Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-439/2025 16.10.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Vəliyeva Ayşən Umud qızı və Nuriyev Aqil Abdul oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X1, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Xocavənd rayonunda anadan olmuş, evli, orta təhsilli, əvvələr məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, Xocavənd rayonu, Tuğ kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Mehdiabad qəsəbəsində yaşayan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə Azərbaycan Respublikası ərazisində külli miqdarda narkotik vasitələri, külli miqdarda psixotrop maddələri və qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törətməklə satış məqsədi ilə külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə əldə etmək üçün “Whatssap” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, İran İslam Respublikası vətəndaşı olması güman edilən “Baba” adlı şəxs və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs tərəfindən cinayət əlaqəsinə girərək xx.xx.2025-ci il tarixdə Biləsuvar rayonuna gələrək orada əvvəlcədən aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun üzvü tərəfindən Biləsuvar-Bəhrəmtəpə yolunun 46-cı kilometrliyində işıq dirəyinin alt hisəsində gizlədilmiş yerdən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda -7075,0 qram narkotik vasitə qurudulmuş marixuananı, -3035 qram olan külli miqdarda narkotik vasitə tiryəki, təsir edici maddəsinin miqdarı -19,6 qram olan küllü miqdarda üzərində “methadone 40” göstəricisi olan 490 ədəd narkotik vasitə bütöv metadon həbləri, təsir edici maddəsinin miqdarı -7,5 qram olan küllü miqdarda üzərində “Pregabalin 110” göstəricisi olan 75 ədəd preqabalin həbləri, təsir edici maddəsinin miqdarı 0,308 qram olan küllü miqdarda üzərində “alprokim” göstəricisi olan 308 ədəd psixotrop maddə alprazolam həblərini götürüb, daşıyaraq “VAZ 21074” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamış, həmin tarixdə saat 01:02-də Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar-Bəhrəmtəpə yolunun 46-cı kilometrliyində yerləşən üzərində “Hacırüstəmli” sözü yazılmış lövhənin yaxınlığında saxlanılaraq, orada avtomobilə baxış keçirilərkən avtomobilin arxa sağ ayaqaltı hissəsində bir ədəd qara rəngli kisədə 06 ədəd hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri -970,0 qr; -955,0 gr; -1025,0 qr; -925.0 qr; -1195,0 qr; -2005,0 qram olmaqla, ümumi çəkisi -7075,0 qram olan külli miqdarda bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eyni olan narkotik vasitə qurudulmuş marixuanalar, yapışqan lentlə sarılmış qara rəngli sellofanda təmiz çəkisi 3035 qram olan külli miqdarda xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək, yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təsir edici maddəsinin miqdarı -19,6 qram olan küllü miqdarda üzərində “methadone 40” göstəricisi olan 490 ədəd qəhvəyi rəngli, dairəvi formalı, xarici görünüş əlamətlərinə və təsiriedici maddənin miqdarına görə bir-biri ilə eyni olan narkotik vasitə bütöv metadon həbləri, yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təsir edici maddəsinin miqdarı -7,5 qram olan küllü miqdarda üzərində “Pregabalin 110” göstəricisi olan 75 ədəd sarı rəngli, xarici görünüş əlamətlərinə və təsiriedici maddənin miqdarına görə bir-biri ilə eyni olan güclü təsir edici preqabalin həbləri, üzəri yapışqanlı lentə sarılmış bir ədəd bükümdə təsir edici maddəsinin miqdarı 0,308 qram olan küllü miqdarda üzərində “alprokim” göstəricisi olan 308 ədəd açıq mavi rəngli, xarici görünüş əlamətlərinə və təsiriedici maddənin miqdarına görə bir-biri ilə eyni olan psixotrop maddə alprazolam həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməlini törətməsini, həmçinin onun bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu ona elan olunmuş CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tanımadığı bir nəfər şəxs onun mobil telefonuna zəng vuraraq Biləsuvar rayona gedib narkotik vasitə götürə biləcəyini soruşmuş, o da götürə biləcəyini demişdir. Telefonla danışdığı şəxs İran vətəndaşı olduğunu bildirmişdir. Həmin şəxs ona narkotik vasitəsini qoyduğu yerin məkanını göndərmişdir. Həmin şəxs narkotik vasitəsini götürüb, Bakı şəhərində onun dediyi adama çatdırdıqdan sonra ona 400-500 manat pul verəcəyini bildirmişdir. İranlı şəxs ona nə qədər və hansı növdə narkotik vasitə göndərməsini deməmişdir. İranlı şəxs ona əvvələr də bir neçə dəfə zəng vuraraq bu məzmunda təklif etmiş, o isə razılaşmamış, sonda isə razılıq vermişdir. Bundan sonra, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində idarə etdiyi “VAZ 21074” markalı, **-LB-*** qeydiyyat nişanlı avtomobillə iranlının göndərdiyi konuma əsasən Biləsuvar-Bəhrəmtəpə yolunun 46-cı kilometrliyinə gedərək içərisində narkotik vasitələr olan bağlamanı götürmüşdür. Maşına əyləşib hərəkətə başlayan zaman Hacı Rüstəmli kənd löhvəsinin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Videoçəkilişlə baxış keçirilən zaman avtomobilin arxa sağ sərnişin oturacağının ayaqaltı hissəsindən 1 ədəd qara rəngli kisə aşkar olunmuşdur. Bağlamaya baxış keçirilərkən içərisində müxtəlif növdə və çəkidə narkotik vasitə, marixuana, tiryək, metadon həbləri və preqabalin maddələri aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. Əməlindən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Biləsuvar rayon polis şöbəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Biləsuvar rayonu ərazisində qanunsuz olaraq, satış məqsədi ilə ərazisində narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, saxlamasında və istifadəsi barədə məlumat daxil olmuş və əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs içərisində olması ehtimal olunan “VAZ 21074” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun 46-cı kilometrliyində yerləşən Hacı Rüstəmli kənd löhvəsinin yaxınlığında saxlanılmışdır. Videoçəkilişdən istifadə edilməklə baxış keçirilən zaman Təqsirləndirilən şəxs “VAZ 21074” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sağ sərnişin oturacağının ayaqaltı hissəsindən 1 ədəd qara rəngli kisə aşkar olunmuş, bağlamaya baxış keçirilərkən bağlamanın içərisində müxtəlif növdə və çəkidə narkotik vasitə, marixuana, tiryək, metadon həbləri və preqabalin maddələri aşkar olunmuşdur. Aşkar olunmuş bükümlər qablaşdırılaraq götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs İran vətəndaşı kimi tanıdığı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamasını, sonuncunun dediyi yerdən içərisində narkotik vasitələr olan bağlamanı götürüb idarə etdiyi avtomobilə qoyduğunu, daha sonra həmin şəxsin deyəcəyi yerə aparacağını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiklərini mahiyyəti üzrə təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. İş materiallarında olan məhkəmə məhkəmə-bioloji ekspertizasının 17 may 2025-ci il tarixli 19/199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "Təqsirləndirilən şəxs məxsus narkotik vasitə və maddələr..... sözlər və imzalar olan kisədəki, 6 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkisi: -970,0 qr; -955,0 gr; -1025,0 qr; - 925.0 qr; -1195,0 qr; -2005,0 qram ümumi təmiz çəkisi -7075,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər; 1 ədəd bükülüdə təmiz çəkisi - 3035,0 qram olan tünd-qəhvəyi rəngli maddənin aparılmış rəng testi ve NTX analizləri nəticəsində dəqiq nəticə əldə olunmadığından, narkotik vasitə olub-olmadığını müəyyən etmək mümkün olmadı; Tədqiqata təqdim edilmiş 490 ədəd qəhvəyi rəngli və 308 ədəd ağ rəngli həblərin; 75 ədəd sarı kapsulların və 4 ədəd qutuda yerləşən dərman vasitələrinin tədqiqatı müvafiq laboratoriya cihazı olmadığından tədqiqat aparılması mümkün olmadı. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 120 (yüz iyirmi) manat təşkil edır. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 11 iyun 2025-ci il tarixli 7/755 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş mərkəzə məxsus qəhvəyi rəngli kağız paketdə bir ədəd üzəri skoçlu qara rəngli sellofanda təmiz çəkisi -3034,9 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Ekspertiza tədqiqatından sonrakı qalıq tiryək 3034,8 qram təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 70 (yetmiş) manat təşkil edır. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 iyun 2025-ci il tarixli 6/1908 nömrəli rəyindən görünür ki, bir ədəd MEM-ə məxsus kağız paketdə olan üzərində “Methadone 40” göstəricisi olan 49 ədəd konvalyutda ümumilikdə 490 ədəd qəhvəyi rəngli dərman həbində metadonun təsir maddəsinin ümumi miqdarı 19,6 qram ( 1 ədəd həbdə 0,04 qram) təşkil edir. Metadon həbləri xarici görünüş əlamətlərinə və təsiredici maddənin miqdarına görə bir-birilə eynilik təşkil edir.Üzərində “Preqabalin 100” göstəricisi olan 5 ədəd konvalyutda ümumilikdə 75 ədəd sarı rəngli kapsulda preqabalin təsir maddəsinin miqdarı 7,5 qram olduğu müəyyən edildi. Preqabalin kapsulları xarici görünüş əlamətlərinə və təsiredici maddənin miqdarına görə bir-birilə eynilik təşkil edir. Üzərində “Alprokim” göstəricisi olan 31 ədəd konvalyutda ümumilikdə 308 ədəd açıq mavi rəngli həbdə alprazolamın təsir maddəsinin miqdarı 0,308 qram olduğu müəyyən edildi. Alprazolam həbləri xarici görünüş əlamətlərinə və təsiredici maddənin miqdarına görə birbirilə eynilik təşkil edir. Üzərində “PDFrowth..somatropin” göstəricisi olan 4 ədəd qutuda, hər birində bir ədəd ampulda maye və şüşə flakonda toz maddənin tərkibində olan komponentlər narkotik, psixotrop, güclü təsir edən və zəhərli maddələrə aid deyildir. Ekspertiza tədqiqatından sonrakı qalıq metadon 475 ədəd, preqabalin kapsulu 70 ədəd və alprazolam həbi 298 ədəd təşkil edir. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 65 (altmış beş) manat təşkil edır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 275 nömrəli ambulator məcburinarkoloji tibbi yoxlama rəyindən görünür ki, Təqsirləndirilən şəxs stimulyatorların qəbulundan yaranan asılılıq sindromu (toksikomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan 23 iyul 2025-ci il tarixli 2391 nömrəli ambulator məhkəməpsixiatrik və psixoloji ekspertizasının rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs halhazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs barəsində aparılan istintaq hərəkətlərinin mahiyyətini dərk etmək, onlara uyğun istintaq hərəkətlərində iştirak etmək imkanına malikdir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh olunan cinayət əməlini törədərkən öz əməlinin hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan 17 may 2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokoldan və videogörüntülərdən müəyyən olunur ki, xx.xx.2025-ci il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar-Bəhrəmtəpə yolunun 46-cı kilometrliyində yerləşən Hacı Rüstəmli kənd löhvəsinin yaxınlığında əməliyyat videoçəkilişi aparılmaqla polis əməkdaşları tərəfindən saxlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21074” markalı, **-LB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sağ oturacağının ayaqaltı hissəsindən 1 ədəd qara rəngli kisə aşkar edilmişdir. Kisə açılıb baxıldıqda içərisində 10 ədəd bağlamada qurudulmuş marixuana, tiryək, narkotik vasitələrə bənzər kütlələr, həmçinin metadon, preqabalin, alprazolam həbləri aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 26 may 2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonu qara rəngli olmaqla “Samsung” markalı olması, telefonda «Azerfon» mobil operatoruna məxsus ***- ***-**-** və ***-***-**-** saylı nömrələri olması müəyyən edilmişdir. Telefonun «zənglər», «mesajlar», şəkillər, whatsapp və instagram proqramlarına baxış keçirilmişdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edə biləcək aşağıdakı məlumatlar aşkar edilmişdir. Mobil telefonun whatsapp proqramına baxış zamanı orada- Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrə ilə İran İslam Respublikasına məxsus olan “Baba” adlı şəxsin istifadəsində olan +98-***-***-**-** saylı mobil nömrə ilə whatsapp sosial şəbəkəsi vasitəsi ilə səsli və yazılı formada mesajlaşması müəyyən edilmişdir. Whatsapp sosial şəbəkəsindən götürülmüş səsli mesajlar aşağıdakı kimidir: Baba – mənim biraz başım qarışıb burda, sən çıx gəl Təqsirləndirilən şəxs – Yaxşı baba narahat olma, mən çıxdım uje gəlirəm. Baba – sağol qadan alım, çıx, allah işini rast gətirsin. Təqsirləndirilən şəxs- Baba orda uje hazırdı tema, ya hələ hazır olacaq Baba- İmişli rayonudu da sən yarım saat həmin yerə çatmağa qalmış mənə səs at, həmin vaxta hazır olacaq Təqsirləndirilən şəxs- mən götürən kimi dala qayıdacam, gələndə başqa yolla, gedəndə də başqa yolla gedecəyəm, tanıyıram həmin yerləri. Baba- sənə arxayınıq düş yola, bəs nə oldu sən iki saatdı keçib hələm çatmamısan. Təqsirləndirilən şəxs- yollar bütün radardı, ona görə yüksək sürətlə sürmək olmur, yolu azaltmışam birazdan çataram. Baba- yaxşı qadan alım göndərdiyim konuma çatanda mənə xəbər et. Təqsirləndirilən şəxs- İnşallah 40 dəqiqə, ya da 1 saat ərzində qeyd olunan konuma çatacam, çatım xəbər edəcəm atarsan. Baba- sənə yeni konum göndərdim, həmin konumla hərəkət et. Təqsirləndirilən şəxs - şəkli də göndər, demək olar ki, eyni məsafədi Baba- konuma çatdın de, küllü maldı, sən neçə dəqiqəyə çatarsan. Təqsirləndirilən şəxs- təxminən 20 dəqiqəyə çatıram. Baba- bağlamanı götürəndən sonra, şəklini çəkib mənə atarsan. Baba- asfaltdan 20 metr qıraqdadı qara rəngli bağlamadı. Təqsirləndirilən şəxs- hə götürdüm, salamatçılıqdı, qoy buradan aralanım, daha sonra şəklini göndərərəm. Baba- yaxşı narahat olma, qoy ayağının altına bir ədəd şəklini at mənə. Baxış zamanı telefonun şəkillər bölməsində yolun kənarında bir ədəd işıq dirəyinin şəkilinin və daha əvvəllər Baba adlı şəxsin Təqsirləndirilən şəxs whatsapp proqramına narkotik vasitələrin olduğu yerlər barədə şəkillər göndərməsi və narkotik vasitələrin şəkillərini göndərməsi müəyyən edilmişdir. İş materiallarında olan 17 may 2025-ci il tarixli «cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 18 may 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs olunmasının əvvəli 17 may 2025-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2010-cu il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə CM-nin 152.1-ci maddəsinə əsasən 02 il azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, xx.xx.2011-ci il tarixdə cərimə cəzası ilə azad edilmişdir. xx.xx.2012-ci il tarixli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-nin 180.2.1 və 180.2.4-cü maddələrinə əsasən 04 il azadlıqdan məhrum edilmiş, xx.xx.2015ci il tarixdə Nizami rayon Məhkəməsinin qərarı ilə 07 ay 22 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2016-ci il tarixdə şərti cəza başa çatmışdır. xx.xx.2016-ci il tarixdə Binəqədi rayon Məhkəməsinin hökmü ilə CM-nin 180.1-ci maddəsinə əsasən 01 il, 06 ay, 27 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. xx.xx.2020-ci il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən təqsirli bilinib, CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilib, cinayət işi üzrə icraata xitam verilib. xx.xx.2024-cü il tarixdə Abşeron rayon Məhkəməsinin hökmü ilə CM-nin 234.1-ci maddəsinə əsasən 01 il, 02 ay, 24 gün azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə Suraxanı rayon Məhkəməsinin qərarı ilə 04 ay 29 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2025-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. İş materiallarında olan «maddi sübut kimi tanınma haqqında» 01 aprel 2025-ci il tarixli qərarından görünür ki, ekspertizasında tədqiqatından sonra qalıq qalmış Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 7074,4 qram narkotik vasitə qurudulmuş marixuana, 3034,9 qram narkotik vasitə tiryək, 475 ədəd metadon həbləri, 70 ədəd preqebalin kapsulu və 298 ədəd alprazolam maddi sübut kimi tanınmış saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 12 avqust 2025-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərarla şəxsi axtarış və avtomobilə baxış keçirilməsinə dair videoçəkilişləri özündə əks etdirən bir ədəd DVD disk və Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Ultra” markalı mobil telefon maddi sübut kimi tanınmış, mobil telefon Biləsuvar RPŞ-nin saxlanma kamerasına təhvil verilmiş, bir ədəd DVD disk iş materiallarında saxlanılır. İş materiallarında olan 13 avqust 2025-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərarla Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitələrin, külli miqdarda psixotrop maddələri və külli miqdarda zərərli təsiredici maddələrin verən İİR-nın vətəndaşı “Baba” adlı şəxsin müəyyən edilməsindən ötrü hazırki cinayət işindən CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca cinayət işi ayrılmışdır. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onun tərəfindən törədilmişdir, bu cinayətlərə görə ona ittiham verildiyi CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində o, təqsirlidir və onun təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə düzgün ittiham verilmişdir. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, himayəsində 1 yetkinlik yaşına çatmayan uşağının olmasını məhkəmə yüngülləşdirici hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs hazırkı iş üzrə cinayəti Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. CM-in 65.2-ci maddəsinə əsasən “Residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz”. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-in 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəyinə görə Təqsirləndirilən şəxs toksikomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub – – Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 7074,4 qram narkotik vasitə qurudulmuş marixuana, 3034,9 qram narkotik vasitə tiryək, 475 ədəd metadon həbləri, 70 ədəd preqebalin kapsulu və 298 ədəd alprazolam həbi məhv edilməli, həmin şöbədə saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Samsung Ultra” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, iş materiallarına əlavə olunmuş şəxsi axtarış və avtomobilə baxış keçirilməsinə dair videoçəkilişləri özündə əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 255 (iki yüz əlli beş) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməli, cəzasının çəkilmə müddətinin əvvəli 17 may 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.3.2ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə ona 7 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası və CM-nin 240.3.2-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-in 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin olunmuş cəzalar qismən toplanılmaqla qəti olaraq ona 8 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 17 may 2025-ci ildən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi dövrdə toksikomaniyadan məcburi müalicə olunsun, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə 255 (iki yüz əlli beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış – Biləsuvar rayon polis şöbəsində saxlanılan ekspert təhqiqatından sonrakı qalıq- 7074,4 qram narkotik vasitə qurudulmuş marixuana, 3034,9 qram narkotik vasitə tiryək, 475 ədəd metadon həbləri, 70 ədəd preqebalin kapsulu və 298 ədəd alprazolam həbi məhv edilsin. - Şəxsi axtarış və avtomobilə baxış keçirilməsinə dair videoçəkilişləri özündə əks etdirən bir ədəd DVD disk cinayət təqibi üzrə icraat materiallarının saxlanılması müddəti ərzində işdə saxlanılsın. - Biləsuvar rayon polis şöbəsində saxlanılan bir ədəd “Samsung” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan məhkum Təqsirləndirilən şəxs hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Cavid Səfərli Hakimlər: Ayşən Vəliyeva Aqil Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-439/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-439/2025
16.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver