Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-442/2022 14.07.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X10, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və müdafiəçi- Lənkəran rayon vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxx 1999-cu ildə Cəlilabad rayonu, Sərhədabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Oba” marketin Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən filialında inzibatçı vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, Cəlilabad rayonu, Sərhədabad kəndində qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 21 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Cəlilabad şəhəri ərazisində avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyi üçün «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozmuş, həmçinin həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib Cəlilabad şəhəri, H.Əliyev prospektindən Cəlilabad şəhər dairəsi istiqamətində hərkətdə olarkən yolu soldan sağa keçən piyada 09 oktyabr 1976-cı il təvəllüdlü X6 idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncunun başın alın nahiyəsində əzilmiş yara, sağ tərəfli qalça, qasıq və oturaq sümüklərinin, sol tərəfli qasıq sümüyünün yerinidəyişmiş çoxsaylı qəlpəli sınıqları, 1-2-3-4-cü bel fəqərələrinin sınıqları, bel, sağrı və bud nahiyəsinin hematoması ilə müşayiət olunan, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malik bədən xəsarətləri yetirmiş, ixtisaslı tibbi yardım göstərilməsinə baxmayaraq sağ tərəfli qalça, qasıq və oturaq sümüklərinin, sol tərəfli qasıq sümüyünün yerinidəyişmiş çoxsaylı qəlpəli sınıqları nəticəsində əmələ gəlmiş ağ ciyər arteriyasının trombemboliyası nəticəsində 28 fevral 2022-ci il tarixdə ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, “Oba” marketin Cəlilabad rayonu, Üçtəpə kəndində yerləşən filialında inzibatçi vəzifəsində işləyir. “VAZ 2101” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Həmin avtomobili 1 ilə yaxındır ki, almış və etibarnamə əsasında idarə etmişdir. Yol-nəqliyyat hadisəsi törədən zaman sürücülük vəsiqəsi olmasa da, hal-hazırda sürücülük vəsiqəsi vardır. 21 noyabr 2021-ci il tarixdə, saat 15 radələrində şəxsi işi ilə əlaqədar avtomobili ilə yaşadığı Sərhədabad kəndindən Cəlilabad şəhəri istiqamətində hərəkət etmişdir. Onun sürəti təxminən 50 km/saat olmuşdur. H.Əliyev prospektinin M.Ə.Sabir küçəsi ilə kəsişmə hissəsindən keçərkən yolun sol tərəfində bir qadın dayanmışdır. O, qadının yanından keçərkən təxminən ona 5 metr məsafə qalmış qadın qəflətən yolun sol hissəsindən sağ hissəsinə qaçmağa başlamışdır. O, tormoz pedalından istifadə etmədən avtomobili sola tərəf çəkmişdir. Lakin, avtomobilin qabaq sağ küncü ilə qadını vurmuşdur. Vuran kimi dərhal avtomobili saxlamış və qadına yaxınlaşmışdır. Adını bilmədiyi bir şəxslə qadını avtomobilinə qoymuş və Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. Qadını xəstəxanaya təhvil verdikdən sonra polis şöbəsinə gedərək törətdiyi hadisə barədə məlumat vermişdir. Sonradan ona məlum olmuşdur ki, idarə etdiyi avtomobil ilə xəsarət yetirdiyi şəxs Cəlilabad şəhər sakini X7r. Aparılmış müalicələrə baxmayaraq X9 28 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 ilə barışıq əldə etmiş, onlara dəymiş maddi ziyanı tamamilə ödəmiş, hüzr mərasimlərinin keçirilməsində yaxından iştirak etmişdir. Buna görə də, ona yüngül cəza təyin olunmasını xahiş edir. Məhkəmə baxışında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanda ailə üzvlərimlə birlikdə yaşayır. 21 noyabr 2021-ci il tarixdə yaşadığı evdə olmuşdur. Təxminən saat 15 radələrində xatırlamadığı rayon sakinlərindən biri onun mobil telefonuna zəng vuraraq bacısı Şəfəq Məmmədovanı piyada hərəkət edərkən avtomobil vurduğunu, onu xəstəxanaya apardıqlarını bildirmişdir. O, dərhal Cəlilabad rayon mərkəzi xəstəxanasına getmişdir. Orada həkimlər bacısını müalicə etmişlər. Bir neçə gün xəstəxanada qaldıqdan sonra həkimlər bacısını əməliyyat etmişlər və yaşadıqları evə gətirmişlər. Bir neçə ay həkim nəzarətində müaliəcələr almasına baxmayaraq bacısı Şəfəq Məmmədova 28 fevral 2022-ci il tarixdə vəfat etmişdir. Bacısının müalicəsinə, sonra isə dəfn və yas mərasimlərinin keçirilməsinə Nəcməddin maddi yardım göstərmişdir. Hal-hazırda bacısı Şəfəq Məmmədovanı avtomobil ilə vurmuş Təqsirləndirilən şəxs ilə barışdığı üçün ondan heç bir iddia, şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin müvafiq cinayəti törətməsi faktı onun özünün səmimi etirafı ilə yanaşı, iş üzrə toplanmış digər sübularla da tam təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Yolnəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 09 may 2021-ci il tarixli protokoldan görünür ki, hadisə Cəlilabad şəhəri, H.Əliyev prospekti ilə Sabir küçəsinin kəsişməsində baş vermişdir. Hadisə baş vermiş yol quru, düz və asfaltbeton örtüklüdür. Yolun hərəkət hissəsinin eni 5,15 metr, yol örtüyünün ümumi eni isə 10,3 metr olmuşdur. Hərəkət hissəsinə sağdan və soldan 3,3 metr enində səki yerləşir. Hadisə yerində tormoz izi yoxdur. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 1135 nömrəli «sərxoşluq vəziyyətinin tibbi müayinəsi» aktıdan görünür ki, Təqsirləndirilən şəxs “Yol nəqliyyat” hadisəsi baş verən zaman sərxoşluq vəziyyətində olmamışdır. İş materiallarında olan 21 noyabr 2021-ci il tarixli “avtombilə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı müəyyən olunur ki, “VAZ 2101” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtombil albalı rəngdədir, nömrə nişanları üstündədir. Avtomobilin ön sağ tərəfində zədələr müəyyən edildi. Həmçinin ön sağ təkəri boşalmış vəziyyətdədir. Avtombilin sağ yan güzgüsü yoxdur. Eyni zamanda qabaq buferin sağ künc hissəsi çatılmış və zədələr almışdır. İş materiallarında AA N 268390 nömrəli “Nəqiyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”-nin surətindən görünür ki, “VAZ 2101” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtombil Cəlilabad rayonu, Gülməmmədli kənd sakini X3 mülkiyyətində olmaqla ƏN-Vİİ 790272 nömrəli etibarnamə əsasında Təqsirləndirilən şəxs verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Dövlət Yol Polisi İdarəsinin 24 fevral 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına sürücülük vəsiqəsi verilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 30 dekabr 2021-ci il tarixli 1025 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, X4 başın alın nahiyəsində əzilmiş yara, sağ tərəfli qalça, qasıq və oturaq sümüklərinin, sol tərəfli qasıq sümüyünün yerinidəyişmiş çoxsaylı qəlpəli sınıqları, 1-2-3-4-cü bel fəqərəsinin sol yan çıxıntılarının sınıqları, bel, sağrı və bud nahiyəsinin hematoması müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş meyitin məhkəmə – tibbi ekspertizası ilə bağlı tərtib olunmuş 28 fevral 2022-ci il tarixli 13 nömrəli rəyin nəticə hissəsində qeyd olunur ki, mərhum X5 ölümünə sağ tərəfli qalça, qasıq və oturaq sümüklərinin, sol tərəfli qasıq sümüyünün yerinidəyişmiş çoxsaylı qəlpəli sınıqları nəticəsində əmələ gəlmiş ağ ciyər arteriyasının trombemboliyası səbəb olmuşdur. X1 başın alın nahiyəsində əzilmiş yara, sağ tərəfli qalça, qasıq və oturaq sümüklərinin, sol tərəfli qasıq sümüyünün yerinidəyişmiş çoxsaylı qəlpəli sınıqları, 1-2-3-4-cü bel fəqərələrinin sınıqları, bel, sağrı və bud nahiyəsinin hematoması müəyyən olunmuşdur, müəyyən olunan xəsarətlər bərk küt əşyanın və ya əşyaların təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma əlamətlərinə malikdirlər. İlkin meyit əlamətlərinə əsasən demək olar ki, meyit meyitxanada müayinə olunmağa başlandığı vaxtdan 3-6 saat əvvəl baş vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası ilə bağlı tərtib olunmuş 31 mart 2022-ci il tarixli 8/578 nömrəli ekspert rəyinin nəticə hissəsində qeyd olunur ki, VAZ 2101 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci madəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü madəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyə əlavə olunmuş «Ekspertiza xərclərinə dair bildiriş»ə əsasən aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manatdır». İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Cəlilabad rayon, Sərhədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan, xasiyyətnamədən, doğum və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətlərindlən görünür ki, Təqsirləndirilən şəxs cəlilabad rayonu, Sərhədaban kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və xx.xx.2021-ci il təvəllüdlü X11 adlı azyaşlı oğlundan ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan 16 iyun 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, “VAZ 2101” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtombil Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan 29 may 2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən xx.xx.2022-ci ildə yazılaraq notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, iddia və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmiş, onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif olunmuşdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək, ona həmin maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin qeyd olunan əməlinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə etməsini, sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, həmin şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini, əməlini səmimi etiraf etməsini və peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikası CM-nin 59.1.12, 59.1.13 və 59.2ci maddələrinə əsasən iş üzrə cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-in 60.1-ci maddəsinə əsasən həmin Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin onun cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə müəyyən müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə ən aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur və maddi sübut yoxdur. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azadlıqdan məhrum etmə növündə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Azadlıqdan məhrum etmə növündə cəzasının əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri hazırkı hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-442/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-442/2022
14.07.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver