Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-453/2022 01.08.2022 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimləri Cəlilov Oruc Yusif oğlu (sədrlik edən), Nuriyev Xamməd Abış oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi-X9, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı və müdafiəçi- Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxxxx 1992-ci ildə Abşeron rayonunun Qobu qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, “Caspian Sply” şirkətində qaldırıcı kran operatoru işləmiş, Abşeron rayonunun Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi, saxlanması, daşınması və satışı ilə bağlı şəxsiyyəti məlum olmayan şəxslərlə qabaqcadan əlbir olub bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə olunmuş razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq cinayətkar qrupun şəxsiyyəti məlum olmayan üzvləri tərəfindən külli miqdarda-14335,0 qram narkotik vasitə olan heroinin, külli miqdarda-1115,0 qram narkotik vasitə olan tiryəkin və şəxsi istehlak miqdarından artıq miqdarda 410,0 qram narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilib, saxlanıb daşınaraq Culfa-İran-Biləsuvar avtomagistral yolunun Biləsuvar rayonunun Yuxarı Ağalı kəndindən keçən hissəsində, üzərində “Yuxarı Ağalı” sözləri yazılmış yol nişanının yanında gizlədilməsi barədə məlumat verildikdən sonra, o, 22 mart 2022-ci il tarixdə, saat 15 radələrində cinayət barədə əvvəlcədən xəbərsiz olan, taksi sürücüsü kimi fəaliyyət göstərən Şahid3 idarə etdiyi “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobillə həmin yerə gedib qeyd edilən narkotik vasitələri-külli miqdarda-14335,0 qram heroini, külli miqdarda-1115,0 qram tiryəki və şəxsi istehlak miqdarından artıq miqdarda 410,0 qram qurudulmuş marixuananı gizlədildiyi yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb və onları avtomobilin arxa oturacağının ayaqaltı hissəsinə qoyub daşıyarkən, həmin gün daxil olmuş əməliyyat məlumatı əsasında Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Culfa-İran-Biləsuvar avtomagistral yolun Biləsuvar rayonunun Muğan kəndindən keçən hissəsində, üzərində “Muğan” sözləri yazılmış yol nişanının yaxınlığında “Toyota Prius” markalı **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil saxlanılıb baxış keçirilərkən avtomobilin arxa oturacağının ayaqaltı hissəsindən bir ədəd qara rəngli idman çantasında qablaşdırılmış ayrı-ayrılıqda, 9 ədəd bağlamada 2050,0 qram, 1650,0 qram, 870,0 qram, 2005,0 qram, 2020,0 qram, 1645,0 qram, 2045,0 qram, 1040,0 qram və 1010,0 qram olmaqla cəmi külli miqdarda-14335,0 qram narkotik vasitə olan heroin, 2 ədəd bağlamada 870,0 qram və 245,0 qram olmaqla cəmi, külli miqdarda-1115,0 qram narkotik vasitə olan tiryək və 1 ədəd bağlamada şəxsi istehlak miqdarından artıq miqdarda-410 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, evlidir, himayəsində iki azyaşlı uşağı vardır. “Caspian Sply” şirkətində qaldırıcı kran operatoru işləmiş və ailəsi ilə birlikdə Abşeron rayonunun Qobu qəsəbəsində yaşamışdır. Az müddətdir ki, narkotik maddələrdən istifadə etməyə başlamış, əsasən də metamfetamindən istifadə etmişdir. İstifadəsində 055/415-13-96 saylı mobil telefon nömrəsi olmuşdur. Tutulmamışdan bir gün əvvəl (21 mart 2022-ci ildə) evində olarkən tanımadığı, hazırda xatırlamadığı İrana aid telefon nömrəsindən vatsappla ona zəng gəlmiş, həmin şəxs iranlı olduğunu bildirib onunla iş görmək istədiyini demiş, o da kim olduğunu, nömrəni haradan tapdığını soruşmuş, həmin şəxs iranlı olduğunu bildirsə də, nömrəni kimdən aldığını deməmişdir. Sonra iranlı ona təklif etmişdir ki, Biləsuvar rayonu ərazisinə bir ədəd çanta qoyulmuşdur, gedib həmin çantanı götürüb Qaradağ rayonuna aparıb dediyi yerə çatdırsa ona 3000 manat pul verəcəkdir.Maddi vəziyyəti yaxşı olmadığı üçün o, iranlı ilə razılaşmışdır.Həmin gün tanışı taksi sürücüsü Ceyhuna zəng edib Biləsuvara getməli olduğunu demiş, o da 100 manata Biləsuvara gedib-gələ biləcəyini bildirmiş və onlar razılaşmışlar.Sonra o, iranlıya zəng edib Biləsuvara getmək üçün avtomobil tapdığını, ondan xəbər gözləyəcəyini bildirmiş, iranlı da onunla əlaqə saxlayacağını demişdir. 22 mart 2022-ci il tarixdə, səhər saatlarında Ceyhunla zəngləşdikdən sonra Ceyhun “Toyata Prius” markalı maşını ilə gəlib onu yaşadığı küçədən götürmüşdür.Onlar Lökbatan dairəsi adlanan yerə çatanda o, tanışı Aybəniz adlı qadına zəng edib Biləsuvar rayonuna getdiyini bildirib onunla birlikdə getməsini təklif etmiş, o da razılaşdıqdan sonra “Hökməli” dairəsində Aybənizi də maşına götürüb birlikdə Biləsuvar rayonuna getmişlər. Yolda olarkən iranlı ilə danışmış, həmin vaxt Ceyhun və Aybəniz onun iranlı ilə danışmasını, həm də nəyə görə Biləsuvara getməsini bilməmiş, onlara Biləsuvarda bir nəfər tanışı ilə görüşüb geri qaydacağını demişdir. Biləsuvara çatandan sonra o, maşını “Azpetrol” YDM-nin yanında saxladıb maşından düşüb kənara çəkilib iranlı ilə danışmış, iranlı ona kömrük postuna tərəf gedən yolda, üzərində “Yuxarı Ağalı” sözləri yazılmış yol nişanın fotoşəkilini göndərib çantanın həmin nişanın yanında olduğunu bildirmişdir.Sonra o, maşında Aybənizlə yerlərini dəyişmiş, Aybəniz qabaq oturacaqda, özü isə arxada oturmuş, Aybəniz bunun səbəbini soruşanda o, ola bilsin ki, görüşəcəyi şəxsin də maşına oturacağını demişdir. Sonra o, maşını həmin istiqamətdə sürdürmüş, iranlının dediyi yol nişanın yanına çatanda, həmin yerin yaxınlığında ferma olduğunu görüb avtomobili orada saxlatmış, Aybəniz və Ceyhuna tanışının həmin yerə gələcəyini, onların oradan getməsini və 10 dəqiqədən sonra gəlib onu götürmələrini bildirib maşından düşmüş, onlar da onunla razılaşıb oradan uzaqlaşmışlar.Sonra o, yol nişanın yaxınlığına getmiş, oradars çuxurda bir qara rəngli çanta olduğunu görmüş, bir az orada dayanmış, həmin vaxt ətrafda kimsənin olmasını hiss etdiyindən və ətrafda polislərin olmasından şübhələnib çantanı götürmədən oradan uzaqlaşıb fermaya tərəf getmişdir. Az sonra Ceyhungil gəlmiş və o, maşına minib oradan uzaqlaşmışlar.Bir qədər getikdən sonra yol poisi əməkdaşları Ceyhunun maşınını saxlamışlar.Sonra ora başqa polis əməkdaşları da gəlmiş və onu Ceyhunun maşını ilə geri, çantanın olduğu yol nişanının yanına aparmışlar.Orada polislər yol nişanın yanında olan bir ədəd qara rəngli çantanı götürüb Ceyhunun maşınına qoymuş, sonra onları maşınla birlikdə Biləsuvar RPŞ-nə gətirmişlər.Polis şöbəsində vəkilin iştirakı ilə və viedoçəklişlə üzərində axtarış aparılmış və üzərindən narkotik maddə və ya qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır.Bundan sonra polislər tərəfindən özünün, Ceyhunun, Aybənizin və vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə Ceyhunun maşınına baxış keçirilmişdir.Baxış zamanı polislər ona maşında olan çantanı götürüb təqdim etməsini bildirmiş, o da Ceyhunun maşınının arxa oturacağının ayaqaltı hissəsində olan çantanı götürüb polislərə təqdim edib həmin çantanı ona iranlı bir nəfərin göndərdiyini bildirmişdir. Maşından götürüb polislərə təqdim etdiyi çanta tutulmamışdan əvvəl yol nişanın yanında gördüyü qara rəngli çanta olmuşdur.Maşından çantanı götürüləndən sonra çantaya baxış keçirilmiş və çantanın içərisində narkotik maddələr olan bağlamalar aşkar edilmişdir.Həmin çantanın içərisində nə olmasını o, əvvəlcədən bilməmiş, iranlı da çantanın içərisində narkotik madə və ya başqa bir şeyin olması barədə ona heç nə deməmiş, sadəcə çantanı götürüb dediyi yerə çatdırmasını ona demişdir.Çantanın içərisində aşkar olunmuş bağlamalarda olan kütlələr orada tərəzidə çəkildikdən sonra qablaşdırılıb polislər tərəfindən götürülmüş, sonra sənədləşmə aparılmışdır. O, narkotik maddələrin satışı ilə bağlı ona verilmiş ittiham üzrə özünü təqsirli bilmir, lakin iranlının göndərdiyi çantanı götürüb onun dediyi yerə çatdırmaqla bağlı razılaşmasına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Məhkəmədə Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilməklə tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadələrində məhkəmədə verdiyi ifadəsində bildirdiyi ayrı-ayrı halları göstərmiş, eyni zamanda bu ifadələrində işin mahiyyəti üzrə bildirmişdir ki, 21 mart 2022-ci il tarixdə, tanımadığı və özünü iranlı kimi təqdim edən bir nəfər şəxs İran telefon nömrəsi ilə ona zəng edib təklif etmişdir ki, Biləsuvar rayonu ərazisində qoyulmuş 500 qram metamfetamini gedib oradan götürüb Qaradağ rayonuna aparıb dediyi yerə çatdırsa ona 3000 manat pul verəcəkdir. Maddi vəziyyəti yaxşı olmadığı üçün o, iranlı ilə razılaşmış və həmin gün Biləsuvar rayonuna getmək üçün taksi sürücüsü kimi tanıdığı Şahid3 zəng edib 22 mart 2022-ci il tarixdə Biləsuvar rayonuna getmək lazım olduğunu bildirib neçiyə aparıb-gətirəcəyini soruşmuş, o da 100 manata gedib-gələ biləcəyini bildirmişdir.O, Ceyhuna Beyləsuvara getməsinin səbəbini deməmişdir.Sonra iranlı ilə danışıb Biləsuvara getməyə avtomobil tapdığını, ondan xəbər gözləyəcəyini bildirmiş, iranlı da onunla əlaqə saxlayacağını demişdir.22 mart 2022-ci il tarixdə, saat 10 radələrində Ceyhuna zəng etmiş və Ceyhun avtomobili ilə gəlib onu yaşadığı küçədən götürmüşdür. Lökbatan dairəsində olarkən tanışı Aybəniz Babayeva ilə danışmış, sonra onu da avtomobilə götürüb Biləsuvara getmişlər. Yolda olarkən iranlı ona zəng edib harada olduğunu soruşmuş, o da yolda olduğunu bildirmişdir.Həmin vaxt o, Aybəniz və Ceyhunun şübhələnməməsi üçün iranlı ilə üstüörtülü danışmış, iranlı isə ona psixotorp maddəni qoyacaq adamın bir qədər gecikəcəyini bildirmişdir. Biləsuvar rayonunun ərazisində olan “Azpetrol” YDM-nə çatanda o, vatsappla iranlıya zəng edib olduğu yeri demiş, iranlı da həmin yerdə olan yol nişanının fotoşəkilini çəkib ona atmağını bildirmiş, o da həmin yerdə olan “Biləsuvar” sözü yazılmış yol nişanın fotoşəkilini çəkib iranlıya göndərmişdir.Ceyhun və Aybəniz onun Biləsuvara nəyə görə gəldiyini bilməmiş, onlara bir nəfər tanışı ilə görüşəcəyini, həmin adamın bir qədər yubandığını bildirmişdir. Sonra iranlı ona üzərində “Yuxarı Ağalı” sözləri yazılmış yol nişanın fotoşəkilini atıb, göndərdiyi psixotrop maddənin qara rəngli bağlamada həmin yol nişanın yaxınlığında olduğunu, həmçinin həmin yol nişanın gömrük yolunun üzərində yerləşdiyini bildirmişdir.Sonra o, götürəcəyi psixotrop maddəni Aybənizin və Ceyhunun görməməsi üçün avtomobildə Aybənizlə yerini dəyişmiş, Aybəniz qabaq oturacaqda, özü isə arxa oturacaqda otarmuşdur. Aybəniz yerdəyişmənin səbibini soruşanda o, ola bilsin ki, görüşəcəyi adamın da onlarla gedəcəyini bildirmişdir. Sonra o, iranlının dediyi yeri mobil telefonun naviqasiya proqaramı ilə tapıb, maşını həmin yerə sürdürmüşdür. Həmin yol nişanın yaxınlığına çatanda yaxınlığında ferma olduğunu görüb, onları şübhələndirməmək üçün Ceyhuna avtomobili həmin fermanın yanında saxlamsını bildirmişdir. Ferma ilə yol nişanın arsında təxminən 20-25 metr məsafə olmuşdur.O, avtomobildən düşüb, Aybəniz və Ceyhuna tanışı ilə 10 dəqiqəlik işi olduğunu, 10 dəqiqədən sonra gəlib onu götürmələrini bildirmiş, onlar da onunla razılaşıb ondan ayrılmışlar. Aybəniz və Ceyhun getikdən sonra o, həmin yol nişanına yaxınlaşmış və orada olan çuxurun içərisində qara rəngli çanta olduğunu görmüşdür. İranlının göndərdiyi psixotrop maddənin çantada olduğunu bilib o, həmin çanatanı götürüb fermanın qarşısına gəlib orada gözləməyə başlamış, çantanı isə özündən bir qədər aralıda görünməyən yerə qoymuşdur.Təxminən 10 dəqiqədən sonra uzaqdan Ceyhunun idarə etdiyi avtomobilin gəldiyini görüb çantanı götürüb yolun qarşı tərəfinə keçmişdir. Ceyhun avtomobili yanında saxladıqdan sonra o, avtomobilə əyləşmiş və götürdüyü çantanı arxa oturacaqda yanına (oturacağın ayaqaltı hissəsinə) qoymuşdur.O, avtomobilə mindikdən sonra Aybəniz ondan həmin çantada nə olduğunu soruşmuş, o da çantanı ona tanışının verdiyini, içərisində nə olmasını bilmədiyini, Qaradağ rayonunda deyəcəyi şəxsə verəcəyini bildirmişdir. Bir qədər getdikdən sonra yolda polis əməkdaşları Ceyhunun avtomobilini saxlayıb onları avtomobillə birlikdə Bələsuvar RPŞ-nə aparmışlar. Polis şöbəsində vəkilin iştirakı ilə və viedoçəklişlə üzərində axtarış keçirilmiş, üzərindən narkotik vasitə və yaxud qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır.Daha sonra polis əməkdaşları özünün, Ceyhunun, Aybənizin və vəkillərin iştirakı ilə, həm də videoçəkilişlə Ceyhunun idarə etdiyi “Toyota Prius” markalı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı özü avtomobilin arxa oturacağının ayaqaltı hissəsində olan bir ədəd qara rəngli çantanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan, habelə avtomobilə baxışın keçirilməsi ilə bağlı aparılmış videoçəkiliş tədqiq olunduqdan sonra Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri qismən təsdiq edib əlavə ifadəsində göstərmişdir ki, ifadəsində iranlının göndərdiyi çantanın içərisində narkotik maddələrin olmasını bilməsinə və iranlının göndərdiyi çanta iranlının dediyi yerdən götürməsinə dair halları təsdiq etmir.İranlının göndərdiyi çantanı iranlının dediyi yerdə olmasını görsə də, həmin vaxt kənarda şübhəli şəxslərin olmasını hiss etdiyindən çantanı oradan götürməmişdir.Polis əməkdaşları avtomobil saxladıqdan sonra polislər onu çantanın olduğu yerə aparmış və polis əməkdaşları həmin çantanı oradan götürüb avtomobilə qoymuşlar.Bundan sonra avtomobilə baxış keçirilərkən o, çantanı avtomobildən götürüb polislərə təqdim etmişdir.O, iranlının göndərdiyi çantanın içərisində nə olmasını bilməmişdir.O, iranlının göndərdiyi çantanı götürüb onun dediyi yerə çatdırmaqla bağlı razılaşmasına görə özünü təqsirli bilir və əməlindən peşmandır. Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməkdə təqsirli olması məhkəmədə tədqiq olunmuş sübutlarla, yəni iş üzrə dindirilmiş şəxslərin ifadələri, istintaq və məhkəmə hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri, habelə digər iş materialları ilə tam təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, Biləsuvar RPŞ-nin əməkdaşıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır.22 mart 2022-ci il tarixdə ona “Şahin” adlı şəxsin Biləsuvar rayonu ərazisində X5 dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, sonra həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir.Bundan sonra daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və əməliyyat-axtarış tədbirləri keçirilmişdir.Belə ki, 22 mart 2022-ci il tarixdə, saat 15 radələrində əməliyyat tədbirinə başlanılmış, Təqsirləndirilən şəxs olduğu yer, yəni sərnişin olduğu “Toyota Prius” markalı avtomobillə (**-KY-*** dövlət qeydiyyat nişanlı) Biləsuvar rayonunun Yuxarı Ağalı kəndinin ərazisində avtomobil yolunda olması müəyyən edilib əməliyyat müşahidəsinə götürülmüşdür. Az sonra əməliyyat tədbirinə uyğun olaraq Biləsuvar RPŞ-nin yol-patrul xidmətinin əməkdaşları yolda hərəkət edən həmin avtomobili Biləsuvar rayonunun Muğan kəndinin ərazisində, üzərində “Muğan” sözü yazılmış yol nişanın yaxınlığında saxlamışdır.Elə həmin vaxt əməliyyat qrupu da avtomobilə yaxınlaşmış və onlar avtomobildə olan şəxslərə özlərini təqdim edib narkotik maddələrin əldə edib saxlamaqda şübhəli olmaları bildirilmiş, sonra avtomobilin sürücü Ceyhun adlı şəxs (Şahid3), avtomobildə olan sərnişinlər Təqsirləndirilən şəxs və Aybəniz adlı qadın (X6) avtomobillə birlikdə rayon polis şöbəsinə gətirilmişlər.Şöbədə təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakı ilə və videoçəkilişlə şübhəli şəxslərin üzərində şəxsi axtarış aparılmış, lakin onların üzərindən narkotik maddələr və ya qanunla qadağan edilmiş hər hansı əşya aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən müdafiəçilərin, Təqsirləndirilən şəxs, Aybəniz adlı qadın və sürücü Ceyhun adlı şəxsin iştirakı ilə və videoçəkilişlə “Toyota Prius” markalı avtomobilə (“Toyota Prius” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə) baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağın ayaqaltı hissəsindən bir ədəd qara rəngli çantanı götürüb onlara təqdim edib həmin çatanın içərisində narkotik maddələr olduğunu və iranlı bir nəfərin ona göndərdiyini bildirmişdir.Ceyhun və Aybəniz adlı şəxslər isə avtomobildə aşkar olunmuş narkotik maddələrin onlara məxsus olmamasını bildirmişlər.Təqsirləndirilən şəxs təqdim etdiyi çantanın içərisində cəmi 12 ədəd bağlama və həmin bağlamaların içərisində narkotik maddələr aşkar olunmuşdur.Həmin kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqatçı tərəfindən götürülmüş, sonra protokol tərtib olunmuşdur. Baxış zamanı Təqsirləndirilən şəxs hər hansı narazılığı və ya şikayəti olmamış, həmçinin polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı formada heç bir təzyiq göstərilməmişdir. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İşdə olan, Biləsuvar RPŞ-nin əməkdaşının 22 mart 2022-ci il tarixli “Raport”u ilə müəyyən olunur ki, “Şahin” adlı şəxsin Biləsuvar rayonunun ərazisində narkotik və psixotrop maddələr əldə etməsi, istifadəsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuş və əməliyyat yolu ilə “Şahin” adlı şəxsin Abşerion rayonunun Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi, ev 9-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. İşdə olan, təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 mart 2022-ci il tarixli qərarla müəyyən olunur ki, həmin tarixdə təhqiqat orqanı tərəfindən Abşeron rayonunun Qobu qəsəbə sakini Təqsirləndirilən şəxs X5 dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumatın yoxlanılması üçün təxirəsalınmaz əməliyyat-axtarışın tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 24 mart 2022-ci il tarixli qərarı ilə təhqiqat orqanının “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 22 mart 2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. İşdə olan, “Əməliyyat-axtarış tədbirlərin keçirilməsi və müşahidə etmə haqqında” 22 mart 2022-ci il tarixli qərar protokolla müəyyən olunur ki, həmin tarixdə, saat 15 radələrində əməliyyat qrupu tərəfindən Təqsirləndirilən şəxs içərisində olması güman edilən “Tayota Pirus” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobil Biləsuvar rayonunun Yuxarı Ağalıkənd kəndinin yaxınlığında avtomobil yolunda müşahidə edilmiş, sonra DYP-nin əməkdaşları tərəfindən Biləsuvar rayonunun ərazisində, avtomobil yolunda üzərində “Muğan” yazılmış yol nişanının yaxınlığında saxlanılmış, bundan sonra həmin avtomobil və sürücü Şahid3, habelə sərnişinlər Təqsirləndirilən şəxs və X1 RPŞ-nə gətirilmişlər. İşdə olan, “Şəxsi axtarış və götürmə haqqında” 22 mart 2022-ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Xanlar Alışov tərəfindən müdafiəçinin iştirakı ilə və videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik maddələr və ya başqa qadağan olunmuş əşyalar aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs iranlı bir nəfər şəxsin göndərdiyi çantada olan narkotik vasitəni götürmək üçün Biləsuvara gəldiyini və götürdüyü çantanın Şahid3 idarə etdiyi avtomobildə olmasını bildirmişdir. Şəxsi axtarışla bağla aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, “Baxış keçirilməsi və maddi sübutun götürülməsi barədə” 22 mart 2022ci il tarixli protokolla müəyyən edilir ki, həmin tarixdə təhqiqatçı Nahid Hüseynov tərəfindən müdafiəçilər-Habil Məmmədov, Fədai Quliyev, Əli Hüsyenovun, şübhəli şəxslər-Təqsirləndirilən şəxs, Şahid3 və Aybəniz Babayevanın iştirakı ilə, həm də videoçəkiliş aparılmaqla Şahid3 məxsus “Tayota Pirus” markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs avtomobilin sağ arxa oturacağın alt hissəsindən bir ədəd qara rəngli idman çantasını götürüb təqdim edib həmin çantanın içərisində narkotik maddələr olduğunu bildirmişdir. Təqdim olunmuş çantanın içərisində olan bağlamalarda narkotik vasitələr-heroin, tiryək və qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələrin özünə məxsus olduğunu, İrandan “Teyyub” adlı şəxsin göndərdiyini, həmin narkotik maddələri Bakı şəhərinə aparmalı və buna görə ona 3000 manat pul verilməli olduğunu, avtomobilin sürücüsü Ceyhunun və tanışı Aybənizin bundan məlumatı olmadığını bildirmişdir. Aşkar olunmuş kütlələr elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb təhqiqat orqanı tərəfindən götürülmüşdür. Baxışla bağlı aparılmış videoçəkiliş bir ədəd DVD diskə yazılıb protokola əlavə edilmişdir. İşdə olan, məhkəmə fiziki-kimyəvi və bioloji ekspertizasının 23 mart 2022-ci il tarixli rəyi ilə müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Toyota Prius”markalı avtomobildən aşkar olunmuş, Təqsirləndirilən şəxs məxsus narkotik vasitələr .” sözlər və imzalar olan 9 ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkilləri-2050,0 qram, 1650 qram, 870,0 qram, 2005,0 qram, 2020,0 qram, 1645 qram, 2045 qram, 1040,0 qram, 1010,0 qram, ümumi təmiz çəkisi-14335,0 qram olan maddələr tiryəkdən kustar üsulla hazırlanmış narkotik vasitə-heroindirlər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-birilərindən fərqlidirlər. İki ədəd torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri-870,0 qram və 245,0 qram, ümüumi təmiz çəkisi 1115,0 qram olan maddələr xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdilər, xarici görünüşlərinə və kimyəvi tərkiblərinə görə bir-biriləri ilə eynidirlər. Bir ədəd bağlamada tmiz çəkisi-410,0 qram olan bitki mənşəli kütlə təkibindəki narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatından sonra qalıq heroin 14334,64 qram, qalıq tiryək 1114,9 qram və qalıq qurudulmuş marixuana 409,98 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan, “Əşyanın maddi sübut kimi tanınması və həlli barədə” 24 mart 2022-ci il tarixli qərarla müəyyən edilir ki, ekspertiza tədqiqatından sonra qalıq 14334,64 qram heroin, 1114,9 qram tiryək və 409,98 qram qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və həmin maddi sübutlar saxlanılması üçün Biləsuvar RPŞ-nin maddi sübutlar otağına təhvil verilmişdir. İşdə olan, ambulator məcburi-narkoloji tibbi yoxlamanın 28 mart 2022-ci il tarixli rəyi ilə müəyyən olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən toksikomaniya aşkar olunur. Toksikomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji kabinetində porofilaktiki qeydiyyata alınması məsləhət görülür. İşdə olan, “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2022ci il tarixli qərarla müəyyən olunur ki, istintaq orqanı tərəfindən Şahid3 və X3 əməlində cinayət tərkibi olmadığına görə barələrində cinayət təqibinin başlanması rədd edilmişdir. İşdə olan, “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 10 iyun 2022-ci il tarixli qərarla müəyyən olunur ki, cinayət işinin materiallarından cinayət törətmiş digər şəxslərin barəsində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM-nin) 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəmədə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini, maddi sübutları və digər sənədləri sübut növü kimi qəbul edir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs məhkəmə və ibtidai istintaq zamanı işin mahiyyəti üzrə verdiyi ifadələri (iranlının göndərdiyi çantanın iranlının dediyi yerdə olmasını görsə də, həmin vaxt kənarda şübhəli şəxslərin olmasını hiss etdiyindən çantanı oradan götürməməsi, polis əməkdaşları tərəfindən onun olduğu avtomobil saxlanıldıqdan sonra polislərin onu həmin avtomobillə geri-çantanın olduğu yerə aparması və polis əməkdaşlarının həmin çantanı oradan götürüb avtomobilə qoyması, bundan sonra avtomobilə baxış keçirilərkən çantanın avtomobildən götürülməsi, iranlının göndərdiyi çantanın içərisində nə olmasını bilməməsinə aid hallar istisna olunmaqla) məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan, eləcə də işin faktiki hallarına uyğun olduğundan sübut kimi qəbul edir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində göstərdiyi xüsusatlar, yəni iranlının göndərdiyi çantanın iranlının dediyi yerdə olmasını görsə də, həmin vaxt kənarda şübhəli şəxslərin olmasını hiss etdiyindən çantanı oradan götürməməsi, polis əməkdaşları tərəfindən onun olduğu avtomobil saxlanıldıqdan sonra polislərin onu həmin avtomobillə geri-çantanın olduğu yerə aparması və polis əməkdaşlarının həmin çantanı oradan götürüb avtomobilə qoyması, bundan sonra avtomobilə baxış keçirilərkən çantanın avtomobildən götürülməsi, iranlının göndərdiyi çantanın içərisində nə olmasını bilməməsinə, narkotik vasitələrin satışı ilə məşğul olmamasına dair hallar məhkəmədə tədqiq olunmuş sübutlarla, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş digər sənəd və iş materialları, o cümlədən Təqsirləndirilən şəxs iştirakı ilə avtomobilə baxış keçirilməsi ilə bağlı aparılmış videoçəkilişlə (həmin videoçəkilişlə müəyyən edilir ki, Təqsirləndirilən şəxs avtomobildən narkotik maddələr olan çantına götürüb polis əməkdaşlarına təqdim edib həmin narkotik maddələrin özünə məxsus olmasını, iranlı tanışının göndərdiyini bildirib iş üzrə digər halları təsdiq etmişdir), eləcə də Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələri ilə (həmin ifadələrində o, iranlının göndərdiyi çantanı iranlının dediyi yerdən götürüb Ceyhunun avtomobilinə qoyduğunu, avtomobildən aşkar olunmuş narkotik maddələrin özünə məxsus olduğunu bildirib ittihamda göstərilən digər halları da təsdiq etmişdir) tam təkzib olunur. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı işin mahiyyəti üzrə verdiyi ifadəsinin yuxarıda qeyd olunan xüsusatlara aid hissələrini obyektiv həqiqət və sübut kimi qəbul etmir, onun bu ifadəsi özünü müdafiə xarakteri daşıması kimi qiymətləndirir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni təqsirləndirilən şəxs və şahidlərin ifadələri, ekspertiza rəyləri və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən cinayəti törətmişdir. Habelə məhkəmə Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında, aralarında olan razılaşmaya və ümumi cinayətkar niyyətə uyğun olaraq satış məqsədi ilə qanunsuz olaraq narkotik maddələri əldə etmə, saxlama və daşıma ilə bağlı aşağıda göstərilənləri də nəzərə alır: Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ Siyahıya əsasən beynəlxalq adı “Heroin” “Tiryək” və “Marixuana-Kannabis”, o cümlədən qurudulmuş marixuana olan maddələr narkotik vasitələrdir. Heroinin 0,15 qramdan, tiryəkin 0,5 qramdan və qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, heroinin 2 qramı, tiryəkin 50 qramı və qurudulmuş marixuananın 500 qramı və ya ondan artıq hissəsi (təmiz halda qramlarla) külli miqdar hesab olunur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli Qərarın 9-cu bəndində qeyd olunur ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Habelə həmin Qərarın 11-ci bəndində izah edilir ki, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-nin 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs götürülmüş 14 kq 335,0 qram narkotik vasitə olan heroin, 1 kq 115,0 qram narkotik vasitə olan tiryək şəxsi istehlak miqdarından dəfələrlə artıq olmaqla külli miqdar təşkil edir, habelə 410,0 qram narkotik vasitə olan qurudulmuş marixuana şəxsi istehlak miqdarından artıqdır. Həmçinin Təqsirləndirilən şəxs qazanc əldə etmək məqsədi ilə narkotik vasitələri əldə etməsi tədqiq olunmuş sübutlarla təsdiq olunduğundan məhkəmə onun bu maddələri məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edib, saxlayıb daşaması kimi qiymətləndirir. Məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və onun təqsirliliyi tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş sübutlara, yəni şahidlər və təqsirləndirilən şəxsin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar və digər iş materiallarına əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətləri məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında, satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik maddələri və şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etmiş, saxlamış və daşımışdır. Təqsirləndirilən şəxs həmin cinayət əməlində təqsirini təkzib edə biləcək hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə tədqiq olunmuş sübutlara əsaslanaraq hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə tövsif edilmişdir. İşdə olan, Biləsuvar Rayon Məhkəməsinin 24 mart 2022-ci il tarixli qərarı ilə müəyyən olunur ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli tutulduğu vaxtdan, yəni 22 mart 2022-ci il tarixdən hesablanmışdır. İşdə olan, Azərbaycan Respublikası DİN-dən daxil olmuş şəxsin məhkumluğunun yoxlanmasına dair tələbnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan, Abşeron rayon İHB-nın Qobu qəsəbə İƏD üzrə Nümayəndəliyindən verilmiş 28 mart 2022-ci il tarixli arayış və xasiyyətnamə ilə müəyyən olunur ki, Nəzərli X7 rayonunun Qobu qəsəbəsi, C.Cabbarlı küçəsi ev 9-da qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət (yaşadığı müddətdə özünü sakit aparmış və qəsəbə sakinlərinin hörmətini qazanmışdır) xarakterizə olunur. İşdə olan, AZE 18353585 və AA ******* №-li şəxsiyyət vəsiqələrin surətləri ilə müəyyən edilir ki, X13 07 sentyabr 2013-cü ildə və X11 10 noyabr 2015-ci ildə doğulmuşlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağın olması CM-nin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən haldır. İş üzrə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar (CM-nin 61-ci maddəsində göstərilən) yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, həmçinin əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə təyin edilməsi üçün (Azərbaycan Respublikası CM-nin 99-1-ci maddəsi ilə) əsaslar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə təqsirləndirilən şəxsin islah olunmasına, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 22 mart 2022-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Habelə narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 93.1.2-ci maddəsi tətbiq edilməli o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunmalı, habelə yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası CPM-nin 132.1.4-cü maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar olan və Biləsuvar RPŞ-nin maddi sübutlar otağında saxlanılan 14334,64 qram heroin, 1114,9 qram tiryək və 409,98 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, məhvetmə “Azərbaycan Respublikasının Narkomanlığa və X5 X8 üzrə Dövlət Komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 132, 344-347, 349, 351-353, 356, 384-385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 6 (altı ) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli 22 mart 2022ci il tarixdən hesablansın və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, cəza çəkərkən narkomaniyadan məcburi müalicə olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar olan və Biləsuvar Rayon Polis Şöbəsinin maddi sübutlar otağında saxlanılan 14334,64 qram (14 kq 334,64 qram) narkotik vasitə olan heroin, 1114,9 qram (1 kq 114,9 qram) narkotik vasitə olan tiryək və 409,98 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatı xərci-50 (əlli) manat məhkum olunmuş şəxs Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs hökmün surətini aldığı vaxtdan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(099)-453/2022
Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-453/2022
01.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver