Məhkəmə qərarları › İş №1(099)-446/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-446/2022

29.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-446/2022 29.09.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili X12 və zərərçəkmiş şəxsin hüquqi varisi X13 iştirakı ilə xx xxxx 1997-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, qeyri-rəsmi qaydada taksi fəaliyyət ilə məşğul olan, məhkum olunmamış, İmişli şəhəri, İ.Bayramov küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CMnin) 234.1 və 263-1.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdə, saat 19:50 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi VAZ-21074 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkətdə olarkən, hərəkət intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şəraiti, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini yaşayış məntəqəsində 60 km/saat sürətdən daha artıq sürətlə idarə etməməli, həmçinin hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görüb, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etməklə cinayətkarcasına özünəgüvənərək, avtomobili 70-75 km/saat sürətlə idarə edib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsi, 50-ci maddəsinin 1-ci hissəsi və 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələbləri ilə nəzərdə tutulan yol hərəkəti qaydalarını pozaraq, avtomobil yolunun “Ət kombinatı” adlanan hissəsində yolu soldan sağa keçən piyada X8 avtomobilin ön sol tərəfi ilə vurmuş, nəticədə zərərçəkmiş Nizami Sarıyevə ehtiyatsızlıqdan sağ gicgah sümüyünün kəllə əsasına keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin, sağ bud sümüyünün aşağı 1/3-nin, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerini dəyişmiş qəlpəli sınıqları, sağ gicgah nahiyəsində, çənə nahiyəsində ortada, sol budun orta 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin ön səthində yaralar, sağ göz yuvasında şişkinlik və qançır, sol budun orta 1/3-nin ön səthində, sol baldırın yuxarı, orta və aşağı 1/3-nin ön səthində, sağ çiyin qurşağı nahiyəsində sıyrıqlardan ibarət, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, başın açıq küt travması nəticəsində kəllə sümüyünün kəllə əsasına keçən sınığı və baş beyin toxumasına qansızma səbəbindən ehtiyatsızlıqdan zərərçəkmiş Nizami Sarıyevin ölümünə səbəb olmuşdur. Bundan başqa o, satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda-0,676 qram psixotrop maddə olan metamfetamin əldə edib, saxlayıb daşımış, 22 yanvar 2022-ci il tarixdə, saat 21 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində həmin metamfetaminin 0,378 qramını tanışı X6 pay vermiş, qalan 0,298 qramını isə üzərində saxlayıb daşıyarkən, daxil olmuş məlumat əsasında 22 yanvar 2022-ci il tarixdə, saat 22 radələrində İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində Aqşin Həsənlinin idarə etdiyi VAZ-2107 markalı, **-HX- *** dövlət qeydiyyat nişanlı avtomobildə sonuncu ilə birlikdə saxlanılıb üzərində şəxsi axtarış zamanı bir ədəd gümüşü siqaret kağızı bükümdə 0,298 qram psixotrop maddə olan metamfetamin əynindəki gödəkcənin cibindən aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 263-1.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində bir azyaşlı xəstə uşağı və 2-ci qrup əlil xəstə anası vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin mərhum atası Ələddin Babayevə məxsus olmaqla etibarnamə ilə ona verilmiş VAZ-2107 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhərində qeyri-rəsmi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Onun naqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır. 10 yanvar 2022-ci il tarixdə, axşam saatlarında İmişli şəhərində yerləşən “Şəkər” zavodunun qarşısından bir nəfəri sərnişin kimi avtomobilə mindirib həmin şəxsi “Mədəniyyət evi”nin qarşısına gətirmək üçün İmişli şəhəri, H.Əliyev prospekti ilə hərəkətə başlamışdır. Həmin vaxt idarə etdiyi avtomobilin sürəti təxminən 70-75 km/saat olmaqla hərəkətdə olarkən “Ət kombinanatı” adlanan yerin qarşısına çatan vaxt yanında əyləşən sərnişin olan şəxs qarşıda, yolun solundan sağ tərəfə keçmək istəyən şəxsi (piyadanı) görüb ona “ehtiyatlı ol, adam var” demiş, elə həmin vaxt özü də təxminən 7-8 metr məsafədən yolu keçən şəxsi (piyadanı) görüb dərhal əyləci sıxıb avtomobili sağ tərəfə yönəltmiş, lakin məsafə yaxın olduğundan və yolu keçən şəxs (piyada) dayanmayıb hərəkətini davam etdirdiyindən qəzadan yayına bilməmiş, nəticədə avtomobilin ön tərəfi ilə həmin şəxsi (piyadanı) vurmuşdur. Sonra o, dərhal avtomobili saxlayıb avtomobildən düşüb yolda uzanıqlı vəziyyətdə olan şəxsə yaxınlaşmış və onun tərpənmədiyini görüb telefonla “113”-ə, təcili yardım xidmətinə zəng edib hadisə barəədə bildirmiş, az sonra təcili-tibbi yardım avtomobilinin gec gələcəyini fikirləşib hadisə yerinə gəlmiş tanımadığı şəxsin köməyi ilə yaralı vəziyyətdə olan şəxsi (piyadanı) avtomobilinə mindirib İmişli Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Xəstəxanada həkimlər yaralı şəxsə baxıb onun artıq öldüyünü demişlər. Bundan sonra xəstəxanaya gəlmiş polis əməkdaşları ilə birlikidə polis şöbəsinə getmiş, orada izahat verdikdən sonra tutulmuş, iki gün polisin müvəqqəti saxlama yerində olmuş və 12 yanvar 2022-ci il tarixdə həbsdən buraxılmışdır. Hadisə baş verən vaxt içkili və narkotik maddənin təsiri altında olmamış, idarə etdiyi avtomobil texniki cəhətdən saz olmuşdur. Yol-nəqliyyat hadisəsindən sonra ona məlum olmuşdur ki, avtombillə vurduğu şəxs, mərhum X27 şəhər sakini olmuşdur. Hadisədən sonra mərhum Nizaminin ailəsi ilə barışıq əldə olunmuşdur. Bu hadisəni ehtiyatsızlığı nəticəsində törətmiş və bu hadisəyə görə əməlindən peşmandır. Baş vermiş hadisədən bir müddət sonra istintaq orqanı tərəfindən VAZ-2107 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil ona qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir neçə ay əvvəl narkotik maddələrdən, əsasən də metamfetamindən istifadə etməyə başlamışdır. İstifadəsi üçün metamfetamini İmişli şəhər sakini Yengibar adlı şəxsdən almışdır. 22 yanvar 2022-ci ildə, axşam saatlarında mobil telefonla Yengibara zəng edib danışıb razılaşdıqdan sonra onun verdiyi bank kartına 40 manat pul köçürmüş, bundan sonra Kürdəmir-Bəhrəmtəpə magistral yolunun İmişli rayonunun ərazisindən keçən hissəsində olan maye-qaz doldurma məntəqəsinin yanında Yengibarla görüşüb ondan şəxsi istifadəsi üçün bir bükümdə yarım qram metamfetmini götürmüşdür. Evinə gəldikdən sonra o, həmin gün gecə saatlarında ona pul borcu olan tanışı Nicat adlı şəxslə görüşmək üçün Bəhrəmtəpə qəsəbəsinə getmək istəmiş, lakin maşını olmadığına görə dostu Aqşinə zəng edib maşını ilə gəlib onu götürüb Bəhrəmtəpə qəsəbəsinə getməyi təklif etmiş, Aqşin də razılaşmışdır. Sonra o, Aqşinlə birlikdə Aqşinin idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bəhrəmtəpə qəsəbəsi istiqamətində getmişlər. Yolda o, Aqşinə tanışı Yengibardan 40 manata yarım qram metamfetamin aldığını demiş, Aqşin də ona istifadəsi üçün bir az metamfetamin verməsini demiş, o da aldığı metamfetaminin yarısını pay olaraq dostu Aqşinə vermiş, buna görə Aqşindən heç nə istəməmiş və Aqşin də ona heç nə verməmişdir. Yolda olarkən o, Aqşinin maşınını sürmüş, aldığı bütöv halda olan metamfetamini Aqşinə vermiş, Aqşin metamfetamini yarı bölmüş, yarısını özünə götürmüş, yarısını da ona qaytarmışdır. O, metamfetamini Aqşinə heç bir təmənna olmadan pulsuz vermişdir. O, Aqşinlə birlikdə Bəhrəmtəpə qəsəbəsinə çatdıqdan sonra orada maşında oturub Nicatı gözləyərkən bir neçə polis əməkdaşı onu və Aqşini orada tutub rayon polis şöbəsinə aparmışlar. Polis şöbəsinə aparılarkən metamfetamin əynindəki gödəkcənin cibində olmuşdur. Polis şöbəsində polis əməkdaşları tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə üzərində axtarış aparılmışdır. Axtarış zamanı özü əynindəki gödəkcənin cibindən bir bükümdə olan metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o, həmin metamfetamini tanışı Yengibar adlı şəxsdən pulla aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Üzərində aşkar olunmuş metamfetamin polis əməkdaşları tərəfindən qablaşıdırılıb götürülmüş, sonra sənədləşmə aparılmışdır. İstifadəsi üçün metamfetamin əldə edib saxladığına görə verilmiş ittiham üzrə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmasi məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni məhkəmədə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri və digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X22 ifadəsində göstərmişdir ki, mərhum X14 qardaşıdır. 10 yanvar 2022-ci il tarixdə, axşam saatlarında ona məlumat verilmişdir ki, qardaşı Nizamini yolda maşın vurub xəstəxanadadır. Xəstəxanya getmiş və orada Nizaminin artıq vəfat etdiyini bilmişdir. Sonradan ona məlum olmudur ki, qardaşı Nizami həmin gün işlədiyi yerdən çıxıb piyada hərəkət edib şəhərin H.Əliyev prospektində yolun bir tərəfdən digər tərəfinə keçərkən taksi sürücüsü, əvvəllər tanımadığı Orxan adlı şəxs idarə etdiyi “VAZ-2107” markalı avtomobillə onu (Nizami Sarıyevi) vurmuş, sonra taksi sürücüsü Nizamini xəstəxanaya çatdırsa da, qardaşı xəstəxanada vəfat etmişdir. Bu hadisəni törətmiş sürücü Təqsirləndirilən şəxs qohumları mərhum qardaşının yas mərasimində iştirak edib başsağlığı verib hadisə ilə bağlı üzrxahlıq etmişlər. O, avtomobilin sürücüsü Təqsirləndirilən şəxs ehtiyatsızlığı nəticəsində bu hadisənin baş verdiyini başa düşür, ona görə də təqsirləndirilən şəxslə barışmış və bu hadisə ilə bağlı ona qarşı şikayəti və tələbi yoxdur. İşdə olan, zərərçəkmiş şəxsin hüquqi varisi Alı Sarıyevin məhkəməyə ünvanlandığı 28 iyul 2022-ci il tarixli ərizəsi ilə müəyyən olunur ki, zərərçəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslə barışmış və hazırda zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsə qarşı heç bir mülki iddiası, tələb və şikayəti yoxdur. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərmişdir ki, o, İmişli RPŞ-nin əməkdaşıdır. 22 yanvar 2022-ci il tarixdə ona, İmişli şəhər sakinləri Orxan və Aqşin adlı şəxslərin qanunsuz olaraq narkotik maddə əldə edib üzərində gəzdirmələri və həmin gün saat 22 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində olacaqları barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün özünün də daxil olduğu əməliyyat qrupu yaradılmış və əməliyyat qrupu Təqsirləndirilən şəxs və Aqşin Həsənlinin olduqları yerə, İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsinə getmişlər. Əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs və Aqşin Həsənlinin VAZ-2107 markalı, **-HX-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmaları və avtomobilin Bəhrəmtəpə qəsəbəsində “Qonaq evi” restoranının yanında dayanması müşahidə edilmişdir. Əməliyyat qrupu avtomobilə yaxınlaşarkən onlar avtomobili sürüb oradan qaçıb getmək istəsə də, buna imkan verilməmiş və onlar saxlanılıb polis şöbəsinə gətirilmişlər. Şöbədə təhqiqatçı Bəhruz Zülfüqarov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə əvvəlcə Təqsirləndirilən şəxs, sonra Aqşin Həsənlinin üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkcənin cibindən bir büküm çıxarıb təqdim edib metamfetamin olduğunu bildirmişdir. Baxış zamanı həmin bükümün içərisində metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini çəkmək üçün Yengibar adlı şəxsdən 40 manata aldığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüş, daha sonra protokol tərtib olunmuşdur. Bundan sonra təhqiqatçı Bəhruz Zülfüqarov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə X4 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Aqşin Həsənlinin üzərindən bir ədəd siqaret kağızının içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Aqşin Həsənli metamfetamini ona Təqsirləndirilən şəxs verdiyini, çəkmək üçün üzərində saxladığını bildirmişdir. Sonra aşkar olunmuş kütlə qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş və daha sonra protokol tərtib olunmuşdur. Məhkəmə iclasında şahidlər Şahid2, Şahid3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Məhkəmə iclasında şahid X11 ifadəsində göstərmişdir ki, o. Təqsirləndirilən şəxs tanıyır, aralarında dostluq münasibəti vardır. Xeyli müddətdir ki, narkotik maddələrdən, əsasən də metamfetamindən istifadə etməyə başlamışdır. 22 yanvar 2022-ci ildə, axşam saatlarında Orxan ona zəng edib maşını olmadığına görə onu Bəhrəmtəpə qəsəbəsinə aparmağı xahiş etmiş, o da idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Orxanı Bəhrəmtəpə qəsəbəsinə aparmışdır. Orxanın metamfetamindən istifadə etməsini bildiyindən avtomobillə yolla gedərkən Orxandan istifadəsi üçün narkotik maddə istəmiş, Orxan da özü üçün metamfetamin aldığını bildirmiş, sonra metamfetmin kütləsini ona verib yarısını götürməsini demiş, o da metamfetamini bölüb yarısını özünə götürüb cibini qoymuş, qalan hissəsini isə Orxana qaytarmışdır. Orxan verdiyi metamfetaminə görə ondan pul və ya başqa bir şey istəmiş, o da ona heç nə verməmişdir. Aralarında dostluq münasibəti olduğu üçün Orxan aldığı metamfetaminin bir hissəsini istifadəsi üçün pay olaraq ona vermişdir. Həmin gün gecə saatlarında Bəhrəmtəpə qəsəbəsində o, Orxanla birlikdə maşınında olarkən polis əməkdaşları onları tutub rayon polis şöbəsinə aparmışdır. Polis şöbəsində üzərində axtarış olmuş və cibində saxladığı metamfetamin aşkar olunub götürülmüşdür. Bundan sonra o, istifadəsi üçün üzərində metamfetamin saxladığını görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. İşdə olan, “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 10 yanvar 2022ci il tarixli protokol, protokola əlavə edilmiş “yol nəqliyyat hadisəsinin sxemi” və fotoşəkillərlə müəyyən olunur ki, yol-nəqliyyat hadisəsi İmişli şəhəri, H.Əliyev prospektində baş vermiş və həmin ərazi yaşayış məntəqəsi hesab olunmaqla yolda sürət həddi 60 km/saatdır. Hadisə yerində yol asfalt örtüklü olmaqla, quru və hamardır, yolun hərəkət hissəsinin eni 13,22 metr olmaqla, 2 hərəkət hissəlidir, yol işıqlandırılmır. Yolun İmişli şəhəri mərkəzi istiqamətinə sağ tərəfdən 1,64 metr enində yol çiyini, sol tərəfdən isə 1,31 metr enində yol çiyni vardır. Yolun hər iki tərəfdən yol çiynindən sonra 1,64 metr enində səki vardır. Müayinə zaman hadisə yerində 22,50 metr uzunluğunda tormozlama izi aşkar edilmişdir. İşdə olan, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi”nə dair 10 yanvar 2022-ci il tarixli, 136 №-li aktla müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs yol-nəqliyyat hadisəsini törədən zaman ayıq olmuş, sərxoş vəziyyətdə olmamışdır. İşdə olan, “Avtomobilə baxış keçiriləmsi haqqında” 11 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, avtomobil VAZ-2107 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlıdır, 2004-cü ilin buraxılışı olmaqla, ağ rəngdədir. Avtomobilin ban nömrəsi isə XTA**********56277-dir. AD № 724245 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə əsasən, avtomobil X2 mülkiyyətindədir. Avtomobilin dövlət nömrə nişanları avtomobilin üzərindədir. Avtomobilin salonu və bayır kuzov hissəsi qismən çirkli vəziyyətdədir. Avtomobilin sol çiyin hissəsi əzilmiş və ön şüşəsi sınmışdır. Avtomobilin digər hissələrində zədə aşkar edilməmişdir. İşdə olan, ƏN-Vİİ 237441 №-li 14 may 2020-ci il tarixli “Nəqliyyat vasitələrinə Sərəncam verilməsi haqqında Etibarnamə”nin surəti ilə müəyyən edilir ki, X9 mülkiyyətində olan VAZ-2107 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücülük hüququ olduqda idarə etmək və digər huquqlar verilməklə Təqsirləndirilən şəxs vermişdir. İşdə olan, Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin İmişli Regional Qeydiyyat-İmtahan və Texniki-Baxış şöbəbəsinin 11 yanvar 2022-ci il tarixli arayışı ilə müəyyən edilir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi verilməmiş və onun adı sürücülük hüququndan məhrum olunanların siyahısında yoxdur. İşdə olan, məhkəmə-tibbi ekspertizasının 02 fevral 2022-ci tarixli rəyi ilə müəyyən edilir ki, X7 meyitinin səthində müəyyən edilmiş xəsarətlər - sağ gicgah sümüyünün kəllə əsasına keçən yerini dəyişən sınığı, sınıq proyeksiyasında yumşaq toxumada, baş beynin sərt və yumşaq qişasına, qişaaltına və baş beyin toxumasına qansızma, kəllə əsası sümüyünün yerini dəyişməyən sınığı, sağ said sümüklərinin aşağı 1/3-nin, sağ bud sümüyünün aşağı 1/3-nin, sol baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerini dəyişmiş qəlpəli sınıqları, sağ gicgah nahiyəsində, çənə nahiyəsində ortada, sol budun orta 1/3-nin iç səthində, sağ baldırın yuxarı 1/3-nin ön səthində yaralar, sağ göz yuvasında şişkinlik və qançır, sol budun orta 1/3-nin ön səthində, sol baldırın yuxarı, orta və aşağı 1/3-nin ön səthində, sağ çiyin qurşağı nahiyəsində sıyrıqlar bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, dərəcəsin görə həyat üçün təhlükəli olan sağlamlığı Ağr zərər vurma əlaəmətlərinə malikdirlər. Xəsarətlər göstərilən vaxtda və şəraitdə, yəni 10 yanvar 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı minik avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdir. X15 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində 0,6% qatılığında etil spirti aşkar edilmişdhir. X15 ölümü 10 yanvar 2022-ci il tarixdə baş vermiş və onun ölümünə səbəb başın açıq küt travması nəticəsində kəllə sümüyünün kəllə əsasına keçən sınığı və baş beyin toxumasına qansızma olmuşdur. İşdə olan, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 21 fevral 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, VAZ-21074 markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70-75 km/saat sürətlə idarə etdiyindən onun hərəkətilərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İşdə olan, İmişli RPŞ-nin əməkdaşının 22 yanvar 2022-ci il tarixli “Raport”u və “Əməliyyat-axtarış tədbirinin keçirilməsi və vətəndaşların şöbəyə gətirilmələri barədə” 22 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, İmişli şəhər sakinləri “Orxan” və “Aqşin” adlı şəxslərin narkotik vasitə əldə edib üzərində saxlamaları barədə məlumat daxil olmuş, həmin şəxslərin şəxsiyyətləri müəyyən edildikdən sonra əməliyyat-axtarış tədbiri həyata keçirilərək Təqsirləndirilən şəxs və X11 həmin gün saat 22 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində saxlanılıb polis şöbəsinə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 23 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə İmişli RPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Zülfüqarov tərəfindən müdafiəçi Sərraf Feyzullayevin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində bir ədəd siqaret kağızının içərisində psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlənin metamfetamin olduğunu, Yengibar adlı şəxsdən pulla alıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış 23 yanvar 2022-ci il tarixdə, saat 00:20-də başlamış, saat 00:45-də başa çatmışdır. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, “Şəxsi axtarış və götürmə aparılması barədə” 23 yanvar 2022-ci il tarixli protokolun surəti ilə müəyyən edilir ki, həmin tarixdə İmişli RPŞ-nin TB-nin təhqiqatçısı Bəhruz Zülfüqarov tərəfindən müdafiəçi Yusif Nərimanovun iştirakı ilə və videoçəkilişlə X5 üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Aqşin Həsənlinin üzərində bir ədəd siqaret kağızının içərisində psixotrop maddə olan metafetaminə oxşar kütlə aşkar edilmişdir. Şifahi sorğu zamanı Aqşin Həsənli aşkar olunmuş kütlənin metamfetamin olduğunu, tanışı Orxandan alıb özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Aşkar olunmuş kütlə təhqiqatçı tərəfindən qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarışla bağlı aparılmış videoçəkilişin yazıldığı bir ədəd DVD disk protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə-kimyəvi ekspertizasının 23 yanvar 2022-ci il tarixli rəyin surəti ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində "Təqsirləndirilən şəxs üzərindən ..." sözləri və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,298 qram olan maddə kustar üsulla hazırlanmış psxotrop maddə metafetamindir. Tədqiqata təqdim olunmuş üzərində “X5 üzərindən ...” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,378 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən götürülmüş 1 bükümdə və X5 üzərindən götürülmüş 1 bükümdə, cəmi 2 ədəd bükümdə ümumi çəkisi-0,676 qram olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Ekspertiza tədqiqatına hər bir obyekt üzrə 0,05 qram sərf olunduqdan sonra qalıq 0,248 və 0,328 qram olmaqla cəmi qalıq metamfetamin 0,576 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat təşkil edir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 10 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müayinəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2022-ci tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 0,248 qram metamfetamin iş üzrə maddi sübut kimi tanınmış və saxlanılamıs üçün İmişli RPŞ-nin maddi sübutlar otağına təhvil verilmiş, habelə istintaq orqanı tərəfindən VAZ-21074 markalı **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübut saxlanılması üçün qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılmış, eləcə də telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD diski, şəxsi axtarşla bağlı və istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Habelə iş üzrə götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq 0,328 qram metamfetamin X5 barəsində olan cinayət işi üzrə (hazırki cinayət işinin ayrıldığı cinayət işi üzrə) maddi sübutdur. İşdə olan, “Cinayət işi materiallarından digər cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 10 iyun 2022-ci il tarixli qərarla müəyyən edilir ki, cinayət işinin materiallarından Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etmə mənbəyi ilə bağlı CMnin 234.2-ci maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə tədqiq olunmuş, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələrini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini və digər sənədlərı sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Məhkəmə tədqiq olunmuş sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətlərin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni əldə etmə, saxlama və daşıma cinayəti ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ Siyahıya əsasən psixotrop maddə olan metamfetaminin 0,15 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı və ya ondan artıq hissəsi isə (təmiz halda qramlarla) külli miqdar hesab olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan əldə etdiyi 0,298 qram və 0,378 qram olmaqla cəmi 0,676 qram psixotrop maddə olan metamfetamin şəxsi istehlak miqdarından artıqdır. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuş, habelə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməllərində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1 və 263-1.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 10 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə cinayət törətməklə şübhəli şəxs qismində istintaq orqanı tərəfindən tutulmuşdur. İşdə olan, “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və qətimkan tədbiri seçmək haqqında” 12 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs İmişli RPŞ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İşdə olan, “Cinayət törətməkdə şübhəli bilinən şəxsin tutulması haqqında” 23 yanvar 2022-ci il tarixli protokolla müəyyən edilir ki, 23 yanvar 2022-ci il tarixdə, saat 23:45-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməklə şübhəli şəxs qismində istintaq orqanı tərəfindən tutulmuşdur. İşdə olan, İmişli Rayon Məhkəməsinin 24 yanvar 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 23 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Lakin işdə olan sənədlərlə, o cümlədən 22 yanvar 2022-ci il tarixli “Raport”lar, cinayət işinin başlanmasına dair 23 yanvar 2022-ci il tarixli və və hazırki cinayət işinin ayrılması barədə 06 aprel 2022-ci il tarixli qərarlar, şəxsi axtarışın aparılmasına dair protokolun məzmunu, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə cinayət törətməklə şübhəli şəxs qismində istintaq orqanı tərəfindən 22 yanvar 2022-ci il tarixdə, saat 23:45-də tutulmuş və onun tutulmasına dair protokolda tarix səhvən “23 yanvar” yazılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri üzrə həbsetmənin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş, şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, İmişli şəhər İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş 14 yanvar 2022-ci il tarixli arayışla müəyyən edilir ki, Təqsirləndirilən şəxs İmişli şəhəri, İ.Bayramov küçəsi ev 48-də qeydiyyatda olmaqla ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşamışdır. İşdə olan, 34 saylı Tibbi Sosial Ekspert Komissiyasının 10 fevral 2016-ci il tarixli arayışı ilə müəyyən edilir ki, 1971-ci il təvəllüdlü X10 ikinci dərəcəli əlildir. İşdə olan, AA ******* №-li şəxsiyyət vəsiqəsinin surəti ilə müəyən edilir ki, X16 05 mart 2020-ci ildə anadan olmuşdur. İşdə olan, tibbi sənədlərlə, o cümlədən Tibbi-Sosial Komissiyasının 01 yanvar 2022ci il tarixli arayışı ilə müəyyən edilir ki, 05 mart 2020-ci il təvəllüdlü X16 “... Anadangəlmə hidrosefaliya, aşağı ətrafların paraparezi Ağırlaşma G82.1. ...” diaqnozu ilə xəstədir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cüi maddəsinə və təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsi həmin Məcəllənin 59.1.12-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallardır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun CMnin 234.1 və 263-1.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 62 və 70-ci maddələrinin tətbiq olunması, habelə barəsində xüsusi müsadirə təyin edilməsi üçün (həmin Məcəllənin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə və təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs törətdiyi cinayətlərə görə CM-nin bir neçə maddəsi ilə təqsirli bilindiyi üçün ona həmin Məcəllənin 66.3-cü maddəsi tətbiq edilərək cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Habelə məhkəmə hesab edir ki, CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 2 (iki) gün təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılmaqla ona azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan və İmişli RPŞ-nin maddi sübutlar otağında saxlanılan 0,248 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “İmişli Rayon İcra Hakimiyyəti yanında Narkomanlığa və Narkotik Vasitələrin qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə İmişli Rayon Komissiyası” tərəfindən həyata keçirilməlidir. Habelə hazırki işə aid olan 0,328 qram metamfetaminin X5 barəsində olan cinayət işi üzrə (hazırki cinayət işinin ayrıldığı cinayət işi üzrə) maddi sübut olması nəzərə alınmalıdır. Bundan başqa, istintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan VAZ-21074 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Həmçinin iş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD disk, şəxsi axtarşla bağlı və istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərcləri-104 (bir yüz dörd) manat 74 Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasi CPM-nin 44.1, 132, 344-347, 349, 351- 353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 263-1.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrumetmə cəzası və Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 10 yanvar 2022-ci il tarixdən 12 yanvar 2022-ci il tarixədək həbsdə saxlanılması müddəti, yəni 2 (iki) gün müddət təyin edilən cəzaya hesablanıb həmin cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 4 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 yanvar 2022-ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan (toksikomaniyadan) məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və İmişli Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 0,248 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İstintaq orqanı tərəfindən iş üzrə maddi sübut olan VAZ-21074 markalı, **-NL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübutlar olan və cinayət işinə əlavə olunmuş, telefon danışıqlarına dair məlumatların yazıldığı 2 (iki) ədəd CD disk, şəxsi axtarşla bağlı və istintaq hərəkəti ilə bağlı aparılmış videoçəkilişlərin yazıldığı 2 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərcləri-104 (bir yüz dörd) manat 74 qəpik məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsi ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar