Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-449/2024 16.12.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədova Esmira Qərib qızı (sədrlik edən və məruzəçi), Məmmədov Neymət Hüsən oğlu və Nəbiyev Cavanşir Şirvan oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X12, X43, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X16 və nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Lənkəran Rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyası Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, - xx xxxxx 1983-cü ildə Lənkəran rayonunun Separadi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı olan, fərdi sahibkarlıqla məşğul olmuş, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Separadi kəndində qeydiyyatda olmaqla, Zövlə kəndində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, videokonfrans əlaqə sistemi, habelə “AzFemida” proqram təminatında nəzərdə tutulmuş audio və videoyazı sistemindən istifadə edilməklə, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs işlətdiyi ərzaq mağazasında satılan qida məhsullarının keyfiyyəti ilə bağlı 2022-ci ilin dekabr ayında etdiyi şikayətlə əlaqədar münasibətləri pozulmuş Lənkəran rayonu, Separadi kənd sakini olan tanışı X15 Cəfərzadənin vasitəsi ilə yenidən müxtəlif dövlət qurumlarına eyni məzmunlu şikayətlər etdiyini bilib, dəfələrlə Zülfüqarla söhbət edərək, ondan işlətdiyi mağazanın fəaliyyətinin ona aidiyyəti olmadığı halda, əsassız şikayətləri ilə onu kənd sakinləri və qohumları arasında nüfuzdan saldığına görə bu hərəkətlərinə son qoymasını tələb etdikdə, Zülfüqarın ondan şikayətlərini yalnız aylıq pul və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin olunması müqabilində dayandıracağı ilə bağlı təklifinə müsbət cavab vermədiyi üçün bundan daha da aqressivləşən Zülfüqarın 2023-cü ilin dekabr ayının əvvəlindən təkrarən oğlu Nasirin adından müxtəlif dövlət qurumlarına etdiyi şikayətləri, habelə onun mağazasına gələrək ona qarşı yenidən nalayiq ifadələr işlətməklə təhqir edib, istəklərini tələb etməsini, özünə qarşı qərəzli hərəkətlərin davamı kimi qəbul edərək, bu barədə yenidən sonuncuya və 21 dekabr 2023-cü il tarixdə yaxın qohumlarına etdiyi xəbərdarlıqların nəticəsiz qaldığını görüb, Zülfüqarın ondan əsassız tələblər irəli sürməkdə israrlı olduğuna əmin olub, həmin hərəkətlərinə görə ondan qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlmişdir. Bu məqsədlə 21 dekabr 2023-cü il tarixdə, saat 16:40 radələrində özünə məxsus “Ford Transit” markalı avtomobillə Lənkəran-Masallı avtomobil yolunun Lənkəran rayonu, Separadi kəndindən keçən hissəsinə gedərək, kəndin girişində yerləşən “Separadi kənd idman kompleksi”nin yaxınlığında açıq sahədə gördüyü X44 yaxınlaşıb, əvvəlcədən özü ilə götürdüyü zavod üsulu ilə gümüşü rəngli metaldan hazırlanmış, ümumi uzunluğu 245 mm, tiyəsinin uzunluğu 123 mm, orta hissədən eni 27 mm olan, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən qatlanmayan mətbəx bıçağını çıxarıb sağ əlində tutduğu həmin bıçaqla Zülfüqarın qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq, ona yetirildiyi anda insan həyatı üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid qarının sol hissəsindən daxilinə keçən, mədə, nazik və yoğun bağırsaqları zədələyən, qarın boşluğunda (1500ml) qanaxma, xarici və daxili qanitirmə ilə nəticələnib ölümünə səbəb olan qarının bir ədəd kəsilmiş-deşilmiş kor yarasından ibarət xəsarət yetirməklə, onu qisas almaq niyyəti ilə qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, Lənkəran rayonunun Zövlə kəndində ailəsilə birlikdə yaşamışdır. Dörd övladından biri ailə qurmuş, digər üçü isə onun himayəsindədirlər. 2013-cü ildən Lənkəran rayonunun Şağlaser kəndində yerləşən qardaşı Şahid4 mülkiyyətində olan "xxxx" adlı mağazanı işlətmiş, işlədiyi müddətdə heç kimlə ədavəti və ya düşmənçiliyi olmamışdır. Pərvazla yəni, X44 arasında münaqişənin başlanması 2021-ci ilə təsadüf etmişdir. Zülfüqara Pərvaz deyirmişlər. Həmin ilin xatırlamadığı günü, gecə saat 12 radələrində mağazanı təmizlədiyi vaxt Zülfüqarın balaca qardaşı Elçin üç nəfərlə birlikdə mağazaya girmiş, hərəsi bir “Bizon” içkisi götürüb içmişlər. Elçinə həmin içkilərin pulunu verməsini demiş, o da “mən belə şeylərə pul vermirəm” deyərək cavab vermişdir. Ona pulu yoxdursa, onu başa düşə biləcəyini bildirmişdir. Bir qədər mübahisədən sonra Elçin içkilərin pulunu verib getmiş və gedərkən onun başına oyun açacağını demişdir. Gecə saat 12 radələrində qardaşı Zahir ona zəng edib, Elçini niyə yola vermədiyini soruşmuş, qardaşına cavab olaraq mağazanın təminat şöbəsi olmadığını, dediyini edə bilməyəcəyini demişdir. Üstündən bir-iki saat keçmiş, Elçinin qardaşı zəng vurub Elçini niyə yola vermədiyini soruşmuş, ona da heç kimi yola verə bilməyəcəyini demişdir. Bir müddət sonra isə Elçin ona zəng vurub, “Zahirə qurban olasan, səni bağışladım” demişdir. 2022-ci ildə Zülfüqar yanına gələrək ona, hörmət etməli olduğunu demiş, onun imkanı olmadığını düşünərək mütəmadi yardım etmiş, pul vermişdir. Bir gün axşam vaxtı qardaşı Zahirlə birlikdə Zülfüqargilin şüşə emalatxanasına getmişlər. Həmin vaxt Zülfüqar onlara qardaşı oğlu Valeh Məmmədzadəyə məxsus torpaq sahəsini onun adına keçirtməyini istəmiş, onları həmin torpağı ona verməyə məcbur edəcəyini bildirmişdir. Zülfüqarın oğlu X16 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləyir. Həmin şirkətlə Valehin arasında torpaq məsələsi ilə bağlı mübahisə olmuş, Zülfüqar da bundan istifadə edərək şirkətə məxsus torpaq sahələrinin yaxınlığında yerləşən Valehə məxsus torpaq sahəsini öz adına keçirtməyi tələb etmişdir. On ildir ki, Valehi görmür və danışdırmır. Buna görə də, Zülfüqara həmin istəyini yerinə yetirə bilməyəcəyini demiş, bundan iki-üç gün sonra Zülfüqar müxtəlif orqanlara yazıb ondan şikayət etməyə başlamışdır. Zülfüqara onunla işi olmamasını bildirmiş, ona pul və ərzaq verməyi kəsmiş, artıq “dedovşina qurtardı” demişdir. Zülfüqar isə bundan sonra onu bezdirəcəyini bildirmişdir. Özünə və uşaqlarına görə Zülfüqara həmişə köməklik etmişdir. Zülfüqardan onunla işi olmamasını istədikdə tərəfindən təhqir olunmuşdur. Zülfüqarın onu dəfələrlə təhqir etməyindən bezmişdir. Bir gün kənddəki evinə gedərkən yolda Zülfüqarı görmüş və yanına getmişdir. Zülfüqar içkili olmuşdur. Ona, “Pərvaz, səndən xahiş edirəm, mənimlə işin olmasın, sənə qurban olum” demiş, Zülfüqar isə onu təhqir etməyə başlamışdır. Bundan sonra artıq Zülfüqar barəsində nəsə tədbir görməyi qərarlaşdırmışdır. Zülfüqar onun həssas yerinə toxunmuş, o da ağlaya-ağlaya getmiş, əl-üzünü yuduqdan sonra qayıtmış və bir daha Zülfüqarı danışdırmamışdır. Dörd nəfərin yanında bu məsələnin axırının pis olacağını bildirmişdir. Onun kənddə heç kimə pisliyi dəyməmişdir. Zülfüqarla yaşadığı problem barədə başqaları ilə danışanda, bu işin onlara aidiyyəti olmadığını, onunla Zülfüqarın arasında olan məsələ olduğunu bildirmişlər. Zülfüqarın qudası Şahid6 zəng etmiş və ondan Zülfüqarın bu hərəkətlərinə son verməsini istəmiş, üstündən dördbeş dəqiqə keçdikdən sonra Zülfüqara qarşı cinayət törətmişdir. Cinayət işinin materiallarından oxumuşdur ki, Niyaməddin onun qardaşı Zahirə zəng etmiş, həmçinin onun səsini yazmışdır. Zülfüqargilin əlindən bezmiş, kənddə yaşaya bilməmişdir. Həqiqət budur. Onu bədbəxt etmişlər. Heç kim belə bir hadisənin olacağına inanmırmış. Artıq hadisə olmuşdur və indi hamı peşmandır. Halbuki, iki il onlara yalvarmışdır ki, kömək etsinlər. Başqa yolu olmamışdır. Zülfüqarı vuranda özündə olmamışdır. Zülfüqar yerdən daş götürmüşdür, götürməsəydi, onu vurmazmış. Təqsirləndirilən şəxs məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslə əvvəllər ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ildən Zülfüqara ərzaq və pul verərək hörmət etmişdir. Zülfüqar ondan Dövlət Vergi Xidmətinə, X9 və başqa dövlət orqanlarına əsassız şikayətlər etmişdir. Aidiyyəti qurumlar tərəfindən yoxlama aparılanda heç bir nöqsan çıxmamış, hər şey tər-təmiz olmuşdur. 21 dekabr 2023-cü il tarixdə Lənkəran şəhərində olarkən ona zəng gəlmiş və barəsində şikayət daxil olduğu bildirilmişdir. Həmin gün işlədiyi mağazanın qarşısına gələrək avtomobilini yolun kənarında saxlamış, əsəbləri gərgin olmuşdur, hətta əsəbdən öz-özünə danışırmış. Bu zaman işçisi Şahid1 onu görmüş və onunla gedəcəyini deyib, avtomobilə oturmuşdur. Səmədin avtomobildən düşməsini istəsə də, düşməmişdir. Hadisədən qabaq Zülfüqarın qardaşı Etibar və qudası Niyaməddinə zəng etmişdir. Hər iki şəxs onun kimin yanına getdiyini bilmişlər. Lənkəran rayonunun Separadi kəndinə gedərkən yolda Zülfüqarı görən kimi avtomobili saxlayıb düşmüşdür. Zülfüqar avtomobildən 20-30 metr aralıda olmuşdur və telefonla kiminləsə danışırmış. Zülfüqar onun gəldiyini görəndə daş götürmək üçün yerə əyilmiş, ona çatanda bir dəqiqə keçmədən onu vurmuşdur. Zülfüqarı öldürmək istəməmiş, məqsədi qorxutmaq olmuşdur. Zülfüqara çox sayda bıçaq zərbəsi vura bilərmiş, lakin yalnız bir zərbə vurmuşdur. Hadisəni törədəndə ətrafda heç kim olmamışdır. Hadisə vaxtı gəldiyi avtomobildə Səməd olmuşdur. Zülfüqarı bıçaqla vuranda Səməd onu görməmişdir. Belə ki, Səmədin dayandığı yerdən onun Zülfüqarı vurması görünməmişdir. Səməd onun nə edəcəyini, habelə onda bıçaq olmasını bilməmişdir. Avtomobilində kisənin, qutunun ağzını açmaq üçün bıçaq olmuşdur. Hadisə anını xatırlamadığından bıçağı Zülfüqarın hansı nahiyəsindən vurduğunu bilmir. Avtomobilə yaxınlaşanda Səməd onun əlimdəki bıçağı görüb qışqırmağa başlamış, bundan sonra başqa insanların hadisə yerinə gəldiyini görmüşdür. Zülfüqarı vurduğu bıçaqla polis şöbəsinə gedib təslim olmuşdur. Zülfüqarın ondan şikayət etməyi önəmli deyil, onu söyməyi əsas olmuşdur. “Adamın malını apararlar, pulunu alarlar, amma adamın ana-bacısını söyməzlər” deyə əlavə etmişdir. Heç kim Zülfüqarın onu söydüyünü etiraf etməz. Zülfüqar Separadi kəndindəki poçtun qabağında başqa adamların yanında onu söymüş, bu barədə onun qohumlarına demişdir. Zülfüqarın hərəkətlərindən sahə müvəkkilinə şikayət etməmişdir, çünki, ona heç kim heç nə edə bilməzmiş. Hüquqi addımlar atmağa ehtiyac olmamışdır. Savadı olmadığına görə yuxarı orqanlara şikayət etməyə lüzum görməmişdir. Mübahisəli torpaq sahəsi ona deyil, qardaşı oğlu Valehə məxsus olmuşdur. Həmin torpağı alıb Zülfüqargilə satmasını istəyirmişlər. Zülfüqar torpağı özünə satması üçün onu bezdirəcəyini demişdir. Məhkəmədə Təqsirləndirilən şəxs verdiyi ifadə ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadə arasında yaranmış ziddiyyətlə əlaqədar, onun ibtidai istintaqa verdiyi ifadəsi ziddiyyət yaranan hissədə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda) əsasən elan edilmiş və məlum olmuşdur ki, o, xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində göstərmişdir ki, 21 dekabr 2023-cü il tarixdə özünə məxsus avtomobili ilə Lənkəran rayonunun Separadi kəndinə doğru hərəkət edərkən, artıq yolda olduğu vaxt kənd ərazisində Zülfüqarı tapıb onu bıçaqlayaraq öldürəcəyini düşünmüş, onun kəndin girəcəyində asfalt yolun sol tərəfində yerləşən təmirsiz və işlək vəziyyətdə olmayan obyektdə olduğu üçün həmin əraziyə avtomobillə çatdıqda avtomobili yolun kənarında saxlayıb orada olan Zülfüqara yaxınlaşmış və məlum hadisə baş vermişdir (cild 01, i.v. 82- 87). Təqsirləndirilən şəxs ifadələri arasındakı ziddiyyəti həmin vaxt əsəbi, bezmiş vəziyyətdə olması ilə əlaqələndirmiş, son sözündə məhkəməyə ittiham olunduğu əməl üzrə heç bir günahı olmadığını, mərhum zərərçəkmiş şəxs X44 öldürmək niyyətinin olmamasını, Zülfüqarın ondan haqsız yerə şikayətlər etməklə, onu bu həddə çatdırması və nəticədə belə bir hadisənin baş verməsini, onu bıçaqla vurması hissədə peşiman olmasını, göydə Allah, yerdə məhkəmənin ədalətinə sığındığını bildirmişdir. Məhkəmə cinayət prosesi tərəflərini (zərərçəkmiş şəxsin hüquqi varisinin, məhkəmədə dindirilmiş, həmçinin ifadəsi elan olunmuş şahidlərin ifadələrini) dinləyərək, habelə cinayət işinin materiallarında olan bütün sübutları ayrı-ayrılıqda və məcmu halda nəzərə alaraq, onlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs həqiqətən də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X17 Təqsirləndirilən şəxs tanıdığını, onunla qohumluğu, habelə hadisədən əvvəl aralarında ədavət və ya düşmənçilik olmadığını bildirmiş və ifadə verməkdən imtina etmişdir. Bu səbəbdən onun ibtidai istintaq zamanı verdiyi ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 330.3, 329.1 və 327.1.1-ci maddələrinə (şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) əsasən elan olunmuşdur. O, həmin ifadələrində göstərmişdir ki, 2014-cü ildə ailə qurmuş və bir azyaşlı övladı vardır. 2014-cü ildən "xxxx" MMC-də təsərrüfat rəhbəri vəzifəsində işləyir. Hazırda anası, arvadı və övladı ilə birlikdə Separadi kəndində mərhum atasına məxsus fərdi yaşayış evində yaşayır. Mərhum X36 heç bir yerdə işləməmişdir. Atasının və ailə üzvlərinin kimləsə ədavəti və ya düşmənçiliyi olmamışdır. Mərhum atasının Təqsirləndirilən şəxs və qardaşı Şahid4la münasibətləri mehriban olmuşdur. Onlar arasında son dövrlərdə əlbəyaxa dava-dalaş olmamışdır. Təqsirləndirilən şəxs Şağlaser kəndində yerləşən "xxxx" adlı mağazanı işlətmişdir. 21 dekabr 2023-cü il tarixdə səhər saatlarında MMC-nin Separadi kəndində yerləşən ofisinə gedib işləri ilə məşğul olmuşdur. Atası da səhər saatlarında evdən çıxıb getmişdir. Atası adətən Separadi kəndinin girişində, kənddə “Separadi Hamamı” adlı obyektdə vaxtını keçirmişdir. Həmin günü saat 16:45-də atası 050 ***-**-** saylı mobil nəmrəsindən onun istifadəsində olan 051 ***-**-** nömrəsinə zəng edib hal-əhval soruşduqdan sonra Təqsirləndirilən şəxs böyük qardaşı Nadirin ona zəng etdiyini bildirsə də, sözünün davamını gətirmədən onu telefonla yığacağını bildirmiş və əlaqəni kəsmişdir. Bundan bir dəqiqə sonra saat 16:46-da atasının istifadəsində olan mobil telefondan yenidən ona zəng gəlmiş, zəngə cavab verdikdə tanımadığı şəxsin həyəcanlı şəkildə talış dilində “sal maşına” deyə bir neçə dəfə səsləndiyini eşitmiş, nə qədər telefonda atasına səslənsə də, ona cavab verilmədiyi üçün dərhal hadisə yerinə yəni, Separadi kəndinin girişində asfalt yolun sol tərəfində yerləşən “Separadi idman kompleksi” ilə üzbəüz əraziyə getmişdir. Onun iş yeri ilə hadisə yeri arasında təqribən 1-2 km məsafə vardı. Avtomobili ilə atasının adətən olduğu əraziyə, yəni hadisə yerinə getdikdə atasının avtomobilini orada görmədiyi üçün kənd ərazisində atasının adətən vaxtını keçirdiyi yerlərdən biri olan “Separadi Hamamı” adlanan obyektin qarşısına getmək qərarına gəlmişdir. Ora çatdıqda saat 16:49-da əmisioğlu Ceyhun istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəsi ilə onun mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, o da Ceyhunun yaşadığı ərazinin yaxınlığında olduğunu bildirmişdir. Ceyhun hamamın qarşısında gözləməyini və gələcəyini bildirmişdir. Bundan bir neçə dəqiqə sonra Ceyhun gəlib maşınına əyləşmiş, ona Zülfüqarın Bəhruz tərəfindən bıçaqlandığını və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bildirmişdir. Ceyhunla birlikdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına getmiş, oraya çatdıqdan bir neçə dəqiqə sonra adını bilmədiyi həkimlər atasının bıçaq zərbəsindən öldüyünü bildirmişlər. Bundan sonra Lənkəran Rayon Mərkəzi Xəstəxanasının həyətində gözləmiş, meyit məhkəmə tibbi ekspertizadan keçirildikdən sonra ona və qohumlarına təhvil verilmişdir. X36 Təqsirləndirilən şəxs tərəfindən bıçaqlanaraq öldürülmüşdür. Lakin Bəhruzun onun atasını nə səbəbə öldürməsi barədə məlumatı yoxdur. X16 həmçinin ifadəsində göstərmişdir ki, 21 dekabr 2023-cü il tarixdə, saat 16 radələrində hadisə yerinə getdikdə atasının avtomobilini görmədiyi üçün oradan uzaqlaşmış, hadisə yerində Təqsirləndirilən şəxs özünə məxsus “Ford Tranzit” markalı avtomobilində əyləşmiş, sonuncunun qardaşı Zahir özünə məxsus “Prado” markalı avtomobillə orada olmuş, daha sonra kənd sakinləri Şahid17 və Şahid16 orada Bəhruzun yanında dayandıqlarını görmüşdür. Onlara yaxınlaşmamış və oradan uzaqlaşmışdır. İlkin olaraq Təqsirləndirilən şəxs atasını bıçaqlaya biləcəyini düşünməmişdir. Hadisənin şahidi olmamışdır. "xxxx" mağazasının qarşısında bank terminalı yerləşdiyindən həmişə əmək haqqını oradan kartla çəkmiş və elə oradan bazarlıq etmişdir. Ona görə orada qida təhüləkisizliyi normalarına riayət edilmədiyini gördüyü üçün 2023-cü ilin noyabr və dekabr aylarında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət ərizələri yazmışdır. Atası onun şikayət etməsindən məlumatlı olmuş və o da Bəhruzun işlətdiyi mağazada qanunsuzluqlar barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə şikayət etmişdir. Onun Lənkəran rayonu ərazisində fəaliyyət göstərən digər qida subyektlərindən şikayətləri olmamışdır. Hər dəfə qanunsuzluqları gördüyü üçün Təqsirləndirilən şəxs şikayətçi olmuşdur. Bundan başqa Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Föqəladə Hallar Nazirliyi və Vergi Xidmətinə qanunsuzluqlar barədə şikayətlər etmişdir. Müxtəlif dövlət təşkilatlarına şikayət ərizəsi yazmaqda məqsədi vaxtı ilə Təqsirləndirilən şəxs ona xarab mal satması olmuşdur. Əsəbləşərək atası ilə birlikdə şikayət ərizələri yazmışdır. Onun və atasının Təqsirləndirilən şəxsla mübahisəsi və ya ədavəti olmamışdır. Atasının Təqsirləndirilən şəxs tərəfindən öldürülməsinin səbəbini bilmir. 2023-cü ilin noyabr ayınadək həmin mağazadan bazarlıq etmişdir, lakin bazarlıq etməyini təsdiq edəcək satış çekləri yoxdur. 2023-cü ilin noyabr ayında xarab mal əldə etdiyi üçün bütün dövlət qurumlarına şikayətlər yazmağa başlamışdır (cild 01, i.v. 137-140; cild 02, i.v. 86-89). Zərərçəkmiş şəxsin hüquqi varisi X16 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə elan olunmuş ifadələrini təsdiq etdiyini, təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və ona daha ağır ittihamın verilməsi üçün işin ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora geri qaytarılmasını xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Səfər oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. 2017-ci ildən "xxxx" mağazasında işləmiş, hər gün saat 10 radələrində mağazaya gedib, saat 19 radələrində mağazadan çıxmışdır. 21 dekabr 2023-cü il tarixdə də həmişəki kimi mağazaya gedib işlərini görürmüş. Anbarda işlədiyi vaxt çöldən səs gəlmişdir. İşini qoyub çölə çıxmış və Bəhruzun qışqırıb danışdığını, sonra isə qaçıb “Ford Transit” markalı avtomobilə əyləşdiyini görmüş, tez gedib həmin maşına əyləşmişdir. Bəhruz Lənkəran rayonunun Separadi kəndi istiqamətində maşını sürmüş, həmin vaxt çox hirsli olmuş, qışqırıb “daha bezmişəm, yorulmuşam, yaşaya bilmirəm, boğaza yığıblar məni” kimi sözlər demişdir. Bəhruza səbirli olmasını və özünü ələ almasını bildirmişdir. Bu vaxtı Bəhruz telefonu götürüb kiməsə zəng vurmuş, telefonda həmin şəxslə bezməsi, yaşaya bilməməsi barədə danışırmış, lakin konkret kiminsə adını çəkməmişdir. Bəhruz telefonla danışdıqdan sonra ondan telefonu alıb, onun qardaşı Zahirə zəng vurmuş və sonuncuya Bəhruzun əsəbi olduğunu, kiminləsə dalaşmağa getdiyini, onu saxlaya bilmədiyini demiş, Zahir də yaxında olduğunu, Bəhruzu saxlamağını və gələcəyini bildirmişdir. Zahirlə danışanda Bəhruz Separadi kəndinin girişində maşını kənara çəkib saxlamış və maşından düşüb stadion istiqamətində 5-10 metr normal şəkildə getmiş, sonra boylanıb əvvəlcə kənd, sonra stadion tərəfə baxmış, daha sonra isə stadion istiqamətdə qaçmağa başlamış və əlini cibinə atmışdır. Bunu görüb maşından düşmüşdür ki, Bəhruzun hara getdiyini görsün. Maşından bir az aralanmışdır ki, Bəhruzun bir nəfərin üstünə qışqıra-qışqıra getdiyini, bir neçə dəqiqədən sonra isə maşına doğru gəldiyini görmüşdür. Bu vaxt şok vəziyyətində olmuş, birlikdə maşına əyləşmişlər. Bəhruzu sakitləşdirmək istəmişdir. Bir müddət sonra Bəhruzun qardaşı Zahir də həmin yerə gəlmiş, Bəhruz ona adam vurduğunu, təslim olmaq istədiyini deyib Zahirdən onu polis şöbəsinə aparmasını istəmişdir. Zahirlə birlikdə Bəhruzu polis şöbəsinə aparmış, şöbənin qarşısında maşını saxlamışlar. Bəhruz onların yanında gedib könüllü təslim olmuşdur. Şahid1 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, mərhum X44 tanımamış, rəhmətə getdikdən sonra şəklini görmüşdür. Səkkiz-doqquz ildir münasibəti olduğu Təqsirləndirilən şəxs səmimi adam olub. Ümumiyyətlə, ticarət adamları səmimi olur, çünki iş onu tələb edir ki, insanlara səmimi olasan. Hadisə baş verən gün Bəhruz mağazadan çıxıb gedəndə avtomobildə onunla birlikdə olmuş, yanlarında başqa adam olmamışdır. Hadisə baş verəndə saat 16 radələri idi. Əvvəllər Bəhruzun belə formada əsəbləşdiyini görməmişdir. Bəhruz sadəcə işdə problem olanda əsəbləşirmiş. Bəhruzun kimin barəsində danışdığını bilməmiş, onda hər hansı kəsici-deşici alət olduğunu görməmişdir. Bəhruz maşını Masallıya gedən istiqamətdə solda saxlamış, maşından düşəndə o, telefonda Zahirlə danışırmış. Bəhruz maşından düşüb normal şəkildə getmiş, maşını saxladığı yerdən bir qədər irəlidə mağaza və ağaclıq olmuşdur. Bəhruzun Zülfüqarın orada olduğunu bilib-bilmədiyi barədə məlumatı olmamışdır. Bəhruz əvvəl Şağlaser kəndi istiqamətində, sonra isə sağ tərəfə baxmış və həmin istiqamətdə qaçmağa başlamışdır. Maşında oturduğu üçün həmin yeri görə bilməmişdir. Maşından düşüb 5-6 metr getdikdən sonra Bəhruzgili görmüşdür. Bəhruzun olduğu istiqamətdə başqa adamlar olmamış, digər tərəflərdə adam olub-olmamasına fikir verməmişdir. Bəhruz Zülfüqarı vurub maşına qayıtmışdır. Həmin vaxt Bəhruzun əlində bıçaq olduğunu görmüş, bıçağa dəyməmiş, Bəhruzu sakitləşdirmək istəmiş və bir-iki dəqiqə sonra Zahir gəlmişdir. Səhv etmirsə, Bəhruzdan bıçağı Zahir almışdır. Ölənin yanına adamların yığılmasını görməmişdir. Onu görmüşdür ki, Bəhruz vuranda həmin adam, yəni Zülfüqar bir az aşağı əyilmişdir. Səhv etmirsə, Zülfüqar özü də telefonla danışırmış və Bəhruz qışqıranda Zülfüqar çevrilib baxmışdır. Bəhruzun Zülfüqarı vurması anını görməmişdir. Zahir və Bəhruz maşınla gedəndə sonuncu Zülfüqarı bıçaqladığını bildirmiş və həmin vaxt şəxsin adını bilmişdir. Şok vəziyyətində olduğundan bıçaqlanmış adam üçün təcili tibbi yardım çağıra bilməmişdir. Bəhruz Zahirə onu şöbəyə aparmağı bildirmiş, o, arxada oturmuş və maşını Zahir idarə etmişdir. Kiminsə Bəhruzdan şikayətlər etdiyini, bununla bağlı Bəhruzun kiminləsə problemi olmasını bilməmişdir. Konkret ad çəkmədiyi üçün Bəhruzun kimə əsəbi olduğunu bilməmiş, sonuncu Zülfüqar adını çəksəydi belə, onun kim olduğunu bilməyəcəkmiş. Mağaza ilə hadisənin baş verdiyi yer arasında təxminən bir kilometr məsafə var. Bəhruz telefonla danışmış, sonra o, telefonla danışmış və yol bitmiş, ona görə də Bəhruzdan söhbətin kimdən getdiyi barədə soruşa bilməmişdir. Həmin vaxt Bəhruzun əynində qara rəngli, “vetrovka”ya bənzəyən geyim olmuşdur. Bəhruz maşına minəndə və düşəndə onda bıçaq olduğunu görməmişdir. İşinin çoxu anbarda olduğu üçün ara-sıra mağazaya çıxırmış, buna görə də Zülfüqarın mağazaya gəlib-gəlməməsini bilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi və mərhum zərərçəkmişi kənd sakinləri kimi tanımış, onlarla qohumluq, ədavət və ya düşmənçiliyi olmamışdır. Lənkəran rayonunun Separadi kəndində idman müəllimi kimi fəaliyyət göstərir. 21 dekabr 2023-cü il tarixdə, saat 16:40 radələrində “Separadi idman kompleksi”ndə zalda azyaşlı uşaqlara idman dərsi keçdiyi vaxt çöldən bağırtı səsi eşitmiş, zaldan çölə çıxanda rəhmətlik Pərvazı, yəni X44 görmüş, ona tərəf qaçmağa başlamış, çatanda onun üzərində yara olduğunu görmüşdür. Ətrafda başqa adamlar görməmişdir. Hadisə yerində Təqsirləndirilən şəxs həmkəndlisi olduğuna görə tanımış və onu avtomobilin içində görmüşdür. Zülfüqara yarası böyük olduğundan xəstəxanaya çatdırılmalı olduğunu başa salmağa çalışmış, bu zaman dərs keçdiyi uşaqlardan birinin valideyni Masallı rayon sakini Şahid3 onları görüb yanlarına gəlmişdir. Həmin vaxt Məzahirdən kömək etməsini istəmiş, birlikdə Zülfüqarı avtomobilə oturdub, xəstəxanaya aparmışlar. Şahid2 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hadisə baş verən gün zalda olduğu vaxt kömək istəmək səsinə bənzər səs gəldiyindən çölə çıxmışdır. Ətrafda ağaclar olduğundan Təqsirləndirilən şəxs zaldan çıxan kimi görməmiş, onu, X44 yaxınlaşanda, təxminən 10-15 metr aralıda avtomobilin içində görmüşdür. Bəhruz tək olmamış, yanında bir nəfər tanımadığı oğlan da varmış. Bəhruzun həyəcanlı şəkildə avtomobilə əyləşdiyini görməmişdir. “Merrcedes-Benz” markalı avtomobil mərhuma məxsus olmaqla, onlardan beş-altı addımlıq məsafədə olmuşdur. Həmin avtomobili Məzahir idarə etmişdir. Avtomobildə olanda Zülfüqarın mobil telefonuna gələn zənglərə cavab vermiş, xəstəxanada işlərini görmələrini istəmişdir ki, özləri xəstəxanaya çatanda yubanmasınlar. Zülfüqarı avtomobilə oturdarkən başına nə gəldiyini soruşanda, “vurdu, vurdu” deyə cavab vermişdir. Zülfüqar hadisədən sonra aktiv olmuş, qolundan tutanda öz ayaqları ilə gedib avtomobilə əyləşmiş, avtomobildə hərəkət etmiş, pəncərəni açmışdır. Ona müdaxilə edirmiş ki, çox hərəkət etməsin. Zülfüqarın aktivliyi Vilvan kəndi ərazisinədək davam etmişdir. Zülfüqardan onu kimin vurduğunu soruşduqda, cavabında Bəhruzun adını çəkmiş, lakin tam olaraq adını deyə bilməmişdir. Hadisə yerində Bəhruzu gördüyündən Zülfüqarın da onu nəzərdə tutduğunu anlamışdır. Zülfüqar başqa heç kimin adını çəkməmişdir. Yolda bir neçə nəfər Zülfüqara zəng etmiş, telefonu açaraq onlara hadisə barədə məlumat vermişdir. Sonra Zülfüqarın qohumu Şahid6 zəng vurmuşlar. Niyaməddin müəllimlə danışanda Lənkəran şəhərində olduğunu bildirmiş, ona Vilvan ərazisində olduqlarını demiş və xəstəxanaya getməsini istəmişdir. Bəhruz və Zülfüqarla o qədər də yaxın olmadığı üçün onların arasında ədavət olub-olmamasını bilməmiş, bu barədə kimdənsə nəsə eşitməmişdir. Zülfüqarın kimlərdənsə şikayət yazdığını eşitməmişdir. Zülfüqar başqalarına “informasiya” verməyən adam olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur, mərhum zərərçəkmiş şəxs X44 isə qudası olmuşdur. 2019-cu ildən Zövlə bələdiyyəsinin sədri vəzifəsində işləyir. 21 dekabr 2023-cü il tarixdə səhər saatlarında Zövlə kənd sakini ilə Lənkəran Rayon Məhkəməsinə getmişdir. Günorta saat 14-15 radələrində Bəhruz ona zəng vurmuş, əsəbi şəkildə danışaraq Zülfüqarı öldürəcəyini bildirmiş, o da Bəhruza səbirli olmasını, məhkəmədə olduğunu, məhkəmədən çıxdıqdan sonra kəndə gələcəyini və orada danışmaqlarını bildirmişdir. Üstündən iki dəqiqə keçməmiş, Bəhruz yenə zəng vurub əsəbi şəkildə danışmağa, nalayiq ifadələr işlətməyə başlamış, onunla danışdıqdan sonra dərhal Bəhruzun qardaşı Şahid4 zəng etmiş və sonuncuya Bəhruzun əsəbləşib ağzına gələni danışdığını bildirmiş, Zahir də qardaşının yerinə ondan üzr istəmiş və qardaşı ilə danışacağını bildirmişdir. Bundan sonra ona zəng gəlməmişdir. Təxminən on beş dəqiqə keçdikdən sonra Şahid2 ona zəng vurub harada olduğunu soruşmuş və ondan xəstəxanaya getməsini istəmiş, Bəhruzun Pərvazı bıçaqladığını demiş, o da xəstəxanaya getmişdir. Zülfüqar xəstəxanada vəfat etmişdir. Şahid6 məhkəmədə cinayət prosesi iştirakçılarının suallarını cavablandırarkən bildirmişdir ki, Təqsirləndirilən şəxsla X44 münasibəti əvvəllər yaxşı olmuş, ədavətləri olmamışdır. Hadisədən iki ay əvvəl Bəhruz ona Zülfüqarın onun barəsində dövlət qurumlarına şikayətlər etdiyini bildirmişdir. Zülfüqarın Bəhruzdan konkret olaraq nəyə görə şikayət etdiyini bilməmişdir, çünki, Zülfüqarın Bəhruza qarşı qərəzli münasibəti olmamışdır. Bəhruzun torpaq sahəsinin sənədləşdirilməsinə köməklik etmişlər. Ümumiyyətlə, onun işlərinə kömək etmişdir. Bəhruz Zülfüqarın onun özündən nəsə istədiyini deməmişdir. Hadisədən iki ay əvvəl Bəhruz ona deyəndə Zülfüqarla danışmış, sonuncu da ona öz işi ilə məşğul olmasını bildirmişdir. Zülfüqar həm onun qudası, həm də yaşda ondan böyükdür. Ona görə də, başqa heç bir söz deməmişdir. Həm də Zülfüqar ona, Bəhruzla qurtaracağını, barəsində daha şikayətlər etməyəcəyini demişdir. Bundan sonra bir müddət sakitçilik olmuşdur. Üstündən iki ay keçdikdən sonra Bəhruz yenə ondan Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət edildiyini bildirmişdir. Şikayətlərin nəticəsi barədə məlumatı yoxdur. Valeh Məmmədzadəni tanıyır. X16 isə "xxxx" MMC-də işləyir. Valehlə "xxxx" MMC arasında olan torpaq mübahisəsindən xəbərsizdir. Zülfüqarın oğlunun Bəhruzdan şikayət edib-etmədiyini bilməmişdir. Bəhruz ancaq Zülfüqarın adını çəkirmiş. Bəhruz onunla telefonla danışanda Zülfüqarı öldürəcəyini, artıq bezdiyini demişdir. Bəhruzla arasında olan telefon danışığının səsyazısını istintaqa təqdim etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi əvvəllər tanımamışdır. Oğlu “Separadi idman kompleksi”ndə idman müəllimi Şahid2 zalında məşq edir. Həftədə üç-dörd dəfə Masallıdan Lənkəran rayonunun Separadi kəndinə uşağını idmana aparıb-gətirir. 21 dekabr 2023-cü il tarixdə də oğlunu idman dərsinə aparmış, sonra avtomobilində yatmış və bir müddətdən sonra səs-küyə oyanmış, Tofiq müəlimin niyə bu qədər əsəbləşdiyini düşünmüşdür. Avtomobildən düşdükdən sonra gələn səsin Tofiq müəllimə aidiyyəti olmadığını anlamışdır. Belə ki, idman zalından bir qədər aralıda bir nəfər uca səslə telefonla danışırmış. Sonra idman zalına girmiş, üç-beş dəqiqə zalda oturduqdan sonra Tofiq müəllim çöldən səs gəldiyinə görə qaçaraq çölə çıxmış, o da yavaş-yavaş onun arxasınca getmiş və çöldə Tofiq müəllimin bir nəfəri maşına oturtmaq istədiyini görmüşdür. Tofiq müəllim ondan həmin adamı xəstəxanaya çatdıra bilmələri üçün tez gəlməsini istəmiş və avtomobilin açarını ona vermişdir. Onlar avtomobilə əyləşərək xəstəxanaya getmiş, orada zərərçəkmişi həkimlərə təhvil verib geri qayıtmışlar. Uşağı götürüb evə getmək üçün zala girdiyi vaxt həmin şəxsin dünyasını dəyişməsi barədə zəng gəlmişdir. Şahid3 məhkəmədə cinayət prosesinin iştirakçıları tərəfindən ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, avtomobildən düşəndə bir nəfərin bərkdən danışdığını gördüyündən zalda olarkən Tofiq müəllim çölə çıxanda həmin səsə görə çölə çıxdığını düşünmüşdür. Zaldan çölə çıxanda yalnız iki nəfəri görmüş, ətrafda başqa adam görməmişdir. Tofiq müəllimin yanındakı şəxs qarnını tutmuşdur. Tofiq müəllim həmin şəxsə çox hərəkət etməməyi, danışmamağı bildirmiş, buna səbəb adamın vurulması olmuşdur. Diqqətini avtomobili idarə etməyə yönəltdiyindən Tofiq müəllimlə həmin adamın nə danışmasına fikir verməmişdir. Onlar Azərbaycan dilində danışırmışlar. Hadisədən əvvəl telefonla danışdığını gördüyü şəxs hazırkı iş üzrə mərhum zərərçəkmiş şəxs X44 olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq, ədavət və ya düşmənçiliyi yoxdur. X17 tərəfindən Fövqəladə Hallar Nazirliyinə 24 noyabr 2023-cü il tarixdə elektron qaydada müraciət daxil olmuş və həmin müraciət onun işlədiyi şöbəyə yönləndirilmişdir. İlkin olaraq verilmiş məlumatlar dəqiqləşdirilmiş və müraciətin müəllifi X16 ilə telefon əlaqəsi saxlanılmışdır. Onlara vətəndaşın şəxsiyyət vəsiqəsi lazim olmuşdur ki, onun əsasında Vahid Məlumat Reyestrində yoxlama aça bilsinlər. Bundan əvvəl Təqsirləndirilən şəxs barəsində Namik Əsədullayev adlı başqa şəxsdən də şikayət daxil olmuş və həmin şəxslə telefon danışığı zamanı sonuncu onlara şikayətə baxılmasında iştirak etmək istədiyini bildirmişdir. X16 ilə telefon danışığı zamanı baxış keçirilməsində iştirak etmək istəyibistəməməsini soruşduqda, Nasir iştirak etmək istəmədiyini bildirmişdir. X16yə barəsində şikayət verilmiş şəxsin ondan kimin şikayət etdiyini öyrənmək istəyəcəyini bildirmiş, o da cavabında heç bir problem olmadığını, şikayətini açıq şəkildə etdiyini demişdir. Səhv etmirsə, 19 və ya 20 dekabr tarixində X16 şəxsiyyət vəsiqəsinin şəklini onlara göndərmiş, Ədliyyə Nazirliyinin reyestrində müvafiq qeydiyyat apararaq çıxarış almışlar. Çıxarış əsasında 21 dekabr 2023-cü il tarixdə yoxlama keçirməli olmuşlar. Bununla bağlı Təqsirləndirilən şəxsla telefon əlaqəsi yaradaraq yoxlama üçün gələcəklərini demiş, mağazada nə zaman olacağını soruşmuşlar, o da şəhərdə olduğunu bildirmişdir. Danışıq zamanı 22 dekabr 2023-cü il tarixdə, saat 10 radələrində görüşməyi qərara almışlar. Təqsirləndirilən şəxs ondan hansı əsasla yoxlama keçirildiyini soruşduqda, şikayət əsasında olduğunu demişdir. Təqsirləndirilən şəxs kimin şikayət etdiyini soruşmuş, ona X16nin şikayət etdiyini bildirmişdir. 22 dekabrda yoxlama keçirtmək üçün Təqsirləndirilən şəxs mağazasına getdikdə, onlara Bəhruzun cinayət törətdiyini bildirmişlər. Şahid12 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, əvvəllər "xxxx" mağazası barədə Namik Əsədullayev tərəfindən şikayət verilmişdir. Səhv etmirsə, həmin vətəndaşın Təqsirləndirilən şəxsla problemi olduğundan şikayət etmiş və vətəndaş özü də onlarla birlikdə yoxlamada iştirak etmişdir. Yoxlama keçirib protokol tərtib etmişlər. Nəticədə bəzi kiçik nöqsanların olduğu müəyyən edilmiş, lakin ciddi pozuntular aşkar olunmamışdır. Belə ki, obyektlər arasında məsafənin qorunması məsələsinə tikinti dövründə baxılır. Tikinti başa çatdıqdan sonra yanğın təhlükəsizliyi ilə bağlı qoyulan tələblərə yanğınsöndürən balonun olması, siqnalizasiya quraşdırılması, obyektin sığortalanması kimi tələblər daxildir. Təndirxanada yalnız siqnalizasiya olmamış, bu hal da obyekt kiçik olduğundan ciddi nöqsan hesab edilməmişdir. Yanğın təhlükəsizliyi sahəsində bir il obyektdə hər şeyin qaydasında olması, növbəti il isə nöqsanların olması kimi halların olduğunu bildirmişdir. Onun işlədiyi dövrdə X16 tərəfindən edilən birinci şikayət olmuşdur. Əvvəlki yoxlamalarda X44 və X16 iştirak etməmişlər. X16 tərəfindən verilmiş şikayət təndirxana barəsində daxil olmuşdur. Belə ki, şikayətdə təndirxananın ətrafında obyektlər tikilməsi və yanğın təhlükəsizliyi tələblərinə cavab verməməsi qeyd olunmuşdur. Həmin şikayətlə əlaqədar yoxlama keçirə bilməmişlər. X44 tərəfindən onlara şikayətlər daxil olmamışdır. Sonradan onlara eyni soyadlı şəxs tərəfindən Təqsirləndirilən şəxs mağazası barədə şikayət daxil olmuşdur. Həmin vaxt artıq Təqsirləndirilən şəxs olmadığından və eyni soyadlı şəxsdən şikayət daxil olduğundan şikayətə baxılmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, onunla qohumluq münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. 2023-cü ilin noyabr ayında Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə daxil olmuş şikayətdə Lənkəran rayonu, Şağlaser kəndində Zahir və Təqsirləndirilən şəxslara məxsus mağazada heç bir sertifikatı olmayan yeyinti məhsulları və həmin binaların ortasında tikilmiş avtomobil yoluna yaxın təndirxanada cücə və çörək bişirilərək antisanitar vəziyyətdə əhaliyə satışının həyata keçirilməsi, bununla bağlı həmin qanunsuz əməllərin qarşısının alınmasına köməklik göstərilməsi xahiş edilmişdir. Müraciət aidiyyəti üzrə regional bölməyə daxil olmuş və bununla bağlı Ədliyyə Nazirliyinin Vahid Məlumat Reyestrindən əldə edilmiş məlumatdan "xxxx" mağazasının yanında Təqsirləndirilən şəxs tərəfindən təndirxana işlədildiyi müəyyən edilmişdir. Çıxarış əsasında 28 noyabr 2023-cü il tarixdə təndirxanada yoxlamanın aparılması haqqında qərar qəbul edilmişdir. 29 noyabr 2023-cü il tarixdə o və Elmir Yusifov həmin qərarın icrası ilə bağlı təndirxanaya baxış keçirtməyə getmişlər. Təqsirləndirilən şəxs təndirxananı işçilərinə işlətməyə verdiyini bildirmişdir. Baxış zamanı təndirxananın temperatur göstəricilərinin normada olmadığı, təmizlik və dezinfeksiya işlərinin aparılmasının təmin edilmədiyi, ayrıca kanalizasiya xəttinə malik sanitar qovuşaqlarla təhciz edilmədiyi, isti su sisteminin mövcud olmadığı, işçi heyəti üçün soyunub-geyinmə otaqlarının təchiz edilmədiyi, təndirxananın işıqlandırılması üçün təchizatın qoruyucu örtüklərlə təmin edilmədiyi müəyyən edilmiş, qeyd olunan nöqsanlara görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.2-ci maddəsi ilə inzibati protokol tərtib edilmişdir. Yoxlamanın nəticəsi olaraq Təqsirləndirilən şəxs 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində daha bir şikayət daxil olmuşdur. Həmin şikayət əsasında 04 dekabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs işlətdiyi "xxxx" mağazasına baxış keçirmiş və baxış əsnasında mağazada nöqsanlar aşkar edilmədiyi üçün hər hansı inzibati tədbir görülməmişdir. Bir müddət sonra yenə şikayət daxil olmuşdur. Həmin şikayətdə Təqsirləndirilən şəxs işlətdiyi mağazada sertifikatı olmayan malların satışının həyata keçirildiyi, sanitariya qaydalarına əməl olunmayaraq təndirxana fəaliyyəti ilə məşğul olduğu bildirilmişdir. Müraciət aidiyyəti üzrə idarəyə daxil olmuş və həmin müraciətlə eyni məzmunlu müraciət olduğu, yəni mağaza yoxlanıldığı üçün qənaətbəxş qiymətləndirilmişdir. Əvvəllər də Təqsirləndirilən şəxs işlətdiyi "xxxx" mağazası barəsində şikayət daxil olmuşdur. Həmin şikayət əsasında qurumun başqa əməkdaşları tərəfindən yoxlama aparılmış və aşkar olunmuş nöqsanlara görə Təqsirləndirilən şəxs 1.500 (bir min beş yüz) manat cərimə olunmuşdur. Məhkəmədə Şahid11 cinayət prosesi iştirakçıları tərəfindən ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs 2019-cu ildən tanımışdır. Belə ki, şəxs obyekt işlədirsə, o, qeydiyyata alınmalı imiş və o da qeydiyyat işi ilə məşğul olduğundan işlə əlaqədar Bəhruzla münasibəti olmuşdur. Onun iştirakı ilə iki dəfə yoxlama keçirilmiş, şikayətlər 2023-cü ilin noyabr və dekabr aylarında daxil olmuşdur. Regional bölmə rəisi tərəfindən məxfilik prinsipi əsasında şikayət edən şəxsin kimliyi gizlədilmiş və şikayət edən şəxs barəsində ona məlumat verilməmişdir. Bəhruz barəsində daxil olmuş şikayəti araşdırmaq üçün ünvana getmiş, Bəhruzun orada olmadığını gördükdə sonuncunun iştirakı ilə yoxlama keçirmək üçün zəng edərək onu çağırmışlar. Mağazada heç bir nöqsan aşkar olunmasa da, cərimə yazılmalı olduğu barədə nəsə deməmiş və keçirdiyi yoxlamalarda belə hal olmamışdır. Adətən şikayətlə əlaqədar baxış keçirməmişdən qabaq sahibkarla əlaqə saxlayırlar, çünki yoxlama aparılanda sahibkar da iştirak etməlidir. Əgər sahibkarın özü və ya etibarnamə əsasında nümayəndəsi iştirak etməsə, yoxlama apara bilmirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır, aralarında ədavət və ya düşmənçilik yoxdur. X21 münasibətindən xəbəri vardır. Hadisə günü Bəhruz ona zəng edib Zülfüqarla, sonuncunun oğlu X16nin onu bezdirdiklərini, Zülfüqarın ondan pul istədiyini, barəsində şikayət etdiklərini demişdir. Bəhruza bu barədə Zülfüqarın böyüklərinə deməsini tövsiyə etmişdir. Bəhruzun dedikləri ilə əlaqədar zərərçəkmiş tərəflə söhbəti olmamışdır. Zülfüqargil əsasən onun qardaşı oğlu Valeh Məmmədzadənin fermasının yerləşdiyi torpaq sahəsini "xxxx" MMC üçün istəmişlər. Zülfüqar Valehin adına olan torpaq sahəsini öz adına keçirmək istəyində olmuşdur. X16 "xxxx" MMC-də təsərrüfat rəhbəri işləyir. Bəhruz Zülfüqarı vuracağı barədə onunla söhbət etməmişdir. 21 dekabr 2023-cü il tarixdə axşam saatlarında Bəhruzun Zülfüqarı bıçaqladığını öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 Süleyman qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir, aralarında ədavət və ya düşmənçilik yoxdur. Bir ilə yaxın imiş ki, Bəhruzla mərhum zərərçəkmiş şəxs X44 arasında ədavət olmuşdur. Onların Zülfüqarla heç bir problemləri olmamış, Zülfüqar özü onun ərinə “ilişmişdir”. X19 Cəfərzadə Bəhruzdan şikayət edir, yəni, ona “sataşırmışlar”. Zülfüqarın tez-tez Bəhruzla telefonda danışdığını eşitmişdir. Zülfüqar Bəhruza cürbəcür şeylər təklif etməklə, ondan torpaq sahəsini adına keçirməsini istəmişdir. Axşamüstü evin həyətindəki dükanda olduğu vaxt qonşular gəlib demişlər ki, stadionda Bəhruz dava edib. Oraya gedəndə heç kimin olmadığını, yalnız Bəhruzun maşının orada qaldığını görmüşdür. Maşının qapısı açıq, açarı isə yerində imiş. Həmin gün onlarda İbrahim adlı usta işləmiş və hadisə yerinə də onunla getmişdir. İbrahim Bəhruzun avtomobilini sürüb həyətlərinə gətirmişdir. 20 sentyabr 2024-cü il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, Lənkəran rayonu, Şağlaser kənd sakinidir və usta işləyir. 21 dekabr 2023-cü il tarixdə məlum hadisədən bir neçə saat əvvəl Təqsirləndirilən şəxs evinin həyətindəki dükanın yanındakı çardağın dam örtüyünü düzəltməklə məşğul olurmuş. Saat 17-18 radələrində Bəhruzun adam vurduğunu öyrənmişlər. Bəhruzun oğlu və arvadı ilə maşına minib "xxxx" mağazası istiqamətində getmişlər. Şağlaser kəndi ilə Separadi kəndinin birləşdiyi yerdə stadion var. Orada Bəhruzun maşınının qapısı açıq vəziyyətdə, yaxınlaşanda isə açarın maşının üzərində olduğunu görmüşlər. Bəhruzun arvadı xahiş etmişdir ki, maşını sürüb həyətlərinə aparsın. Əvvəl razı olmamış, sonra onun xahişin yerə salmamaq üçün maşına əyləşmişdir. Bəhruzun arvadı oğlu ilə birlikdə öz maşınına oturmuşlar. Onların arxasınca sürüb maşını həyətlərinə salmışdır. Şahid14 cinayət prosesi iştirakçılarının suallarına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış və onun evində usta işləmişdir. Bəhruzun arvadının telefonla danışa-danışa ağladığını görmüş və nə baş verdiyini soruşanda demişdir ki, Bəhruz adam vurub. Yolda gedərkən yolun sağ tərəfində Bəhruzun “Ford Transit” markalı maşınının olduğunu görmüşdür. Bəhruzu hadisə yerindən kimin apardığını bilməmişdir. Bildiyi odur ki, Bəhruz hadisə yerinə “Ford Transit” markalı maşınla, polis şöbəsinə isə başqa avtomobillə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 21 dekabr 2023-cü il tarixdə Lənkəran Şəhər-Rayon Polis Şöbəsində məsul növbətçi olarkən, saat 17-18 radələrində Təqsirləndirilən şəxs növbətçi hissəyə yaxınlaşaraq cinayət əməli törətdiyini bildirmişdir. Həmin məlumatı dəqiqləşdirmişdir. Bəhruz tanışı Separadi kənd sakini X44 aralarında yaranmış münaqişəyə görə bıçaqla vuraraq, yaraladığını bildirmişdir. Həmin günü saat 17:10 radələrində Lənkəran Rayon X1rın boşluğunun sol tərəfinin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya daxil olması barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə təqsirini boynuna aldığını deyərək, üzərində sellofanda olan bıçağı təqdim edib, həmin bıçaqla Zülfüqara xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra həmin bıçaq tərəfindən götürülmüş və raportla şöbə rəisinə məruzə edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsi barədə könüllü təqsirini boynuna alması ilə bağlı tərəfindən protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməsində şübhəli olduğundan həmin günü saat 17:45-də azadlığı faktiki olaraq məhdudlaşdırılmış və aidiyyəti üzrə istintaqı aparan rayon prokurorluğuna təhvil verilmişdir. Məhkəmədə Şahid5 cinayət prosesi iştirakçılarının suallarını cavablandıraraq bildirmişdir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin ölməsi barədə ona heç nə bildirməmişdir. Təqsirləndirilən şəxs təslim olarkən tək olmuş və onu aidiyyəti üzrə istiqamətləndirmişdir. Bəhruzun törətdiyi əməli etiraf etməsindən qabaq, onlara “102” xidməti vasitəsilə məlumat gəlmiş, lakin məlumatı kimin verməsini bilməmişdir. Hadisə ilə bağlı xəstəxanadan məlumat Bəhruz təslim olmamışdan təxminən qırx dəqiqə-bir saat əvvəl daxil olmuş və əməliyyat-istintaq qrupu dərhal hadisə yerinə göndərilmişdir. Təqsirləndirilən şəxs təslim olana qədər onlarda hadisəni kimin törətməsi barədə məlumat olmamışdır. Məhkəmədə şahidlər Şahid7, Şahid16, Şahid15 ibtidai istintaq zamanı verdikləri, cinayət işinin materiallarında olan ifadələri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 329.1-ci maddəsinə (şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblər) əsasən elan edilərək tədqiq edilmiş və müdafiə tərəfinin elan olunmuş ifadələrlə bağlı heç bir etirazları olmadığından həmin ifadələr də iş üzrə sübut kimi qəbul olunmuşdur (cild 02, i.v. 21-23; 110-112; 114-116). Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət işi üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədləri də mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materallarında olan və məhkəmədə tədqiq edilmiş: Azərbaycan Respublikası Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (cild 01, i.v. 01-03). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli təqririndən görünür ki, həmin tarixdə, saat 17:30-da Lənkəran rayonu, Separadi kənd sakini, xx.xx.1974-cü il təvəllüdlü X18 “qarının sol ön səthinin kəsilmiş-deşilmiş” yarası diaqnozu ilə xəstəxanaya daxil olması, orada ölməsi barədə polis şöbəsindən rayon prokurorluğuna məlumat daxil olmuş və ilkin araşdırma zamanı sözügedən qətl hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir (cild 01, i.v. 04). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, hadisə yeri Lənkəran-Masallı avtomobil yolunun 17-ci kilometrliyində, Separadi kəndinin girəcəyində, yolun sol tərəfində yerləşir; fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 05-11). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və şəxsiyyət məlumatlarına dair portal çıxarışdan görünür ki, meyit (Cəfərov Zülfüqar) kişi cinsli düzgün bədən quruluşlu olub, kafi köklükdədir, boyunun uzunluğu 189 sm-dir. Meyit soyuması bədənin bütün nahiyələrində eynidir, meyit qacıması bütün qrup əzəzlələrdə kafi inkişaf etmişdir, meyit ləkəsi inkişaf etməmişdir. Başında tükləri az ağ rəngdə olub, qırxılmış formadadır. Başın tüklü hissəsi xəsarətsizdir. Göz qapaqları yarımaçıq olub, bəbəkləri dairəvi formada, hər iki tərəfdə eyni bərabərlikdə genişlənmişlər, diametri 0,8 sm-dir. Burun sümükləri və qığırdaqları tamdırlar, qulaq seyvanlı tam olub, adi quruluşdadırlar. Burun və qulaq keçəcəkləri keçirici olub, sərbəst olmaqla yad möhtəviyyatlardan azaddırlar. Ağzı açıq, dişləri özünkülər olub, tamdırlar. Dil xüsusi ağız boşluğunda dişlərin arxasında yerləşmişdir. Boyunu bədəninə müvafiq olub, patoloji hərəkətlilik müşahidə edilmir. Döş qəfəsi silindirik formada olub simmetrikdir, qabırğaları əllə müayinə etdikdə, qabırğalarda pataloji hərəkətlilik müşahidə edilmir. Qarın divarı hamar olub, qabırğa qövsləri səviyyəsindən bir qədər hündürdə yerləşir. Ağ xətt göbək və qasıq nahiyələrində yırtıqlar yoxdur. Xarici cinsiyyət üzvləri kişi cinsinə mənsub olub, düzgün formada inkişaf etmişlər. Aralıq, sağrı nahiyəsi və düz bağırsağın arxa keçəcək ətrafı xəsarətsizdir. Yuxarı və aşağı ətrafların sümük oynaq sistemləri tamdırlar. Meyitin xarici müayinəsində aşağıdakı xəsarətlər aşkar edildi:- qarnın yuxarı üçdə birinin sol ön səthində 7x2.2 sm ölçüdə kənarları hamar, qurtaran uclarından biri iti, digəri küt “n” şəkilli olub, mənfəzi açıq, qanaxmalı, bağırsaqların qarının ön səthinə çıxması ilə müşahidə olunan kəsilmiş-deşilmiş yara vardır. Meyitin xarici müayinəsində digər xəsarət aşkar edilməmiş və fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 12-17). Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Lənkəran Rayon Mərkəzi Xəstəxanası’’ X41 xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, X44 xx.xx.2023-cü il tarixdə, saat 17:10-da xəstəxananın cərrahiyyə şöbəsinə “qarnın ön səthinin kəsilmiş deşilmiş yarası, döş qəfəsinin sol yarısından söş boşluğuna nüfuz edən sol ağ ciyəri və ürəyi zədələyən kəsilmiş yara” diaqnozu ilə daxil olmuş və tibbi müdaxilə olmadan vəfat etmişdir (cild 01, i.v. 18). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərar və protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 20:55-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, bu barədə yaxın qohumuna məlumat verilmiş və ona, sənədlərin surəti təqdim olunmuşdur (cild 01, i.v. 22-24). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolu və ona əlavə olunmuş fotocədvəldən görünür ki, istintaq hərəkəti zamanı iş üzrə şahid Lənkəran Şəhər- Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis leytenantı həmin tarixdə, saat 17:45-də bir nəfər şəxsin ona yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim etdiyini, saat 16 radələrində tanışı X44 bıçaqla xəsarətlər yetirməsini bildirdiyini, eyni zamanda həmin bıçağı ona təqdim etdiyini bildirmiş, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini etiraf etmiş, cinayətin aləti olan bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla, ümumi uzunluğu 245 mm olmuş, tiyəsi gümüşü rəngli metaldan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik, tiyənin uzunluğu 123 mm olmuş, bıçağın tiyəsində qanabənzər ləkələr aşkar olunmuş və həmin bıçaq qablaşdırılaraq götürülmüşdür (cild 01, i.v. 46-49). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tariixli məlumatlarından görünür ki, X14 17:58-də Daxili İşlər Nazirliyinin “102” çağrı xidmətinə zəng edərək Bəhruz adlı şəxsin qardaşı X44 bıçaqlayaraq öldürməsi və xəstəxanada olması; Lənkəran Rayon Mərkəzi Xəstəxanasından həkim Həmidli saat 17:10 və 17:27-də telefonla X44 “qarın boşluğunun sol tərəfinin deşilmiş yarası” ilə xəstəxanaya daxil olması və aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə məlumat vermişlər (cild 01, i.v. 52-54). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı, protokolu və ona əlavə olunmuş fotocədvəllərdən görünür ki, hadisə vaxtı X44 əynində olmuş üzərində qan ləkələri olan bir ədəd göy rəngli köynək, ağ rəngdə mayka və üzərində qan ləkəsi olmayan göy rəngli şalvar götürülmüşdür (cild 01, i.v. 56-62). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və qərarın surəti təqdim olunmuşdur (cild 01, i.v 70-71). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi xüsusatları əyani olaraq hadisə yerində göstərmiş, protokola əlavə olunmuş bu barədə videogörüntülərin əks olunduğu DVD disk məhkəmə iclasında nümayiş etdirilmişdir (cild 01, i.v. 89-91). Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X37 Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Separadi kəndində qeydiyyatdadır, ailə tərkibi arvadı, xx.xx.2006-cı il təvəllüdlü qızı, xx.xx.2010 və xx.xx.2011-ci il təvəllüdlü oğlanlarından ibarətdir, qeydiyyat yeri üzrə barəsində heç bir şikayət daxil olmamışdır (cild 01, i.v. 100- 101). Lənkəran Rayon Məhkəməsinin 4(049)-331/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 21 dekabr 2023-cü il tarixdən hesablanmaqla dörd ay müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 01, i.v. 109-111). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli protokolundan görünür ki, X10 məxsus “SamsungA03” markalı mobil telefona baxış keçirilmiş, X44 məxsus nömrəyə 050 ***-**-** saylı mobil nömrədən xx.xx.2023-cü il tarixdə, saat 16:45-də zəng daxil olmuş və 48 saniyə danışıq olmuş, bundan başqa həmin nömrədən saat 16:46-da zəng daxil olmuş və 15 saniyə danışıq olmuşdur. Həmin günü saat 16:49-da “Ceyhun Həci” adı ilə qeyd olunmuş 050 ***-**-** saylı mobil nömrədən zəng daxil olmuş və 37 saniyə danışıq olmuş; fotocədvəllər protokola əlavə olunmuşdur (cild 01, i.v. 144-147). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərar, protokol və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Şahid6 götürülmüş mobil telefona baxış keçirilmiş, telefonun zənglər bölməsində “X47 Sahibkar” adı ilə qeyd olunmuş 051 ***-**-** saylı mobil nömrədən Şahid6 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 16:00 da zəng daxil olaraq 6 dəqiqə 33 saniyə, 16:08-də yenidən zəng daxil olaraq 3 dəqiqə 26 saniyə müddətində danışıq olmuşdur. Bundan başqa, “Zahir Şirkat” adı ilə qeyd olunmuş 051 ***-**-** saylı mobil nömrəyə Şahid6 istifadəsində olan 050 ***-**-** saylı mobil nömrə ilə saat 16:15-də zəng edilərək 1 dəqiqə 16 saniyə, 16:31-də zəng olunaraq 22 saniyə müddətində, saat 16:58-də isə zəng edilərək 21 saniyə müddətində danışıq olduğu müəyyən edilmişdir. Bundan başqa, “Tofiq Salimov” adı ilə qeyd olunmuş 055 ***-**-** saylı istifadəçidən saat 16:48-də Şahid6 istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəyə zəng daxil olaraq 19 saniyə danışıq olmuşdur. Bundan başqa, mobil telefonun “Qalareya” bölməsinə daxil olduqda xx.xx.2023-cü il tarixdə Şahid6 Təqsirləndirilən şəxsla telefon danışıqlarını qeydə aldığı video aşkar edilmişdir. Baxışda iştirak edən Şahid6 051 ***-**-** saylı mobil nömrəni Təqsirləndirilən şəxs, 051 ***-**-** saylı mobil nömrəni Şahid4, 055 ***-**-** saylı mobil nömrəni Şahid2 işlətdiyini və mobil telefonda həmin şəxslərlə danışdığını bildirmiş, protokola əlavə olunmuş bu barədə videogörüntülərin əks olunduğu CD disk məhkəmə iclasında nümayiş etdirilmişdir (cild 01, i.v. 155-161). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Lənkəran Şəhər Narkoloji Xəstəxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 01, i.v. 167). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Lənkəran Şəhər-Rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli raport və “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolundan görünür ki, həmin tarixdə, saat 17:45-də Təqsirləndirilən şəxs həmin polis şöbəsinə yaxınlaşaraq özünü təqdim etmiş və saat 16 radələrində Separadi kəndinin girişində tanışı X44 bıçaqla xəsarətlər yetirməsini bildirmiş, həmin bıçağı növbətçi hissəyə təqdim etmiş və şöbənin əməkdaşları tərəfindən saxlanılmışdır (cild 01, i.v. 170-171). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixdə diskə keçirilmiş baxış zamanı Şahid6 əlindəki mobil telefonla “X47 Sahibkar” adı ilə qeyd olunmuş 051 ***-**-** saylı mobil nömrənin istifadəçisi Təqsirləndirilən şəxsla danışığını video görüntü vasitəsilə qeydə alındığı görünür. Video görüntü 3 dəqiqə 22 saniyə müddətini əhatə edir. Həmin səs yazısında danışıqlar aşağıdakı kimidir: - Təqsirləndirilən şəxs: alo - Şahid6: eşidirsən Bəhruz? - Təqsirləndirilən şəxs: hə eşidirəm. - Şahid6: zəng vurmusan, normal danış. - Təqsirləndirilən şəxs: mənim telefonum xarabdı. - Şahid6: bəs bayaqdan deyirəm mən səni eşidirəm, sən məni eşitmirsən? zəng etmisən, sakit-sakit danış. - Təqsirləndirilən şəxs: mən partlayıram, ölürəm, adam nə edər?, a kişi bu məndən nə istəyir?, dünənki uşaqdır, Pərvaz marağı üçün yaşayır, mən öz uşağım üçün yaşayıram, məndən əl çəksin, cəhənnəm olsun başımdan, mən sənə neçə dəfə zəng eləmişəm, sən də dedin ki, səninlə heç kimin işi yoxdur. Mənim də, heç kimlə işim yoxdur, gedirəm evə gəlirəm işə. Bəlkə bir problem olub? bəlkə kiminsə xətrinə dəymişəm? qardaş mənimlə işin olmasın, onun Nadirlə problemi varsa, Nadirlə həll etsin, o, oğraşdı öz payına demişəm ki, onun meyiti çıxsın oradan, o oğraş gedib özünü biyabır etdi orada. - Şahid6: Bir saatdı sən danışırsan, qulaq as, imkan ver iki kəlmə mən danışım. Ölürsən, cəhənnəmə öl, ağzının danışığını bil. Mənə zəng etmisənsə məni də dinlə. - Təqsirləndirilən şəxs: Nə qədər vergiyə, cəriməyə pul vermək olar. Mən də dəftər qələm götürüm ondan yazım? mən kişiyəm, mən Valeh deyiləm, özümü sübut eliyərəm. O, bilər mən kiməm. - Şahid6: Qardaşva qulaq as... - Təqsirləndirilən şəxs: Nə qardaş, sizin kişilikdən xəbəriniz var?, adam kişi olar. Məndən nə istəyirsiniz? mən sizin kimi özümü sata bilmərəm. Daha sonra telefonun mikrofonundan xışıltılı səslər gəldiyi üçün Təqsirləndirilən şəxs son saniyələrdə dedikləri eşidilmədi (cild 01, i.v. 178). Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X3 07 və 12 yanvar 2024cü il tarixli məktubları və onlara əlavə edilmiş sənədlərin surətlərindən görünür ki, mərhum X44 tərəfindən xx.xx.2022-ci il, sonuncunun oğlu X16 tərəfindən xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli şikayətlərin araşdırılması üçün “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunun 16-cı maddəsinə əsasən, Ədliyyə Nazirliyinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reystr”dən alınan, uyğun olaraq xx.xx.2022-ci il tarixli, KY221880222 nömrəli, xx.xx.2023-cü il tarixli KY232061948 nömrəli və xx.xx.2023-cü il tarixli, KY232062287 nömrəli çıxarış əsasında Təqsirləndirilən şəxs istifadəsində olan mağaza və təndirxanada Lənkəran-Astara regional bölməsi əməkdaşları tərəfindən plandankənar (növbədənkənar) yoxlama həyata keçirilmişdir. X44 xx.xx.2022-ci il tarixli müraciəti əsasında Təqsirləndirilən şəxs məxsus mağazada aparılan yoxlama zamanı, X16nin xx.xx.2023-cü il tarixli müraciəti əsasında Təqsirləndirilən şəxs məxsus təndirxanada aparılan yoxlama zamanı nöqsanlar aşkarlanmış və qanunvericiliyə müvafiq olaraq tədbirlər həyata keçirilmişdir. X16nin 01 və 12 dekabr 2023-cü il tarixli şikayətləri əsasında Təqsirləndirilən şəxs işlətdiyi mağaza və təndirxanada yoxlama keçirilsə də, nöqsanlar aşkar edilməmiş və qənaətbəxş qiymətləndirilmişdir. X44 və sonuncunun oğlu X16 tərəfindən Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid4 istifadəsində olan mağaza və digər obyektlərdən başqa Lənkəran rayonu ərazisində fəaliyyət göstərən digər qida subyektlərinin fəaliyyəti zamanı qida məhsullarının saxlanılması, satışı və digər hallarla bağlı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulması ilə bağlı hər hansı şikayət həmin bölməyə daxil olmamışdır (cild 01, i.v. 188-286; cild 02, i.v. 117-118). Fövqəladə Hallar Nazirliyi X38 Xidməti Cənub Regional X38 İdarəsinin 09 və 16 yanvar 2024-cü il tarixli məktublarından görünür ki, X16nin xx.xx.2023-cü il tarixli, 3-18- 5/1-C-11xx-xx/2023 nömrəli müraciətdə qeyd edilən Lənkəran rayonu, Şağlaser kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus təndirxanada yanğın-texniki müayinənin keçirilməsi üçün xx.xx.2023-cü il tarixli, yoxlama kodu KY232064447 “Çıxarış” əldə olunaraq obyektdə yanğın-texniki müayinə keçirilməsi üçün olmuş, lakin obyektdə yanğın-texniki müayinə keçirilməsi mümkün olmamışdır. Buna səbəb verilən məlumata əsasən obyekt sahibi Təqsirləndirilən şəxs X28nin qardaşını qəsdən öldürməsi nəticəsində istintaqa cəlb edilməsi olmuşdur. X44 və X16 tərəfindən Təqsirləndirilən şəxs və qardaşı Şahid4 məxsus obyektlərdən başqa Lənkəran rayonu ərazisində fəaliyyət göstərən digər obyektlərlə bağlı yanğın təhükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, yanğın təhlükəsizliyi sahəsində məhsulun və xidmətlərin sertifikatlaşdırılması, tədavülə buraxılması, saxlanması və onların işlədilməsi qaydalarının və.s bu kimi halların pozulması ilə əlaqədar heç bir müraciət daxil olmamışdır (cild 02, i.v. 37-47; 101-102). Azərbyacan Respublikası Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (cild 02, i.v. 55-56). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Lənkəran Şəhər Psixiatriya Xəstəxanası” X41 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda deyildir (cild 02, i.v. 64). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, həmin tarixli "xxxx" MMC-dən daxil olmuş diskə baxış zamanı müəyyən olunmuşdur ki, 051 ***-**-** saylı mobil nömrədən 051 ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 16:45:20-də zəng edilərək 25 saniyə müddətində danışıq olmuş; “abuneciler23430.xls” adlı sənəddə 051 ***-**-** saylı mobil nömrə Şahid18 adına rəsmiləşdirilmiş; xx.xx.2023-cü il tarixdə, saat 16:38:15-də 051 ***-**-** saylı mobil nömrədən 050 ***-**-** saylı mobil nömrəyə zəng edilərək 123 saniyə müddətində danışıq olmuş; “abuneciler23430.xls” adlı sənəddə 050 ***-**-** saylı mobil nömrə Şahid7 adına rəsmiləşdirilmiş” xx.xx.2023-cü il tarixdə, saat 16:34:26-da 051 ***-**-** saylı mobil nömrədən 051 ***-**-** saylı mobil nömrəyə zəng edilərək 115 saniyə, həmin günü saat 16:19:31-də zəng edilərək 100 saniyə müddətində danışıq olmuş; “abuneciler23430.xls” adlı sənəddə 051 ***-**-** saylı mobil nömrə X5 adına rəsmiləşdirilmiş; xx.xx.2023-cü il tarixdə, saat 16:17:14-də 051 ***-**-** saylı mobil nömrədən 050 ***-**-** saylı mobil nömrəyə zəng edilərək 27 saniyə müddətində danışıq olmuş; “abuneciler23430.xls” adlı sənəddə 050 ***-**-** saylı mobil nömrə Şahid18 adına rəsmiləşdirilmiş; xx.xx.2023-cü il tarixdə, saat 16:01:01-də 051 ***-**-** saylı mobil nömrədən 051 ***-**-** saylı mobil nömrəyə zəng daxil olaraq 394 saniyə, saat 16:08:44-də 051 ***-**-** saylı mobil nömrədən 051 ***-**-** saylı mobil nömrəyə zəng daxil olaraq 208 saniyə müddətində danışıq olmuş; Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** saylı mobil nömrə ilə Şahid6 istifadəsində olan 051 ***-**-** saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 15:48:51-də zəng edərək 17 saniyə müddətində danışığı olmuş; “abuneciler23430.xls” adlı sənəddə 051 ***-**-** saylı mobil nömrə Şahid6 adına rəsmiləşdirilmiş; xx.xx.2023-cü il tarixdə, saat 15:56:32-də 050 ***-**-** saylı mobil nömrədən 051 ***-**-** saylı mobil nömrəyə zəng edilərək 92 saniyə müddətində danışıq olmuş; 050 ***-**-** saylı mobil nömrənin Şahid12 adına rəsmiləşdirildiyi müəyyən edilmiş; X18 adına rəsmiləşdirilmiş 050 ***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan 051 ***-**-** saylı mobil nömrə arasında 2022-ci ilin yanvar ayında iki dəfə, iyul ayında bir dəfə, dekabr ayında bir dəfə, 2023-cü ilin 23-24 oktyabr tarixlərində üç dəfə, xx.xx.2023-cü il tarixdə bir dəfə telefon danışığı olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil telefonun xx.xx.2023-cü il tarixdə anten dairəsini müəyyən etmək məqsədilə “antena23430-2023.xls” adlı fayla daxil olduqda müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 09-15 radələrində 051 ***-**-** saylı mobil nömrənin anten dairəsi Lənkəran rayonu, Şağlaser kəndi ərazisini göstərir. Həmin günü saat 15:56-da 051 ***-**-** saylı mobil nömrənin anten dairəsi ünvan 1 ünvanını göstərir. Təqsirləndirilən şəxs saat 16:08-də Lənkəran rayonu hava limanı, kərpic zavodu yaxınlığında olduğu müəyyən edilir. Həmin günü saat 16:19-da anten dairəsi Lənkəran şəhəri, M.M.Axundov küçəsini göstərir. Təqsirləndirilən şəxs saat 16:34-də Lənkəran rayonu, Vilvan kəndi, saat 16:38 və 16:45-də Lənkəran rayonu, Şağlaser kəndi ərazisində olduğu müəyyən edilmişdir (cild 02, i.v. 82-85). Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 6 saylı Ərazi Vergilər Baş İdarəsinin 26 yanvar, 06 və 23 fevral 2024-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs “Çadırlarda və bazarlarda sair malların pərakəndə satışı”, “İxtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” və “Sair ərzaq məhsullarının pərakəndə satışı” fəaliyyət növləri üzrə uçota alınmış və fəaliyyət vəziyyəti aktivdir. X44 tərəfindən vergi ödəyicisi Təqsirləndirilən şəxs yol verdiyi vergi hüquqpozmaları barədə həmin idarəyə heç bir müraciət daxil olmamışdır. X28 tərəfindən vergi ödəyiciləri Şahid4 və qardaşı Təqsirləndirilən şəxs tərəfindən yol verilən vergi və digər hüquqpozmalar barədə Azərbaycan Respublikası Prezidentinin ünvanına və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixli **********275600 nömrəli), xx.xx.2023-cü il tarixli (AVİS qəyaryyat nömrəsi: xx.xx.2023-cü il tarixli **********275601 nömrəli), xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyat nömrəsi: xx.xx.2023-cü il tarixli **********275602 nömrəli), xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyat nömrəsi: 05,12.2023-cü il tarixli **********102700 nömrəli) və xx.xx.2023-cü il tarixli (AVİS qeydiyyat nömrəsi: xx.xx.2023-cü il tarixli **********102701 nömrəli) teleqramlar göndərilmişdir. Müraciətlərin araşdırılması məqsədi ilə vətəndaş X16yə xx.xx.2023-cü il tarixli dəvət məktubu göndərilmiş, lakin o, xx.xx.2023-cü il tarixdə, saat 11:00-da baş idarənin inzibati binasında təyin edilmiş görüşə gəlməmişdir. xx.xx.2023-cü il tarixdə X16 ilə (tel: ***-***-**-**) əlaqə saxlanılmış və müraciətləri ilə əlaqədar izahat verməli olduğu bildirilmişdir. X16 araşdırmanın 6 saylı Ərazi Vergilər Baş İdarəsinin əməkdaşları tərəfindən aparılmasına etiraz etmiş, şikayətlərinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən araşdırılması barədə tələbini və onu bir daha narahat edilməməsini bildirmişdir. Müraciətlərin ətraflı araşdırmasının aparılması, tələb olunan əlavə məlumat, izahat və materialların təqdim edilməsi məqsədilə Dövlət Vegi Xidmətinin 6 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən ərizə müəllifinə xx.xx.2023-cü il tarixli məktub göndərilməsinə baxmayaraq, araşdırmaya X16 tərəfindən müraciətlərində qeyd etdiyi qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı heç bir rəsmi sənəd və sübut təqdim edilməmişdir. X16nin vergi ödəyiciləri Şahid4 və qardaşı Təqsirləndirilən şəxs tərəfindən yol verilən vergi və digər hüquqpozmalar barədə müraciətləri ilə əlaqədar adları qeyd edilən vergi ödəyicilərində operativ vergi nəzarəti tədbirləri keçirilməmişdir (cild 02, i.v.149- 150; 169-177; 193). Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının X45 Ərazi Dairəsi üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışı və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Lənkəran rayonu, Zövlə kəndində yaşamış və yaşayış yeri üzrə barəsində heç bir yazılı və şifahi şikayət daxil olmamışdır (cild 02, i.v. 178-179). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il protokolundan görünür ki, "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubu ilə daxil olmuş CD diskə keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə, saat 16:32:54-də 050 ***-**-** saylı mobil nömrədən 050 ***-**-** saylı mobil nömrəyə zəng edilərək 721 saniyə müddətində danışıq olmuşdur; “abuneciler.xls” fayla daxil olduqda 050 ***-**-** saylı mobil nömrə Şahid9 adına rəsmiləşdirilmişdir; 050 ***-**-** saylı mobil nömrə ilə 2023-cü ilin avqust-oktyabr aylarında mütamadi telefon danışıqları olmuşdur; xx.xx.2023-cü il tarixdə, saat 16:45:10-da 050 ***- **-** saylı mobil nömrədən 051 ***-**-** saylı mobil nömrəyə zəng daxil olaraq 49 saniyə, saat 16:46:47-də isə 16 saniyə müddətində danışıq olmuşdur; “abuneciler.xls” adlı fayldan görünür ki, 051 ***-**-** saylı mobil nömrə X7 adına rəsmiləşdirilmişdir; xx.xx.2023-cü il tarixdə, saat 16:52:37-də 050 ***-**-** saylı mobil nömrədən 050 ***-**-** saylı mobil nömrəyə zəng daxil olaraq 43 saniyə müddətində danışıq, saat 16:54:45-də 050 ***-**-** saylı mobil nömrədən zəng daxil olaraq 33 saniyə müddətində danışıq, saat 17:15:39-da 050 ***-**-** saylı mobil nömrədən zəng daxil olaraq 23 saniyə müddətində danışıq, 17:36:12-də 050 ***-**-** saylı mobil nömrədən zəng daxil olaraq 108 saniyə müddətində danışıq olmuşdur; “abuneciler.xls” adlı fayla daxil olduqda 050 ***-**-** saylı mobil nömrə X11, 050 ***-**-** saylı mobil nömrə Şahid19, 050 ***-**-** saylı mobil nömrə X13 adına rəsmiləşdirilmişdir; “antenna-2023.xlsx” faylına daxil olduqda xx.xx.2023-cü il tarixdə, saat 16:52-də 050 ***-**-** saylı mobil nömrənin anten dairəsi Lənkəran rayonu Vilvan kəndi, saat 16:54-də isə İstisu qəsəbəsi ərazisini göstərmişdir (cild 02, i.v. 203-206). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X25 X41 “meyitin ekspertizasına dair’’ xx.xx.2024-cü il tarixli, 35 nömrəli rəyində göstərilmişdir ki, mərhum X18 meyiti üzərində qarının daxilinə keçən mədə, nazik və yoğun bağırsaqları zədələyən bir ədəd kəsilmiş-deşilmiş kor yarası, qarın boşluğunda (1500 ml) qanaxma, xarici və daxili qanitirmə aşkar edilmişdir. Aşkar edilmiş xəsarətlər həyati olub, kənarlarının hamar, formasının xətvari, bir ucu iti, digərinin isə küt olmasını nəzərə alaraq, belə nəticəyə gəlmək olar ki, həmin xəsarətlər kəsici-deşici əşyanın təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla kənar şəxs tərəfindən yetirilə bilərdi, müddəti qərarda göstərilən tarixə xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan, sağlamlığa ağır zərər vurmanın əlamətlərinə malikdirlər. X33 xəsarət yetirilən zaman onların qarşılıqlı vəziyyəti, mərhumun ayaqüstə ön hissəsi xəsarət yetirən şəxsə tərəf olmuşdur. Meyitdə aşkar edilmiş xəsarətin qarın nahiyəsindəki yara kanalının istiqaməti öndən arxaya, soldan bir qədər sağa, aşağıdan yuxarıya doğru olmuşdur. X29 ölümü zorakıdır, ölüm qarının sol hissəsindən daxilinə keçən, mədə, nazik və yoğun bağırsaqları zədələyən, xarici və daxili qanaxma ilə müşaiyət olunan qarının bir ədəd kəsilmiş-deşilmiş yarasından baş vermişdir. X44 ölümü ilkin meyit əlamətlərinə görə onun məhkəmə-tibbi müayinəsindən iki-dörd saat əvvəl baş vermişdir. Məhrumun bədəni üzərindəki xəsarətlə ekspertizaya təqdim edilmiş köynək və mayka üzərindəki zədələrə uyğun olub, üst-üstə düşürlər (cild 02, i.v. 218-223). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Eskpertizası Mərkəzi məhkəmə ballistik-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/21, 3/42 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq zavod üsulu ilə gümüşü rəngli metaldan hazırlanmış, ümumi uzunluğu 245 mm, tiyəsinin uzunluğu 123 mm, orta hissədən eni 27 mm olan, deşici-kəsici xassəyə malik, soyuq silah hesab edilməyən qatlanmayan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir və üzərində əlavə və dəyişikliklə edilməmişdir. Geyim əşyalarından X44 məxsus uzunqol köynəyin ön sol hissəsində ətəyin son kənarından 200 mm yuxarıda, sol yan tikişdən 210 mm sağda bir ədəd 37 mm uzunluqda zədə, köynəyin ön sağ hissəsində ətəyin son kənarından 40 mm yuxarıda, sağ yan tikişdən 30 mm solda bir ədəd 17 mm uzunluqda zədə vardır, maykanın ön sol hissəsində ətəyin son kənarından 240 mm yuxarldda bir ədəd 37 mm uzunluqda zədə vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin uzunqol köynəyin və maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Uzunqol köynək və maykanın səthində fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik zədə yoxdur. Şalvarın səthində trasoloji zədə yoxdur. Aparılmış ekspertiza tədqiqatın dəyəri 180 (bir yüz səksən manat) müəyyən edilmişdir (cild 02, i.v. 224-229). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X25 X41 “maddi sübutların ekspertizasına dair’’ xx.xx.2024-cü il tarixli, 123/2024-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş bir ədəd bıçağın tiyəsi, X44 məxsus qolsuz mayka və uzunqol köynəyin üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “B” antigeni alındı, aqqlyutininlər isə alınmadı. Belə olan halda bu qan ləkələri AB (İV) qruplu şəxsə (şəxslərə), o cümlədən də X44 məxsus ola bilər (cild 02, i.v. 231-235). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X41 Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 436 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmur, cinayət törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək qabiliyyətində olmuşdur, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarındadır, törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir, hazırkı psixi vəziyyətinə görə müalicəyə ehtiyacı yoxdur, əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür, onunla istintaq hərəkətlərinin aparılması mümkündür, əqli-intellektual imkanları normaya uyğundur, emosionallıq, inadkarlıq, neqativ amillərə qarşı dözümsüzlük kimi xarakterik xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuş, cinayət əməlini törədərkən psixi-emosional qıcığa qarşı həssaslıq, gərginlik, qəzəb, qətiyyətlilik yaranmışdır, keçirdiyi emosional halın yaranma səbəbi situasiya ilə əlaqədar olmuşdur, cinayət əməlini törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (cild 02, i.v. 236-240). Lənkəran Rayon Prokurorluğunun xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə yenidən ittiham olunmuş, cinayətin aləti olan bıçaq, zərərçəkmiş şəxs X44 məxsus şalvar, köynək və mayka maddi sübut qismində tanınaraq Lənkəran Rayon Prokurorluğunun maddi sübutlar otağında saxlanılmış; "xxxx" MMC-dən daxil olmuş iki ədəd, ifadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən və telefona baxış zamanı əlavə edilmiş disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur (cild 03, i.v. 14-52). Zərərçəkmiş şəxsin hüquqi varisi X16nin məhkəməyə təqdim etdiyi 08.07. 2024-cü il tarixli ərizədən görünür ki, o, təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə etmək üçün irəli sürdüyü dəlilə hüquqi qiymət verilməsi, habelə törətdiyi əməlin hüquqi tövsifi üçün aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu maddənin mahiyyəti ondan ibarətdir ki, hər kəsin əsas qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Konstitusiyanın 125-ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6.1-ci maddəsinə görə hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X22 Rusiya Federasiyasına qarşı” işi üzrə xx.xx.2011-ci il tarixli, “Yallo Almaniyaya qarşı” işi üzrə xx.xx.2016-cı il tarixli qərarlarında göstərilir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən yerli qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilibqiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. “Ədalətli məhkəmə araşdırması hüququ” kontekstində araşdırılmalı olan məsələ sübutların əldə edilməsi üsulu da daxil olmaqla bütövlükdə məhkəmə prosesinin ədalətli olub-olmamasından ibarətdir, bu da özülyündə sübutların “qanunsuz” yolla əldə edilibedilməməsinin, Konvensiyada nəzərdə tutulmuş digər hüquqların pozulubpozulmamasının, pozuntu olduğu təqdirdə onun xarakterinin müəyyən edilməsinə xidmət edir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuş, məhkəmə iclaslarında müdafiə tərəfinin hüquqlarına hörmət edilmiş, təqsirləndirilən şəxs onun əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ona sübutların etibarlılığına və onlardan istifadəyə etiraz etmək imkanları təqdim olunmuş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqument və dəlillərini irəli sürmüş, əleyhinə ifadə verən şahidlərə həmçinin müdafiəçisi vasitəsi ilə suallar vermiş, ona qarşı irəli sürülmüş ittihamı mübahisələndirməsə də, özünü qismən təqsirli bilmişdir. Bununla belə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın sübuta yetirilməsi məsələsi məhkəmə istintaqında araşdırılmış bütün mötəbər və obyektiv sübutların tədqiqi nəticəsinə əsasən həll edilməlidir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Bundan əlavə, sübutların keyfiyyəti, o cümlədən əldə edildiyi şərait onların etibarlılığını və ya dəqiqliyini şübhə altına almır, əldə edilmiş sübutlar iş üzrə digər materiallarla təsdiq olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin məzmunundan görünür ki, sübutlar mənbəyi, əldə edilməsi və iş üçün aidiyyəti olması etibarilə o dərəcədə mötəbər olmalıdır ki, onların obyektiv həqiqəti əks etdirməsi və sübuti əhəmiyyəti kənar müşahidəçidə şübhə doğurmasın. Ona görə də məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 139-cu maddəsinə əsasən, cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayətin əlamətləri, əməlin törədilməsində şəxsin təqsirliliyi, cinayət qanunu ilə nəzərdə tutulmuş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, bu Məcəllə ilə başqa hal nəzərdə tutulmamışsa, cinayət prosesi iştirakçısının və ya cinayət prosesində iştirak edən digər şəxsin öz tələbini əsaslandırdığı hallar yalnız sübutlar əsasında müəyyən edilir. Həmin Məcəllənin 143-144-cü maddələrinin tələbinə görə sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə, habelə digər prosessual hərəkətlərlə həyata keçirilir və cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Həmin Məcəllənin 145.1, 145.2, 145.3-cü maddələrində nəzərdə tutulur ki, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146-cı maddəsində cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu ilk növbədə cinayət tərkibi ilə yanaşı cinayətin tövsif edilməsi anlayışının açıqlamasını vacib hesab etmişdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməlinə cinayət hüquqi qiymət verilmədən öncə onun özünü müdafiə üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs özünü müdafiə etmək üçün irəli sürdüyü dəlil, yəni zərərçəkmiş şəxs X44 ona qarşı haqsız hərəkətlərindən təngə gəlib bezdiyi üçün onunla görüşüb danışmaq istəsə də, onu öldürmək istəməməsi, sadəcə qorxutmaq istəməsi, hadisə baş verən gün, yəni 21 dekabr 2023-cü ildə Separadi kəndinin girəcəyində görməsəydi, Zülfüqar orada olmasaydı, tapa bilmədiyi üçün bəlkə də bıçaqla vurmayacağı barədə dedikləri əsassız olaraq törətdiyi əməldə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Qeyd edilən bu cür ifadə özünü müdafiə məqsədi ilə deyildiyindən və məhkəmədə heç bir sübutla təsdiq edilməməklə, işin hallarına uyğun gəlmədiyindən, habelə istintaq hərəkəti protokolları, zərərçəkmiş şəxsin hüquqi varisi, şahid ifadələri, ekspertiza rəyləri və digər sənədlər ilə tamamilə təkzib edildiyindən məhkəmə həmin ifadəni inandırıcı hesab etmir və sübut kimi qəbul etmir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsini onun müdafiə mövqeyinə söykənən subyektiv mülahizəsi, törətdiyi cinayət əməlinə görə qanunla nəzərdə tutulmuş məsuliyyətdən yaxa qurtarmağa, məsuliyyəti yüngülləşdirməyə yönəlmiş cəhdi kimi qiymətləndirərək, ittiham olunduğu cinayət əməlini törətməsini sübuta yetirilmiş hesab edir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı Lənkəran rayon prokurorluğunun inzibati binasında müdafiəçisinin iştirakı ilə verdiyi xx.xx.2023-cü il tarixli ifadəsində bildirmişdir ki, hadisə baş verən gün Separadi kəndinə doğru hərəkətdə olarkən yolda kənd ərazisində Zülfüqarı tapıb onu bıçaqlayaraq öldürəcəyini düşünmüşdür (cild 01, i.v. 82-87). Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Məhkəmə bu fikrin məntiqi davamı olaraq, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin yuxarıda qeyd edilən hissəsini cəzasını yüngülləşdirmək məqsədi daşıyan ifadə kimi qiymətləndirib, sübut kimi nəzərə almır. Məhkəmə cinayət işinin materiallarına istinadən Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs qismində verdiyi xx.xx.2023-cü il tarixli ifadəsini müdafiəçisinin iştirakı ilə verdiyini və həmin ifadədə dediklərini işin faktiki hallarına uyğun olduğuna və iş materiallarında olan digər sübut növləri ilə təsdiq edildiyinə görə iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə eyni zamanda, cinayət təqibi üzrə toplanmış sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə edərək hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən şəxsin əməllərinin hüquqi tövsifi məsələsini həll etmişdir. Belə ki, Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli, 3 nömrəli Qərarının 21-ci bəndində qeyd olunur ki, qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları qəsdin növü, motivi və məqsədi, üsulu, edilmə mərhələsi və şəraiti, həmçinin, təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarka qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı təhqiq olunmalıdır. Belə olan halda, Təqsirləndirilən şəxs tanışı X44 və sonuncunun oğlu tərəfindən onun işlətdiyi ərzaq mağazasında satılan qida məhsullarının keyfiyyəti ilə bağlı etdiyi şikayətlərlə əlaqədar dəfələrlə Zülfüqarla söhbət edib ondan bu işlərdən əl çəkməsini tələb etsə də, Zülfüqarın ondan şikayətləri yalnız aylıq pul və kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ilə təmin olunması müqabilində dayandıracağı ilə bağlı təklifinə müsbət cavab vermədiyi üçün bundan daha da aqressivləşib, onun 2023-cü ilin dekabr ayının əvvəlindən təkrarən oğlu Nasirin adından müxtəlif dövlət qurumlarına etdiyi şikayətləri, habelə mağazasına gələrək ona qarşı yenidən nalayiq ifadələr işlətməklə onu təhqir edib, istəklərini tələb etməsini, özünə qarşı qərəzli hərəkətlərin davamı kimi qəbul edərək, bu barədə yenidən ona və yaxın qohumlarına etdiyi xəbərdarlıqların nəticəsiz qaldığını görüb, Zülfüqarın ondan əsassız tələblər irəli sürməkdə israrlı olduğuna əmin olub, həmin hərəkətlərinə görə qisas almaq niyyəti ilə onu qəsdən öldürmək qərarına gəlib, kənd ərazisində taparaq, əvvəlcədən özü ilə götürdüyü mətbəx bıçağı ilə qarın nahiyəsinə qəsdən bir dəfə zərbə vuraraq öldürməsi haqlı olaraq qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə kimi qiymətləndirilmişdir. Bu vəziyyətdə, müdafiə tərəfinin iddia etdiyi kimi təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin qəflətən baş vermiş güclü ruhi həyəcan vəziyyətində qəsdən adam öldürmə cinayətini nəzərdə tutan 122-ci maddəsi ilə tövsif edilməsi qanuni və əsaslı olmazdı. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin hüquqi varisi, şahidlərin ifadələri, “hadisə yerinə baxış keçirilməsi”, “meyitə baxış keçirilməsi”, “təqdim edilmiş bıçağa baxış keçirilməsi və götürülməsi”, “təqdim edilən paltarlara baxış keçirilməsi və götürülməsi haqqında”, “təqsirləndirilən şəxsi dindirmə haqqında” (xx.xx.2023-cü il tarixli), “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında”, “təqsirini boynuna almaqla könüllü gəlmə haqqında” protokollar, həmin protokollara əlavə edilmiş disklərin yaddaşına yazılmış videogörüntülər, mobil telefonlar və nömrələrindən əldə edilmiş məlumatlar, ekspert rəyləri, maddi sübutlar və digər sənədlər (fotoşəkillər), yəni toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Məhkəmə cinayət işi üzrə toplanmış və araşdırılmış mötəbər sübutlara ayrı-ayrılıqda, habelə məcmu halda tam, hərtərəfli, obyektiv baxılmasına və məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş materiallarında olan biri digəri ilə uzlaşan sübutların məcmusu ilə öz təsdiqini tapmışdır, onun əməlində cinayət tərkibi vardır və bununla da təqsirliliyi tam sübuta yetirilmişdir. Məhkəmə tərkibi göstərilənlərin fövqündə belə hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır. Həmin Məcəllənin 347.1-ci maddəsində qeyd olunur ki, məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Həmin Məcəllənin 349-cu maddəsinə əsasən, məhkəmə hökmü qanuni olmalı, yəni Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarılmalıdır. Həmin Məcəllənin 351.1-351.3-cü maddələrinə görə ittiham hökmü təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsirli bilinməsi və onun barəsində cəza tədbirinin tətbiq edilməsi (cinayət qanunu ilə bilavasitə nəzərdə tutulduğu hallarda onun barəsində cəzanın tətbiq edilməməsi və ya cəzadan azad edilməsi) barədə məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun Cinayət-Prosessual Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz həmin Məcəllənin 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Cinayət məsuliyyətinin əsaslarından bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 25.2-ci maddəsinə əsasən, şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün hallara və sübutlara hüquqi qiymət verərək, həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətləri vardır, həmin cinayət əməli həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir. Həmçinin, bu cinayətin törədilməsində o, təqsirlidir, cinayət əməlini qəsdən törətmişdir, əməli başa çatmış cinayətdir və cinayətlərin təsnifatına görə xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, habelə cinayət hüququ sahəsində milli (yerli) və beynəlxalq qanunvericiliyin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2, 5.1, 7.1, 8.1, 9.2-ci maddələrində göstərilir ki, bu Məcəllə cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, digər cinayət hüquqi xarakterli tədbirləri müəyyən edir; əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir; yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər; cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz (başqa sözlə desək, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41, 58.1 və 58.3-cü maddələrinə əsaslanaraq müəyyən edir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hisəssinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, məhkumun islah edilməsi, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Göstərilən maddələrin məzmunundan göründüyü kimi cəzanın qarşısında üç əlaqəli məqsəd qoyulmuşdur: sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması. Cəzanın cinayətə görə sitəm olması deyil, sosial ədalətin bərpası məqsədi ilə tətbiq edilməsi xüsusilə nəzərə alınmalıdır. Sosial ədalətin bərpası cəzanın məqsədi kimi o zaman həyata keçirilməyə başlanır ki, artıq cinayət törədilmiş olsun, bununla sosial balans pozulmuş olsun və bu balansın bərpası üçün törədilmiş cinayətə uyğun cəza tətbiq edilmiş olsun. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, xx.xx.2003-cü il tarixli Qərarında göstərilir ki, məhkəmə hər bir konkret halda təqsirləndirilən şəxsə cəzanın təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməli, təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmçinin qeyd edilməlidir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1, 59.1.4, 59.1.10-cu maddələrinə əsasən, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı, iki yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, könüllü gəlib təqsirini boynuna almasını, 59.2-ci maddəyə görə ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, həm qeydiyyatda olduğu, həm də yaşayış yeri üzrə müsbət xasiyyətləndirilməsini, zərərçəkmiş şəxsin onu daşla vuracağından ehtiyat etdiyi üçün onu qorxutmaq məqsədilə bıçaqla vurmasına görə səmimi peşiman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxsin əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin cəzanı yüngülləşdirən hallar olduqda cəzanın təyin edilməsindən bəhs edən 60-cı maddəsində qeyd olunur ki, “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz”. Cəzanı yüngülləşdirən qeyd olunan halların mövcud olduğunu, təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək əsas cəzaya Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Kommentariyasında qeyd olunur ki, bu Məcəllənin 60-cı maddəsinin tətbiq edilməsi üçün ödənilməli olan şərtlərdən biri də odur ki, cinayət törətmiş şəxsin əməlində 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olsun. xx.xx.2017-ci il tarixli Qanunla dəyişiklik edilənədək Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.10-cu maddələrində əks olunan yüngülləşdirici hallardan birinin və ya bir neçəsinin olması 60-cı maddənin tətbiqi üçün yetərli sayılırdı. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Konstitusiya Məhkəmə Plenumunun xx.xx.2012-ci il tarixli qərarında göstərilir ki, Cinayət Məcəlləsinin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən halların hər biri təqsirin fərqli formalarını, müxtəlif növ cinayətləri xarakterizə edir. Belə ki, Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsində nəzərdə tutulan hallar daha çox təqsirin qəsd formasında, iştirakçılıqla törədilən cinayətləri, 59.1.10-cu maddəsində nəzərdə tutulan hallar isə bir qayda olaraq, ehtiyatsızlıqdan törədilən cinayətləri səciyyələndirir. Buradan aydın olur ki, qanunverici Cinayət Məcəlləsinin 60-cı maddəsinin tətbiqi üçün bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində nəzərdə tutulan halların mütləq qaydada məcmu halında mövcud olmasını şərtləndirmir, təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq bu maddələrdə nəzərdə tutulan halların müstəqil olaraq tətbiqini də mümkün edir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin qüvvədə olan redaksiyası bu maddənin tətbiqi üçün yüngülləşdirici halların dairəsini genişləndirsə də, “bütün hallar mövcud olduqda” tələbini qoymaqla əslində yenidən maddənin şamil olunduğu halları daraltmışdır. Düzdür, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi istisna olmaqla, digər maddələrdə (59.1.8, 59.1.11, 59.1.12 və 59.1.13-cü maddələri) yalnız bir yüngülləşdirici hal təsbit edilmişdir. Həmin maddələrdəki halların 60-cı maddənin tətbiqi üçün müstəqil şərt olaraq mövcudluğunu qanunverici yetərli hesab edir. Lakin Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində bir neçə (şəxsin könüllü gəlib təqsirini boynuna alması, cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək edilməsi, cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi) yüngülləşdirici halın hamısının eyni zamanda mövcudluğu tələbinin qoyulması qanunun postkriminal pozitiv davranışı stimullaşdırmaq istəyinin ziddinə olaraq müəyyən hallarda 60-cı maddənin tətbiqini mümkünsüz edir. Bəzi hallarda isə sadalanan halların hamısının müəyyən edilməsinə obyektiv olaraq zərurət yaranmır. Məsələn, bir nəfər tərəfindən sağlamlığa yüngül zərər vurma cinayəti törədildikdə və həmin şəxs könüllü gəlib təqsirini boynuna aldıqda Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiqi üçün şərt ödənmiş olur. Lakin nəzərə almaq lazımdır ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli, 4 nömrəli Qərarının 5-ci bəndinə əsasən cəzanı yüngülləşdirən halların təsbit olunduğu digər maddələrdən fərqli olaraq yalnız Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin məqsədləri üçün ayrı-ayrılıqda nəzərə alınması mümkün olan “şəxsin könüllü gəlib təqsirini boynuna alması”, “cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə kömək etməsi”, “cinayət nəticəsində əldə edilmiş əmlakın axtarışına və tapılmasına fəal kömək etməsi” kimi halları təsbit edir. İşin hallarından asılı olaraq konkret işdə bu halların yalnız biri və yaxud eyni zamanda bir neçəsi Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini tələb edən cəzanı yüngülləşdirən hal (hallar) qismində müəyyən oluna bilər. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əməllərə görə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamın əks olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx.xx.1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Vinter və başqaları Birləşmiş Krallığa qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, cəzanın qanuni məqsədləri cəzalandırma, çəkindirmə, islah etmə və cəmiyyətin müdafiəsidir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai-təhlükəliliyini, şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş sanksiya həddində, konkret olaraq cinayət qanunvericiliyinin tələbləri və cəza təyin edilərkən nəzərə alındığı göstərilən hallara əsasən azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatına görə həmin Məcəllənin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət hesab olunur. Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, qəsdən törədilmiş xüsusilə ağır cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Qanunun qeyd edilən tələbi baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə mülki iddia, maddi zərər və ya üzərinə həbs qoyulmuş əmlak yoxdur. Məhkəmə hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələyə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Həmin Məcəllənin 99-1.1-ci maddəsində şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Cinayət işi üzrə müsadirə olunması təklif olunan cinayətin törədilməsində istifadə olunan alət və vasitələr, cinayətin predmetləri müəyyən edilməmişdir. Prosessual qanunvericiliyin tələblərinə əsasən xüsusi müsadirə məhkumun qanuni əsaslarla əldə etdiyi əmlakına və onun himayəsində olan təqsirsiz şəxslərin mülkiyyət hüququnun məhdudlaşdırılmasına yönəldilə bilməz. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs münasibətdə əmlak müsadirəsi tətbiq oluna bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1, 132.1.6 və 132.1.7-ci maddələrinə görə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməli; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməli; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq, mərhum zərərçəkmiş şəxs X44 məxsus şalvar, köynək və mayka məhv edilməli; "xxxx" MMC-dən daxil olmuş, habelə ifadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən, telefona baxış zamanı əlavə edilmiş disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və həmin disklər iş materiallarında saxlanılmalıdırlar. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən, bu Məcəllənin 197.1.4-cü maddəsində (mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ) nəzərdə tutulan məsrəf məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 180 (bir yüz səksən) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.6-cı maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, 15 saylı Qərarının 56-cı bəndində göstərilir ki, təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən hökmün nəticəvi hissəsində cəza çəkmə müddətinin hansı qaydada hesablandığı heç bir şübhə doğurmamalıdır. Nəzərə almaq lazımdır ki, hökmlə təyin olunan ümumi cəza müddətinə ibtidai həbs müddətindən başqa, təqsirləndirilən şəxsin azadlığının faktiki məhdudlaşdırıldığı zaman daxil olmaqla şübhəli şəxs qismində tutulduğu müddət də daxildir. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli, 5 nömrəli Qərarının 15-ci bəndində göstərilir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə, şəxsin həbsdə saxlanılma müddəti müəyyən edilərkən, onun şübhəli şəxs (təqsirləndirilən şəxs) kimi tutulduğu andan barəsində hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət nəzərə alınır. Məhkəmə heyəti “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun sözügedən Qərarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin müddəalarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı ibtidai həbs müddəti onun cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu gündən, yəni 21 dekabr 2023-cü il tarixdən hesablanmalıdır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198, 344-347, 349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 21 dekabr 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə ekspertiza tədqiqatının dəyəri 180 (bir yüz səksən) manat məbləğdə pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Məhkəmənin hökmü qanuni qüvvəsini alandan sonra, cinayət işi üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Baş Prokurorluğu Lənkəran Rayon Prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmiş, cinayətin aləti olan 1 (bir) ədəd bıçaq, mərhum zərərçəkmiş şəxs X44 məxsus şalvar, köynək və mayka məhv edilsin; "xxxx" MMC-dən daxil olmuş, habelə ifadənin yerində yoxlanılması istintaq hərəkətini özündə əks etdirən və telefona baxış zamanı əlavə edilmiş disklərin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və həmin disklər iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə tətbiq edilməsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-449/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-449/2024
16.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver