Məhkəmə qərarları › İş №1(099)-453/2024

Lənkəran Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(099)-453/2024

06.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Lənkəran şəhəri İş № 1(099)-453/2024 06.06.2024 LƏNKƏRAN AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakimlər Nuriyev Xamməd Abış oğlu (sədrlik edən), Cəlilov Oruc Yusif oğlu və Əliyev Əli Abdulla oğlundan ibarət tərkibdə, Məmmədov Orxan Şamil oğlunun katibliyi ilə, dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi, Lənkəran Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, xx xxxxxx 1979-cu ildə Biləsuvar şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Biləsuvar şəhəri, H.Əliyev küçəsi ev 7, mənzil 10-da pasport qeydiyyatında olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilməklə Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 26 yanvar 2024-cü il tarixdə saat 13 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində piyada hərəkət edən, xx xxx 2008-ci il təvəllüdlü, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs yaxınlaşıb qəflətən əl ilə üzünü sığallayarkən sonuncu irad bildirdikdə, o, zor tətbiq etməklə dodaq nahiyəsindən öpmüş, daha sonra da hərəkətlərini davam etdirib qucaqlayaraq sağ arxa bud, sağ yan nahiyəsini və sinə nahiyəsini əl ilə tutub sıxmış, Zərərçəkmiş şəxs müqavimət göstərdikdə o, Zərərçəkmiş şəxs özünə tərəf dartıb, zor tətbiq etməsini davam etdirərək “sağ mil-bilək oynağı nahiyəsinin arxa səthində sıyrıqlar” ilə nəticələnən sağlamlığa zərərvurmayan olduqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirdikdən sonra yumruq zərbəsi vuracağı ilə hədələyərək yenidən sonuncunu arxa nahiyyəsindən qucaqlayıb sinə nahiyəsini sıxaraq, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs zor tətbiq etməklə və belə zor tətbiq etmə hədəsi ilə seksual xarakterli digər zorakılıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, ailəsi ilə Biləsuvar şəhəri, S.Vurğun küçəsində yaşayır. Zərərçəkmiş şəxs tanıyır. Beləki, Zərərçəkmiş şəxs onun qonşusudur və qızı ilə üçüncü sinifə qədər birlikdə oxumuşdur. Zəhranın valideynləri ilə münasibəti həmişə yaxşı olmuşdur. Zərərçəkmiş şəxs qarşı heç bir seksual xarakterli zorakılıq hərəkətləri etməmişdir, Zərərçəkmiş şəxs ifadəsində göstərilənlər yalandır. O, Azərbaycan Xalq Cəbhəsinin üzvü olduğuna görə onu şərləmişlər. Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi və məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ifadəsində göstərmişdir ki, 26 yanvar 2024-cü il tarixdə saat 14 radələrində su qızdırıcı almaq məqsədi ilə yaşadığı evdən çıxmış, Biləsuvar şəhəri, Azadlıq küçəsi ilə piyada hərəkətə başlamış, daha sonra Biləsuvar şəhəri, M.İbrahimov küçəsinə daxil olmuş, həmin küçədə yerləşən Zakir adlı şəxsə məxsus xırdavat məhsulları satılan mağazadan su qızdırıcısını almış və taksi ilə yaşadığı evə qayıtmışdır. 26 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Biləsuvar şəhəri, Azadlıq küçəsində Zərərçəkmiş şəxs piyada hərəkət etməsini görsə də, ona qarşı heç bir əxlaqsız hərəkətlər etməmişdir. Həmin tarixdə saat 17 radələrində yaşadığı evdə olan zaman Biləsuvar rayon, Xırmandalı kəndi ərazisində yerləşən “Kamran” adlı kafeni işlədən Cəmil adlı şəxs ona zəng vurub, kafedə ad günü məclisi olduğunu demiş və məclisə gələrək musiqi ifa etməsini demişdir. Həmin kafeyə yollanmış, Kafeyə çatmağa 30-40 metr qalmış üç nəfər tanımadığı şəxslər ona yaxınlaşaraq onu döyməyə başlamış, yaramaz hərəkətlər etməsini demişlər. Həmin şəxslərin əllərindən güclə qurtulmuş və qaçmağa başlamışdır. Daha sonra DİN-in “102” xidmətinə hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs dedikləri yalan və böhtandır. Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tətbiq etməklə seksual xarakterli hərəkətlər etmədiyini göstərsə də, onun cinayət əməli məhkəmədə dindirilən şəxslərin ifadələri, iş materiallarında olan ekspert rəyləri, istintaq hərəkəti protokolları və sair sənədlərlə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, Biləsuvar şəhəri, N.Nərimanov küçəsi, ev 2-də ailə üzvləri ilə birlikdə yaşayır. Biləsuvar şəhəri, Əlövsət Eynullayev adına olan 4 saylı tam orta məktəbin 9-cu sinfində təhsil alır. Məktəbdən aldığı dərslərdən əlavə kollecə hazırlaşdığı üçün, Azərbaycan dili, Riyaziyyat və Rus dili fənləri üzrə hazırlıq məşğələlərinə gedir. Riyaziyyat fənni üzrə Biləsuvar rayonu, Xırmandalı kəndində yaşayan Günel Mirzəyevanın yanına həftənin 1,3,5-ci günləri günorta saatlarında gedir. Xırmandalı kəndinə getmək üçün yaşadığı evdən piyada çıxır və Azadlıq küçəsi ilə piyada hərəkət edərək Biləsuvar şəhəri, M.İbrahimov küçəsinə, oradan da M.F.Axundov küçəsinə çıxıb Xırmandalı kəndinə gedən marşrutları ilə gedir. 26 yanvar 2024-cü il tarixdə saat 14 radələrində Günel müəllimənin məşğələsində iştirak etmək üçün evdən çıxmış və Azadlıq küçəsi ilə piyada hərəkət etməyə başlamışdır. Evdən çıxandan təxminən üç-dörd dəqiqədən sonra 50-60 metr məsafədə keçmiş sinif yoldaşı Hökümənin atası Təqsirləndirilən şəxs görmüşdür. Təqsirləndirilən şəxs ondan qabaqda piyada hərəkətdə olmuşdur. Təqsirləndirilən şəxs arxaya boylanmış, onu görərək hərəkətlərini yavaşıtmışdır. O, Təqsirləndirilən şəxs çatmış və onun yanından keçib getmək istəyən zaman Ziya ona yaxınlaşmış və “Tiktok” sosial şəbəkəsində şəxsi hesabının olub-olmadığını soruşmuş, cavabını gözləmədən tiktok sosial şəbəkəsində canlı yayım açaraq onunla danışmasını təklif etmişdir. O, Təqsirləndirilən şəxs tiktok sosial şəbəkəsinin olmadığını bildirmişdir. Bundan sonra Ziya ondan əl çəkməmiş, ondan mobil telefon nömrəsini istəmişdir. O isə Ziyaya telefon nömrəsini vermək istəmədiyini bildirmişdir. Bundan sonra Ziya gözləmədiyi halda ona yaxınlaşmış və sağ əli ilə onun sağ yanağını sığallayaraq toxunub, “maşallah nə gözəl qızsan, səndən xoşum gəlir” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs irad bildirmiş və yanından getməsini istəmişdir. Təqsirləndirilən şəxs yanından getməmiş və onu qucaqlayaraq dodaq nahiyəsindən bir dəfə öpmüş, eyni zamanda hərəkətlərini davam etdirib sağ bud və sağ yan nahiyəsindən əli ilə tutub yapışaraq sıxmış, həmin vaxt o, ağrı hiss etmişdir. Daha sonra paltarının üzərindən onun sinə nahiyəsinə (döşlərinə) əl vurmuş və sıxmışdır. Bu zaman Ziyanı əli ilə itələmək istəmiş, ona qışqıraraq kömək istədiyi halda yumruqla sifət nahiyyəsindən vuraraq xəsarət yetirəcəyini deyərək hədələmişdir. Təqsirləndirilən şəxs sağ əlindən tutub sıxaraq onu özünə tərəf çəkmiş, bu zaman Ziyanın dırnaqları sağ əlinin üzərini sıyırmış və ona xəsarət yetirmişdir. Ziya onun müqavimət göstərməsindən qorxmuş və uzaqlaşmışdır. Daha sonra o, hərəkətini davam etdirmişdir. Ziya da onun arxasınca gəlməyə davam etmişdir. Təxminən bir neçə metr hərəkət etdikdən sonra Təqsirləndirilən şəxs ona arxa tərəfdən yaxınlaşmış və arxa nahiyyəsindən qucaqlayıb sinəsini əlləri ilə tutub sıxaraq, yenidən nömrəsini istəmişdir. O da Təqsirləndirilən şəxs nömrəsini verməyəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onu buraxmış və “su qızdırıcısı almaq üçün gedəcəkdim, lakin sənə görə yolumu dəyişdim, sən mənə nömrəni verməlisən” sözlərini demişdir. O da Təqsirləndirilən şəxs yenə də rədd etmiş və hərəkətini davam etdirmişdir. Daha sonra Biləsuvar şəhəri, M.İbrahimov küçəsinə keçmiş, Təqsirləndirilən şəxs həmin küçədə başqa insanların olmasını görmüş və ondan uzaqlaşmışdır. Daha sonra Biləsuvar rayonu, Xırmandalı kəndinə hazırlıq məşğələsinə marşrut avtobusuna əyləşmişdir. O, avtomobilə əyləşdikdən sonra onunla birlikdə hazırlıq məşğələsinə gedən Çinarə Məlikovanın mobil telefonu vasitəsi ilə anası Şahid1 zəng vurmuş və Təqsirləndirilən şəxs onu qucaqlayaraq dodaq nahiyəsindən öpməsini, sinə nahiyəsinə, arxa nahiyəsinə toxunmaqla əxlaqsız hərəkətlər etməsini bildirmişdir. Həmin gün saat 17 radələrində məşğələdən çıxıb yaşadığı evə qayıtmışdır. Bundan sonra atası Qanuni nümayəndə polis şöbəsinə gəlib ona qarşı Təqsirləndirilən şəxs tərəfindən əxlaqsız hərəkətlərə yola verməsi barədə müraciət edib şikayət etmişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, məhkəmədn Təqsirləndirilən şəxs qanunda nəzərdə tutulmuş cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid1 göstərdi ki, qızı Zərərçəkmiş şəxs xx xxx 2008-ci il tarixdə doğulmaqla yetkinlik yaşına çatmamışdır. Zəhra orta məktəbin doqquzuncu sinfində təhsil alır, həm də hazırlıq məşğələlərinə gedir. Son iki ay ərzində Zərərçəkmiş şəxs məşğələlərdən evə gəldikdən sonra ona qonşuluqda yaşayan Ziya adlı şəxsin yaxınlaşaraq salam verməsini və küçədə arxasınca gedərək, təqib etməsini bildirmişdir. Həmin vaxt Zəhranın sözlərinə görə qaynanası Məhbubəyə bu barədə məlumat vermişdir. Qaynanası Məhbubə də ona və Zəhraya Ziyanın qızı ilə Zəhranın birlikdə oxumasını və ona görə də qızı kimi salam verməsini bildirmişdir. Buna görə də o, heç kimə məlumat verməmişdir. 26 yanvar 2024-cü il tarixdə saat 14:09-da onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən zəng gəlmiş, lakin həmin vaxt telefon üzərində olmadığı üçün aça bilməmişdir. O, həmin zəngi saat 14:21-də görmüş və dərhal zəng vurmuş və telefonu qızı Zərərçəkmiş şəxs açaraq ağlaya-ağlaya Təqsirləndirilən şəxs Biləsuvar şəhəri Azadlıq küçəsində ona yaxınlaşaraq söz atmasını, telefon nömrəsini istəməsini, yanağına, sinə və arxa nahiyələrinə toxunaraq, dodağının kənarından öpməsini və bu hadisədən bərk qorxmasını bildirmişdir. O da buna görə dərhal əri Zamiqə, daha sonra isə qardaşı Raqifə hadisə barədə məlumat vermişdir. Həmin gün saat17 radələrində qızı Zəhra yaşadığı evə qayıtmışdır. Zəhra evə gələn zaman sonuncun şok vəziyyətdə olmasını və rənginin qorxudan ağarmasını görmüşdür. Bir-iki saat sonra əri, qardaşı və qaynı Ziyanı döymüşlər və buna görə də Ziya onların barəsində polisə şikayət etmişdir. Onların evinə polis gələn zaman hadisə barədə Biləsuvar rayon polis şöbəsinə ərizə ilə müraciət etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid2 göstərdi ki, 26 yanvar 2024-cü il tarixdə saat 14:30 radələrində yaşadığı evdə olan zaman bacısı Rəvanə ona zəng vuraraq, onlarla qonşuluqda yaşayan Təqsirləndirilən şəxs Biləsuvar şəhəri Azadlıq küçəsində yetkinlik yaşına çatmayan qızı Zəhraya yaxınlaşaraq söz atmasını, telefon nömrəsini istəməsini, yanağına, sinə və arxa nahiyələrinə toxunaraq, dodağının kənarından öpməsini və bu hadisədən Zəhranın bərk qorxmasını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamışdır. Zəhranın atası Zamiqlə danışmış və Ziyanın sintizatorda ifa etməsini və Biləsuvar rayon, Xırmandalı kənd ərazisində yerləşən “Kamran” kafesində işləməsini öyrənmişdir. Buna görə də yaşadığı evdən çıxıb həmin kafeyə tək getmiş, lakin Ziyanın orada olmadığını öyrənmişdir. Bir az sonra yeznəsi Zamiq və sonuncunun qardaşı Sabir də yanına gəlmişlər. Daha sonra onlar üçü kafeyə daxil olmuşlar, lakin Ziya orada olmadığı üçün gözləmək məqsədi ilə çay sifariş etmişlər. Sonra isə kafenin həyətinə çıxaraq gözləmişlər. Xeyli sonra Təqsirləndirilən şəxs Xırmandalı kəndi istiqamətindən piyada onlara tərəfə gəlməsini görmüşdür. O, Ziyanı görən kimi qaçaraq yaxınlaşmış və çatan kimi bir dəfə yumruq zərbəsi ilə sifətindən vurmuş, zərbə nəticəsində Ziya yerə yıxılmış, o da təpik zərbələri ilə bədənin müxtəlif nahiyələrinə vurmaqla döyməyə başlamışdır. Zamiqlə qardaşı Sabir onlara yaxınlaşmış və ayırmağa çalışmışlar. Bundan istifadə edən Ziya ayağa qalxaraq hadisə yerindən qaçmış. Bundan sonra o, ətrafa göz gəzdirmiş, lakin qaranlıq olduğu üçün Ziyanı tapa bilməmişdir. Buna görə də yaşadığı evə qayıtmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən X2 göstərdi ki, Zərərçəkmiş şəxs onun nəvəsidir, yəni oğlu Qanuni nümayəndə qızıdır. Zəhra orta məktəbdə oxumaqla yanaşı hazırlıq məşğələlərinə də getmişdir. Son iki ay ərzində gəlini Rəfanə ona qızı Zəhranın hazırlıq məşğələsinə getməsi zamanı qonşuları Ziya adlı şəxsin Zəhraya yaxınlaşaraq salam verməsini və küçədə arxasınca gedərək təqib etməsini bildirmişdir. O isə Zəhranın Ziyanın qızı ilə bir sinifdə oxumasına görə Ziyanın ona salam verməsini, yaxınlaşmasını düşünmüş və gəlini Rəvanəyə də bu barədə demişdir. Lakin 26 yanvar 2024-cü il tarixdə saat 14:30 radələrində Rəvanə ona bildirmişdir ki, həmin gün Zəhra hazırlıq məşğələsinə yollanmış, bir qədər sonra zəng edərək telefonda ağlaya-ağlaya Təqsirləndirilən şəxs Biləsuvar şəhəri Azadlıq küçəsində getdiyi zaman ona yaxınlaşaraq söz atmasını, nömrə vermək istəməsini, yanağına, sinə və arxa nahiyələrinə toxunaraq, dodağının kənarından öpməsini, bu hadisədən bərk qorxmasını demişdir. Bundan sonra onun oğlanları Sabir və Zamiq evdən getmişlər. Bir-iki saat sonra Təqsirləndirilən şəxs onların barəsində polisə şikayət etməsini eşitmişdir. Məhkəmə-tibb ekspertizasının 09 fevral 2024-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ mil-bilək oynağı nahiyəsinin arxa səthində sıyrıqlar müəyyən olunmuş, həmin xəsarət bərk, küt əşyanın (əşyaların) təsirindən törənmiş, dırnağın təsirindən əmələ gələ bilər, törənmə müddəti xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərərvurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin anatomik tamlığı pozulmamışdır, onunla qeyri-təbii yolla (anus dəliyi vasitəsi ilə) cinsi əlaqədə olmaya dair əlamətlər aşkar olunmadı. Məhkəmə-psixiatrik ekspertizasının 30 yanvar 2024-cü il tarixli, 223 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixi xəstəlikdən əziyyət çəkmir, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. İttiham olunduğu əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür, məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixoloji ekspertizasının 27 fevral 2024-cü il tarixli, 524 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs psixoloji durumunda hər hansı normadan kənaraçıxma halları müəyyən edilməmiş, əqli və psixi inkişafı, intellektual imkanları normaya uyğundur. O, iş üçün əhəmiyyət kəsb edən halları dügün qavraya, təsvir edə və bu barədə düzgün məlumat verə bilər. İşdə olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Biləsuvar Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinməklə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2020-ci il tarixdə cəza müddəti sona çatması ilə əlaqədar azad edilmiş və məhkumluğu ödənilmişdir. İşdə olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir, himayəsində xx.xx.2008 və xx.xx.2011-ci il tarixlərdə doğulmuş uşaqları vardır. Yaşayış yerindən verilmiş xasiyyətnamədə mənfi səciyyələnir. Beləliklə, məhkəmə tətqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qarşı zor tədbiq etməklə və zor tədbiq etmə hədəsi ilə seksual xarakterili zorakılıq hərəkətləri etməsi, əməlində cinayət hadisəsinin və cinayət tərkibinin olması, təqsirliliyi kifayət qədər sübuta yetirilmiş, cinayət məsuliyyətindən və ya cəzadan azad olunması üçün əsaslar yoxdur. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməməsi barədə ifadəsini özünümüdafiə məqsədi daşımaqla qeyri-obyektiv ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddələri ilə tövsif edilmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı əsaslı hesab edir və onun Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsində nəzərdə tutulmuş cəza həddində cəzalandırılması qənaətinə gəlir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Cəzasını CM-nin 61.1-ci maddəsində nəzərdə tutulan ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə hesab tedir ki, Təqsirləndirilən şəxs CM-nin 150.2-1.1-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli 27 yanvar 2024-cü il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci 154 manat pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1, 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 150.2-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı 27 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza xərci 154 (bir yüz əlli dörd) manat Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu (həbsdə saxlanılan Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi) andan 20 gün müddətində Lənkəran Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Xamməd Nuriyev Hakimlər: Oruc Cəlilov Əli Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar