Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-45/2024 01.03.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Hüseynov Nahid Nəsir oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclasının katibi X8, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Masallı rayonu, Xırmandalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Xırmandalı kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Şahid1 prospekti, ev 164 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası CM-in) 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs barəsində istintaq olunmuş cinayət işinin ittiham aktının nəticəvi hissəsində göstərilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq 5,609 qram çəkidə külli miqdarda narkotik vasitə heroini qanunsuz əldə etməklə satış məqsədilə bölüb hər birində 2,417 qram və 3,192 qram olmaqla iki bükümdə qablaşdırıb üzərində qanunsuz saxlamaqla Şirvan şəhəri, Şahid1 prospektində yerləşən “Şirvan” marketin yaxınlığına qanunsuz daşımış, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində o 27 sentyabr 2022-ci il tarixdə saat 22.40-da Şirvan şəhəri, Şahid1 prospektində yerləşən “Şirvan” marketin qarşısında saxlanılaraq Şirvan ŞPŞ-də xidməti otaqların birində saat 00.05-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,417 qram və 3,192 qram, ümumi təmiz çəkisi külli miqdar 5,609 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu səbəbdən də, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmiş və cinayət işi baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini dinləyib, iş üzrə toplanmış sübutları tədqiq edib qiymət verməklə, belə nəticəyə gəlir ki, iş üzrə ittiham tərəfinin istinad etdiyi sübutlarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə müəyyən olunmuş cinayət əməlini törətməkdə təqsirliliyi sübut olunmamışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək əvvəlki məhkəmə baxış iclasında ifadə verdiyini qeyd edib ifadə verməkdən imtina etmişdir. Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə məhkəmə istintaqı zamanı verdiyi ifadəsində özünü ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməyərək göstərmişdir ki, idmanla məşğul olmuş, narkotik vasitələrdən istifadə etməmişdir. 27 sentyabr 2022-ci il tarixdə Sabirabad rayonuna qayınatasının evinə ailəsi ilə birlikdə gəlmiş, həmin gün axşam saatlarında da qaynı Mirəli ilə birlikdə Şirvan şəhərinə gəzməyə gəlmişdir. Həmin gün saat 22 radələrində idarə etdiyi avtomobilin yanında olarkən polis əməkdaşları ona yaxınlaşmış, onu polis şöbəsinə dəvət etmişlər və onun maşını əyləşib maşının Şirvan ŞPŞ-yə sürmüşlər. Polis şöbəsində üzəri yoxlanılmış, lakin hər hansı narkotik çıxmamışdır. Həmin vaxt otağa başqa bir polis əməkdaşı gəlmiş, ona işgəncə vermiş, çox pis formada onu döymüşlər. Bir müddət sonra “banditizm” işçiləri gəlmiş, onu Şirvan ŞPŞ-nin əməkdaşları döydükləri üçün onların dediklərini etmişdir. Onun üzərində narkotik vasitə olmamışdır. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, əvvəllər bir neçə dəfə məhkum olunmuşdur. Üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən döyüldüyü üçün polis əməkdaşlarının dediyi formada ifadə vermişdir. Polislər qolunda olan tatuya görə ona yaxınlaşmışlar və buna görə ona irad bildirmişlər və bundan sonra onu polis şöbəsinə dəvət etmişlər. Onunla birlikdə saxlanılan Şahid5 İİ Qarabağ müharibəsi iştirakçısı - qazi olduğu üçün onlara hədə-qorxu gəlmiş və buna görə onu buraxmışlar, onu isə narkotiklə tutmuşlar. Döyülməsi ilə bağlı prokurorluğa şikayət etmiş, lakin ona bildirilmişdir ki, “banditizmə” heç kimə bata bilmir. Onu ilk öncə Şirvan ŞPŞ-də, daha sonra isə “banditizm”də pis formada döymüşlər. Polislə onun arasında hər hansı ziddiyyət olmamış, lakin polislər onun məhkumluğu olduğunu bildirərək saxlamışlar. Məhkumluğu olsa da heç kimə narkotik satmamış, narkotikdən istifadə etməmişdir. Şəxsi axtarış zamanı videoçəkilişdən də görünür ki, ayağı axsayır, sifəti şişib. Polis əməkdaşları onu döyməkdən əlavə həm də hədələmişlər ki, onlarla razılaşmadığı halda yaxın qohumlarını da gətirib məsuliyyətə cəlb edəcəklər. Buna görə də onların verdiyi iki büküm narkotiki üzərinə götürərək təqdim etmiş, sənədlərə imza çəkmişdir. Həmçinin çəkilişdən əvvəl ona bildirilmişdir ki, ayağının axsaması ilə bağlı ona sual veriləcək və o, da cavabında “Gəncədə məşq edərkən xəsarət almışam” deməlidir. Narkoman və narkotik satan olsaydı idman zalına getməzdi heç. Bütün bunlar barədə özü şikayət etmiş, şikayətinə baxılmamış, buna görə də qohumları tərəfindən hər hansı şikayət edilməmişdir. İbtidai istintaq zamanı da əvvəl dediyi kimi məcbur qalıb narkotik vasitənin ona aid olması barədə ifadə vermiş, lakin sonradan narkotikin ona aid olmadığını bildirmişdir. “Nizaməddin” adında heç bir adam tanımamış, həmin adamın adını çəkməsini də polis əməkdaşları ona demişlər. Üzərinə keçirilən şəxsi axtarış 5-6 dəfəyə çəkilmişdir. O, avtomobilindən düşərkən saxlanılmışdır. Həmin vaxt ona bir neçə şəxs yaxınlaşmış, ilk öncə onunla mübahisə etmək istədiklərini fikirləşmiş, sonra isə həmin şəxslər polis olduqlarını bildirib ona şöbəyə getməyi demiş, o da razılaşmışdır. Əvvəlki cinayətlərinə görə məhkum olunarkən həmişə məhkəmədə təqsirini boynuna almışdır. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən də polis əməkdaşları tərəfindən fiziki təzyiqə məruz qalması barədə bildirmiş, narkotik vasitənin ona aid olmamasını da qeyd etmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı 07 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində özünü məhkəmə istintaqında qeyd etdiyi kimi ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilməmiş və göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 22:40 radələrində Şirvan şəhərində yerləşən “Şirvan” marketin qarşısında qaynı Şahid5la birlikdə olan zaman təqribən 7 nəfər şəxsdən dördü ona, üç nəfəri isə Mirəliyə yaxınlaşmış, həmin şəxslər orada nə etdiyini soruşduqda o, qohumların qonaq gəldiyini demiş, bundan sonra həmin şəxslər ona polis əməkdaşı olduqlarını deyib qollarından tutaraq idarə etdiyi avtomobilə əyləşdirmişlər və onlardan biri onun avtomobilini sürərək onu polis şöbəsinə gətirmişlər. Sonra bilmişdir ki, qaynı Mirəlini də polis şöbəsinə gətirmişlər. Şöbədə polislərdən biri onun ciblərini yoxlamış, digəri isə telefonunu götürüb baxmış, həmin polislərdən birinin adı Namaz olmuşdur. Bu zaman əməliyyatçıların rəisi otağa daxil olmuş, nə üçün bədənində tatirovkalar olduğunu soruşmuş, daha sonra isə onu döyməyə başlamışlar. Onlar ona silah və narkotik vasitə verəcəklərini, həmin predmetləri üzərinə götürüb etiraf etməyi tələb etmişlər, razılaşmadığından təxminən 5 saat fasilələrlə onu döyməyə davam etmişlər. Onların dediyi narkotik vasitə bir sellofan dolusu olduğundan həmin narkotik vasitə ilə bağlı etirafedici ifadə verməyə razılaşmamışdır. Həmin gün təxminən saat 03 radələrində DİN-nin BMCMİnin əməkdaşları Şirvan ŞPŞ-yə gəlmiş, artıq bundan sonra Şirvan ŞPŞ-nin əməkdaşları onu döyməyi dayandırmışlar. BMCMİ-nin əməkdaşları onu başqa otağa keçirilmiş, həmin otaqda İlqar adlı şəxs ona iki ədəd büküm verərək cibinə qoymağı, çəkiliş zamanı ona məxsus olmasını bildirməyi demiş, həmin bükümlər kiçik olduğu üçün təkliflə razılaşmış, sonra isə üzərində çəkilişlə axtarış aparılmışdır. Bunun üçün çəkilişdən əvvəl həmin otağa işıq düşməməsi üçün jaluzləri bağlamış, saatları geriyə çəkmişlər. Həmçinin çəkiliş zamanı narkotik vasitəni Gəncədən 50 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını deməyi istədiklərindən çəkiliş zamanı narkotik vasitəni təqdim edib onların dedikləri kimi ifadə vermişdir. Onu döydükləri üçün çəkiliş zamanı axsadığından polis əməkdaşlarının təkidi ilə axsamağının səbəbi kimi Gəncədə idman zalında xəsarət aldığını bildirməyə məcbur olmuşdur. Hava işıqlanan zaman onu Bakı şəhərinə - BMCMİ-yə gətirmişlər, Nərimanov Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Bakı istintaq təcridxanasına göndərilmiş, təcridxanaya daxil olarkən bədənində olan xəsarətlərin hamısı tibb kitabçasına qeyd edilmişdir. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 327.1.1-ci maddəsinə əsasən (təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı elan edilmiş ittihamın mahiyyəti üzrə ifadə verməkdən imtina etdikdə) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı 28 və 29 sentyabr 2022-ci il tarixlərdə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində özünü məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq ona qarşı irəli sürülmüş ittiham üzrə, yəni Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə qismən təqsirli bilmiş və göstərmişdir ki, o bir neçə aydır heroindən yandırıb tüstüsünü çəkmək yolu ilə istifadə etmiş, 26 sentyabr 2022-ci il tarixdə Gəncə şəhəri ərazisində adını “Nizaməddin” olaraq bildiyi şəxsdən 50 manat müqabilində iki ədəd bükümdə heroin almış, məqsədi həmin narkotik vasitəni istifadə etmək olmuşdur. Ancaq onun həmin maddələri satmaq fikri olmamışdır. O, yalnız öz istifadəsi üçün həmin narkotik vasitəni almışdır. Heç kimin əlinə keçməsin deyə həmin narkotik vasitəni üzərində gəzdirmişdir. 27 sentyabr 2022-ci il tarixdə, saat 22:40 radələrində qohumu Şahid5 ilə birlikdə Şirvan şəhəri, Şahid1 prospketində yerləşən “Şirvan” marketin qarşısında onun idarə etdiyi “Toyota Prius” markalı, **-PC-*** nömrə nişanlı avtomobilin yanında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin və Şirvan ŞPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər və onu və Şahid5 polis şöbəsinə aparmışlar, Şirvan Şəhər Polis Şöbəsində müdafiəçi ilə təmin edilmiş və videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 25 manat pulu və 01 ədəd avtomobil açarını, əynində olan şalvarın sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd şəffaf sellofan bükümü, əynində olan cins şalvarının sağ arxa cibində olan 01 ədəd qara rəngli bıçağa bənzər predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmişdir. Narkotik vasitələr və təqdim etdiyi bıçağa baxış keçirilmiş, şəxsi axtarış davam etdirilərkən üzərindən digər əşya və predmetlər aşkar olunmamışdır. Şifahi sorğu zamanı o üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 26 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nizaməddin” adlı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən 1 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarından aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Həmin ifadələri elan olunduqdan sonra verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanıldığı gün və ondan sonrakı gün verdiyi ifadələrini təsdiq etmir, ona qarşı fiziki zor tətbiq edildiyi üçün o, həmin ifadələr imza etmişdir. Lakin ibtidai istintaq zamanı 07 aprel 2023-cü il tarixdə və məhkəmə istintaqı zamanı verdiyi ifadələrini tam təsdiq edir. Barəsində həbs qətimkan tədbiri seçilərkən hakim qarşısına çıxarılarkən fiziki təzyiqlərə məruz qaldığını və narkotik vasitənin ona aid olmadığını bildirmişdir. Onunla BMCMİ-nin əməkdaşları arasında əvvəllər hər hansı ziddiyyət olmamışdır, onu saxlayıb polis şöbəsinə aparıb döymüşlər və birdə gözün açdıqda “banditizmin” əməkdaşlarının gəldiyini və onun tutulmalı olduğunu bildirmişlər. Ona qarşı belə qanunsuzluğun edilməsinin səbəbini bilmir. Onu 27 sentyabrda saat 22 və ya 23 arasında saxlamışlar. Onun üzərinə şəxsi axtarış keçirilərkən səhər açılımaq ərəfəsində olmuş, polis əməkdaşları saatlarını geri çəkmiş, pəncərənin jaluzlərini bağlamışlar. Onun üzərinə təxminən saat 04 və ya 05 radələrində şəxsi axtarış keçirmişlər, avtomobilinə baxış keçirilərkən də avtomobilinin üstündə şeh düşmüşdür ki, bu da baxışın səhər saatlarında olmasını təsdiq edir. Onu Bakı şəhərinə apararkən ekspertizaya aparmışlar, ekspert öz adamları olduğundan onun bədəni üzərində xəsarət olmadığını yazmışdır. Halbuki üzərində şəxsi axtarış keçirilən zaman aparılan videoçəkilişə baxıldıqda onun bədəni üzərində xəsarətlərin olması görünür, həmçinin istintaq təcridxanasına gələrkən də bədəni üzərində xəsarətlər aşkar edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında bildirdiyi son sözündə narkotik vasitələrdən istifadə etmədiyini, narkotik vasitələrlə əlaqəsinin olmadığını və üzərindən aşkar edilmiş narkotik vasitənin ona aid olmadığını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra-Cinayət-Prosessual Məcəlləsi) 144-cü maddəsini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Qanunun tələbinə əsasən toplanmış sübutlar təhlil olunmalı və bir-biri ilə müqayisə edilməli, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 143 və 145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Məhkəmə tərkibi, qanunun bu və digər tələbləri baxımından aşağıdakı ifadələri də tədqiq edərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi və satışı ilə məşğul olması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi barədə məlumat daxil olmuş, həmin məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilmiş və əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə 27 sentyabr 2022-ci il tarixli qərar qəbul edilmiş, əməliyyat qrupu yaradılmış və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. Qərarın icrası ilə bağlı əməliyyat qrupu Şirvan şəhərinə yollanmış, əməliyyat tədbirlərinin Şirvan şəhəri ərazisində keçirilməsi nəzərə alınmaqla keçirilən əməliyyat tədbirində Şirvan ŞPŞ-nin əməkdaşlarının da iştirak etməsi üçün icazə verilməsi barədə Şirvan ŞPŞ-nin rəhbərliyinə müraciət edilmiş, həmin şöbənin iki nəfər əməkdaşları da əməliyyat tədbirinin keçirilməsinə cəlb edilmişdir. Daha sonra Şirvan ŞPŞ-nin əməkdaşları ilə birlikdə həmin günü saat 22:40 radələrində Şirvan şəhərində - “Şirvan” marketin qarşısında Təqsirləndirilən şəxs bənzər şəxs “Toyota Prius” markalı **-PC-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında başqa bir şəxslə birlikdə saxlanılmış və Şirvan ŞPŞ-nin inzibati binasına dəvət edilmişlər. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edildikdən sonra şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, daha sonra etiraz etmədiklərinə görə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Elman üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə və bıçaq olduğunu bildirib digər əşyaları ilə yanaşı həmin predmetləri çıxardıb masanın üzərinə qoymuş, təqdim etdiyi 02 ədəd sellofan bükümün içində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirmiş, bükümlər açıldıqda içərisində heroinə bənzər maddə olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı Elman üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan heroini 26 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nizaməddin” adlı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzəridə saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə üzərindən aşkar edilmiş bıçağı təxminən tutulmamışdan 1 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarından aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Daha sonra Şahid5 üzərinə, sonra isə avtomobilə baxış keçirilmiş, lakin iş üçün əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs barəsində olmuş, digər şəxs onun yanında saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra hər hansı hala etiraz etməmiş, hər hansı müqavimət göstərməmişdir. Həmin gün təxminən axşam saatlarında Təqsirləndirilən şəxs saxlanılmamışdan az əvvəl Şirvan şəhərinə çatmışlar, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra ibtidai istintaq zamanı verilmiş əməliyyat tapşırığına əsasən əməliyyat-axtarış tədbirləri keçirilmiş, lakin Təqsirləndirilən şəxs konkret olaraq kiməsə narkotik vasitə satması faktı müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçi dəvət edildiyi üçün və müdafiəçinin gəlməsi müəyyən vaxt tələb etdiyi üçün onun üzərinə şəxsi axtarış 28 sentyabrda saat 12-1 arası keçirilmişdir. Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-yə daxil olarkən bədəni üzərində xəsarət görməmiş, ona qarşı polis əməkdaşları tərəfindən hər hansı fiziki təzyiq edilməmişdir. Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət izləri müəyyən edilməsinin səbəbini bilmir, ola bilər ki, idmançı olduğundan tutulmamışdan əvvəl hardasa xəsarət almışdır. Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı ona sonuncu tutulan vaxt daxil olmuş, bununla bağlı tərəfindən əməliyyat-qeydiyyat işi açılıb-açılmaması yadında olmamışdır. 27 sentyabrda Şirvan şəhərinə dəqiq olaraq nə vaxt gəlməsini xatırlamır, lakin axşamüstü gəlmişdir. Əməliyyat qrupunun üzvləri ilə bir avtomobildə Şirvan şəhərinə gəlmişlər, avtomobildə üç nəfər olmuşdur. Şirvan şəhərinə gələrkən üzərində telefon olub-olmamasını xatırlamır. Əvvəlki məhkəmə iclasında verdiyi ifadəsini təsdiqləyir. Təqsirləndirilən şəxs Şirvan şəhərində “Şirvan” marketin yaxınlığında saxlamışlar, ***-***-**-** saylı nömrə onun daimi istifadəsindədir, həmin əməliyyat vaxtı üzərində mobil telefon olmuş, adına çox nömrə olduğundan hazırda qeyd edilən nömrənin də üzərində olub-olmamasını xatrlamır. Hazırkı vaxt yəni ifadə verərkən üzərində üç nömrə vardır. Qeyd edilən nömrənin öz adına və ya başqasının adına rəsmiləşdirilməsini bilmir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən təxminən saat 12-ni keçmişdi, dəqiq saatı bilməsə də əməliyyatdan sonra gecə saatlarında Bakı şəhərinə qayıtmışdır. Şirvan şəhərindən geri qayıdarkən Təqsirləndirilən şəxs özləri ilə aparmışlar, Şahid5 isə Bakı şəhərinə aparıb-aparmadıqlarını xatırlamır. Təqsirləndirilən şəxs yalnız Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən saxlanılmasını bildirməsi tamamilə yalandır, onun saxlanılmasında şəxsən iştirak etmişdir. Təqsirləndirilən şəxs o, Şirvan ŞPŞ-nin əməkdaşları ilə birgə saxlamışdır. Təqsirləndirilən şəxs saxlanılan ərəfədə, eləcə də sonuncunun üzərinə şəxsi axtarış keçirilən saatlarda istifadəsində olan mobil nömrənin anten dairəsinin Bakı şəhəri ərazisində olmasının qeyd edilməsi ilə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılması zamanı Şirvan şəhərində olmuş, şəxsi axtarış zamanı da orada olmuş, videoçəkilişin başlama və bitmə saatları göstərilmişdir. Həmin vaxt ola bilsin ki, ***-***-**-** saylı nömrə onun üzərində olmamışdır. Ola bilər ki, həmin vaxt tələsik Bakı şəhərindən çıxdığı üçün telefon evində qalmış və taksi vasitəsi ilə Şirvan şəhərinə göndərilmişdir. Həmin ərəfələrdə onun mobil nömrəsi ilə mütəmadi danışıqlar aparıldığı qeyd edilsə də həmin danışıqların aparılması mümkün deyildir, lakin bunun niyə mükün olmadığını bilmir. Həmin gün üzərində başqa hansı mobil nömrə olmasını xatırlamır, həmçinin kimə zəng edərək telefonunun Bakı şəhərindən Şirvan şəhərinə gətirməsini xahiş etməsi yadında deyil. Həmin telefonun həmin gün kimdə olması, həmin mobil nömrə ilə kimin danışıq aparması yadında qalmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-in BMCMİ-nin digər əməkdaşı Şahid2 da Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun dediklərini öz ifadəsində təsdiq etmiş, əlavə olaraq verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şirvan şəhərinə axşam satlarında gəlmiş, Təqsirləndirilən şəxs dörd nəfər polis əməkdaşı saxlamışdır. Saxlanıldıqdan sonra Təqsirləndirilən şəxs hər hansı fiziki təzyiq, təsir olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi gecə saatlarında baş vermiş, saat 12-dən keçmiş vaxt olmuş, lakin dəqiq yadında qalmamışdr. Təqsirləndirilən şəxs polis əməkdaşlarına qarşı hər hansı müqavimət göstərməmişdir. Əməliyyat qrupunun üzvləri ilə bir avtomobildə Şirvan şəhərinə gəlmişlər, avtomobili özü idarə etmişdir. İki ilə yaxın vaxt keçdiyindən avtomobildə kimlər olmasını xatırlamır. Təhqiqatçı və Şahid1 onun avtomobilində olmuşdur. Həmin vaxt istifadəsində hansı nmrə olmasını xatırlamır. ***-***- **-** və ***-***-**-** onun istifadə etdiyi nömrələr olmuşdur. Səhv etmirsə həmin əməliyyat vaxtı üzərində olmuşdur. Şahid1 istifadəsində olan mobil nömrənin anten dairəsinin Təqsirləndirilən şəxs tutulan ərəfədə Bakı şəhərində yerləşən ünvanlarda göstərilməsinin səbəbini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şirvan ŞPŞ-nin əməkdaşı Şahid3 ifadəsində göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə DİN-nin BMCMİ-yə daxil olmuş əməliyyat məlumatı üzrə keçiriləcək əməliyyat tədbirinə o və Şahid4 də da cəlb edilmiş, həmin saat 21:40 radələrində əməliyyat qrupunun üzvləri ilə birlikdə Şirvan şəhərində yerləşən “Şirvan” marketin yaxınlığında Təqsirləndirilən şəxs yanında bir nəfər şəxs- Şahid5la birlikdə saxlanılıb Şirvan ŞPŞ-yə aparılmış, Elman müdafiəçi ilə təmin edilmiş, orada müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qadağan olunmuş hər hansı predmet olub-olmaması barədə sual verildikdə Təqsirləndirilən şəxs üzərində iki ədəd bükümdə heroinə bənzər kütlə və bir ədəd bıçaq olduğunu deyib təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin heroini Gəncə şəhərində tanımadığı şəxsdən aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, həmçinin bıçağın da özünə məxsus olduğunu bildirmişdir. Daha sonra Elmanla birlikdə saxlanılmış Şahid5 üzərinə şəxsi axtarış, daha sonra isə Təqsirləndirilən şəxs avtomobilinə baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı əşya və predmet aşkar edilməmişdir. Şahid3 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs Baş İdarənin əməkdaşları ilə birlikdə saxlamışlar. Elmanın saxlanılmasında Şirvan ŞPŞ-nin iki nəfər əməkdaşı iştirak edib. Elmanın saxlanılmasında təxminən 5 nəfər iştirak etmiş, səhv etmirsə BMCMİ-nin təhqiqatçısı da Elmanın saxlanılmasında iştirak etmişdir. BMCMİ-nin əməkdaşları Şirvan şəhərinə 22 radələrində və daha tez gəlmişlər. Saxlanıldıqdan az sonra Elmanın üzərinə baxış keçirilmiş, həmin vaxt müdafiəçi də dəvət edilmişdir. Təqsirləndirilən şəxs saxlanıldığı yer avtobus dayanacağı olmaqla ətrafda şərait olmadığından həmin yerdə üzərinə baxış keçirməmişlər, Təqsirləndirilən şəxs şəxsiyyəti barədə məlumatlar Baş İdarənin əməkdaşlarında olmuş, fotoşəklin və anket məlumatları da ona göstərilmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən yayınmaq istəsə də buna imkan verməmişlər, lakin Elman qaçmamış, onlara qarşı hər hansı müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs özünə aid “Prius” markalı avtomobillə polis şöbəsinə aparılmışdır. O, isə xidməti avtomobillə şöbəyə getmişdir. Baş İdarənin əməkdaşları səhv etmirsə iki avtomobillə gəlmişlər. Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olan narkotik vasitəni atmağa cəhd etməmiş, onun əl-qolunu bağlamamışlar. Baş İdarənin əməkdaşlarının Şahid5 da Bakı şəhərinə aparıb-aparmadıqlarını xatırlamır. Təqsirləndirilən şəxs saxlanılarkən üzündə, bədəni üzərində hər hansı xəsarət izləri olmasını xatırlamır, ona qarşı hər hansı fiziki zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədəni üzərində xəsarət izləri müəyyən edilməsinin səbəbini bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısının həyat yoldaşıdır. Özü Sabirabad rayonu Qarağac kəndində yaşayır. 27 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Təqsirləndirilən şəxsla birlikdə Şirvan şəhərinə getmişlər, orada “Şirvan” marketin yaxınlığında dayanmışlar. Həmin vaxt 7-8 nəfər polis əməkdaşı onlara yaxınlaşmış, onlarda 4 nəfəri Təqsirləndirilən şəxs, 3 nəfəri isə onu götürüb Şirvan ŞPŞ-yə aparmışlar. Şöbəyə girən kimi üstlərini yoxlasalar da heç bir şey aşkar edilməmişdir. Həmin gün Elman və onu ayrı-ayrı otaqlara salmışlar və yan otaqda Elmanın döyülmə səslərini eşitmişdir. Sonra polis əməkdaşlarından biri onun olduğu otağa daxil olub onu da döymüşlər. Sonra onun otağından çıxıb qonşu otaqda olan Elmanın yanına gedib həmin otaqda Elmanı döyməyə başlamışlar və o, da Elmanın qışqırıq səslərini eşimişlər. Daha sonra onun Qarabağ müharibəsi iştirakçısı olduğunu bildiklərindən onu tutmamışlar. Təxminən gecə saat 3 radələrində Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları da Şirvan ŞPŞ-yə gəlmiş və sonra Elmanın üstündən narkotik tapılması məlum oldu, halbuki, polisə gətirilərkən üzərilərində heç bir narkotik olmamışdır. Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı dövrədək, yəni saxlanıldığı vaxtdan əvvəl ona qarşı polis əməkdaşları hər hansı fiziki zor tətbiq etməmişlər, onunla hər hansı ziddiyyətləri olmamışdır. Onu polis əməkdaşları Elmanla birlikdə tutmuşlar, onu da yalnız “Füzuli” adlı polis əməkdaşı otaqda döymüşdür. Polis əməkdaşının onu döyməsinin səbəbini bilməmiş, ondan hər hansı bir şey tələb etməmişlər. Onun mobil telefonunda fotoşəkillər olduğundan qazi olmasını bilmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşları döydükdən sonra görmüş, həmin vaxt Elmanın üzgözü şişmiş halda olmuş, yeriyə bilməyib axsadığını da görmüşdür. Elmanı döyülmüş vəziyyətdə gördükə Namaz da olmuşdur. BMCMİ-nin əməkdaşları onlar tutulduqdan bir neçə sonra gəlmişlər, lakin dəqiq saatı xatırlamır. Lakin Elman və o, tutularkən “banditizm” əməkdaşları orada olmamışdır. Elman tutulduqdan sonra onu da Bakı şəhərinə aparmışlar, orada müxtəlif sənədlərə imza çəkdirdikdən sonra onu buraxmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı iki dəfə videoçəkilişlə keçirilmiş, həmin şəxsi axtarış zamanı özü də iştirakçı olmuş, boş kağıza ona da imza çəkdirmişlər. İbtidai istintaq zamanı ona da təzyiq edərək tez-tez sənədlərə imza çəkməsini tələb etmişlər. Təqsirləndirilən şəxs üzərinə narkotik vasitəni polislər qoymuş, şəxsi axtarış zamanı da Elman həmin narkotiki təqdim etmişdir. Bakı şəhərinə onu apardıqdan sonra müəyyən sənədlərə imza çəkmiş, ya Elmanın ya da onun tutulacağını bildirmişlər, daha sonra isə onu buraxmışlar. Təqsirləndirilən şəxs onun yanında heç kim döyməmiş, lakin döyülmə səslərini, Elmanın qışqırıq səslərini yan otaqdan eşitmişdir. Polis əməkdaşları ona qarşı da fiziki zor tətbiq etmişlər, buraxıldıqdan sonra isə heç bir yerə bu barədə şikayət etməmişdir. Şikayət etməməsinə səbəb isə harasa şikayət edəcəyi halda onun da tutulacağı barədə polis əməkdaşlarının hədəsi olmuşdur. Həmçinin polislər tərəfindən azad edildikdən sonra Təqsirləndirilən şəxs polis şöbəsində döyülməsi barədə hər hansı orqana şikayət etməmiş, belə bir şey ağlına belə gəlməmişdir. Şirvan ŞPŞ-nin əməkdaşları ilə aralarında hər hansı ziddiyyət olmamışdır. Cinayət işi materiallarından görünür ki, Azərbaycan Respublikası CPM-in 329.1-ci maddəsinə əsasən (şahidin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Şahid5 ibtidai araşdırma zamanı 28 sentyabr 2022-ci il tarixdə verdiyi ifadəsində məhkəmə istintaqında qeyd etdiyindən fərqli olaraq göstərmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə saat 22:40 radələrində qohumu Təqsirləndirilən şəxs ilə birlikdə Şirvan şəhəri, Şahid1 prospketində yerləşən “Şirvan” marketin qarşısında Elmanın idarə etdiyi “Toyota Prius” markalı **-PC-*** nömrə nişanlı avtomobilin yanında olduqları zaman bir neçə nəfər mülki geyimdə olan şəxs onlara yaxınlaşıb özlərini təqdim edib, xidməti vəsiqələrini göstərib DİN-nin BMCMİ-nin və Şirvan ŞPŞ-nin əməkdaşları olduqlarını bildirib onları əməliyyat-axtarşı tədbirlərinin keçirilməsi barədə qərarla tanış etmiş, Təqsirləndirilən şəxs səmimi olaraq etiraf edib üzərində narkotik vasitə olduğunu bildirmiş, bundan sonra polis əməkdaşları onları polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuş, videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi Elmana təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə və bıçaq olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibində olan 25 manat pulu və 01 ədəd avtomobil açarını, əynində olan şalvarının sağ yan cibində olan 01 ədəd “Samsung” markalı mobil telefonu və 02 ədəd şəffaf sellofan bükümü, əynində olan cins şalvarının sağ arxa cibində olan 01 ədəd qara rəngli bıçağa bənzər predmeti çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini 26 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri ərazisində anket məlumatlarını dəqiq bilmədiyi “Nizaməddin” adlı şəxsdən 50 manat pul müqabilində öz istifadəsi üçün aldığını və narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bıçağı təxminən 1 ay əvvəl Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən 8-ci kilometr bazarından aldığını, bıçaqlara marağı olduğu üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Bundan sonra onun üzərinə baxış keçirilmiş, lakin üzərindən qanunsuz əşya aşkar edilməmişdir. Sorğu zamanı onunla birlikdə saxlanılan Təqsirləndirilən şəxs bacısının əri olduğunu, özünün narkotik vasitələr və psixotrop maddələr qəbul etmədiyini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmadığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr və bıçaq olmasından əvvəlcədən məlumatının olmadığını bildirmişdir. İş üzrə Şahid5 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olmasını etiraf etmiş, ancaq bu barədə Şahid5 məlumatının olmadığını bildirmişdir. Şahid5 da Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilməsini bildirmiş, ancaq bu barədə əvvəlcədən məlumatı olmadığını demişdir. Şahid5 həmin sənədləri oxumadan imza etdiyini, həmçinin müstəntiq tərəfindən ona “tez imzala, tez ol, tez ol” deməsindən sonra həmin ifadələri imzaladığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması, eləcə də qanunsuz olaraq soyuq silah əldə edib üzərində gəzdirməsi və daşıması barədə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. (i.v. 5) -“Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafinda təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi haqqında qərar qəbul edilmişdir.(i.v.6-7) -“Əməliyyat-axtarış qrupunun yaradılması haqqında” 27 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Şahid1 raportu əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi məqsədilə Şahid1 rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2 və xüsusilə mühüm işlər üzrə təhqiqatçı Mirata Seyidovdan ibarət əməliyyat qrupu yaradılmışdır. (i.v. 8-9) - xx.xx.2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs tutulması, eləcə də cinayətin izlərinin aşkar edilməsi ilə bağlı əməliyyat tədbirinin Şirvan şəhəri ərazisində keçiriləcəyi nəzərə alınaraq əməliyyat axtarış tədbirlərinin keçirilməsində Şirvan ŞPŞ-nin əməkdaşlarının iştirak etmələrindən ötrü icazə verilməsi BMCMİ-nin rəhbərliyindən xahiş edilmiş, Baş İdarənin rəsinin Şirvan ŞPŞ-nin ərisinə ünvanladığı 27.09.22-ci il tarixli məktub əsasında Şirvan ŞPŞ-nin rəisinin 27.09.22-ci il tarixli əmri ilə Təqsirləndirilən şəxs əməllərinin ifşa olunmasından ötrü keçiriləcək əməliyyat-axtarış tədbirlərində iştirak etmək məqsədi ilə Şirvan ŞPŞ-nin əməliyyat müvəkkili Şahid3 və polis nəfəri Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. (i.v. 10-14) -“cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 23:32-də şübhəli şəxs qismində tutulmuşdur. (i.v.23) -“Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 28 sentyabr 2022-ci il tarixli protokoldan və istintaq hərəkətinin videoçəkilişi əks olunmuş “DVD” diskdən görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən birgə həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə saat 22.40da Şirvan şəhəri, Şahid1 prospektində yerləşən “Şirvan” marketin qarşısında saxlanılaraq Şirvan ŞPŞ-də xidməti otaqların birində saat 00.05-dən etibarən Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış zamanı əynində olan şalvarının sağ yan cibindən onun qanunsuz olaraq əldə etməklə satış məqsədi ilə saxladığı 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 2,417 qram və 3,192 qram, ümumi təmiz çəkisi külli miqdar 5,609 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (i.v. 31-35) - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 6/5558 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunan 02 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddələr..., şübhəli şəxs: Təqsirləndirilən şəxs – imza, müdafiəçi: U.Əhmədova – imza; iştirakçılar: beş imza, Qablaşdırıldı: M.Seyidov – imza...” yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdə 02 ədəd bükümlərdəki təmiz çəkiləri – 2,417 qram, 3,192 qram, ümumi təmiz çəkisi – 5,609 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (i.v.65-69) -“təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v. 106-107) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(032)- 1056/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. (i.v. 128-132) - “mobil telefona baxış keçirilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilərkən götürülmüş “Samsung” markalı mobil telefona baxış keçirilmiş, baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edə biləcək hər hansı məlumat aşkar edilməmişdir. (i.v. 135) - məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə məhkum olunsa da hazırda məhkumluğu ödənilmişdir. (i.v. 151-153) - Masallı RİHB-nin Xırmandalı kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Masallı rayonu Xırmandalı kəndində anadan olmasına baxmayaraq Bakı şəhərində yaşayır, ailə tərkibi özü və həyat yoldaşından ibarətdir. Nümayəndəliyə onun barəsində hüquqpozmalarına dair heç bir məlumat daxil olmamışdır. (i.v. 155-157) - Şirvan Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli, 6(032)-10/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 sentyabr 2022-ci il tarixli qərar qanunidir. (i.v. 162-164) - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 oktyabr 2022-ci il tarixli 5(005)- 1250/2022 saylı qərarı ilə müəyyən edilmişdir ki, əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xmiü baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və həmin İdarənin rəisi Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 27 sentyabr 2022-ci il tarixli qərar qanunidir. (i.v. 167) - 07 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş və ekspert tədqiqatından sonra qalıq çəkisi 5,509 qram olan heroin iş üzrə maddi sübut kimi tanınmış, DİN-in BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 168-170) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi barədə ərizəsi əsasında Şirvan şəhər Prokurorluğunda ilkin yoxlama aparılmış, Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması təsdiqini tapmadığından cinayət işinin başlanılması rədd edilmişdir. (i.v. 191-193) - “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 28 dekabr 2022-ci il tarixli qərardan görünür ki, Şirvan ŞPŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 305-39280-1222 nömrəli məktubda göstərilmişdir ki, “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-yə gətirilməsi ilə bağlı heç bir qeyd yoxdur. (i.v. 192) - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-4422/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə 01 yanvar 2022-ci il tarixdən 27 sentyabr 2022-ci il tarixədək olan müddət ərzində daxil olmuş məlumatlara baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan qeyd olunan telefon nömrəsinə daxil olan və çıxan sms mətnlərində narkotik vasitələrin satışı ilə, eləcə də istifadəsi ilə bağlı hər hansı məlumat yoxdur. (i.v. 194-196) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 23 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 06 ayadək, yəni 28 mart 2023-cü il tarixədək uzadılmışdır.( i.v.201-202) -Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 26 yanvar 2023-cü il tarixli, 4(005)- 111/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 27 mart 2023-cü il tarixədək uzadılmışdır.( i.v.205-210) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 17 mart 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 02 ay olmaqla, 08 ayadək, yəni 28 may 2023-cü il tarixədək uzadılmışdır.( i.v.213-214) -Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsinin 18 mart 2023-cü il tarixli, 4(005)- 374/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 27 may 2023-cü il tarixədək uzadılmışdır.( i.v.219-223) -“Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 442/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi müayinəsi keçirilmiş, məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (i.v. 224-226) -“Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 daxil olmuş məhkəmə-kimyəvi ekspertizasının 27 iyul 2023-cü il tarixli, 2559/K nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid aşkar edildi. (i.v. 227-230) -X4 tibbi yoxlamanın 28 sentyabr 2022-ci il tarixli, 5591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyi aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (i.v. 231-232) - məhkəmə-ballistik ekspertizasının 17 oktyabr 2022-cü il tarixli 3/1343 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – soyuq silah hesab edilmir. (i.v. 233-236) - 06 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilmiş bir ədəd turist bıçağı iş üzrə maddi sübut kimi tanınmış, DİNin BMCMİ-nin maddi sübutların saxlanılması yerinə təhvil verilməsi qərara alınmışdır. (i.v. 237-239) - 06 aprel 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi materiallarından külli miqdarda narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə mənbə xüsusatına görə ayrıca icraat materialı ayrılması qərara alınmışdır. (i.v. 257-258) -“təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 07 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir.( i.v.264-266) Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı toplanıb elan edilərək tədqiq edilmiş məhkəmə istintaqı materiallarından, yəni; - Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, vəkil sorğusuna əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin Bakı istintaq təcridxanasının tibbi-sanitar hissəsinin rəisi tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, həbs edilmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən burun üstü nahiyyədə, boyunun hər iki yan səthlərində bənövşəyi rəngli qançırlar, sol kürək nahiyyəsində açıq bənövşəyi rəngli qançır, hər iki bilək nahiyyəsində sıyrılmış yara, sol yanağın daxili səthində, üst kiçik azı dişlər səviyyəsində kiçik ölçülü kəsilmiş yara müşahidə olunmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-2912/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, X6 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrəsinin anten dairələri 27 sentyabr 2022-ci il tarixdə saat 19:18:14-də “ABU_ARENA/"Bakı şəhəri, Nərimanov rayonu, K.Rəhimov küçəsi,13, 13A , 17"/Narimanov/ (40.39xx/xx.8581)” ünvanında olmuş, daha sonra həmin mobil nömrə ilə internet istifadəsi ilə zənglər edilsə də anten dairələri müəyyən edilməmiş, həmin nömrə 28 sentyabr 2022-ci il tarixdə 17:41:25də “Sadilli/"Gəncə şəhəri, Kəpəz rayonu, Sadılı "/Ganja/” ünvanında olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid2 həmin nömrənin istifadəsində olduğunu bildirmişdir. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, AZF/LGL-2912/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs oğlunun istifadəsində olmaqla öz adına da qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil nömrəsinin anten dairələri 27 sentyabr 2022-ci il tarixdə saat 22:31:05-də “Shirvan Energetik/"ünvan 7 ünvanında, daha sonra isə 28 sentyabr 2022-ci il tarixdə saat 00:32:55-də “Shirvan/"ünvan 12 ünvanında olmuşdur. - "xxxx" MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10863/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş məlumatlara baxış keçirilərkən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 adına qeydiyyatda olan ***-***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 27 sentyabr 2022-ci il tarixdə günün başlanğıcından Bakı şəhəri ərzisində olan ünvanlarda, sonuncu dəfə həmin gün saat 22:49:19-da “Yasamal TQK, ATS 568/569"/Binagadi” ünvanında olmuş, daha sonra həmin mobil nömrə ilə internet istifadəsi ilə zənglər edilsə də anten dairələri müəyyən edilməmiş, həmin nömrə 28 sentyabr 2022-ci il tarixdə 01:12:37-də “Shixlar/"Salyan şossesi, Ələt qəsəbəsi"/Garadagh/” ünvanında, həmin gün saat 04:50:10dan saat 06:32:23-dək isə “ünvan 12 ünvanında olmuşdur. Beləliklə məhkəmə tərkibi cinayət işinin materiallarını nəzərdən keçirərək, şahidlərin ifadələrinə qiymət verərək, toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq, məhkəmə istintaqında tədqiq edilmiş sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etmədiyini və ibtidai istintaq orqanının müəyyən etdiyi halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlmədiyini, habelə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onların şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair ittihamın əsasını ancaq istintaq orqanının qeyri-mötəbər, ziddiyətli və işin faktiki halları ilə uzlaşmayan sübutlar təşkil etdiyindən, habelə ilkin sübutlar qanunsuz yolla əldə edilməklə ittiham tərəfinin təqdim etdiyi sübutların mötəbərliyinə kifayət qədər şübhələr olduğundan və onun təqsirliliyinə dair heç bir başqa sübutlar aşkar olunmadığından Təqsirləndirilən şəxs bəraət verilməlidir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi hər bir sübutun ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İbtidai istintaq orqanı hesab etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması əməlini təsdiq edən sübutlar – Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, “şəxsi axtarış keçirilməsi haqqında” protokol, məhkəmə-fiziki kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6\5558 nömrəli, ambulator məhkəmənarkoloji ekspertizasının 28 sentyabr 2022-ci il tarixli, 5591 saylı rəyləri, şahid ifadələri, istintaq hərəkəti protokolları, maddi sübut və cinayət işinin digər istintaq materiallarıdır. Məhkəmə tərkibi ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs ittiham elan etmək üçün əsaslandığı sübutlarla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir və həmin sübutlarla bağlı: -İlkin olaraq təqsirləndirilən şəxsin özünün həm ibtidai araşdrıma zamanı, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin təhlil edilməsinin məqsədəmüvafiq olması qənaətinə gəlir. Məhkəməyə təqdim edilmiş cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 sentyabr 2022-ci il tarixdə, saat 22:40-da polis əməkdaşları tərəfindən saxlanılaraq Şirvan ŞPŞ-yə gətirilmiş, saat 00:05-dən 00:40-dək üzərində şəxsi axtarış və götürmə həyata keçirilmiş, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən çıxararaq təqdim etdiyi 02 bükümün içində “kakos” kimi tanıdığı narkotik vasitə olduğunu, həmin narkotik vasitəni 26 sentyabr 2022-ci il tarixdə günorta vaxtı Gəncə şəhərində anket məlumatlarını bilmədiyi “Nizaməddin” adlı şəxsdən 50 manat pul müqabilində öz şəxsi istifadəsi üçün aldığını, narkotik vasitəni özü istifadə etmək məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirmişdir. 28 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində verdiyi ifadəsində də şəxsi axtarış istintaq hərəkətində bildirdiklərini təsdiq etmiş, 27 sentyabr 2022-ci il tarixdə, saat 22:40-da Şirvan ŞPŞ-nin və DİN-nin BMCMİ-nin əməkdaşları tərəfindən saxlanılıb Şirvan ŞPŞ-yə aparıldığını və digər halları təsdiq etmişdir. 29 sentyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilən zaman onun şübhəli şəxs qismində dindirilməsi protokolunda olan ifadəsi və suallara verilmiş cavabları sözbəsöz eynilə təqsirləndirilən şəxs qismində dindirmə protokoluna köçürülmüşdür. Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə yeni məzmunda ittiham elan edildikdən sonra həmin tarixdə təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin vaxt bildirmişdir ki, 27 sentyabr 2022-ci il tarixdə, saat 22:40 radələrində Şirvan şəhərində yerləşən “Şirvan” marketin qarşısında qaynı Şahid5la birlikdə olan zaman təqribən 7 nəfər şəxsdən dördü ona, üç nəfəri isə Mirəliyə yaxınlaşmış, həmin şəxslər orada nə etdiyini soruşduqda o, qohumların qonaq gəldiyini demiş, bundan sonra həmin şəxslər ona polis əməkdaşı olduqlarını deyib qollarından tutaraq idarə etdiyi avtomobilə əyləşdirmişlər və onlardan biri onun avtomobilini sürərək onu polis şöbəsinə gətirmişlər. Sonra bilmişdir ki, qaynı Mirəlini də polis şöbəsinə gətirmişlər. Şöbədə polislərdən biri onun ciblərini yoxlamış, digəri isə telefonunu götürüb baxmış, həmin polislərdən birinin adı Namaz olmuşdur. Bu zaman əməliyyatçıların rəisi otağa daxil olmuş, nə üçün bədənində tatirovkalar olduğunu soruşmuş, daha sonra isə onu döyməyə başlamışlar. Onlar ona silah və narkotik vasitə verəcəklərini, həmin predmetləri üzərinə götürüb etiraf etməyi tələb etmişlər, razılaşmadığından təxminən 5 saat fasilələrlə onu döyməyə davam etmişlər. Onların dediyi narkotik vasitə bir sellofan dolusu olduğundan həmin narkotik vasitə ilə bağlı etirafedici ifadə verməyə razılaşmamışdır. Həmin gün təxminən saat 03 radələrində DİN-nin BMCMİnin əməkdaşları Şirvan ŞPŞ-yə gəlmiş, artıq bundan sonra Şirvan ŞPŞ-nin əməkdaşları onu döyməyi dayandırmışlar. BMCMİ-nin əməkdaşları onu başqa otağa keçirilmiş, həmin otaqda İlqar adlı şəxs ona iki ədəd büküm verərək cibinə qoymağı, çəkiliş zamanı ona məxsus olmasını bildirməyi demiş, həmin bükümlər kiçik olduğu üçün təkliflə razılaşmış, sonra isə üzərində çəkilişlə axtarış aparılmışdır. Bunun üçün çəkilişdən əvvəl həmin otağa işıq düşməməsi üçün jaluzləri bağlamış, saatları geriyə çəkmişlər. Həmçinin çəkiliş zamanı narkotik vasitəni Gəncədən 50 manata tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını deməyi istədiklərindən çəkiliş zamanı narkotik vasitəni təqdim edib onların dedikləri kimi ifadə vermişdir. Onu döydükləri üçün çəkiliş zamanı axsadığından polis əməkdaşlarının təkidi ilə axsamağının səbəbi kimi Gəncədə idman zalında xəsarət aldığını bildirməyə məcbur olmuşdur. Hava işıqlanan zaman onu Bakı şəhərinə - BMCMİ-yə gətirmişlər, Nərimanov rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Bakı İstintaq Təcridxanasına göndərilmiş, təcridxanaya daxil olarkən bədənində olan xəsarətlərin hamısı tibb kitabçasına qeyd edilmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimakn tədbirinin seçilməsi ilə bağlı vəsatət və təqdimata 29 sentyabr 2022-ci il tarixdə saat 16:00-da Bakı şəhəri Nərimanov rayon Məhkəməsində baxılarkən o, izahatında bildirmişdir ki, polis əməkdaşları onu Şirvan şəhərində tutarkən ona qarşı zor tətbiq edib onu döymüşlər. Məhkəmə istintaqı zamanı da Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə ibtidai istintaq zamanı verdiyi ifadəsinə uyğun ifadə verərək 27 sentyabr 2022-ci il tarixdə saat 22 radələrində Şirvan şəhərində yerləşən “Şirvan” marketin yaxınlığında polis əməkdaşları tərəfindən saxlanılıb Şirvan ŞPŞ-yə aparıldığını, orada polis şöbəsinin əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını, bir neçə saatdan sonra DİN-in BMCMİ-nin əməkdaşlarının da polis şöbəsinə gəldiyini və onların verdiyi iki bükümdə narkotik vasitəni üzərinə götürtüb təqdim etdiyini və fiziki təzyiqlərə məruz qaldığı üçün etirafedici ifadfə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatların dəqiqləşdirilməsi üçün onun bədəni üzərində xəsarətlərin olub-olmamasının müəyyən edilməsi məqsədi ilə saxlanıldığı Bakı İstintaq Təcridxanasına sorğu edilmiş, həmçinin iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi məqsədi ilə onun saxlanılmasında iştirak etmiş DİN-in BMCMİ-nin əməkdaşlarının istifadələrində olmuş mobil telefon nömrələrinin anten məlumatlarının məhkəməyə təqdim edilməsinə dair 11 iyul 2023-cü il tarixli, 1(099)-459/2023 saylı qərarla "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciət edilmiş, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi xüsusatlar tam və hərtərəfli araşdırılmışdır. Belə ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən, həm də məhkəmənin sorğusuna əsasən ƏN PX-nin Bakı istintaq təcridxanasından daxil olmuş sorğuya cavablardan, həmçinin Təqsirləndirilən şəxs “tibbi kitabçası”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı İstintaq təcridxanasına gətirilmiş, ilkin tibbi müayinə zamanı bədəninə baxış keçirilərkən burun üstü nahiyyədə, boyunun hər iki yan səthlərində bənövşəyi rəngli qançırlar, sol kürək nahiyyəsində açıq bənövşəyi rəngli qançır, hər iki bilək nahiyyəsində sıyrılmış yara, sol yanağın daxili səthində, üst kiçik azı dişlər səviyyəsində kiçik ölçülü kəsilmiş yara müşahidə olunmuşdur. Bundan əlavə məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİN-nin BMCMİnin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı ona daxil olmuş, həmin məlumat əsasında əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupuna rəhbərlik ona həvalə edilmişdir. 27 sentyabr 2022-ci il tarixdə Şirvan şəhərinə gəldikdən az sonra yəni saat 22:40 radələrində Təqsirləndirilən şəxs olduğu yer müəyyən edilərək saxlanılmışdır. ***-***- **-** saylı nömrə onun istifadəsindədir, həmin əməliyyat vaxtı üzərində mobil telefon olmuş, adına çox nömrə olduğundan hazırda qeyd edilən nömrənin də üzərində olub-olmamasını xatırlamır. Şahid1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin qidalandığı anten dairələrinin ünvanlarının götürülməsi üçün məhkəmə tərkibi tərəfindən qərar qəbul edilərək icrası "xxxx" MMC-yə həvalə edilmiş, həmin MMC-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, BKC/LGL-10863/23 saylı məktubla müşayiət olunan 01 ədəd diskə məhkəmə istintaqı zamanı baxış keçirilərkən müəyyən edilmişdir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 istifadəsində olmaqla sonuncunun adına qeydiyyatda olan ***- ***-**-** saylı GSM mobil mobil nömrəsinin anten dairələri 27 sentyabr 2022-ci il tarixdə günün başlanğıcından Bakı şəhəri ərzisində olan ünvanlarda, sonuncu dəfə həmin gün saat 22:49:19-da “Yasamal TQK, ATS 568/569"/Binagadi” ünvanında olmuş, daha sonra həmin mobil nömrə ilə internet istifadəsi ilə zənglər edilsə də anten dairələri müəyyən edilməmiş, həmin nömrə 28 sentyabr 2022-ci il tarixdə 01:12:37-də “Shixlar/"Salyan şossesi, Ələt qəsəbəsi"/Garadagh/” ünvanında, həmin gün saat 04:50:10-dan saat 06:32:23-dək isə “ünvan 12 ünvanında olmuşdur. Həmin məlumatların təhlili ilə bağlı Şahid1 verilmiş suallara sonuncu cavab olaraq bildirmişdir ki, həmin mobil nömrə istifadəsində olsa da Təqsirləndirilən şəxs saxlanılarkən üzərində olub-olmamasını xatırlamır, ola bilər ki, həmin mobil nömrənin olduğu mobil telefon Bakı şəhərində qaldığından həmin mobil telefonu o, Şirvan şəhərində olarkən ona taksi vasitəsi ilə göndərilmişdir, lakin həmin taksi sürücüsünü tanımır. Həmin mobil nömrə vasitəsi ilə Təqsirləndirilən şəxs saxlanıldığı dövrdə danışıqların aparılması ilə bağlı suala cavab verə bilməmiş, ona göndərilən mobil telefonu Bakı şəhərindən Şirvan şəhərinə kimin gətirməsi yadında qalmamış, həmin əməliyyat vaxtı da üzərində başqa hansı mobil nömrənin olması yadında qalmamışdır. Belə olan halda məhkəmə tərkibi bu qənatə gəlmişdir ki, Şahid1 istifadəsində olan mobil nömrənin anten dairəsinin 27 sentyabr 2022-ci il tarixdə saat 22:49-da Bakı şəhərində, 28 sentyabr 2022-ci il tarixdə 01:12:37-də Bakı şəhəri, Ələt qəsəbəsində və həmin gün saat 04:50:10-da Şirvan şəhərində olması, həmin mobil nömrə vasitəsi ilə mütəmadi danışıqların aparılması, zənglərin edilməsi və zənglərin qəbul edilməsi həmin mobil nömrənin həqiqətən də Şahid1 istifadəsində və üzərində olmasını təsdiq edir. Bu da onu deməyə tam əsas verir ki, Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuş şəxs - əməliyyat qrupunun rəhbəri DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs saxlanıldığı vaxt yəni, 27 sentyabr 2022ci il tarixdə saat 22:40-da Bakı şəhərində olmuş, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Bundan əlavə məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalmasını ibtidai istintaq zamanı da bildirmiş, həmin fakt üzrə Şirvan şəhər prokurorluğu tərəfindən ilkin yoxlanılma aparılsa da 28 dekabr 2022-ci il tarixdə “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin fakt üzrə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul etməyə əsas olan hallardan biri kimi bu hala istinad edilmişdir ki, “Məhkəmə-Tibbi Ekspertiza və X7” X9 daxil olmuş məhkəmə-tibbi ekspertizasının 28 oktyabr 2023-cü il tarixli 442/MEŞ nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə məhkəmə-tibbi müayinəsi keçirilmiş, məhkəmə tibbi müayinəsi zamanı bədən səthində xəsarət aşkar edilməmişdir. (i.v. 224-226) Lakin Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş zamanı şəxsi axtarış keçirilərkən onun axsaması barədə təhqiqatçının sualına Təqsirləndirilən şəxs “Gəncə şəhərində məşq zamanı zədə almışam” bildirməsinə baxmayaraq məhkəmə tibbi eksperti Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar edilməməsi barədə rəy vermişdir. Bundan əlavə yuxarıda qeyd edildiyi kimi Təqsirləndirilən şəxs həbs edildikdən sonra ƏN PX-nin Bakı istintaq təcridxanasına daxil olarkən bədəni üzərində müxtəlif xəsarətlər olmasını və bu barədə tibbi kitabçaya qeydlər edilməsinə, hətta həmin xəsarətlərin bənövşəyi rəngli qançırlar şəklində olduğunun qeyd edilməsinə baxmayaraq məhkəmə tibbi eksperti Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət olmadığı barədə müvafiq rəyi tərtib etmişdir. Buna görə də məhkəmə tərkibi hesab edir ki, həmin rəy məhkəmə istintaqı zamanı toplanmış sübutlara, işin faktiki hallarına uğun gəlmədiyinə görə məhkəmə tibbi ekspertizasının həmin rəyi mötəbər sübut kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaqın sonunda və məhkəmə istintaqı zamanı verdiyi ifadələrə və yuxarıda qeyd edilən və məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara münasibət bildirərək qeyd edir ki, sözügedən halla bağlı cinayət işi üzrə müəyyən olunan hallar İnsan Hüquqları üzrə Avropa Məhkəməsində baxılmış “Layıcov Azərbaycana qarşı” işi üzrə məhkəmənin müəyyən etdiyi hallarla bənzərlik təşkil etdiyindən, məhkəmə kollegiyası “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında əks olunanların nəzərə alınmasını və məhz həmin qərarda yaradılan presedent hüququnun hazırkı iş üzrə tətbiq edilməsini məqsədəmüvafiq sayır. Belə ki, “Layıcov Azərbaycana qarşı” işi üzrə Avropa Məhkəməsinin qəbul etdiyi 10 aprel 2014-cü il tarixli qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü maddəsinin tələblərinin pozulması hallarının araşdırılması ilə bağlı qeyd edilmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 103-cü bənd və digərləri). Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmətibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar (bax: “Tanrıkulu Türkiyəyə qarşı” (Tanrıkulu v. Turkey [GC], no. 23763/94, ECHR 1999-İV, § 104 et seq.) və “Gül Türkiyəyə qarşı” (Gülv. Turkey, no. 22676/93, § 89, 14 December 2000). Ən çıxılmaz halda belə Konvensiyanın 3-cü maddəsinin müddəalarının pozulmasına yol verilməməsinə dair Avropa Məhkəməsinin əvvəlki qərarlarında, o cümlədən yuxarıda adıçəkilən qərarında yaratdığı presedent hüququnu əsas götürən məhkəmə kollegiyası hazırkı iş üzrə ilk növbədə Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə pis rəftara məruz qalıb-qalmamasına münasibət bildirərək qeyd edir ki, Təqsirləndirilən şəxs bədənində xəsarətlərin olması xx.xx.2022-ci il tarixdə şəxsin üzərinə şəxsi axtarış keçirilərkən təhqiqatçı tərəfindən aşkar olunmuşdur. Belə ki, şəxsi axtarış zamanı müdafiəçinin Təqsirləndirilən şəxs bədəni üzərində, konkret olaraq ayağında axsamasına səbəb olan xəsarətin necə yaranması barədə sualına Təqsirləndirilən şəxs “Gəncə şəhərində məşq zamanı zədə almışam”ifadəsini işlətməklə cavab verir. Lakin ibtidai istintaq gedişində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə ifadə verməklə, eləcə də saxlanıldığı Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində digər xəsarətlərin aşkar edilməsi ilə fiziki təzyiqə məruz qaldığınıgöstərsə də Şirvan şəhər Prokurorluğunda araşdırma səthi aparılmış, müvafiq sorğular edilməklə həqiqətən də Təqsirləndirilən şəxs bədəni üzərində hər hansı xəsarətin olub-olmaması müəyyən edilməmişdir. Avropa Məhkəməsi öz qərarlarında müəyyən etdiyi presedent hüququnda belə məqamlarda ibtidai istintaqı aparan orqandan asılı olmayan müstəqil qurum tərəfindən səmərəli rəsmi araşdırmanın aparılmasını, dövlət orqanlarının daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərilməsini və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalarını, hadisə ilə bağlı sübutların toplanmasını, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımların atılmasının vacib olduğunu göstərməsinə baxmayaraq, sözügedən qərardan görünür ki, Təqsirləndirilən şəxs qeyd etdiyi xüsusatların araşdırılması ilə bağlı olaraq prokurorluq orqanlarında ətraflı araşdırma aparılmamış, yalnız Təqsirləndirilən şəxs izahatı alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın Şirvan ŞPŞ-də həyata keçirilməsinə baxmayaraq, Şirvan ŞPŞ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli, 305-39280-1222 nömrəli məktubda “şəhər, rayon, xətt polis orqanlarına gətirilmiş şəxslərin qeydiyyatı” kitabında xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şirvan ŞPŞ-yə gətirilməsi ilə bağlı heç bir qeyd yoxdur” cavabında istinad edilməklə hər hansı Şirvan ŞPŞ əməkdaşından izahat alınmamış, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçildikdən sonra onun istintaq təcridxanasına qəbul edilməsi barədə tərtib olunan sənəddə həmin vaxt sonuncunun üzərində xəsarətlərin olub-olmaması ilə bağlı hər hansısa qeydin olub-olmadığını müəyyən etmək üçün müvafiq sənədlər götürülərək araşdırılmamış və nəticədə yalnız Təqsirləndirilən şəxs Şirvan ŞPŞ-nin xx.xx.2022-ci il tarixli məktubu və məhkəmə tibbi ekspertizanın xx.xx.2022-ci il tarixli , 14/MEŞ saylı rəyi əsas götürülməklə material üzrə cinayət tərkibi olmadığından, CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə vaxtında ətraflı araşdırmanın təmin edilməməsi, Təqsirləndirilən şəxs bədənində olan xəsarətlərə dair mövcud sübutların, izlərin itirilməsi ilə nəticələnmişdir ki, hazırkı məqamda həmin xüsusatlarla bağlı əlavə araşdırmanın aparılması və ya məhkəmə tibbi ekspertizasının təyin edilərək yetirilmiş xəsarətlərə dair hər hansı dəqiq məlumatın əldə olunması qeyri-mümkün olmuşdur. Lakin yuxarıda sadalananların müqabilində, yəni Təqsirləndirilən şəxs saxlanıldığı xx.xx.2022-ci il saat 22:40 radələrindən xx.xx.2022-ci il saat 04:50-dək polisin nəzarəti altında olması, saxlanıldığı zaman, həmçinin saxlanıldıqdan sonrakı müddət ərzində onun bədənində hər hansı xəsarətlərin olmasına dair müvafiq sənədlərdə qeydin olmaması, habelə nə saxlanılarkən və polis şöbəsinə gətirilərkən, nə də polis şöbəsində olarkən qaçmağa çalışmaması, polis əməkdaşlarına heç bir müqavimət göstərməməsi müqabilində Təqsirləndirilən şəxs istintaq təcridxanasına daxil olarkən bədənində xəsarətlərin aşkar edilməsi məhkəmə kollegiyasında Təqsirləndirilən şəxs xx.xx.2022-ci il saat 22:40 radələrindən xx.xx.2022-ci il saat 04:50-dək polis şöbəsində müdafiəçisiz olduğu müddətdə pis rəftara məruz qalması ilə bağlı haqlı şübhələr yaranmasına səbəb olmuşdur. Baxmayaraq ki, prokurorluq orqanının qəbul etdiyi 28 dekabr 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar müdafiə tərəfindən mübahisələndirilməyib, hazırda qüvvədədir, həmin qərar cinayət prosessual qanunvericiliyin əsas prinsip və şərtləri pozulmaqla qəbul edildiyindən məhkəmə üçün preyudisial əhəmiyyətli ola bilməz. Beləliklə ibtidai araşdırmanın ilkin mərhələsində Təqsirləndirilən şəxs təsir və təzyiqlərə məruz qalması ilə bağlı gəlinən qənaətə əsaslanan məhkəmə kollegiyası bununla əlaqədar sonuncunun vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı qeyd etdiklərinə, o cümlədən ibtidai istintaq zamanı şübhəli və ya təqsirləndirilən şəxs kimi dindirilərkən verdiyi qismən etiraf edici ilkin ifadələrində göstərdiyi xüsusatlara şübhə ilə yanaşır və hesab edir ki, sözügedən etirafedici ifadələr əsaslı sübut növü kimi qəbul edilib ona qarşı irəli sürülən ittihamın əsasına qoyula bilməz. Avropa İnsan Hüquqları Məhkəməsinin “X2rşı” iş üzrə 08 fevral 1996-cı il tarixli qərarında göstərilmişdir ki, milli məhkəmə ittiham tərəfinin təqdim etdiyi sübutların əsaslılığını qiymətləndirərkən təqsirləndirilən şəxs tərəfindən izahat verilməsini onun buna məcbur edilib-edilməməsi zəminində dəyərləndirməlidir. Əgər təqsirləndirilən şəxs ifadə verməyə və ya susmağa məcbur edilməyibsə, onda onun söylədikləri başqa sübutlarla tutuşdurulmaqla sübut əhəmiyyəti daşıya bilər. Lakin məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadəsi məhz fiziki təzyiq nəticəsində əldə edildiyindən həmin ifadələr sübut kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 26-cı bəndinə əsasən CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özüözlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Məhkəmə hazırki məhkəmə istintaqı zamanı da təqsirləndirilən şəxs tərəfindən fiziki zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillərin həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı təqdim edildiyini, təqsirləndirilən şəxs tərəfindən göstərilən xüsusaltlar araşdırlarkən həmin halların təsdiq edildiyini, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını və onun 5 saatdan artıq vaxt müddətində müdafiəçisi olmadan polis şöbəsində polisin nəzarətində qalmasını nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək dövrdə özünə qarşı verdiyi ifadənin məhz fiziki təzyiq nəticəsində əldə edilməsinə dair dəlilləri əsaslıdır və həmin etirrafedici ifadələr sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edə biləcə sübut kimi qəbul edilə bilməz. - İstintaq orqanının Təqsirləndirilən şəxs elan edilmiş ittihamı təsdiq edən sübut kimi istinad etdiyi digər protokol Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkətinin aparılmasına dair 28 sentyabr 2022-ci il tarixli protokoldur və həmin sənəddən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə 28 sentyabr 2022-ci il tarixdə, saat 00:05-dən 00:40-dək həyata keçirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan bir saatdan artıq vaxt keçdikdən sonra həyata keçirilməsi özüözlüyündə narkotik vasitənin onun üzərinə qoyulması ilə bağlı məhkəmədə narahatlıq yaranmasına əsas verir. Belə ki, həmin müddət ərzində şəxs polislərin nəzarəti altında olmuşdur. Həbs olunduqdan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut isə iş materiallarında mövcud deyildir. Hətta yuxarıda qeyd edilən istintaq hərəkətinin həqiqətən də 28 sentyabr 2022-ci il tarixdə, saat 00:05-dən 00:40-dək həyata keçirilib-keçirilməməsi məhkəmə tərkibində əsaslı şübhələr yaradır. Belə ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs özünə qarşı verdiyi ifadələrin sübut kimi qəbul edilə bilib-bilməməsini şərh edərkən o qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldığı vaxt, yəni 27 sentyabr 2022-ci il tarixdə saat 22:40-da Təqsirləndirilən şəxs barədə əməliyyat məlumatı daxil olmuş şəxs - əməliyyat qrupunun rəhbəri DİN-nin BMCMİ-nin xüsusilə mühüm işlər üzrə əməliyyat müvəkkili Şahid1 Bakı şəhərində olmuş, təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etməmişdir. Məhkəmə tərkibinin bu qənaətə gəlməsinə əsas isə Şahid1 istifadəsində olan mobil nömrənin anten dairəsinin 27 sentyabr 2022-ci il tarixdə saat 22:49-da (Təqsirləndirilən şəxs saxlanıldığı ərəfədə) Bakı şəhərində, 28 sentyabr 2022-ci il tarixdə 01:12:37-də (Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi istintaq hərəkəti bitdikdən sonra) Bakı şəhəri, Ələt qəsəbəsində və həmin gün saat 04:50:10-da Şirvan şəhərində olması, həmin mobil nömrə vasitəsi ilə mütəmadi danışıqların aparılması, zənglərin edilməsi və zənglərin qəbul edilməsi olmuşdur. Göründüyü kimi Şahid1 28 sentyabr 2022-ci il tarixdə 01:12:37-də Bakı şəhərində olduğu halda 28 sentyabr 2022-ci il tarixdə, saat 00:05-də Şirvan Şəhər Polis Şöbəsində başlamış və həmin gün 00:40-dək davam etmiş “şəxsi axtarış və götürmə istintaq hərəkəti”nin keçirilməsində iştirak etməsi mümkün deyildir. Şahid1 istifadəsində olan mobil nömrənin 28 sentyabr 2022-ci il tarixdə 04:50:10-da Şirvan şəhərində olması və təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs onun üzərinə şəxsi axtarış istintaq hərəkətinin hava işıqlaşan ərəfədə keçirilməsi barədə ifadəsi əsas götürüldükdə həmin istintaq hərəkətinin 28 sentyabr 2022-ci il tarixdə, saat 00:05-də deyil, həmin gün saat 04:00-dan sonra başlanılması barədə qənaətə gəlməyə əsas verir ki, bu hal da təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmənin saxlanıldıqdan nəinki cinayət işi materiallarında göstərildiyi kimi 1 saatdan artıq vaxt hətta 5 saatdan artıq vaxt keçdikdən sonra həyata keçirilməsini təsdiq edir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Layıcov Azərbaycana qarşı” şikayəti üzrə xx.xx.2014-cü il tarixli qərarında (həmin şikayətdə Layıcov işgəncə və pis rəftarla yanaşı, narkotik vasitələrin onun üstünə və avtomobilinə qoyulması yolu ilə əldə olunmuş qanunsuz sübutlar əsasında məhkum edilməsi nəticəsində Konvensiyanın 6-cı maddəsinin pozulmasından şikayət etmişdir) Avropa Məhkəməsi qeyd etmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin cinayət prosesi ilə bağlı əsas məqsədinin “cinayət işlərinə baxmaq səlahiyyəti olan hər hansı məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırmasının təmin olunmasından” ibarət olmasına baxmayaraq, bu, həmin maddənin “məhkəməyə qədər proseslərə” aidiyyətinin olmaması kimi təfsir edilməlidir. Belə ki, əgər həmin maddənin tələblərinə ilkin mərhələdən riayət olunmaması məhkəmənin ədalətliliyinə ciddi təsir göstərə bilərsə, 6-cı maddə cinayət işi məhkəməyə göndərilənədək olan dövrə də tətbiq edilə bilər. Həmin qərarda Avropa Məhkəməsi nəzərə almışdır ki, əməliyyat məlumatı əsasında saxlanılması iddia edilsə də, Layıcovun üzərinə və avtomobilinə baxış saxlanıldığı kimi dərhal deyil, saxlanıldığı yerin yaxınlığında deyil, 30 dəqiqə sonra Zaqatala Rayon Polis Şöbəsində keçirilmişdir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, Lahıcovun saxlanılması ilə baxışın keçirilməsi arasında 30 dəqiqə vaxtın keçməsi həmin sübutun “atılmasının” mümkünlüyü ilə bağlı əsaslı narahatlıq yaradır, çünki həmin müddət ərzində şikayətçi tamamilə polisin nəzarəti altında olmuşdur. Bu məsələ ilə bağlı məhkəmə nəzərə almışdır ki, şikayətçi həbs olunandan dərhal sonra onun üzərinə baxış keçirilməsinin mümkünsüzlüyü ilə bağlı hər hansı sübut mövcud deyil. Həmçinin məhkəmə nəzərə almışdır ki, onun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutun qanuniliyi ilə bağlı şikayətçi ibtidai istintaq və məhkəmə araşdırılması dövründə məsələ qaldırsa da, yerli məhkəmələr öz hökmlərində bu məsələyə münasibət bildirməmiş, həmin sübut əsasında onu məhkum etmişlər. Bununla bağlı Avropa Məhkəməsi belə nəticəyə gəlmişdir ki, bu məsələ ilə bağlı şikayətçinin şikayətləri yerli məhkəmələr tərəfindən əsassız olaraq baxılmadığı üçün şikayətçi sübutun qanuniliyini mübahisələndirmək və həmin sübutun yerli məhkəmə proseslərində istifadə edilməsinə etiraz etmək hüququndan məhrum edilmişdir. Nəzərə alaraq ki, şikayətçiyə qarşı ittiham yalnız Layıcovun üzərində və avtomobilində aşkar edilmiş maddi sübutlara əsaslanmışdır, həmin qərarda Avropa Məhkəməsi şikayətçiyə qarşı istifadə edilmiş həmin maddi sübutların əldə olunması şəraitini nəzərə alaraq, eyni zamanda şikayətçinin həmin sübutların qanuniliyi ilə bağlı etirazlarına və əsaslı arqumentlərinə milli məhkəmələr tərəfindən baxılmaması və həmin sübutların ona qarşı istifadə edilməsinə əsaslanmaqla aparılmış məhkəmə araşdırmasını ümumilikdə ədalətsiz kimi qiymətləndirmiş və Konvensiyanın 6-cı maddəsinin pozulduğunu müəyyən etmişdir. Göstərilən bu hallar təqsirləndirilən şəxsin saxlanılması, şübhəli şəxs qismində tutulması, üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkətinin həyata keçirilməsi ilə bağlı sənədləşmənin düzgün aparılmamasına, göstərilən vaxtların təhrif edilməsinə dəlalət edən hallardır ki, bu hallar iş üzrə araşdırmanın AR CPM-nin tələbləri pozulmaqla aparılmasının, sənədlərin formal şəkildə reallığı əks etdirmədən tərtib edilməsinin göstəricisidir. Bütün bunları nəzərə alan məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə xx.xx.2022-ci il tarixdə saat 00:05-dən 00:40-dək keçirilmiş şəxsi axtarış istintaq hərəkəti və həmin istintaq hərəkətinin keçirilməsi zamanı əldə edilmiş predmetlər sübut növü kimi qəbul edilib Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamı təsdiq edən sübut kimi qəbul edilməməlidir. - İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının 28 sentyabr 2022-ci il tarixli 6/5558 saylı rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, müvafiq ekspert rəyi ekspertizaya təqdim edilmiş maddənin növünün və çəkisinin müəyyən edilməsini təsdiq edən mötəbər sübut olsa da, həmin ekspert rəyi təqdim edilmiş maddənin kimə məxsus olmasını, kimin üzərindən aşkar edilməsini təsdiq edən sübut növü hesab edilmir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Hazırki halda məhkəmə qeyd edir ki, iş üzrə sübut kimi qiymətləndirilmiş şəxsi axtarış və götürmə aparılmasına dair protokolun qanunvericiliyin tələbləri pozulmaqla formal tərtib edildiyi, iş üçün əhəmiyyət kəsb edən bütün halların istintaq orqanı tərəfindən təhrif edilməsinin müəyyən edildiyi halda, göstərilən bu hallar sadəcə məhkəmə-kimyəvi ekspertizasının rəyi ilə aradan qaldırılaraq şəxsin üzərində narkotik vasitənin olması qənaətinə gəlməyə əsas verə bilməz. - İbtidai istintaq orqanı tərəfindən sübut kimi istinad edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 Şəxsi ambulator məcburinarkoloji tibbi yoxlamanın 28 sentyabr 2022-ci il tarixli 5591 saylı rəyi ilə bağlı məhkəmə qeyd edir ki, AR CM-nin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyəti şəxsin narkotik vasitə istifadəçisi və ya narkomaniya xəstəsi olmasına görə deyil, onun satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımasına görə yaranır ki, bu da təqsirləndirilən şəxsin AR CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş dispozitiv əlamətlər olmadan sadəcə opioidlərdən istifadə etmə halları olmasına görə həmin maddə ilə təqsirli olmasını istisna edir. - ittihamın əsası kimi istinad edilmiş digər sübut növü kimi şahid ifadələrinin olması qeyd edilmişdir. Halbuki, ibtidai istintaq zamanı ifadələri alınmış Şirvan ŞPŞ-nin və DİN-nin BMCMİ-nin yuxarıda adları qeyd edilmiş əməkdaşları, bundan əlavə Təqsirləndirilən şəxs qohumu Şahid5 yalnız narkotik vasitənin aşkar edilməsinə şahid olduqlarını bildirmişlər. Həmçinin məhkəmə tərkibi məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş DİNin BMCMİ-nin əməkdaşları - Şahid1 və Şahid2, Şirvan ŞPŞ-nin əməkdaşı - Şahid3 oğlunun ifadələrini həqiqi, obyektiv, işin faktiki hallarına uyğun ifadələr kimi qəbul etməyərək hesab edir ki, həmin şəxslər iş üzrə maraqlı şəxslərdir və onların verdikləri ifadələr ittihamın müdafiəsinə yönəlmişdir. Məhkəmə, bu halı nəzərə alıb həmin ifadəyə istinad edilməsinin yolverilməz olduğunu nəzərə alıb həmin ifadənin sübutlar siyahısından çıxarılmasını əsaslı sayır. Bundan əlavə Şahid5 ibtidai istintaq zamanı ifadə verərək Təqsirləndirilən şəxs üzərində narkotik vasitə aşkar edilməsinin şahidi olmasını bildirsə də məhkəmə istintaqı zamanı polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı fiziki zor tətbiq edildiyini və buna görə də Təqsirləndirilən şəxs etirafedici ifadələr verdiyini bildirmişdir. Həmçinin Şahid5 “hansı səbəbdən ibtidai istintaq zamanı ifadə verərkən Təqsirləndirilən şəxs fiziki təzyiqə məruz qalması barədə bildirməməsi və ya polis əməkdaşları tərəfindən sərbəst buraxıldıqdan sonra Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməsi barədə hər hansı şikayət etməməsi“ barədə sual verilərkən o, həmin suala cavab olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılarkən Təqsirləndirilən şəxs qarşı yan otaqda fiziki təzyiqlər edilməsini eşitdiyi səslərdən bilmiş, həmçinin müstəntiq tərəfindən tələsdirildiyi üçün ifadələrini oxumadan imza etmiş, polis əməkdaşları sərbəst buraxıldıqdan sonra şikayət edəcəyi halda onun da məsuliyyətə cəlb ediləcəyini bildirdiklərindən qorxduğu üçün hər hansı şikayət etməmişdir. Məhkəmə Şahid5 məhkəmə istintaqında verdiyi ifadəsi ilə bağlı qeyd edir ki, məhkəmə Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməsi nəticəsində özünə qarşı ifadə verməsi qənaətinə gəldiyi halda həmin vaxt Şahid5 da polis şöbəsində olması və Təqsirləndirilən şəxs fiziki zor tətbiq edilməsini sonuncunun səslərindən başa düşdüyü halda özü də ona qarş irəli sürülmüş hədələrin real olması qənaətinə gəlib polis əməkdaşlarının dediyi formada ifadə verməsini təsdiq edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq Şahid5 həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla- yuxarıda sadalanan Təqsirləndirilən şəxs bədəni üzərində xəsarətlərin olmasını təsdiq edən sənədlərə, iş üzrə şahidlərin istifadəsində olan mobil telefon nömrələrinin həmin dövr üçün qidalandığı antenlərin ünvanlarına, o cümlədən, iş üzrə dindirilmiş şahid ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Şahid5 məhkəmə istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun ibtidai istintaqı zamanı verdiyi ifadəsini psixoloji təzyiq və hədə təsiri altında verilmiş ifadə kimi qiymətləndirərək sübut kimi qəbul etmir. Cinayət işinin materiallarının cild 01, səh.160-da olan DİN-nin BMCMİ-nin verilmiş əməliyyat tapşırığına cavab olaraq daxil olmuş 24 oktyabr 2022-ci il tarixli məktubda göstərilmiş keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəni də satış məqsədi ilə əldə edib üzərində saxlamaqla daşıması aşkar edilməsi, lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni, nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmaması ilə bağlı qeyd edilənlərlə əlaqədar məhkəmə tərkibi qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar Cinayət- Prosessual Məcəlləsinin 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli qərarının 17-ci bəndində göstərilmişdir ki, əməliyyataxtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Məhkəmə tərkibi bildirir ki, hazırkı cinayət işi üzrə əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş və 24 oktyabr 2022-ci il tarixli məktubla istintaqa təqdim edilmiş həmin məlumatlar Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun şəkildə əldə edilmədiyindən, təqdim edilmədiyindən, məhkəmə nəzarəti qaydasında yoxlanılmadığından cinayət prosesində sübut kimi qəbul edilə bilməz. Odur ki, istintaq orqanı tərəfindən yuxarıda qeyd edilən sübutlar təqsirləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qeyd olunsa da, məhkəmə hesab edir ki, Cinayət- Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin «məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır» tələblərinə əsasən bu kimi sənədlər və məlumatlar ittihamın mahiyyətinə aid olmadığından təqsirləndiriləndirilən şəxsin təqsirini təsdiq edən sübutlar kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirliliyinə dair ittiham tərəfinin təqdim etdiyi sübutların onu döyüb zor tətbiq etməklə, eləcə də cinayət prosesual qanunvericiliyin tələbləri pozulmaqla əldə edildiyini, bu yolla əldə edilmiş sübutların Cinayət Prosessual Məcəlləsinin 125.2-ci madddəsinə əsasən sübut kimi qəbul edilməsinə yol verilmədiyini, şahid ifadələri ilə iş üzrə toplanmış digər sübutlar arasında aradan qaldırılması mümkün olmayan şübhələrin mövcudluğunu, ittihamın sübut olunmasında yaranan bütün şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli olduğunu, iş üzrə tərtib olunmuş prosessual sənədlərin kifayət qədər natamam olmasını və uzlaşmamasını nəzərə alaraq hesab edir ki, kifayət qədər ziddiyyətli və uzlaşmayan sübutlar əsasında Təqsirləndirilən şəxs cinayət törətməkdə ittiham olunaraq təqsirli bilinməsi cinayətprosessual qanunvericiliyin tələblərinin, həmçinin «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində nəzərdə tutulmuş təminatların pozulmasına səbəb olar. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin müddəalarının mənasına görə, cinayət işinin həlli üzrə məhkəmənin və ittiham tərəfinin funksiyaları bir-birindən ciddi fərqlənir və onlardan hər biri müvafiq subyektin üzərinə düşür. Cinayət təqibinin başlanması, ittihamın irəli sürülməsi və məhkəmədə müdafiəsi qanunda müəyyən edilən orqanlar və vəzifəli şəxslər, qanunda nəzərdə tutulmuş hallarda isə, həmçinin zərərçəkmiş tərəfindən həyata keçirilir. Cinayət ədalət mühakiməsi vasitəsilə, çəkişmə və tərəflərin hüquq bərabərliyi əsasında məhkəmə hakimiyyətini həyata keçirən məhkəmə isə işin icraatı zamanı ittiham və ya müdafiə tərəfinin prosessual səlahiyyətlərini öz üzərinə götürərək onlardan hər hansı birinin tərəfində dayanmamalı, yaxud onları əvəz etməməli, bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Məhkəmə tərkibi həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsi və Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsinin tələblərinə görə, bütün şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Lakin, istintaq orqanı Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilərkən onun hüquqlarını kobud şəkildə pozaraq bütün şübhələri onun ziyanına təfsir etmiş və nəticədə qeyd olunan konstitusion və prosessual təminatların tələblərinə zidd olan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Belə ki, cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 08 may 2023-cü il tarixdə hüquqlarını müdafiə etdiyi şəxsin barəsində olan cinayət işi materialları ilə tanış olarkən həmin protokola qeydlər edərək DİN-nin BMCMİ-nin əməkdaşlarının Təqsirləndirilən şəxs Şirvan şəhərində saat 22:40 radələrində saxlanıldıqdan xeyli vaxt sonra təxminən saat 03 radələrində gəldiklərini, iş üzrə obyektiv araşdırmanın təmin edilməsi məqsədi ilə BMCMİ-nin əməkdaşları Şahid1, Şahid2 və Mirata Seyidovun istifadələrində olan mobil nömrələrin müəyyən edilməsi və 26-28 sentyabr 2022-ci il tarixlərdə həmin nömrələrin anten dairə məlumatlarının götürülməsi, müdafiəçisi olduğu şəxsin Bakı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində xəsarətlərin olmasını nəzərə alaraq onun barəsində cinayət təqibinə bəraətverici əsaslarla xitam verilməsi barədə vəsatət vermişdir. Lakin cinayət işi üzrə ibtidai istintaqı aparan BMCMİ-nin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi tərəfindən hər hansı araşdırma aparılmadan vəsatətin əsassız olması və istintaq üçün əhəmiyyət kəsb etmədiyi qənaətinə gəlinərək Müdafiəçi1 yuxarıda qeyd edilən vəsatəti rədd edilmişdir. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən müdadfiə tərəfinin qeyd edilən vəsatətinin heç bir araşdırma aparılmadan rədd edilməsi nəticə etibarı ilə təqsirləndirlən şəxsin hüquqlarının pozulmasına, eləcə də cinayətləri tezliklə açmaq, cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq və cinayət törətmiş şəxsləri ifşa və cinayət məsuliyyətinə cəlb etmək(Cinayət-Prosessual Məcəlləsinin 8.0.3 və 8.0.4-cü maddələri) kimi cinayət mühakimə icraatının vəzifələrinin pozulmasına səbəb olmuşdur. Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi sözügedən məsələ, yəni İnsan Hüquqlarının və X5 Haqqında Konvensiyanın 3-cü maddəsinin tətbiqi üzrə formalaşdırdığı presedent təcrübəsində bir sıra konkret və aydın tələblər müəyyən etmişdir ki, həmin tələblərə əməl etmək Azərbaycan Respublikası Konstitusiyasının 148-ci maddəsinin İİ hissəsinə əsasən yalnız məhkəmələrin deyil, həm də işgəncənin (pis rəftarın) tətbiqinə dair iddiaları araşdıran ibtidai istintaq və prokurorluq orqanlarının vəzifəsidir. Bundan əlavə məhkəmə tərkibi qeyd edir ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipini müəyyən edən Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində cinayət mühakimə icraatını həyata keçirərkən məhkəmələrin vəzifələri sırasında cinayət prosesində tərəflərə cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmək və şübhəli və ya təqsirləndirilən şəxsi həm ifşa edən, həm də bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifələri təsbit edilmişdir. Həmin maddədə təsbit edilmiş digər vəzifə şübhəli və ya təqsirləndirilən şəxsin təqsirsizliyi, yaxud az təqsirliliyi barədə, habelə ona bəraət verən və ya məsuliyyətini yüngülləşdirən hallar üzrə sübutların olması barədə özü, yaxud müdafiəçisi tərəfindən irəli sürülən ərizə və vəsatətlərə baxmaq vəzifəsidir. Məhkəmə tərkibi Cinayət Prosessual Məcəlləsinin 28.4-cü maddəsində nəzərdə tutulmuş vəzifələrin həyata keçirlməsi məqsədi ilə müdafiə tərəfinin ibtidai istintaq zamanı verdiyi və əsassız olaraq təmin edilməyən vəsatətini məhkəmə istintaqı zamanı təmin edərək cinayət təqibi ilə əlaqədar bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün zəruri şəraiti təmin etmişdir. «İnsan hüquqları haqqında Ümumi Bəyannamə»nin 11-ci maddəsində, «İnsan hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, «Mülki və siyasi hüquqlar haqqında» Beynəlxalq Paktın 14-cü maddəsində öz əksin tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. Təqsirləndirilən şəxsin cinayət əməlini törətməkdə ittiham olunduğu bütün müddət ərzində «accusatio desiderat crimen» («ittiham cinayətin mövcudluğunu ehtimal edir») prinsipinə əməl olunmalı, bu məsələyə münasibətdə «in dubio pro reo» («şübhə olduğu halda təqsirləndirilənin xeyrinə») prinsipi hər zaman gözlənilməlidir. Adıçəkilən prinsiplər onu nəzərdə tutur ki, təqsirləndirilən şəxs şübhələrin onun xeyrinə həll olunması hüququna malikdir və hər hansı şübhəyə görə onun təqsirli bilinməsi yolverilməzdir. Sözügedən prinsip həm cinayət hüququ, həm də cinayət-prosessual hüquq nöqteyi-nəzərindən spesifik xarakterə malikdir. İstər təqsirləndirilən şəxsin təqsiri, istərsə də ona aid bir hərəkətin mövcudluğu ilə bağlı şübhə yaranarsa, ədalətli məhkəmə araşdırması hüququnun tələblərinə uyğun olan bir mühakimə həyata keçirilməli və buna uyğun hüquqi nəticələr əldə olunmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin təhlili göstərir ki, Avropa Məhkəməsinin təqsirsizlik prezumpsiyası ilə bağlı mövqeyinə görə «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Dorson Niderlanda qarşı», «Polufakin və Çernışov Rusiya Federasiyasına qarşı», «Lüdi İsveçrəyə qarşı», «Van Mexelen və digərləri Niderlanda qarşı» qərarlarında «İnsan hüquqlarının və X5 haqqında» Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Həmin qərarlarda həmçinin məhkəmə hesab etmişdir ki, adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında təqdim olunmalıdır. Bu prinsipdən istisnalar ola bilər, lakin bu istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli, eyni zamanda təqsirləndirilən şəxs ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Barbara, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı qərarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiyası və Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuşdur ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir və ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayətprosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olduğunu sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Cinayət Prosessual Məcəlləsinin 144 və 145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur, bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır və əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət Prosessual Məcəlləsinin 146-cı maddəsinə əsasən cinayət təqibi üzrə toplanılmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Eyni zamanda, qeyd olunur ki, cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək etməlidir. Cinayət Prosessual Məcəlləsinin 349-cu maddəsinə görə, məhkəmənin hökmü Azərbaycan Respublikası adından çıxarılır, qanuni və əsaslı olmalıdır. Məhkəmənin hökmü Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə isə əsaslı hesab olunur. Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə görə, bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan bir olduqda aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin hallar arasında Cinayət Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Cinayət Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair» 12 may 2009-cu il tarixli qərarında məhkəmə icraatının vəzifələri ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi hakimin həm vəzifə, həm də mənəvi borcudur. Məhkəmə tərkibi ibtidai istintaq zamanı toplanmış və məhkəmə baxışında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanunamüvafiq qaydada qiymət verərək hesab edir ki, Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilməsinə dair cinayət işi üzrə sübutlar arasında aşkar edilmiş ziddiyyətlər və ittiham aktında irəli sürülən halların sübut olunmasında yaranan şübhələr təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməli və ona Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunan ittiham üzrə cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyi üçün Təqsirləndirilən şəxsə bəraət verilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs bəraət verildiyi üçün onun haqqında seçilmiş həbs qətimkan tədbiri ləğv olunmalı və o, dərhal həbsdən azad edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 353.3.4-cü maddəsinin tələblərinə əsasən məhkəmənin bəraət hökmündə bəraət almış şəxsə cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyanın, məhkəmə xərclərinin ödənilməsi məsələsi və mülki iddia üzrə qərarın motivləri göstərilməlidir. Cinayət Prosessual Məcəlləsinin 56 və 62.1-ci maddələrinin tələblərinə görə, bəraət almış təqsirləndirilən şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya suiistifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir və vurulmuş ziyanın ödənilməsi cinayət təqibinin gedişində mümkün olmadıqda buna hüququ olan şəxsə cinayət təqibi üzrə icraat qurtardıqdan sonra ziyanın ödənilməsi qaydaları izah edilməlidir. Təqsirləndirilən şəxs cinayət təqibi orqanlarının qanunsuz hərəkətləri nəticəsində ona ziyan vurulması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Cinayət Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb olunması və barəsində qətimkan tədbiri seçilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah olunmalıdır. Cinayət Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə uyğun olaraq bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. Qeyd edilən maddəyə əsaslanmaqla məhkəmə tərkibi hesab edir ki, hazırkı cinayət işi üzrə cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldığı üçün hökm qanuni qüvvəyə mindikdən sonra həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün baxılmış cinayət işi üzrə material ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməli, bununla yanaşı, maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma yerində saxlanılan ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 5,509 qram heroin cinayət işi üzrə materiala əlavə edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə xərclərinin ödənilməsidir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs bəraət veriləcəyindən keçirilmiş ekspertizalar ilə bağlı 166 (yüz altımış altı manat) məbləğində məhkəmə xərcinin ödənilməsindən Təqsirləndirilən şəxs azad olunmalı və həmin məbləğ dövlətə aid edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 347.1-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız həmin Məcəllənin 346.1-ci maddəsində göstərilən məsələlər və onların hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsinə uyğunluğu hakimlər tərəfindən müzakirə edildikdən sonra müşavirə otağında çıxarılır. Məhkəmə tərkibi gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli və «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 21, 42, 51-2, 55, 346-347, 349-350, 352-354, 356-358, 384-385ci maddələrini rəhbər tutaraq H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. O, dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı istintaq təcridxanasından həbsdən azad edilsin. Bəraət alması ilə əlaqədar Təqsirləndirilən şəxs cinayət təqibi zamanı qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin seçilməsi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs iş üzrə olan 166 (yüz altımış altı) manat ekspertiza xərcinin ödənilməsindən azad edilsin və həmin məbləğ dövlətə aid edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 350.4-cü maddəsinə əsasən cinayət törətmiş şəxsin müəyyən edilməsi və cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar ibtidai araşdırmaya porosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Maddi sübut kimi tanınmış, ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi çəkisi 5,509 qram heroin cinayət işi materialına əlavə edilməsi üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BMCMİ-nin maddi sübutların saxlanma yerində saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-45/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-45/2024
01.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver