Məhkəmə qərarları › İş №1(099)-446/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(099)-446/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Lənkəran şəhəri İş № 1(099)-446/2024 06.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Cinayət işi üzrə icraata xitam verilməsi haqqında Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Həmin iş üzrə Təqsirləndirilən şəxs ittiham verilmişdir ona görə ki, o, 2023-cü ilin oktyabr ayında Bakı şəhərində satmaq üçün 100 manat dəyərində müxtəlif əşyalar verdiyi tanışı Şahid2 sonradan həmin əşyalar üçün ona 20 manat versə də, qalan 80 manat pulu verməməsinə görə Şahid2 dayısı Zərərçəkmiş şəxs zəng vuraraq təhqiramiz formada ondan nə üçün bacısı qızı Şahid2 ona olan borcunu qaytamamasının səbəbini soruşduqda aralarında yaranmış mübahisə zamanı qarşılıqlı şəkildə bir-birlərini təhqir etdikləri üçün həmin məsələyə sonradan aydınlıq gətirmək qərarına gəlmiş, 18 dekabr 2023-cü il tarixdə saat 11 radələrində bank kartını almaq məqsədi ilə Bakı şəhərindən Salyan rayonuna gəlmiş, bank kartını aldıqdan sonra yaşadığı Salyan rayonu Xocalı kəndinə gedib göstərilən tarixdə saaat 13 radələrində zəng vurub həmin vaxt anası evində olan Zərərçəkmiş şəxs öz evinin yaxınlığına görüşə çağırmış, orada onunla mübahisə edərək dalaşmış və dalaşma zamanı yaşadığı evdən özü ilə götürüb əynindəki şalvarın sağ cibində saxladığı bıçaqla Zərərçəkmiş şəxs döş qəfəsinə qəsdən bir zərbə vurmaqla, daha sonra dalaşarkən yerə yıxıldıqları vaxt əlindəki həmin bıçaqla sonuncuya əlavə bıçaq zərbələri yetirərək Zərərçəkmiş şəxs ümumilikdə sol budun orta üçdə birinin arxa səthinin, sol sağrı və döş qəfəsinin sol arxa nahiyəsinin yaraları ilə nəticələnən, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan yüngül zərərvurmaya aid, döş qəfəsinin ön sağ nahiyyəsinin daxilə keçən, sağ ağ ciyəri zədələyən, hemopnevmatoraks yarası ilə nəticələnən, həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmişdir. Həmin cinayət işi 03 aprel 2024-cü il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə daxil olmuş və iş üzrə məhkəmə hazırlıq iclası 18 aprel 2024-cü il tarixdə keçirilməklə məhkəmə baxışı 02 may 2024-cü il tarixə saat 09:30-a təyin edilmişdir. Lakin Təqsirləndirilən şəxs 01 may 2024-cü il taixdə saat 13:30 radələrində saxlanıldığı Bakı İstintaq Təcridxanasında özünü asaraq intihar etmiş və bu barədə Bakı İstintaq Təcridxanası tərəfindən Lənkəran Ağır Cinayətlər Məhkəməinə 02 may 2024-cü il tarixdə xüsusi məlumat verilmişdir. Azərbaycan Respublikası CPM-nin 106-1.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs ölməsi barədə onun yaxın qoumlarına 03 may 2024-cü il tarixli məktubla məlumat verilməklə Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə yazılı bildiriş göndərilmiş, həmçinin Təqsirləndirilən şəxs öldüyündən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas olmaması izah olunmuşdur. Lakin hal hazıradək, yəni 06 iyun 2024-cü il tarixədək olan müddətdə mərhum Təqsirləndirilən şəxs yaxın qohumlarından hər hansı onun hüquqi varisi qismində tanınması barədə istəyini bildirməmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs öldüyündən onun barəsində cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsinə razılığı barədə ərizə təqdim etmişdir. Həmçinin iş üzrə Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində heç bir şikayət və tələbinin olmamasını bildirməklə Təqsirləndirilən şəxs öldüyündən cinayət təqibinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Azərbaycan Respuölikası CPM-nin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan təqsirləndirilən şəxsin öldüyü vaxtdan 3 gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya CPM-nin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. CPM-nin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar həmin məcəllənin 106-1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varisi qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Beləliklə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətdikdən sonra öldüyündən, onun yaxın qohumlarına hüqiqi varisi qismində tanınmaq istəklərinin olub-olmaması barədə yazılı bildiriş göndərilməsinə, həmçinin şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə CPM-nin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah verilməsinə baxmayaraq, qanunda nəzərdə tutulmuş 20 gündən çox müddət keçdiyi halda hər hansı yaxın qohumu hüquqi varis kimi tanınmaq barədə məraciət etməmişdir. Eyni zamanda Müdafiəçi ölmüş şəxs Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsinə razılıq vermişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs öldüyündən onun barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs öldüyündən qətimkan tədbirinin tədbiqinə zərurət aradan qalxdığı üçün onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə 75 manat ekspertiza xərci Təqsirləndirilən şəxs öldüyündən tutulmamalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 39.1.5, 43.3-1,106-1.4, 175, 282.1-1 və 321-ci maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Təqsirləndirilən şəxs öldüyündən onun Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs öldüyündən iş üzrə 75 (yetmiş beş) manat ekspertiza xərci tutulmasın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən : Xamməd Nuriyev Hakimlər : Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar