Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-451/2024 12.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri-Məmmədov Neymət Hüsən oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Nahid Nəsir oğlu və Məmmədova Esmira Qərib qızından ibarət tərkibdə, məhkəmə iclas katibi-X4, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs1 müdafiəçisi- Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 oğlu, Təqsirləndirilən şəxs2 müdafiəçisi-«Leqal Serviz» Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxx 1986-cı ildə Sabirabad rayonu, Suqovuşan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, bərbər işləmiş, Sabirabad Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1 (056)- 18/2022 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələri ilə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, qanunvericilikdə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli, 4(056)-108/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1983-cü ildə Sabirabad şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, sürücü işləmiş, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, 06 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli, 4(056)- 107/2023 nömrəli qərarı ilə barəsində «həbs» qətimkan tədbiri seçilmiş, Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra-Cinayət Məcəlləsi) 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında videokonfrans əlaqə sistemindən istifadə edilməklə açıq məhkəmə baxışı iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 tanışı Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» X5 inzibati işlər üzrə direktor müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs barəsində, işlədiyi müəssisədə guya qanun pozuntularına yol verməsi, vəzifə səlahiyyətlərini aşması ilə bağlı əlində olan rüsvayedici məlumatları yayacağı, eləcə də bu kimi hallarla bağlı Sabirabad rayon prokurorluğuna barəsində etdiyi şikayətindən imtina etməyəcəyi hədəsi ilə hədələyib, sonuncunu qorxu altına alıb ondan xeyli miqdarda pul tələb etmiş, verəcəyi 30000 (otuz min) manat pul müqabilində bu təhlükənin aradan qalxacağını nəzərinə çatdırıb onu qorxutmuş, bundan sonra Zərərçəkmiş şəxs göstərilən məbləğdə puldan 15000 (on beş min) manatını onlara verməyə razılaşmış, 27 iyun 2023cü il tarixdə saat 22 radələrində o, Təqsirləndirilən şəxs2la birlikdə Sabirabad şəhəri, 20 Yanvar küçəsində yerləşən kafedə Zərərçəkmiş şəxsla görüşüb göstərilən məbləğdə puldan 2000 (iki min) manatını, 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində isə Sabirabad şəhəri, İ.İsgəndərov küçəsində yerləşən kafədə yenidən Təqsirləndirilən şəxs2la birlikdə Zərərçəkmiş şəxsla görüşüb 500 (beş yüz) manat olmaqla, vahid niyyətlə əhatə olunan qəsdlə ümumilikdə 2500 (iki min beş yüz) manat məbləğində pulunu almış, 06 iyul 2023-cü il tarixdə saat 18 radələrində Sabirabad şəhəri, Vidadi küçəsində yerləşən «Nar Şərab» restoranında Təqsirləndirilən şəxs2la birlikdə zərərçəkmiş Zərərçəkmiş şəxs, növbəti dəfə görüşüb 2600 (iki min altı yüz) manat məbləğində pulu eyni niyyətlə alarkən Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı cinayət başında yaxalanmışlar. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək demişdir ki, Zərərçəkmiş şəxs qanunsuz əməlləri barədə bütün orqanlara dəfələrlə rəsmi şikayətlər etmişdir. Arvadı 3-cü qrup qan xəstəsi olduğu üçün Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir. Xəstəxanada çoxdan tanıdığı Mehran adlı işçiyə yaxınlaşmış, nə baş verdiyini soruşmuş, xəstəxanadan ona demişlər ki, arvadın xəstədir, arvadına tibbi xidmət göstəriləcəkdir, xəstə özünə gələndən sonra həkim resept yazmış, onun imkanı olmadığı üçün Mehran ona 50 manat pul vermişdir ki, xəstəxanada dərmanlar yoxdur, al pulu dərmanlar alarsan. Bayramı həmin vaxtı görmüşdür. Bayramdan 1-ci dəfə 2023-cü ilin aprel ayında şikayətə başlamış, necə ola bilər ki, yanvar ayında Bayram ona pul göndərmişdir. Bayramın əmisi oğlu Sədyar Mikayılov onun atasının xalası oğlunun yeznəsidir. Sədyar gəlib ona 3000-5000 pul təklif etmiş, o isə həmin pulu istəməmişdir. Sədyar onu bezdirmiş, ona hədə-qorxular gəlib qaynatasıgilin qapısı ağzından avtomobili ilə gəlib onun qabağını kəsmiş, axırda Sədyardan «102» xidmətinə şikayət etmişdir. Daha sonra Sabirabad RPŞ-yə gedib şikayət etmişdir ki, Bayramdan şikayət etdiyi üçün Sədyar ona qarşı qanunsuz hərəkətlər edir. Bayramdan heç bir məbləğdə pul tələb etməmişdir. Təqsirləndirilən şəxs2 seyid kimi tanımış və Zaminə hörməti olmuşdur. Əvvəlki məhkəmə iclasında Zamin etiraf etmişdir ki, Bayram tərəfindən ona təklif gəlmiş, Zamini Bayramın üzərinə özü göndərməmişdir. Zaminə seyid olduğuna görə Bayram üçün keçdiyini demişdir. Bayram 2600 manat pulu gətirib Zaminə verib və «minnətdaram bizi barışdırdın, sülh etdin, kasıb adamsan al maşınını düzəltdirərsən, kasıb adamlara kömək edərsən» demişdir. Xəstəxanada Ölməzin otağında pul tələb etmişdirsə, nə üçün həmin vaxtı polis şöbəsinə şikayət etməmişdir. Xəstaxananın hər yeri kameradır, baxın görün xəstəxananın hansı tərəfində yaxınlaşıb pul tələb etmişdir. Bayramla bir dəfə telefon əlaqəsi olmuş, zəng etmiş, «qardaş qurban olum başına dönüm mənə xahişə adam göndərmə» demişdir. Xəstəxanaya gedəndə baş həkimin yanına və ya başqa həkimlərin yanına getmişdir. Bayram çirkin əməllərini davam etdirmək üçün qərəzli olaraq ondan şikayət etmişdir. Bayramdan hər hansı məbləğdə pul tələb etməmişdir. Zaminlə əlbir olmamış, Zamin özü ona Bayram üçün xahişə gəlmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, Bayramı Sabirabad Rayon Dövlət Sosial Müdafiə fondunda işləyən vaxt tanımış, ancaq hər hansı formada əlaqəsi olmamışdır. Xəstəxanaya arvadı ilə bağlı müraciət etmiş, həmin vaxtı Bayramı orda görmüşdür. Mehranı tanımış, Sabirabad rayon sakini kimi əlaqəsi olmuşdur. Həkim respt yazmış, dərmanları almağa imkanı olmadığı üçün Mehran ona dərman almaq üçün 50 manat vermişdir. Mehran 2023-cü ilin yanvar ayında ona 50 manat pul vermiş, Bayramdan isə 2023-cü ilin yanvar ayında şikayət etmişdir. Mehran xəstəxanada mühasibatlıqda işləmiş, əmək haqqı işlərinə baxmışdır. Mehranı tanıdığı və münasibəti olduğu üçün Mehran ona köməklik etmişdir. Bayramla görüşən vaxtda, iki dəfə Mehran orada iştirak etmişdir yəni, Bayramın əmisi oğlu ilə çayxanda görüşəndə və Ölməz ilə görüşəndə Mehran orada olmuşdur. Bayramla iki dəfə görüşmüşdür. Bayramla Zaminlə çörək yeyən vaxtı görüşmüşdür. Bayramın əmisi oğlu çağırmışdır ki, Bayram əmisi oğludur, sən də qohumsan şikayətindən keç, o, da şikayətindən keçməyəcəyini demiş, həmin vaxtı Zamin orada iştirak etməmiş, Zamin daha sonra gəlmişdir ki, xahişə çıxıblar Bayramla barış. Ona verilən pullardan Zaminə verməmiş, Zamin ondan pul almamış, Zaminin Bayramdan da pul istəməsinə inanmamışdır. Səs yazılarından «xahiş edirəm, qurban olum, üstümə adam göndərmə» səs yazısını təsdiq etməmiş, həmin səs yazısı onun telefonundan göndərilmişdir. Bayramdan pul tələb etməmişdir. Bayrama SMS yazmamış, ancaq zəng etmişdir. Bayramdan 15000 və ya 30000 manat pul tələb etməmişdir. Zamin 2023-cü ilin may ayında söhbətlərə qoşulmuşdur. Zamin özü ona yaxınlaşmışdır. Bayram Zaminə qədər əmisi oğlunu ona xahişə göndərmişdir. Mehrandan da əvvəl Bayramın əmisi oğlu Sədyar ona yaxınlaşmışdır. Zamin verdiyi ifadəsində üzərinə şər atmışdır, düzgün olmayan məlumatları bildirmişdir. Zaminə hər hansı məbləğdə pul verməmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 məhkəmədən barəsində bəraət hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında, Zamini Bayramın üzərinə özünün göndərməməsi, Bayramdan 15000 və ya 30000 manat pul tələb etməməsi və pul almaması, Zaminə hər hansı məbləğdə pul verməməsi ilə bağlı hissədə verdiyi ifadələrini, cinayət işinin materiallarına uyğun olmayan, özünün və digər Təqsirləndirilən şəxs2 müdafiəsi məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Zamini Bayramın üzərinə özünün göndərməməsi, Bayramdan 15000 və ya 30000 manat pul tələb etməməsi və pul almaması, Zaminə hər hansı məbləğdə pul verməməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə tərkibi belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında belə ifadə verməklə özünün, digər Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarması, eləcə də məsuliyyətini yüngülləşdirmək məqsədi güdmüşdür. İşin məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində demişdir ki, gördüyü işi xeyirxah əmələ görə etmiş, cinayət əməli olduğunu bilməmişdir. Bayram müraciət edib «bizi barışdır, mənim problemim var» demişdir. Bayram həmçinin ona demişdir ki, adamlar göndərmiş Azərin üstünə, Azər ondan 15000 manat pul istəmiş, Mehranı Azərin üstünə göndərmişdir. Azərə 50 manat pul vermişdir. Həmçinin Bayram ona demişdir ki, öz qohumu Sədyarı Azərin üstünə göndərmiş, Azər isə ondan 15000 manat pul istəmişdir. Bayram ona köməklik etməsini xahiş etmişdir. Azərə demişdir ki, Bayram ondan xahiş edib göndərib sənin üstünə Bayramla barışın getsin. Azər demişdir ki, Bayram 30000 manat pul versin, bundan sonra Bayramdan yazmasın. Azərin 30000 manat pul istəməsini Bayrama demiş, Bayram isə imkanı olmadığını demişdir. X7 30000 manat pul verməyə imkanı olmadığını demişdir. Azər isə, eybi yox Bayram 15000 manat məbləğdə pul versin demişdir. Bundan sonra Bayrama Azərin 15000 manat istədiyini demişdir. «Qurban bayramı»na 10-12 gün qalmış Bayram Bakı şəhərində yerləşən bankdan kredit götürəcəyini, krediti götürdükdən sonra 15000 manat məbləğdə pulu Azərə verəcəyini demişdir. Sonradan Bayramla görüşmüş, Bayram ona 2000 manat məbləğdə pul vermiş, o da 2000 manat pulu apararaq Azərə vermişdir. 7-8 dəfə Bayramla oturub söhbət etmişlər, üç epizodda Bayram ona pul vermiş, o da həmin pulları apararaq Azərə vermişdir. Üçüncü dəfə Azər onun yanında olmuşdur. Bayram Azərə vermək üçün birinci dəfə 2000 manat, ikinci dəfə 500 manat, üçüncü dəfə isə 2600 manat pul vermişdir. Bayram ona «kasıbçılıqdı sənə köməklik edərəm» demiş, Bayrama pul qarşılığında heç nə etmədiyini demiş, Bayram isə avtomobilini düzəltdirəcəyini demişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, Bayram Azərə vermək üçün birinci dəfə 2000 manat, ikinci dəfə 500 manat pul vermiş, həmin pulları apararaq Azərə vermiş, Azər həmin pullardan ona hər hansı məbləğdə pul verməmişdir. Bayram Azərə vermək üçün üçüncü dəfə isə 2600 manat pul vermişdir. Bayram məslənin həll olunması üçün onu restorana çağırmış, Bayram Azərin üstünə adamlar göndərdiyini, xahişlər etsə də Azərin dayanmadığını, şikayətlərinə davam etdiyini bildirmişdir. Onun niyyəti Bayramla Azəri barışdırmaq olmuş, heç kimdən pul istəməmişdir. Avtomobili xarab olduğu üçün Bayram Azərə verdiyi puldan götürüb ona vermiş və avtomobilini düzəltdirməsini bildirmişdir. Bayram ona, Azərə özü pul versə, Azərin yenə ondan əl çəkməyəcəyini demiş, bir seyid kimi onu araya saldığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Cinayət işi materiallarından görünür ki, Cinayət-Prosessual Məcəlləsinin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş Təqsirləndirilən şəxs2 ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs2 ibtidai araşdırma zamanı müvafiq olaraq Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, demişdir ki, Zərərçəkmiş şəxs tanıyır. Bayram Sabirabad RMX PHŞ-nin inzibati işlər üzrə direktor müavini vəzifəsində işləyir. Rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs şikayətlər etmişdir. Bu səbəbdən Bayram onun yanına gəlmiş və Azərlə barışmaq istədiyini, onun isə seyid kimi rayonda nüfuzunun olduğunu demiş və o, Azəri Bayramla barışdıra biləcəyini bildirmiş, Bayram bu barədə ondan xahiş etmişdir. O, da Azərlə görüşüb bu barədə danışmışdır. Azər də cavabında ona Bayramla barışacağını bildirmişdir. O, Azər, Bayram və Bayramın işçisi Mehranla birlikdə 27 iyun 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad rayonu, Cavad Restoranının yaxınlığındakı çayxanada görüşmüşlər. Həmin vaxt biraz söhbət etdikdən sonra, Bayram dost kimi ona bəzi problemlərinə köməklik məqsədilə 2000 manat pul vermişdir. O, da həmin pulu götürmüşdür. Həmin vaxt onun yanında Azər, Bayramın işçisi Mehran olmuşdur. Bayramın ona 2000 manat pul verdiyini Azər və Mehran da görmüşdür. Daha sonra isə onlar çayxanadan durmuşlar. Bundan sonra 05 iyul 2023-cü il tarixdə o, Azər, Bayram və Mehranla birlikdə Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanası» adlanan yerdə görüşüb çay içmişlər. Həmin zaman Bayram yenidən cibindən 500 manat pulu çıxarmış və ona vermişdir. O, da həmin pulu pal-paltar almaq üçün Bayramdan götürmüşdür. Bayramın ona 500 manat pul verdiyini Azər və Mehran da görmüşdür. Bundan sonra birlikdə həmin çayxanadan durmuşlar. Daha sonra isə 06 iyul 2023-cü il tarixdə Sabirabad şəhərində yerləşən «Nar Şərab» restoranında görüşüb, oturub yemək yemişlər. Həmin vaxt Bayram cibindən 2600 manat pul vəsaiti çıxararaq saymağı üçün yanında oturan Mehrana vermişdir. Mehran da pulu saymış və stolun üstünə qoymuşdur. Offisiantlar qapını açıb pulu görməsinlər deyə pulu götürüb cibinə qoymuşdur. Həmin vaxt Bayramın həmin pulu nə üçün ona verdiyini o, bilməmişdir. Bundan sonra polis əməkdaşları gəlmiş və müvafiq sənədləşmə apararaq protokol tərtib etmişlər. O və Azər Zərərçəkmiş şəxs hədə-qorxu ilə heç bir məbləğdə pul tələb etməmişlər. Zərərçəkmiş şəxs aldığı pul vəsaitlərini özünün ehtiyacları və bəzi borcları üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 istintaq zamanı verdiyi 09 iyul 2023-cü il tarixli ifadəsində isə ilkin ifadəsində göstərilənləri Təqsirləndirilən şəxs1 aid hissədə təsdiq etməyərək bildirmişdir ki, Təqsirləndirilən şəxs1 Bayrama dəfələrlə hədə-qorxu gələrək, barəsində rüsvayedici məlumatları mətbuatda işıqlandıracağını bildirmişdir. Bayram onun yanına gəlib, Azərlə onu barışdırmasını xahiş etmişdir. Azərlə görüşüb bu barədə dedikdə, Azər cavabında ona, Bayramdan şikayət ərizələri və rüsvayedici məlumatları yazmaması üçün 30000 (otuz min) manat pul istədiyini bildirmişdir. 2023-cü ilin iyun ayında o, Bayramla Sabirabad rayonunda yerləşən «Dostluq» kafesində görüşmüşdür. Birlikdə çay içən zaman söhbət əsnasında o, Bayrama Azərin tələblərini çatdırmış və kömək edə biləcəyini bildirmişdir. Bayrama Azərin 30000 (otuz min) manat pul tələb etdiyini demişdir. Həmin pulun müqabilində Azər Bayramdan əl çəkəcəkdir. Lakin Bayram həmin pulu verməsə, Azər Bayramın haqqında hər yerə şikayətlər yazacaqdır. Bayram pulu ödəyə bilməyəcəyini və məbləğin çox olduğunu bildirmişdir. Bundan sonra o, çayxanadan durmuş və Azərlə görüşüb Bayramın 30000 manat pulu düzəldə bilməyəcəyini ona bildirmişdir. Azər də cavabında ona Bayramın 15000 manat pul düzəltməsini və 3 nəfər şəxsin Sabirabad RMX-na işə düzəltməsi kimi tələblərinin olduğunu bildirmişdir. O, da bir müddət sonra Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanası» adlanan çayxanada Bayram və Mehranla görüşüb çay içmişlər. Həmin vaxt Bayrama Azəri yola gətirdiyini və pulu 30000 (otuz min) manatdan 15000 (on beş min) manata düşürdüyünü bildirmişdir. Eyni zamanda Bayrama Azərin digər tələblərinin olduğunu da bildirmişdir. Bayram Azərə 15000 (on beş min) manat pul verməli, bundan başqa isə 3 nəfər şəxsi Sabirabad RMX-na işə götürməli idi. Bayram da cavabında ona pulun yenə çox olduğunu və şəxslərin Sabirabad RMX-na işə düzəlmə məsələsinə isə səlahiyyətinin çatmadığını və həmin səlahiyyətin direktorun səlahiyyətində olduğunu bildirmişdir. Bayrama yenə də kömək edəcəyini bildirmişdir. Bir müddət sonra istifadəsində olan mobil nömrə ilə Bayrama zəng edərək, Azərin 15000 (on beş min) manata razılaşdığını və işə düzəlməli olan şəxslər barəsində olan söhbəti ilə birlikdə görüşüb danışmalı olduqlarını bildirmişdir. 27 iyun 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad rayonu, Cavad Restoranının yaxınlığındakı çayxanada görüşmüşlər. Həmin vaxt çayxanada o, Mehran, Azər və Bayram birlikdə söhbət etdikdən sonra, Bayram cibindən 20 ədəd 100 manatlıq pul əskinaslarını çıxarmış və ona 2000 manat pul vermişdir. Azərlə Bayram razılaşmışlar ki, qalan 13000 (on üç min) manatı 04 iyul 2023-cü il tarixdə Bayram bankdan kredit götürüb verəcəkdir. Bundan başqa, Azər Bayrama tanışı olan bir nəfər xanımın şəxsiyyət vəsiqəsinin surətini verərək, həmin şəxsin xəstəxanada işə düzəlməyini təmin etməyini tələb etmişdir. Bayram da Azərə həmin məsələyə səlahiyyətinin olmadığını, lakin bu barədə direktordan xahiş edəcəyini bildirmişdir. Azərlə birlikdə çayxanadan uzaqlaşdıqdan sonra pulu çıxarıb Azərə vermişdir. Azər də həmin 2000 manat puldan əziyyət haqqı olaraq ona 500 manat pul vermişdir. 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində o, Azərlə birlikdə Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanasın»da Bayram və Mehranla görüşmüşlər. Həmin vaxt Azərə çatacaq 500 manat pulu Bayram ona vermiş və qalan pulu da ən qısa zamanda çatdıracağını bildirmişdir. Azərlə birlikdə çayxanadan uzaqlaşdıqdan sonra pulu çıxarıb Azərə vermişdir. Azər də həmin 500 manat puldan əziyyət payı olaraq ona 150 manat vermişdir. Bundan sonra 06 iyul 2023-cü il tarixdə saat 18 radələrində o, Azərlə birlikdə Sabirabad şəhərində yerləşən «Nar Şərab» Restoranına getmişlər. Bayram və Mehran əvvəlcədən kabinetdə oturmuşdular. Bayramla söhbət etməyə başlamışdır. Həmin zaman Bayram üzərində olan 2600 manat pul vəsaitini çıxardıb Mehrana vermiş, Mehran Azərə çatacaq pulu saymış və 2600 manat olduğunu bildirib ona vermişdir. O, da pulu sayaraq Azərə verilməsi üçün götürmüşdür. Bayram 15000 manatdan qalan qalığı ən qısa zamanda çatdıracağını bildirmişdir. Əlavə olaraq Azər Bayrama, ona verdiyi şəxsiyyət vəsiqəsindəki adamı işlə təmin etməsini bildirmişdir. X11 buna səlahiyyətinin çatmadığını bildirmişdir. Həmin vaxt polis əməkdaşları onların oturduqları kabinetə daxil olmuş və özlərini təqdim etdikdən sonra pul vəsaitlərini könüllü təqdim etmək üçün Azərlə ona təklif etmişlər. O, da Bayramın verdiyi 2600 manat pulu təqdim etmişdir. Bundan başqa o, cibindən 05 ədəd 100 manatlıq pul əskinası, 01 ədəd 50 manatlıq pul əskinası, 01 ədəd 5 manatlıq pul əskinası və 01 ədəd 1 manatlıq pul əskinası olmaqla, ümumilikdə 556 manat pulu, 01 ədəd təsərrüfat işlərində istifadə etdiyi cib bıçağını polislərə könüllü təqdim etmişdir. Bu barədə protokol tərtib olunmuş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Bütün əməliyyat videokamera ilə çəkilmişdir. Təqsirləndirilən şəxs2 ifadəsini davam etdirərək bildirmişdir ki, həqiqətən də, Azər Bayramdan 30.000 manat pul tələb etmişdir. Həmin pulu tələb etdiyini də ona bildirmişdir. O, da Azərlə Bayramı barışdırmaq məqsədilə Azərin tələbini Bayrama çatdırmışdır. O, 500, 2000 manat olmaqla, ümumilikdə 2500 manat pulu Azərə vermək üçün Bayramdan almış və Azərə vermiş, 2600 manat pulu alarkən isə polis əməkdşları tərəfindən tutulmuşdur. Bayramdan pul tələb etməmiş, Bayramdan pulu Azər tələb etmişdir. Azər Bayrama, dəfələrlə hədə-qorxu gələrək barəsində rüsvayedici məlumatları mətbuatda işıqlandıracağını bildirmişdir. Azər ona bildirmişdir ki, əgər həbs olunmasa və çölə çıxsa özünə məxsus avtomobilini satacaq, eyni zamanda pul düzəldib onun ailəsinə kömək edəcəkdir. Azər onu əmin etmişdir ki, gözü arxada qalmasın. Lakin barələrində Sabirabad Rayon Məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilən zaman məhkəmə zalında Azərin, bütün pulları Bayramdan onun aldığını və özünün heç bir günahının olmadığını bildirməsi və bunu onun üzünə qarşı deməsi ona çox pis təsir etmişdir. Bu səbəbdən də o, həqiqətləri üzə çıxarmaq qərarına gəlmişdir. Azər Bayramdan aldığı 2000 manat puldan 500 manatı və 500 manatdan da 150 manatı ona vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında, Bayramın məsələnin həll olunması üçün onu restorana çağırması, Bayramın Azərin üstünə adamlar göndərməsi, xahişlər etsə də Azərin dayanmaması, şikayətlərinə davam etməsi, niyyətinin Bayramla Azəri barışdırmaq olması, heç kimdən pul istəməməsi, Bayramın ona Azərə özü pul versə, Azərin yenə ondan əl çəkməyəcəyini deməsi, Bayramın bir seyid kimi onu araya salmasını bildirməsi ilə bağlı hissədə verdiyi ifadələrini cinayət işinin materiallarına uyğun olmayan, özünü müdafiə məqsədi ilə uydurulmuş, qeyri-səmimi və işin faktiki halları ilə təkzib edilən ifadə kimi qiymətləndirir və qeyd edilən hissədə (Bayramın məsələnin həll olunması üçün onu restorana çağırması, Bayramın Azərin üstünə adamlar göndərməsi, xahiş etsə də Azərin dayanmaması, şikayətlərinə davam etməsi, niyyətinin Bayramla Azəri barışdırmaq olması, heç kimdən pul istəməməsi, Bayramın ona Azərə özü pul versə, Azərin yenə ondan əl çəkməyəcəyini deməsi, Bayramın bir seyid kimi onu araya salmasını bildirməsi) təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsini mötəbər sübut hesab etmir. Məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında belə ifadə verməklə cinayət məsuliyyətindən və cəzadan yaxa qurtarmaq məqsədi güdmüşdür. Məhkəmə araşdırılmış mötəbər sübutları, eləcə də təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, digər istintaq hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, cinayət işi üzrə toplanmış və məhkəmə istintaqı zamanı tədqiq olunmuş sübutları məcmu halda və ayrı-ayrılıqda obyektiv qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri iş materiallarında olan, biri digəri ilə uzlaşan mötəbər ittiham sübutlarının məcmusu ilə öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində demişdir ki, Sabirabad Rayon Mərkəzi Xəstəxanasında inzibati işlər üzrə direktor müavini vəzifəsində çalışmış və çalışdığı müddətdə rəhbərliyinin tapşırıqlarını yerinə yetirmişdir. Həmin müddətlərdə ona demişlər ki, Azər adlı şəxs var, türmədədir. Azər gələndən sonra xəstəxanada böyük problemlər yaradacaqdır. Vaxt vədə yetişmiş, həmin Azər adlı şəxs türmədən çıxıb gəlib ona yaxınlaşıb özünü Azər kimi təqdim etmiş və bildirmişdir ki, onun öz qaydaları var, hansı qaydaları deyirsə bura o qaydalarla idarə olunur. Azərin danışıqlarına məhəl qoymamış, çünkü məqsədi xəstəxananı qanunlarla uyğun idarə etmək və xəstəxanada insanların sağlamlığının qeydinə qalmaq olmuşdur. Sonradan Azər dəfələrlə gəlib-getmiş və bildirmişdir ki, nə istəyirsə xəstəxanada hər şey elə olmalıdır. Azər satınalma şöbəsinin müdiri Şahid1 yaxınlaşıb ona «Bayram mənim istədiklərimi etməsə ondan yazacam onu şərləyəcəm və hər yola əl atacam» demişdir. Azər pul istəmiş, o da Mehrana 50 manat vermişdir ki, 50 manatı Azərə versin və Azərə «bizim gücümüz buna çatır tibbi tərəfdən işi düşərsə gəlsin başqa digər işlərlə bağlı narahat etməsin» demişdir. Azər pulu götürüb getmiş, sonradan yenə öz təhdidlərinə başlamışdır. 2023-cü ilin yanvar ayında Sabirabad Rayon Xəstəxənasının mülkü müdafiənin qərargah rəisi Ölməzin otağında Azər, Mehran, Ölməz və özü bir yerdə görüşmüşlər, Azər orada ondan 15000 min manat pul tələb etmiş və bildirmişdir ki, bu pulu versə Azər ondan əl çəkəcək və ondan heç bir yerə müraciət etməyəcəkdir. Azər təhdidlərini «whatsap» statuslarından da yazmış, təhqiramiz ifadələrlə statuslar paylaşmış, düzgün savadı olmadığı üçün yazdıqları da hamısı səhv olmuş və bu faktlar onlarda vardır. Azərə otaqda bunun mümkünsüz olduğunu və öz işində düz olduğunu bildirmiş, Azər isə bu qaydaların ona keçmədiyini və öz tələbindən əl çəkməyəcəyini demiş və sonra çıxıb getmişdir. Azər haqsız və şər böhtan yazılar yazmışdır. Sonradan bilmişdir ki, qohumu X3 tanışlığı var, Sədyardan xahiş etmişdir ki, Azərə qanunsuz əməllərinə son qoymağını bildirsin. Azər Sədyarla görüşüb eyni məbləği tələb etmiş 15000 manat verilməyəcəyi təqdirdə o, öz qanunsuz əməllərindən əl çəkməyəcəyini bildirmişdir. Azər nəyinki Xəstəxanada Sabirabad rayonunda belə öz qaydaları olduğunu demişdir. Beləliklə, bu pulun verilməsinin mümkün olmadığını və öz işində düz olduğunu demişdir. Sonradan Azər xəstəxana kalidorunda ona yaxınlaşıb bildirmişdir ki, bir nəfər şəxs yaxınlaşacaq və onun sözü Azərin sözü olduğunu demişdir. Sonradan şəxsi mobil telefonuna zəng gəlmiş, adının Mirzamin olduğunu demiş və onunla görüşmək istədiyini demişdir. Zamin adlı şəxsdən nə ilə bağlı onunla görüşdüyünü soruşduqda Azərlə bağlı olduğunu demişdir. Birinci görüşmək istəməsə də sonra məcburiyyətdən görüşmüşdür. Sabirabad rayonunda yerləşən «Dostluq» restoranında Zaminlə görüşmüşlər və Zamin ona Azəri razı salacağını və Azərin qanunsuz əməllərindən geri çəkiləcəyini demişdir. Bildirmişdir ki, bu mümkün deyil, Azər ondan pul tələb edir və Azərə həmin pulu verə bilməz. Ona görə də Azər öz əməllərindən geri çəkilmir. Zamin ona Azər ilə razılaşdıracağını və bu işi həll edəcəyini demişdir. Daha sonra Zamin ona zəng edərək Azərin 30000 min manat pul tələb etdiyini demiş, o isə bu pulun ümumiyyətlə mümkünsüz olduğunu demiş və necə bilirsə elə də davam etməsni demişdir. X12 razı salacağını demişdir. Zamin növbəti danışıqda bildirmişdir ki, Azər razılaşıb 15000 manata görüşmələri lazımdır, Azər pulu istəyir. Zamin söhbətə qoşulduqdan sonra Azər onun haqqında heç bir məlumat yazmamış və onun pul verməsinə razılaşıb-razılaşmadığını gözləmişdir. Azərin əməllərindən Sabirabad rayonunda çox adam zərər çəkmiş, bunların içində əks cinsin nümayəndələri də olmuşdur. Azər xəstəxanada işləyən bəzi qadınlara qarşı əxlaqsız təkliflər edib, rədd cavabı alanda da həmin qadınlardan da yazmağa başlamışdır. Xəstəxananın daxilinə tək təcili tibbi yardım avtomobillərini buraxsalar da Azər yeganə adam olmuşdur ki, şəxsi avtomobilini xəstəxananın qabağında saxlamışdır. Azər nəyinki, xəstəxananın direktoru, Sairabad rayonunda fəaliyyət göstərən digər idarə təşkilat direktorlarından da aylıq pul məbləğləri almışdır. Azərdən şikayətçidir və Azərə ən ağır cəza vermələrini xahiş etmişdir. Zamin Azərin qurbanıdır, Azərin sözünə görə cinayət əməlini törətmişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, əvvəl Sabirabad rayonunda DSMF-nin direktoru olmuş, soruşanda ki, Azər ora gəlmir, demişlər ki, Azərin kurasiyası xəstəxana olmuşdur. Azər ondan qabaq da xəstəxanaya getmiş, gəlib hətta xəstəxanada yaşlı bir həkimi də döymüşdür. Azərə 1-ci dəfə 2000 manat, 2-ci dəfə 500 manat 3-cü dəfə 2600 manat pul vermişdir. 22 iyun 2023-cü il tarixdə 2000 manat, iyul ayının əvvəlində «Qoçunun» çayxnasında 500 manatı vermişdir. Həmin vaxtı daha çox məbləğdə pulu tapa bilməmiş, Azər də pul verməsi üçün dirənmişdir. 2000 manat məbləğdə pulu alan vaxt Bakı şəhərində olmuş, Azər və Zamin məcbur etmişlər ki, Bakıdan gəlməlisən və o, Bakı şəhərindən qayıdıb Azər və Zaminə pulu vermişdir. Azərə 500 manat və 2000 manat pulu verəndə Mehran və Zamin orada olmuşlar. Azər «whatsapp» statuslarında ona təhqiredici statuslar paylaşmışdır. Azər əvvəl ondan 15000 manat pul istəmiş, razılaşmadıqda Azər ondan bütün orqanlara yazmışdır. Azər özünü Mehrana yaxın hiss etmiş, o da Mehrana demişdir ki, çalış Azər yaxına gəlsin. Azər ondan pul tələb edəndə 1 il olardı ki, xəstəxanda işləmişdir. Azər xəstəxanada iki xadimədən prokurorluğa şikayət etmiş, onların hər ikisi ailə başçılarını itirmiş qadınlar olmuşlar, Azər həmin qadınlara əxlaqsız təkilflər etmiş, rədd cavabı aldığı üçün həmin qadınlardan şikayət etmişdir. Azər ondan şəxsən özü, əvvəl 15000 manat istəmiş, o, razılaşmamış, daha sonra Zaminlə əlbir olub onun vasitəsi ilə 30000 manat pul istəmişdir. Azər ondan bütün orqanlara şikayət etmişdir. Azər onu işləməyə qoymamış, bütün gün işləri Azərin qanunsuz yazılarına cavab verməkdən ibarət olmuş, Azər xəstəxananın iş rejimini pozmuşdur. Azər ona ailəsi ilə bağlı yazılar yazacağını bildirmişdir. 1-ci dəfə Ölməzin otağında Mehran, Ölməz, Azər və özü olmaqla, dördü bir yerdə görüşmüşlər. Zamini o müddətə qədər tanımamış, Azər ona demişdir ki, «sənə bir nəfər yaxınlaşacaqdır». Azər ona qanun pozuntuları etdiyinə görə pul istədiyini demiş, Azərə ümimiyyətlə heç bir qanun pozuntusu etmədiyini demiş, belə olmasa da ailə vəziyyəti ilə bağlı yazacaqdı, ailə həyatı uğursuz olmuş, boşanmış, Azər ona «hər yolla səni şərləyəcəm» demişdir. Azər elə bir şəxs idi ki, Sabirabad Rayon Hərbi Komisarından 15000 manat pul istəmişdir. Azər rüsvayedici məlumatları «whatsapp» statuslarında paylaşmışdır. Azərin ondan aldığı puldan Zaminə verməsini dəqiq bilməmişdir. Sonradan mediyadan eşitmişdir ki, Azər Zaminə xırda xuruş pul vermişdir. Zamindən şikayəti yoxdur, Zamin Azərin qurbanıdır. Zamin ondan pul istəyəndə Azərin pul istədiyini, pulu verib canını qurtarmağını demişdir. 1-ci və 2-ci dəfə pulu verəndə Mehran pulu sayıb Zaminə vermişdir. Zaminə pulu Azərə vermək niyyəti ilə vermişdir. 1-ci dəfə Azər şəxsən özü ondan 15000 manat pul istəmişdir. İlkin vaxtı Azər ondan pul istəyən zaman əlində fakt olmamış, sonradan əlində fakt olduğu üçün polis şöbəsinə şikayət etmişdir. Dindirilmiş şahid Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid3 ifadəsində bildirmişdir ki, 06 iyul 2023-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kənd sakini Zərərçəkmiş şəxs RPŞ-yə ərizə ilə müraciət edərək, Sabirabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan hədə-qorxu ilə pul tələb etdiklərini və həmin tarixdə saat 18 radələrində Sabirabad şəhərində yerləşən «Nar Şərab» adlı restoranda özündə olan 2600 manat pul vəsaitini Azər və Zaminə verəcəyini bildirmişdir. Bayram Azər və Zaminin cinayət əməllərini ifşa etmək məqsədilə adları çəkilən şəxslərə verəcəyi 2600 manat pul vəsaitini polis əməkdaşlarına təqdim edə biləcəyini bildirmişdir. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmiş, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi onun özünə həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Əməliyyat tədbirində iştirak edəcək şəxslərin CAB-nin baş əməliyyat müvəkkili Şahid2, NMQ-nin baş əməliyyat müvəkkili Şahid6, CAB-nin əməliyyat müvəkkili Şahid4, CAB-nin axtarış üzrə əməliyyat müvəkkili Şahid5, CAB-nin əməliyyat müvəkkili İlkin Bədəlov, CAB-nin əməliyyat müvəkkili Sənan Əsgərov və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Bayramın Azər və Zaminə verəcəyi 2600 manat pula baxış keçirilərək kserosürətləri çıxarılaraq Sabirabad şəhərində yerləşən «Nar Şərab» adlı restoranda görüşmələri üçün Bayrama təhvil verilmiş, Zamin və Azər ilə görüşdükdən sonra polis əməkdaşlarına işarət etməsi izah edilmişdir. Bayram Zamin və Azər ilə görüşmək məqsədi ilə getmiş və bundan sonra əməliyyat tədbirində iştirak edən polis əməkdaşları ilə birlikdə «Nar Şərab» adlı restoranın yaxınlığında Bayramın işarətini gözləmişlər. Təxminən 20-25 dəqiqə sonra Bayramdan «whatsapp» vasitəsi ilə işarə gəlmiş və o, tədbirdə iştirak edən polis əməkdaşları ilə birlikdə «Nar Şərab» adlı restoranda yerləşən 1 nömrəli otağa daxil olmuşdur. Otaqda Bayramdan və Mehrandan başqa Zamin və Azər olmuşlar. Azər və Zaminə Bayramın RPŞ-yə etdiyi müraciətin məzmunu bildirilərək müraciət əsasında təxirəsalınmadan əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edildiyi bildirilərək onlarda olan 2600 manat pulu təhvil vermələri təklif edilmişdir. Zamin üzərində olan 2600 manat pulu təqdim etmiş və həmin pulların əməliyyat tədbirinin keçirilməmişdən əvvəl Bayramın təqdim etdiyi pullarla eynilik təşkil etməsi müəyyənləşmişdir. Zamindən həmin pulları haradan əldə etdiyi soruşulduqda, Zamin həmin pulları Bayramdan aldığını bildirmişdir. Zamindən aşkar olunmuş 2600 manat puldan əlavə olaraq Zamindən bıçaq, «Vertu» markalı mobil telefon, 556 manat pul, qol saatı və eynək, Azərdən isə «Samsung» markalı mobil telefon, 79 manat pul, 03 ədəd «Kapital bank»a məxsus debet kartı, qol saatı, avtomobil açarı, 03 ədəd şəxsiyyəti təsdiq edən vəsiqələr aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, pul Zaminin cibindən çıxmış, Zaminin cibindən çıxan pulun Azərə çatacağını demişdir. Dindirilmiş şahid Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid6 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş, Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində demişdir ki, o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs tanıyır. Azər mütəmadi olaraq Sabirabad RMX-ya gəlib orda olan işçiləri hədələyərək, hamıya öz istədiyi kimi işləməsini bildirmişdir. Zamini isə Azərin vasitəsilə tanıyır. Zərərçəkmiş şəxs isə Sabirabad RMX PHŞ-nin inzibati işlər üzrə direktor müavini vəzifəsində işləyir. 2023-cü ilin yanvar ayında Zərərçəkmiş şəxs onu xidməti otağına çağıraraq, Təqsirləndirilən şəxs1 işlədiyi xəstəxayana gələrək, hamının ondan qorxduğunu, özünün qayda qanunu olduğunu, hansı işçilərin adını deyərsə, həmin işçilərə Zərərçəkmiş şəxs irad bildirməməli olduğunu demişdir. Əks təqdirdə, Azər Zərərçəkmiş şəxs müxtəlif instansiyalara şikayətlər yazacağını və müxtəlif ünvanlara guya ki, xəstəxananın qanunsuz əməlləri barədə şikayət ərizəsini yazacağı ilə bağlı Zərərçəkmiş şəxs hədələmişdir. Zərərçəkmiş şəxs işində nöqsanlar olmasa belə, ailə problemləri ilə bağlı mətbuatda, sosial şəbəkələrdə onu rüsvay edəcəyini bildirmişdir. Bu səbəbdən Zərərçəkmiş şəxs öz şəxsi məvacibi hesabına ona 50 (əlli) manat pul verərək həmin pulu Azərə verməyini ona bildirmişdir. O, da həmin 50 manat pul vəsaitini xəstəxananın həyətində Azərə vermişdir. Bundan sonra Azər Sabirabad RMX Publik hüquqi şəxsin Təhlükəsizlik bölməsinin müdiri vəzifəsində işləyən X2 xidməti otağına gəlmiş və xidməti otaqda o, Zərərçəkmiş şəxs və X9 görüşmüşlər. Bu vaxt Azər xəstəxanadan və Zərərçəkmiş şəxs şikayət etməmək müqabilində Bayramdan 15000 (on beş min) manat pul istəmişdir. Zərərçəkmiş şəxs isə cavabında ona həmin məbləğə gücü çatmadığını və məbləğin çox olduğunu bildirmişdir. Lakin Azər razılaşmayaraq Zərərçəkmiş şəxs həmin pulu tələb etmişdir. Bundan sonra Azər getmişdir. Bir müddət sonra o, Zərərçəkmiş şəxs, Bayramın qohumu X1 və Ölməzlə birlikdə Azərlə Sabirabad RMX-nın yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs Azərə məbləği aşağı salmasını və şikayətlər yazmamasını xahiş etmişdir. Lakin Azər yenə də əməllərindən əl çəkməmiş və Zərərçəkmiş şəxsla razılaşmayaraq əksinə 30.000 manat pul tələb etmişdir. Bundan sonra Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanası» adlanan çayxanada o və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 ilə görüşüb çay içmişlər. Həmin vaxt Zamin Zərərçəkmiş şəxs Azəri yola gətirdiyini və pulu 30000 (otuz min) manatdan 15000 (on beş min) manata düşürdüyünü bildirmişdir. Eyni zamanda Zamin bildirmişdir ki, Zərərçəkmiş şəxs Azərə 15000 (on beş min) manat pul verməli, bundan başqa isə 03 nəfər şəxsi Sabirabad RMX-na işə götürməlidir. Zərərçəkmiş şəxs da cavabında Zaminə pulun yenə çox olduğunu və şəxslərin Sabirabad RMX-na işə düzəlmə məsələsinə isə səlahiyyətinin çatmadığını və həmin səlahiyyətin direktorun səlahiyyətində olduğunu bildirmişdir. 27 iyun 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad rayonunda yerləşən «Cavad Restoranı»nın yaxınlığındakı çayxanada o, Bayram, Azər və Zaminlə birlikdə görüşüb biraz söhbət etdikdən sonra, Azər həmin 15000 manat pulu tam aldıqdan sonra Zərərçəkmiş şəxs əl çəkəcəyini və razılaşdıqları gündən bu günə qədər Zərərçəkmiş şəxs şikayət etmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs cibindən 20 ədəd 100 manatlıq pul əskinaslarını çıxarmış və Seyid Zaminə 2000 manat pul vermişdir. Qalan 13000 (on üç min) manat pulu isə 04 iyul 2023-cü il tarixdə bankdan kredit götürüb verəcəyinə dair razılaşmışlar. Bundan başqa, Azər Zərərçəkmiş şəxs tanışı olan bir nəfər xanımın şəxsiyyət vəsiqəsinin surətini verərək, həmin şəxsi xəstəxanada işə düzəltməyini Zərərçəkmiş şəxs tələb etmişdir. Zərərçəkmiş şəxs da Azərə bu məsələnin onun səlahiyyətində olmadığını, lakin bu barədə direktordan xahiş edəcəyini bildirmişdir. 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanasın»da Azər və Zaminlə görüşmüşlər. Həmin vaxt Zərərçəkmiş şəxs Azərə çatacaq 500 manat pulu Zaminə vermiş və qalan pulu da ən qısa zamanda çatdıracağını bildirmişdir. 06 iyul 2023-cü il tarixdə saat 18 radələrində o, Zərərçəkmiş şəxsla birlikdə əvvəlcədən razılaşdıqları kimi Sabirabad şəhərində yerləşən «Nar Şərab» Restoranına getmiş və orada Azəri gözləmişlər. Bir müddət sonra Azər Zaminlə birlikdə gəlmiş və birlikdə kabinetdə oturaraq söhbət etmişlər. Söhbət əsnasında Azər rayonda bütün idarə və təşkilat rəhbərlərinin, işçilərinin ondan qorxduğunu, Xəstəxanada nə lazımdırsa, onun istəyi ilə olduğunu bildirmişdir. Həmin zaman Zərərçəkmiş şəxs üzərində olan 2600 manat pul vəsaitini çıxardıb ona vermiş, o, Azərə çatacaq pulu saymış və məbləğin 2600 manat olduğunu bildirib Zaminə vermişdir. Zamin də pulu sayaraq Azərə verilməsi üçün götürmüşdür. Zərərçəkmiş şəxs 15000 manatdan qalan qalığını isə kafedən durduqdan sonra ən qısa zamanda verəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Azərdən xahiş etmişdir ki, ondan daha yazmasın, statusda və sosial şəbəkələrdə söyüb təhqir etməsin. Azər isə Bayrama bildirmişdir ki, razılaşdıqları gündən etibrən bütün şikayət və yazı-pozuları dayandırmışdır. Həmin vaxt polis əməkdaşları onların olduqları kabinetə daxil olmuş və özlərini təqdim etdikdən sonra pul vəsaitlərini könüllü təqdim etmək üçün Azərlə Zaminə təklif etmişlər. Zamin də onun verdiyi 2600 manat pulu təqdim etmiş və bu barədə protokol tərtib olunmuşdur. O da digər iştirakçılar kimi protokola imza etmişdir. Bütün əməliyyat videokamera ilə çəkilmişdir. Məhkəmə Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmiş ilkin araşdırma materiallarından, yəni; -«cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında» 06 iyul 2023-cü il tarixli qərardan görünür ki, 06 iyul 2023-cü il tarixdə Sabirabad rayonu, Ulacalı kənd sakini Zərərçəkmiş şəxs Sabirabad RPŞ-yə ərizə ilə müraciət edərək, Sabirabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ondan hədə-qorxu ilə pul tələb etdiklərini bildirməsi və həmin tarixdə Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində, Zərərçəkmiş şəxs hədə-qorxu ilə pul tələb edən Sabirabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə baxış keçirilərkən sonuncudan əməliyyat tədbiri ilə bağlı əvvəlcədən kserosurətləri çıxarılaraq zərərçəkmiş Zərərçəkmiş şəxs verilmiş 26 ədəd 100 manatlıq pul əskinaslarının aşkar edilməsi və həmin faktlar əsasında toplanmış ilkin araşdırma materialları əsasında fakta görə Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq istintaq aparılmışdır.(cild 1, i.v. 1-31) -Zərərçəkmiş şəxs tərəfindən Sabirabad RPŞ-nin rəhbərliyinə ünvanlanmış 06 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs1 işlədiyi müəssisədə guya qanun pozuntularına yol verməsi, vəzifə səlahiyyətlərini aşması ilə bağlı yalan və rüsvayedici məlumatları yayacağı ilə onu hədələyərək pul tələb etmiş, eləcə də əvvəllər dəfələrlə ondan pul almışdır. Bildirmişdir ki, Azər ondan 15000 (on beş min) manat pul tələb etmiş və həmin pulun qalan bir hissəsini, yəni 2600 (iki min altı yüz) manatını bu gün Sabirabad şəhərindəki «Nar Şərab» Restoranında oununla görüşüb həmin məbləğdə pulu ona verəcəkdir. Odur ki, şəxsi vəsaiti hesabına ona verəcəyi pulu təqdim etmiş və Təqsirləndirilən şəxs1 barəsində qanuni tədbir görülməsi üçün göstəriş verilməsini xahiş etmişdir.(cild 1, i.v. 3) -«təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə» 06 iyul 2023cü il tarixli qərardan görünür ki, Sabirabad şəhəri, M.Mirağaoğlu küçəsi, ev 64-də yaşayan Təqsirləndirilən şəxs2 Mirsəttər oğlunun və ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək məqsədilə onların ətrafında təxirəsalınmadan müvafiq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır.(cild 1, i.v. 6) -«baxış keçirilməsi barədə» 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs könüllü olaraq təqdim etdiyi 26 ədəd yüzlük manata baxış keçirilərək kserosurəti çıxarılmış və 06 iyul 2023-cü il tarixdə təxminən saat 18:00 radələrində Sabirabad şəhərində yerləşən «Nar-Şərab» adlı restoranda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqdim etməsi izah edilmişdir. Hal şahidlərinin iştirakı ilə fotoşəkillər çəkilərək protokola əlavə olunmuş, həmin pul vəsaitləri Sabirabad rayonu, Ulacalı kənd sakini Zərərçəkmiş şəxs qaytarılmışdır.(cild 1, i.v.9-25) -Sabirabad RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 tərəfindən tərtib olunmuş 06 iyul 2023-cü il tarixli «raport» da göstərilmişdir ki, Zərərçəkmiş şəxs hədə qorxu ilə 2600 (iki min altı yüz) manat pul tələb edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaxalanmış, Təqsirləndirilən şəxs2 üzərindən 1 (bir) ədəd bıçaq aşkar olunaraq götürülmüşdür.(cild 1, i.v. 26) -Zərərçəkmiş şəxs tərəfindən Sabirabad RPŞ-nin rəhbərliyinə ünvanlanmış 06 iyul 2023-cü il tarixli ərizədə göstərilmişdir ki, TƏBİB-in tabeliyində Sabirabad RMX PHŞ-in direktorunun inzibati işlər üzrə müavini vəzifəsində işləyir. Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs1 xeyli müddətdir ki, ondan müxtəlif məbləğlərdə pul tələb edərək onun tələbinə əməl etməyəcəyi təqdirdə müxtəlif ünvanlara guya özünün və xəstəxananın qanunsuz əməlləri barədə şikayət ərizələri yazacağı ilə hədələmişdir. Bir dəfə xəstəxananın əməkdaşı Şahid1 vasitəsi ilə ona 50 manat pul göndərmiş və ona Mehran adlı işçidən sifariş göndərmişdir ki, bir də onu narahat etməsin, heç bir qanunsuz işlərlə məşğul deyildir. Lakin Azər onunla telefonla danışaraq işdə nöqsanları olmasa belə, ailə problemləri ilə bağlı mətbuatda, sosial şəbəkələrdə onu rüsvay edəcəyini bildirmişdir. O, da bunun qarşısını almaq üçün məcbur olub Azər və vasitəçisi seyid Zamin adlı şəxslə danışığa getməli olmuşdur. 27 iyun 2023-cü il tarixdə onun əl çəkməyəcəyini görüb təxminən saat 22:00 radələrində ona xəstəxananın əməkdaşı Şahid1la birlikdə Sabirabad şəhərində Cavad Restoranının yanındakı kafedə 20 ədəd yüz manatlıqdan ibarət 2000 manat məbləğində seyid Zaminə pul vermişdir. Azər ona bildirmişdir ki, bunu heç kim bilməsin. Razılaşmışlar ki, qalan 13000 manatı iyul ayının 4-də verməlidir, çünki Azərin ondan ümumi tələbi 15000 manat olmuşdur. Məcbur olub razılaşmış və bundan sonra ayrılmışlar. Azər tələb edən zaman tam məbləği düzəldə bilməmişdir. Hədə-qorxu davam etdiyindən polisə şikayət etməyə vaxt qazanmaq üçün məcbur olub 05 iyul 2023-cü il tarixdə saat 23:56 radələrində yenə də Mehranın iştirakı ilə Sabirabad şəhərindəki Təhsil İdarəsinin arxasındakı çayxanada Zaminin vasitəçiliyi ilə Zaminə 500 manat pul vermişdir. Demişdir ki, qalan məbləği sabah verəcəkdir. Bu günlərdə ona görə polisə müraciət etməmişdir ki, qurban bayramına görə istirahət günləri olmuşdur. Sonuncu pulu verəndə fikri qəti olmuşdur ki, bu barədə polis şöbəsinə rəsmi ərizə versin. Odur ki, bu gün polis şöbəsinə gəlib rəsmi qaydada müraciət etmiş və özü ilə gətirdiyi 2600 manat pulu könüllü olaraq əməliyyat tədbiri keçirilməsi üçün təqdim etmək qərarına gəlmişdir. Xahiş etmişdir ki, ondan hədə-qorxu ilə pul tələb edən Azərin ifşa olunması üçün göstəriş verəsiniz. Ərizəsinə onu da əlavə etmişdir ki, Təqsirləndirilən şəxs1 Seyid Zaminin vasitəçiliyi ilə ondan hədə-qorxu ilə tələb etdikləri hər iki məbləği verərkən onların səs yazıları audio və video görüntülər vasitəsi ilə qeydə almış və onları istintaq orqanına təqdim edəcəkdir.(cild 1, i.v. 27-28) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 21:30-da Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 40) -«cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında» 06 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 22:10-da Cinayət Məcəlləsinin 182.2.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur.(cild 1, i.v. 57) -«zərərçəkmiş şəxs qismində tanıma haqqında» 07 iyul 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qismində tanınmışdır.(cild 1, i.v. 67) -«götürmə aparılması barədə» 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi 14 ədəd DVD disk və Təqsirləndirilən şəxs1 ona verdiyi şəxsiyyət vəsiqəsinin surəti götürülmüşdür.(cild 1, i.v. 80) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli, 4(056)-108/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 06 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 izahatında əməlindən peşman olmasını bildirib barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsini xahiş etmişdir.(cild 1, i.v. 90-91, 122-125) -«təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında» 08 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli, 4(056)-107/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 06 iyul 2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 izahatında əməlindən peşman olmasını bildirib barəsində həbslə əlaqədar olmayan digər qətimkan tədbirinin seçilməsini xahiş etmişdir.(cild 1, i.v. 101-102, 131-134) -08 iyul 2023-cü il tarixli «üzləşdirmə protokolun»dan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, Azər ondan hədə-qorxu ilə pul tələb etmişdir. Azər ondan müxtəlif instansiyalara şikayətlər yazacağını və müxtəlif ünvanlara guya özünün və xəstəxananın qanunsuz əməlləri barədə şikayət ərizəsini yazacağı ilə bağlı onu hədələmiş, işdə nöqsanları olmasa belə, ailə problemləri ilə bağlı mətbuatda, sosial şəbəkələrdə onu rüsvay edəcəyini bildirmişdir. Azər ondan əvvəlcə 30000 (otuz min) manat pul tələb etmiş, lakin sonda 15000 (on beş min) manat pula razılaşmışlar. 2023-cü ilin yanvar ayında Mehran vasitəsilə Sabirabad RMX-da Azərə 50 manat göndərmiş, 27 iyun 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad rayonu Cavad Restoranının yaxınlığındakı çayxanada Azərə verilməsi üçün Təqsirləndirilən şəxs2 2000 manat, 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanasın»da Azərə verilməsi üçün Zaminə 500 manat pul vermiş, 2000 və 500 manat pul vəsaitlərini verdikdə, habelə 2600 manat pulu verdikdə yanında Mehran, Azər və Zamin olmuş, pulu verdiyini adları çəkilən şəxslər görmüşlər.(cild 1, i.v. 111-113) -08 iyul 2023-cü il tarixli «üzləşdirmə protokolun»dan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs2 üzünə qarşı bildirmişdir ki, Azər ondan müxtəlif instansiyalara şikayətlər yazacağını və müxtəlif ünvanlara guya özünün və xəstəxananın qanunsuz əməlləri barədə şikayət ərizəsini yazacağı barədə onu hədələmişdir. Zamin ondan Azərə vermək üçün pul istəmiş, həmin Azərə çatacaq pulları Zamin götürmüş və Azərə vermişdir. Azər ondan ümumilikdə 30000 (otuz min) manat pul tələb etmiş, lakin sonda 15000 (on beş min) manat pula razılaşmışlar. Azərin həmin tələbini ona Zamin bildirmişdir. 27 iyun 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad rayonu «Cavad» Restoranının yaxınlığındakı çayxanada Azərə verilməsi üçün Zaminə 2000 manat, 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanasın»da Azərə verilməsi üçün Zaminə 500 manat pul vermişdir.(cild 1, i.v. 114-116) -10 iyul 2023-cü il tarixli «üzləşdirmə protokolun»dan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 üzünə qarşı bildirmişdir ki, Azər Zərərçəkmiş şəxs şikayətlər etmiş və Bayrama dəfələrlə hədə-qorxu gələrək, barəsində rüsvayedici məlumatları mətbuatda işıqlandıracağını bildirmişdir. Bayram onun yanına gəlib Azərlə barışdırmağı xahiş etmişdir. O, Azərlə görüşüb bu barədə demiş, Azər də cavabında ona Bayramdan şikayət ərizələri və rüsvayedici məlumatları yazmamağı üçün 30.000 (otuz min) manat pul istədiyini bildirmişdir. O, bunu Bayrama demiş və Bayram razı olmamış, sonra Bayramla görüşüb bu barədə danışdıqdan X7 30.000 manat pulu düzəldə bilməyəcəyini bildirmiş, Azər də cavabında ona Bayramın 15000 manat pul düzəltməyini və 03 nəfər şəxsin Sabirabad RMX-na işə düzəltməsi kimi tələblərinin olduğunu bildirmişdir. O, da Bayram və Mehranla görüşüb bunu Bayrama demiş, 27 iyun 2023-cü il tarixdə saat 22 radələrində Sabirabad rayonu Cavad Restoranının yaxınlığındakı çayxanada görüşmüş, Bayram cibindən 20 ədəd 100 manatlıq pul əskinaslarını çıxarıb ona 2000 manat pul vermiş, Azər isə Bayrama tanışı olan bir nəfər xanımın şəxsiyyət vəsiqəsinin surətini verərək, həmin şəxsi xəstəxanada işə düzəltməyi tələb etmiş, o, Azərlə birlikdə çayxanadan uzaqlaşdıqdan sonra 2000 manat pulu çıxarıb Azərə vermiş, Azər də 2000 manat puldan əziyyət payı olaraq ona 500 manat vermişdir. 05 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad şəhərində yerləşən «Qoçunun çayxanasın»da o, Azər, Bayram və Mehranla görüşmüş, həmin vaxt Bayram ona 500 manat pul vermiş, qalan pulu da ən qısa zamanda çatdıracağını bildirmiş, oradan uzaqlaşdıqdan sonra o, yenidən həmin pulu çıxarıb Azərə vermiş, Azər də zəhmət haqqı kimi həmin 500 manat puldan ona 150 manat vermiş, 06 iyul 2023-cü il tarixdə saat 18 radələrində Sabirabad şəhərində yerləşən «Nar Şərab» Restoranında olan zaman Bayram üzərində olan 2600 manat pul vəsaitini çıxardıb Mehrana vermiş, Mehran pulu sayıb ona vermiş o, da həmin pulu Azərə verilməsi üçün götürmüşdür.(cild 1, i.v. 141-144) -«baxış keçirilməsi haqqında» 10 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində saxladığı 01 ədəd bıçağın qara rəngli, açılıb-qatlanan, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olduğu müəyyən olunmuşdur.(cild 1, i.v. 145-146) -Zərərçəkmiş şəxs tərəfindən Sabirabad RPŞ-yə ünvanlanmış 13 iyul 2023-cü il tarixli ərizədən görünür ki, Sabirabad RPŞ-nin İstintaq bölməsində istintaq olunan cinayət işi üzrə onun şəxsi vəsaiti hesabına maddi sübut olan 2600 manat pul vəsaiti saxlanılır. Hazırda maddi vəziyyətinin yaxşı olmadığı və özünün bir sıra ehtiyaclarının olduğunu nəzərə alaraq, həmin 2600 manat pul vəsaitinin ona verilməsinə göstəriş verilməsini xahiş etmişdir.(cild 1, i.v. 147) -«maddi sübut kimi tanıma haqqında» 13 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etdiklərinə görə sonuncunun onlara verdiyi 26 ədəd 100 manatlıq pul əskinasları işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi qərara alınmışdır.(cild 1, i.v. 148-149) -«maddi sübutun təhvil verilməsi haqqında» 13 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etdiklərinə görə sonuncunun onlara verdiyi 26 ədəd 100 manatlıq pul əskinasları işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir.(cild 1, i.v. 150-151) -Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus səs yazıları və videogörüntü olan 14 (on dörd) ədəd DVD diskə «diskə baxış keçirilməsinə dair» 15 iyul 2023-cü il tarixli protokoldan görünür ki, DVD disklərdə əks olunmuş səs yazısı və videogörüntü Zərərçəkmiş şəxs istifadəsində olan mobil telefon aparatının səs yazan proqramı vasitəsilə və xidməti otağının mühafizə kamerası vasitəsilə «MP4»formatında yazılmışdır. Həmin şəxslərin səsləri şərti olaraq:«A»- Təqsirləndirilən şəxs1, «B» - Zərərçəkmiş şəxs, «Z» - Təqsirləndirilən şəxs2 və «M» - Şahid1 adlandırılmışdır. Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «05.06.23 Azər özü 2 dəq 1 san.» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-06 at 11.29.40.mp4» adlı faylın olduğu müəyyən edilmişdir. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «A» və «B» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-06 at 11.29.40.mp4» adlı faylda olan qeydə alınmış danışıq mətni: B (00.17 dəq) Sənnən deyiləm, yanımda adam vardı A (00.19 dəq) Danışa bilirsən? B (00.20 dəq) Həə, billəm buyur A (00.21-00.26 dəq) Əmoğlu sənə bir şey deyim, incimə mənnən, mən sənnən razılaşmıram. B (00.27 dəq) Niyə? A (00.51 dəq) Yox, başva dönüm, səninki səndə, mənimki məndə A (01.00 dəq) Sənnən keçmirəm onu demək istəyirəm A (01.16 dəq) Mənim üstümə heç kimi göndərmə B(01.18-01.20 dəq) Mən sənin üstünə heç kimi göndərmirəm A (01.55 dəq) Mən keçməyəcəm B (01.56 dəq) Yaxşı Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «21.06.23 kabinet» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-07 at 11.55.18.mp4» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «Z» və «B» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-07 at 11.55.18.mp4» adlı faylda olan qeydə alınmış danışıq mətni: B (00.17 dəq) İş güc, nağarsan, dələduzla neynirsən? Z (00.19-00.29 dəq) Gör sənə nə deyirəm, and olsun Allaha insan uje iyrənir, bezmişəm, prosta girmişəm ortaya, yəni B (00.30 dəq) Allah köməyin olsun Z (00.54-01.02 dəq) Qurana and olsun üzdən gözdən düşəndən sonra 15-ə razılaşduq. Bi də dedi ki, üç nəfər adamı işə götürsün. B (01.03 dəq) Mən o səlahiyyət sahibi deyiləm B (01.41 dəq) Mən heç kimi işə götürəmmərəm B (02.46 dəq) Pulu da 10.000 (on min) yazılaşmadın ? Z (02.49 dəq) Yox, Allaha and olsun Z (04.08-04.25 dəq) Yəni o bi də sənin haqqında nə bi kəlmə bişey yazacaq, nə də başqa, tormoz dənə fso. Yəni qalan şeyi özün həll elə. Yəni bidənə konkret bi yerə nə bir teleqram, yəni Bayram haqqında ancaq müsbət fikir ola bilər, mənfi yox. B (04.26 dəq) Allah köməyin olsun B (06.56-07.02dəq) 10 (on)a, 10.000-ə (on minə) razılaşmır ? mən də çətin vəziyyətə düşürəme uje Z (07.07-07.19 dəq) Qardaş canı mən elə üzdən gözdən düşdüm onu ora gətirib çıxarınca. Yəni havalandı elə bil mən birinci 10 (on) ona deyəndə, and olsun Allaha onun bir hərəkətləri var, dediki nəəə 10 (on) ? dedim ayə dayanee səbrli ol. B (09.13-09.16 dəq) İndi bunun son sözü odu ki, 15.000 (on beş min) manat ver qutarım? Z (09.24-09.32 dəq) Deyəcək ki, mən böyük qardaşım sözünə barışdım, qutardım onnan. Hamıya elə deyəcək. Yəni böyük qardaşa görə keçdim. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «21.06.23 iş otağı video Seyid Zamin» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində 04 (dörd) ədəd «00_07_20230621_195500»; «00_01_20230621_195500»; «00_06_20230621_195500» və «00_02_20230621_195500Cuted» adlı faylların olduğu müəyyən edildi. Həmin fayllara baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «Z» və «B» adlandırılmışdır. 1.«00_07_20230621_195500»; «00_01_20230621_195500»; «00_06_20230621_195500» və «00_02_20230621_195500Cuted» adlı fayllar olan qeydə alınmış danışıq mətni: B (00.17 dəq) İş güc, nağarsan, dələduzla neynirsən? Z (00.19-00.29 dəq) Gör sənə nə deyirəm, and olsun Allaha insan uje iyrənir, bezmişəm, prosta girmişəm ortaya, yəni B (00.30 dəq) Allah köməyin olsun Z (00.54-01.02 dəq) Qurana and olsun üzdən gözdən düşəndən sonra 15-ə razılaşduq. Bi də dedi ki, üç nəfər adamı işə götürsün. B (01.03 dəq) Mən o səlahiyyət sahibi deyiləm B (01.41 dəq) Mən heç kimi işə götürəmmərəm B (02.46 dəq) Pulu da 10.000 (on min) yazılaşmadın ? Z (02.49 dəq) Yox, Allaha and olsun Z (04.08-04.25 dəq) Yəni o bi də sənin haqqında nə bi kəlmə bişey yazacaq, nə də başqa, tormoz dənə fso. Yəni qalan şeyi özün həll elə. Yəni bidənə konkret bi yerə nə bir telegram, yəni Bayram haqqında ancaq müsbət fikir ola bilər, mənfi yox. B (04.26 dəq) Allah köməyin olsun B (06.56-07.02 dəq) 10 (on)a, 10.000-ə (on minə) razılaşmır ? mən də çətin vəziyyətə düşürəme uje Z (07.07-07.19 dəq) Qardaş canı mən elə üzdən gözdən düşdüm onu ora gətirib çıxarınca. Yəni havalandı elə bil mən birinci 10 (on) ona deyəndə, and olsun Allaha onun bir hərəkətləri var, dediki nəəə 10 (on) ? dedim ayə dayanee səbrli ol. B (09.13-09.16 dəq) İndi bunun son sözü odu ki, 15.000 (on beş min) manat ver qutarım? Z (09.24-09.32 dəq) Deyəcək ki, mən böyük qardaşım sözünə barışdım, qutardım onnan. Hamıya elə deyəcək. Yəni böyük qardaşa görə keçdim. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «24.06.23 zamin deyir pulu tələb edir. Mən də deyirəm 15000 max ayın 4-ü səndə olacaq» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-07 at 11.48.41.mp4» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «Z» və «B» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-07 at 11.48.41.mp4» adlı faylda olan qeydə alınmış danışıq mətni: B (00.04 dəq) Hə, salam Zamin, necəsən? Z (00.11-00.18 dəq) Allah səən köməyin olsun, axırıncı səfərdi mən səni yığıram, Allaha and olsunbu qızıb çıxıb özünnən B (00.19 dəq) Qızıb çıxıb nağaracaqki Azər ? Z (00.27-00.28 dəq) Həə, Allaha and olsun deyir yəni qardaş durun qırağa mən işimi görüm. B (00.30-00.41 dəq) Day gözdüyün dənə, dünyanın sonudu ? o mənim olsa, mən durub sürtərəm bu qədər ? deyirəm yoxdu dəə, gözdəsin, kredir çəkib verrəm dəə, danışmışam, sənədlərimi də vermişəm. Z (00.42 dəq) Gör sənə nə deyirəm, tay elə kredit çəkən idun, bu neçə gündə iş vaxtında çəkərdün dəə B (00.43 dəq) Söz vermişdilər dəə, qardaş Z (00.53 dəq) Onda sən də mənə söz verdün mən də kiməsə söz verdim. B (01.07-01.10 dəq) Güya bu gün aldı pul getdi xərclədi, 1 həftədən sonra aldı pulu getdi xərclədi Z (01.11-01.20 dəq) Hamının dərdi səri problemi var dənə, mən bilmirəmee nə xərcliyəcək, nağaracaq, and olsun allaha ba indi durmuşam yuxudan 300 dəfə yığıb telefondan B (01.21 dəq) Ayə billəmee o nətər adamdı, səni də bezdirib. Z (01.22-01.31 dəq) Ay tay sənə dedim 5000 – 3000 (beş min üç min) tap verək, sən guya beş min üç min pul tapa bilmirsən ? Allah haqqı tapa bilirsən. özün tapmırsan, istəmirsən Z (01.57-02.19 dəq) Tay indi mən də bezirəm axı, deyir nətər sən oğlansan durduq yerə aldadır səni. Nətər yaniki, o da deyir ki, mən sənə görə keçirəm, o səni üstümə göndərdi, indi də eləmir. deyir ki, qardaş gəldün mənə, mən keçdim, görürsən göndərdiyi oğlan sənə vermir o pulu təzədən. B (02.20 dəq) Yaxşı Zamin, əlaqə saxlayacam sənnən. görüm neynirəm. Z (02.23-02.28 dəq) İndi məni gözdüyür, gedirəm onun yanına mən ona bir söz deyim dənə. B (02.29-02.31 dəq) Qardaş, maksimum ayın 4-ü 15000 manat pul stolun üstündədir. Z (02.32-02.42 dəq) Ayə ona qədər gözdəmiyəcək Allaha and olsun, ay töbə onu gözdəmiyəcək, yəni becar yerə özümü şey eləməyək dənə, sənin qadavı alaram. Başqa cür çıxmasın kimnənsə tapıb ver sən öz işivi həll elə dənə. B (02.47dəq) Özümün bədbaxtçılığım ondadır daa başqasına görə ağız açıram... Z (02.48-03.01 dəq) Sabah mənnən incimə də sənin başıva dönərəm, ba mənə sırağagün deyirdinaa Sabirabadlılıq, mən elədim sən eləmədin. Mən ona dedim ki, sənin pulun çatacaq 2-3 günə amma çatmadı. B (03.58-04.11dəq) Mən də yoldaşdan götürmüşdüm dəə, fikirləşirdim ki, 1000 manat maaşımı alım 3000 verim, tay mən də adamam da, mən çörək yeməyim ? sora fikirrəşdim ki, bidəfəlik kredit çəkirəmsə, hamsın biyerdə verim dəə. B (05.11-05.18 dəq) Tay nə əldə edəcək, 15000 (on beş min) pulu alıb qoyub cibinə gedəcək kef eliyəcək Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «24.06.23 zamin» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-07 at 11.48.21» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «Z» və «B» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-07 at 11.48.21» adlı faylda olan qeydə alınmış danışıq mətni: B (00.04 dəq) Hə, Zamin? Z (00.07 dəq) Nağardun ? B (00.09- 00.15 Telfonnan danışırdım, axşama görüşək, əlimdə ocumda nə var dəq) verim, özün də gətirərsən verərəm. Sorasında amma ayın 4-ü. Z (00.18-00.28 dəq) Qardaş, sənin canu yiyərəm, ba indi quran haqqı ora çatıram, gözdüyür. Qoy onda mən ona deyim ki, axşamçağı saat inşallah 8də 9-da görüşəcik Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «26.06.23 zamin» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-07 at 11.47.42» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «Z» və «B» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-07 at 11.47.42» adlı faylda olan qeydə alınmış danışıq mətni: Z (00.04 dəq) Axşamun xeer B (00.06 dəq) Hər vaxtun xer Z (00.12 dəq) Nağarsan salamatçılqıdı? B (00.13dəq) Saat bi 10-a görüşək inşallah Z (00.16 dəq) İnşallah yaxşı qardaş, yaxşı Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «27.06.23 Cavad şadlıq sarayının yaxınındakı kafedə 2000 man verilib azər özü də ordadı» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-06 at 11.13.41» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, üç nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «A», «B» və «Z» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-06 at 11.13.41» adlı faylda olan qeydə alınmış danışıq mətni: Z (18.49- 18.54dəq) İndidən beləyə baxmaq lazımdı, yəni yaxın olmaq lazımdı, qutar bu söbətləri yaxşı, Azər? A (18.55 dəq) Baş üstə! A (20.19-20.50 dəq) Bayram, sən Mətanəti məzuniyyətdən qayıdan kimi göndərirsən Acilə. Ondan başqa, ayıb olmasın orda kim dombalaq aşır, nə edir görrəm haa, amma məsələn Mehran orda akrobat aşır görsəm də el bilki görmürəm sənə xatir. B (27.13 dəq) Azər, Zaminlə mənim aramda olan kağız söhbətini Sabirabaddı olaraq edirəm. A (27.32dəq) Belə başqa cür çıxmasın neçə adam gəlmişdi mənim üstümə sənə görə xahişə B (27.35 dəq) Sənə söz deyim? Heç Zaminə də mən deməmişəm, Azər. Bular Sabirabaddı olaraq istəməyib ki, iki Sabirabadlı bir birin qırsın. Z (29.15 dəq) Gör nə deyirəm, Bayram 15 dənə kağız verəcək A(29.30 dəq) Allah köməyi olsun, onu da yetim-yesirə göndərəcəyik. A (30.20-30.25 dəq) Orda sən saxta iş də görsən, mən üzümü çevirəcəm ki, guya görmədim. B (33.09-33.20 dəq) Olmasa, gedib kredit çəkib sənə verəcəm, çünki bizim danışığımız olub ki sənə 15000 (on beş min) verəcəm. Sözümün də ağasıyam. Dedim Azərlə məsələ qurtarır hə fso baş üstə. B (38.26-38.35 dəq) Mehran say, ver, nə qədər oldu, 2000 (iki min), Zamin say, nə qədər oldu 2000 (iki min)? Z (38.45 dəq) 2000 (iki min) B (39.04-39.16 dəq) Mən sənə dedim gözlə qoy bütöv eliyim, yalançı çıxmağı xoşlamıram. 4-ü görüşəciyik. 4 iyulda görüşəciyik, çünki 3-ü banka gələcəm, 3-ü iş başlayır, olar-olmaq 13000 (on üç) min manat qalıb. Z (39.17 dəq) Allah səni var eləsin. B (39.24 dəq) Azər, daha yazı-pozunu yığışdır haa A (39.27-39.40 dəq) Mən sənə söz verdim, mən diyanmışam. 15 gün 10 gün var da hə? Bax, mənnən söhbət olannan dədəvin dədəmin canı haqqı fso. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «04.07.23 zaminlə danışıq» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-07 at 11.44.20» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «Z» və «B» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-07 at 11.44.20» adlı faylda olan qeydə alınmış danışıq mətni: Z (00.18 dəq) Dünənnən başdıyıb yığmağa B (00.20 00.31 dəq) Denən səbirli olsun daa, vallah vermişəm sənədlərimi, mənim adıma kredit varıydı, onu bağlayıb təzəsin verirlər ona görə yubanır Z (00.50-00.55 dəq) Tay sən mənə özün orda onun yanında dedun ki, seyid bi də ayın 4-ü görüşəcük B (00.56 dəq) Allah haqqı sənədimi vermişəm, vallah Z (01.00dəq) Tay indi mən nağarım bəlkə bu 1 aya düzələcək Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «05.07.23 Təhsil idarəsinin arxasındakı kafe 500 man verilib» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-06 at 11.15.06» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, üç nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «A», «B» və «Z»adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-06 at 11.15.06» adlı faylda olan qeydə alınmış danışıq mətni: B (05.19 dəq) Yazırsan mənnən A (05.23 dəq) Yazmıram axı, diyanmışam B (05.32-05.33 dəq) Qaqa canı incidirlər bizi. A (05.33-05.37 dəq) Mənim sənnən işim yoxdu axı tay, qutarmışam. Sənnən işim qutarıb B (05.38 dəq) Nə qədər yazmısansa, hələ gəlir dalı. A (05.42- 06.20 Mən deyirəm ki, qardaş köhnədən yazdıqlarım gələ bilər.birdən dəq) gecikər, gələ bilər. Ancaq mən bu kişilə söhbət olannan sonra, mən sənnən söhbət olandan sonra başqa bidənə söhbət ola bilməz. Qabaq yazdıqlarım gələ bilər. A (07.18-07.30 dəq) Get, Allah işu avand eləsin, isdirsən üzr isdirəm dombalaq aş orda görməyəcəm. Görrəmaa, amma görməyəcəm başa düşdün nə deyirəm, get nağarsan elə B (42.34-43.12 dəq) Seyid Zamin bilirsən də, öz sözünə bütöv oğlan kimi Allah köməyi olsun, yəni vasitəçilik elədi, bu yazı-pozu dayandı, mənə böyük yaxşılıq elədi. Onu hər adam başarmır. Mən ömür boyu minnətdarlığımı bildirəcəm. Z(43.17-43.21 Allah köməyin olsun, biz də maraqlannuq, görrük yaxşı adamsan. dəq) B (45.01-45.50 dəq) Səhər səhər pulu götürüb qayıdacam, maksimum günortaya görüşəcəyik. Yaxşı qardaş? Sabah günortaya görüşürük. Bax Azər, bunu verirəm, 500 manat puldu, o məsələyə, 15-ə (on beşə) aidiyyatı yoxdur. bu elə belə xəjdiy üçündür. Elə böyük pul deyil. Yaxşı qardaş?səhər günortaya inşallah görüşürük Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «07.07.23 «Nar-Şərab» restoranına dəvət Azərlə Zamini» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-06 at 11.34.38»” adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, iki nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «B» və «Z» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-06 at 11.34.38» adlı faylda olan qeydə alınmış danışıq mətni: B (00.11 dəq) Hə, Zamin? Z (00.17 dəq) Mən bu de, Bazar Storenin yanında B (00.17 dəq) Azər hardadı? Z (00.18 dəq) O da burda B (00.23 dəq) Hə onda gəlün Narşəraba gedirəm ora. Z (00.27 dəq) Hə, yaxşı Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «xx.xx.2023 2600 man verilir həbs» yazılmış diskə baxış keçirilən zaman həmin DVD diskin içərisində «WhatsApp Audio 2023-07-06 at 18.50.24» adlı faylın olduğu müəyyən edildi. Həmin fayla baxış keçirilən zaman isə, dörd nəfər kişi cinsindən olan şəxslərin səs yazılarının olduğu müəyyən edildi. Həmin şəxslərin səs yazıları şərti olaraq «A», «B», «Z»və «M» adlandırılmışdır. 1.«WhatsApp Audio 2023-07-06 at 18.50.24» adlı faylda olan qeydə alınmış danışıq mətni: A (01.04.24 dəq) Yazacam ki, Bayram yaxşı adamdı, Z (01.04.40 dəq) Nolacaq, sənə xeyri var da B (01.04.41dəq) Allah köməyin olsun A (01.04.44dəq) Bir dəfə də yoldaşımı gətirəcəm, yazacam ki, filan sayda dərmanlar verildi Zərərçəkmiş şəxs köməkliyi ilə. B (01.06.21 dəq) Mehran, pulu say ver B (01.06.43 dəq) Nə qədər oldu? M (01.06.44 dəq) 2600 (iki min altı yüz)manat B (01.06.47dəq) Sayın Azər, xahiş eliyirəm, bax o deyir qardaşınnan da pulu alanda saymalısan. 2600 manatdı? Z(01.06.48dəq) Hə B (01.07.36dəq) Bilirsən də, Azər elə yerlərə yazırsan ki, mən günnərnən qallam qapı ağzında izahat verrəm. A(01.07.43- Tay qutardı o şeylər, əksinə nə kömək lazım olsa cannan başnan 01.07.50dəq) A(01.08.27-01.08.40 Sənöl mən yenə derəm, əvvəl yazdıqlarım ilişib qalar, gələcək, dəq) gəlməyəcək onu mən deyəmmərəm, yəni ayın 12-si ya 13-ü idi də bu söbət, onnan bura mən bidənə də məktub yazmamışam. Bundan başqa, Zərərçəkmiş şəxs tərəfindən təqdim olunmuş 14 (on dörd) ədəd DVD disklərin içərisində olan və üzərində «Təqsirləndirilən şəxs1 Zamin ümumi şərtlər»; «22.06.23 Zamin telefon» və «Zaminlə kafedə danışıq» yazılmış DVD disklərə baxış keçirilən zaman həmin DVD disklərin içərisində olan faylların Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim olunmuş digər 11 ədəd DVD disklərdə olan faylların təkrarən DVD-lərə yüklənərək komplektləşmiş formada olması müəyyən olunmuşdur.(cild 1,i.v.152-158) -«cinayət işi başlanmasının rədd edilməsi haqqında» 14 avqust 2023-cü il tarixli qərardan görünür ki, «Sabirabad Rayon Mərkəzi Xəstəxanası» PHŞ-nin direktorunun inzibati işlər üzrə müavini Zərərçəkmiş şəxs bir sıra qanunsuz hərəkətlərə yol verməsi barədə Təqsirləndirilən şəxs1 Respublika Baş Prokurorluğundan 20 iyun 2023-cü il tarixdə Sabirabad rayon prokurorluğuna daxil olmuş müraciəti əsasında araşdırma aparılmış, aparılmış araşdırma nəticəsində Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir.(cild 1,i.v.171-188) -Sabirabad Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 4(056)-174/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 03 (üç) ay, yəni 06 fevral 2024-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.(cild 2, i.v. 1-4) -Sabirabad Rayon Məhkəməsinin 19 oktyabr 2023-cü il tarixli, 4(056)-175/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 03 (üç) ay, yəni 06 fevral 2024-cü il tarixə kimi uzadılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 vəsatətin təmin olunmasına etiraz etmədiyini bildirmişdir.(cild 2, i.v. 11-14) -«məhkəmə-psixiatrik ekspertizası»nın 23 sentyabr 2023-cü il tarixli, 2709 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs2 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs2 öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs2 hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur.(cild 2, i.v. 15-18) -«məhkəmə-psixiatrik ekspertizası»nın 16 sentyabr 2023-cü il tarixli, 2642 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hərəkətləri Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur.(cild 2, i.v. 19-21) -təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, habelə Zərərçəkmiş şəxs istifadələrində olan mobil telefon nömrələri üzrə aparılan danışıqların ələ keçirilməsi üçün Sabirabad Rayon Məhkəməsinin 06 sentyabr 2023-cü il tarixli, 5(056)- 115/2023 nömrəli qərarı müvafiq olaraq "xxxx" MMC-yə və "xxxx" MMC-yə göndərilmiş, "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş bir ədəd diskdəki məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki: "xxxx" MMC-dən daxil olmuş məktuba əlavə edilmiş bir ədəd diskdə «504084554_SMS.txt»; «505940001_SMS.txt»; «505949488_SMS.txt»; «**********54.txt»; «**********01.txt»; «**********88.txt»; «abuneciler16735.xls»; «antenna16735.xls» adlı fayllar vardır. «**********54.txt» adlı faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatlar əks olunmuşdur. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil telefondan Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** nömrəli mobil telefona xx.xx.2023-cü il tarixdə saat 14:06:44 dəqiqədə 12 saniyə, xx.xx.2023-cü il tarixdə saat 19:41:57 dəqiqədə 56 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:44:23 dəqiqədə 118 saniyə, xx.xx.2023-cü il tarixdə saat 12:19:27 dəqiqədə 89 saniyə; saat 13:35:41 dəqiqədə 48 saniyə; saat 16:42:53 dəqiqədə 122; saat 16:45:27 dəqiqədə 24 saniyə; saat 19:04:12 dəqiqədə 59 saniyə, xx.xx.2023-cü il tarixdə saat 16:54:14 dəqiqədə 26 saniyə, sonuncu dəfə isə xx.xx.2023-cü il tarixdə saat 18:01:35 dəqiqədə 31 saniyə danışıq olmuşdur. «**********01.txt» adlı faylda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatlar əks olunmuşdur. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** mobil telefondan Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil telefona xx.xx.2023-cü il tarixdə saat 14:06:05 dəqiqədə 16 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:29:54 dəqiqədə 337 saniyə, xx.xx.2023-cü il tarixdə saat 18:01:36 dəqiqədə 31 saniyə danışıq olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefondan Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** mobil telefona xx.xx.2023-cü il tarixdə saat 23:47:22 dəqiqədə 7 saniyə danışıq olmuşdur. «**********01.txt» adlı faylda Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər barədə məlumatlar əks olunmuşdur. Müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefondan Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** mobil telefona xx.xx.2023-cü il tarixdə saat 19:40:12 dəqiqədə 167 saniyə danışıq olmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefondan Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** mobil telefona xx.xx.2023-cü il tarixdə saat 23:47:22 dəqiqədə 7 saniyə danışıq olmuşdur. «504084554_SMS.txt» adlı faylda Təqsirləndirilən şəxs1 istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar əks olunmuşdur. Müəyyən olunmuşdur ki, xx/xx/2023 tarixdə saat 20:22:27 dəqidədə Zərərçəkmiş şəxs məxsus **********88 saylı mobil nömrədən Təqsirləndirilən şəxs1 məxsus **********54 saylı mobil nömrəyə «Toydayam,tecilidirse yaz Azer» məzmunlu sms mətninin olduğu müəyyən olundu. «505940001_SMS.txt» adlı faylda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar əks olunmuşdur. İş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. «505949488_SMS.txt» adlı faylda Zərərçəkmiş şəxs istifadəsində olmuş (050) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar əks olunmuşdur. İş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar olunmamışdır. «antenna.xls» adlı faylda Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinin, Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinin və Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinin anten dairəsi ilə bağlı məlumatlar əks olunmuşdur. «abuneciler.xlsx» adlı Təqsirləndirilən şəxs1 istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinə, Təqsirləndirilən şəxs2 istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinə və Zərərçəkmiş şəxs istifadəsində olan (050) ***-**-** saylı mobil telefon nömrəsinə zəng vuran abunəçilər ilə bağlı məlumatlar əks olunmuşdur. "xxxx" MMC-dən daxil olan məktuba əlavə edilmiş bir ədəd diskdəki məlumatlara baxış keçirilərkən müəyyən edilmişdir ki, «SMS_Tarixcesi__**********2741__5********.pdf»;«SMS_Tarixcesi__**********2743__5****** **.pdf»; «Zenglerin_Detallasmasi__**********4009___5********.pdf»; «Zenglerin_Mexsusluq_Tarixceleri__**********4126___552342070_BKC.pdf»; adlı fayllar vardır.«SMS_Tarixcesi__**********2741__5********.pdf»;«SMS_Tarixcesi__**********2743__ 5********.pdf» adlı fayllarda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan SMS-lər barədə məlumatlar əks olunmuşdur. «Zenglerin_Detallasmasi__**********4009___5********.pdf» adlı faylda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsinə daxil olan və çıxan zənglər və mobil telefon nömrəsinin anten dairəsi ilə bağlı məlumatlar əks olunmuşdur. Zenglerin_Mexsusluq_Tarixceleri__**********4126___552342070_BKC.pdf» adlı faylda Təqsirləndirilən şəxs2 istifadəsində olmuş (055) ***-**-** saylı mobil telefon nömrəsinə zəng vuran abunəçilər ilə bağlı məlumatlar əks olunmuşdur. (cild 2, i.v. 27-30, 56-58) -«ibtidai istintaq müddətinin uzadılması barədə» 30 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Sabirabad RPŞ-nin İB-də Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti 03 ay-07 ayadək, yəni 06 noyabr 2023-cü il tarixdən 06 fevral 2024-cü il tarixədək uzadılmışdır.(cild 2, i.v. 36-37) -Sabirabad Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 4(056)-18/2024 nömrəli qərarında görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 02 (iki) ay uzadılmışdır.(cild 2, i.v. 94-97) -Sabirabad Rayon Məhkəməsinin 06 fevral 2024-cü il tarixli, 4(056)-17/2024 nömrəli qərarında görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 02 (iki) ay uzadılmışdır.(cild 2, i.v. 107-110) -«məhkəmə-fonoskopik ekspertizası»nın 15 mart 2024-cü il tarixli, 3-16-16/2-4/87- 4/98 nömrəli rəyindən görünür ki: ekspertizaya təqdim olunan 14 ədəd DVD diskdə qeydə alınmış mübahisəli fonoqramlardakı danışıqların məzmunu tədqiqi hissədə verilmiş yazılı mətnlərdən ibarətdir. Ekspertizaya təqdim olunmuş 14 ədəd DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K2» kimi işarə olunmuş diktorun səsi və nitqi-Təqsirləndirilən şəxs1 məxsusdur. Ekspertizaya təqdim olunmuş 14 ədəd DVD diskdə olan mübahisəli fonoqramlardakı danışıqların tədqiqi hissədə verilmiş yazılı mətnlərində «K3» kimi işarə olunmuş diktorun səsi və nitqi – Təqsirləndirilən şəxs2 məxsusdur. Ekspertizaya təqdim olunmuş 14 ədəd «ZYKLEN» markalı CD diskdə olan mübahisəli fonoqramlarda diktorun emosional-psixoloji vəziyyətinin əsaslanmamış dəyişməsi, yazılışın aparıldığı akustik şəraitə məxsus fonun kəskin dəyişməsi kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramların qeydə alındığı yazı qurğusu (qurğuları) ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmadığın müəyyən etmək mümkün olmadı.(cild 2, i.v. 123-135) -«cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında» 28 mart 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus səs yazıları və videogörüntü olan 14 (on dörd) ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 01 ədəd «Samsung» markalı mobil telefon, 79 manat pul, 03 ədəd «Kapital Bank» a məxsus debet kartı, 01 ədəd qol saatı, 02 ədəd avtomobil açarı, 03 ədəd şəxsiyyəti təsdiq edən vəsiqələr iş üzrə sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs1 yaxın qohumlarına qaytarılmışdır. Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 01 ədəd «Vertu» markalı mobil telefon, 556 manat pul, 01 ədəd qol saatı, 01 ədəd eynək iş üzrə sübut əhəmiyyətinə malik olmadığından Təqsirləndirilən şəxs2 yaxın qohumlarına qaytarılmışdır. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxslərə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Cinayət Məcəlləsinin 3-cü maddəsində qeyd olunmuşdur ki, «yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır». Həmin Məcəllənin təqsirə görə məsuliyyət prinsipini ehtiva edən 7-ci maddəsində isə qeyd edilir ki, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət hadisəsinin baş vermə faktı və halları, şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməldə cinayətin əlamətləri, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, ictimai təhlükəli əməlin həm qanunvericilik, həm də doktrinal aspektdə müəyyən edilməsi hər bir cinayətə xas olan hüquqi və sosial əlamətləri üzə çıxarır. Cinayət tərkibini təşkil edən əlamətlərin (obyekt, obyektiv tərəf, subyekt, subyektiv tərəf) mövcudluğu məhz konkret əməlin digər cinayət əməllərindən, o cümlədən, başqa hüquqpozmalardan fərqləndirilməsinə xidmət edir. Belə ki, cinayət tərkibi ictimai təhlükəli əməli konkret cinayət kimi xarakterizə edən cinayət qanunu ilə müəyyən edilmiş obyektiv və subyektiv əlamətlərin məcmusudur. Cinayət qanunvericiliyinə görə, şəxs yalnız o cinayəti törətməyə görə təqsirləndirilə bilər ki, həmin cinayətin törədilməsi şəxsin iradəsinin həqiqi ifadəsi olsun. Cinayət qanunvericiliyi təqsirin iradəvi momentini xarakterizə edən ictimai təhlükəli əməlin və onun nəticəsinin baş verməsini arzu etmək, onların baş verməsinə şüurlu surətdə yol vermək və ya onların qarşısının alınacağını guman etmək və s. kimi əlamətləri nəzərdə tutur. Bu əlamətlərə əsasən demək olar ki, təqsirin iradəvi momenti ictimai təhlükəli əməl (hərəkət və hərəkətsizlik) və ya həmin əməlin nəticəsi ilə əlaqədar olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarına görə, cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də, onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmiş əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olubolmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə əhəmiyyət kəsb edən bütün halları hərtərəfli, tam və obyektiv araşdırıb, göstərilən qanunvericilik normalarını və Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinin tələbinə əsasən təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, həmin Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticələrinə, iş materiallarında olan, həmin Məcəllənin 124-cü maddəsində sübut növləri kimi nəzərdə tutulmuş, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə müqayisəli şəkildə təhlil edilərək qiymətləndirilmiş, işə aid biri digərinə kifayət qədər uyğun gələn mümkün və mötəbər sübutların məcmusuna əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş, məhkəmənin müəyyən etdiyi cinayət əməlini törətmələri ibtidai araşdırma və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 verdiyi etirafedici ifadələri ilə yanaşı, ibtidai istintaq və məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahid ifadələri, «baxış keçirilməsi barədə» protokol, «götürmə aparılması barədə» protokol, götürülmüş 14 ədəd DVD disk, «üzləşdirmə protokolları», Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs hədə-qorxu gələrək pul tələb etdiklərinə görə sonuncunun onlara verdiyi 26 ədəd 100 manatlıq pul əskinasları, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məxsus səs yazıları və videogörüntü olan 14 (on dörd) ədəd DVD diskə «baxış keçirilməsinə dair» protokol, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, habelə Zərərçəkmiş şəxs istifadələrində olan mobil telefon nömrələri üzrə aparılan danışıqları ilə bağlı disklərə baxış keçirilməsi ilə bağlı tərtib edilmiş protokollar, məhkəmə ekspertizasının rəyləri, digər istintaq hərəkəti protokolları, yəni, toplanmış sübutların məcmusu ilə tam sübut edilir. Yuxarıda qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla törətməsi təsdiq olunduğu Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərinə görə məhkum edilməlidirlər. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd olunan əməllərinin cinayət olmasını aradan qaldıran hal, o cümlədən həmin əməllərə görə cinayət məsuliyyətindən azad edilmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və Təqsirləndirilən şəxs1 münasibətdə şərti məhkum etmə üçün əsas yoxdur. Cinayət işi materiallarında olan, məhkəmə istintaqı zamanı elan edilmiş: -04 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır.(cild 2, i.v. 38) -04 noyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Sabirabad Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli, 1(056)-18/2022 nömrəli hökmü ilə Cinayət Məcəlləsinin 221.2.2 və 315.2-ci maddələrilə 1 (bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07 noyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Qanunvericilikdə müəyyən olunmuş qaydada məhkumluğu ödənilməmiş və götürülməmişdir.(cild 2, i.v. 39) -Sabirabad rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyindən verilmiş 17 iyul 2023-cü il tarixli, 746 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs2 ailə üzvüləri ilə birlikdə ünvan 7 ünvanda qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2004-cü il təvəllüdlü Məleykə Əmirova adlı qızı, xx.xx.2011-ci il təvəllüdlü Mirəli Əmirov adlı oğlu vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.( cild 2, i.v.40-42) -Sabirabad rayon İcra Hakimiyyəti başçısının şəhər üzrə nümayəndəliyindən verilmiş 02 aprel 2024-cü il tarixli, 5-70-12/2-330/2024 nömrəli arayış, xasiyyətnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvüləri ilə birlikdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayır, himayəsində xx.xx.2012-ci il təvəllüdlü Rəsul Həsənli adlı oğlu və xx.xx.2014-cü il təvəllüdlü Dəniz Həsənli adlı qızı vardır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(cild 2, i.v. 213-214) -Zərərçəkmiş şəxs 18 iyul 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs2 heç bir şikayət və tələbi olmadığını, gələcəkdə də olmayacağını bildirmiş və ərizəsinin nəzərə alınmasını xahiş etmişdir.(cild 1, i.v. 159) Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşaqlarının olması cəzasını yüngülləşdirən, cinayətlərin residivi olması Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar kimi nəzərə alınır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cinayətin digər iştirakçısının ifşa edilməsinə köməklik etməsi, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, şəxsiyyətini, ailə, maddi və sosial vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını məhkəmə tərkibi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 02 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkum edilmiş şəxsə cəza təyin edilməsi ilə bağlı kassasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə əlaqədar mövqeyi ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiya məhkəməsinin cəza təyini ilə bağlı hissədə qəbul etdiyi qərar maddi hüquq normalarına uyğun qəbul edilmişdir. Məhkəmə cəza təyin edərkən məhkumun törətdiyi cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsini, xarakterini, məhkumun şəxsiyyətini düzgün nəzərə almış, ona törətdiyi cinayətin ağırlığına, şəxsiyyətinə uyğun olan, cəzanın qanunla müəyyən edilmiş məqsədinə xidmət edən qanuni cəza təyin etmiş, o cümlədən Cinayət Məcəlləsinin 8, 41.2, 58.3, 59 və 61-ci maddələrinin tələblərinə tam riayət etmişdir. Belə ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (Cinayət Məcəlləsinin 48-ci maddəsi, CM-in 53.4 və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2004-cü il və 17 mart 2011-ci il tarixli qərarları) Cinayət Məcəlləsinin 64.1-ci maddəsində göstərilmişdir ki, iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələri ilə cəzalar təyin olunan zaman onların hər birinin cinayətin törədilməsində faktiki iştiraklarının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştiraklarının əhəmiyyəti nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatları yayma hədəsi ilə xeyli miqdarda pulunu əldə etmək üçün Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olub bir qrup təşkil etmiş və bundan sonra sonuncu ilə birlikdə cinayət əməlini törətmişdir. Cinayət-Prosessual Məcəlləsinin 158.3 və 158.6-cı maddələrinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə, həmçinin ev dustaqlığında saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 06 iyul 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs1 barəsində Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli, 4(056)- 108/2023 nömrəli qərarı ilə seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 azyaşlı uşağının olmasını, cinayətin digər iştirakçısının ifşa edilməsinə köməklik etməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsi, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsini, şəxsiyyətini, ailə, maddi və sosial vəziyyətini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs2 azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin; 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.4-cü maddəsinə əsasən şərti məhkum etmə zamanı əlavə cəzalar təyin edilə bilər; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarına əsasən şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və sair nəzərə alaraq məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Həmin qərarda göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Məhkəmə qanunvericlik normalarını, o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum qərarının müvafiq müddəalarını nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 ona təyin edilmiş cəzanı real olaraq çəkmədən də islah olunması mümkün olduğundan məhkəmənin hökmü ilə Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə şərti tətbiq olunmalıdır. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1la əlbir olaraq törətdikləri cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilmədiyi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (Cinayət Məcəlləsinin 58.3-cü maddəsi) nəzərə alınmaqla onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, törədilmiş cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, məsuliyyətini yüngülləşdirən hallar nəzərə alınaraq onun azadlıqdan məhrum etmə cəzasını real olaraq çəkmədən islah olunması mümkün hesab edildiyindən barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti ilə şərti hesab edilməsi qanunamüvafiq hesab olunmalı, sınaq müddəti ərzində öz davranışları ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilməli, həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı və təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs2 dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 184 (bir yüz səksən dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilməlidir. Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə tərkibi hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus səs yazıları və videogörüntü olan 14 (on dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli, «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli, həmçinin «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 51-2, 344-349, 351-353, 356, 358, 381, 383, 384 və 385.1-ci maddələrini rəhbər tuturaq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı həbsdə olduğu müddət cəzaçəkmə müddətinə bir günə bir gün hesabı ilə daxil edilməklə şübhəli şəxs qismində tutulduğu vaxtdan, 06 iyul 2023-cü il tarixdən hesablansın. Sabirabad Rayon Məhkəməsinin 08 iyul 2023-cü il tarixli, 4(056)-108/2023 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş 5 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən 3 (üç) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin və sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarətin həyata keçirilməsi Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə dəyişdirilsin və həmin qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 dərhal saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilsin. Ekspertə ödənilməli haqq kimi məhkəmə məsrəfinə görə 184 (bir yüz səksən dörd) manat 38 (otuz səkkiz) qəpik məbləğdə pul Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bərabər məbləğdə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin bank hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş içərisində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məxsus səs yazıları və videogörüntü olan 14 (on dörd) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs1 münasibətdə isə hökmün surətinin onlara verildiyi gündən 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-451/2024
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-451/2024
12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver