Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-443/2023 09.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X2, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1985-ci ildə Lənkəran rayonunun Kənarmeşə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilmiş, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/4, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs 29 yanvar 2023-cü il tarixdə Lənkəran şəhərində məlum olmayan mənbədən, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda-10,786 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb üzərində daşıyarkən, daxil olmuş məlumat əsasında 30 yanvar 2023-cü il tarixdə, saat 18:20 radələrində Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən saxlanıb üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən 02 ədəd bükümdə ayrı-ayrılıqda 4,827 qram və 5,959 qram olmaqla cəmi, külli miqdarda-10,786 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib işin mahiyyəti üzrə ibtidai istintaq zamanı ətraflı ifadə verdiyini və həmin ifadəsini təsdiq etdiyini, hazırda ifadə vermək istəmədiyini və ifadə verməkdən imtina etdiyini bildirmişdir. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində göstərmişdir ki, o, Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/4, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış, subaydır, heç bir yerdə işləməmiş, əvvəllər hərbi xidmətdə olarkən məhkum olunmuşdur.Əvvəllər narkotik vasitələrdən istifadə etməmiş, sonradan isə başında güclü ağrıları olduğu üçün narkotiklərdən istifadə etmək qərarına gəlmiş və 29 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində, “Kiçik bazar” adlanan yerə gedib orada üzdən tanıdığı, adını bilmədiyi bir nəfər şəxsdən 150 manata iki ədəd bükümdə metamfetamin alıb cibinə qoymuşdur ki, ağrıları olanda istifadə etsin. 30 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində o, aldığı metamfetamin üstündə olmaqla yaşadığı Zərifə Əliyeva küçəsində piyada hərəkətdə olarkən bir neçə polis əməkdaşı onu saxlayıb üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhəli olduğu bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışdır.Polis şöbəsində polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində şəxsi axtarış aparılmışdır.Şəxsi axtarış zamanı özü əynində olan şalvarının sol yan cibində saxladığı iki bükümdə metamfetamini polis əməkdaşlarına təqdim etmişdir.Aşkar olunmuş metamfetamin kütlələri elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb polis əməkdaşları tərəfindən götürülmüşdür.Üzərində aşkar olunmuş metamfetamini şəxsi istifadəsi üçün əldə edib üzərində saxlamış, həmin maddəni kiməsə satmaq niyyəti olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq edib, həmin ifadələri kənar təsir və təzyiqlər olmadan sərbəst olaraq verdiyini və hazırda əməlindən peşman olduğunu bildirib əlavə ifadə verməkdən və sualları cavablandırmaqdan imtina etmiş, habelə səhhətinin və ailə vəziyyətinin, yəni özünün hərbiçi olması və hərbi xidmətdə olduğu müddətdə hər iki gözündə əmələ gələn xəstəliklə bağlı ordudan tərxis olunması, hazırda da gözlərinin zəif görməsi və göz xəstəliyindən əziyyət çəkməsi, qardaşının psixi xəstə, anasının şəkər xəstəsi olması, atasının isə əlil olmasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübut, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 Maladdin oğlu ifadəsində göstərmişdir ki, o, Lənkəran ŞRPŞ-nin əməkdaşıdır. 30 yanvar 2023-cü il tarixdə ona Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz yolla narkotik maddələr əldə edib üzərində saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/4, mənzil 22-də yaşaması müyyən edilmiş, sonra onun cinayət başında yaxalanması üçün özünün də daxil olduğu əməliyyat qrupu tərəfindən həmin gün, saat 18 radələrində təxirəsalınmaz əməliyyat-axtarış tədbiri keçirilmişdir.Keçirilmiş əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində saxlanılıb ona qanunsuz olaraq narkotik maddələr əldə edib üzərində gəzdirməsində şübhəli olduğu bildirilib Lənkəran ŞRPŞ-nə aparılmışdır.Polis şöbəsində təhqiqatçı Məhəmməd Abdullazadə tərəfindən vəkilin (müdafiəçinin) iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən iki ədəd büküm çıxarıb təqdim edib bükümlərin içərisində metamfetamin olduğunu, özünün istifadəsi üçün üstündə saxladığını bildirmişdir.Həmin bükümlərin içərisində metamfetaminə oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini 29 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Lənkəran şəhərində “Kiçik bazar” kimi adlanan yerdə tanımadığı şəxsdən 150 manata alıb şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Təqsirləndirilən şəxs saxlanılarkən və bundan sonra polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiq göstərilməmiş, həmçinin üzərində axtarış zamanı Təqsirləndirilən şəxs hər hansı şikayəti və ya narazılığı olmamışdır. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Lənkəran ŞRPŞ-nin əməkdaşının 30 yanvar 2023-cü il tarixli “Raport”ları ilə müəyyən olunur ki, Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik və psixotrop maddələri əldə edib üzərində saxlaması, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş və bu məlumat əsasında 30 yanvar 2023-cü il tarixdə, saat 18:20 radələrində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması haqqında” 30 yanvar 2023-cü il tarixli protokolla müəyyən olunur ki, həmin tarixdə Lənkəran ŞRPŞ-nin TB-nin təhqiqatçısı Məhəmməd Abdullazadə tərəfindən müdafiəçi İntiqam Hüseynovun iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində iki bükümdə psixotrop maddə olan metamfetaminə oxşar kütlələr aşkar edilmişdir.Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin metamfetamin olduğunu, Lənkəran şəhərində “Kiçik Bazar” adlanan yerdə tanımadığı şəxsdən 150 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir.Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2023-cü il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim edilmiş üzərində “Şəxsin üzərindən aşkarlanan kütlə ...” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 4,827 qram və 5,959 qram olmaqla ümumi təmiz çəkisi 10,786 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir, xarici görünüşlərinə və kimyəvi komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər.Ekspertiza tədqiqatından sonra qalıq metamfetamin 10,686 qramdır. Ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat təşkil edir. İşdə olan, “Maddi sübut kimi tanınma haqqında” 05 fevral 2023-cü il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq, iki ədəd bükümdə olmaqla cəmi 10,686 qram narkotik vasitə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd CD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 02 fevral 2023-cü il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur.Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır.Ərazi narkoloji xəstəxanasında 2022-ci ildən “həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda durur. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutu və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin iş üzrə şahidlər Şahid1 və Şahid3 ifadələri yalnız özlərinin birbaşa şahid olduqları hallara əsaslanmaqla, həm də məhkəmədə tədqiq olunmuş digər sübutlarla təsdiq olunduğuna görə və işin faktiki hallarına uyğun olduğundan məhkəmə bu ifadələri mötəbər sübutlar hesab edir, onların göstərdikləri halları daha obyektiv həqiqət kimi qəbul edərək sübut kimi qiymətləndirir. Habelə məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (üzərində aşkar olunmuş metamfetamini kiməsə satmaq niyyətində olmamasına aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid3 ifadələri, maddi sübutu, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə aparılmış şəxsi axtarışa dair protokolla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan, Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq sübut kimi qəbul edir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və daşıma cinayət əməli törətməsi ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən dərman preparatı kimi beynəlxalq adı “Metamfetamin” olan maddə psixotrop maddədir. Metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 10,786 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs külli miqdarda metamfetamin əldə etməsi və həmin maddənin iki bükümdə olmaqla üzərində saxlayıb yaşıdığı ərazidə küçədə daşıması onun həmin maddəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməsi üçün əsaslardan biridir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübut və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir. İşdə olan, Lənkəran Rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanılmasına dair tələbnamə ilə müəyyən edilir ki, Cəlilabad Hərbi Məhkəməsinin 12 yanvar 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinib 01 il sınaq müddəti müəyyən edilməklə 04 ay müddətə azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum olunmuş, Şirvan Apellyasiya Məhkəməsinin 04 aprel 2017ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə ona 300 manat miqdarında cərimə cəzası təyin edilmiş və 16 may 2017-ci il tarixdə təyin edilmiş cərimə dövlət büdcəsinə tam ödəmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən (azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində- onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluğu olmayan hesab edilir) 04 aprel 2017-ci il tarixli qərar üzrə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş və o, hazırda məhkumluğu olmayan şəxsdir. İşdə olan, Lənkəran Şəhər Mənzil-Təsərrüfat İdarəsinin 08 fevral 2023-cü il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, ev 78/4, mənzil 22-də qeydiyyatda olmaqla yaşamış və yaşadığı müddətdə müsbət (valideynlərinə hörmətlə yanaşmış, qonşuları ilə münaibəti normal olmuş və ondan heç bir şikayət daxil olmamışdır) xarakterizə olunur. İşdə olan, tibbi sənədlərə, o cümlədən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinasının 22 noyabr 2017-ci il tarixli tibbi arayışı və Z.Əliyevə adına i Milli Oftalmologiya Mərkəzinin 28 iyul 2020-ci il tarixli tibbi rəyinə əsasən Təqsirləndirilən şəxs “Hər iki gözün miopiyası M 1, 5D, sol gözün uveal kataraktası nəticəsində görmə itiliyinin sağda 0,3-ə, solda 0,05-ə qədər azalması, korreksiya ilə sağda 1,0, solda 0,1 olmaqla” diaqnozu ilə xəstədir. Habelə işdə olan digər tibbi sənədlər və arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs ailə üzvləri olan X8 psixi xəstə, X5 şəkər xəstəsi və X7 əlildir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs hər iki gözündə olan xəstəlikdən əziyyət çəkməsi CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini (cinayətin qəsdən törədilməsi və törədilən əməlin ağır cinayət hesab edilməsi, qanunsuz olaraq satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etməklə satılması və ya başqa qaydada yayılmasının dövlətə və cəmiyyətə zərərin yetirilməsinə, o cümlədən insanların sağlamlığına zərər vurulmaqla narkomanlıq xəstəliyinə düçar olmasına, eləcə də gənc nəslin tərbiyəsinə mənfi təsir göstərməsinə səbəb ola bilcəyi və s. halları), cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə onun yaşadığı ərazidə narkoloji xəstəxanada “həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və Lənkəran ŞRPŞ-nin maddi sübutlar otağında saxlanılan iki ədəd bükümdə olmaqla cəmi 10,686 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun, habelə onun yaşadığı ərazi üzrə narkoloji xəstəxanada “həşiş narkomanlığı” diaqnozu ilə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olan və Lənkəran Şəhər Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan iki ədəd bükümdə olmaqla cəmi 10,686 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-60 (altmış) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-443/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-443/2023
09.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver