Məhkəmə qərarları › İş №1(099)-453/2023

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-453/2023

08.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-453/2023 08.08.2023 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədov Müşfiq Vaqif oğlunun sədrliyi ilə hakimlər - Məmmədov Neymət Hüsən oğlu və Səfərli Cavid Şamil oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Lənkəran rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, təqsirləndirilən şəxs X2, onun müdafiəçisi – Bakı şəhəri, “Prospekt” Vəkil Bürosunun vəkili Müdafiəçi3 Aslan oğlunun iştirakları ilə 03 avqust 1986-cı ildə Naxçıvan MR Babək rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Naxçıvan MR Babək rayonu, Sirab kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3 -ci maddələri ilə xx xxxxxx 1970-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilmiş, fərdi əməklə məşğul olan, Ağdam rayonu, Xındırıstan kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 2023-cü ilin yanvar ayının ortalarında tanışı Təqsirləndirilən şəxs2 və digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayıb daşıma barədə, habelə Təqsirləndirilən şəxs1 cinayətkar qrupun digər üzvləri ilə Azərbaycan Respublikasının gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya gizli yolla keçiriləcək külli miqdarda narkotik vasitələri əldə edib müqəddəratına sərəncam verməyi qabaqcadan vəd verməklə həmin şəxslərə köməklik etməsi barədə əvvəlcədən razılığa gəlmişdir. Əldə olunmuş cinayətkar razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Whatsapp” ani mesajlaşma sistemi vasitəsi ilə İİR vətəndaşı olması ehtimal edilən şəxsiyyəti məlum olmayan şəxslə danışaraq satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda müxtəlif növ narkotik vasitələrin əldə edilib saxlanmaqla daşınaraq qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirildikdən sonra Azərbaycan Respublikasının ərazisində birlikdə satıb pulunu onunla böləcəkləri barədə qabaqcadan vəd verib razılaşaraq onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib aralarında olan razılaşmaya uyğun olaraq həmin şəxsin satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar Azərbaycan Respublikasının ərazisinə keçirərək məlum olmayan tarixdə və vaxtda Cəlilabad-Fərzili kənd yolunun üzərində yerləşən, “Fərzili kəndi” yazısı olan məlumat lövhəsinin yanına qoyduğu külli miqdarda narkotik vasitəni satış məqsədilə qanunsuz olaraq əldə etmək üçün qabaqcadan əlbir olduğu tanışı Təqsirləndirilən şəxs2la birlikdə Bakı şəhərindən Cəlilabad şəhəri ərazisinə gəldikdən sonra Cəlilabad-Fərzili kənd yolu ilə piyada hərəkət edərək qeyd edilən məlumat lövhəsinin yaxınlığına gəlib Təqsirləndirilən şəxs2la aralarında olan cinayətkar razılaşmaya əsasən içərisində 01 ədəd bükümdə təmiz çəkisi 109,908 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və 01 ədəd bükümdə təmiz çəkisi 79,941 qram külli miqdarda narkotik vasitə tiryək olan bir ədəd üzəri şəffaf rəngli yapışqan lentlə sarılmış qara rəngli sellofana yerləşdirilmiş bükülünü satış məqsədilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla götürdüyü yerdən bir neçə addım kənara daşımış, 18 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində Cəlilabad RPŞ-nın əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad-Fərzili kənd yolu ərazisində Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olduğu tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə saxlanılmış və Cəlilabad RPŞ-yə aparılmışdır. Cəlilabad RPŞ-nın inzibati binasında Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman onun əynində olan qara rəngli paltonun sağ yan cibindən Təqsirləndirilən şəxs2la birlikdə satıb pulunu bölmək barədə qabaqcadan vəd etdikdən sonra külli miqdarda narkotik vasitələri qanunsuz olaraq satış məqsədilə əldə edib saxlamaqla daşıma barədə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib əldə etdikləri bir ədəd qara rəngli sellofanda olan bükülünün içərisindən şəffaf sellofana yerləşdirilmiş bükümdə təmiz çəkisi 109,908 qram şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə qurudulmuş marixuana və bir ədəd şəffaf sellofana yerləşdirilmiş bükümdə təmiz çəkisi 79,941 qram külli miqdarda narkotik vasitə tiryək aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü yalnız marixuananı əldə etməkdə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2la Bakı şəhərində tikintidə işləyərkən tanış olmuşlar. “İnstaqram”da Mehran Mənsumi adlı özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxs ona ismarıc yazaraq onun üçün narkotik vasitə göndərə biləcəyini, həmin narkotik vasitələri satmaqda ona köməklik etməsini istəmişdir. Özü marixuanadan istifadə etdiyindən həmin İran vətəndaşından öz istifadəsi üçün marixuana göndərməsini xahiş etmişdir. İran vətəndaşından 100 qram marixuana istəmiş, 300 manata razılaşmışlar və “Milli Ön” ödəmə terminalı vasitəsilə İran vətəndaşının kart hesabına 100 manat pul köçürtmüşdür. İran vətəndaşı narkotikin Cəlilabad rayonunda plakatın altına qoyulacağını və bağlamanı oradan götürə biləcəyini bildirmişdir. X4 rayonunda toy məclisində iştirak etməli olduğundan onunla birlikdə 18 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonuna getmişlər. Çərkəzə Cəlilabad rayonuna gedəcəyini və orada tanışı ilə görüşəcəyini demişdir. Çərkəzə Cəlilabad rayonuna narkotik götürmək üçün gedəcəyini deməmişdir. Yolda olarkən mobil telefonu ilə danışdığı iranlı şəxs ona narkotikin qoyulacağı plakatın şəklini atmışdır. Çərkəzlə birlikdə Cəlilabad rayonuna çatdıqdan sonra axşam saat 11 radələrində iranlının fotoşəkildə göstərdiyi “Fərzili kəndi” yazılan plakatın altından narkotiki götürmüş, polis əməkdaşları tərəfindən saxlanılan zaman əlindəki bağlamanı yolun kənarına atmışdır. Saxlanılaraq Çərkəzlə birlikdə Cəlilabad RPŞ-yə aparılmışlar. Şöbədə olarkən polis əməkdaşları onun qarşısına narkotik qoyaraq üzərinə götürməsini bildirmiş, əgər narokotiki götürməsə evindən də narkotik çıxaracaqları ilə onu hədələmişlər. Polislərin hədəsindən qorxduğu üçün narkotiki öz üzərinə götürmüşdür. Çərkəzin narkotikdən məlumatı olmamışdır. Təzyiq altında olduğundan istintaq zamanı ifadəsində Çərkəzin narkotikdən məlumatının olduğunu yalandan bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuşdur. İranlıdan əldə etdiyi marixuanaya münasibətdə özünü təqsirli bilir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi ifadələri ilə cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan onun ibtidai istintaq dövründə müdafiəçisinin iştirakı ilə verdiyi etirafedici ifadələri elan olunmuş, o, həmin ifadələrində ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «Mənsum Mehrani» adlı iranlıya satmaq üçün narkotik sifariş etdiyini, bu barədə tanışı Çərkəzə demiş, Çərkəz də özü üçün də irandan tiryək sifariş verərək bunun müqabilində iranlıya 150 manat pul göndərəcəyini bildirmişdir. Bundan sonra iranlı ilə əlaqə saxlayıb əlavə olaraq tiryək də göndərməsini demişdir. İİR vətəndaşı Mənsum ona 200 manat da pul göndərməsini, bunun müqabilində onun üçün 200 qram marixuana göndərəcəyini demiş, cavabında iranlıya narkotik vasitələri göndərdikdən sonra pulun qalan hissəsini göndərə biləcəyini demişdir. İİR vətəndaşı da onunla razılaşmışdır.17 yanvar 2023-cü il tarixdə iranlı ona zəng edib narkotikin Cəlilabad rayonu ərazisinə qoyulduğunu, gedib oradan götürmək lazım olduğunu demişdir. Bu barədə Çərkəzə məlumat vermiş, sonuncu da Cəlilabad rayonuna toya dəvət olunduğu üçün oraya gedəcəyini demişdir. xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Çərkəz ilə Bakı şəhərində Dərnəgül prospektində görüşüb birlikdə Cəlilabad rayonuna gedib həmin narkotik vasitəni götürmələri barədə razılaşmışlar. Çərkəz ona narkotik vasitəni götürdükdən sonra Cəlilabad rayonu ərazisində yerləşən “Dan ulduzu” restoranına gedib, orada toy məclisinə baş çəkdikdən sonra Bakı şəhərinə geri qayıdacaqlarını demişdir. Cəlilabad rayonuna gedərkən yolda iranlı «Fərzili kəndi» qeyd olunan lövhənin fotoşəklini onun mobil telefonuna göndərərək narkotikin həmin ərazidə olduğunu bildirmişdir. Fotoşəkilə əsasən Çərkəzlə birlikdə təxminən 2 kilometr piyada hərəkət etdikdən sonra həmin lövhənin yanına çatdıqda o, lövhənin yanında olan bükülünü götürərək gödəkçəsinin cibinə qoymuş, piyada geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılıb Cəlilabad RPŞ-yə aparılmışlar. Üzərinə vəkilinin iştirakı ilə baxış keçirilən zaman əynində olan paltonun sağ yan cibindən bükülünü çıxarıb təqdim etmiş, büklüyə baxış keçirilərkən orada narkotik vasitə olan marixuana və tiryək olduğu müəyyən edilmişdir. Üzərində aşkar olunmuş 10 manat pul, şəxsiyyət və sürücülük vəsiqələri özünə qaytarılmış, «Samsunq Galaxy J3» markalı mobil telefon isə götürülmüşdür. Polis əməkdaşları ona yaxınlaşan vaxt və üzərində şəxsi axtarış aparılan zaman heç bir fiziki güc və yaxud zor tətbiq etməmişlər. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir tanıyır. Onunla tikinti sahəsində işləyərkən tanış olmuşdur. 17 yanvar 2023-cü il tarixdə Mahir ilə mobil telefon vasitəsilə əlaqə saxlamış, Mahirə 18 yanvar 2023-cü il tarixdə Cəlilabad rayonunda baş tutacaq qohumunun toy məclisində iştirak etməkdən ötrü Cəlilabad rayonuna gedəcəyini demişdir. Mahir ona, özünün də Cəlilabad rayonuna gedəcəyini, tanışı ilə görüşəcəyini və birlikdə getmələrini bildirmişdir. 18 yanvar 2023-cü il tarixdə, Mahirlə görüşüb taksi ilə Cəlilabad rayonuna getmişlər. Mahirin yolda kiminlə danışdığını bilməmiş, Mahir ona narkotik barədə heçnə deməmişdir. Mobil telefonu üzərində olmadığından arvadı ilə Mahirin telefonu ilə danışmış, axşam saatlarında toya gələcəyini bildirmişdir. Mahir ona, tanışının olduğu yerdən ona şəkil atdığını, şəkildə göstərilən yerə gəlməsini bildirdiyini demiş, həmin fotoşəkili oradakı taksi sürücülərindən birinə göstərərək, onları həmin yerə, oradan isə “Dan ulduzu” şadlıq sarayına aparmaq üçün nə qədər gediş haqqı alacağını soruşmuşdur. Həmin sürücü də 10 manat pul istəmişdir. Onlar taksi ilə deyil piyada qeyd olunan yerə getmək qərarına gəlmiş, o öndə, Mahir isə ardınca hərəkət etmişlər. Mahir mobil telefonu ilə kiməsə səsli ismarıc göndərirmiş, Mahirin danışdığı şəxsin narkotik barədə səs atdığını eşitmiş, dayanaraq Mahirdən həmin şəxsin nə söylədiyini soruşmuşdur. Mahir də ona aidiyyəti olmadığını, şəxsi işi olduğunu söyləmişdir. Bir qədər getdikdən sonra onlar fotoşəkildə olan lövhəni tapmışlar. Özü kənarda gözləmiş, Mahir isə lövhəyə yaxınlaşmış, oradan nəsə götürmüş, Mahirdən nə götürdüyünü soruşduqda Mahir yenə də ona aidiyyəti olmadığını demiş, lakin, o, artıq başa düşmüşdür ki, Mahir həmin yerdən bağlamada narkotik vasitə götürmüşdür. Geri qayıdarkən polis əməkdaşları tərəfindən saxlanılmış və şöbəyə aparılmışlar. Üzərində heç bir narkotik aşar edilməmişdir. Mahirin üzərindən bağlamada narkotik vasitə marixuana və tiryək aşkar olunmuşdur. Polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunmuş, məcbur qalaraq yalandan etirafedici ifadələr vermişdir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, saxlanılan gün Cəlilabad rayonunda keçirilən qohumunun toy mərasiminə ailəsi ilə birlikdə dəvət olunsa da toyda iştirak etməmiş, həmin toyda yalnız ailəsi iştirak etmiş, Mahirdən iranlı vasitəsilə onun üçün narkotik vasitə göndərilməsini xahiş etməmiş, Mahirlə arasında bu barədə əvvəlcədən hər hansı bir sövdələşməsi olmamışdır. Təqsirləndirilən şəxs2 məhkəmədə tədqiq edilmiş ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi elan olunmuş, o, həmin ifadəsində Cəlilabad rayonu ərazisində saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq edilmədiyini göstərmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların, həmçinin iş üzrə toplanmış sübutların və onların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, yuxarıda göstərilən cinayət əməlini təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmişlər. Onların törətdikləri cinayət əməlləri özlərinin qismən etirafedici ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahid ifadələri, habelə tədqiq olunmuş ekspertiza rəyləri, cinayət işində olan istintaq sənədləri, protokolları, maddi sübutlar və işin digər halları ilə kifayət qədər sübuta yetirilir. Belə ki, məhkəmə istintaqında şahid qismində dindirilmiş Cəlilabad rayon polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 18 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Cəlilabad rayonu ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı əməliyyat qrupu yaradılmış, həmin gün saat 21 radələrində onların rayonun Fərzili kəndi istiqamətinə hərəkət etdiklərini müşahidə etmişlər. Mahir «Fərzili kəndi» yazısı olan məlumat lövhəsinin yanına yaxınlaşaraq oradan nəsə götürüb Çərkəzin yanına qayıtmış və onlar birlikdə Cəlilabad rayonu istiqamətinə hərəkət etmişlər. Bu zaman Mahirə və Çərkəzə yaxınlaşaraq polis əməkdaşları olduqlarını təqdim edib üzərlərində qanunsuz əşyanın olub-olmamasını soruşmuşlar. Mahir üstündə narkotik olduğunu və Çərkəzlə birlikdə narkotiki götürməyə gəldiyini demişdir. Sonra onları Cəlilabad RPŞ-yə aparmışlar. Şöbədə Mahirin üzərinə vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmiş, o, əynində olan qara rəngli paltonun sağ yan cibindən bir ədəd bağlamanı çıxarıb təqdim etmişdir. Bağlamada qurudulmuş marixuana və tiryək aşkar olunmuşdur. Şifahi sorğu zamanı Mahir bildirmişdir ki, narkotiklər özünə və Çərkəzə məxsusdur, həmin narkotik vasitəni ona iranlı tanışı göndərmiş, Bakı şəhərindən Çərkəzlə birlikdə həmin narkotikin dalınca gəlmişlər, Çərkəzin narkotikdən məlumatı olmuşdur. Mahirin üzərində aşkar olunan digər əşyalar özünə qaytarılmış, «Samsunq J2» markalı mobil telefon isə ondan aşkar edilərək götürülmüşdür. Sonra Çərkəzin üzərində axtarış aparılmış və üzərində heç bir qadağan olunmuş əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Çərkəz bildirmişdir ki, rayona toyda iştirak etmək üçün gəlmiş, tanışı Mahir də dostu ilə görüşəcəyini deyib onunla Cəlilabad rayonuna gəlmiş, Mahirin mobil telefonuna tanımadığı şəxsin 100 qram tiryək göndərilməsi barədə səsini eşitdiyini, bu barədə Mahirdən soruşduqda sonuncu ona aidiyyətinin olmadığını göstərmişdir. Mahirə və Çərkəzə qarşı heç kim tərəfindən zor tətbiq olunmamış, Mahirin bağlamanı götürdükdən sonra kənara atmasını görməmiş, Mahirin üzərinə heç kim tərəfindən narkotik qoyulmamış, ona hədə-qorxu və zor tətbiq etmə halları olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşı Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatlar üzrə oxşar məzmunlu ifadə verərək Təqsirləndirilən şəxs1 saxlanılarkən üzərində aşkar olunan narkotiklərin özünə və Çərkəzə məxsus olmasını etiraf etdiyini, Təqsirləndirilən şəxs1 üzərinə heç kim tərəfindən narkotik vasitə qoyulmadığını, saxlanılarkən onlara qarşı zor tətbiq olunmadığını, Təqsirləndirilən şəxs1 götürdüyü bağlamanı kənara atmasını görmədiyini, onların Cəlilabad rayonuna gəlməkdə məqsədləri İrandan göndərilən narkotiki götürmək olduğunu göstərmişdir. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan kompleks məhkəmə kimyəvi və məhkəmə bioloji ekspertizasının 19 yanvar 2023-cü il tarixli, 19/82 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş üzərində “ Vət. Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş iki büküm bükülüdə kütlə....” sözlər və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd bükülüdə təmiz çəkisi -109,908 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 1 ədəd bükülüdə təmiz çəkisi 79,941 qram olan maddə xaş-xaş bikisindən kustar üsulla hazırlanmış narkotik vasitə-tiryəkdir. Qeyd: - Marixuananın təmiz çəkisi – 109,908 qram, cəmi tədqiqata sərf olundu – 0,05 qram, qalıq -109,858 qramdır. -Tiryəkin təmiz çəkisi - 79,941 qr, tədqiqata sərf olundu – 0,1 qram, qalıq - 79,841 qramdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 350 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Lakin, asılılıq sindromu(Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 351 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs2 psixi və fiziki asılılıq olmadan Kannabinoidlərdən istifadə halları olub. Lakin, asılılıq sindromu (Narkomaniya xəstəliyi) aşkar olunmur. Məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 08 aprel 2023-cü il tarixli, 932 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs1 həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs1 ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan ambulator məhkəmə psixiatrik ekspertizasının 14 aprel 2023-cü il tarixli, 103 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs2 hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir, ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, o, anlaqlı hesab olunmalıdır. Əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs2 hal-hazırda da öz əməlinin faktiki xarakterini faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarındadır, məcburi müalicəyə ehtiyacı yoxdur, psixi vəziyyətinə görə özü və ətrafındakılara zərər yetirmək təhlükəsi yoxdur. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli paltonun sağ yan cibindən bir ədəd üzəri şəffaf yapışqan lentlə sarılmış bağlamanı çıxarıb təqdim etmiş, bağlamada qara rəngli sellofana yerləşdirilməklə üzəri yapşqan lentlə bağlanmış narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər maddə və bir bükümdə narkotik vasitə olan tiryəkə bənzər maddə olması müəyyən edilmişdir. Həmçinin şəxsi axtarış zamanı sonuncunun üzərindən bir ədəd “Samsung Galaxy J3” markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Şəxsi axtarış keçirilməsi və götürmə” haqqında 18 yanvar 2023-cü il tarixli protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs2 üzərindən hər hansı qanunla dövriyyəsi qadağan edilmiş predmet aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilmiş və iş materiallarında olan “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilmiş “Samsung Galaxy J3” markalı mobil telefona baxış zamanı həmin mobil telefon vasitəsilə “İranı” adı ilə qeyd edilmiş, +**********14 saylı mobil nömrəyə zənglər edildiyi, həmçinin həmin mobil telefonda olan “Whatsapp” mobil tətbiqində “İranı” adı ilə qeyd edilmiş, +**********14 saylı mobil nömrəyə xx.xx.2023-cü il tarixdə, saat 19:53, 21:37,, 21:38, xx.xx.2023-cü il, saat 00:11, 00:12, 00:36, 00:38, 00:44, 00:45, 01:11 və 18:17-də cavabsız zənglər olduğu müəyyən edilmişdir. Eyni zamanda “Whatsapp” mobil tətbiqinin zənglər bölməsinə baxış keçirilən zaman da xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə “İranı” adı ilə qeyd edilmiş, +**********14 saylı mobil nömrəyə zənglər edildiyi müəyyən edilmişdir. İş materiallarında olan 23 yanvar 2023-cü il tarixli qərarla Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalan 79,841 qram qalmış narkotik vasitə tiryək, faktiki olaraq təmiz qalıq çəkisi 109,858 qram qalmış narkotik vasitə qurudulmuş marixuana, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk və Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung Galaxy J3” markalı, **********27648 və **********27646 İMEİ kodlu mobil telefon maddi sübut kimi tanınaraq, müvafiq olaraq narkotik vasitələr və mobil telefon saxlanması üçün Cəlilabad rayon Polis şöbəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilmiş, iki ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Cəlilabad RPŞ-nin 30 yanvar 2023-cü il tarixli raportundan görünür ki, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş həmin narkotik vasitələr Azərbaycan Respublikası ərazisinə şəxsiyyətinin müəyyən edilməsi hələlik mümkün olmayan İİR vətəndaşları vasitəsilə qaçaq yolla keçirilmiş və əldə edildiyi yerə şəxsiyyətinin müəyyən edilməsi hələlik mümkün olmayan Cəlilabad rayon sakini vasitəsilə yerləşdirilmişdir. Eyni zamanda keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Bakı şəhəri ərazisində narkotik vasitələrin satışı ilə məşğul olduqları, həmin narkotik vasitəni də əvvəlcədən aralarında olan sövdələşməyə uyğun olaraq həm öz istifadələri, həm də satışından qazanc əldə etmək məqsədilə əldə etdikləri müəyyən edilmişdir. İş materiallarında olan 3 may 2023-cü il tarixli qərara əsasən hazırki cinayət işindən narkotik vasitələrin əldə olunma mənbəyini müəyyən etmək üçün CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* №-li cinayət işi ayrılmışdır. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 8 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı qaçaqmalçılıq cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkumluq haqqında tələbnamədən görünür ki, Ağdam Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, bundan başqa, Ağdam Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə CMnin 234.1-ci maddəsilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2008-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən şəxs X1 məhkumluğu Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən ödənildiyindən o, hazırda məhkumluğu olmayan şəxs hesab edilir. Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün dəlillər gətirərək polis əməkdaşları tərəfindən saxlanılarkən əldə etdiyi narkotiki kənara atdığını, şöbəyə aparılarkən üzərində narkotik vasitə olmadığını, polis şöbəsində hədə-qorxuya məruz qaldığını, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, Çərkəzin ona iranlı vasitəsilə tiryək sifariş etmədiyini, Cəlilabad rayonuna gedərkən Çərkəzin narkotik vasitədən məlumatının olmadığını,habelə İranlının ona narkotik göndərməsindən Çərkəzin məlumatının olmadığını, istintaq vaxtı verdiyi ifadəsini təsdiq etmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs2 özünün müdafiəsi üçün dəlillər gətirərək tanışı Təqsirləndirilən şəxs1 İrandan narkotik vasitə göndərməsindən məlumatının olmadığını, Mahir vasitəsilə İrandan özünə tiryək sifariş etmədiyini, polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğunu, Mahirlə Cəlilabad rayonuna gedərkən sonuncunun narkotik götürmək üçün rayona getməsindən məlumatının olmadığını, rayona qohumunun toyunda iştirak etmək üçün gəldiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin özlərinin müdafiəsi üçün gətirdikləri bu dəlillərə tənqidi yanaşaraq onların bu ifadələrini işin obyektiv hallarına uyğun olmayan, cinayət məsuliyyətindən yayınmaq, özlərini müdafiə etmək məqsədi ilə uydurulmuş və işin faktiki halları ilə təkzib edilən xüsusatlar kimi qiymətləndirir və ifadələrinin bu hissəsini inandırıcı hesab etmir. Təqsirləndirilən şəxslərin onlara qarşı polis əməkdaşları tərəfindən zor tətbiq olunması və döyülməsi ilə bağlı irəli sürdükləri dəlillərə məhkəmə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası CPM-nin 449.1,449.1.1. 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-cü maddələrin məzmununa görə təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, ibtidai istintaq dövründə qeyri-insani və ya şəxsiyyəti alçaldan, yaxud hər hansı digər formada qanunsuz təsirə məruz qalmağa dair şikayət işə mahiyyəti üzrə baxan yox, məhkəmə nəzarətini həyata keçirən məhkəmə qarşısında qaldırılan şikayətlər siyahısına aid edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək ifadələrində hər hansı bir şəxs tərəfindən zorakılığa və ya hədə-qorxuya məruz qalmaları ilə bağlı heç yerə şikayət etməmişlər, ümumiyyətlə bununla bağlı müdafiəçilərinin iştirakı ilə verdikləri ifadələrində hər hansı bir fikir irəli sürməmişlər. Habelə, Təqsirləndirilən şəxs1 ibtidai istintaq başlandığı ilk gündən istintaq başa çatanadək ifadələrində saxlanılarkən qanunsuz əldə etdiyi narkotik vasitələr olan bağlamanı kənara atması, Çərkəz Çəfərovun narkotikdən məlumatının olmaması, narkotikin üzərinə polis əməkdaşları tərəfindən qoyulması xüsusatlarla bağlı hər hansı bir fikir irəli sürməmişdir. Əksinə olaraq, Təqsirləndirilən şəxs1 saxlanıldığı ilk gündən izahatında və etirafedici ifadələrində narkotik vasitəni satmaq məqsədi ilə “İnstaqram”da tanış olduğu Mənsum Mehrami adında iranlıdan aldığını, Çərkəzə bu barədə dedikdə sonuncu ona da 150 manat pulun müqabilində iranlı tanışından tiryək göndərilməsini xahiş etdiyini, bu barədə Mənsum adında iranlı tanışına dediyini, Mənsum ona narkotikin Cəlilabad rayonu ərazisinə qoyulduğunu dedikdən sonra Bakı şəhərində Çərkəzlə rayona gedib narkotik vasitələri götürmək barədə razılaşdıqlarını göstərmişdir. Hətta, üzləşdirmə zamanı Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 üzünə sonuncu özü üçün də İrandan tiryək sifariş verdiyini, Çərkəzin narkotik vasitəni İran vətəndaşından əldə edəcəyindən əvvəlcədən məlumatının olduğunu, bu məqsədlə də Bakı şəhərindən Təqsirləndirilən şəxs2la birlikdə Cəlilabad rayonuna gəldiklərini etiraf etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 üzərində aşkar olunan narkotik vasitələrin ona və Cərkəz Cəfərova məxsus olmaması, narkotikin polis əməkdaşları tərəfindən üzərinə qoyulması ilə bağlı göstərdiyi xüsusatlar ibtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə onun verdiyi etirafedici ifadələri ilə yanaşı videoçəkilişlə aparılan üzərinə şəxsi axtarış və götürmə aparılması haqqında istintaq hərəkətinin protokolu, habelə məhkəmədə dindirilmiş şahidlərin ifadələri və digər sübutlarla təkzib olunur. Belə ki, məhkəmədə tədqiq olunmuş videoçəkilişlərdən də görünür ki, vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs1 əynində olan paltosunun sağ yan cibindən bir ədəd bağlamada olan marixuana və tiryəki çıxarıb təqdim edərək narkotikin özünə və Təqsirləndirilən şəxs2 məxsus olmasını, sonuncu ilə birlikdə narkotiki götürmək üçün Cəlilabad rayonuna gəldiklərini, narkotikin ona İranlı tərəfindən göndərildiyini, bu barədə Təqsirləndirilən şəxs2 da məlumatının olduğunu etiraf edir, polis əməkdaşları tərəfindən zorakılığa məruz qalaraq narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulması və ya narkotik vasitəni götürdükdən sonra polis əməkdaşları tərəfindən saxlanılan zaman bağlamanı kənara atması, habelə Təqsirləndirilən şəxs2 narkotikdən məlumatının olmaması ilə bağlı hər hansı bir dəlillər irəli sürmür. Yuxarıda qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri Təqsirləndirilən şəxs2la birlikdə əldə etmələri, saxlaması və daşıması Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi özünün etiraedici ifadələri ilə yanaşı məhkəmədə dindirilmiş şahid ifadələri, üzləşdirmə protokolu və digər sənədlərlə tam sübuta yetirilmişdir. Odur ki, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı özünə qarşı verdiyi etirafedici ifadələrin məhz fiziki zor tətbiq etmə nəticəsində əldə edilməsinə dair dəlilləri əsassız hesab edilməlidir. Məhkəmə tərkibinin belə qənaəti Avropa Məhkəməsinin Azərbaycana qarşı şikayətlərlə bağlı qəbul etdiyi bir sıra qərarlarda öz əksini tapmışdır (Əhmədov Azərbaycana qarşı, N-30364/09, && 42-43? 12 noyabr 2013;Məmmədov Azərbaycana qarşı, N-12 /11/2013, &&23-27? 11 yanvar 2007) Artıq bu hallar təqsirləndirilən şəxslərin məhkəmə baxışı dövründə verdiyi ifadələrin məntiqli və ardıcıl olmadığını, hadisənin xarakteri, mexanizmi və inkişafını bir-birindən tam fərqli və bəsit formada reproduksiya edildiyini təsdiq etmiş, ümumiyyətlə onların qeyd olunan mərhələdə verdiyi ifadələr yalan olmaqla məhz real faktların ört-bastır edilməsinə, istintaqın səhv istiqamətə yönəldilməsinə və başqa sözlə cinayət məsuliyyətindən kənarda qalmasına hesablanmışdır. Buna görə də, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün Təqsirləndirilən şəxs1 məhkəmədə tədqiq edilmiş ibtidai araşdırma dövründə verdiyi etirafedici ifadələri ilə məhkəmə baxışında verdiyi ifadələr arasında ziddiyyət təşkil edən hissəyə münasibətdə onun ibtidai araşdırma dövründə yuxarıda qeyd olunan verdiyi etirafedici ifadəsini, üzləşdirmə protokolunu, habelə şahidlərin ifadələrini, eskpertizanın rəylərini, “şəxsi axtarış və götürmə aparılması” haqqında protokolu, əməlini etiraf etməsinə dair videoçəkilişi və digər sənədləri cinayət təqibi üzrə mötəbər sübut hesab edir. Məhkəmədə tədqiq olunmuş sübutlarla Təqsirləndirilən şəxs1 üzərinə qurudulmuş marixuananın və tiryəkin kənar şəxs (lər) tərəfindən qoyulması, ona və Təqsirləndirilən şəxs2 qarşı polis əməkdaşları tərəfindən zorakılıq hərəkətlərinin olması təsdiq olunmamışdır. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» Siyahılara əsasən beynəlxalq adı olan tiryək və marixuana narkotik vasitələrdir. Tiryəkin 0,5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 50 qramı və ya ondan artıq hissəsi isə külli miqdar, qurudulmuş marixuananın 5 qramdan artıq hissəsi şəxsi istehlak miqdarından artıq miqdar, 500 qramdan artıq hissəsi isə külli miqdar hesab olunur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir» «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli 2 nömrəli qərarının 9-cu bəndinin ikinci və 11-ci bəndinin dördüncü abzaslarına əsasən«Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır» İşin faktiki halları, o cümlədən heç yerdə işləməyən və narkomaniya xəstəliyindən əzab çəkməyən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 79,941 qram külli miqdarda tiryək və 109,908 qram şəxsi istehlak miqdarından artıq miqdarda qurudulmuş marixuana sifariş vermələri və işin digər halları təqsirləndirilən şəxslərin qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında satış məqsədi ilə narkotik vasitələri qanunsuz əldə etməli, saxlamaları, daşımaları ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə əsas verir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları tam sübuta yetirilmiş və onların bu əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2-ci maddəsi ilə elan olunmuş ittihama münasibət bildirərək qeyd edir ki, bu maddədə nəzərdə tutulmuş cinayət əməli (hazırki işə münasibətdə) qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “narkotik vasitələrin, psixotrop maddələrin.... Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi» ilə törədilir. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə istinad edilən əməllə bağlı müəyyən edilmiş hüquqi əhəmiyyət kəsb edən faktiki hal ondan ibarətdir ki, şəxsiyyəti məlum olmayan İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən gömrük nəzarətindən gizli qaydada məlum olmayan vaxtda keçirdiyi yuxarıda qeyd olunan narkotik vasitələri Təqsirləndirilən şəxs1 başqa şəxsə çatdırmaq məqsədi ilə Cəlilabad rayonu Fərzili kəndinin ərazisinə gələrək həmin bağlamanı qanunsuz olaraq əldə edib daşıyarkən saxlanılmışdır. Məhkəmə tərkibi işin faktiki hallarına əsasən Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin törədilməsində rollarının qiymətləndirilməsində ibtidai istintaq orqanın səhvə yol verdiyini hesab edərək aşağıdakı əsaslara görə sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün saymır. Buna görə də, ilk olaraq Təqsirləndirilən şəxs1 qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakının növü dəqiq müəyyən edilməli və bundan sonra həmin növə uyğun olaraq əməli tövsif edilməlidir. Qeyd olunur ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs1 qarşı irəli sürdüyü ittihamda şəxsiyyəti müəyyən edilməyən ehtimal olunan İİR vətəndaşı ilə yanaşı təqsirləndirilən şəxsin də qaçaqmalçılıq cinayətinin törədilməsində iştirakları–cinayətin icraçısı kimi qiymətləndirmişdir. Azərbaycan Respublikası CM-in 32.2-ci maddəsinə əsasən “Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcədə bu Məcəllənin nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır”. Qanunun qeyd olunan normasına əsasən şəxs üç halda – birincisi cinayəti bilavasitə törətdikdə, ikincisi başqa şəxslə birlikdə onun törədilməsində bilavasitə iştirak etdikdə və nəhayət cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətdikdə cinayətin icraçısı sayılır. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu bəndinin təhlili göstərir ki, icraçılıq fəaliyyəti cinayətin obyektiv cəhətinin qismən və ya tam icra edilməsində, cinayətin obyektiv cəhətinin bilavasitə icrasına kömək göstərilməsində də ifadə oluna bilər. Belə ki, qeyd olunan Plenum qərarının həmin bəndinə əsasən qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhəddinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhəddindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhəddini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-in 206.3.2-ci maddəsi ilə tövsif edilir. Qanunun qeyd olunan normasının məzmunundan, habelə Ali Məhkəmənin Plenumunun qeyd olunan qərarında formalaşmış hüquqi mövqedən görünür ki, cinayətin icraçısının hərəkəti cinayətin icrasına başlanan andan icranın başa çatma anınadək olan dövrü əhatə edir. Yəni cinayət başa çatdıqdan sonra hər hansı bir şəxsin həmin cinayətdə bu və ya digər formada iştirakı yalnız köməkçi qismində (əgər cinayətin icraçı tərəfindən törədiləcəyi köməkçinin qəsdi ilə əhatə olunursa) ola bilər. Cinayətin icra edilməsi dedikdə isə, onun obyektiv cəhətini təşkil edən hərəkətlərin yerinə yetirilməsi başa düşülür. Azərbaycan Respublikası CM-in 206.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələrin və güclü təsir edən maddələrin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini həmin predmetlərin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsi təşkil edir. Bu cinayət-hüquqi normaları hazırki iş üzrə müəyyən edilmiş hallarla əlaqələndirdikdə görünür ki, baxılan işdə narkotik vasitənin və güclü təsir edən maddənin qaçaqmalçılığı cinayətin obyektiv cəhətini yaradan hərəkətlər həmin maddənin Azərbaycan Respublikasına gömrük sərhəddindən (İİR-lə Azərbaycan Respublikası arasında olan dövlət sərhəddindən) gömrük nəzarətindən gizli keçirilməsindən ibarətdir. Bu o deməkdir ki, şəxsin qaçaqmalçılığı icra etməkdə və bu cinayəti bir qrup şəxslə qabaqcadan əlbir olaraq törətməkdə (CM-in 206.3.2-ci maddəsi ilə) təqsirləndirilməsi üçün onun əvvəla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri bilavasitə yerinə yetirməsi, ikincisi həmin hərəkətləri ən azından daha bir şəxslə birlikdə icra etməsi, yəni başqa şəxslə və yaxud şəxslərlə birgə qaçaqmalı Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli (kənar) keçirməsi tələb olunur. «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 16-cı bəndin dördüncü yarımbəndinə əsasən “Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhəddindən keçirildiyi andan bitmiş hesab edilir”. Məhkəmə baxışı zamanı şəxsiyyət müəyyən edilməyən İİR vətəndaşının Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhəddindən narkotik vasitəni nə vaxt və hansı üsulla, tək və ya başqaları ilə birlikdə, yaxud da, kim(lər)insə vasitəçiliyilə keçirməsi halı müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 32.5-ci maddəsinə əsasən “Cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı gizlətməyi, belə pul vəsaitlərini və ya digər əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır”. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın məzmununu nəzərə alaraq hesab edir ki, iş üzrə qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini şəxsiyyəti məlum olmayan İİR vətəndaşı təkbaşına icra etmişdir. Təqsirləndirilən şəxs1 isə həmin hərəkətləri məlum olmayan İİR vətəndaşı ilə birgə icra etməmiş, o, yalnız cinayətin predmeti olan əşyaların dövlət sərhəddin nəzarət-buraxılış məntəqələrindən kənarda keçirildiyi andan (qaçaqmalçılıq cinayəti başa çatdırıldaqdan) sonra başqa şəxsə çatdırmaq məqsədi ilə Cəlilabad raoynu Fərzili kəndi ərazisinə gələrək «Fərzili kəndi» yazısı olan lövhənin yanından qanunsuz olaraq əldə edib saxlamaqla həmin (qrup deyil, bir nəfər tərəfindən törədilən) cinayətdə (qaçaqmalçılıqda) köməkçi qismində iştirak etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etməsi müəyyən olunduğu üçün onun sözügedən əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi əlaməti üzrə tövsifini də düzgün olubolmamasını müəyyənləşdirilməsi üçün işin faktiki hallarının cinayətdə iştirakçılıq institutunun mahiyyəti baxımından təhlilini də, zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 34.1 və 34.2-ci maddələrinə əsasən «Qabaqcadan razılaşmadan iki və ya daha çox icraçının birgə iştirakı ilə törədilən cinayət bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur» Qeyd olunan normaların müqayisəli təhlilindən görünür ki, “qabaqcadan əlbir olan bir qrup şəxs” cinayət-hüquq kateqoriyasını “bir qrup şəxs” anlayışından fərqləndirən yeganə cəhət birinci halda qrupun iştirakçıları arasında cinayətin birgə törədilməsi barədə qabaqcadan razılığın əldə olunmasıdır. Qalan səciyyəvi əlamətlər üzrə bu iki anlayış tamamilə üst-üstə düşür. Ona görə də, nə qədər ki, CM-in 34.1-ci maddəsi cinayətin “bir qrup şəxs” tərəfindən törədilməsini onun iki və ya daha çox icraçının birgə iştirakı ilə həyata keçirilməsi kimi təsbit etmişdir, cinayətin “qabaqcadan əlbir olan bir qrup şəxs” tərəfindən törədilməsi də cinayətin qrupa daxil olan şəxslər (ən azı iki nəfər) tərəfindən birlikdə icra edilməsini, yəni birgə icraçılığı ehtiva edən anlayış kimi təfsir olunmalıdır. Analoji hüquqi mövqe «Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli 10 nömrəli qərarının 19-cu, habelə “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 3 mart 2005-ci il tarixli Plenumunun 10 və 11-ci bəndlərində, habelə Ali Məhkəmənin 2016, 2018 və 2019cu illər üçün dərc olunmuş bülletenlərinin 3 (səh. 40-44), 1 (səh. 28-33) və 4 (səh. 35-37) nömrəli buraxlışlarında dərc olunmuş qərarlarda da əks olunmuşdur. İş materiallarından görünür ki, ibtidai istintaq orqanı hazırki iş üzrə Təqsirləndirilən şəxs1 elan olunmuş yekun ittihamda qaçaqmalçılıq cinayətinin obyektiv cəhətinin məhz şəxsiyyəti məlum olmayan İİR vətəndaşı və ya cinayətkar qrupun digər üzvləri tərəfindən icra olunduğu qənaətinə gəlmişdir. Məhkəmə baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən hərəkətləri məhz şəxsiyyəti məlum olmayan İİR vətəndaşı təkbaşına icra etmiş, Təqsirləndirilən şəxs1 isə bu əməldə (cinayət başa çatdıqdan sonra) köməkçi qismində iştirak etmişdir. Qanunvericinin bu cür, yəni bir icraçı və bir köməkçi olan (ən azından iki icraçı olmadığı) vəziyyətdə əməlin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən cinayət kimi qəbul etməməsi CM-in 33.2 və 33.3-cü maddələrinin məzmunundan da aydın olur. Belə ki, CM-nin 33.2-ci maddəsi birgə icraçılıq olduğu halda cinayətin 32-ci maddəyə istinad edilmədən CM-nin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddə ilə tövsif edilməsini təsbit etdiyi halda, CM-nin 33.3-cü maddəsi cinayətdə təşkilatçı, təhrikçi və köməkçi iştirak etdiyi hallarda (əgər bu iştirakçılar həm də icraçı deyillərsə) onların əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsi ilə (iştirakçıların razılaşdırdıqları və bu razılaşmaya uyğun olaraq icraçının yerinə yetirdiyi əməlin CM-nin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmasından asılı olaraq) tövsif edilməsini tələb edir. Qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını, o cümlədən ibtidai istintaq orqanının hazırki cinayət işi üzrə qaçaqmalçılıq cinayətinin məhz şəxsiyyəti məlum olmayan İİR vətəndaşı tərəfindən törədilməsini müəyyən etdiyini, həmin cinayətin törədilməsində digər şəxs(lər)in iştirakını müəyyən etmədiyini nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 qeyd olunan qaçaqmalçılıq cinayətinin törədilməsində hər hansı bir qrupa deyil, məhz şəxsiyyəti məlum olmayan İİR vətəndaşına kömək etmişdir. Buna görə də, Təqsirləndirilən şəxs1 həmin cinayətdə köməkçi olması “qabaqcadan əlbir olan bir qrup şəxs”ə deyil (şəxsiyyəti məlum olmayan İİR vətəndaşından başqa icraçı müəyyən edilməyib), yalnız bir şəxsə – şəxsiyyəti məlum olmayan İİR vətəndaşına yönəlmişdir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir”. Eyni zamanda, dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs1 əməlinin CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmasını xahiş etmişdir. Qanunvericiliyin yuxarıda qeyd olunan müddəasını, işin faktiki hallarını və dövlət ittihamçısının vəsatətini nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 qaçaqmalçılıq cinayətinə münasibətdə əməli Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5, 206.2-ci maddəsinə tövsif olunmalıdır. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 isə CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli olmaları məhkəmədə tam sübuta yetirilmişdir. Ona görə də, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qeyd olunan maddələri ilə təqsirli bilinərək onlara qanunla müəyyən edilmiş qaydada cəza təyin olunmalıdır. 18 yanvar 2023-cü il tarixli qərar və protokollardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin gün cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşlar, 20 yanvar 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmişlər, Cəlilabad Rayon Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarında olan xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları ərazi üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən halları müəyyən etmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hal, o cümlədən cinayət məsuliyyətindən azad etmə, habelə cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin olunma və şərti məhkum etmə üçün əsas yoxdur. Məhkəmə cəzanın təyin edilməsi məsələsini həll edərkən Azərbaycan Respublikası cinayət qanunvericiliyinin prinsiplərini, cəzanın məqsədi və təyin edilməsinə dair ümumi əsasları rəhbər tutur. Belə ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi CM-nin 32.5, 206.2-ci maddəsi “az ağır”, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirildikləri 234.4.1, və 234.4.3 -cü maddələri isə “ağır” cinayətlər kateqoriyasına aiddir. Həmin Məcəllənin 32.5, 206.2-ci maddənin sanksiyasında üç ildən yeddi ilədək azadlıqdan məhrum etmə, 234.4.1 və 234.4.3-cü maddələrin sanksiyasında beş ildən on iki ilədək azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Qaçaqmalçılıq cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, gömrük nəzarətindən kənar qadağan olunmuş əşya və maddələrin ölkəyə gətirilməsi daxili ictimai asayişi, əhalinin sağlamlığını və başqa mühüm dəyərləri ciddi təhlükə altına alır. Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin ictimai təhlükəliliyi ondan ibarətdir ki, əhalinin sağlamlığına ciddi zərər vurulur. Təqsirləndirilən şəxs2 şəxsiyyətini xarakterizə hallara gəldikdə isə məhkəmə belə nəticəyə cəlir ki, o, əvvəllər qəsdən cinayət törətdiyinə görə dəfələrlə məhkum olunmasına və məhkumluğunun ödənilməsinə baxmayaraq tərbiyə və islah olunmamış, yenidən qəsdən ağır cinayət əməllərini törətmişdir. Bu da onu göstərir ki, Təqsirləndirilən şəxs2 cinayət törətməyə meyilli olan şəxsdir. Qeyd olunanlara əsasən belə nəticəyə gəlmək olur ki, təqsirləndirilən şəxslər törətdikləri əməllərin ictimai təhlükəli olduğunu dərk etmişlər, onlar ictimai təhlükəli nəticələri görmüşlər və bunları arzu etmişlər. Məhkəmə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmalarına və onların ailələlərinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində, Təqsirləndirilən şəxs2 CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməli və onlar təyin olunmuş cəzanı çəkməlidirlər. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin həbsdə saxlanıldıqları müddət cəza müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınmalıdırlar. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmiş 79,841 qram narkotik vasitə tiryək, 109,858 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işində saxlanılmalı, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung Galaxy J3” markalı, **********27648 və **********27646 İMEİ kodlu mobil telefon yaxın qohumlarına qaytarılmalıdır. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada-yəni hər birindən 30 manat tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə məsələsinə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə həmin Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Cinayət Məcəlləsinin 99-1.1.1. və 99-1.1.2. maddələrində məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin, məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlərin məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.0.1-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Hazırkı iş üzrə isə qeyd edilən xarakterli, başqa sözlə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən edilməmişdir. Cinayət prosessual qanunvericiliyinə əsasən mülki iddiaya miqdarından asılı olmayaraq cinayət işinin aid olduğu məhkəmədə, həmin işlə birlikdə baxılır (mad.187.1). Hazırkı cinayət işi üzrə isə mülki iddia yoxdur Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344 – 349, 351 – 353, 356, 358, 381, 383 – 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 32.5, 206.2, 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona Cinayət Məcəlləsinin 32.5, 206.2-ci maddəsilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası, Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə qəti olaraq 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 6 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı 18 yanvar 2023-cü ildən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təyin olunmuş cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Cəlilabad RPŞ-də maddi sübutların saxlanma otağına təhvil verilmiş 79,841 qram narkotik vasitə tiryək, 109,858 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən iki ədəd DVD disk cinayət işində saxlanılsın, Təqsirləndirilən şəxs1 aşkar edilərək götürülmüş “Samsung Galaxy J3” markalı, **********27648 və **********27646 İMEİ kodlu mobil telefon yaxın qohumlarına qaytarılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 60 (altmış) manat təqsirləndirilən şəxslərdən bərabər qaydada - yəni hər birindən 30 manat tutularaq dövlət nəfinə keçirilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Müşfiq Məmmədov Hakimlər: Neymət Məmmədov Cavid Səfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar