Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-448/2025 23.09.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədli Ənnağı Əbdül oğlu (sədrlik edən), Nəbiyev Cavanşir Şirvan oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, katib X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1961-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 30 may 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Masallı Rayon Məhkəməsinin 4(050)-35/2025 nömrəli, 01 iyun 2025-ci il tarixli qərarı ilə barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X2 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 23 sentyabr 2025-ci il tarixdə, saat 15:55-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, 1 nömrəli məhkəmə iclas zalında, “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, istintaqa və məhkəməyə dəqiq məlum olmayan vaxtda və mənbədən əldə etdiyi çətənə toxumlarını qanunsuz olaraq 2025-ci ilin may ayının əvvəllərində ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətindəki torpaq sahəsində əkmiş, göstərilən toxumlardan bitən tərkibində narkotik maddələr olan ümumilikdə 23 ədəd, yəni külli miqdarda çətənə bitkilərinə qulluq etməklə onları yetişdirib həmin bitkiləri kultivasiya etmiş, 30 may 2025-ci il tarixdə saat 13:53-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə bitkilərinin əkib-becərilməsi və kultivasiyası, narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi, saxlanılması, daşınması və istifadəsi ilə məşğul olmaqda şübhəli olduğundan ünvan 1 ünvanında saxlanılıb fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman oradan əkilib-becərilməsi qanunla qadağan edilmiş 23 ədəd, ümumi təmiz çəkisi - 215 qram təşkil edən külli miqdarda narkotik təbiətli yaş vəziyyətdə çətənə (kannabis) bitkiləri aşkar edilərək qablaşdırılaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yaşadığı evin həyətindən aşkar olunan çətənə bitkilərini öz istifadəsi üçün əkmişdir. Marixuana istifadə edəndir. Verilən suallara cavab olaraq bildirmişdir ki, 23 ədəd çətənə kolunun 3 ədədini yaşadığı evin həyətində olan yarım tikilinin içərisində, 20 ədədini isə həyətyanı sahənin daş hasarının kənarlarında olan ağacların arxasında əkmişdir. Ağacların arasında əkdiyi üçün onu başqa şəxslər görməmişdir. Həftədə bir dəfə su vermişdir. Pulu olanda arada nəşə alıb istifadə etmişdir. Daha sonra Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşının çox olmasını, yaxşı eşitmədiyini və yoldaşının xəstə olmasını nəzərə alaraq barəsində aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi iş materiallarında olan, biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin, CAB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində bildirmişdir ki, Masallı rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixdə Masallı şəhəri, Seybətin küçəsi, ev 24-də qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs tərkibində narkotik maddə olan bitkilərin əkib becərməsi və kultivasiyası ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunmasından ötrü təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə icazə verilməsi üçün raportla Masallı rayon PŞ-nin rəisinə məruzə edilmişdir. Tədbirin icrası Şahid1 həvalə olunmuş və həmin günü onun tərəfindən qərar qəbul edilmişdir. Daha sonra həmin qərarın icrası ilə əlaqədar əməliyyat qrupu yaradılmış və İbrahim Qurabanov həmin qrupun rəhbəri, üzvləri isə o, Şahid3, Şahid4, X9 və aqronom Şahid5 təyin edilmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13 radələrində qurpun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Masallı şəhəri, Seybətin küçəsində yerləşən fərdi yaşayış evinə getmişlər. Həmin vaxt Ramal Şükürov bütün hərəkətləri videoaparat vasitəsilə çəkmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə daxil olaraq onu səsləmişlər, o, evdən həyətə çıxaraq onlara yaxınlaşmışdır. Qrup üzvləri xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin əkib becərilməsi və kultivasiyası ilə məşğul olmasında şübhəli olduğu bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs həyətyanı sahəsinə və fərdi yaşayış evinə baxış keçirəcəyi və baxışa etirazının olub-olmadığını soruşmuşlar, o, etirazının olmadığı bildirmişdir. Həyətyanı sahəyə onun iştirakı ilə baxış keçirilmiş, yaşayış evinə bitişik vəziyyətdə olan yardımçı tikilinin arasında 3 ədəd, həmin evin yerləşdiyi torpaq sahəsinin ətrafına çəkilmiş daş hasarın dibində bir sıra ilə əkilmiş 20 ədəd çətənə kolu aşkar edilmiş, həmin kollar götürülmüşdür. 23 ədəd çətənə bitkisinin ümumi çəkisinin 350 qram olduğu müəyyən edilmişdir. Bundan sonra həmin bitkilər kağız zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini yaşadığı evin həyətinə özü əkdiyini, bitkilərin toxumlarını təxminən bir ay bundan əvvəl torpağa basdırıb becərdiyini və qulluq göstərdiyini bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində protokolun yazılmasına şərait olmadığından, kultivasiya üsulu ilə yetişdirilən çətənə kolları Təqsirləndirilən şəxs ilə birlikdə Masallı RPŞ-nin inzibati binasına gətirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs məxsus olan yaşadığı evin həyətyanı sahəsindən aşkar edilərək götürülmüş kultivasiya üsulu ilə yetişdirdiyi 23 ədəd yaş vəziyyətdə olan çətənə kolları və ərazi yoxlanılan zaman çəkilmiş videogörüntünün əks olunduğu 01 ədəd video disk RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısına təqdim edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Masallı RPŞ-nin, İTB-nin sahə rəisi Şahid3 ifadəsində bildirmişdir ki, 30 may 2025-ci il tarixdə Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs çağırmışlar, o, da öz növbəsində evin həyətinə düşmüşdür. Şahid1 Təqsirləndirilən şəxs onun çətənə bitkilərini əkib becərilməsində şübhəli olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsi ilə bağlı onun ərizəsini almışlar. Daha sonra üstünə baxış keçirmişlər. Lakin onun üzrəində heç nə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilərkən 3 ədəd və divarın dibində isə 20 ədəd əkilmiş çətənə bitkiləri aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilən Masallı RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 və aqronom mütəxəssis Şahid5 məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ilə əsasən oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 31 may 2025-ci il tarixli qərardan görünür ki, 30 may 2025-ci il tarixdə, saat 13:53-də Masallı RPŞ-nin əməkdaşları tərəfindən keçrilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda tərkibində narkotik maddələr olan çətənə bitkiləri əkib-becərməkdə, həmin kollara aqrotexniki qaydada qulluq göstərməkdə və istifadə etməkdə şübhəli olduğundan Masallı şəhəri, Seybətin küçəsində yerləşən fərdi yaşayış evinin həyətinə baxış keçirilən zaman, yaşadığı evin həyətindəki torpaq sahəsindən əkilib-becərilməsi qanunla qadağan edilmiş, yaş vəziyyətdə, ümumi təmiz çəkisi 215 qram təşkil edən 23 ədəd külli miqdarda çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülməsi faktına görə Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır.(i.v.1) -“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan, Təqsirləndirilən şəxs tərəfindən tərtib edilmiş yazılı ərizə, onun Masallı şəhəri, Seybətin prospekti ev 24-də yerləşən yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə protokol və ona əlavə edilmiş videoçəklişdən iş üzrə Təqsirləndirilən şəxs barəsində keçirilmiş əməliyyat-axtarış tədbiri, yaşadığı evin həyətyanı sahəsinə baxışın əsası, mexanizmi və nəticələri, bu zaman müəyyən edilmiş halların iş üzrə məhkəmə istintaqında şahid qismində dindirilmiş şəxslərin ifadələrində göstərilmiş qaydada baş verdiyi müəyyən edilir.(i.v.4-9) -“Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” 30 may 2025-ci il tarixli protokoldan və protokola əlavə olunmuş baxış keçirilərkən aparılmış video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs Masallı şəhəri, Seybətin prospekti ev 24-də yerləşən yaşadığı evə bitişik yarımtikilidə və həyətyanı torpaq sahəsində əkilmiş, yaş vəziyyətdə 23 (iyirmi üç) ədəd, uzunluqları müxtəlif ölçüdə olan əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləri həyətyanı torpaq sahəsində yerdən çıxarılaraq götürülmüş, elektron tərəzidə çəkildikdə çəkisi 350 qram təşkil etmişdir.(i.v.11-13) -30 may 2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Masallı şəhəri, Seybətin küçəsi, ev 24-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə baxış keçirilən zaman, evinə bitişik yarımtikilidə və həyətyanı torpaq sahəsində əkilmiş, yaş vəziyyətdə 23 (iyirmi üç) ədəd olmaqla, uzunluqları 30 sm-dən 104 sm-ə qədər, çəkiləri isə 350 qram olan çətənə bitkiləri aşkar olunmuş, çətənə bitkiləri aqrotexniki qaydada qulluq olunmaqla becərilmişdir.(i.v.14) -“Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması haqqında” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 may 2025-ci il tarixdə, saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v.22 ) -Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin məhkəmə bioloji ekspertizasının 31 may 2025-ci il tarixli, 3-16-16/2-19/223 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsindən götürülmüş 23 ədəd çətənə koluna bənzər bitki...” sözlər və imzalar olan bir ədəd zərfdəki, ümumi sayı 23 (iyirmi üç) ədəd, ümumi təmiz çəkisi: -215,0 qram olan yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkiləridir. Aqranomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur.(i.v.37-39) -“Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur.(i.v.52) -Masallı Rayon Məhkəməsinin 4(050)-35/2025 nömrəli, 01 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 may 2025-ci il tarixdən hesablanmışdır.(i.v.67-70) -Azərbaycan Respubikası Səhiyyə Nazirliyinin Lənkəran Şəhər X1 X10 Yoxlamanın 02 iyun 2025-ci il tarixli, 308 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulundan yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür.(i.v.78) -“Azərbaycan Respubikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5” X14 “məhkəmə tibbi ekspertizası”nın 454 nömrəli, 02 iyun 2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir xəsarət aşkar olunmamışdır.(i.v.80-81) -“Maddi sübut kimi tanıma haqqında” 02 iyun 2024-cü il tarixli qərardan görünür ki, ekspert tədqiqatı nəticəsində qalıq qalmış 212,7 qram çəkidə ümumi sayı 23 ədəd çətənə (kannabis) bitkiləri, maddi sübut kimi tanınmış və saxlanılması üçün Masallı RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və şübhəli şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 03 ədəd DVD disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.83-84) -“Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X14 21 avqust 2025-ci il tarixli, 666 nömrəli tibbi arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada qeydiyyatda deyildir.(i.v.138) Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, “yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır”. Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə, yəni Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) cinayət əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən çətənə növlü bitkilər tərkibində narkotik maddələr olan bitki, qurudulmuş marixuana isə narkotik vasitə hesab edilir. Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan çətənə növlü bitkilərin külli miqdarının aşağı həddi 16 ədəddən (31 hissə) başlayır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs 23 ədəd olmaqla külli miqdar təşkil edən çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkmə və yetişdirməklə kultivasiya etməsi əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib əlamətlərini yaratmışdır. Beləliklə, məhkəmə tərkibi ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətməsi məhkəmə istintaqı və ibtidai istintaq zamanı özünün verdiyi etirafedici ifadələri ilə yanaşı, şahid ifadələri, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsi barədə 30 may 2025-ci il tarixli protokol, digər istintaq hərəkəti protokolları, mütəxəssis rəyi, məhkəmə-bioloji ekspertizasının rəyi və digər sənədlər, iş üzrə maddi sübut qismində tanınmış çətənə bitkilərinin qalıqları ilə tam sübut edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün zəruri tərkib əlamətləri var. Göstərilənlərə əsasən məhkəmə tərkibi belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən sonuncunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələblərinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Qanunvericiliyin bu anlayışı ilə müəyyən olunur ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Cəzanın təyin edilməsinin ümumi əsaslarını özündə əks etdirən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf etməsini, səmimi peşmançılıq çəkməsini (Cinayət Məcəlləsinin 59.2) onun cinayət məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və həmin maddənin sanksiyasının aşağı həddində ədalətli şəkildə cəzalandırılmalıdır. Həmçinin məhkəmə tərkibi Azərbaycan Respublikasında həyata keçirilən cəza siyasətini, o cümlədən cəza siyasətinin humanistləşdirilməsinə dair prinsip və tələblərini, eləcə də “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli sərəncamından irəli gələn tövsiyələri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin tələbləri daxilində ədalətli şəkildə cəzalandırılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs yuxarı həddə cəzanın təyin edilməsi onu daha ciddi məhrumiyyətlərə düçar edə bilər. Bu hal isə təqsirləndirilən şəxsin islah olunması məqsədinə xidmət edə bilməz. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -“DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 11 iyun 2025-ci il tarixli tələbnamədən və Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 1(089)-173/2017 nömrəli, 28 aprel 2017-ci il tarixli hökmünün surətindən” görünür ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 (iki) il müddətə azadlıqdan məhrum edilmiş, 15 oktyabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad olumuşdur.(i.v. 93-94, 127- 136) - Masallı Rayon İcra Hakimiyyəti başçısının Masallı şəhər İƏD üzrə nümayəndəliyinin 22 iyul 2025-ci il tarixli, 1272 nömrəli arayış və həmin tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs evlidir, ailə tərkibi arvadı və iki yetkinlik yaşına çatmış övladlarından ibarətdir. Yaşayış yeri üzrə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır.(i.v.114-115) Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, Cinayət Məcəlləsinin 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011ci il tarixli qərarları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi kimi təsbit edilmişdir. Hüquqi və demokratik dövlətə xas olan dəyərlərə əsaslanan Konstitusiya insan və vətəndaş hüquq və azadlıqlarını təsbit etməklə, onların qorunmasına və müdafiəsinə yönəlmiş təminatı da müəyyənləşdirmişdir. Cinayət qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına, beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına və prinsiplərinə əsaslanmaqla, cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini, həcmini, eləcə də digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir (Cinayət Məcəlləsinin 1.2 və 2.2-ci maddələri). Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir (Cinayət Məcəlləsinin 41.1 və 41.2-ci maddələri). Göstərilən normalardan aydın olur ki, cəza törədilmiş cinayətin hüquqi nəticəsi olmaqla cinayət qanunu ilə nəzərdə tutulan hallarda və hədlərdə təqsirkara qarşı yönəldilir və onun həmin cəzanın icrası ilə əlaqədar məhrumiyyətlərə məruz qalması cəzanın məqsədlərinə nail olmasına xidmət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi) məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı, Xirvisari Finlandiyaya qarşı, X8rşı və Hacianastassion Yunanıstana qarşı” işlər üzrə qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından asılı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin, tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. İnsan hüquq və X7 Avropa Konvensiyasının 6-cı maddəsinin tələb etdiyi ədalətli araşdırmanın məcburi tələbləri arasında cinayət təqibini həyata keçirən hakimiyyət orqanının bütün sübutlar barədə müdafiə tərəfinə məlumat vermək vəzifəsi mühüm yer tutur. Konvensiyanın 6-cı maddəsi ilə təminat verilən ədalətli məhkəmə baxışı prinsipi hüququn aliliyinə və insan hüquqlarına hörmətin həyata keçirilməsinə xidmət edir. Əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi məhkəmələr tərəfindən həyata keçirilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə, Cinayət-Prosessual Məcəlləsinin 158.2.1, 158.6 və 175.5-ci maddələrinə əsasən sonuncuya təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı onun ibtidai həbs müddəti cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla şübhəli şəxs qismində tutulduğu 30 may 2025-ci il tarixdən hesablanmalı və Masallı Rayon Məhkəməsinin 4(050)-35/2025 nömrəli, 01 iyun 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə tərkibi ambulator-narkoloji ekspertizasının 02 iyun 2025-ci il tarixli, 308 nömrəli rəyi nəzərə alaraq, Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsini tətbiq edilməklə hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, Ərazi Narkoloji kabinetində qeydiyyata alınmalıdır. Bundan başqa, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 60 (altmış) manat məbləğində ekspertiza xərci var və həmin məbləğ Cinayət-Prosessual Məcəlləsinin 197-ci maddəsinə əsasən məhkəmə məsrəfləri hesab olunur. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkəmə tərkibi hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Masallı RPŞ-də saxlanılan ekspert tədqiqatı nəticəsində qalıq çəkisi 212,7 qram təşkil edən ümumi sayı 23 (iyirmi üç) ədəd narkotik təbiətli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, əməliyyat-axtarış tədbiri, şübhəli şəxslərin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd, “əməliyyat-axtarış tədbirini keçirməyə müvəkkil edilmiş şəxs tərəfindən təqdim edilən əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd və şübhəli şəxsin dindirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd olmaqla ümumilikdə 03 ədəd DVD disk icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə tərkibi hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddərində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə tərkibi, hazırkı cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası CPM-in 51-1, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 30 may 2025-ci il tarixdən hesablansın. Masallı Rayon Məhkəməsinin 4(050)-35/2025 nömrəli, 01 iyun 2025-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi Narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat məbləğdə pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq Masallı Rayon Polis Şöbəsində saxlanılan, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 212,7 qram təşkil edən ümumi sayı 23 (iyirmi üç) ədəd narkotik təbiətli çətənə bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmiş 3 ədəd DVD disklər icraat materiallarının saxlanıldığı müddət ərzində cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmədə təqsirləndirilən şəxsə göstərilən hüquqi yardımla bağlı müdafiəçiyə ödənilməli məbləğlə əlaqədar ayrıca qərar qəbul edilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs münasibətdə isə hökmün surətinin ona verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-448/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-448/2025
23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver