Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-44/2023 01.05.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X13, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, xx xxxxx 1992-ci il tarixdə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Şirvan şəhəri, Xəqani küçəsi, ev 556-da qeydiyyatda olmaqla ünvan 1 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1, 234.4.3, 32.5, 206.3.2, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə xx xxxxxx 1976-cı il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, Masallı rayonunun Təzə Alvadı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında faktiki yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə xx xxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 təmiz çəkiləri 0,065 qram, 0,293 qram, 0,327 qram, 0,423 qram, 0,290 qram, 0,309 qram, 0,334 qram olmaqla 7 ədəd bükümdə ümumilikdə külli miqdarda 2,041 qram narkotik vasitə heroini, ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qram, 0,532 qram, 0,087 qram, 0,081 qram, 0,098 qram, 0,038 qram, 0,165 qram, 0,595 qram, 0,448 qram, 0,143 qram olmaqla 10 ədəd bükümdə ümumilikdə külli miqdarda 2,276 qram psixotrop maddə metamfetamini satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyataxtarış tədbirləri nəticəsində 10 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində idarə etdiyi «Toyota prius» markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə qeyd olunan cinayət barədə xəbərsiz olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Timur» şadlıq sarayının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, şəxsi axtarış zamanı qeyd edilən narkotik vasitə və psixotrop maddələr iki ədəd siqaret qutusunda olmaqla əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə öz aralarında və İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxslə qaçaqmalçılıq yolu Azərbaycan Respublikasına gətiriləcək külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışına dair razılığa gələrək, qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq, digər şəxs tərəfindən İİR-nin ərazisində qanunsuz əldə edilib saxlanılıb, daşınaraq, 10 iyun 2022-ci il tarixdə İİR-dən Azərbaycan Respublikasına gələn, cinayətlər barədə xəbərsiz olan X2 idarə etdiyi DAF- 95FX markalı **-XR-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin qoşqusunun alt hissəsində müxtəlif yerlərdə sonuncunun xəbəri olmadan gizlədilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 235,779 qram, 185,575 qram, 263,503 qram olmaqla 3 ədəd bükümdə ümumilikdə külli miqdarda 684,857 qram narkotik vasitə heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 304,107 qram, 293,866 qram, 223,153 qram olmaqla 3 ədəd bükümdə ümumilikdə külli miqdarda 821,126 qram narkotik vasitə tiryək, təmiz çəkisi 810,0 qram olmaqla 1 ədəd bükümdə külli miqdarda psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən 4 ədəd konvalyutda külli miqdarda 40 ədəd narkotik vasitə metadon həblərinin qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən gizli Azərbaycan Respublikasına keçirilərək gətirilməsinə və satışının təşkil edilməsinə əvvəlcədən vəd verməklə razılığa gələrək köməklik etmişlər. Lakin Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyun 2022-ci il tarixdə saat 22:50 radələrində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən «Timur» şadlıq sarayının yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində saxlanılmaları səbəbindən öz iradələrindən asılı olmayan səbəblərdən həmin narkotik vasitə və psixtorop maddələri əldə edə bilməyərək cinayəti başa çatdıra bilməmiş, davam etdirilmiş tədbirlərlə 11 iyun 2022-ci il tarixdə saat 20:10 radələrində X2 idarə etdiyi DAF-95FX markalı **-XR-*** dövlət qeydiyyat nişanlı yük avtomobili Biləsuvar şəhəri, Q.Həsənova küçəsi ilə M.İbrahimov küçəsinin kəsişməsində yerləşən dairənin yaxınlığında saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, baxış keçirilərkən qeyd edilən narkotik vasitə və psixotrop maddələr avtomobilin qoşqusunun alt hissəsində gizlədildiyi yerlərdən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, digər təqsirləndirilən şəxslərlə bir ərazidə yaşayırlar. Hadisə günü Raminə onunla birlikdə gəzə-gəzə Masallı rayonuna, getməyi təklif etmişdir. Ramin isə öz növbəsində Əlinin onları rayona aparıb gətirə biləcəyini təklif etmiş, bu barədə razılaşmışlar. Əlini yaxşı tanımayıb, onunla Ramin vasitəsilə tanış olmuş, Ramin onunla yol yoldaşı kimi, Əli isə taksi sürücüsü kimi getmişdir. Lakin nə məqsədlə yola çıxması barədə onların məlumatı olmamışdır. 10 iyun 2022-ci ildə səhər-səhər birlikdə yola çıxmışlar. Yolu isə köhnə yolla gəzə-gəzə getmək məqsədilə gəlmişlər. Raminə isə bildirmiş ki, kəndinə dəyib qayıdacaqlar. Bir gün əvvəl isə 09 iyun 2022-ci ildə iranlı onunla telefonda danışaraq, bir paketdə 50 qram olmaqla “kakos” göndərəcəyini, həmin “kakosu” götürməyini təklif etmişdir. İranlı bildirmiş ki, “həmin narkotiki istəsən istifadə edərsən, istəməsən isə adamım var mən deyəndə ona verərsən”. Digər şəxslərlə Salyan rayonu ərazisində çatdıqda yolda maşını saxlayıb oturmuşlar. Həmin vaxt isə iranlı onunla yenidən telefon əlaqəsi saxlayaraq, demişdir ki, “dünən paketi gedib götürmədin, maşına paket qoymuşam xahiş edirəm onu götür”. Bundan sonra isə öz kəndinə gedib çıxası olmamış, bacısı oğlu qarşısına çıxmış, ona pul vermiş və yola salmışdır. Özü isə digər şəxslərlə birlikdə Biləsuvar rayonuna getmişdir. Biləsuvar rayonuna getməkdə məqsədi maşın gəlib keçsə, hər şey normal olsa, maşında olan narkotik vasitəni götürmək olmuşdur. Biləsuvar rayonunda çayxanada oturmuşlar, özü iranlı deyən maşının gəlməsini gözləmiş, lakin maşın gəlib çıxmamışdır. İranlı isə həmin tırın şəklini ona göndərmişdir. Bu zaman pulu qurtardığından iranlı ilə əlaqə saxlayaraq, ona pul göndərməsini xahiş etmişdir. İranlı isə başqa bir tanımadığı tır sürücüsü ilə ona 50 manat məbləğində pul göndərmişdir. O, isə həmin tır sürücüsü ilə görüşərək, pulu qəbul etmişdir. Çayxanada oturan zaman isə bacısı oğlu ilə görüşmək adı ilə Əliyə məxsus maşını götürüb təkcə X27 məntəqəsinə gedib, həmin narkotikin göndərildiyi tırın gəlib gəlmədiyinə baxmışdır. Bundan sonra isə yenə qayıdıb çayxanada oturub çay içməyə davam etmişlər. Həmin vaxt iranlının narkotik göndərdiyi maşın düz qarşısında gəlib dayanmışdır. Özü isə narkotiki götürüb-götürməməklə bağlı çoxlu düşünmüş, qərara gəlmişdir ki, tək deyil yanında uşaqlar var, həm də artıq saat gec olmuş, yanındakı uşaqlar da qayıtmaq istəmiş, narazılıq etmişlər, bu səbəbdən həmin maşından narkotiki götürməmişdir. Həm də malı ordan götürməyə qorxub çəkinmişdir. Çünki yanında camaatın uşaqların gətirmişdir. Bu səbəblərdən də geri qayıtmaq qərarına gəlmişdir. Yubandıqları üçün Əli narazılıq etdikdə isə ona Bakıya çatdıqda istifadəsi üçün iki qram heroin əldə edib verəcəyini bildirmiş, Əli isə onunla razılaşmışdır. Narkotiki götürməkdə məqsədi öz şəxsi istifadəsi üçün olmuşdur, lakin həmin narkotiklə bağlı iranlıya hər hansı məbləğdə pul ödəməmişdi, pulu sonradan iranlı ilə danışıb göndərməyi planlaşdırmışdır. İranlı isə narkotiki ya istifadə etmək üçün, yada deyəcəyi şəxslərlə çatdırmaq və ya deyəcəyi yerə qoymaq üçün ona göndərmişdir. Amma ona həmin narkotiki kiməsə çatdırmaq maraqlı olmamış, yalnız özü istifadə etmək məqsədilə götürmək istəmişdir. Lakin geriyə qayıdarkən polis əməkdaşları tərəfindən onlar saxlanılmış, üzərlərinə baxış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ona məxsus telefonda iranlı ilə danışıqlarını, şəkilləri görmüşlər. Bundan sonra polis əməkdaşları üstünə düşərək, danışmağını tələb etmişlər, o isə hər şeyi olduğu kimi danışıb etiraf etmişdir. Sonra həmin tırın yerini deməyini tələb etmişlər, özü maşının harada olduğunu bilmədiyini bildirmişdir. Bir gün sonra isə neynəyiblərsə həmin tırı tapıb gətirmişlər. Polis əməkdaşları tırı narkotiklə yükləyib, sürücüsün isə buraxmışlar. Problemə isə özü düşmüşdür. Himayəsində iki azyaşlı uşağı, anası var mümkün qədər köməklik göstərilməsini barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli biləməyərək göstərmişdir ki, təxminən 5- 6 ay bundan əvvəv Bakı şəhərində yaşadığı evdə olan zaman tanımadığı İİR-yə məxsus olan mobil nömrədən “Whatsapp” vasitəsi ilə mesaj gəldiyini görmüşdür. O mesaj yazan şəxsin kim olduğunu öyrənmək üçün həmin şəxsə cavab vermişdir. Söhbət əsnasında həmin şəxsin İİR vətəndaşı olduğunu öyrənmişdir. O, iranlıdan nömrəsini necə tapdığını soruşmuş, iranlı da ona nömrəni tanışı olan Azərbayacn Respublikası vətəndaşından aldığını bildirmişdir. Lakin həmin şəxsin kim olduğunu deməmişdir. Onlar bir qədər söhbət etdikdən sonra iranlı onunla iş görmək istədiyini bildirmişdir. O iranlıdan nə iş görmək istədiyini soruşduqda, iranlı ona Azərbaycan Respublikasına narkotik vasitə keçirtmək istədiyini, həmin narkotik vasitəni oradan götürüb onun deyəcəyi adama verməyi müqabilində ona 500 manat məbləğində pul verəcəyini bildirmişdir. O, isə tutulacağından qoxduğu üçün hər dəfəsində iranlının təklifini bir bahənə ilə rədd etmişdir. Lakin buna baxmayaraq iranlı israrla təklifini qəbul etməsini bildirirmişdir. xx.xx.2022-ci il tarixdə Bakı şəhərində yaşadığı evdə olan zaman həmin iranlı ona zəng edərək Biləsuvar rayonuna az miqdarda narkotik vasitə heroin və metadon keçirdəcəyini, həmin narkotik vasitəni oradan götürüb, onun deyəcəyi yerə atmağını, atandan sonra da narkotik vasitəni atdığı həmin yerin foto şəklini ona göndərməyini, qarşlığında isə ona 500 manat pul verəcəyini bildirmişdir. O iranlıdan həmin narkotik vasitəni necə keçirdəcəyini soruşduqda iranlı ona həmin narkotik vasitələri X11 Azərbaycan Respublikasına keçən yük avtomobilərindən birinin ön tərəfində bir yerdə gizlədəcəyini bildirmişdir. O, həmin narkotik vasitəni avtomobildən necə götürəcəyini sorumuş, iranlı da Biləsuvar rayonu ərazisində gömrük yolu üzərində yolda bir yerdə dayanmağını həmin avtomobil gördükdən sonra onunla əlaqə saxlamağını və həmin narkotik vasitəni necə götürəcəyini ona izah edəcəyini bildirmişdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün o, məcbur qalıb iranlı ilə razılaşmışdır. Bundan sonra onunla eyni qəsəbədə yaşayan və taksi fəaliyyəti ilə məşğul olan Əliyə zəng edərək onunla görüşmək istədiyini bildirmişdir. Daha sonra isə qəsəbədə bir yerdə görüşmüşdülər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 qəsəbə sakini olan və onun da münasibətinin olduğu Təqsirləndirilən şəxs3 ilə birlikdə gəldiyini görmüşdür. Söhbət zamanı o, Əliyə iranlının Biləsuvar rayonuna narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni Biləsuvar rayonundan götürüb başqa bir yerə aparmaq lazım olduğunu və iranlının bunun qarşılığında ona 500 manat pul verəcəyini bildirib onunla birlikdə gedibgetməyəcəyini soruşmuşdur. Əli də ona 75 manat krediti olduğunu, həmin krediti bağlamağı və götürəcəyi narkotik vasitədən 1-2 qram ona verməyi təqdirdə gedə biləcəyini lakin avtomobilində yanacaq olmadığını bildirmişdir. O da Əli razılaşıb təklifini qəbul etmişdir. İranlının verəcəyi 500 manatdan onun 75 manat olan kreditini ödəyəcəyini və həmin narkotik vasitədən də 1-2 qram verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Təqsirləndirilən şəxs1 məxsus olan “Toyata Prius” markalı avtomobillə Biləsuvar rayonuna doğru yola düşmüşdülər. Saat təxminən 20 radələrində Biləsuvar rayonuna çatmışdılar. O, bir neçə dəfə Biləsuvar rayonunda olduğu üçün Biləsuvar rayon gömrüyünün harada olduğunu bilirmiş. Əliyə avtomobili Biləsuvar rayon gömrüyünə sürməsini bildirmişdir. Onlar Gömrüyə çatdıqda Əliyə avtomobili gömrük məntəqəsindən çıxan avtomobilləri görəcək şəkildə, avtomobilin ön tərəfi gömrük istiqamətində olmaqla, gömrük parkının yaxınlığında yolda saxlamasını bildirmişdir. Əli də avtomobili o, deyən yerdə saxlamışdır. Bundan sonra isə o, iranlıya zəng edərək Biləsuvar rayon gömrüyünə məxsus parkın yaxınlığında olduğunu bildirmişdir. İranlı da ona narkotik vasətini gizlətdiyi avtomobilin fotoşəklini çəkib atacağını və avtomobil keçən zaman da ona zəng edib məlumat verəcəyini bildirmişdir. Təxminən 5 dəqiqə sonra iranlı Whatsapp vasitəsi ilə həmin avtomobilin fotoşəkilini çəkib ona atmışdır. Lakin o, həmin yerdə 2 saat gözləməyinə baxmayaraq iranlının dediyi avtomobil gəlməmişdir. O, bir neçə dəfə iranlı ilə danışıb fotoşəkilini atdığı avtomobilin gəlmədiyini bildirmişdir. İranlı isə ona orada gözləməyini bildirmişdir. O isə orada gözləməyərək geri qayıtmışdır. Geri qayıdan zaman zaman polis əməkdaşları onları saxlayıb Biləsuvar RPŞnə gətirmişdirlər. RPŞ-də üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, Biləsuvar rayonuna iranlının ona göndərdiyi narkotik vasitəni götürmək üçün gəldiyini, lakin narkotik vasitənin daşıyan yük avtomobilini tapa bilmədiyini bildirmişdir. Bundan başqa o, ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs3 və Əli Bayarmovun onun Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün gəldiyi barədə əvvəlcədən məlumatlarının olduğunu, götürəcəyi narkotik vasitənin 1-2 qramını Təqsirləndirilən şəxs1 verəcəyini, eyni zamanda da iranlın ona verəcəyi 500 manat puldan da 75 manat Təqsirləndirilən şəxs1 kreditini bağlayacağını, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş 17 ədəd bükümdə olan narkotik vasitdən və psixotrop maddədən məlumatının olmadığını, iranlı ona narkotik vasitəni yük avtomobilinin sürücüsündən xəbərsiz olaraq göndərdiyini, Təqsirləndirilən şəxs3 uzun müddətdir ki, tanıdığını, dəfələrlə bir yerdə narkotik vasitə istifadə etdiklərini, xx.xx.2022-ci il tarixdə Biləsuvar rayonuna gəlməmişdən əvvəl Ramin və Əli ilə bir yerdə Bakı şəhərində görüşüb söhbət etdiklərini, həmin şəxslərə Biləsuvar rayonuna iranlının ona göndərəcəyi narkotik vasitəni götürmək üçün gedəcəyi barədə məlumat verdiyini, Raminin də ondan götürəcəyi həmin narkotik vasitədən 5-6 qram ona verməyəni, onun da Raminə narkotik vasitəni götürəcəyi təqdirdə vəziyyətə baxacağını və 1-2 qram verə biləcəyini bildirdiyini, Ramin də onunla razılaşdığını bildirmişdir. O, Raminə narkotik vasitədən vəd etməməyi ilə bağlı əvvəlki ifadə göstərdiyi xüsusatın həqiqəti əks etdirmədiyini, Ramin onunla qonşulquda yaşaması, iki azyaşlı övladının olması və həmin məzmunda ifadə verdikdə Raminin azadlığa çıxacağını fikirləşdiyini və ona görə də həmin məzmunda ifadə verdiyini bildirmişdir. Lakin Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1la aralarında əvvəlcədən Bakı şəhərində narkotik vasitənin Biləsuvar rayonu ərazisindən götürmək üçün razılaşma olduğunu və razılaşdıqdan sonra sonra Biləsuvar rayonuna gəldiklərini, iranlı ilə danışan zaman Ramin və Əli də onun yanında olduğunu, bütün söhbətləri eşitdiklərini və X1rşısında təxminən 2 saat narkotik vasitəni gətirəcək həmin yük avtomobilini gözlədiklərini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, ifadələrini oxumadan, müstəntiq tərəfindən aldadılaraq imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 32.5, 206.3.2, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, özü taksi fəaliyyəti ilə məşğul olur. Vahidi tanımayıb, Raminlə isə eyni binada yaşayıb, onu tanıyır, Raminlə birlikdə narkotik vasitə istifadə etmişdir. Vahid Raminlə əlaqə saxlayıb, ona Masallıya gedib-gəlmək üçün maşın lazım olduğunu bildirmişdir. Ramin bu barədə ona dedikdə isə, 75 manat qarşılığında Masallıya gedib-gələ biləcəyini demişdir. Daha sonra birlikdə Vahidlə görüşüb, onun özü ilə danışıb qiyməti demiş və razılaşmışlar. Bundan sonra birlikdə çöl yolu ilə yola düşmüşlər. Yola çıxarkən günortaya yaxın olmuş, saat təxminən 12-dən sonra olmuşdur. Yolda olarkən Vahid bildirmişdir ki, “Biləsuvar rayonuna gedək, orada tanışım var, pul götürəcəm”. Bu səbəbdən birlikdə Biləsuvar rayonuna getmişlər. Orada yol kənarında bir kafedə maşını saxlayıb, çörək yemişlər. Həmin yerdə xeyli yubanmışlar. Vahidin isə görüşəcəyi adam ora gəlib çıxmamışdır. Həmin vaxt Vahid gedib bacısı oğluna pul vermiş, daha sonra kimdənsə gedib 50 manat pul götürmüşdür. Artıq gec olduğunu gördükdə narazılıq etmiş, Bakıya geri qayıtmalı olduğunu bildirmişdir. Orada aralarında söbhət olmuşdur. Həmin vaxt Vahid demişdir ki, “onsuz narkotikdən istifadə edirsən, yubandığımız üçün Bakıdan iki qram narkotik götürüb sənə verəcəm”, özüdə Vahidlə razılaşmışdır. Lakin görmüş ki, Vahid maşın gözləyir, nəsə axtarır, qıraqlarda telefonla danışır, ondan bir dəfə də maşını götürüb gedib-gəlib, bütün bunlardan narahat olmuş, şübhələr yaranmışdır. Demişdir ki, Bakıya geri qayıdır. Vahidi tanımadığından narazılığını Raminə demiş, Ramin isə bu barədə Vahidə demiş, Vahid və Ramində onunla razılaşıb, birlikdə Bakıya yola düşmüşlər. Geri qayıdarkən siqaretləri qurtardığından yol kənarında bir yerdən siqaret almaq məqsədilə maşını saxlamış, Ramin maşından düşmüşdür. Lakin həmin yerdə mağaza olmadığından Ramin maşına geri qayıtmışdır. Ramin maşına oturanda polis əməkdaşları maşınla gəlib onların yanında saxlamışlar, özü maşından yerə düşmüşdür. Bu zaman polislər Vahidi maşından düşürmüş, digər polis əməkdaşı da Ramini maşından düşürmüşdür. Orada Vahidin telefonuna baxış keçirilmişdir. Telefona baxış zamanı hər şey məlum olmuş, onları birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində tır görmədiyini, iranlı ilə danışmadığını, Vahidi isə tanımadığını bildirmişdir. Şöbədə üzərinə axtarış keçirilərkən üzərindən heçnə aşkar edilməmişdir. Lakin bir büküm heroin, bir siqaret falqasına bükülü də metamfetamini Bakı şəhərində öz istifadəsi üçün əldə etmiş, yola çıxdığına görə də üzərində götürmüşdür. Həmin maddələr siqaret qutusunun içərisində olmuş, polis əməkdaşları tərəfindən saxlanılarkən isə hava qaranlıq olduğundan yerə atmışdır. Şöbədə isə onları bir-birindən ayırıb, Vahidi yenidən saxlanıldıqları yerə aparmışlar, həmin vaxt da yerə atdığı siqaret qutusun oradan polis əməkdaşları tapıb özləri ilə şöbəyə gətirmişlər. Şöbədə polis əməkdaşları siqaret qutusun stolun üstünə qoyub, kimə məxsus olduğunu soruşmuşlar. O isə narkotiklərin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Həmin bükümləri əldə edərkən bir bükümdə heroin təxminən 3 qrama yaxın olmuş, metamfetamin isə yarım qram olmuşdur. İki dəfə videoçəkilişlə axtarış keçirilmiş, ikinci çəkilişdə isə ona məxsus narkotiklər bükümlər halına salınmışdır. Aşkar olunmuş heroindən isə bir dəfə istifadə etmiş, metamfetaminin isə çəkisi o qədər olmamışdır. Üzərində olan heroin və metamfetamindən nə Raminin, nə də ki Vahidin xəbəri olmamışdır. Həmin narkotikləri yola çıxmamışdan bir gün əvvəl əldə etmiş, yola çıxdıqları gündə Raminlə birlikdə heroindən istifadə etmişlər. Vahidi Ramin vasitəsilə tanımış, taksi kimi yol pulunu Raminə demiş, sonra Vahidlə danışmışdır. Yola çıxmaqda məqsədi taksi kimi onları gətirib-aparmaq olmuşdur. Vahidin iranlı ilə danışıqlarından məlumatı olmamış, Vahidlə Biləsuvar gömrüyünə getməmiş, yalnız yol kənarında kafedə oturub gözləmişdir, tır barəsində isə heç bir məlumatı olmamışdır. Barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, 1 aydır ki, narkotik vasitə istifadə edir. Təxminən 1 ay bundan əvvəl Bakı şəhər sakini olan Dilbər adı ilə tanıdığı şəxslə sosial şəbəkə vasitəsi ilə tanış olmuşdur. Onunla həmin şəxs arasında münasibət yaranmışdır. Onlar bir müddət danışdıqdan sonra Dilbər adlı şəxs ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuşdur. O da həmin şəxsə narkotik vasitə istifadə etdiyini bildirmişdir. Dilbər adlı həmin şəxs də lazım olarsa onun üçün narkotik vasitə təşkil edə biləcəyini bildirmişdir. O da istifadəsi üçün narkotik vasitə lazım olduğunu bildirmişdir. Dilbər adlı şəxs ondan hansı narkotik vasitədən istədiyini soruşduqda, o, heroin və metamfetamin lazım olduğunu bildirmişdir. Dilbər adlı şəxs də narkotik vasitənin qramını 25 manata satdığını bildirmişdir. Ona da narkotik vasitə lazım olduğu üçün həmin şəxslə razılaşmışdır. Dilbər adlı şəxs ona göndərəcəyi plastik karta 115 manat pul atmağını, pul götürdükdən sonra ona narkotik vasitə göndərəcəyini bildirmişdir. O, Dilbər adı ilə şəxsdən narkotik vasitəni necə götürəcəyini soruşduqda, pulu karta köçürdükdən sonra həmin qəbzin fotoşəkilini çəkib ona atmağını, bundan sonra narkotik vasitənin yerini deyəcəyini bildirmişdir. O da xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu İcra Hakimiyyətinin yaxınlığında yerləşən “Susadım” marketdə olan post terminal vasitəsi ilə ona fotoşəkili göndərilən plastik karta 115 manat pul köçürmüşdür. Daha sonra isə qəbzini fotoşəkilini çəkib “Whatsapp” vasitəsi ilə Dilbər adlı həmin şəxs atmışdır. Dilbər adlı şəxs “Whatsapp” vasitəsi ilə ona zəng edib Bakı şəhəri, Nizami rayonu, Xalqlar dostluğu ərazisində yerləşən “Siyaqut” şadlıq evinin yaxınlığına gəlməyini narkotik vasitəni də həmin yerə atacağını bildirmişdir. O da bundan sona həmin ünavan gedib, “Whatsapp” vasitəsilə həmin şəxsə mesaj yazaraq dediyi yerdə olduğunu bildirmişdir. Dilbər adlı şəxs də ona Whatsapp” vasitəsilə narkotik vasitənin olduğu yerin fotoşəkilini çəkib atmış, narkotik vasitənin həmin yerdə nar ağacının altında siqaret qutusunun içərisində olduğunu bildirmişdir. O deyilən yerə gedib orada siqaret qutusunun olduğu görmüşdür. Qutunun içərisinə baxan zaman isə içərisində 17 ədəd şəffaf sellofan büküm olduğunu müəyyən etmişdir. Həmin bükülülərə baxdıqda 7 bükülün içərisində heroin, 10 bükümün içərisində isə metamfetamin olduğu görmüşdür. O, bundan sonra yaşadığı qəsəbəyə gedib götürdüyü bükümlərdən birini açıb bir hissəsini istifadə etmişdir. Həmin vaxtı da Ramin ona zəng edərək Vahid adlı tanışın Biləsuvar rayonuna getmək istədiyini bildirmişdir. O da Raminə problem olmadığını və gedə biləcəyini bildirmişdir. Bundan sonra isə onlar zəngləşib qəsəbədə bir yerdə görüşmüşdülər. Söhbət zamanı Vahid onlara iranlı tanışı onun üçün Biləsuvar rayonu ərazisinə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni ordan götürmək lazım olduğunu bildirmişdir. O da Vahidə Biləsuvar rayonuna getmək üçün avtomobilində yanacaq olmadığını, bundan başqa avtomobilinin 75 manat krediti olduğunu həmin krediti bağlamaq və götürəcəyi narkotik vasitədən çəkmək üçün ona 1-2 qram verəcəyi təqdirdə onunla razılaşacağını bildirmişdir. Vahid də ona heç bir problem olmadığını demişdir. Onlar razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində ona məxsus olan “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Biləsuvar rayonuna doğru yola düşmüşdülər. Yolda olan zaman bir neçə dəfə Vahid iranlı ilə mobil telefon vasitəsi ilə danışmışdır. Lakin avtomobildə ön sərnişin oturacağında əyləşdiyi üçün onun dəqiq nə danışdığını eşitməmişdir. Vahid isə arxa oturacaqda əyləşmişdir. Biləsuvar rayonuna çatdıqdan sonra Vahidin göstərişi ilə o, avtomobili Biləsuvar rayon Gömrük Keçid məntəqəsinə yaxın bir yerdə yol kənarında saxlamışdır. Bundan sonra Vahid “Whatsapp” vasitəsi ilə iranlıya zəng edib Biləsuvar rayon Gömrük keçid məntəqəsinin yaxınlığında olduğunu bildirmişdir. Həmin vaxtıda Vahid telefonunda olan, lakin hal-hazırda dövlət qeydiyyat nömrə nişanını xatırladığı avtomobilin fotoşəkilini Raminə göstərib, iranlının narkotik vasitəni həmin avtomobillə göndərəcəyini və həmin avtomobili gördükdə ona məlumat verməyini bildirmişdir. Lakin onlar 2 saata yaxın orada gözləsələr də Vahidin gözlədiyi həmin avtomobil gəlməmişdir. Bundan sonra o, nəsə narahat olduğunu deyib Bakı şəhərinə qayıtmaq istədiyini bildirmişdir. Vahid də məcbur qalıb onunla razılaşmışdır. Geri qayıdan zaman da polis əməkdaşları onları saxlayıb Biləsuvar RPŞ-nə gətirmişdilər. RPŞ-də vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və ona məxsus olan avtomobilə baxış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan iki ədəd siqaret qutusunun içərisindən 7 bükümdə narkotik vasitə heroin, 10 bükümdə isə metamfetamin aşkar olunaraq götürülmüşdür. Lakin ona məxsus olan avtomobildən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan başqa o, ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs3 və onun Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün gəldiyi barədə məlumatlarının olduğunu, Vahid Ağağyev götürəcəyi narkotik vasitənin 1,2 qramını ona verəcəyini, 75 manat olan kreditini bağlayacağını, Təqsirləndirilən şəxs2 Raminə narkotik vasitə verib-verməyəcəyindən məlumatının olmadığını, həmin narkotik vasitələri və psixotrop maddələri şəxsi istifadəsi üçün üzərində daşıdığını, şatış məqsədi olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı müstəntiq tərəfindən heç bir təzyiq və təsirlərə məruz qalmadığını, lakin müstəntiqə elə ifadə vermədiyini, ifadələrini oxumadan narkotik ağrısı altında olarkən imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, 09 iyun 2022-ci ildə axşamüstü Vahidlə görüşmüşdür. Söhbət zamanı Vahid demişdir ki, Masallıya getməyə taksi lazımdı, qıraq adamla getmək alınmır, yolda bunun lomkası var, narkotik istifadə etməyə görə tanış adamla getmək lazımdır. Ondan Əli ilə söhbət edib, onu Masallıya apara biləcəyini dəqiqləşdirməyi xahiş etmiş, çünki Əli və Vahid bir-birilərini uzaqdan tanıyırmış. Vahid həmçinin demişdir ki, ürəyin istəyir sən də gəl. Səhəri tezdən Əli ilə əlaqə saxlamış, Əliyə ağrıdığını bildirmiş, blokun qabağına gəlib birlikdə narkotik istifadə etməyi təklif etmişdir. Əli gəlmiş, birlikdə narkotik qəbul edib söhbətləşmişlər. Söhbət əsnasında Əliyə Masallıya gedib-gələ biləcəyini, Vahidin maşınının ustada olduğunu, ona taksi lazım olduğunu bildirmişdir. Əli isə ondan özünün də gedəcəyini soruşmuş və səhər olduğunu, günorta bir söz deyəcəyini bildirmişdir. Günorta isə üçü bir yerdə görüşüb söhbət etmişlər. Vahid Əliyə demişdir ki, 75 manat pul, əlavə olaraq da yol xərclərini ödəyəcəkdir. Onlar bu barədə razılaşmışlar. Əli isə demişdir ki, bir saat sonra hazır olun, yola çıxacayıq. Saat 15:00- 16:00 arası birlikdə görüşüb, yola çıxmışlar. Vahid Bakıdan çıxanda isə Əliyə Salyan yolu ilə sürməyi tapşırmış, yolda kiminləsə görüşüb pul götürməli olduğunu demişdir. Əli bu zaman narazılıq edib 75 manat pulun ona sərf eləmədiyini dedikdə, Vahid yoluna qoyacağını bildirmişdir. Yolda isə X28 getməli olduğu bildirmiş, birlikdə Biləsuvar rayonuna gəlmişlər. Biləsuvarda yol kənarı kafelərdən birində oturmuşlar, xeyli vaxt keçmiş, Vahid bu vaxt ərzində isə gah demiş ki, “bacım oğlu gəlir”, gah da demişdir ki, “maşın gəlir.” Birlikdə vaxt öldürmüşlər, maşında oturub mal çəkmişlər. Kafedə oturan zaman isə Vahidin telefonuna zəng gəlmiş, telefon stolun üstündə qalmış, Vahid isə kafedən çöldə maşında olmuşdur həmin vaxt. Bu zaman fikirləşmiş ki, telefonu götürüb Vahidin özünə versin, vaxt getməsin. Görmüş ki, zəng xarici nömrədəndir, maraqlı gəlmiş, zəngə özü cavab vermiş, danışan isə iran ləhcəsi ilə bir şəxs olmuşdur. Əli demişdir ki, o danışan iranlıdısa onda Vahid bura mal götürməyə gəlib, mənə də 2 qram mal verməyi söz verib. Bundan sonra maşına tərəf getmiş, görmüş ki, Vahid maşında oturub. Vahidə demişdir ki, nə üçün bura gəlmisən, mal götürməyə gəlmisənsə bizə də de, sənə iranlı zəng edir. Vahid isə bildirmiş ki, “Əliyə əlavə yol sürdüyünə görə Bakıya çatanda 2 qram mal tapıb verməyi söz vermişəm, iranlı isə mənim tanışımdır”. Özü də Vahiddən Bakıya gedəndə ona mal verməyi xahiş etmiş, Vahid isə demişdir ki, “məndə mal var?”. Görmüş ki, Vahid ona mal vermək istəmir, yola verir. Daha sonra Vahidə Əlinində narazılıq etdiyini, vaxtlarının çox getdiyini, geriyə qayıtmaq istədiklərini demişdir. Vahid isə bildirmiş ki, “onda məndə sizinlə qayıdıram”. Oturub yola düşmüşlər, yolda Vahiddən 5 manat pul götürüb, yol kənarından siqaret almaq istəmişdir. Əli maşını kənarda saxlamış, özü isə maşından düşüb yolu keçmək istəmişdir. Həmin vaxt onun yanında qara rəngli maşın saxlamış, hara getdiyini soruşmuş, cavabında siqaret almağa getdiyini bildirmişdir. Həmin maşın sürüb getmiş, o isə yolu keçmişdir. Lakin görmüş ki, orada mağaza yoxdur, bu səbəbdən də geriyə maşına qayıtmışdır. Maşına tərəf qayıdan da isə görmüş ki, az əvvəl onun yanında saxlayan qara rəngli maşın Əlinin maşının yanında dayanıb, Əli isə maşından düşüb yerdədir. Yaxınlaşıb maşının qapısın açıb maşında əyləşmişdir. Maşına oturanda görmüş ki, qara rəngli maşınla gələn adamın əlində Vahidin telefonu var. Həmin şəxs demişdir ki, “xəbəriniz var sizə İrandan mal gəlir, bizə o sürcü lazımdı”. Özü isə bildirmiş ki, bu işdə nəsə anlaşılmazlıq var. Bundan sonra onları polis şöbəsinə aparmışlar. Onu ayrı otaqda saxlamışlar, polis əməkdaşlarına isə heçnədən xəbərinin olmadığını bildirmişdir. Daha sonra siqaret qutularını gətirmişlər, içərisində narkotik bükümləri olmuşdur. Bu barədə soruşunda isə demişdir ki, ondan bir büküm götürsün boynuna, polislər isə demişlər ki, “ya hamısı sənindi, yada kimindisə de”. Sonradan məlum olmuşki həmin narkotiklər Əliyə məxsusdur. Polislərə bu işdən xəbərinin olmadığını orada bildirmiş. Müstəntiqə də onunla bağlı nə dəlili olduğunu soruşduqda, demişdir ki, Vahid deyir xəbərin var. Özünü Vahidlə üzləşdirməyi tələb etmiş, lakin üzləşdirilməmişdir. Aşkar edilmiş narkotiklərdən məlumatı olmamış, onun bu işə heç bir aidiyyəti yoxdur. Özü narkotik vasitə götürməmiş, vasitəçi olmamış, Vahidin telefonundan çıxan smslərə görə həbs olunub, bunu Vahid də təsdiq edir, barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilməyərək göstərmişdir ki, təxminən 1 ildir ki, narkotik vasitə istifadə edir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun müddətdir ki, tanıyr. Hər iksinin də narkotik vasitə istifadə etdiyini bilir. Belə ki, həmin şəxslərlə bir neçə dəfə bir yerdə narkotik vasitə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs2 mobil telefon vasitəsi ilə ona zəng edərək Biləsuvar rayonuna getmək üçün taksi lazım olduğunu bildirmişdir. O, isə taksi ilə danışıb məlumat verəcəyini demişdir. Bundan sonra isə o, taksi fəaliyyəti ilə məşğul olan tanışı Təqsirləndirilən şəxs1 zəng edib tanışı Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna getmək istədiyini və taksi lazım olduğunu bildirmişdir. Əli də heç bir problem olmadığını və gedə biləcəyini bildirmişdir. Bundan sonra onlar zəngləşib, qəsəbədə bir yerdə görüşmüşdülər. Söhbət zamanı da Təqsirləndirilən şəxs2 iranlı tanışının Biləsuvar rayonuna tır vasitəsi ilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni gedib oradan götürmək lazım olduğunu bildirmişdir. Həmin vaxtı da Təqsirləndirilən şəxs1 Vahidə 75 manat kreditinin olduğunun, həmin krediti bağlayacağı və götürəcəyi narkotik vasitdən də 1,2 qram ona verəcəyi təqdirdə gedə biləcəyini bildirmiş, Vahid də Əli ilə razılaşmışdır. Əli eyni zamanda Vahidə Biləsuvar rayonuna getmək üçün avtomobildə yanacaq olmadığını bildirmişdir. Vahidə avtomobilə yancaq vuracağını demişdir. Həmin vaxtı o, Vahidə götürəcəyi narkotik vasitdən ona da verməsini istəmişdir. Vahid isə buna sonra baxacağını bildirmişdir. Lakin ona heç nə vəd etməmiş, o da Vahidin narkotik vasitə vermək istəmədiyini görüb, lazım olmadığını bildirmişdir. Onlar razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində Əliyə məxsus olan “Toyota Prius” markalı avtomobillə Biləsuvar rayonuna doğru yol düşmüşdülər. Yolda olan zaman Vahid bir neçə dəfə iranlı ilə mobil telefon vasitəsi ilə danışmışdır. Lakin avtomobildə ön sərnişin oturacağında əyləşdiyi üçün onun dəqiq nə danışdığını eşitməmişdir. Vahid isə arxa oturacaqda əyləşmişdir. Onlar saat təxminən 20 radələrində Biləsuvar rayonuna çatmışdılar. Biləsuvar rayonuna çatdıqdan sonra Vahidin göstərişi ilə Əli avtomobili Biləsuvar rayon Gömrük Keçid məntəqəsininə yaxın bir yerdə yol kənarında saxlamışdır. Bundan sonra Vahid “Whatsapp” vasitəsi ilə iranlıya zəng edib Biləsuvar rayon Gömrük keçid məntəqəsinin yaxınlığında olduğunu bildirmişdir. Həmin vaxtıda Vahid telefonunda olan, lakin hal-hazırda dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobilin fotoşəkilini ona göstərib, iranlının narkotik vasitəni həmin avtomobillə göndərəcəyini və həmin avtomobili gördükdə ona məlumat verməyini bildirmişdir. Lakin onlar 2 saata yaxın orada gözləsələr də Vahidin gözlədiyi həmin avtomobil gəlməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 nəsə problem olacağını deyib Bakı şəhərinə qayıtmaq istədiyini bildirmişdir. Vahid də məcbur qalıb Əli ilə razılaşmışdır. Geri qayıdan zaman da polis əməkdaşları onları saxlayıb Biləsuvar RPŞ-nə gətirmişdirlər. RPŞ-də vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış və Təqsirləndirilən şəxs1 məxsus olan avtomobilə baxış keçirilmişdir. Lakin üzərindən və Təqsirləndirilən şəxs1 məxsus olan avtomobildən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan başqa o, ifadəsinə əlavə olaraq Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna narkotik vasitə götürmək üçün gəldiyi barədə məlumatlarının olduğunu, Vahiddən götürəcəyi narkotik vasitdən ona verməyi barədə xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı heç bir təzyiq və təsirlərə məruz qalmadığını, lakin həmin ifadələrini təsdiq etmədiyini, müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, orada da məhkəmədə olduğunu kimi danışdığını, lakin nəyə imza etdiyini bilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 10 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daha sonra daxil olmuş məlumat əsasında onların üç nəfər olması barədə bildirilmişdir. Daxil olmuş əməliyyat məlumatı rəhbərliyə tərəfindən məruzə edilmiş, daha sonra müvafiq icazə alınmış, həmin tarixdə də əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 10 iyun 2022-ci il tarixdə saat 22:40 dəqiqədə Təqsirləndirilən şəxs1 içərisində olduğu ehtimal olunan “Toyota Prius” markalı avtomobil Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Sürücü” kafesinin yaxınlığında tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 10 dəqiqə sonra qeyd olunan avtomobil Biləsuvar şəhəri, M.İbrahimov küçəsində yerləşən “Timur” şadlıq evinin yaxınlığında yolun sol kənarında dayanmışdır. Bundan sonra onlar qeyd olunan avtomobilə yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs1 və avtomobildə Əli ilə birlikdə olan və sonradan adlarının Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 olduğunu bildikləri şəxslərə təqdim edib, həmin şəxsləri Biləsuvar RPŞ-nə gətirmişdilər. RPŞ-nin xidməti otaqlarının birində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, onlara müdafiəçilər dəvət edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə müfadiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sağ yan cibindən iki ədəd siqaret qutusu çıxardıb, həmin siqaret qutuların içərisində narkotik vasitə və psixotrop maddə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən təqdim olunmuş siqaret qutuları açılıb baxıldıqda, içərilərində psixotrop maddə metamfetaminə bənzər maddə, narkotik vasitə heroinə bənzər maddə ümumilikdə 17 ədəd büküm aşkar olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində olan zaman tanımadığı şəxsdən aldığını bildirmişdir. Daha sonra isə müdafiəçilərin iştirakı ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ayrı-ayrılıqda üzərlərinə videoçəkiliş aparılmaqla şəxsi axtarışlar keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 üzərlərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Soğru zamanı Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna gəlməkdəki məqsədlərinin İran İslam Respublikası vətəndaşının İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən yük avtomobili vasitəsi ilə göndərəcəyi narkotik vasitəni götürmək olduğunu, lakin tutulduqları üçün həmin narkotik vasitəni götürə bilmədiklərini bildirmişdir. Son olaraq Təqsirləndirilən şəxs1 tərəfindən idarə olunan “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmişdir. Lakin baxış zamanı avtomobildən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan başqa 11 iyun 2022-ci il tarixdə X2 idarə etdiyi yük avtomobildə narkotik vasitələrin olması və Biləsuvar rayonu ərazisində olması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı əsasında X2 cinayət əməllərinin ifşa edilməsi məqsədi ilə həmin tarixdə əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərara uyğun olaraq həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 11 iyun 2022-ci il tarixdə saat 20:10 dəqiqədə X2 içərisində olduğu ehtimal olunan “DAF 95 XF” markalı **- XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil Biləsuvar şəhəri, M.İbrahimov küçəsində tərəflərindən əməliyyat müşahidəsinə götürülmüşdür. Təxminən 5 dəqiqə sonra qeyd olunan avtomobillə Biləsuvar şəhəri, M.İbrahimov küçəsi ilə Q.Həsənova küçəsinin kəsişməsində yerləşən dairənin yaxınlığında YPX-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra onlar qeyd olunan avtomobilə yaxınlaşıb özlərini X5 təqdim edib, onu həmin şəxsi idarə etdiyi avtomobil ilə birlikdə Biləsuvar RPŞ-nə gətirmişdilər. Həmin andan RPŞ-nin xidməti otaqlarının birində X4 müvafiq qaydada hüquq və vəzifələri izah edilmiş, o cümlədən, vəkil dəvət edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə və videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Lakin şəxsi axtarış zamanı Rufəli Abdullayevin üzərindən narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Daha sonra isə Təqsirləndirilən şəxs2, X2, müdafiəçilər və polis əməkdaşlarının iştirakı ilə Rufəli Abdullayevin idarə etdiyi “DAF 95 XF” markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı X3 və Təqsirləndirilən şəxs2 “DAF 95 XF” markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməkləri təklif olunmuşdur. X9 avtomobildə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də, digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 adını bilmədiyi İran İslam Respublikası vətəndaşının baxış keçirlən “DAF 95XF” markalı **-XR-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Biləsuvar rayona narkotik vasitə göndərdiyini,xx.xx.2022-ci il tarixdə özünün də Biləsuvar rayonuna həmin narkotik vasitəni götürmək üçün gəldiyini, lakin qeyd olunan avtomobili tapa bilmədiyindən, qeyd olunan narkotik vasitəni götürə bilmədiyini və geri qayıdan zaman polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Avtomobildə aparılan axtarış zamanı avtomobilin qoşqu hissəsinin altında olan müxtəlif yerlərdən narkotik vasitə heroinə bənzər maddə, psixotrop maddə metamfetaminə bənzər maddə, narkotik vasitə tiryəkə bənzər maddə, 4 ədəd konvolyutda narkotik vasitə metadona bənzər maddələr aşkar olunmuşdur. Yuxarıda adları qeyd olunan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr elektron tərizidə çəkildikdən sonra qablaşdırılaraq götürülmüşdür. Vahid isə bildirmişdir ki, həmin maddələri ya olduğu rayon ərazisində, yada deyəcəkləri yerə atıb onlara konum göndərəcəkmiş. Əli isə aşkar edilmiş maddələri Bakıda tanımadığı şəxsdən aldığını, taksi kimi işlədiyindən kim isə istəyəndə verəcəyini bildirmişdir. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Biləsuvar RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid2 tərəfindən həmin polis şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs1 Biləsuvar rayonu ərazisində narkotik vasitələri əldə etməsi, saxlaması və istifadəsi barədə məlumat daxil olmuşdur. (c 1, i.v 4) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c 1, i.v 5-6) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 10 iyun 2022-ci il tarixdə saat 23:20-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 24) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 10 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əyindəki şalvarın sağ yan cibindən aşkar olunmuş iki ədəd siqaret qutusundan birinin içərisində 0,21 qram çəkidə narkotik vasitə heroinə bənzər maddə, digər qutunun içərisində isə ümumilikdə çəkisi 2,55 qram olmaqla 6 ədəd bükümdə narkotik vasitə heroinə bənzər maddə, ümumilikdə çəkisi 2,98 qram olmaqla 10 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddələr aşkar olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərində olan zaman tanımadığı şəxsdən aldığını, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həmin narkotik vasitə və psixotrop maddələrdən məlumatlarının olmadığı bildirmişdir. (c 1, i.v 31- 32) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 10 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 10 iyun 2022-ci il tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 45) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 11 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs3 üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş heç bir predmet aşkar edilməmişdir. (c 1, i.v 52-54) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 iyun 2022-ci il tarixdə saat 00:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 66) İş materiallarında olan «Şəxsi axtarış və götürmə haqqında» 11 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə olması şübhəsi yarandığından onun üzərində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən narkotik vasitə və ya qanunla qadağan olunmuş predmet aşkar edilməmişdir. Soğru zamanı Təqsirləndirilən şəxs2 Biləsuvar rayonuna gəlməkdəki məqsədlərinin İran İslam Respublikası vətəndaşının İran İslam Respublikasından Azərbaycan Respublikasına keçən yük avtomobili vasitəsi ilə göndərəcəyi narkotik vasitəni götürmək olduğunu, lakin tutulduqları üçün həmin narkotik vasitəni götürə bilmədiklərini bildirmişdir. (c 1, i.v 73-75) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 19/689 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşkar edilmiş bükülülərdə olan narkotik maddə...”sözlər və imzalar olan bir ədəd zərfdəki, 7 ədəd bükümlərdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qr, 0,293 qr, 0,327 qr, 0,423 qr, 0,290 qr, 0,309 qr, 0,334 qr; ümumi təmiz çəkisi 2,041 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri eynidirlər, 10 bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,089 qr, 0,532 qr, 0,087 qr, 0,081 qr, 0,098 qr, 0,038 qr, 0,165 qr, 0,595 qr, 0,448 qr, 0,143 qr ümumi təmiz çəkisi 2,276 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri eynidirlər, 1 ədəd kağız borunun içərisində psixotrop maddə metamfetaminin izləri vardır. Metamfetamin iz şəklində olduğuna görə, çəkisini və tədqiqata təqdim edilmiş metamfetaminlərlə müqayisəli tədqiqat aparmaq mümkün olmamışdır. Heroinin ümumi təmiz çəkisi - 2,041 qram., cəmi tədqiqata sərf edildi - 0,21 qram (hər ob. -0.03 qr) qalıq -1,831 qram. Metamfetaminin ümumi təmiz çəkisi - 2,276 qram, cəmi tədqiqata sərf edildi 0,2 qram (hər ob. -0.02 qr) qalıq - 2,076 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c 1, i.v 87-90) İş materiallarında olan 11 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefonun üzərində “Azərfon” mobil operatoruna məxsus +994-77-300-01-26 saylı mobil nömrə vardır. Telefonun “Whatsapp” proqramının “mesajlar” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrə ilə sonuncuya məxsus mobil telefonda İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrə arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı səs yazısı olduğu müəyyən olunmuşdur. Belə ki, xx.xx.2022-ci il tarixdə İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “deyirəm ki, amma gec gələcəkdə axırdadı, qabağında 20-25 dənə maşın var da bildin, amma məncə 3-4 saata keçər də, sən elə hardasan bu dayğa” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “Mən Biəsuvardayam da, gömrüyün yanında dayanmadım dedim orda görməsinlər, çox gözə girmiyim, gəlmişəm bura Biləsuvarın içindəyəm oturmuşam” məzmununda, İran mobil opertoruna məxsus +98-***- ***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “3-4 saat gözləməlisən, Biləsuvarın içi nədi, qırağında dur gəlib gedəni gör dənə” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “gəlib gedəni indi neynirəm, o, keçəndə mənə deyəcəksən, gələcəm o tərəfə kömrüyə” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “ay hacı gör nə deyirəm bizim benzinimiz yadımız qurtarıb, acımızdan da ölürük, bir 50 manat pul göndər də mənə ordan tır şoferlərindən gedim çatım Bakıya yoluna qoyaram da” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “ay hacı hərəkətlənmə var qardaş?” məzmununda, İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “Vahid o, həmin öz dostumuz gətirmədi, onun məsələsin indi sənə deyərəm, problem yoxdu sağ ol salamatçılıqdı, verdim başqa maşına 50 manat gətirir qabağında 4 maşın var yarım saat keçir” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “eşidirsən hacı orda neynir ee bu dincəlir? A bu dincəlsə, bu üzə keçsə saxlamayacaq ee başa düşürsən? bi nəfəsə sürüəcək” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300- 01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “ay hacı pul ona niyə deyirdim ver, mən bu qədər gözlədim ki, onu saxlatdırmağa görə də, saxladırıb ona çaydan yatdan təklif elətdirib salcaqdım kafeyə bicür bit təhər, şofer onu salacaqdı mən işimi görəcəkdim tez bazar çıxıb gedəcəkdik, o biri keçən kimi gərək düşəm bunun dalına onda temboli uje neçə vaxtı ordadısa dincəlir, bi nəfəsə sürəcək, mən ona görə dedim əziyyət də olsa, pul elə qoy o gətirsin” məzmununda, İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “Vahid bildiyivi də danışırsan, bilmədəyivi de, mən kişiyə dedim, o da dedi ki, Mehdi başıva dönüm mən apara bilmərəm, ola bilsin çıxıb burda yatam, dedim hə yorğunsan çox propkada qalıbsan, dedim yükün haradı? Dedi ola bilsin çıxım bir az istirahət eliyim Msallıda bir az yük boşldacam ordan gedəcəm Bakıya, bildin? Vəziyyət budu, mən ona görə ona vermdim.” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “vəziyyət orda nətərdi ay mehdi? Ağlın nə kəsir, day bu 7-nin yarısına demişdin, nə qədər çəkər? məzmununda, İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “fso mənlik deyil ki, darıxma da sizin tərəf ağır aley, 1 saata 1 saat yarıma yanında olan inşallah” məzmununda, İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “gedin benzinizi vurun çaydan zadan için” məzmununda, İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “sizin oturduğunuz yerdə gömrüyə nə qədər məsafədir? məzmununda, İran mobil opertoruna məxsus +98-***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “bəs sən bir saatdı hara gedibsən qardaş deyir ayaqyoluna gedibsən, qardaş dedi ki, qapının ağzındayıq orda, bu şəkil budaki bu da, siz tərəfdədi də, bir 20 dəyqəyə gələcək sənin yanıva, 10 dəyqəyə gələcək orasın da mən bilmeyəm, siz tərəfə mən keçə bilmədim də oranı deyə bilmiyəm sənə, da qalanı qaldı sənə” məzmununda, Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrədən İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəyə “səsim nə gələcək ki, səsim day səs qalar indiyə, 2 sutkadı yatmıram e mən, nəysə yaxşı gördüm yığacam səni ” məzmununda məzmununda səsli mesajlar göndərilmişdir. Bundan başqa telefonun“Whatsapp” proqramının “mesajlar” bölməsinə baxış keçirilən zaman İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəyə “DAF 95 XF” markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin fotoşəkili və səs yazısı göndərilərək qeyd olunan narkotik vasitələrin həmin avtomobil vasitəsi ilə göndərilməsi qeyd olunmuşdur. Bundan başqa telefonun zənglər bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrə ilə, Təqsirləndirilən şəxs2 məxsus mobil telefonda adı “Ozum Ramin “ kimi qeyd olunmuş Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022ci il və xx.xx.2022-ci il tarixlərdə çox saylı telefon danışıqlarının olması müəyyən olunmuşdur. İran mobil opertoruna məxsus +98-***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan +994-77-300-01-26 mobil nömrəsinə arasında olan səsli mesajlar və fotoşəkillər bir ədəd CD diskinə köçürülərək protokola əlavə olunmuşdur. (c 1, i.v 133-137) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, X2 ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupunun yaradılması qərara alınmışdır. (c 1, i.v 140-141) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» 11 iyun 2022-ci il tarixli protokoldan görünür ki, X6 11 iyun 2022-ci il tarixdə saat 20:25-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 45) İş materiallarında olan «avtomobilə baxış keçirilməsi və götürmə haqqında» 11 iyun 2022-ci il tarixli protokoldan və videoçəkilişdən görünür ki, X2 idarə etdiyi “DAF 95 XF” markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə olması şübhəsi yarandığından qeyd olunan avtomobilə baxış keçirilmiş, baxış zamanı X3 və Təqsirləndirilən şəxs2 “DAF 95 XF” markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildə narkotik vasitə və yaxud qanunla qadağan olunmuş hər hansı əşya varsa təqdim etməkləri təklif olunmuşdur. X9 avtomobildə qanunla qadağan edilmiş heç bir əşya və ya predmet olmadığını bildirsə də, digər şübhəli şəxs Təqsirləndirilən şəxs2 adını bilmədiyi İran İslam Respublikası vətəndaşının baxış keçirlən “DAF 95XF” markalı **-XR- *** qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Biləsuvar rayona narkotik vasitə göndərdiyini, xx.xx.2022-ci il tarixdə özünün də Biləsuvar rayonuna həmin narkotik vasitəni götürmək üçün gəldiyini, lakin qeyd olunan avtomobili tapa bilmədiyindən, qeyd olunan narkotik vasitəni götürə bilmədiyini və geri qayıdan zaman polis əməkdaşları tərəfindən saxlandığını bildirmişdir. Baxış zamanı avtomobilin qoşqu hissəsinin altındakı müxtəlif yerlərdən avtomobildən çəkiləri 210 qram, 280 qram 245 qram olmaqla 3 ayrı-ayrı bükümdə narkotik vasitə heroin bənzər maddə, çəkiləri 300 qram, 230 qram, 310 qram olmaqla 3 ayrı-ayrı bükümdə narkotik vasitə tiryəkə bənzər maddə, çəkisi 895 qram olan bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər maddə, 4 ədəd konvolyutda olmaqla ümumilikdə 40 ədəd üzərində “Metadon 40” yazılı narkotik vasitə metadona bənzər həblər aşkar olunmuşdur. (c 1, i.v 168-170) İş materiallarında olan tutulmuş şəxsin azad edilməsi haqqında 11 iyun 2022-ci il tarixli qərardan görünür ki, X4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi nəzərdə tutulan ittiham elan etmək üçün kifayət qədər sübut əldə etmək mümkün olmadığına görə, onun barəsində cinayət təqibinə xitam verilmiş və o, RPŞ-nin MSY-dən müvəqqəti saxlanılmaqdan azad edilmişdir. (c 1, i.v 174) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X7 Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 19/695 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində "...DAF markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminə bənzər maddə...” sözlər və imzalar olan bir ədəd paketdəki 1 ədəd torbada təmiz çəkisi: 810 qram olan ağ rəngli kristal şəkilli olan maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində "...DAF markalı **-XR-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə heroinə bənzər maddələr...” sözlər və imzalar olan bir ədəd paketdəki 3 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkilləri: 235,779 qram; 185,575 qram; 263,503 qram; ümumi təmiz çəkisi 684,857 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görünüşünə və kimyəvi tərkibinə görə bir-birləri ilə eynidirlər, 3 ədəd torbada ayrı-ayrılıqda təmiz çəkillləri 304,107 qram; 293,866 qram; 223,153 qram; ümumi təmiz çəkisi 821,126 qram olan maddələr xaş-xaş bitikisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdirlər, xarici görünüşünə və kimyəvi tərkibinə görə bir-birləri ilə eynidirlər və 4 ədəd konvolyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 40 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, xarici görünüşünə və kimyəvi tərkibinə görə bir-birləri ilə eynidirlər, həblərin təsiredici maddəsinin ümumi miqdarı 1,6 qramdır (bir həbdə 0,04 qr). Heroinin ümumi təmiz çəkisi 684,857 qram, cəmi tədqiqata sərf edildi - 0,15 (hər ob. -0.05 qr) qram qalıq, 684,707 qram. Metamfetaminin ümumi təmiz çəkisi 810,0 qram, cəmi tədqiqata sərf edildi 0,05 qram qalıq 809,95 qram. Tiryəkin ümumi təmiz çəkisi 821,126 qram, cəmi tədqiqata sərf edildi 0,15 qram (hər ob. -0.05 qr) qram qalıq 820,976 qram. Metadon həbləri -40 ədəd, cəmi tədqiqata sərf edildi -4 ədəd, qalıq 36 ədəd. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil edir. (c 1, i.v 182-185) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmışdır. (c 2, i.v 1- 2) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmışdır. (c 2, i.v 3- 4) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 04 ay müddətində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 iyun 2022-ci il tarixdən hesablanmışdır. (c 2, i.v 5- 6) İş materiallarında olan əşyanın maddi sübut kimi tanınması və həlli barədə 12 iyun 2022-ci il tarixli qərardan görünür ki, tədqiqata təqdim edilmiş narkotik vasitə heroinin tədqiqatdan sonrakı 1,831 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 2,076 qram qalığı, narkotik vasitə heroinin tədqiqatdan sonrakı 684,707 qram qalığı, psixotrop maddə metamfetaminin tədqiqatdan sonrakı 809,95 qram qalığı, narkotik vasitə tiryəkin tədqiqatdan sonrakı 820,976 qram qalığı və narkotik vasitə metadon həblərinin tədqiqatdan sonrakı 36 ədəd qalığı iş üzrə maddi sübut kimi tanınaraq məhkəmə baxışına kimi saxlanılmasından ötrü Biləsuvar rayon polis şöbəsinin saxlancına təhvil verilmişdir. (c 2, i.v 7-8) İş materiallarında olan 21 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs3 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefonun üzərində Azərcell” mobil operatoruna məxsus +994-50-572-13-67 saylı mobil nömrə vardır. Telefonun “zənglər” bölməsinə baxış keçirilən zaman X14 istifadəsində olan +994- 50-572-13-67 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan 994-77-300- 01-26 saylı mobil nömrə və Təqsirləndirilən şəxs1 istifadəsində olan saylı mobil nömrələr arasında 06.xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il tarixlərdə çox saylı zənglərin olduğu müəyyən olundu. (c 2, i.v 23) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2015-ci il təvəllüdlü X15, xx.xx.2017-ci il təvəllüdlü X25, xx.xx.2014-cü il təvəllüdlü X19 adlı uşaqları vardır. (c 2, i.v 26-28) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən, Suraxanı rayon MKTBnin 63 saylı MKİS tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 xx.xx.2017-ci il təvəllüdlü X16 və xx.xx.2015-ci il təvəllüdlü X10 adlı uşaqları vardır, onun barəsində yaşadığı müddət ərzində 63 saylı MKİS-ə heç bir məlumat daxil olmayıb. (c 2, i.v 29-33) İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən, Masallı RİHB-nın Təzə Alvadı İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2008-ci il təvəllüdlü X17 və xx.xx.2014-cü il təvəllüdlü X21 adlı uşaqları vardır. (c 2, i.v 34-36) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, X2 ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid2 11 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (c 2, i.v 38) İş materiallarında olan Biləsuvar Rayon Məhkəməsinin 14 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsinə dair Biləsuvar RPŞ-nin əməliyyat müvəkkili Şahid2 10 iyun 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. (c 2, i.v 39) İş materiallarında olan 20 avqust 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefona baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin telefonun üzərində “Bakcell” mobil operatoruna məxsus +994-55-372-74-05 saylı mobil nömrə vardır. Telefonun “zənglər” bölməsinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-55-372-74-05 saylı mobil nömrə ilə, sonuncuya məxsus olan mobil telefonda adı “Ra5” kimi qeyd olunmuş Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**- ** saylı mobil nömrə arasında xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə çox saylı telefon danışıqlarının olması müəyyən olunmuşdur. Telefonun mesajlar bölməsinə baxış keçirlən zaman Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-55- 372-74-05 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 05:45 diqiqədə “Eli malın yerini ya mene de, ya gotur furlat denən yoxdu” məzmununda mesaj yazması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs3 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olan +994-55-372-74-05 saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 05:45 diqiqədə göndərilmiş mesajın fotoşəkili çəkilərək protokola əlavə olunmuşdur. (c 2, i.v 55-56) İş materiallarında olan Ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 687 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 70) İş materiallarında olan Ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 685 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Qəhərman oğlunda tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 71) İş materiallarında olan Ambulator-məhkəmə narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 686 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan narkotik maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 72) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (c 2, i.v 79-80) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. (c 2, i.v 81-82) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. (c 2, i.v 83-84) İş materiallarında olan 15 sentyabr 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitə, psixotrop maddələrin və “DAF 95 XF” markalı ** XR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobildən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrin sonuncunun əldə etdiyi mənbəni, cinayətin digər iştirakçılarını müəyyən etmək məqsədilə hazırki cinayət işindən həmin fakta görə Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3, 32.5, 206.3.2, 29, 234.4.1, 29, 234.4.3-cü maddələri ilə cinayət işi ayrıca ayrılmışdır. (c 2, i.v 98-117) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X12 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 müdafiəsi üçün gətirdikləri dəlillər: Təqsirləndirilən şəxs1- digər təqsirləndirilən şəxslər Vahid və Raminlə taksi sürücüsü kimi sonuncuları 75 manat qarşılığında Masallıya aparıb gətirmək məqsədilə yola çıxmış, sonradan yolda olarkən Vahidin təklifi ilə onları Biləsuvar rayonuna aparmış, orada yol kənarında bir kafedə maşını saxlayıb, uzun müddət gözləmişlər, həmin vaxt yubandıqlarından narazılıq etmiş, Vahid isə onu yubandırdığına görə əlavə olaraq Bakıdan iki qram narkotik götürüb ona verməsi barədə aralarında razılıq olmuş, həmin ərəflərdə isə Vahidin maşın gözləyib, nəsə axtardığını, qıraqlarda telefonla danışdığını, ondan bir dəfə də maşını götürüb gedib-gəldiyini görmüş, bütün bunlardan narahat olub ondan şübhələnərək Bakıya geri qayıtmaq qərarına gəlmiş, birlikdə geriyə qayıdarkən isə polis əməkdaşları tərəfindən saxlanılıb, şöbəyə aparılmışlar, saxlanılarkən isə Vahidin telefonuna baxış keçirilmiş, hər şey məlum olmuşdur. Üzərində olan heroin və metamfetamindən nə Raminin, nə də ki Vahidin xəbəri olmamışdır. Həmin narkotikləri yola çıxmamışdan bir gün əvvəl əldə etmiş, Vahidin iranlı ilə danışıqlarından məlumatı olmamış, Vahidlə Biləsuvar gömrüyünə getməmiş, yalnız yol kənarında kafedə oturub gözləmişdir, tır barəsində isə heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı vermiş olduğu ifadələrini təsdiq etmir, ifadələrini oxumadan narkotik ağrısı altında olarkən imzalamışdır. Təqsirləndirilən şəxs3- Vahidin təklifi ilə Masallıya birlikdə gedib-gəlmək gəlmək məqsədilə Əli ilə taksi kimi razılaşmışlar, Vahid Bakıdan çıxanda isə Əliyə Salyan yolu ilə sürməyi tapşırmış, yolda kiminləsə görüşüb pul götürməli olduğunu demişdir. Yolda isə X28 getməli olduğu bildirmiş, birlikdə Biləsuvar rayonuna gəlmişlər. Biləsuvarda yol kənarı kafelərdən birində oturmuşlar, xeyli vaxt keçmiş, yubandıqlarına görə Vahidə Əlinində narazılıq etdiyini, vaxtlarının çox getdiyini, geriyə qayıtmaq istədiklərini demişdir. Birlikdə Bakıya yola düşmüşlər, yolda polis əməkdaşları onları saxlamış, Vahidin telefonuna baxış keçirmişlər, bundan sonra onları polis şöbəsinə aparmışlar. Aşkar edilmiş narkotiklərdən məlumatı olmamış, onun bu işə heç bir aidiyyəti yoxdur. Təqsirləndirilən şəxs2-hadisə günü Raminə onunla birlikdə gəzə-gəzə Masallı rayonuna, getməyi təklif etmişdir. Ramin isə öz növbəsində Əlinin onları rayona aparıb gətirə biləcəyini təklif etmiş, bu barədə razılaşmışlar. 10 iyun 2022-ci ildə səhər-səhər birlikdə yola çıxmışlar. Yolu isə köhnə yolla gəzə-gəzə getmək məqsədilə gəlmişlər. Bir gün əvvəl isə 09 iyun 2022-ci ildə iranlı onunla telefonda danışaraq, bir paketdə 50 qram olmaqla “kakos” göndərəcəyini, həmin “kakosu” götürməyini təklif etmişdir. Yolda olarkən isə iranlı onunla yenidən telefon əlaqəsi saxlayaraq, demişdir ki, “dünən paketi gedib götürmədin, maşına paket qoymuşam xahiş edirəm onu götür”. Bundan sonra isə öz kəndinə gedib çıxası olmamış, bacısı oğlu qarşısına çıxmış, ona pul vermiş və yola salmışdır. Özü isə digər şəxslərlə birlikdə Biləsuvar rayonuna getmişdir. Biləsuvar rayonuna getməkdə məqsədi maşın gəlib keçsə, hər şey normal olsa, maşında olan narkotik vasitəni götürmək olmuşdur. Biləsuvar rayonunda çayxanada oturmuşlar, özü iranlı deyən maşının gəlməsini gözləmiş, lakin maşın gəlib çıxmamışdır. İranlı isə həmin tırın şəklini ona göndərmişdir. Çayxanada oturan zaman isə bacısı oğlu ilə görüşmək adı ilə Əliyə məxsus maşını götürüb təkcə X27 məntəqəsinə gedib, həmin narkotikin göndərildiyi tırın gəlib gəlmədiyinə baxmışdır. Bundan sonra isə yenə qayıdıb çayxanada oturub çay içməyə davam etmişlər. Həmin vaxt iranlının narkotik göndərdiyi maşın düz qarşısında gəlib dayanmışdır. Özü isə narkotiki götürüb-götürməməklə bağlı çoxlu düşünmüş, qərara gəlmişdir ki, tək deyil yanında uşaqlar var, həm də artıq saat gec olmuş, yanındakı uşaqlar da qayıtmaq istəmiş, narazılıq etmişlər, bu səbəbdən həmin maşından narkotiki götürməmişdir. Həm də malı ordan götürməyə qorxub çəkinmişdir. Bu səbəblərdən də geri qayıtmaq qərarına gəlmişdir. Yubandıqları üçün Əli narazılıq etdikdə isə ona Bakıya çatdıqda istifadəsi üçün iki qram heroin əldə edib verəcəyini bildirmiş, Əli isə onunla razılaşmışdır. Narkotiki götürməkdə məqsədi öz şəxsi istifadəsi üçün olmuşdur, lakin həmin narkotiklə bağlı iranlıya hər hansı məbləğdə pul ödəməmiş, pulu sonradan iranlı ilə danışıb göndərməyi planlaşdırmışdır. İranlı isə narkotiki ya istifadə etmək üçün, yada deyəcəyi şəxslərlə çatdırmaq və ya deyəcəyi yerə qoymaq üçün ona göndərmişdir. Amma ona həmin narkotiki kiməsə çatdırmaq maraqlı olmamış, yalnız özü istifadə etmək məqsədilə götürmək istəmişdir. Lakin geriyə qayıdarkən polis əməkdaşları tərəfindən onlar saxlanılmış, üzərlərinə baxış keçirilmiş, lakin heçnə aşkar edilməmişdir. Daha sonra polis əməkdaşları ona məxsus telefonda iranlı ilə danışıqlarını, şəkilləri görmüşlər. Bundan sonra polis əməkdaşları üstünə düşərək, danışmağını tələb etmişlər, o isə hər şeyi olduğu kimi danışıb etiraf etmişdir. Sonra həmin tırın yerini deməyini tələb etmişlər, özü maşının harada olduğunu bilmədiyini bildirmişdir. Bir gün sonra isə neynəyiblərsə həmin tırı tapıb gətirmişlər. Polis əməkdaşları tırı narkotiklə yükləyib, sürücüsün isə buraxmışlar. Təqsirləndirilən şəxslərin müdafiəsi üçün gətirdiyi dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmə iclasında verdiyi ifadələrində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı vermiş olduğu ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqları məlumatları, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Seymur Vahidovun məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 130-132), xx.xx.2022-ci ildə və xx.xx.2022-ci ildə (cild İ – i.v. 229-233, cild İİ – i.v 10-13) təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində, eləcə də avtomobilə videoçəkiliş vasitəsilə baxış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində Təqsirləndirilən şəxs2 təhqiqatçının suallarına vermiş olduğu cavablarında bir iranlı vətəndaşla “Whatsapp” vasitəsilə tanış olduğunu, həmin şəxsin ona maşınla narkotik vasitə göndərəcəyini, özünün isə narkotiki götürüb maşından bir-iki metr kənara atacağı, başqa adamların isə gəlib onu götürəcəyi barədə aralarında razılaşdıqlarını, sonra iranlının “Whatsapp” vasitəsilə bu tırın şəklini atdığını, narkotik vasitəni həmin tırla göndərəcəyini, özünün isə narkotik vasitəni götürüb yolda bir kənara atacağını, avtomobil sərhədi keçəndən sonra bu barədə iranlıya məlumat verəcəyini, sonra isə iranılının bağlama, bükümün harada olmasını deyəcəyini, lakin tırı görmədiyinə görə çıxıb getdiyini, iranlı ona bir balaca bükülünü göndərəcəyini, özü isə avtomobili görə bilmədiyinə, tapa bilmədiyinə görə evinə çıxıb gedərkən, yolda saxlanıldığını, onunla birlikdə gələn digər iki şəxsə bir bükülü narkotik götürüb, atacağı və qayıdıb evə çıxıb gələcəkləri barədə məlumat verdiyini, həmin şəxslərində məlumatları olduğunu, iranlının həmçinin 10 ədəd metadon həbini də göndərəcəyi barədə əvvəlcədən məlumat verdiyini, göndərilmiş narkotik vasitələrin başqa şəxsə çatdırılması üçün 500 manat pulun müqabilində vasitəçi olduğunu, iranlı şəxslə telefonda danışarkən onunla birlikdə gələn digər şəxslərin də yanında olduqlarını, buna şahid olduqlarını, avtomobildə yolda gələrkən danışdığını həmin şəxslərində eşitdiklərini, İİR vətəndaşının ona sürücü barədə məlumat vermədiyini, daha sonra müdafiəçinin suallarına vermiş olduğu cavablarında sürücünün narkotik vasitələrdən məlumatının olub-olmaması barədə demədiyini, maşının dayanmasını gözləyib, sürücü getdikdən sonra narkotik vasitəni maşından götürməyə cəhd edəcəyini səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıqaşkar formada bəyan etmişdir. Eyni zamanda cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 113- 114), xx.xx.2022-ci ildə (cild İ – i.v. 216-219) təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs3 hadisə günü Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə birlikdə qəsəbədə görüşdüklərini, söhbət zamanı da Təqsirləndirilən şəxs2 iranlı tanışının Biləsuvar rayonuna tır vasitəsi ilə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni gedib oradan götürmək lazım olduğunu bildirdiyini, həmin vaxtı da Təqsirləndirilən şəxs1 Vahidə 75 manat kreditinin olduğunun, həmin krediti bağlayacağı və götürəcəyi narkotik vasitdən də 1,2 qram ona verəcəyi təqdirdə gedə biləcəyini bildirməsini, Vahidin də Əli ilə razılaşdığını, bu məqsədlə birlikdə yola çıxdıqlarını bildirmişdir. Bundan başqa cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2022-ci ildə şübhəli (cild İ – i.v. 104-106), xx.xx.2022-ci ildə (cild İ – i.v. 202-206) təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2lə birlikdə zəngləşib qəsəbədə bir yerdə görüşdüklərini, söhbət zamanı Vahidin onlara iranlı tanışının onun üçün Biləsuvar rayonu ərazisinə narkotik vasitə göndərəcəyini, həmin narkotik vasitəni ordan götürmək lazım olduğunu bildirdiyini, Biləsuvar rayonuna getmək üçün avtomobilinə yanacaq vurması, bundan başqa avtomobilinin 75 manat kreditinin ödəməsi və götürəcəyi narkotik vasitədən çəkmək üçün ona 1-2 qram Vahidin ona verəcəyi təqdirdə onunla razılaşacağını, Vahidin də ona heç bir problem olmadığını razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində ona məxsus olan “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Biləsuvar rayonuna doğru yol düşmüşdüklərini, yolda olan zaman bir neçə dəfə Vahidin iranlı ilə mobil telefon vasitəsi ilə danışdığını, Biləsuvar rayonuna çatdıqdan sonra Vahidin göstərişi ilə avtomobili Biləsuvar rayon Gömrük Keçid məntəqəsinə yaxın bir yerdə yol kənarında saxladığını, bundan sonra Vahidin “Whatsapp” vasitəsi ilə iranlıya zəng edib Biləsuvar rayon Gömrük keçid məntəqəsinin yaxınlığında olduğunu bildirdiyini, həmin vaxtıda Vahidin telefonunda olan, avtomobilin fotoşəkilini Raminə göstərib, iranlının narkotik vasitəni həmin avtomobillə göndərəcəyini və həmin avtomobili gördükdə ona məlumat verməyini bildirməsini, lakin onların 2 saata yaxın orada gözləsələr də Vahidin gözlədiyi həmin avtomobil gəlmədiyini, bundan sonra narahat olduğunu deyib Bakı şəhərinə qayıtmaq istədiyini deməsini bildirmişdir. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız Təqsirləndirilən şəxs2 ifadələrini oxumadan, müstəntiq tərəfindən aldadılaraq imzaladığını, Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı heç bir təzyiq və təsirlərə məruz qalmadığını, lakin həmin ifadələrini təsdiq etmədiyini, müstəntiqə qeyd edilən kimi ifadələr vermədiyini, orada da məhkəmədə olduğunu kimi danışdığını, lakin nəyə imza etdiyini bilmədiyini, Təqsirləndirilən şəxs1 isə müstəntiq tərəfindən heç bir təzyiq və təsirlərə məruz qalmadığını, lakin müstəntiqə elə ifadə vermədiyini, ifadələrini oxumadan narkotik ağrısı altında olarkən imzaladığını bildirməklə özlərinə və bir-birilərinə qarşı verdikləri ifadələri inkar etmişlər, lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin irəli sürdüyü həmin dəlillər öz təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdikləri ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslərin məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməlləri iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, telefon danışıqları məlumatları və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Bununla yanaşı onlar xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə müdafiəçilərinin iştirakı ilə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsalar da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişlər. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini (Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş maddələri şəxsi istifadəsi üçün əldə etməsi istisna olmaqla) cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Qeyd edilən ifadələrin təhlili isə bir daha göstərir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməyə cəhd etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrində özünü təsadüfi taksi sürücüsü, Təqsirləndirilən şəxs3 isə özünü yol yoldaşı kimi göstərməyə çalışsalar da, sonuncuların törədilmiş cinayət hadisəsinə münasibətdə digər Təqsirləndirilən şəxs2 ilə birlikdə icraçı olmaları yuxarıda göstərilmiş mötəbər dəlillərlə tam təsdiq edilir. Habelə məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddəni əldə etməyə cəhd etmələri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 5, 13 və 19-cu sətrlərinə əsasən heroin, tiryək və metadon narkotik vasitələr hesab edilir, həmin maddələrin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi sətr ardıcıllığına müvafiq olaraq 0,15 qram, 0,02 qram və 0,5 qram, külli miqdarının aşağı həddi isə sətr ardıcıllığına müvafiq olaraq 2 qram, 1,6 qram və 50 qramdır. Habelə bu Qanunun İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı «Metamfetamin» olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmçinin bu Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddə əldə etməyə cəhd etmə cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda – 684,857 qram narkotik vasitə heroin, 821,126 qram narkotik vasitə tiryək, 810,0 qram miqdarda psixotrop maddə metamfetamin, təsiredici maddəsinin ümumi miqdarı 1,6 qram təşkil edən 40 ədəd narkotik vasitə metadon həblərinin əldə edib, saxlamaqla digər şəxsin deyəcəyi yerə çatdırmaq niyyətində olmaları, lakin şübhəli şəxs qismində saxlanılmaları səbəbindən öz iradələrindən asılı olmayan səbəblərdən həmin narkotik vasitələr və psixtorop maddəni əldə edə bilməyərək cinayəti başa çatdıra bilməmələri, onların məhz həmin maddələrin şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Belə ki, təqsirləndirilən şəxslər ölkə ərazisinə qaçaqmalıçılıq yolu ilə keçiriləcək külli miqdarda narkotik vasitələrin, eləcə də külli miqdarda psixotrop maddənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitə və maddələrlə bağlı “kuryerlik” funksiyasını icra etməyə cəhd etmişlər. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama gəldikdə isə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı onların əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin .... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi»ilə törədilir. Lakin, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin onlara istinad edilən qaçaqmalçılıq cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (İİR-da olan digər şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin təqsirləndirilən şəxslərin qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitələrin və psixotrop maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin həmin maddələrin satışı məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvi tərəfindən qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də bu maddələrin İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edəcəklərini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişlər. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvi tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etməsi ilə bağlı əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişlər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında köməkçi qismində deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiklərindən onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.3 və 29, 234.4.2-ci maddələri ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı üzərindən aşkar edilmiş 7 ədəd bükümdə ümumilikdə külli miqdarda 2,041 qram narkotik vasitə heroinin, 10 ədəd bükümdə ümumilikdə külli miqdarda 2,276 qram psixotrop maddə metamfetaminin bükümlərinin sayını və metamfetaminin çəkisini mübahisələndirərək, üzərində bir büküm heroin, bir siqaret falqasına bükülü də metamfetaminin olduğunu, heroinin təxminən 3 qrama yaxın olduğunu, metamfetamin isə yarım qram olduğunu, Bakı şəhərində öz istifadəsi üçün əldə etdiyini, yola çıxdığına görə də üzərində götürdüyünü bildirmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü həmin dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində, eləcədə üzərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilərkən söylədiyi səsli nitqində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin istintaq hərəkətində təqsirləndirilən şəxs əvvəlcə təhqiqatçının suallarına cavab olaraq üzərindən çıxan yeddi ədəd bükümdə narkotik vasitə heroinin və 10 ədəd bükümdə pxsixotrop maddə metamfetaminin özünə məxsus olmasını, həmin maddələri sosial şəbəkə vasitəsilə tanımadığı şəxsdən aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını, daha sonra isə müdafiəçinin suallarına cavab olaraq polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtdan, polis şöbəsinə gətirələnədək ona qarşı heç bir pis rəftarın, davranışın edilmədiyini səsli nitqi ilə bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinə qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Daha sonra isə aşkar edilmiş bükümlər təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1, onun müdafiəçisinin və polis əməkdaşlarının iştirakı ilə qablaşdırılmış və üzəri möhürlənmişdir. Həmin kütlələrin çəkisi isə iş materiallarında olan xx.xx.2022-ci il tarixli 19/689 №-li ekspertiza rəyi ilə müəyyən edilmişdir. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 da üzərindən aşkar edilmiş kütlələrin polis əməkdaşları tərəfindən artırılıb və ya azaldılmasına, bükümlərə bölünməsinə şahid olmadığını bildirmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 işin məhkəmə baxışı zamanı ondan aşkar edilmiş kütlələrin bükümlərə ayrılması, metamfetaminin isə çəkisinin yarım qram olması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, təqsirləndirilən şəxsin həmin ifadəsi şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin həmçinin üzərindən aşkar olunmuş – ittihamda təsvir olunmuş maddələri şəxsi istifadəsi üçün əldə edib saxlaması ilə bağlı ifadəsinə də münasibət bildirərək qeyd edir ki, təqsirləndirilən şəxsin bu hissədə də söylədikləri həqiqətə uyğun deyil, onun müvafiq ifadə verməsi isə elan olunmuş ittiham üzrə cinayət məsuliyyətinin yüngülləşdirilməsinə hesablanmışdır. Məhkəmə cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara ayrı-ayrılıqda və məcmu halda qiymət verərək Təqsirləndirilən şəxs1 əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqında araşdırılmış mötəbər və obyektiv sübutlar əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən saxlanılarkən qanunsuz olaraq əldə etdiyi külli miqrdarda narkotik vasitə heroini və külli miqdarda psixotrop maddə metamfetamini üzərində saxlamaqla yaşadığı şəhərdən kənar bir şəhərin ərazisində daşımışdır. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarıdır, eyni zamanda təqsirləndirilən şəxsin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri ilə də tam təsdiq edilir. Məhkəmənin qarşısında duran başlıca vəzifə - Təqsirləndirilən şəxs1 külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə heroini əldə edərkən, üzərində saxlamaqla daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs1 əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Bu hissədə qeyd olunmalıdır ki, məhkəmə istintaqında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Biləsuvar şəhəri M.İbrahimov küçəsi, Timur şadlıq sarayının yaxınlığında polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Biləsuvar Rayon Polis Şöbəsinə aparılmış və orada onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan şalvarının sağ yan cibindən iki siqaret qutusunda 07 ədəd bükümdə narkotik vasitə heroin və 10 ədəd bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş maddələrin çəkisini, olduqları bükümlərin sayını, eləcə də aşkarlanmış maddələrin növünü mübahisələndirməmişdir. Əksinə Təqsirləndirilən şəxs1 şəxsi axtarışın nəticələrini özündə əks etdirən protokolu imzalamaqla yuxarıda sadalanan maddələrin özünə məxsus olmasını və öz şəxsi istifadəsi üçün aldığını təsdiq etmişdir. İbtidai istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs1 üzərindən aşkarlanmış maddələrin çəkisini, həmin kütlələrin olduğu bükümlərin sayını və onların növünü mübahisələndirməmişdir. Qeyd edilən hallar cinayət işinin mübahisəsiz hallarını təşkil edir. Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsində heç kəsə narkotik vasitə satmadığını, aşkar edilmiş maddələri öz şəxsi istifadəsi üçün əldə etdiyini iddia etmişdir. Məhkəmə bu hissədə Təqsirləndirilən şəxs1 həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri inandırıcı saymayaraq belə hesab edir ki, o, qeyd edilən məzmunda ifadə verməklə cinayət məsuliyyətindən və cazadan yaxa qurtarmaq, bu alınmadıqda isə məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Belə ki, aşkar edilmiş narkotik vasitə heroinin şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 14 dəfə) çox, psixotrop maddə metamfetaminin isə şəxsi istehlak miqdarından dəfələrlə (təxminən 15 dəfə) çox olub külli miqdar təşkil etməsi, həmin maddələrin iki növdə olmaqla, təqsirləndirilən şəxsin isə metamfetamindən asılılığının olmaması kimi işin faktiki hallarını məhkəmə nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs1 həqiqətən də üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni məhz satış məqsədi ilə qanunsuz şəkildə əldə etmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Təqsirləndirilən şəxs1 yuxarıda qeyd edilən digər epizod üzrə (qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirməkdə köməkçi qismində iştirak etməklə əldə etməyə cəhd etməsi) cinayət əməllərini törətmiş olduğu zaman təkrarən, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməyə cəhd etmişdir. Bununla da, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 29, 234.4.2-ci maddəsi ilə də tövsif edilmişdir. Eyni zamanda hazırki iş üzrə Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələri qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və yaxud cinayətin törədilməsi üçün müxtəlif rolların yerinə yetirilməsi ilə bağlı (yəni iştirakçılardan birinin bilavasitə cinayət törətməsi, digərlərinin isə ona cinayətin icrası ilə bağlı razılaşmalarına uyğun olaraq müxtəlif vəzifələrin yerinə yetirilmələri) cinayətin icraçısının fəaliyyət ilə yaxından, yaxud da uzaqdan əlaqəda, rabitədə olmaları, yəni iştirakçıların birgə fəaliyyətinin yaranması istintaq orqanı tərəfindən təqdim olunmuş sübutlara, eləcə də məhkəmədə tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Qeyd edilənləri nəzərə alaraq, məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı ibtidai araşdırma zamanı cinayət əməlinin tövsif olunması barədə qərar əsasında Təqsirləndirilən şəxs1 elan edilmiş əməllərini CM-nin 234.4.1-ci maddəsinə tövsif edilməsi nəticəsinə gələrkən təqsirləndirilən şəxsin əməlinin tövsifində kobud səhvə yol verərək sonuncuya əsassız və qanunsuz şəkildə ağır cinayətin törədilməsi ilə bağlı ittiham irəli sürmüşdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1ci maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mütləq qaydada birbaşa və mötəbər sübutlara əsaslanmalı idi. Lakin həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsasını yalnız ehtimallar və mülahizələr təşkil etmişdir. İbtidai istintaq orqanı təqsirləndirilən şəxsə CM-nin 234.4.1-ci maddəsi üzrə ittiham irəli sürərkən araşdırmalı olan halları araşdırmamış, sübuta yetirməli olan hallarla bağlı heç bir sübut əldə etməmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs1 mülahizələr və ehtimallar əsasında irəli sürdüyü ittiham məhkəmə istintaqında öz təsdiqini tapmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 CM-nin 234.4.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsi qənaətinə gəlmək mümkün olmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. 21.3-cü maddəsinə əsasən ittihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 139.0.1 və 139.0.4-cü maddələrinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir. 351.3.4-cü maddəsinə əsasən məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. 42.1.4 və 350.2-ci maddələrinin məzmunundan görünür ki, məhkəmə baxışı nəticəsində həmin Məcəllənin 39.2-ci maddəsində nəzərdə tutulmuş halın, yəni şəxsin təqsirliliyinin sübuta yetirilmədiyi müəyyən edildiyi halda bəraət hökmü çıxarılır. 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə onun müvafiq cinayət əməlini törətməsinə dair təqsirinin cinayət işi materialları ilə sübuta yetirilməməsi səbəbindən ona Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bağlı bənd çıxarılmalıdır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3, 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişdir. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 himayəsində üç azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən, bir yetkinlik yaşına çatmayan uşağının olmasını isə CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində iki azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halların olmamasını, aşkar edilmiş narkotik vasitələrin və psixotrop maddənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, törədilmiş cinayətlərdən birinin (qaçaqmalçılığa nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, eləcədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha az əhəmiyyətli olmasını, eləcədə Təqsirləndirilən şəxs1 cinayətkar qrupun digər üzvlərinə nisbətdə müstəqil olaraq ayrıca ağır cinayət törətməsini də nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3, 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 29, 234.4.1 və 29, 234.4.3-cü ilə müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmalı və Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandıqları müddət hər birinin cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətlərinin başlanğıcı onların azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan 10 iyun 2022-ci il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və hər üç təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq iş üzrə maddi sübut kimi tanınaraq Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri 1,831 qram olan narkotik vasitə heroin, 2,076 qram olan psixotrop maddə metamfetamin, 684,707 qram olan narkotik vasitə heroin, 809,95 qram olan psixotrop maddə metamfetamin, 820,976 qram olan narkotik vasitə tiryək və 36 ədəd narkotik vasitə metadon həbləri məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 43 manat 33 qəpik olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-in 234.4.1-ci maddəsi ilə bağlı bənd çıxarılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4.3, 32.5, 206.2, 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 234.4.1, 29, 234.4.2 və 29, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 32.5, 206.2, 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 29, 234.4.1 və 29, 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 10 iyun 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkiləri 1,831 qram olan narkotik vasitə heroin, 2,076 qram olan psixotrop maddə metamfetamin, 684,707 qram olan narkotik vasitə heroin, 809,95 qram olan psixotrop maddə metamfetamin, 820,976 qram olan narkotik vasitə tiryək və 36 ədəd narkotik vasitə metadon həbləri məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-130 (bir yüz otuz) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə (hər birindən 43 manat 33 qəpik olmaqla) tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-44/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-44/2023
01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver