Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-452/2023 11.07.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri - Məmmədov Müşfiq Vaqif oğlu (sədrlik edən), Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi - X15, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və Təqsirləndirilən şəxs, müdafiəçisi - Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxxxx 1985-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2011-ci ildə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmiş, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün yaradılmış sabit qrupun tərkibində təlimlərdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Belə ki, o, Azərbaycan Respublikasının hüdudlarından kənarda, yəni Suriya Ərəb Respublikasının ərazisində “Musa” ləqəbli X12 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində təlimlərdə iştirak etmək məqsədi ilə 02 fevral 2020-ci il tarixdə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən ölkə ərazisini tərk edərək Gürcüstan və İran İslam Respublikasından keçməklə Suriya Ərəb Respublikasının Hələb şəhərinə gedərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində yaradılaraq fəaliyyət göstərən Azərbaycan Respublikasının vətəndaşları Şahid2, Şahid1 və digər azərbaycanlılardan ibarət qanunsuz silahlı sabit qrupa qoşulmuş, 2020-ci ilin fevral ayında həmin qruplaşmanın digər üzvləri ilə birlikdə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində təlimlərdə iştirak etmiş, həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi Suriya Ərəb Respublikasının qanunvericiliyinə əsasən cinayət sayılan həmin əmələ görə xarici dövlətdə məhkum olunmamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-1.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2014-cü ilin aprel ayında oxumaq üçün İrana getmişdir. X28 şəhərində təhsil alan, əslən Lənkəran rayonundan olan Anar adlı tanışı aparmışdır. Sonuncu ilə birlikdə əvvəlcə Məşəd şəhərinə gedərək oranı ziyarət etmiş, daha sonra Anar onu Təbriz şəhərinə apararaq orada dini təhsil verən universitetlərin birinə yerləşdirmişdir. Anar isə təhsilini davam etdirmək üçün Məşədə qayıtmışdır. O, Təbriz şəhərində cəmi 1 ay dini təhsil almış və təhsilini yarımçıq qoyaraq Azərbaycana Astara rayonuna öz evlərinə qayıtmış, heç yerdə işləməmişdir. Bəzi hallarda kimlərinsə yükünü İrana keçirib həmin günü də geri qayıtmış, gördüyü işin müqabilində ona 10 manat pul verirmişlər. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək daha sonra göstərmişdir ki, 2009-cu ildən başlayaraq ibadətlə məşğul olmuş, İslamın şiə məzhəbinə qulluq edir. Bildirir ki, 2020-ci ilin təxminən yanvar ayında doğma xalası oğlu Şahid1 ona özünün hərbi təlimlərə qatılmaq üçün Suriyaya gedəcəyini demiş, özü ilə birlikdə onun da getməyini təklif etmişdir. O Şahid1 həmin hərbi təlimlərin məqsədini soruşduqda, sonuncu ona məqsədin din uğrunda edilməli bir iş olduğunu, islam dininin düşmənlərinə, yəni vahabilərə qarşı birləşməli, lazım gəlsə onlara qarşı döyüşməli olduqlarını, habelə “xanım Zeynəb”in hərəmini qorumaq üçün getməli olduqlarını bildirmişdir. Şahid1 həmçinin ona Suriyada “xanım Zeynəb”in məzarını da ziyarət edəcəklərini demişdir. O bir az fikirləşdikdən sonra Şahid1 həmin təklifi ilə razılaşmışdır. O, 2020-ci ilin fevral ayının 2-də Şahid1la birlikdə təyyarə ilə Gürcüstana, elə həmin gün digər təyyarə ilə Tehran şəhərinə gəlmişlər. Orada Rza adlı əslən azərbaycanlı olan və İranda yaşayan şəxs onları qarşılayaraq Suriyaya getmək üçün toplanmış şəxslərin olduğu hərbi düşərgəsinə gətirmişdir. Həmin düşərgədə onların, yəni Azərbaycandan olan dindarların başçısı əslən Gəncə şəhərindən olan Musa adlı şəxs olmuşdur. Orada onlarla birlikdə dayısı oğlu Əli Axundzadə və digər dayısı oğlu Ehtiram Axundzadə adlı İranda yaşayan şəxslər də var imiş. X17 dayısının oğludur. X11 2010-cu ildə qanunsuz silah saxlamağa görə həbs edilmiş, cəzasını çəkib qurtardıqdan sonra İrana köçərək orada yaşayır, radikal şiə mövqeyinə görə seçilən şəxslərdən biridir. Onlar Tehranda yerləşən hərbi düşərgədə 3 gün qalmış və həmin 3 gün ərzində onlar demək olar ki, heç bir hərbi təlim keçməmiş, orada onlara ancaq Suriyaya gedəcəkləri və hansı məqsədlə gedəcəkləri barədə müntəzəm təlimatlar verilirmiş. Orada onlara məzlum Suriya xalqının yaşadığı əzablardan, din qardaşlarının onları o bəladan qurtara biləcəklərindən danışılırmış. 3 gün tamam olduqdan sonra onlar qeyd etdiyi həmin şəxslərlə birlikdə Suriyanın Dəməşq şəhərinə təyyarə vasitəsilə getmişlər. Təyyarədən endikdən sonra onları avtobusla Hələb şəhərinə aparmışlar. Hələb şəhərində köhnə bir villada qalırmışlar. Suriyada təxminən 10 gün qalmışlar. Həmin 10 gün ərzində onlara həm hərbi təlimlər keçirilirmiş, həm də onlarla psixoloji söhbət aparılırmış. Hərbi təlimlər nəzəri və praktiki olmaqla iki yerə ayrılırmış. Nəzəri təlimlər həmin villada keçirilmişdir. Təlimləri keçən şəxs hazırda adını xatırlamadığı iranlı şəxs olmuş, sonuncu fars dilində danışırmış və yanında cənubi Azərbaycandan olan bir şəxs onun dediklərini tərcümə edirmiş. Praktiki təlim olaraq, onlar həmin 10 gün müddətində 2 dəfə atış təliminə cəlb olunmuşlar. Birinci atış təlimində onlara “AK-74” markalı odlu silah və atmaq üçün 6 ədəd güllə verilibmiş. Güllələrin 3-nü dizüstə atışla, 3-nü isə uzanıqlı vəziyyətdə atmışlar. İkinci atış təlimində onlara “Pulemyot Kalaşnikov” markalı odlu silah verilmiş və 11 güllənin uzanıqlı vəziyyətdə atışını keçmişlər. Hərbi atış təlimlərindən əlavə onlara hər gün psixoloji motivasiyalar verilirmiş. Orada hər gün deyilirmiş ki, məzlum Suriya xalqını onlar o əzablardan qurtarmalıdır və din düşmənləri olan vahabilərə qarşı birləşməlidirlər. Bir məsələni də qeyd edir ki, orada onlara ləqəblər verilmişdir. Özünün ləqəbi Abbas olmuş, onunla birlikdə gedən Eltun, Musa, Əli və Ehtiramın ləqəblərini hal-hazırda xatırlamır. Onların dəstəsinə həm də “Zeynəb hərəminin müdafiəçiləri” adı verilibmiş. Dəstənin başçısı qeyd etdiyi kimi əslən Gəncə şəhərindən olan Musa olmuşdur. Təlimin sonunda Suriyalı bir şəxs ona 1000 dollar pul vermişdir. O əvvəldən onlara pul veriləcəyini bilmirmiş, özü pul müqabilində oraya getməmiş, sadəcə dini düşmənlərinə qarşı mübarizə aparmaq məqsədilə döyüş təlimlərinə qatılmışdır. 10 gün Suriyada hərbi təlimlərə qatıldıqdan sonra onlar yenidən Tehrana qayıtmış və orada 1 gün qalıb təyyarə ilə Rusiyanın Moskva şəhərinə getmişlər. Nəhayət xx.xx.2020-ci il tarixində Rusiyadan təyyarə ilə Azərbaycana qayıtmışdır. Bundan sonra o Azərbaycan hüdudlarından kənarda heç bir döyüş təlimlərinə qatılmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs bildirmişdir ki, o törətdiyi cinayət əməlindən olduqca peşmandır. Ona görə peşmandır ki, İranda oturanlar, istər Tohid olsun, istərsə də Tohidin yaxın əlaqələri olsun, onların saflığından istifadə edərək onları tələyə salıblar, onları aldadıblar. Onu aldatdıqları üçün Allahdan Tohidgili lənətliyir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməllərini Təqsirləndirilən şəxs törətmişdir. Onun törətdiyi cinayət əməli özünün etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2017-ci ildən tutulanadək olan müddət ərzində İslam dininin Şiə təriqətinin Cəfəri məzhəbi üzrə ibadət edir. İbadətə başladığı dövrdən dini ədəbiyyata marağı olmuşdur. Həmçinin dini biliklərini artırdıqca İslam dininin Əhli-Sünnə təriqətinə ibadət edən sələfilərə qarşı nifrəti olmuş və onların Əhli-Sünnə adı altında uydurduqları sələfi məzhəbini qəbul etməmişdir. Ümumiyyətlə onun özü, həmçinin İran İslam Respublikasında yaşayan X11, sonuncunun övladları Əli və Məhəmmədəli Axundzadələr, eləcə də digər Əhli-Şiə məzhəbi üzrə İslam dininə ibadət edən məzhəb yoldaşları Əhli-Sünnə təriqətinin sələfi məzhəbini islam dinindən saymırlar və onlara qarşı mübarizə aparırlar. X11 2011-ci ildə həbs edilmiş, 2021-ci ildə azadlığa çıxdıqdan sonra İran İslam Respublikasına köçmüşdür. Ruhulla Axundzadənin «Youtube» kanalı vardır ki, həmin kanal vasitəsi ilə o, İran meyilli videolar və çıxışların paylanmasını həyata keçirir. 2019-cı ilin may ayında işləmək məqsədilə İstanbul şəhərinə getmiş, orada olduğu dövrdə məzhəb yoldaşı və dayısı oğlu Əli Axundzadə ilə mütamadi olaraq telefon vasitəsi ilə danışaraq birbiriləri ilə hal əhval tutmaqla dini mövzularda söhbətlər aparırmışlar. Əlaqələri adətən «Whatsapp» vasitəsi ilə olmuşdur. 2019-cu ilin təxminən sentyabr ayında İranda yaşayan dayısı oğlu Əli Axundzadənin dəvəti ilə X18 şəhərində Əli Axundzadənin yaşadığı evə gəlmiş, təxminən 2 həftə İranda qaldıqdan sonra X20 Ərəb Respublikasında Əhli-Şiələrin Əhli-Sünnə təriqətinin Sələfi məzhəbinin üzvlərinə qarşı silahlı mübarizə apardığını və oraya getməklə «xanım Zeynəb»in ziyarətgahını silahla silahlanaraq sələfilərdən müdafiə etməyin vacibliyini ona bildirmişdir. Əli Axundzadə həmçinin ona Suriya Ərəb Respublikasında əfqanlardan, ərəblərdən, pakistanlılardan, iraqlılardan ibarət müqavimət ordusunun formalaşdığını, lakin azərbaycanlılardan ibarət müqavimət ordusunun olmadığını ona demişdir. Sələfilərə qarşı nifrəti olduğundan Əli Axundzadənin həmin təklifini qəbul edərək sələfilərə qarşı silahlı mübarizə aparmaqda din qardaşlarına kömək etmək qərarına gəlmişdir. Həmin məqsədlə 2019-cu ilin oktyabr ayının əvvəllərində o, Əli Axundzadə, digər dayısı oğlu Ehtiram Axundzadə ilə birlikdə İranın Qum şəhərində yerləşən azərbaycanlılardan ibarət şiə mücahidlərinin olduğu evə getmişlər. Orada onlarla birlikdə Suriyaya getməli olan təxminən 30-a yaxın Azərbaycan Respublikasının müxtəlif rayonlarından olan mücahidlər toplaşmışlar. Həmin ünvanda tam formada yığıldıqdan sonra avtobusla İranın Tehran şəhərində yerləşən “İmam Xomeyni” hava limanına getmişlər. Orada onlara guya iranlı olduqlarını təsdiq edən saxta sənədlər verilmişdir. Həmin sənədlərdə onun adı Şakir Əmini kimi qeyd edilmişdir. Digər mücahidlərin sənədlərində də onların adları İran vətəndaşlarının daşıdığı soyad və adlara uyğun hazırlanmış adlar olmuşdur. Sənədləri onlara hava limanında tanımadığı şəxs təqdim etmişdir. Sənədləri əldə etdikdən sonra yük təyyarəsinə əyləşmişlər və 2 saatdan sonra Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə çatmışlar. Dəməşq hava limanında onların sənədlərini yoxlayaraq təhvil almışlar. Daha sonra Livanlı, milliyyətcə ərəb olan adını hazırda xatırlamadığı şəxs onları qarşılayaraq Suriya Ərəb Respublikasının Hələb şəhərinə aparmışdır. Hələb şəhərində bütün dəstə üzvlərinə “Kalaşnikov” markalı silah verilmişdir. Beləliklə də “Hizbullah” (Hüseyniyyun) silahlı qruplaşmasının azərbaycanlılardan ibarət müqavimət ordusu yaradılmışdır. Bildiyi qədəri ilə Suriya Ərəb Respublikasının Hələb şəhərində “Hizbullah”ın digər millətlərdən olan müqavimət qruplaşmaları da olmuşdur. Onlar 2 mərtəbəli kazarma tipli binada yerləşmişlər. Mütəmadi olaraq silahdan atış qaydalarını öyrənərək təlimlər keçməyə başlamışlar. Silahlı qrupun rəhbəri milliyyətcə ərəb, lakin qrup üzvləri hamısı azərbaycanlılardan ibarət imiş. Onlar ərzaqla və “Hizbullah” müqavimət ordusuna məxsus hərbi geyimlə təmin edilmişlər. Milliyyətcə ərəb olan komandir kimi müraciət etdikləri şəxs hər birinə dini ləqəb götürməyi tapşırmış, onun dini ləqəbi “Heydər” olmuşdur. Təlimlərdən sonra onlar həmin dövrdə döyüşlərin getdiyi Suriya Ərəb Respublikasının İdlib şəhərinə gedəcəkmişlər. Əvvəlcədən təlimlərin nə zaman bitəcəyi və döyüşlərə nə zaman qatılacaqları onlara bildirilməmişdir. 30 nəfərə yaxın azərbaycanlılardan ibarət silahlı qrupun üzvləri arasında Ruhulla dayısının oğlu Əli (dini ləqəbi-Höccətullah), Vüqar dayısının oğlu Ehtiram (dini ləqəbi-Ələmdar), dini ləqəbləri Hür, Əliəkbər olan və hazırda adlarını və dini ləqəblərini xatırlamadığı, lakin üzdən gördüyü zaman tanıya biləcəyi şəxslər var imiş. Təxminən 20 gündən sonra təlimin ilkin dönəmi sona çatmışdır. Təlim yekunlaşdıqdan sonra ona və digər təlim alan şəxslərə 1.000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2019-cu ilin oktyabr ayının ortalarında avtobusla Suriya Ərəb Respublikasının Hələb şəhərindən Dəməşq şəhərindəki hava limanına gəlmişlər. Orada onların guya iranlı olduqlarını təsdiq edən sənədləri təqdim edilmişdir. Dəməşq hava limanında yük təyyarəsinə əyləşmişlər və əvvəlcə İranın Tehran şəhərinə, oradan isə avtobusla Qum şəhərinə gəlmişlər. Bütün dəstə üzvləri Qum şəhərində onlar üçün ayrılmış evdə yerləşmişlər. O isə dayısı oğlu Əli Axundzadənin yaşadığı evə getmişdir. 2-3 gün Əli ilə birlikdə qaldıqdan sonra İranı tərk edərək «Astara» sərhəd-buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qayıtmışdır. Digər dəstə üzvlərinin bir hissəsi isə hissə-hissə olmaqla ya Azərbaycana, yaxud Rusiya Federasiyasına qayıtmışlar. Dəstə üzvlərinin yarı hissəsi Rusiya Federasiyasında yaşayan Əhli-şiə təriqətinə etiqad edən azərbaycanlılar olmuşdur.Təxminən 10 gün ölkə ərazisində qaldıqdan sonra 2019-cu ilin noyabr ayının əvvəllərində Əli Axundzadə ona zəng edərək yenidən təlimlərin başladığını və dəstə üzvlərinin yığışdığını, onun da İrana gəlməli olduğunu ona bildirmişdir. O Əli Axundzadənin tapşırığı ilə «Astara» sərhəd-buraxılış məntəqəsindən ölkə hüdudlarını tərk edərək İran İslam Respublikasına getmiş, Qum şəhərində yenidən onu Əli Axundzadə qarşılamışdır. İran İslam Respublikasında 20-25 gün qaldıqdan sonra 2019-cu ilin təxminən dekabr ayında Əli və digər ilk dəfə onunla birlikdə təlimdə iştirak etmiş və təlimə qatılacaq yeni müqavimət üzvləri ilə birlikdə eyni qayda ilə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə getmişlər. Oradan yenidən Hələb şəhərindəki təlim yerlərinə gəlmişlər və yenidən təlimlərə davam etmişlər. Təxminən 20 gün təlim keçdikdən sonra ona və digər təlimçilərə 1000 ABŞ dolları məbləğində pul vəsaiti verilmişdir. 2019-cu ilin dekabr ayının sonlarına yaxın onlar eyni qaydada əvvəlcə İranın Tehran şəhərinə, oradan isə Qum şəhərinə qayıtmışlar. O dayısı oğlu Əli Axundzadənin evində 1-2 gün qaldıqdan sonra Tehran hava limanından əvvəlcə Gürcüstan Respublikasına, oradan isə «Qırmızı Körpü» sərhəd postundan Azərbaycana qayıtmışdır. Təxminən iki aya yaxın Astara rayonunda və Bakı şəhərində qaldıqdan sonra 2020ci ilin fevral ayının əvvəllərində Əli Axundzadə ona zəng edərək yenidən təlimlərə qoşulmalı olduqlarını ona bildirmişdir. O yenidən Əli Axundzadənin göstərişi ilə «Qırmızı Körpü» sərhəd-buraxılış məntəqəsindən ölkə hüdudlarını quru yolla Gürcüstan Respublikası istiqamətində tərk edərək oradan əvvəlcə təyyarə ilə Türkiyə Respublikasına, oradan isə yenidən təyyarə ilə İran İslam Respublikasının Tehran şəhərinə getmişdir. Yolu yaxşı tanıdığı üçün Tehrandan taksi ilə İranın Qum şəhərinə dayı oğlu Əli Axundzadənin yaşadığı evə gəlmişdir. Sonuncunun evində 2-3 gün qaldıqdan sonra yenidən müqavimət ordusunun digər üzvlərinin Tehranda yığışdığı evə getmişlər. Həmin vaxt daha çox həmyerliləri onlara qatılmışdır. Sayları təxminən 100-ə yaxın olmuşdur. 2 gün sonra Xomeyni hava limanına gedərək eyni qaydada əvvəlcə Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə, oradan isə avtobusla Hələb şəhərindəki silahlı təlim aldıqları kazarmaya yığılmışlar. 2020-ci ilin fevral ayının əvvəllərindən həmin ayın sonunadək yenidən təlim keçdikdən sonra rəhbərləri milliyyətcə ərəb olan Livanlı şəxs təlimlərin sona çatdığını onlara bildirmiş və onlara yenidən 1500 ABŞ dolları məbləğində pul vəsaitini paylamışdır. Onlar yenidən bütün təlim iştirakçıları ilə birlikdə eyni qaydada Suriya Ərəb Respublikasının Dəməşq şəhərinə gəlmişlər. Oradan eyni qaydada əvvəlcə İranın Tehran şəhərinə, oradan isə Qum şəhərinə qayıtmışlar. O yenidən dayısı oğlu Əli Axundzadənin evində 1-2 gün qaldıqdan sonra Tehran hava limanından əvvəlcə Rusiya Federasiyasına, oradan isə hava yolu ilə Azərbaycana qayıtmışdır. Bütün dəstə üzvlərinə ilk öncə Suriya Ərəb Respublikasının Hələb şəhərindəki təlim-toplanış məntəqəsində silahla davranış və atış qaydaları üzrə təlimlər keçirilmiş, daha sonra aldıqları təlimlər üzrə atış təlimlərinə cəlb edilirmişlər. Hər bir dəstə üzvünə “kalaşnikov” markalı avtomat silahı təhkim edilibmiş. Həmin silahlar nömrə üzrə dəstə üzvlərinə paylanmışdır. Həmçinin təlim poliqonunda onlar «RPK» və «RPG» tipli silahlardan da istifadə edərək onlarla atış qaydalarını öyrənirmişlər. Dərs aldıqları və gecələdikləri kazarma 2 mərtəbəli imiş. 1-ci mərtəbədə dərs otağı, 2-ci mərtəbədə isə 3 yaxud 4 yataq otağı yerləşirmiş. Yataq otaqları təxminən 20 nəfər üçün nəzərdə tutulubmuş. Yataqları iki mərtəbəli olmaqla alt və üst hissədən ibarət imiş. Yatdıqları, eləcə də dərs aldıqları bina atış poliqonundan 40 dəqiqəlik məsafədə yerləşirmiş. Poliqona 20- 25 nəfərlik avtobusla gedirmişlər. Təlim ərazisinin ətrafında hər hansı yaşayış məntəqəsi yox imiş, qaldıqları bina köhnə tikili imiş. Oradakı otaqlarda idman etmək üçün avadanlıqlar, eyni zamanda avtomatların saxlanılması üçün nəzərdə tutulan silah otağı var imiş. Fiziki təlimlərdə bədən tərbiyəsi ilə yanaşı təkbətək döyüş qaydaları, işgəncə zamanı dözümlülük və sair öyrədilirmiş. Qaldıqları düşərgənin mühafizəsi özləri tərəfindən növbəlilik əsasında avtomat silahı ilə aparılırmış. X3, İsrail və digər düşmənlərlə gələcəkdə aparılacaq müharibələrdən söhbət edir, o mübarizənin “şiələrin” və “Hüseynçilərin” haqq işi olduğunu təbliğ edirmişlər. Şahid1 ifadəsində həmçinin bildirir ki, ilk təlimdə təxminən 30-a yaxın, ikinci təlimdə 30-dan bir qədər artıq təxminən 40-a yaxın, üçüncü təlimdə isə 100-ə yaxın müqavimət ordusunun azərbaycanlı üzvləri iştirak etmişdir. Həmin şəxslərin tam müəyyənedici məlumatlarını bilmir. Dayısı oğlu X8 (dini ləqəbi-“Abbas”), digər dayısıoğlu X4 (dini ləqəbi “Ələmdar”), xalasıoğlu İsgəndər (dini ləqəbi “Abbas”), dini ləqəbləri “Ələkbər”, “Ələsgər”, “Hür”, “Zülfüqar” olan şəxslər “Hizbullah”ın müqavimət ordusunun azərbaycanlılardan ibarət müqavimət ordusunun tərkibində xanım «Zeynəb»in ziyarətgahının müdafiəsində iştirak etmişlər. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi» X27 tərəfindən verilmiş 10 noyabr 2022-ci il tarixli 2964 №-li rəyi ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur, hazıradək olan dövr ərzində hər hansı psixi xəstəlik qeyd olunmamış, hazırda hər hansı psixi xəstəlik aşkar olunmur, hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs ona istinad edilən əməli törədərkən onda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etməməsinə və ya idarə edə bilməməsinə səbəb olan psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Astara rayonundan olan xalası oğlu Şahid1 olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 08 avqust 1992-ci ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Qazax rayonundan olan, soyadını və ləqəbini bilmədiyi Tural adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxx 1981-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid2 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin İran İslam Respublikası ərazisində onu və digər şəxsləri qarşılayaraq Suriya ərazisinə apararaq təlimlərdə iştiraklarını təmin edən, soyadını bilmədiyi «Hürr» ləqəbli Hikmət adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 09 sentyabr 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X5 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 4 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin İran İslam Respublikası ərazisində onu və digər şəxsləri qarşılayaraq Suriya ərazisinə apararaq təlimlərdə iştiraklarını təmin edən, adını və soyadını bilmədiyi «Musa» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 4 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 09 sentyabr 1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X5 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 3 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin İran İslam Respublikası ərazisində onu və digər şəxsləri qarşılayaraq Suriya ərazisinə apararaq təlimlərdə iştiraklarını təmin edən, «Musa» və «Hürr» ləqəbli şəxslərin yanında olan və onlara kömək edən Elşad adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 22 noyabr 1988-ci ildə Samux rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X6 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 04 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, tanınma zamanı Təqsirləndirilən şəxs ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi ümumi sifət cizgilərindən dərhal tanıyaraq həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş, əslən Gəncə şəhərindən olan, «Xızır» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 06 iyul 1984cü ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində axtarış elan edilmiş X2 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 05 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Astara rayonundan olan, «Abbas» dini ləqəbli xalası oğlu Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 1 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxxxxxx 1985-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 10 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, Şahid1 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən dərhal tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Qazax rayonundan olan «Qulam» ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxx 1981-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid2 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 11 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, Şahid2 ona təqdim olunmuş fotoşəkillərdən 2 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş soyadını bilmədiyi, ləqəbini xatırlamadığı əslən Astara rayonundan olan Eltun adlı şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 2 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil 08 avqust 1992-ci ildə Astara rayonunun Rüdəkənar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan 11 noyabr 2022-ci il tarixli fotoşəkil üzrə tanınma protokolu ilə müəyyən olunur ki, Şahid2 ona təqdim olunmuş fotoşəkillərdən 1 sayı ilə qeyd olunmuş fotoşəkildəki şəxsi üz cizgilərindən tanıdığını, həmin şəxsin onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş əslən Astara rayonundan olan «Abbas» dini ləqəbli şəxs olduğunu bildirmişdir. Fotocədvəldə 1 şərti say ilə işarələnərək istifadə edilmiş fotoşəkil xx xxxxxxxx 1985-ci ildə Astara rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs fotoşəklidir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs istifadəsində olmuş «Nokia» markalı, İMEİ 1 nömrəsi **********07493, İMEİ 2 nömrəsi **********87495 olan, üzərində ***-***-**-** nömrəli sim-kart quraşdırılmış mobil telefona keçirilmiş 01 noyabr 2022-ci il tarixli baxış protokolu ilə; həmin protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil telefonun yaddaşına onunla birlikdə Suriyada hərbi təlimlərdə iştirak etmiş qohumu Şahid1 ad və mobil telefon nömrəsini «Elton xala oğlu ***-***-**-**» qeydi ilə qeyd etmişdir. İş materiallarında olan 2 mart 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs istifadəsində olmuş «Nokia» markalı, İMEİ 1 nömrəsi **********07493, İMEİ 2 nömrəsi **********87495 olan, üzərində ***-***-**-** nömrəli sim-kart quraşdırılmış mobil telefonun özü maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks- Kəşfiyyat Baş İdarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan 13 oktyabr 2022-ci il tarixli məktubdan görünür ki, İran İslam Respublikasının X1 Korpusunun (İİMK) nəzarəti və koordinasiyası altında İran ərazisində Azərbaycan Respublikası vətəndaşlarından ibarət yaradılmış qanunsuz silahlı birləşmənin tərkibində hərbi təlimlərə cəlb olunmuş şəxslərin, o cümlədən 08 avqust 1992-ci ildə Astara rayonunun Rüdəkənar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid1 və xx xxxx 1981-ci ildə Qazax rayonunun Dəmirçilər kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı Şahid2 Suriya ərazisində hərbi təlimlərə cəlb olunmalarına dair təsdiqlənmiş məlumatlar əldə edilmişdir. İşdə olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin Əks- Kəşfiyyat Baş idarəsi tərəfindən İstintaq baş idarəsinə ünvanlanan 15 oktyabr 2022-ci il tarixli 2/6519 №-li məktubdan çıxarış ilə; həmin çıxarışdan görünür ki, …«Hüseyniyun» təşkilatının ifşasından sonra 2019-cu ilin əvvəllərində İran İslam Respublikasının X1 Korpusu (İİMK) tərəfindən yeni silahlı birləşmə yaradılmışdır. Təşkilatın qərargahı İranın Qum şəhərində, «Meydani Cihad» yolunda, Bacək adlı qəsəbədə yerləşir, rəhbəri Azərbaycan Respublikasının vətəndaşı X9r. Hərbi təlimlər Suriyada 20-25 gündən bir «Hizbullah» tərəfindən keçirilir və 20-30 gün aralığında davam edir. X21 Respublikasının X1 Korpusunun (İİMK) əməkdaşı xx.xx.1981-ci il təvəllüdlü Əkbər Vətənxah kurasiya edir. Əkbər Vətənxah 2016-2017-ci illərdə İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyində İİ katib vəzifəsində xidmət etmişdir, İİMK-ya mənsub olmuşdur. Rusiya Federasiyasından olan şəxslərin təlimlərə cəlb olunması Rusiya Federasiyasında yaşayan Azərbaycan Respublikasının vətəndaşı X13 (2021-ci ilin sentyabr ayında Kiprdə israilli biznesmenə qarşı terror aktı hazırlayarkən həbs olunmuşdur) tərəfindən həyata keçirilmişdir. Təşkilata qoşulmaq üçün namizədlər şəxsi tanışlıq əsasında seçilir və öyrənilir. Daha sonra namizədlər Tehrana gedərək İİMK və Hizbullahın nümayəndələri tərəfindən sorğu-sual (tərcümeyi-hal məlumatları, fiziki durumu, hər hansı xəstəliyinin olub-olmaması, könüllü iştirak etmək istəməsi və s.) edilir. Təşkilatın İranda yaşayan hər bir üzvünə aylıq 578 ABŞ dolları məbləğində əmək haqqı, Azərbaycan Respublikasından gələrək təlimlərə qoşulan üzvlərinə isə 1000-15000 ABŞ dolları pul mükafatı verilir. 2019-2020-ci illərdə İrana, oradan isə Suriyaya çıxarılaraq hərbi təlimlərə cəlb edilmiş həmin şəxslər İran İslam Respublikasının X1 Korpusunun tapşırığı əsasında Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq məqsədilə Azərbaycan- Gürcüstan-İran, Azərbaycan-Türkiyə-İran, Azərbaycan-Rusiya-İran marşrutları üzrə ölkə xaricinə çıxarılmış və ümumvətəndaşlıq pasportlarına İrana səfərlərinə dair giriş-çıxış möhürləri vurulmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində “Giriş-çıxış və qeydiyyat” İAMAS üzrə tələbnaməsi ilə müəyyən olunur ki, o, 02 fevral 2020-ci il tarixdə saat 08:15 dəqiqədə «Qırmızı Körpü» ia-buraxılış məntəqəsindən keçməklə Gürcüstan Respublikası ərazinə keçmiş, 02 mart 2020-ci il tarixdə saat 00:10 dəqiqədə «Heydər Əliyev» X7 keçməklə Rusiya Federasiyasından Azərbaycan Respublikasına qayıtmışdır. Qeyd olunan tarixlər Təqsirləndirilən şəxs qeyriləri ilə cinayət əlaqəsinə girərək dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı münaqişələr üçün «Musa» ləqəbli X12 və digərlərinin təşkilatçılığı və rəhbərliyi ilə yaradılmış sabit qrupun tərkibində təlimlərdə iştirak etməsinin dəqiq tarixlərini əks etdirən təkzibedilməz dəlillərdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı öz müdafiəsi üçün hər hansı dəlillər gətirməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq və onların cəminə hüquqi qiymət verərək hesab edir ki, bunlar təqsirləndirilən şəxsə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-nin 283-1.3-cü addəsilə düzgün tövsif edilmişdir. Odur ki, İskəndərov Hüseynov Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax Hərbi Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2011-ci ildə cəzasını sonu ilə azad edilmişdir. Hazırda məhkumluğu ödənilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs haqqında heç bir şikayət xarakterili məlumat daxil olmamışdır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsi CM-nin 59.1.0-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayətin tamah məqsədi ilə törətməsini CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 283-1.3-cü maddəsi “ağır” cinayətlər kateqoriyasına aiddir, həmin maddənin sanksiyasında 7 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Bu cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, dini ayrıseçkilik və düşmənçilik, habelə dini məzhəbləri yaymaq zəminində insanlar Azərbaycan Respublikasının hüdudlarından kənarda aparılan silahlı birləşmələrə cəlb edilir, həmin insanalar belə münaqişələrin iştirakçılarına və qurbanlarına çevrilir. Azərbaycan Respublikası ilə ərazisində silahlı münaqişə gedən dövlət arasındakı əlaqələrə ciddi zərər vurulur. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərin ictimai təhlükəli olduğunu dərk etmiş, onların ictimai təhlükəli nəticələrini görmüş və bunları arzu etmişdir. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsi ilə təqsirli bilinib ona azadlıqdan məhrum etmə cəzası təyin olunmalı və o, cəzasını çəkməlidir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğundan barəsində CM-nin 60.1-ci maddəsində nəzərdə tutulmuş müddəaları (təyin olunan cəzanın müddəti və ya həcmi CM-nin Xüsusi hissənin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz) tətbiq oluna bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. 31 oktyabr 2022-ci il tarixli Təqsirləndirilən şəxs cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuş, 2 noyabr 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin 2 noyabr 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, cəzaçəkmə müddətinin əvvəli 31 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və hazırda cinayət işində olan «Nokia» markalı, İMEİ 1 nömrəsi **********07493, İMEİ 2 nömrəsi **********87495 olan, üzərində ***-***-**-** nömrəli sim-kart quraşdırılmış mobil telefon hökm qanun qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirənin təyin olunmasına hər hansı bir əsas yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 283-1.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 9 (doqquz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 31 oktyabr 2022-ci ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədəd “Nokia” markalı mobil telefon üzərində olan ***-***-**-** nömrəli sim-kartla birlikdə onun yaxın qohumlarına qaytarılsın. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov
Məhkəmə qərarları › İş №1(099)-452/2023
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-452/2023
11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver