Məhkəmə qərarları › İş №1(099)-45/2022

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-45/2022

11.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-45/2022 11.02.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Lənkəran rayon vəkil bürosunun vəkilləri Müdafiəçi4, Müdafiəçi5 və Müdafiəçi6 iştirakı ilə,

1. xx xxxxxx 1973-cü ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 16 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi,

2. xx xxxxx 1972-ci ildə Lənkəran rayonunun İstisu (keçmiş Kirov) qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 17 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi və

3. xx xxx 1974-cü ildə Lənkəran rayonunun Girdəni kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olmuş, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 05 (beş) ay 27 ( iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin ünvanda qeydiyyatda olmaqla orada yaşamış, barəsində 16 iyul 2021-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 14 iyul 2021-ci ildə saat 19 radələrində Lənkəran rayonunun Girdəni kəndində həmkəndlisi Təqsirləndirilən şəxs2 10 (on) manat pulun müqabilində satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 0,503 qram narkotik vasitə heroini və 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 0,459 qram psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 15 iyul 2021-ci ildə, gecə saat 00:10 dəqiqədə Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı kənddə saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən sayda və çəkidə olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 14 iyul 2021-ci ildə, saat 16 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsində tanışı Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq, külli miqdarda 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 15,591 qram narkotik vasitə heroini və külli miqdarda 01 (bir) ədəd sellofan kəsiyi bükümündə, ümumi təmiz çəkisi 5,397 qram psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 15 iyul 2021-ci ildə, saat 13 radələrində Lənkəran şəhəri “Ləvəngi” dairəsində Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı saxlanılaraq polis şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən göstərilən çəkilərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür Təqsirləndirilən şəxs2 İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfetaminin əldə edilməsi, saxlanması və daşınması ilə bağlı 2021-ci ilin iyun ayının əvvəlində razılığa gəlib, sonuncularla qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək, bu məqsədlə həmin şəxslər satış məqsədi ilə qanunsuz olaraq əldə etdikləri 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1036,979 qram (1 kq 36,979 qr) olub külli miqdar təşkil edən tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroini və 1 (bir) ədəd bağlamada təmiz çəkisi 1086,943 (1 kq 86,943 qr) qram olub külli miqdar təşkil edən psixotrop maddə metamfetamini İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirməklə 2021-ci ilin iyun ayının əvvəlində yeni Astara-Bakı magistral yolun Astara rayonu ərazisindən keçən hissəsinə, yolun sağ kənarında, yerə basdırılmış, üzərində 17 rəqəmi yazılan dəmir lövhənin yanına gətirib, orada gizlədərək həmin narkotik vasitəni və psixotrop maddəni gizlətdiyi yer barədə ona məlumat verdikdən sonra satış məqsədi ilə qanunsuz olaraq qeyd olunan külli miqdarda narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini Astara şəhəri ərazisində magistral yolun kənarında gizlədildiyi yerdən götürüb əldə edərək üzərində saxlamaqla, onları daşıyaraq özünə məxsus Lənkəran rayonunun Girdəni kəndində yerləşən təmirsiz tikiliyə gətirib girişdəki otaqda dəmir qabın içərisində gizlətmiş, satışını realizə etmək üçün elektron tərəzidə çəkərək narkotik vasitə heroindən 0,433 qram, 0,452, qram, 0,503 qram və 15,591 qram olmaqla 4 (dörd) ədəd bükümlərə, psixotrop maddə metamfetamindən isə 0,459 qram, 0,534 qram, 0,553 qram və 5,397 qram olmaqla 4 (dörd) ədəd bükümlərə ayırıb onları sellofan kəsiklərində bükərək satış məqsədi ilə qanunsuz olaraq üzərində saxlayaraq daşımış, qalan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini elektron tərəzi ilə birlikdə tikilidə saxlamış, üzərində gəzdirdiyi həmin maddələrdən 14 iyul 2021-ci ildə vahid niyyətlə 1 (bir) ədəd bükümdə 15,591 qram çəkidə narkotik vasitə heroini və 1 (bir) ədəd bükümdə 5,397 qram çəkidə psixotrop maddə metamfetamini 100 manat pul müqabilində Lənkəran şəhərində “Ləvəngi dairəsi” adlanan ərazidə tanışı Təqsirləndirilən şəxs3 və 1 (bir) ədəd bükümdə 0,503 qram çəkidə narkotik vasitə heroini və 1 (bir) ədəd bükümdə 0,459 qram çəkidə psixotrop maddə metamfetamini 10 manata yaşadığı Lənkəran rayonunun Girdəni kəndində tanışı Təqsirləndirilən şəxs1 satmış, hər iki şəxs Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı saxlanılmış, özü isə 15 iyul 2021-ci ildə gecə saat 02:20 dəqiqədə yaşadığı kənddə saxlanılaraq polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən satış məqsədi ilə qanunsuz olaraq üzərində saxladığı 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda 0,433 qram və 0,452 qram, cəmi 0,885 qram çəkidə narkotik vasitə heroin və 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda 0,534 qram və 0,553 qram, cəmi 1,087 qram çəkidə psixotrop maddə metamfetamin sellofan kəsiklərinə bükülmüş halda əynindəki cins şalvarın sağ yan cibindən aşkar edilib qablaşdırılaraq götürülmüş, həmin gün saat 03:30 radələrində özünə məxsus təmirsiz tikiliyə baxış keçirilərkən satış məqsədi ilə qanunsuz olaraq saxladığı 1 (bir) ədəd bağlamada, 1020 qram çəkidə narkotik vasitə heroin və 1 (bir) ədəd bağlamada, 1080 qram çəkidə psixotrop maddə metamfetamin üzərində narkotik vasitə heroinin izləri olan işlək vəziyyətdə elektron tərəzi ilə birlikdə girişdəki otaqda gizlədildiyi dəmir qabın içərisindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci ildə, saat 20 radələrində Lənkəran ŞRPŞ-nın əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə aparılmış, orada izahatı alınarkən polis əməkdaşlarının təzyiqi nəticəsində 10 manat pulun müqabilində Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə aldığını bildirmiş, izahata imza etdirilmişdir. Hansı ki, həmin vaxt onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs1 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq edilərkən müəyyən olunur ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci ildə, saat 19 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 10 manat pul verib ondan şəxsi istifadəsi üçün bir büküm metamfetamin və bir büküm heroin almış, heroinin bir qismini qəbul etmiş, qalan hissəsini şalvarının cibinə qoymuş, 15 iyul 2021-ci ildə gecə saat 00:10-da yaşadığı kəndin ərazisində olarkən polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamefatmini onlara təqdim etmiş, həmin bükümlər ayrıayrılıqda zərfə qoyularaq qablaşdırlıb üzərinə möhürlənməklə götürülmüş, sonra zərfin üzəri onun və müdafiəçisi tərəfindən imzalanmışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci ildə, saat 13 radələrində şəhərin Ləvəngi dairəsi adlanan ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq rayon polis şöbəsinə aparılıb orada polis əməkdaşları tərəfindən üzərinə heroin və metamfetamin qoyulmuş, sonra polis əməkdaşlarının təzyiqi nəticəsində həmin narkotik vasitə və psixotrop maddəni rayon sakini Təqsirləndirilən şəxs2 alması barədə ondan izahat alınaraq ona imza etdirilmişdir. Hansı ki, həmin vaxt onun üzərində narkotik vasitə və psixotrop maddə olmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs3 istintaq zamanı verdiyi ifadələri məhkəmədə elan olunmaqla tədqiq edilərkən müəyyən olunur ki, ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, uzun müddətdir narkotik vasitlər heroin və psixotrop maddə metamfetamindən istifadə etməyə başlamış, 14 iyul 2021-ci ildə saat 16 radələrində tanışı Təqsirləndirilən şəxs2 100 manat pul verib ondan şəxsi istifadəsi üçün bir bükümdə heroin və bir bükümdə metamfetamin almış, ertəsi gün yəni iyulun 15-də saat 13 radələrində Lənkəran şəhəri Ləvəngi dairəsində olarkən polis əməkdaşları saxlanılaraq polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilərkən əynində olan şalvarın sağ yan cibində saxladığı 01 ədəd şəffaf rəngli sellofana bükülmüş narkotik vasitə heroini və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş psixotrop maddə metamefatmini onlara təqdim etmiş, onlar elektron tərəzidə çəkildikdən sonra həmin bükümlər ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırlıb üzərinə möhürlənməklə götürülmüş, zərfin üzəri onun və müdafiəçisi tərəfindən imzalanmış, Narkotik vasitələrin satışı ilə məşğul olmamış, Təqsirləndirilən şəxs2 aldığı narkotik vasitə və psixotrop maddəni şəxsi istifadəsi üçün almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2021ci ildə gecə saatlarında evin həyətində olan yarıtikilidə həmkəndlisi Təqsirləndirilən şəxs1lə işləyən zaman vaxt polis əməkdaşları evinə gəlmiş, o, həmin vaxt cibində olan az miqdarda narkotik vasitəni kənara tullamış, polis əməkdaşları həmin narkotik vasitəni tapmış, onlar həmin narkotik vasitənin ona məxsus olub-olmamasısoruşularkən qeyd edilən nakotik vasitənin onun olmasını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 narkotik vasitə satmamış, evində heç bir narkotik vasitə olmamış, polis əməkdaşlarının təzyiqi nəticəsində istintaq zamanı ifadəsinə imza etmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmədə elan edilərkən müəyyən olunur ki, ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2020-ci il fevral ayında Lənkəran şəhərində olarkən İran İslam Respublikasının vətəndaşı Səid adlı şəxslə tanış olmuş, söhbət zamanı ona narkotik vasitələr istifadəçisi və maddi vəziyyətinin çətin olduğunu bildirmiş, Səid İrandan Azərbaycana gizli yolla külli miqdarda narkotik vasitələr gətirə biləcəyini, gətirdiyi narkotik vasitələr və psixotrop maddələri onun vasitəsilə satmağını, bununla da birlikdə pul qazana biləcəyini ona təklif etmiş, 2021-ci ilin iyun ayının əvvəllərində Səid onun “Whatsap” vasitəsilə ona zəng edərək, Ələt-Astara magistral yolunun 17-ci kilometrliyində, “17”-ci kilometr yol nişanı olan yerdə 2 ədəd bağlamanı gizlətdiyini, həmin bağlamaların birinin kakos, yəni narkotik vasitə heroin və birin isə şüşə, yəni psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş, o da həmin yerə gedərək oradan bağlamaları götürüb yaşadığı Lənkəran rayonunun Girdəni kəndində özünə məxsus olan yeni inşa edilmiş yarım tikilyə gətirməklə dəmir qabın içərisində gizlətmiş, 14 iyul 2021-ci ildə saat 18 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs1 10 manat pul müqabilində bir büküm heroin və bir büküm metamfetamin, saat 16 radələrində isə tanışı Təqsirləndirilən şəxs3 100 manat pul müqabilində 6 qram psixotrop maddə metamfetamin və 15 qram narkotik vasitə heroini Lənkəran şəhəri Ləvəngi dairəsində vermiş, 15 iyul 2021-ci ildə gecə saat 03 radələrində yaşadığı kəndin ərazisində olarkən mülki geyimdə bir neçə nəfər şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduğunu bildirərək, üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində və satışı ilə məşğul olmasında da şübhələri olduğu üçün üzərinə şəxsi axtarış keçirilməsini üçün onu polis şöbəsinə dəvət etmiş, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxladığı şəffaf rəngli sellofana bükülmüş 02 ədəd bükümdə narkotik vasitə heroini və 02 ədəd bükümdə metamfetamini, sol yan cibindən isə 10 manatlıq əskinasda olan pulu təqdim etmiş, şifahi sorğu-sual zamanıüzərindən aşkar olunmuş 10 manatlıq pulu Təqsirləndirilən şəxs1 adlı həmkəndlisinə satdığı narkotik vasitlərdən əldə etdiyini, evində narkotik vasitələri saxladığını və satışı ilə məşğul olduğunu bildirmiş, evinə baxış zamanı yarımçıq tikilidə bağlamalarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamin eləcə də bir ədəd elektron tərəzi aşkar edilmiş, həmin bağlamalar elektron tərəzidə çəkilərkən metamfetaminin çəkisi 1110 qram, heroinin çəksi isə 1040 qram olmuş, həmin bağlamalar ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə Lənkəran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, 14 iyul 2021-ci ildə Lənkəran rayonunun Girdəni kənd sakini Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qəbulu ilə məşğul olması barədə Lənkəran şəhər-rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs1 həmin gün gecə saat 00:10 dəqiqədə yaşadığı Girdəni kəndində saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğu bildirilərək polis şöbəsinə dəvət edilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncu əynində olan cins şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli sellofana bükülmüş büküm təqdim edərək, həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu, həmin narkotik vasitəni və psixotrop maddəni 10 manata həmkəndlisi Rəşadət adlı şəxsdən aldığını bildirmişdir. Əməliyyat axtarış tədbirləri davam etdirilərək Təqsirləndirilən şəxs2 həmin gün gecə saat 02:20 radələrində yaşadığı Girdəni kəndində saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən 04 ədəd ağ rəngli sellofana bükülmüş bükümləri onlara təqdim etmiş, həmin bükümlərin ikisində narkotik vasitə heroin, digər iki bükümdə isə psixotrop maddə metamfetamin olduğunu və onların ona məxsus olduğunu bildirmişdir. Şifahi sorğu-sual zamanı Rəşadət Girdəni kəndində yerləşən yeni tikili olan evində narkotik vasitə və psixotrop maddə olduğunu, onları İİR-sı vətəndaşının vasitəsi ilə Ələt-Astara yolunun 17-ci km-dən əldə etdiyini bildirmiş, həmin gün gecə saat 03 radələrində sonuncuya məxsus yarımçıq tikiliyə baxış keçirilərkən evin giriş qapısınından sol tərəfdə olan dəmir qabın içərisində sellofan torbanı içərisindən 2 ədəd bağlamanı və bir ədəd elektron tərəzini onlara təqdim etmiş, həmin bağlamalar elektron tərəzidə çəkilmiş, içərisində heroin olan bağlamanın çəkisi 1040 qram, içərisində metamfetamin olan bağlamanın çəkisi isə 1110 qram olmuş, sonra bağlamalar zərflərə qoyularaq möhürlənib üzəri imzalarla təsdiq edilmişdir. Hər iki şəxs əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq şöbəyə gətirilərkən, şöbədə izahatları alınarkən onlara təsir-təzyiq göstərilməmiş, həmçinin onlara qarşı hər hansı bir qanunsuz hərəkətlərə yol verilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Lənkəran rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyən Şahid3 Tarıx oğlu ifadəsində göstərmişdir ki, 15 iyul 2021-ci ildə Lənkəran rayonu, İsti su qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs3 barəsində qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması və üzərində gəzdirməsi ilə bağlı icraatına daxil olmuş əməliyyat məlumatlı əsasında əməliyyat qrupu yaradılmış, Təqsirləndirilən şəxs3 həmin gün saat 13 radələrində rayonun Ləvəngi dairəsi adlanan ərazisində olarkən saxlanılmış, ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğu bildirilərək polis şöbəsinə dəvət edilmiş, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı sonuncu əynində olan şalvarın sağ yan cibindən 02 ədəd ağ rəngli sellofana bükülmüş büküm təqdim etmiş, həmin bükümlərin birində narkotik vasitə heroin, digərində isə psixotrop maddə metamfetamin olduğunu bildirmiş, içərisində heroinə oxşar kütlə olan bükümün çəkisi 15,92 qram, içərisində metamfetaminə oxşar olan kütlənin çəksi isə 6,12 qram olmuş, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün tanışı Təqsirləndirilən şəxs2 100 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 saxlanılaraq polis şöbəsinə gətirilərkən, izahatı alınarkən ona qarşı fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid5 analoji olaraq digər şahidlər Şahid1 və Şahid3 Tahir oğlunun ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan 15 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 15 iyul 2021-ci ildə gecə saat 00:10-da Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı Girdəni kəndində saxlanılaraq polis şöbəsinə gətirilərək müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli bükümdə narkotik vasitə heroinə bənzər və 01 (bir) ədəd psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə çəkilərək qablaşdırılıb üzəri imzalarla təsdiq olunmuşdur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş narkotk vasitə heroini və psixotrop maddə metamfetamini həmkəndlisi Təqsirləndirilən şəxs2 10 manata aldığını bildirmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 15 iyul 2021-ci ildə gecə saat 02:20-da Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Girdəni kəndində saxlanılaraq polis şöbəsinə gətirilib müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 02 (iki) ədəd ağ rəngli bükümdə narkotik vasitə heroinə bənzər və 02 (iki) ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuş, həmin kütlələr elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılıb götürülmüş, Təqsirləndirilən şəxs2 həmin bükümlərin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin ona məxsus tikilidə də narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu və həmin narkotik maddə və saitələri İran İslam Respublikası vətəndaşı “Səid” adlı şəxsin Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsinə, yolun sağ kənarında, yerə basdırılmış, üzərində 17 rəqəmi əks olunmuş, məsafəni nəzərdə tutan dəmir lövhənin yanında gizlətdiyi yerdən götürdüyünü bildirmişdir. Əldə etdiyi maddələrdən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 satdığını bildirmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında protokoldan” görünür ki, həmin tarixdə Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlərinin davamı olaraq gecə saat 02:50 Təqsirləndirilən şəxs2 məxsus Lənkəran rayonuynun Girdəni kəndində yerləşən yeni tikili olan evinə keçirilən baxış zamanı orada olan dəmir qabın içərisindən 1 bağlamada heroinə bənzər kütlə və bir bağlamada isə metamfetaminə bəznər kütlə və bir ədəd işlək vəziyətdə elektron tərəzi aşkar edilərək götürülmüş və həmi bağlamalar elektron tərəzidə çəkilərkən, bir ədəd heroinə bənzər bağamanın, bir ədəd metamfetaminə bənzər bağlama və bir ədəd işlək vəziyyətdə elektron tərəzi aşkar olunmuşdur. Aşkar olunmuş 1 bağlamada heroinə bənzər kütlə və bir bağlamada isə metamfetaminə bənzər kütləni Səid adlı İİR vətəndaşının Ələt-Astara magistral yolun Astara rayonu ərazisindən keçən hissəsinə, yolun sağ kənarında, yerə basdırılmış, üzərində 17 rəqəmi əks olunmuş, məsafəni nəzərdə tutan dəmir lövhənin yanında gizlətdiyi yerdən götürdüyünü bildirmişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin gün saat 13 radələrində Lənkəran şəhər-rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Lənkəran şəhəri Ləvəngi dairəsində olarkən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra müdafiəçinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı onun əynində olan şalvarının sağ yan cibindən 01 (bir) ədəd ağ rəngli bükümdə narkotik vasitə heroinə bənzər və 01 (bir) ədəd psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Aşkar olunmuş bir bükümdə narkotik vasitə heroini və bir bülkümdə psixotrop maddə metamfetamini 14 iyulda Təqsirləndirilən şəxs2 100 manata şəxsi istifadəsi üçün aldığını bildirmişdir. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli “İfadələrin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə ifadəsinin yerində yoxlanılması zamanı təqdim etdiyi şərait onun əvvəl verdiyi ifadəyə tam uyğundur. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan 18 iyul 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs1 üzərində aşkar edilmiş bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini həmkəndlisi Təqsirləndirilən şəxs2 10 manata aldığını sonuncunun üzünə qarşı demişdir. İş materiallarında olan 18 iyul 2021-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs3 üzərində aşkar edilmiş bir bükümdə narkotik vasitə heroini və bir bükümdə psixotrop maddə metamfetamini tanışı Təqsirləndirilən şəxs2 100 manata aldığını sonuncunun üzünə qarşı demişdir. İş materiallarında olan 15 iyul 2021-ci il tarixli, 19/623 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm” sözlər və imzalar olan bir ədəd zərfdəki, 01 ədəd bükümdə təmiz çəkisi -0,503 qram maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi kütlə” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükümdə təmzi çəkisi-0,459 qram olan ağ rəngli kristal formada olan maddə metamfetamindir. İş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının 15 iyul 2021-ci il tarixli, 19/624 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd büküm” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmzi çəkiləri: -0,433 qram, 0,452; ümumi təmiz çəkisi -0,885 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər, xarici görnüşlərinə və kimyəvi təkiblərinə görə bir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd büküm” sözlər və imzalar olan bir ədəd zərfdəki, 2 ədəd bükümlərdə ayrı-ayrılıqda təmzi çəkiləri: -0,534 qram, -0,553 qram; ümumi təmiz çəkisi -1,087 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindirlər, xarici görnüşlərinə və kimyəvi təkiblərinə görəbir-biriləri ilə eynidirlər. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi bağlama” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bağlamada təmiz çəkisi -1020,0 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi bağlama” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bağlamada təmiz çəkisi -1080,0 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Təqdiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi elektron tərəzi” sözlər və imzalar olan bir ədəd zərfi açdıqda, 01 ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinin izləri vardır. Heroin iz şəklində olduğuna görə, çəkisinin və tədqiqata təqdim edlimiş heroinlərlə müqayisəli tədqiat (eynilik) aparmaq mümkün olmamışdır. Təqdiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədədə zərfdəki, 2 ədəd paketdəki heroinlər və metamfetaminlər Təqsirləndirilən şəxs1 məxsus heroin və metamfetamin ilə xarici görnüşlərinə və kimyəvi tərkiblərinə görə birbiriləri ilə eynidirlər. İş materiallarında olan 16 iyul 2021-ci il tarixli, 19/623 nömrəli məhkəmə fiziki-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kütlə (heroinə bənzər)” sözlər və imzalar olan bir ədədə zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -15,591 qram olan maddə iryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə” sözlər və imzalar olan bir ədədə zərfdəki, 1 ədəd bükümdə təmiz çəkisi -5,397 qram olan ağ rəngli kristal formada olan maddələr metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərilərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş kütlə (heroinə bənzər)”, “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş metamfetaminə bənzər kütlə” və “Təqsirləndirilən şəxs2 məxsus metamfetaminlər, heroinlər, tərəzi Rəy №16/623” sözlər və imzalar olan 2 ədəd zərfdəki və 1 ədəd paketlərdeki heroinlər və metamfetaminlər xarici görnüşlərinə və kimyəvi təkiblərinə görə bir-birləri ilə eynidirlər. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 693 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 696 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 iyul 2021-ci il tarixli 695 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji xəstəxanasında qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan əməliyyat tapşırığının 18 avqust 2021-ci il tarixli cavabından görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi ilə məşğuldur. Üzərindən aşkar olunmuş narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs2 10 manata almışdır. Təqsirləndirilən şəxs3 ətrafında keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun narkotik vasitə və psixotrop maddələri də Təqsirləndirilən şəxs2 100 manata aldığı məlum olmuşdur. Onun aldığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini satması barədə də əməliyyat məlumatları daxil olmuşdur. Lakin həmin maddə və vasitələri satdığı şəxslərin dairəsini hələki müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 barəsində keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, o, İran İslam Respublikası vətəndaşı ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında külli miqdarda narkotik vasitəni və külli psixotrop maddəni qaçaqmalçılıq yolu ilə Azərbaycan ərazisinə keçirmiş, həmin bir bükümdə 0,593 qram narkotik vasitə heroini və bir 0,459 qarm psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 10 manata, bir bükümüdə 15,591 qram narkotik vasitə heroini və bir bükümüdə təmiz çəkisi 5,397 qram psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs3 100 manata satmış, qalanını da satış məqsədilə üzərində və özünə məxsus tikilidə saxlamışdır. Keçirilmiş tədbirlər zamanı İran İslam Respublikası vətəndaşı olan “Səid” adlı şəxsin şəxsiyyətini və hansı ünvanda yaşamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs2 külli miqdarda narkotik vasitə olan heroini və külli miqdarda psixotrop maddə metamfetamini Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə əldə etmələri və birlikdə satmaq üçün üzərlərində gəzdirmələri bu məqsədlə əvvəlcədən sövdələşmələri təsdiqini tapmamışdır. İş materiallarında olan Lənkəran rayon məhkəməsinin 10 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 ətrafında keçirilmiş əməliyyat-axtarış tədbiri qanuni hesab edilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı verdikləri etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq onların ifadələrində göstərdikləri xüsusatlara məhkəmə iclasında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə müqayisəli qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların ifadələrində göstərdikləri bu xüsusatları onlara təyin ediləcək cəzanın müddətini azaltmağa, başqa sözlə, cinayət məsuliyyətini yüngülləşdirməyə yönələn cəhdi kimi qiymətləndirir. Məhkəmə tədqiq edilmiş sübutlara istinad edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs3 İltifa oğlunun üzərindən aşkar edilmiş 01 bükümdə 15,92 qram narkotik vasitə heroin və 01 bükümdə psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs2 üzərindən 02 ədəd bükümdə narkotik vasitə heroin, 02 ədəd bükümdə metamfetamin və evindən aşkar edilmiş bir ədəd bağlamanın içərisində olan 1110 qram psixotrop maddə metamfetamin və bir ədəd bağlamada olan 1040 qram narkotik vasitə heroini satış məqsədi ilə əldə etmişlər. Məhkəmə iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrin daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki hallarına uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə gəldiyi nəticələri mövcud qanunvericiliyin və Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əldə etdiyi narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri baxımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, qeyd edilən Plenumun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd edilən həmin qərarının 6-cı bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədlərindən daşınmaqla və ya göndərməklə keçirilməsinin, həm də qaçaqmalçılıq cinayətinin tərkibini yaratdığı müəyyən edildikdə, təqsirkarın əməli cinayətlərin məcmusu qaydasında, yəni həm narkotik vasitələri və psixotrop maddələri qanunsuz daşımağa və ya göndərməyə, həm də qaçaqmalçılığa görə tövsif olunmalıdır. Məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-in 234.1-ci, Təqsirləndirilən şəxs3 əməli isə CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs2 əməli istintaq orqanı tərəfindən CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilsə də, onun CM-in 206.3.2-ci maddəsi ilə olan əməli düzgün tövsif edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlinin CM-in 206.3.2-ci maddəsinin deyil, CM-in 32.5, 206.3.2-ci maddələrinin dispozisiya şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilməsini əsaslı sayır. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla, eləcə də iş materialları ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar İran İslam Respublikası istiqamətindən keçirilərək Azərbaycan Respublikasına gətirilməsində bilavasitə iştirak etməmiş, o, yalnız göstərilən narkotik vasitə və psixotrop maddələrin bir yerdən başqa bir yerə daşınmasında iştirak etmişdir. Yəni, Təqsirləndirilən şəxs2 faktiki olaraq qeyd edilən qaçaqmalçılıq cinayətinin obyektiv tərəfinin icraçısı olmamışdır. Belə olan halda, Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-in 33.3-cü maddəsinə əsasən CM-in 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 22 iyul 2021-ci il tarixdə Lənkəran rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə Lənkəran rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxslər hazırki cinayət əməllərini 15 iyul 2021-ci ildə törətmişlər. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CPM-in 158.2 və 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onun barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Azərbaycan Respublikası CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə cinayət cəzasının təyin edilməsini tənzimləyən Azərbaycan Respublikası qanunvericiliyinin tələbləri baxımından təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni həbsdə saxlama müddətinin 15 iyul 2021-ci ildən, hesablanmasını əsaslı sayır. Belə ki, Lənkəran rayon məhkəməsinin 16-17 iyul 2021-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 15 iyul 2021-ci ildən hesablanmaqla onların barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Kərimov X2 rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla heç bir yerdə işləməyən arvadı və üç yetkinlik yaşına çatmayan uşaqları ilə birgə orada yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 heç bir yerdə işləməyən arvadı ilə ilə birgə Lənkəran rayonu, İstisu qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 23 sentyabr 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 heç bir yerdə işləməyən arvadı, biri yetkinlik yaşına çatmayan olmaqla üç uşaqları ilə birgə Lənkəran rayonu, Girdəni kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, yaşayış yerindən mənfi xarakterizə olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən onun himayəsində üç azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, eyni zamanda himayəsində heç bir yerdə işləməyən arvadının olmasını, CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 Əli oğluna cəza təyin edərkən təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onun himayəsində heç bir yerdə işləməyən arvadının və biri yetkinlik yaşına çatmayan uşağının olmasını, eyni zamanda təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının olmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 məxsus, qanunverigiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi bir ədəd bükümdə 0,453 qram narkotik vasitə heroin, 0,409 qram psixotrop maddə metamfetamin, eləcə də təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş, bir ədəd bükümdə təmiz çəkisi - 15,591 qram iryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi - 5,397 qram psixotrop maddə metamfetamin, eyni zamanda Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,885 qram narkotik vasitə heroin və 2 ədəd bükümdə ümumi təmiz çəkisi -1,087 qram psixotrop maddə metamfetamin, həmçinin ona məxsus tikilidən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə qalıq çəkisi 1020,735 qram narkotik vasitə heroin, iki bükümdə qalıq çəkisi 1080,937 qram psixotrop maddə metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 10 manat pul əskinası onun yaxın qohumlarına qaytarılmalı, videogörüntülər olan 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran rayon Məhkəməsinin 22 iyul 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətin məcmusu üzrə qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu 15 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32. 5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 32. 5, 206.3.2-ci maddəsi ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 10 (on) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza – 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən Lənkəran rayon məhkəməsinin 03 sentyabr 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş 01 (bir) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki cinayət işi üzrə təyin edilmiş 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla ona cinayətin məcmusu üzrə qəti olaraq 12 (on iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 15 iyul 2021-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji xəstəxanasında qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Lənkəran şəhər-rayon polis şöbəsində saxlanılan və Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi bir ədəd bükümdə 0,453 qram narkotik vasitə heroin və 0,409 qram psixotrop maddə metamfetamin, eləcə də təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş, bir ədəd bükümdə təmiz çəkisi - 15,591 qram iryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd bükümdə təmiz çəkisi - 5,397 qram psixotrop maddə metamfetamin, eyni zamanda Təqsirləndirilən şəxs2 təqdim etdiyi 2 ədəd bükümdə, ümumi təmiz çəkisi -0,885 qram narkotik vasitə heroin və 2 ədəd bükümdə ümumi təmiz çəkisi -1,087 qram psixotrop maddə metamfetamin, həmçinin ona məxsus tikilidən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə qalıq çəkisi 1020,735 qram narkotik vasitə heroin, iki bükümdə qalıq çəkisi 1080,937 qram psixotrop maddə olan metamfetamin, bir ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 10 manat pul onun yaxın qohumlarına qaytarılsın, videogörüntülər olan 04 ədəd DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat hər birindən 50 (əlli) manat olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 alınaraq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər:

1. (sədrlik edən) Cəlil Nəbiyev

2. Cavid Səfərli

3. Müşfiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar