Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-446/2025 14.11.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Məmmədov Neymət Hüsən oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1984-cü il tarixdə Beyləqan rayonu Birinci Şahsevən kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Beyləqan rayonu Birinci Şahsevən kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin (bundan sonra CM-nin) 234.4.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 02 ədəd bükümlərdə xeyli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 0,176 qram- ümumi çəkisi-0,204 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edərək əynindəki şalvarın sol ön cibində saxlamaqla daşımış, 21 aprel 2025-ci il tarixdə saat 17:15 radələrində Füzuli rayonu Fin qəsəbəsi ərazisində yerləşən “Qazilər” yeməkxanasının yaxınlığında Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq, polis şöbəsinə gətirilmiş, üzərində şəxsi axtarış keçirilərkən şalvarının sol ön cibindən iki ədəd bükümlərdə 0,204 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs kimi dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərdi ki, Beyləqan rayonunda qeydiyyatda olsa da, Bakı şəhəri Yasamal rayonunda yaşamaqla avtoyuma məntəqəsində yüyücü işləyir. Şahid5 taksi sürücüsü olduğuna görə tanımışdır. O, Şahid5la birlikdə narkotik vasitədən istifadə etmişdir. Lakin heç bir vaxt narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış və Şahid5 narkotik vasitə və psixotrop maddə metamfetamin satmamışdır. 21 aprel 2025-ci il tarixdə saat 11 radələrində Bakı şəhərində olduğu zaman Şahid5 istifadəsində olan 070 *** ** ** saylı mobil nömrə ilə onun istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrəsinə «Whatsapp» proqramı ilə zəng edərək onu birlikdə narkotik qəbul etmək üçün Füzuli rayonu Fin qəsəbəsinə dəvət etmişdir. Şahruz birlikdə istifadə etmələri üçün «patı», yəni metamfetamin gətirəcəyini demişdir. O, Şahid5 təklifini qəbul edərək Fin qəsəbəsinə yola düşmüş, qəsəbədə Şahruzla “Qazilər” kafesinin yanında görüşmüşlər. Şahruz orada ona iki bükümdə «patı» verərək özündə saxlamasını, maşını götürüb gələcəyini və birlikdə kafeyə gedərək otaqlardan birində çəkmələrini demişdir. O, həmin bükümləri cibinə qoyub bir neçə metr aralaşmış və gözləmişdir. Saat 12 radələrində polislər gəlib onu tutmuş və polis şöbəsinə aparmışlar. Üzərində şəxsi axtarış aparılarkən Şahruzun verdiyi 0,204 qram patı aşkar olunmuşdur. Üzərində aşkar olunan patı (metamfetamin) Şahruza məxsusdur. Sadəcə olaraq saxlamaq üçün ona vermişdir. Həmin metamfetamini Şahruza satmaq üçün gətirməmişdir, məqsədləri görüşüb bir yerdə metamfetamindən istifadə etmək olmuşdur. Şahid5 ondan metamfetamin almaq üçün 20 aprel 2025-ci il tarixdə və ya başqa vaxtda ona 20 manat məbləğində pul verməmiş, eləcə də onun istifadəsində olan **********146801 nömrəli plastik bank kartına 20 manat pul köçürməmişdir. Şahid5 ondan metamfetamin alması üçün 20 aprel 2025-ci il tarixdə onun plastik bank kartına 20 manat pul köçürməsi barədə ifadəsi yalandır. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində həmçinin göstərdi ki, ona 13 aprel 2025-ci il tarixdə Şahid5 0,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamin satması barədə verilmiş ittiham əsassızdır. Belə ki, Şahid5 13 aprel 2025-ci il tarixdə ondan metamfetamin almaq üçün müraciət etməmişdir. 13 aprel 2025-ci il tarixdə o, Bakı şəhərində olmuşdur. Şahid5 13 aprel 2025-ci il tarixdə və ya başqa günlərdə metamfetamin almaq üçün ona 20 manat pul verməmiş, eləcə də bu məqsədlə onun istifadəsində olan **********146801 nömrəli plastik bank kartına 20 manat pul köçürməmişdir. Şahid5 13 aprel 2025-ci il tarixdə metamfetamin almaq üçün onun adına olan plastik bank kartına 20 manat pul köçürməsi barədə ifadəsi yalandır. Həmin gün Hacıqabul-Mincivan avtomobil yolunun Beyləqan rayonu Daşburun qəsəbəsindən keçən ərazisində yolun kəınarında Şahruza satmaq üçün metamfetamin qoymamışdır. 13 aprel 2025-ci il tarixdə Şahid5 üzərində aşkar olunmuş 0,385 qram metamfetaminin ona heç bir aidiyyəti yoxdur. Məhkəmə istintaqında şahid kimi dindirilən https://cms.justice.loc/Cases/Default.aspx?caseId=2802906Şahid5 göstərdi ki, özünə məxsus “Lada Granta” markalı, ** YG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti göstərir. Beyləqan rayonu Şahsevən kəndindən olan Təqsirləndirilən şəxs onun sürdüyü taksidən sərnişin kimi istifadə etmiş, bununla əlaqədar olaraq bir il olar ki, Təqsirləndirilən şəxsla tanış olmuş və aralarında münasibət yaranmışdır. Zamir Bakı şəhərində Yasamal rayonunda avtoyumada işləmişdir. Zamir onda «patı», yəni metamfetamin olmasını və istədiyi vaxt ona verə biləcəyini bildirmişdir. O, təxminən dörd aydır ki, psixotrop maddə olan, «patı» adı ilə tanıdığı metamfetamindən istifadə etmişdir. Bir neçə dəfə Zamirdən metamfetamin alaraq istifadə etmişdir. O, 13 aprel 2025-ci il tarixdə səhər saatlarında Zamirlə özünə məxsus olan 051 *** ** ** saylı mobil nömrənin “Whatsapp” proqramı ilə danışaraq metamfetamin almaq istədiyini demişdir. Həmin vaxt Zamir özü Bakı şəhərində olmuşdur. Zamir ona metamfetamin satmağa razılıq vermişdir. O, metamfetamini almaq üçün 13 aprel 2024-cü il tarixdə səhər saat 09 radələrində Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdə quraşdırılmış «MilliÖN» terminalı vasitəsi ilə Zamirin «Birbank» plastik kartına 20 manat pul köçürmüşdür. Zamir ona «Whatsapp» proqramı ilə, metamfetaminin Daşburundan Füzuli istiqamətində gedəndə 1ci «50km/ saat» yol nişanının dibinə qoyulacağını, oradan götürə biləcəyini demişdir. O, həmin gün öz idarə etdiyi avtomaşınla Bakı şəhərinə sərnişin aparmış, saat 17 radələrində Bakı şəhərindən qayıtmış, Daşburundan Füzuli istiqamətində gedərkən 1-ci «50 km/saat» yol nişanının yanında avtomaşını saxlamış və yol nişanının dibinə siqaret qutusunda qoyulmuş metamfetamini götürmüşdür. Həmin vaxt Zamir özü Bakı şəhərində olmuşdur. Metamfetamini yol nişanının dibinə kimin qoymasını bilməmişdir. Ancaq metamfetamini Zamirdən almışdır. O, metamfetamini götürdükdən sonra yoluna davam etmişdir. Sonra isə Füzuli rayonu Balabəhmənli kəndi ərazisində yerləşən «Dördyol» çay evinə getmişdir. Həmin gün saat 23 radələrində orada polis işçiləri tərəfindən saxlanılmış və Füzuli rayon polis şöbəsinə aparılmışdır. Üzərində şəxsi axtarış aparılarkən Zamirdən aldığı 0,385 qram metamfetamin aşkar olunmuşdur. Bundan sonra 20 aprel 2025-ci il tarixdə Zamirlə yenə danışaraq ondan metamfetamin almaq istədiyini bildirmişdir. Zamir 20 manat pul qarşılığında ona metamfetamin verə biləcəyini bildirmişdir. O, 20 aprel 2025-ci il tarixdə də yenə Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdə qoyulmuş «MilliÖN» ödəniş terminalı vasitəsi ilə Zamirin kartına 20 manat pul köçürmüşdür. Onunla 21 aprel 2025-ci il tarixdə Füzuli rayonu Fin qəsəbəsi ərazisində görüşmək barədə razılaşmışlar. Həmin gün saat 17 radələrində Zamirin Fin qəsəbəsində polis işçiləri tərəfindən tutulmasını eşitmişdir. Həmin gün Zamir üzərində aşkar olunan psixotrop maddə metamfetamini ona satmaq üçün gətirmişdir. Çünki həmin psixotrop maddənin pulunu Zamirə məxsus bank kartına ödəmişdir. Təqsirləndirilən şəxs dəfələrlə psixotrop maddə almışdır. Bununla bağlı özünə məxsus mobil telefonda olan yazışmaları istintaqda təqdim etmişdir. Şahid5 ibtidai istintaqda şübhəli və təqsirləndirilən şəxs kimi verdiyi ifadələrində isə xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb «patı» almaq istədiyini bildirməsini, Təqsirləndirilən şəxs 20 manat pulu Beyləqan rayonu «Daşburun» stansiyasında yerləşən «Oscar» yanacaqdoldurma məntəqəsində olan operatorlara verməsini, «patı»nı isə Füzuli rayonunun çıxışı ilə Daşburun stansiyasında olan Hacıqabul-Mincivan avtomobil yolunun kənarına qoyacağını və fotoşəklini çəkib ona atacağını demişdir. O, «Ocaq» yanacaqdoldurma məntəqəsinə gedib pulu orada olan tanımadığı operatora verib saxlamasını, gəlib götürəcəklərini demiş, sonra isə Füzuli rayonu Mahmudlu-2 kəndində yerləşən yaşadığı evə getmişdir. Saat 18 radələrində Zamir ona zəng edib «Whatsapp» sosial şəbəkəsində narkotiki qoyduğu yerin fotoşəklini atdığını bildirmişdir. Həmin yerə gedərək «patı»nı götürmüş, gödəkçəsinin cibinə qoymuş rayona qayıtmış, həmin gün saat 24 radələrində Füzuli rayonu Balabəhmənli kəndində yerləşən «Dörd yol» adlanan çay evinə getmişdir. Təxminən 30-40 dəqiqə sonra polis işçiləri tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid1 göstərdi ki, Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 13 aprel 2025-ci il tarixdə əməliyyat müvəkkili Şahid3 və Şahid2 ilə birlikdə Füzuli rayonu Bala Bəhmənli kəndində yerləşən «Dörd yol» adlanan kafedə olduqları zaman orada Şahid5 onları görəndə özünü şübhəli aparmağa başlamışdır. Ona görə də Şahid5 saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində üzərində şəxsi axtarış aparılarkən metamfetamin aşkar olunmuşdur. O, metamfetamini Təqsirləndirilən şəxs aldığını bildirmişdir. Bundan bir neçə gün sonra 21 aprel 2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu Fin qəsəbəsi ərazisində “Qazilər” adlı yeməkxananın yaxınlığında Füzuli Rayon Polis Şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid3 və əməliyyat rabitə qrupunun kiçik inspektoru Şahid4 ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin özünü şübhəli aparmasını görərək onu saxlamış və özlərini təqdim etmişlər. Həmin şəxsin Beyləqan rayon sakini Təqsirləndirilən şəxs olması müəyyən edildmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı dövriyyəsi qadağan olunmuş əşya, eləcə də narkotik vasitə olub olmamasını soruşduqda Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərində vəkilin iştirakı ilə şəxsi axtarış aparılarkən onun əynindəki şalvarın sol ön cibindən bir ədəd qatlanmış ağ rəngli kağız, həmçinin şəffaf rəngli sellofan və ağ rəngli kağız bükülü aşkar olunmuşdur. Həmin vaxt qeyd olunan bükümlərə baxış zamanı həmin bükümlərin içindən psixotrop maddə metamfetaminəbənzər kütlələr aşkar olunmuşdur. Zamir üzərində aşkar olunan metamfetaminin özünə məxsus olmasını etiraf etmişdir. Həmin kütlələr qablaşdırılaraq götürülmüş və bu barədə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid2 göstərdi ki, Füzuli Rayon Polis şöbəsinin Cinayət axtarış bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 13 aprel 2025-ci il tarixdə saat 23 radələrində Füzuli rayonu Bala Bəhmənli kəndində yerləşən «Dörd yol» adlanan kafedə olduqları zaman orada Şahid5 özünü şübhəli aparmasını müşahidə edərək onu saxlamış və polis şöbəsin aparmışlar. Üzərində şəxsi axtarış aparılarkən metamfetamin aşkar olunmuşdur. O, metamfetamini həmin gün Beyləqan rayonu Birinci Şahsevən kənd sakini Zamir adlı şəxsdən 20 manat pul müqabilində almasını bildirmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid4 göstərdi ki, Füzuli Rayon Polis Şöbəsində əməliyyat rabitə qrupunun inspektoru vəzifəsində işləyir. 21 aprel 2025-ci il tarixdə saat 17 radələrində Füzuli rayonu Fin qəsəbəsi ərazisində “Qazilər” adlı yeməkxananın yaxınlığında rayon polis şöbəsinin Cinayət axtarışı bölməsinin baş əməliyyat müvəkkili Şahid3 və Şahid1la birlikdə xidmətdə olarkən Təqsirləndirilən şəxs özünü şübhəli aparmasını görərək onu saxlamışlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və başqa qanunsuz əşya olmasını soruşduqda üzərində narkotik vasitə olmasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Polis şöbəsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, onun üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sol ön cibindən bir ədəd qatlanmış ağ rəngli kağız, həmçinin şəffaf rəngli sellofan və ağ rəngli kağız bükülü aşkar olunmuşdur. Bükümlərə baxış zamanı bükümlərin içindən psixotrop maddə metamfetaminəbənzər kütlələr aşkar olunmuşdur. Kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şahid5 13 aprel 2025-cü il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində yerşələn «Real» marketdə quraşdırılmış «MilliÖN» ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs plastik bank kartına 20 manat pul köçürməklə ondan psixotrop maddə metamfetamin alması, 20 aprel 2025-ci il tarixdə yenə metamfetamin almaq üçün həmin teriminaldan Təqsirləndirilən şəxs plastik bank kartına 20 manat pul köçürməsi, 21 aprel 2025-ci il tarixdə Füzuli rayonu Fin qəsəbəsində saxlanılarkən Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş metamfetamini ona satmaq üçün gətirməsi barədə ifadəsinin həqiqiliyinin yoxlanılması məqsədi ilə 13 aprel 2025-ci il tarixdə və 20 aprel 2025-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Rael» marketdə quraşdırılmış «MilliÖN» ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan plastik bank kartına 20 manat məbləğində pul köçürülüb-köçürülməməsinin araşdırılması məqsədi ilə məhkəmə tərəfindən 29 sentyabr 2025-ci il tarixli bank məlumatlarının əldə edilməsinə dair qərar qəbul edilməklə "xxxx" MMC-yə göndərilmişdir. "xxxx" MMC-nin 08 oktyabr 2025-ci il tarixli məktubunda göstərilmişdir ki, Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdə "xxxx" MMC-yə məxsus «MilliÖN» ödəniş terminalı qaraşdırılmamışdır. Qeyd olunan marketdə "xxxx" MMC-yə məxsus ödəniş terminalının quraşdırılması nəzərə alınaraq həmin terminal vasitəsi ilə 13 aprel 2025 və 20 aprel 2025-ci il tarixlərdə və ya həmin tarixlərə yaxın günlərdə Təqsirləndirilən şəxs adına olan platstik bank kartına 20 manat məbləğində pul köçürülüb-köçürülməməsinin araşdırılması məqsədi ilə məhkəmə qərarı əsasında "xxxx" MMC-dən daxil olmuş məlumatlardan görünür ki, xx.xx.2025-ci il tarixdən 20 aprel 2025-ci il tarixə saat 15:36-adək olan müddətdə Təqsirləndirilən şəxs adına olan **********146801 nömrəli plastik bank kartına bir dəfə, xx.xx.2025-ci ildə Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdən 15 manat pul köçürülmüşdür. Ümumiyyətlə həmin dövrdə həmin kart hesabına 20 manat pul köçürülməmişdir. Şahid5 tərəfindən narkotik almaq üçün 13 aprel və 20 aprel 2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs adına olan, "xxxx" ASC-də qeydiyyatda alınmış **********146801 nörəli plastik bank kartına eləcə də onun adına olan digər karta 01-30 aprel 2025-ci il tarixdə pul köçürmələrinə dair məlumatlar məhkəmə qərarı əsasında əldə edilməklə cinayət işinə əlavə olunmuşdur. Həmin məlumatlardan görünür ki, "xxxx" MMC-də Təqsirləndirilən şəxs adına ayrıayrı nömrələrlə beş ədəd plastik kartlar qeydiyyata alınmışdır. Həmin kartlardan dörd ədədi ilə göstərilən dövrdə əməliyyat aparılmamışdır. Yalnız **********146801 nömrəli plastik kartla əməliyyat aparılmışdır. Həmin karta xx.xx.2025-ci ildə Bakı şəhəri ərazisində terminaldan 15 manat, xx.xx.2025-ci il tarixdə Bakı şəhəri ərazisindən Kapital Bank vasitəsi ilə ayrı-ayrı vaxtlarda 6 manat, 10 manat, 10 manat, 10 manat, 10 manat mbləğlərdə pul köçürülmüşdür. Füzuli rayonu ərazisində yerləşən hər hansı terminaldan, o cümlədən «Real» marketdə yerləşən terminaldan 20 manat və ya başqa məbləğdə pul köçürülməmişdir. Təqsirləndirilən şəxs məxsus həmin karta 19 aprel 2025-ci il tarixdə hər hansı məbləğdə pul köçürülməmişdir. 20 aprel 2025-ci il tarixdə saat 20:47-də Bakı şəhərindən Birbank vasitəsi ilə 6 manat, 15:36-da Karital Bank vasitəsi ilə isə 7 manat pul köçürülmüşdür. Beləliklə həmin karta xx.xx.2025-ci il tarixdə 20 manat pul köçürülməmişdir. Həmçinin Füzuli rayonu ərazisində olan hər hansı ödəniş terminalı vasitəsi ilə pul köçürülməmişdir. Bununla da Şahid5 metamfetamin almaq üçün Təqsirləndirilən şəxs adına olan plastik bank kartına Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdə quraşdırılmış ödəniş terminalı vasitəsi ilə 13 aprel və 20 aprel 2025-ci il tarixlərdə 20 manat məbləğində pul köçürməsi barədə ifadəsi təsdiq olunmamışdır. Bundan başqa "xxxx" MMC-dən daxil olan məlumatlardan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan 70-863-56-16 telefon nömrəsinin anten dairəsi 13 aprel 2025-ci il tarixdə Bakı şəhəri və Abşeron rayonu Masazır kəndi ərazisində olmuşdur. Yəni Beyləqan rayonu ərazisində olmamışdır. Təqsirləndirilən şəxs məxsus mobil telefonda və məlumatların köçürüldüyü diskdə olan məlumatlardan görünür ki, xx.xx.2024-cü il tarixdən 19 aprel 2025-ci il tarixədək olan müddətdə Təqsirləndirilən şəxsla Şahid5 aralarında çoxsaylı mesajların olmasına baxmayaraq onların aralarında 13 aprel 2025-ci il və 20 aprel 2025-ci il tarixlərdə psixotrop maddə metamfetaminin alqı-satqısı ilə bağlı hər hansı mesajlaşma olmamışdır. X2 üzərində şəxsi axtarış aparılması barədə xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, onun cibindən bir ədəd bükümdə psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunmuşdur. Şahid5 xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlayıb «patı» almaq istədiyini bildirməsini, Təqsirləndirilən şəxs tapşırığı ilə 20 manat pulu Beyləqan rayonu «Daşburun» stansiyasında yerləşən «Oscar» yanacaqdoldurma məntəqəsində olan tanımadığı operatorlara verməsini, «patı»nı isə Füzuli rayonunun çıxışı ilə Daşburun stansiyasında olan Hacıqabul-Mincivan avtomobil yolunun kənarına qoyacağını və fotoşəklini çəkib ona atacağını demişdir. O, «Oscar» yanacaqdoldurma məntəqəsinə gedib 20 manat pulu orada tanımadığı operatora verib saxlamasını, gəlib götürəcəklərini demiş, sonra isə Füzuli rayonu Mahmudlu-2 kəndində yerləşən yaşadığı evə getmişdir. Saat 18 radələrində Zamir ona zəng edib «Whatsapp» sosial şəbəkəsində narkotiki qoyduğu yerin fotoşəklini atdığını bildirmişdir. Həmin yerə gedərək «patı»nı götürmüş, gödəkçəsinin cibinə qoymuş rayona qayıtmış, həmin gün saat 24 radələrində Füzuli rayonu Balabəhmənli kəndində yerləşən «Dörd yol» adlanan çay evinə getmişdir. Təxminən 30-40 dəqiqə sonra polis işçiləri tərəfindən saxlanılmışdır. 14 aprel 2025-ci il tarixli, 18/300 nömrəli ekspert rəyindən görünür ki, Şahid5 üzərindən götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,385 qram olan maddə psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs üzərində şəxsi yoxlama aparılması barədə 21 aprel 2025-ci il tarixli protokoldan və aparılmış videoçəkilişdən görünür ki, onun şalvar cibindən iki ədəd xırda kağız bükümlərdə psixotrop maddə metamfetaminəbənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərində aşkar olunan metamfetaminin Şahruza məxsus olduğunu, səhər saatlarında onunla Füzuli rayonu Fin qəsəbəsi ərazisində yerləşən «Qazilər» kafesinin yaxınlığında görüşdüyünü, Şahruzun ona həmin maddələri verib bir az sonra gələcəyini, birlikdə istifadə edəcəklərini deməsinini bildirmişdir. Materialların məhkəmə ekspertizasının 22 aprel 2025-ci il tarixli, 18/330 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən 02 ədəd bükümlərdə aşkar olunmuş ümumi çəkisi 0,204 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Şahid5 məxsus «Redmi» markalı telefona 23 aprel 2025-ci il tarixdə baxış keçirilərkən telefonun «Whatsapp» mobil tədbiqində olan səsli və yazılı mesajlar diskə köçürülərək protokola əlavə olunmuşdur. Həmin disk nümayiş etdirilərkən müəyyən edilir ki, telefonda Təqsirləndirilən şəxs adı «Zamir bəy», telefon nömrəsi 070-73410-11 kimi qeyd edilmişdir. Təqsirləndirilən şəxs Şahid5 tərəfindən «Ayə xiyar cavab ver də», «Kişiliy deyilən bir şey var» «Bna nə ad qoyum» yazılı mesajlar göndərilmişdir. «Dedim axı çıxa bilmirəm adam kişi olar», «Ə bun ə hərəkətdir edirsən mənə qarşı adam kişi olar iyirmi manatın çatısı düşüb boğazına», «gəlirsənsə mənə düzünü de dedim axı çıxa bilmirəm hardasan», «ə gulya mən Füzulidə idim düşmüşəm aşağı dörd yolun kuruqundayam gəlmiyəssən bərilərə?» «Ə iyrimiliyi hazırlım fitilliyim ora», «Qaraca yox Əhmədbəyliyə gələ bilərəm», «Onda iyrimiliyi hazırla sən», «Dəqiq gələssənsə mən hazırlayım iyrimiliyi», «Gedirəm evə çörək yeyim gəlim, dəqiq gələssənsə de işimi bilim» məzmunlu mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs isə Şahid5 «mənə deyirsən gəl özün də gedirsən çörək yeməyə, sizdə qonağı belə qarşılayırlarmı, sən Füzulilisən» məzmunlu səsli mesajlar göndərilmişdir. Təqsirləndirilən şəxs məxsus «Samsunq» markalı telefona baxış keçirilməsi barədə 24 aprel 2025-ci il tarixli protokoldan görünür ki, telefonda Şahid5la narkotiklə bağlı hər hansı yazışmaların aparılması müəyyən edilməmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 3088 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunur, məcburi müalicəyə ehtiyacı vardır, ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyatına alınması məsləhət görülür. «Beyləqan Rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada ruhi-əsəb və sair xəstəliklə qeydiyyatda olmamışdır. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində 2006cı ildə doğulmuş uşağı vardır. Beyləqan rayonu Birinci Şahsevən kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət səciyyələnir. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə olunmuş sənədlərin surətindən görünür ki, Şahid5 üzərində 14 aprel 2025-ci il tarixdə 0,385 qram çəkidə psixotrop maddə metamfetamin aşkar olunması ilə bağlı Füzuli Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısının 14 aprel 2025ci il tarixli qərarı ilə Şahid5 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq 0,204 qram, yəni xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlaması, 21 aprel 2025-ci il tarixdə Füzuli rayonu Fin qəsəbəsində üzərində daşıması və həmin gün saat 17:15 radələrində Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən həmin miqdarda metamfetaminin üzərində aşkar olunması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifaəyət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətinldən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs 21 aprel 2025-ci il tarixdə Füzuli rayonu Fin qəsəbəsi ərazisində polis işçiləri tərəfindən saxlanılarkən üzərində aşkar olunmuş 0,204 qram çəkidə psixotrop maddə metamfetamini Şahid5 satmağa görə ittiham verilsə də, onun həmin metamfetamini Şahid5 satmaq məqsədinin olması heç bir sübutla təsdiq edilməmişdir. Belə ki, Təqsirləndirilən şəxs göstərmişdir ki, 21 aprel 2025-ci il tarixdə Bakı şəhərindən Füzuli rayonu Fin qəsəbəsinə gəlməkdə məqsədi Şahid5 20 manat pul müqabilində 0,204 qram çəkidə metamfetamin satmaq olmamışdır. Onlar birlikdə metamfetamin istifadə etməklə istirahət etmək barədə razılaşmışlar və bu məqsədlə də Fin qəsəbəsinə gəlmişdir. Şahid5 ondan metamfetamin almaq niyyətində olmamış və onun plastik bank kartına 20 aprel 2025-ci il tarixdə 20 manat pul köçürməmişdir. Şahid5 guya metamfetamin almaq üçün onun plastik bank kartına 20 manat pul köçürməsinə dair yalan ifadə vermişdir. Şahid5 metamfetamin almaq üçün 20 aprel 2025-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdə quraşdırılmış «MilliÖN» ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs adına olan plastik bank kartına 20 manat məbləğində pul köçürməsi barədə ifadə versə də, məhkəmə baxışı zamanı əldə edilməklə cinayət işinə əlavə olunmuş bank əməliyyatları barədə məlumatlardan görünür ki, 20 aprel 2025-ci il tarixdə və ya əvvəlki günlərdə Füzuli rayonu Əhməbdəyli kəndində yerləşən «Real» marketdə quraşdırılmış «MilliÖN» və "xxxx" ödəniş terminalları vasitəsi ilə ümumiyyətlə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına hər hansı məbləğdə pul köçürülməmişdir. Bundan başqa bank məlumatlarından görünür ki, 20 aprel 2025-ci il tarixdə və ya ondan əvvəlki günlərdə Təqsirləndirilən şəxs məxsus plastik bank kartına hər hansı mənbədən 20 manat məbləğdə pul köçürülməmişdir. Eyni zamanda Şahid5 məxsus mobil telefonun «Whatsapp» proqramında Təqsirləndirilən şəxs məxsus telefon nömrəsinə 21 aprel 2025-ci il tarixdə Füzuli rayonu Fin qəsəbəsində görüşməli olmalarına dair səsli və yazılı mesajlar göndərilsə də, Şahid5 iki mesajda 20 manat puldan bəhs etsə də, konkret olaraq 20 manat pula metamfetamin almaq məqsədinin olması mesajların məzmunu ilə təsdiq edilmir. Bundan əlavə, Təqsirləndirilən şəxs Şahid5 metamfetamin sataraq 20 manat pul əldə etmək üçün Bakı şəhərindən Füzuli rayonu Fin qəsəbəsinə gəlməsi inandırıcı və ağılabatan deyildir. Belə ki, Bakı şəhərindən Füzili rayonuna gəlmək və yenidən Bakı şəhərinə qayıtmaq üçün 20 manatdan daha çox yolpulu xərcləmək lazımdır. Bundan başqa istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda, 0,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək saxlamağa, daşımağa, 13 aprel 2025-ci il tarixdə saat 18 radələrində 20 manat pul müqabilində Şahid5 satmaq üçün Hacıqabul-Mincivan avtomobil yolunun Beyləqan rayonu Daşburun qəsəbəsinin ərazisindən keçən hissəsində yolun kənarına qoymağa, Şahid5 həmin metamfetamini yolun kənarından götürməsinə, 13 aprel 2025-ci il tarixdə saat 23:15 dəqiqədə Şahid5 Füzuli rayonu Bala Bəhmənli kəndi ərazisində yerləşən “4 yol” çay evində olan zaman polis işçiləri tərəfindən saxlanılmaqla 14 aprel 2025-ci il tarixdə saat 01:26 dəqiqədə onun üzərində şəxsi axtarış aparılarkən üzərindən Təqsirləndirilən şəxs 20 manat pul müqabilində aldığı 0,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilməsinə görə ittiham verilsə də, Şahid5 üzərində aşkar olunmuş 0,385 qram çəkidə psixotrop maddə metamfetaminin ona Təqsirləndirilən şəxs tərəfindən satılması sübuta yetirilməmişdir. Belə ki, eyni ilə Şahid5 13 aprel 2025-ci il tarixdə metamfetamin almaq üçün Füzuli rayonu Əhmədbəyli kəndində yerləşən «Real» marketdə quraşdırılmış terminal vasitəsi ilə Təqsirləndirilən şəxs plastik bank kartına 20 manat pul köçürməsini göstərsə də, Təqsirləndirilən şəxs bu halların olmadığını, Şahid5 ondan metamfetamin istəmədiyini, 13 aprel 2025-ci il tarixdə onun plastik bank kartına heç bir məbləğdə pul köçürmədiyini göstərmişdir. Yuxarıda qeyd edildiyi kimi, bank əməliyyatları barədə məlumatlardan görünür ki, 13 aprel 2025-ci il tarixdə və ya əvvəlki günlərdə Füzuli rayonu Əhməbdəyli kəndində yerləşən «Real» marketdə quraşdırılmış ödəniş terminallarından Təqsirləndirilən şəxs adına olan plastik bank kartına hər hansı məbləğdə pul köçürülməmişdir. Eləcə də Təqsirləndirilən şəxs adına olan plastik bank kartına 13 aprel 2025-ci il tarixdə və ya ondan əvvəlki günlərdə hər hansı mənbədən 20 manat məbləğində pul köçürülməmişdir. Şahid5 Təqsirləndirilən şəxs metamfetamin alması ilə bağlı ziddiyyətli ifadələr vermiş, belə ki, ibtidai istintaqda verdiyi ifadəsində isə Təqsirləndirilən şəxs metamfetamin almaq üçün xx.xx.2025-ci il tarixdə saat 14 radələrində 20 manat pulu Beyləqan rayonu «Daşburun» stansiyasında yerləşən «Oscar» yanacaqdoldurma məntəqəsində tanımadığı operatorlara verməsini göstərmişdir. Məhkəmə istintaqında isə həmin ifadəsini inkar etmişdir. Göründüyü kimi, Şahid5 14 aprel 2024-cü il tarixdə üzərində aşkar edilmiş 0,385 qram çəkidə psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs 20 manat pul müqabilində almasına dair ifadəsi heç bir sübutla təsdiqini tamır. Əksinə işin faktiki halları ilə təkzib edilir. Odur ki, məhkəmə hesab edir ki, ibtidai istintaqda Təqsirləndirilən şəxs qanunsuz olaraq 01 ədəd bükümdə xeyli miqdarda, 0,385 qram kustar üsulla hazırlanmış psixotrop maddə hesab edilən metamfetamini əldə edərək saxlamağa, daşımağa, 13 aprel 2025-ci il tarixdə saat 18 radələrində 20 manat pul müqabilində Şahid5 satmaq üçün Hacıqabul- Mincivan avtomobil yolunun Beyləqan rayonu Daşburun qəsəbəsinin ərazisindən keçən hissəsində yolun kənarına qoymağa, Şahid5 həmin metamfetamini yolun kənarından götürməsinə görə verilmiş ittiham təsdiq olunmadığından çıxarılmalıdır. Bu halda Təqsirləndirilən şəxs əməli 21 aprel 2025-ci il tarixdə saat 17:15-də Füzuli rayonu Fin qəsəbəsində saxlanılarkən üzərində aşkar olunmuş 0,204 qram psixotrop maddəyə görə CM-nin 234.1-ci maddəsinə tövsif olunmalı və həmin maddə ilə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji tibb müəssisəsində profilaktik qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmaqla Füzuli Rayon Polis Şöbəsində saxlanılan, 13 aprel 2025-ci il tarixdə Şahid5 üzərində aşkar olunmuş, ekspertiza tədqiqatından sonra qalmış 0,335 qram metamfetmlə bağlı Şahid5 barəsində Füzuli Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə qərar qəbul edilməli olması nəzərə alınmalıdır. 21 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalmış 0,184 qram metamfetamin məhv edilməlidir. İş üzrə 31 manat 95 qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs ittihamı ilə bağlı olduğundan ondan alınaraq Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 21 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunsun və ərazi narkoloji tibb müəssisəsində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmaqla Füzuli Rayon Polis Şöbəsində saxlanılan 0,184 qram metamfetamin məhv edilsin. 0,335 qram metamfetaminlə bağlı Şahid5 barəsində Füzuli Rayon Polis Şöbəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış cinayət işi üzrə qərar qəbul edilməli olması nəzərə alınsın. İş üzrə 63 manat 90 qəpik ekspertiza xərcinin 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik məbləğdə olan hissəsi Təqsirləndirilən şəxs alınmaqla Azərbaycan Respublikası Dövlət Xəzinədarlığı Agentliyinə (Büdcə təsnifat kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci) (kodu 210005, vöen **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Neymət Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-446/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-446/2025
14.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver