Məhkəmə qərarları › İş №1(099)-441/2025

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-441/2025

30.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-441/2025 30.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, katib - X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Müdafiəçilər - Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1990-cı il tarixdə Bərdə rayonu, Cumalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, məhkum olunmamış, Bərdə rayonu, Cumalar kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Nərimanov rayonu, Ə.Rəcəbli küçəsi, fərdi evdə yaşamış, 21 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-510/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxx 1995-ci il tarixdə Hacıqabul rayonu, Kolanı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Hacıqabul rayonu, Abdulabad ərazi dairəsi, Kolanı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu, Saatlı kəndində yaşamış, 21 aprel 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-511/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 16 sentyabr 2025-ci il tarixdə, saat 12:15-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 2 nömrəli məhkəmə iclas zalında, videokonfrans vasitəsi ilə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama, daşıma barədə tanışı Təqsirləndirilən şəxs2 və İran İslam Respublikası vətəndaşı olması ehtimal olunan “Tohid” adlı şəxs və qeyriləri ilə razılığa gələrək qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs2 ilə birlikdə 18 aprel 2025-ci il tarixdə cinayətkar qrupun məlum olmayan üzvləri tərəfindən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edilib, saxlanıb daşınmış və Astara rayonunun, Sım kəndi ərazisində kənd yolunun kənarında gizlədilmiş, külli miqdarda - 17 kiloqram 590 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı satış məqsədilə 2 (iki) ədəd sintetik kisədə əldə edərək, idarə etdiyi “Hyundai” markalı **-TB-*** qeydiyyat nişanlı avtomobillə daşıyaraq Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində gizlədərək orada qanunsuz olaraq saxlamış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə 21 aprel 2025-ci il tarixdə, saat 15:00-da Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi evin qarşısında olan zaman saxlanılmış, evin ikinci mərtəbəsində yerləşən otaqda olan 2 (iki) ədəd sintetik kisənin içərisindən 19 (on doqquz) ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi - 1035 qram, 990 qram, 995 qram, 980 qram, 1025 qram, 990 qram, 990 qram, 990 qram, 995 qram, 1000 qram, 1025 qram, 1020 qram, 1005 qram, 1040 qram, 1025 qram, 975 qram, 475 qram, 520 qram, 515 qram olmaqla ümumi təmiz çəkisi - 17 kq 590 qram olan külli miqdarda, eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, İran vətəndaşı ilə əvvəlcədən telefon vasitəsi ilə danışmış, onun sözlərinə əsasən Astara rayonunun Sım kəndindən kənd yolunun kənarında gizlədilmiş narkotik vasitəni götürmüşlər. Narkotik vasitəni götürdükdən sonra onu satmaq fikrindən daşınmışlar. Əməliyyaçılar onları saxlayanda özləri narkotik vasitəni onlara təqdim etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs2la Bakı şəhərində avtoyuma məntəqəsində bir yerdə işləmişlər. Narkotik vasitəni Astara rayonunun Sım kəndininin ərazisində yol kənarında gizlədilmiş yerdən götürmüşlər. İranlı ilə tutulmamışdan bir həftə əvvəl internet vasitəsi ilə danışmışdır. İranlı özünü ona Tohid kimi təqdim etmişdir. İranlı ilə “İnstagram” sosial şəbəkəsi vasitəsi ilə əlaqə saxlamış, yazışmışdır. İranlı ona pul təklif etmiş, maddi sıxıntısı olduğu üçün təkliflə razılaşmışdır. İranlı ona bu iş üçün xərcləməyə 200 (iki yüz) manat pul göndərmişdir. O, narkotiki Tohidin deyəcəyi ünvanlara çatdırsaydı qalıq pulu ondan almalıydı. Ümumilikdə iranlı onlara 10.000 (on min) manat məbləğində pul verməli idi. Onlar narkotiki Bakı şəhərinə aparmalıydılar, sonradan fikrirlərini dəyişmişlər. İranlı da onlara demişdir ki, narkotik vasitəni deyilən ünvanlara çatdırdıqdan sonra tam məbləği ödəyəcəkdir. O, Rafiqə demişdir ki, Astara rayonunda yük var gedib birlikdə götürsünlər. Dəqiq xatırlamır Astara rayonunun Sım kəndinə gedərkən, yoxsa narkotik vasitəni qoyulmuş yerdən götürərkən bu barədə Rafiqə məlumat vermişdir. Tohid ona Sım kəndində 1,5-2 kiloqram narkotik vasitə olacağını demişdir. Lakin narkotiki götürərkən görmüşdür ki, narkotikin miqdarı deyiləndən çoxdur və ilk əvvəl götürmək istəməmişlər. Götürülmüş narkotikin miqdarı çox olduğu üçün onu tullamağa qorxmuşlar, narkotik vasitəni satmaq və ya Bakı şəhərinə aparmaq fikirləri olmamışdır. Sım kəndinə Rafiqin adına “Rent a car”dan (avtomobil icarəsi yerindən) götürdükləri avtomobillə getmişlər. Avtomobili yolda hər ikisi sürmüşdür. Narkotik vasitəni avtomobilin yük yerinə qoymuşlar. İranlı narkotik vasitələrin yerini tapmaq üçün ona həmin yerin konumunu göndərmişdir. Onlar narkotik vasitəni Bakıya aparmalı idilər, lakin Hacıqabul rayonuna Rafiqgilin evinə aparıb evin ikinci mərtəbəsində olan otaqa qoymuşlar. Evin ikinci mərətəbəsində yaşayış olmamışdır. 2-3 gündən sonra onları polis əməkdaşları tutmuşlar. Onlara polis əməkdaşları yaxınlaşarkən küçədə olmuşlar, əməliyyatçılar onlara yaxınlaşaraq üzərlərində narkotik vasitələrin olubolmamasını soruşmuşlar, onlar da demişlər ki, üzərimizdə narkotik vasitə yoxdur, lakin narkotik vasitələrin əldə etdiklərini və evdə saxladıqlarını demişlər və özləri narkotik vasitəni polisə təqdim etmişlər. 200 (iki yüz) manat ona məxsus plastik bank kartına göndərilmişdir. 200 (iki yüz) manat məbləğində pulu onun plasik bank kartına narkotik vasitəni götüdükləri gün göndərmişlər. Pulun xaricdən və ya Azərbaycan Respublikasından daxil olduğunu bilmir. Plastik kartının nömrəsini bilmir. Plastik kart Kapital Banka məxsus olmuşdur. Narkotik vaitənin Sım kəndində kimin qoyduğunu, hardan gəldiyini bilmir. Narkotik vasitənin Hacıqabul rayonunda evə qoyduqdan sonra Bakı şəhərinə paltarlarını götürmək üçün gedib qayıtmış, narkotik vasitəyə görə Bakı şəhərinə getməmişdir. İki gün ərzində onlar Hacıqabulda evdə olmuşlar. O, birinci dəfədir ki, narkotik işi görür, ona görə də 1, 2 kiloqrama görə 10.000 (on min) manatın veriləcəyinin inadırıcı olub-olmamasını bilmir. Onlar əvvəlcədən 10.000 (on min) manata razılaşmışlar. O, narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə irandan gətirildiyini bilməyib, hardan gəldiyini də bilmir. Tohidin istifadə etdiyi mobil telefon nömrəsi azərbaycan aperatorlarına aid nömrə olmayıb, ləhəcəsi də fərqli ləhcə olub, azərbaycan ləhcəsi olmayıb. O, həmin şəxsin özünü iranlı kimi təqdim etməsinə inanmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməllərini etiraf etməsini nəzərə alaraq ona minumum həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1la bir neçə il Bakı şəhərində fəaliyyət göstərən avtoyuma məntəqəsində işləmişlər. Təqsirləndirilən şəxs1la nəyə görə Astara rayonunun Sım kəndinə getmələrinin dəqiq səbəbini bilməmişdir. Narkotik vasitəni götürdükdən sonra həqiqəti bilmişdir. Narkotik vasitə olan iki ədəd sintetik kisəni gətirib yaşadıqları Hacıqabul rayonundakı evlərində saxlamışlar, iki gündən sonra polis əməkdaşları tərəfindən tutulmuşlar. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs1 demişdir ki, narkotik vasitəni heç kimə vermiyəcək, nə də ki, iranlının dediyi yerə də qoymayacaqdır, ona görə də onlarda qalmışdır. İranlı onlara hədə-qorxu gəldiyi və polislə hədələdiyi üçün onlar narkotik vasitəni ata bilməmişlər. Narkotik vasitə 2 (iki) ədəd kisədə olmuşdur. Hacıqabul rayonu daha yaxın olduğuna görə Astara rayonundan birbaşa Hacıqabul rayonuna yaşadığı evə getmişlər. Onlar narkotik vasitənin olduğu bağlamaları açıb içərisinə baxmamışlar. Bakı şəhərinə gedib qayıtmışlar, orada qalmamışlar. Onlar bilməyiblər ki, həmin narkotik vasitəni necə etsinlər, ata bilmədikləri üçün evlərində qalmışdır. Onlarda narkotik vasitə olmasını iranlıdan başqa heç kim bilməmişdir və onu satmaq fikrində olmayıblar. Daha sonra Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməllərini etiraf etməsini nəzərə alaraq ona minumum həddə cəza təyin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxslər barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin və şahidin ifadələrini, üzləşdirmə və digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, 21 aprel 2025-ci il tarixdə Baş Narkotiklərlə Mübarizə İdarəsinə daxil olmuş məlumatda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Hacıqabul rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları bildirilmişdir. 21 aprel 2025-ci il tarixdə, saat 15:00-da keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu, Kolanı kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında piyada hərəkətdə olan zaman saxlanılmış və onlar xidməti vəsiqələrini göstərərək özlərini həmin şəxslərə təqdim etmişlər. Saxlanılmış şəxslərə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqları üçün saxlanıldıqları bildirilməklə hüquq və vəzifələri izah edilmişdir. Onların üstü videoçəkilişlə yerində yoxlanılmışdır. Təqsirləndirilən şəxs2 üzərində heç bir narkotik maddə olmadığını bildirdikdən sonra üstü yoxlanılmış və üzərindən bir ədəd mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 da üstü yoxlanılmış və üzərindən bir ədəd mobil telefonla bir ədəd avtomobil açarı aşkar edilmişdir. Təqsirləndirilən şəxs1 bildirmişdir ki, cibindən aşkar edilmiş avtomobil açarı idarə etdiyi “Hyundai” markalı avtomobilə aiddir. Onlar evin ikinci mərtbəsinə qalxmışlar. Orada yerləşən otaqların birindən iki ədəd kisə müəyyən olunmuşdur. Həmin iki ədəd kisə həmin otaqdan çıxarılıb dəhlizə qoyulmuş və kisələrə baxış keçirilmişdir. Kisələrin ikisi də boşaldılaraq içərisində olan bağlamalar yanbayan olaraq yerdə düzülmüşdür. Bağlamaların içərisində yaşıl rəngli qurudulmuş ot formasında olan zahirən narkotik vasitə qurudulmuş marixuanaya bənzər maddə aşkar edilmişdir. Aşkar edilmiş maddələr qablaşdırılaraq tərəzi ilə çəkilmiş və üzərində qeydiyyat aparılıb götürülmüşdür. Aşkar edilmiş kütlələr barədə şifahi olaraq sorğu edilən zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, həmin narkotik maddələri adını “Tohid” kimi bildiyi İran İslam Respublikasının vətəndaşının vasitəsilə Təqsirləndirilən şəxs2la birlikdə Astara rayonunun Sım kəndinə gedib oradan əldə edərək sonunculara vəd edilən pul müqabilində müxtəlif yerlərə atacaqmışlar və pulu da aralarında böləcəkmişlər. Təqsirləndirilən şəxs1 dediklərini Təqsirləndirilən şəxs2 da təsdiq etmişdir. Daha sonra evə baxış keçirilmiş, lakin əlavə heç bir maddə aşkar edilməmişdir. Qeyd olunanlarla əlaqədar yerində protokol tərtib edilməsinə şərait olmadığına görə onlar Hacıqabul RPŞ-yə yollanmışlar və ora çatan zaman bu barədə müvafiq qaydada protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Hacıqabul rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai” markalı **-TB-*** qeydiyyat nişanlı avtomobillə daşımaları, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən nömrəsiz fərdi evdə gizlətmələri barədə daxil olmuş əməliyyat məlumatı əsasında DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin tarixdə saat 15:06-dan etibarən qeyd edilən ünvana özlərinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı evin ikinci mərtəbəsində yerləşən otaqda olan iki ədəd sintetik kisənin içərisindən onların birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladıqları on doqquz ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1035 qram, 990 qram, 995 qram, 980 qram, 1025 qram, 990 qram, 990 qram, 990 qram, 995 qram, 1000 qram, 1025 qram, 1020 qram, 1005 qram, 1040 qram, 1025 qram, 975 qram, 475 qram, 520 qram, 515 qram olmaqla ümumi təmiz çəkisi 17 kq 590 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülməsi faktına görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v.1-66) - “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına və avtomobilə və evə baxış keçirilməsinə dair” 21 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Hacıqabul rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai” markalı **-TB-*** qeydiyyat nişanlı avtomobillə daşımaları, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən nömrəsiz fərdi evdə gizlətmələri barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 aprel 2025-ci il tarixdə Hacıqabul rayonu, Kolanı kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılaraq sonuncunun yaşadığı qeyd edilən ünvanda yerləşən evə keçirilən baxış zamanı evin ikinci mərtəbəsində olan otaqdan iki ədəd sintetik torbalardan ümumilikdə 19 ədəd bağlamada 17 kq 590 qram çəkidə külli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür.(cild 1, i.v.11-14) - “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olaraq qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib Hacıqabul rayonu ərazisində dövriyyəsi ilə məşğul olmaları, Təqsirləndirilən şəxs1 idarə etdiyi “Hyundai” markalı **-TB-*** qeydiyyat nişanlı avtomobillə daşımaları, həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən nömrəsiz fərdi evdə gizlətmələri barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 21 aprel 2025-ci il tarixdə Hacıqabul rayonu, Kolanı kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evin qarşısında saxlanılaraq sonuncunun yaşadığı qeyd edilən ünvanda yerləşən evə keçirilən baxış zamanı aşkar edilərək götürülmüş on doqquz ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana iki ədəd torbada qablaşdırılaraq aidiyyəti üzrə təqdim edilmiş və həmin kütlələrə Hacıqabul PRŞ-də baxış keçirildikdən sonra yenidən qablaşdırılaraq möhürlənmişdir. Həmin videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk maddi sübut kimi tanınaraq iş materiallarına alavə edilməsi nəzərə alınmışdır.(cild 1, i.v.17-19) - “Şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 21 aprel 2025-ci il tarixdə, saat 18:40-da şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.29) - “Şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 21 aprel 2025-ci il tarixdə, saat 19:15-də şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v.48) - “Məhkəmə bioloji ekspertizası”nın 22 aprel 2025-ci il tarixli, 7/619 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, iki ədəd sintetik torbalarda ümumi sayı 19 (on doqquz) ədəd ayrı-ayrılıqda təmiz çəkisi 1035,0 qram, 990,0 qram, 995,0 qram, 980,0 qram, 1025,0 qram, 990,0 qram, 990,0 qram, 990,0 qram, 995,0 qram, 1000,0 qram, 1025,0 qram, 1020,0 qram, 1005,0 qram, 1040,0 qram, 1025,0 qram, 975,0 qram, 475,0 qram, 520,0 qram, 515,0 qram olmaqla ümumi çəkisi 17590,0 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim edilmiş marixuanalar öz aralarında tərkiblərinə görə eynidir.(cild 1, i.v.62-66) - “Üzləşdirmə” haqqında 22 aprel 2025-ci il tarixli protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşmə keçirilmiş, Təqsirləndirilən şəxs1 istintaq zamanı vermiş olduğu ifadəni təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir ki, İran vətəndaşının təklif etdiyi 10.000 manat məbləğində onun göndərəcəyi narkotik maddələri deyiləcək ünvandan götürüb Bakı şəhərinə gətirməyi demişdir. O, da bu işlə razılaşdı. Tohidin göndərəcəyi pulu aralarında yarı böləcəklər. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 onun üzünə dedikləri tam olaraq razılaşmışdır. (Cild 1, i.v. 151-152) - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 4(005)-510/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.116-117; 180-184) - “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” 22 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddələrdə nəzərdə tutulmuş ittiham ona elan olunmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 23 aprel 2025-ci il tarixli, 4(005)-511/2025 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. (cild 1, i.v.134-135; 175-179) - “Maddi sübut hesab edilməsi haqqında” 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi - 17590,0 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 17588,1 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir.(cild 1, i.v.191-192) - Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 5(009)-2530/2025 nömrəli, 25 aprel 2025ci il tarixli qərarı ilə Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid tərəfindən qəbul edilmiş 21 aprel 2025-ci il tarixli qərarı ilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qanuni hesab edilmişdir.(cild 1, i.v.242-243) - “Təqsirləndirilən şəxs1 götürülmüş mobil telefon aparatına baxış keçirilməsi haqqında” 19 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş bir ədəd “Redmi” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, plastik-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” və “Whatsapp Business” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqləri vardır. “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqinin “söhbətlər” bölməsinə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuş, həmin yazışmaların içərisində adı kontaktlar siyahısında “Xaloglu” kimi qeyd edilmiş +**********89 saylı İran İslam Respublikasına məxsus GSM nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin abunəçinin (A) Təqsirləndirilən şəxs1 (B) 21 aprel 2025-ci il tarixdə səhər saat 02:12-dən etibarən aralarında olan danışıq aşağıdakı qaydada aparılmışdır: A: Abi...Salamtcilixdi B: 5239 1517 6091 6612 “Abi bizə gör nə edirən pul işini? benzinimiz Allaha and olsun heç kəndə çatdıra-çatdırmaya...azalıbdır” (səs yazısı) A: “Qaqa indi özün bilirsən də pul vurdurmaq olmaz, bir dənə səbrli ol qoy sabah açılsın yoluna qoyaq” (səs yazısı) Həmin tarixdə saat 13:01-dən etibarən B: Salam qaqa neniyirsən..durmamısan...“Tohid, qaqa onu bir dənə başına dönərəm tezləşdir, bu indi yenə yığmışdır deyir ustadayam, pul atmalıyam, həmdə ki, aram dəyməsin də onunla. İndi görüşüb gedib maşın götürməliyik, dəyişməliyik, bu dəqiqə vacib pul istəyir o, deyir pul ehtiyacdır ...gör onu necə tez həll edə bilərsən” (səs yazısı) A: “Abi Allaha and olsun zəng etdim Sərrafa dedi gözlə xəbər verim, deyir pul indidən başlayır da, bundan bu tərəfə başlayır daha, bir dənə gözlə qadanı alım bubirisini vurum, mən özüm dedim pulu vuracam” (səs yazısı) - Təqsirləndirilən şəxs1 istifadəsində olmuş “Redmi” markalı mobil telefona keçirilmiş baxış zamanı kontaktlar siyahısında adı “Tofita 2” kimi qeyd olunmuş +**********57 saylı İran İsam Respublikasına məxsus GSM nömrəsi olan kontaktın olması müəyyən olunmuşdur.(cild 1, i.v.244-246) - “Telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 03 iyul 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 30 iyun 2025-ci il tarixli AZF/LGL- 3228/25 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə aid 22 aprel 2024-cü il tarixdən 22 aprel 2025-ci il tarixədək olan məlumatlara keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş mobil telefon nömrəsinin anten dairələri 18 aprel 2025-ci il tarixdə saat 03:31-dən 18 aprel 2025-ci il tarix saat 11:32-dək olan müddət ərzində Astara rayonu ərazisindən qeydiyyatdan keçmişdir.(cild 2, i.v.1-4) - “Bank məlumatlarına baxış keçirilməsi haqqında” 06 avqust 2025-ci il tarixli protokoldan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 31 iyul 2025-ci il tarixli 2025/204/19016 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunuş məlumatlara baxış zamanı, Təqsirləndirilən şəxs1 adına "xxxx" ASC-də açılmış AZ23AİİB410100H**********299 №-li hesaba həqiqətən də sonuncunun ifadələrində bildirdiyi kimi 18 aprel 2025-ci il tarixdə 200 manat məbləğində pulun onlayn qaydada mədaxil edilməsi müəyyən olunmuşdur.(cild 2, i.v.8-11) - “Məhkəmə-tibbi ekspertizasının” 20 may 2025-ci il tarixli, 197/MEŞ nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs2 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.(cild 2, i.v.13-15) - “Məhkəmə-tibbi ekspertizasının” 20 may 2025-ci il tarixli, 198/MEŞ nömrəli rəyində göstərilir ki, Təqsirləndirilən şəxs1 bədən səthində hər hansı bir xəsarət və ya xəsarət izi aşkar edilmədi.(cild 2, i.v.17-19) - “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın 04 avqust 2025-ci il tarixli, 4716 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, i.v.47-48) - “Ambulator məcburi narkoloji tibbi yoxlama”nın 04 avqust 2025-ci il tarixli, 4711 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 kannabinoidlərin qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür.(cild 2, i.v.49-50) - “Sübutların qiymətləndirilməsi və iş üzrə əməlin tövsif edilməsi haqqında” 07 avqust 2025-ci il tarixli qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, avtomobilə və evə baxış keçirilməsi istintaq həhkətinin icrası zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk, təqdim edilən əşyalara baxış keçirilməsi və götürmə aparılması istintaq həhkətinin icrası zamanı aparılmış videoçəkilişin köçürüldüyü bir ədəd DVD disk, "xxxx" MMC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli AZF/LGL-3228/25 saylı məktubla müşaiyət olunan telefon danışıq məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk, "xxxx" ASC-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 2025/204/19016 saylı məktubla müşayiət olunan bank məlumatlarını özündə əks etdirən 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş və Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınaraq saxlanılması üçün Azərbaycan Respublikası DİN-nin BMCMİ-nin sübutları saxlama kamerasına təhvil verilmişdir.(cild 2, i.v.51-67) - “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında” 11 avqust 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* nömrəli cinayət işinin ayrılması barədə qərar qəbul edilmişdir.(cild 2, i.v.107-108) - İşə əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(099)-441/2025 saylı, 30 sentyabr 2025-ci il tarixli qərarından görünür ki, dövlət ittihamçısının təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihamdan imtinası qəbul edilmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilmişdir. İş üzrə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı irəli sürülmüş ittiham üzrə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində qabaqçadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşımağa görə cinayət məsuliyyətləri nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs2 “18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1la nəyə görə Astara rayonunun Sım kəndinə getmələrinin dəqiq səbəbinin bilməməsi, narkotik vasitəni götürdükdən sonra həqiqəti bilməsi” ilə bağlı verdiyi ifadəsini müzakirə edərək hesab edir ki, həmin ifadə həqiqətə uyğun deyildir, qeyd olunan xüsusatları ifadəsində səsləndirməsi törətdiyi əməli ört-basdır etmək xarakteri daşıyır və məsuliyyətdən yayınmaq məqsədi güdür. Bundan başqa, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında keçirilmiş üzləşmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə qarşı İran vətəndaşının göndərəcəyi narkotik maddələrin deyiləcək ünvandan götürüb Bakı şəhərinə gətirmələri qarşılığında onlara veriləcək 10.000 manat məbləğində pulun aralarında yarı bölünəcəyinə dair əvvəlcədən razılığa gəlmələrinə dair göstərdikləri ilə tam olaraq razılaşmışdır. Milli qanunvericilik təqsirləndirilən şəxslərin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi, həmin maddə ilə təqsirli bilinərək cəzalandırılması üçün üç şərtin eyni vaxtda mütləq sübuta yetirilməsi tələb edilir: a) şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin dispozisiyasında göstərilən hərəkətləri satış məqsədilə etməlidir; b) şəxs belə hərəkətləri qanunsuz etməlidir; c) narkotik vasitə və ya psixotrop maddələr külli miqdarda olmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunun 1.0.9-cu maddəsində göstərilmişdir narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.10-cu maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir; “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın müvafiq bəndlərinə əsasən qurudulmuş marixuana narkotik hesab edilir. Siyahılara əsasən qurudulmuş marixuananın 5 qram və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) xeyli miqdar, 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar, 50000 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) isə xüsusilə külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətlərində ayrılıqda müəyyənləşdirilir. Həmin Plenum qərarının 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq saxlama uzanan cinayət olmaqla şəxs özü əməllərinə son verdiyi (məsələn, könüllü gəlib təqsirini boynuna aldığı) və yaxud onun iradəsindən asılı olmayaraq əmələ son verildiyi, məsələn, qeyd olunan əməllə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirinin gedişində yaxalandığı andan cinayət başa çatmış hesab edilir. Odur ki, bu əməl üzrə istintaq və məhkəmə aidiyyəti məsələsi həmin hallar, yəni o cümlədən cinayətin əməliyyat-axtarış tədbirinin gedişində şəxsin saxlanılıb müvəkkil edilmiş şəxsin nəzarəti altına keçməsi anında və yerində başa çatmış olması nəzərə alınmaqla həll edilməlidir. Qanunun 1.0.10-cu maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, yuxarıdakı narkotik vasitələrin (psixotrop maddələrin) saxlanmasına dair izahları eynilə narkotik vasitələrin və ya psixotrop maddələrin prekursorlarına da şamil etmək mümkündür. Həmin Plenum qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və ya psixotrop maddələrin, habelə onların prekursorlarının sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. Narkotik vasitəni (psixotrop maddəni) göndərən şəxsin əməli, vasitənin (maddənin) təyinat yerinə çatdırılıbçatdırılmamasından asılı olmayaraq, aparılması üçün (məsələn, poçt şöbəsinə, yükdaşıma fəaliyyətini həyata keçirən subyektə, cinayətdən xəbərsiz olan şəxsə) təhvil verildiyi andan başa çatmış cinayət hesab edilir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 külli miqdarda - 17590,0 qram çəkidə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərlərində saxlayaraq daşımaları onların narkotik vasitələrin satışı ilə məşğul olduqlarını və qeyd edilən kütlələri qanunsuz olaraq satış məqəsi ilə əldə etdiklərini sübut edir. Göstərilən hallar təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar edilmiş narkotik vasitəyə münasibətdə satış niyyətində olmaları barədə nəticəyə gəlməyə tam əsas verir. Qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2ci maddəsinin mənasına görə, Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Cinayət Məcəlləsinin 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Cinayət işi üzrə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2, “İnstaqram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu, şəxsiyyəti istintaqa və məhkəməyə məlum olmayan “Tohid” adlı İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə Astara rayonuna gələrək aralarında olan razılaşmaya əsasən cinayətkar qrupun istintaqla müəyyən edilməmiş digər üzvüləri tərəfindən Astara rayonunun Sım kəndi ərazisində əvvəlcədən gizlədilmiş yerdən külli miqdarda-17590,0 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib, daşımaqla, saxlamışlar, satışını həyata keçirmək məqsədi ilə həmin maddələri Təqsirləndirilən şəxs2 yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən nömrəsiz fərdi yaşayış evində gizlədərək orada qanunsuz olaraq saxlamışlar, 21 aprel 2025-ci il tarixdə saat 15:00-da Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2la birlikdə sonuncunun yaşadığı Hacıqabul rayonu, Kolanı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında saxlanılaraq həmin tarixdə saat 15:06-dan etibarən qeyd edilən ünvana özlərinin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə keçirilən baxış zamanı evin ikinci mərtəbəsində yerləşən otaqda olan iki ədəd sintetik kisənin içərisindən onların birlikdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib daşımaqla saxladıqları on doqquz ədəd bağlamada hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1035 qram, 990 qram, 995 qram, 980 qram, 1025 qram, 990 qram, 990 qram, 990 qram, 995 qram, 1000 qram, 1025 qram, 1020 qram, 1005 qram, 1040 qram, 1025 qram, 975 qram, 475 qram, 520 qram, 515 qram olmaqla ümumi təmiz çəkisi 17 kq 590 qram olan külli miqdarda eyni tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə tərkibi qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin külli miqdarda - narkotik vasitə qurudulmuş marixuananı əldə edib, saxlamaq və daşımaqla onların məhz həmin maddənin qazanc əldə etmək üçün şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkət kimi qiymətləndirilməlidir. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif olunmuşdur. “X1 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Fuşe Fransaya qarşı”, “Bulut Avstriyaya qarşı”, “Bobek Polşaya qarşı” və “Klimentyev Rusiyaya qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə doğrudan da bu iki anlayışı birlikdə götürməklə “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçiləri ilə birlikdə iştirak etmişlər, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüşlər, əleyhlərinə ifadə verən şahidə bilavasitə, həmçinin müdafiəçiləri vasitəsi ilə kifayət qədər suallar vermişlər, bundan başqa müxtəlif vəsatətlər vermələrinə şərait yaradılmış və onlara qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişlər. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətmələri məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adı qeyd edilmiş şəxsin ifadəsi, -“əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxslərin üstünün yoxlanılmasına, avtomobilə və evə baxış keçirilməsinə dair” protokol və ona əlavə edilmiş videoçəkiliş, “məhkəmə ekspertizası”nın rəyləri, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış narkotik vasitə, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: - 01 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v.206) - 05 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır.(cild 1, i.v.207) - Hacıqabul Rayon İcra Hakimiyyəti Başçısının Abdulabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 may 2025-ci il tarixlı, 176, 177 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Hacıqabul rayonu, Kolanı kəndində yaşamaqla, orada qeydiyyatdadır, ailə tərkibi valideynlərindən, bacı qardaşından və üç az yaşlı övladlarından ibarət olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 1, i.v.229-231) - Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 01 may 2025-ci il tarixlı, 275, 276 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Cumalar kəndində qeydiyyatdadır, faktiki olaraq Bakı şəhəri ərazisində yaşayır, ailə tərkibi anasından, qardaşından və qardaşının ailəsindən ibarət olmaqla, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 1, i.v.234-236) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxslərin islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi hesab edir ki, cinayət qanunvericiliyin tələblərinə və cəza təyin etmənin prinsiplərinə uyğun olaraq iştirakçılıqla törədilmiş hazırkı cinayət əməlində təqsirləndirilən şəxslərin hər birinin cinayətin faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti və digər mühüm xüsusiyyətləri nəzərə alınmalı və təqsirləndirilən şəxslərə cəza təyini zamanı onlara təyin ediləcək cəza həddində nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs2 himayəsində üç az yaşlı uşağının olması Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini etiraf etməsi, əməlindən peşman olması, ailə, maddi və sosial vəziyyəti Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Məhkəmə tərkibi qeyd edilən cinayət əməlinin törədilməsində Təqsirləndirilən şəxs1 xüsusi fəallığını, aparıcı rolunu nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlini etiraf etməsi, əməlindən peşman olması Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Cəzanı yüngülləşdirən hallar dedikdə, təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin və cinayətin təhlükəliliyini azaldan, cinayət tərkibindən kənarda qalan, lakin qanunda nəzərdə tutulan müxtəlif hallar başa düşülməlidir. Cəzanı yüngülləşdirən halların cinayət-hüquqi əhəmiyyəti ondan ibarətdir ki, onlar: 1) əməlin tövsif edildiyi maddənin sanksiyasına uyğun seçilən cəza növünün aşağı həddinə yaxın həddə cəza təyin etməyə; 2) alternativ sanksiyaya malik maddələrlə məsuliyyət həll edilərkən daha yüngül cəza təyin etməyə; 3) qanunda nəzərdə tutulduğundan daha yüngül cəza təyin etməyə; 4) şərti məhkum etmə institutunu tətbiq etməyə hüquq verir. Göründüyü kimi hər bir halda yüngülləşdirici halların mövcudluğu yüngül cəza təyin edilməsini nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi) ... məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır.(CPM-ci 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X6rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X4 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə cəzalarını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün) ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onların ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduqları vaxtdan 21 aprel 2025-ci il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-510/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli Təqsirləndirilən şəxs2 barəsində Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-511/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarları ilə seçilmiş həbs qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə, “ambulator məcburi narkoloji tibbi yoxlama”nın rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 72 (yetmiş iki) manat məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğdə pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 17588,1 qram olan narkotik vasitə qurudulmuş marixuana qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon, onun yaxın qohumlarına qaytarılmalı, cinayət işinin materiallarına əlavə olunmuş 2 ədəd DVD və 2 ədəd CD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 21 aprel 2025-ci il tarixdən hesablansın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-510/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 7 (yeddi) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 21 aprel 2025-ci il tarixdən hesablansın. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-511/2025 nömrəli, 23 aprel 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, Ərazi Narkoloji Tibb Müəssisəsində dispanser qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 72 (yetmiş iki) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi - 17588,1 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd “Redmi” markalı mobil telefon hökm qanuni qüvvəyə mindikdən sonra, onun yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 2 ədəd DVD və 2 ədəd CD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmədə təqsirləndirilən şəxslərə göstərilən hüquqi yardımla bağlı müdafiəçilərə ödənilməli məbləğlə əlaqədar ayrıca qərar qəbul edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar