Məhkəmə qərarları › İş №1(099)-452/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-452/2024

23.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-452/2024 23.08.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi-Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və zərərçəkmiş şəxsin hüquqi varisi X4 iştirakları ilə, xx xxxx 1996-cı ildə Masallı rayonu Musaküçə kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, aşpaz işləyən, Masallı rayonu Musaküçə kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 21 yanvar 2024-cü il tarixdə 23 radələrində Masallı rayonu Musaküçə kəndində yerləşən fərdi yaşayış evinə gəlib, evin giriş qapısını döyərkən evdən ayaq səsləri gəldiyini eşidib qapını açan arvadı Şahid1 həmin səslər barədə soruşduqda arvadı müxtəlif bəhanələr gətirərək evin təmirsiz olan otağına pişik girib deməsinə baxmayaraq o, əlindəki telefonun fənəri ilə həmin otağa işıq saldıqda dostluq münasibətində olduğu həmkəndlisi X5 orada gizləndiyini görüb qolundan tutaraq dəhlizə çıxarmış, Elnur Məmmədovdan hansı səbəbdən evində olduğunu soruşduqda sonuncunun cavab verə bilmədiyini görüb arvadı Şahid1 ilə dostu Elnur Məmmədovun sevgi münasibətləri olmasını və arvadının ona xəyanət etdiyini başa düşərək əsəbiləşib Elnur Məmmədovun sifət və baş nahiyyələrinə qəsdən ardıcıl olaraq yumruq və təpik zərbələr vuraraq ona qapalı kəllə beyin travması, baş beynin əzilməsi və baş beyin qişalarına yayılmış qansızma dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurma, sağ göz yuvasının yuxarı divarının və burun sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma, yuxarı və aşağı dodağın iç səthinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma və sol yuxarı və aşağı göz qapağının əzilmiş səthi yarası, sol yuxarı göz qapağının, yuxarı və aşağı dodağın sıyrığı və hər iki göz nahiyəsinin qançırı sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, Elnur Məmmədov oraya gəlmiş şəxslərin köməyi ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılmasına və ona göstərilən ixtisaslı tibbi yardımlara baxmayaraq aldığı baş beyin toxumasına və qişalarına yayılmış qansızma xəsarəti səbəbindən 27 yanvar 2024-cü il tarixdə saat 10:45-də Masallı Rayon Mərkəzi xəstəxanasında ölmüş, bununla da yetirmiş olduğu qəsdən sağlamlığa ağır zərər vurma xəsarətləri nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs Elnur Məmmədovun ölümünə səbəb olmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, X9 onun həmkəndlisi olmaqla yanaşı dost və sinif yoldaşı olmuş, münasibətləri hər zaman yaxşı olmuşdur. Elnur Bakı şəhərində özünə məxsus avtomobillə taksi fəaliyyəti ilə məşğul olmuş, həftə sonları isə kəndə qayıdırmış. Elnur Masallı rayonuna gəldiyi zaman çox vaxt onunla əlaqə saxlayaraq görüşürlərmiş. xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Elnur onun istifadəsində olan mobil telefona zəng edərək Masallı rayonuna gəlmək istədiyini demişdir. O, Elnura Bakı şəhəri Qaradağ rayonu ərazisində olduğunu Masallı rayonu, Ərkivan qəsəbəsinə sərnişin gətirdiyini, dostu Pərvin ilə əlaqə saxlayaraq saat 21 radələrində restoranların birində əyləşərək onu gözləmələrini demişdir. O dostu Pərvinlə Musaküçə kəndi ərazisində olan “Cənub 77” restorana gedərək orada çay içərək Elnuru gözləməyə başlamışdır. Elnurun gəlmədiyini görən Prəvin Elnura zəng edərək harda olmasını soruşduqda Elnur Pərvinə vatsapp sosial yazışma platforması vasitəsilə video ataraq Ərkivan qəsəbəsi ərazisində olduğunu, bir neçə dəqiqəyə yanlarında olacağını dediyi üçün o, Pərvinlə çay içib Elnuru gözləməyə davam etmişlər. Lakin saat 23 radələrində bir neçə dəfə Elnur ilə mobil telefon əlaqəsi saxlamağa çalışmaqlarına baxmayaraq Elnurun gələn zəngləri açmadığı üçün, həm də artıq gecə saatlarının olmasını nəzərə alıb Pərvin ilə həmin restoranı tərk etmişdir. Musaküçə kənd əraizində yerləşən “4 Qardaş” restoranının yanına çatdıqda Pərvinlə sağollaşıb hərə öz evinə tərəf getmişdir. O telefonunda oyun oynaya-oynaya evinə çatıb həyətə girib evin dəmirdən olan giriş qapısının bağlı olduğunu görüb qapını döyməyə başlamış, bir neçə saniyə sonra arvadı Sevər qapını açmışdır. Sevər qapını açanadək o çöl tərəfdən giriş qapısında gözləyərkən evin içərisindən ayaq səslərinə oxşar səslərin gəldiyini eşitmişdir. Arvadı Sevər qapını açdıqdan sonra onu sakit tərzdə qarşılamış və o da arvadı ilə hal-əhval tutub içəri keçmişdir. O Sevərdən evdən ayaq səslərinin gəldiyini, həmin səslərin nə olduğunu ondan soruşduqda arvadı ona evin yataq otağının yanında yerləşən təmirsiz otağa qonşulardan birinin pişiyinin girə biləcəyini, həmin gələn səsin pişik adımllarının səsi ola biləcəyini demişdir. Qeyd etmişdir ki, maddi imkanı zəif olduğundan o 2 otaqdan ibarət olan evinin ancaq yataq otağını təmir edə bilmişdi. Yataq otağına bitişik olan digər otaq isə təmirsiz qalmış, tavanı və qapısı olmadığı üçün qapı yerinə pərdə asılmışdır. Arvadının pişiyin evdə olmasını ehtimal etməsini ona dedikdən sonra o həmin təmirsiz otağa daxil olub işıq olmadığı üçün telefonunun işığı ilə həmin otaqda pişiyi axtarmağa başladıqda bir nəfərin üzü divara tərəf olmaqla əlləri ilə başını tutmuş vəziyyətdə olduğunu görüb həmin şəxsin əynində olan kurtkanın sol qolundan tutaraq evin dəhlizinə çıxarmışdır. İşıqda həmin şəxsin X8 olduğunu görüb dostundan evində nə işi olduğunu soruşduqda Elnurun heç bir cavab vermədiyini və sadəcə qorxudan əsdiyini görüb təkrar dostundan evində nə işi olduğunu soruşsa da, Elnur onun sualına cavab verməmişdir. Həmin vaxt Elnurun arvadı Sevər ilə hər hansı əlaqəsinin olmasını güman edib qeyri-ixtiyari olaraq sağ əlinin yumruğu ilə Elnurun üz nahiyyəsinə bir neçə yumruq zərbəsi vurmuş və zərbələrin təsirindən Elnur dizləri üstə yerə çökmüşdür. Sevərdən Elnurun burda nə elədiyini soruşsa da, arvadının da cavab vermədiyini görüb ona da bir sillə vurmuşdur. Onun Elnuru vurduğumu görən arvadı Sevər qonşuluqda yaşayan qaynatasını çağırmaq üçün evdən çıxıb getmişdir. Sevərin getməsindən sonra o, öz şəxsi istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə dostu Pərvinin istifadəsində olan ***-***-**- ** mobil nömərəsinə zəng edərək tez onlara gəlməsini xahiş etmişdir. Telefonun dəstəyini asdıqdan sonra yerdə dizləri üstə əlləri ilə üzünü tutan Elnurun baş və üz nahiyyəsinə dayanmadan yumruq zərbələri vurmağa başlamışdır. Elnur ona müqavimət göstərərək bir dəfə sinə nahiyəsinə zərbə vursa da, o Elnurun müqavimətini qırmışdır. Təxminın 15-20 dəqiqə o Elnurun baş və üz nahiyyələrinə sol və sağ əlin yumraqları ilə çoxsaylı zərbələr vurmağa davam etmişdir. 15-20 dəqiqə ərzində o Elnura zərbələr vurarkən sonuncu vəziyyətini dəyişməyərək yerdə dizləri üstə oturaq vəziyyətdə, əlləri ilə üzünü tutmuş şəkildə qalmışdır. O Elnura zəbələr vurub hirsini çıxdıqdan sonra mətbəxə keçib bıçaq götürüb dəhlizə çıxmaq istədikdə atasının, anasının və Sevərin artıq evdə olduqlarını görmüşdür. Atası əlindəki bıçağı alıb özünə gəlməyi üçün onun üzünə sillə vurmuş və əlindəki bıçağı alaraq onu kənara itələmişdir. Daha sonra isə atası ondan nə baş verməsini soruşmuşdur. O isə atasına olanlar barədə məlumat vermişdir. Atası səbirli olmasını və növbəti gün hər şeyin aydınlaşacağını oğluna demişdir. O evdə ailə üzvləri olmasına baxmayaraq Elnura təkrar bir neçə yumruq zərbəsi vurmuşdur. Bir-iki dəqiqə sonra isə Pərvin digər sinif yoldaşı Ələkbərlə birlikdə yaşadığı evə gəldilər. Onun Pərvini çağırmaqda məqsədi isə Elnurun ona qarşı etdiyi hərəkəti Pərvinin də görməsini istəməsi olmuşdu. Pərvin Elnura yaxınlaşaraq Nurlanın evində nə işi olduğunu soruşmuş, Elnur cavab verməmişdir. Pərvinin ürəyi xəstə olduğu üçün halı pisləşib yerə yılxılmış, o Ələkbərlə birlikdə Pərvini Ələkbərin istifadəsində olan avtomobillə rayon mərkəzi xəstəxanasına aparmışdır. Atası isə Elnurun oğurluq məqsədi ilə onun yaşadığı evə girməsini düşündüyü üçün bu barədə Daxili İşlər Nazirliyinin «102» xidmətinə zəng edərək məlumat vermişdir. Polis əməkdaşları isə evə gələrək Elnuru rayon mərkəzi xəstəxanasına aparmışlar. 27 yanvar 2024-cü il tarixdə Elnurun xəstaxanada öldüyünü eşitmişdir. Elnuru vurmaqda məqsədi onu öldürmək olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməli özünün ifadəsindən əlavə məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan istintaq hərəkəti protokolları, ekspert rəyləri və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 məhkəmədə göstərdi ki, mərhum X9 onun əridir. O, Elnurla 2019-cu il tarixdə evlənmişdir. Bu evlilikdən iki uşaqları doğulmuşlar. Elnur Masallı rayonunda müxtəlif işlərdə işləmiş, son vaxtlar isə Bakı şəhərinə köçərək orada taksi fəaliyyəti ilə məşğul olaraq həftə sonları rayona qayıtmışdır. X15 Nuriyev sinif yoldaşı və dost olmuşlar. 21 yanvar 2024-cü il tarixdə Elnurun əmisi zəng edərək Nurlanın Elnuru döydüyünü və sonuncunun Masallı Rayon Mərkəzi Xəstəxanasına aparıldığını demişdir. O, xəstəxanaya getdikdə Elnurun ağır dərəcəli qapalı kəllə beyin travması, baş beyin əzilməsi və bədənin çoxsaylı küt travmaları diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olduğunu və vəziyyətinin ağır olduğunu öyrənmişdir. Elnurun Nurlan tərəfindən döyülməsini ona demişlər. Əri bir neçə gün ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsində qaldıqdan sonra 27 yanvar 2024-cü il tarixdə xəstəxanada ölmüşdür. Hadisədən sonra bilmişdir ki, Nurlan 21 yanvar 2024-cü il tarixdə axşam 23 radələrində evinə gedərkən Elnurun onlarda olduğunu görmüş və Elnuru döymüşdür. Nurlana qanunla nəzərdə tutulan cəzanın verilməsini xahiş edir, onunla barışmamışdır. Şahid1 məhkəmə istintaqında verdiyi ifadəsində göstərmişdir ki, Masallı rayonu Ərkivan qəsəbəsində qeydiyyatda olmaqla əri Nurlan və iki azyaşlı uşaqları ilə birlikdə Musaküçə kəndində yaşamışdır. 2023-cü ilin dekabr ayının 27-də Nurlanın dostu Musaküçə kəndindən olan X9 ilə “Tik-Tok” sosial səbəkəsində danışmağa başlamış, sonra onların yaxın münasibətləri yaranmış, Nurlan müxtəlif vaxtlarda ərinin evdə olmadığı hallarda onların evinin həyətinə gəlmiş və həyətdə cinsi əlaqədə olmuşlar. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə Elnurla gecə saatlarında Nurlan dostları ilə restoranda olduğu zaman evdə cinsi əlaqədə olmaq barədə razılaşmışlar. xx.xx.2024-cü il tarixdə Elnur gecə saat 23 radələrində ona mesaj yazaraq evin həyətində olduğunu demişdir. O Elnuru qarşılayıb həyətdə cinsi əlaqədə olmağı təklif etsə də, Elnur bu səfər havanın soyuq olması ilə əlaqədar evdə cinsi əlaqədə olmaq istədiyini ona demiş və razılaşmışlar. Həmin vaxt o, Elnurla evin zalında bir dəfə cinsi əlaqədə olmuş, Elnura isə Nurlan və Pərvin adlı ortaq dostları zəng edib restorana çağırırmışlar. Bir neçə dəfə Elnur onlara cavab verib gələcəyini desə də, sonradan mobil telefonunu səssiz rejimə qoymuşdur. O Elnurla cinsi əlaqədə olduqdan sonra evin dəhlizində döşəmənin üzərində oturaraq söhbət etməyə başlamışlar. Təxminən yarım saat keçmişdi ki, o qapının döyülməsini eşidib gələn şəxsin Nurlan olmasını Elnura demişdir. Bu zaman Elnur özünü itirib evin təmirsiz olan otağına keçmişdir. Həmin otağın taxtaları bərkidilmədiyi üçün səs salmışdır. O qapını açdıqdan sonra isə Nurlan içəri girmiş və girərkən evdən taqqıltı səsinin gəldiyini soruşmuşdur. O isə Nurlana həmin taqqıltı səsinin ola bilsin ki, qonşunun pişiyinin evə girməsi nəticəsində yarana biləcəyini demişdir. Bundan sonra Nurlan mobil telefonun işığı ilə həmin təmirsiz olan otağa işıq salıb Elnurun həmin otaqda gizlənməsini bilmişdir. Daha sonra isə Elnuru həmin otaqdan evin dəhlizinə çıxarmış və ona nə üçün evdə olması barədə sual vermişdir. Elnur isə ona bir cavab vermədiyi üçün Nurlan Elnurun sifət nahiyəsinə bir neçə dəfə bərk yumruq zərbəsi vurmuşdur. Nurlan əli ilə başını tutub dizləri üstə döşəmənin üzərinə çökmüşdür. Nurlan ondan da Elnurun evdə nə işi olduğunu soruşduqda o ərinə bir cavab vermədiyi üçün sonuncu onun üzünə bir sillə vurmuş və təkrar Elnurun üzərinə gedərək sifət və baş nahiyyəsinə çoxsaylı yumruq zərbələri vurmağa başlamışdır. O Nurlanı Elnurdan ayıra bilməyəcəyini başa düşdüyü üçün qonşuluqda yaşayan qaynatasıgilə kömək çağırmaq üçün getmişdir. Qaynatasıgilə gedib Nurlanın Elnuru döyməsi barədə məlumat vermişdir. Həmin vaxt saat 23 radələri olduğunda və qaynatasıgilin geyinib hadisənin baş verdiyi evə gəlmələri təxminən 15-20 dəqiqə vaxt almışdır. O, qaynatası Rahim və qaynanası Vəsilə ilə birlikdə öz evinə qayıtmışdır. Onlar evə qayıtdıqda Elnurun döşəmənin üzərində al qanın içində dizləri üstə oturaq vəziyyətdə olduğunu Nurlanın isə mətbəxdən əlində bıçaqla gəldiyini görmüşdür. Həmin vaxt qaynatası Rahim Nurlana yaxınlaşıb oğlunun əlindəki bıçağı alıb mətbəxə atmış və Nurlana özünə gəlməsi üçün bir sillə vurmuşdur. Rahim oğlundan Elnuru nə üçün döyməsini soruşsa da, Nurlan atasına konkret bir söz deməmişdir. Onlar orda olarkən Nurlan Elnurun baş və üz nahiyyəsinə daha bir-iki yumruq zərbəsi vurmuşdur. Rahim araya girərək Nurlanı Elnurdan ayırmışdır. Bir neçə dəqiqə keçdikdən sonra evə Nurlanın dostları Pərvin və Ələkbər də gəlmişdirlər. Pərvin yerdə dizləri üstə oturaq vəziyyətdə olan Elnurdan Nurlanın evində nə etdiyini soruşduqda Elnur heç bir cavab verməmişdir. Nurlan təkrar Elnurun üzərinə cummaq istədikdə Rahim və Nurlanın dostları buna imkan verməmişlər. Pərvin ürək xəstəsi olduğundan qəfil əli ilə ürəyini tutub yerə yıxlmış, Nurlan və Ələkbər Pərvini maşına qoyub xəstəxanaya aparmışlar. Qaynatası və qaynanası ondan Elnurun onların evində nə işi olduğunu soruşduqda qorxudan Elnurun evə oğurluq məqsədilə girdiyini, Nurlanın da Elnuru tutub döyməsi barədə yalan məlumat vermişdir. Qorxduğu üçün heç nəyi ailəsinə etiraf edə bilməmişdir. Rahim isə Elnurun oğurluq üçün evə girməsinə inanıb DİN-in 102 mərkəzinə zəng edib bu barədə məlumat vermişdir. Evə gələn polis əməkdaşları isə al qanın içində olan Elnuru Masallı Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. O qaynanası ilə birlikdə yataq otağında yatan uşaqlarının yanına keçmişdir. 27 yanvar 2024-cü il tarixdə Elnurun xəstəxanada öldüyünü bilmişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid3 göstərdi ki, Masallı rayonu, Musaküçə kəndində ailə üzvləriylə birlikdə yaşayır. Oğlu Təqsirləndirilən şəxs ailəsi ilə qonşuluqda yerləşən evdə yaşayırlar. Nurlanla arvadı Sevərin münasibətləri normal olmuşdur. Nurlanla Elnur yaxın dost olmalqa sinif yoldaşı olmuşlar. 21 yanvar 2024-cü il tarixdə evdə yatarkən gəlini Sevərin qapını döydüyünü eşidib oyanmış və qapını açmışdır. Sevərdən evdə Nurlanın Elnuru döydüyünü demişdir. Təxminən 15-20 dəqiqəyə hazılaşıb Nurlangilin evinə getmişlər. Evə girdikdə dəhlizdə Elnurun əli ilə başını tutmuş şəkildə dizləri üstə yerdə oturaq vəziyyətdə olduğunu və üz-gözünün qan içində olduğunu görmüşdür. O, Nurlandan və gəlini Sevərdən nə baş verdiyini soruşsa da, heç biri ona cavab verməmişdir. Orda olarkən Nurlan Elnura bir-iki yumruq vursa da, onu tutaraq saxlamışdır. Bir qədər keçmiş Nurlanın dostları Pərvin və Ələkbərdə evə gəlmişdir. Oradan Elnuru xəstəxanaya aparmışlar. Lakin Elnur bir-neçə gün sonra xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid4 da atası Şahid3lə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid6 göstərdi ki, Elnur Məmmədov və Təqsirləndirilən şəxslə dostluq münasibətləri olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 23 radələrində sinif yoldaşı Pərvin ona zəng edərək Nurlanın onu evlərinə çağırdığını bildirmişdir. Dərhal Pərvinlə birlikdə ona məxsus avtomaşınla Nurlangilə getdik. O Nurlanın atasıgilin həyətinə daxil olmaq istədikdə Nurlanın öz evindən qışqırıq səsinin gəldiyini görüb həmin yerə qaçmışlar, evin içərisinə girdikdə Nurlanı, Rahimi, Vəsiləni, Sevəri və Elnuru evin dəhlizində görmüşlər. Həmin vaxt Elnurun üz-gözü al qan içində olmuş və ağzından qan gəlmişdir. Atası Rahim isə Nurlanı sakitləşdirmişdir. Orada olan şəxslər Elnuru xəstəxanaya aparmışlar. Bir neçə gündən sonra Elnur xəstəxanada ölmüşdür. Məhkəmə istintaqında şahid kimi dindirilən Şahid7 göstərdi ki, Masallı rayonu Musaküçə kəndində yerləşən “Cənub 77” kafesini icarə əsasında işlətmişdir. Elnuru və Təqsirləndirilən şəxs həmkəndli kimi tanıyır. 21 yanvar 2024-cü il tarixdə saat 22 radələrində Nurlan və Pərvin kafeyə gələrək çay sifariş etmişdirlər. Kafenin ofisiantı Cəfər isə sifariş əsasında onlara çay vermişdir. Nurlan və Pərvin bir müddət kafedə oturduqdan sonra 21 yanvar 2024-cü il tarixdə saat 11-12 aralığında kafeni tərk etmişdirlər. Səhəri gün Nurlanın Elnuru evində döydüyünü, sonuncunun xəstəxanaya aparılmasını eşitmişdir. Bir neçə gün sonra isə Elnurun öldüyünü eşitmişdir. Məhkəmə istitntaqında şahid qismində dindirilən Şahid8, Şahid9 və Şahid10 da Şahid7 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Hadisə yerinə baxış keçirilməsi haqqında 22 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Elnur Məmmədovu yumruq və təpiklə vurduğu yer ailəsi ilə birlikdə yaşadığı evdir. Baxış zamanı evin dəhlizində yerə sərilmiş, üzərində qanabənzər ləkələr olan xalça maddi sübut kimi götürülmüşdür. Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə ifadəsi yerində yoxlanılarkən Elnur Məmmədovu hansı şəraitdə və necə döyərək bədən xəsarətləri yetirməsini yerində göstərmişdir. Məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli, 03 nömrəli rəyində göstərilmişdir ki, X1 meyitinin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər müəyyən olundu: Qapalı kəllə beyin travması, baş beynin əzilməsi, baş beyin qişalarına yayılmış qansızma, sağ göz yuvasının yuxarı divarının və burun sümüyünün sınığı, yuxarı və aşağı dodağın iç səthinin əzilmiş yarası, sol yuxarı və aşağı göz qapağının əzilmiş səthi yarası, sol yuxarı göz qapağının və yuxarı və aşağı dodağın sıyrığı,hər iki göz nahiyəsinin qançırı. Aşkar olunan xəsarətlər həyati olub bərk küt əşyanın (əşyaların),ola bilər ki,yumruq və təpiklə vurulan çoxsaylı zərbələrin təsirindən törənmişdir, törənmə müddəti tibbi sənəddə qeyd olunan 22 yanvar 2024-cü il tarixə uyğun gəlir. Qapalı kəllə beyin travması, baş beynin əzilməsi və baş beyin qişalarına yayılmış qansızma dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə, sağ göz yuvasının yuxarı divarının və burun sümüyünün sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmanın əlamətlərinə, yuxarı və aşağı dodağın iç səthinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmanın əlamətlərinə malikdir. Sol yuxarı və aşağı göz qapağının əzilmiş səthi yarası, sol yuxarı göz qapağının, yuxarı və aşağı dodağın sıyrığı və hər iki göz nahiyəsinin qançırı sağlamlığa zərərvurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlərin əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb baş beyin toxumasının və qişalarının yayılmış qansızma olmuşdur. Ölüm 27 yanvar 2024-cü il tarixdə saat 10:45 dəqiqədə xəstəxanada baş vermişdir. X2 aşkar olunan xəsarətlər ona onun müxtəlif vəziyyətlərində (ayaq üstə, oturmuş, arxası üstə uzanmış və s.) yetirilə bilərdi. X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi tədqiqatı zamanı qanda alkoqol və hər hansı bir narkotik maddə aşkar olunmamışdır. Məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 83/2024MTBŞ nömrəli rəyinə görə ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş xalça üzərində insan qan ləkələri aşkar olunmuşdur. Bu qan ləkələri ABO sistemi üzrə zərərçəkmiş X7 məxsus ola bilər. Kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 365 nömrəli rəyinə görə Təqsirləndirilən şəxs hər hansı pxisi xəstəlikdən əziyyət çəkmir, ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır, hərəkətləri Azərbaycan Respublikası CM-nın 21ci maddəsinin təsiri altına düşmür və məcburi müalicəyə ehtiyacı yoxdur. Hadisə yerindən götürülmüş Elnur Məmmədova məxsus “Honor” və Şahid1 məxsus “Samsung” markalı mobil telefonlara baxış keçirilərkən hər iki şəxs arasında «vhatsapp» sosial yazışma platforması vasitəsilə zənglərin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2018 və 2021-ci illərdə doğulmuş azyaşlı uşaqları vardır, o yaşayış yerindən müsbət səciyyələnir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Elnur Məmmədovun sağlamlığına qəsdən ağır zərər vurması və Elnur Məmmədova lazımı tibbi yardım göstərilməsinə baxmayaraq bilavasitə onun yetirmiş olduğu xəsarətlərdən öldüyündən ehtiyyatsızlıqdan onun ölümünə səbəb olması, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi tam sübta yetirilmiş, cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58, 59, 61-ci maddələrinin tələblərinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulmuş ağırlaşdıran halları müəyyən etməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut kimi tanınmaqla Masallı rayon prokurorluğunda saxlanılan 1 ədəd xalça Təqsirləndirilən şəxs ailəsinə verilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respbulikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib ona 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmaqla Masallı Rayon Prokurorluğunda saxlanılan bir ədəd xalça Təqsirləndirilən şəxs ailəsinə verilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar