Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-440/2024 01.10.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Rusiya Federasiyasının Sankt- Peterburq şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, Masallı şəhəri, X4 prospekti, ev 46 ünvanında qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhərində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə; xx xxxx 2004-cü ildə Masallı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs1 digər şəxslə xüsulsilə külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi, saxlanılması, daşınması və satışının həyata keçirilməsi barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə etdiyi razılığa əsasən cinayətkar qrupun digər üzvləri 1750,836 qram xüsusilə külli miqdarda narkotik vasitə heroini, 974,247 qram xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini və 7930 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək Masallı şəhəri, Digah küçəsi ərazisindəki dayanacaqda gizlədərək bu barədə “WhatsApp” mobil tətbiq proqramı vasitəsilə ona məlumat verdikdən sonra Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə də qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək həmin narkotik vasitələri və psixotrop maddəni qoyulduğu yerdən götürməklə satış məqsədi ilə əldə edib, daşımaqla saxlamaq barədə razılaşmış və 23 yanvar 2024-cü il tarixdə gecə saat 01:30 radələrində Təqsirləndirilən şəxs2 ilə birlikdə Şahid1 idarə etdiyi “VAZ 21074” markalı, **-SR-*** qeydiyyat nişanlı avtomobillə həmin yerə gedərək orada gizlədilmiş qara rəngli idman çantasında olan xüsusilə külli miqdarda narkotik vasitə heroini, xüsusilə külli miqdarda psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı birgə əldə etmiş, daşıyarkən Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhəri Digah küçəsi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirilib orada üzərində şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd bükümdə 0,836 qram narkotik vasitə heroin və 01 ədəd bükümdə 9,247 qram psixotrop maddə metamfetamin, həmçinin əlində olan idman çantasından 01 ədəd bükümdə 1 kiloqram 750 qram, üzərindən aşkar edilmiş heroinlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birlərindən fərqlənən xüsusilə külli miqdarda narkotik vasitə heroin, 01 ədəd bükümdə 965 qram və üzərindən aşkar edilmiş psixotrop maddə metamfetminlə xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan xüsusilə külli miqdarda psixotrop maddə metamfetamin və 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 1095 qram, 1000 qram, 995 qram, 910 qram, 980 qram, 995 qram, 930 qram olmaqla ümumi çəkiləri 7 kiloqram 930 qram təşkil edən külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamindən istifadə etmişdir. Təqsirləndirilən şəxs2lə bir yerdə yaşayıb işlədiklərinə görə münasibətləri yaranmışdır. 2024-cü ilin yanvar ayının əvvəlində ***-***-**- ** nömrəsində olan “Whatsap” mobil tətbiqinə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Fariz adlı şəxs zəng edərək danışmış, onunla münasibətldəri yaranmışdır. Fariz adlı şəxsin narkotik vasitələrlə məşğul olmasını bilmişdir. Fariz adlı şəxs ona narkotik vasitə göndərə biləcəyini, lakin bunun üçün plastik kart hesabına deyəcəyi məbləğdə pul göndərməli olduğunu bildirmişdir. O, Fariz adlı şəxsə öz şəxsi istifadəsi üçün narkotik vasitə sifariş etmişdir. xx.xx.2024-cü il tarixdə Fariz adlı şəxs “Whatsap” mobil tətbiqi vasitəsilə ona zəng etmiş, psixotrop maddə metamfetamin göndərə biləcəyini, metamfetamini Masallı rayonu ərazisində qoydura biləcəyini və onun da həmin maddəni oradan götürə biləcəyini bildirmişdir. O da Fariz adlı şəxsin təklifi ilə razılaşmış və ona öz istifadəsi üçün 10 qram metamfetamin göndərməsini demişdir. O, həmin miqdarda metamfetaminə görə malı aldıqdan sonra Fariz adlı şəxsə 200 manait pul göndərməli olmuşdur. Fariz adlı şəxs psixotrop maddə metamfetamini qoyduğu yerin fotoşəklini ona göndərmişdir. O, Masallı rayonuna getmək qərarına gəlmişdir. Tanışı Təqsirləndirilən şəxs2lə təsadüfən rastlaşmış, Vüsala bir nəfər adam olduğunu, onunla görüşüb özləri üçün nəşə götürməli olduqlarını bildirmiş və birlikdə Bakı şəhərində tanımadığı şəxsin idarə etdiyi taksiyə əyləşmiş və Masallı şəhərinə gəlmişlər. Daha sonra tanımadığı şəxsin idarə etdiyi başqa bir taksiyə əyləşmiş və Təzə Alvadı kəndi ərazisinə getmişlər. Fariz adlı şəxsin ona göndərdiyi kornidanat üzrə hərəkət etməklə saat 24 radələrində psixotrop maddənin olduğu yerə getmişlər. O, narkotikin olduğu yerə getməklə onu götürmüşdür. Oradan 10 qram metamfetamin və 1,7 qram heroin götürmüşdür. Daha doğrusu həmin yerdən sumkanı götürmüş, sumkada nə olduğunu bilməmişdir. Sumkanı götürdükdən sonra polis əməkdaşları onu və Vüsalı saxlamışlar. Polis şöbəsinə aparılmış, üzərlərində şəxsi axtarış aparılarkən aşkar olunmuş metamfetamin və heroin ona məxsusdur. Lakin 1750,836 qram heroinin, 974,247 qram psixotrop maddə metamfetaminin və 7930 qram qurudulmuş marixuananın haradan meydana çıxmasını bilmir. Polis işçiləri ttərəfindən döyülməmiş, fiziki təsirə məruz qalmamışdır. Lakin polis işçiləri ona tiəzyiq göstərdiklərinə görə narkotik vasitələri 1500 manat pul müqabilində Bakıya aparmalı oldması barədə ifadə vermişdir, lakin həmin ifadəsini təsdiq etmir. X5 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, Fariz adlı şəxs ona xx.xx.2024-cü il tarixdə saat 14 radələrində “Whatsap” mobil tətbiqi vasitəsilə zəng etmiş, Bakı şəhərində yaşayan tanışına narkotik vasitə və psixotrop maddə göndərmək istədiyini, narkotik vasitəni və psixotrop maddəni deyəcəyi yerə çatdıracağı təqdirdə ona 1500 manat pul göndərəcəyini bildirmişdir. O da Fariz adlı şəxsin bu təklifi ilə razılaşmışdır. Bundan sonra Masallı şəhərinə gəlməyə qərar vermiş, lakin Masallı şəhərində gecələməyə yeri olmadığı üçün tanışı Təqsirləndirilən şəxs2 zəng edərək öz istifadəsi üçün narkotik vasitə əldə etməkdən ötrü Masallı şəhərinə getmək istədiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 də onunla Masallı şəhərinə getmək istədiyini və gecəni Vüsalın yaşadığı evdə qala biləcəklərini demişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs2lə Xırdalan şəhəri ərazisində görüşmüş və birlikdə 20 Yanvar deyilən əraziyə getmişlər. Orada Təqsirləndirilən şəxs2lə birlikdə tanımadığı şəxsin idarə etdiyi taksiyə əyləşmiş və Masallı şəhərinə doğru gəlməyə başlamışlar. Yolda olduqları zaman Fariz adlı şəxs narkotik vasitənin və psixotrop maddənin qoydurduğu yerin konumunu mobil telefonuna göndərmişdir. O, Təqsirləndirilən şəxs2lə birlikdə Masallı şəhəri “İsgəndərli dairəsi” adlanan ərazidə taksidən düşmüşlər. O, Təqsirləndirilən şəxs2 bir nəfər şəxsdən istifadə etmək üçün qurudulmuş marixuana alacağını və istəsə, ona da verə biləcəyini demişdir. Təqsirləndirilən şəxs2 isə yaşadığı evə getmək istədiyini demişdir. O isə Vüsalgilə getməli olduğundan Vüsala onunla birlikdə getməsini demişdir. Təqsirləndirilən şəxs2 onun bu təklifi ilə razılaşmış və sonra “İsgəndərli dairəsi” adlanan ərazidə tanımadıqları şəxsin idarə etdiyi taksiyə əyləşmişlər. Daha sonra onlar həmin avtomobil ilə Böyük Xocavar kəndi istiqamətində hərəkət etməyə başlamış və konumun olduğu yerə, yəni Digah küçəsindəki dayanacağa çatdıqları zaman o, sürücüyə avtomobili saxlamasını demiş, avtomobildən düşmüş, orada olan avtobus dayanacağına doğru yaxınlaşmış və bir ədəd qara rəngli idman çantasının orada olduğunu görmüşdür. O, əvvəlcə idman çantasının üzərinə qoyulmuş 1 ədəd qara rəngli sellofanı götürmüş və əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Sonra isə idman çantasını əlinə götürmüş və bu zaman Masallı Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlamış, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirməklə polis şöbəsinə dəvət etmişlər. Polis işçiləri onu saxlayarkən üzərində olan mobil telefonu yaxınlıqda axan çaya doğru atmışdır. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılarkən üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın vardırsa, təqdim etməsi təklif olunmuşdur. O, əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli sellofanı təqdim etmişdir. Sellofan açıldıqda içərisində 2 ədəd büküm aşkar olunmuşdur. Bükümlərə baxış zamanı 1 ədəd bükümün içərisində metamfetaminəbənzər maddə olduğu müəyyən olunmuş və həmin maddə elektron tərəzidə çəkilərək qablaşdırılmış və götürülmüşdür. Üzərindən aşkar edilmiş digər bükümə baxış zamanı bükümün içərisində heroinə bənzər maddə olması müəyyən olunmuş və həmin heroinə bənzər maddə elektron tərəzidə çəkilərək götürülmüşdür. O, təqdim etdiyi metamfetamin və heroini mobil telefonundakı “Vhatsapp” vasitəsilə tanış olduğu, tanımadığı İran İslam Respublikası vətəndaşı Fariz adlı şəxsin hədiyyə olaraq göndərdiyini, idman çantasında olan narkotik vasitələri və psixotrop maddəni həmin şəxsin deyəcəyi yerə çatdırdıqdan sonra ona 1500 manat pul göndərəcəyini, xx.xx.2024-cü il tarixdə Masallı şəhərinə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə gəldiyini, Masallı şəhərində yerləşən “İsgəndərli dairəsi” ərazisində tanımadıqları şəxsin idarə etdiyi avtomobilə əyləşib Fariz adlı şəxsin konum atdığı Digah küçəsi ərazisinə getdiklərini, daha sonra dayanacaqda qoyulan idman çantasına yaxınlaşaraq çantanın üzərindəki 1 ədəd bükümü götürüb cibinə qoyduğunu, sonra həmin çantanı götürüb avtomobilə doğru hərəkət etmək istədikdə polis əməkdaşlarının onu saxladıqlarını bildirmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, onun 19 yaşı var, onun üzərinə 10 kiloqram narkotik qoyublar, 9 gün Masallı Rayon Polis Şöbəsində saxlayıblar. Onu 2024-cü il yanvar ayının 19-dan 23-dək olan müddətdə Masallı Rayon Polis Şöbəsində döymüşlər. Onu döyən polis əməkdaşı Allahverdi və rəisin müavini olmuşlar. O, İran İslam Respublikasının vətandaşı Fariz adlı şəxsi tanımamışdır. Taksi sürücüsü Şahid1 tanımır. Təqsirləndirilən şəxs1 ona demişdir ki, gəl bir yer var gedək oraya dəyək, sonra qayıdarıq. O da getmişdir. Həmin yerdə avtomaşından düşməmişdir. Polis işçiləri gəlib onu tutmuşlar. Təqsirləndirilən şəxs1 narkotik vasitə götürməsindən onun heç bir məlumatı olmamışdlır. Onu haqsız yerə tutmuşlar. Lakin Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilən ifadəsində göstərmişdir ki, 22 yanvar 2024-cü il tarixdə günorta saatlarında Bakı şəhərində olduğu zaman tanışı Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrə ilə onun ***-***-**-** mobil nömrəsinə zəng edərək Masallı şəhərinə getmək istədiyini, bir gecə Masallı şəhərində qalmaq istədiyini, lakin gecələyəcək yeri olmadığını və buna görə də valideynlərinin yaşadığı evdə bir gecə qalmaq istədiyini ondan xahiş etmişdir. O da Masallı şəhərinə getmək istədiyini və gecəni valideynlərinin yaşadığı evdə qala biləcəyini Təqsirləndirilən şəxs1 bildirmişdir. Sonra o, Təqsirləndirilən şəxs1 ilə Xırdalan şəhərində görüşmüş və Elvirlə birlikdə Bakı şəhərində yerləşən 20 Yanvar metrostansiyası ərazisinə getmişdir. Orada Təqsirləndirilən şəxs1 ilə birlikdə tanımadığı şəxsin idarə etdiyi taksiyə əyləşmiş və Masallı şəhərinə doğru gəlməyə başlamışlar. Masallı şəhərində yerləşən “İsgəndərli dairəsi” adlanan ərazidə Təqsirləndirilən şəxs1 ilə birlikdə avtomobildən düşdükdən sonra Təqsirləndirilən şəxs1 bir nəfər şəxsdən istifadə etmək üçün narkotik vasitə qurudulmuş marixuana alacağını və həmin narkotik vasitədən ona da verə biləcəyini bildirmişdir. O isə yaşadığı evə getmək istədiyini Təqsirləndirilən şəxs1 bildirmiş, Təqsirləndirilən şəxs1 isə o, yaşadığı evə gedəcəyi təqdirdə onlara gələ bilməyəcəyini bildirmiş və Elvirlə birlikdə yaşadığı evə getməyini ondan xahiş etmişdir. O da Qafarov ilə razılaşmış və sonra onlar orada tanımadığı şəxsin idarə etdiyi taksiyə əyləşmişdir. Sonra onlar həmin avtomobil ilə Böyük Xocavar kəndi istiqamətində hərəkət etməyə başlamış və Digah küçəsi ərazisinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 sürücüyə avtomobili saxlamasını bildirmişdir. Sürücü də idarə etdiyi avtomobili saxlamış və orada Təqsirləndirilən şəxs1 tək avtomobildən yerə düşmüşdür. O isə sürücü ilə birlikdə avtomobildə əyləşmiş və bundan sonra polis əməkdaşları avtomobilə doğru yaxınlaşmışdır. Sonra polis əməkdaşları üzərilərinə şəxsi axtarış və avtomobilə baxış keçirilməsi üçün Masallı Rayon Polis Şöbəsinə getməyi təklif etmiş, bu vaxt o və avtomobilin sürücüsü həmin əməkdaşlarla razılaşmış və bundan sonra onlar polis əməkdaşları ilə birlikdə Masallı Rayon Polis Şöbəsinə getmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçirilmədən öncə qanunla qadağan olunmuş hər hansı bir predmet və ya əşyanın üzərində olubolmaması barədə təhqiqatçı ona sual vermiş, o da üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş hər hansı maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri özlərinin ifadələrindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sübutlarla kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Masallı Rayon Polis Şöbəsində Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir. 23 yanvar 2024-cü il tarixdə Masallı şəhəri, X4 prospekti, ev 46 ünvanında qeydiyyatda olan Təqsirləndirilən şəxs1 külli miqdarda narkotik vasitələri qəbul etməsi, daşıması və staşı ilə məşğul olması, onun həmin tarixdə narkotik vasitələri və psixotrop maddəni Masallı şəhərində Digah küçəsi ərazisində əldə edəcəyi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat-axtarış tədbirləri keçirməklə həmin əraziyə getmiş və müşahidə aparmışlar. 23 yanvar 2024-cü il tarixdə cecə saat 01:30 radələrində VAZ 21074 markalı, **-SR-*** qeydiyyat nişanlı avtomobilin yolun kənarında dayandığını görmüşlər. Sonra həmin avtomobildə əyləşən Təqsirləndirilən şəxs1 avtomobildən düşərək dayanacağa doğru piyada hərəkət etməyə başlamış, dayanacaqda qoyulan idman çantasına yaxınlaşmış, çantanın üzərinə qoyulmuş bir ədəd bükümü götürmüş, əynindəki qara rəngli gödəkçənin sol yan cibinə qoymuşdur. Sonra Təqsirləndirilən şəxs1 orada olan idman çantasını götürmüş və bu vaxt o, əməliyyat müvəkkilləri ilə birlikdə Təqsirləndirilən şəxs1 doğru yaxınlaşmağa başlamışdır. Onların yaxınlaşdıqlarını görən Təqsirləndirilən şəxs1 üzərində olan mobil telefonu yaxınlıqda axan çaya atmış və sonra onlar Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etdikdən sonra üzərində narkotik maddə olmasına şübhələr olmasını bildirib polis şöbsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onların təklifi ilə razılaşmış və əlində olan idman çantası ilə birlikdə Təqsirləndirilən şəxs1 saxlayıb xidməti avtomobilə aparmışlar. Onlar yolunun kənarında dayanan VAZ 21074 markalı, **-SR-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşdıqda Təqsirləndirilən şəxs2 də avtomobildə sərnişin qismində olduğunu və avtomobildə sürücünün də olduğunu müəyyən etmişlər. Onlar avtomobildə olan sürücüyə və Təqsirləndirilən şəxs2 üzərilərinə şəxsi axtarış, həmçinin avtomobilə baxış keçirilməsi üçün Masallı Rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmişlər. Birlikdə rayron polis şöbəsinə getmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulmuşlar. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərində qanunla qadağan olunan hər hansı maddə varsa, təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən 1 ədəd qara rəngli sellofanı çıxararaq təqdim etmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi sellofan açıldıqda içərisində 2 ədəd qara rəngli büküm aşkar edilmişdir. Sonra Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilmiş, hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən bükümlərə baxış keçirilərkən 1 ədəd bükümün içərisində psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Həmin metamfetaminəbənzər maddə elektron tərəzidə çəkilmiş və görülmüşdür. Bundan sonra digər bükümə baxış keçirilmiş və bükümün içərisində narkotik vasitə heroinəbənzər maddə olması aşkar edilmişdir. Həmin narkotik vasitə heroinəbənzər maddə elektron tərəzidə çəkilmiş və görülmüşdür. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, təqdim etdiyi psixotrop maddə metamfetamin və narkotik vasitə heroini “Vhatsapp” tətbiqi vasitəsilə tanış olduğu İran İslam Respublikası vətəndaşı olan Fariz adlı şəxs ona hədiyyə vermişdir. Həmin şəxsin göndərdiyi və idman çantasında olan narkotik vasitələri və psixotrop maddəni deyilən yerə çatdırdıqdan sonra ona 1500 manat pul göndərməli olduğunu demişdir. Təqsirləndirilən şəxs1 həmçinin bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Masallı şəhərinə Vüsal adlı şəx ilə birlikdə gəlmiş, Masallı şəhərində yerləşən “İsgəndərli dairəsi” adlanan ərazidə tanımadıqları şəxsin idarə etdiyi taksiyə əyləşib Fariz adlı şəxsin konum atdığı Digah küçəsi ərazisinə getmişlər. Daha sonra dayanacaqda qoyulan idman çantasının üzərindəki 1 ədəd bükümü götürüb əynindəki gödəkçənin sol yan cibinə qoymuş, daha sonra həmin çantanı götürüb hərəkət etmək istədikdə polis işçiləri tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs1 əlində olan bir ədəd qara rəngli idman çantasına baxış keçirilərkən çantanın içərisindən qara rəngli sellofana bükülmüş 10 ədəd büküm aşkar edilmişdir. 8 ədəd bükümün içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə, 1 ədəd bükümün içərisində narkotik vasitə heroinə bənzər maddə və 1 ədəd bükümün içərisində isə psixotrop maddə metamfetaminə bənzər maddə aşkar edilmişdir. Həmin bükümlər qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərindən hər qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə Masallı şəhərinə gəlməkdə məqsədi narkotik vasitə qəbul etmək və Təqsirləndirilən şəxs1 gecələməyə yeri olmadığı üçün yaşadığı evdə qonaq etmək istəmişdir. Təqsirləndirilən şəxs2 həmçinin əvvəllər narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanarkən və polis şöbəsinə gətirildikdən sonra polis əməkdaşları tərəfindən Vüsala qarşı hər hansı fiziki təzyiq və ya psixi təsir olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir təzyiq və təsir göstərməmişlər. Məlumat Təqsirləndirilən şəxs1 barəsində daxil olmuşdur. Lakin Elvir özü demişdir ki, Təqsirləndirilən şəxs2 ilə razılaşıb narkotik vasitə dalınca gəlimişlər. Məhkəmə istintaqında şahid kimi dindirilən polis əməkdaşları Şahid7 və Şahid6 da Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. İfadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ifadələrində göstərdikləri xüsusatları bir daha təsdiq etmişlər. Şəxsi axtarış və götürmə aparılması barədə xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə olunmuş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki gödəkçənin sol yan cibindən bir ədəd qara rəngli sellofan bükümün içərisində iki ədəd bükümlərdə heroinə və metamfetaminəbənzər maddələr aşkar olunmuşdur. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Fariz adlı İran vətəndaşı ona öz istifadəi üçün narkotik göndərdiyini, çantanı isə deyilən mənzilə çatdırması üçün 1500 manat pul verməli olduğunu bildirmişdir. Bakı şəhərindən Vüsal adlı şəxslə narkotiki götürmək üçün Masall rayonuna gəlmişlər. Vüsala əldə etdiyi narkotik vasitədən verəcəyini bildirmişdir. Deyilən yerə Vüsalla birlikdə gedib içərisində narkotik vasitə olan çantanı götürmüşdür. İdman çantasını götürdükdən sonra çantanın üzərində olan, onun üçün ayrılmış qara rəngli, içərisində narkotik vasitələr olan bükülünü gödəkçəsinin cibinə qoymuşdur. Elvin Qafarova məxsus idman çantasına baxış keçirilərkən 10 ədəd qara rəngli sellofana bükülmüş bükülülər aşkar edilmişdir. Bükülülərə baxıldıqda 8 ədəd qurudulmuş marixuanayabənzər, 1 bükümdə heroinəbənzər, bir bükümdə isə metamfetaminəbənzər maddələr aşkar edilərək götürülmüşdür. Materialların məhkəmə ekspertizası və məhkəmə-bioloji ekspertizasının 23 yanvar 2024-cü il tarixli, 19/61 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 1 ədəd bükümdə təmiz çəkisi 0,836 qram olan, tünd-qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, 1 ədəd bükümdə təmiz 9,247 qram, ağa rəngli, kristallardan ibarət olan maddə metamfetamindir. Təqsirləndirilən şəxs1 çantasından aşkar edilmiş 1 ədəd bükülüdə 1750,0 qram, tünd-qəhvəyi rəngli maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd bükümdə təmiz çəkisi 965,0 qram olan, ağ rəngli, kristallardan ibarət olan maddə metamfetamindir. 8 ədəd bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1025 qram, 1095 qram, 1000 qram, 995 qram, 910 qram, 980 qram, 995 qram, 930 qram olmaqla ümumilikdə təmiz çəkisi 7930 qram olan, bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadırlar, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Elvin Qafarovun üzərindən və çantasından aşkar edilmiş heroinlər və metamfetaminlər xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Məhkəmə-narkoloji ekspertizasının 25 yanvar 2024-cü il tarixli, 52 və 53 saylı rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacları vardır, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmə-tibb ekspertinin 26 yanvar 2024-cü il tarixli rəylərindən görünür ki, həmin tarixdə aparılmış tibbi müayiələr zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bədənləri üzərində hər hansı xəsarət aşkar olunmamışdır. Masallı Rayon Məhkəməsinin 01 fevral 2024-cü il tarixli, 5(050)-11/2024 nömrəli qərarına əsasən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair Masallı Rayon Polis Şöbəsinin Narkotiklərlə mübarizə qrupunun əməliyyat müvəkkili Şahid2 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar qanuni və əsaslı hesab edilmişdir. Təqsirləndirilən şəxs1 CM-nin 32, 206.3.2-ci maddəsi ilə verilmiş ittihamdan dövlət ittihamçısı məhkəmə baxışının gedişində imtina etdiyindən 01 oktyabr 2024-cü il tarixli qərarla cinayət işi üzrə icraata həmin maddədə hissəvi xitam verilmişdir. Lənkəran Şəhər Psixiatriya Xəstəxanasının xx.xx.2024-cü il tarixli arayışlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin xəstəxanada qeydiyyatda olmamışlar. Ailə tərkibi haqqında xx.xx.2024-cü il tarixli arayışlardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 subaydırlar, himayələrində uşaq yoxdur. Hər ikisi yaşayış yerindən verilmiş eyni tarixli xasiyyətnamələrdə mənfi xarakterizə olunurlar. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Masallı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.2022-ci il tarixdə cəzanın sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs2 məhkum olunmamışdır. Beləliklə, məhkəmə tdqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrupp şəxs halında cinayət əlaqəsinə girərək xüsulsilə külli miqdarda narkotik vasitə heroini, psixotrop maddə metamfetamini və külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etmələri, saxlamaları və daşımaları, əməllərində cinayət tərkibinin və cinayət hadisəsinin olması, təqsirlilikləri kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdikləri ifadələrini daha obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul edir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməlləri Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və onlara həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxlərə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onların cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətlərini, təyin olunan cəzanın onların islah olunmalarına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etimədi, əməlində cinayətlərin residivinin olmasını isə CM-nin 61.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4-1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivi olduğundan, həmçinin hər ikisi xüsusilə ağır cinayət törətdiklərindən cəzalarını CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldıqları müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətlərinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birinə tibbi xarakterli məcburi tədbirlər tədbiq edilməklə cəza çəkdikləri müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 1750,636 qram narkotik vasitə heroin, 974,047 qram psixotrop maddə metamfetamin və 7929,2 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Ekspertiza xərci 120 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 60 manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, cəzaçəkmə müddətinin başlanğıcı 23 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Polis Şöbəsində saxlanılan 1750,636 qram narkotik vasitə heroin, 974,047 qram psixotrop maddə metamfetamin və 7929,2 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Ekspertiza xərci 120 (yüz iyirmi) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 60 (altmış) manat alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev
Məhkəmə qərarları › İş №1(099)-440/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-440/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver