Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-438/2024 06.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə, hakimlər – Məmmədova Esmira Qərib qızı və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçisi – Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxx 1996-cı ildə Cəlilabad rayonu Musalı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma və satma barədə şəxsiyyəti istintaqla araşdırılan İran islam Respublikasının vətəndaşı “Fərşin” adlı şəxs və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Fərşin” adlı şəxs və qeyrilərinin naməlum vaxtda və şəraitdə satış məqsədi ilə Yardımlı rayonu Mirimli kəndi ərazisində gizlətməklə saxladıqları külli miqdarda - 33075,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı və 212 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 84,8 qram təşkil edən 2120 həb narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Yardımlı rayonu Mirimli kəndi ərazisinə daşımış, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbənin əməkdaşları tərəfindən 23 yanvar 2024-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs həmin gün saat 13:50-də qeyd olunan ünvanda saxlanılaraq Yardımlı Rayon Polis Şöbəsinə aparılıb üzərinə şəxsi axtarış keçirilərkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 0,4 qram təşkil edən 10 həb narkotik vasitə metadon, yanında saxladığı 3 ədəd kisədə ümumilikdə 30 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1025,0 qram, 1035,0 qram, 1020,0 qram, 990,0 qram, 1020,0 qram, 1015,0 qram,1000,0 qram, 1030,0 qram, 870,0 qram, 995,0 qram, 985,0 qram, 965,0 qram, 645,0 qram, 1005,0 qram, 1030,0 qram, 2455,0 qram, 990,0 qram, 1000,0 qram, 1000,0 qram, 990,0 qram, 1075,0 qram, 1080,0 qram, 1075,0 qram, 1060,0 qram, 1240,0 qram, 1170,0 qram, 1125,0 qram, 1065,0 qram, 1050,0 qram və 1070,0 qram olmaqla ümumilikdə 33075,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 211 ədəd konvalyutda təsiredici maddəsinin miqdarı 84,4 qram təşkil edən 2110 həb narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, saxlanılana qədər taksi fəaliyyəti ilə məşğul olmuşdur. 23 yanvar 2024-cü il tarixdə axşam saat 19 radələrində Bakı şəhərindən Yardımlı rayonuna iki müştəri gətirmiş, müştərini düşürdükdən sonra hava şəraiti ilə bağlı yolu gedə bilməmiş, rayonun ərazisində yolun qırağında gözləyərkən polis əməkdaşları tərəfindən saxlanılmış və Yardımlı Rayon Polis Şöbəsinə aparılmışdır. Şöbədə olarkən polis əməkdaşları qarşısına torbada narkotik qoymuş və çəkiliş zamanı narkotikin özünə aid olduğunu deməsini məcbur etmişlər. Bundan başqa polis əməkdaşı Şahid3 tərəfindən cibinə metadon dərmanı qoyulmuşdur. Onların hədəsindən qorxub etirafedici ifadə vermişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan zaman idarə etdiyi avtomobil “Hunday Aksent” markalı olmuşdur. Saxlanılan gün narkotiklə bağlı heç kiminlə danışmamış və yazışmamışdır. 33 kiloqram marixuananı və metadonları ilk dəfə Yardımlı Rayon Polis Şöbəsində görmüşdür. Saxlanılarkən polis əməkdaşları tərəfindən döyülmüşdür. Bakı şəhərindən Yardımlı rayonuna 2 nəfər müştərinin hər birini 30 manat pulun müqabilində gətirmişdir. Heçkimə narkotik satmamışdır. Saxlanılmamışdan əvvəl arada metamfetamindən istifadə etmişdir. Tanımadığı iranlı şəxs ona əvvəllər öz istifadəsi üçün 2-3 qram narkotik göndərmiş, həmin narkotiki Bakıdan götürmüşdür. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı ifadələrində və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadələri elan olunmuş, həmin ifadələrində o, özünü təqsirli bilərək göstərmişdir ki, tutulmamışdan bir neçə gün əvvəl «İnstaqram»da Fərşin adlı iranlı ilə tanışı olmuş, maddi vəziyyəti yaxşı olmadığı üçün xx.xx.2023-cü ildə 6000 manat pulun müqabilində Fərşin adlı iranlının ona göndərdiyini narkotiki Yardımlı rayonunun ərazisindən götürüb Bakı şəhərinə aparıb sonuncunun dediyi şəxsə çatdırmağı barədə razılaşmışlar. xx.xx.2023-cü ildə Bakı şəhərindən Fərşinin dediyi və narkotikin gizlədildiyi yerə - Yardımlı rayonu Mirili kəndinə gəlmiş, iranlının göndərdiyi 3 ədəd kisədə qurudulmuş marixuana və metadon olmuşdur. Özü istifadə etməsi üçün kisədən 10 ədəd metadonu götürüb cibinə qoymuş, kisələri isə götürüb yolun kənarında durub Fərşinin narkotiki hara aparılmasına göstəriş verməsini gözləmişdir. Həmin günü saat 13.50 radələrində Yardımlı rayonu Mirimli kəndində yolun kənarında gözləyərkən tanımadığı polis əməkdaşları tərəfindən saxlanılıb Yardımlı RPŞ-yə aparılmışdır. Şöbədə şəxsi axtarış zamanı boz rəngli şalvarın sağ yan cibindən 10 ədəd metadon həbini, 30 manat pulu və 1 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Telefon götürülmüş, pul özünə qaytarılmışdır. Daha sonra kisələrə keçirilən baxışda bir ədəd qara rəngli kisənin içərisindən 10 ədəd bağlamada qurudulmuş marixuana, bir ədəd qara rəngli kisənin içərisində 6 ədəd bağlamada qurudulmuş marixuana, bir ədəd bağlamada 2110 ədəd metadon həbi, bir ədəd narıncı rəngli kisənin içərisində 14 ədəd bağlamada qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş özünün ibidai istintaq zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə tədqiq olunmuş ekspertizanın rəyləri, cinayət işində olan istintaq hərəkətinin protokolları, sənədlər, maddi sübut və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilmiş və o, 23 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Yardımlı rayonu Mirimli kəndinin ərazisində saxlanılaraq Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbəsinə gətirilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı boz rəngli şalvarın sağ yan cibindən 10 ədəd metadonu, 30 manat pulu və “Samsung” markalı mobil telefonu təqdim etmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus 3 ədəd kisəyə baxış keçirilmiş, bir ədəd qara rəngli kisənin içərisindən 10 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana, 1 ədəd qara rəngli kisənin içərisində 6 ədəd bağlamada qurudulmuş marixuana, 1 ədəd bağlamada 2110 ədəd metadon həbi,1 ədəd narıncı rəngli kisənin içərisində 14 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. “Samsung” markalı mobil telefon götürülmüş, 30 manat pul isə Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar olunmuş metadon və kisədə olan narkotik özünə məxsusdur, onları həmin gün “Fərşin”adlı iranlının vasitəsi ilə Yardımlı rayonu, Mirimli kəndində gizlədilmiş yerdən Bakı şəhərinə çatdırmaq məqsədi ilə əldə etmiş, bunun müqabilində sonuncu ona 6.000 manat pul verəcək idi. Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, heç kim Xəyalın üzərinə narkotik qoymamış, o, saxlanılarkən maşın idarə etməmiş və maşında olmamış, şöbədə onu döyüb incidən olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Baş Narkotiklərlə Mübarizə İdarəsinin X2 Şöbənin digər əməkdaşları Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək oxşar məzmunlu ifadə vermişlər. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-kimyəvi və bioloji ekspertizanın 24 yanvar 2024-cü il tarixli 19/62 rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş üzərində yazılar və imzalar olmayan 03 ədəd kisələri açdıqda, ümumilikdə 30 ədəd üzəri yapışqan lentlə (skoçla) sarılmış sellofan bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -1025,0 qr. -1035,0 qr; -1020,0 qr; - 990,0 qr. -1020,0 qr: -1015.0 qr. -1000,0 qr, -1030,0 qr: -870,0 qr. -995,0 qr. -985,0 qr: -965,0 qr, -645,0 qr; -1005,0 qr. - 2030,0 qr, -2455,0 -990,0 qr: -1000,0 qr. -1000,0 qr. -990,0 qr. -1075,0 qr, -1080,0 qr; - 1075,0 qr. -1060,0 qr, -1240,0 qr: -1170,0 qr. -1125,0 qr. -1065,0 qr: -1050,0 qr. -1070,0 qram: -ümumi təmiz çəkisi: -33075,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 211 ədəd konvalyutda, ümumi sayı 2110 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı: - 84,4 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə....." sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd konvalyutda, ümumi sayı 10 ədəd qəhvəyi rəngli dairəvi formalı həblər -metadon dərmanlarıdır və həblərin təsiredici maddəsinin ümumi miqdarı: -0,4 qramdır. (bir həbdə 0,04 qr). Tədqiqata təqdim edilmiş ümumilikdə 2120 ədəd ədəd metadon həblərində, təsiredici maddəsinin ümumi miqdarı: -84,8 qramdır, təsir edici maddənin göstəricilərinə görə bir-biriləri ilə eynidirlər. Qalıq: Qurudulmuş marixuana – 33072,0 qram; metadon həbləri – 2074 ədəd. Məhkəmədə tədqiq edilmiş və işdə olan ambulator məcburi-narkoloji tibbi yoxlamanın 24 yanvar 2024-cü il tarixli 50 №-li rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (polinarkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məhkəmədə tədqiq edilmiş və işdə olan məhkəmə-tibbi ekspertizasının 23 yanvar 2024cü il tarixli 65 №-li rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədəni üzərində hər-hansı bir xəsarət aşkar edilməmişdir. İşdə olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 23 yanvar 2024-cü il tarixli protokola əsasən Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən bir ədəd konvalyutda 10 həb narkotik vasitə metadon, yanında saxladığı 3 ədəd kisədə ümumilikdə 30 ədəd üzəri yapışqan lentlə sarılmış sellofan bükülülərdə narkotik vasitə qurudulmuş marixuana, 211 ədəd konvalyutda 2110 həb narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. İşdə olan Yardımlı Rayon Məhkəməsinin 12 mart 2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş 23 yanvar 2024-cü il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərar qanuni və əsaslı hesab edilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli qərarla 33072,0 qram narkotik vasitə qurudulmuş marixuana və 2074 ədəd metadon həbi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı maddi sübutların aşkar edilməsi və götürülməsini özündə əks etdirən bir ədəd “CD” disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan 11 mart 2024-cü il tarixli qərarla həmin cinayət işindən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Təqsirləndirilən şəxs məhkəmədə özünün müdafiəsi üçün dəlillər gətirərək üzərində və kisədə aşkar olunan külli miqdarda narkotik vasitələrin ona məxsus olmadığını, metadonun üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis şöbəsində döyüldüyündən məcbur olub narkotiklərin özünə məxsus olmasını yalandan etiraf etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi xüsusatlara tənqidi yanaşaraq bu ifadələri işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özünü müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və Təqsirləndirilən şəxs ifadəsinin bu hissəsini inandırıcı hesab etmir. Belə ki, Təqsirləndirilən şəxs üzərində və kisədə aşkar olunan narkotik vasitənin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən narkotikin üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı özünün etirafedici ifadəsi ilə yanaşı müdafiəçinin iştirakı ilə videoçəkilişlə aparılan üzərinə “şəxsi axtarış və götürmə aparılması” haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Məhkəmədə tədqiq olunmuş videoçəkilişdən açıq-aşkar görünür ki, Təqsirləndirilən şəxs vəkilin iştirakı ilə şalvarının cibindən metadon həblərini, habelə ona məxsus kisədə olan narkotik vasitələrin “Fərşin” adlı iranlının vasitəsilə əldə etdiyini səmimi etiraf edir, narkotiklərin polis əməkdaşları tərəfindən üzərinə qoyulması və ya hədə-qorxuya məruz qalaraq polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hər hansı bir dəlillər irəli sürməmişdir. Həmçinin, təqsirləndirilən şəxsin ona qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və ya hədə-qorxu gəlmələri ilə bağlı irəli sürdüyü dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, işdə olan məhkəmə-tibbi ekspertizasının müvafiq rəyinə əsasən onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq başlandığı gündən başa çatanadək polis əməkdaşları tərəfindən döyülüb incidilməsi, işgəncələrə məruz qalması barədə hər hansı bir rəsmi orqanlara müraciət etməmiş, bununla bağlı hər hansı bir dəlil irəli sürməmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya olunduğunu təsdiq edir, ümumiyyətlə onun qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxsin ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Bununla da, Təqsirləndirilən şəxs üzərində külli miqdarda metadon həblərinin və ona məxsus kisədə külli miqdarda qurudulmuş marixuananın aşkar edilməsi, təqsirləndirilən şəxsin həqiqətən də narkotik vasitəni qanunsuz əldə etməsi, saxlaması, daşıması və satması ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» İ və İİ Siyahılarına əsasən beynəlxalq adı “marixuana” və “metadon” adı olan maddələr narkotik vasitələrdir. Qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi xeyli miqdar, 5 qramdan 500 qramadək külli miqdar, 500 qramdan 50000 qramadək xüsusilə külli miqdar, metadonun 0,02 qramdan artıq hissəsi xeyli miqdar, 0,02 qramdan 1,6 qramadək külli miqdar, 1,6 qramdan 160 qramadək və ya ondan artıq hissəsi xüsusilə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11ci bəndinin dördüncü abzaslarına əsasən «Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» Qeyd olunanlara əsasən, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olması sübuta yetirilmiş və onun bu əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də, ona həmin maddədə müəyyən edilmiş qaydada cəza təyin olunmaldır. İşdə olan 23 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 25 yanvar 2024-cü ildə CM-nin 234.4.3-cü maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 23 yanvar 2024-cü ildən hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Nərmin Quliyevadan, xx.xx.2008-ci il təvəllüdlü qızı Xəyalə Quliyevadan və xx.xx.2020-ci il təvəllüdlü oğlu Ümid Quliyevdən ibarətdir. İşdə olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 234.4.1 və 234.4.3-cü maddələri “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin maddənin sanksiyasında 5 ildən 12 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hallar əhalinin sağlamlığına ciddi zərər vurur. Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəli olduğunu dərk etmiş, ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutlmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və təyin olunmuş cəza çəkilməlidir. CM-nin 56.1.2-ci maddəsinə əsasən təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 yanvar 2024-cü ildən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi olan 33072,0 qram narkotik vasitə qurudulmuş marixuana, 2074 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344–349, 351– 353, 356, 358, 381, 383–385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Daxili İşlər Nazirliyinin Baş Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi olan 33072,0 qram narkotik vasitə qurudulmuş marixuana, 2074 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, DVD disk cinayət işində saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 120 (yüz iyirmi) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Cavid Səfərli Esmira Məmmədova
Məhkəmə qərarları › İş №1(099)-438/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-438/2024
06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver