Məhkəmə qərarları › İş №1(099)-441/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-441/2024

17.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-441/2024 17.04.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxs-Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Lənkəran Rayon Vəkil Bürosunun vəkili X1 iştirakları ilə xx xxxx 1978-ci il tarixdə Masallı rayonu, Çayqıraq kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Masallı rayonu, Çayqıraq kəndində qeydiyyatda olmaqla yaşamış, 15 dekabr 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli, 4(050)-127/2023 nömrəli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 4(050)-134/2023 nömrəli qərarı ilə haqqında seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli, 1(099)- 441/2024 nömrəli qərarı ilə haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 15 dekabr 2023-cü il tarixdə saat 00:18 radələrində Masallı rayonu, Qəriblər kəndində yerləşən «Turist» restoranının həyətində tanışı Zərərçəkmiş şəxs ilə restoranda sifariş etdikləri yeməyin pulunun ödənilməsi ilə əlaqədar aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı istintaqa məlum olmayan bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsi nahiyəsinə 2 dəfə qəsdən zərbələr vuraraq sonuncuya döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən sağ ağ ciyəri və diafraqma günbəzini zədələyən iki ədəd deşilmiş-kəsilmiş yara və sağ tərəfli hemopnevmotraks (sağ plevra boşluğunda sərbəst havanın və qanın yığılması) ilə nəticələnən dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olan bədən xəsarətləri yetirmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs həmkəndlisidir, əvvəllər aralarında hər hansı bir şəxsi qərəzlik olmamışdır. 14 dekabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində tanışı Şahid ilə birlikdə yaşadığı kənd ərazisində olarkən sonuncu Zərərçəkmiş şəxs tərəfindən yaşadığı evə soyuducu və paltaryuyan maşını yük avtomobilindən düşürtməyə köməklik etməkdən ötrü çağırıldığını demiş, yükün ağır olacağından onun da gəlməsini xahiş etmişdir. Mahir ilə birlikdə Asimanın yaşadığı evin həyətinə gəlmiş, dövlət qeydiyyat nişanını xatırlamadığı «Qazel» markalı yük avtomobilindən 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşını Mahir ilə birlikdə Asimanın yaşadığı evə daşımış və «Qazel» markalı yük avtomobilinin tanımadığı sürücüsü çıxıb getmişdir. Mahir və Asiman ilə birlikdə sonuncunun işlətdiyi çayxanaya getmiş, Asiman onu və Mahiri etdikləri köməkliyə görə restoranda yemək məclisinə dəvət etmiş, Asimana etiraz etməmişlər, çayxananın qarşısında dayanmış Böyük Kolatan kənd sakini Yaşar Hacıyevin idarə etdiyi «Vaz-21011 minik» markalı taksi avtomobili ilə Masallı rayonu, Qəzvinoba kəndində yerləşən «Bülbülə» adlanan restorana yemək üçün getmişlər. Orada Asiman, Mahir və taksi sürücüsü Yaşar ilə birlikdə yemək yemiş, spirtli içki qəbul etmiş, sürücü Yaşar isə avtomobil idarə etdiyindən spirtli içki qəbul etməmişdir. Təxminən saat 23 radələrində yeməyi bitirmiş, Asiman gec olduğu üçün durub evə getməyi təklif etmiş, Asiman restoranda yedikləri yeməyə görə 60 manat pul ödəmiş, restorandan çıxarkən Asimana Masallı rayonu, Qəriblər kəndində yerləşən «Turist» istirahət mərkəzinə viski içmək üçün getməyi təklif etmişdir. Asiman və Mahir razılaşmış, sürücü Yaşar da hara getmək lazım olsa apara biləcəyini və taksi pulunu alacağını demişdir. Avtomobilə əyləşdikdə 25 manat pul taksi sürücüsü Yaşara vermiş, yolda olarkən Asiman Bədəlan kəndində yerləşən atasının işlətdiyi spirtli içkilərin satışı mağazasından bir ədəd şüşə butulkada spirtli içki olan viski almış, viskinin pulunun 20 manatını özü, 80 manatını isə Asiman vermişdir. «Turist» restoranında tutacaq hesabı da Asiman ödəyəcəkdir. Yaşarın idarə etdiyi avtomobil ilə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən «Turist» istirahət mərkəzinə gəlmişlər, restoranda Asiman, Mahir və sürücü Yaşar ilə birlikdə əyləşmiş, viski ilə meyvə sifariş etmiş, sürücü Yaşar isə şokoladla çay içmiş, restoranda mahnı sədaları altında birlikdə söhbət edib dincəlmişlər. 15 dekabr 2023-cü il tarix təxminən saat 00 radələrində Asiman ilə birlikdə masadan qalxıb restoranın həyətinə düşmüş, gec olduğu üçün artıq gedəcəklərini demişlər, Yaşar və Mahir isə çayı içib aşağı düşəcəklərini bildirmişlər. Restoranın həyətinə çıxdıqda Asiman anidən ünvanına nalayiq küçə söyüşü söyərək restoranın hesabını ödəməsini demişdir. Asimana söyüş söyməməsini demişdir. Hesabı özünün ödəyəcəyini Asimana demiş, Asiman isə əcəb edib söydüyünü bildirmiş və yenidən ünvanına nalayiq küçə söyüşləri demişdir. Həmin vaxtı tanışı Mahir restorandan çıxıb həyətə düşmüş, Asimanın nalayiq küçə söyüşlərini söyməsi ağır gəlmiş, Asimanın yaxasından tutmuş, Asiman sifətinin sol tərəfinə yumruq zərbəsi atmış, lakin üzünü çəkdiyindən yumruq ona dəyməmiş və xəsarət almamışdır. Asimandan böyük olduğu üçün yumruq atması və söyüş söyməsi onu bir az da əsəbləşdirmiş, Asimanın yaxasından tutub söydüyü söyüşlərin özünə aid olmasını demiş, Asiman özünü o yana-bu yana dartaraq əlindən çıxmağa çalışmış, Mahir də Asimanı ondan ayırmağa çalışmış, Asiman küçə söyüşlərinə və ifadələrinə davam etdiyindən əynində olan gödəkçəsinin cibində işi ilə əlaqədar saxladığı açılıb qatlanan bıçağı çıxardıb Asimanın döş qəfəsi nahiyəsinə 2 dəfə bıçaqla qəsdən zərbə vurmuşdur. Mahir Asimanı ondan ayırmış, Asiman əynində olan köynəyi çıxardıb restoranın içərisinə daxil olmuş, Mahir onu restoranın həyətindən çıxartmışdır. Asiman tanımadığı şəxsin avtomobili ilə xəstəxanaya aparılmış, daha sonra Yaşarın idarə etdiyi avtomobil ilə Asimanın səhhəti ilə maraqlanmaqdan ötrü Masallı RMX-ya getmiş və orada Asimanın əməliyyat olunacağını bilmişdir. Zərərçəkmiş şəxs bıçaqlayarkən araya Mahir girmişdir. Asimanı bıçaqla vurmaqda məqsədi, ünvanına işlətdiyi nalayiq küçə söyüşlərinə görə onu cəzalandırmaq olmuşdur. Mübahisə zamanı ictimai qayda və ətrafda olan şəxslərin dincliyi pozulmamış, kənar şəxslər oraya yığışmamışdır. Asimana qəsdən vurduğu bıçağı işi ilə əlaqədar üzərində gəzdirmiş, həmin bıçağı sonradan Masallı RMX-ya gedərkən xatırlamadığı ərazidə tullamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün ifadəsi ilə yanaşı, məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxs, şahidin ifadəsi, tədqiq olunmuş ekspertiza rəyi, cinayət işində olan istintaq sənədləri, protokolları və biri digəri ilə uzlaşan mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Masallı rayonu, Çayqıraq kənd sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanımış, əvvəllər münasibətləri yaxşı olmuşdur. 14 dekabr 2023-cü il tarixdə saat 18 radələrində dostu, Masallı rayonu, Böyük Kolatan kənd sakini Şahid istifadəsində olan mobil telefon nömrəsi ilə zəng edərək yaşadığı evə gəlməsini, evə soyuducu və paltaryuyan gətirdiyini və gəlib həmin məişət əşyalarını yük avtomobilindən düşürtmək üçün köməklik etməsini xahiş etmişdir. Təxminən 5 dəqiqə sonra tanışı Şahid yaşadığı evin həyətinə gəlmiş, həmin vaxtı Mahirin yanında Rabil də olmuşdur. «Qazel» markalı yük avtomobilindən 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşını Rabil və Mahirin köməkliyi ilə yaşadığı evə daşımışdır. Sonra Mahir və Rabil ilə birlikdə işlətdiyi çayxanaya getmiş, orada olarkən Mahirə etdiyi köməkliyə görə yemək yeməyə getməyi təklif etmişdir. Mahir etiraz etməmiş, köməklik etdiyi üçün Rabilə də birlikdə gəlməyi təklif etmiş, çayxananın qarşısında dayanmış taksi fəaliyyətilə məşğul olan Yaşar adlı şəxsin idarə etdiyi «Vaz-21011» markalı minik avtomobili ilə Masallı rayonu, Qəzvinoba kəndində yerləşən «Bülbülə» adlanan restorana yemək yemək üçün getmişlər. Orada Mahir, Rabil və taksi sürücüsü Yaşar adlı şəxs əyləşib birlikdə yemək yemiş, sürücüdən başqa hamısı spirtli içki olan araq içmiş, yeməyi bitirəndə təxminən saat 23 radələri olmuşdur. Restoranın 60 manat hesabını ödəmişdir. Rabil Masallı rayonu, Qəriblər kəndində yerləşən «Turist» istirahət mərkəzinə viski içmək üçün getməyi təklif etmiş, Rabilə etiraz etməmişlər. Yaşarın idarə etdiyi avtomobilə əyləşib «Turist» istirahət mərkəzinə getmişlər. Oraya gedərkən yaşadığı kənddə atasının işlətdiyi mağazadan 1 ədəd spirtli içki olan viski götürmüşdür. Aralarında olan razılaşmaya əsasən viskini o alacaqmış, restoranda tutacaq hesabı isə Rabil ödəyəcəkdir. «Turist» istirahət mərkəzinə çatdıqda restoranda əyləşib Mahir, Rabil və Yaşar ilə birlikdə viski ilə meyvə sifariş etmişlər, gecə saat 00 radələrində gec olduğu üçün süfrədə əyləşənlərə evə getmək lazım olduğunu demişdir, Yaşar və Mahir çay içib qalxacaqlarını demişlər, Rabil ilə birlikdə süfrədən ayağa qalxmış və restorandan çölə çıxaraq siqaret çəkməyə başlamışdır. Əlində olan mobil telefon ilə məşğul olarkən Rabil ünvanına nalayiq küçə söyüşləri işlətmiş, Rabildən nə səbəbə söyməsi barədə soruşmuş, Rabil bu restoranın da hesabını ödəməsini demiş və yenidən ünvanına nalayiq küçə söyüşləri işlətmişdir. Rabilə «nə deyirsən özüvə qayıtsın, pulu özün ödəyəcəksən» dedikdə Rabil qəflətən üzərinə cummuş, ilk əvvəl şillə vurmuş və anidən gödəkçəsinin cibindən çıxartdığı bıçaqla döş qəfəsinin sağ yarısına və sağ ağ ciyər tərəfinə ümumilikdə 2 dəfə bıçaqla qəsdən vuraraq ona xəsarət yetirmişdir. Həmin vaxtı yanında olan Mahir onu Rabildən ayırmış, restoranın içərisinə daxil olmuş, əynində olan uzunqol köynəyini çıxartmış, həmin uzunqol köynəkdə 4 ədəd dəlib keçən zədə olmuş, lakin bədəninin 2 nahiyəsində deşilmiş-kəsilmiş xəsarətləri olmasını və qan gəlməsini görmüşdür. Rabil ilə münaqişə edərkən əynində olan uzunqol köynək bədənində yuxarı-aşağı oynadığından Rabilin 2 dəfə vurduğu bıçaq zərbəsi əynində yığılmış vəziyyətdə olan köynəkdə 2 tərəfli dəlib keçən zədə yaratdığını güman etmişdir. Əynində olan ağ rəngli maykanı çıxardıb gələn qanın qarşısını almağa çalışmış, həmin maykanı sonradan xəstəxanaya aparılarkən avtomobilin pəncərəsindən xatırlamadığı ərazidə tullamışdır. Restoranı işlədən Ruslan adlı şəxsin idarə etdiyi avtomobil ilə Masallı RMX-ya gətirilmiş, əməliyyata aparılmışdır. Mübahisə zamanı Rabilə hər hansı bir xəsarət yetirməmiş, mübahisə zamanı ictimai qaydanın pozulmadığını və restoranın içərisində olan şəxslərdən kimsənin oraya yığışmağını görməmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, Rabildən şikayətçidir, maddi və mənəvi zərərlə bağlı təzminat tələb edəcəkdir. Rabilə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə verilmiş ittihamla razıdır. Rabilə qanunda nəzərdə tutulmuş qaydada azadlıqdan məhrum etmə ilə bağlı olan cəzanın verilməsini xahiş etmişdir. Dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımış, onlarla əvvəllər hər hansı bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 14 dekabr 2023-cü il tarixdə təxminən saat 18 radələrində Asiman istifadəsində olan mobil telefon nömrəsinə zəng edərək yaşadığı evə soyuducu və paltaryuyan gətirdiyini, gəlib həmin məişət əşyalarını yük avtomobilindən düşürtmək üçün köməklik etməsini ondan xahiş etmişdir. Asimana etiraz etməmiş, yaxın olduğundan təxminən 5 dəqiqə sonra Asimanın yaşadığı evin həyətinə gəlmiş, həmin vaxtı tanışı Rabil də onunla birlikdə olmuşdur. Yükün ağır olacağını nəzərə alıb Rabili də özü ilə birlikdə köməklik etməsi üçün aparmışdır. «Qazel» markalı yük avtomobilindən 1 ədəd soyuducu və 1 ədəd paltaryuyan maşını Rabil ilə birlikdə Asimanın yaşadığı evə daşımış, daha sonra «Qazel» markalı yük avtomobilinin sürücüsü çıxıb getmişdir. Rabil və Asiman ilə birlikdə sonuncunun işlətdiyi çayxanaya getmişdir. Asiman ona və Rabilə etdikləri köməkliyə görə yemək yeməyə getməyi təklif etmiş, Asimana etiraz etməmişlər, çayxananın qarşısında dayanmış taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Yaşar Hacıyevin idarə etdiyi «Vaz-21011 minik» markalı avtomobili ilə Masallı rayonu, Qəzvinoba kəndində yerləşən «Bülbülə» adlanan restorana getmişlər. Orada Asiman, Rabil və taksi sürücüsü Yaşar ilə birlikdə yemək yemiş, sürücü Yaşardan başqa hamısı spirtli içki olan araq qəbul etmiş, orada yeməyi bitirəndə təxminən saat 23 radələri olmuş, Asiman gec olduğu üçün durub evə getməyi təklif etmişdir. Asiman restoranda yedikləri yeməyə görə 60 manat pul ödəmişdir. Restorandan çıxarkən Rabil Masallı rayonu, Qəriblər kəndində yerləşən «Turist» istirahət mərkəzinə viski içmək üçün getməyi təklif etmiş, Rabilin təklifi ilə razılaşmışlar, həmkəndlisi Yaşarın idarə etdiyi avtomobil ilə Masallı rayonu, Qəriblər kəndi ərazisində yerləşən «Turist» istirahət mərkəzinə getmişlər. Rabil sürücü Yaşara 25 manat taksi pulu vermiş, yolda olarkən Asiman Bədəlan kəndində yerləşən atasının işlətdiyi spirtli içkilərin alışı-satışı mağazasından 1 ədəd spirtli içki olan viski götürmüş, razılaşmaya əsasən viskini Asiman almış, restoranda tutacaq hesabı isə Rabil ödəyəcəkdi. «Turist» istirahət mərkəzinə çatdıqda restoranda Asiman, Rabil və sürücü Yaşar ilə birlikdə əyləşmiş, viski ilə meyvə sifariş olunmuş, sürücü Yaşar üçün isə çay ilə şokolad sifariş edilmişdir. 15 dekabr 2023cü il tarixdə təxminən saat 00 radələrində Asiman və Rabil masadan qalxaraq aşağı düşəcəklərini demişlər, Yaşar çayını içib aşağı düşəcəyini demiş, Asiman və Rabil restoranın zalından çıxmışlar, 1-2 dəqiqə sonra isə o, masadan qalxmış və Yaşara aşağıda gözləyəcəyini demişdir. İstirahət mərkəzinin həyətinə çıxdıqda Asiman və Rabilin bir-biri ilə söyüşlə mübahisə etmələrinin şahidi olmuş, onların mübahisələri restoranın hesabını ödəmək ilə əlaqədar olmuş, içkili olduğundan onlara yaxınlaşmamış, lakin anidən Rabilin Asimanın üzərinə hücum çəkdiyini görmüş, ilk əvvəl nə baş verdiyini anlamamış, dərhal onlara tərəf qaçıb onları bir-birindən ayırmağa başlamışdır. Rabil fiziki cəhətdən hündür və güclü olduğundan Asimanı onun əlindən alması vaxt almış, həmin ərəfədə Rabil əlində olan tiyəsi qısa bıçaqla Asimana 2 dəfə xəsarət yetirmişdir. Ancaq xəsarət yetirmə anını konkret olaraq görməmişdir. Asimanı Rabildən ayırmış, Asiman restoranın binasına daxil olmuş, Rabili sakitləşdirməyə çalışmış, Asimanı isə minik avtomobili ilə Masallı RMXya yola salmışdır. Yaşar da restorandan çıxıb gəlmiş, baş vermiş hadisə barədə Yaşara da demiş, Yaşarın idarə etdiyi avtomobil ilə Asimanın səhhəti ilə maraqlanmaqdan ötrü Masallı RMX-ya getmişlər. Xəstəxanada Asimanın əməliyyat olunacağını öyrənmişdir. Verilən suallara cavab olaraq Şahid bildirmişdir ki, nümayiş etdirilən videoçəklişdə olan şəxs özüdür, həmin vaxtı Rabili Asimandan ayırmışdır. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutu, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Masallı rayonu, Bədəlan kənd sakini Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının kəsilmiş deşilmiş yaraları diaqnozu ilə «Masallı Rayon Mərkəzi Xəstəxanası» X10 daxil olması barədə toplanmış material əsasında fakta görə Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-30) -«cinayət haqqında şifahi məlumatın qəbul edilməsi barədə» 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs 15 dekabr 2023-cü il tarixdə saat 00 radələrində tanışı Təqsirləndirilən şəxs tərəfindən «Turist» istirahət mərkəzində bıçaqlanması barədə məlumat vermiş və Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir.(i.v.5) -«götürmə və baxış keçirmə haqqında» 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus hadisə vaxtı əynində olan 1 (bir) ədəd qara rəngli uzun qol köynək həkim Rasim Ağayevdən götürülmüş, köynəyin üzərində qana bənzər ləkələrin, eləcə də deşilmiş-kəsilmiş zədələrin olması müəyyən edilmişdir.(i.v.13-14) -«hadisə yerinə baxış keçirilməsi haqqında» 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun Masallı rayonu Qəriblər kəndi ərazisindən keçən hissəsində yol kənarında yerləşən «Turist» restoranının həyətində baş vermişdir. Hadisə yerinə baxış keçirilərkən «Turist» restoranına quraşdırılmış müşahidə kamerasının videogörüntüsünə baxış keçirilmiş, baxış zamanı 15 dekabr 2023-cü il tarixdə saat 00:18 radələrində Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən 2 dəfə bıçaqla xəsarət yetirməsi müşahidə edilmiş və həmin videogörüntü 1 (bir) ədəd DVD disk formatında götürülmüşdür.(i.v.25-30) -«zərərçəkmiş şəxs qismində tanınma haqqında» 15 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(i.v.27) -Lənkəran Şəhər Psixiatriya Xəstəxanasından daxil olmuş 15 dekabr 2023-cü il tarixli, 10922 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v.44) -«şübhəli şəxsin tutulması haqqında» 15 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsinə əsaslı şübhələr olduğundan həmin tarixdə saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.48-49) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 16 dekabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş və Masallı Rayon Məhkəməsinin həmin tarixli, 4(050)-127/2023 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v. 66-67, 83-84) -Masallı Rayon Məhkəməsinin 27 dekabr 2023-cü il tarixli, 4(050)-134/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs haqqında Masallı Rayon Məhkəməsinin 16 dekabr 2023-cü il tarixli, 4(050)-127/2023 saylı qərarı ilə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs ev dustaqlığında saxlanılma müddəti həbsdə saxlanılma müddətinin sonuncu gününədək, yəni 15 aprel 2023-cü ilədək hesablanmışdır.(i.v.114-118) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 05 yanvar 2024cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış, sonuncu 15 dekabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərərvurma cinayət əməli üzrə ifadələrində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir.(i.v.125-130) -«maddi sübut kimi tanınma haqqında» 11 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq qəsdən ağır xəsarətlər yetirməsi hadisəsini özündə əks etdirən videogörüntü olan 1 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır.(i.v.133) -«Masallı Rayon Mərkəzi Xəstəxanası» X8 verilmiş 18 yanvar 2024-cü il tarixli, 18-1- 60/2-68/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs PHŞ-in ruhi-əsəb və narkoloji kabinetində qeydiyyatda durmur.(i.v.138) -«məhkəmə-tibb ekspertizası»nın 17 yanvar 2024-cü il tarixli, 35 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısının döş boşluğuna nüfuz edən sağ ağ ciyəri və diafraqma günbəzini zədələyən iki ədəd deşilmiş-kəsilmiş yara və sağ tərəfli hemopnevmotraks (sağ plevra boşluğunda sərbəst havanın və qanın yığılması) müəyyən olundu, müəyyən olunan xəsarətlər deşici-kəsici əşyanın (əşyaların), ola bilər ki, bıçağın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan 15 dekabr 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə ayrı-ayrılıqda və ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir.(i.v.139-141) -«məhkəmə tibbi-bioloji eskpertizası»nın 12 fevral 2024-cü il tarixli, 38\2024-MTBŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: Abeta\H\(İİ)-dir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs uzunqol koftası üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «A» və «H» antigenləri, uzunqol kofta üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta\H\(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər.(i.v.167-171) -"xxxx"nın 16 fevral 2024-cü il tarixli, 35-MTKŞ\2024 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin ön səthinin sağ yarısının aşağı nahiyəsində yerləşən 01 (bir) ədəd, həmin zədədən nisbətən aşağıda yerləşən kiçikölçülü 01 (bir) ədəd və poluverin ön səthinin demək olar ki, mərkəzində yerləşən 01 (bir) ədəd, həmin zədədən nisbətən yuxarıda sağa doğru məsafədə yerləşən kiçik ölçülü 01 (bir) ədəd yekun olaraq ümumi 04 (dörd) ədəd dəlib-keçən zədələr müşahidə olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələr olub, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin(lərin) təsirindən əmələ gəlmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin sol qolunun tikiş xətti üzərində kənari xətti bölünmə müşahidə olundu. Göstərilən zədənin kənarındakı tikiş saplarının bölünmə xarakteri və morfoloji əlamətlərinə görə demək olar ki, bu zədəd sökülmə zədəsi olub, paltarın müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi.(i.v.173-176) -«maddi sübut kimi tanıma haqqında» 26 fevral 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd qara rəngli uzunqol köynək maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir.(i.v.178) -«sübutların qiymətləndirilməsi haqqında» 02 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 126.2.4 və 221-ci maddələri ilə cinayət işinin başlanması rədd edilmişdir.(i.v.181-189) -«təqsirləndirilən şəxsə yeni məzmunda ittiham elan etmək haqqında» 06 mart 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə yeni məzmunda ittiham elan edilmişdir.(i.v.191-192) Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 09 aprel 2024-cü il tarixli 1(099)-441/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs haqqında seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbsə alınaraq saxlanılması üçün Bakı İstintaq Təcridxanasına keçirilmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 22 dekabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur.(i.v 92-93) -Masallı RİHB-nın Bədəlan kənd İƏD-i üzrə nümayəndəliyindən verilmiş arayış və xasiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu, Bədəlan kəndində qeydiyyatda olmaqla yaşamış, himayəsində 28 dekabr 2021-ci il təvəllüdlü Dilarə Nurullayeva adlı azyaşlı uşağı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v 111-112) Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ittiham verilmiş o, həmin maddə ilə təqsirli bilinərək cəzalanmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, ailə, maddi və sosial vəziyyətini məhkəmə tərkibi yüngülləşdirici hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının minimum həddində cəzalandırılması qənaətinə gəlir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, İlkin Rəhimov Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs daha sərt (ağır) cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayəthüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «V.Bayramov və qeyrilərinin şikayətləri üzrə» 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin «Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X3rşı və Hacianastassion Yunanıstana qarşı» işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X2 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmə tərkibi hesab edir ki, qanuni, əsaslandırılmış və ədalətli cəzanın təyin edilməsi cinayətkarlıqla mübarizə aparılması və hüquqi qaydalarının möhkəmləndiriliəsi üçün vacib vasitə olmaqla, lazımi cəzalandırma təsirini təmin edir. Məhkumun islah olunması və yenidən tərbiyə edilməsinə köməklik göstərir. Onun həm də sair şəxslər tərəfindən yeni cinayət edilməsinin qarışısını alır. Buna görə də cəza təyinetmənin ümumi başlanğıcı cəzanın düzgün fərdiləşdirilməsini və onun səmərəli olmasını təmin edir. Cəzanın düzgün fərdiləşdirilməsi hər bir halda kriminal əməlin düzgün tövsifindən və təqsirləndirilən şəxslərin həmin cinayətləri törədərkən icra etdikləri rollardan asılıdır. Əməlin düzgün tövsifi qanunçuluq prinsipinin tələblərindən irəli gəlir. Düzgün olmayan tövsif, təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına yaxud cinayət etməkdə təqsiri olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın növünün həddinin əsassız olaraq seçilməsinə, bir sıra başqa hüquqi məhdudiyyətlərin tətbiqinə, ya da tətbiq edilməsinə, (məsələn cinayət məsuliyyətindən və cəzadan azad etmənin tətbiqinə, ittiham hökmünün icrası müddətinin həllinə, məhkumluğun ödənilməsinə və sair.) səbəb ola bilər. Buna görə cinayət qanunvericiliyinin tələbələrinə dəqiq və dönmədən riayət edilməli, əməlində cinayət tərkibi olamayan şəxslərin mühakimə olunmasına, eləcə də əməlin düzgün olmayan tövsifi işin vəziyyətini və təqsirkarın şəxsiyyətini nəzərə almadan cəza təyininə yol verilməməlidir. Törədilən cinayət qanuna müvafiq olaraq bu əmələ görə məsuliyyət müəyyən edən maddə ilə dəqiq tövsif edilməli və bu tələbdən kənara çıxmaya yol verilməməlidir. Qüvvədə olan Cinayət Məcəlləsinin 58-ci maddəsi cəza təyinetmənin ümumi müddəalarını müəyyən edir. Belə ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarkteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 58-ci maddəsində məhkəmələrin konkret iş üzrə cəza təyin edərkən rəhbər tutmalı olduğu müəyyən tələblər təsbit edilmişdir. Bir sözlə, təyin edilən cəza aşağıdakı tələblərə cavab verməlidir; cəza ədalətli olmalıdır, cəza Cinayət Məcəlləsinin Xüsusi hissəsinin maddəsinin sanksiyası ilə müəyyən edilən hüdudda təyin edilməlidir, cəza təyin edərkən ümumi hissənin müddəaları, cinayətin xarakterini və təhlükəlilik dərəcəsi, cəza təyin edilərkən təqsirkarın şəxsiyyəti, cəza təyin edilərkən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, cəza təyin edilərkən cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəritinə təsiri nəzərə alınır. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Eyni zamanda cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür. Azərbaycan Respublikası cinayət qanunvericiliyi ağır cinayətlər törətmiş, əvvəllər məhkum edilmiş şəxslərə ciddi cəzalar təyin edilməsi, eyni zamanda ilk dəfə az təhlükəli cinayət etmiş və cəmiyyətdən təcrid olunmadan islah təyin edilməsi üçün məhkəmələrə cəza təyininə diferensial yanaşmanı həyata keçirmək üçün böyük imkanlar yaradır. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini qiymətləndirərkən məhkəmə konkret cinayət əməlinin törədilmə vəziyyətini tam, hərtərəfli və obyektiv araşdırmalıdır. Bu zaman təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nəticəyə səbəb olması, cinayətin iştirakçılarından hər birinin iştirakının dərəcəsi və xarakteri və sair kompleks halda qiymətləndirilməlidir. Ədalətli cəza təyin edilməsi üçün zəruri və mühüm amillərdən biri də təqsirləndirilən şəxsin şəxsiyyətinin hərtərəfli təhqiq edilməsidir. Təqsirləndirilən şəxsin həyat yolu ictimai vəzifəyə, əməyə münasibətidir. Ailədə məişətdə davranışı, məhkumluğu və sair kifayət qədər aydınlışdırılmalıdır. Cinayət qanunvericiliyinə əsasən, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəzanın məqsədlərini təmin edə bilmir. Buna görə də məhkəmə törədilmiş cinayətə görə az ciddi cəza deyil, daha ciddi cəza tətbiq edilməsinin səbəbələrini hökümdə əsaslandırmalıdır. Məhkəmə tərkibi qeyd edir ki, cəza vəzifəli şəxslərin mülahizəsinə görə deyil, xalqa bəlli olan qanunla müəyyən edilməlidir. Cəza təyin edilərkən mövcud qanun əsas götürülməli və əməlin xarakteri xarakterizə edilməlidir, cəza təyini ilə bağlı bu müddəaların təkmilləşmiş forması artıq bir çox ölkələrdə olduğu kimi ölkəmizin də cinayət-hüquq tarixində dəyişikliklərə məruz qalmış və qüvvədə olan Cinayət Məcəlləsində sivil formada öz əksini tapmışdır. Məhkəmə tərkibinin fikrinə əsasən, təyin edilən, cəza o halda ədalətli ola bilər ki, konkret iş üzrə cəza təyin edilərkən cəza təyininə dair bütün müddəalar nəzərə alınmış olsun. Cəza təyin edilərkən Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınır. Bununla əlaqədar, cinayət məsuliyyətinin əsasları, şəxsin əməlində cinayət tərkibinin olub-olmaması araşdırılır, hansı əmələ görə ona cəza təyin ediləcəyi aydınlaşdırılır. Eyni zamanda əməlin hansı məkanda və hansı zamanda baş verdiyi, cinayətin hansı kateqoriyadan olub-olmaması, təkrar cinayətin olub-olmaması cinayətin təkbaşına və ya iştirakçılıqla törədilməsi, əməlin ictimai-təhlükəliliyini istisna edən halların olub-olmaması aydınlaşdırılır. Məhkəmə tərkibi qeyd edir ki, məhkəmələrin cəza təyinində nəzərə aldığı hallardan biri də cinayətin xarakteridir. Bu konkret cinayətlərin tipik əlamətidir. Cinayətin xarkteri müəyyən qrup, yaxud da növ cinayətlər üçün təsnifat meyarı rolunu oynayır. Belə ki, konkret əməlin ictimai–təhlükəliliyinin xarkterinə görə, onun hansı qrupa mənsub olmasından asılı olaraq qiymət verilir və nəzərə alınır. Cəza təyin edilərkən əməlin təhlükəlilik dərəcəsinə görə hansı cinayətlər qrupuna daxil olduğunu, cinayət məcəlləsinin Xüsusi hissəsinin hansı fəslində nəzərdə tutulduğunu, belə cinayətlərə dövlətin cinayət hüquqi mübarizə siyasətini nəzərə alır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, konkret cinayət hərəkətinin törədilmə vəziyyətinin məcmuyu (təqsirin forması, motiv, üsul, cinayətin törədilmə şəraiti və mərhələsi, ağır nətcəyə səbəb olması, xarakteri və s.) nəzərə alınmalıdır. Məhkəmələr inadkarlıqla islah olunma yoluna düşmək istəməyənlərə, xüsusi ilə ağır cinayət törədənlərə qanuna əsasən daha ciddi cəza təyin edilməsini təmin etməlidirlər. Məhkəmə tərkibi bildirir ki, cinayətin ctimai-təhlükəlilik dərəcəsi konkret əməlin fərdi əlaməti olub, edilən cinayətin ağırlığını müəyyəni edir. Cinayətin ictimai təhlükəlilik dərəcəsi, edilmiş konkret əməlin həmin növündən olan başqa konkret cinayətlə müqayisədə fərqlənən təhlükəliliyidir. Təhlükəliliyinə görə bir-birindən fərqlənən cinayətlərə cinayət qanunu müxtəlif qiymət verir. Bu da müəyyən növ cinayətlərə görə məsuliyyət nəzərdə tutan ayrı-ayrı maddələrin sanksiyalarında öz əksini tapmışdır. Cinayət tərkibində göstərilən əlamətlər, habelə cinayət tərkiblərinin növlərə ayrılmasında qanunu meyar kimi istifadə etdiyi əlamətlər heç də konkret əməlin deyil, müəyyən sinfə daxil olan əməllərin təhlükəlilik dərəcəsini xarakterizə edir. Bununla yanaşı, eyni sinifə daxil olan konkret əməllər müxtəlif təhlükəlilik dərəcəsinə malik olur. Əksər hallarda qanun cinayətin nəticəsini, edilmə üsulunu, hərəkətin intensivliyini, qəsd və ya ehtiyatsızlığın növünü, cinayətin motiv və məqsədini səciyyələndirən əlamətləri cinayət tərkibinə daxil etmir. Halbuki, müxtəlif üsulla, müxtəlif motiv dərəcə və məqsədlə edilən eyni növdən olan cinayət əməli müxtəlif dərəcədə ictimai təhlükəli olar. Eləcə də, əməlin nəticəsini dərk etmək dərəcəsinə görə, qəsdin yaranma vaxtına görə (birbaşa qəsd, dolayı qəsd, qəfilətən yaranan qəsd, əvvəlcədən düşünülmüş qəsd və s.) fərqlənən cinayətlərin ictimai təhlükəlilik dərəcəsi müxtəlif olur. Əməlin ictimai təhlükəlilik dərəcəsi müəyyən edilərkən, həm cinayət tərkibində bu və ya başqa əlamətin nəzərdə tutduğu hallar konkretləşdirilir, həm də tərkibə daxil olmayan hallar araşdırılır və cəzanın fərdiləşdirilməsində nəzərə alınır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi bir qayda olaraq, cinayətin obyektiv cəhəti, cinayətin xarakterini isə cinayətin obyektiv və subyektiv cəhəti xarakterizə edir. Cəza təyinində törədilən cinayətin xarkteri və təhlükəlilik dərəcəsi müəyyən edilərkən konkret cinayətlərlə bağlı bütün hallar məcmu qaydasında götürülərək nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı da bu mövqedən çıxış edir. Həmin qərarın 1-ci maddəsində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanunun ədalət prinsiplərindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-cı il tarixli, 415 saylı qərarının 45-ci bəndində göstərilir ki, məhkəmələr cəza təyini zamanı həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanı onun islah olunmasına və ailəsini həyat şəraitinə təsirini nəzərə almalıdır. Avropa İnsan hüquqları məhkəməsi özünün bir çox qərarlarında (Delkourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-cil tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar, X6rşı iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərar) ədalətin bərpasını belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görünməlidir.» Bundan başqa, «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Azərbaycan Respublikası Qanunun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsininn 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahına əsasən, istənilən məhkəmə aktının qanuni və əsaslı həll edilməsi üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi aydın görülməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (ağır cinayətlərə görə ilk dəfə azadlıqdan azadlıqdan məhrum etməyə görə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, 15 dekabr 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd qara rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq qəsdən ağır xəsarətlər yetirməsi hadisəsinin videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Ekspertiza xərci yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44, 51-2, 124-137-1, 144-146, 346, 351-353, 356-358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 15 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Pöbəsində saxlanılan hadisə zamanı Zərərçəkmiş şəxs əynində olan 1 (bir) ədəd qara rəngli uzunqol köynək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq qəsdən ağır xəsarətlər yetirməsi hadisəsinin videogörüntüsünü özündə əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar