş şəxs ayaqlarını içəri salaraq qapını bağlamış, Zərərçəkmiş şəxs onu buraxmayacaqlarını bildirib yollarına davam etmiş, Zərərçəkmiş şəxs səsinin çöldən eşidilməməsi üçün musiqinin səsi artırmışdır. Cinayət Məcəlləsinin 144-cü maddəsinin «Qeyd» hissəsində nəzərdə tutulmuşdur ki, əməllərində başqa cinayətin tərkibi olmayan və oğurlanmış adamı könüllü azad edən şəxs cinayət məsuliyyətindən azad olunur. Cinayət Məcəlləsinin 144-cü maddəsinin «Qeyd»inə əsasən adam oğurluğu cinayətini törətmiş şəxsin həmin əmələ görə (Cinayət Məcəlləsinin 144-cü maddəsi ilə) cinayət məsuliyyətindən azad edilməsinin zəruri şərti oğurlanmış adamı məhz könüllü olaraq azad etməsidir. İş materiallarından görünür ki, Zərərçəkmiş şəxs polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 alınmış, Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər tərəfindən könüllü azad edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 2 aprel 2012-ci il tarixli qərarında Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulmuş «könüllü gəlib təqsirini boynuna alma» müddəasının təfsir edilməsi ilə əlaqədar «könüllülük» anlayışına izah vermişdir. Konstituisya Məhkəməsinin hüquqi mövqeyinə görə Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin «könüllü gəlib təqsirini boynuna alma» müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi təfsir edilməlidir. Qərarın təsviri-əsaslandırıcı hissəsində isə Konstitusiya Məhkəməsi o cümlədən onu qeyd etmişdir ki, «könüllülük» özü-özlüyündə şəxsin öz hərəkətlərinə şüurlu şəkildə yanaşması ilə bağlı olduğundan, bu zaman onun iradəsinə zidd hər hansı formada məcburi xarakter daşıyan hərəkətlər yolverilməzdir. Bu isə cinayət prosesini həyata keçirən orqanın üzərinə könüllülüyün məcburi olmamasının hərtərəfli araşdırılması vəzifəsini qoyur. Göründüyü kimi, Konstitusiya Məhkəməsi «könüllülüyü» şəxsin öz hərəkətlərinə şüurlu surətdə yanaşması ilə şərtləndirir, «şüurlu surətdə yanaşmanı» isə ona hər hansı bir psixi və ya fiziki təsirin olmaması ilə əlaqələndirir. Oxşar cinayət qanunvericiliyi olan qonşu ölkələrin məhkəmələrinin oğurlanmış adamı könüllü azad etmə məsələsinə yanaşması da maraq kəsb edir. Məsələn, Rusiya Federasiyası Ali Məhkəməsinin «Prezidiumunun Fatkullina və başqaları haqqında» 28n98k saylı 1999-cu il tarixli, eləcə də «Dışekova, Kuşxova və başqaları haqqında» 18 avqust 1999-cu il tarixli qərarlarından görünür ki, bu ölkənin ali məhkəmə orqanının hüquqi mövqeyinə görə RF CM-in 126-cı maddəsinin «Qeyd» hissəsində oğurlanmış adamın könüllü azad edilməsi dedikdə, elə azad etmə başa düşülür ki, bu hərəkət zərərçəkmiş şəxsi saxlamaq imkanlarının tükənməsi, təqsirkar tərəfindən irəli sürülən tələbin yerinə yetirilməsi və yaxud belə tələbin yerinə yetirilməsinə razılığın alınması ilə şərtləndirilmiş olmasın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ilə uzlaşan bu yanaşmadan da aydın olur ki, adam oğurluğu cinayətini törətmiş bu cinayəti müəyyən məqsədlə (məsələn, şəxsin azad edilməsi müqabilində pul tələbi irəli sürməklə) törədirsə, həmin məqsədə çatması (yəni, tələb olunan pulun ona verilməsi) və yaxud ona edilən müraciətlərə görə həmin məqsədə çata biləcəyini güman etməsi (məsələn, pulun veriləcəyinin ona vəd edilməsi) ilə əlaqədar oğurlanmış adamı azad edirsə, belə vəziyyətlərdə şəxsin zərərçəkmişi azad etmək barədə iradəsinin kənar psixi təsir olmadan formalaşdığını demək, müvafiq olaraq da zərərçəkmişin azad edilməsini - könüllü azad etmə (təqsirkarın əvvəlki kriminal davranışının ictimai faydalı məzmun daşıyan davranışla əvəz edilməsi) kimi səciyyələndirmək olmaz. Eynilə, əgər zərərçəkmiş şəxsi evlənmək məqsədi ilə oğurlayan şəxsin sonradan zərərçəkmişi azad etməsi, zərərçəkmişin bu cür (onun üçün məcburedici) vəziyyətdə təqsirkarla nikaha girməsindən və yaxud onun özünün (zərərçəkmişin), ona təsiri olan digər şəxslərin (məsələn, valideynlərinin) evlənməyə razılıq verməsindən irəli gəlibsə burada da təqsirkar kənar psixi təsir olmadan hərəkət etmədiyindən (davranışının xarakterini kriminal məzmundan ictimai faydalı məzmuna dəyişmədiyindən) zərərçəkmişin könüllü azad edilməsi kimi hal mövcud olmur. Nikaha girməyin zərərçəkmiş şəxs və yaxud digər şəxslər tərəfindən yalan söyləməklə vəd edilməsi də, əgər məhz belə yalanın təsiri ilə təqsirkar evlənmək məqsədi ilə oğurladığı şəxsi azad edirsə, bunlar təqsirkarın iradəsinin kənar psixi amilin təsiri altında formalaşmasının göstəricisi olmaqla, azad etmənin könüllü davranış aktı kimi qiymətləndirilməsini istisna edir. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxslərin, o cümlədən zərərçəkmişin, şahidlərin ifadələri müqayisəli şəkildə təhlil edilməklə Zərərçəkmiş şəxs azad edilməsi barədə qərarı kimin verdiyi, məhz Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iradəsinin formalaşıb-formalaşmaması, müsbət halda hansı halların təsir etdiyi, xüsusilə bunda Zərərçəkmiş şəxs ilə evlənmək niyyətinin olması ilə bağlı verilmiş vədin rolunun olub-olmaması araşdırılmalı və yalnız bundan sonra könüllü azad etmənin olub-olmaması aspektindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 hərəkətlərinə qiymət verilməlidir. Şərh olunanlara əsasən məhkəmə cinayət işində olan mötəbər sübutları biri digəri ilə əlaqəli şəkildə qiymətləndirərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aralarında olan rol bölgüsünə uyğun olaraq Zərərçəkmiş şəxs oğurladıqdan və olduğu yerdən avtomobil kənarlaşdırılan zaman sonuncunun qışqırmasının qarşısını almaları, onun avtomobildən düşüb qaçması üçün heç bir şərait olmaması, eləcə də Zərərçəkmiş şəxs onların əlindən Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən alınması Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeydində nəzərdə tutulmuş hal istinad etməklə tutulmuş cinayəti törətməkdən könüllü imtina kimi qəbul edilə bilməz. Yuxarıda qeyd edildiyi kimi həmin cinayət formal tərkibli cinayətdir və zərərçəkmiş şəxsin tutulduğu və saxlanıldığı andan başa çatmış sayılır. İşin faktiki halları ilə də müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin obyektiv cəhətinin bütün əlamətlərini törətmişlər, oğurlanmış şəxs Zərərçəkmiş şəxs azad etməmişlər və onun azad edilməsi üçün hər hansı hərəkət etməmişlər. Zərərçəkmiş şəxs ifadəsi ilə müəyyən olunur ki, Xaliqə qızı Nəzrinə vərəq gətizdirərək Laləyə kağıza özünün könüllü gəlməsi barədə izahat yazmasını, əgər geri qayıtsa kənddə heç kimin onu saymayacağını, onu yox kimi biləcəklərini, Fəqanı həbsə atdırmağın heç bir faydası olmadığını deyərək əgər həmin sözləri yazsa hər şeyin yaxşı olacağını bildirdiyindən Lalə əlacsız qalaraq vərəqə özünün könüllü gəldiyini yazmış və imza çəkmişdir. Odur ki, Cinayət Məcəlləsinin 144-cü maddəsinin qeydinə istinad etməklə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi qanuni hesab edilə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilibedilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə göstərilənlərə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ibtidai araşdırma zamanı verdiyi izahat və ifadələrini müdafiəçilərinin iştirakı ilə və hər hansı təsirə məruz qalmadan bildirdiklərinə, işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş və onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirilməsində iştirak etmişlər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət- Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri özlərinin məhkəmə istintaqı və ibtidai araşdırma zamanı verdiyi etirafedici izahat və ifadələri ilə yanaşı, məhkəmə istintaqı və ibtidai istintaq zamanı dindirilmiş Şahidlərin və zərərçəkmiş şəxs ifadələri, digər istintaq hərəkəti protokolları, əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş material hesab edilən, Beyləqan RPŞ-nin səlahiyyətli əməkdaşının tərtib etdiyi raport, digər sənədlər, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslərin qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma üçün əsas yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də onlar Cinayət Məcəlləsinin 144.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyasında 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli tələbnamədən və Füzuli Hərbi Məhkəməsinin 15 oktyabr 2019-cü il tarixli, 1(97)-74-2019 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Füzuli Hərbi Məhkəməsinin 15 oktyabr 2019-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə barəsində həmin Məcəllənin 62-ci maddəsi tətbiq olunaraq aylıq pul təminatından dövlət nəfinə 5 (beş) % tutulmaqla 1 (bir) il müddətə hərbi xidmət üzrə məhdudlaşdırma cəzasına məhkum olunmuşdur. Məhkumluğu qanunvericiliklə müəyyən edilmiş qaydada ödənilmişdir və məhkumluğu yoxdur. (İ cild. i.v. 182-183) -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Qaralılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 17 oktyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Kamilli X12 rayonu, Qaralıllar kəndində qeydiyyatda olmaqla yaşamış, subaydır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibinə İİ qrup çernobil əlili-atası Ağayev Akif Kamil oğlu, xəstəliyinə görə müavinət alan-anası X8, xəstəliyinə görə müavinət alan-qardaşı Kamilli Sabiq Akif oğlundan ibarətdir. (İ cild. i.v. 162-164) -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Qaralılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 23 may 2023-cü il tarixli, 91 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 anası Elnaz Ağayevanın bibisi nəvəsidir. -Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Beyləqan Rayon Şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli, 3-43-11/2-405/2023 nömrəli arayışdan görünür ki, SHXÇDX-nin Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin ehtiyatında olan xx.xx.1996-cı il təvəllüdlü, əsgər (MAHHXHQ) Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Silahlı Qüvvələri sıralarında xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək müddətli həqiqi hərbi xidmət keçmiş, xx.xx.2018-ci il tarixdən xx.xx.2021-ci il tarixədək müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu vəzifəsində hərbi xidmət keçmiş, Hərbi xidmətkeçmə haqqında Əsasnamənin 156-cı maddəsinin «a» bəndinə əsasən (xidmət müddəti başa çatdığı üçün) ehtiyata təxris edilmiş və xx.xx.2021-ci il tarixdə SHXÇDX-nin Beyləqan rayon şöbəsində hərbi vəzifəlilərin qeydiyyatına götürülmüşdür. Təqsirləndirilən şəxs2 «Vətən müharibəsi iştirakçısı» medalı (№l-39046) və Azərbaycan Respublikası medalının vəsiqəsi (№l-39046) ilə təqdim edilmişdir. -Dövlət Sosial Müdafiə X33 Şəxsin Mil-Muğan regional filialından verilmiş 22 may 2023-cü il tarixli, 3-17-1/2-112778/2023 nömrəli arayışdan görünür ki, Ağayev Akif Kamil oğlu filialdan hər ay İİ (ikinci) dərəcəli əlilliyə görə ÇAES-də hərbi xidmət ilə əlaqədar müddətsiz olaraq 400,00 (dörd yüz) manat məbləğində Prezident təqaüdü (İş nömrəsi: 488911) və İİ (ikinci) dərəcəli əlilliyə görə ÇAES-də hərbi xidmət ilə əlaqədar müddətsiz olaraq 327,22 (üç yüz iyirmi yeddi manat iyirmi iki qəpik) manat məbləğində pensiya alır (İş nömrəsi:320161), X19 hər ay İ (birinci) dərəcəli ümumi əlilliyə görə müddətsiz olaraq 270,00 (iki yüz yetmiş) manat məbləğində sosial müavinət və 200,00 (iki yüz) manat məbləğində Prezident təqaüdü alır (İş nömrəsi:500683), Təqsirləndirilən şəxs2 hər ay müddətsiz olaraq mübarə veteranlarına görə verilən 80,00 (səksən) manat məbləğində Prezident təqaüdünü alır. -«Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X24 verilmiş 22 may 2023-cü il tarixli, 226 nömrəli arayışdan görünür ki, Ağayev Akif Kamil oğlu xx.xx.1992-ci il tarixdə Beyləqan RMX-da Çernobil AES-də hərbi xidmət vəzifələrini yerinə yetirərkən «postradiasion toksiki ensefalopatiya.kəskin ifadə olunmuş ANS» diaqnozu ilə xəstədir, dispanser qeydiyyatındadır. -«Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X24 verilmiş 22 may 2023-cü il tarixli, 227 nömrəli arayışdan görünür ki, X20 2002-ci il tarixdən Beyləqan RMX-da «çox ağır əqli gerilik, kəskin imbesillik dərəcəsində anadangəlmə kəmağıllılıq. nəzərəçarpan davamlı psixopatabənzər davranışla» diaqnozu ilə xəstədir, diapanser qeydiyyatındadır. -«Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X24 verilmiş 22 may 2023-cü il tarixli, 228 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2003-cü il tarixdən Beyləqan RMX-da «Şizofreniya, paranoid forma» diaqnozu ilə xəstədir, dispanser qeydiyyatındadır. -Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 25 oktyabr 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. (İ cild. i.v. 186) -Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Qaralılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 14 noyabr 2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Ənvərli X13 rayonu, Qaralıllar kəndində qeydiyyatda olmaqla yaşamış, subaydır, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. Ailə tərkibinə atası-X17, anası-X10, qardaşı-X6 ibarətdir. (İ cild. i.v. 205- 207) -Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı 07 uyun 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmış, onlara qarşı şikayəti və tələbi olmamışdır. Təqsirləndirilən şəxslərə həbslə bağlı olamayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə tərkibi göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 9, 41.2, 58.3-cü maddələrini rəhbər tutaraq hazırki iş üzrə törətdikləri cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, törədilməsi halları, ağırlığı və nəticələrini, yaşayış yeri üzrə müsbət xasiyyətləndirilmələrindən ibarət şəxsiyyətlərini xarakterizə edən halı, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini və zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələbinin olmamasını (Cinayət Məcəlləsinin 59.1.12), Təqsirləndirilən şəxs2 ilə zərərçəkmiş şəxsin qohum olmasını, İİ Qarabağ müharibəsində iştirak edərək «Vətən müharibəsi iştirakçısı» medalı almasını, mübarə veteranları olduğuna görə Prezident təqaüdü almasını, atası Ağayev Akif Kamil oğlunun ÇAES-də hərbi xidmət ilə əlaqədar İİ (ikinci) dərəcəli əlilliyi olmaqla Prezident təqaüdü almasını, «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X30 «postradiasion toksiki ensefalopatiya.kəskin ifadə olunmuş ANS» diaqnozu ilə dispanser qeydiyyatında olmasını, anası X3 İ (birinci) dərəcəli əlilliyi olmaqla «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X30 «Şizofreniya, paranoid forma» diaqnozu ilə dispanser qeydiyyatında olmasını, qardaşı X11 İ (birinci) dərəcəli əlilliyi olmaqla Prezident təqaüdü alması, «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X30 «çox ağır əqli gerilik, kəskin imbesillik dərəcəsində anadangəlmə kəmağıllılıq. nəzərəçarpan davamlı psixopatabənzər davranışla» diaqnozu diapanser qeydiyyatında olmasını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (Cinayət Məcəlləsinin 59.2), cəzalarını ağırlaşdıran halların olmadığını nəzərə alıb təyin olunacaq cəzanın islah olunmalarına və ailə üzvlərinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 144.3-cü maddəsinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara, cinayətin törədilməsində iştirak dərəcələrinə əsasən təyin edilməlidir. Buna görə də onlara qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması üçün əsas yoxdur. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sar.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudu təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları nəzərə alınmalıdır, cinayətin xarakterini və təhlükəlilik dərəcəsini nəzərə almaqla cəza təyin edilməlidir, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensiyal yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsinin sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olubolmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai– təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsi təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ictimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətələr heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinfə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növündən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 gənc olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, zərərçəkmiş şəxslə barışıq əldə etmələrini, zərərçəkmiş şəxsin onlara qarşı şikayət və tələblərinin olmamasını, zərərçəkmiş şəxslə həmkəndli və qohum olmalarını və zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş etməsini, onların şəxsiyyətini, Təqsirləndirilən şəxs2 İİ Qarabağ müharibəsində iştirak edərək «Vətən müharibəsi iştirakçısı» medalı almasını, mübarə veteranları olduğuna görə Prezident təqaüdü almasını, atası Ağayev Akif Kamil oğlunun ÇAES-də hərbi xidmət ilə əlaqədar İİ (ikinci) dərəcəli əlilliyi olmaqla Prezident təqaüdü almasını, «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X30 «postradiasion toksiki ensefalopatiya.kəskin ifadə olunmuş ANS» diaqnozu ilə dispanser qeydiyyatında olmasını, anası X3 İ (birinci) dərəcəli əlilliyi olmaqla «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X30 «Şizofreniya, paranoid forma» diaqnozu ilə dispanser qeydiyyatında olmasını, qardaşı X11 İ (birinci) dərəcəli əlilliyi olmaqla Prezident təqaüdü alması, «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» X30 «çox ağır əqli gerilik, kəskin imbesillik dərəcəsində anadangəlmə kəmağıllılıq. nəzərəçarpan davamlı psixopatabənzər davranışla» diaqnozu diapanser qeydiyyatında olmasını, Təqsirləndirilən şəxs1 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq təqsirləndirilən şəxslərin azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin onlara təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunmaları mümkün olduğundan məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyətləri, cəzalarını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyi, habelə təyin olunmuş cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla onlara təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, özlərinin şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq onların azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunmaları mümkün hesab edildiyindən barələrində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışları ilə islah olunmalarını sübut etmək məqsədi ilə üzərlərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barələrində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və təqsirləndirilən şəxslər-Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğlu dərhal həbsdən azad edilməlidirlər. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 53 (əlli üç) manat 65 (altmış beş) qəpik məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət iş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş yaddaşında telefon məlumatları olan 2 (iki) ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 6 (altı) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 52-1, 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 144.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarətin həyata keçirilməsi Beyləqan rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 barəsində olan həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasından həbsdən azad edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 53 (əlli üç) manat 65 (altmış beş) qəpik məbləğdə pul bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış "xxxx" MMC-dən daxil olmuş yaddaşında telefon məlumatları olan 2 (iki) ədəd CD disk, məhkəmə kompüter-texniki ekspertizasının rəyinə əlavə edilmiş, yaddaşında telefon məlumatları olan 6 (altı) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-438/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-438/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver