Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-45/2025 14.01.2025 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Əliyev Əli Abdulla oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X3, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçilər Lənkəran Rayon Vəkil Bürosunun vəkilləri Müdafiəçi3, Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1990-cı ildə Lənkəran rayonu Sütəmurdov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, Lənkəran rayonu Sütəmurdov kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynov küçəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri xx.xx.1995-ci ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkumluğu olan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə xx.xx.1993-cü ildə Lənkəran şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 İran İslam Respublikasında (bundan sonra İİR) olan digər şəxs ilə və tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə külli miqdarda narkotik vasitənin əldə edilməsi, saxlanması və daşınması, həmçinin İİR-da olan və cinayətkar qrupa daxil olan digər şəxslə bu məqsədlə köməkçi qismində İİR-dən Azərbaycan Respublikasına qaçaqmalçılıqla, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçiriləcək həmin maddələrin əldə edilməsi ilə bağlı razılığa gəldikdən sonra, cinayətkar plana uyğun olaraq aralarında aparılmış rolların bölgüsünə əsasən Azərbaycan Respublikası ərazisində qanunsuz satışını təşkil edib qazanc əldə etmək üçün qaçaqmalçılıq yolu ilə yəni, Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilən narkotik vasitəni qəbul edib çatdırılması üçün narkotik vasitələrin gizlədildiyi yerdən götürülüb deyilən yerə qoyulması müqabilində İİR-də olan digər şəxsdən 5000 (beş min) manat qazanc alacağı vədi ilə Təqsirləndirilən şəxs2 razılaşmış və həmin narkotik vasitələrin Yardımlı rayonu ərazisindən götürülərək lazım olan ünvana çatdıracağı təqdirdə 1000 (bir min) manat pul verəcəyini Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 təklif etmişdir. Təqsirləndirilən şəxs1 onunla razılaşdıqdan sonra 23 fevral 2024-cü il tarixdə saat 23:50 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası ərazisində narkotik vasitələrin qanunsuz satışını təşkil edib qazanc əldə etmək məqsədi ilə narkotik vasitələrin gizlədildiyi yerdən götürülüb deyilən yerə qoyulması müqabilində Təqsirləndirilən şəxs1 500 (beş yüz) manat qazan alacağı vədi ilə razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 birlikdə Masallı-Yardımlı yolunun 40-cı kilometrliyindən içərisində 14282,202 qram çəkidə külli miqdarda narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kisəni qanunsuz əldə edib cinayətdən xəbərsiz taksi sürücüsü Şahid5 idarə etdiyi “Vaz 2106 minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobildə daşıyaraq qanunsuz saxlamış, 24 fevral 2024-cü il tarixdə saat 00:05 radələrində Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində Masallı rayonu istiqamətində hərəkətdə olan zaman Yardımlı rayonu ərazisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 həmin avtomobildə saxlanılmış, həmin tarixdə saat 02:17 radələrində “Vaz 2106 minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda olan 01 (bir) ədəd kisədən 17 (on yeddi) ədəd bükülüdə ayrı-ayrlıqda təmiz çəkiləri: 1020,0 qr; 965,0 qr; 675,0 qr; 1015,0 qr; 1020,0 qr; 1025,0 qr; 1015,0 qr; 1000,0 qr; 1045,0 qr; 1025,0 qr; 915,0 qr; 930,0 qr; 1360,0 qr; 850,0 qr; 390,0 qr; 20,923 qr; 11,279 qram olmaqla ümumilikdə 14282,202 qram çəkidə külli miqdarda orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eyni olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, İİR vətəndaşı Behnam adlı şəxs ilə telefonda danışmışdır. Özü Lənkəran şəhərində taksi sürücüsü işləmişdir. Həmin iranlı Behnam ona zəng vurub təklif etmiş ki, “marixuana verim 200-300 qram istifadə edərsən”. Bu barədə Valehə demiş, Valeh onunla razılaşıb, gedib götürəcəyin demişdir. Xəyalı isə tanımamışdır. Onlar tutulanda isə yanlarında olmamışdır. Hadisənin tarixin isə dəqiq xatırlamır, 23-24 fevral olmalıdı. Özü Valehə demişdir ki, “iranlı narkotik verir”. Valeh isə gedib götürəcəyini demişdir. İranlı ona narkotikin olduğu yerin konumunu göndərmişdir. O isə həmin konumu Valehə göndərmişdir. Valeh bundan sonra getmiş, sonrasından isə xəbəri olmamışdır. Özləri isə 10-20 manat pul qoyub, birlikdə narkotik istifadə edən adamlar olmuşdur, o qədər çəkidə malın onlara aidiyyəti yoxdur. Elə adamlar deyillər. İranlı ilə xx.xx.2024-cü ildə birinci dəfə danışmışdır. İranlı ona Yardımlıya narkotik qoyduracağını, yer deyəcəyini gedib götürməli olduğunu demişdir. Valehin isə narkotik götürməyə kiminlə getməsin bilməmişdir. Sonradan isə Valeh narkotiki götürməsi barədə də ona məlumat verməmişdir. İranlı ilə aralarında 200-300 qram marixuana ilə bağlı danışıq olmuşdur. Valeh isə həmin narkotiki götürsəymiş, öz aralarında böləcəklərmiş. Xəyalı isə tanımamış, onunla münasibəti olmamışdır. Valehlə aralarında telefon danışıqları olub, həmin danışıqları təsdiq edir. İranlının isə Valehlə olan danışıqlarından xəbəri yoxdur. Həmin narkotiki isə Valehlə birlikdə harasa aparıb qoymaq barədə aralarında razılıq olmayıb. Saxlanılarkən polis şöbəsində döyülmüş, xəsarət almış, etirafedici ifadələr vermişdir. İfadələri isə ona əziyyət verdiklərindən imzalamışdır. Törətdiyi cinayət əməlindən peşmandır, ona az cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, 06 saylı cəzaçəkmə müəssisəsində çəza çəkərkən İİR-nın vətəndaşı Səid adlı şəxslə tanış olmuşdur. O, azadlığa buraxılandan sonra Səid ona zəng etmiş və telefon nömrəsini tanışı İİR-nın vətəndaşı Bəhnəm adlı şəxsə verdiyini, Bəhnəmin onunla əlaqə saxlayacağını demişdir. 2024-cü ilin fevral ayının ortalarında Bəhnam adlı İİR-nın vətəndaşı onun istifadəsində olan 050 682 43 83 saylı mobil nömrəyə zəng etmiş və onlar danışmışlar. 2024-cü ilin fevral ayının ortalarında xatırlamadığı gündə Bəhnam adlı İİR-nın vətəndaşı onun istifadəsində olan 050 682 43 83 saylı mobil nömrəyə zəng etmiş, hal-əhval soruşub həmsöhbət olmuşlar. Bəhnam adlı şəxs ona Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini, həmin narkotik maddələri Bakı şəhərinə aparacağı təqdirdə 5000 manat pul verəcəyini bildirmişdir. O da Bəhnamla razılaşmışdır. Bəhnam narkotik maddələri Yardımlı rayonu ərazisinə göndərdikdən sonra məlumat verəcəyini bildirmişdir. 17 fevral 2024-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs1 Səhrəddin oğlu ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayan zaman ona yaxın vaxtlarda Yardımlı rayonu ərazisinə İrandan narkotik maddələr göndəriləcəyini, həmin narkotik maddələri Bakı şəhərinə aparacağı təqdirdə 1000 manat pul verəcəyini demişdir. Təqsirləndirilən şəxs1 da onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 onunla mütəmadi əlaqə saxlayaraq narkotik vasitələrin Yardımlı rayonu ərazisinə göndərilib-göndərilməməsi ilə maraqlanmışdır. 22 fevral 2024-cü il tarixdə Lənkəran şəhərində Təqsirləndirilən şəxs1la görüşmüş, həmin təklifi ona bildirmişdir. Valeh yenə də onunla razılaşmışdır. 23 fevral 2024-cü il tarixdə saat təxminən 16-17 radələrində Bəhnam ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edib narkotik maddələri Yardımlı rayonu ərazisinə göndərdiyini bildirmiş, o, da Valehə bu barədə məlumat vermişdir. Həmin tarixdə Valeh Yardımlı rayonuna getmiş və ona narkotik maddələrin olduğu yerin konumunu göndərməsini demişdir. O, da Bəhnam adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələrin qoyulduğu yerin konumunu istəmiş, Bəhnam konumu ona göndərmiş, o, da həmin konumu Valehə yönəltmişdir. Bundan bir müddət sonra Valehlə əlaqə saxlamaq istəmiş, lakin o, cavab verməmişdir. Bir-neçə gün sonra Valehin tanımadığı bir şəxslə Yardımlı Rayon PŞ-nin əməkdaşları tərəfindən tutulduğunu eşitmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs2 həmin ifadələrinin yalnış olduğunu, təsdiq etmədiyini, məcburiyyət qarşısında qalıb ifadələr verdiyini, çox pis incidildiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Valehi həmkəndçisi kimi tanıyır. Özü narkotik istifadə etmişdir. Onunla Sütəmurdov tərəfdə şəhərdə görüşmüşlər, Valeh ona Yardımlıda tanışı olduğunu, onunla görüşmək üçün getməyini, bekarsansa birlikdə getməyini demişdir. O da bekarçılıqdan Valehlə razılaşmışdır. xx.xx.2024-cü ildə vaxtı dəqiq bilmir, təxminən saat yeddi-səkkiz olarmış ki, Lənkərandan çıxmışlar. 16:35-dən Valeh taksi sifariş etmişdir. Taksinin pulunu da Valeh verəcəkmiş. Valehlə birlikdə taksi ilə Yardımlı rayonuna getmişlər. Çatdıqdan sonra isə özü ayaqyolu üçün maşından düşmüşdür. O düşəndən sonra Valeh də maşından düşmüşdür. Lakin Valehin hara getməyin görməmişdir. Valehlə ora çatdıqda isə heç kimlə görüşməmişlər, birlikdə çayçıya gedəcəklərmiş, gedib şəhərə çata bilməmişlər. Qayıdıb maşına minəndə isə görmüş ki, Valeh əlində balaca bir bağlama gətirir. Qaranlıq olduğundan isə nə boyda olduğun bilməmişdir. Həmin bağlamanı maşında qabaq oturacağa qoyub özü də orda oturmuşdur. Valeh bağlamanı öz ayaqaltına qoymuşdur. Həmin vaxt Valehdən şübhələnsə də artıq gec olmuşdur. Bağlamanın isə narkotik olmasın bilməmişdir. Bundan sonra tərpənmişlər, üç dəqiqə keçdikdən sonra polislər qabaqda yollarını kəsmişlər. Valehi başqa, özünü isə başqa maşınla aparmışlar. Aparmamışdan əvvəl isə iki saat saxlamışlar orda maşının içində vurmuşlar onları. Sonra isə vəkilləri göndərmişlər, iki saat sonra vəkillər gəlmişdir. Bundan sonra videoçəkiliş edib, maşından yekə bir bağlama çıxarmışlar. Həmin bağlama Valehin gətirdiyi bağlamadan fərqli olmuşdur. Orada çoxlu polis olmuş çəkiliş etmişlər. Həmin vaxt təzyiq edib bağlamın özlərinin olduğunu dedirtmişlər. Lakin özü bağlamanın onun olmadığını demişdir. Daha sonra onları bölməyə aparmışlar. Orada da istədikləri kimi vurmuşlar, özləri ifadələri yazmışlar, oxumadan imzalamışdır. Orada təzyiq altında qalmış, sonra aşağı salmışlar, döymüşlər, başında iki ədəd şiş olmuşdur. Özünü ona görə təqsirli bilir ki, orada olmuşdur, lakin satışla bağlı təqsirli bilmir, o qədər yükü indiyə qədər görməmişdir. Valehlə aralarında narkotiklə bağlı razılaşma olmamışdır. Ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, Təqsirləndirilən şəxs1 bir müddət olar ki, tanıyır. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edib onu Lənkəran şəhəri, Sütəmurdov kəndinə çağırmışdır. O da Təqsirləndirilən şəxs1 yanına getmiş, onunla görüşmüşdür. Təqsirləndirilən şəxs1 ona Yardımlı rayonuna içərisində narkotik maddə marixuana olan kisəni gətirməyə gedəcəyini, onunla gedəcəyi təqdirdə ona 500 manat pul verəcəyini təklif etmişdir. O, da Təqsirləndirilən şəxs1la razılaşmışdır. Sonra Təqsirləndirilən şəxs1 taksi xidmətinə zəng edərək taksi sifariş etmiş və bir az keçəndən sonra “Vaz 2106” markalı ** CG *** nömrə nişanlı avtomobil onların olduğu yerə gəlmiş, onlar avtomobilə oturub Yardımlı rayonuna gəlmişlər. Masallı-Yardımlı yolunun Yardımlı ərazisindən keçən hissəsində sürücü avtomobili Masallı rayonu istiqamətində saxlamış, sonra Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşüb onlardan uzaqlaşmışdır. O, da avtomobildən yerə düşmüş, lakin sürücü yerə düşməmişdir. Təqsirləndirilən şəxs1 əlində bir ədəd qara rəngli kisə gətirərək avtomobilin arxa qapısını açıb, avtomobilin salonuna qoymuş, sonra sürücü avtomobili işə salmış və Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 1 km getdikdən sonra Yardımlı Rayon PŞ-nin əməkdaşları onları saxlamış, onlara “siz narkotik vasitələr əldə etmə və daşımada şübhəlisiniz” demişlər. Polis əməkdaşları avtomobilin arxa oturacağında 1 ədəd qara rəngli kisəni görmüşlər. Sonra ora vəkillər dəvət olunmuş, o, şübhəli şəxs qismində tutulmuşdur. Vəkillər, “Vaz 2106” markalı ** CG *** nömrə nişanlı avtomobilin sürücü Şahid5 və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan şalvarın cibindən 1 ədəd “Redmi S 10” markalı mobil telefon aşkar olunmuşdur. Sonra ondan Yardımlı rayonuna gəlməsinin səbəbi soruşulduqda o, Yardımlı rayonuna narkotik vasitə götürmək üçün gəldiyini demişdir. Onların üzərində şəxsi axtarış aparıldıqdan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının üzərindəki içərisində narkotik vasitə olan 1 ədəd qara rəngli kisə götürülərək avtomobildən yerə qoyulmuş, videoçəkilişlə kisə açılmışdır. Kisədən 15 bağlamada narkotik vasitə qurudulmuş marixunaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr birbir açılaraq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 15345 qram olmuşdur. Həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 ifadəsində İİR-nın vətəndaşını tanımadığını, onunla heç bir əlaqəsi olmadığını, narkotik vasitələrin Yardımlı rayonu ərazisinə nə vaxt və hansı yolla gətirilməsini bilmədiyini, Valehin ona narkotik maddələri götürmək üçün getməyi təklif etdikdə artıq narkotik maddələrin Yardımlı rayonu ərazisində olduğunu, həmin ana qədər onun Yardımlı rayonu ərazisinə narkotik maddələr göndəriləcəyindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin yalnış olduğunu, həmin ifadələri ona müstəntiqin dediyini, özünün də məcbur qalıb imzaladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5,206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, Rafiq taksi sürücüsüdür, o Lənkərana gələndə onu aparıb-gətirib. Xəyalı isə kəndçisi kimi tanıyır. Hadisə vaxtı Lənkərəna gəlməkdə məqsədi o olmuşdur ki, qohumunun toy mərasimi keçiriləcəkmiş, toy isə onlara məxsus evdə olacaqmış. Evin açarları isə özündə olduğundan fevral ayının 22-si Lənkərana gəlmişdir. 23-ü axşam isə şəhərdə kartından pul çıxaranda Xəyal ilə rastlaşmışdır. Bəy tərəfdən isə Almaniyadan qonaqlar gəldiyindən və ondan toyda istifadə etmək üçün marixuana istədiklərindən, istəmiş ki qonaqlara marixuana təşkil edib, onları güldürsün. Bu barədə də Rafiqlə danışanda demişdir. Rafiq isə ona iran vətəndaşının olduğunu, narkotiki versə gedib götürəcəyini demişdir. İranlı ilə də Rafiq özü danışmışdır. Xəyalla görüşən zaman da Rafiq özü zəng vurub narkotikin gəldiyini demişdir. Rafiq ona Yardımlıya getməyini bildirib, konum göndərəcəyini demişdir. Özü də gedib həmin konumdan narkotiki götürüb qayıdacaqmış. 16:35 nömrəsinə də bu məqsədlə zəng vurub taksi sifariş etmişdir. Həmin vaxt Xəyal yanında olmuş, birlikdə taksiyə oturmuşlar, Xəyala isə demişdir ki, “dost uşaq var çay içməyə gedək, mənə yol yolaşı ol, bekarçılıqdı gedib-gələk”. Birlikdə yola düşmüşlər, yola çıxanda isə telefonu sönmüşdür, zaryatkaya qoya bilməmişdir. Yardımlıya gəlib, hadisə olan yerə çatmağa az qalmış isə Rafiq ona konum atmışdır. Bundan sonra üzü Yardımlıya gedəndə taksini üzü Masallı istiqamətinə döndərib, konuma 50 metr qalmış maşını saxlatmışdır. Onlara isə demişdir ki, “burda qalın, yaxında su anbarı var, ora gedibqayıdıram”. Telefonu isə sönmüş həmin vaxt, telefonunu cibinə qoyub düşmüşdür. Rafiq həmdə ona iranlının səsində atmışdır ki, “orada kanal var üzü yola, su keçmir, içi boşdur”. Həmin vaxt Xəyal da avtomobildən düşmüşdür ki, ayaqyoluna getsin. Xəyal ayaqyoluna gedərkən, özüdə maşının qabaq istiqamətinə getmişdir. Yolun sağ tərəfindən girib kanalın içi ilə narkotiki axtarmağa başlamışdır. Balaca ovuc boyda sellofan olduğundan axtarıb tapa bilmirmiş. Beş dəqiqə axtardıqdan sonra tapıb, sonra isə maşına gəlmişdir. Maşında oturanda isə bükümü ayaqaltına qoymuşdur. Sonra isə taksidən sürməsini xahiş etmişdir. Xəyala isə demişdir ki, “qardaşla çay içməyimiz qaldı soraya”. Bir-iki dəqiqə yol getdikdən sonra qarşıda polis əməkdaşları maşını saxlatmış, onları düşürüb ayrı-ayrı maşınlarda otuzdurub 30 dəqiqə gözlətmişlər. Təhqiqatçı həmin vaxt gəlmiş iphone 6 telefon sənindir?, həmin vaxt telefon sönülü olmuş və telefonun parolun soruşmuşdur. Bundan sonra təhqiqatçı 15-20 dəqiqəyə gəlmiş, demişdir ki, “Rafiqə səs at, deki yoldayıq yavaşyavaş gəlirik”. Lakin birinci sözü o olmuş ki, “bizi tutublar”. Lakin təhqiqatçı həmin sözü silmiş və ona demişdir ki, “bu sözü pozuruq, biz deyən kimi səs at yoxsa sənə işgəncə verəcəyik” və başına vurmuşdur. O da Rafiqə səs atıb demişdir ki, “Rafiq yol dumandı, yavaş-yavaş gəlirik”. Eyni zamanda təhqiqatçı telefonunun parolun istəyəndə görmüş ki, şəkil var guya Rafiqə atmışdır. Maşından onu düşürüb o balaca bağlamanı hara qoymuşsa ora tərəf gedəndə demişlər ki, yük yerinə tərəf get, lakin bağlamanın arxa tərəfdən sürücü oturan oturacağın arxasına qoymuşlar. O da gedib qapını açıb bağlamanı orda görmüş, guya bağlamadan Xəyalın da xəbəri varmış. Sonra isə onları şöbəyə aparıb işgəncə vermişlər, gəlib bu yerə çıxmışlar. İşin araşdırılmasını xahiş etmişdir. Özünün götürdüyü ovuc boyda narkotik olmuş, lakin polis həmin ovuc boydanı götürüb, böyük bağlamaya qoymuşdur. Çünki öz götürdüyü narkotiki də polisin qoyduğu bağlamanın içində görmüşdür. Bu işdən isə Xəyalın xəbəri olmamışdır. Xəyalı yol yoldaşı kimi aparmışdır, məlumat verməmişdir. İranlını isə Rafiq tapıb, tanış olmuşdur. Rafiqlə telefonda görüntülü danışmağın isə xatırlamır, ola bilər ki, Rafiqlə danışanda Yardımlı istqamətində gedirlərmiş, baxırmış ki, hara gedirlər. Rafiq isə onun telefonuna mesaj yazmayıb. İranlı isə ona yazmayıb, ancaq Rafiqlə danışmışdır. Həmin gün isə yolda Rafilə danışsa da Xəyal heçnə başa düşməmişdir, Xəyal arxada oturub, öz telefonu ilə danışmışdır. Düşünür ki, aşkar olunmuş narkotik onlar saxlanılarkən polislərin maşınında olub. Saxlanılarkən təhqiqatçı ona işgəncə vermiş, özü də narkotiki etiraf etmiş, bu barədə isə heç bir yerə şikayət etməmişdir. Telefonunda təhqiqatçı atan şəkili isə müstəntiqin otağında görmüşdür. Müstəntiqə isə ifadə verməmiş, müstəntiq yazıb, qol çəkməyəcəyi təqdirdə aparıb döyəcəkləri ilə hədələmiş və özü də ifadələrini imzalamışdır. Törətdiyi cinayət əməlindən peşmandır ona aşağı həddə cəza verilməsini xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəməyədək icraat zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçinin iştirakı ilə məhkəməyədək icraat zamanı verdiyi ifadələrində özünü elan olunmuş ittihamla təqsirli bilərək göstərmişdir ki, o, həbsdə olan zaman 2018-ci ildə Bakı İstintaq Təcridxanasında Rafiq adlı şəxslə tanış olmuşdur. Sonra Rafiq 6 saylı cəzaçəkmə müəssisəsinə o, isə 13 saylı cəzaçəkmə müəssisəsində cəza çəkmişlər. O, 2022-ci ilin dekabr ayında vaxtından əvvəl cəzadan azad edilmişdir. Azadlıqda olarkən Rafiq də azadlığa buraxılmışdır. Tanış uşaqlardan onun mobil telefon nömrəsini öyrənib əlaqə saxlamışdır. Onunla sonradan Lənkəran şəhərində görüşmüş və həmsöhbət olmuşlar. 17 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayan zaman Rafiq ona İran vətəndaşı olan tanışının Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini, həmin narkotik maddələri Bakı şəhərinə aparacağı təqdirdə 1000 manat pul verəcəyini bildirmişdir. O da Rafiqin bu təklifi ilə razılaşmışdır. Bundan sonra onunla əlaqə saxlayaraq nakotik maddələrin Yardımlı rayonu ərazisinə göndərilib-göndərilməməsi ilə maraqlanmışdır. 22 fevral 2024-cü il tarixdə toy məclisində iştirak etmək üçün Lənkəran şəhərinə gəlmiş, həmin tarixdə saat təxminən 21 radələrində Lənkəran şəhərində “Alov” adlı dönərxanada Rafiqlə görüşmüşdür. Rafiq ona 23 fevral 2024-cü il tarixdə Yardımlı rayonuna getməsini, Yardımlı rayonunda İİR-dən göndəriləcək içərisində narkotik maddə marixuana olan kisə olacağını, həmin kisəni götürüb Bakı şəhərində onun deyəcəyi yerə qoyacağı təqdirdə ona 1000 manat pul verəcəyini demişdir. O, Rafiqin bu təklifi ilə əvvəlcədən də razılaşdığı üçün yenə də onunla razılaşmışdır. 23 fevral 2024-cü il tarixdə saat təxminən 18 radələrində tanışı Lənkəran şəhər sakini Təqsirləndirilən şəxs3 ilə Lənkəran şəhərində görüşmüş, ona Yardımlı rayonuna içərisində narkotik maddə marixana olan kisəni gətirməyə gedəcəyini, onunla birlikdə getməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini təklif etmiş, Xəyal da onunla razılaşmışdır. O, “*1635” taksi şirkətinə zəng edib taksi sifariş etmiş, həmin şirkət “Vaz 2106” markalı ** CG *** nömrə nişanlı avtomobili göndərmişlər. Hikmət adlı taksi sürücüsünun idarə etdiyi “Vaz 2106” markalı ** CG *** nömrə nişanlı avtomobillə Yardımlı rayonuna yola düşmüşlər. Yolda Rafiq ona konum göndərmiş və İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının səs yazısını yönəltmişdir. O, Rafiqin konum atdığı əraziyə gəlmiş, Hikmət avtomobili yolun kənarında saxlamış, o, isə Xəyalla birlikdə avtomobildən yerə düşmüşdür. Xəyal avtomobilin arxa hissəsinə getmiş, o, isə Rafiqin dediyi yerə gedib içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara rəngli kisəni götürüb avtomobilin salonunda arxa oturacağın üstünə qoymuş, özü avtomobilin qabaq oturacağında, Xəyal isə arxa oturacaqda əyləşmiş, sonra Masallı rayonu istiqamətində hərəkət etməyə başlamışlar. Təxminən 1 km getdikdə sonra Yardımlı Rayon PŞ-nin əməkdaşları onları saxlamış, onlara “siz narkotik vasitələr əldə etmə və daşımada şübhəlisiniz” demişlər. Polis əməkdaşları avtomobilin arxa oturacağındakı 1 ədəd qara rəngli kisəni görmüşlər. Sonra ora vəkillər dəvət olunmuş, o, şübhəli şəxs qismində tutulmuşdur. Vəkillər, “Vaz 2106” markalı ** CG *** nömrə nişanlı avtomobilin sürücü Şahid5 və polis əməkdaşlarının iştirakları ilə videoçəkiliş vasitəsi ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan göy cins şalvarın cibindən 1 ədəd “İPHONE 6” markalı mobil telefon aşkar olunmuşdur. Sonra ondan Yardımlı rayonuna gəlməsinin səbəbi soruşulduqda o, Yardımlı rayonuna narkotik vasitə götürmək üçün gəldiyini demişdir. Tanışı Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparıldıqdan sonra avtomobilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin arxa oturacağının üzərindəki içərisində narkotik vasitə olan 1 ədəd qara rəngli kisə götürülərək avtomobildən yerə qoyulmuş, videoçəkilişlə kisə açılmışdır. Kisədən 15 bağlamada narkotik vasitə qurudulmuş marixunaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr bir-bir açılaraq elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 15345 qram olmuşdur. Həmin narkotik vasitələr qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, o, da həmin protokola imza etmişdir. Təqsirləndirilən şəxs1 həmçinin ifadəsində sürücü Şahid5 onların narkotik maddələr əldə etmələrindən məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı vermiş olduğu ifadələrinin boş şey olduğunu, həmin ifadələrin müstəntiqin yazdıqları olduğunu, özünün də məcbur qalıb imzaladığını və təsdiq etmədiyi bildirmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 külli miqdarda narkotik maddələr əldə edəcəkləri ilə əlaqədar əməliyyat məlumatları daxil olmuşdur. Həmin tarixdə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə Yardımlı Rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, PŞ-nin PPXB-nin polis nəfərləri Şahid3 və Şahid4 iştirakları ilə qrup yaradılmış, həmin gün gecə saatlarında tədbir keçirilmişdir. Keçirilmiş tədbir zamanı 24 fevral 2024-cü il tarixdə saat 00:05 radələrində Lənkəran şəhər sakini Şahid5 idarə etdiyi “Vaz 2106” minik markalı ** CG *** qeydiyyat nişanlı avtomobil Masallı-Yardımlı yolunun 39-cu km-də Yardımlı rayonu ərazisində Masallı rayonu istiqamətində hərəkətdə olarkən Jiy dərəsi adlanan yerdə saxlanılmışdır. Onlara özlərini təqdim etdikdən sonra nədə şübhəli olduqlarını izah edib, “videoçəkilişlə şəxsi axtarış aparacağıq” demişlər. Həmin yerə təhqiqatçı dəvət edilmişdir. Maşın qırmızı rəngli “Vaz 2106” minik markalı maşın olmuş, içərisində isə Valeh, Xəyal və sürücü olmuşdur. Sonra müdafiəçilərin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərlərində şəxsi axtarış, sonra isə avtomobilə baxış keçirilmişdir. Valeh və Xəyaldan Yardımlı rayonuna hansı məqsədə gəlmələri soruşulduqda Valeh Yardımlı rayonuna veş aparmaq üçün gəldiyini, Təqsirləndirilən şəxs3 isə Valehin qaranlıq yerdən kisə götürdüyünü, kisəni avtomobilə qoyduğunu, həmin kisəni göstərə biləcəyini bildirmişdir. Sonra Valeh avtomobilin arxa qapısını açaraq oturacağın üzərinə qoyduğu 1 ədəd kisəni təqdim etmişdir. Avtomobilə və avtomobildəki kisəyə baxış keçirilmiş, baxış zamanı avtomobildə hər hansı digər cinayət xarakterli əşyalar aşkar olunmamışdır. Avtomobildən aşkar olunmuş 1 ədəd kisəyə baxış keçirilən zaman içərisindən 15 ədəd sellofan bükümlər aşkar olunmuşdur. Həmin bükümlər narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr olmuş, elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Daha sonra şöbəyə gəlmişlər. Avtomobilə və onların üzərinə baxış saxlanıldıqları yerdə aparılmışdır. Özləri hər şeyi etiraf etmişlər. Xəyal isə demişdir ki, “bura gələndə qədə veş dalınca gəldiyimizi demişdi, lakin kisəni Valeh götürəndə bildim ki, narkotikdir”. Onlara qarşı heç bir zorakılıq göstərilməyib, elə hala yol verilməmişdir. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 oğlu Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. İş materiallarında olan Yardımlı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 tərəfindən həmin idarənin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Lənkəran şəhər sakinləri Valeh və Xəyal adlı şəxslərin Yardımlı rayonu ərazisinə gələrək özlərinə məlum olan mənbədən külli miqdarda narkotik vasitələr əldə edərək realizə etmək məqsədilə Lənkəran şəhəri ərazisinə aparmağı planlaşdırmaları barədə məlumat daxil olmuşdur. (c 1, i.v 4) İş materiallarında olan «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ətrafında təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (c 1, i.v 5) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 fevral 2024-cü il tarixdə saat 01:25-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 22) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 24 fevral 2024-cü il tarixdə saat 01:50-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 39) İş materiallarında olan «Şəxsi axtarış və götürmə, baxış keçirilməsi haqqında» xx.xx.2024-cü il tarixli protokoldan və videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “İphone 6” markalı mobil telefon aşkar olunur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunur. Şübhəli şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna hansı məqsədlə gəldikləri soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna veş aparmaq üçün gəldiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 digər şübhəli şəxs Təqsirləndirilən şəxs1la birlikdə gəldiyini Valehin qaranlıq yerdən kisə götürdüyünü, Təqsirləndirilən şəxs1 da qaranlıq yerdən 1 ədəd kisə götürməsini, həmin kisəni avtomobilə qoyduğunu və kisəni təqdim edə biləcəyini bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilin arxa qapısını açaraq arxa oturacağın üzərinə qoyduğu 1 ədəd kisəni təqdim edir. Avtomobilə baxış keçirilir, avtomobildən hər hansı digər cinayət xarakterli əşyalar aşkar olunmur. Avtomobildən aşkar olunmuş 1 ədəd kisəyə baxış keçirilir. Kisə iplə bağlanmış vəziyyətdədir. Kisənin içərisindən 15 ədəd sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunur. Hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilir. Sürücü Şahid5 Yardımlı rayonuna niyə gəldiyi və narkotik vasitələrdən məlumatının olub-olmaması soruşulduqda, o Yardımlı rayonuna sərnişin gətirdiyini, Yardımlı rayonuna gəldikdən sonra Təqsirləndirilən şəxs1 avtomoblə 1 ədəd kisə qoyduğunu və onu aereporta aparacaqlarını, narkotik vasitələrdən məlumatının olmadığını bildirir. Sonra aşkar edilmiş narkotik vasitələr, 1 ədəd “İphone” markalı və 1 ədəd “Redmi” markalı mobil telefonlar qablaşdırılaraq götürülür. Suallara videoçəkilişlə cavab verildikdən sonra istintaq hərəkəti başa çatır. (c 1, i.v 45-48) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 19/187 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, təqdiqiqata təqdim edilmiş üzərində: “Masallı Yardımlı yolunun 39-cu km-də saxlanılan “Vaz 2106 minik” markalı ** CG *** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar olunmuş narkotik vasitələrə baxış zamanı iştirak etmişlər sözləri və imzaları olan bir ədəd bağlamadakı 17 ədəd bükülüdə ayrı-ayrlıqda təmiz çəkisi: 1020,0 qr; 965,0 qr; 675,0 qr; 1015,0 qr; 1020,0 qr; 1025,0 qr; 1015,0 qr; 1000,0 qr; 1045,0 qr; 1025,0 qr; 915,0 qr; 930,0 qr; 1360,0 qr; 850,0 qr; 390,0 qr; 20,923 qr; 11,279 qram: ümumi təmiz çəkisi 14282,202 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır, orqanoleptik əlamətlərinə və bioloji komponent tərkiblərinə görə bir-birləri ilə eynidirlər. Qeyd: marixuananın ümumi təmiz çəkisi 14282,202 qram, tədqiqata sərf edildi-1,7 qram, qalıq-14280,502 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 120 manat təşkil edir. (c 1, i.v 61-64) İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(038)- 4/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 136-139) İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(038)- 4/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 04 ay həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 24 fevral 2024-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 141-144) İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ekspert tətqiqatından sonra ümumi qalıq çəkisi 14280,502 qram narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Yardımlı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. (c 1, i.v 148-149) İş materiallarında olan Təqsirləndirilən şəxs1 istifadəsində olan “İPHONE 6” markalı mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, telefonun üzərində 051 467 97 75 mobil nömrə vardır. Telefonun “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdən ünvan 1 ünvanda qeydiyyatda olan, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 istifadəsində olan 050 682 43 83 saylı mobil nömrə ilə səsli və yazılı mesajlaşdığı müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 15:21 radələrində Valeh Rafiqə “neynirsən brat nə var, nə yox, inşallah bu gün həll olunar allahın izniynən” səsli mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 16:13 radələrində Rafiq Valehə “sağ ol brat, neynirsən, nə var, nə yox”, səsli mesaj göndərmişdir. Həmin tarixdə saat 17:05 radələrində Rafiq İİR vətəndaşının “salam, salam Rafiq necəsən, 1 saata uşaqla danışıb sənə deyəcəyəm” səsli mesajını Valehə göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:47 radələrində Valeh Rafiqə “xəbər var brat, yazılı mesajını göndərmişdir. Həmin gün Rafiq Valehə “hələ yox” yazılı mesajını göndərmişdir. Sonra xx.xx.2024-cü il tarixdə saat 17:59 radələrində Valeh Rafiqə “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə zəng etmiş və 11 saniyə danışmışlar. Həmin gün saat 18:00 radələrində Valeh Rafiqə “Kapital banka” məxsus “4169 7385 4117 3559” saylı plastik kartın kodunu göndərmişdir. Rafiq Valehə “qaqa gəlməyib hələ pul, gəlsin ataram” səsli mesajını göndərmişdir. Həmin gün saat 18:01 radələrində Valeh Rafiqə 20 manat pulu göndərməsi barədə qəbzi göndərmişdir. Həmin gün saat 18:05 radələrində Valeh Rafiqə “gəlmədi” yazılı mesajı göndərmişdir. Həmin gün saat 18:25 radələrində Rafiq Valehə “atdıq qaqa 10” yazılı mesajını göndərmişdir. Valeh də ona “maçi” yazılı mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:24 radələrində Valeh Rafiqə “Whatsapp” vasitəsi ilə zəng etmiş və 10 sanyə danışmışlar. Həmin gün saat 15:09 radələrində Valeh Rafiqə “sənlə danışanın adı nədir” yazılı mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə Valeh Rafiqə “öyrən, xəbər elə biz işimizi bilək, yavaş-yavaş çıxaq” səsli mesaj göndərmişdir. X9 “qardaşım qoy mənə dəqiq desinlər 1 saat, 2 saat səbrli ol dəqiq qoy okey işimi görüm, ondan sonra qadan alaram yalandan səni göndərməyim, gedib orada yubanıb qalasan” mesajını göndərmişdir. Həmin gün saat 19:02 radələrində yenə Rafiq Valehə İİR-nın vətəndaşının səsli mesajını göndərmişdir. Səsli mesajda İranlı “qardaşım düz Yardımlıda qoyulacaq, bilirsən də Yarımlı da bu İstisuyu keçirsən Yardımlıya gəlir ha orada” səsli mesajını göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 22:45 radələrində Valeh Rafiqə “çıxdıq biz brat” səsli mesaj göndərmişdir. Həmin gün saat 22:59 radələrində Valeh Rafiqə “Whatsapp” vasitəsi ilə zəng etmiş və 1 dəqiqə danışmışlar. xx.xx.2024-cü il tarixdə saat 00:03 radələrində Rafiq Valehə “Whatsapp” vasitəsi ilə zəng etmiş və 1 dəqiqə danışmışlar. Həmin gün saat 00:35 radələrində Valeh Rafiqə “ala nə oldu, nə xəbər səsli mesaj göndərmişdir. Rafiq də ona “brat bir dənə zəng edib soruşub sənə deyirəm” səsli mesajını göndərmişdir. Həmin gün saat 00:39 radələrində Valeh Rafiqə “Biləsuvar” yazılı mesajını göndərmişdir. Rafiq Valehə 00:46 radələrində “Whatsapp” vasitəsi ilə zəng edib 3 dəqiqə danışmışlar. Həmin gün saat 00:57 radələrində Valeh Rafiqə “sən hardasan” yazılı mesajını göndərmişdir. Rafiq də ona “şəhərdə” yazılı mesaj göndərmişdir. Saat 00:59 radələrində Valeh Rafiqə “gəlirəm söhbət edərik” yazılı mesajını göndərmişdir. Saat 01:07 Rafiq Valehə “yoxdu brat” yazılı mesajını göndərmişdir. Valeh Rafiqə “ok səhər zəngləşərik ged evə” yazılı mesajını göndərmişdir. Həmin gün saat 14:43 radələrində Valeh Rafiqə “Whatsapp” vasitəsi ilə zəng etmiş və 29 saniyə danışmışlar. Saat 15:28 radələrində Rafiq Valehə “Whatsapp”la zəng etmiş və 29 saniyə danışmışlar. Həmin gün saat 15:40 radələrində Rafiq İranlının “salam qardaşım necəsən, başına dönüm, inşallah bu gün xəbər edərəm, hazırlığın olsun” səsini göndərmişdir. Saat 15:40 radələrində Valeh Rafiqə “inşallah ikimiz gedərik” yazılı mesajını göndərmişdir. Həmin gün saat 20:11 radələrində Valeh Rafiqə “nə xəbər” yazılı mesajını göndərmişdir. Saat 20:25 radələrində Valeh Rafiqə “Whatsapp”la zəng etmiş və 37 saniyə danışmışlar. Saat 20:39 radələrində Valeh Rafiqə “Masallıdayıq” yazılı mesajını göndərmişdir. Saat 20:40 radələrində Valeh Rafiqə “denən Masallıdayıq, eşidirsən, qoy yubatmasın, bizim orada dayanmağımız yaxşı çıxmaz, atsın konumu çatırıq uje Yardımlıya Masallıdayıq” səsli mesajını göndərmişdir. Saat 20:49 radələrində Valeh Rafiqə “girmişik biz Masallı Yardımlı yoluna girdik” səsli mesajını göndərmişdir. Saat 20:50 radələrində Valeh Rafiqə “nə deyir axı, mənim başım çıxmır səsli mesajını göndərmişdir. Saat 21:14 radələrində Valeh Rafiqə “Whatsapp” la zəng etmiş və 22 saniyə danışmışlar. Sonra 22:14 radələrində Valeh Rafiqə “qardaş biz konumu keçdik, nə körpü var, nə bir şey var, biz dəqiq başa salın, biz konumu keçmişik, təzədən dala qayıdırıq” səsli mesajını göndərmişdir. Saat 22:14 radələrində Rafiq Valehi görüntülü yığmış və onlar 50 saniyə danışmışlar. Saat 22:17 radələrində Rafiq Valehi “Whatsapp” la yığmış və onlar 3 dəqiqə danışmışlar. Saat 23:08 radələrində Valeh Rafiqə “zaryadkam yoxdur, zəng edəcəyəm” yazılı mesaj göndərmişdir. xx.xx.2024-cü il tarixdə saat 23:27 radələrində İİR-na məxsus +**********10 saylı nömrə ilə Valehə “qardaşım nömrəni verdim o, qardaş kuryerimdi mənim, o sizi gözləyir, Bakıya çatmamış əlaqə saxla, o sizə yazacaq” yazılı mesajı göndərmişdir. Təqsirləndirilən şəxs1 istifadəsində olan “İPHONE 6” markalı mobil telefona baxış keçirilən zaman onun telefonunda Təqsirləndirilən şəxs3 istifadəsində olan 050 714 49 45 saylı mobil nömrə ilə telefon, yaxud “Whatsapp”yazışmaları və zəngləri müəyyən edilməmişdir. (c 1, i.v 151-153) İş materiallarında olan Təqsirləndirilən şəxs3 istifadəsində olan “REDMİ Note 8” markalı mobil telefona baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, telefonun üzərində 050 714 49 45 saylı mobil nömrə vardır. Təqsirləndirilən şəxs3 həmin nömrənin “Whatsapp” ani mesajlaşma sisteminə daxil olduqda Təqsirləndirilən şəxs1la əlaqə saxladığı, xx.xx.2024-cü il tarixdə onunla yazılı mesajlaşmaları müəyyən edilmişdir. Belə ki, xx.xx.2024-cü il tarixdə saat 15:51 radələrində onlar arasında “məndə pul yoxdu, ona görə dedim”, “can brat”, “alınsa deyərəm gələrsən”, “görüm biri var, ona deyim, sənə xəbər edəcəyəm”, “yaxşı”, “təqribi sizin ev hansı tərəfdədi”, məkan görüntüsü, “yaxşı”, “gəlirəm”, “brat” kimi yazılı mesajlaşmaları aşkar edilmişdir. (c 1, i.v 154) İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 5(038)-06/2024 nömrəli Yardımlı Rayon Məhkəməsinin qərarından görünür ki, Yardımlı RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid1 “əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair” xx.xx.2024-cü il taixli qərarı qanuni hesab edilmişdir. (c 1, i.v 176-177) İş materiallarında olan Lənkəran ŞİHB-nın Sütəmurdov kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Srəhəddin oğlunun ailə tərkibi, atası, anası, qardaşı və bacısından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir. (c 1, i.v 179-180) İş materiallarında olan «şübhəli şəxsin tutulması haqqında» xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 mart 2024-cü il tarixdə saat 17:45-də şübhəli şəxs qismində tutulmuşdur. (c 1, i.v 202) İş materiallarında olan Yardımlı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(038)- 5/2024 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay 21 gün həddində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 02 mart 2024-cü il tarixdən hesablanmışdır. (c 1, i.v 249-251) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. (c 2, i.v 1) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 177.3.2 və 234.1-ci maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2020-ci ildə Bakı Apelyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci ildə Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarı ilə xx.xx.2020-ci il tarixli qərar dəyişdirilmədən saxlanılıb. xx.xx.2022-ci il tarixdə Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin qərarı ilə 01 il 03 ay 09 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir. (c 2, i.v 4-5) İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxslərin ifadələrinin yerində yoxlanması haqqında protokollardan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hadisə yerinə gətirilmiş, ifadələrində göstərilən xüsusatları bir daha təsdiq etmişlər. (c 2, i.v 64-74) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Lənkəran ŞİHB-nın 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 ailə tərkibi atası, anası, arvadı və xx.xx.2021-ci il təvəllüdlü uşağından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 102-103) İş materiallarında olan Cənub Taksi şirkətinin rəhbəri tərəfindən Yardımlı RPŞ-nın İQnun müstəntiqi Şahin Bəyalızadəyə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Lənkəran şəhər sakini Şahid5 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 1635 taksi şirkətində etibarnamə ilə idarə etdiyi ** CG *** dövlət nömrə nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. xx.xx.2024-cü il tarixində saat 20:05 radələrində şirkətdə Yardımlı rayonuna müştəri aparmaq barədə sifariş verilmiş, sifariş qəbul edilmiş, həmin müştərinin Yardımlı rayonuna aparılması şirkətin taksi sürücüsü Şahid5 tapşırılmış, yol xərci 45 manat müəyyən edilmişdir. (c 2, i.v 104) İş materiallarında olan 12 mart 2019-cu il tarixli, 1(101)-269/2019 nömrəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1, 234.4.3, 240.3.2-ci maddələri ilə təqsirli bilinib, CM-nin 206.3.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 234.4.1 və 234.4.3-cü maddəsi ilə 06 il müddətinə azadlıqdan məhrumetmə cəzasına, CM-nin 240.3.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə ona qəti olaraq 07 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. (c 2, i.v 126-157) İş materiallarında olan xx.xx.2020-ci il tarixli, 1(101)-156/2020 nömrəli Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.3.2, 234.1-ci maddələri ilə təqsirli bilinib, CM-nin 177.3.2-ci maddəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. (c 2, i.v 159-191) İş materiallarında olan xx.xx.2024-cü il tarixli Lənkəran ŞİHB-nın 1 nömrəli SİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ailə tərkibi atası, anası və qardaşından ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (c 2, i.v 192-193) İş materiallarında olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 cinayəti törədən zaman istifadəsində olan 1 ədəd “HONOR” markalı mobil telefon, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş 1 ədəd “İPHONE 6” markalı mobil telefon və Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman aşkar olunmuş 1 ədəd “Redmi Note 8” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış, qablaşdırılmış və möhürlənmiş halda Yardımlı RPŞ-nin saxlanc otağında saxlanılır. (c 2, i.v 194-195, 197-198, 200-201) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 991 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 204-205) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 992 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs3 məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 207-208) İş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli 993 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham elan olunan əməl barəsində anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. (c 2, i.v 209-210) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 311 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 211) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Kannabinoidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. (c 2, i.v 212) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 313 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 Opioidlərin qəbulundan yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstiensiya, intoksiasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji xəstəxanasında qeydiyyatda durmur. (c 2, i.v 213) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin təqdim etdiyi xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinib 07 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. xx.xx.2024-cü il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə cəzadan 11 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir. (c 2, i.v 248-249) İş materiallarında olan xx.xx.2024-cü il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Şahid5 və X2 əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin tərkibi olmadığından onların barəsində həmin epizod cinayət təqibinin başlanması rədd edilmişdir. (c 3, i.v 1-24) İş materiallarında olan məhkəmənin sorğusu əsasında Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c 4, i.v) İş materiallarında olan məhkəmənin sorğusu əsasında Bakı İstintaq Təcridxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan və ona əlavə edilmiş tibbi kitabçanın surətindən görünür ki, həbs edilmiş Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. Həbs edilmiş Təqsirləndirilən şəxs3 xx.xx.2024-cü il tarixdə Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına daxil olmuş, ilkin tibbi müayinələrdən keçirilərək adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədənində xəsarət aşkar edilməmişdir. (c 4, i.v) İş materiallarında olan Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-1506/2022 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş 01 (bir) il 03 (üç) ay 09 (doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c 4, i.v) İş materiallarında olan Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)-1085/2023 nömrəli qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş 11 (on bir) ay 16 (on altı) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. (c 4, i.v) "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında" Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən - hər kəs, ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “X4 Rusiya Federasiyasına qarşı” işi üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin 21 iyun 2011-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiyanın 6-cı maddəsinə əsasən, sübutların qiymətləndirilməsi əsasən qanunvericiliyin nizamasalma predmetinə aiddir və bir qayda olaraq sübutların qiymətləndirilməsi məhz milli məhkəmələrin vəzifəsinə aiddir. Konvensiyaya əsasən Avropa Məhkəməsinin vəzifəsi şahid ifadəsinin sübut kimi düzgün qiymətləndirilib-qiymətləndirilməməsini müəyyən etmək deyil, əksinə sübutların qiymətləndirilməsi üsulu da daxil olmaqla bütövlükdə prosesin, ədalətli olub-olmadığını müəyyən etməkdir. Tərəflərin çəkişməsi prinsipi təmin edilməklə bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə, bir qayda olaraq açıq məhkəmə prosesində tədqiq edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, tərəflərin bərabərliyi prinsipi bütün məhkəmə prosesində tam şəkildə təmin olunmuşdur. Belə ki, açıq məhkəmə iclaslarında təqsirləndirilən şəxslər onların əleyhinə olan bütün sübutların tədqiqində şəxsən iştirak etmiş, ittiham tərəfinin təqdim etdiyi sübutlara dair öz arqumentlərini və dəlillərini irəli sürmüş, əleyhlərinə ifadə vermiş şahidlərə bilavasitə və seçdiyi müdafiəçiləri vasitəsi ilə suallar vermiş, habelə onlara qarşı irəli sürülmüş ittihamı qismən və ya tam mübahisələndirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqeyi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərin əməllərinə cinayət hüquqi qiymət verilmədən öncə onların müdafiələri üçün gətirdiyi hər bir dəlil məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla bir-bir tam, hərtərəfli və obyektiv yoxlanılmaqla qiymətləndirilməlidir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 onlara elan olunmuş ittihamın faktiki tərəfini tam mübahisələndirdikləri və özlərinin müdafiəsi üçün dəlillər irəli sürdükləri üçün, məhkəmə tərkibi hesab edir ki, həmin ittihamlar üzrə hüquqi tövsifə qiymət verilməmişdən öncə, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün irəli sürdüyü dəlillər yoxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi dəlillər: Təqsirləndirilən şəxs2- İİR vətəndaşı Behnam adlı şəxs ilə telefonda danışdığını, sonuncunun ona istifadə etməsi üçün 200-300 qram narkotik vasitə marixuana verməsini təklif etdiyini, bu barədə Valehə dediyini, Valehin isə onunla razılaşıb, gedib götürəcəyin deməsini, Xəyalı isə tanımadığını, iranlının ona narkotikin olduğu yerin konumunu göndərdiyini, həmin konumu Valehə göndərdiyini, bundan sonra sonuncunun getdiyini, sonrasından isə xəbərinin olmadığını, Təqsirləndirilən şəxs1- Rafiqin ona iran vətəndaşının olduğunu, narkotiki versə gedib götürəcəyini deməsini, iranlı ilə də Rafiqin özünün danışdığını, Xəyalla görüşən zaman da Rafiqin zəng vurub narkotikin gəldiyini və ona konum göndərəcəyini deməsini, Xəyala isə “dost uşaq var çay içməyə gedək, mənə yol yolaşı ol, bekarçılıqdı gedib-gələk” dediyini, sonununcu ilə birlikdə yola düşüb, göndərilən konumdan ovuc boyda narkotik götürdüyünü, lakin polisin həmin ovuc boydanı götürüb, böyük bağlamaya qoyduğunu, bu işdən isə Xəyalın xəbərinin olmadığını, Təqsirləndirilən şəxs3- Valehin ona Yardımlıda tanışı olduğunu, onunla görüşmək üçün getməyini, bekarsansa birlikdə getməyini deməsini, özünün də bekarçılıqdan Valehlə razılaşıb hadisə günü yola düşdüyünü, Valehlə hadisə yerinə çatdıqda Valehin maşından düşüb getdiyini, özünün isə ayaqyoluna görə maşından düşüb qayıdıb maşına minəndə Valehin əlində balaca bir bağlama gətirdiyini görməsini, Valehin bağlamanı öz ayaqaltına qoyduğunu, həmin vaxt Valehdən şübhələnsə də artıq gec olduğunu, bağlamanın isə narkotik olmasını bilmədiyini, saxlanılarkən və polis şöbəsində olarkən fiziki təzyiqlər və təhdidlər nəticəsində isə etirafedici ifadələr verdiklərini bildirmişlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı irəli sürdükləri dəlilə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 125.2.2-ci maddəsinə əsasən zorakılıq, hədəqorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi ilə əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 işin məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründə onlardan izahatın, şübhəli və təqsirləndirilən şəxs kimi etirafedici ifadələrin fiziki təzyiqlər, təhdidlər və pis rəftar edilməklə alındığını, yəni tutulduqdan sonra polis əməkdaşlarının fiziki və psixoloji təzyiqinə məruz qaldıqlarını bildirmişlər. Məhkəmə bu hissədə təqsirləndirilən şəxslərin iddia etdiyi halla razılaşmır və hesab edir ki, onlar belə məzmunda ifadə verməklə cinayət məsuliyyətindən yaxa qurtarmaq istəmişlər. Belə ki, təqsirləndirilən şəxslərin iddia etdiyi halın ilk baxışdan mümkün ola biləcəyi görünsə də, yəni tutulduqdan sonrakı qısa müddət ərzində onların iddia etdiyi halların baş verməsi mümkün olsa da, onların əməliyyat orqanından asılılığı bitdikdən sonra, yəni barələrində həbs qətimkan tədbiri seçilərkən, İstintaq Təcridxanasına təhvil verilərkən, ibtidai istintaqın sonrakı mərhələlərində iddia etdikləri hallarla bağlı heç bir orqana müraciət etməmiş, habelə sair qaydada iddia etdikləri halları mübahisələndirməmişlər. Azərbaycan Respublikası CPM-nin 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. İş materiallarından göründüyü kimi, öz seçimi ilə cəlb edilmiş peşəkar vəkillə təmsil edilməsinə baxmayaraq, istər təqsirləndirilən şəxslərin özü, istər onların vəkili ibtidai istintaq dövründə belə şikayətlə vaxtlı-vaxtında və qanunvericiliklə müəyyən edilmiş qaydada müvafiq orqana müraciət etməmiş, eyni zamanda onlar bu halları hər hansı dəlillə əsaslandırmamış və ya izah etməmişlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən, vermiş olduqları izahatlarında onalara qarşı heç bir fiziki və ya psixi təsirlərin edilmədini, eyni zamanda onların saxlanılmasında iştirak etmiş polis əməkdaşları da məhkəmədə dindirilərkən tərəflərindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir fiziki və ya psixi təsirin göstərilmədiyini bildirmişlər. Bundan başqa məhkəmə tərəfindən müvafiq sorğu əsasında təqsirləndirilən şəxslərin saxlanıldıqları istintaq təcridxanasına daxil olarkən keçirildikləri tibbi müayinə zamanı bədənləri üzərində hər hansı bir xəsarət və ya xəsarət izlərinin olması barədə məlumatlar götürülmüş və müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslərin müayinəsi zamanı onların bədənində xəsarət aşkar olunmamışdır. Bu səbəblərdən məhkəmə tərkibi hesab edir ki, yuxarıda qeyd olunanlar təqsirləndirilən şəxslərin məhkəməyədək dövrdə özlərinə qarşı verdikləri ifadələrin məhz fiziki təzyiq, təhdid və pis rəftar nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Təqsirləndirilən şəxslərin tutulduqdan sonra polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə, təhdidlərə və pis rəftara məruz qalmaları ilə bağlı göstərdiyi xüsusat işin məhkəmə baxışı zamanı təsdiqini tapmamış, bununla da, onlardan ifadələrin cinayət-prosessual qanunvericiliyin tələblərinə riayət olunmaqla əldə edildiyi müəyyən olunmuşdur. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda da öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, № 30364/09, §§ 42-43, 12 noyabr 2013; Məmmədov Azərbaycana qarşı, № xx/xx/2013, §§ 23-27, 11 yanvar 2007; Rizvanov Azərbaycana qarşı, № 31805/06, §§ 12-20, 17 aprel 2012; və Nəcəfli Azərbaycana qarşı, № 2594/07, §§ 11-21, 2 oktyabr 2012). Beləliklə, məhkəmə təqsirləndirilən şəxslərin işin məhkəmə baxışı zamanı tutulduqdan sonra fiziki təzyiqlərə, pis rəftara və təhdidlərə məruz qalmaqla onlardan şübhəli və təqsirləndirilən şəxs kimi izahat və etirafedici ifadələr alınması ilə bağlı bildirdiklərinə yuxarıda aparılmış təhlil nəzərə alınmaqla iş üzrə toplanmış digər sübutlarla birlikdə məcmu şəkildə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərin bu hissədə bildirdikləri həqiqətə uyğun deyil, onların müvafiq məzmunlu ifadə verməsi əsassız olaraq cinayət məsuliyyətindən kənarda qalmalarına hesablanmışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəsi üçün gətirdiyi digər dəlillərin qiymətləndirilməsi: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə iclasında verdikləri ifadəsində yuxarıda göstərilən xüsusatlar, məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən özlərinin ibtidai araşdırma zamanı vermiş olduqları ifadələri, şahid ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları ilə tam təkzib olunur. Ona görə də məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdikləri ifadələrinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət kimi qəbul etmir, onların bu ifadəsini özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Belə ki, cinayət təqibi başlanan andan Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 73-75), xx.xx.2024-cü ildə (cild İ – i.v. 89-91), xx.xx.2024-cü ildə (cild İİ – i.v. 223-225) təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs2 müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 211-214), xx.xx.2024-cü ildə (cild İ – i.v. 227-230), xx.xx.2024-cü ildə (cild İİ – i.v. 228-229), xx.xx.2024-cü ildə (cild İİİ – i.v. 67-69) təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs3 müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü ildə şübhəli (cild İ – i.v. 77-79), xx.xx.2024-cü ildə (cild İ – i.v. 101-103), xx.xx.2024-cü ildə (cild İİ – i.v. 226-227), xx.xx.2024-cü ildə (cild İİİ – i.v. 55-57) təqsirləndirilən şəxs qismində verdikləri ifadələrində, xx.xx.2024-cü ildə (cild İİ – i.v. 64-73) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ifadələrinin yerində yoxlanılması istintaq hərəkəti zamanı vermiş olduqları ifadələrində, üzərlərinə videoçəkiliş vasitəsilə şəxsi axtarış, baxış keçirilərkən söylədikləri səsli nitqlərində, eləcədə barələrində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətə baxılarkən məhkəmə iclasında vermiş olduqları izahatlarında xx.xx.2024-cü ildə (cild İ – i.v. 136-144, 249-251) işin faktiki hallarına uyğun gələn ifadələr vermişlər. Həmin ifadələrində və istintaq hərəkətlərində Təqsirləndirilən şəxs2 bildirmişdir ki, iranlı Bəhnam adlı şəxs ona Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini, həmin narkotik maddələri Bakı şəhərinə aparacağı təqdirdə 5000 manat pul verəcəyini bildirdiyini, bununla razılaşdığını, daha sonra tanışı Təqsirləndirilən şəxs1 Səhrəddin oğlu ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayan zaman və onunla görüşən zaman ona yaxın vaxtlarda Yardımlı rayonu ərazisinə İrandan narkotik maddələr göndəriləcəyini, həmin narkotik maddələri Bakı şəhərinə aparacağı təqdirdə 1000 manat pul verəcəyini təklif etdiyini, sonuncunun da onunla razılaşdığını, 23 fevral 2024-cü il tarixdə saat təxminən 16-17 radələrində Bəhnamın ona “WhatsApp” proqramı vasitəsi ilə zəng edib narkotik maddələri Yardımlı rayonu ərazisinə göndərdiyini deməsini, Valehə bu barədə özünün məlumat verdiyini, Bəhnam adlı şəxslə əlaqə saxlayaraq narkotik vasitələrin qoyulduğu yerin konumunu istədiyini, Bəhnamın konumu ona göndərdiyini, özünün də həmin konumu Valehə yönəltdiyini, bundan bir müddət sonra Valehlə əlaqə saxlamaq istəsə də, lakin onun cavab vermədiyini, bir-neçə gün sonra Valehin tanımadığı bir şəxslə Yardımlı Rayon PŞ-nin əməkdaşları tərəfindən tutulduğunu eşitdiyini, Təqsirləndirilən şəxs1 isə Təqsirləndirilən şəxs2 dediklərini təsdiq edərək, sonuncu ilə “WhatsApp” proqramı vasitəsi ilə əlaqə saxlayan zaman və sonra onunla görüşən zaman Rafiqin ona İran vətəndaşı olan tanışının Yardımlı rayonu ərazisinə narkotik maddələr göndərəcəyini, həmin narkotik maddələri Bakı şəhərinə aparacağı təqdirdə 1000 manat pul verəcəyini bildirdiyini, özünün isə Rafiqin bu təklifi ilə razılaşdığını, 23 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs3 ilə Lənkəran şəhərində görüşdüyünü, ona Yardımlı rayonuna içərisində narkotik maddə marixana olan kisəni gətirməyə gedəcəyini, onunla birlikdə getməsini, bunun müqabilində ona 500 manat pul verəcəyini təklif etmiş, Xəyal da onunla razılaşdığını, birlikdə isə Yardımlı rayonuna yola düşdüklərini, yolda Rafiqin ona konum göndərdiyini və İran İslam Respublikasının adını bilmədiyi vətəndaşının səs yazısını yönəltdiyini, Rafiqin konum atdığı əraziyə gəlib, Rafiqin dediyi yerə gedib içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 ədəd qara rəngli kisəni götürüb avtomobilin salonunda arxa oturacağın üstünə qoyduğunu, Təqsirləndirilən şəxs3 isə Təqsirləndirilən şəxs1 dediklərini təsdiq edərək, Təqsirləndirilən şəxs1 ona Yardımlı rayonuna içərisində narkotik maddə marixuana olan kisəni gətirməyə gedəcəyini, onunla gedəcəyi təqdirdə ona 500 manat pul verəcəyini təklif etdiyini, özünün də Təqsirləndirilən şəxs1la razılaşdığını, birlikdə Yardımlı rayonuna gəldiklərini, sonra Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşüb onlardan uzaqlaşdığını, özünün də avtomobildən yerə düşdüyünü, Təqsirləndirilən şəxs1 əlində bir ədəd qara rəngli kisə gətirərək avtomobilin arxa qapısını açıb, avtomobilin salonuna qoyduğunu, daha sonra bir qədər hərəkət etdikdən sonra, polis əməkdaşları tərəfindən saxlanıldıqlarını qeyd edilən ifadələrində və səsli nitqləri ilə bilvasitə öz seçimləri əsasında cəlb edilmiş peşəkar vəkillərinin yanında qeyd-şərtsiz və açıq-aşkar formada bəyan etmişlər. Ümumiyyətlə onlar məhkəmə baxışı zamanı ibtidai araşdırma dövründən fərqli ifadə vermələrini hər hansı bir mötəbər dəlillə əsaslandırmamış, yalnız saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən fiziki təsirə, hədə-qorxuya və pis rəftara məruz qalmalarını bildirməklə özlərinə qarşı verdikləri ifadələri inkar etmiş, lakin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin irəli sürdüyü həmin dəlillər təsdiqini tapmamışdır. Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə irəli sürdüyü dəlillərin həqiqəti əks etdirmədiyi, əksinə ibtidai araşdırma zamanı heç bir təsir və təzyiq olmadan müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrinin isə işin faktiki halları ilə üst-üstə düşdüyü və həqiqəti əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Ona görə də, məhkəmə təqsirləndirilən şəxslərin məhkəmə baxışı zamanı gətirdiyi dəlilləri məsuliyyətdən yayınmaq məqsədi ilə seçilmiş müdafiə taktikası kimi dəyərləndirir və hesab edir ki, təqsirləndirilən şəxslər bu formada ifadə verməklə özlərini məsuliyyətdən qurtarmağa çalışır. Odur ki, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət işinin ibtidai araşdırma mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini əsaslı və işin faktiki hallarına uyğun ifadələr kimi qəbul edərək məhz həmin ifadələrin ittihamın əsasına qoyulmasını məqsədə uyğun sayır. Bu səbəbdən də, cinayət işinin materiallarında olmaqla məhkəmə istintaqı zamanı tədqiq olunan sübutlar vasitəsi ilə təqsirləndirilən şəxslərin məhkəmədə qeyd etdiklərinin işin faktiki halları ilə üst-üstə düşmədiyi, obyektiv həqiqəti əks etdirmədiyi müəyyən olunur. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslərin cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Odur ki, təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələrində göstərdikləri işin müəyyən olunmuş faktiki halları ilə birəbir uyğun olmuşdur. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün təqsirləndirilən şəxslərin ibtidai araşdırma dövründə verdikləri ifadələrlə məhkəmə baxışında verdikləri ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onların ibtidai araşdırma dövründə verdikləri qeyd olunan ifadələrini cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Göründüyü kimi, təqsirləndirilən şəxslər məhkəməyədək icraat zamanı heç bir təsir və təzyiq göstərilmədən, müdafəçilərinin iştirakı ilə üzərlərinə şəxsi axtarış, eləcədə baxış keçirilən zaman törətdikləri cinayət əməllərini səmimi etiraf etmişlər və onların bu ifadələri iş üzrə CPM-nin 125.2-ci maddəsində sadalanan pozuntulara yol verilmədən əldə edilmiş digər sübutlarla da tam təsdiq edilmişdir. Çünki, təqsirləndirilən şəxslərin yuxarıda göstərilən cinayət əməlini törətməsinə dair ittihamın əsasını təşkil edən sübut olaraq keçirilmiş 24 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürməyə dair protokol, həmçinin bu protokolun tərkib hissəsi olan video-görüntülər və maddi sübut, şahid ifadələri, istintaq hərəkəti protokolları və ekspert rəyləri CPM-nin 125-ci maddəsinə uyğun olaraq qiymətləndirildikdə onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə iclasında təqdiq edilmiş sənədlərdən görünür ki, 24 fevral 2024cü il tarixdə cinayət işinin başlanmasından əvvəl təqsirləndirilən şəxslər barəsində onlara dövlət hesabına müdafəçi ayrılmasına dair və CM-nin 234.1 (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3) 234.4.1 və 234.4.3-cü maddələri (Təqsirləndirilən şəxs2) ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmaları haqqında qərarlar qəbul olunmuşdur. Bununla əlaqədar Masallı Rayon Vəkil Bürosunun vəkilləri Əliheydər Hüseynov, Mirxan Şahmarov və Xudaverdi Niftiyev təqsirləndirilən şəxslərə təqdim olunmuş, sonuncular isə həmin vəkillərin onları müdafiə etməsini ifadə edərək bu barədə tərtib olunmuş protokolları vəkillə birlikdə imzalamışlar. Məhkəmə iclasında tədqiq olunmuş şəxsi axtarış və götürməyə, baxışa dair 24 fevral 2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş video-görüntülərdən görünür ki, təqsirləndirilən şəxslərə şəxsi axtarış və baxış həyata keçirilmiş, Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd “İphone 6” markalı mobil telefon aşkar olunur. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “Redmi” markalı mobil telefon aşkar olunur. Şübhəli şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna hansı məqsədlə gəldikləri soruşulmuş, şübhəli şəxs Təqsirləndirilən şəxs1 Yardımlı rayonuna veş aparmaq üçün gəldiyini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs3 digər şübhəli şəxs Təqsirləndirilən şəxs1la birlikdə gəldiyini Valehin qaranlıq yerdən kisə götürdüyünü, Təqsirləndirilən şəxs1 da qaranlıq yerdən 1 ədəd kisə götürməsini, həmin kisəni avtomobilə qoyduğunu və kisəni təqdim edə biləcəyini bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs1 avtomobilin arxa qapısını açaraq arxa oturacağın üzərinə qoyduğu 1 ədəd kisəni təqdim edir. Avtomobilə baxış keçirilir, avtomobildən hər hansı digər cinayət xarakterli əşyalar aşkar olunmur. Avtomobildən aşkar olunmuş 1 ədəd kisəyə baxış keçirilir. Kisə iplə bağlanmış vəziyyətdədir. Kisənin içərisindən 15 ədəd sellofan bükümlərdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə aşkar olunur. Hər biri ayrı-ayrılıqda elektron tərəzidə çəkilir. Sürücü Şahid5 Yardımlı rayonuna niyə gəldiyi və narkotik vasitələrdən məlumatının olub-olmaması soruşulduqda, o Yardımlı rayonuna sərnişin gətirdiyini, Yardımlı rayonuna gəldikdən sonra Təqsirləndirilən şəxs1 avtomoblə 1 ədəd kisə qoyduğunu və onu aereporta aparacaqlarını, narkotik vasitələrdən məlumatının olmadığını bildirir. Məhkəmə qeyd edir ki, həmin video-görüntüdə, təqsirləndirilən şəxslərin üzərində hərhansı zorakılıq əlaməti müşahidə edilməmiş, eləcə də, digər iştirakçılar və vəkillər tərəfindən, habelə onların özü tərəfindən video-görüntüdə onlara qarşı hər-hansı qanunsuzluq edilməsini ifadə etməmişlər. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024ci il tarixli 8 saylı qərarının 34-cü bəndinə əsasən Əməliyyat-axtarış tədbiri gedişində sübut əhəmiyyətinə malik ola biləcək predmetlərin götürülməsinə zərurət yarandıqda, o cümlədən şəxs şübhəli şəxs qismində tutulduqda onun faktiki tutulduğu (yaxalandığı) yerdə üstü yoxlanılmalı, sübut əhəmiyyətli ola biləcək əşyalar aşkarlandıqda onlar götürülməli, o, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən polis qurumuna və yaxud digər orqana gətirilməli və əməliyyat-axtarış tədbirinin gedişatını və sübut əhəmiyyətinə malik ola biləcək əşyaların götürülməsini əks etdirən sənəd, məsələn, ətraflı raport və yaxud məzmunca CPM-in 247-ci maddəsində nəzərdə tutulmuş protokola analoji surətdə tərtib edilmiş “Əməliyyat-axtarış tədbiri, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında protokol” (həmin sənədlər obyektiv səbəblərdən şübhəlinin faktiki tutulduğu yerdə tərtib edilməyibsə, bunun səbəbləri göstərilməklə) şübhəli şəxs müvafiq orqana gətirildikdən dərhal sonra əməliyyat-axtarış tədbirini keçirmiş şəxs tərəfindən tərtib edilməlidir. Azadlığının faktiki məhdudlaşdırıldığı yerdə şübhəli şəxsin üstünün yoxlanılması və ondan müəyyən əşyaların götürülməsi o, polis orqanına və ya digər hüquq mühafizə orqanına gətirildikdən sonra təhqiqatın və ya ibtidai istintaqın aparılması həvalə edilmiş şəxs tərəfindən CPM-in 246.2.1-ci maddəsinə müvafiq olaraq onun barəsində CPM-in tələblərinə və bu Qərarın müddəalarına uyğun olaraq şəxsi axtarış istintaq hərəkətinin aparılmasını və aşkarlanan digər əşyaların götürülməsini istisna etmir. Sözügedən qərarın 37-ci bəndinə görə Əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların ondan götürülməsinin rəsmiləşdirilməsinin mümkün qədər CPM-in 246-cı maddəsində nəzərdə tutulmuş şəxsi axtarış və götürmə kimi istintaq hərəkətinə, “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyat-axtarış tədbirinin isə mümkün qədər CPM-in 236-cı maddəsində nəzərdə tutulmuş “baxış” istintaq hərəkətinə uyğunlaşdırılması o demək deyil ki, istintaq hərəkətində hal şahidlərinin və yaxud müdafiəçinin iştirak etməsinə dair CPM-in müddəaları əməliyyataxtarış tədbirinə də şamil olunmalıdır. Əksinə, əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, o cümlədən bir çox hallarda gizli, konspirativ üsullarla həyata keçirilməsi, tətbiq edilən üsulların, əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin, məlumat mənbələrinin məxfiliyini qorumaq zərurəti hal şahidlərinin, müdafiəçilərin əməliyyat-axtarış tədbirlərində iştirak etmələrini istisna edir və həmin şəxslərin əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanlar tərəfindən bu və ya digər əməliyyat-axtarış tədbirinə, məsələn, əməliyyat-axtarış tədbirinin gedişində saxlanılan şəxsin üstünün yoxlanılmasına və yaxud “binalara, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğulara və torpaq sahələrinə baxış” əməliyyataxtarış tədbirinə cəlb edilməsi əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş sübutların mötəbərliyinə (sübut əhəmiyyətli ola biləcək predmetin əldə edilməsi şəraitinin qüsurluluğuna görə) şübhə salan hal kimi nəzərdən keçirilə bilər. Əməliyyat-axtarış tədbirinin gedişində CPM-in 148.2-ci maddəsində göstərilən halların meydana gəlməsinə görə şübhəli şəxsin tutulması (azadlığının məhdudlaşdırılması) faktı da tutulma anında şübhəli şəxsin yanında müdafiəçisinin olmasını şərtləndirən və bu səbəbdən əməliyyataxtarış tədbirini həyata keçirən səlahiyyətli şəxs üçün həmin yerdə və yaxud müvafiq polis qurumuna və yaxud əməliyyataxtarış fəaliyyətini həyata keçirən digər orqana gətirildikdən sonra müdafiəçinin iştirakını təmin etmək vəzifəsi yaradan hal deyildir. Əməliyyat-axtarış fəaliyyətinin xüsusiyyətləri, eləcə də CPM-in 148.2-ci maddəsində göstərilən şübhəli şəxs qismində tutulmanı şərtləndirən halların bir növ hadisələrin təsadüfi axarında meydana gələn hallar xarakterində olması əməliyyat-axtarış tədbirinin gedişində müdafiəçinin iştirakını istisna etdiyi kimi, əməliyyat-axtarış tədbiri gedişində tutulma faktiki olaraq tətbiq edildikdə (həmin anda) şübhəli şəxsin yanında müdafiəçisinin olması (əməliyyatçı tərəfindən ona müdafiəçinin təqdim edilməsi) istisna olunur. Məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bu protokol məhkəmə tərəfindən CPM 125-ci maddəsinin tələblərinə uyğun qaydada yoxlanıldıqdan sonra mötəbər sübut kimi qəbul edilir. Çünki, Azərbaycan Respublikası CPM-nin 207.4 və 217.1-ci maddələrinin tələblərinə əsasən cinayət işi başlanmazdan şəxsin şübhəli şəxs qismində tutulmasına və şəxsi axtarışının aparılmasına yol verilir, digər tərəfdən isə istər məhkəməyədək icraat zamanı, istər məhkəmə baxışında, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qarşı qeyri-insani və ya ləyaqəti alçaldan hərkətlərə yol verilməsi, habelə onlara işgəncə verilməsini, təhdidlər edilməsini, pis rəftara məruz qalmalarını təsdiq edən hər-hansı dəlil aşkar edilməmişdir. Hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 əməliyyat-axtarış tədbirinin gedişində şübhəli şəxsin tutulduğu yerdə üstünün yoxlanılmasının və sübut əhəmiyyətli ola biləcək əşyaların onlardan götürülməsi rəsmiləşdirilmiş və şəxsi axtarışın və baxışın keçirilməsində hər-hansı qanun pozuntusu müşahidə olunmamışdır. İş materiallarından da görünür ki, təqsirləndirilən şəxslərə daha sonra müdafiəçilər təqdim edilmiş və onlar həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində müdafiəçilərinin iştirakı ilə dindirilmiş, həmin dindirmə protokollarının sonunda “ifadəm öz sözlərimlə yazıldı və əlavəm yoxdur, imzamla təsdiq edirəm” sözləri yazılmış, həmin protokollar həm özləri, həm də müdafiəçilər tərəfindən imzalanmışdır. Beləliklə də, təqsirləndirilən şəxslərin yuxarıda elan və tətqiq edilən ifadələrinin təhlili göstərir ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə külli miqdarda narkotik vasitələri qanunsuz olaraq əldə etmiş, saxlamış, daşımış, ölkə ərazisində qanunsuz olaraq narkotik vasitənin realizə edilməsi istiqamətində fəal hərəkətlər etmişdir. Belə ki, həm cinayət işinin materialları əsasında, həm də təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı vermiş olduqları ifadələri əsasında təsdiq olunmuşdur ki, təqsirləndirilən şəxslər öz aralarında və digər şəxslə cinayət əlaqəsinə girərək ölkə ərazisinə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilən külli miqdarda narkotik vasitənin əldə edilib saxlanması və daşınması, faktiki olaraq isə həmin vasitələr ilə bağlı “kuryerlik” funksiyasını icra etmək vəzifəsini öz öhdələrinə götürmüşlər. Məhkəmə təqsirləndirilən şəxslərin icra etdiyi hərəkətlərin mahiyyətini, eləcə də onların (Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2) digər şəxslə və öz aralarında (Behnam adlı şəxs, lakin onun şəxsiyyəti ibtidai isitntaq zamanı müəyyən edilməmiş, bu səbəbdən də məhkəmə Behnam adını şərti olaraq qəbul edir) cinayət əlaqəsinə girməsini, cinayət əlaqəsinə girdikləri şəxslə mobil telefon vasitəsi ilə razılıq əldə etmələrini Təqsirləndirilən şəxs2, cinayət əlaqəsinə girdikləri şəxsin Masallı-Yardımlı yolunun 39-cu kilometrliyində Masallı rayonu istiqamətində hərəkətdə olan zaman Yardımlı rayonu ərazisinə narkotik vasitə qoydurmasını və ya başqa üsulla yerləşdirilməsini təmin etməsini, bu barədə Təqsirləndirilən şəxs2 dəqiq məlumatlar ötürməsini, Təqsirləndirilən şəxs2 bu məlumatları Təqsirləndirilən şəxs1 bildirməsini və artıq ölkə ərazisində olan narkotik vasitənin birlikdə gedib götürülməsi ilə bağlı Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs3 arasında razılıq əldə edilməsi cinayət əlaqəsinə girdikləri şəxsin niyyətinin ölkə ərazisində külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını, ən əsası isə təqsirləndirilən şəxslərin öz aralarında və həmin şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında qeyd edilən hərəkətləri icra etməsini və cinayət əlaqəsinə girdikləri şəxsin məqsədinin külli miqdarda narkotik vasitələrin satışını həyata keçirmək olmasını nəzərə alaraq, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslərin qəsdi onların cinayət əlaqəsinə girdiyi və qabaqcadan əlbir olduqları başqa şəxsin qəsdi ilə əhatə olunur. Bununla da təqsirləndirilən şəxslər CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişlər. Habelə, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 və digər şəxsin qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsbit edilmiş «Narkotik vasitələr» başlıqlı «İ siyahı»nın 109.1-ci sətrinə əsasən qurudulmuş marixuan narkotik vasitə hesab edilir, həmin vasitənin xeyli miqdarının aşağı həddi 5 qram, külli miqdarının aşağı həddi 500 qram, xüsusilə külli miqdarının aşağı həddi isə 50000 qramdır. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.7-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevrilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər başa düşülür. Sözügedən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması dedikdə: miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Məhkəmə tərkibi, cinayət təqibi ilə əlaqədar mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmə, saxlama və daşıma, cinayət əməllərinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi çoxsaylı sübutlar toplusu ilə kifayət qədər öz təsdiqini tapmışdır. Buna görə də, məhkəmə tərkibi hesab edir ki, qeyd olunan cinayət hadisəsinə münasibətdə təqsirləndirilən şəxslərin əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə irəli sürülmüş ittihama gəldikdə isə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı onların əməlinin tövsifində səhvə yol vermişdir. Belə ki, məhkəmə təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin .... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi»ilə törədilir. Lakin, məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutlarla təqsirləndirilən şəxslərin onlara istinad edilən qaçaqmalçılıq cinayətin törədilməsində qabaqcadan əlbir olan bir qrup şəxs halında deyil, bu cinayətin digər bir nəfər şəxsin (İİR-da olan digər şəxsin) icrası ilə törədilməsində köməkçi qismində iştirak etmişlər. Həmçinin təqsirləndirilən şəxslərin qəsdinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən (ən azı iki nəfər icraçısı olan) qaçaqmalçılığa kömək etməyə yönəldiyi müəyyən edilməmiş, bunu təsdiq edən sübutlar əldə olunmamış və işin faktiki hallarına görə isə narkotik vasitənin qaçaqmalçılığını bir nəfər icra etmişdir. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər qanunsuz olaraq əldə edilən külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsində bilavasitə iştirak etməmiş, lakin həmin maddələrin satışı məqsədi ilə əldə edilməsi üçün qabaqcadan əlbir olduğu qrupun üzvi tərəfindən qaçaqmalçılıq yolu ilə gətiriləcəyini əvvəlcədən bilib, eləcə də bu maddələrin İrandan göndərilməsinə və həmin maddələrin Azərbaycan Respublikası ərazisində satışının təşkil olunmasına, eləcə də cinayətkar qrupun digər üzvü və ya üzvlərinə çatdırılmasına razılaşdırılaraq əvvəlcədən göndərilməli olan narkotik vasitələri və psixotrop maddəni əldə edəcəklərini vəd etmiş, yəni qaçaqmalçılıq cinayətində qabaqcadan vəd etməklə iştirak etmişlər. Azərbaycan Respublikası CM-nin 206-cı maddəsinin (Qaçaqmalçılıq) məzmununa görə həmin cinayətin subyekti malları bilavasitə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirmiş şəxsdir, yəni bu əməlin icraçısıdır. Habelə Azərbaycan Respublikası CM-nin 32.1-ci maddəsinə əsasən cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Həmin Məcəllənin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. Hazırki iş üzrə məhkəmədə tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olduğu cinayətkar qrupun üzvi tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən və gömrük nəzarətindən kənar və ya gizli keçirilmiş narkotik vasitələri və psixotrop maddəni əldə etməsi ilə bağlı əvvəlcədən razılaşmaqla, cinayət yolu ilə əldə edilmiş əşyalar üzərində sərəncam verməyi qabaqcadan vəd etmişlər. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 02 iyun 2016-cı il tarixli Qərarının 19-cu bəndində izah verilir ki, bu cinayətin (qaçaqmalçılıq cinayətin) törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da Azərbaycan Respublikası CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Azərbaycan Respublikası CM-nin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Göstərilənlərlə yanaşı məhkəmə baxışı iclasında dövlət ittihamçısı öz çıxışında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı elan edilmiş Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə ittihamı müdafiə etməmiş, onların əməlinin həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməsini məhkəməyə təklif etmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara istinad edilən qaçaqmalçılıq cinayətinin törədilməsində qabaqcadan əlbir olan bir qrup halında köməkçi qismində deyil, bu cinayətin digər bir nəfər şəxsin icrası ilə törədilməsində köməkçi kimi iştirak etdiklərindən onların hərəkətləri Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir Azərbaycan Respublikası CM-nin cinayətlərin təsnifatına dair 15-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 206.2-ci maddəsi ilə törədilən əməllər az ağır, Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə törədilən əməllər isə ağır cinayət hesab edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 isə Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətləri törətmişlər. Ona görə də, təqsirləndirilən şəxslər CM-in qeyd olunan maddələri ilə təqsirli bilinərək, onlara həmin maddələrin sanksiyaları daxilində cəza təyin edilməlidir. Qeyd olunan əməllərin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır (Cinayət Məcəlləsinin 8.1, 41.2 və 58.3-cü maddələri). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran hallar (Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Habelə məhkəmə qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları ödənilmədən və ya götürülmədən, yenidən qəsdən ağır cinayət törətdiklərindən məhkəmə cinayətin təhlükəli residivini Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hal qismində nəzərə alır. Belə ki, Azərbaycan Respublikası CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətməsi cinayətin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.3.3 və 83.3.4-cü maddələrinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş sayılır. Bununla da işdə olan sübutlarla isə təsdiq olunur ki, məhkumluğu vaxtından əvvəl götürülməmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 onlara istinad edilən cinayət əməllərini, ağır cinayət törətməyə görə əvvəllər məhkum olunduqları azadlıqdan məhrum etmə cəzasından azad edildiyi gündən iki il və altı il keçmədən törətmişlər. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını (Təqsirləndirilən şəxs3 münasibətdə) və cəzanı ağırlaşdıran halın olmasını (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə), aşkar edilmiş narkotik vasitənin çəkisini, həmin cinayətin törədilmə üsulunu və mexanizmini, aşkarlanmış narkotik vasitənin insan orqanizminə mənfi təsirini, çoxlu sayda insanların sağlamlığına ziyanını, təqsirləndirilən şəxslərin əvvəllərdə anoloji cinayətlərdə təqsirli bilinərək məhkum edilməsini, onların kriminal keçmişini (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə), narkotik vasitənin aşkar olunmayacağı təqdirdə məhz çəkisinin külli miqdar təşkil etməsi səbəbindən satış məqsədilə əldə edilən 14282,202 qram qurudulmuş marixuananın ondan istifadə edəcək böyük əksəriyyəti gənc olmaqla yüzlərlə Azərbaycan vətəndaşının həyatını və sağlamlığını təhlükə qarşısında qoyacağını, bununla əlaqədar baş verəcək nəticələrin ağırlığını, son nəticədə isə əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlərin, eyni zamanda ictimai təhlükəsizlik, dövlət idarə və müəssisələrinin normal fəaliyyətinin, konkret müəyyən qrup insan və fərdin sağlamlığının ciddi şəkildə pozulmasına səbəb olmasını, törədilmiş cinayətlərdən birinin transmilli cinayət kateqoriyasına aid edilməsini (Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 münasibətdə), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin onların cinayətin törədilməsində faktiki iştirakının xarakterini və dərəcəsini, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətini, eləcədə Təqsirləndirilən şəxs1 ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçısı Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha az əhəmiyyətli, Təqsirləndirilən şəxs3 isə ümumi cinayətkar məqsədin əldə edilməsindəki rolunun cinayətin digər iştirakçıları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə müqayisədə daha az əhəmiyyətli olmasını nəzərə alaraq hesab edir ki, onlara təqsirləndirildikləri maddələrin sanksiyaları həddində yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar həmin cəzanı çəkməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir neçə cinayətdə təqsirli bilindiklərindən onlara CM-nin 66.3-cü maddəsinə əsasən cəza təyin edilməlidir. Eyni zamanda Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-1506/2022 nömrəli qərarı ilə təyin edilmiş Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 01 il 03 ay 09 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunması və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(007)- 1085/2023 nömrəli qərarı ilə təyin edilmiş Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 11 ay 16 gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunması Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməli, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-156/2020 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs1 çəkilməmiş 01 il 03 ay 09 gün müddətə azadlıqdan məhrumetmə cəzası, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019cu il tarixli, 1(101)-269/2019 nömrəli hökmü üzrə Təqsirləndirilən şəxs2 çəkilməmiş 11 ay 16 gün müddətə azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs3 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlandıqları müddət hər birinin cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətlərinin başlanğıcı onların azadlığının faktiki olaraq məhdudlaşdırıldığı vaxtdan, yəni Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barəsində 24 fevral 2024-cü il tarixdən, Təqsirləndirilən şəxs2 barəsində isə 02 mart 2024-cü il tarixdən hesablanmalı və barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 barələrində narkomaniyadan məcburi müalicə təyin edilməli və hər iki təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1 və 132.1.6-cı maddələrinə müvafiq olaraq hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Yardımlı RPŞ-nin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 14280,502 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd İphone 6 markalı mobil telefon, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd Honor markalı mobil telefon, Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd Redmi Note 8 markalı mobil telefon, cəza çəkdikləri müddətdə saxlanılması və sonda özlərinə qaytarılması üçün saxlanıldıqları istintaq təcridxanasında və ya cəza çəkdikdəkləri müəssisədə olan şəxsi işlərinə əlavə edilməli, iş materiallarında olan 05 ədəd CD disk və DVD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər birindən 40 (qırx) manat olmaqla alınıb “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilməlidir. İş üzrə mülki iddia və üzərinə həbs qoyulmuş əmlak yoxdur. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(003)-1729/2023 nömrəli qərarı ilə təyin edilmiş Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 01 (bir) il 03 (üç) ay 09 (doqquz) gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunması Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(101)-156/2020 nömrəli hökmü üzrə çəkilməmiş 01 il 03 ay 09 gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 32.5,206.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Azərbaycan Respublikası CM-in 32.5,206.2-ci maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə 08 (səkkiz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs2 cinayətlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 7(003)-1729/2023 nömrəli qərarı ilə təyin edilmiş Təqsirləndirilən şəxs2 cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 16 (on altı) gününü çəkmədən şərti olaraq vaxtından əvvəl azad olunması Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilsin, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(101)-269/2019 nömrəli hökmü üzrə çəkilməmiş 11 (üç) ay 16 (doqquz) gün müddətə azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilib Təqsirləndirilən şəxs2 hökmlərin məcmusu üzrə qəti olaraq 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 02 mart 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona həmin maddələr üzrə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 24 fevral 2024-cü il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Yardımlı RPŞnin maddi sübutlar otağında saxlanılan müvafiq ekspert tədqiqatından sonra ümumi qalıq çəkisi 14280,502 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Yardımlı RPŞnin maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir ədəd İphone 6 markalı mobil telefon, Təqsirləndirilən şəxs2 götürülmüş bir ədəd Honor markalı mobil telefon, Təqsirləndirilən şəxs3 götürülmüş bir ədəd Redmi Note 8 markalı mobil telefon, cəza çəkdikləri müddətdə saxlanılması və sonda özlərinə qaytarılması üçün saxlanıldıqları istintaq təcridxanasında və ya cəza çəkdikdəkləri müəssisədə olan şəxsi işlərinə əlavə edilsin. İş materiallarında olan 05 ədəd CD disk və DVD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatı xərci-120 (bir yüz iyirmi) manat Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birindən 40 (qırx) manat olmaqla alınıb “Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, Büdcə təsnifatının kodu: 142595, Büdcə səviyyəsinin kodu: 3” hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hökmün surətini aldıqları vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Əli Əliyev Hakimlər: Oruc Cəlilov Xamməd Nuriyev
Məhkəmə qərarları › İş №1(099)-45/2025
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-45/2025
14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver