Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-439/2023 13.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X4 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 2000-ci ildə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağcabədi şəhəri, E.Sadıqov küçəsində qeydiyyatda olmaqla, Ağcabədi şəhəri, S.Novruzov küçəsi, təzə məhəllədə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni ümumi təmiz çəkisi 1095,494 qram narkotik vasitə olan heroini vahid niyyətlə istintaqa məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi ilə qanunsuz olaraq əldə edib daşıyaraq, həmin narkotik vasitə olan heroinin 1095,0 qram hissəsini 01 ədəd bağlamada yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində, təzə məhəllədə yerləşən fərdi yaşayış evinin yataq otağındakı paltar dolabında, həmin narkotik vasitə olan heroinin 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram və 0,264 qram olmaqla ümumi çəkisi 0,494 qram olan hissəsini isə qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib daşımaqla üzərində saxlamış, 08 yanvar 2023-cü il tarixdə saat 14:00 radələrində Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində yerləşən fərdi yaşayış evinə həmin tarixdə saat 14:00 dəqiqədən başlayaraq baxış keçirilən zaman qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib daşıyaraq həmin evin yataq otağındakı paltar dolabında saxladığı 01 ədəd yapışqan lentlə bükülmüş bağlamada təmiz çəkisi 1095,0 qram çəkidə, külli miqdarda narkotik vasitə olan heroin aşkar edilərək götürülmüş, həmin tədbirlərin davamı olaraq narkotik vasitələrin əldə etməsi və üzərində daşımasında şübhəli bilinərək həmin tarixdə saat 15:00 radələrində yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində yerləşən evində saxlanılaraq Ağcabədi Rayon Polis Şöbəsinə gətirilib, Ağcabədi RPŞ-in Ağcabədi şəhər, Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən inzibati binasında həmin tarixdə saat 15:20 dəqiqədən başlayaraq üzərinə keçirilən şəxsi axtarış zamanı qəsdən qanunsuz olaraq satış məqsədilə əldə edib əynindəki göy rəngli cins şalvarın sağ yan cibində daşıyaraq saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram və 0,264 qram, ümumi təmiz çəkisi 0,494 qram narkotik vasitə olan heroin, vahid niyyətlə külli miqdarda cəmi 1095,494 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 yanvar 2023-cü il tarixdə səhər vaxtı evdə yatarkən Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları evə daxil olaraq onu götürüb polis şöbəsinə aparmışlar. Orada onu döydükdən sonra videoçəkilişlə üzərinə baxış keçirmişlər. Baxış zamanı üzərindən heç nə çıxmamışdır. Sonra da ona evindəki şkafdan narkotik vasitə çıxacağını, yoxsa başqa-başqa şeylər olacağını deyib, onu yaşadığı evə aparıb vəkilin iştirakı ilə videoçəkilişlə evə baxış keçirmişlər. Baxış zamanı yaşadığı evdə olan şkafdan bir bükümdə narkotik götürmüşlər. Lakin həmin narkotik vasitə ona aid olmamışdır. Narkotik vasitəni polis əməkdaşları onun evinə qoymuşlar. Narkotik vasitəni evinə qoyulduğunu və ya kimin tərəfindən qoyulduğunu bilmir. O ifadəsinə əlavə olaraq göstərmişdir ki, onu polis şöbəsinə apararkən evində heç kim olmamışdır. Ata-anası həmin vaxt toya getdiklərindən evdə olmamışlar. O “VOOTÇAPP” vasitəsi ilə İranlı Baba adlı şəxslə əlaqə saxlamışdır. İnsteqramda onunla narkotik vasitə barədə danışmışdır. Lakin onun göndərdiyi narkotik vasitəni götürməmişdir. İstintaq vaxtı ifadə verərkən ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq vaxtı vəkilinin iştirakı ilə verdiyi ifadəsində özünü ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ata və anası ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Təxminən 3-4 aydır ki, o narkotik vasitələrdən istifadə edir. Narkotik vasitələri adətən “baba” adıyla tanıdığı iran vətəndaşından alıb istifadə etmişdir. Həmin şəxsin ünvanını və adının dəqiq necə olmasını bilmir. O həmin iranlı ilə yalnız “whatsapp” tətbiqi ilə mesajlaşmışdır. Həmin iranlı ona narkotik vasitələri hara qoyduğunu demişdir. O da daha sonra həmin yerlərə gedib narkotik vasitələri götürmüşdür. Son dəfə tutulduğu gündən təxminən 4 gün əvvəl, yəni 04 yanvar 2023-cü il tarixdə whatsapp vasitəsilə o həmin baba adlı şəxslə təkrar əlaqə saxlamış və narkotik vasitə istəmişdir. Bu məqsədlə o Bakı şəhərinə getmişdir. Həmin baba adlı şəxs narkotik vasitəni Bakı şəhəri Zığ qəsəbəsində hazırda xatırlamadığı yerdə ağacın altına qoymuşdur. O da iranlının dediyi yerə gedib narkotik vasitəni götürüb rayona qayıtmışdır. Həmin narkotik vasitəni yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində yerləşən evdə öz yataq otağında saxlamışdır. Həmin narkotik vasitədən bir neçə büküm düzəldib üzərində saxlamışdır. Qalan hissəsini evdə saxlamışdır. 08 yanvar 2023-cü il tarixdə günorta saatlarında E.Sadıqov küçəsində olan zaman tanımadığı şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Onlar onun narkotik vasitələrin istifadəsində və saxlanmasında şübhəli olmağını və yaşadığı evə baxış keçirilməli olduqlarını demişlər. Onlar birlikdə yaşadığı evə daxil olmuşlar. Polis əməkdaşları onun yatdığı otaqda paltar rəfindən bir ədəd skoçlanmış bağlama aşkar etmişlər. Həmin bağlamada kakos deyə bildiyi təxminən 1 kiloqrama qədər çəkidə olan narkotik vasitə olmuşdur. O həmin narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Bundan sonra onlar birlikdə rayon polis şöbəsinə gəlmişlər və polis şöbəsinin inzibati binasında olarkən ona müdafiəçi təyin olunmuşdur. Ona bütün hüquqları izah olunmuş və üzərinə video çəkilişlə şəxsi axtarış keçirilmişdir. Ona üzərimdə olan narkotik vasitəni əgər varsa təqdim etməyi təklif olunmuşdur. O da əynində olan göy rəngli şalvarının sağ yan cibindən 2 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin bükümlərdə kakos deyə bildiyi narkotik vasitə olmuşdur. Həmin bükümlər polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkilmiş və çəkilərinin 0,33 və 0,33 qram olmaqla ümumilikdə 0,66 qram olması məlumu olmuşdur. Üzərindən aşkar edilmiş həmin 02 ədəd büküm polis əməkdaşları tərəfindən ağ rəngli kağız zərfdə qablaşdırılıb imzalanmaqla möhürlənmişdir. Bundan sonra onun razılığı ilə üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan şalvarının sol yan cibindən 1 ədəd SOBRANİE markalı siqaret qutusu təqdim etmişdir. Onun içinə baxdıqda içində 4 ədəd SOBRANİE markalı siqaret və 1 ədəd alışqan olması müəyyən olunmuşdur. Həmin siqaret qutusu və alışqan onun özünə təhvil verilmişdir. Onun üzərindən digər narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Sonda protokol tərtib olunmuş və imzalanmışdır. Onun yaşadığı evdən aşkar edilərək götürülmüş 1095 qram narkotik vasitə olan heroin onun özünə məxsus olmuşdur. O tutulduğu gündən təxminən 4 gün qabaq, yəni 04 yanvar 2023-cü il tarixdə Bakı şəhərində baba adıyla tanıdığı şəxsdən ona həmin təmiz çəkisi 1095 qram olan narkotik vasitəni satmasını istəmişdir. O da həmin narkotik maddəni Zığ qəsəbəsində hazırda xatırlamadığı yerə ağacın altına qoyduğun demişdir. O da həmin yerə gedib bir ədəd bağlamanı oradan götürmüşdür. O, həmin yerə taksiylə getmişdir. Taksidən düşüb həmin bağlamanı götürüb başqa taksi sifariş verərək geri qayıtmışdır. Həmin narkotik maddəni almağı ilə bağlı heç kimə bir söz deməmişdir. O, baba adıyla tanıdığı şəxslə “whatsapp” vasitəsilə əlaqə saxlayıb narkotik maddəni götürdükdən sonra həmin baba adlı şəxsin kartına pul yükləyəcəkmiş. Həmin baba adlı şəxs ona pulun məbləğini deməmişdir. Onlar sonra bu barədə danışacaqlarmış. O həmin narkotik maddəni öz şəxsi istifadəsi üçün almış və az az istifadə etmişdir.O həmin narkotik vasitədən heç kimə satmamış və də pay verməmişdir. Həmin 2 ədəd büküm ona məxsus olmuşdur. Onların içində kakos deyə bildiyi narkotik maddə olmuşdur. O 04 yanvar 2023cü il tarixdə Bakı şəhərində Zığ qəsəbəsində əldə etdiyi bir ədəd bağlamadakı narkotik vasitə olan heroindən rahat istifadə etmək üçün bir neçə büküm düzəltmişdir. O həmin bükümlərdən istifadə etmək üçün üzərində daşımışdır. O başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini kiminsə bilməyi haqqında heç bir məlumatı yoxdur. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşlarından və vəkili Əbülhəsən Əmirovdan başqa həmin halı kimsə də görməmiş, onun yanında da heç kəs olmamış, o tək olmuş, onu gətirəndə kənar şəxslərin görüb-görmədiyini bilmir. Bu haqda heç nə deyə bilməzmiş. O narkotik vasitə olan heroindən həftədə bir iki dəfə olmaqla gözəyarı ölçməklə təxminən yarım qram istifadə etmişdir.O ***-***-**-** saylı mobil nömrə sahibini yaxından tanımır. Həmin mobil nömrə sahibi qadındır və adı Samirə olmalıdır. O Samirəylə Bakı şəhərində tanış olmuşdur. Lakin heç bir vaxt görüşməmişdir. Onun harada yaşamasını və adının dəqiq olaraq necə olmasını bilmir. O həmin qeyd edilən tarixdə nə yazdığımı və niyə yazdığını xatırlamır. O Bakı şəhərində olanda çox sayda qadınla telefon əlaqəsi saxlamışdır. Lakin o həmin ***-***-**-** saylı mobil nömrənin sahibinə səs atmağını xatırlamır. Həmin nömrənin ona “nəysə var bir az ver” yazmağının mənasını və məqsədini bilmir. O həmin Samirə adlı qadının ona həmin mesajları niyə yazmasını bilmir. O heç bir iranlıya 300 manat pul göndərməmişdir. Həmin səsli mesajı göndərməyi yadına gəlmir. O həmin mobil ***-***-**-** saylı mobil nömrənin sahibini tanımır. O demək olar ki, telefonunda olan qadınların çoxusunun adını birdənəm kimi yazmışdır. Həmin qadın yəqin ki, hansısa tanışı olmuş, ama o həmin qadının adının dəqiq nə olmasını və harada yaşamasını bilmir. Onun ətrafında Ülkər adlı qadın ümumiyyətlə olmamışdır. O həmin səsli mesajı kimin göndərməsini xatırlamır. Və də həmin səsli mesajda “pay zad istəsə vermə” dedikdə nə deyilmək istədiyi ona məlum deyildir. Həmin vaxtlarda onun telefonunda Bakı şəhərində yüngül əxlaqlı qadınların nömrələri olmuşdur. Ola bilər ki, həmin qadınlardan biri olmuş, lakin o həmin ***-***-**-** saylı mobil nömrənin sahibi ilə münasibətdə olmamış, görüşməmiş və onun kim olmasın bilmir. İfadəsinin əvvəlində o səhvən E.Sadıqov küçəsini bildirmiş. O həmin tarixdə polis əməkdaşları tərəfindən yaşadığı S.Novruzov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gəlmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023-cü il tarixdə Ağcabədi şəhəri, S.Novruzov küçəsində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi etməsi, yaşadığı ünvanda saxlaması və satması barədə Ağcabədi Rayon Polis Şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Bununla əlaqədar qərar qəbul edilərək, əməliyyat qrupu yaradılmışdır. 08 yanvar 2023-cü il tarixdə həmin tarixdə saat 14:00-dan başlayaraq təxirəsalınmaz qaydada Təqsirləndirilən şəxs razılığı ilə onun yaşadığı evə baxış keçirmişlər. X3 Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı bir narkotik vasitə, psixotrop maddə saxlamasını soruşduqda o evində kakos (heroin) olduğunu bildirmiş və evin yataq otağına daxil olub paltar dolabından bir ədəd skoçlanmış bağlama çıxarıb təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evində 1 ədəd bağlamadan başqa narkotik vasitə aşkar edilməmişdir. Həmin bağlamaya baxış keçirildikdə içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən edilmiş və həmin narkotik vasitə çəkilmiş və çəkisi 1110 qram olmuşdur. Sonra da həmin narkotik vasitə qablaşdırılaraq üzəri möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən protokola imza etmişdir. Sonra da həmin gün X3 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasında xidməti otaqlardan birində müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl üzərində hər hansı bir narkotik vasitə və ya psixotrop maddə varsa könüllü surətdə təqdim etməsi ona təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan şalvarın sağ yan cibindən 2 ədəd sellofan büküm çıxarıb təqdim etmiş və həmin bükümlərdə də “kakos” olduğunu demişdir. Sonra bükümlərə baxılmış və içərilərində kəskin iyli, qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər kütlələr olması müəyyən edilmiş, bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və hər birinin çəkisi 0,33 qram olması müəyyən olunmuş, iki büküm qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs heç bir etiraz etmədən protokolu imzalamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və sonra ona hər hansı təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş Şahid2 oxşar məzmunlu ifadələr verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. Cinayət işinin materiallarında olan Ağcabədi Rayon Polis Şöbəsinin rəisi Knyaz Həsənova ünvanlanmış 08 yanvar 2023-cü il tarixli təqrirdən görünür ki, həmin təqrirlə polis şöbəsinin əməliyyat müvəkkili Şahid1 ona Ağcabədi şəhərinin E.Əsədov küçəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, evində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını və onun ətrafında təxirə salınmadan əməliyyat axtarış tədbirlərinin keçirilməsi və yaşadığı evə baxış keçirilməsinə icazə verilməsi bildirilmişdir. Cinayət işinin materiallarında olan 08 yanvar 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində yerləşən fədi yaşayış evinə X3, əməliyyat müvəkkili Şahid1, polis nəfərləri Şahid2, Paşa Qurbanov, baş inspektor kriminalist Elçin Cəfərov və Təqsirləndirilən şəxs iştirakı ilə saat 14:00 dəqiqədən başlayaraq baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özü yataq otağında olan paltar dolabının rəfindən bir ədəd yapışqan lentlə bükülmüş bağlama çıxarıb təqdim etmişdir. Həmin bağlamada nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs “narkotik” deyə cavab vermişdir. Aşkar edilmiş bir ədəd bağlama elektron tərəzidə çəkildikdə çəkisinin 1110 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində yerləşən fərdi yaşayış evininin digər otaqlarından hər hansı bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan 08 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs üzərinə saat 15:20 dəqiqədən başlayaraq şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən iki ədəd sellofan bükümlərdə içərisində ayrıayrılıqda çəkiləri hər birinin 0.33 qram olan narkotik vasitə heroinə bənzər kütlələr aşkar edilmişş, başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işini materiallarında olan Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri. S.Novruzov küçəsində yerləşən fərdi yaşayış evinə baxış keçirilməsi istintaq hərəkətlərini əks etdirən CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı Ağcabədi şəhəri, S.Novruzov küçəsində yerləşən fərdi yaşayış evinə Təqsirləndirilən şəxs öz razılığı ilə baxış keçiriləcəyi elan olunur. Təqsirləndirilən şəxs yaşadığı evdə hər hansı bir narkotik vasitə olub-olmaması ilə bağlı verilən suala “bəli, var” deyə cavab verir. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinə daxil olduqda sol tərəfdə yerləşən yataq otağının onun özünə məxsus olduğunu bildirir və həmin yataq otağında saxladığı içərisində narkotik vasitə olan 01 ədəd bağlamanı dolabın gözündən paltarların arasından çıxardaraq təqdim edir. Təqsirləndirilən şəxs həmin bağlamanın "narkotik” yəni “kakos” olduğunu bildirir. Həmin bağlamaya baxış keçirildikdə içərisində narkotik vasitə olan heroinə bənzər kütlələr olması məlum olur və narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunduğu qaydada, yəni bir ədəd bağlamada elektron tərəzidə çəkilir və çəkisinin 1110 qram olması aşkar olur. Həmin narkotik vasitəyə bənzər kütlələr aşkar olunduğu qaydada, yəni bir ədəd bağlamada ağ rəngli kağız zərfdə qablaşdırılır və bütün iştirakçılar tərəfindən imzalanmaqla DİN-in 143 saylı möhürü ilə möhürlənir. Bundan başqa həmin yaşayış evinin digər otaqlarında Təqsirləndirilən şəxsla birlikdə baxış keçirilən zaman heç bir narkotik vasitə və ya cinayət xarakterli əşya aşkar edilmir. Həmin fərdi yaşayış evindən çıxdıqdan sonra həyətdə yerləşən yardımçı tikililərə baxış keçirilir. Təqsirləndirilən şəxs həyətdə olan yardımçı tikililərdə hər hansı bir narkotik vasitə və ya predmet saxlamadığını bildirir. Həmin yardımçı tikililərə baxış zamanı hər hansı bir narkotik vasitə və ya predmet aşkar edilmir. Baxışın sonunda Təqsirləndirilən şəxs heç bir etiraz və təklifi olmadı. O aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlənin özünə məxsus olmasını və istifadə etdiyini, satmadığını bildirir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərinə Ağcabədi RPŞ-nin inzibati binasının xidməti otağında vəkil Əbülhəsən Əmirovun və əməliyyat müvəkkili Şahid1, polis nəfəri Şahid2 iştirakı ilə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl Azərbaycan Respublikası CPM-in 90-cı maddəsində nəzərdə tutulan hüququ və vəzifələri izah edilir, Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşya, o cümlədən narkotik vasitə varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirir və əynində olan göy rəngi cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan kəsiyi bükümü çıxarıb təqdim edir. Həmin bükümlər açılarkən içində qəhvəyi rəngli, toz şəklində kəskin spesifik iyli, narkotik vasitə heroinə bənzər kütlələrin olması aşkar edilir. Aşkar edilmiş kütlələr ardıcıllıqla elektron tərəzidə çəkilmiş və hər iki kütlənin ayrılıqda çəkisi 0,33 qram təşkil edir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılır və üzəri DİN-in 143 saylı möhürü ilə möhürlənir, iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə, o cümlədən cinayət xarakterli əşya aşkar edilmir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsi barədə 27 aprel 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məxsus aşkar edilib götürülmüş 1095,494 qram narkotik vasitə olan heroindən qalıq qalmış 1095,344 qram heroinin və Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “İPHONE 6S+” markalı mobil telefonun maddi sübut kimi tanınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan Ağcabədi Rayon Məhkəməsinin 12 yanvar 2023cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında Ağcabədi Rayon Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 8 yanvar 2023-cü il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 09 yanvar 2023-cü il tarixli, 18/24 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri yazılmış və imzalar olan kağız paketdə 02 ədəd polietilen kəsiiy bükümünd ayrı-ayrılıqda təmiz çəkiləri 0,230 qram, 0,264 qram. Ümumi təmiz çəkisi 0,494 qram olan maddələır kustar üsulla hazrılanmış, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli narkotik vasitə heroindir. 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,556 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı evdən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd üzəri yapışqan lentlə bağlanmış polietilen torba bağlamada təmiz çəkisi 1095,0 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş ümumi çəkisi 1095,494 qram oaln heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Məhkəmədə tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 17 yanvar 2023-cü il tarixli, 22 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan Ağcabədi rayon poliklinikasının 29 mart 2023-cü il tarixli, 361 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs nevroloji və narkoloji kabinetdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilmiş ambulator məcburi narkoloji tibbi yoxlama rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əziyyət çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan ibtidai istintaq orqanının götürmə aparılması haqqında 10 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Şahid1 təqdim etdiyi 1 ədəd “İPHONE 6S Plus” markalı mobil telefon götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş məhkəmə texniki avadanlıq ekspertizasının nəticə hissəsindən görünür ki, təqdim edilmiş sensor ekranlı “İOS 15.4.1” əməliyyat sistemi ilə təchiz olunmuş “İphone 6S plus” markalı “A1634” modelli “**********68944 “imei”kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir, tədqiq edilmiş “İphone 6S Plus” markalı “A1634” modelli mobil smartfonun yaddaşında (kontaktlar, zənglər. Sms mesaj, audio, foto, vdieo fayllar, “whatsapp” “whatsapp business” proqram təminatları, “İnstagram”, “Tiktok” social şəbəkələr vasitəsilə aparılmış məlumat mübadilələri və sairə) mövcud olan məlumatlar müyyən olundu, tədqiq olunmuş “İphone 6S Plus” markalı “A1634” modelli smartfonun yaddaşından pozulmuş məlumat müəyyən edilməmişdir. İşdə olan “baxış keçirilməsi haqqında” 10 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “İPHONE 6S plus” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Vhatsapp” tətbiqində müxtəlif şəxslərlə mesajlaşmalar olsa da həmin göndərilmiş və qəbul edilmiş mesajlar silinmişdir. Bundan başqa həmin tətbiqdə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Birdanem” adı ilə qeyd edilmiş profil hesabına Təqsirləndirilən şəxs 04 yanvar saat 22:35 dəqiqədə səsli mesaj göndərilmiş və həmin səsli mesajda o “bu bilirsən nədi, bu iranlıya 300 manat göndərmişəm, onun çekidir” deməsi, Təqsirləndirilən şəxs həmin “Birdanem” adlı hesaba 05 aprel 2023-cü il tarixdə saat 02:18 dəqiqədə “iranla danışıram, sen öl, dəlisən” məzmunlu həmin tarixdə qeyd edilən hesabdan “nəysə var, bir az ver də mənə, o biri xalamgildəyəm, uzağdayam biraz, gətir biraz ver mənə” məzmunlu mətn mesajların gəlməsi və cavabında Təqsirləndirilən şəxs “sənə qurbandır, sil bunu, səhər gələndə, Cox verəcəmki, 5 gün səni görsün özdə” məzmunlu mətn mesajları göndərməsi aşkar olunmuşdur. Bundan başqa həmin tətbiqdə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Birdanem” adı ilə qeyd edilmiş profil hesabından isə Təqsirləndirilən şəxs 06 yanvar 2023-cü il tarixdə saat 01:44 dəqiqədə göndərilmiş olan səsli mesajda çəxsiyyəti məlum olmayan qadın səsli birinin “gör nə deyirəm, Ülkər səndən pay-zad istəsədə veməginən, o gün onda var imiş, mənə xəbər çatdı, mən ölürdüm, amma mənə bir damcı vermədi, ona sən artıq nə isə, pay kimi versən sən kimi oğlan yoxdu da, qurana and olsun, çaşıb gizlin nə isə verəsən incimə. Sən ona verirsən ha, bilisən neynir o, balam gedib satır özü üçün o Qurana and olsun. Amma mən o gün ölürdüm, ağrıdan partdıyırdım, amma onda ola-ola o mənə vermədi, yaxşılıq yoxdu o insana” deyilməsi, həmin tarixdə saat 01:40 dəqiqədə isə eyni hesabdan” ayırginən denə olanlar elə budur, ortaya qoyanda qoy görsün ki, azdı” qeyiməsi aşkar olunmuşdur. İşdə olan "xxxx" MMC-dən götürülmüş telefon zənglərinə dair məlumatların yazıldığı 01 ədə CD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, baxış zamanı 01 yanvar 2023-cü il tarixdəsaat 17:52:45 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs İstifadədində olan, ********** saylı mobil nömrəyə “Sən dansma hwcolmasa seryoznukuqdan.insanin pis vezyetinen istifade edib nevar nevar bir damci pati kakos verdiz deye oda pulsuz men heckmin hecneyin isyfade elememsem.50 manat o verdyin kayfa gore pul xercledim.fursetdi deib 1_2 defede s....ey onsizda mal bizdedi bizden asldi.budu seryoznuluq” məzmunlu sms gəldiyi; həmin tarixdə 17:56:52-də Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrədən **********7 mobil nömrəyə “Allaha şükü menim civimde pulda var Daşideki Hele genede yoluyacaxlar sen delisen Öz payna İsdivade eden oglanın Namusuna tüpürüm” sms həmin tarixdə 17:58:02 dəqiqədə ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Sizle s.....eydim seryoznu yaxsh xanm olavahdimda s....medim deye nesiryoznu oldum eybi yox qoy men nesoryoznu olum sen hacan uydun dayiva aglm kesmir.aybdiye and ola allaha bir etrafun yaxin cevren biler fkoresmiresnki onlada senin kitabn baglanar.sora nece olar bir qep hormet qoymazlar sene” məzmunlu smsllər göndərildiyi və Təqsirləndirilən şəxs istifadə etdiyi ********** saylı mobil nömrəsinin anten məlumatlarından 2023-cü ilin yanvar ayında həmin mobil nömrə əsasən Bakı şəhərinin müxtəlif rayonları, Ağcabədi və Zərdab rayonlarında fəaliyyət göstərdiyi müəyyən edilmişdir. İşdə olan Ağcabədi Rayon Polis Şöbəsinə verilmiş 14 fevral 2023-cü il, 28 fevral 2023-cü il və 21 aprel 2023-cü il tarixli cavab məktublarından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitə olan heroindən istifadə etmiş, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitə olan heroinlər onun özünə məxsus olmuş, həmin narkotik vasitəni satış məqsədilə əldə etməsi müəyyən olunsa da, həmin narkotik vasitələri haradan və kimdən əldə etməsi, Təqsirləndirilən şəxs Ağcabədi rayon ərazisində və ya digər yerlərdə narkotik vasitələrin və ya psixotrop maddələrin satış və ya digər formada kimlərəsə verməsi və Təqsirləndirilən şəxs sosial şəbəkələr vasitəsilə narkotik vasitələr aldığı “baba” ləqəbli şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin Təqsirləndirilən şəxs “BİRDƏNƏM” adlı şəxslə mesajlaşdığı ***-***-**-** sayl mobil nömrənin X2 məxsus olması müəyyən olunsa da, tapşırıqda qeyd edilən tarixdə Təqsirləndirilən şəxs həmin mobil nömrədən sms göndərən şəxsin həqiqətən də Samirə Həsənova olub-olması, ***-***-**-** saylı və ***-***-**-** Saylı mobil nömrələrin faktiki sahiblərinin, həmçinin adı “Ülkər” olan şəxsin şəxsiyətlərini və olduqları yerləri, Təqsirləndirilən şəxs həmin şəxslərə narkotik vasitələr satması müəyyən olunmamışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, üzərindən və yaşadığı evdən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə heroinin ona aid olmadığını, həmin kütlələri polis əməkdaşlarının onun üzərinə və evinə qoyduqlarını bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq edilmiş mötəbər sübutlarla tamamilə təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Belə ki, məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadəsi, dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş vəkilinin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları, üzərindən aşkar edilərək götürülmüş heroinlərin evindən aşkar edilmiş heroinlə eyni tərkibli olması barədə ekspertiza rəyi, telefona baxış keçirilməsi və telefon zənglərinə dair məlumatların olduğu "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları ilə tamamilə təkzib edilir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ondan aşkar edilərək götürülmüş kütlələri satış məqsədi ilə əldə etməməsi barədə hissələr istisna olmaqla verdiyi ifadələri işin faktiki hallarına uyğun gələn ifadələr kimi qiymətləndirir və sübut kimi qəbul edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənəndlərdən görünür ki, Qurbanov X5 şəhəri, E.Sadıqov küçəsində qeydiyyatda olmaqla, Ağcabədi şəhəri, S.Novruzov küçəsi, təzə məhəllədə yaşamışdır. İşdə olan Ağcabədi Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 yanvar 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cəzanı yüngülləşdirən hallar dedikdə CM-nin 59-cu maddəsində sadalanan, eləcədə 59.1.1-59.1.14-cü maddələrdə birbaşa göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə CM-nin 59.1, 59.2 və 61-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halın olmasını müəyyən etmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyii cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və həmin cəzanı çəkməlidir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 08 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə ambulator məcburi narkoloji tibbi yoxlama rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1095,344 qram çəkidə narkotik vasitə heroin məhv edilməli və “İphone 6S Plus” markalı “A1634” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə məhkəmə xərci 129 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2, 132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 08 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. O ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Ağcabədi Rayon Polis Şöbəsində saxlanılan qalıq çəkisi 1095,344 qram çəkidə narkotik vasitə heroin məhv edilsin. “İphone 6S Plus” markalı “A1634” modelli mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə məhkəmə xərci 129 manat 74 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-439/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-439/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver