Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-451/2023 01.06.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Quliyev Nizami Fərzi oğlu (sədrlik edən), X6 və Hüseynov Nahid Nəsir oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Kərəmov Emin Canəli oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamının Müdafiəsi şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxx 1997-ci ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, Yevlax şəhəri, N.Nərimanov küçəsi, ev 79 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 yaşamış, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq külli miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddələr əldə etmə, saxlama, daşıma və satma barədə istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı və qeyriləri ilə əvvəlcədən razılaşıb cinayət əlaqəsinə girərək həmin şəxslərin qabaqcadan bildirilmiş ünvanda gizlədərək saxladıqları külli miqdarda 3495 qram çəkidə narkotik vasitə heroin, 7285 qram çəkidə qurudulmuş marixuana, 38 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,20 qram təşkil edən ümumilikdə 380 ədəd külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər və külli miqdarda 2125 qram çəkidə psixotrop maddə metamfetamini deyiləcək yerlərə yerləşdirmək üçün istintaqa məlum olmayan tarixdə və şəraitdə satış məqsədi və tamah niyyəti ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla İmişli rayonu Göbəktala kəndində, İmişli-Bəhramtəpə avtomobil yolunun sağ tərəfində yerləşən fəaliyyət göstərməyən yanacaq doldurma məntəqəsinin yaxınlığına daşımış, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən 08 yanvar 2023-ci il tarixdə, saat 19:30-da keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs qeyd edilən ünvanda saxlanılaraq İmişli Rayon Polis Şöbəsinə dəvət edilmiş, orada xidməti otaqların birində 08 yanvar 2023-cü il tarixdə saat 20:50-dən etibarən Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı sağ əlində saxladığı üzəri yapışqan lentə sarınmış qara rəngli ağ zolaqlı çantanın içərisindən üzəri yapışqanlı lentlə sarınmış bir ədəd bağlamanın içərisində dörd ədəd kağız qutularda qablaşdırılmış halda 38 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında tərkibində narkotik vasitə metadonun təsir maddəsinin ümumi miqdarı 15,20 qram təşkil edən ümumilikdə 380 ədəd külli miqdarda qəhvəyi rəngli dairəvi formalı həblər, üzəriləri yapışqanlı lentlə sarınmış üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1195 qr, 1090 qr, 1210 qr ümumi təmiz çəkisi 3495 qr xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə narkotik vasitə heroin, üzəriləri yapışqanlı lentlə sarınmış yeddi ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1040 qr, 1055 qr, 990 qr, 1055 qr, 1035 qr, 1065 qr, 1045 qr, ümumi təmiz çəkisi 7285 qr olan külli miqdarda eyni təkibli bitki mənşəli narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və üzəriləri yapışqanlı lentlə sarınmış iki ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1095 qr, 1030 qr ümumi təmiz çəkisi 2125 qr külli miqdarda xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvəllər kakos (heroin) qəbul etmişdir. Tutulmazdan təxminən iki ay öncə Rza adlı İran vətəndaşı ilə tanış olmuş, Rza ona narkotik vasitələr satışında kömək etməsini və pul qazanmasını təklif etmişdir. O da razılaşmışdır. 08 yanvar 2023-cü il tarixdə Rza ona zəng edərək İmişli rayonu ərazisinə bir kiloqram heroin qoyduğunu, gedib həmin heroini götürüb, Bakı şəhərinə aparıb onun sonra deyəcəyi yerə qoymasını bildirmişdir. O əvvəlcə razılaşmasa da sonra razılaşmışdır. Buna görə də həmin gün arvadı Aysu ilə taksiyə oturub İmişli şəhərinə getmişlər. Yolda olarkən Rza onun kartına bir dəfə 50 manat, sonra da 30 manat pul atmışdır. O İmişli şəhərində başqa taksi tutub, Aysu ilə birlikdə Rzanın şəklini atdığı işləməyən yanacaq doldurma məntəqəsinə getmişlər.Yerin konumun o taksi sürücüsünə də atmışdır. Onun narkotik dalınca getməsindən Aysunun və taksi sürücüsünün məlumatı olmamışdır. Taksi sürücüsü onları həmin işləməyən yanacaq doldurma məntəqəsinin yanında düşürüb getdikdən sonra o içində narkotik vasitə olan bağlamanı götürmək üçün işləməyən yanacaq doldurma məntəqəsinin içərisinə daxil olub, oranı telefonun işığı ilə işıqlandırmış və bir ədəd qara rəngli çanta görmüşdür. Həmin vaxt oraya gələn polis əməkdaşları onu saxlamışlar. Sonra da onları İmişli Rayon Polis Şöbəsinə aparıb, orada videoçəkilişlə vəkilin iştirakı ilə onun üzərinə və qara rəngli çantaya baxış keçirilmişdir. Qara rəngli çantaya baxış zamanı həmin çantanın içərisindən qurudulmuş marixuana, heroin, metamfetamin, metadon həbləri və üzərində axtarış edilərkən bir ədəd telefon, pul, bank kartı, bir ədəd metro kartı və siqaret qutusu aşkar edilərək götürülmüşdür. Xəlil Xəlilov ifadəsinə əlavə olaraq göstərmişdir ki, İran vətəndaşı Rzaya bir kiloqram heroin göndərməsini demişdir. Digər maddələri istəməmişdir. Bundan başqa işləməyən yanacaq doldurma məntəqəsinə daxil olub, oranı işıqlandırarkən, orada bir ədəd qara rəngli çanta olduğunu görmüş, lakin onu götürməmişdir. Həmin vaxt polis əməkdaşları onu saxlamışlar. Onun Bank kartına müxtəlif vaxtlarda coxlu sayda köçürmələr olmasının səbəbini deyə bilmir. İstintaq vaxtı ifadə verərkən ona heç bir təsir və ya təzyiq olunmamışdır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində tutulmamışdan xeyli vaxt əvvəl narkotik vasitə olan kakosdan yandırıb tüstüsünü nəfəsinə çəkməklə qəbul etdiyini, Rza adlı İran İslam Respublikasının vətəndaşı ilə saxlanılmamışdan təxminən iki ay əvvəl tanış olduqlarını, həmin şəxsin narkotik vasitələr aludəçisi olduğunu danışıq zamanı bildiyini, Rza adlı şəxslə bir müddət ünsiyyət saxladığını, o Rza ilə danışıqlar zamanı narkotik vasitələrin dövriyyəsi ilə məşğul olduğu üçün ona etibarlı adamın köməkliyinin lazım olduğunu və ona görə də ona bu işdə kömək etməklə özünün də pul qazanmasını təklif etdiyini, imkanı zəif olduğu üçün o, məcbur olub razılaşdığını, saxlanıldığı gündən əvvəl isə Rza onunla növbəti dəfə əlaqə saxlayan zaman Rzanın İmişli rayonu ərazisində narkotik vasitə qoydurduğunu, gedib onu götürüb özündə saxlamasını və sonradan Rzanın dediyi qaydada müxtəlif ünvanlara aparıb yerləşdirəcəyini təklif etdiyini, əlavə olaraq özünün də həmin maddələrdən götürüb istifadə edə biləcəyini dediyini, o da Rzaya pulunun olmadığını deyib rayona gedə bilməyəcəyini bildirdiyini, Rza da onun bank kartının hesabına 60 manat pul yüklədiyini, o da həyat yoldaşı olan Aysuya rayona getmək üçün özündən bir bəhanə gətirib guya Yevlax şəhərində məskunlaşıb orada yaşamağı təklif edərək, yol üstü İmişli rayonunda bir əşya götürməli olduğundan, həmin rayona getmələri barədə onun razılığını alıb 08 yanvar 2023cü il tarixdə Bakıdan rayona yola düşdüklərini, İmişli rayonuna çatanda o, taksi sürücülərindən birinə yaxınlaşaraq öz telefonunda Rzanın ona ilk əvvəl deyərək izah etdiyi ərazini başa salaraq göndərdiyi İmişli rayonunda yerləşən ərazinin koordinatlarını (konumu) göndərdiyini, konumu taksi sürücüsünə göndərəndən sonra sürücü həmin yerə baxaraq oranı tanıdığını və onlar həmin sürücü ilə yol haqqını danışandan sonra Aysu ilə həmin taksiyə minərək yola düşdüklərini, yolda taksi sürücüsü həmin yerin hazırda işləməyən yanacaq doldurma məntəqəsi olduğunu dediyini, onlar həmin yerə çatanda o, maşından düşüb istifadədə olunmayan binaya daxil olub orada bir ədəd Rzanın dediyi çantanın gizlədildiyini görüb çölə çıxdığını və taksi sürücüsünə 5 manat yol haqqını verib yola salaraq, həmin tikiliyə daxil olub oradan bir ədəd üzəri yapışqan lentə bürünmüş içərisində narkotik maddələr olan çantanı götürüb, Aysu ilə oradan aralanarkən, onlara mülki geyimli şəxslər yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını və onun narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, onu Aysu ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə apardıqlarını, orada şəxsi axtarış videoçəkiliş əsasında aparılması barədə ona məlumat verildiyini və o, buna heç bir etiraz etmədiyini, bundan sonra üzərində qanunla qadağan olunan hər hansı əşya, predmet olub-olmaması, olduğu təqdirdə təqdim etməsi təklif edildiyini, o isə əlində saxladığı Rzanın qoydurduğu çantanı təqdim etdiyini, həmin çantanın üzəri yapışqan lentlə büründüyü üçün açmaq çətin olduğundan, çantanın üstü bıçağa oxşar alətlə kəsildiyini və çantada on üç ədəd bağlama aşkar olunduğunu, bağlamalara ayrı-ayrılıqda baxış keçirilərkən bağlamaların biri dörd ədəd bir-birinə lentlə sarınmış üzərində “40” rəqəmi yazılmış kağız qutularda ümumilikdə 380 ədəd dərman həbləri, üç sellofan bağlamada “kakos” adlı narkotik vasitə, digər iki sellofan bağlamada “şüşə” adlanan maddə və yeddi ədəd sellofan bağlamada “nəşə” adlı kütlələrin aşkar olunduğunu, bağlamalar elektron tərəzidə çəkilərək hamısı birlikdə bir ədəd ağ rəngli kisədə qablaşdırılıb götürüldüyünü, bundan sonra onun üzərində qanunsuz nə varsa təqdim etməsi təklif edildiyini, o da üzərində olan bir ədəd “İphone” markalı mobil telefonu, ev açarını, pul qabını, bir ədəd siqaret qutusunu, bir ədəd telefon kabelini, çıxarıb stolun üzərinə qoyaraq təqdim etdiyini, əlavə olaraq üzərinə şəxsi axtarış keçirilərkən bir ədəd alışqanın, pul qabına baxış keçirilən zaman özünə məxsus şəxsiyyət vəsiqəsinin, metro kartının, istifadə olunmamış telefon nömrəsinin, özünə məxsus Kapital bank kartının və 54 manat nağd pulun aşkar olunduğunu, sorğu zamanı həmin maddələri X3 vətəndaşı olan Rza adlı şəxsin vasitəsilə İmişli rayonundan əldə etdiyini, həmin maddələri şəxsi istifadəsi üçün götürdüyünü, bu barədə Aysunun və taksi sürücüsünün, heç bir məlumatı olmadığını bildirdiyini və qeyd olunanlar barədə protokol tərtib edilərək tərəflərindən imzalandığını göstərmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ittiham olunan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən və məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vəkilinin iştirakı ilə verdiyi səmimi etiafedici ifadəsindən başqa dindirilmiş şahidlərin ifadələri, məhkəmədə tədqiq edilmiş ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, əldə olunmuş maddi sübutlar, sənədlər və işin faktiki halları ilə ona tamamilə sübutdur. Belə ki, məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 yanvar 2023cü il tarixdə işlədiyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinə ünvan 1 yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatla əlaqədar qərar qəbul edilmiş və qərara əsasən şöbənin əməkdaşları X2, Şahid2 və Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. 08 yanvar 2023cü il tarixdə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saat 19:30 radələrində İmişli rayonu, Göbəktala kəndindən keçən İmişli-Bəhramtəpə avtomobil yolunun sağ tərəfində yerləşən fəaliyyət göstərməyən yanacaq doldurma məntəqəsinin yanında yolun kənarında Təqsirləndirilən şəxs oxşar şəxsi və yanında olan bir nəfər qadının olduğunu görüb onlara yaxınlaşaraq, xidməti vəsiqələrini göstərib özlərini həmin şəxslərə təqdim etmişlər. Bundan sonra onların Təqsirləndirilən şəxs və onun arvadı Şahid4 olduqları müəyyən edilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qanunsuz olaraq satış məqsədi ilə əldə etməsi və dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğu bildirilmiş və ona görə də yanında olan Şahid4 ilə birlikdə İmişli Rayon Polis Şöbəsinə dəvət olunmuşlar. Orada Təqsirləndirilən şəxs üzərinə vəkilin iştirakı ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş əşyalar varsa könüllü surətdə verməsi təklif edilmişdir. O da sağ əlində saxladığı üzəri yapışqan lentə bürünmüş halda olan çantanı təqdim edərək içərisində narkotik maddələr olduğunu bildirmişdir. Çantanın içərisinə baxış keçirilmiş və baxış zamanı çantada ümumilikdə on üç ədəd bağlama olduğu, bağlamaların birinin içərisində dörd ədəd qutuda hər birində 10 ədəd həb olan üzərində “metadon 40” yazısı həkk olunmuş 38 ədəd dərman konvalyutunda ümumilikdə 380 ədəd dərman həblər, bundan başqa üç ədəd bağlamada heroinə bənzər kütlələr, iki ədəd bağlamada psixotrop maddə metamfetaminə bənzər kütlələr və yeddi ədəd bağlamada qurudulmuş marixuanaya oxşar kütlələrin olması aşkar edilmişdir. Üzərində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs “iPhone” markalı mobil telefon, bir ədəd ev açarı, pul qabı, bir ədəd siqaret qutusu, bir ədəd mobil telefon, bir ədəd cərəyana qoşmaq üçün naqil, pul qabının içərisindən nağd pul, şəxsiyyət vəsiqəsi, metro kartı, istifadə olunmamış telefon nömrəsi və bank kartını təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş sellofan bükümlərdəki maddələrin özünə məxsus olduğunu və həmin maddələri İran İslam Respublikası vətəndaşı Rza adlı şəxsin vasitəsilə öz istifadəsi üçün əldə etdiyini, bundan Şahid4 və taksi sürücüsünün məlumatı olmadığını bildirmişdir. Sonra da bu barədə protokol tərtib edilmişdir. Xəlil Xəlilov saxlanılarkən və sonra ona heç bir təsir və ya təzyiq olunmamışdır. Dindirilmiş şahidlər Şahid2 və Şahid3 Şahid1 vermiş olduğu ifadə ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmədə ittiham və müdafiə tərəfin razılığı ilə gəlməyən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdrdiyi ifadəsində Təqsirləndirilən şəxsla 2020-ci ildə ailə həyatı qurduğunu, 2021-ci ildə Xəyal narkotik vasitələrə görə tutulduğundan 2022ci ildə valideynlərinin təkidi ilə Xəyaldan boşandığını, 2022-ci ilin son aylarında Xəyalla barışıb, Bakı şəhərinə köçüb, orada kirayə yaşadıqlarını, Xəyal əvvəllər olduğu kimi ara-bir narkotik vasitələrdən istifadə etdiyini, Xəyalın maşın ustası işlədiyini, işləri zəif getdiyi üçün onlar Bakıdakı evdən köçüb Yevlaxa qayıtmaq qərarına gəldiklərini, ona görə də 08 yanvar 2023-cü il tarixdə Yevlax rayonuna geri qayıtmaq üçün yola düşdüklərini, həmin vaxt Xəyal İmişli rayonunda çanta olduğunu, onu yol üstü götürmək lazım olduğunu dediyindən, İmişli rayonuna getdiklərini, onlar İmişli rayonuna çatanda Xəyal bir qədər kiminləsə telefonda danışdığını, sanki nəsə gözlədiyini, sonra Xəyal taksi sürücüsü ilə danşdığını, sonradan həmin taksi sürücüsünün telefonuna özünə ünvanlanmış konumu göndərdiyini bildiyini, işləməyən bir yanacaq doldurma məntəqəsinin yanına getdiklərini, Xəyalın maşından düşüb həmin binaya daxil olaraq və tez bir zamanda maşına qayıdıb ona maşından düşməsini dediyini, taksi sürücüsünə 5 manat yol pulunu verib yola saldığını, sonra yenidən həmin tikiliyə daxil olub oradan üzəri skoçla bürünmüş bir çanta ilə çıxdığını, onlar oradan aralanan zaman polis əməkdaşları yaxınlaşdıqlarını və Xəyalın narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumata malik olduqları üçün onları İmişli polis şöbəsinə apardıqlarını, orada Xəyaldan çoxlu sayda narkotik vasitələr aşkar edildiyini bildirmişdir. Məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 17/35 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərinə yapşdırılmış vərəqədə “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd çantadan aşkar olunmuş 7 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuanaya, 3 ədəd bağlamada narkotik vasitə heroinə, iki ədəd bağlamada psixotorp maddə metamfetaminə, 38 ədəd konvalutda 380 ədəd narkotik vasitə metadon 40 həblərinə bənzər kütlələr...” sözləri yazılmış sintetik kisənin içərisindəki 07 ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmiz çəkiləri 1040 qram, 1055 qram, 990 qram, 1055 qram, 1035 qram, 1065 qram, 1045 qram, ümumi təmiz çəkisi 7 kq 285 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 03 ədəd sellofan bağlamalarda, ayrı-ayrılıqda təmzi çəkiləri 1195 qram, 1090 qram, 1210 qram, ümumi təmiz çəkisi 3 kq 495 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroinlərdir. 02 ədəd sellofan bağlamalarda ayrı-ayrılıqda təmzi çəkiləri 1095 qram, 1030 qram, ümumi təmiz çəkisi 2 kq 125 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlərdir. 04 ədəd kağız qutularda olan 38 ədəd üzərlərindən “Methadone 40” yazısı olan blisterlərdə, ümumilikdə 380 ədəd, həblər metadon dərman preparatlarıdır. Həmin 380 ədəd həblərin təsiredici maddəsinin ümumi miqdarı 15,20 qram təşkil edir. Tədqiqata təqdim edilmiş, 07 ədəd sellofan bağlamalarda olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 03 ədəd sellofan bağlamalarda olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 02 ədəd sellofan bağlamalarda olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 380 ədəd metadon həbləri, qablaşdırılma formalarına, xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi təmiz çəkisi - 7285,00 qram, tədqiqata sərf edildi 0,350 qram. (hər ob. - 0,05 qram), qalıq 7284,65 qram. Heroinlərin ümumi təmiz çəkisi 3495,00 qram, tədqiqata sərf edildi - 0,150 qram. (hər ob. - 0,050 qram), qalıq 3494,85 qr. Metamfetaminlərin ümumi təmiz çəkisi 2125,00 qram, tədqiqata sərf edildi - 0,100 qram. (hər ob. - 0,050 qram.), qalıq – 2124,90 qram. 380 (üç yüz səksən) ədəd metadon həbləri, tədqiqata sərf edildi 10 (on) ədəd həb; qalıq 370(üç yüz yetmiş) ədəd həblər. Məhkəmədə tədqiq edilmiş ambulatr məcburi narkoloji tibbi yoxlama rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan 09 yanvar 2023-cü il tarixdə DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin X5 Şöbəsinin təhqiqatçısı, polis mayoru X2 tərəfindən tərtib edilmiş “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edib dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nın əməkdaşları tərəfindən 08 yanvar 2023-cü il tarixdə İmişli rayonu, Göbəktala kəndi, İmişli-Bəhramtəpə avtomobil yolunun sağ tərəfində yerləşən fəaliyyət göstərməyən yanacaq doldurma məntəqəsinin yaxınlığında saxlanılaraq İmişli RPŞ-nin İnzibati binasına gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı sağ əlində saxladığı çantada olan bir ədəd bağlamanın içərisindən dörd ədəd kağız qutularda qablaşdırılmış halda 38 ədəd “Methadone 40” göstəriciləri olan dərman konvolyutlarında ümumilikdə 380 ədəd dərman həbləri, üç ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1195 qr, 1090 qr, 1210 qr ümumi təmiz çəkisi 3495 qr narkotik vasitə narkotik vasitə heroin, yeddi ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1040 qr, 1055 qr, 990 qr, 1055 qr, 1035 qr, 1065 qr, 1045 qr, ümumi təmiz çəkisi 7285 qr olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd sellofan bağlamalarda hər birinin ayrı-ayrılıqda təmiz çəkisi 1095 qr, 1030 qr ümumi təmiz çəkisi 2125 qr psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini köçürüldüyü bir ədəd DVD disk maddi sübur kimi tanınmaqla cinayət işinə əlavə edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 11 yanvar 2023-cü il tarixli qərarından görünür ki, həmin qərara əsasən qalıq çəkisi 7284,65 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3494,85 qram narkotik vasitə heroin, qalıq çəkisi 2124,90 qram psixotrop maddə metamfetamin və 370 ədəd qalmış metadon həbləri maddi sübut kimi tanınmaqla saxlanılması üçün Azərbaycan Respublikası DİN-in BMCMİnin maddi sübutları saxlama yerinə təhvil verilməsi barədə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” 11 mart 2023-cü il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 07 mart 2023-cü il tarixli AZF/LGL-2272/23 saylı məktubla müşaiyət olunan 01 ədəd diskdə təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM mobil telefon nömrəsinə aid 10 yanvar 2022-ci il tarixdən 10 yanvar 2023-cü il tarixədək olan müddət ərzində ələ keçirilmiş məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı göndərilən SMS yazışmalarının içərisində Təqsirləndirilən şəxs ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixdə “qaqa 10lug olsun...qaqa mənə falqa da verərsən...”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx.xx.2022-ci il tarixdə “... karti at mene ne olursa olsun atacam bugun”, ***-***-**-** GSM nömrənin abunəçisinə xxxx-2022-ci il tarixdə “**********681797”, ***-***-**-** GSM nömrənin abunəçisinə xx-xx- 2022-ci il tarixdə “**********681797…axwamin xeyir qaqa karti atdim”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “hecne qadan alim qoyanda yazacam kucenizin bawindayam…qoydum qadan alim... dermani aliram indi gelecem hazir ol”, ***-***-**-** GSM nömrənin abunəçisinə müxtəlif tarixlərdə “Hecne qadan alim hele burdayam gozluyurem 5 nefere demiwiy allaha and olsun alinmir axirda tahire demiwiy deyir qaqa sebirli ol indi onu gozluyurem beyagdan...narahat olmaaa men senen cox isdiyirem alinsin zeng elesin alindirim sene ozum rahat yazacam...oturub gozluyurem burda nece saatdi alinirdi eee o kimiydise cixib gedib hemde 33 manata verirdi yarini mendede pul yoxuydu orxanan 10 manat zorla almiwam 30 manatdi indi gozluyuruy dayy zeng elemediyimiz yer qalmiyib eee inanki yoxdu hec harda malll…Derman mendedi goturmuwem” mətnli mesajlar yazması məlum olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs qəbul etdiyi qısa SMS-lərin içərisində ***-***-**-** GSM nömrənin abunəçisinin 24 avqust 2022-ci il tarixdə “ACMA QAQA CANİN SAGOLSUN.BU GUN QALDİM NURLAN GİLDE.SABAH SEXE GEDİB ATNLA GORUSECEM.AMA MAL TEMASİN YOX.DEYECEM PUL İSDEDİ VERDİM AGSAQQAL SOYUS SOYUB ALİB 2 GUNDU QAYTARMİR.SENE ZENG ELESE BİLKİ MAL TEMASİ DEMEMİSEM.AYİB OLSUN SEN HYİF MUNASİBETİMİZE XEYAL”, ***-***-**-** GSM nömrənin abunəçisinin ayrı-ayrı vaxtlarda “Gətir menim pulumu ver, heç ne istəmirəm alma s***ir get sonra kimnen ne pox yeyirsən ye qutardıq day senden,yalançısan sen aldatdın yenə meni… Darvazanın altına atarsan amma mənə de he cvb al sonra...Qoy...”, ***-***-**-** GSM nömrənin abunəçisinin xx.xx.2022-ci il tarixdə “Zibilə qalmış p**u aldın??? Bax yenə deyirəm ha terpetme gələrsən birlikdə edərik axrincidi”, ***-***-**-** GSM nömrənin abunəçisinin müxtəlif tarixlərdə “Qaqa noldu gelirsen.gelmirsense pulu vur men gelim,naxadıda qayıdım... Men xazıram. gelirsen. ozumdedi...Qabaxdan gelmişdik eleme.sabax o pulu catdır...” mətnli qısa yazışmaların Təqsirləndirilən şəxs göndərmələri məlum olmuşdur. Ona görə də, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan “bank məlumatlarına baxış keçirilməsi haqqında” 18 mart 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, "xxxx" ASC-dən daxil olmuş 16 mart 2023-cü il tarixli 2023/111/2199 saylı məktubla müşayiət olunan 01 ədəd disk və hesab üzrə məxaric-mədaxil əməliyyatlara dair 07 vərəqdə təqdim olunuş çıxarışlara baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolundan görünür ki, araşdırma zamanı sorğu edilən 4169 73** **** 1797 nömrəli bank kartı Təqsirləndirilən şəxs öz adına qeydiyyatdan keçmişdir. Təqdim edilmiş çıxarışlara nəzər salınan zaman məlum olmuşdur ki, həmin plastik kart üzrə elektron hesaba 01 iyul 2022-ci il tarixdən 09 yanvar 2023-cü il tarixədək olan müddət ərzində terminallardan, digər kart hesablarından və digər sistemlə köçürmə vasitəsi ilə ayrı-ayrı vaxtlarda 10, 10, 55, 10, 15, 2, 5, 100, 25, 30, 50, 35, 25, 10, 20, 100, 6, 7, 30, 5, 20, 150, 40, 40, 15, 50, 100, 2, 10, 90, 15, 30, 11, 35, 5, 2, 15, 110, 15, 13, 24, 5, 10, 15, 15, 20, 6, 25, 10, 50 manat məbləğində pul mədaxil edilmişdir. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının qərarından görünür ki, baxış zamanı müəyyən edilmiş sübut əhəmiyyəti kəsb edən məlumatları özündə əks etdirən həmin bir ədəd CD disk maddi sübut kimi tanınaraq saxlanılması üçün cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarında olan “mobil telefon aparatına baxış keçirilməsi haqqında” 04 fevral 2023-cü il tarixli istintaq hərəkəti protokolundan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş bir ədəd “iPhone” markalı mobil telefon aparatı işlənmiş vəziyyətdədir, metal-şüşə gövdəli, sensor dizaynlı, daxili antenalı, daxili yaddaşlı və rəqəmsal fotokameralıdır. Mobil telefon işlək vəziyyətə gətirilərək daxilində olan məlumatlara baxış keçirilən zamanı çoxsaylı kontaktların, o cümlədən də adı “Riza” kimi qeyd olunmuş +**********00 saylı İran İslam Respublikasına məxsus olan GSM nömrəli kontaktların, müxtəlif fotoşəkil və video faylların olması müəyyən edildi. Həmin telefonun daxili yaddaşına keçirilmiş baxış zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı GSM nömrə ilə qeydiyyatdan keçmiş “Whatsapp” ani mesajlaşma ünsiyyət mobil telefon tətbiqi vardır. Həmin mobil tətbiqin “söhbətlər” bölməsində keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs çoxsaylı istifadəçilərlə həm yazılı, həm də səsli yazışmalarının olması məlum olmuşdur. Konket olaraq isə adı kontaktlar siyahısında “Riza” kimi qeyd olunmuş +**********00 saylı İran İslam Respublikasına məxsus nömrə ilə qeydiyyatdan keçmiş istifadəçi arasında danışıqların dialoq pəncərəsində həmin istifadəçinin 08 yanvar 2023-cü il tarixdə saat 19:02-də Təqsirləndirilən şəxs “Yaxşı qadanı alım sənin, sən o yazının üstü ilə get ora, qalanı ilə işin yoxdur, get ora, tam arxayın ol, orada bir qadındır, qadın ora qoyub, get götür, götürən kimi “okey” verdin, maşına mindin mənə kartını denən karta pul atım” səsli mesaj yollamış, həmin vaxt Təqsirləndirilən şəxs ona “heçnə qaqa, yaxşı qoy mən şey edim gedim...şey olsa ele karta atarsan gedərəm” səsli cavab vermiş, bu vaxt həmin istifadəçi Təqsirləndirilən şəxs “Qaqa sən malı götürəndən sonra sənə 500 vuracam...ürəyini buz kimi olsun..mənim malımı get götür qayıt..puldan narahat olma, pul mühüm deyil” səsli mesaj yollamış, Təqsirləndirilən şəxs də ona cavab olaraq “Oldu qaqa, yaxşı..xəbər edirəm sənə səbrli ol” səsli mesaj yollamış, daha sonra isə yenidən həmi istifadəçi ona “qaqa götürən kimi mənə “okey” ver, “okey”-i verən dəqiqə 1.000 manat kartındadır bax” səsli mesajı yollaması məlum olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs məxsus olan 01 ədəd “iPhone” markalı mobil telefon cihazı iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün BMCMİ-nin NH-nə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan Baş Narkotiklərlə Mübarizə İdarəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubunun məzmunundan görünür ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitə aludəçisi olması və əvvəllər əldə etdiyi narkotik vasitə və psixotrop maddələri tanıdığı şəxslərə satması bardə məlumatlar daxil olsa da onun cinayət əlaqələrini, narkotik vasitə və ya psixotrop maddə satdığı şəxslərin dairəsini, eləcə də Təqsirləndirilən şəxs öz ifadəsində qeyd etdiyi “Rza” adlı şəxsin şəxsiyyətini, narkotik vasitələr və psixotrop maddəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan ibtidai istintaq orqanının 25 aprel 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair istintaqı aparılmış ********* nömrəli cinayət işinin materiallarından istintaqa adı “Rza” kimi məlum olan şəxs və qeyrilərinin barəsində qabaqcadan əlbir olan bir qrup şəxsin külli miqdarda narkotik vasitələri və psixotrop maddələri istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib Azərbaycan Respublikasının gömrük sərhədindən, gömrük nəzarətindən kənar, ondan gizli qaçaqmalçılıqla keçirməklə satış məqsədi ilə İmişli rayonu ərazisinə daşıyaraq saxlaması xüsusatına görə Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. Məhkəmədə Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək İran vətəndaşı Rza ilə ona bir kiloqram heroin göndərməsi barədə razılaşdıqlarını, o Rzanın göndərdiyi narkotik vasitə olan çantanı onun şəklini atdığı köhnə yanacaqdoldurma məntəqəsində tapsa da onu götürmədiyini və həmin vaxt polis əməkdaşklarının onu saxladıqlarını, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün əldə etmək istədiyini bildirmişdir. Məhkəmə onun bu ifadəsini özünü müdafiə məqsədi daşıyan ifadə olmaqla məhkəmədə heç bir sübutla təsdiq edilməyən və işin faktiki hallarına uyğun gəlməyən ifadə olduğundan, habelə məhkəmədə tədqiq olunmuş Təqsirləndirilən şəxs vəkilinin iştirakı ilə ibtidai istintaq zamanı vermiş olduğu işin faktiki hallarına uyğun gələn səmimi etirafedici ifadəsi ilə, dindirilmiş şahidlər Şahid1, Şahid2 və Şahid3 ifadələri ilə, məhkəmədə elan olunmaqla tədqiq edilmiş Şahid4 ifadəsi ilə, kompleks məhkəmə-kimyəvi və bioloji, məhkəmə-narkoloji ekspertizasını rəyləri ilə, əməliyyat tapşırığına cavab olaraq daxil olmuş məktubla, “şəxsi axtarış və götürmə aparılması”, danışıq məlumatlarına baxış keçirilməsi, bank məlumatlarına baxış keçirilməsi və mobil telefon aparatına baxış keçirilməsi haqqında istintaq hərəkəti protokolları ilə təkzib edildiyindən həmin hissədə ifadəsinə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs əldə etdiyi külli miqdar təşkil edən narkotik vasitələrin, psixotrop maddələrin və həblərin müxtəlif çeşiddə və müxtəlif çəkidə olmaqla əhəmiyyətli dərəcədə çox olması halını nəzərə alaraq hesab edir ki, qeyd edilən kütlələri o məhz satış məqsədi ilə əldə etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 21-ci madəsinə görə narkotik vasitərin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün bir narkotik vasitənin və psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Bu həcm isə 2005-ci il 28 iyun tarixli, 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsulliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahısı” əsasında tənzimlənir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarı da bu mövqedən çıxış edir. Belə ki, həmin qərarın 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın nakotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi , narkotik vasitələrin xırda bükümlərə ayrılması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, məhkəmə ittiham üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 234.4.1 və 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Ona görə də Təqsirləndirilən şəxs CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib, həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. İşdə olan hüquqi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxxx 1997-ci ildə ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 1 faktiki olaraq yaşamışdır və qeydiyyatda olduğu ərazi üzrə müsbət səciyyələndirilir. İşdə olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qərarının surətindən görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 08 yanvar 2023-cü tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 may 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıda göstərilənləri nəzərə alır. CM-nin 8-ci maddəsi tələb edir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.1-ci maddəsinə əsasən cəzanın anlayışına görə, cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəzanın məqsədini təsbit edən CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəza cinayət qanununun Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla təyin olunur və bu zaman törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəzanın təyin etmənin ümumi əsaslarını təsbit edən CM-nin 58.3-ci maddəsində cinayət məsuliyyətinin ədalət prinsipinə uyğun olaraq göstərilir ki, cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəliliyi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini onun cəzasının yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər Yevlax Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 29 may 2022-ci il tarixdə cəzadan azad edilmişdir. Göründüyü kimi o məhkumluğu qanunla müəyyən edilmiş qaydada üzərindən götürülmədən qəsdən ağır cinayət törətmişdir. CM-nin 18-ci maddəsinə əsasən onun əməlində cinayətlərin sadə residivi halı mövcuddur. Ona görə də bu hal CM-nin 61-ci maddəsinin tələbinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalı və CMnin 65.2-ci maddəsinə əsasən onun təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ciddi cəzanın son həddinin yarısından az olmamaqla müddəasına əsaslanmaqla ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, işin vəziyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alıb belə nəticəyə gəlir ki, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yuxarı həddə yaxın azadlıqdan məhrum etmə cəzası təyin edilməli və o həmin cəzanı çəkməlidir. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu vaxtdan, 08 yanvar 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməli və o ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 7284,65 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3494,85 qram narkotik vasitə heroin, qalıq çəkisi 2124,90 qram psixotrop maddə metamfetamin və 370 ədəd metadon həbləri məhv edilməli, 1 ədəd “iPHone” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, 1 ədəd DVD və 2 ədəd CD disklər cinayət işinin materillarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci 107 manat 91 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası CPM-nin 44, 51-2,132, 318, 344- 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 08 yanvar 2023-cü il tarixdən hesab edilsin. Təqsirləndirilən şəxs qarşı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyşdirilməsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan müalicə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilsin. O ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılan qalıq çəkisi 7284,65 qram narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 3494,85 qram narkotik vasitə heroin, qalıq çəkisi 2124,90 qram psixotrop maddə metamfetamin və 370 ədəd metadon həbləri məhv edilsin. 1 ədəd “iPHone” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. 1 ədəd DVD və 2 ədəd CD disklər cinayət işinin materillarında saxlanılsın. İş üzrə məhkəmə xərci 107 manat 91 qəpik Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu gündən (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi andan) 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-451/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-451/2023
01.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver