Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-452/2022 11.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri- Səfərli Cavid Şamil oğlu (sədrlik edən), Nəbiyev Cəlil Cabbar oğlu və Nuriyev Xamməd Abış oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi- X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər- Lənkəran rayon vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi2, Müdafiəçi3 və Bakı şəhəri 14 saylı vəkil bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1975-ci il tarixdə Cəlilabad şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Cəlilabad şəhəri, A. Azərtürk küçəsi ev 49da qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxx 1983-cü il tarixdə Naxçıvan şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Naxçıvan şəhəri, N.Naxçıvanı küçəsi, döngə 4, ev 3-də qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş İsmayılov Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1991-ci il tarixdə Ağsu rayonu, Gəgəli kəndində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olmuş, əvvəllər məhkum olunmamış, Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə videokonfrans əlaqə sistemindən istifadə etməklə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1, İsmayılov Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək barədə qeyriləri ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında razılığa gəldikdən sonra 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 1070,0 qram, 1350 qram, 1130 qram və 1370,0 qram, ümumi təmiz çəkisi 4920,0 qram tiryəkdən kustar üsulla hazırlanmış heroin və təsiredici maddəsinin ümumi miqdarı 8 qram olan 20 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 200 ədəd olan metadon narkotik vasitələri əldə edib Təqsirləndirilən şəxs2 İsmayılovun idarə etdiyi “HONDA CİVİC” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşında daşımaqla saxlamışlar, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 mart 2022-ci il tarixdə, saat 02 radələrində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 107-ci kilometrliyində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq Təqsirləndirilən şəxs2 İsmayılovun idarə etdiyi “HONDA CİVİC MİNİK” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşında baxış keçirilən zaman yuxarıda qeyd olunan heroin və metadon narkotik vasitələri avtomaşının arxa sağ ayaqaltı hissəsindən aşkar olunaraq götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 10,828 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 mart 2022-ci il tarixdə, saat 02 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 107-ci kilometrliyində saxlanılaraq həmin Baş idarənin şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan narkotik vasitə heroin əynindəki şalvarının sol yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa İsmayılov Təqsirləndirilən şəxs2 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 8,951 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 mart 2022-ci il tarixdə, saat 02 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 107-ci kilometrliyində saxlanılaraq həmin Baş idarənin şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan narkotik vasitə heroin əynindəki şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs3 təkrarən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda tiryəkdən kustar üsulla hazırlanmış ümumi təmiz çəkisi 7,518 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, 01 mart 2022-ci il tarixdə, saat 02 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisindən keçən 107-ci kilometrliyində saxlanılaraq həmin Baş idarənin şöbəsinin inzibati binasına gətirilərək üzərində keçirilmiş şəxsi axtarış zamanı qeyd olunan narkotik vasitə heroin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət qanunvericiliyinə müvafiq olaraq məsuliyyətə səbəb olan cinayət əməllərini törətmələrini, həmçinin onların bu əməlin törədilməsində təqsirkar olub-olmamasını müəyyən etmək üçün məhkəmə istintaqında işin faktiki hallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək araşdırmışdır. Belə ki, məhkəmə baxışında Təqsirləndirilən şəxs1 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 fevral tarixdə axşam saatlarında Cəlilabad rayonunda yaşayan anası özünü pis hiss etdiyinə görə anasına baş çəkmək qərarına gəlmiş, dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 İsmayılovdan xahiş etmişdir ki, onunla birlikdə getsinlər. Gecə saatlarında Təqsirləndirilən şəxs2 məxsus maşınla yola çıxmışlar və artıq 01 mart 2022-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu ərazisinə çatdıqdan sonra heç bir səbəb olmadan bir neçə avtomaşın onları təqib etmişlər, nəticədə Təqsirləndirilən şəxs2 idarəetməni itirərək maşın yol kənarında olan betona dəyərək dayanmışdır, maşın əzilmişdir. Dərhal polis əməkdaşları onlara yaxınlaşaraq onları döyərək xəsarət yetirmişlər, maşına narkotik atmışlar, video çəkiliş keçirməklə maşına baxış keçirmişlər və əvvəlcədən maşına yerləşdirdikləri narkotik vasitəni götürmüşlər. Ona təzyiq göstərildiyi üçün videoçəkilişdə güya narkotik dalınca gəldiyini bildirmişdir. Sonra onu polis şöbəsinə aparmışlar, orada da təzyiq göstərilməklə cibinə narkotik yerləşdirmişlər. Əslində onun heç bir günahı yoxdur, polislər tərəfindən şərlənmişdir. Məhkəmədən əməlinə düzgün qiymət verilməsini xahiş edir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələrində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o, göstərmişdir ki, əvvəllər də narkotik vasitələrə görə məhkum olunmuşdur. Hadisədən bir qədər əvvəl sosial şəbəkələr vasitəsi ilə İran vətəndaşı Səid adlı şəxslə tanış olmuş, Səid ona Cəlilabad ərazisində narkotik vasitələr olmasını, həmin narkotikləri “Lökbatan dairəsində” deyəcəyi yerə qoyacağı halda ona 1500 manat verəcəyini demişdir. O, Səidlə razılaşmış və tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 İsmayılova bildirərək 28 fevraldan 01 mart 2022-ci il tarixə keçən gecə sonuncuya məxsus maşınla yola çıxmışlar. Razılığa görə narkotik vasitələri Bakıya aparandan sonra Səidin ona verəcəyi 1500 manatı hərəsinə 500 manat olmaqla böləcəkmişlər. Saat 01 radələrində Cəlilabada çatmışlar, Cəlilabad rayonu ərazisində Bakı istiqamətində yerləşən 104 nömrəli dəmir lövhəciyin yanından o, narkotiki götürərək maşına qoymuşdur və hərəkətə davam etmişdilər. Bu zaman Təqsirləndirilən şəxs2 idarəetməni itirmiş və maşın yolda olan betona dəymişdir. Qəza nəticəsində o, xəsarət almışdır. Polis əməkdaşları onları maşından çıxararaq elə yolda maşına baxış keçirmişlər və maşından içərisində narkotik olan bağlama aşkar edilmişdir. Bağlamaya baxış keçirilən zaman içərisindən heroin və metadon həbləri aşkar edilmişdir. Bundan sonra həmin maddələr elektron tərəzidə ölçülmüş, heroin təqribən 5 kiloqram müəyyən olmuşdur, metadonun sayı isə 200 ədəd olmuşdur. Sonra onu Narkotiklərlə mübarizə idarəsinin regional şöbəsinə aparmışlar, orada üzərində axtarış keçirilmiş və əynindəki şalvarın sol yan cibindən bir ədəd selofan bükümdə heroin aşkar edilmişdir. Belə ki, həmin heroini hadisədən bir gün əvvəl Bakı şəhərində Əmircan qəsəbəsində adını bilmədiyi şəxsdən özü qəbul etmək üçün 200 manata almışdır, həmin heroindən iki dəfə özü qəbul etmişdir. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş İsmayılov Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 fevral tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona müraciət edərək bildirmişdir ki, Cəlilabad rayonunda yaşayan anası özünü pis hiss etdiyinə görə yanına getmək istəyir və ondan onu maşınla aparmağı xahiş etmişdir. O, da razılaşaraq Xalid və sonuncunun dostu Təqsirləndirilən şəxs3la birlikdə Bakıdan Cəlilabada yola düşmüşlər. Artıq 01 mart 2022-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu ərazisinə çatdıqdan sonra heç bir səbəb olmadan bir neçə avtomaşın onları təqib etmişlər, nəticədə o, idarəetməni itirərək maşın yol kənarında olan betona dəyərək dayanmışdır, maşın əzilmişdir. Dərhal polis əməkdaşları onlara yaxınlaşaraq onları döyərək xəsarət yetirmişlər, maşına narkotik atmışlar, sonra videoçəkilişlə maşına baxış keçirmişlər və əvvəlcədən maşına yerləşdirdikləri narkotik vasitəni polislər götürmüşlər. Sonra onu polis şöbəsinə aparmışlar, orada da təzyiq göstərilməklə cibinə narkotik yerləşdirmişlər. Onun heç bir günahı yoxdur, narkotik dalınca getməmiş, üzərində narkotik olmamışdır. Məhkəmədən günahının olmamasının nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 İsmayılovun məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələrində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, narkotik maddə kakos və nəşə qəbul edir. 01 mart 2022-ci tarixdə gecə saat 02 radələrində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisi ilə Bakı istiqamətində idarə etdiyi Honda markalı, **-OY- *** nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən sürət yüksək olduğundan idarə etməni itirmiş və maşın fırlanıb yolun kənarındakı barıya dəyib dayanmışdır, zərbədən o, xəsarət almışdır. Həmin vaxtı maşında tanışları Xalid və Ceyhun adlı şəxslər olmuşdur. Sonra mülki geyimdə olan bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşları olduqları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını bildirmişlər. Sonra onların iştirakı ilə gecə vaxtı video çəkilişlə idarə etdiyi maşına baxış keçirilmişdir. Baxış zamanı verilən suallara Xalid cavab olaraq bildirmişdir ki, avtomaşında narkotik maddə var, təqdim edə bilər. Sonra avtomaşının arxa sağ qapısını açıb ayaq altının üzərindən qara rəngli selofan bükülünü təqdim etmiş və bildirmişdir ki, bükülüdə narkotik maddə var və on gün əvvəl «lnstqram»da tanış olduğu İran vətəndaşı Səid adlı şəxs bunu göndərmişdir, Səid ona demişdir ki, Cəlillabad zonasında adamı var, həmin şəxs onun üçün yol kənarına narkotik maddə atacaq, götürüb «Lökbatan dairəsi»ndə deyəcəyi lövhəciyin yanında qoysun, buna görə Xalidə 1500 manat pul verəcəyini bildirmiş, sürücü və maşında olan digər şəxsin də bundan məlumatı olduğunu, ona veriləcək pulu öz aralarında bölüşdürəcəklərini, hər birinə 500 manat çatacağını bildirdi. Sonra Xalid bildirdi ki, həmin bağlamanı Cəlilabad rayonu ərazisində Bakı istiqamətində yerləşən 104 nömrəli dəmir lövhəciyin yanından götürmüşlər, onlardan başqa bundan məlumatı olan olmamış, aparıb Səidin telefonda deyəcəyi yerdə «Lökbatan dairəsi»nin yaxınlığında bir yerdə qoyacaqdılar. Həmin bükümlərdə olan heroinə bənzər kütlələr elektron tərəzidə çəkildikdə təxminən 5 kiloqram olmuş, həmçinin 20 listdə metadon tabletinə aşkar edilmişdir. Bundan sonra onları polisin regional şöbəsinə aparmışlar, orada üzərində şəxsi axtarış keçirilmişdir. Əynindəki cins şalvarın sağ yan cibindən bir ədəd selofan bükümdə heroini aşkar edilmişdir. Həmin heroin qablaşdırılaraq götürülmüşdür. Həmin heroini hadisədən bir gün əvvəl Bakı şəhərində Babək prospektində maşın bazarının yaxınlığında adını bilmədiyi şəxsdən özü çəkmək üçün 170 manata almışdır. Həmin heroindən özü qəbul etmiş, heç kimə satmamışdır. Məhkəmə baxışında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 28 fevral tarixdə axşam saatlarında tanışı Təqsirləndirilən şəxs1 ona müraciət edərək bildirmişdir ki, Cəlilabad rayonunda yaşayan anası özünü pis hiss etdiyinə görə yanına getmək istəyir və onunla birlikdə getməsini xahiş etmişdir. Xalid onları Cəlilabada aparmasını Təqsirləndirilən şəxs2 adlı şəxsdən xahiş etmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs2 avtomaşını ilə Bakıdan Cəlilabada yola düşmüşlər. Artıq 01 mart 2022-ci il tarixdə saat 01 radələrində Cəlilabad rayonu ərazisinə çatdıqdan sonra heç bir səbəb olmadan bir neçə avtomaşın onları təqib etmişlər, nəticədə Təqsirləndirilən şəxs2 idarəetməni itirərək maşın yol kənarında olan betona dəyərək dayanmışdır, maşın əzilmişdir. Dərhal polis əməkdaşları onlara yaxınlaşaraq onları döyərək xəsarət yetirmişlər, maşına narkotik atmışlar, sonra videoçəkilişlə maşına baxış keçirmişlər və əvvəlcədən maşına yerləşdirdikləri narkotik vasitəni polislər götürmüşlər. Sonra onu polis şöbəsinə aparmışlar, orada da təzyiq göstərilməklə cibinə narkotik yerləşdirmişlər. Onun heç bir günahı yoxdur, narkotik dalınca getməmiş, üzərində narkotik olmamışdır. Polislər onu şərləmişlər, məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs3 məhkəməyədək icraat zamanı və məhkəmə baxışında verdiyi ifadələrində ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə o göstərmişdir ki, narkotik maddəheroin və marixuana qəbul edir. 01 mart 2022-ci il tarixdə gecə saat 02 radələrində Astara-Ələt avtomobil yolunun Cəlilabad rayonu ərazisi ilə Bakı istiqamətində tanışı Təqsirləndirilən şəxs2 İsmayılovun idarə etdiyi “Honda” markalı, **-OY-*** nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən sürət yüksək olduğundan Təqsirləndirilən şəxs2 İsmayılov idarəetməni itirdi və avtomaşın yolun kənarındakı barıya dəyib dayandı. Zərbədən o xəsarət almışdır. Həmin vaxtı Təqsirləndirilən şəxs2 başqa o, və dostu Təqsirləndirilən şəxs1 da maşında olmuşdur. Sonra mülki geyimdə olan bir neçə nəfər şəxs onlara yaxınlaşıb özlərini polis əməkdaşı, baş narkotiklərlə mübarizə idarəsinin cənub regional şöbəsinin əməkdaşları olduqları kimi təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduqlarını onlara bildirmişlər. Sonra onların iştirakı gecə vaxtı videioçəkilişlə Təqsirləndirilən şəxs2 İsmayılovun idarə etdiyi maşına baxış keçirildi. Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşında qununsuz əşya və ya maddə varsa təqdim edilməsi təklif edildikdə Təqsirləndirilən şəxs1 bildirdi ki, avtomaşında narkotik maddə var, təqdim edə bilərəm. Sonra avtomaşının arxa sağ qapısını açıb ayaq altının üzərindən qara rəngli selofan bükülünü Xalid təqdim edərək bildirdi ki, bükülüdə narkotik maddə var, on gün əvvəl «lnstqram»da tanış olduğu İran vətəndaşı Səid adlı şəxs bunu göndərmişdir, Səid ona demişdir ki, Cəlillabad zonasında adamı var, həmin şəxs onun üçün yol kənarına narkotik maddə atacaq, götürüb «Lökbatan dairəsi»ndə deyəcəyi lövhəciyin yanında qoysun, buna görə Xalidə 1500 manat pul verəcəyini bildirmişdir, Təqsirləndirilən şəxs2 və onun da bundan məlumatı olduğunu, ona veriləcək pulu öz aralarında bölüşdürəcəklərini, hər birinə 500 manat çatacağını Xalid bildirdi. Sonra Xalid bildirdi ki, həmin bağlamanı Cəlilabad rayonu ərazisində Bakı istiqamətində yerləşən 104 nömrəli dəmir lövhəciyin yanından götürmüşlər, onlar başqa bundan məlumatı olan yoxdur, aparıb Səidin telefonda deyəcəyi yerdə «Lökbatan dairəsi»nin yaxınlığında bir yerdə qoyacaqmışlar. Həmin bağlamanın içərisinə baxış keçirildikdə dörd ədəd selofan bükülüdə heroinə bənzər kütlə, iyirmi ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olundu. Bundan sonra qara rəngli selofan torbada heroinə bənzər kütlələr və üstlərdə olan metadon tabletinə bənzər tabletlər qablaşdırıldı, torbanın üstü möhürlənmişdir. Bundan sonra onlar polisin regional şöbəsinə aparılmışlar. Üzərində axtarış keçirilmiş, əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd selofan bükümdə heroin aşkar edilmişdir. Həmin heroini hadisədən bir gün əvvəl Bakı şəhərində Binə qəsəbəsində «Edik» adlı şəxsdən özü çəkmək üçün 150 manata almışdır, həmin kakosdan qəbul etmişdir və heç kimə verməmiş, satmamışdır. Həmin heroin də qablaşdırılaraq götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxslərin həm ibtidai istintaq, həmdə məhkəmə baxışı zamanı dindirilərkən ifadələrində göstərdiyi məlumatları tədqiq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 məhkəmə baxışı zaman ifadələrində “hadisə günü Cəlilabad rayonuna Təqsirləndirilən şəxs1 anasına baş çəkmək məqsədi ilə gəldikləri, polis əməkdaşları onları saxlayaraq təyziq göstərilməklə gəldikləri avtomaşına külli miqdarda narkotik yerləşdirmələri, sonradan isə onları polis şöbəsinə apararaq orada da təyziq göstərməklə ciblərinə narkotik vasitələr yerləşdirməklə şərləyərək cinayət məsuliyyətinə cəlb edilmələri” sözlərini bildirmişlər, lakin ibtidai istintaq zamanı ifadələrində “Cəlilabad rayonuna narkotik vasitə götürmək məqsədi ilə gəlmələri, həmin narkotiki Bakı şəhərinə apararaq 1500 manat əldə etmələri, həmin pulu hərəyə 500 manat olmaqla öz aralarında bölmələri, polis şöbəsində hərəsinin üzərindən narkotik vasitələr aşkar olunması, həmin narkotik vasitələri Bakı şəhərindən almaları” sözlərini göstərmişlər. Məhkəmə təqsirləndirilən şəxslərin ibtidai istintaq və məhkəmə zamanı verdikləri ziddiyyətli ifadələri müqayisəli tətqiq edərək hesab edir ki, onların məhkəmə baxışı zamanı verdiyi ifadələrində qeyd olunan xüsusatlar obyektiv olmayıb, işin faktiki hallarına uyğun deyildir və özlərini müdafiə xarakteri daşıyır. Məhkəmə, onların məhkəmə baxışı zamanı ifadələrində göstərdiyi sözü gedən xüsusatları onlara cəza təyin edilməməsinə, başqa sözlə, cinayət məsuliyyətindən boyun qaçırmaya yönələn cəhd kimi qiymətləndirir. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1, İsmayılov Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Nadir oğlunu əvvəllər tanımamış, onlarla ədavət və düşmənçiliyim yoxdur. Yuxarıda adları qeyd edilən şəxslərin Cəlilabad rayon ərazisində qanunsuz olaraq narkotik vasitə əldə edib daşımaqla üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. 01 mart 2022-ci il tarixdə, təxminən saat 02 radələrində adları qeyd edilən şəxslərin ola biləcək yerlər müəyyən edilərək Bakı-Astra avtomagistralının Cəlilabad rayonu ərazisində keçən hissəsində sonradan İsmayılov Təqsirləndirilən şəxs2 məxsus olmasını öyrəndikləri “X14” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil əməliyyat müşahidəsinə götürüldü. Həmin vaxt hava şəraiti dumanlı olduğundan onlar görmüşlər ki, həmin avtomobil avtomagistral yolunun kənarında dayanıb. Bundan sonra onlar həmin avtomobilə yaxınlaşaraq avtomobildə olan şəxslərə özlərini təqdim etmiş və onlara polis əməkdaşları olduqlarını bildirmişdir. Bundan sonra onlar həmin şəxslər barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı əməliyyat məlumatı daxil olduğunu bildirmişlər. Sonra onlara məlum olmuşdur ki, hava şəraiti dumanlı olduğundan avtomobili idarə edən Təqsirləndirilən şəxs2 İsmayılov idarəetməni itirərək avtomobili yolun kənarında olan dəmir barıya çırparaq dayanmışdır. Şifahi sorğu zamanı həmin şəxslərdən soruşmuşlar ki, əgər avtomobildə dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və psixotrop maddə vardırsa təqdim etsinlər. Bundan sonra avtomobildə sərnişin kimi əyləşən Təqsirləndirilən şəxs1 avtomobildə narkotik maddə olduğunu bildirmişdir. Daha sonra videoçəkiliş aparılmaqla avtomobilə baxış keçirilməsinə başlanıldı. Baxış keçirilməzdən əvvəl avtomobildə olan şəxslərə bildirildi ki, əgər avtomobildə qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə vardırsa könüllü olaraq təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 avtomobildə narkotik maddə olduğunu, həmin narkotik maddəni təxminən 10 gün əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı Səid adlı şəxsin tapşırığı ilə əldə etdiyini və həmin narkotik maddəni Təqsirləndirilən şəxs2 İsmayılovun idarə etdiyi “X14” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa ayaqaltında gizlətdiyini bildirdi. Daha sonra Təqsirləndirilən şəxs1 avtomobilin sağ arxa qapısını açaraq ayaqaltının üstündən bağlamanı təqdim edərək içərisində narkotik maddə heroin və narkotik vasitə metadon olduğunu bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bağlamaya baxış keçirilən zaman bağlamanın içərisində 04 bükümdə narkotik vasitə heroinə bənzər kütlələr və 200 ədəd narkotik vasitə metadona bənzər həblər aşkar olunaraq götürüldü və onların iştirakı ilə qablaşdırıldı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs1 bir daha bildirdi ki, təxminən 10 gün əvvəl “İnstaqram” sosial şəbəkəsində tanış olduğu İran vətəndaşı Səid adlı şəxs ona bildirmişdir ki, onun Cəlilabad zonasında adamı var və həmin şəxsdə ona məxsus narkotik maddə vardır. Daha sonra Səid adlı şəxs ona demişdir ki, o Cəlilabadda olan adama tapşıracaq ki, həmin narkotik maddəni Bakı-Astara yolunun 104-cü kilometrini göstərən plakatın yanına qoysun və o, Təqsirləndirilən şəxs1 demişdir ki, həmin narkotik maddəni oradan götürüb Bakı şəhərində onun dediyi yerə qoysun. Bunun müqabilində isə Səid adlı şxəs Xalidə 1500 manat pul verəcəyini söz vermişdir, o, bu barədə İsmayılov Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 demiş və onlar da Təqsirləndirilən şəxs1la razılaşmışlar. Təqsirləndirilən şəxs1 əlavə olaraq bildirdi ki, Səid adlı şəxsin ona göndərəcəyi 1500 manat pulu o öz aralarında hər birinə 500 manat olmaqla böləcəkmişlər. Avtomobilə baxış keçirildikdən sonra hər üç şəxs Narkotiklərlə mübarizə idarəsinin Cənub bölgəsinin regional şöbəsinə dəvət edildi. Şöbədə həmin şəxslərin üzərinə baxış keçirildi, Təqsirləndirilən şəxs1 təklif edildi ki, üzərində qanunla qadağan edilmiş əşya vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 əynində olan şalvarın sol yan cibindən bir büküm çıxararaq təqdim etdi və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs1 bildirdi ki, həmin narkotik maddə şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən 200 manat pul müqabilində əldə etmişdir və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi həmin bükülüyə baxış keçirildi və həmin bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olundu. Daha sonra İsmayılov Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 İsmayılova təklif edildi ki, üzərində qanunla qadağan edilmiş əşya vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 İsmayılov əynində olan cins şalvarın sağ yan cibindən bir büküm çıxararaq təqdim etdi və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs2 İsmayılov bildirdi ki, həmin narkotik maddə şəxsi istifadəsi üçün Bakı şəhərində tanımadığı şəxsdən 170 manat pul müqabilində əldə etmişdir və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 İsmayılovun təqdim etdiyi həmin bükülüyə baxış keçirildi və həmin bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olundu. Sonda isə Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 təklif edildi ki, üzərində qanunla qadağan edilmiş əşya vardırsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs3 əynində olan gödəkçənin sağ yan cibindən bir büküm çıxararaq təqdim etdi və həmin bükülünün içərisində narkotik vasitə heroin olduğunu bildirdi. Təqsirləndirilən şəxs3 bildirdi ki, həmin narkotik maddə şəxsi istifadəsi üçün Bakı şəhərində, Binə qəsəbəsində “Edik” adlı şəxsdən 150 manat pul müqabilində əldə etmişdir və gələcəkdə istifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Təqsirləndirilən şəxs3 təqdim etdiyi həmin bükülüyə baxış keçirildi və həmin bükülünün içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olundu. Məhkəmə baxışında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələri ilə yanaşı, Azərbaycan Respublikası CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, aşağıdakı ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək tədqiq etmişdir. Belə ki, iş materiallarında olan məhkəmə fiziki-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 19/257 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. İsmayılov Təqsirləndirilən şəxs2 idarə etdiyi Honda markalı, **-OY-*** d.q.n avtomaşından aşkar edilmiş 04 ədəd bükülüdə heroinə bənzər kütlələr və 20 ədəd listdə metadona bənzər tabletlər qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan bir ədəd bağlamadakı, 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1070,0 qr: -1350 qr: - 1130 qr: -1370,0 qram ümumi təmiz çəkisi: -4920,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindirlər və 20 ədəd konvalyutda hər birində 10 ədəd olmaqla ümumi sayı 200 ədəd olan qəhvəyi rəngli dairəvi formalı həblər metadondurlar, həblərin təsiredici maddəsinin ümumi miqdarı: -8,0 qramdır (bir həbdə 0,04 qr).Tədqiqata təqdim edilmiş İsmayılov Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşından aşkar edilmiş 4 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: -1070 qr, -1350 qr, -1130 qram olan heroinlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birləri ilə eynidirlər, lakin təmiz çəkisi 1370 qram olan heroindən, xarici görünüşünə və kimyəvi tərkiblərinə görə fərqlidirlər.Tədqiqata təqdim edilmiş üzərində “Vət. İsmayılov Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -8,951 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -10,828 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs3 təqdim etdiyi 01 ədəd bükümdə heroinə bənzər kütlə qablaşdırıldı və möhürləndi...” sözlər və imzalar olan zərfdəki 1 ədəd bükümdə təmiz çəkisi -7,518 qram olan maddə tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş İsmayılov Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 üzərilərindən aşkar edilmiş 3 büküm heroin xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər, lakin İsmayılov Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşından aşkar edilmiş 4 ədəd bükümlərdəki heroinlərdən kimyəvi tərkiblərinə görə fərqlidirlər. Rəyə əlavə olunmuş ekspertiza xərcinə dair bildirişdə aparılmış tədqiqatıqın dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 252 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 254 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs3 metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya xəstəliyi aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 253 nömrəli rəyindən görünür ki, müayinə zamanı İsmayılov Təqsirləndirilən şəxs2 çətənə bitkisi preparatlarını tərkibində saxlayan maddələrdə sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 167 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 sağ bazu sümüyünün qapalı sınığı müəyyən olundu, müəyyən olunan xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə (21 gündən çox) pozulmasına səbəb olmuş sağlamlığa ağır zərər vurmaya aiddir. Rəyin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs1 deməsinə görə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində sərnişini olduğu “Honda” markalı maşında qəzaya uğramışdır. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 sağ və sol kürək nahiyyəsində qançır müəyyən olundu, müəyyən olunan xəsarətlər bərk küt əşyanın/əşyaların/ təsirindən törənmişdir, törənmə müddəti qərarda qeyd olunan xx.xx.2022-ci il il tarixə uyğun gəlir, və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Rəyin əsaslandırıcı hissəsində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs3 deməsinə görə xx.xx.2022-ci il tarixdə saat 02 radələrində sərnişini olduğu “Honda” markalı maşında qəzaya uğramışdır. İş materiallarında olan Bakı İstintaq təcridxanasının 08 avqust 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə təcridxanaya daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilmişdir. Müayinə zamanı o, həbs olunmazdan əvvəl xəsarət aldığını bildirmişdir.Rentgenoloji müayinə zamanı sağ bazu sümüyünün aşağı 1/3-nin az yerdəyişən qapalı sınığı izlənmişdir. Müəssisəyə daxil olarkən və müayəinə zamanı həmin nahiyə gips sarğısına qoyulmuş halda olmuşdur. İsmayılov Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə təcridxanaya daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilmişdir. O, həbs olunmazdan əvvəl avtombil qəzası nəticəsində xəsarət aldığını bildirmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2022-ci il tarixdə təcridxanaya daxil olmuş və ilkin tibbi müayinələrdən keçirilmişdir. Müayinə zamanı xəsarət aldığını bildirsə də bədəninə baxış keçirilən zaman sağ və sol kürək nahiyyəsində sarımtıl rəngli qançır müşahidə olunmuşdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 547 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs1 xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs1 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövdə Təqsirləndirilən şəxs1 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarıdadır. Təqsirləndirilən şəxs1 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 548 nömrəli rəyindən görünür ki təqsirləndirilən şəxs İsmayılov Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. İsmayılov Təqsirləndirilən şəxs2 xasiyyətin isterik cizgiləri müəyyən edilir. İsmayılov Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövdə İsmayılov Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də İsmayılov Təqsirləndirilən şəxs2 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarıdadır. İsmayılov Təqsirləndirilən şəxs2 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 549 nömrəli rəyindən görünür ki Təqsirləndirilən şəxs3 hal-hazırda hər hansı bir Psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs3 xasiyyətin isterik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs3 törətdiyi əməl dövründə xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövdə Təqsirləndirilən şəxs3 öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs3 törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarıdadır. Təqsirləndirilən şəxs3 hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan 01 mart 2022-ci il tarixli videoçəkilişlə «avtomobilə baxış keçirilməsi haqqında» protokoldan görünür ki, İsmayılov Təqsirləndirilən şəxs2 idarə etdiyi “Honda” minik markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşından 04 ədəd bükülüdə narkotik vasitə heroinə bənzər, 20 ədəd listdə metadon tabletinə bənzər tabletlər aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan 01 mart 2022-ci il tarixli videkoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sol yan cibindən bir ədəd selofan büküm çıxarıb təqdim etdi və ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi bükümün içərisində heroin var, ozunə məxsusdur, bir gün əvvəl Bakı şəhərində Əmircan qəsəbəsində adını bilmədiyi şəxsdən 200 manata almışdır. İş materiallarında olan 01 mart 2022-ci il tarixli videkoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 İsmayılov əynindəki cins şalvanın sağ yan cibindən bir selofan büküm çıxarıb təqdim etdi və ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi bükümün içərisində heroin var, bir gün əvvəl Bakı şəhərində Babək prospektində maşın bazarının yaxınlığında adını bilmədiyi şəxsdən özü çəkmək üçün 170 manata almışdır. İş materiallarında olan 01 mart 2022-ci il tarixli videkoçəkilişlə «şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd selofan büküm çıxarıb təqdim etdi və ona verilən suallara cavab olaraq bildirdi ki, təqdim etdiyi bükümün içərisində heroin var, bir gün əvvəl Bakı şəhərində Binə qəsəbəsində «Edik» adlı şəxsdən özü çəkmək üçün 150 manata almışdır. İş materiallarında olan 02 mart 2022-ci il tarixli «maddi sübut kimi tanınması haqqında» qəraradan görünür ki, İsmayılov Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi “Honda” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 4928,701 qram heroin narkotik vasitəsi, 185 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 10,778 qram heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 7,468 qram heroin narkotik vasitləri maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Cəlilabad RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İş materiallarında olan 01 mart 2022-ci il tarixli protokollarla Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. İş materiallarında olan Cəlilabad Rayon Məhkəməsinin 02 mart 2022-ci il tarixli qərarları ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 barələrində həbs olunmasının əvvəli 01 mart 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər X6 və İsmayılov Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdırlar. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyindən alınmış tələbnamədən və hökmün surətindən görünür ki, Məmmədov X5 Rayon Məhkəməsinin 24 yanvar 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 1 il 8 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş məhkumluğu ödənilməmişdir. İş materiallarında olan Naxçıvan MR-sı 04 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, doğum və nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, İsmayılov Təqsirləndirilən şəxs2 Naxçıvan MRnın Naxçıvan şəhəri, N.Naxçıvani küçəsi, döngə 4, ev 3-də qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadından və xx.xx.2011-ci il təvəllüdlü İsmayılzadə abbas Təqsirləndirilən şəxs2 oğlu adında azyaşlı oğlundan ibarətdir, barəsində heç bir təşkilat və kənd ictimaiyyəti tərəfindən icra nümayəndəliyinə ərizə və şikayət daxil olmamamışdır, müsbət xarakterizə olunur. İş materiallarında olan Ağsu rayonu, X12 Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 Ağsu rayonu, Gəgəli kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, müsbət xarakterizə olunur. İş materiallarında olan Cəlilabad şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan və xasiyyətnamədən görünür ki, Məmmədov X5 şəhəri, A.Azərtürk küçəsi ev 48-də qeydiyyatda olmaqla yaşayır, barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, müsbət xarakterizə olunur. İş materiallarında olan 07 iyun 2022-ci il tarixli «sübutların qiymətləndirilməsi haqqında» qərardan görünür ki, Təqsirləndirilən şəxs1, İsmayılov Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əldə etdikləri külli miqdarda narkotik vasitəheroin və külli miqdarda narkotik vasitə metadonu kimdən və hansı yolla əldə etmələrini müəyyən etmək məqsədilə cinayət işinin materiallarından CM-in 234.4.3cü maddəsi ilə ayrıca materiallar ayrılmışdır. Həmin qərarla «şəxsi axtarış və keçirməsi və götürmə haqqında», «avtomobilə baxış kneçirtməsi və götürmə aparılması haqqında» protokolları əks etdirən 4 ədəd DVD disklər iş üzrə maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Həmin tarixli qərarla İsmayılov Təqsirləndirilən şəxs2 qanuni əsaslarla idarə etdiyi «HONDA CİVİC» minik markalı,**-OY-*** dövlət qeydiyyat nişanlı avtomobil, sürücülük vəsiqəsi, həmin avtomobilin qeydiyyat şəzadətnaməsi və bir ədəd etibarnamə Təqsirləndirilən şəxs2 İsmayılovun qardaşı X1 təhvil verilmiş və Təqsirləndirilən şəxs3 məxsus bir ədəd «Nokia» markalı mobil telefon Cəlilabad RPŞ-nin saxlanc kamerasına təhvil verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş bir ədəd «Samsung» markalı mobil telefon, bir ədəd «Poco» markalı mobil telefon və bir ədəd Kapitalbanka aid olan «Birkart» plastik kartı onun qardaşı X4 qaytarılmışdır. İş materiallarında olan qəbzdən görünür ki, şəxsi axtarış zamanı İsmayılov Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş bir ədəd «HUAWEİ» markalı mobil telefon yaxın qohumlarına verilməsi üçün müdafiəçisi X2 təhvil verilmişdir. Məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, işdə olan digər sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinatət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 istinad edilən cinayət hadisəsi həqiqətən baş vermişdir, həmin cinayət əməlləri məhz onlar tərəfindən törədilmişdir, bu cinayətlərə görə onlara ittiham verildiyi CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərinin bütün tərkib əlamətləri vardır, həmin cinayətin törədilməsində təqsirlidirlər və onların təqsirliliyi kifayət qədər sübuta yetirilir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları tam, obyektiv və hərtərəfli araşdırıb, CPM-in 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslər və şahidlərin) ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, maddi sübutları, ekspertiza rəylərini və digər sənədləri də sübut növləri kimi qəbul edərək həmin sübutları ittihamı təsdiq edən sübutlar kimi qiymətləndirir. Beləliklə, məhkəmə işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq həmin sübutlara tətbiq ediləcək qanunun normalarına əsasən hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 əməlləri CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə baxışı zamanı cinayət təqibini istisna edən və cinayət təqibinin həyata keçirilməməsinə imkan verən hallar aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən olunmadı. Eyni zamanda, məhkəmə onların barəsində CM-in 62-ci və ya 70-ci maddəsinin tətbiqinə heç bir əsas görmür. CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübütlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə bu və digər məsələlər üzrə gəldiyi nəticələri, Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” xx.xx.2005-ci il tarixli qanunların tələbləri baxımından da, əsaslı hesab edir. Belə ki, həmin Qanunların tələblərinə və izahına əsasən təqsirləndirilən şəxslərin əldə etdiyi narkotik vasitə və psixotrop maddə “külli miqdar” kimi qiymətləndirilir. CM-in 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 İsmayılovun himayəsində bir azyaşlı uşağın olması və yaşayış yerindən müsbət xarakterizə olmasını, ilk məhkumluğunu məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olmasını məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-in 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 yaşayış yerindən müsbət xarakterizə olması ilk məhkumluğunu məhkəmə cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. Məhkəmə CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 cəzalarını ağırlaşdıran halları müəyyən etmir. Təqsirləndirilən şəxs1 hazırkı iş üzrə cinayəti Cəlilabad Rayon Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli hökmü üzrə məhkumluğu ödənilmədən və ya götürülmədən törətmişdir. Bu hal isə, Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən residiv hesab olunmalı və həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirilməlidir. CM-in 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Odur ki, təqsirləndirilən şəxslərə cəza təyin ediləsi halda yuxarıda göstərilən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, törətdiyi əməllərə görə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək cəzalanmalıdırlar. Məhkəmə hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa olunmasına, təqsirləndirilən şəxsin islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 ittiham olunduqları maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. CM-in 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs2 İsmayılov cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Ambulator məcburi-narkoloji tibbi yoxlama rəylərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə toksikomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olub –Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan İsmayılov Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi “Honda” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 4928,701 qram heroin narkotik vasitəsi, 185 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 10,778 qram heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 7,468 qram heroin narkotik vasitləri məhv edilməli, «şəxsi axtarış keçirməsi və götürmə» və «avtomobilə baxış kneçirməsi və götürmə aparılması» haqqında protokolları əks etdirən 4 ədəd DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı, Təqsirləndirilən şəxs3 məxsus bir ədəd «Nokia» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılmalıdır. Məhkəmə iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək olaraq hər birindən 16 (on altı) manat 67 (altmış yeddi) qəpik tutularaq dövlət nəfinə keçirilməsini, onların cəza çəkmə müddətinin əvvəlini 01 mart 2022-ci il tarixdən hesablanmasını əsaslı sayır. Göstərilənlərə əsasən, CPM-in 344-349, 351-353, 356, 358, 381, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəza çəkdiyi dövrdə toksikomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 67 (altmış yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə keçirilsin. İsmayılov Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən İsmayılov Təqsirləndirilən şəxs2 cəza çəkdiyi dövrdə narkomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 67 (altmış yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 İsmayılovdan tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-in 234.4.1, 234.4.2 və 234.4.3cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Məhkəmənin hökmü qanuni qüvvəyə minənədək barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 01 mart 2022-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 cəza çəkdiyi dövrdə toksikomaniyadan məcburi müalicə olunsun. Ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə 16 (on altı) manat 67 (altmış yeddi) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs3 İsmayılovdan tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınaraq - Cəlilabad Rayon Polis Şöbəsində saxlanılan İsmayılov Təqsirləndirilən şəxs2 üzərindən və idarə etdiyi “Honda” markalı, **-OY-*** dövlət qeydiyyat nişanlı avtomaşından götürülmüş ekspertiza tədqiqatından sonrakı qalıq 4928,701 qram heroin narkotik vasitəsi, 185 ədəd metadon həbləri, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 10,778 qram heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar edilmiş 7,468 qram heroin narkotik vasitləri məhv edilsin. Cəlilabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs3 məxsus bir ədəd «Nokia» markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın. İş üzrə «şəxsi axtarış keçirməsi və götürmə» və «avtomobilə baxış kneçirməsi və götürmə aparılması» haqqında protokolları əks etdirən 4 ədəd DVD disklər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılsın. Hökmdən elan olunduğu (həbsdə olan Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 İsmayılov və Təqsirləndirilən şəxs3 hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-452/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-452/2022
11.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver