Məhkəmə qərarları › İş №1(099)-444/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-444/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-444/2024 07.05.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X7, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxx 1984-cü ildə Sabirabad rayonu, Ulacalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, 02 yanvar 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 04 yanvar 2024-cü il tarixli, 4(056)-1/2024 nömrəli qərarı ilə barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra- Cinayət Məcəlləsi) 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa və məhkəməyə məlum olmayan mənbədən, tarixdə və vaxtda satış məqsədilə qanunsuz olaraq külli miqdarda-2393,12 qram narkotik vasitə qurudulmuş marixuananı əldə etmiş, eləcə də 315 ədəd ümumi çəkisi 1800,0 qram olan külli miqdarda bitki hissələri (budaqları) çətənə (kannabis) bitkisinin hissələrini qanunsuz olaraq toplayıb əldə etməklə üzərində qanunsuz daşıyaraq, yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən yaşayış olmayan evinin döşəməsi üzərində qanunsuz saxlamış, 02 yanvar 2024-cü il tarixdə satış məqsədi ilə narkotik vasitə qurudulmuş marixuanadan ayrı-ayrılıqda təmiz çəkiləri 5,92 qram, 3,41 qram və 3,79 qram olmaqla, 3 ədəd kibrit qutusuna qablaşdırılıb üzərində daşıyaraq, Sabirabad şəhəri E.Qənbərov küçəsində tanışı Şahid1 1 kibrit qutusunda təmiz çəkisi 5,92 qramını 25 manat məbləğdə pulun müqabilində satmış, həmin tarixdə saat 17:50-də Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tərixəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri E.Qənbərov küçəsində saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabab Rayon Polis Şöbəsinə inzibati binasına aparılmış, orada saat 18:25-də üzərinə şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri- 3,41 qram, 3,79 qram olmaqla, ümumi çəkisi-7,20 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat-axtarış tədbirlərinin davamı olaraq yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi evə baxış keçirilən zaman evin döşəməsi üzərində sərilmiş vəziyyətdə təmiz çəkisi-2380,0 qram olan külli miqdarda, narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi -1800,0 qram olan külli miqdarda, 315 ədəd çətənə(kannabis) bitkisinin hissələri aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş ittiham üzrə özünü qismən təqsirli bilərək demişdir ki, ona verilmiş ittihamda yazılmış çəkidə onda nəşəmarixuana olmamış, onda təxminən yarım kiloya kimi nəşə olmuş, onu da şəxsi istifadəsi üçün saxlamışdır. Narkotik vasitə marixuananı saxlamaqda satış məqsədi olmamış, Şahid1 narkotik vasitəni yoldaşyana vermişdir. Kolları çıxarıb həyətdə köhnə tikili olan evə atmışdır. 3 ədəd çətənə koluna görə özünü təqsirli bilmişdir. 3 ədəd ağacı və yarım kiloya qədər də nəşəsi olmuşdur. 02 yanvar 2024-cü il tarixdə saat 17-18 radələrində Sabirabad rayonunda «Nurgül» şadlıq sarayının qarşısında polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis əməkdaşları onu saxlayıb Sabirabad Rayon Polis Şöbəsinə aparıb işgəncə verməyə və döyməyə başlamışlar. Polis əməkdaşları ona ad verməyini, ad verdiyi şəxsi saxladıqdan sonra onu buraxacaqlarını demişlər. Polis əməkdaşlarına hər hansı ad bilmədiyini, bilsə də heç kimin adını deməyəcəyini bildirmişdir. Polis əməkdaşları onu döymüşlər, çoxlu işgəncələr vermişlər və onu yerdə sürümüşlər. Xəsarətləri olmuş, Sabirabad rayon prokurorluğunda onu qəbul edib xəsarəti olub-olmadığı soruşulmamış və onu birbaşa sanksiya verilməsi üçün Sabirabad Rayon Məhkəməsinə aparmışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, İstintaq Təcridxanasında bədənində xəsarətlər aşkarlanmamışdır. Polis əməkdaşları onu elə vurmuşlar ki, iz qalmamışdır. Polis əməkdaşları onu təpiklə vurmuşlar. Polis əməkdaşları onu saxlayan zaman üzərində pul və bir də nəşə olmuşdur. Üzərində 3 kibrit qutusunda nəşə olmuşdur. Müzəffərə bir qutu nəşə vermişdir. Müzəffərə karopkanı pulsuz vermiş, Müzəffərlə dost olmuşdur. Bakı şəhərinə getdiyi üçün 3 qutu nəişəni üzərində saxlamışdır. Çünki 3-4 gün ərzində Bakı şəhərində qalacaqdı, orada 3-4 gün istifadə etməli idi. Müzəffərlə istintaq zamanı üzləşməmişdir. 3 ədəd ağac əkmiş, ağaclar böyüyərək 1-1,5 metrə hündürlüyündə olmuşdur. Ağacları kökündən çıxarıb evə qoymuşdur. Ağacların budaqların qırıb istifadə etmişdir. 3 ağacdan əlavə başqa ağac və budaq olmamış, bir də yarım kiloya yaxın nəşəsi olmuşdur. Özündə olan narkotik vasitəni tərəzidə çəkməmişdir, narkotik vasitənin çəkisini təxminən bilmişdir. Yarım kilo nəşəni 3 ağacdan yığmış, hissələri onun yanında saymışlar. Hazır əkili vəziyyətdə onda ağac olmamış, hissələr gələcəkdə istifadə olunmayacaqdı, atılmalı hissələr olmuşlar. 13 və 14 yaşlı iki az yaşlı uşaqları olmuşdur. Barəsində həbs qətimkan tədbiri seçilən zaman məhkəmədə döyülməsini deməmişdir. Məhkəmədə toxumları Zəngilan rayonundan gətirdiyini demişdir. Döyülməyi ilə bağlı heç bir orqana müraciət etməmişdir. Onu yerə yıxıb sürüyən və onu döyən Şahid2 olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsində bildirmişdir ki, Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Sabirabad rayonu, Ulacalı kəndində yaşayır. Qapı və pəncərə ustası kimi fəaliyyət göstərir. Hadisə ilə əlaqədar qeyd etmişdir ki, 7 aydır ki, narkotik vasitə istifadə edir. 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Ulacalı kəndində yerləşən evinin həyətyanı sahəsində 03 ədəd narkotik tərkibli çətənə bitkisi əkmişdir. Həmin bitkiləri əkməkdə məqsədi gələcəkdə bitkinin hissələrini qurudaraq istifadə etmək olmuşdur. 2023-cü ilin iyul ayının sonlarında həyətdə əkdiyi 03 ədəd çətənə bitkisini torpaqdan çıxararaq qurutmaq məqsədilə yaşadığı evin həyətində yerləşən içərisində yaşayış olmayan evə gətirmiş və döşəmənin üzərində açıq vəziyyətdə saxlamışdır. Daha sonra həmin bitkilərin qurumuş yarpaqlarının bir hissəsini qopararaq özü istifadə etmək məqsədilə 03 ədəd kibrit qutusunda qablaşdırmışdır. 02 yanvar 2024-cü il tarixdə axşam saat 17 radələrində tanışı rayon sakini Müzəffər adlı şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək pul müqabilində narkotik vasitə qurudulmuş marixuana satmasını xahiş etmiş və ona Sabirabad şəhəri E.Qəmbərov küçəsində yerləşən «Nurgül» şadlıq sarayının qarşısına gəlməsini bildirmişdir. O da, pula ehtiyacı olduğu üçün Müzəffərə narkotik vasitə satmaq qərarına gəlmişdir. Daha sonra idarə etdiyi «Vaz-2106» markalı **-BE-*** nömrəli avtomobillə Müzəffərin yanına gəlmiş və avtomobili «Nurgül» şadlıq sarayının qarşısında saxlamışdır. Müzəffər avtomobilin ön oturacağına əyləşmiş və bir qədər söhbət etdikdən sonra Müzəffərə 25 manat müqabilində 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmışdır. Müzəffər aldığı marixuananı əynində olan cins şalvarının yan cibinə qoymuşdur. Müzəffərə narkotik vasitə marixuananı satdıqdan sonra saat 17:50 radələrində avtomobilin içərisində olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı onlara yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra narkotik vasitələrin dövriyyəsində şübhəli olduqlarını bildirmiş və bu səbəbdən polis şöbəsinə dəvət etmişlər. O da razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmişlər. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuş, bununla bağlı bildiriş təqdim edilmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da, əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı və əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Sonra üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən əlavə olaraq 129 manat pul aşkar edilərək götürülmüşdür. Bundan əlavə üzərindən heç bir əşya və predmet aşkar edilməmişdir. Müstəntiq onun təqdim etdiyi 02 ədəd kibrit qutusuna baxdıqdan sonra ondan həmin kütlələr barədə soruşduqda həmin kütlələri 2023-cü ilin aprel ayında yaşadığı evin həyətyanı sahəsində əkdiyi 03 ədəd çətənə bitkisinin qurudulmuş hissələrindən hazırladığını, 02 yanvar 2024-cü il tarixdə axşam saat 17 radələrində Sabirabad şəhəri, E.Qəmbərov küçəsində yerləşən «Nurgül» şadlıq sarayının qarşısında Müzəffər adlı tanışına 25 manat müqabilində satdığını və yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan əlavə yaşadığı evdən və həyətyanı sahədən qanunsuz heç bir əşya və predmet aşkar olunmamışdır. Daha sonra idarə etdiyi «Vaz 2106» markalı **-BE-*** nömrəli avtomobilinə Sabirabad RPŞ-nin inzibati binasının həyətində baxış keçirilən zaman avtomobilindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O, da müdafiəçi və hal şahidləri ilə birlikdə protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Polis əməkdaşları tərəfindən tutulan vaxtı üzərində olan 1 ədəd 100 manat və 4 ədəd 1 manat pul əskinasları özünə məxsus olmuşdur. Üzərindən aşkar edilmiş 2 ədəd 10 manat və 1 ədəd 5 manat pul əskinaslarını isə ona Şahid1 vermişdir. Qalan 104 manat pul isə özünə məxsus olmuşdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oxşar məzmunlu izahat, şübhəli şəxs qismində dindirilərkən oxşar məzmunlu ifadə verərək törətdiyi cinayət əməlini etiraf etmiş və polis əməkdaşları tərəfindən ona qarşı təsir və təzyiq edilmədiyini bildirmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqında Şahid1 narkotik vasitə satmaması, yaşadığı evdə təxminən yarım kilo narkotik vasitə marixuana olması, cəmi 3 ədəd çətənə bitkisi əkdiyini, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı hissədə verdiyi ifadəsini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Şahid1 narkotik vasitə satmaması, yaşadığı evdə təxminən yarım kilo narkotik vasitə marixuana olması, cəmi 3 ədəd çətənə bitkisi əkdiyini, polis əməkdaşları tərəfindən döyülməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Taleh Mikaylovun Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkili vəzifəsində işləyən Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu, Ulacalı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadə etməsi və satması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərar alınmışdır. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Asiman Bəkirov, RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru Şahid4 və özündən ibarət olması təsdiqlənmişdir. 02 yanvar 2024-cü il tarixdə saat 17 radələrində keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad şəhəri, E.Qəmbərov küçəsində yerləşən «Nurgül» şadlıq sarayının qarşısında idarə etdiyi «VAZ 2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən sonradan adını bildiyi Sabirabad rayonu, Yolçubəyli kənd sakini Şahid1 ilə birlikdə saxlanılıb polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra videoçəklişlə vəkilin iştirakı ilə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində 2 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana vardır, təqdim edə bilər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 129 manat pul aşkar edilərək götürülmüşdür. Daha sonra aşkar edilmiş 02 ədəd kibrit qutusunda olan kütlələr elektron tərəzidə çəkilmiş və kağız zərfə qoyularaq qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayınının sonlarında yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən evinin həyətyanı sahəsində 3 ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini, həmin bitkinin hissələrindən 2023-cü ilin iyul ayının sonlarında toplayaraq narkotik vasitə qurudulmuş marixuana hazırladığını, həmin narkotik vasitədən 03 ədəd kibrit qutusuna qablaşdırdığını, tanışı Şahid1 02 yanvar 2024-cü il tarixdə saat 17 radələrində 1 ədəd kibrit qutusunu 25 manata satdığını, 02 ədəd kibrit qutusunun isə üzərində olmasını və polislərə təqdim etdiyini, yaşadığı ünvanda da əlavə narkotik vasitə qurudulmuş marixuana olmasını və təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində yerləşən evinə getmişlər, Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evində döşəmənin üzərində açıq vəziyyətdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı və onun qurumuş budaqlarını təqdim etmişdir. Təqdim edimiş kütlələr tərəfindən 1 ədəd torbaya (kisəyə) yığılaraq qablaşdırılmış, iştirakçılar tərəfindən imzalanmış, möhürlənərək götürülmüş və elektron tərəzidə çəkilmişdir. Evə, həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman dövriyyəsi qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Həmçinin RPŞ-də şəxsi axtarış aparılan zaman Şahid1 əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütlə elektron tərəzidə çəkilmiş, kağız zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təzyiq və təsir olmamışdır. Talehgilin həyətlərində iki ev var idi, narkotik vasitə marixuana və çətənə bitkisinin hissələri yaşayış olmayan evin otağında yerə sərilmiş vəziyyətdə olmuşdur. Talehin üzərindən nə qədər narkotik vasitə marixuana çıxıbsa həmin çəkini də qeyd etmişdir. Talehin üzərindən çıxan narkotik vasitə elektron tərəzidə çəkilmişdir. Taleh özü etiraf etmişdir ki, narkotik vasitə marixuana özünə məxsusdur. Maddi sübut olan narkotik vasitə Rayon Polis Şöbəsində saxlanılır. Taleh döyülməmişdir. Dindirilmiş şahid Sabirabad RPŞ-nin KMQ-nin baş əməliyyat müvəkili Şahid3 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha öz ifadələrində təsdiq etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evindən çıxan narkotik vasitə olan marixuana ağaclarının hissələrinin sayılmasını xatırlamamışdır. Təqsirləndirilən şəxs evindən narkotik vasitə marixuana çıxan zaman etiraz etməmişdir. Qapını döyüb Təqsirləndirilən şəxs həyətinə girmişlər, Talehin atası evdə olmuşdur. Dindirilmiş şahid Sabirabad RPŞ-nin Uçot-qeydiyyat və statistika işləri qrupunun operatoru işləyən X5 Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadələr verərək həmin xüsusatları bir daha öz ifadələrində təsdiq etmiş və verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs evində narkotik vasitə olmasını özü səmimi şəkildə etiraf etmişdir. Təqsirləndirilən şəxs evində baxış zamanı hal şahidləri, icra nümayəndəsi, icra nümayəndəsinin müavini və rayon polis şöbəsinin əməkdaşalrı iştirak etmişlər. Təqsirləndirilən şəxs həyətlərinə daxil olarkən, ailə üzvlərindən atası onları görmüş və heç bir etiraz etməmişdir. Təqsirləndirilən şəxs evinə narkotik vasitə qoymamışlar. Dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, Sabirabad RİH başçısının Ulacalı kənd İƏD-i üzrə icra nümayəndəsində baş mühasib vəzifəsində işləyir. 02 yanvar 2024-cü il tarixdə polis əməkdaşları ona zəng edib Sabirabad rayonu, Ulacalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində yerləşən evinə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirilən zaman onun da hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. O, da polis əməkdaşlarının xahişi ilə razılaşmışdır. Ondan başqa icra nümayəndəsi Şahid5 də hal şahidi kimi dəvət olunmuşdur. Polis əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı həyətə getmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları ilə birlikdə gəlmişdir, Təqsirləndirilən şəxs həyətdə yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evini göstərərək orada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi evə daxil olmuşlar. Təqsirləndirilən şəxs evin içərisində boş olan və yaşayış olmayan otağındakı döşəmənin üzərində açıq vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuananı və onun qurumuş budaqlarını təqdim etmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həyətdə, evdə və digər yerlərdə axtarış aparılsa da qanunsuz heç nə aşkar olunmamışdır. Verilmiş suallara cavab olaraq Şahid6 bildirmişdir ki, Təqsirləndirilən şəxs evinə baxış zamanı atası evdə olmuş və polis əməkdaşlarının həyətə daxil olduqlarını görmüşdür. Polis əməkdaşları onların yanlarında Talehə heç bir hədə-qorxu gəlməmişlər. Taleh heç nəyə etiraz etməmiş, Talehin atası da heç nəyə etiraz etməmişdir. Taleh həyətə gələn zaman üzərində xəsarət görməmişdir. Talehin həyətində aşkarlanan marixuana ağacları budaqlı vəziyyətdə olanı da, budaqsız vəziyyətdə olanı da olmuşdur. Bir otağda foto şəkillər çəkilmiş, həmin otağda bir topa olmuş, otağın küncündə bir az quru budaqları olmuşdur. Bir topanın yanında durub şəkil çəkdirmişlər, həmin topada yarpaqda, budaq da olmuşdur. Evin içində bir topada olmuşdur. Kolların sayılmasını xatırlamamış, yadında qalmamışdır. Ona təqdim olunan foto şəkillərdə görünənləri təsdiq etmişdir. Təqsirləndirilən şəxs Şahid6 məhkəmə istintaqı zamanı düzgün ifadə verdiyini, Şahid1 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrini ittiham aktında oxuduğunu, məhkəmə istintaqı zamanı həmin şəxsləri dindirmək istəmədiyini bildirmişdir. Məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 03 yanvar 2024-cü il tarixli qərardan görünür ki, 02 yanvar 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Sabirabad rayonu, Ulacalı kənd sakini Təqsirləndirilən şəxs və Yolçubəyli kənd sakini Şahid1 Sabirabad şəhəri E.Qənbərov küçəsində saat 17:50-də saxlanılaraq Sabirabad Rayon Polis Şöbəsinə gətirilmələri, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman 02 ədəd kibrit qutusunda ümumi çəkisi-7,20 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilməsi, bundan əlavə Sabirabad rayonu Ulacalı kəndində yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi evinin döşəməsi üzərindən sərilmiş vəziyyətdə təmiz çəkisi-2380,0 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuana və ümumi çəkisi -1800,0 qram olan külli miqdarda, 315 ədəd çətənə (kannabis) bitkisinin hissələrinin aşkar edilməsi, eyni zamanda Şahid1 üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən Təqsirləndirilən şəxs 25 manat pul əvəzində satdığı 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5,92 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülməsi faktı əsasında toplanmış material üzrə Şahid1 barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi və Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(i.v.1-83) -«şübhəli şəxsin tutulması haqqında» 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 18:10-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.21) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 02 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 2 ədəd kibrit qutusundan ayrı-ayrılıqda təmiz çəkiləri-3,41 qram, 3,79 qram olmaqla, ümumi çəkisi- 7,20 qram olan narkotik vasitə qurudulmuş marixuana, 129 manat pul və 1 ədəd «Samsung» markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq narkotik vasitəyə oxşar kütlələri 2023-cü ilin aprel ayının sonlarında yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən evinin həyətyanı sahəsində əkdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinin hissələrindən həmin ilin iyul ayının sonlarında toplayaraq hazırladığını, həmin narkotik vasitədən 01 ədəd kibrit qutusunda qurudulmuş marixuananı Sabirabad rayon sakini olan tanışı Müzəffər adlı şəxsə 02 yanvar 2024-cü il tarixdə saat 17:40 radələrində 25 manat müqabilində satdığını, üzərindən aşkar edilmiş narkotik vasitədən əlavə yaşadığı ünvanda da narkotik vasitə saxladığını bildirmişdir.(i.v.29-31) -«baxış keçirilməsi və götürmə aparılması haqqında» 02 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və həyatyanı sahəsinə baxış keçirilməsi və götürmə aparılması qərar alınmışdır.(i.v.32) -Təqsirləndirilən şəxs Sabirabad RPŞ-yə ünvanladığı 02 yanvar 2024-cü il tarixli şikayət ərizəsindən görünür ki, 02 yanvar 2024-cü il tarixdə polis əməkdaşları tərəfindən yaşadığı evə və həytayanı sahəsinə, o cümlədən idarə etdiyi «Vaz-2106» markalı, **-BE- *** nömrəli avtomobilə baxış keçirilməsinə heç bir etirazı yoxdur.(i.v.34) -«baxış keçirilməsi haqqında» 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sabirabad rayonu, Ulacalı kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddə saxladığı ehtimal edilən yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi məqsədi ilə 02 yanvar 2024-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kəndində yerləşən ünvanına gəlmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmamasını bildirmişdir. Bundan sonra həyətə daxil olaraq orada narkotik vasitə vardırsa təqdim edilməsi Təqsirləndirilən şəxs təklif olunmuşdur. O yaşadığı evin həyətində yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evində döşəmənin üzərində açıq vəziyyətdə saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etdi. Təqdim edilmiş kütlələr 01 ədəd polietilen torbaya yığılaraq qablaşdırıldı və üzəri DİN-nin 139 saylı möhürü ilə möhürlənərək götürülmüş və elektron tərəzidə çəkilmişdir. Daha sonra evə, həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman qanunsuz əşya və ya predmet aşkar edilməmişdir.(i.v.35-41) -«şübhəli şəxsin tutulması haqqında» 02 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şahid1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğundan saat 21:30-da Sabirabad RPŞ-də tutulmuşdur.(i.v.35-41) -«şəxsi axtarış və götürmə aparılması haqqında» 02 yanvar 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videoçəkilişdən görünür ki, Şahid1 əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutsunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütləni tədim edərək masanın üzərinə qoyulmuşdur. Sonra şübhəli şəxsin üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncunun üzərindən 01 ədəd «Xiaomi» markalı mobil telefon və 01 ədəd «LD» markalı siqaret və 01 ədəd alışqan aşkar edilərək götürülmüşdür. Təqdim edilmiş narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Aşkar edilmiş 01 ədəd «Xiaomi» markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. 01 ədəd «LD» markalı siqaret və 01 ədəd alışqan isə iş üçün əhəmiyyət kəsb etmədiyi üçün Şahid1 qaytarılmışdır. Şahid1 verilən suallara cavab olaraq narkotik vasitəyə oxşar kütləni 02 yanvar 2024-cü il tarixdə saat 17 radələrində Sabirabad şəhəri, E.Qəmbərov küçəsində «Nurgül» şadlıq sarayının qarşısında tanış Sabirabad rayon sakini Taleh adlı şəxsdən 25 manat müqabilində aldığını və istifadə etmək məqsədilə üzərində saxladığını, heç bir satış məqsədinin olmadığını bildirmişdir.(i.v.67-69) -«məhkəmə-bioloji ekspertizası»nın 03 yanvar 2024-cü il tarixli 18/03 nömrəli rəyindən görünür k, 1.Tədqiqata təqdim edilmiş üzərində: «...Şahid1 üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-5,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2 Tədqiqata təqdim olunmuş üzərində: «... Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-3,41 qram, 3,79 qram, ümumi çəkisi-7,20 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindın kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3 Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yaşayış olmayan evdən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torba bağlamadakı: -315 ədəd ümumi çəkisi- 1800,0 qram olan bitki hissələri (budaqlar) çətənə (kannabis) bitkilərinin hissələridir, həmin hissələrin tərkibində narkotik aktivliyə malik komponentlər vardır; -həmin bağlamanın içərisində açıq halda (dağılmış) təmiz çəkisi-2380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, ümumi çəkisi-2387,20 qram olan marixuanalar və Şahid1 üzərindən götürülmüş təmiz çəkisi-5,92 qram olan marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş cəmi 315 ədəd çətənə hissələri (budaqları) və marixuanalar bioloji tərkiblərinə görə eynidir. Marixuanadan 0,2 qr tədqiqata sərf edilmiş, 2392,92 qr qalıq qalmışdır.(i.v.77-80) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Şahid1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir.(i.v.94-95, 103-104) -«təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında» 04 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan olunmuşdur. Sabirabad Rayon Məhkəməsinin 04 yanvar 2024-cü il tarixli, 4(056)-1/2024 nömrəli qərarı ilə Şahid1 barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 02 yanvar 2024-cü il tarixdən, saat 18610-dan hesablanmışdır. Təqsirləndirilən şəxs izahatında bildirmişdir ki, özünü təqsirli bilir. O, Zəngilan rayonunda işləyərkən ilk dəfə narkotik vasitəni tanımış, qayıtdıqdan sonra gəlirli sahə olduğunu öyrəndiyi üçün bu işlə məşğul olmaq qərarına gəlmişdir. Hazırda əməlindən peşmandır. İki azyaşlı övladı vardır. Bu günə kimi həm taksi sürücüsü kimi, həm də qapı-pəncərə ustası kimi fəaliyyət göstərmişdir. Müstəntiqin bildirdiklərinin hamısı doğrudur. Məhkəmədən istintaq müddətində azadlıqda saxlanmasını xahiş edir ki, həmin müddətdə ailəsinin yanında olsun.(i.v.94-95, 103-104, 125-126) -«maddi sübut kimi tanımaq haqqında» 04 yanvar 2024-cü il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatına sərf olunduqdan qalıq qalan 2392,92 qram olan narkotik vasitə marixuana, ümumi çəkisi 1799,1 qram olan 315 ədəd çətənə bitkilərinin hissələri iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin maddi sübutları saxlama anbarına təhvil verilmişdir.(i.v 135-136) -Sabirabad Rayon Məhkəməsinin 08 yanvar 2024-cü il tarixli, 5(056)-03/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs özündə saxlanması güman edilən narkotik vasitələrin və psixotrop maddələrin, realizə olunacağı, gizlədiləcəyi və ya məhv ediləcəyi ehtimalı nəzərə alınaraq daxil olmuş məlumatın əməliyyat yolu ilə yoxlanılması, həmin şəxsin cinayət əməllərinin ifşa olunması, onun cinayət tərədərkən, yaxud törətdikdən bilavasitə sonra yaxalanması, narkotik vasitələrin və psixotrop maddələrin, cinayət izlərinin vaxtında aşakr edilərək götürülməsi üçün təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 02 yanvar 2024-cü il tarixli qərarı qanuni və əsaslı hesab edilmişdir.(i.v 142-143) -«telefona baxış keçirilməsi haqqında» 19 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş «Samsung A10» markalı mobil telefona baxış keçirilmiş, telefonun üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə qarşılıqlı olaraq 14 dekabr 2023-cü il tarixdə saat 14:42-də, saat 14:55-də, 02 yanvar 2024-cü il tarixdə saat 16:07də, 16:57-də, saat 17:02-də, 17:37-də, 17:38-də, 17:40-da telefon zənglərinin olması müəyyən edilmişdir.(i.v 153-155) -«telefona baxış keçirilməsi haqqında» 19 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, Şahid1 götürülmüş «Xiaomi» markalı mobil telefona baxış keçirilmiş, telefonun üzərində ***-***-**-** saylı mobil nömrə vardır. Şahid1 istifadəsində olan ***-***- **-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə qarşılıqlı olaraq 14 dekabr 2023-cü il tarixdə saat 14:42-də, saat 14:55-də, 02 yanvar 2024-cü il tarixdə saat 16:07-də, 16:57-də, saat 17:02-də, 17:37-də, 17:38-də, 17:40-da telefon zənglərinin olması müəyyən edilmişdir.(i.v 156) -«baxış keçirilməsi haqqında» 08 fevral 2024-cü il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi və Şahid1 istifadəsində olmuş ***-***-**-** saylı mobiı telefon nömrəsinə dair "xxxx" MMCdən daxil olmuş telefon danışıqlarına dair diskdəki məlumatlara baxış keçirilən zaman müəyyən edilmişdir ki, 02 dekabr 2023-cü il tarixdən saat 00:00-dan 31 dekabr 2023-cü il saat 00:00-dək olan müddət ərzində qarşılıqlı olaraq və müxtəlif şəxslərə məxsus olan müxtəlif nömrələrə zənglər və mesajlar olmuşdur. Bundan başqa Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrindən daxil olan və çıxan zəng və smslərin müqayisəli təhlil olunması nəticəsində müəyyən olundu ki, qarşılıqlı olaraq 02 yanvar 2024-cü il tarixdə saat 16:08-də 56 saniyə, saat 16:57-də 1 saniy, 16:57-də 27 saniyə, saat 17:02-də 17 saniyə, saat 17:38-də 14 saniyə, saat 17:40-da 8 saniyə müddətində telefon zənglərinin olması müəyyən edilsə də, hər hansı göndərilən və ya qəbul edilən sms mətni aşkar edilmişdir.(i.v 176-189) -«sübutların qiymətləndirilməsi, cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında» 12 fevral 2024-cü il tarixli qərardan görünür ki, Şahid1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham düzgün və əsaslı olduğundan qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır.(i.v 200-210) -«təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında» 14 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Sabirabad rayonu, Ulacalı kəndinə gəlinmişdir. Təqsirləndirilən şəxs qeyd etmişdir ki, yaşadığı evin həyatyanı sahəsində yerləşən bağcada 3 ədəd çətənə bitkiləri əkmiş və həmin bitkinin hissələrini toplayaraq yaşadığı evin həyətindəki yaşayış olmayan tikilidə saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs dediyi kimi yaşadığı evin həyətinə daxil olmuşlar, sonra evin arxa tərəfindən bağçaya tərəf getmişlər. Təqsirləndirilən şəxs bağçanın sağ tərəfində nar ağaclarının yanında torpaq sahəsini göstərərək həmin yerdə 3 ədəd ayrı-ayrı olmaql, təxminən birbirindən 2-3 metr aralı məsafədə çətə bitkilərini əkdiyi yeri göstərmişdir. Qeyd edilən torpaq sahsinə və yaxın ətraf əraziyə baxış zamanı çətənə bitkilərinə və gövdə hisslərinə rast gəlinməmişdir. İstintaq hərəkətində iştirak edən aqranom mütəxəssis torpaq sahəsinə baxdıqdan sonra orada çətənə bitkilərinin əkilib becərilməsinin mümkün olduğunu qeyd etmiş və rəy tərtib edərək təqdim etmişdir. İstintaq hərəkəti zamanı iş üçün əhəmiyyət kəsb edən hallara rast gəlinməmişdir.(i.v 222-225) -Sabirabad DAİM-nin aqronam mütəxəssisi X6 tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli rəydən görünür ki, Sabirabad RPŞ-nin əməkdaşlarının müraciətinə əsasən rayonun Ulacalı kəns sakini Təqsirləndirilən şəxs yaşadığı ünvanda həyətyanı sahəyə tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə nar ağaclarının əhatəsində olan onlara göstərilən 10m2 sahədəki torpağın strukturuna, keyfiyyətinə və münbitliyinə əsasən müəyyən etmişdir ki, həmin yerdə narkotik xassəli çətənə bitkiləri əkib-becərmək mümkündür.(i.v 226) -«ambulator məcburi-narkoloji tibbi yoxlama»nın 10 fevral 2024-cü il tarixli, 836 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərdən epizodik istifadə etmə halları olub. Lakin, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür.(i.v 242-243) -«sübutların qiymətləndirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında» 03 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihama dəyişiklik edilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinə tövsif edilmiş, külli miqdarda narkotik vasitə qurudulmuş marixuananın və külli miqdarda çətə bitkisinin hissələrinin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 01 ədəd «Samsung» markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etmədiyindən təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman götürülmüş 129 manat puldan 2 ədəd 10 manatlıq və 1 ədəd 5 manatlıq pul əskinasları cinayət yolu ilə əldə edildiyindən iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sabirabad RPŞ-nin depozit hesabına köçürülmüş, digər 1 ədəd 100 manatlıq və 4 ədəd 1 manatlıq pul əskinasları isə təqsirləndirilən şəxsin özünə qaytarılmışdir.(i.v 244-258) -«təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında» 05 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama əlavələr edilərək ona Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur.(i.v 269-270) Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilləri, yəni: -məhkəmə istintaqı zamanı Şahid1 narkotik vasitə marixuana satmaması, yaşadığı evdə təxminən yarım kilo narkotik vasitə marixuana olması, cəmi 3 ədəd çətənə bitkisi əkməsi məzmununda ifadə verməsi ilə bağlı göstərdiyi hissələri ilkin araşdırma materialları əsasında işin yuxarıda müəyyən edilmiş faktiki halları, məhkəmə iclasında şahid qismində dindirilmiş şahid ifadələri, əməliyyat-axtarış tədbilərinin keçirilməsi zamanı əldə edilmiş əməliyyat məlumatları ilə təkzib edilir. Belə ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə verdiyi ilkin izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində ifadələrində 02 yanvar 2024-cü il tarixdə axşam saat 17 radələrində Sabirabad şəhəri E.Qəmbərov küçəsində yerləşən «Nurgül» şadlıq sarayının qarşısında Müzəffər adlı tanışına 25 manat müqabilində narkotik vasitə marixuana satdığını və yaşadığı evdə də narkotik vasitə saxladığını, həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2 ədəd 10 manat və 1 ədəd 5 manat pul əskinaslarını isə ona Müzəffərin verdiyini bildirmişdir. Bundan əlavə Sabirabad Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs izahatında özünü təqsirli bilərək Zəngilan rayonunda işləyərkən ilk dəfə narkotik vasitəni tanıdığını, qayıtdıqdan sonra gəlirli sahə olduğunu öyrəndiyi üçün bu işlə məşğul olmaq qərarına gəldiyini, əməlindən peşman olduğunu, məhkəmə iclasında müstəntiqin bildirdiklərinin hamısının doğru olduğunu bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində 02 yanvar 2024cü il tarixdə polis əməkdaşları ilə Təqsirləndirilən şəxs yaşadığı həyətə getdiklərini Təqsirləndirilən şəxs həyətdə yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evini göstərərək orada narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyini, Təqsirləndirilən şəxs evin içəsində boş olan və yaşayış olmayan otağındakı döşəmənin üzərində açıq vəziyyətdə olan narkotik vasitə qurudulmuş marixuananı və onun qurumuş budaqlarını təqdim etdiyini, kütlələrin polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürüldüyünü, Təqsirləndirilən şəxs evinə baxış zamanı Təqsirləndirilən şəxs atasının da evdə olduğunu, polis əməkdaşlarının həyətə daxil olduqlarını gördüyünü, polis əməkdaşlarının onların yanlarında Təqsirləndirilən şəxs heç bir hədə-qorxu gəlmədiklərini, Təqsirləndirilən şəxs özünün və atasının heç nəyə etiraz etmədiklərini, Təqsirləndirilən şəxs həyətə gələn zaman üzərində xəsarət görmədiyini demişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid6 məhkəmə istintaqı zamanı düzgün ifadə verdiyini, Şahid1 və Şahid5 ibtidai istintaq zamanı verdikləri ifadələrini ittiham aktında oxuduğunu, məhkəmə istintaqı zamanı həmin şəxsləri dindirmək istəmədiyini bildirmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan «məhkəmə-bioloji ekspertizası»nın rəyindən görünür k, 1.Tədqiqata təqdim edilmiş üzərində: «...Şahid1 üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi-5,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2.Tədqiqata təqdim olunmuş üzərində: «... Təqsirləndirilən şəxs üzərindən...» sözləri yazılmış və imzalar olan kağız paketdə 2 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-3,41 qram, 3,79 qram, ümumi çəkisi-7,20 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindın kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 3.Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda: «... Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində yerləşən yaşayış olmayan evdən...» sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torba bağlamadakı: -315 ədəd ümumi çəkisi- 1800,0 qram olan bitki hissələri (budaqlar) çətənə (kannabis) bitkilərinin hissələridir, həmin hissələrin tərkibində narkotik aktivliyə malik komponentlər vardır; -həmin bağlamanın içərisində açıq halda (dağılmış) təmiz çəkisi-2380,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, ümumi çəkisi-2387,20 qram olan marixuanalar və Şahid1 üzərindən götürülmüş təmiz çəkisi-5,92 qram olan marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş cəmi 315 ədəd çətənə hissələri (budaqları) və marixuanalar bioloji tərkiblərinə görə eynidir. Marixuanadan 0,2 qr tədqiqata sərf edilmiş, 2392,92 qr qalıq qalmışdır. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və X5 ifadələrində bildirmişlər ki, 02 yanvar 2024-cü il tarixdə saat 17 radələrində keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sabirabad şəhəri, E.Qəmbərov küçəsində yerləşən «Nurgül» şadlıq sarayının qarşısında idarə etdiyi «VAZ 2106» markalı ** BE *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşən sonradan adını bildiyi Sabirabad rayonu, Yolçubəyli kənd sakini Şahid1 ilə birlikdə saxlanılıb polis şöbəsinə gətirilmişdir. Üzərinə keçiriən şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd «Samsung» markalı mobil telefonu təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərindən 129 manat pul aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayınının sonlarında yaşadığı Sabirabad rayonu, Ulacalı kəndində yerləşən evinin həyətyanı sahəsində 3 ədəd narkotik tərkibli çətənə bitkisi əkdiyini, həmin bitkinin hissələrindən 2023-cü ilin iyul ayının sonlarında toplayaraq narkotik vasitə qurudulmuş marixuana hazırladığını, həmin narkotik vasitədən 03 ədəd kibrit qutusuna qablaşdırdığını, tanışı Şahid1 02 yanvar 2024-cü il tarixdə saat 17 radələrində 1 ədəd kibrit qutusunu 25 manata satdığını, 02 ədəd kibrit qutusunun isə üzərində olmasını və polislərə təqdim etdiyini, yaşadığı ünvanda da əlavə narkotik vasitə qurudulmuş marixuana olmasını və təqdim edə biləcəyini demişdir. Təqsirləndirilən şəxs yaşadığı Ulacalı kəndində yerləşən evinə getmişlər, Təqsirləndirilən şəxs həyətyanı sahədə yerləşən yaşayış olmayan bir mərtəbəli fərdi yaşayış evində döşəmənin üzərində açıq vəziyyətdə saxladığı narkotik vasitə qurudulmuş marixuananı və onun qurumuş budaqlarını təqdim etmişdir. Həmçinin RPŞ-də şəxsi axtarış aparılan zaman Şahid1 əynində olan cins şalvarın sağ yan cibindən 01 ədəd kibrit qutusuna qablaşdırılmış narkotik vasitə qurudulmuş marixuananı təqdim edərək masanın üzərinə qoymuşdur. Sabirabad Rayon Məhkəməsinin 19 mart 2023-cü il tarixli, 1 (056)-81/2024 nömrəli hökmündən görünür ki, Şahid1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılan zaman ifadəsində üzərindən aşkar olunmuş 1 kibrit qutusunda olan narkotik vasitə marixuananı 02 yanvar 2024-cü il tarixdə axşam saat 17 radələrində Sabirabad şəhəri, E.Qəmbərov küçəsində yerləşən «Nurgül» şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs 25 manat pulun müqabilində aldığını bildirmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «X1rşı» iş üzrə qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. «X4 Rusiya Federasiyasına qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. «Fuşe Fransaya qarşı», «Bulut Avstriyaya qarşı», «Bobek Polşaya qarşı» və «Klimentyev Rusiyaya qarşı» işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarında Avropa Məhkəməsi qeyd etmişdir ki, tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir, o hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini, tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir. Çəkişməli məhkəmə prosesi hüququ prinsipin etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq, onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyanın 6.1-ci maddəsinin müddəalarının pozulduğunu müəyyən edir. Bununla bağlı məhkəmə tərkibi qeyd edir ki, tərəflərin bərabərliyi və çəkişmə prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə kifayət qədər suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər verməsinə şərait yaradılmış və ona qarşı irəli sürülmüş ittihamı tam şəkildə mübahisələndirmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Mövcud olan halda məhkəmə tərkibi Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla-yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin Şahid1 narkotik vasitə marixuana satmaması, yaşadığı evdə təxminən yarım kilo narkotik vasitə marixuana olması, cəmi 3 ədəd çətənə bitkisi əkməsi hissələrini özünümüdafiə xarakterli ifadə kimi qiymətləndirir. -bundan əlavə Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü digər dəlilləri-polis əməkdaşları tərəfindən döyülməsi barədə göstərdikləri ilə bağlı məhkəmə tərkibi aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarının 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altına alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Tibb Baş İdarəsindən daxil olmuş Təqsirləndirilən şəxs adına açılmış 270/2024 nömrəli məhkumun tibbi kitabçasından görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlər aşkar olunmamış, Təqsirləndirilən şəxs zədə almadığını və şikayəti olmadığını bildirmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin əməkdaşları Şahid2, Şahid3 və X5 ifadələrində Təqsirləndirilən şəxs döymədiklərini, ona qarşı heç bir təzyiq və təsir olmadığını bildirmişlər. Həmçinin dindirilmiş Şahid6 ifadəsindən görünür ki, polis əməkdaşları onların yanlarında Talehə heç bir hədə-qorxu gəlməmiş, Təqsirləndirilən şəxs özü və atası heç nəyə etiraz etməmişlər, Təqsirləndirilən şəxs həyətə gələn zaman üzərində xəsarət görməmişdir. Təqsirləndirilən şəxs və onun ailə üzvüləri sonuncu saxlanıldığı dövürdən sonrakı dövrdə polis əməkdaşları tərəfindən döyülməsi və ona qarşı digər qanunsuz hərəkətlərə yol verilməsi barədə hər hansı orqana müraciət etməmişlər. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini, bununla yanaşı, onun hadisə ilə bağlı təfərrüatlı ifadə verməyərək ümumi olaraq hədəyə məruz qaldığını göstərməsini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməllərini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş yuxarıda adları qeyd edilmiş şəxslərin ifadələri, «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «baxış keçirilməsi haqqında» protokol, Şahid1 üzərində «şəxsi axtarış və götürmə aparılması haqqında» protokol və ona əlavə edilmiş videoçəkiliş, «məhkəmə-bioloji ekspertizası»nın rəyi, «telefona baxış keçirilməsi haqqında» protokol, «ambulator məcburi-narkoloji tibbi yoxlama»nın rəyi, digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış ekspertiza tədqiqatına sərf olunduqdan qalıq qalan 2392,92 qram olan narkotik vasitə marixuana, ümumi çəkisi 1799,1 qram olan 315 ədəd çətənə bitkilərinin hissələri, 25 manat məbləğdə pul vəsaiti, yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Buna görə də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -məhkumluq haqqında 15 fevral 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır.(i.v.194) -Sabirabad Rayon İcra Hakimiyyəti Başçısının Ulacalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 09 fevral 2024-cü il tarixli arayış, xasiyyətnamə və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayonu, Ulacalı kəndində qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2010-cü il təvəllüdlü Toğrul Mikayıllı, xx.xx.2011-ci il təvəllüdlü Elton Mikayıllı adlı oğlanları vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur.(i.v.235-241) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəlləsinin 41.2-ci maddəsində cəzanın məqsədi açıqlanaraq göstərilmişdir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Göstərilən maddənin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur. Bunlar: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş, bununla sosial balans pozulmuş və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə cəza təyin edərkən, Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal himayəsində azyaşlı uşaqlarının olmasıdır. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, onun qəsdən ağır cinayətlər törətməsi, konkret olaraq narkotik vasitənin yayılmasına yönələn hərəkətlər edərək Şahid1 təmiz çəkisi 5,92 qram narkotik vasitə marixuananı 25 manat məbləğdə pulun müqabilində satması nəzərə alınmalı, həm sosial ədalətin bərpası, həm onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən təyin edilməlidir. Buna görə də ona qanunla müəyyən edilmiş cəzadan daha yüngül cəzanın təyin olunması və şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas yoxdur. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2024-cü il tarixdən hesablanmalı və Sabirabad Rayon Məhkəməsinin 04 yanvar 2024-cü il tarixli, 4(056)-1/2024 nömrəli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. «Ambulator məcburi narkoloji tibbi yoxlama»nın rəyi nəzərə alınıb Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, o, ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 346.1.19-cu maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə tərəfindən maddi sübutlar məsələsinin necə həll edilməli olduğu; hansı əmlakın xüsusi müsadirə edilməli olduğu müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəlləsinin 132 və 346.1.19-cu maddələrinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2392,92 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 1799,1 qram təşkil edən 315 ədəd çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 289.8.3-cü maddəsinə əsasən müstəntiq tərəfindən ittiham aktına Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılan zaman aşkar edilərək götürülmüş cinayət yolu ilə əldə etdiyi (narkotik vasitə marixuananın satışından) 25 manat nağd pul vəsaiti xüsusi müsadirə olunması təklif edilən əmlak kimi yazılmışdır. Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində göstərilmidir ki, xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) (99-1.1.1), şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) (99-1.1.2), cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlakın mülkihüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi (99-1.1.3), terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak (99-1.1.4). Həmin Məcəlləsinin 99-1.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli qərarının 76-cı bəndində göstərilmişdir ki, cinayət prosesində mülki iddianın verilməsi cinayətin törədilməsi nəticəsində və yaxud onunla əlaqədar pozulmuş mülki hüquqların bərpası üçün nəzərdə tutulmuş, təqsirləndirilən şəxsin və yaxud onun əməlinə görə cavabdehlik daşıyan digər şəxslərin mülki-hüquqi məsuliyyətinin realizə edilməsi vasitəsidirsə, xüsusi müsadirə əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasında ifadə olunan, cinayət cəzası ilə yanaşı cinayət məsuliyyətinin realizə edilməsinə xidmət edən cinayət-hüquqi xarakterli tədbirdir. Odur ki, hökmdə mülki iddianın təmin edilməsinə təqsirləndirilən şəxs barəsində xüsusi müsadirənin tətbiq edilməsinin əsası kimi istinad edilməməli, xüsusi müsadirə mülki iddianın verilibverilməməsindən asılı olmayaraq cinayət prosesində Cinayət Məcəlləsinin 99-1.1.1-99- 1.1.4-cü maddələrində nəzərdə tutulmuş əmlak müəyyən edildiyi hər bir halda tətbiq edilməlidir. Həmin qərarın 77-ci bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 289.8.3 və 289.8.4-cü maddələrinə əsasən ittiham aktına müstəntiqin xüsusi müsadirə olunması təklif edilən əmlak barədə, habelə mülki iddianın və ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün görülmüş tədbirlər barədə arayışları əlavə edilir. Həmin qərarın 78-ci bəndində göstərilmişdir ki, Cinayət-Prosessual Məcəlləsinin 346.1.18, 346.1.19-cu maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında məhkəmə digər məsələlərlə yanaşı, həmçinin «cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmadığını», habelə «hansı əmlakın xüsusi müsadirə edilməli olduğunu» müzakirə etməli, Cinayət-Prosessual Məcəlləsinin 353.4.12-ci maddəsinə görə isə ittiham hökmünün nəticəvi hissəsində xüsusi müsadirə edilən əmlakın siyahısını göstərməlidir. Həmin qərarın 79-cu bəndində göstərilmişdir ki, xüsusi müsadirənin tətbiq edilməsini nəzərdə tutan ittiham hökmünün, eləcə də bəraətverici əsaslar olmadan cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarın təsviri-əsaslandırıcı hissəsində xüsusi müsadirənin zəruriliyi, o cümlədən əmlakın cinayətin törədilməsi zamanı alət və vasitə kimi istifadə olunması (başa çatmayan cinayətlər üzrə isə bu qisimdə istifadə olunmaq üçün nəzərdə tutulması), cinayət yolu ilə əldə edilməsi və yaxud həmin əmlak hesabına əldə edilmiş gəlir olması, cinayət yolu ilə əldə olunmuş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və yaxud hər hansı başqa üsulla tam və ya qismən çevrildiyi əmlak və yaxud terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayət birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak olması müvafiq, o cümlədən əmlakın ayrı-ayrılıqda və ümumi dəyərini əks etdirən sübutlar gətirilməklə əsaslandırılmalıdır. Odur ki, iş üzrə maddi sübut kimi tanınaraq Sabirabad RPŞ-nin depozit hesabında saxlanılan cinayət yolu ilə əldə edilmiş 25 manat nağd pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, həmçinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 5 (beş) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu 02 yanvar 2024-cü il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 04 yanvar 2024-cü il tarixli, 4(056)-1/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyatda alınsın. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə Təqsirləndirilən şəxs 49 (qırx doqquz) manat, 74 (yetmiş dörd) qəpik məbləğdə pul tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan, ekspert tədqiqatından sonra qalıq çəkisi 2392,92 qram təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumi çəkisi 1799,1 qram təşkil edən 315 ədəd çətənə (kannabis) bitkisinin hissələri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Sabirabad Rayon Polis Şöbəsinin depozit hesabında saxlanılan cinayət yolu ilə əldə edilmiş 25 manat nağd pul vəsaiti məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi) gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar