Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-441/2023 06.11.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X6, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və tərcüməçi X3 iştirakları ilə xx xxxxxx 1997-ci ildə İran İslam Respublikasının Maku şəhəri, Qızılarx kəndində anadan olmuş, İran İslam Respublikası vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, işsiz, İran İslam Respublikasının Maku şəhəri, Qızılarx kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən qazanc əldə etmək üçün İran İslam Respublikasında (bundan sonra İİR) digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşaraq cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq o və İİR-də olan digər şəxslər birlikdə 15 yanvar 2023-cü il tarixdə külli miqdarda narkotik vasitə olan 22748,40 qram olan qurudulmuş marixuananı qəsdən qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş, saxlamış, həmin tarixdə saat 21 radələrində cinayət qrupunun digər üzvləri ilə birlikdə Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar, qaçaqmalçılıq yolu ilə daşıyaraq əvvəlcədən razılaşdırdıqları kimi Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 18-ci sərhəd zastavasının xidməti ərazisindən İİRdən Azərbaycan Respublikasına qanunsuz olaraq keçirdikdən sonra DSX-nin hərbi qulluqçuları onlara dayan komandası vermiş, lakin digər şəxslər İİR-na geri qayıdaraq hadisə yerindən uzaqlaşmış, 16 yanvar 2023-cü il tarixdə saat 11 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində isə Təqsirləndirilən şəxs saxlanılmış və onun saxlanıldığı yerdən özünün və hadisə yerindən qaçmış digər şəxslərin əraziyə atdıqları bağlamalarda olan həmin külli miqdarda narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü yalnız CM-nin 318.2-ci maddəsi ilə təqsirli bilib, digər ittihamlar üzrə isə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, o, İİR-də qaçaq olmuşdur. Belə ki, Xomeyni barəsində instaqram sosial şəbəkəsində paylaşdığı video ilə əlaqədar axtarışda olmuşdur. Bu səbəbdən bacısının evində olmuşdur. Həmin vaxt polis əməkdaşları yaşadığı evə getmişlər, atası isə bu barədə ona zəng vurub məlumat vermişdir ki, onu sipahilər axtarırlar. Tarixini dəqiq xatırlamadığı vaxtda instaqram sosial şəbəkəsində tanış olduğu Hacı Hasan adlı şəxslə əlaqə saxlamış ki, onu ölkədən çıxarmağa kömək etsin. Hacı Hasan sosial şəbəkədə bu işlə məşğul olmuş, instaqramda adın qeyd edən kimi orada çıxır. Hacı Hasan isə onu İranda tanımadığı bir şəxsin evinə göndərmiş, həmin evə getdikdən sonra iranlı bir şəxs onu qarşılamış və həmin evdə saxlamışdır. Ev Poldəş şəhərində olmuşdur, həmin evdə onun kimi qaçaq Sədəf adlı bir xanımın da olduğunu görmüşdür. Sədəf də onun kimi Azərbaycana gəlmək məqsədilə o evdə qalırmış. Bundan sonra Hacı Hasan onlara sərhədə getmələrini, oradan zəng vurmaları və adamının onları qarşılayacağını bildirmişdir. Bundan sonra həmin evdən Sədəf adlı xanımla çıxmışlar, evindən çıxdığı iranlı isə onları başqa bir yolu bilən iranlı ilə yola salmışdır. O şəxs bir nəfər cavan oğlan olub, Hasanın adamı kimi adın əvvəlcə Fərhad demiş, daha sonra adının Cəfər olduğunu bildirmişdir. Həmin şəxsin də üzərində heçnə olmamış, əlində telefonu və ağac parçası olmuşdur. Həmin iranlı şəxs onları əvvəlcə bir kəndə, daha sonra Araz çayının sahilinə gətirmişdir. Orada Sədəflə birlikdə qayığa minmişlər, iranlı şəxs isə suyun içi ilə onları çəkib çayı Azərbaycana tərəf keçirmişdir. Bundan sonra Azərbaycan ərazisində simlərə çatmışlar, iranlı simləri kəsib, aralayıb onları oradan da keçirmiş və yola salmışdır. Onlar ordan meşə tərəf keçmişlər. Simi keçib meşəylə getdikdən sonra maşın gəlmiş, orda Hasana zəng vurmuşlar, əvvəlcə qorxmuşlar, Hasan isə demişdir ki, Hacı Hasan ya da Sabir deyəsiz koddu bu gələcəklər yanınıza. Bundan sonra onları bir maşın qarşılamış və Hacıqabul rayonuna gətirmişdir. Onu maşınla Hacıqabul rayonuna gətirən şəxs ondan sənəd düzəldilməsi adı ilə 1700 ABŞ dolları pulunu hissə-hissə almışdır. Həmin şəxs adamının olduğunu pul verib sənəd düzəldəcəyini, onun da Azərbaycanda yaşaya biləcəyini bildirmişdir. Daha sonra aldadıldığını görmüş, Hacı Hasan adlı şəxs zəng vurmuş, o isə demişdir ki, “mən deməmiş heç kimə pul vermə”. Beləliklə, 24 gün ərzində Hacıqabul rayonunda, bir dənə tanımadığı xaraba bir evdə qalmışdır. Sonra görmüş bu şəxslər ona yalan danışır, onlara polisə təslim olacağını, onları da polisə verəcəyini bildirmişdir. Bundan sonra həmin şəxslər Hacı Hasanın onu Türkiyəyə keçirəcəyini demişlər. Bu məqsədlə də onu yenidən sərhədə gətirmişlər. Məqsəd isə onu iranda olan Çaldıran şəhərinə keçirib, oradan da rahat şəkildə Türkiyəyə keçirsinlər. Onu sərhədə aparan da, pullarını alan da Sabir adlı şəxs olmuşdur. Sabir sərhədə çatanda simi kəsib 2- 5 dəqiqə gözlədikdən sonra simi qaldırmış demişdir ki, keç. Özü simi keçdikdən sonra Sabir də istəmiş ki, keçsin güllə səsi eşitmişlər. Həmin vaxt Sabir demişdir ki, get ikinci simi kəs, özü ikinci simi kəsəndə yenə güllə səsi gəlmiş, bu zaman Sabir həmin ərazidən qaçmış, o isə həmin ərazidə qalmış, qaçıb kolların arasında gizlənmişdir. Saat təxminən 04:00-05:00 olarmış. Sonra görmüş ki, iran tərəfdən səs gəlir. Bundan sonra isə iki nəfər polis gəlib onu tutmuşlar. Həmin vaxta kimi onda heç bir narkotik olmamışdır. Tutulandan sonra zastavaya aparılmış, orada ona çay yemək vermişlər. Orada sorğu sualda yalandan demiş ki, farsdır. Düşünmüş ki, desə kürdəm onu İİR-nə verərlər. Sonra komandir gəlmiş, demiş ki, bu narkotiklər sənindi. Ondan əvvəl isə narkotiki görməmişdir. Zastavada olarkən əvvəlcə ona su, yemək vermişlər, sonra gəlib onu döymüşlər, həmin şəxslər polis libasında olmamışlar, tələb etmişlər ki, desin bunlar özünündü. Deyəndə ki, narkotiklər sənindi yalvarmış ki, irandan zindandan qaçıb gəlib, burda da onu zindana göndərməsinlər. Məhkəmədə isə bu barədə heçnə deməmiş qorxmuşdur. Müstəntiqə ifadə verərkən oxumadan imzalamışdır, müstəntiq demişdir ki, necə demisən elə də yazmışam. Müstəntiq isə onu vurmamış, döyməmişdir. Özü heç bir narkotik görməmiş, Azərbaycan Respublikasına pənah gətirmiş, işinə ədalətlə baxıb ona kömək edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilib, bildirmişdir ki, o, 15 yanvar 2023-cü il tarixdə İİR Maku şəhər sakini Həsən adlı şəxsin evinə getmiş və orada Həsən adlı şəxs ona İran İslam Respublikasından Azərbaycan Respublikasına 1 (bir) ədəd bağlamanı aparmağı təklif etmişdir. Həmin bağlamanı Azərbaycan Respublikası tərəfə aparmaq üçün ona 20.000.000 (iyirmi milyon) İran rialı verəcəyini bildirmişdir. O, qeyd olunan təkliflə razılaşmış və Həsən adlı İİR vətəndaşından 1 ədəd bağlamanı götürmüşdür. Həsən adlı şəxs bir nəfər tanımadığı İİR vətəndaşını və Sabir adlı şəxsi öz maşınına əyləşdirərək Araz çayının kənarına gətirmişdir. Azərbaycan Respublikası tərəfi göstərərək bu istiqamətdə hərəkət etməklərini onlara bildirmişdir. Onlar bir qədər ətrafı müşahidə etdikdən sonra Araz çayını keçərək qanunsuz yolla Azərbaycan istiqamətində hərəkət etməyə başlamışdılar. Onlar bir qədər qamışlıq və sıx kolluq ərazi hərəkət etdikdən sonra qarşılarına tikanlı məftillər çıxmışdır. Bu zaman onlarla birlikdə tanımadığı İİR vətəndaşı ona və yanındakı Sabir adlı şəxsə həmin tikanlı məftilləri göstərərək Azərbaycana qanunsuz yolla keçməli olduqlarını bildirmişdir. Qeyd olunanlardan əlavə olaraq Həsən adlı İİR vətəndaşı onlara tikanlı məftili keçdikdən sonra, Azərbaycan Respublikası tərəfdə avtomobilin onları gözlədiyini və həmin avtomobilə əyləşərək Bakı şəhərinə doğru hərəkət etməli olduqlarını demişdir. Onlar Bakı şəhərinə çatdıqdan sonra Həsən adlı şəxsə olduqları ünvanı Google Maps üzərindən məkan paylaşımı edərək narkotik vasitələri onun onlara deyəcəyi ünvana qoyaraq Azərbaycan Respublikası tərəfdəki narkotik vasitələri sifariş edən şəxslərə çatdırmalı olduğlarına dair razılıq əldə etmişdilər. Lakin onlar tikanlı məftillərə yaxınlaşan zaman orada xidmət aparan sərhəd naryadları ilə qarşılaşmışlar və onlar havaya xəbərdarlıq atəşi açaraq dayan komandasını verərək dayanmaqlarını əmr etmişdilər. Onlar bu zaman üzərlərində olan narkotik vasitələrlə birlikdə geriyə İran tərəfə qaçmağa başlamışdılar. Tutulmaqdan qorxaraq üzərində olan bağlamaları sıx kolluq əraziyə ataraq qaçmağa davam etmişdir. Onunla birlikdə gələn dövlət sərhədini qanunsuzq yolla keçməyə cəhd edən şəxs ondan təxminən 20-25 metr aralıda üzərində olan narıncı rəngli 2 ədəd bağlamaları ataraq İran tərəfə qaçmağa davam etmişlər. O, isə öz üzərində olan qara rəngli 1 ədəd salafan bağlamanı özündən təxminən 4-5 metr aralıda ataraq sıx kolluq ərazidə gizlətmişdir. Həmin ərazidə Azərbaycan sərhədçilərinin axtarış apardığını müşahidə etmiş, lakin onlar havanın qaranlıq və ərazinin sıx kolluqlardan ibarət olması səbəbindən onu görə bilməmişdilər. Lakin hava işıqlandığı zaman həmin ərazidə axtarış aparan Azərbaycan sərhədçiləri onun gizləndiyi yeri müəyyən edərək həmin yerdən çıxmağı üçün əmr vermişdilər və o, sərhədçilərə qarşı heç bir müqavimət göstərmədən gizləndiyi yerdən çıxaraq təslim olmuşdur. Məhkəmə iclasında məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs, həmin ifadələrini təsdiq etmədiyini, yazılanların doğru olmadığını, saxlanılarkən fars olduğunu bildirmiş, oradakı polislər isə bir-birilə danışıb belə deyək, belə yazaq o da bütün bunları başa düşmüş, daha sonra döyülmüş, xəsarətləri olmuş, bu səbəbdən də onların dediklərin imzalamışdır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, özü 4-cü sərhəd komendantlığının komendantı vəzifəsində işləyir. Xidmət etdiyi ərazidə kamer müşahidəsi vardır. Hadisə günü həmin kameralardan 3 nəfər şəxsin dövlət sərhədini pozaraq, sərhəd xəttin keçib, mühəndis çəpərinə yaxınlaşdıqlarını müşahidə etmişlər. Sərhəd pozucuları nəzarət iz zolağına girmişlər. Onlar mühəndis çəpərini keçməyə çalışmışlar, həmin vaxt bağlamalar da çiyinlərində olmuşdur. Hadisə gecənin birinci yarısı, havanın qaranlıq şəraitində baş vermişdir. Sərhəd pozucuları İİR-dən Azərbaycan Respublikası istiqamətində dövlət sərhədin pozmuşlar. Dərhal xidmətdə olan sərhəd naryadını həmin əraziyə istiqamətləndirmişlər. Sərhəd naryadı tərəfindən dayan komandası verilmiş, havaya xəbərdarlıq atəşi açılmışdır. Sərhəd pozucuları isə narkotik olan çantaları atıb qaçmağa başlamışdır. Həmin şəxslərdən iki nəfər geriyə İİR-nə qaçmağa müvəffəq olmuş, bir nəfər isə narkotik olan bağlamaların aşkar edildiyi yerdən 40-50 metr kolluqda gizləndiyi yerdə saxlanılmışdır. Özü şəxsən sərhəd pozucusunun yaxalanması məqsədilə yaradılmış axtarış qrupunda olmuş, həmin axtarış qrupu tərəfindən də Təqsirləndirilən şəxs saxlanılmışdır. Bundan başqa ərazidə üç ədəd bağlamada narkotik vasitə marixuanaya bənzər kütlə aşkar edilmişdir. Rezai ilə ilkin danışıq zamanı çox yalanlar danışmış, bağlamaların onlara məxsus olduğunu etiraf etmiş, lakin bağlamada ona siqaret olduğunu dediklərini bildirmiş, özünün iştirakı ilə bağlamalar açıldıqda isə içərisində narkotik vasitənin olduğunu görmüşdür. Rezai tərəflərindən saxlanılarkən demək olar ki, donmuşdu. Çünki axtarış aparılarkən o, səhərə qədər kolluqda soyuqda qalmışdı. Ona qarşı nə özü nə də ki, digər əməkdaşlar tərəfindən zor tətbiq olunmayıb, saxlanılarkən Rezainin ayaqları soyuqdan donmuş vəziyyətdə olmuş, heç ayaq üstə də dayana bilməmiş, zastavaya aparıldıqdan sonra o, özünə gəlmişdir. Ona qarşı zor tətbiq edilməsi ilə bağlı təqsirləndirilən şəxsin bildirdikləri tamamilə yalandır. Məhkəmə iclasında Şahid4 Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, özü 4-cü sərhəd komendantlığının 18-ci sərhəd saztavasının rəisi vəzifəsində işləyir. Hadisə günü növbətçi operator kameralarda üç nəfər şəxsin İİR-dən Azərbaycan Respublikasına keçməsi müşahidə olunmuşdu. Həmin şəxslər nəzarət iz zolağını keçib, mühəndis çəpərinə yaxınlaşıb, lakin heç çəpərdəki simləri də kəsə bilməyiblər. Bu zaman şəxsi heyəti qaldırmış, ərazidə xidmət göstərən sərhəd naryadını da əraziyə yönəltmişdir. Həmin ərazinin relyefi sıx, kolluq və meşəlik olduğundan iki nəfər geriyə İİR-ə qaçmağa müvəffəq olmuşdular. Çünki ərazidəki kameralar termal kameralar olmuş, yalnız sərhəd pozucularını açıq ərazidə müşahidə edə bilmişlər. Ərazidə əvvəlcə üç ədəd bağlama aşkar edilib götürülmüşdür. Daha sonra sərhəd xəttinə yaxınlaşdıqda üç nəfər şəxsin Azərbaycan Respublikası istiqamətinə ayaq izlərini, Azərbaycan Respublikası istiqamətindən geriyə İİR-ə tərəf isə iki nəfər şəxsin ayaq izlərinin olduğunu aşkar etmişlər. Səhərədək isə tərəflərindən axtarış həyata keçirmişlər, xx.xx.2023-cü ildə səhər saat 10:50 radələrində isə ərazidəki kolluqdan təqsirləndirilən şəxsi aşkar edib çıxarmışlar. Təqsirləndirilən şəxs isə aşkar edilmiş bağlamaların özünə məxsus olduğunu, içərisində siqaret olduğunu bildirdi. Həmin vaxt Rezai fars dilində danışmış, onunla ünsiyyət qurmaq çətin olmuş, lakin əməkdaşlardan bir nəfər fars dilində bir qədər danışdığından Rezainin nə dediklərini tərcümə etmişdir. Ona qarşı saxlanılarkən heç bir təsir və ya təzyiq edilməmişdir. Əksinə təqsirləndirilən şəxs saxlanıldıqdan sonra qayğısına qalınmış, ona çay, yeməyə düyü və isti paltar vermişlər. Ona qarşı fiziki zor tətbiq edilməsilə bağlı bildirdikləri tamamilə yalandır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00-dan, xx.xx.2023-cü il tarixə keçən gecə sərhəd naryadı başçısı olaraq ərazidə xidmətdə olmuşdur. Xidmət zamanı növbətçi operator məlumat vermişdir ki, dövlət sərhədi üç nəfər şəxs tərəfindən pozulur. Həmin vaxt kamera görüntürləri ilə məlumat vermişlər ki, həmin şəxslər özünündən keçirlər. Bu zaman tərəfindən dayan komandası verilmiş, lakin növbətçi operator onların hərəkətə davam etdiklərini, İİR-ə tərəf geriyə qaçdıqlarını məlumat vermişdir. Özü də havaya xəbərdarlıq atəşi açmışdır. Daha sonra verilən məlumat əsasında həmin əraziyə getmişlər, orada üç ədəd bağlamanın olduğunu aşkar etmişlər. Ondan sonra isə sərhəd pozucuları gözdən itmişdir. Sərhəd dəstəsi isə komandaya qalxmış, ərazini bağlamışlar. Sabaha kimi axtarış aparılmışdır. Səhəri isə təqsirləndirilən şəxs kolluqda donmuş vəziyyətdə saxlanılmışdır. Özü sərhədin pozulduğu yerdə də olmuş, dövlət sərhədi İİR-dən Azərbaycan Respublikası istiqamətinə pozulmuşdur. Zastavada olarkən Rezainin bağlamaların onlara məxsus olduğunu deməsini eşitmişdir. Saxlanılarkən və zastavada olarkən ona qarşı heç kim işgəncə etməyib, zor tətbiq etməyib. Məhkəmə iclasında Şahid5 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadəsində göstərmişdir ki, hadisə baş verən günü zastavada olmuşdur. Həmin vaxt əsgər kimi xidmət göstərirmiş. Silaha komandası verildikdən sonra əraziyə çıxmışlar, ərazi tərəflərindən bağlanmış, səhərə qədər orada qalmışlar. Ərazidə kamera vasitəsilə sərhəd pozuntusu halı aşkar edildiyindən silaha komandası verilmişdir. Hadisələr isə dəqiq yadında qalmayıb. Onu hal şahidi kimi dəvət etmişlər, hazırda heçnə xatırlamır. İfadələri arasında ziddiyyətlər olduğundan məhkəmə iclasında Şahid6 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi elan və tədqiq olundu. İş üzrə Şahid6 həmin ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə onu hal şahidi qismində 18-ci sərhəd zastavasının inzibati binasına dəvət etmişdilər. Xidməti otaqda ona bildirmişdilər ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs qaçaqmalçılıq yolu ilə İİRdən Azərbaycan Respublikasına keçirilmiş içərisində narkotik vasitə olan bağlamanı götürdüyü hadisə yerinə, hadisə yerindən aşkar edilərək götürülmüş qeyd olunan bağlamalara, Təqsirləndirilən şəxs üzərinə baxış keçiriləcəkdir. Bundan sonra hüquq və vəzifələri izah olunmuş və razılığı olduqdan sonra baxış başlanımışdır. Hadisə yerinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs saxlanıldığı yeri əli ilə göstərmişdir. Həmin yer Füzuli rayonu Böyük Bəhmənli kəndi yaxınlığında olan ərazi və həmin yerə baxış zamanı İİR vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı yerdə bir ədəd qara, həmin yerdən 25 metr araladı isə 2 ədəd narıncı rəngli bağlama aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin aşkar edilmiş bağlamaları İİR-dən Azərbaycan Respublikasına Həsən və Sabir adlı İİR vətəndaşları ilə birlikdə qanunsuz yolla gətirdiklərini bildirmişdir. İfadəsi elan olunduqdan sonra Şahid6 həmin ifadələrini təsdiq etdiyini, ibtidai istintaq zamanı şahid qismində ifadə verdiyini, hazırda isə hadisələri dəqiq xatırlaya bilmədiyini bildirdi. İşdə olan, N nömrəli hərbi hissənin komandiri polkovnik Samir Salamovun xx.xx.2023-cü il tarixli 16/106 nömrəli məktubundan görünür ki, 16 yanvar 2023-cü il tarixdə N nömrəli hərbi hissənin 4-cü sərhəd komendatlığının 18-ci sərhəd zastavasının 25-ci sahəsində saxlanılmış İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs 24 (iyirmi dörd) kiloqram 285 (iki yüz səksən beş) qram narkotik vasitə olan marixuanaya bənzər maddə aşkar olunaraq götürülmüşdür. (c İ, i.v 5) İşdə olan, 16 yanvar 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 12:05-də inzibati qaydada tutulmuşdur. (c İ, i.v 17) İşdə olan, 16 yanvar 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, baxış keçirilən yer Füzuli rayonu Bala Bəhmənli kəndinin yaxınlığında sıx kol ərazidə, 53/1 nömrəli sərhəd nişanından 500 metr sağa, dövlət sərhəd xəttindən 800 metr aralıda, mühəndis çəpərindən 200 metr içəri ərazidə yerləşən sıx kolluq ərazidir. Baxış zamanı İİR vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı yeri əli ilə göstərir və bildirir ki, həmin yerə içərisində narkotik vasitə olan bağlamanı atmışdır. Baxış zamanı İİR vətəndaşı Təqsirləndirilən şəxs saxlanıldığı yerin yaxınlığından 1 ədəd qara və həmin bağlamadan 20-25 metr aralıda 2 ədəd narıncı rəngli ümumilikdə 3 ədəd bağlamalar aşkar edildi. Bu zaman İİR vətəndaşı Təqsirləndirilən şəxs qeyd olunan 1 ədəd qara rəngli bağlamanın aşkar edildiyi yerə onun tərəfindən atdığını dedi, həmin bağlamaların içərisində siqaret və tütün məmulatlarının olduğunu bildiyini bildirmişdir. (c İ, i.v 19-22) İşdə olan, 16 yanvar 2023-cü il tarixli narkotik vasitəyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, İİR vətəndaşı Təqsirləndirilən şəxs tərəfindən sıx kolluq əraziyə atılmış 1 (bir) ədəd qara və digər 2 nəfər şübhəli şəxs Sabir və Həsən adlı şəxs tərəfindən sıx kolluq əraziyə atılmış 2 ədəd narıncı rəngli ümumilikdə 3 ədəd şübhəli bağlamalar açılaraq içərisinə baxış keçrilən zaman bağlamaların içərisində dördbucaq və slindir formada şəffaf yapışqan selafonla sarınmış halda 22 (iyirmi iki) ədəd bağlamada ümumi çəkisi 24 (iyirmi dörd) kq, 285 (iki yüz səksən beş) qram olan içərisində narkotik vasitəyə, 4 (dörd) ədəd, ümumi çəkisi 4 (dörd) kq 800 (səkkiz yüz) qram narkotik vasitəyə bənzər maddə marixuana olması müəyyən edilmişdir. (c İ, i.v 23-24) İşdə olan, Məhkəmə bioloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli 7/57 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş şəffaf yapışqan lentlə yapışdırılmış ağ kağız üzərində “Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Zərflər üçün N21 dairəvi möhür əksi olan 1 ədəd qara rəngli polietilen bağlamada və 2 ədəd narıncı rəngli sintetik torbada ümumi sayı 23 ədəd üzəri şəffaf yapışqan lentlə yapışdırılmış qara rəngli sellofan bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi (1000,0 qr, 1020,0 qr, 1040,0 qr, 1057,0 qr, 1002,7 qr, 1150,6 qr, 1012, 0 qr, 1010,0 qr, 1010,0 qr, 1000,5 qr, 1058,0 qr, 1002,0 qr, 1050,0 qr, 1004,0 qr, 1057,5 qr, 180,5 qr, 1000,9 qr, 1002,0 qr, 1029,0 qr, 1020,0 qr, 1000,7 qr, 1020,5 qr, və 1020,5 qram olmaqla ümumi çəkisi) 22748,40 qram bitki mənşəli kütlələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Cəmi tədqiqata sərf olundu-1,15 qr (hər ob-0,05 qr), qalıq-22747,25 qr. Aparılmış ekspertiza tədqiqatının dəyəri 88,0 manat təşkil edir. (c İ, i.v 44-45) İşdə olan, «şübhəli şəxsin tutulması haqqında» 17 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 13:10-da şübhəli şəxs qismində tutulmuşdur. (c İ, i.v 63) İşdə olan, xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (c İ, i.v 74) İşdə olan, xx.xx.2023-cü il tarixli Səbail Rayon Məhkəməsinin 4(009)-21/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində dörd ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2023-cü ildən hesablanmışdır. (c İ, i.v 109-112) İşdə olan, 18 yanvar 2023-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, 22747,25 qram narkotik vasitə olan marixuananın qalığı maddi sübut kimi tanınmış və saxlanılması üçün DSX-nin İTİ-nin saxlanc yerinə təhvil verilmişdir. (c İ, i.v 135) İşdə olan, Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər dövlət sərhədini qanunsuz keçməsi, qaçaqmalçılıqla məşğul olması və digər hüquqazidd hərəkətləri barədə ƏABİ-də məlumatlar mövcud deyildir. Dövlət Sərhəd Xidmətinin Əməliyyat-Axtarış Baş İdarəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, keçirilmiş tədbirlər İran İslam Respublikası vətəndaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin İİR Aslandüz şəhər sakini Qasım Seyidnuriyə məxsus olması, saxlanmış şəxsə AR tərəfinə keçməkdə köməklik göstərən şəxslərin isə İİR Aslandüz şəhər sakini Vəlixan Alişnecat və İİR Aslandüz şəhər Türbət kənd sakini Qulaməli Muradi adlı şəxslər olması müəyyən edilmişdir. (c İ, i.v 173) İşdə olan, Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 789 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən dövrdə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkəti Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 184-186) İşdə olan, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1427 nömrəli rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniydan məcburi müalicəyə ehtiyacı yoxdur. (c İ, i.v 187-188) İşdə olan, 19 aprel 2023-cü il tarixli cinayət işinin materiallarından cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından şəxsiyyəti istintaqa “Həsən”, “Sabir” adı ilə məlum olan İİR vətəndaşları və cinayətin digər iştirakçıları barəsində Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi hazırki cinayət işinin materiallarından ayrılmışdır. (c İ, i.v 189-190) İşdə olan, 21 iyun 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, araşdırma zamanı toplanmış materialda cinayət hadisəsinin olmadığından cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. (c İİ, i.v 118-120) Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinə əsasən - hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçisi vasitəsi ilə suallar vermiş, habelə ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi dəlillər: Hacı Hasan adlı şəxslə aralarında olan razılağa əsasən İİR-dən Azərbaycan Respublikasına qaçaq yolla sonuncunun adamları vasitəsilə keçirilmiş, daha sonra onu Sabir adlı şəxs qarşılayaraq Hacıqabul rayonuna gətirib 24 gün müddətində xaraba bir evdə saxlamış, eyni zamanda sənədlərinin düzləldilməsi ilə əlaqədar ondan 1700 ABŞ dolları pul da almışdır, sonradan aldadıldığını başa düşdükdən sonra şikayət edəcəyini bildirmiş, bu dəfə də onu yenidən İİR-də Çaldıran şəhərinə keçirib, oradan da rahat şəkildə Türkiyəyə keçirmək məqsədilə Sabir adlı şəxs Azərbaycan Respublikasının İİR ilə olan dövlət sərhədinə gətirmiş, lakin orada sərhədçilər tərəfindən saxlanılaraq, zastavaya aparılıb, orada döyülmüş və ondan narkotiklərin ona məxsus olmasını etiraf etməyə məcbur edilmişdir. Təqsirlərdirilən şəxsin irəli sürdüyü ikinci dəlillə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs sərhəd xidməti əməkdaşları tərəfindən fiziki təzyiqlərə və pis rəftara məruz qalması ilə bağlı irəli sürdüyü dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə ondan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər və pis rəftara məruz qalması nəticəsində alındığını bildirmişdir. Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan normasında əks olunan halların, xüsusilə də zorakılıq və işgəncə hərəkətlərinin təqsirləndirilən şəxsə münasibətdə tətbiq edilib-edilməməsinin müəyyən edilməsi istiqamətində araşdırma aparılmasını zəruri hesab edir. Məhkəmə ilk olaraq Təqsirləndirilən şəxs zorakılıq, fiziki təzyiqə və pis rəftara məruz qalaraq etirafedici ifadələr verməsinə münasibət bildirərək qeyd edir ki, bununla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda cinayət təqibi aparılmış, müvafiq olaraq 21 iyun 2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarın surəti təqsirləndirilən şəxsə göndərilsə də, nə sonuncu, nə də ki, onun müdafiəçisi tərəfindən həmin qərar mübahisələndirilməmişdir. X9 Məhkəməsi «X2rşı» işi ilə bağlı qərarında qeyd etmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Təqsirləndirilən şəxs tutulduqdan sonra zorakılıq, fiziki təzyiqə və pis rəftara məruz qalması ilə bağlı göstərdikləri xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, ondan izahat və ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Azərbaycan Respublikası CPM-nin 125.8-ci maddəsinə əsasən “Bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür”. Müdafiə tərəfi cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edilmiş təqsirləndirilən şəxsin izahat və ifadələrini CPM-nin 124-ci maddəsi baxımından sübut hesab etməsə də, işin məhkəmə baxışı zamanı həmin sübutların yolverilməzliyini əsaslandıra bilməmişlər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etmiş sərhəd xidməti əməkdaşları təqsirləndirilən şəxsə qarşı tərəflərindən hər hansı bir fiziki və ya psixi təsirlərin edilmədiyini, hətta onu saxlayarkən donmuş vəziyyətdə olduğunu, saxlanıldıqdan sonra qayğısına qalındığını, ona çay, yeməyə düyü və isti paltar verdiklərini bildirmişlər. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs işin məhkəmə baxışı zamanı tutulduqdan sonra zorakılıq, fiziki təzyiqlərə və pis rəftara məruz qalmaqla ondan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onun müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Təqsirləndirilən şəxs müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində göstərilən xüsusatlar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özünün ibtidai araşdırma zamanı vermiş olduğu izahat və ifadələri, şahid ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, termal kamera görüntüləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onun bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü ildə şübhəli (cild İ – i.v. 71-73) və xx.xx.2023-cü ildə təqsirləndirilən (cild İ – i.v. 95-98) şəxs qismində verdiyi ifadələrində işin faktiki hallarına uyğun gələn ifadələr vermişdir. Həmin ifadələrində təqsirləndirilən şəxs Həsən adlı İİR vətəndaşından 1 ədəd bağlamanı götürüb digər şəxslərlə birlikdə sonuncunun maşınına əyləşərək Araz çayının kənarına gəldiklərini, həmin şəxsin Azərbaycan Respublikası tərəfi göstərərək bu istiqamətdə hərəkət etməklərini onlara bildirdiyini, özlərinin isə bir qədər ətrafı müşahidə etdikdən sonra Araz çayını keçərək qanunsuz yolla Azərbaycan istiqamətində hərəkət etməyə başladıqlarını, məqsədlərinin Azərbaycan Respublikası tərəfdə avtomobilin onları qarşılayıb Bakı şəhərinə aparıb, orada Həsən adlı şəxsə olduqları ünvanı Google Maps üzərindən məkan paylaşımı edərək narkotik vasitələri onun onlara deyəcəyi ünvana qoyaraq Azərbaycan Respublikası tərəfdəki narkotik vasitələri sifariş edən şəxslərə çatdırmalı olduqlarını, lakin tikanlı məftillərə yaxınlaşan zaman orada xidmət aparan sərhəd naryadları ilə qarşılaşdıqlarını, bu zaman üzərlərində olan narkotik vasitələrlə birlikdə geriyə İran tərəfə qaçmağa başladıqlarını, tutulmaqdan qorxaraq üzərində olan bağlamaları sıx kolluq əraziyə ataraq qaçmağa davam etdiyini, onunla birlikdə gələn dövlət sərhədini qanunsuzq yolla keçməyə cəhd edən şəxslərin də üzərində olan narıncı rəngli 2 ədəd bağlamaları ataraq İran tərəfə qaçmağa davam etdiklərini, özünün isə öz üzərində olan qara rəngli 1 ədəd salafan bağlamanı özündən təxminən 4-5 metr aralıda ataraq sıx kolluq ərazidə gizlətdiyini, daha Azərbaycan sərhədçiləri tərəfindən saxlanıldığını bilvasitə öz seçimi əsasında cəlb edilmiş peşəkar vəkilinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişdir. Bununla yanaşı onun barəsində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin İstintaq Şöbəsində cinayət təqibi başlanan andan, barəsində olan cinayət işi ittiham aktı ilə məhkəməyə daxil olanadək müdafiəçinin iştirakı ilə verdiyi bütün izahat və ifadələrində məhkəmə istintaqı zamanı ifadəsində göstərdiyi xüsusatlar ilə bağlı fikir ifadə etməmişdir. Ümumiyyətlə o, məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə verməsini hər hansı bir halla əsaslandırmamış, yalnız saxlanılarkən və sərhəd xidməti əməkdaşları tərəfindən fiziki təzyiqə və pis rəftara məruz qalmasını bildirməklə özünə qarşı verdiyi ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Bundan başqa hadisənin görüntülərini əks etdirən termal kameralar vasitəsilə çəkilmiş görüntülər məhkəmə araşdırması zamanı tətqiq edilmiş və təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar, onun digər şəxslərlə birlikdə sərhəd xəttindəki hərəkət trayektoriyalarının birə-bir üst-üstə düşdüyü müəyyən edilmişdir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hadisə xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə keçən gecə baş vermiş, xx.xx.2023-cü ildə isə saat 11 radələrində isə Təqsirləndirilən şəxs saxlanılmışdır. Bu fakt işin təkzibedilməz hallarıdır. Göstərilən fakt isə özü-özlüyündə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası ərazisinə qanunsuz yolla keçərək 24 gün müddətində Hacıqabul rayonunda qalması barədə iddialarını tamamilə təkzib edir. Artıq bu hallar təqsirləndirilən şəxsin məhkəmə baxışı dövründə verdiyi ifadələrin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçinin iştirakı ilə verdiyi ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxs bu formada ifadə verməklə özünü məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə Təqsirləndirilən şəxs məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, termal kamera görüntüləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan ifadələrində İİR-də olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin İİRR-də qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girdiklərini, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq o və İİR-də olan digər şəxslər ilə birlikdə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə edib, saxlayıb və qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarətburaxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirdiklərini bildirmişdir. Bununla yanaşı o, xx.xx.2023-cü ildə cinayət işinin materialları, eləcə də, təkrarən işdə olan dindirmə protokolları ilə tanış olsa da, həmin protokollarda əks olunmuş ifadələrinin məzmununu mübahisələndirməmiş, habelə buna dair düzəliş, qeyd, əlavə və etiraz verməmişdir. Eyni zamanda təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində tutulduqdan sonra sərhəd xidməti əməkdaşlarının fiziki təzyiqinə və pis rəftarına məruz qaldığını və bu qəbildən olan sair məsələlərdə ifadə olunduğunu bildirmişdir. Məhkəmə bu hissədə də təqsirləndirilən şəxs iddia etdiyi halla razılaşmır və hesab edir ki, o, belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişdir. Belə ki, təqsirləndirilən şəxs iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonraki qısa müddət ərzində onun iddia etdiyi halların baş verməsi mümkün olsa da, onun əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barəsində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonraki mərhələlərində iddia etdiyi hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdiyi halları mübahisələndirməmişdir. Bu hallar isə ona dəlalət edir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqında ifadə verərkən səmimi olmamış, əksinə qanunsuz əməllərini ört-basdır etmək məqsədi ilə ziddiyyətli ifadə verməklə çaşqınlıq yaratmaq məqsədi güdmüşdür. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi ifadələrlə məhkəmə baxışında verdiyi ifadə arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə verdiyi qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçinin iştirakı ilə törətdiyi cinayət əməllərini etiraf etmiş və onun bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Göstərilənləri məcmu halda təhlil edib nəzərə alaraq, məhkəmə bir daha belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs həqiqətən də İİR-də olan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında külli miqdarda narkotik vasitənin İİR-də qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi, saxlanması və daşınaraq qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasına gətirilməsi barədə razılaşmaqla cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılığa əsasən və ümumi cinayətkar niyyətə uyğun olaraq o digər şəxslərlə birlikdə külli miqdarda narkotik vasitəni qanunsuz olaraq satış məqsədilə əldə etmiş, saxlamış və qabaqcadan əlbir olan bir qrup şəxs halında Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar daşımaqla qaçaqmalçılıq yolu ilə İİR-dən Azərbaycan Respublikasına keçirmişdir. Ona görə də məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu bu cinayət əməlləri ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 12(a)-ci sətrinə əsasən qurudulmuş marixuana narkotik vasitə hesab edilir, həmin maddənin şəxsi istehlak miqdarından artıq miqdarının yuxarı həddi 5 qram, külli miqdarının aşağı həddi isə 500 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-ci il tarixli Qərarın 19cu bəndində izah verilir ki, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Beləliklə, məhkəmə, məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs qəsdən Azərbaycan Respublikasının CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi tam sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir. Onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri maddələrinin sanksiyaları həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halın və ağırlaşdıran halın olmamasını, aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətlərin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, törədilmiş cinayətlərdən birinin (qaçaqmalçılığa nisbətdə) transmilli cinayət kateqoriyasına aid edilməsini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs CM-nin 66.3-cü maddəsinin tələbləri daxilində həmin Məcəllənin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir və təyin edilmiş cəzalar qismən toplanmaqla ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzalar tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin başlanğıcı onun faktiki həbsə alındığı andan, 16 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan CM-nin 52.1ci maddəsinin tələbinə əsasən təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Eyni zamanda CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1, 132.1.4-cü maddələrinə əsasən iş üzrə maddi sübut kimi tanınaraq DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 22747,25 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4 və 198.1-ci maddələrinə əsasən iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan olan 88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 318.2, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 318.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 206.3.2-ci maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 16 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikası CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikası CM-nin 52.1-1 maddəsinə əsasən onun məhkumluğu ödənilənədək və ya götürülənədək Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan və DSX-nin İstintaq və Təhqiqat İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan müvafiq ekspert tədqiqatından sonra qalıq çəkisi 22747,25 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-88 (səksən səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-441/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-441/2023
06.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver