Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-445/2023 11.09.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Cəlilabad Rayon Vəkid Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, xx xxx 2000-ci ildə Cəlilabad rayonu Həsənli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Cəlilabad şəhəri, Cavadxan küçəsində yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətləri törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 18 fevral 2023-cü ildə saat 20 radələrində özünə məxsus olan iti yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsinə çıxarıb orada quraşdırılmış boruya bağlamaqla özü siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya getmiş, mağazadan qayıtdıqda itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyini görərək iti açmış naməlum şəxsin ünvanına ucadan nalayiq sözlərlə söymüş, az sonra həmin küçədə yaşayan Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq hansı səbəbdən ucadan söyüş söydüyünü soruşmuş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs iti bağlayıb getdiyini və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlanaraq söydüyünü demiş, Zərərçəkmiş şəxs həyətdə ailə üzvlərinin olduğunu, onun söyüşünü eşitdiklərini deyərək Təqsirləndirilən şəxs öz iradını bildirmiş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs iradını qəbul edərək səhv etdiyini demiş və Zərərçəkmiş şəxs üzr istəmiş, lakin Zərərçəkmiş şəxs mübahisə edərək bir neçə ay əvvəl valideynləri arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə ona tərbiyəli olmasını deyərək yenidən irad bildirməklə mübahisə etmiş, bu zaman hadisə yerində olan qonşuları Elxan və Şahid3 qardaşları onları ayırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs öz evinə tərəf getmiş, Təqsirləndirilən şəxs isə isə yaxınlıqda yerləşən Elxan və Şahid3ların ataları Fariz Şahbazova məxsus fermaya getmişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə başladığı mübahisənin bu şəkildə bitməsi ilə kifayətlənməyərək mübahisəni davam etdirmək məqsədi ilə təxminən 30 dəqiqə sonra tanışı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs arxasınca onun olduğu fermaya gedərək saat 21 radələrində Təqsirləndirilən şəxs yanına çağırmış, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 birlikdə küçə ilə hərəkət etməyə başlamışlar. Bu zaman Şahid1 onların aralarında yaranan mübahisəni həll etmək lazım olduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə etdiyi hərəkətə görə Zərərçəkmiş şəxs artıq üzr istədiyini bildirməklə yenidən üzr istəməsinə baxmayaraq Zərərçəkmiş şəxs mübahisəni davam etdirməklə Təqsirləndirilən şəxs əgər xoşuna gəlirsə, get evinə orada anana və varyoxuna həmin söyüşləri söy-demiş və Təqsirləndirilən şəxs sinəsindən əli ilə itələyək çənə nahiyəsindən yumruqla zərbə vuraraq ona xəsarətlə nəticələnməyən fiziki ağrı yetirmiş, bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətməsi və yumruqla çənə nahiyəsindən zərbə vurması səbəbindən əynində olan şalvarın sağ yan cibindəki bıçağı çıxarmaqla qisas almaq niyyəti ilə bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmaqla ona qarının ön divarının sağ yarısının qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən, həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş, sağ bud nahiyəsindən isə bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xarakterli xəsarətlər yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, atası Dadaşov Nizami və anası Mərifət Quliyeva ilə birlikdə Cəlilabad şəhəri Cavadxan küçəsində yerləşən evlərində yaşayırlar. 2020-ci ilin mart ayından 2022-ci ilin may ayınadək hərbi xidmətdə olmuşdur. Vətən müharibəsinin iştirakçısıdır. Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs üç il olar ki, tanıyır, onunla münasibətləri yaxşı olmuşdur. Cəlilabad şəhər sakini Şahid1 tanıyır, onunla da münasibəti yaxşı olmuşdur. Təxminən on ay əvvəl mağazadan cib bıçağı almış, Həmin bıçağı öz işləri ilə əlaqədar olaraq üzərində saxlamışdır. Yaşadığı evdə it saxlamış və iti arada küçəyə buraxmışdır. 18 fevral 2023-cü ildə saat 20 radələrində iti küçəyə çıxarıb orada quraşdırılmış boruya bağlamış, özü isə siqaret almaq üçün mağazaya getmişdir. Qayıdan zaman itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyi görmüşdür. Həmin vaxt məhəllədə qonuşları Şahid2 və Şahid3 dayanmışlar. O, itin ipini açan şəxsə əsəbiləşib, iti açan naməlum şəxsin ünvanına ucadan söymüşdür. Az sonra onunla qonşuluqda olan Zərərçəkmiş şəxs evindən çıxıb onun yanına gəlmişdir. Salamlaşdıqdan sonra ondan hansı səbəbdən ucadan söyüş söydüyünü soruşmuşdur. O, Kənana iti bağlayıb getdiyini və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlandığını bildirmişdir. Kənan həyətdə ailə üzvlərinin olduğunu, onun söyüşünu eşitdiklərini bildirmişdir. O, isə Kənana səhv etdiyini deyib etdiyi hərəkətə görə ondan üzr istəmişdir. Lakin Kənan onunla aqressiv danışmağa başlamış, bir neçə ay əvvəl valideynləri arasında olan söz-söhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə ona tərbiyəli olmasını demişdir. Elxan və İsmayıl onlara müdaxilə edib ayırmışlar. Kənan evinə tərəf getmişdir. O, isə qonşuluqda yerləşən Elxan və İsmayılın atası Farizin fermasının həyətinə getmişdir. Bundan təxminən 30 dəqiqə sonra bir nəfər adını bilmədiyi azyaşlı uşaq fermanın həyətinə girib onu iki nəfər şəxsin çağırdığını demişdir. O, həmin şəxsin Kənan olduğunu güman etmişdir. Fermanın darvazasından çölə çıxan zaman Zərərçəkmiş şəxs tanışı Şahid1 ilə birlikdə dayandığını görmüşdür. Onlar onu yanlarına çağırmişlar. O, həmin şəxslərə yaxınlaşdıqdan sonra birlikdə küçənin başına tərəf hərəkət etməyə başlamışlar. Yolda olan zaman Şahid1 onların aralarında yaranan mübahisəni həll etmək lazım olduğunu bildirmişdir. O, Məhəmmədə etdiyi hərəkətə görə Kənandan üzr istədiyini bildirmişdir. Məhəmməd Kənana tərəf dönüb, narazılığının olub-olmadığını soruşmuşdur. Kənan isə cavabında ona tərəf dönərək əgər xoşuna gəlirsə, get evinə orada anana və var yoxuna həmin söyüşləri söy demiş və sinəsindən əli ilə itələyək çənə nahiyəsindən yumruqla zərbə endirmişdir. O, Kənanın ona söydüyü söyüşləri qəbul edə bilməmiş, əynində olan şalvarın sağ yan cibindən bıçağı sağ əlinə götürmüşdür. Həmin bıçaqla Kənanın qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmuşdur. Bundan sonra Kənan onun yaxasını buraxmış və qışqırıb vurdu məni-deyərək ondan uzaqlaşmışdır. O, evinə tərəf geri qayıtmışdır. Həmin vaxt Elxan və İsmayılın hadisə yerinə tərəf qaçaraq gəldiyini görmüşdür. Məhəmməd isə taksi çağırıb Kənanı Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. O, isə yaşadığı evə tərəf getmişdir və darvazada dayanıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş münaqişə təxminən 3-4 dəqiqə davam etmişdir. Həmin vaxt hər hansı nalayiq sözlər işlətməmiş və ictimai qaydanı pozmamışdır. Hadisə zamanı Şahid1, Şahid4, Şahid3 və Şahid2 orada olmuşlar. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmədə göstərdi ki, ailəsi ilə Cəlilabad şəhəri Cavadxan küçəsinə yaşayır. Onunla eyni küçədə yaşayan Təqsirləndirilən şəxslə bir qonşu kimi münasibəti olmuş, aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmamışdır. 18 fevral 2023-cü il tarixdə saat 20 radələrində ailə üzvləri ilə birlikdə özünə məxsus olan yaşadığı fərdi yaşayış evinin həyətində iş görən zaman kiminsə küçədə ucadan nalayiq söyüşlər söydüyünü eşitmişdir. Onun valideynləri yanında olduğundan həmin söyüşləri onlar da eşitmişdir. O, bundan əsəbləşib tez küçəyə çıxmışdır. Qonşusu Təqsirləndirilən şəxs qonşuluqda ferması olan Farizin oğlanları İsmayıl və Elxanla birlikdə dayandığını görmüşdür. Onlara yaxınlaşıb ucadan nalayiq söyüşləri kimin söydüyünü soruşmuşdur. Əkbər əsəbi olduğu üçün ucadan söyüş söydüyünü bildirmişdir. O, Əkbərə irad tutub küçənin ictimai yer olduğunu, ətrafda azyaşlı uşaqların olmasından əlavə həmin yerin yaşayış massivi olduğunu, qonşuluqda qadınların olduğunu demişdir. Əkbər etdiyi hərəkətin düzgün olmadığını deyib üzr istəmişdir. O, Əkbərə tutduğu iradları isə narazılıqla qarşılamışdır. Əkbər kənar şəxslərin yanında guya o hərbi xidmətdə olan zaman onlara məxsus evdə valideynləri arasında mübahisə olduğunu, bütün məhəllənin buna şahid olduğunu bildirmişdir. Bu söz ona pis təsir etmiş, bunu aydınlaşdırıb onunla söhbət edəcəyini bildirmişdir. Oradan uzaqlaşıb dərhal digər qonşusu Şahid1 çağırmışdır. Məhəmmədlə məhəllədə görüşüb Əkbərlə aralarında olan söhbətləri ona danışmışdır. Məhəmməd Əkbərin küçədə söyüş söyməklə düzgün hərəkət etmədiyini bildirmişdir. Daha sonra isə onun hərbi xidmətdə olduğu müddətdə ailə daxilində heç bir münaqişənin olmadığını demişdir. O, söhbəti aydınlaşdırdıqdan sonra Əkbərlə hansı səbəbdən onun ailəsi barəsində belə bir fikir formalaşdırmasını aydınlaşdırmaq üçün söhbət etmək qərarına gəlmişdir. Bu barədə Məhəmmədə dedikdən sonra sonuncu onun Əkbərlə tək söhbət etməyinin düzgün olmadığını, əks halda həmin söhbətin yaxşı nəticələnməyəcəyini, bu səbəbdən Əkbərlə söhbətində onun da iştirak edəcəyini demişdir. O, Məhəmmədlə razılaşdıqdan sonra həmin gün saat 21 radələrində Məhəmmədlə birlikdə Farizin fermasına tərəf getmişlər. Orada oynayan adını bilmədiyi azyaşlı uşaqlardan birini Farizin fermasına göndərib oradan Əkbəri çağırmasını demişdir. Az keçmiş Əkbər fermanın həyətindən çıxıb onlara tərəf hərəkət etmişdir. Əkbər, Məhəmməd və o, söhbət edərək küçənin baş tərəfinə doğru hərəkət etmişlər. Əkbərin ardınca Farizin oğlanları İsmayıl və Elxan fermadan çıxmışdır. Lakin həmin şəxslər onlardan bir qədər arxada qalmışdır. Onlar söhbətləşərək yaşadığı küçənin baş tərəfinə, mərkəzi avtomobil yolunun kənarına gəlmişlər. Bu zaman Şahid4 onların yanına gəlib salamlaşmış və İsmayılgilin dayandığı istiqamətdə getmişdir. Onlar hərəkəti dayandırdıqdan sonra Məhəmməd Əkbərə tərəf dönüb küçədə ucadan nalayiq ifadələr işlətdiyinin düzgün hərəkət olmadığını demişdir. Əkbər əsəbi olduğu üçün ucadan söyüş söydüyünü bildirmişdir. Onun danışıq tərzindən etdiyi hərəkətə haqq qazandırdığını başa düşmüşdür. Onun söydüyü söyüş azmış kimi kinayəli danışığı ona pis təsir etmişdir. Əkbərin həmin sözündən sonra söyüşlər xoşuna gəldisə, gedib ailə üzvlərinin yanında söyməsini demiş, aralarında münaqişə yaranmışdır. Yumruqla Əkbərin çənəsindən bir dəfə zərbə endirmişdir. Sonra isə onun boynundan tutub aşağı əyməklə yumruqla vurmaqda davam edərkən Əkbər üzərində olan bıçağı çıxararaq sağ ayağına və qarın nahiyəsinin sağ hissəsinə zərbələr endirmişdir. Həmin vaxt bədənində istilik hiss etmişdir. Əkbər dərhal ondan uzaqlaşmışdır. O, qarnını tutub kənara tərəf hərəkət etmişdir. Qışqırıb vurulduğunu demişdir. Bundan sonra Əkbər yaşadığı evi istiqamətində getmişdir. Bir qədər aralıda dayanan İsmayıl, Elxan və Toğrul qaçaraq onların yanlarına gəlmişlər. Məhəmməd və Toğrul onun bıçaqlandığını görüb bir qədər kənarda yerləşən aptekə tərəf qaçmışdır. Orada dayanan adını bilmədiyi şəxsə məxsus olan ağ rəngli, VAZ 2106 markalı avtomobillə onu Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışlar. Ona orada ilkin tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxslə barışmışdır, Təqsirləndirilən şəxs xəsarət alması nəticəsində ona dəymiş ziyanı tam ödəmişdir, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, ailəsi ilə Cəlilabad şəhərində yaşayır. Cəlilabad rayon sakini Zərərçəkmiş şəxs təxminən 5 il bundan öncə tanımış və onunla münasibəti normal olmuşdur. Eyni zamanda Cəlilabad şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir tanımışdır. Belə ki, Əkbər onunla qonşuluqda yerləşən küçədə yaşayır. 18 fevral 2023-cü ildə saat 21 radələrində Kənan istifadəsində olan mobil nömrədən onun istifadəsində olan mobil nömrəyə zəng edərək ondan çölə çıxmağını xahiş etmişdir. O, Kənanla razılaşmış və çölə çıxmışdır. Kənan ondan hərbi xidmətdə olduğu zaman onların ailəsində hər hansı bir hadisənin olub olmadığını soruşmuşdur. O isə cavabında heç bir hadisənin olmadığını demişdir. Kənan Əkbərin küçədə yüksək səslə söyüş söydüyünü, bu səbəbdən onunla mübahisə etdiyini bildirmişdir. Kənana sakit olmasını demişdir. Kənan Əkbərlə yenidən söhbət etmək istədiyini bildirmişdir. Onların tək söhbət edəcəyi təqdirdə problem olacağını düşünmüş, bu səbəbdən onun iştirakı ilə söhbət etməyini məsləhət görmüşdür. Kənan onunla razılaşdıqdan sonra yanlarında olan adını bilmədiyi azyaşlı uşaqdan Əkbəri çağırmasını xahiş etmişlər. Həmin uşaq Fariz adlı şəxsin fermasına getmişdir. Az keçmiş Əkbər onlara tərəf yaxınlaşmışdır. Onlara çatdıqdan sonra küçənin başına tərəf hərəkətə başlamışlar. Yolda olan zaman Əkbərdən hansı səbəbə söyüş söyməsini soruşmuşdur. Əkbər etdiyi hərəkətə görə üzr istədiyini bildirmişdir. O, Kənana tərəf dönmüş və söhbətin həllini tapdığını bildirmişdir. Kənan isə əsəbi halda həmin söyüşləri anası və var yoxunun yanında söyməsini demişdir. Həmin vaxt Kənan Əkbərin sinəsindən əli ilə itələyək çənə nahiyəsindən yumruqla zərbə endirmişdir. Əkbər və Kənan tutaşmışlar. Az keçmiş Kənan qışqırıb vurulduğunu demişdir. O, araya girib sakitləşdirməyə çalışmışdır. Əkbər isə Kənanın ondan uzaqlaşmasını görüb geriyə çəkilmişdir. O, Əkbərdən nə etdiyini soruşmuşdur. Əkbər söyüş söydüyünə görə Kənanı vurduğunu bildirmiş və hadisə yerindən uzaqlaşmışdır. Əkbər evinə tərəf geri qayıtmışdır. Həmin vaxt Elxan və İsmayılın hadisə yerinə tərəf qaçaraq gəldiklərini görmüşdür. Əlavə olaraq Toğrul da onların yanına gəlmişdir. O, isə bir qədər irəlidə dayanan taksi fəaliyyəti ilə məşğul olan İslama məxsus ağ rəngli VAZ 2106 markalı, qeydiyyat nişanını hazırda xatırlamadığı avtomobillə Kənanı Cəlilabad rayon mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, Cəlilabad şəhər Füzuli küçəsində ailəsi ilə yaşamaqla atasına məxsus, yaxınlıqda yerləşən, iri və xırdabuynuzlu heyvanlar saxlanan fermada işləyir. Cəlilabad şəhər sakini Zərərçəkmiş şəxs onların fermalarına yaxın məsafədə yaşadığından onu beş il olarki tanıyır, münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs də onlara məxsus ferma ilə qonşuluqda yerləşən küçədə yaşayır, onunla da münasibətləri yaxşı olmuşdur. 18 fevral 2023-cü ildə saat 20 radələrində Cəlilabad şəhərində, Cavadxan küçəsində qardaşı İsmayıl ilə dayanıb söhbət etdikləri zaman Təqsirləndirilən şəxs yaxınlıqdakı dükandan çıxaraq onlara yaxınlaşmış, özünə məxsus iti küçədə iplə bağladığını, lakin kiminsə onun itinin ipini açaraq küçəyə buraxdığını, bu səbəbdən də əsəbiləşdiyini bildirmiş və itin ipini açan şəxsin ünvanına söymüşdür. Bu zaman Zərərçəkmiş şəxs yaşadığı evdən çıxaraq onlara yaxınlaşmış, Əkbərə öz iradını bildirməklə hansı səbəbdən uca səslə söydüyünü soruşmuşdur. Əkbər isə etdiyi hərəkətə görə Kənandan üzr istəmişdir. X4rşı aqresivlik göstərməklə ona özünün əsgərlikdə olduğu zaman ailəsində olan söz-söhbətə də müdaxilə etdiyini bildirmişdir. O və qardaşı İsmayıl isə müdaxilə edərək Kənanı və Əkbəri sakitləşdirmişlər. Kənan onlardant aralanıb öz evinə tərəf getmişdir. O və qardaşı İsmayıl isə Əkbərə onlara məxsus fermanın həyətinə keçməsini xahiş etmişlər. Əkbər fermanın həyətinə getmişdir. O və qardaşı İsmayıl isə işlərini görmək üçün tövləyə getmişlər. Təxminən yarım saat sonra tövlədən çıxanda Əkbərin fermanın həyətində olmadığını görmüşlər. Əkbərlə Kənanın dalaşa biləcəklərini düşünərək Əkbərin mobil telefon nömrəsinə zəng etmiş, lakin Əkbər cavab verməmişdir. Fermanın həyətindən küçəyə çıxanda Əkbərin, Kənanın və onlara qonşuluqda yaşayan Məhəmmədin küçənin başında söhbət etdiklərini görmüşlər. Onlar Kənan, Əkbər və Məhəmmədə doğru getmişlər. Bu zaman Toğrul adlı şəxs onlara yaxınlaşaraq salamlaşmışdır. Az keçmiş Kənan və Əkbərin olduqları yerdən səs-küy gəldiyini eşitmişlər. İsmayıl, Toğrul və o qaçaraq həmin istiqamətdə getmişlər. Onlara çatan zaman Kənan qarnını tutub qışqırmağa başlamışdır. Məhəmməd Əkbərin bıçaqla Kənana xəsarət yetirdiyini demişdir. Əkbər isə Kənanın ona nalayiq sözlərlə söydüyünə və yumruqla vurduğuna görə onu bıçaqla vurmasını göstərmişdir. Toğrul və Məhəmməd yaxınlıqda dayanan taksi sürücüsü İslamı çağırmış, Kənanı onun avtomobilinə qoyaraq xəstəxanaya aparmışlar. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 da qardaşı Şahid2la eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid5 göstərdi ki, Cəlilabad şəhərində yaşamaqla özünə məxsus olan, VAZ2106 markalı avtomobili lə taksi fəaliyyəti ilə məşğul olur. 18 fevral 2-23-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri Naxçıvan küçəsində yerləşən «Zeytun» aptekinin yaxınlığında olduğu zaman tanışı Farizin oğlu İsmayıl qaçaraq ona yaxınlaşmış, həyəcanlı halda maşın lazım oldğunu demişdir. O, avtomobili idarə edərək cəld şəkildə İsmayılın əks istiqamətdə getdiyi yerə yaxınlaşdıqda Zərərçəkmiş şəxs bıçaqla vurulduğunu görmüşdür. Zərərçəkmiş şəxs onun avtomobilini qoymuş və Cəlilabad Rayon Mərkəzəi Xəstəxanasına aparmışlar. İfadənin yerində yoxlanılması barədə 21 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yernində yoxlanılarkən Zərərçəkmiş şəxs bıçaqla vurmaqla ona xəsarət yetirdiyi yeri və şəraiti yerində göstərmişdir. Məhkəmə-tibb ekspertizasının 20 fevral 2023-cü il tarixli, 99 saylı rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarının sağ yarısının qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara və sağ bud nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara müəyyən olunmuşdur. Həmin xəsarətlər kəsici-deşici alətin, ola bilər ki, bıçağın təsirindən törənmiş, törənmə müddətləri 18 fevral 2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə qarının ön divarının sağ yarısının qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən bir ədəd deşilmiş-kəsilmiş yara həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya, sağ bud nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş yara isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlığa yüngül zərər vurmaya aiddir. Maddi sübutların məhkəmə tibbi-bioloji ekspertizasının 03 aprel 2023-cü il tarixli, 149/2023-MTBŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus paltar üzərində qrup mənsubiyyətinə görə Zərərçəkmiş şəxs aid olan insan qanı aşkar olunmuşdur. Maddi sübutların məhkəmə tibbi-kriminalistik ekspertizasının 07 aprel 2023-cü il tarixli, 110/2023-MTKŞ saylı rəyinə əsasən Zərərçəkmiş şəxs məxsus sviterin ön hissəsinin sağ aşağı nahiyəsində bir ədəd və şalvarının sağ-yan nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar edilmişdir. Həmin zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli kəsici-deşici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsinin təsirindən törənməsi inkar olunmur. Təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı qatlanan cib bıçaqlarına uyğun gəlir və soyuq silah hesab edilmir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 17 mart 2023cü il tarixli, 751 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs emosional davamsız şəxsiyyət pozuntusu aşkar olunur, anamnezində partlayış travması nəticəsində keçirilmiş kontuziya müəyyən edilir. Təqsirləndirilən şəxs aşkar edilən şəxsiyyət pozuntusu o dərəcədə ifadə olunmayıb ki, törətdiyi əməl dövründə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etsin. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xəstəliyin və psixi fəaliyyətin müvəqqəti pozulmasının əlamətləri aşkar olunmayıb, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuş, törətdiyi əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs emosional qeyri-sabitlik, hövsələsizlik, qıçığa qarşı həssaslıq, konfiliktə və mübahisəyə meyillilik, tez özündən çıxmaq və s. kimi fərdi psixi xüsusiyyətlərə malikdir, hadisə zamanı fizioloji affekt halında olmamışdır. 18 fevral 2023-cü il tarixli şifahi ərizənin qəbul edilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs polis şöbəsinə verdiyi ilkin məlumatda göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə aralarında yaranmış münaqişə zəmnində tanışı Təqsirləndirilən şəxs bıçaqla ona xəsarətlər yetirmişdir. İş materiallarında olan 20 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə həmin tarixdə şübhəli şəxs kimi tutulmuş və barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə Cəlilabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarında həbs etmənin əvvəlinin xx.xx.2023-cü il tarixdən hesablanması göstərilmişdir. Həmin məhkəmənin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş xx.xx.2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxslə barışmasını, ona qarşı heç bir tələb və iddiasının olmadığını göstərmişdir. Zərərçəkmiş şəxs məhkəmə baxışı zamanı verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində Təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını göstərmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır, «Vətən müharibəsi iştirakçısı», «Füzulinin azad olunmasına görə», «Qubadlının azad olunmasına görə» və «Şuşanın azad olunmasına görə» medalları ilə təltif edilmişdir. «Cəlilabad Rayon Mərkəzi Xəstəxanası» X5 tərəfindən verilmiş 13 mart 2023-cü il tarixli, PHŞ-6-32-338/2023 N-li məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs narkoloji və psixiatrik kabinetlərində xəstə kimi qeydiyyatda yoxdur. Ailə tərkibi haqqında xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sübaydır. Yaşayış yerindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. İş materiallarında olan 17 mart 2023-cü il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 18 fevral 2023-cü ildə saat 20 radələrində özünə məxsus olan iti yaşadığı Cəlilabad şəhəri Cavadxan küçəsinə çıxarıb orada quraşdırılmış boruya bağlamaqla özü siqaret almaq üçün yaxınlıqda yerləşən mağazaya getmişdir. Mağazadan qayıtdıqda itin ipini kiminsə açdığını və itin ətrafda olan şəxslərə hücum etdiyi görərək iti açmış naməlum şəxsin ünvanına ucadan nalayiq sözlərlə söymüşdür. Az sonra həmin küçədə yaşayan Zərərçəkmiş şəxsn Təqsirləndirilən şəxs yaxınlaşaraq hansı səbəbdən ucadan söyüş söydüyünü soruşmuş, Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs iti bağlayıb getdiyini və kiminsə iti açdığını, itin orada olan şəxslərə hücum etdiyini, bu səbəbdən də iti açan şəxsə acıqlanaraq söydüyünü demişdir. Zərərçəkmiş şəxs həyətdə ailə üzvlərinin olduğunu, onun söyüşünu eşitdiklərini deyərək Təqsirləndirilən şəxs öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs iradını qəbul edərək səhv etdiyini demiş və Zərərçəkmiş şəxs üzr istəmişdir. Lakin Zərərçəkmiş şəxs mübahisə edərək bir neçə ay əvvəl valideynləri arasında olan sözsöhbətə bütün məhəllənin şahid olduğunu bildirməklə ona tərbiyəli olmasını deyərək yenidən irad bildirmişdir. Qonşuları Elxan və Şahid3 qardaşları mübahisəyə müdaxilə edib onları ayırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs öz evinə tərəf getmişdir. Təqsirləndirilən şəxs isə isə yaxınlıqda yerləşən Elxan və Şahid3ların ataları Fariz Şahbazova məxsus fermaya getmişdir. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə başladığı mübahisənin bu şəkildə bitməsi ilə kifayətlənməyərək mübahisəni davam etdirmək məqsədi ilə təxminən 30 dəqiqə sonra tanışı Şahid1la birlikdə Təqsirləndirilən şəxs arxasınca onun olduğu fermaya gedərək Təqsirləndirilən şəxs yanına çağırmışdır. Saat 21 radələrində Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid1 birlikdə küçə ilə hərəkət etməyə başlamışlar. Bu zaman Şahid1 onların aralarında yaranan mübahisəni həll etmək lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs isə Şahid1 etdiyi hərəkətə görə Kənandan artıq üzr istədiyini bildirmişdir. Şahid1 Təqsirləndirilən şəxs bu sözlərindən sonra Zərərçəkmiş şəxs narazılığının olub-olmadığını soruşmuşdur. Zərərçəkmiş şəxs isə mübahisəni davam etdirməklə Təqsirləndirilən şəxs əgər xoşuna gəlirsə, get evinə orada anana və varyoxuna həmin söyüşləri söy-, demiş və Təqsirləndirilən şəxs sinəsindən əli ilə itələyək çənə nahiyəsindən yumruqla zərbə vuraraq ona xəsarətlə nəticələnməyən fiziki ağrı yetirmişdir. Bu zaman Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona qarşı nalayiq sözlər işlətməsi və yumruqlu çənə nahiyəsindən zərbə vurması səbəbindən əynində olan şalvarın sağ yan cibindəki bıçağı çıxarmaqla bıçaqla Zərərçəkmiş şəxs qarın nahiyəsinə bir dəfə və sağ ayaq nahiyəsinə bir dəfə zərbə vurmaqla ona qarının ön divarının sağ yarısının qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən, həyatı üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid bir ədəd deşilmiş-kəsilmiş, sağ bud nahiyəsindən isə bir ədəd sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid deşilmiş-kəsilmiş yara xarakterli xəsarətlər yetirməklə şəxsi münasibətlər zəmnində qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 18 fevral 2023-cü il tarixdə saat 21 radələrində Cəlilabad şəhəri, Cavadxan küçəsində yerləşən məhəllədə əvvəlcədən tanıdığı Zərərçəkmiş şəxs onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini bəhanə edib sonuncunun onu yumruqla vurmasını görərək istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edərək üzərində saxladığı bir ədəd açılıb-qatlanan bıçaqla Zərərçəkmiş şəxs üzərinə hücum edib, özünü ətrafdakılara qarşı qoyaraq cəmiyyətə açıqca hörmətsizlik edib, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə cəmiyyətdə, insanlar arasında təşəkkül tapmış ictimai qaydaya laqeydlik, etinasızlıq göstərib, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış qaydalarını, ictimai qaydanı qərəzli surətdə pozub, özünü cəmiyyətdəki şəxslərin fövqündə qoyaraq ətrafdakı şəxslərin yanında xuliqanlıq niyyəti ilə əlində olan bıçaqla zor tətbiq edib Zərərçəkmiş şəxs sağ ayaq nahiyəsinə qəsdən bir dəfə və qarın nahiyəsinə qəsdən bir dəfə olmaqla, ümumilikdə iki dəfə qəsdən zərbə vuraraq sonuncuya müvafiq olaraq qarının ön divarının sağ yarısının qarın boşluğuna keçən və köndələnçənbər bağırsağı zədələyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş yara xarakterli həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya və sağ bud nahiyəsində 1(bir) ədəd deşilmiş-kəsilmiş yara xarakterli sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli xuliqanlıq və zərərçəkmiş şəxsin sağlamlığına qəsdən xuliqanlıq niyyəti ilə ağır zərər yetirmə kimi tövsif oluna bilməz. Belə ki, Təqsirləndirilən şəxslə mübahisə Zərərçəkmiş şəxs təşəbbüsü ilə başlanılmış və davam etmişdir. Təqsirləndirilən şəxs itini küçədə boruya bağlayıb yaxınlıqdakı mağaza getmiş və qayıdanda iti kiminsə açmasını, itin ətrafdakılara hücum etməsini görərək iti açmış naməlum şəxsin ünvanına nalayiq sözlər işlətmişdir. Bunu eşidən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs yaxınlaşaraq onun söyməsini ailə üzvlərinin eşitməsini deyərək ona iradını bildirməklə mübahisə yaratsa da, Təqsirləndirilən şəxs özünü səmimi aparmaqla həmin hərəkətlərinə görə Zərərçəkmiş şəxs üzr istəmiş, sonra isə ondan ayrılaraq yaxınlıqdakı fermaya getmiş, bununla da aralarındakı mübahisə başa çatmışdır. Lakin Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə mübahisəni davam etdirmək niyyətində olduğundan aralarındakı mübahisənin bitməsinə baxmayaraq Təqsirləndirilən şəxs olduğu fermaya gedərək onu yanına çağırmış, nalayiq sözləri öz valideynlərinin ünvanlarına işlətməsini deyərək mübahisəni davam etdirmişdir. Təqsirləndirilən şəxs yenə də işlətdiyi nalayiq sözlərə görə Kanan İsmayılovdan üzr istədiyini bildirməklə mübahisənin başa çatmasına çalışmışdır. Lakin Zərərçəkmiş şəxs yenə də bununla kifayətlənməyərək mübahisəni dərinləşdirmiş və Təqsirləndirilən şəxs çənəsindən yumruqla zərbə vuraraq ona xəsarətlə nəticələnməyən fiziki ağrı yetirmişdir. Bu zaman Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında üzərində olan bıçağı çıxarmaqla ona bədən xəsarətləri yetirmişdir. Odur ki, Təqsirləndirilən şəxs zərərçəmiş şəxs Zərərçəkmiş şəxs sağlamlığına qəsdən ağır zərər vurması xuliqanlıq niyyəti ilə bağlı olmadığından Azərbaycan Respublikası CM-nin 126.2.4-cü maddəsindən 126.1-ci maddəsinə tövsif olunmalıdır. Bundan əlavə, hadisə zamanı Təqsirləndirilən şəxs əməlində ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər müəyyən edilmir. Müəyyən edilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla mübahisədən yayınmağa çalışmış, bu məqsədlə hər dəfə Zərərçəkmiş şəxs iradını qəbul etməklə ondan üzr istəmişdir. Lakin Zərərçəkmiş şəxs ondan əl çəkməyərək mübahisəni davam etdirmiş, ona qarşı nalayiq sözlər işlətmiş, sonda isə çənə nahiyəsinə yumruqla zərbə vurmaqla mübahisəni daha da dərinləşdirmiş və nəticəcədə Təqsirləndirilən şəxs üzərində olan bıçaqla ona iki zərbə vurmaqla sağlamlığına ağır zərər yetirmişdir. «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qarırında göstərilmişdir ki, xuliqanlıq cinayəti zamanı ictiami qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Lakin hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs qeyd olunan xarakterli hərəkətlər etməsi müəyyən edilmir. Belə ki, o ilkin olaraq iti açmış şəxsin ynvanına nalayiq sözlər işlətmiş olsa da, Zərərçəkmiş şəxs bundan istifadə edərək onunla mübahisəyə başlasa da, hər dəfə Təqsirləndirilən şəxs ondan üzrə istəmiş və ondan yayınmaqla mübahisədən qaçmağa çalışmışdır. Bundan başqa ali məhkəmə plenumunun qeyd olunan qərarında göstərilmişdir ki, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqlda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxıd başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Odur ki, məhkəmə işin faktiki hallarını nəzərə alaraq və ali məhkəmə plenumunun qeyd olunan qərarının müddialarını əsas tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayət tərkibi yoxdur. Azərbaycan Respublikası CPM-nin 42.1 və 42.1.2-ci maddələrinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 221.3-cü maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməklə bəraət hökmü çıxarılmalıdır. Beləliklə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Resapublikası CM-nin 126.1-c maddəsi ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən CM-nin 58-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təzhlükəlilik dərəcəyini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin qanunsuz hərəkətlərinin təsiri altında törətməsini CM-nin 59.1.8-ci maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini 59.1.13-cü və Vətən müharibəsinin iştirakçısı olmaqla Azərbaycan Respublikası ərazisinin işğaldan azad olunmasında iştirak etməsini və bununla bağlı olaraq Azərbaycan Respublikasının qeyd olunan medalları ilə təltif edilməsini isə CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzasını CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunmalı, məhkəmə iclas zalında dərhal həbsə alınmalı, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan bir ədəd cib bıçağı, Zərərçəkmiş şəxs məxsus, üzərlərində deşilmiş-kəsilmiş zədələ olan bir ədəd sviter və bir ədəd şalvar istifadəyə yararsız olduqlarından məhv edilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 42.1 və 42.1.2, 344-347; 349; 350-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə əməlində cinayət tərkibi olmadığından CPM-nin 42.1.2-ci maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz olunsun və məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 20 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs məxsus bir ədəd sviter və bir ədəd şalvar məhv edilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-445/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-445/2023
11.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver