Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-450/2022 07.12.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri: Nəbiyev Cəlil Cabbar oğlunun sədrliyi, Səfərli Cavid Şamil oğlu və Məmmədov Müşfiq Vaqif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçilər–Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri–Lənkəran rayon hüquq məsləhətxanasının vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə,
1. xx xxxx 1991-ci ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Şirvan nərə balıq artırma zavodunda gözətçi vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Nizami küçəsi, ev 49-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 13 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və
2. xx xxxx 1996-cı ildə Əli-Bayramlı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Şirvan şəhəri, Nizami küçəsi, ev 49-da qeydiyyatda olmaqla orada yaşamış, barəsində 13 mart 2022-ci ildə həbs qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 narkotik vasitənin və psixotrop maddənin, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin satışını həyata keçirmək məqsədilə qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, satış məqsədilə qanunsuz olaraq külli miqdarda 11,768 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroini, külli miqdarda 3,142 qram çəkidə psixotrop maddə metamfetamini, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan 9 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili həblər olan üzərində “Methadone 40” göstəriciləri həkk olunmuş dərman konvolyutunu, narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,020 qram olmaqla bir ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi həkk olunmuş 10 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri olan konvolyutu əldə edib, daşıyaraq eyni tərkibli narkotik vasitə heroini müxtəlif çəkilərdə olmaqla 5 (beş) ədəd bükümlərə qablaşdırıb, həmin bükümlərin 3 ədədini, narkotik vasitə metadonu və psixotrop maddə metamfetamini qardaşı Təqsirləndirilən şəxs2la birgə yaşadıqları Şirvan şəhəri, Nizami küçəsi, ev 49 ünvanında yerləşən fərdi yaşayış evində, digər 2 ədəd bükümlərin birini qardaşı Təqsirləndirilən şəxs2, birini isə özü satış məqsədilə üzərində saxlamış, 11 mart 2022-ci ildə saat 10 radələrində Şirvan şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadıqları ünvana baxış keçirilən zaman narkotik vasitə heroinin 0,140 qramı bir ədəd polietilen kəsiyi bükümündə evin qonaq otağındakı masanın üzərindən, 4,977 qramı bir ədəd polietilen torbacıqda, 2,963 qramı isə bir ədəd falqa bükümündə, həmçinin 3,142 qram çəkidə psixotrop maddə metamfetamin bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə, o cümlədən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,020 qram olmaqla bir ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi həkk olunmuş 10 ədəd ağ rəngli dairəvi formalı dərman həbləri olan konvolyutu evin mətbəxindəki masanın üzərindən, tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram olan 9 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili həblər olan üzərində “Methadone 40” göstəriciləri həkk olunmuş dərman konvolyutu evin yataq otağındakı plastmass rəfin üçüncü siyirməsindən, 0,660 qram çəkidə narkotik vasitə heroin həmin tarixdə saat 12:25-də Şirvan şəhər polis şöbəsində üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə, qalan narkotik vasitə heroinin 3,028 qramı isə 11 mart 2022-ci ildə saat 14:20-dək qardaşı Təqsirləndirilən şəxs2 üzərində Şirvan şəhər polis şöbəsində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci ildə saat 10 radələrində yaşadığı evdə olarkən polis əməkdaşları həyətə daxil olmuş, polis əməkdaşlarından İlhamı, Altunu və Namazı tanımış, polis əməkdaşları evə daxil olduqdan sonra Altun ilə İlham onu yerə yıxmış, onun və qardaşı Elşənin əllərini bağlamış, evə baxış keçirilən zaman evin yataq otağında olan plastmas rəfin 3-cü siyirməsində gizlətdiyi 1 listin içərisində 9 ədəd metadon tərkibli M 40 həbi, evin mətbəxində yerləşən masanın üzərindən 01 ədəd qırmızı parçada xına, 01ədəd polietilen paketdə xına, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş gübrə, 1 ədəd adi dərman, bir sıra adi tablet dərmanlar, 1 listin içərisində 1 ədəd həb olan “Ketanol” dərmanı, 1 ədəd falqa kağızı rulonu və 01 ədəd içərisi boş olan elektron tərəzi qutusu aşkar olunmuş, polis əməkdaşları onu qardaşı Təqsirləndirilən şəxs2la birlikdə polis şöbəsinə aparmış, şöbədə ikinci mərtəbəyə qalxdıqda sol tərəfdə axırıncı otaqda İlham adlı polis əməkdaşı onun üzərinə narkotik vasitə heroin qoyaraq həmin heroinin özünə məxsus olmasını bildirməsi müqabilində qardaşı Elşəni buraxacağını bildirmiş, qardaşının buraxılması üçün sonuncunun təklifi ilə razılaşmış, vəkilin iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən İlham adlı polis əməkdaşının qoyduğu bir ədəd sellofan bükümü təqdim etmişdir. Təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, himayəsində heç bir yerdə işləməyən arvadının, bir azyaşlı uşağının və anasının xəstə olmasını, eləcə də ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək qardaşı Təqsirləndirilən şəxs1 ilə eyni məzmunlu ifadə vermiş və ifadəsində əlavə olaraq göstərmişdir ki, evlərindən aşkar olunmuş metadon həbləri ona məxsus olmuş, qardaşı Rövşənin bu işlə əlaqəsi olmamışdır. Təqsirini etiraf etməklə əməlindən peşmançılıq keçirməsini və ilk dəfə cinayət törətməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər vermiş olduğu ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onların məhkəməyədək icraat zamanı verdiyi ifadələri elan edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ittiham elan olunarkən özünü həmin ittihamda qismən təqsirli bilərək törədilmiş cinayət haqqında ətraflı ifadələr verərək göstərmişdir ki, 11 mart 2022-ci ildə saat 10 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə olarkən polis əməkdaşları evinə gələrək evinə baxış keçirmiş, baxış zamanı qonaq otağında olan masanın üzərindən 1 ədəd sellofan bükümdə narkotik vasitə heroin, evin yataq otağında olan plastmas rəfin 3cü siyirməsində gizlətdiyi 1 listin içərisində 9 ədəd metadon tərkibli M 40 həbi, evin mətbəxində yerləşən masanın üzərindən 01 ədəd qırmızı parçada xına, 01ədəd polietilen paketdə xına, 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş gübrə, 1 ədəd adi dərman, bir sıra adi tablet dərmanlar, 1 listin içərisində 1 ədəd həb olan “Ketanol” dərmanı, 1 ədəd falqa kağızı rulonu və 01 ədəd içərisi boş olan elektron tərəzi qutusu aşkar olunmuş, bundan sonra o və qardaşı Təqsirləndirilən şəxs2 polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmiş, şöbədə müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd sellofan bükümü təqdim etmiş, həmin bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı verdiyi ifadələri məhkəmə istintaqında tədqiq edilib araşdırılarkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 heç bir təsir-təzyiq göstərilmədən müdafiəçisinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə ittiham elan olunarkən özünü qismən təqsirli bilərək qardaşı təqsirləndirilən şəxs Rövşən Umumdovla eyni məzmunlu ifadə verərək ifadəsində əlavə olaraq göstərmişdir ki, polis şöbəsində müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan bükümdə narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuş, yaşadığı ünvandan və üzərindən aşkar olunmuş narkotik vasitələr qardaşı Rövşənə məxsus olmuş, sonuncunun həmin vasitələri haradan əldə etməsi ilə bağlı heç bir məlumatı olmamış, həmin metadondan bir dəfə istifadə etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda verilən ittiham üzrə cinayət əməlini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirli olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmədə Şirvan şəhər polis şöbəsinin Narkotiklərlə Mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 şahid qismində dindirilərkən istintaq zamanı verdiyi ifadəsini təsdiq etməklə hazırki ifadəsində ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci ildə xidmətdə olarkən Şirvan şəhəri, Nizami küçəsi ev 49-da yaşayan Şahin və Təqsirləndirilən şəxs2 qardaşlarının narkotik vasitələrdən istifadə etməklə satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, həmin gün saat 10 radələrində əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvana getmiş, Təqsirləndirilən şəxs1 razılığı əsasında onların yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı evin qonaq otağındakı masanın üzərindən bir ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər maddə, evin mətbəx otağındakı masanın üzərindən bir ədəd polietilen torbacıqda narkotik vasitə heroinə bənzər maddə, bir ədəd falqa bükümündə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd üzərində “Üiklodol 2 mq” yazılmış içərisində 10 ədəd həb olan dərman konvolyutu, bir neçə ədəd konvolyutda dərman preparatları, evin yataq otağındakı plastmas rəfin üçüncü siyirməsindən üzərində “Methadone 40” yazılmış içərisində 9 ədəd həb olan dərman konvolyutu aşkar olunaraq götürülmüş, Rövşən və Təqsirləndirilən şəxs2lar polis şöbəsinə aparılmış, şöbədə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şübhəli şəxslərin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroinin, o cümlədən evindən aşkar olunmuş maddələrin özünə məxsus olduğunu bildirmiş, eləcə də Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümünü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin heroinin özünə məxsus olduğunu, evdən aşkar olunmuş maddələrin isə qardaşı Təqsirləndirilən şəxs1 məxsus olduğunu bildirmişdir. Evdən və şübhəli şəxslərin üzərində aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunaraq bütün iştirakçılar, o cümlədən qardaşlar tərəfindən həmin protokol imza olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 və Şahid3 da digər Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq etməklə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində ifadəsində göstərmişdir ki, 11 mart 2022-ci ildə saat 10 radələrində Şirvan şəhəri, Nizami küçəsi ev 49-da yaşayan adlarını sonradan bildiyi Rövşən və Təqsirləndirilən şəxs2 qardaşlarının evinə baxış keçirilməsində hal şahidi qismində iştirak etmiş, baxış zamanı onların evindən narkotik vasitəyə oxşar maddələr və metadon adlanan həblər aşkar olunaraq götürülmüş, aşkar olunmuş maddələr qablaşdırılaraq götürülmüş, sonra protokol tərtib olunaraq orada iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş “baxış keçirilməsi haqqında” 11 mart 2022-ci il tarixli protokoldan görünür ki, Rövşən və Təqsirləndirilən şəxs2 qardaşlarının yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman qonaq otağındakı masanın üzərindən bir ədəd polietilen bükümdə narkotik vasitə heroinə bənzər maddə, evin mətbəx otağındakı masanın üzərindən bir ədəd polietilen torbacıqda narkotik vasitə heroinə bənzər maddə, bir ədəd falqa bükümündə narkotik vasitə heroinə bənzər maddə, bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə psixotrop maddə metamfetaminə bənzər maddə, bir ədəd üzərində “Üiklodol 2 mq” yazılmış içərisində 10 ədəd həbb olan dərman konvolyutu, bir neçə ədəd konvolyutda dərman preparatları, evin yataq otağındakı plastmass rəfin üçüncü siyirməsindən üzərində “Methadone 40” yazılmış içərisində 9 ədəd həbb olan dərman konvolyutu aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2022ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərinə Şirvan şəhər polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” 11 mart 2022ci il tarixli digər protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərinə Şirvan şəhər polis şöbəsində keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli idman şalvarının sağ yan cibindən bir ədəd sellofan kəsiyi bükümündə narkotik vasitə heroinə bənzər maddə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli 18/303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd polietilen torbacıqda təmiz çəkisi 4,977 qram, 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi 2,963 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,140 qram, ümumi çəkisi 8,08 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 ədəd kağız bükümdə təmiz çəkisi 3,142 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs1 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,660 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 3,028 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş Elşən və Təqsirləndirilən şəxs1ların evindən götürülmüş 3 bükümdə, Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş 1 bükümdə, Təqsirləndirilən şəxs2 üzərindən götürülmüş 1 bükümdə, cəmi 5 ədəd bükümdə ümumi çəkisi 11,768 qram olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 12 mart 2022-ci il tarixli 6/1443 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2...” sözləri olan bir ədəd zərfdəki bir ədəd üzərində “Methadone40” göstəriciləri olan dərman konvolyutunda 9 ədəd açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,360 qram təşkil edir, bir ədəd üzərində “Üiklodol 2 mq” göstəricisi olan dərman konvolyutunda 10 ədəd ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi triheksifenidildir (siklodol) və həmin həblərin tərkibində triheksifenidilin (siklodolun) təsir maddəsinin ümumi miqdarı 0,020 qram təşkil edir, bir ədəd üzərində “Ketonal Duo 150 mq” göstəriciləri olan dərman konvolyutunda 1 ədəd dərman kapsulu, öir ədəd üzərində “Ketotifen 1 mq” göstəriciləri olan dərman konvolyutunda 1 ədəd dərman həbi 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekurslorların siyahıları”na və 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahıları”na daxil deyildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına daxildir. Triheksifendil (siklodol) 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısı”na daxildir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 02 iyun 2022-ci il tarixli, 2903 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 09 iyun 2022-ci il tarixli, 3119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 865 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Qərarın təsviri hissəsində qeyd olunan əməlini törədərkən Təqsirləndirilən şəxs1 emosional vəziyyətində iş üçün əhəmiyyətli hesab olunan hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs1 törətdiyi əməl zamanı fizioloji affekt vəziyətində olmamışdır. İş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 09 aprel 2022-ci il tarixli 866 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs2 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlkəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə istintaq hərəkətlərində iştirak etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət əməlini törədən zaman Təqsirləndirilən şəxs2 psixi-emosional sferasında iş üçün əhəmiyyətli hesab olunan hər hansı mühüm dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs2 törətdiyi əməl zamanı fizioloji affekt vəziyətində olmamışdır. İş materiallarında olan Şirvan şəhər mərkəzi xəstəxanası publik hüquqi şəxsin 01 aprel 2022-ci il tarixli 321 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 ŞMPnın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında 11 may 2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Şirvan şəhər polis şöbəsində fiziki zorakılıq göstərilməsi və qeyri-qanuni hərəkətlər edilməsi ilə əlaqədar toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. İş materiallarında olan verilmiş əməliyyat tapşırığına Şirvan şəhər polis şöbəsinin cavab məktubundan görünür ki, Azərbaycan Respublikası CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərindən və yaşadıqları evdən aşkar edilərək götürülmüş narkotik vasitə olan heroinləri, metadonu, psixotrop maddə metamfetamini və güclü təsir edən dərman preparatlarını hansı mənbədən əldə etmələrinin müəyyənləşdirilməsi istiqamətində tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə edilməmişdir. Bununla yanaşı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmaları barədə dəfələrlə əməliyyat məlumatları daxil olmuş, məhz sonuncu dəfə bununla bağlı əməliyyat məlumatı daxil olduqda adları çəkilən şəxslərin yaşadıqları ünvana baxış keçirilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları tam, obyektiv və hərtərəfli araşdırıb, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdikləri qismən etirafedici və şahidlərin isə təsdiqedici) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların obyektivliyinə və mötəbərliyinə əsaslanıb cinayətin yuxarıda təsvir edilən formada törədildiyi qənaətinə gələrək, Təqsirləndirilən şəxs1 məhkəmədəki ifadəsində göstərdiyi “şöbədə ikinci mərtəbəyə qalxdıqda sol tərəfdə axırıncı otaqda İlham adlı polis əməkdaşı onun üzərinə narkotik vasitə heroin qoyaraq həmin heroinin özünə məxsus olmasını bildirməsi müqabilində qardaşı Elşəni buraxacağını bildirmiş, qardaşının buraxılması üçün sonuncunun təklifi ilə razılaşmış, vəkilin iştirakı ilə üzərinə baxış keçirilərkən əynində olan qara rəngli idman şalvarının sol yan cibindən İlham adlı polis əməkdaşının qoyduğu bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir” bu xüsusatları ona təyin ediləcək cəzadan, başqa sözlə, onun cinayət məsuliyyətindən yayınmağa yönələn cəhdi kimi qiymətləndirir. Eyni zamanda, məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında verdiyi ifadəsinin qardaşı Təqsirləndirilən şəxs1la bağlı hissəsini səmimi ifadə kimi qəbul etmir və həmin ifadələrin işin faktiki hallarına uyğun gəlmədiyi qənaətinə gəlməklə onun Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən kənarda qoymaq cəhdi kimi qiymətləndirir. Məhkəmə, iş üzrə obyektiv həqiqəti müəyyən edərkən təqsirləndirilən şəxslərə heç bir təsir-təzyiq göstərilmədən müdafiəçilərinin iştirakı ilə məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdikləri ifadələrini daha səmimi, düzgün, obyektiv, məntiqli ifadələr kimi qəbul edir və həmin ifadələrin işin faktiki halların uyğun gəldiyi qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxslərin məhkəmədə verdikləri ifadələrinə məhkəmə istintaqında dindirilmiş digər şəxslərin ifadələri ilə müqayisə etməklə qiymətləndirərkən belə nəticəyə gəlir ki, onlara istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməli məhz onların tərəfindən törədilmişdir, bu cinayətə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham verildiyi Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində onlar təqsirlidir və onların təqsirliliyi kifayət qədər sübuta yetirilmişdir Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli Qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əldə etdikləri narkotik vasitə və psixotrop maddə miqdarına görə “külli miqdar” kimi qiymətləndirilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinə cinayət qanunvericiliyinin tələbləri axımından hüquqi qiymət verərkən gəldiyi nəticələri, eyni zamanda Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının izahvə tövsiyələri baxımından da əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli 2 №-li qərarında göstərilir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi,onların hazırlanması üçün avandanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin tövsifi məsələsini müzakirə edərək onların hərəkətini Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinin dizpozisiyası şərtlərinə uyğun gəldiyini nəzərə alıb həmin maddələrlə tövsif edilmələrini əsaslı sayır. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, onlara təqsirli bilindikləri hər bir maddə üzrə, əsas cəza növündə, maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə onlara qəti cəza təyin edilməlidir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərərsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq edilməli qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmadığından onların əməli qanuna müvafiq cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. Azərbaycan Respublikası CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarında olan “Məhkumluq haqqında” tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsini, eyni zamanda təyin ediləcək cəzanın əvvəlinin onların şübhəli şəxs qismində saxlanıldıqları vaxtdan hesablanmasını əsaslı sayır. Belə ki, Şirvan şəhər məhkəməsinin 13 mart 2022-ci il tarixli qərarlarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsetmə müddətinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu gündən, yəni 11 mart 2022-ci ildən hesablanmaqla barələrində həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədaləti bərpa olunmasına, təqsirləndirilən şəxslərin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni sinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ittiham olunduqları maddənin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. İş materiallarına əlavə edilmiş 18 aprel 2022-ci il tarixli, 2317 saylı arayışdan, və xasiyyətnamədən görünür ki, X3 himayəsində heç bir yerdə işləməyən arvadı, bir azyaşlı uşağı ilə birgə ünvan 2 ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə edilmiş 18 aprel 2022-ci il tarixli, 2317 saylı arayışdan və xasiyyətnamədən görünür ki, Umudov X4 şəhəri, Nizami küçəsi, ev 49-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən onun himayəsində bir azyaşlı uşağının olmasını CM-in 59.1.4-cü maddəsinə əsasən qanunla müəyyən olunmuş qaydada, təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində heç bir yerdə işləməyən arvadının və anasının olmasını və ilk məhkumluğunu Azərbaycan Respublikası CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxs UTəqsirləndirilən şəxs2 cəza təyin edərkən onun təqsirini qismən etiraf etməklə əməlindən peşmançılıq keçirməsini, gəncliyini, ilk məhkumlugunu və yaşayış yerindən müsbət xarakterizə olunmasını CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 oğlunun cəzasınıağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus, qanunvericiliyin tələblərinə uyğun olaraq müsadirə olunması mümkün olan pul əmlak və s. müəyyən edilmədiyindən onların barəsində xüsusi müsadirə təyin olunmamalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-in 132.0.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə tərəfindən hökm çıxarılarkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatından sonra maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,568 qram narkotik vasitə heroin, təmiz çəkisi 3,092 qram psixotrop maddə metamfetamin, 8 ədəd metadon həbləri, 9 ədəd Triheksifenidil həbləri və bir ədəd falqa rulon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat 74 qəpik – hər birindən 65 (altmış beş) manat 37 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 234.4.1, 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs1 qəti cəza - 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.3 və 240.2.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. CMin 234.4.1, 234.4.3-cü maddələri ilə 6(altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.2.1-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs2 qəti cəza - 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 11 mart 2022-ci ildən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi qaydada müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 130 (yüz otuz) manat 74 qəpik – hər birindən 65 (altmış beş) manat 37 qəpik olmaqla təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq dövlət büdcəsinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınaraq Şirvan şəhər polis şöbəsində saxlanılan və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 11,568 qram narkotik vasitə heroin, təmiz çəkisi 3,092 qram psixotrop maddə metamfetamin, 8 ədəd metadon həbləri, 9 ədəd Triheksifenidil həbləri və bir ədəd falqa rulon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Hökmdən həbsdə olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən (elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində) apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən : Cəlil Nəbiyev Hakimlər: Cavid Səfərli Müşfiq Məmmədov