Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-445/2025 19.12.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cavanşir Şirvan oğlu (sədrlik edən), X8 və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Lənkəran rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1969-cu ildə Salyan rayonu, Qubalı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 17 may 2024-cü il tarixli qərarı ilə təyin edilmiş cəzadan 11 (on bir) ay 18 (on səkkiz) gün vaxtından əvvəl şərti azad olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs (FİN xxxxxxx) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Azərbaycan Respublikası CM-nin) 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə 19 dekabr 2025-ci il tarixdə saat 17:20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 1 nömrəli məhkəmə iclas zalında açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən, naməlum tarixdə və şəraitdə xeyli miqdarda - 0,448 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla cinayətin törədilməsinə aidiyyəti olmayan Şahid9 Qərib oğlunun idarə etdiyi Opel Astra minik markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşərək Bakı şəhərindən Hacıqabul rayonuna daşıyarkən, 31 mart 2025-ci il tarixdə saat 23 radələrində Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Hacıqabul rayonu, Navahı kəndi ərazisində yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X16 İdarəsinin 720 saylı stasionar postunun yaxınlığında saxlanılmış, üzərində yoxlama aparılarkən əynində olan qara rəngli pencəyin sol döş cibində saxladığı kağız paketdə olan bir ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi 0,191 qram, həmin kağız paketdə olan bir ədəd gümüşü rəngli kağızın içərisində bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,105 qram və sərnişin qismində əyləşdiyi avtomobilə baxış aparılarkən həmin avtomobilin ön sərnişin oturacağının yanından bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,152 qram olmaqla, ümumi təmiz çəkisi 0,448 qram psixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs şəxsiyyəti məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girərək satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələrin əldə olunması, saxlanması və daşınmasına razılaşaraq, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun üzvləri tərəfindən məlum olmayan vaxtda və şəraitdə bir ədəd polietilen torbanın içərisində bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 810,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 350 qram narkotik vasitə olan heroinin Bakı–Ələt–Qazax–Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində işıq dirəyinin yanında gizlədilməsi barədə məlumat verilməsindən sonra o, 11 iyun 2025-ci il tarixdə saat 14 radələrində taksi fəaliyyəti ilə məşğul olmaqla onun cinayətkar niyyətindən xəbərsiz olan Şahid10 idarə etdiyi “Opel Astra minik” markalı **-XC-*** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşməklə həmin yerə gəlmiş, avtomobildən enib bir ədəd polietilən torbanın içərisində olan bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 810,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 350 qram narkotik vasitə olan heroini gizlədildiyi yerdən götürərək satış məqsədilə qanunsuz olaraq əldə edib əlində saxlamaqla gəldiyi avtomobilə doğru daşıyarkən, 11 iyun 2025-ci il tarixdə saat 14 radələrində Hacıqabul rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində yolun kənarında saxlanılmış, üzərində yoxlama aparılan zaman bir ədəd polietilən torbanın içərisində olan bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 810,0 qram narkotik vasitə olan qurudulmuş marixuana və bir ədəd bağlamada qablaşdırılmış külli miqdarda, 350 qram narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 31 mart 2025-ci il tarixdə tutulmamışdan təxminən bir ay yarım əvvəl Hacıqabul RPŞ-nin əməkdaşları onu Hacıqabul rayonu ərazisində saxlayaraq rəis müavininin onunla görüşmək istədiyini bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasına gəlmiş, orada rəis müavini ilə görüşmüşdür. Rəis müavini Rüfət ona keçmiş polis əməkdaşı olması ilə əlaqədar əməliyyat tədbirlərinin həyata keçirilməsində polis əməkdaşlarına köməklik etməsini təklif etmişdir. O, Rüfətin bu təklifi ilə razılaşmamışdır. O, bacısının xəstəliyi ilə əlaqədar Bakı şəhərinə getmiş, 31 mart 2024-cü il tarixdə Hacıqabul rayonuna qayıtmaq üçün “Lökbatan dairəsi” adlanan yerdə tanımadığı taksi sürücüsünün avtomobilinə əyləşmiş, həmin vaxt avtomobildə tanışı Hacıqabul rayon sakini X3 da olmuşdur. Onlar birlikdə Bakı şəhərindən Hacıqabul rayonuna yola düşmüşlər. Yolda olarkən Şahmar bacısıoğlunun avtomobil qəzası keçirməsi barədə məlumat aldığını, Bakı şəhərinə qayıtmalı olduğunu bildirərək avtomobildən enmişdir. Onlar Hacıqabul rayonu Navahı qəsəbəsində yerləşən DYP-nin stasionar postunda saxlanılmış, polis əməkdaşları tərəfindən baxış keçirilərkən üzərində və avtomobildə metamfetamin aşkar edilmişdir. Həmin metamfetamin ona məxsus olmamışdır. Qeyd olunan metamfetamini onun üzərinə polis əməkdaşları “atdırmışlar”. Belə ki, o, yolda avtomobildən enib mağazaya gedərkən əynindəki pencəyi çıxararaq ön sərnişin oturacağının üzərinə qoymuş, sürücü də onunla birlikdə avtomobildən enmiş, Şahmar İbrahimov isə avtomobildə qalmışdır. Hesab edir ki, mağazaya gedib-gəldiyi müddət ərzində arxa oturacaqda oturan Şahmar İbrahimov polis əməkdaşlarının göstərişi ilə onun pencəyinin cibinə və avtomobildə onun oturduğu oturacağın yanına metamfetamin qoymuşdur. Sonradan Şahmarın qohumlarından onun bacısıoğlunun həmin gün heç bir qəza keçirməməsini öyrəndikdə Şahmarın həmin gün yalan danışaraq metamfetamini onun cibinə qoyduqdan sonra bu bəhanə ilə avtomobildən endiyini anlamışdır. O, polis əməkdaşları ilə birlikdə polis şöbəsinin inzibati binasına getmiş, orada polis əməkdaşları üzərində aşkar edilmiş metamfetaminə görə onu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə rəsmiləşdirəcəklərini bildirmişlər. O, polis əməkdaşlarından hansı səbəbə görə CM-nin 234.4.3-cü maddəsi ilə rəsmiləşdiriləcəyini soruşduqda, onlar rəis müavini Rüfətin polislərlə əməkdaşlıq etməsi barədə təklifinə işarə edərək “get fikirləş” demişlər. O, bu barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna, DİN-in 102 xidmətinə və Dövlət Təhlükəsizlik Xidmətinə şikayət etmişdir. O, polis şöbəsindən buraxıldıqdan təxminən üç gün sonra evdə olarkən anası sobanın yanında naməlum bükümlər görərək onu çağırmış, o həmin yerdə şəffaf yapışqan lentlə qablaşdırılmış iki ədəd büküm görmüş, bükümləri bıçaqla kəsib içinə baxdıqda bükümlərdə birinin içərisində torpaq, digərinin içərisində isə gübrə olduğunu görmüşdür. O, polis əməkdaşlarının bununla onu hədələdiklərini, həmin bükümləri evinə polis əməkdaşlarının qoyduğunu anlamışdır. Növbəti dəfə o, şəxsi istifadəsi üçün narkotik vasitə götürməyə getmişdir. O, həmin yerə bir ədəd “Winston Compact” siqaret qutusunda qablaşdırılmış qurudulmuş marixuana və 01 qram metamfetamin götürmək üçün getmişdir. Polis əməkdaşları onu yolun kənarında saxlamış və bir ədəd torbada olan narkotik vasitələri götürməsini tələb etmiş, götürməyəcəyi təqdirdə evinə girəcəkləri ilə hədələmişlər. O, bundan əvvəl polis əməkdaşlarının onun evinə bükümlər qoymasını xatırlayaraq məcbur qalıb onların dedikləri ilə razılaşmışdır. Onlar çəkilişə hazırlaşdıqdan sonra onu torbanı götürməyə göndərmişlər. O, əvvəlcə torbanı tapa bilməmiş, polis əməkdaşları torbanın yerini ona yenidən göstərib çəkiliş etməyə başlamışlar. O, torbanı götürərkən torbanın ağır olduğunu görmüş, bundan sonra polis əməkdaşları onu saxlamışlar. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsinə davam edərək göstərmişdir ki, o, uzun müddət narkotik vasitə qurudulmuş marixuana istifadə etmiş, tutulmamışdan 5-6 ay əvvəl isə metamfetamin istifadə etməyə başlamışdır. Şahmar İbrahimov onun tanışıdır. O, bir neçə dəfə şəxsi istifadəsi üçün Şahmardan narkotik vasitə almışdır. Polis əməkdaşları ona qarşı zor tətbiq etməmiş, ona heç bir xəsarət yetirməmişlər. Lakin, polis əməkdaşları onun evinə narkotik vasitə qoyacaqları ilə hədələyərək ona psixoloji təzyiq etmişlər. O, şəxsi istifadəsi üçün iranlı kimi tanıdığı şəxsdən marixuana və metamfetamin istəmişdir. Həmin şəxsin göndərdiyi bank kartına mağazada yerləşən “Milliön” ödəniş terminalı vasitəsilə tutulmamışdan təxminən on gün əvvəl 20 manat pul göndərmiş, narkotik vasitə üçün 30 manat borcu qalmışdır. Həmin iranlı şəxs ona bir neçə dəfə narkotik vasitələrin satışı ilə məşğul olmağı təklif etmiş, o razılaşmamışdır. Həmin şəxs ucuz qiymətə narkotik vasitə təklif etdiyindən ondan şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək istəmişdir. Polis əməkdaşları ikinci dəfə onu saxlayarkən üzərində heç bir narkotik vasitə olmamışdır. Videoçəkilişdə olan torbanı götürməyi ondan polis əməkdaşları tələb etmişlər. Həmin yerə gəldiyi avtomobilin sürücüsünün onun narkotik vasitə əldə etmək niyyətində olmasından xəbəri olmamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadə ilə məhkəmə istintaqı zamanı verdiyi ifadə arasında əhəmiyyətli ziddiyyətlər olduğundan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM-nin) 327.1.3-cü maddəsinə əsasən onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək həmin ifadəsində göstərmişdir ki, o, uzun müddətdir ki, narkotik vasitələrdən istifadə edir. Həbsdən azadlığa buraxıldıqdan sonra o, ağrıları olduğu üçün patı kimi tanıdığı metamfetamindən istifadə edir. 31 mart 2025-ci il tarixdə şəxsi işləri üçün Bakı şəhərinə getmişdir. Həmin tarixdə saat 19 radələrində o, Bakı şəhəri, Yasamal rayonu ərazisində piyada gedən zaman yolun kənarında yerdə bir ədəd sellofan bükümün olduğunu görmüşdür. Sellofan büküm onun diqqətini çəkdiyi üçün o, bükümü yerdən götürüb içərisinə baxmışdır. Orada patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Özü narkotik vasitələrin istifadəçisi olduğu üçün o, kağız bükümün içərisindəki patı kimi tanıdığı maddəni dərhal tanımışdır. O, ətrafa baxıb heç kimin onu görmədiyinə əmin olduqdan sonra həmin psixotrop maddəni yerdən götürüb əynində olan qara rəngli pencəyinin sol döş cibinə qoymuş və hərəkət etməyə davam etmişdir. Təqribən 1 saat sonra o, həmin tapdığı sellofan bükümün içərisində olan patını müxtəlif vaxtlarda istifadə eləmək üçün 3 hissəyə ayırmış və hamısını pencəyinin ön cibinə qoymuşdur. Daha sonra o, Hacıqabul şəhərinə qayıtmaq üçün Bakı şəhəri, Lökbatan dairəsinə getmişdir. O, Hacıqabul şəhərinə gedən Opel Astra markalı hal-hazırda dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə yaxınlaşmış və onu Hacıqabul şəhərinə aparması üçün 6 manata razılaşmışdır. Daha sonra avtomobilə bir nəfər də əlavə sərnişin gəlmişdir. Həmin sərnişini tanımasa da, bilmişdir ki, o da Hacıqabul şəhərinə gedir. Onlar Qaradağ rayonuna çatmaqlarına az qalmış avtomobildə sərnişin kimi əyləşən həmin şəxsə zəng gəlmişdir. Zəngdən sonra arxa oturacaqda əyləşən şəxs bacısı uşağının Bakı şəhərində qəzaya düşməsini bildirib, dərhal Bakı şəhərinə qayıtmalı olduğunu demişdir. O, avtomobildən endikdən sonra onlar yollarına davam etmişlər. Hacıqabul rayonu, Navahi kəndində yerləşən DYP-nin postuna çatanda Yol polis əməkdaşları avtomobili dayandırmışdır. O, həmin zaman cəld tərpənib pencəyinin ön cibində olan 3 ədəd bükülünü yerə atmaq istəmiş, lakin həmin zaman həyəcanlı olduğundan 1 ədəd bükülünü götürmüş və əyləşdiyi ön oturacağın yanına atmışdır. Polis əməkdaşları sürücü ilə danışan zaman qaranlıq tərəfdən mülki geyimdə olan şəxslər tez avtomobildən düşüb ona yaxınlaşmışlar. Həmin şəxslər onun qolundan tutaraq Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını bildirib özlərini təqdim etmişlər. Bu zaman Polis əməkdaşları onu saxlayaraq onun qanunsuz olaraq narkotik vasitə saxlamaqda və daşımaqda şübhəli olduğumu bildirmişlər. Bundan sonra Polis əməkdaşları üzərində yoxlama aparılacağını ona bildirib hüquq və vəzifələrini ona elan etmişlər. Özünü Hacıqabul rayon Polis şöbəsinin baş əməliyyat müvəkkili Şahid6 kimi təqdim edən polis əməkdaşı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Əməliyyatçı üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmet olmasını soruşduqda, o, pencəyinin ön cibində narkotik vasitə olduğunu bildirmişdir. Polis əməkdaşları üzərində yoxlama aparmağa başlayarkən onun əynində olan qara rəngli pencəyinin sol ön cibindən 02 ədəd bükümü aşkar etmişlər. Həmin büküm Polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisi 0,43 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra üzərində yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Polis əməkdaşları daha sonra sərnişin kimi əyləşdiyi Opel Astra markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobildə yoxlama aparmağa başlayarkən, ön oturacağın yanına atdığı kağız bükümü aşkar etmişlər. Həmin büküm Polis əməkdaşı tərəfindən elektron tərəzidə çəkilmiş və çəkisinin 0,50 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar olunan bükümün içərisi açıldıqda psixotrop maddə olması müəyyən edilmişdir. Həmin büküm zərfə qoyularaq möhürlənmişdir. Daha sonra avtomobildə yoxlama davam etdirilmiş, lakin hər hansı qanunsuz əşya aşkar olunmamışdır. Bundan başqa o, təxminən on gün bundan əvvəl özünü ona Seyid adlı İran İslam Respublikası vətəndaşı kimi təqdim edən şəxs vatsap ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə zəng və mesaj yazaraq onunla tanış olmuşdur. Beləliklə, həmin vaxtdan sonra Seyid adlı şəxslə istifadəsində olan +**********16 saylı mobil nömrə vasitəsi ilə Samsung markalı mobil telefonuma quraşdırdığı və ***-***-**-** saylı nömrə ilə qeydiyyatdan keçdiyi vatsap ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə danışmağa başlamışdır. Həmin şəxs ona dəfələrlə özündə narkotik vasitə olduğunu, satmağı və pulunu bölüşdürmək üçün ona göndərə biləcəyini bildirirdi. Oda hər dəfəsində istəmədiyini qeyd edirdi. Bir dəfəsində ona çəkməyi üçün narkotik vasitə marixuana və psixotrop maddə metamfetamin göndərməsini istəmiş və pulunu ay sonunda verəcəyini bildirmişdir. Həmin şəxs ona qeyd etdiyi narkotik vasitə marixuana və psixotrop maddə metamfetamini göndərəcəyini, həmin narkotik vasitə və psixotrop maddəni ona Bakı şəhərindən göndərəcəyini bildirmişdir. O, razılıq verdikdən sonra həmin şəxs onunla razılaşaraq, pulunu isə ona daha sonra göndərəcəyi kart hesabına göndərməyini bildirmişdir. O, həmin şəxsin dedikləri ilə razılaşmış, lakin hər hansı qiymət barədə aralarında razılaşma olmamışdır. Seyid adlı şəxs ona bildirmişdir ki, göndərəcəyi marixuananı və metamfetamini onun üçün magistral yolun kənarına qoyduracaq, bundan sonra ona göndərəcəyi konum vasitəsi ilə yerini tapıb götürəcəkdir. O, Seyid adlı şəxsdən xəbər gözləməyə başlamışdır. 11 iyun 2025-ci il tarixdə saat 12 radələrində Seyid adlı şəxs vatsap ani mesajlaşma mobil tətbiqi vasitəsi ilə ona zəng edərək, təcili Pirsaat qəsəbəsinə doğru gəlməsini, həmin ərazidə olan zaman ona konum göndərəcəyini, narkotik vasitələrin həmin konumda olacağını bildirmişdir. O, Hacıqabul şəhərində olduğundan taksi axtarmağa başlamışdır. Əvvəldən tanıdığı aralarında heç bir ədavət və ya düşmənçilik olmayan Şahid10 ilə rastlaşmışdır. Xəqaniyə bildirmişdir ki, Pirsaat qəsəbəsinə qonaqları gəlir onları qarşılayıb Hacıqabul şəhərinə gətirməlidir. Xəqani onunla razılaşmış və gedib-gəlməyi müqabilində ondan 5 manat pul alacağını bildirmişdir. O, razılıq verdikdən sonra Xəqaninin idarə etdiyi avtomobilə əyləşərək, Bakı- Ələt-Qazax avtomobil yoluna tərəf hərəkət etmişlər. Həmin avtomobil yolu ilə Pirsaat qəsəbəsinə doğru yola düşüb bir xeyli irəliləmişlər. Həmin vaxt avtomobildə başqa şəxslər olmamışdır. Bir qədər getdikdən sonra Seyid ona konum və foto şəkil göndərmişdir. O, həmin konuma baxaraq Xəqaniyə yol göstərməyə başlamışdır. Lakin, konumdan o qədər də başı çıxmadığı üçün səhv hərəkət edərək, Fədək adlanan restoranın yaxınlığına çatmışlar. Gəldikləri yerin konumda göstərilən yer olmadığını anladıqdan sonra Xəqanidən xahiş edərək, avtomobili geri, yəni Hacıqabul şəhəri istiqamətinə doğru hərəkət etdirməsini istəmişdir. Xəqani onun dediklərini etmiş və avtomobili həmin istiqamətə doğru hərəkət etdirmişdir. Bir qədər gəldikdən sonra konumun göstərdiyi yerdə Xəqanidən avtomobili dayandırmasını istəmişdir. Təxminən saat 14 radələrində Xəqani avtomobili yolun kənarında dayandırmışdır. O, qonaqlarının yolun əks tərəfindən olduğunu, onları gətirməyə getdiyini bildirib, avtomobildən yerə düşərək, yolun əks tərəfinə yəni, Bakı şəhəri istiqamətinə tərəf keçmişdir. Ona göndərilən fotoşəkilə əsasən asfalt yolun üzərində olan plakatın yanından içəri doğru, yəni işıq dirəklərinin yanına tərəf getmişdir. Çünki, Seyid ona göndərdiyi mesajda narkotik vasitələrin plakatdan 20 metr içəridə işıq dirəyinin dibində olması qeyd olunmuşdur. Bir qədər axtarsa da, narkotik vasitələrin qoyulduğu yeri tapa bilməmişdir. Bu zaman Xəqaninin asfalt yolun üzərində dayanaraq ona tez gəlməyəcəyi təqdirdə müştərinin onu gözlədiyini, getmək istədiyini bildirmişdir. O, bir qədər gözləməsini xahiş etmişdir. Daha sonra işıq dirəyinin yaxınlığında yerdə sellofan torbanın olduğunu görmüşdür. Həmin vaxt narkotik vasitələrin həmin sellofan torbanın içərisində olduğunu düşünərək, torbanı götürüb, asfalt yola tərəf hərəkət etməyə başlamışdır. Bu zaman mülki geyimdə olan şəxslərin ona tərəf yaxınlaşdığını görmüşdür. Həmin şəxslərin polis əməkdaşları olmasını güman edərək, əlində saxladığı içərisində narkotik vasitə olan sellofan torbanı yerə atmışdır. Polis əməkdaşları onu saxlamışlar. Polis əməkdaşlarının onu saxlamasını görən Xəqani qorxaraq həmin hissədən uzaqlaşmaq istəmiş, lakin polis əməkdaşları Xəqanini saxlayarq onun yanına gətirmişlər. O, yerə atdığı sellofan torbanı götürdükdən sonra birlikdə yaxınlıqda olan kölgəlik hissəyə ağacların altına tərəf gəlmişlər. Bundan sonra polis əməkdaşları özlərini təqdim edib, Hacıqabul rayon Polis şöbəsinin əməkdaşları olduqlarını, satış məqsədi ilə külli miqdarda narkotik vasitə saxlamaqla danışmaqda şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları ilk öncə onun üzərində yoxlama aparılacağını bildirib hüquq və vəzifələrimi ona elan etmişlər. Əməliyyatçı onun üzərində aparılacaq yoxlama zamanı video-çəkilişdən istifadə olunacağını bildirmişdir. Bundan sonra üzərində yoxlama aparılması barədə əməliyyatçı məlumat vermişdir. Əməliyyatçı üzərində qanunla qadağan olunmuş hər hansı maddə, predmet və ya əşya varsa, təqdim etməyi istəməsi barədə təklif etmişdir. O, əlində olan sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman 01 ədəd bükümdə narkotik vasitə heroin və 01 ədəd bükümdə narkotik vasitə marixuana aşkar olunaraq götürülmüşdür. Daha sonra həmin narkotik vasitələr elektron tərəzidə çəkilmişdir. 01 ədəd bükümdə narkotik vasitə heroinin çəkisinin 343 qram və 01 ədəd bükümdə narkotik vasitə marixuananın çəkisinin 904 qram olduğu müəyyən edilmişdir. Həmin kütlələr zərfə qoyularaq möhürlənmiş, zərfin üzərinə hər biri tərəfindən imzalar edilmişdir. Bundan sonra əməliyyatçı həmin kütlənin nə olması və nə məqsədlə üzərində saxlamaqla daşıması barədə ona şifahi sual vermişdir. O, üzərindən aşkar olunan narkotik vasitə marixuananı İran İslam Respublikası vətəndaşı kimi tanıdığı şəxsin ona istifadə etməsi üçün göndərdiyini bildirmişdir. Bundan sonra üzərində yoxlama davam etdirilmiş, üzərindən özünə məxsus olan 01 ədəd Samsung markalı üzərində ***-***-**-** saylı mobil nömrə olan mobil telefon aşkar olunaraq götürülmüş və əməliyyatçı tərəfindən qablaşdırılmışdır. Əməliyyatçı tərəfindən üzərində yoxlama davam etdirilmiş, lakin qanunla qadağan olunan hər hansı bir əşya, predmet və ya maddə aşkar olunmamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin ifadəni polis əməkdaşlarının təzyiqi ilə verdiyini, hal-hazırda məhkəmə istintaqı zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə, CPM-nin 144-cü maddəsinin tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Bundan əlavə, CPM-nin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələrin də mümkünlüyü və mötəbərliyi üzrə yoxlanılmasından sonra sübut növü kimi qəbul edilməsi məsələsinə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 11 iyun 2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatına əsasən əməliyyat qrupu ilə birlikdə təyin edilmiş yerə getmiş, Təqsirləndirilən şəxs Bakı şəhəri istiqamətində hərəkət edən avtomobildən yerə enərək yolun qarşı tərəfinə keçdiyini görmüşdür. Onlar Təqsirləndirilən şəxs yol kənarından sellofan paket götürdüyünü görüb ona yaxınlaşdıqda Rövşən əlindəki sellofan paketi yerə atmışdır. Onlar özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs məxsus sellofan paketə baxış keçirilmiş, baxış zamanı sellofan paketin içərisində iki büküm aşkar edilmişdir. Həmin bükümlərdə heroin və qurudulmuş marixuana olmuşdur. Verilən suallara cavab olaraq Şahid1 ifadəsinə davam edərək göstərmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması barədə olmuşdur. Təqsirləndirilən şəxs günorta saatlarında saxlanılmışdır. Şifahi sorğu-sual zamanı Rövşən həmin narkotik vasitəni harasa aparacağını bildirmişdir. Rövşənə qarşı heç bir zorakılıq hərəkətlərinə yol verilməmişdir. Rövşənin polis əməkdaşları ilə əməkdaşlıq etməsi və ya bununla bağlı ona hər hansı təklif verilməsi barədə məlumatı olmamışdır. Rövşən 31 mart 2025-ci il tarixdə Hacıqabul rayonu ərazisində DYP-nin stasionar postunda saxlanılarkən həmin əməliyyatda iştirak etmişdir. Həmin əməliyyat tədbiri zamanı Rövşənin üzərində metamfetamin aşkar edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2, Şahid3, Şahid4 Şahid1la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri üzərində saxlaması və istifadə etməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında əməliyyat tədbiri keçirilərək Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə Navahı kəndində yerləşən DYP-nin stasionar postunda saxlanılaraq üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan pencəyin sol döş cibində iki bükümdə qablaşdırılmış metamfetaminə bənzər kütlə, avtomobilə baxış zamanı isə onun oturduğu oturacağın yan tərəfində bir bükümdə qablaşdırılmış metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid6 ifadəsinə davam edərək göstərmişdir ki, həmin vaxt əməliyyat məlumatı Təqsirləndirilən şəxs narkotik və psixotrop maddələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi və daşıması barədə olmuşdur. Saxlanılarkən Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təzyiq olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər polis əməkdaşları ilə əməkdaşlıq etməsi və ya bu məqsədlə polis şöbəsinə dəvət edilməsi barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid7, Şahid5, Şahid8 Şahid6la oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Hacıqabul rayonunda taksi fəaliyyəti ilə məşğul olur. O, Rövşəni rayon sakini kimi tanıyır. Onun narkotik vasitə istifadəçisi olduğunu bilmişdir. Hadisə baş verən gün günorta saat 12 radələrində Rövşən ona yaxınlaşaraq qohumlarının qonaq gəldiyini, onu “Fədək” restoranına aparmasını xahiş etmişdir. O, işi olduğu üçün razılaşmamış, Rövşən onu heç olmasa “Pavarot” deyilən yerə qədər aparmasını, oradan “Fədək” restoranına başqa taksi ilə gedəcəyini bildirmişdir. O, razılaşaraq Rövşəni “Pavarot” deyilən yerə aparmış, orada taksi olmadığı üçün Rövşənin xahişi ilə onu “Fədək” restoranına aparmış, yolda Rövşən qohumlarının gözləyə bilməyib qayıtdıqlarını bu səbəbdən Hacıqabul rayonuna geri qayıtmağı bildirmişdir. Onlar Hacıqabul rayonu istiqamətində geri qayıdarkən Rövşən avtomobili yolun kənarında saxlamağı xahiş etmiş, o, avtomobili saxladıqdan sonra Rövşən avtomobildən enərək yolun qarşı tərəfinə keçmişdir. Rövşən qarşı tərəfə keçdikdən sonra gözdən itmiş, onun konkret hara getdiyini görməmişdir. Təxminən üç-dörd dəqiqə sonra tələsdiyi üçün Rövşəni çağırmaqdan ötrü avtomobildən enərək yolun qarşı tərəfinə keçmiş, bu zaman polis əməkdaşları onu saxlamışlar. Həmin vaxt ona məlum olmuşdur ki, polis əməkdaşları Rövşəni narkotik vasitə götürdükdən sonra saxlamışlar. Baxış zamanı Rövşəndən aşkar edilmiş sellofan torbanın içərisində narkotik vasitələr aşkar edilmişdir. Polis əməkdaşları tərəfindən nə ona, nə də Rövşənə qarşı heç biri fiziki və ya psixi təzyiqə yol verilməmişdir. Məhkəmə, iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin digər protokollarını, o cümlədən ekspertiza rəylərini və digər sənədləri də mötəbərliyi şübhə altına qoyulmayan sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmədə elan olunaraq tədqiq edilmiş: İşdə olan, Hacıqabul RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 11 iyun 2025-ci il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v 5;) İşdə olan, 11 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə keçirilən əməliyyat tədbiri zamanı Bakı-Qazax yolunun Hacıqabul rayonundan keçən hissəsində Bakı istiqamətində saxlanılmış, o, polis əməkdaşlarını gördükdən sonra əlindəki selofan torbasını yerə atmış, polis əməkdaşlarının təklifi ilə yerə atdığı selofan torbasını yenidən götürmüş və şifahi sorğu sual zamanı özü torbanın içində narkotik vasitə olduğunu bildirmişdir. Həmin selofan paket açıldıqda içərisindən bir ədəd bükümdə narkotik vasitə marixuanaya bənzər kütlə və bir ədəd bükümdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzidə çəkildikdə narkotik vasitə marixuanaya bənzər kütlə 904 qram çəkidə, narkotik vasitə heroinə bənzər kütlə 343 qram çəkildə olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. (Cild 1, i.v 10-12;) İşdə olan, 11 iyun 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyun 2025-ci il tarixdə saat 15:25-də Hacıqabul Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 22-23;) İşdə olan, 11 iyun 2025-ci il tarixli əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş və həmin tədbirin gedişatını özündə əks etdirən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, 11 iyun 2025-ci il tarixdə saat 13:17-dən saat 13:41-dək olan müddət ərzində Hacıqabul RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs aşkar olunmuş iki ədəd büküm içərisində narkotik vasitəyə oxşar kütlələr qablaşdırıldığı bir ədəd zərf açılaraq həmin kütləyə təkrar baxış keçirilmişdir. (Cild 1, i.v 32-34;) İşdə olan, məhkəmə-bioloji və materialların məhkəmə ekspertizasının 11 iyun 2025-ci il tarixli, 18/451-452 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində:“..Təqsirləndirilən şəxs...” sözləri yazılmış kağız paketdə 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 350,0 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. 01 ədəd polietilen torbada təmiz çəkisi - 810,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı ı) daxildir. Marixuana (kannabis) 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı ı) daxildir. Qeyd: Heroinin təmiz çəkisi – 350,0 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq 349,90 qram. Marixuanın təmiz çəkisi – 810,0 qram, tədqiqata sərf edildi – 0,10 qram, qalıq 809,90 qram. Aparılmış tədqiqatın dəyəri 63,90 (altmış üç manat, doxsan qəpik) manatdır. (Cild 1, i.v 39-41;) İşdə olan, 12 iyun 2025-ci il tarixli Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş bir ədəd diskdən görünür ki, baxış zamanı ilk əvvəl mobil telefon hər hansı simvol çəkilmədən açıldı. Daha sonra telefona quraşdırılmış “whatsapp” ani mesajlaşma sisteminə daxil olundu. Həmin sistemə baxış keçirilən zaman İran İslam Respublikasına məxsus ********** saylı operator nömrəsi ilə aparılmış mətnlərə və səsli qeydlərə baxış keçirilərkən aşağıdakılar müəyyən olundu: 11 iyun 2025-ci il **********16: "Nömrəni itirmiyibsən hələ” (səs qeydi - 02 saniyə) 13:06 **********16: “Neynədin Rövşən qadası” (səs qeydi - 02 saniyə) 13:09 Rövşən: “Abi mən bını tapa bilmirəm e mən həmin plakatın yanındiyam tapa bilmirəm, aşağıda düşüb axtarıram, yolun qırağına atıblar yoxsa içəri atıblar biraz”. (səs qeydi - 09 saniyə) 13:11 Rövşən: “Məni görüntülü yığ görüntülü yığ", (səs qeydi -03 saniyə) 13:11 **********16: “Qoy onnan danışıram e bə sən o zınakı görünmürsən sən zınakın yanında dəçəli görmürsən sən orda” (səs qeydi - 05 saniyə) 13:12 **********16: Narkotik vasitələrin qoyulduğu yerin 01 ədəd foto şəkli 13:12 **********16: “Sən bını görmürsən zınakın yanından dön ora dənə” (səs qeydi - 02 saniyə) 13:12 **********16: “Zınakın yanından şəklə sarı gəl" (səs qeydi - 05 saniyə) 13:13 **********16: Narkotik vasitəsilərin qoyulduğu yerin konumu 13:13 **********16: “Konumu vır, mən burdan vırram girir ora Allahsız üstdən məkanı açginən səs qeydi - 05 saniyə) 13:13 **********16: “Həmin plakatdan içəri 20 metre içerde istolbanin dibinde" (mətn) 13:14 **********16: Səsli zəng (48 saniyə) 13:14 **********16: “Set yoxdu e set yoxdu” (səs qeydi - 01 saniyə) 13:15 **********16: Narkotik vasitələrin qoyulduğu yerin 01 ədəd foto şəkli 13:15 **********16: “ona siz nə deyirsiz plakatı dönür görsənir onun dibində aşağıda" (səs qeydi - 04 saniyə) 13:15 **********16: “Həmin plakatdan içəri 20 metre içerde istolbanin dibinde” (mətn) 13:15 **********16: “Bınıda oxuginən oxuya bilirsəndə Azərbaycan dilində” (səs qeydi – 03 saniyə) 13:15 **********16: Səsli zəng (1 dəqiqə) 13:16 Rövşən: Səsli zəng (13 saniyə) 13:18 Rövşən: Alınmayan zəng 13:18 Rövşən: Səsli zəng (14 saniyə) 13:18 +**********16: “Ə Rövşən bə noldu temanı götürdün sən bi cavab verdə başa dolanım" səs qeydi - 04 saniyə) 13:25 +**********16: "Başa dolanım belə eləməki teman götürəndə dedin götürrən zəng yəm" (səs qeydi - 05 saniyə) 13:25 +**********16: “Ə tez ol telefon açginaən Allahsız tez ol açginən tez ol özü sarımaginan" ıs qeydi - 07 saniyə) 13:27 +**********16: "800 qram otdu yaxcı, 300 qramda koladı tez ol ginan tez zad eləginən cavab ver e tez ol ma” (səs qeydi - 09 saniyə) 13:27 +**********16: Buraxılmış səsli zəng 13:31 (Cild 1, i.v 43-45;) İşdə olan, 12 iyun 2025-ci il tarixli materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, HK-1/602 nömrəli material üzrə istintaqın aparılması üçün aidiyyəti üzrə Hacıqabul Rayon PŞ-nin İstintaq Bölməsinə göndərilməsi qərara alınmışdır. (Cild 1, i.v 46;) İşdə olan, 13 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilmişdir. (Cild 1, i.v 60;) İşdə olan, Hacıqabul Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 4(071)-25/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 iyun 2025-ci il tarixindən hesablanmışdır. (Cild 1, i.v 80-84;) İşdə olan, 02 aprel 2025-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. (Cild 1, i.v 100;) İşdə olan, 02 aprel 2025-ci il tarixli polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsinə dair qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (Cild 1, i.v 101;) İşdə olan, 13 iyun 2025-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi, bir icraatda birləşdirilməsi və cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, Hacıqabul RPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı Toğrul Hüseynov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin icraatına qəbul edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri icraatında istintaqı aparılan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi, ********* saylı nömrə altında istintaqın davam etdirilməsi, cinayət işi üzrə əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin məcəllənin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrinə tövsif edilməsi qərara alınmışdır. (Cild 1, i.v 103-104;) İşdə olan, Hacıqabul RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Şahid6 31 mart 2025-ci il tarixli Raportundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə əldə etməsi və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. (Cild 1, i.v 110;) İşdə olan, 31 mart 2025-ci il tarixli əməliyyat-axtarış tədbirlərinin keçirilməsi, şübhəli şəxslərin üstünün yoxlanılması və götürmə haqqında protokoldan və ona əlavə edilmiş video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə keçirilən əməliyyat tədbiri zamanı Şahid9 idarə etdiyi “Opel Astra” markalı **-BK-*** nömrəli avtomobillə hərəkətdə olarkən Balı-Qazax magistral yolunun Hacıqabul rayonu, Navahi kəndi ərazisində yerləşən DYP postunda saxlanılmış, o, şifahi sorğu sual zamanı üzərində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və əynindəki kostyumun sol döş cibindən iki ədəd psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Həmin bükümlər açıldıqda içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuş, elektron tərəzidə çəkildikdə 0,43 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi “Opel Astra” markalı **-BK-*** nömrəli avtomobilə baxış keçirilmişdir. Avtomobilə baxış zamanı avtomobil saxlanılarkən Təqsirləndirilən şəxs sərnişin qismində əyləşdiyi oturacağının yanından bir ədəd kağız bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar olunmuş, elektron tərəzidə çəkildikdə 0,50 qram olduğu müəyyən edilmiş və zərfə qoyularaq möhürlənmişdir. (Cild 1, i.v 115-117;) İşdə olan, 01 aprel 2025-ci il tarixli cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə, saat 22:34-də Hacıqabul Rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulmuşdur. (Cild 1, i.v 127-128;) İşdə olan, materialın məhkəmə ekspertizasının 01 aprel 2025-ci il tarixli, 18/274 nömrəli rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs məxsus....” sözləri yazılmış kağız paketdə 01 ədəd ağ rəngli kağız bükümün içərisində təmiz çəkisi – 0,191 qram, həmin kağız bükümün içərisində 01 ədəd gümüşü rəngli kağızın içərisində 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 0,105 qram, 01 ədəd gümüşü rəngli kağızın içərisində 01 ədəd polietilen bükümdə təmiz çəkisi – 0,152 qram, ümumi çəkisi – 0,448 qram olan maddələr kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin ümumi çəkisi – 0,448 qram, tədqiqata sərf edildi – 0,15 qram, qalıq 0,298 qram. Aparılmış tədqiqatın dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) manatdır. (Cild 1, i.v 147-148;) İşdə olan, 02 aprel 2025-ci il tarixli tutulmuş şəxsin azad edilməsinə dair qərardan görünür ki, Bağırov X7 Rayon PŞ-nin MSY-dən azad edilmişdir. (Cild 1, i.v 180-181;) İşdə olan, 03 aprel 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,298 qram qalmış psixotrop maddə metamfetaminin maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanılması üçün Hacıqabul Rayon PŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürülmüş əşyaya baxış aparılmasını özündə əks etdirən iki ədəd DVD disklərin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (Cild 1, i.v 189-190;) İşdə olan, məhkəmə tibbi ekspertizasının 05 aprel 2025-ci il tarixli, 112 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (Cild 1, i.v 211- 212;) İşdə olan, Hacıqabul şəhər İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Hacıqabul şəhər İƏD-si üzrə nümayəndəliyinə mənfi rəy daxil olmuşdur. (Cild 1, i.v 217;) İşdə olan, 12 aprel 2025-ci il tarixli Hacıqabul Rayon Mərkəzi X11 Şəxsi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2022-ci il tarixdən Hacıqabul Rayon Mərkəzi X11 Şəxsinin konsultativ-poliklinika şöbəsinin narkoloji kabinetində “F11.2 zərərli istifadə, asılılıq sindromu” diaqnozu ilə qeydiyyatdadır, lakin ruhiəsəb kabinetində qeydiyyatda deyildir. (Cild 1, i.v 218;) İşdə olan, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli, 1(099)-215/2022 nömrəli hökmündən görünür ki, Bağırov X9 Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrinə əsasən təqsirli bilinərək, həmin Məcəllənin 66.3, 69.3 və 93.1.2-ci maddələri tətbiq olunmaqla 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 17 may 2024-ci il tarixli qərarı ilə 11 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. (Cild 1, i.v 219-220; Cild 2, i.v 43-59;) İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 15 aprel 2025-ci il tarixli, 2117 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Hacıqabul rayon Mərkəzi Xəstəxanasında F11.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. (Cild 1, i.v 225-226;) İşdə olan, 14 iyun 2025-ci il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. (Cild 1, i.v 242- 243;) İşdə olan, məhkəmə tibbi ekspertizasının 14 iyun 2025-ci il tarixli, 142 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs hadisə gününə uyğun bədəni üzərində hər hansı bir travmatik zədə və onun obyektiv izləri aşkar olunmamışdır. (Cild 2, i.v 5-6;) İşdə olan, 16 iyun 2025-ci il tarixli əşyanın maddi sübut hesab edilməsi və saxlanca verilməsi haqqında qərardan görünür ki, kompleks Məhkəmə-bioloji və Materialların məhkəmə ekspertizasında tədqiqata sərf edildikdən sonra faktiki olaraq təmiz çəkisi 349,90 qram qalmış narkotik vasitə heroin, faktiki olaraq təmiz çəkisi 809,90 qram qalmış narkotik vasitə qurudulmuş marixuana və üzərində ***-***-**-** saylı operator nömrəsi olan “Samsung Galaxy J6” markalı **********10101 və **********10109 İMEİ kodlu mobil telefonun maddi sübut kimi tanınaraq məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə həll edilənədək saxlanması üçün Hacıqabul rayon polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsi, Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürülmüş əşyalara baxış aparılmasını özündə əks etdirən iki ədəd DVD disklər, o cümlədən “Samsung Galaxy J6” markalı mobil telefona baxış aparılmasını özündə əks etdirən bir ədəd CD diskin maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır. (Cild 2, i.v 9-11;) İşdə olan, kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 11 iyul 2025-ci il tarixli, 2238 saylı saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə xroniki psixi xsətəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da xroniki psixi xəstəlik, psixi xəstəliyin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hövsələsizlik, əsəbilik, inadkarlıq, başqalarının hiss və yaşantılarına biganəlik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Törətdiyi əməl zamanı Təqsirləndirilən şəxs emosional vəziyyətində hər hansı dəyişiklik əmələ gəlməmişdir. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. (Cild 2, i.v 75-77;) İşdə olan, 20 avqust 2025-ci il tarixli cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaqı aparılan ********* saylı cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1, 234.4.1 və 234.4.3-cü maddələri ilə ********* saylı cinayət işinin ayrılıb icraata qəbul olunmaqla istintaqın davam etdirilməsi qərara alınmışdır. (Cild 2, i.v 105-107;) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun müdafiəsi üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü müdafiə üçün irəli sürdüyü dəlilləri yəni, 31 mart 2025-ci il tarixdə Bakı şəhərindən Hacıqabul rayonuna taksi kimi fəaliyyət göstərən avtomobillə gələrkən yolda avtomobildən enərək mağazaya gedən zaman avtomobilin arxa oturacağında oturan şəxsin ondan xəbərsiz, gizlin formada onun pencəyinin cibinə psixotrop maddə metafetamin qoyması, 31 mart 2025-ci il tarixdə üzərindəki pencəkdə və əyləşdiyi avtomobilin oturacağının yanında aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmaması, polis əməkdaşlarının əməkdaşlıq barədə təkliflərini qəbul etmədiyi üçün təqibə məruz qalması, bunun nəticəsində üzərinə narkotik vasitələr qoyularaq şərlənməsi, iranlı şəxslə yalnız şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmək niyyəti ilə əlaqə saxlaması, 11 iyun 2025-ci il tarixdə iranlının göndərdiyi konumdan şəxsi istifadəsi üçün az miqdarda metamfetamin və marixuana götürmək üçün getməsi, 11 iyun 2025-ci il tarixdə polis əməkdaşlı onu saxlayarkən üzərində heç bir narkotik vasitə olmaması, polis əməkdaşlarının təzyiqi ilə onların göstərdiyi yerdən bir ədəd sellofan torbadakı narkotik vasitələri götürməsi, iranlı şəxslə aralarında narkotik vasitələrin satış məqsədilə əldə edilməsi və daşınması barədə heç bir sövdələşmə olmaması ilə bağlı göstərdiklərini təqsirləndirlən şəxsin şəxsi mülahizələrinə əsaslanan, məhkəmədə tədqiq olunan sübutlarla o cümlədən, əməliyyataxtarış tədbirinin keçirilməsinə dair 31 mart 2025-ci il tarixli və 11 iyun 2025-ci il tarixli protokollara əlavə edilmiş CD diskdə olan videogörüntülər, istifadəsində olmuş mobil telefona baxış keçirilməsi haqqında 12 iyun 2025-ci il tarixli protokola əlavə edilmiş CD diskdə olan videogörüntülər, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, digər sənədlər və iş materialları ilə təkzib olunan, onun əsassız olaraq cinayət məsuliyyətin kənarda qalmasına yönəlmiş özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir və həmin hissələrdə sübut kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs istər saxlanılarkən üzərinə video çəkilişlə baxış keçirilən zaman (həm xx.xx.2025, həm də xx.xx.2025-ci il tarixlərdə) istərsə də, ibtidai istintaq zamanı verdiyi ifadələrində üzərində aşkar edilmiş psixotrop maddə və narkotik vasitələrin ona məxsus olmamasını mübahisələndirməmiş, yalnız xx.xx.2025-ci il tarixdə üzərində aşkar edilmiş narkotik vasitələri satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünün dediyi kimi heç də polis əməkdaşlarının təzyiqi və təsiri altında olmamış, ona irəli sürülmüş ittihamı qismən qəbul etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefona quraşdırılmış “Whatsapp” mobil tətbiqində İran İslam Respublikasına məxsus mobil operatora aid mobil nömrə ilə qeydiyyatdan keçmiş şəxslə aralarındakı səsli ismarıcların məzmunundan aydın olur ki, Təqsirləndirilən şəxs heç də, özünün qeyd etdiyi kimi həmin yerə az miqdarda marixuana və metamfetamin əldə etmək üçün getməmiş, əksinə narkotik vasitə istifadəçiləri arasında şərti olaraq “ot” adlanan narkotik vasitə qurudulmuş marixuana və şərti olaraq “kola” adlanan narrkotik vasitə heroin əldə etmək üçün getmiş, qarşı tərəfin səsli ismarıcına əsasən həmin narkotik vasitələrin həmin yerdə külli miqdarda olmasını bilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən heç bir fiziki zorakılığa məruz qalmadığını qeyd etmiş, göstərilənlər onun barəsində olan məhkəmətibbi ekspertizasının müvafiq rəyləri ilə də təsdiq edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona psixi təzyiq etdiklərini, onu evlərinə külli miqdarda narkotik vasitələr qoyacaqları ilə hədələdiklərini, hətta polis əməkdaşlarının o tutulmamışdan xeyli müddət əvvəl evinə içərisində torpaq və gübrə olan bağlamalar qoyduqlarını, bununla ona hədələyici “ismarıc” göndərdiklərini, məhz bu səbəbdən polis əməkdaşlarının evinə narkotik vasitə qoyacaqları ilə bağlı hədələrini mümkün və real hədə kimi qəbul etdiyini göstərmişdir. Halbuki, Təqsirləndirilən şəxs qeyd olunan məsələlərlə bağlı tutulmamışdan əvvəl aidiyyəti dövlət orqanlarına müraciət etmək üçün kifayət qədər vaxtı və imkanları olmuşdur. İş materiallarından da göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər Təqsirləndirilən şəxs özü, istərsə də onun vəkili hətta ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmişlər və eyni zamanda onlar, bu halı hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin qərarın 25-ci bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin qərarın 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəalarını nəzərə alaraq Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla, məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan Azərbaycan Respublikası CPM-nin 126.6-cı maddəsinin müddəaları nəzərə alınaraq (xx.xx.2025-ci il tarixdə əldə etdiyi narkotik vasitələri şəxsi istifadəsi üçün əldə etməsi barədə göstərdikləri istisna olmaqla) sübut kimi qəbul edir. Məhkəmə yuxarıda qeyd edilən xüsusatları, o cümlədən, hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki və psixi təzyiqə məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin təqdim edilmədiyini nəzərə alaraq göstərilən xüsusata təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətindən yayınmaq üçün formal olaraq istinad olunması qənaətinə gəlir. “X5 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir.Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında Təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən və müdafiəçisi ilə birlikdə iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə bilavasitə, həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, bundan başqa müxtəlif vəsatətlər vermiş və ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirmişdir. Müdafiə tərəfi (təqsirləndirilən şəxs və onların müdafiəçisi) təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamı mübahisələndirsələr də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə yekun qərar - ittiham hökmü çıxararkən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının izah və tələblərini də rəhbər tutur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 25 iyun 2005-ci il tarixli Qanununa əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi (maddə 1.0.9); məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması (maddə 1.0.10) hesab edilir. Həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması (maddə 1.0.8) hesab edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın təsdiq edilməsi haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş İ siyahısının 83-cü qrafasında narkotik vasitə heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddi 800 qram, 109.1-ci qrafasında narkotik vasitə qurudulmuş marixuananın aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi 50000 qram, İİ siyahısının 118-ci qrafasında psixotrop maddə metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram, külli miqdarının aşağı həddi 2 qram, xüsusilə külli miqdarının aşağı həddinin 400 qram olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü tarixli qərarının 9-cu bəndində izah olunur ki, … təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə, bu Qərarın 12-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, CM-nin 234.1-ci maddəsində və ya 234.2 və 234.3-1-ci maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda və ya xüsusilə külli miqdarda törədilib törədilməməsi məsələsi 961-İİQ nömrəli Qanun ilə təsdiq edilmiş müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.2-ci maddəsində satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmağa görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Cinayət Məcəllənin 234.4.1-ci maddəsində həmin Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsinə görə, 234.4.3-cü maddəsində isə 234.2-ci maddədə nəzərdə tutulmuş əməllərin külli miqdarda törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi qismən etirafedici ifadələri, şahidlərin ifadələri, əməliyyataxtarış tədbirinin həyata keçirilməsini özündə əks etdirən videogörüntüləri, ekspertiza rəyləri, maddi sübutlar, telefon danışıqlarına dair məlumatlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs İran İslam Respublikası vətəndaşı olması ehtimal edilən şəxslə və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə, saxlama və daşıma, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmiş, habelə təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-ci maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, eləcə də əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli və həmin maddələrin sanksiyaları həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında beş ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən CM-in 8.1-ci, 41.2-ci və 58.3- cü maddələrini rəhbər tutur, habelə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarlarındakı müddəaları nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən CM-in 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli 1(099)-215/2022 nömrəli hökmündən görünür ki, Bağırov X9 Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək, həmin Məcəllənin 66.3, 69.3 və 93.1.2-ci maddələri tətbiq olunmaqla 03 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin 17 may 2024-ci il tarixli qərarı ilə 11 ay 18 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs törətdiyi az ağır cinayət əməlinə görə məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət əməli törətmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi məhkəmə tərəfindən nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci madddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Qanununun göstərilən müddəalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublika CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay, həmin Məcəllənin 234.4.1 və 234.4.3-cü maddələri ilə 06 (altı) ildən az müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Azərbaycan Respublikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə cəza təyin edilməli, həmin cəzaya Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli 1(099)-215/2022 nömrəli hökmü ilə təyin edilmiş 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 18 gün hissəsi qismən birləşdirilməklə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdən 02 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş qəti cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin, təqsirləndirilən şəxsin cəzaçəkmə müəssisəsinin növünün də müəyyən edilməsinin zəruriliyini qeyd edir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 5- ci maddəsinin tələblərinə əsasən, tutulma və ya həbsə alma nəticəsində azadlıqdan məhrum edilmiş hər kəs onun həbsə alınmasının qanuniliyinə məhkəmə tərəfindən təxirə salınmadan baxılması hüququna və əgər onun həbsi məhkəmə tərəfindən qanunsuz hesab edilibsə, azad edilmək hüququna malikdir. Konvensiyanın 5-ci maddəsinin qeyd edilən tələbləri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 158-ci maddəsində də, birbaşa göstərilir ki, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanmalıdır (maddə 158.2). Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir (maddə 158.6). Məhkəmə, CPM-nin 353.4.8-ci maddəsinə əsasən, ibtidai həbs müddətinin CM-in 69.3-cü maddəsinə görə azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün kimi daxil edilərək cəzaçəkmə müddətinə hesablanmalı olduğunu əsas götürüb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı 11 iyun 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Ambulator məhkəmə narkoloji ekspertizasının 15 aprel 2025-ci il tarixli 2117 nömrəli rəyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi Narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 99-1.2-ci maddəsinə əsasən, qeyd edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirə edilməli əmlak müəyyən edilməmişdir. Məhkəmə, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar CPM-in 132.1-ci maddəsinin tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 349,90 qram narkotik vasitə heroin, 809,90 qram narkotik vasitə qurudulmuş marixuana, 0,298 qram psixotrop maddə metamfetamin məhv edilməli, Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy J6” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalı, 07 (yeddi) ədəd CD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. CPM-nə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsi üçün xərclərin kimin üzərinə və hansı məbləğdə qoyulmasıdır. Məhkəmə hesab edir ki, CPM-nin 198.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs 95,85 (doxsan beş manat səksən beş qəpik) manat məhkəmə məsrəflərinə aid olan ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmiş və üzərinə həbs qoyulmuş əmlak yoxdur. CPM-in 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” 30 aprel 2021-ci il tarixli qərarlarının müəddəaları baxımından da əsaslı və hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğun hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 52-1, 344-349, 351- 353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 may 2022-ci il tarixli 1(099)-215/2022 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinərək məhkum olunduğu 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasından Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 17 may 2024-ci il tarixli qərarı ilə vaxtından əvvəl şərti azad olunduğu 11 (on bir) ay 08 (səkkiz) gün hissəsi Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən, həmin Məcəllənin 67.1-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə, yəni hökmlərin məcmusu qaydasında hazırki hökmlə ona təyin edilən cəza ilə qismən birləşdirilsin və o, qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hazırki iş üzrə Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdən 02 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün ona təyin edilmiş 08 (səkkiz) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 08 (səkkiz) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 11 iyun 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. Hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olan və Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan müvafiq ekspertiza tədqiqatından sonra qalıq çəkisi 349,90 qram narkotik vasitə heroin, 809,90 qram narkotik vasitə qurudulmuş marixuana, 0,298 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq Hacıqabul Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd “Samsung Galaxy J6” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış 07 (yeddi) ədəd DVD diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 95,85 (doxsan beş manat səksən beş qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin bank hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs münasibətdə hökmün surətini aldığı vaxtdan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Cavanşir Nəbiyev Hakimlər: Esmira Məmmədova Ənnağı Məmmədli
Məhkəmə qərarları › İş №1(099)-445/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-445/2025
19.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver